Məhkəmə qərarları › İş №1(024)-76/2023

Qax Rayon Məhkəməsi Hökm — İş №1(024)-76/2023

21.12.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Qax rayonu İş № 1(024)-76/2023 21.12.2023 QAX RAYON MƏHKƏMƏSİ saat: 09:30-da Hakim Qarayev Malik İbrəhim oğlunun sədrliyi, Quliyev Elçin Feyzullah oğlunun katibliyi, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, zərərçəkmiş şəxs X1, Təqsirləndirilən şəxs və onun müdafiəçisi-fərdi fəaliyyət göstərən vəkil Müdafiəçi iştirakları ilə, Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs-xx.xx.1989-cu ildə Balakən rayonu Hetovlar kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, əvvəllər məhkum olunmamış, işsiz, Balakən rayonu Talalar kəndində pasport qeydiyyatında olmaqla, orada yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş. Onun Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi : Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsə məxsus əmlakı gizli yolla talayaraq oğurluq cinayətini törətmişdir. Belə ki, Təqsirləndirilən şəxs tаmаh niyyəti ilə qəsdən özgənin əmlаkını tаlаmаq məqsədilə vahid niyyətlə əhatə olunan qəsdlə 2023-cü ilin oktyabr ayının 27-də, təxminən saat 23 radələrində çoban işlədiyi X3 məxsus Qax rayonu, Qaratala kəndi ərazisində yerləşən otlaq sahəsindən dəyəri 245 (iki yüz qırx beş) manat olan 1 (bir) baş xırdabuynuzlu heyvanı, yəni, erkək cinsli quzunu gizli yolla talamış, cinayət əməlini davam etdirərək 2023-cü ilin oktyabr ayının 28-də, təxminən saat 15:00 radələrində çoban işlədiyi X3 məxsus Qax rayonu, Qaratala kəndi ərazisində yerləşən otlaq sahəsindən hər birinin dəyəri 245 (iki yüz qırx beş) manat olmaqla, ümumi dəyəri 490 (dörd yüz doxsan) manat olan 2 (iki) baş xırdabuynuzlu heyvanı, yəni, erkək cinsli quzuları gizli yolla talayaraq zərəçəkmiş şəxs Pızulı Agajanova ümumilikdə 735 (yeddi yüz otuz beş) manat miqdarında maddi ziyan vurmaqla oğurluq cinayətini törətmişdir. Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərdi ki, 2023-cü ilin avqust ayının 1-dən Qax rayonu, Qaratala kəndi ərazisində yerləşən otlaq sahəsində X2 xırdabuynuzlu heyvanlarına baxır. X10 350 manat əmək haqqı almışdır. Pızulı Agajanov da hərdənbir gələrək ona nəzarət edir. 27 oktyabr 2023-cü il tarixdə, təxminən axşam saatlarında Pızulı 800 baş heyvanı sayıb ona təhvil vermiş və çıxıb getmişdir. Pızulı ona 2-3 gün olmayacağını demişdir. Pızulı getdikdən sonra heyvanları sahədə qoyub istirahət etmək məqsədilə tanımadığı taksi ilə Zaqatala rayonuna getmişdir. Daha sonra Zaqatala rayonunda tanımadığı bir taksiyə yaxınlaşıb onu otelə aparmasını xahiş etmiş, həmin oteldə istirahət etdikdən sonra həmin taksi sürücüsündən onu Qax rayonu, Qaratala kəndinə qoyun olan əraziyə aparmasını xahiş etmişdir. Həmin vaxtı avtomobildə başqa tanımadığı şəxs də olmuşdur. Həmin şəxslərə heyvanların ona məxsus olmasını deyərək onlara quzu kəsəcəyini demiş, həmin günü saat təxminən 23:30 radələrində heyvanın bir başını Pızulıyə demədən kəsmək qərarına gəlmişdir. Quzunu kəsdikdən sonra ətini yemişlər. Səhəri günü pulu olmadığı üçün heyvanlardan 2 başını kəsib satmaq qərarına gəlmişdir. 28 oktyabr 2023-cü il tarixdə saat təxminən 15 radələrində, Qax rayonu, Qaratala kəndinə getmiş, tanımadığı və adını sonradan öyrəndiyi İnam adlı şəxslə heyvanları satmaq barədə razılaşaraq hər biri 35 kiloqram çəkidə olan iki baş quzunu 470 manata həmin şəxsə satmışdır. Bundan sonra yenidən Zaqatala şəhərinə taksi ilə getmiş, 470 manat pulu öz şəxsi ehtiyacları üçün xərcləmiş və 29 oktyabr 2023-cü il tarixdə gecə saat 05 radələrində fermaya qayıtmışdır. Səhər oyandıqda Pızulı Agacanovun ərazidə olduğunu və heyvanları saydığını görmüşdür. Pızulı ona 3 baş quzunun olmadığını dedikdə itdiyini demişdir. Pızulı Agacanov 3 (üç) baş quzunun oğurlanması barədə Qax RPŞ-nə müraciət etmişdir. 30 oktyabr 2023-cü il tarixdə polis şöbəsinə dəvət olunmuş, etdiyi cinayət əməlini etiraf etmişdir. Əməlindən səmimi peşmandır. Pızulı Agacanova dəyən ziyanı ona məxsus fermada işləyərək ödəyəcəyinə söz verir. Hadisədən sonra zərərəçəkmiş şəxs Pızulı Agacanovdan üzr istəyərək onunla barışmağa cəhd etmişdir. Məhkəmədən ona yüngül cəza verilməsini xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs X4 ifadəsində göstərdi ki, Qax rayonu, Qaratala kəndinin ərazisində 800 (səkkiz yüz) baş xırdabuynuzlu heyvanları vardır. Həmin heyvanları çöl şəraitində saxlayır, qış fəslində isə Qax rayonu, Acınohur adlanan ərazidə yerləşən fermaya aparır. Vasif 2023-cü ilin avqust ayının 1-dən çobanlıq edir və bunun müqabilində ona hər ay 350 manat əmək haqqı ödəyir. 27 oktyabr 2023-cü il tarixdə, təxminən axşam saatlarında işi ilə əlaqədar 800 (səkkiz yüz) baş xırdabuynuzlu heyvanları sayıb Vasifə təhvil vermiş və yaşadığı Zaqatala rayonu, Aşağı Tala kəndinə getmiş, işlərini yekunlaşdırdıqdan sonra 29 oktyabr 2023-cü il tarixdə, təxminən saat 02 radələrində Qax rayonu, Qaratala kəndi ərazisində heyvanları saxladığı yerə gəlmişdir. Həmin vaxtı Vasifi görməmiş, səhər saat 07 radələrində heyvanları saydıqda 3 baş quzuların olmadığını görmüşdür. Bir müddət sonra Vasif gəlmiş, Vasifdən harada olduğunu soruşduqda işi olduğundan heyvanları orada qoyub Zaqatala rayonuna getdiyini və indi qayıtdığını demişdir. Vasifə 3 baş quzunun olmadığını dedikdə xəbərinin olmadığını söyləmişdir. O da 3 baş quzularının oğurlanması barədə Qax RPŞ-yə ərizə ilə müraciət etmişdir. 30 oktyabr 2023-cü il tarixdə Qax RPŞ-nin əməkdaşları tərəfindən ona məxsus 3 baş quzunu oğurlayan şəxsin onun heyvanlarına çobanlıq edən Vasif olduğu müəyyən edilmişdir. Oğurluq nəticəsində ona ümumilikdə 735 (yeddi yüz otuz beş) manat maddi ziyan dəymişdir. Vasif ona dəymiş maddi ziyanı qismən ödəmişdir. 490 (dörd yüz doxsan) manat dəyərində 2 (iki) baş quzu ona qaytarılmışdır. Təqsirləndirilən şəxs qanuni cəza verilməsini xahiş etdi. Məhkəmə iclasında ifadəsi elan olunmaqla tədqiq olunmuş Şahid ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, təsərrüfatla məşğul olur və xırdabuynuzlu heyvanları vardır. 28 oktyabr 2023-cü il tarixdə günorta vaxtı kənddəki yolda olan zaman adını sonradan bildiyi Vasif adlı şəxs ona kənddə fermasının olduğunu və quzu satdığını demişdir. Bundan sonra həmin şəxsə quzulara baxmasını, əgər, xoşuna gələrsə, alacağını demiş, həmin şəxs onu Qax rayonu, Qaratala kəndi ərazisində otlaq sahəsinə aparmışdır. Vasif ona qoyun sürüsünü göstərib həmin sürünün ona məxsus olduğunu demiş, sürüdən 2 baş quzunu göstərib həmin quzuları satmasını demişdir. Həmin quzuları özü ilə gətirdiyi tərəzidə çəkmiş, hər bir quzu 35 kiloqram gəlmişdir. Vasif quzunun diri çəkisini 7 manatdan verəcəyini demiş, 70 kiloqram diri çəkinin dəyəri 7 manatdan 490 manat etmişdir. Vasif ona 20 manat hörmət etmiş, Vasiflə razılaşıb ona 470 manat pul vermiş, quzuları maşına qoymuş, yaşadığı evin həyətinə gətirmişdir. Vasif adlı şəxs ona satdığı 2 (iki) baş quzunun oğurluq olduğunu bilməmişdir. Belə ki, Vasifin həmin heyvanların ona aid olmasını deyib onu inandırmış, həmçinin, heyvanların açıq ərazidə olmuşdur. Vasif isə heyvanların yanında tək olmuşdur. Quzuları günorta vaxtı almış, buna görə də, heyvanların oğurluq olmasına inanmamışdır. İşin 6-8 vərəqələrində olan və məhkəmə istintaqı zamanı elan edilərək tədqiq olunmuş “Hadisə yerinə baxış keçirilməsi haqqında” xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, zərərçəkmiş şəxs X4 ona məxsus Qax rayonu, Qaratala kəndi ərazisində yerləşən otlaq sahəsindən 3 (üç) baş xırdabuynuzlu heyvanın oğurlandığı yeri göstərmişdir. İşin 55-56-cı vərəqəsində olan və məhkəmə istintaqı zamanı elan edilərək tədqiq olunmuş “İfadənin yerində yoxlanması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs X3 məxsus Qax rayonu, Qaratala kəndi ərazisində yerləşən otlaq sahəsindən Pızulı Agajanova məxsus 1 (bir) baş quzunu kəsərək ətini yediyi və 2 (iki) baş xırdabuynuzlu heyvanı isə satdığı yeri və şəraiti göstərmişdir. İşin 40-44-cü vərəqələrində olan və məhkəmə istintaqı zamanı elan edilərək tədqiq olunmuş götürmə aparılması barədə protokoldan görünür ki, Şahid Təqsirləndirilən şəxs oğurlayaraq ona satdığı 2 (iki) baş quzunu könüllü olaraq istintaqa təhvil vermiş və həmin quzular götürülmüşdür. İşin 47-ci vərəqəsində olan və məhkəmə istintaqı zamanı elan edilərək tədqiq olunmuş maddi sübut kimi tanınma haqqında qərardan görünür ki, X3 məxsus Təqsirləndirilən şəxs oğurladığı 2 (iki) baş quzu maddi sübut kimi tanınmışdır. İşin 48-ci vərəqəsində olan və məhkəmə istintaqı zamanı elan edilərək tədqiq olunmuş X4 tərəfindən imzalanmış qəbzdən görünür ki, o Təqsirləndirilən şəxs oğurladığı ona məxsus olan 2 (iki) baş quzunu istintaq orqanından təhvil almışdır. İşin 61-ci vərəqəsində olan və məhkəmə istintaqı zamanı elan edilərək tədqiq olunmuş cinayət işi materiallarına əlavə edilmiş Balakən RMX-dan Qax RPŞ-yə daxil olmuş 16 noyabr 2023-cü il tarixli, 18-1-27/2-750/2023 nömrəli məktubdan görünür ki, Omarov X9 RMX PHŞ-in Poliklinika şöbəsində psixiatriya və narkoloji kabinetdə qeydiyyatda yoxdur. İşin 65-66-cı vərəqələrində olan və məhkəmə istintaqı zamanı elan edilərək tədqiq olunmuş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin verdiyi 22 noyabr 2023-cü il tarixli 9/8594 saylı məhkəməəmtəəşünaslıq ekspertizasının rəyindən görünür ki, 3 baş hər biri erkək cinsli, hər birinin ümumi diri çəkisi 35 kiloqram olan xırdabuynuzlu heyvanların (quzuların) 2023-cü ilin oktyabr ayına olan orta bazar qiyməti ilə ümumi dəyəri nəzəri qaydada təxminən 840 (səkkiz yüz qırx) manat müəyyən edilir. İşin 64-cü vərəqəsində olan ekspertiza xərclərinə dair bildirişdən görünür ki, iş üzrə ekspertiza xərcləri 50 (əlli) manat təşkil edir. İşin 29-cu vərəqəsində olan və məhkəmə istintaqı zamanı elan edilərək tədqiq olunmuş Balakən RİHB-nın Talalar kənd İƏD-si üzrə nümayəndəsinin verdiyi 01 noyabr 2023-cü il tarixli 1063 saylı arayışdan görünür ki, Omarov X9 rayonu Talalar kəndində yaşayır. İşin 30-cu vərəqəsində olan və məhkəmə istintaqı zamanı elan edilərək tədqiq olunmuş Balakən RİHB-nın Talalar kənd İƏD-si üzrə nümayəndəsinin verdiyi xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İşin 33-34-cü vərəqələrində olan və məhkəmə istintaqı zamanı elan edilərək tədqiq edilmiş Azərbaycan Respublikası DİN BƏSİ İdarəsinin verdiyi xx.xx.2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu olmayan şəxsdir. Məhkəmə, məhkəmə iclasında toplanmış sübutların toplusuna qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs CM-nin 177.1-ci maddəsində nəzərdə tutuan cinayət əməlini törətməsi sübuta yetirilmişdir. Oğurluq, yəni özgənin əmlakını gizli olaraq talamanın yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla özgənin əmlakının gizli talanmasına görə Cinayət Məcəlləsinin 177.1-ci maddəsində cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 mart 2005-ci il tarixli Qərarının 1-ci bəndinə görə məhkəmələr oğurluğa, soyğunçuluğa və quldurluğa dair işlərə baxarkən nəzərə almalıdırlar ki, qanuna görə talama dedikdə özgə əmlakının tamah məqsədilə, hüquqazidd, əvəzsiz götürülməsi və bu əmlakın təqsirkarın və ya başqa şəxsin xeyrinə yönəldilməsindən ibarət hərəkətlər başa düşülür. Həmin Qərarın 19-cu bəndində göstərilir ki, yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerinə qanunsuz daxil olmaq dedikdə, oğurluq, soyğunçuluq və ya quldurluq məqsədilə həmin yerlərə gizli və ya açıq formada girmək başa düşülməlidir. Məhkəmə Azərbaycan Respublikasının Konstitusiyasının 63-cü maddəsində təsbit edilmiş təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq, məhkəmə baxışında ittihamın baxılması nəticələrinə, məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslanaraq, tədqiq olunan sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq bu nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir, həmin əməldə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsinin tərkibi vardır, həmin əməl təqsirləndirilən şəxs tərəfindən törədilmişdir, təqsirləndirilən şəxs həmin cinayətin törədilməsində təqsirlidir, onun cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir, əməlin cinayət olmasını aradan qaldıran hallar, təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur, təqsirləndirilən şəxs törətdiyi əmələ görə cəzalanmalıdır. Cinayət Məcəlləsinin cəzanın anlayışını və məqsədini müəyyən edən 41-ci maddəsinə görə cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Cinayət Məcəlləsinin 58.1 və 58.3-cü maddələrinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs zəzərçəkmiş şəxsə vurduğu ziyanı qismən ödəməsini CM-nin 59.1.14-cü, yaşayış yeri üzrə müsbət xarakterizə edilməsini, ilk dəfə az ağır cinayət törətməsini CM-nin 59.2-ci maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Onun cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs cəzа təyin edərkən ona hаnsı növ cəzаnın təyin оlunmаsı məsələsinə baxaraq, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, yaşayış yeri üzrə müsbət cəhətdən xarakterizə olunmasını, cəzanı yüngülləşdirən halları, cəzanı ağırlaşdıran halların olmamasını, habelə təyin olunacaq cəzanın onun islah оlunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi mаddənin sаnksiyаsında nəzərdə tutulmuş həddə azadlığın məhdudlaşdırılması növündə cəzа təyin edilməlidir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346.1.12-ci maddəsinə uyğun olaraq Təqsirləndirilən şəxs təyin ediləcək cəzanın çəkilməli olub-olmaması məsələsinə baxaraq, işin hаllаrını nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxs ona təyin ediləcək cəzanı çəkməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəzа təyin edərkən ona hаnsı növ cəzаnın təyin оlunmаsı məsələsinə baxaraq, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, himayəsində bir azyaşlı uşağının olmasını, yaşayış yeri üzrə müsbət cəhətdən xarakterizə olunmasını, əməlində cəzanı ağırlaşdıran halların olmamasını, habelə təyin olunacaq cəzanın onun islah оlunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi mаddənin sаnksiyаsında nəzərdə tutulmuş həddə azadlığın məhdudlaşdırılması növündə cəzа təyin edilməlidir. Təqsirləndirilən şəxs üzərinə yaşayış yeri olan Balakən rayonunun ərazi hüdudlarını tərk etməmək, eləcə də Balakən rayonu Talalar kəndində yerləşən yaşayış evini gecə vaxtı saat 22:00-dan növbəti gün səhər saat 07:00-a kimi tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Təqsirləndirilən şəxs cəzasını yaşayış yeri üzrə çəkməli, hökmün icrası Təqsirləndirilən şəxs yaşayş yeri üzrə Balakən rayon icra və probasiya şöbəsinə həvalə edilməli, cəzasının əvvəli icra və probasiya şöbəsində qeydiyyata alındığı gündən hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkаn tədbiri hökm qanuni qüvvəsini alana kimi dəyişdirilmədən saxlanmalıdır. İş üzrə olan 50 (əlli) manat məbləğində ekspertiza tədqiqatının dəyəri Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinin müvafiq hesabına köçürülməlidir. İş üzrə maddi sübut olan 2 (iki) baş xırdabuynuzlu heyvanın zərərçəkmiş şəxs X3 qaytarılması nəzərə alınmalıdır. Zərərçəkmiş şəxs X3 vurulmuş zərərin qalan hissəsinin tələbi ilə bağlı mülki qaydada məhkəməyə müraciət etmək hüququ olması izah edilməlidir. İş üzrə olan 50 (əlli) manat məbləğində ekspertiza tədqiqatının dəyərləri Təqsirləndirilən şəxs alınıb dövlət büdcəsinin müvafiq hesabına köçürülməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə olunmalı əmlak yoxdur. Yuxarıda qeyd edilənlərə əsasən Azərbaycan Respublikası CPM-nin 347-349, 351-353, 356-358-ci maddələrini rəhbər tutaraq məhkəmə, hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.1ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 02 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs üzərinə gün ərzində yaşadığı Balakən rayonunun ərazi hüdudlarını tərk etməmək, eləcə də yaşayış yeri olan Balakən rayonu Talalar kəndində yerləşən yaşayış evini saat 22:00-dan növbəti gün səhər saat 07:00-a kimi tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs cəzasını yaşayış yeri üzrə çəksin. Cəzasının əvvəli icra və probasiya orqanında qeydiyyata alındığı gündən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Balakən rayon İcra və Probasiya şöbəsinə tapşırılsın. İş üzrə maddi sübut olan 2 (iki) baş xırdabuynuzlu heyvanın zərərçəkmiş şəxs X3 qaytarılması nəzərə alınsın. İş üzrə olan 50 (əlli) manat məbləğində ekspertiza tədqiqatının dəyərləri Təqsirləndirilən şəxs alınıb dövlət büdcəsinin müvafiq hesabına köçürülsün. Zərərçəkmiş şəxs X3 vurulmuş zərərin qalan hissəsinin tələbi ilə bağlı mülki qaydada məhkəməyə müraciət etmək hüququ olması izah edilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Qax rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən göstərilən müddətdə аpellyаsiyа şikаyəti və ya prоtesti verilmədikdə, həmin müddət bаşа çаtdığı vаxtdаn sоnrаkı gün hökm qаnuni qüvvəyə minir. Hakim: Malik Qarayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar