Məhkəmə qərarları › İş №1(024)-7/2025

Qax Rayon Məhkəməsi Hökm — İş №1(024)-7/2025

03.07.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Qax rayonu İş № 1(024)-7/2025 03.07.2025 QAX RAYON MƏHKƏMƏSİ Hakim Zeynalov Mirheydər Seyidəmir oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Məmmədova Zəhra Rövşən qızının katibliyi, Dövlət ittihamçısı, Müdafiəçi fərdi fəaliyyət göstərən vəkil Müdafiəçi, Zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs4 iştirakı ilə xx xxxxxxxx 1986-cı il tarixdə Quba rayonu, Xucbala kəndində təhsilli, əvvəllər məhkum olunmuş, heç yerdə işləməyən, Quba rayonu, Xucbala kəndində qeydiyyatda olan, barəsində «həbs» qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Şəki Penitensiar Müəssisəsində saxlanılan-Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İbtidai istintaq orqanı tərəfindən verilmiş ittihamın mahiyyəti ondan ibarətdir ki, Təqsirləndirilən şəxs qəsdən özgənin əmlakını ələ keçirmək məqsədi ilə Quba rayonu, Digah kənd sakini X2 etibarından sui-istifadə edərək onun oğlu X5 RMX-da mühafizəçi vəzifəsində işə düzəltməkdə köməklik edəcəyi vədini verib inandıraraq buna əməl etməyib vahid niyyətlə əhatə olunan qəsdlə 2023-cü ilin fevral ayının əvvəlində yaşadığı Quba rayonu, Xucbala kəndində olan evin qarşısında 1.200 manat pulunu, 16 fevral 2024-cü il tarixdə, saat 16:00 radələrində Quba rayonu, Digah kəndində olan evində olan zaman «Birbank» elektron tətbiqi vasitəsilə Təqsirləndirilən şəxs adına olan "xxxx" ASC-yə aid «409858******3007» №li bank kartına 505 manat, 21 fevral 2024-cü il tarixdə saat 19:39 radələrində Quba rayonu, Digah kəndində evində olan zaman «Birbank» elektron tətbiqi vasitəsilə Ə.S. Abdullayevin adına olan "xxxx" ASC-yə aid «409858******3007» №li bank kartına 1.000 manat, 21 fevral 2024-cü il tarixdə, saat 19:42 radələrində Quba rayonu, Digah kəndində evində olan zaman «Birbank» elektron tətbiqi vasitəsilə Ə.S. Abdullayevin adına olan "xxxx" ASC-yə aid «409858******3007» №li bank kartına 10 manat, 26 fevral 2024-cü il tarixdə saat 10:26 radələrində Quba rayonu, Digah kəndində evində olan zaman «Birbank» elektron tətbiqi vasitəsilə Təqsirləndirilən şəxs adına olan "xxxx" ASC-yə aid «409858******3007» №li bank kartına 505 manat, 07 mart 2024cü il tarixdə, saat 17:38 radələrində Quba rayonu, Digah kəndində evində olan zaman «Birbank» elektron tətbiqi vasitəsilə Təqsirləndirilən şəxs adına olan "xxxx" ASC-yə aid «409858******3007» №li bank kartına 85 manat pulun köçürülüməsinə nail olaraq aldatma yolu ilə zərərçəkmiş şəxs X2 3.305 manat məbləğində pulunu ələ keçirərək dələduzluq etmişdir. Bundan başqa o qəsdən təkrar olaraq özgənin əmlakını ələ keçirmək məqsədi ilə Qax rayonu, Şotavar kənd sakini Zərərçəkmiş şəxs4 etibarından sui-istifadə edərək ona müharibə əllilərinə verilən avtomobil və ev almaqda köməklik edəcəyi vədini verib inandıraraq buna əməl etməyib vahid niyyətlə əhatə olunan qəsdlə 2023-cü ilin fevral ayının əvvəlində Bakı şəhəri, Nəriman rayonu ərazisində yerləşən Kardiologiya İnstitutunun qarşısında 900 manat pulunu,11 fevral 2023-cü il tarixdə saat 12:22 radələrində Qax rayonu, Qorağan kəndi ərazisində yerləşən «Stop Shop» marketində olan «e-manat» elektron ödəmə terminalı vasitəsilə öz adına olan «LeoBank»a aid son 8 rəqəmi 68343007 bank kartına 200 manat, 28 fevral 2023cü il tarixdə Qax rayonu, Qorağan kəndi ərazisində yerləşən «Stop Shop» marketində olan «m10» elektron ödəmə terminalı vasitəsilə öz adına olan «LeoBank»a aid son 8 rəqəmi 68343007 bank kartına 260 manat, 28 fevral 2024-cü il tarixdə, saat 19:00 radələrində Qax rayonu, Qorağan kəndi ərazisində yerləşən «Stop Shop» marketində olan «m10» elektron ödəmə terminalı vasitəsilə öz adına olan «LeoBank»a aid son 8 rəqəmi 68343007 bank kartına 260 manat, 16 mart 2024-cü il tarixdə, saat 14:10 radələrində Qax rayonu, Qorağan kəndi ərazisində yerləşən «Stop Shop» marketində olan «e-manat» elektron ödəmə terminalı vasitəsilə öz adına olan «LeoBank»a aid son 8 rəqəmi 68343007 bank kartına 255 manat, 19 mart 2024-cü il tarixdə, saat 11:35 radələrində Qax şəhəri, Ü.Hacıbəyov küçəsində yerləşən «Aydan» marketində olan «e-manat» elektron ödəmə terminalı vasitəsilə öz adına olan «LeoBank»a aid son 8 rəqəmi 68343007 bank kartına 300 manat, 01 aprel 2024-cü il tarixdə, saat 17:40 radələrində Zaqatala rayonu, Aşağı Tala kəndi ərazisində yerləşən «Tala» marketində olan «e-manat» elektron ödəmə terminalı vasitəsilə öz adına olan «LeoBank»a aid son 8 rəqəmi 68343007 bank kartına 100 manat, 03 aprel 2024-cü il tarixdə, saat 13:56 radələrində Qax rayonu, Qorağan kəndi ərazisində yerləşən «Stop Shop» marketində olan «mpay» elektron ödəmə terminalı vasitəsilə öz adına olan «LeoBank» a aid son 8 rəqəmi 68343007 bank kartına 200 manat, 16 aprel 2024-cü il tarixdə, saat 12:20 radələrində Qax rayonu, Qorağan kəndi ərazisində yerləşən «Stop Shop» marketində olan «mpay» elektron ödəmə terminalı vasitəsilə öz adına olan «LeoBank» a aid son 8 rəqəmi 68343007 bank kartına 150 manat, 15 iyul 2024-cü il tarixdə, saat 15:07 radələrində Qax rayonu, Şotavar kəndində olan evində olan zaman «Birbank» elektron tətbiqi vasitəsilə Təqsirləndirilən şəxs adına olan «LeoBank»a aid **********343007 №li bank kartına 167 manat, 21 avqust 2024-cü il tarixdə, saat 11:11 radələrində Qax rayonu, Qorağan kəndi ərazisində yerləşən «Stop Shop» marketində olan «mpay» elektron ödəmə terminalı vasitəsilə öz adına olan «LeoBank»a aid son 8 rəqəmi 68343007 bank kartına 300 manat, 21 avqust 2024-cü il tarixdən 2024-cü ilin avqust ayının sonlarına kimi isə istintaqa məlum olmayan vaxtlarda 1.908 manat məbləğində pulun köçürülüməsinə nail olaraq aldatma yolu ilə Zərərçəkmiş şəxs4 5.000 manat məbləğində pulunu ələ keçirərək təkrarən dələduzluq etmişdir. Bundan başqa o qəsdən təkrar olaraq özgənin əmlakını ələ keçirmək məqsədi ilə Qax rayonu, Şotavar kənd sakini Zərərçəkmiş şəxs2 etibarından sui-istifadə edərək ona müəllimlərin attestasiya imtahanında keçməsində köməklik edəcəyi vədini verib inandıraraq buna əməl etməyib vahid niyyətlə əhatə olunan qəsdlə 10 iyun 2024-cü il tarixdə, saat 08:53 radələrində Qax rayonu, Qorağan kəndi ərazisində yerləşən «Stop Shop» marketində olan «mpay» elektron ödəmə terminalı vasitəsilə öz adına olan «LeoBank»a aid son 8 rəqəmi 68343007 bank kartına 1.500 manat, 11 iyun 2024-cü il tarixdə, saat 09:56 radələrində Qax rayonu, Qorağan kəndi ərazisində yerləşən «Stop Shop» marketində olan «mpay» elektron ödəmə terminalı vasitəsilə öz adına olan «LeoBank»a aid son 8 rəqəmi 68343007 bank kartına 232 manat, 15 iyun 2024-cü il tarixdə, saat 13:31 radələrində Qax rayonu, Qorağan kəndi ərazisində yerləşən «Stop Shop» marketində olan «mpay» elektron ödəmə terminalı vasitəsilə öz adına olan «LeoBank»a aid son 8 rəqəmi 68343007 bank kartına 1.010 manat, 21 iyun 2024-cü il tarixdə, saat 10:27 radələrində Qax rayonu, Qorağan kəndi ərazisində yerləşən «Stop Shop» marketində olan «mpay» elektron ödəmə terminalı vasitəsilə öz adına olan «LeoBank»a aid son 8 rəqəmi 68343007 bank kartına 300 manat, 27 iyun 2024-cü il tarixdə, saat 20:15 radələrində Qax rayonu, Şotavar kəndindəki evində olan zaman «Birbank» elektron tətbiqi vasitəsilə Təqsirləndirilən şəxs adına olan «LeoBank»a aid **********343007 №li bank kartına 140 manat, 04 iyul 2024-cü il tarixdə, saat 18:15 radələrində Qax rayonu, Qorağan kəndi ərazisində yerləşən «Stop Shop» marketində olan «mpay» elektron ödəmə terminalı vasitəsilə öz adına olan «LeoBank»a aid son 8 rəqəmi 68343007 bank kartına 61 manat, 27 iyul 2024-cü il tarixdə, saat 21:39 radələrində Qax rayonu, Zəyəm kəndi ərazisində yerləşən «Zəyəm» marketində olan «e-manat» elektron ödəmə terminalı vasitəsilə Təqsirləndirilən şəxs adına olan «LeoBank»a aid son 8 rəqəmi 68343007 bank kartına 80 manat, 06 avqust 2024-cü il tarixdə, saat 12:38-radələrində Qax rayonu, Şotavar kəndindəki evində olan zaman «Birbank» elektron tətbiqi vasitəsilə Təqsirləndirilən şəxs adına olan «LeoBank»a aid **********343007 №li bank kartına 110 manat 06 avqust 2024-cü il tarixdən 2024-cü ilin avqust ayının sonuna kimi istintaqa məlum olmayan vaxtlarda 2.567 manat məbləğində pulun köçürülüməsinə nail olaraq aldatma yolu ilə Zərərçəkmiş şəxs2 6.000 manat məbləğində pulunu ələ keçirərək xeyli miqdarda ziyan vurmaqla təkrarən dələduzluq etmişdir. Bundan başqa o qəsdən təkrar olaraq özgənin əmlakını ələ keçirmək məqsədi ilə Qax rayonu, Şotavar kənd sakini Zərərçəkmiş şəxs3 etibarından sui-istifadə edərək ona müəllimlərin attestasiya imtahanında keçməsində köməklik edəcəyi vədini verib inandıraraq buna əməl etməyib vahid niyyətlə əhatə olunan qəsdlə 10 iyun 2024-cü il tarixdə, saat 10:19 radələrində Qax şəhəri, H.Əliyev prospektində yerləşən «Nicat» marketdə olan «e-manat» elektron ödəmə terminalı vasitəsilə öz adına olan «LeoBank»a aid son 8 rəqəmi 68343007 bank kartına 2.000 manat, 10 iyun 2024-cü il tarixdə, saat 15:57 radələrində Qax şəhəri, İ.Mustafayev küçəsində yerləşən «Babək 99» marketdə olan «mpay» elektron ödəmə terminalı vasitəsilə öz adına olan «LeoBank»a aid son 8 rəqəmi 68343007 bank kartına 500 manat, 13 iyun 2024-cü il tarixdə, saat 09:21 radələrində Qax rayonu, Şotavar kəndində olan evində olan zaman «Azericard» elektron tətbiqi vasitəsilə Təqsirləndirilən şəxs adına olan «LeoBank»a aid **********343007 №li bank kartına 500 manat, 18 iyun 2024-cü il tarixdə, saat 21:02 radələrində Qax rayonu, Qorağan kəndi ərazisində yerləşən «Stop Shop» marketində olan «mpay» elektron ödəmə terminalı vasitəsilə öz adına olan «LeoBank»a aid son 8 rəqəmi 68343007 bank kartına 800 manat, 20 iyun 2024-cü il tarixdə, saat 22:10 radələrində Qax rayonu, Şotavar kəndindəki evində olan zaman «Azericard» elektron tətbiqi vasitəsilə Təqsirləndirilən şəxs adına olan «LeoBank»a aid **********343007 №li bank kartına 100 manat, 20 iyun 2024-cü il tarixdə, saat 17:43 radələrində Qax şəhəri, İ.Mustafayev küçəsində yerləşən «Babək 99» marketdə olan «mpay» elektron ödəmə terminalı vasitəsilə öz adına olan «LeoBank»a aid son 8 rəqəmi 68343007 bank kartına 500 manat, 27 iyun 2024-cü il tarixdə saat 19:41 radələrində Qax rayonu, Qorağan kəndi ərazisində yerləşən «Stop Shop» marketində olan «mpay» elektron ödəmə terminalı vasitəsilə öz adına olan «LeoBank»a aid son 8 rəqəmi 68343007 bank kartına 142 manat, 04 iyul 2024-cü il tarixdə, saat 17:54 radələrində Qax rayonu, Qorağan kəndi ərazisində yerləşən «Stop Shop» marketində olan «mpay» elektron ödəmə terminalı vasitəsilə öz adına olan «LeoBank»a aid son 8 rəqəmi 68343007 bank kartına 61 manat və 04 iyul 2024-cü il tarixdən 2024-cü ilin iyul ayının sonlarına kimi olan müddət ərzində istintaqa məlum olmayan vaxtlarda 597 manat məbləğində pulun köçürülüməsinə nail olaraq aldatma yolu ilə Zərərçəkmiş şəxs3 5.200 manat məbləğində pulunu ələ keçirərək xeyli miqdarda ziyan vurmaqla təkrarən dələduzluq etmişdir. Bundan başqa o qəsdən özgənin əmlakını ələ keçirmək məqsədi ilə Qax rayonu, Qorağan kənd sakini Zərərçəkmiş şəxs1 etibarından sui-istifadə edərək sonuncuya müəllimlərin attestasiya imtahanında keçməsində köməklik edəcəyi vədini verib inandıraraq buna əməl etməyib vahid niyyətlə əhatə olunan qəsdlə 15 iyun 2024-cü il tarixdə, saat 11:25 radələrində Qax rayonu, Qorağan kəndi ərazisində yerləşən «Stop Shop» marketdə olan «m10» elektron ödəmə terminalı vasitəsilə öz adına olan «LeoBank»a aid son 8 rəqəmi 68343007 bank kartına 5.000 manat, 15 iyun 2024-cü il tarixdə saat 11:27-də Qax rayonu, Qorağan kəndi ərazisində yerləşən “Stop Shop” marketdə olan «m10» elektron ödəmə terminalı vasitəsilə öz adına olan «LeoBank»a aid son 8 rəqəmi 68343007 bank kartına 1.300 manat, 15 iyun 2024-cü il tarixdə saat 12:15 radələrində Qax rayonu, Qorağan kəndi ərazisində yerləşən «Stop Shop» marketdə olan «m10» elektron ödəmə terminalı vasitəsilə öz adına olan «LeoBank»a aid son 8 rəqəmi 68343007 bank kartına 1.000 manat, 19 iyun 2024cü il tarixdə, saat 09:13 radələrində Qax rayonu, Qorağan kəndindəki evində olan zaman «Birbank» elektron tətbiqi vasitəsilə Təqsirləndirilən şəxs adına olan «LeoBank»a aid **********343007 №li bank kartına 1.000 manat, 21 iyun 2024-cü il tarixdə, saat 23:47 radələrində Qax rayonu, Qorağan kəndində evində olan zaman «Birbank» elektron tətbiqi vasitəsilə Təqsirləndirilən şəxs adına olan «LeoBank»a aid **********343007 №li bank kartına 505 manat, 22 iyun 2024-cü il tarixdə, saat 21:17 radələrində Qax rayonu, Qorağan kəndindəki evində olan zaman «Birbank» elektron tətbiqi vasitəsilə Təqsirləndirilən şəxs adına olan «LeoBank»a aid **********343007 №li bank kartına 1.500 manat, 24 iyun 2024-cü il tarixdə, saat 14:56 radələrində Qax rayonu, Qorağan kəndindəki evində olan zaman «Birbank» elektron tətbiqi vasitəsilə Təqsirləndirilən şəxs adına olan «LeoBank»a aid **********343007 №li bank kartına 235 manat, 25 iyun 2024-cü il tarixdə saat 00:30 radələrində Qax rayonu, Qorağan kəndi ərazisində yerləşən «Stop Shop» marketində olan «m10» elektron ödəmə terminalı vasitəsilə öz adına olan «LeoBank»a aid son 8 rəqəmi 68343007 bank kartına 2.050 manat, 25 iyun 2024-cü il tarixdə, saat 23:13 radələrində Qax rayonu, Qorağan kəndindəki evində olan zaman «Birbank» elektron tətbiqi vasitəsilə Təqsirləndirilən şəxs adına olan «LeoBank»a aid **********343007 №li bank kartına 170 manat, 27 iyun 2024-cü il tarixdə, saat 18:13 radələrində Qax rayonu, Qorağan kəndindəki evində olan zaman «Birbank» elektron tətbiqi vasitəsilə Təqsirləndirilən şəxs adına olan «LeoBank»a aid **********343007 №li bank kartına 253 (iki yüz əlli üç) manat, 29 iyun 2024-cü il tarixdə, saat 15:09 radələrində Qax rayonu, Qorağan kəndindəki evində olan zaman «Birbank» elektron tətbiqi vasitəsilə Təqsirləndirilən şəxs adına olan «LeoBank»a aid **********343007 №li bank kartına 1.000 manat, 02 iyul 2024-cü il tarixdə, saat 14:19 radələrində Qax rayonu, Qorağan kəndindəki evində olan zaman «Birbank» elektron tətbiqi vasitəsilə Təqsirləndirilən şəxs adına olan «LeoBank»a aid **********343007 №li bank kartına 370 manat, 02 iyun 2024-cü il tarixdə, saat 15:40 radələrində Qax rayonu, Qorağan kəndindəki evində olan zaman «Birbank» elektron tətbiqi vasitəsilə Təqsirləndirilən şəxs adına olan «LeoBank»a aid **********343007 №li bank kartına 47 manat, 03 iyul 2024-cü il tarixdə, saat 19:59 radələrində Qax rayonu, Qorağan kəndindəki evində olan zaman «Birbank» elektron tətbiqi vasitəsilə Təqsirləndirilən şəxs adına olan «LeoBank»a aid **********343007 №li bank kartına 630 manat, 04 iyul 2024-cü il tarixdə, saat 15:06 radələrində Qax rayonu, Qorağan kəndindəki evində olan zaman «Birbank» elektron tətbiqi vasitəsilə Təqsirləndirilən şəxs adına olan «LeoBank»a aid **********343007 №li bank kartına 65 manat, 07 iyul 2024-cü il tarixdə, saat 16:23 radələrində Qax rayonu, Qorağan kəndində olan evində olan zaman «Birbank» elektron tətbiqi vasitəsilə Təqsirləndirilən şəxs adına olan «LeoBank»a aid **********343007 №li bank kartına 600 manat, 07 iyul 2024-cü il tarixdə, saat 19:53 radələrində Qax rayonu, Qorağan kəndində olan evində olan zaman «Birbank» elektron tətbiqi vasitəsilə Təqsirləndirilən şəxs adına olan «LeoBank»a aid **********343007 №li bank kartına 200 manat, 08 iyul 2024-cü il tarixdə, saat 19:54-radələrində Qax rayonu, Qorağan kəndində olan evində olan zaman «Birbank» elektron tətbiqi vasitəsilə Təqsirləndirilən şəxs adına olan «LeoBank»a aid **********343007 №li bank kartına 200 manat məbləğində pulun köçürülüməsinə nail olaraq aldatma yolu ilə Zərərçəkmiş şəxs1 16.125 manat məbləğində pulunu ələ keçirərək xeyli miqdarda ziyan vurmaqla təkrarən dələduzluq etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, o Familə vurduğu ziyanı ödəmişdir. 1.200 manat qalmışdır. Digər iki nəfərə vurduğu ziyanı da ödəyəcəkdir. Hissə-hissə ödəniş edəcəkdir. Zərərçəkmiş şəxslər borc müqaviləsi bağlasınlar və o borcu ödəsin. Pərvinlə Samirənin günahı yoxdur. Elnur evinin pəncərəsini bu pullarla qoyub. Elnur ona 5.000 manat pul vermiş və Elnura 6.000 manat qaytarmışdır. O, zərərçəkmiş şəxs F.İ. Ağasıyevə borclu deyildir. Onun kartına 2.000 manat ödəmişdir. Svetlana ilə bağlı bildirir ki, əvvəl Svetlana zəng etmişdir ki, Akiflə yoldaşı Samirə xanıma kömək etsin. Sonra isə Svetlana zəng etmişdir. Akiflə Samirəyə vurduğu ziyanı ödəyəcəkdir. Çünki həmin işi Elnur vasitəsi ilə görmüşdür. Bununla bağlı Baş Prokurorluğa müraciət etməlidir. Elnur həbs olunmalıdır. O, cinayəti tək törətməmişdir. İki nəfərin pulunu ödəyəcəkdir. Biri Zərərçəkmiş şəxs1dir. Onların heç bir günahı yoxdur, Svetlana xanım demişdir ki, onların onda səs yazıları vardır. Onların pulunu balta kəsmir, o oğluna Xırdalanda ev almışdır. Onun pulu yoxdur. Onlardan pulun alsın və həmin pulun üzərinə qoysun. Bununla bağlı Akifdə səs yazıları vardır. Svetlana Akifi də aldatmışdır ki, o pulunu göndərdi, o da göndərsin. Famil deyir ki, ona 1.200 manat borcludur. Bununla bağlı əsas gətirsin. Haradan Familə borclu qalmışdır? Famil deyir ki, guya onun qapısına gələrək zəng etmiş, ona pul vermişdir. Bu məsələ araşdırılsın, əgər zəng etmişsə 1.200 manat pulu dərhal ödəyəcəkdir. Famil heç onun qapsını tanımır. Familin borcunu ödəmişdir. Famil onun həmkəndlisidir. Sadəcə onlar əlbirdirlər. Elnur Famillə telefonla danışan zaman Famil demişdir ki, onun pulunu gətirib ödəsin, o onların şikayətlərini geri götürdəcək. Onlar əlbirdirlər və ortada rol oynuyurlar. O, istəyir ki, onların telefon danışıqları çıxarılsın. Elnur onunla əlbirdir. O günahkardır, 5 il həbs də verilsə o razıdır. Sadəcə olaraq telefon danışıqları çıxarılsın. O, özünü qətiyyən təqsirli bilmir. Bu işdə təqsirli olan Svetlana və Elnurdur. Onun təqsiri yoxdur. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 124.2-ci maddəsinin tələbinə uyğun olaraq aşağıdakıları sübut növü kimi qəbul etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, Qax rayonu, Qorağan kəndinin tam orta məktəbində 25 il ibtidai siniflər üzrə müəllim vəzifəsində çalışmışdır. 08 iyun 2024-cü il tarixdə müəllimlər üçün sertifıkasiya imtahanı Şəki rayonunda olmuşdur. Həmin imtahanda iştirak etmişdir. İmtahanda yüksək bal toplaya bilməmişdir. Yüksək bal yəni 31 toplamadığı üçün Təhsil Nazirliyi tərəfindən işdən xaric olunmuşdur. Bundan sonra qonşu kənddə işləyən Svetlana adlı müəllimə ona bir nəfər şəxsin sertifıkasiya imtahanından kəsilən şəxsləri təkrar olaraq sertifıkasiya imtahanında keçirdiyinə və yüksək bal toplamağa köməklik etdiyini demişdir. Svetlana müəllimə həmin şəxsin mobil telefonunu ona vermişdir. Həmçinin Svetlana müəllimə özünün də imtahandan kəsildiyini demişdir. Həmin şəxsə pul müqabilində ona köməklik göstərərək təkrar sertifikasiya imtahandan keçirərək yüksək bal toplamağa köməklik göstərdiyini bilmişdir. Şəxsin istifadəsində olan «***-***-**-**» №li mobil telefona zəng vurdum. Həmin şəxs özünü Ədalət adlı şəxs kimi təqdim etmişdir. Ədalət adlı şəxs ona 6.300 manat pul müqabilində təkrar olaraq sertifikasiya imtahanından keçirərək yüksək bal toplamağa köməklik edəcəyini demişdir. Ədalət adlı şəxslə razılaşaraq 15 iyun 2024-cü il tarixdə Qax rayon, Qorağan kəndində yerləşən Paviliyon adlanan ərazidə yerləşən «Stop-Shop» adlı mağazanın içərisində yerləşən «Million» ödəniş post terminal vasitəsilə onun təqdim etdiyi «LeoBank»a aid 4098-5844-6834- 3007 №li kart hesabına həmin pulu yükləmişdir. 6.300 manat pulu yüklədikdən sonra Ədalət yenidən onunla əlaqə saxlayaraq balı aşağı olduğu üçün əlavə olaraq 1.000 manat pul istəmişdir. Həmin 1.000 manat pulu 15 iyun 2024-cü il tarixdə Qax rayonu, Qorağan kəndində yerləşən Paviliyon adlanan ərazidə yerləşən «Stop-Shop» adlı mağazanın içərisində yerləşən «Million» ödəniş post terminal vasitəsilə onun təqdim etdiyi «LeoBank»a aid 4098-5844-6834- 3007 №li kartın hesabına yollamışdır. 18 iyun 2024-cü il tarixdə Ədalət adlı şəxs yenidən onunla əlaqə saxlayaraq müsahibədən keçirmək üçün 1.000 manat pul lazım olduğu demişdir. Ona pulu 19 iyun 2024-cü il tarixdə yollaya biləcəyini demişdir. 19 iyun 2024-cü il tarixdə, saat 09:00 radələrində yaşadığı evdə olan zaman «Birbank» mobil proqramı ilə Təqsirləndirilən şəxs 1.000 manat pul yollamışdır. 21 iyun 2024-cü il tarixdə Təqsirləndirilən şəxs adlı şəxs yenidən onunla əlaqə saxlayaraq 2.000 manat pulun imtahan komissiyasından qeydiyyatdan keçmək üçün lazım olduğu demişdir. 21 iyun 2024-cü il tarixdə yaşadığı evdə olan zaman «Birbank» mobil proqramı ilə Təqsirləndirilən şəxs 505 manat pul yollamışdır. Geridə qalan 1.500 manat pulu isə 22 iyun 2024-cü il tarixdə göndərmişdir. 24 iyun 2024-cü il tarixdə Təqsirləndirilən şəxs adlı şəxs onunla mobil telefon vasitəsi ilə əlaqə saxlayaraq Təhsil Nazirliyini məhkəməyə vermək üçün ərizə yazılmalı olduğunu, Təqsirləndirilən şəxs onun adından ərizə yazdığını bildirmişdir. Həmin ərizəni yazan şəxsə 235 manat pul ödənilməli olduğunu demişdir. Həmçinin ərizəni yazdıqdan sonra məhkəmədə işə tez baxılması üçün 2.050 manat pulu məhkəmə verilməli olduğunu demişdir. Özünə məxsus olan «Kapital Bank»a aid «4169-7414-6308-3517» №li əmək haqqı kartından Ədalət adlı şəxsin ona təqdim etdiyi «LeoBank»a aid «4098-5844-6834-3007» №li kartın hesabına 235 manat pulu yollamışdır. 25 iyun 2024-cü tarixdə isə Qax rayonu, Qorağan kəndində yerləşən Paviliyon adlanan ərazidəki «Stop-Shop» adlı mağazanın içərisində yerləşən «Million» ödəniş post terminal vasitəsilə Ədalətin ona təqdim etdiyi «LeoBank»a aid «4098-5844-6834-3007» №li kartın hesabına 2.050 manat pulu yükləmişdir. 25 iyun 2024-cü il tarixdə Təqsirləndirilən şəxs adlı şəxs onunla əlaqə saxlayaraq 170 manat pul sənədlərin sürəti çıxartmaq üçün lazım olduğu demişdir. Yaşadığı evdə olan zaman «Birbank» mobil proqramı ilə Təqsirləndirilən şəxs 170 manat pulu onun kart hesabına yollamışdır. 27 iyun 2024-cü il tarixdə yenidən Təqsirləndirilən şəxs adlı şəxs onunla əlaqə saxlayaraq 253 manat pul lazım olduğu demişdir. Həmin pulu ona özünə məxsus olan əmək haqqı kartı vasitəsilə yollamışdır. 29 iyun 2024-cü il tarixdə Təqsirləndirilən şəxs adlı şəxs məlikəmdə əlavə olaraq 1.000 manat ödəniş etməli olduğu demişdir. Həmin 1.000 manatı 29 iyun 2024-cü il tarixdə özünə məxsus olan əmək kartı ilə Təqsirləndirilən şəxs adlı şəxsin təqdim etdiyi karta yoxlamışdır. 02 iyul 2024-cıi il tarixdə yenidən Ədalət adlı şəxs onunla əlaqə saxlayaraq 370 manat və 47 manat sənətlərlə bağlı ödəniş edəcəyini demişdir. Həmin tarixdə özünə məxsus olan əmək kart ilə onun ona təqdim etdiyi kart hesabına 370 və 47 manat pulu ödəmişdir. 03 iyul 2024-cü il tarixdə yenidən Təqsirləndirilən şəxs adlı şəxsə 630 manat pulu göndərmişdir. 04 iyun 2024-cü il tarixdə Təqsirləndirilən şəxs adlı şəxs ondan 65 manat pul istəmişdir. Həmin pulu da özünə məxsus olan əmək haqqı kartı ilə Ədalətin ona təqdim etdiyi kart hesabına yoxlamışdır. 07 iyul 2024-cii il tarixdə Təqsirləndirilən şəxs onunla əlaqə saxlayaraq 800 manat pulu Təhsil Nazirliyinə verməli olduğunu demişdir. Həmin 800 manat pulun 200 manatını yaşadığı evdə olan zaman «Birbank» mobil proqramı ilə Təqsirləndirilən şəxs göndərmişdir. 600 manatı isə sonradan Təqsirləndirilən şəxs təqdim etdiyi kart hesabına yollamışdır. Sonuncu dəfə 08 iyul 2024-cü il tarixdə Ədalət adlı şəxs onunla əlaqə saxlayaraq imtahandan keçmək üçün digər sənədlərin ödənişinə görə 200 manat pulun lazım olduğunu demişdir. Həmin tarixdə özünə məxsus olan «Kapital Bank»a aid «4169- 7414-6308-3517» №li əmək haqqı kartının hesabından Ədalətin ona təqdim etdiyi «LeoBank»a aid «4098-5844- 6834-3007» №li kartın hesabına 200 manat pulu yollamışdır. Ümumilikdə Təqsirləndirilən şəxs 15 iyun 2024-cü il tarixdən 08 iyul 2024-cü il tarixə kimi ayrıayrı vaxtlarda 16.125 manat pul yollamışdır. Məhkəmədən Təqsirləndirilən şəxs ağır cəza təyin olunmasını xahiş etmişdir Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, Qax rayonu, Şotavar kəndinin tam orta məktəbində 24 il ibtidai siniflər üzrə müəllim vəzifəlisində çalışmışdır. 08 iyun 2024-cii il tarixdə müəllimlər üçün sertifıkasiya imtahanı Şəki rayonunda olmuşdur. Həmin imtahanda iştirak etmişdir. İmtahanda yüksək bal toplamadığı üçün kəsilmişdir. Yüksək bal yəni 30 toplamadığı üçün Təhsil Nazirliyi tərəfindən işdən xaric olunmuşdur. Bundan sonra qohumu Elnur adlı şəxs ona bir nəfər şəxsin sertifıkasiya imtahanından kəsilən şəxsləri təkrar olaraq sertiflkasiya imtahanında keçirdiyinə və yüksək bal toplamağa köməklik etdiyini demişdir. Elnur həmin şəxsin mobil telefonunu ona vermişdir. Şəxsin istifadəsində «***-***-**-**» №li mobil telefona zəng vurmuşdur. Həmin şəxs özünü Təqsirləndirilən şəxs adlı şəxs kimi ona təqdim etmişdir. Təqsirləndirilən şəxs pul müqabilində ona köməklik göstərərək təkrar sertifikasiya imtahandan keçirərək yüksək bal toplamağa köməklik göstərdiyini demişdir. Təqsirləndirilən şəxs adlı şəxs ona 1.500 manat pul müqabilində təkrar olaraq sertifikasiya imtahanından keçirərək yüksək bal toplamağa köməklik edəcəyini demişdir. Təqsirləndirilən şəxs adlı şəxslə razılaşaraq 10 iyun 2024-cü il tarixdə Qax rayonu, Qorağan kəndində yerləşən Paviliyon adlanan ərazidə yerləşən «Stop-Shop» adlı mağazanın içərisindəki «Mpay» ödəniş post terminal vasitəsilə onun təqdim etdiyi «LeoBank»a aid «4098-5844-6834-3007» №li kartın hesabına həmin pulu yükləmişdir. 1.500 manat pulu yüklədikdən sonra Təqsirləndirilən şəxsyenidən onunla əlaqə komissiya xərcləri üçün 232 manat pul istəmişdir. Həmin 232 manat pulu 11 iyun 2024-cü cü il tarixdə Qax rayonu, Qorağan kəndində yerləşən Paviliyon adlanan ərazidə yerləşən «Stop-Shop» adlı mağazanın içərisində yerləşən «Mpay» ödəniş post terminal vasitəsilə onun təqdim etdiyi «LeoBank»a aid «4098-5844-6834-3007» №li kartın hesabına yollamışdır. 14 iyun 2024-cü il tarixdə Təqsirləndirilən şəxs adlı şəxs yenidən onunla əlaqə saxlayaraq müsahibədən keçirmək üçün 1.000 manat pul lazım olduğu demişdir. Ona pulu 15 iyun 2024-cü il tarixdə yollaya biləcəyini demişdir. Ədalət ona pulu yolladığı zamanı əlavə olaraq 1.010 manatda yollamağını demişdir. 15 iyun 2024-cü il tarixdə «Stop-Shop» adlı mağazanın içərisində olan «Mpay» ödəniş post terminal vasitəsilə onun təqdim etdiyi kart hesabına 1.010 manat pulu yükləmişdir. 21 iyun 2024-cü il tarixdə Təqsirləndirilən şəxs adlı şəxs onunla mobil telefon vasitəsi ilə əlaqə saxlayaraq Təhsil Nazirliyini məhkəməyə vermək üçün ərizə yazılmalı olduğunu demişdir. Özünün onun adından ərizə yazacağını demişdir. Həmin ərizəni yazan şəxsə 300 manat pul ödənilməli olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs adlı şəxsin ona təqdim etdiyi «LeoBank»a aid «4098-5844-6834-3007» №li kartın hesabına «Stop-Slıop» adlı mağazanın içərisində olan «Mpay» ödəniş post terminal vasitəsilə 300 manat pulu yükləmişdir. 25 iyun 2024-cü il tarixdə Ədalət adlı şəxs onunla əlaqə saxlayaraq 140 manat pulun sənədlərin sürəti çıxartmaq üçün lazım olduğu demişdir. 27 iyun 2024-cü il tarixdə Ədalətin təqdim etdiyi kartın hesabına 140 manat pulu yükləmişdir. 04 iyul 2024-cü il tarixdə yenidən Ədalət adlı şəxs onunla əlaqə saxlayaraq 61 manat pul lazım olduğu bildirmişdir. Həmin pulu «Stop-Shop» adlı mağazanın içərisində yerləşən «Mpay» ödəniş post terminal vasitəsilə onun təqdim etdiyi «LeoBank»a aid «4098-5844-6834-3007» №li kartın hesabına yollamışdır. 27 iyul 2024-cü il tarixdə Təqsirləndirilən şəxs onunla əlaqə saxlayaraq imtahandan keçmək üçün digər sənədlərin ödənişinə görə 80 manat pulun lazım olduğunu demişdir. Həmin tarixdə Qax rayonu, Zəyəm kəndində yerləşən Zəyəm adlı mağazanın içərisində olan «eManat» ödəniş post terminal vasitəsilə onun təqdim etdiyi kart hesabına 80 manat pulu yükləmişdir. 10 iyun 2024-cü il tarixdən 2024-cii ilin avqust ayının sonlarına kimi Təqsirləndirilən şəxs 6.000 manat pul göndərmişdir. Məhkəmədən Təqsirləndirilən şəxs ağır cəza təyin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs3 ifadəsində göstərmişdir ki, Qax rayonu, Şotavar kəndinin tam orta məktəbində 40 il ibtidai siniflər üzrə müəllim vəzifəsində çalışmışdır. 08 iyun 2024-cü il tarixdə müəllimlər üçün sertifikasiya imtahanı Şəki rayonunda olmuşdur. Həmin imtahanda iştirak etmişdir. İmtahanda topladığı ballar nəticəsində yüksək bal toplamadığı üçün kəsilmişdir. Yüksək bal yəni 31 toplamadığı üçün Təhsil Nazirliyi tərəfindən işdən xaric olunmuşdur. Bundan sonra onunla eyni məktəbdə çalışan Samirə adlı müəllimə ona bir nəfər şəxsin sertifikasiya imtahanından kəsilən şəxsləri təkrar olaraq sertifikasiya imtahanında keçirdiyinə və yüksək bal toplamağa köməklik etdiyini demişdir. Samirə müəllimə həmin şəxsin mobil telefonunu ona vermişdir. Həmçinin Samirə müəllimənin özünündə imtahandan kəsildiyini bildirmişdir. Həmin şəxsin ona pul müqabilində köməklik göstərərək təkrar sertifikasiya imtahandan keçirdiyini bildirmişdir. Həmin şəxsin istifadəsində olan «***-***-**-**» №li mobil telefona zəng vurmuşdur. Həmin şəxs özünü Təqsirləndirilən şəxs kimi təqdim etmişdir. Təqsirləndirilən şəxs adlı şəxs ona 2.000 manat pul müqabilində təkrar olaraq sertifikasiya imtahanından keçirərək yüksək bal toplamağa köməklik edəcəyini demişdir. Təqsirləndirilən şəxsoə razılaşaraq 10 iyun 2024-cü il tarixdə Qax şəhərində yerləşən Nicat adlı mağazanın içərisində yerləşən «eManat» ödəniş post terminal vasitəsilə onun təqdim etdiyi «LeoBank»a aid «4098-5844-6834-3007» №li kartın hesabına həmin pulu yükləmişdir. 2.000 manat pulu yüklədikdən sonra Ədalət yenidən onunla əlaqə saxlayaraq balının aşağı olduğu üçün əlaqə olaraq 500 manat pul istəmişdir. Həmin 500 manat pulu 10 iyun 2024-cü il tarixdə Qax şəhərində yerləşən mağazaların birindən «eManat» ödəniş post terminal vasitəsilə onun təqdim etdiyi «LeoBank»a aid «4098-5844-6834-3007»№li kartın hesabına yollamışdır.17 iyun 2024-cü il tarixdə Təqsirləndirilən şəxs yenidən onunla əlaqə saxlayaraq müsahibədən keçirmək üçün 800 manat pul lazım olduğu demişdir. Ona pulu 18 iyun 2024-cü il tarixdə yollaya biləcəyini demişdir.18 iyun 2024-cü il tarixdə, saat 21:00 radələrində Qax rayonu, Qorağan kəndində yerləşən Paviliyon adlanan ərazidə yerləşən «Stop-Shop» adlı mağazanın içərisində yerləşən «Mpay» ödəniş post terminal vasitəsilə Təqsirləndirilən şəxs təqdim etdiyi kart hesabına 800 manat pulu yollamışdır. 10 iyun 2024-cü il tarixdən 2024-cü ilin iyul ayının sonlarına kimi Təqsirləndirilən şəxs 5.200 manat pul göndərmişdir.Məhkəmədən Təqsirləndirilən şəxs ağır cəza təyin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş qismində dindirilmiş Zərərçəkmiş şəxs4 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs tanıyır. Onunla heç bir düşmənçiliyi və ədavəti olmamışdır. İİ-ci vətən müharibəsinin iştirakçısı olmuşdur. Müharibə dövründə yanında minomyot partladığı üçün bədənində qəlpə izləri vardır. Bununla bağlı İİ-ci qrup əlil üzrə pensiya aldığını bildirmişdir. Aldığı xəsarətlərlə bağlı hər ildə Bakı şəhərində yerləşən Kardiologiya institutunda müalicə almışdır. 2023-cli ilin yanvar ayında aldığı xəsarətlərlə bağlı Bakı şəhərində yerləşən Kardiologiya institutunda müalicə alan zaman orada Təqsirləndirilən şəxs adlı şəxslə tanış olmuşdur. Təqsirləndirilən şəxs ona əlilliyi ilə bağlı ev və yaxud avtomobil almaq üçün köməklik edə biləcəyini demişdir. Həmin köməkliyi pul müqabilində edəcəyini demişdir. Təqsirləndirilən şəxs ona köməklik etmək üçün 1.200 manat pul istəmişdir. Onunla razılaşmışdır. 2023-cii ilin fevral ayının əvvəli Bakı şəhərində yerləşən Kardiologiya institutunun qarşısında Ədalət ilə görüşərək ona 900 manat pul vermişdir.11 fevral 2023-cü il tarixdə Qax rayonu, Qorağan kəndində yerləşən Paviliyon adlanan ərazidə yerləşən «Stop- Shop» adlı mağazanın içərisində yerləşən «e-Manat» ödəniş post terminal vasitəsilə Təqsirləndirilən şəxs adlı şəxsin təqdim etdiyi «LeoBank»a aid «4098-5844-6834-3007» №li kartın hesabına 200 manat pulu yükləmişdir. 03 aprel 2024-cü il tarixdə Təqsirləndirilən şəxs onunla yenidən əlaqə saxlayaraq komissiya üçün 200 manat pul lazı olduğunu demişdir. Həmin tarixdə «Stop-Shop» adlı mağazanın içərisində yerləşən «e Manat» ödəniş post terminal vasitəsilə Təqsirləndirilən şəxs təqdim etdiyi «LeoBank»a aid «4098-5844-6834- 3007» №li kartın hesabına 200 manat pulu yükləmişdir. 2024-cü ilin iyun ayında qohumu Samirə adlı xanımn müəllimlərin attestasiya imtahanından kəsildiyini eşitmişdir. Həmin müddətdə Təqsirləndirilən şəxs onunla mobil telefon vasitəsi ilə əlaqə saxlayaraq işinin düzəldiyini deyərək 200 manat pul istəmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi kart hesabına pul yollamışdır. Təqsirləndirilən şəxs pulu yaolladıqdan sonra ona qohumu Samirə adlı xanımın müəllimlərin attestasiya imtahanından kəsildiyini deyərək ona təkrar imtahandan keçməyə köməklik edə biləcəyini soruşmuşdur. Təqsirləndirilən şəxs ona qohumu Samirəyə pul müqabilində köməkli edə biləcəyini demişdir. Təqsirləndirilən şəxs 2023-cii ilin fevral ayından 2024-cü ilin avqust ayının sonlarına kimi ayrı-ayrı vaxtlarda 3.092 manat pul yollamışdır. «Birbank» vasitəsilə və özünə məxsus bank kartı vasitəsilə göndərdiyi pulları isə özü yaşadığı evdə olan zaman telefonla göndərmişdir. Həmin pulu Ə.S.Abudllayevə yollamağına baxmayaraq İl-ci qrup əliyi ilə bağlı ev və yaxud avtomobil əldə etməmişdir. Məhkəmədən Təqsirləndirilən şəxs ağır cəza təyin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında ifadəsi elan edilmiş ibtidai istintaq dövründə zərərçəkmiş şəxs qismində dindirilmiş X3 ifadəsində göstərmişdir ki, övladı X5 RMX-da mühafizəçi vəzifəsinə işə düzəltmək istəmişdir. 2024-cü ilin fevral ayınn əvvəllərində Qusar RMX-da oğlunu işə düzəltmək üçün baş həkimin qəbuluna getmişdir. Qəbul otağında gözləyən zaman ona Quba rayon Xucbala kənd sakini Təqsirləndirilən şəxs yaxınlaşmışdır. Ədalət ondan hal-əhval tutub nə səbəbə oraya gəldiyini soruşmuşdur. Oğlu Turalı xəstəxanada işə düzəltmək üçün gəldiyini demişdir. Təqsirləndirilən şəxs ona xəstəxana müdirinin onunla dost olduğunu, istəyirsə ona köməklik edəcəyini, burada gözləməməsini bildirmişdir. Təqsirləndirilən şəxslə razılaşmışdır. Təqsirləndirilən şəxs həmin vaxtı baş həkimin otağına girmişdir. Təxminən yarm saat sora çölə çıxıb gedək aşağıda söhbət edək demişdir. Təqsirləndirilən şəxs həyətdə ona baş həkimlə danışdığını, məsələni 3.200 manat həll edəcəyini bildirmişdir. 1.200 manat pulu əvvəlcədən verməyini, qalan 2.000 manat pulu isə iş düzələndən sonra verməyini demişdir. Ədalətlə razılaşmışdır. Həmin günü axşam Təqsirləndirilən şəxs yaşadığı evə gedərək evlərinin qarşısında ona 1.200 manat pul vermişdir. Təqsirləndirilən şəxs ona Novruz Bayramından sonra oğlunun işə düzələcəyini bildirmişdir. Aradan 3 gün keçdikdən sonra Təqsirləndirilən şəxs ona zəng edərək baş həkimin pulun hamısını istədiyini bildirmişdir. Təqsirləndirilən şəxslə danışığının belə olmadığını demişdir. Təqsirləndirilən şəxs də ona imtahanlar var, başqasına haqq çatmalıdır, pulun 2.000 manatını da ver ki, iş tez həll olunsun demişdir. Bundan sonra Təqsirləndirilən şəxs ona «Kapital Banka» aid özünə məxsus kart göndərmişdir. Pulu həmin hesaba göndərməyini bildirmişdir. 16 fevral 2024-cü il tarixdə, saat 16:00-da həmin karta 505 manat, 21 fevral 2024-cü il tarixdə, saat 19:39-da 1.000 manat, 21 fevral 2024-cü il tarixdə saat 19:42-də 10 manat, 26 fevral 2024-cü il tarixdə saat 10:26-da 505 manat pul göndərmişdir. Bundan sonra isə həmin karta 07 mart 2024-cü il tarixdə sağlamlıq haqqında arayış almaqdan ötrü 85 manat pul göndərmişdir. Təxminən 2 ay bundan sonra Təqsirləndirilən şəxs ona kart vasitəsilə 1.500 manat, 2024-cü ilin oktyabr ayının ortalarında isə 500 manat pul göndərmişdir. Ədalət ona qalan 1.200 manat pulunu qaytarmamışdır. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Əməliyyat və X1 İdarəsi tərəfindən 04 iyun 2025-ci il tarixdə doldurulmuş tələbnamədən görünür ki, S.Təqsirləndirilən şəxs Bakı Hərbi Məhkəməsinin 05 iyul 2016-cı il tarixli hökmü ilə Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2, 178.2.4, 32,4, 312.1, 66.3-cü maddələri ilə təqsirli bilinib «03» (üç) il, «06» (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 04 may 2018-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs «06» (altı) ay, «23» (iyirmi üç) gün vaxtından əvvəl cəzadan şərti azad olunmuşdur. Beləliklə Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələrinə əsasən-dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə təkrar və xeyli miqdarda ziyan vurmaqla törədilmə cinayət əməlini törətməsi, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu, məhkəmə iclasında dindirilmiş, elan edilmiş zərərçəkmiş şəxsin ifadələri, iş materiallarında olan digər sənədlərlə tamamilə sübuta yetirildi. Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə düzgün tövsif edilmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs özünü təqsirli bilməməsi barədə məhkəmə iclasında verdiyi ifadə, məhkəmə iclasında araşdırılmış digər sübutlar-dindirilmiş ifadələr, cinayət işinin materiallarında olan digər sübutlarla təkzib olunur. Təqsirləndirilən şəxs verdiyi ifadə özünü müdafiə xarakteri daşıyır və məsuliyyətdən yaxa qurtarmaq məqsədi güdür. Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Cinayət məsuliyyəti cinayət törədən şəxsin mühakimə edilməsi və ona cinayət hüquqi xarakterli tədbirlərin tətbiqi ilə bağlı reaksiyadır. Cinayət tərkibi ictimai təhlükəli əməli cinayət kimi xarakterizə edən cinayət qanununda göstərilən obyektiv və sübyektiv əlamətlərinin məcmusudur. Cinayət ictimai təhlükəli əməli yaradan obyektiv və subyektiv elementlərinin sistemidir. Təqsirləndirilən şəxs əməlində cinayət tərkibinin olması üçün obyektiv və subyektiv əlamətlər mövcuddur. Cinayət Prosessual Məcəlləsinin 124.1-ci maddəsinə əsasən məhkəmənin və ya cinayət prosesi tərəflərinin əldə etdiyi mötəbər dəlillər (məlumatlar, sənədlər, əşyalar) cinayət təqibi üzrə sübutlar hesab olunur. Bu sübutlar: 124.1.1.cinayət-prosessual qanunvericiliyinin tələblərinə əməl edilməklə insan və vətəndaşın konstitusiya hüquq və azadlıqları məhdudlaşdırılmadan və ya məhkəmənin qərarı əsasında (bu Məcəllə ilə nəzərdə tutulmuş təxirə salına bilməyən hallarda isə müstəntiqin qərarı əsasında) məhdudlaşdırmaqla əldə olunmalı; 124.1.2. hadisənin cinayət hadisəsi olub-olmamasını, törədilmiş əməldə cinayətin əlamətlərinin olub-olmamasını, bu əməlin təqsirləndirilən şəxs tərəfindən törədilibtörədilməməsini, onun təqsirli olub-olmamasını, habelə ittihamın düzgün həll edilməsi üçün əhəmiyyət kəsb edən digər hallar göstərilməlidir. Həmin Məcəllənin 124.2-ci maddəsinə əsasən cinayət prosesində aşağıdakılar sübut kimi qəbul olunur: 124.2.1. şübhəli, təqsirləndirilən və zərər çəkmiş şəxsin və şahidlərin ifadələri; 124.2.2. ekspertin rəyi; 124.2.3. maddi sübutlar; 124.2.4. istintaq və məhkəmə hərəkətlərinin protokolları; 124.2.5. digər sənədlər. Həmin Məcəllənin 125.1-ci maddəsinə əsasən məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. Göründüyü kimi Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə əldə olunmuş sübutlar şübhəli sübutlar deyil, onlar mötəbər sübut kimi qəbul edilməlidir. Təqsirləndirilən şəxs təqsirliyi Cinayət Prosessual Qanunvericiliklə müəyyən edilmiş sübutlarla tam olaraq sübuta yetirilmişdir. Cinayət Prosessual Məcəlləsinin 44.1-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Həmin Məcəllənin 44.2.4-ci maddəsinə əsasən bu Məcəllə və cinayət qanunu ilə nəzərdə tutulmuş bütün digər hallarda-təqsirləndirilən şəxsə cəza təyin etməklə məhkəmə ittiham hökmü çıxarır. Məhkəmənin ittiham hökmü ilə cinayət işi mahiyyət üzrə həll edilir və hökmdə cinayət hadisəsinin baş verməsi, həmin hadisənin məhz təqsirləndirilən şəxs tərəfindən törədilməsi və ona cəza təyin edilməsi məsələləri öz əksini tapır. Cinayət Məcəlləsinin 14.1-ci maddəsinə əsasən bu Məcəllə ilə cəza təhdidi altında qadağan olunmuş ictimai təhlükəli əməlin (hərəkət və ya hərəkətsizliyin) təqsirli olaraq törədilməsi cinayət sayılır. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən cinayət qanununda nəzərdə tutulmuş hər hansı əməlin (hərəkət və ya hərəkətsizliyin) əlamətləri formal cəhətdən mövcud olsa da, lakin az əhəmiyyətli olduğuna görə ictimai təhlükəli sayılmayan, yəni şəxsiyyətə, cəmiyyətə və yaxud dövlətə zərər yetirməyən və ya zərər yetirmək təhlükəsi yaratmayan əməl (hərəkət və ya hərəkətsizlik) cinayət hesab edilmir. Cinayət əməli iki əlamətin-əməlin təqsirli və cəzalandırılması olması kimi əlamətlərini özündə əks etdirir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4cü maddələrində göstərilən cinayət əməlini törətməkdə təqsirlidir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Ona görə də Cinayət Prosessual Məcəlləsinin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə, onun barəsində ittiham hökmü çıxarılmalıdır. Əməldə cinayətin obyekti kimi mülkiyyət münasibətləri təşkil edir. Obyektiv cəhətdən bu cinayətin törədilmə üsulu özünə məxsusluğu ilə seçilir. Qanun əmlakın və ya əmlaka olan hüququn ələ keçirilməsinin üsulu kimi aldatma və ya etibardan sui-istifadə etmə nəzərdə tutur. Dələduzluğun törədilməsi zamanı aldadılmış və ya etibarından sui-istifadə edilmiş və öz əmlakını bunun nəticəsində başqa şəxsə vermiş zərər çəkmiş şəxs bir qayda olaraq qısa və ya uzun müddətdən sonra əmlakının geri qaytarılmasını ehtimal edir, gözləyir, lakin əmlakı ələ keçirmiş şəxs onu qaytarmaq niyyətində olmadığından və öz ehtiyaclarına sərf etdiyindən buna nail ola bilmir. Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələrinə əsasən-dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə təkrar və xeyli miqdarda ziyan vurmaqla törədilməyə görə-dörd min manatdan yeddi min manatadək miqdarda cərimə və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Cinayət Məcəlləsinin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən heç kəs eyni bir cinayətə görə iki dəfə cinayət məsuliyyətinə cəlb oluna bilməz. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 6-cı maddəsinə görə hər kəs onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə əsasən cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Məhkəmə Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə və «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 nömrəli Qərarına əsasən, Təqsirləndirilən şəxs cəza təyin edərkən, onun şəxsiyyətini, törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs qismən ziyanın ödənilməsini məsuliyyəti yüngülləşdirən hal hesab edir. Məhkəmə Təqsirləndirilən şəxs əməlində Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş məsuliyyəti ağırlaşdıran hallar müəyyən etmədi. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin 02 aprel 2012-ci il tarixli qərarında müəyyən edilmişdir ki, qanunverici Cinayət Məcəlləsinin 59.1.1-59.1.10-cu maddələrində cəzanın yüngülləşdirən halların tam olmayan siyahısını müəyyən etmişdir. Cinayət Məcəlləsində bu hallardan başqa cəzanı yüngülləşdirən digər halların tam olmayan siyahısını müəyyən etmişdir. Cinayət Məcəlləsində bu hallardan başqa cəzanı yüngülləşdirən digər halların nəzərə alınmasının mümkünlüyü də göstərilmişdir. Beləliklə Cinayət Məcəlləsinin 59-cu maddəsinin məzmunundan görünür ki, cəzanı yüngülləşdirən hal təqsirkarın şəxsiyyətinə, törədilmiş cinayətə aid olan və müvafiq olaraq cinayət törədinin özünün və cinayət əməlinin təhlükəliyini azaldan və cinayət tərkibindən kənara qalan müxtəlif hallardır. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Plenumunun 14 iyul 2022-ci il tarixli Cinayət Məcəlləsinin 73-1, 178-ci maddələrinin və 312-ci maddəsinin qeyd hissəsinin əlaqəli şəkildə şərh edilməsinə dair qərarından görünür ki, rüşvət şəklində pul və sair maddi nemətlər vermiş şəxsin əməlinin rüşvət verməyə cəhd kimi tövsif edilməsi və onun zərərçəkmiş qismində tanınmaması mövqelərinin məntiqi davamı kimi Ali Məhkəmənin Plenumunun «Azərbaycan Respublikasının Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişikliklər edilməsi haqqında» 2021-ci il 30 aprel tarixli Qərarı ilə özünün 2015-ci il 11 iyun tarixli Qərarına əlavə edilmiş 40-cı bənddə göstərilir ki, Cinayət Məcəlləsinin 73-1-ci maddəsi Cinayət Məcəlləsinin 178.1, 178.2 və 178.3-cü maddələrində nəzərdə tutulmuş cinayətləri törətmiş şəxslər barəsində cinayət məsuliyyətindən azad edilmə institutunun tətbiq edilməsi üçün Cinayət Məcəlləsinin 73-1.1, 73-1.2 və 73-1.3-cü maddələrində göstərilənlərdən (zərərçəkmiş şəxslə barışığın əldə edilməsi, vurulmuş ziyanın ödənilməsi, dövlət büdcəsinə vurulmuş ziyanın 25 və yaxud 50 faizi miqdarında ödənişin edilməsindən) başqa, digər şərtlər nəzərdə tutmadığından, dələduzluğa görə cinayət məsuliyyətindən azad etmə bu şərtlərə əməl etmiş istənilən, o cümlədən dələduzluqla yanaşı başqa cinayətin törədilməsində təqsirləndirilən şəxs barəsində tətbiq edilməlidir. Bundan yeganə istisna həmin Qərarın 36-cı bəndində göstərilən şəxsin dələduzluqla yanaşı rüşvət verməyə təhrik etmə cinayətini törətməkdə ittiham olunması və bununla əlaqədar əmlakından məhrum olunmuş şəxsin cinayət prosesində zərər çəkmiş şəxs qismində tanınmaması halıdır ki, bu xüsusiyyət (şəxsin zərərçəkmiş qismində tanınmaması) Cinayət Məcəlləsinin 73-1-ci maddəsində göstərilən şərtlərin yerinə yetirilməsini (ziyanın ödənilməsini və zərərçəkmişlə barışığın əldə olunmasını) qeyri-mümkün etməklə, təqsirləndirilənin barəsində dələduzluğa görə cinayət məsuliyyətindən azad etmə institutunun tətbiq edilməsinin də qarşısını alır. Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumununu 11 iyun 2015-ci il tarixli 7 saylı qərarından görünür ki, dələduzluğun üsulu kimi etibardan sui-istifadə etmə dedikdə, əmlakı ələ keçirmək və ya əmlaka olan hüququ əldə etmək məqsədi güdən şəxs tərəfindən əmlakın mülkiyyətçisi, bu əmlaka sahiblik edən və ya sərəncam vermək hüququ olan şəxslə yaranmış etibarlı münasibətlərdən istifadə olunması başa düşülür. Məhkəmə hökmü haqqında Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun 15 saylı, 24 dekabr 2021-cı il tarixli qərarına əsasən məhkəmə hökmü məhkəmə baxışının aparıldığı dildə, aydın, anlaşılan ifadələrlə tərtib olunmalıdır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikasının Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 nömrəli Qərarına əsasən cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Cinayət işinin materiallarında olan 14 oktyabr 2024-cü il tarixli ittihamın elan edilməsi üçün tutulması məqsədilə axtarışın elan edilməsi və cinayət işinin istintaq icraatının dayandırılması haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində axtarış elan edilmişdir (cild 01, səh.,133). Cinayət işinin materiallarında olan 23 oktyabr 2024-cü il tarixli axtarışda olan şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs 23 oktyabr 2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuşdur (cild 01, səh.,184). Cinayət işinin materiallarında olan 24 oktyabr 2024-cü il tarixli ittiham elan etmək üçün şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs 24 oktyabr 2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuşdur (cild 01, səh.,160). Cinayət işinin materiallarında olan 14 oktyabr 2024-cü il tarixli təqsirləndirilən şəxs qismində cəlb olunma haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunmuşdur (cild 01, səh.,133). Qax Rayon Məhkəməsinin 4(024)30/2024 saylı, 25 oktyabr 2024-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində həbsetmənin əvvəli 23 oktyabr 2024-cü il tarixdən hesblanmaqla «02» (iki) ay, «25» (iyirmi beş) gün müddətinə «həbs» qətimkan tədbiri seçilmişdir. Cinayət Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli bilinən şəxsə tətbiq olunur, həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilmiş mərhumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Məhkəmə, Təqsirləndirilən şəxs törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, onun əvvəllər analoji cinayətə məhkum olunmasını, islah yoluna qədəm qoymamasını, təyin olunmuş cəzanın islah olunması üçün təsirli olmamasını, ona cəza təyin edilib islah olunub yeni cinayətin törədilməsinin qarşısının alınmasının mümkün olmadığını, onun törədilmiş əməldə təqsirinin olmasını, onun alternativ cəza ilə islah olunmasının qeyri-mümkünlüyünü, dəymiş ziyanın ödənilməsi üçün heç bir tədbir görməməsini və işdə olan digər halları nəzərə alaraq, ona «azadlıqdan məhrum etmə» növündə cəza təyin etməyi qanuni, əsaslı və ədalətli hesab edir. Cinayət Məcəlləsinin 56.1-ci maddəsinə əsasən azadlıqdan məhrum etmə növündə cəzanın aşağıdakı cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Həmin Məcəllənin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün-ümumi rejimli cəza çəkmə müəssisələrində cəza çəkirlər. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən cəzasını «ümumi rejimli» cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxs cəza çəkmə müddətinin başlanğıcı «23» oktyabr 2024-cü il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalıdır. Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olubolmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə hazırki cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsinə əsasən sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsinə zərurət yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Hüquqi xidmətə görə Müdafiəçi iştirak etdiyi 20 saata görə 220 manat məbləğində pul ödənilməsi üçün Azərbaycan Respublikasının Dövlət Büdcəsindən tutularaq onun hesabına köçürülməlidir (Hesablaşma hesabı: Azərbaycan Beynəlxalq Bankı Qax filialı, kod İBAZAZ2X, Alan Bankın müxbir hesab AZ03NABZ********************, Alan müştərinin hesab nömrəsi AZ11İBAZ********************). İş üzrə maddi sübut kimi tanınmış- zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs4 Mövlid oğlunun iş üzrə təqsiriləndirilən şəxs Təqsirləndirilən şəxs kart hesablarına pul vəsaitinin göndərilməsini təsdiq edən qəbzlər cinayət işinin materialları arasında saxlanılmalıdır. İş üzrə mülki iddia yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 341-349, 351- 353, 358, 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə cinayət əməlini törətməkdə təqsirli bilinsin. Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələrinə əsasən «03» (üç) il, «03» (üç) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəza çəkmə müddətinin başlanğıcı «23» oktyabr 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs cəzasını «ümumi» rejimli cəza çəkmə müəssisəsində çəksin. İş üzrə maddi sübut kimi tanınmış-zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs4 Mövlid oğlunun iş üzrə təqsiriləndirilən şəxs Təqsirləndirilən şəxs kart hesablarına pul vəsaitinin göndərilməsini təsdiq edən qəbzlər cinayət işinin materialları arasında saxlanılsın. Hüquqi xidmətə görə Müdafiəçi iştirak etdiyi 20 saata görə 220 manat məbləğində pul ödənilməsi üçün Azərbaycan Respublikasının Dövlət Büdcəsindən tutularaq onun hesabına köçürülməlidir (Hesablaşma hesabı: Azərbaycan Beynəlxalq Bankı Qax filialı, kod İBAZAZ2X, Alan Bankın müxbir hesab AZ03NABZ********************, Alan müştərinin hesab nömrəsi AZ11İBAZ********************). Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Hökmdən, elan olunduğu andan 20 gün müddətində Qax Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Mirheydər Zeynalov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar