Azərbaycan Respublikası adından HÖKM Qax rayonu İş № 1(024)-7/2024 01.02.2024 QAX RAYON MƏHKƏMƏSİ saat 11:00-da Hakim Qarayev Malik İbrəhim oğlunun sədrliyi, məsləhətçi (məhkəmə iclas katibi) Fətəliyev Mansur Məhəmməd oğlunun katibliyi, dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs3, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 və onların müdafiəçilərifərdi fəaliyyət göstərən vəkillər Müdafiəçi1 və Müdafiəçi2 iştirakları ilə, Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs1-xx.xx.1991-ci ildə Qax şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, himayəsində 01 (bir) azyaşlı uşağı olan, Şəki Apellyasiya Məhkəməsinin 24 oktyabr 2023-cü il tarixli qərarı ilə 3 il 9 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş,işsiz, Qax şəhəri, Səməd Vurğun küçəsi, mənzil 12, ev 3-də pasport qeydiyyatında olmaqla, həbs olunana qədər orada yaşayan, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Şəki Penitensiar müəssisində cəza çəkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs2–xx.xx.1992-ci ildə Qax şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həbs olunana qədər orada yaşayan, barəsində Qax rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib, 01 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Şəki Penitensiar müəssisəsində cəza çəkən, onun Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi : Təqsirləndirilən şəxs1 özgənin əmlakını talamaq məqsədilə yaşayış sahəsinə daxil olmaqla zərərçəkmiş şəxsə məxsus əmlakı gizli yolla talayaraq xeyli miqdarda ziyan vurmaqla oğurluq cinayətini törətmiş, tanışı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olub bir qrup şəxs qismində birləşib cinayət əlaqəsinə girərək təkrarən özgənin əmlakını talamaq məqsədilə yaşayış sahəsinə daxil olmaqla zərərçəkmiş şəxsə məxsus əmlakı gizli yolla talayaraq təkrar oğurluq cinayətini törətmiş və təkrarən özgənin əmlakını talamaq məqsədilə yaşayış sahəsinə daxil olmaqla zərərçəkmiş şəxsə məxsus əmlakı gizli yolla talayaraq təkrar oğurluq cinayətini törətmişdir. Belə ki, Təqsirləndirilən şəxs1 tаmаh niyyəti ilə qəsdən özgənin əmlаkını tаlаmаq məqsədilə 28 noyabr 2022-ci il tarixdə, saat 17:00 radələrində yaşayış sahəsinə yəni, Qax rayonu, Qaxbaş kəndində yerləşən Zərərçəkmiş şəxs1 məxsus yaşayış evinə, darvazanın üzərindən evin həyətyanı sahəsinə qanunsuz daxil olub, oradan isə evin zirzəmisinin pəncərəsini əli ilə sıxıb açmaq yolu ilə evə daxil olmuş, oradan dəyəri 2000 manat olan 1 ədəd 20 qramlıq, 583 əyarlı, biriliant qaşlı qızıl qadın üzüyünü, hər birinin dəyəri 1000 manat olmaqla, 2000 manat dəyərində 2 cüt 583 əyarlı, hər biri 10 qram olan qızıl sırğanı, dəyəri 100 manat olan 1 ədəd 30 qramlıq 583 əyarlı gümüş boyunbağını, dəyəri 50 manat olan 1 ədəd 20 qramlıq 583 əyarlı gümüş üzüyü, dəyəri 200 manat olan 1 ədəd 5 litrlik od samovarını, dəyəri 1000 manat olan “Sony” markalı, qara rəngli 1 ədəd “Playstation 3” markalı oyun aparatını, dəyəri 1000 manat olan 1 ədəd “HP 2500” markalı notbuku və hər birinin dəyəri 60 manat olan olmaqla, ümumi dəyəri 300 manat olan 5 ədəd 1 litrlik “Beluga” markalı spirtli içkiləri, yəni, araqları gizli yolla talayaraq zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs1 ümumilikdə 6650 (altı min altı yüz əlli) manat miqdarında maddi ziyan vurmaqla oğurluq cinayətini törətmişdir. Bundan başqa, o, təkrarən tаmаh niyyəti ilə qəsdən özgənin əmlаkını tаlаmаq məqsədilə tanışı Təqsirləndirilən şəxs2 ilə 10 avqust 2023-cü il tarixdə, saat 01:00 radələrində qabaqcadan əlbir olub bir qrup şəxs qismində birləşib cinayət əlaqəsinə girərək yaşayış sahəsinə yəni, Qax şəhəri, Bülbül küçəsində yerləşən Zərərçəkmiş şəxs2 məxsus yaşayış evinə darvazanın üzərindən evin həyətyanı sahəsinə qanunsuz daxil olub, evin pəncərəsini əli ilə sıxıb açmaq yolu ilə evə daxil olmuş, oradan dəyəri 1000 manat olan 583 əyarlı, 10 qramlıq 1 ədəd qızıl üzüyü, dəyəri 600 manat olan 583 əyarlı, 5 qramlıq 1 cüt qızıl sırğanı və dəyəri 200 manat olan “Redmi Note 8” markalı mobil telefonu gizli yolla talayaraq zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs2 ümumilikdə 1800 (bir min səkkiz yüz) manat miqdarında maddi ziyan vurmaqla təkrar oğurluq cinayətini törətmişdir. Həmçinin, o, təkrarən tаmаh niyyəti ilə qəsdən özgənin əmlаkını tаlаmаq məqsədilə 20 avqust 2023-cü il tarixdə, saat 01:00 radələrində yaşayış sahəsinə yəni, Qax şəhəri, M.Ə.Rəsulzadə küçəsində yerləşən Zərərçəkmiş şəxs3 məxsus yaşayış evinə darvazanın üzərindən evin həyətyanı sahəsinə qanunsuz daxil olaraq, evin qıfılla bağlanmayan qapısını açaraq evə daxil olmuş, evdə olan dolabın gözündən 3000 manat pulu, daha sonra yaşayış evinin həyətində yerləşən qarajda olan “Nissan Qaşqai” markalı, **-CN-*** dövlət qeydiyyat nişanlı avtomobilinin salonundan 170 manat pulu və dəyəri 130 manat olan 1 ədəd videoregistrator aparatını gizli yolla talayaraq zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs3 ümumilikdə 3300 (üç min üç yüz) manat miqdarında maddi ziyan vurmaqla təkrar oğurluq cinayətini törətmişdir. Təqsirləndirilən şəxs2 qabaqcadan əlbir olub bir qrup şəxs qismində birləşib cinayət əlaqəsinə girərək özgənin əmlakını talamaq məqsədilə yaşayış sahəsinə daxil olmaqla zərərçəkmiş şəxsə məxsus əmlakı gizli yolla talayaraq oğurluq cinayətini törətmişdir. Belə ki, Təqsirləndirilən şəxs2 tаmаh niyyəti ilə qəsdən özgənin əmlаkını tаlаmаq məqsədilə tanışı Təqsirləndirilən şəxs1 ilə 10 avqust 2023-cü il tarixdə, saat 01:00 radələrində qabaqcadan əlbir olub bir qrup şəxs qismində birləşib cinayət əlaqəsinə girərək yaşayış sahəsinə yəni, Qax şəhəri, Bülbül küçəsində yerləşən Zərərçəkmiş şəxs2 məxsus yaşayış evindən oğurluq etmək qərarına gəldikləri üçün, həmin evin yaxınlığında dayanmış, Təqsirləndirilən şəxs1 isə X2 məxsus yaşayış evinə darvazanın üzərindən evin həyətyanı sahəsinə qanunsuz daxil olub, evin pəncərəsini əli ilə sıxıb açmaq yolu ilə evə daxil olmuş, oradan dəyəri 1000 manat olan 583 əyarlı, 10 qramlıq 1 ədəd qızıl üzüyü, dəyəri 600 manat olan 583 əyarlı, 5 qramlıq 1 cüt qızıl sırğanı və dəyəri 200 manat olan “Redmi Note 8” markalı mobil telefonu gizli yolla talayaraq zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs2 ümumilikdə 1800 (bir min səkkiz yüz) manat miqdarında maddi ziyan vurmaqla oğurluq cinayətini törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs1 ona elan edilmiş ittihamda özünü qismən təsqirli bilərək ifadəsində göstərdi ki, o Aslan Muxtarlının evindən oğurluq etməmişdir. X6 şəhəri, Səməd Vurğun küçəsində yaşadığını bilmiş, Qax rayonu Qaxbaş kəndində evinin olmasını bilməmişdir. Ona evin otaqlarının şəkillərini göstərərək demişlər ki, belə deməlisən. Sadəcə olaraq ona demişlər ki, iş 2022-ci ildə olan işdir və cəza 2 ildən 5 ilə qədərdir. Açılmayan iş olduğu üçün ona demişlər ki, işi boynuna alsa xitam veriləcək və məhkəməyə göndərilməyəcək. Həmin epizod üzrə ona elan olunan ittihamı qəbul etmir. Adilin Zərərçəkmiş şəxs2 evinə girməsi barədə ifadə verməmişdir. Həmin evə o tək girmişdir. Adil isə çöldə dayanaraq ətrafa göz-qulaq olmuşdur. Evdən bir qızıl, bir qızıl sırğa və 1 qızıl sep götürüldüyü qeyd olunsa da, o, qızıl sepi görməmişdir. Evin qapısını açıq qoymuşlar. Ola bilər ki, Adil ondan sonra evə girib sepi götürsün. Ancaq Adilin sepi götürdüyünü görməmişdir. Hərəkətindən peşman olmuşdur. Zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs2 vurduğu maddi ziyanı ödəməmişdir. Hərəkətindən peşman olmasını nəzərə alıb ona yüngül cəza verilməsini xahiş etdi. Lakin Təqsirləndirilən şəxs1 ibtidai istintaq zamanı verdiyi ifadəsində özünü ona Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə elan edilmiş ittiham üzrə tam təqsirli bilərək vermiş olduğu ifadəsində əvvəllər oğurluq etdiyinə görə 5 (beş) dəfə məhkumluq həyatı yaşadığını, sonuncu dəfə oğurluq etdiyinə görə Qax rayon məhkəməsinin 24 avqust 2023-cü il tarixli hökmü ilə 3 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına, Şəki Apellyasiya Məhkəməsinin 24 oktyabr 2023-cü il tarixli qərarı ilə isə Qax rayon məhkəməsinin hökmünün dəyişdirildiyini, 3 il 9 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edildiyini, hal-hazırda X1 cəza çəkdiyini, oğurluq cinayətinə görə Qax rayon məhkəməsinin 03 may 2023-cü il tarixdə istintaq müddətində barəsində ev dustaqlığı qətimkan tədbiri seçildiyini, 03 may 2023-cü il tarixdən 24 avqust 2023cü il tarixədək çöldə olduğunu, həbs olunmamışdan qabaq Qax rayonu Qaxbaş kəndində yaşayan Aslan adlı şəxsin evindən oğurluq etdiyini, belə ki, 2022-ci ilin noyabr ayının axırlarında saat 17:00 radələrində evdə heç kəsin olmamasından əmin olandan sonra oğurluq etmək üçün evin darvazasının yanında olan divarın üzərindən evin həyətinə daxil olduğunu, evin zirzəmisinə tərəf gedərək, orada olan pəncərəni sıxaraq açdığını, həmin pəncərədən içəri daxil olduğunu, orada olan pilləkənlə evin qonaq otağına getdiyini, həmin otağı axtarmağa başladığını, bundan sonra orada olan dolabdan 1 ədəd qadın qızıl üzüyünü, 2 cüt qızıl sırğanı, 1 ədəd gümüş boyunbağını, 1 ədəd gümüş üzüyü, 5 ədəd arağı götürdüyünü, daha sonra orada olan dolabı açan zaman bir ədəd notbuku və bir ədəd oyun aparatını gördüyünü, həmin əşyaları götürdüyünü və zirzəmiyə düşdüyünü, orada olan od samovarını götürüb, oradan çıxdığını, evin həyətinə çıxandan sonra həmin əşyaları oradan tapdığı sellofan torbaya yığıb evin darvazasının qapısını açaraq çıxıb getdiyini, oğurladığı 1 ədəd qadın qızıl üzüyünü, 2 cüt qızıl sırğanı, 1 ədəd gümüş boyunbağını, 1 ədəd gümüş üzüyü Şəki şəhərində tanımadığı şəxsə 300 manat məbləğində satdığını, 5 ədəd arağı özü üçün istifadə etdiyini, 1 ədəd notbuku və bir ədəd oyun aparatını isə cinayətin izini itirmək üçün qırıb Qax rayonu ərazisində yerləşən Kürmük çayına tulladığını, 01 ədəd samovarı isə Zaqatala şəhərində tanımadığı şəxsə 45 manata satdığını bildirmişdir. Bundan başqa, Adil adlı dostunun olduğunu, Adillə əvvəllər X1 bir yerdə cəza çəkdiyini, 09 avqust 2023-cü il tarixdə dostu Adillə Qax şəhərində söhbət edən zaman Adilin ona pulunun olmadığını, pula ehtiyacının olduğunu deyərək Qax şəhəri, Bülbül küçəsində yaşayış evinin olduğunu, həmin evdən oğurluq etməyi ona bildirdiyini, Adilə pula ehtiyacının olduğunu bildirərək onunla razılaşdığını, 10 avqust 2023-cü il tarixdə təxminən gecə saat 01:00 radələrində Adilin idarə etdiyi avtomobil ilə onu evdən götürdüyünü, birlikdə Adilin qeyd etdiyi həmin yerə getdiyini, həmin yerə çatan zaman orada 2 mərtəbəli evin olduğunu, evin ətrafının hasarlı olduğunu, evin darvazasının olduğunu, darvazanın bağlı olduğunu, Adilin avtomobili yoldan kənarda saxladığını, Adilə kimsə gələrsə xəbər verməsi üçün çöldə gözləməsini dediyini, Adilində çöldə gözlədiyini, bundan sonra hasardan keçib həyətə daxil olduğunu, həyətdə olan nərdivanı götürüb evin 2-ci mərtəbəsində olan eyvana daxil olduğunu, həmin eyvanda olan açıq pəncərədən evin 2-ci mərtəbəsinə daxil olduğunu, evin bütün otaqlarını gəzdiyini, evin 1-ci mərtəbəsində olan otaqların birində olan siyirmədən 1 ədəd qızıl üzük, 1 cüt qızıl sırğa və 1 ədəd “Redmi” markalı mobil telefonu oğurladığını, evin 1-ci mərtəbəsindən çölə açılan qapının olduğunu, evdə olan açarla evin çölə açılan qapısını açdığını, bundan sonra Adilin evə daxil olduğunu, Adilində evi axtardığını, lakin, heç nə tapmadığını, bundan sonra Adillə birlikdə oranı tərk etdiyini, qızılları və telefonu Adilə verdiyini, səhəri günü Adillə birlikdə Şəki şəhərinə qızılları satmağa getdiyini, Şəki şəhərində olan adını bilmədiyi qızıl mağazasının yanında Adilin maşınında gözlədiyini, Adilin isə qızılları satmağa getdiyini, daha sonra Adilin geri qayıdaraq 1 ədəd qızıl üzük və 1 cüt qızıl sırğanı 800 manata satmağını dediyini, Adilin ona 400 manat pul verdiyini, bundan sonra Qax şəhərinə geri qayıtdığını, daha sonra Adillə Zaqatala şəhərinə telefonu satmağa getdiyini, telefonu Zaqatala şəhərində tanımadığı bir şəxsə 20 manata satdığını, həmin pula Adilə benzin tökdüyünü bildirmişdir. Bundan başqa, 20 avqust 2023-cü il tarixdə, təxminən gecə saat 01:00 radələrində Qax şəhəri, M.Ə.Rəsulzadə küçəsinə gəldiyini, həmin küçədə ətrafı hasarlı olan 2 mərtəbəli bir ev gördüyünü, həmin evə daxil olub oğurluq etmək istədiyini, həmin vaxtı Adilə oğurluq barədə demədiyini, tək olduğunu, evin darvazasının bağlı olduğunu, buna görə də hasardan keçib həmin evin həyətinə daxil olduğunu, evin həyətinə daxil olduqdan sonra evin içərisinə girdiyini, evin giriş qapısının açıq olduğunu, evin içərisinə girdikdən sonra evdə olan bütün otaqları gəzdiyini, evin içərisində olan otaqların birində olan siyirməyə baxan zaman orada 3000 (üç min) manat pulun olduğunu gördüyünü, həmin 3000 (üç min) manat pulu götürüb otaqdan çıxdığını, evin həyətində qarajın olduğunu, qarajın qapısının olmadığını, qarajın içərisində Nissan Qaşqai markalı avtomobilin olduğunu, avtomobildə videoregistratorun olduğunu gördüyünü, videoreqistratorun onu çəkməsindən qorxub, avtomobilə yaxınlaşdığını, avtomobilin qapısını açdığını, qapıların açıq olduğunu, qapını açıb avtomobilin içərisində olan videoreqistaratoru oradan çıxartdığını, onu da oğurladığını, avtomobilin içərisinə baxan zaman avtomobilin içərisində saxlanc yerində 170 manat pulun olduğunu gördüyünü, həmin 170 manat puluda oğurladığını. bundan sonra hasardan keçib yaşayış evini tərk etdiyini, bundan sonra evə gəldiyini, evə gəldikdən sonra cibinə baxan zaman 3000 manat puldan 2200 manat pulu itirdiyini bildiyini, cibində 800 manat və 170 manat pul qaldığını, həmin pulları öz şəxsi ehtiyacları üçün xərclədiyini, 24 avqust 2023-cü il tarixdə sonuncu məhkəməsinin olduğunu, məhkəmə olmamışdam əvvəl tutulacağını bildiyini, bu səbəbdən videregistratoru 1 gün əvvəl saxlaması üçün sevgilisi Aynisə xanıma verdiyini, ona həmin videoreqistratorun onun olmasını, onu heç kimə verməməsini, özündə saxlamasını bildirdiyini, Aynisənin də videoreqsitratoru ondan götürüb özündə saxladığını, 1-ci oğurluq hadisəsini Adillə birlikdə etdiyini, 2-ci oğurluğu isə tək etdiyini, Adillə birlikdə oğurluq edərkən, həmçinin, tək şəkildə oğurluq edərkən onu heç kimin görmədiyini, pula ehtiyacı olduğu üçün oğurluq etdiyini, tanışı Təqsirləndirilən şəxs2la birlikdə Qax şəhəri, Bülbül küçəsində yerləşən yaşayış evindən 1 ədəd qızıl üzük və 1 cüt qızıl sırğa oğurladığını, həmin qızılları satması üçün Adilə verdiyini, qızıl sepdən isə xəbərinin olmadığını, belə ki, evdən qızıl sep oğurlamadığını bildirmişdir. Təqsirləndirilən şəxs1 məhkəmə baxışında verdiyi ifadəsində özünü zərərçəkmiş şəxs Aslan Muxtarlının evindən oğurluq etməsi ilə bağlı epizodda təqsirli bilməsə də, onun həmin cinayət əməlini törətməsi işin faktiki halları, işdə olan protokollar və digər əsaslı və mötəbər sübutlarla sübuta yetir. Ona görə də, məhkəmə Təqsirləndirilən şəxs1 həmin epizodla bağlı məhkəmədə verdiyi ifadəsini ittihamı təkzib edən sübut kimi qəbul etmir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs2 ona elan edilmiş ittihamda özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, o Zərərçəkmiş şəxs2 məxsus evə Səbuhi ilə oğurluğa getmiş, lakin evin içərisinə daxil olmamışdır. Ona görə də, CMnin 177.2.3-cü maddəsi ilə özünü təqsirli bilmir. Səbuhi ilə əvvəlcədən oğurluq etmələrini planlaşdırmamışlar. Ona CM-nin 177.2.1-ci maddəsi ilə elan olunmuş ittihamı qəbul edir. Ancaq qapalı yerə daxil olmamışdır. Qızıllar satılanda onun pasportu ilə satılmışdır. Oğurlanan qızıllar 1 ədəd qızıl üzük və 1 ədəd sırğa olmuşdur. Qalan qızıl sep və o biri qızıllar onun özünə və ailə üzvlərinə məxsus olmuş və onun özü onları satmışdır. Hərəkətindən peşman olmasını nəzərə alıb ona yüngül cəza verilməsini xahiş etdi. Məhkəmə iclasında Zərərçəkmiş şəxs1 ifadəsində göstərdi ki, təqsirləndirilən şəxslərdən Təqsirləndirilən şəxs1 tanıyır. Qax şəhəri, Müslüm Maqamayev küçəsində fərdi yaşayış evi vardır. Səbuhini uşaqlıqdan tanıyır. 1996-cı ilə qədər Qax şəhəri, Səməd Vurğun küçəsində yaşamış, bundan sonra Qax rayonu Qaxbaş kəndində ev tikərək oraya köçmüşdür. 28 noyabr 2022-ci ildə işi ilə bağlı Bakı şəhərində olan zaman həyat yoldaşı ona zəng edərək evdə oğurluq edildiyini bildirmişdir. Həmin günü uşaqlar məktəbdə olmuş, saat 3-8 arası evdə heç kəs olmamışdır. Evə qayıdanda həyətin darvazasının, evin giriş qapısının açıq olduğunu görərək əvvəl əhəmiyyət verməmiş, ikinci mərtəbədəki otağa daxil olduqda çarpayının üzərində qayçının olduğun görmüş, ətrafa baxdıqda dolabın dağınıq halda olduğunu görmüşdür. Evdən briliyant qaşlı iki üzük, 2 ədəd qızıl sırğa, gümüş üzük, gümüş sep, bujiteriya, “Sony” markalı playstation, “HP 2500” markalı noutbuk, qədim samovar və 6 ədəd şüşə spirtli içki oğurlanmışdır. İndiyə qədər də oğurlanmış əşyalar ona qaytarılmamışdır. Oğurluq hadisəsi baş verdikdən 5-6 ay sonra, səhv etmirsə aprel-may aylarında sosial şəbəkələrdə Qax rayonunda bir-neçə evlərdən oğurluq hadisəsinin baş verdiyi barədə məlumat yayılmışdır. Həmin vaxtı Təqsirləndirilən şəxs1 adı çəkilmişdir. Bu zaman polis şöbəsinə müraciət edərək oğurluq edən şəxsin onun evinə aidiyyatı olub-olmamasını soruşduqda yox cavabını almışdır. Necə olur ki, üstündən təxminən 6 ay keçdikdən sonra isə Təqsirləndirilən şəxs1 onun evindən oğurluq etdiyini boynuna alır. Ancaq onun evindən kimlərin oğurluq etdiyini dəqiq bilmir. Odur ki, məhkəmədən qanuni qərar qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs3 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs1 tanımır. 2022-ci ilin avqust ayında avtomobilinə baxarkən videoregistraton, pulqabında olan pulun, ətirin və adaptorun götürüldüyünü görmüşdür. Bundan sonra evin həyətində yerləşən köməkçi tikilidən də hər hansı bir əşyanın götürülməsindən şübhələnərək oraya baxmış və hissə-hissə qoyduğu pulların olmadığını görmüş və həmin əşyaların oğurlanması aydın olmuşdur. Bundan sonra Qax rayon polis şöbəsinə hadisə barədə məlumat vermişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs2 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs1 tanımır. Onun evindən qızıl əşyaları qızıl üzük, qızıl sırğa qızıl sep, pensiya kartı, 50 manat pul, mərhum həyat yoldaşının telefonu, adaptoru və 1 ədəd bıçaq oğurlanmışdır. Təqsirləndirilən şəxs1 tərəfindən ona vurulan maddi ziyan ödənilməmişdir. Ona görə də ondan şikayətçidir. Odur ki, məhkəmədən Təqsirləndirilən şəxs1 qanuni cəza verilməsini xahiş edir. Məhkəmə iclasında ifadəsi elan olunmaqla tədqiq edilmiş Şahid1 ibtidai istintaq zamanı verdiyi ifadəsində 2018-ci ildən Qax şəhəri, Səməd Vurğun küçəsində yerləşən Peşə məktəbinin yataqxanasında yaşadığını, Qax şəhər sakini Təqsirləndirilən şəxs1 2021-ci ilin dekabr ayından tanıdığını, belə ki, Təqsirləndirilən şəxs1 onunla qonşu yaşadığını, onunla münasibətinin qonşu olduğu vaxtdan yarandığını, Təqsirləndirilən şəxs1 ilə 2021-ci ilin dekabr ayından 2023-cü ilin avqust ayına kimi sevgili münasibətinin olduğunu, Təqsirləndirilən şəxs1 əvvəllər oğurluq etdiyinə görə dəfələrlə məhkum olunduğunu, 2023-cü ildə Səbuhinin yenidən oğurluq etdiyini, Qax rayon məhkəməsinin 24 avqust 2023-cü il tarixli qərarı ilə həbs olunduğunu, Təqsirləndirilən şəxs1 hal-hazırda X1 saxlanıldığını, onunla bir neçə dəfə də telefon vasitəsilə danışdığını, Təqsirləndirilən şəxs1 24 avqust 2023-cü il tarixdə sonuncu məhkəməsi olmamışdan əvvəl onun yaşadığı ünvana gəldiyini, həmin vaxtı evdə tək olduğunu, Təqsirləndirilən şəxs1 ona 1 ədəd avtomobil üçün istifadə olunan videoregistrator verdiyini, Təqsirləndirilən şəxs1 videoregistratoru ona verib özündə saxlamasını bildirdiyini, Səbuhidən videoregistratoru haradan əldə etməsini soruşmadığını, belə ki, Səbuhinin videoregistratoru oğurlamasına inanmadığını, həmin videoregistratoru özündə saxladığını, həmin günü Səbuhinin Qax rayon məhkəməsində sonuncu dəfə iclasının olduğunu, Təqsirləndirilən şəxs1 Qax rayon məhkəməsinin hökmü ilə 3 il 6 ay müddətinə həbs olunduğunu, 07 oktyabr 2023-cü il tarixdə Qax rayon polis şöbəsinin əməkdaşları tərəfindən Qax Rayon Polis Şöbəsinə dəvət olunduğunu, Təqsirləndirilən şəxs1 ona saxlaması üçün verdiyi 01 (bir) ədəd videoreqistratorun oğurluq olmasından xəbərinin olmadığını, hal-hazırda həmin 01 (bir) ədəd videoregistratorun onda olduğunu, onu təqdim edə biləcəyini göstərmişdir. Məhkəmə iclasında ifadəsi elan olunmaqla tədqiq edilmiş şahid X3 ibtidai istintaq zamanı verdiyi ifadəsində Şəki şəhəri, M.Ə.Rəsulzadə küçəsində yerləşən “Miraj” qızıl mağazasının sahibi olduğunu, həmin yeri işlətdiyini, 11 avqust 2023-cü il tarixdə, təxminən saat 12 radələrində bir nəfər oğlanın mağazaya gəldiyini, qızıl satmaq istədiyini bildirdiyini, həmin oğlandan qızılların oğurluq olub-olmadığını soruşduğunu, həmin oğlan isə qızılların oğurluq olmadığını, pula ehtiyacı olduğundan satmaq istədiyini dediyini, həmin oğlandan ilk öncə şəxsiyyət vəsiqəsini istədiyini, bundan sonra həmin oğlanın şəxsiyyət vəsiqəsini ona verdiyini, onun surətini çıxartdığını, daha sonra həmin oğlanın ona 1 ədəd qızıl üzük, 1 cüt qızıl sırğa və 1 ədəd sep verdiyini, həmin qızılların ümumi çəkisinin 19,6 qram olduğunu, həmin qızılların qiymətini hesablayaraq həmin oğlana qızılları 1135 manat məbləğində alacağını dediyini, həmin oğlanın isə onunla razılaşdığını, bundan sonra bu barədə malların alış aktı dəftərində qeydiyyat apardığını, qızılları aldığını, həmin oğlana 1135 manat pul verdiyini, daha sonra həmin oğlanın oradan çıxıb getdiyini, bir neçə gün sonra qızılları Bakı şəhərinə aparıb bir nəfər lom işinə baxan şəxsə satdığını, həmin oğlanın ona satdığı qızılların oğurluq olduğundan xəbərinin olmadığını, bu barədə məlumatının polis şöbəsində olduğunu göstərmişdir. İşin İ cildinin 228-231-ci vərəqələrində olan və məhkəmə istintaqı zamanı elan edilərək tədqiq olunmuş “Hadisə yerinə baxış keçirilməsi haqqında” xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, 28 noyabr 2022-ci il tarixdə, saat 17 radələrində Zərərçəkmiş şəxs1 məxsus yaşayış evindən 1 ədəd 20 qramlıq, 583 əyarlı, biriliant qaşlı qızıl qadın üzük, 2 cüt 583 əyarlı, hər biri 10 qram olan qızıl sırğa, 1 ədəd 30 qramlıq 583 əyarlı gümüş boyunbağı, 1 ədəd 20 qramlıq 583 əyarlı gümüş üzük, 1 ədəd 5 litrlik od samovarı, “Sony” markalı, qara rəngli 1 ədəd “Playstation 3” markalı oyun aparatı, 1 ədəd “HP 2500” markalı notbuk və 5 ədəd 1 litrlik “Beluga” markalı spirtli içkilər oğurlanmışdır. İşin İ cildinin 72-74-cü vərəqələrində olan və məhkəmə istintaqı zamanı elan edilərək tədqiq olunmuş “Hadisə yerinə baxış keçirilməsi haqqında” xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, 10 avqust 2023-cü il tarixdə, saat 01 radələrində Zərərçəkmiş şəxs2 məxsus Qax şəhəri, Bülbül küçəsində yerləşən yaşayış evindən 583 əyarlı, 10 qramlıq 1 ədəd qızıl üzük, 583 əyarlı, 5 qramlıq 1 cüt qızıl sırğa və “Redmi Note 8” markalı mobil telefon oğurlanmışdır. İşin İ cildinin 4-10-cu vərəqələrində olan və məhkəmə istintaqı zamanı elan edilərək tədqiq olunmuş “Hadisə yerinə baxış keçirilməsi haqqında” xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, 20 avqust 2023-cü il tarixdə, saat 01 radələrində Zərərçəkmiş şəxs3 məxsus, Qax şəhəri, M.Ə.Rəsulzadə küçəsində yerləşən yaşayış evindən dolabın gözündən 3000 manat pul, evin həyətində yerləşən qarajda olan “Nissan Qaşqai” markalı, **-CN-*** dövlət qeydiyyat nişanlı avtomobilinin salonundan 170 manat pul və dəyəri 130 manat olan 1 ədəd videoregistrator aparatı oğurlanmışdır. İşin İİ cildinin 46-48-ci vərəqələrində olan və məhkəmə istintaqı zamanı elan edilərək tədqiq olunmuş Azərbaycan Respublikasın Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin verdiyi 01 noyabr 2023-cü il tarixli 9/8056 saylı məhkəməəmtəəşünaslıq ekspertizasının rəyindən görünür ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 01 noyabr 2023-cü il tarixli, 9/8056 nömrəli rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilmiş, istifadədə olmuş 01 ədəd “HD” markalı “170 X9 12.0 Mega Pixels H1.8” videoregistrator qurğusunun istifadədə olması nəzərə alınmaqla 2023-cü ilin avqust ayına olan orta bazar qiyməti təxminən 40,00 manat, təqdim edilməyən istifadədə olmuş zərgərlik məmulatlarının və 01 ədəd mobil telefonun 2023-cü ilin avqust ayına olan orta bazar qiyməti ilə ümumi dəyəri nəzəri qaydada təxminən 1435,00 manat müəyyən edilir. İşin İİ cildinin 45-ci vərəqəsində olan ekspertiza xərclərinə dair bildirişdən görünür ki, iş üzrə ekspertiza xərcləri 50 (əlli) manat təşkil edir. İşin İİ cildinin 51-52-ci vərəqələrində olan və məhkəmə istintaqı zamanı elan edilərək tədqiq olunmuş Azərbaycan Respublikasın Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin verdiyi 01 noyabr 2023-cü il tarixli 9/8055 saylı məhkəməəmtəəşünaslıq ekspertizasının rəyindən görünür ki, ekspertiza təyini haqqında qərarda göstərilən 6 adda malların (istifadədə olmuş mallar orta istismar müddəti və orta istismar intensivliyi parametrlərinə uyğun olaraq) 2022-ci ilin noyabr ayına olan orta bazar qiyməti ilə ümumi dəyəri nəzəri qaydada təxminən 2770,00 manat müəyyən olunur. 1 ədəd 583 əyarlı üzərində biriliyant qaşlı qadın üçün qızıl üzüyün üzərində olan qaşların sayı, keyfiyyəti, ölçüsü, istehsal yeri və sair, 01 ədəd “HP” 2500 markalı notbuk barədə ətraflı məlumat (modeli, texniki göstəriciləri və sair barədə) olmadığı üçün həmin mallar üzrə qiymətləndirmə aparmaq mümkün olmadı. İşin İİ cildinin 50-ci vərəqəsində olan ekspertiza xərclərinə dair bildirişdən görünür ki, iş üzrə ekspertiza xərcləri 50 (əlli) manat təşkil edir. İşin İ cildinin 30-33-cü vərəqələrində olan və məhkəmə istintaqı zamanı elan edilərək tədqiq olunmuş 07 oktyabr 2023-cü il tarixli “götürmə aparılması barədə” qərarından görünür ki, Şahid1 Təqsirləndirilən şəxs1 ona saxlaması üçün verdiyi 01 ədəd videregistrator aparatı götürülmüşdür. İşin İ cildinin 36-37-ci vərəqələrində olan və məhkəmə istintaqı zamanı elan edilərək tədqiq olunmuş 09 oktyabr 2023-cü il tarixli “götürmə aparılması barədə” qərarından görünür ki, Zərərçəkmiş şəxs3 ona məxsus olan 01 ədəd videregistrator aparatını tanıyaraq özünə məxsus olduğunu bildirmişdir. İşin İİ cildinin 11-12-ci vərəqələrində olan və məhkəmə istintaqı zamanı elan edilərək tədqiq olunmuş 19 oktyabr 2023-cü il tarixli “ifadənin yerində yoxlanması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 ifadəsinin yerində yoxlanılması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 28 noyabr 2022-ci il tarixdə, saat 17 radələrində Qax rayonu, Qaxbaş kəndində yerləşən Zərərçəkmiş şəxs1 yaşayış evindən oğurluq etdiyini göstərmişdir. İşin İ cildinin 144-161-ci vərəqələrində olan və məhkəmə istintaqı zamanı elan edilərək tədqiq olunmuş “ifadənin yerində yoxlanması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 10 avqust 2023-cü il tarixdə, gecə saat 01 radələrində Qax şəhəri, Bülbül küçəsində yerləşən Zərərçəkmiş şəxs2 məxsus yaşayış evindən və 20 avqust 2023-cü il tarixdə, gecə saat 01 radələrində Qax şəhəri, M.Ə.Rəsulzadə küçəsində yerləşən Zərərçəkmiş şəxs3 məxsus yaşayış evindən oğurluq etdiyini göstərmişdir. İşin İ cildinin 162-163-cü vərəqələrində olan və məhkəmə istintaqı zamanı elan edilərək tədqiq olunmuş 17 oktyabr 2023-cü il tarixli təqsirləndirilən şəxsin ifadəsinin yerində yoxlanılması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 10 avqust 2023-cü il tarixdə, gecə saat 01 radələrində Qax şəhəri, Bülbül küçəsində yerləşən Zərərçəkmiş şəxs2 məxsus yaşayış evindən oğurluq etdiyini göstərmişdir. İşin İİ cildinin 58-59-cu vərəqələrində və məhkəmə istintaqı zamanı elan edilərək tədqiq olunmuş “əşyanın maddi sübut hesab edilməsi və zərərçəkmiş şəxs qaytarılması haqqında” qərardan görünür ki, 01 ədəd videogistrator aparatı maddi sübut kimi tanınmış və Zərərçəkmiş şəxs3 qaytarılmışdır. İşin İİ cildinin 60-cı vərəqəsində olan və məhkəmə istintaqı zamanı elan edilərək tədqiq olunmuş Zərərçəkmiş şəxs3 tərəfindən imzalanmış qəbzdən görünür ki, o 01 ədəd videogistrator aparatını istintaq orqanından təhvil aldığını göstərmişdir. İşin İ cildinin 208-ci vərəqəsində olan və məhkəmə istintaqı zamanı elan edilərək tədqiq olunmuş Qax RMX-dan daxil olmuş 23 oktyabr 2023-cü il tarixli, 18- 1-50/2-1022/2023 saylı məktubdan görünür ki, Qax şəhər sakini Təqsirləndirilən şəxs1 Qax RMX PHŞ-in Poliklinika şöbəsində narkoloji və ruhi-əsəb xəstəlikləri üzrə qeydiyyatda yoxdur. Təqsirləndirilən şəxs2 Qax RMX PHŞ-in Poliklinika şöbəsinin narkoloji kabinetində Xronik alkoqolizm, asılılıq sindromu diaqnozu ilə qeydiyyatdadır. Ruhi-əsəb kabinetində isə qeydiyyatda deyildir. İşin İ cildinin 216-cı vərəqəsində olan və məhkəmə istintaqı zamanı elan edilərək tədqiq olunmuş Qax RİHB-nın Qax şəhər İƏD-si üzrə nümayəndəsinin verdiyi 03 noyabr 2023-cü tarixli 2072 saylı arayışdan görünür ki, Təqsirləndirilən şəxs1 Qax şəhəri, S.Vurğun küçəsi, bina 3, mənzil 12-də yaşayır. İşin İ cildinin 217-ci vərəqəsində olan və məhkəmə istintaqı zamanı elan edilərək tədqiq olunmuş Qax RİHB-nın Qax şəhər İƏD-si üzrə nümayəndəsinin verdiyi xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs1 yaşayış yeri üzrə mənfi xarakterizə olunur. İşin İ cildinin 218-ci vərəqəsində olan və məhkəmə istintaqı zamanı elan edilərək tədqiq olunmuş Qax RİHB-nın Qax şəhər İƏD-si üzrə nümayəndəsinin verdiyi 03 noyabr 2023-cü tarixli 2073 saylı arayışdan görünür ki, Təqsirləndirilən şəxs2 Qax şəhəri, N.Hikmət küçəsi, 24-də yaşayır. İşin İ cildinin 219-cu vərəqəsində olan olan və məhkəmə istintaqı zamanı elan edilərək tədqiq olunmuş Qax RİHB-nın Qax şəhər İƏD-si üzrə nümayəndəsinin verdiyi xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs2 yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İşin İ cildinin 202-204-cü vərəqələrində olan və məhkəmə istintaqı zamanı elan edilərək tədqiq edilmiş Azərbaycan Respublikası DİN BƏSİ İdarəsinin verdiyi xx.xx.2023-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 Qax rayon məhkəməsinin xx.xx.2007-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirli bilinərək ona 3 il 11 ay 28 gün azadlıqdan məhrum etmə, 1 il sınaq müddəti olmaqla təyin edilmişdir. Şəki Apelyasiya Məhkəməsinin xx.xx.2008-ci il tarixli qərarı ilə xx.xx.2007-ci il tarixli hökm dəyişdirilmədən saxlanılmışdır. Bundan başqa, o, Qax rayon məhkəməsinin xx.xx.2011-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirli bilinərək 3 il 6 ay müddətinə azadlıqdan məhrum edilmişdir. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2014-cü il tarixli 513 saylı “ƏFV” fərmanına əsasən cəzasının çəkilməmiş hissəsindən azad edilmişdir. Bundan əlavə, o, Qax rayon məhkəməsinin xx.xx.2016-cı il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək 3 il 6 ay müddətinə azadlıqdan məhrum edilmişdir. Şəki rayon məhkəməsinin xx.xx.2018-ci il tarixli qərarı ilə 2 ay 20 gün vaxtından əvvəl şərti azad olunmuşdur. Şəki rayon məhkəməsinin xx.xx.2018-ci il tarixli qərarı ilə cəzası 2 il 6 aya endirilmişdir. Həmçinin, o, Qax rayon məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 185.2.1-ci maddəsi ilə təqsirli bilinərək 2 il 1 ay 28 gün azadlıqdan məhrum etmə cəzası təyin edilməklə, 1 il 6 ay şərti sınaq müddəti təyin edilmişdir. Həmçinin, Təqsirləndirilən şəxs1 Qax rayon məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək 4 il müddətinə azadlıqdan məhrum edilmişdir. xx.xx.2019-cu ildə Şəki Apelyasiya Məhkəməsinin qərarı ilə xx.xx.2019-cu il tarixli hökmü dəyişdirilmədən saxlanılmışdır. xx.xx.2021-ci ildə Şəki rayon məhkəməsinin qərarı ilə 10 ay 19 gün vaxtından əvvəl şərti azad edilmişdir. xx.xx.2022-ci ildə cəza müddəti başa çatmışdır. Həmçinin, Təqsirləndirilən şəxs1 Qax rayon məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə təqsirli bilinərək 3 il 6 ay müddətinə azadlıqdan məhrum edilmişdir. Şəki Apellyasiya Məhkəməsinin 24 oktyabr 2023-cü il tarixli qərarı ilə Qax rayon məhkəməsinin 24 avqust 2023-cü il tarixli hökmü dəyişdirilmiş və Təqsirləndirilən şəxs1 3 il 9 ay müddətinə azadlıqdan məhrum edilmişdir. İşin İ cildinin 205-207-ci vərəqələrində olan və məhkəmə istintaqı zamanı elan edilərək tədqiq edilmiş Azərbaycan Respublikası DİN BƏSİ İdarəsinin verdiyi xx.xx.2023-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs2 Qax rayon məhkəməsinin xx.xx.2009-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək ona 500 manat cərimə cəzasına məhkum edilmişdir. Bundan başqa, o, Qax rayon məhkəməsinin xx.xx.2011-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.3, 177.2.4, 185.2.2, 232.1 və 66.3-cü maddələri ilə təqsirli bilinərək 5 il azadlıqdan məhrum edilmişdir. xx.xx.2016-cı ildə cəzasının sonu ilə azad olunmuşdur. Bundan əlavə, o, Qax rayon məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək 1 il 11 ay 26 gün azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Qax rayon məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarı ilə təyin edilmiş azadlığın məhdudlaşdırılması növündə cəzasının çəkilməmiş 1 il 8 ay 6 gün hissəsi Azərbaycan Respublikası CM-nin 52-1.5-ci maddəsinə əsasən 10 ay 3 gün müddətinə azadlıqdan məhrum etmə cəzası ilə əvəz edilmişdir. xx.xx.2021-ci ildə cəzasının sonu ilə azad olunmuşdur. Həmçinin, Təqsirləndirilən şəxs2 barəsində xx.xx.2021-ci ildə Qax RPŞ-də Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirləndirici material olmuş, xx.xx.2021-ci ildə Azərbaycan Respublikası CPM-nin 40.3-cü maddəsinə əsasən rədd edilmişdir. Cinayət işinin materiallarında olan Qax Rayon Məhkəməsinin 23 noyabr 2023cü il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs2 CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib, 01 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. İşin İ cildinin 211-215-ci vərəqələrində olan Şəki Apellyasiya Məhkəməsinin 24 oktyabr 2023-cü il tarixli qərarından görünür ki, Qax rayon məhkəməsinin 24 avqust 2023-cü il tarixli hökmü dəyişdirilmiş və Təqsirləndirilən şəxs1 3 il 9 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Cəzasının əvvəli 01 may 2023-cü il tarixdən hesablanmışdır. İşin İ cildinin 112-124-cü vərəqələrində olan Qax rayon məhkəməsinin 17 sentyabr 2023-cü il tarixli 4(024)-28/2023 saylı “Təqsirləndirilən şəxs haqqında həbs qətimkan tədbirinin seçilməsindən imtina edilməsi və barəsində ev dustaqlığı qətimkan tədbirinin seçilməsi barədə” qərarından görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs2 barəsində həbs qətimkan tədbiri seçilməsindən imtina edilmiş və barəsində əvvəli 15 sentyar 2023-ci il tarixdən hesablanmaqla 03 (üç) ay müddətə ev dustaqlığı qətimkan tədbiri seçilmişdir. Məhkəmə, məhkəmə iclasında toplanmış sübutların toplusuna qiymət verərək hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətmələri tam sübuta yetrilmişdir. Oğurluq, yəni özgənin əmlakını gizli olaraq talamanın yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla özgənin əmlakının gizli talanmasına görə Cinayət Məcəlləsinin 177.2.1 177.2.3 və 177.2.24-cü maddələrində cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 mart 2005-ci il tarixli Qərarının 1-ci bəndinə görə məhkəmələr oğurluğa, soyğunçuluğa və quldurluğa dair işlərə baxarkən nəzərə almalıdırlar ki, qanuna görə talama dedikdə özgə əmlakının tamah məqsədilə, hüquqazidd, əvəzsiz götürülməsi və bu əmlakın təqsirkarın və ya başqa şəxsin xeyrinə yönəldilməsindən ibarət hərəkətlər başa düşülür. Həmin Qərarın 19-cu bəndində göstərilir ki, yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerinə qanunsuz daxil olmaq dedikdə, oğurluq, soyğunçuluq və ya quldurluq məqsədilə həmin yerlərə gizli və ya açıq formada girmək başa düşülməlidir. Məhkəmə Azərbaycan Respublikasının Konstitusiyasının 63-cü maddəsində təsbit edilmiş təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq, məhkəmə baxışında ittihamın baxılması nəticələrinə, məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslanaraq, tədqiq olunan sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq bu nəticəyə gəlir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 Saəddin oğlunun cinayət əməli CM-nin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü, Təqsirləndirilən şəxs2 cinayət əməli isə CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə düzgün tövsüf edilmişdir, əməllərin cinayət olmasını aradan qaldıran hallar, təqsirləndirilən şəxslərin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur, təqsirləndirilən şəxslər törətdiyi əməllərə görə cəzalanmalıdır. Cinayət Məcəlləsinin cəzanın anlayışını və məqsədini müəyyən edən 41-ci maddəsinə görə cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Cinayət Məcəlləsinin 58.1 və 58.3-cü maddələrinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Məhkəmə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs1 himayəsində bir azyaşlı övladının olmasını CM-nin 59.1.4-cü, əməlindən səmimi peşman olmasını və yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını CM-nin 59.2-ci maddələrinə əsasən cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə tərəfindən cinayət işinin materialları tədqiq edilərkən müəyyən olundu ki, Təqsirləndirilən şəxs1 Qax Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli hökmü ilə Azərbaycan Respublikasının CM-in 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.3-1-ci maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinib 03 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Şəki Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli qərarı ilə cəzası 02 il 06 aya endirilmiş, həmin məhkəmənin xx.xx.2018-ci il tarixli qərarı ilə cəzadan 02 ay 20 gün vaxtından əvvəl şərti azad edilmişdir. Daha sonra isə, Təqsirləndirilən şəxs1 Qax Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmü ilə CM-in 185.2.1-ci maddəsi nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinib 02 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Şəki Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli qərarı ilə təyin edilmiş cəzadan şərti olaraq vaxtından əvvəl azad etmə ləğv edilərək təyin edilmiş cəza CM-in 67.1-ci maddəsinə əsasən Qax Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli hökmü ilə təyin edilmiş cəzanın çəkilməmiş hissəsi ilə qismən birləşdirilməklə ona 02 il 07 ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, CM-in 69.3cü maddəsinə əsasən üzərində 02 il 01 ay 28 gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, CM-in 70-ci maddəsi tətbiq edilərək 01 il 06 ay müddətə sınaq müddəti müəyyən edilməklə həmin cəza ona şərti tətbiq edilmişdir. Bundan əlavə, Təqsirləndirilən şəxs1 Qax Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmü ilə CM-in 177.2.1 və 177.2.3-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinib 03 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, CM-in 71.5-ci maddəsinə əsasən Qax Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmü ilə tətbiq edilmiş şərti məhkum etmə ləğv edilərək, təyin edilmiş cəzanı həmin hökmlə təyin edilmiş cəza ilə qismən birləşdirməklə 04 il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, Şəki rayon məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarı ilə cəzadan 10 ay 19 gün vaxtından əvvəl şərti azad edilmiş, xx.xx.2022-ci ildə cəza müddəti başa çatmışdır. Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.2 və 83-cü maddələrinin şərh edilməsinə dair” 22 dekabr 2010-cu il tarixli qərarına əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.2-ci maddəsində nəzərdə tutulmuş cəzalar toplandıqda məhkumluğun ödənilmə müddətinin axımı cinayətlərin və ya hökmlərin məcmusu üzrə təyin edilmiş qəti cəzanın çəkilib qurtarması və ya cəzadan azad edilməsi anından başlayır. Oxşar münasibətləri nizama salan Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18-ci maddəsinin həmin Məcəllənin 70 və 79-cu maddələri baxımından şərh edilməsinə dair” 08 dekabr 2021-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.4-cü maddəsində göstərilən hallar istisna olmaqla, Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə müvafiq olaraq həmin Məcəllənin 70 və 79-cu maddələrinə əsasən azadlıqdan məhrum etmə cəzasına şərti məhkum edilmiş və ya azadlıqdan məhrum etmə cəzasının çəkilməsi təxirə salınmış şəxsin yenidən qəsdən cinayət törətməsi cinayətlərin residivini yaradır. Yuxarıda qeyd olunanlardan görünür ki, Təqsirləndirilən şəxs1 hazırkı cinayət əməlini törədərkən onun barəsində Qax Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli, xx.xx.2018-ci il tarixli xx.xx.2019-cu il tarixli hökmləri üzrə məhkumluq ödənilməmişdir. Beləliklə Təqsirləndirilən şəxs1 əvvəllər qəsdən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etmə cəzasına məhkum olunduğu üç hökm üzrə məhkumluq ödənilmədən və götürülmədən qəsdən az ağır cinayət əməlini törətmişdir. Belə ki, CM-in 18.3.1-ci maddəsinə əsasən qəsdən az ağır və ya qəsdən ağır cinayət törətməyə görə əvvəllər hər hansı ardıcıllıqla üç dəfədən az olmayaraq azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxs yenidən qəsdən cinayət törətməyə görə azadlıqdan məhrum etmə cəzasına məhkum olunduqda cinayətlərin residivi xüsusilə təhlükəli sayılır. CM-in 65.2-ci maddəsinə əsasən xüsusi təhlükəli residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin dörddə üçündən az ola bilməz. Həmçinin, CM-in 56.1.4-cü maddəsinə əsasən cinayətlərin xüsusi təhlükəli residivi zamanı azadlıqdan məhrum etmə cəzasının xüsusi rejimli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Bununla yanaşı Təqsirləndirilən şəxs1 əməlində cinayətin xüsusilə təhlükəli residivi olmasını məhkəmə CM-in 61.1.1-ci maddəsinə əsasən onun cəzasını ağırlaşdıran hal kimi nəzərə alır. Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə görə məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarının 2-ci bəndinə görə cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Bununla yanaşı, məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs Səbuh Məmmədovun əməllərini qismən etiraf etməsi onun ictimai dəyərlərə və ədalət mühakiməsinə hörmət hissinin qorunub saxlandığına dəlalət edir və səmimi peşmançılığını bildirməsi, tutduğu əmələ görə özü-özünü məzəmmət etdiyini təsdiq edir. Məhkəmə xüsusi olaraq qeyd edir ki, cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Bu baxımdan cəzanı yüngülləşdirən halların düzgün müəyyən olunması xüsusi əhəmiyyət kəsb edir. “Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi barədə” 11 iyun 2004-cü il tarixli 688-İİQD saylı Azərbaycan Respublikası Qanununun 3-cü hissəsinin 9-cu bəndinin və 4-cü hissəsinin 7-ci bəndinin Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin 9-cu hissəsinə uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 yanvar 2005-ci il tarixli Qərarında qeyd olunur ki, istənilən məhkəmə aktının qanuni və əsaslı hesab olunması üçün mütləq şərtlərdən biri onun ədalətli olmasıdır, çünki, ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir. Ona görə də məhkəmə bu qənaətdədir ki, bütün hallarda təqsirləndirilən şəxslərə təyin ediləcək cəza heç bir halda həm təqsirləndirilən şəxsin özünə, həm də onun ailəsinə, yaxınlarına sitəm vermək xarakteri daşımamalıdır. Məhkəmə yuxarıda göstərilən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini nəzərə alaraq Təqsirləndirilən şəxs1 barəsində təqsirləndirildiyi maddələrin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə cəzasını əməlində cinayətin xüsusilə təhlükəli residivi olması nəzərə alınmaqla təyin etməyi, Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə Şəki Apellyasiya Məhkəməsinin 24 oktyabr 2023-cü il tarixli hökmü ilə Təqsirləndirilən şəxs1 CM-nin 177.2.3-cü maddəsi ilə təyin edilmiş 3 il 9 ay müddətə azadlıqdan məhrumetmə cəzası hazırki hökmlə təyin edilən azadlıqdan məhrumetmə cəzası ilə qismən toplanmaqla onun üzərində qəti olaraq azadlıqdan məhrum etmə cəzası saxlanılmasını, Şəki Apellyasiya Məhkəməsinin 24 oktyabr 2023-cü il tarixli qərarı ilə təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş hissəsi ona hazırkı hökmlə təyin edilən cəzanın müddətinə hesablanmaqla cəzasının əvvəli onun tutulduğu xx.xx.2023-cü il tarixdən hesablanmasını, cəzasının xüsusi rejimli cəzaçəkmə müəssisəsində çəkməsini və cəzasının əvvəli onun tutulduğu 01 may 2023-cü il tarixdən hesablanmasını qanuni və əsaslı hesab edir. Məhkəmə Təqsirləndirilən şəxs2 cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs2 İİİ qrup əlil olmasını, əməlindən səmimi peşman olmasını və yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını CM-nin 59.2ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs2 cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə yuxarıda göstərilənləri cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini nəzərə alaraq Təqsirləndirilən şəxs2 təqsirləndirildiyi maddənin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəza təyin olunmasını qanuna müvafiq hesab edir. CM-nin 66.5-ci maddəsinə Qax rayon Məhkəməsinin 23 noyabr 2023-cü il tarixli hökmü ilə Təqsirləndirilən şəxs2 CM-nin 234.1-ci maddəsi ilə təyin edilmiş 1 il müddətə azadlıqdan məhrumetmə cəzası hazırki hökmlə təyin edilən azadlıqdan məhrumetmə cəzası ilə qismən toplanmaqla onun üzərində qəti olaraq azadlıqdan məhrum etmə cəzası saxlanılmalı, cəzasının əvvəli onun tutulduğu xx.xx.2023-cü il tarixdən hesablanmalı, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzasının əvvəli onun tutulduğu 15 sentyabr 2023-cü il tarixdən hesablanmalıdır. İş üzrə maddi sübut olan dəyəri 130 manat olan 1 ədəd videoregistrator aparatının Zərərçəkmiş şəxs3 qaytarılması nəzərə alınnmalıdır. İş üzrə olan 100 (bir yüz) manat məbləğində ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 birgə qaydada tutulub dövlət büdcəsinin müvafiq hesabına köçürülməlidir. İş üzrə zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs3 vurulmuş maddi ziyanla bağlı ayrıca mülki mühakimə icraatı qaydasında tələb etmək hüquqlarının olması izah olunmalıdır. İş üzrə xüsusi müsadirə olunmalı əmlak yoxdur. Yuxarıda qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 347- 349, 351-354, 356-358-ci maddələrini rəhbər tutaraq məhkəmə, hökmetdi: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib, 4 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən Şəki Apellyasiya Məhkəməsinin 24 oktyabr 2023-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs1 CM-nin 177.2.3-cü maddəsi ilə təyin edilmiş 3 il 9 ay müddətə azadlıqdan məhrumetmə cəzası hazırki hökmlə təyin edilən azadlıqdan məhrum etmə cəzası ilə qismən toplanmaqla onun üzərində qəti olaraq 04 (dörd) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs1 cəzasının əvvəli onun tutulduğu xx.xx.2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs1 azadlıqdan məhrum etmə cəzasını xüsusi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib, 2 (iki) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə Qax rayon Məhkəməsinin 23 noyabr 2023-cü il tarixli hökmü ilə Təqsirləndirilən şəxs2 CM-nin 234.1-ci maddəsi ilə təyin edilmiş 1 il müddətə azadlıqdan məhrum etmə cəzası hazırki hökmlə təyin edilən azadlıqdan məhrumetmə cəzası ilə qismən toplanmaqla onun üzərində qəti olaraq 3(üç) il müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs2 cəzasının əvvəli onun tutulduğu xx.xx.2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs2 azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. İş üzrə ümumi məhkəmə xərci olan, aparılmış ekspertiza tədqiqatının dəyəri 100 (bir yüz) manat Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 birgə qaydada alınaraq dövlət büdcəsinin müvafiq hesabına köçürülsün. İş üzrə maddi sübut olan dəyəri 130 manat olan 1 ədəd videoregistrator aparatının Zərərçəkmiş şəxs3 qaytarılması nəzərə alınsın. İş üzrə zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs3 vurulmuş maddi ziyanla bağlı ayrıca mülki mühakimə icraatı qaydasında tələb etmək hüquqlarının olması izah olunsun. Hökmdən elan olunduğu andan (həbsdə olan şəxs rəsmi qaydada aldığı andan) 20 (iyirmi) gün müddətində Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən göstərilən müddətdə аpellyаsiyа şikаyəti və ya prоtesti verilmədikdə, həmin müddət bаşа çаtdığı vаxtdаn sоnrаkı gün hökm qаnuni qüvvəyə minir. Hakim: Malik Qarayev
Məhkəmə qərarları › İş №1(024)-7/2024
Qax Rayon Məhkəməsi Hökm — İş №1(024)-7/2024
01.02.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver