Azərbaycan Respublikası adından HÖKM Qax rayonu İş № 1(024)-9/2024 18.01.2024 QAX RAYON MƏHKƏMƏSİ saat 10:00-da Hakim Qarayev Malik İbrəhim oğlunun sədrliyi, məhkəmə iclas katibi Fətəliyev Mansur Məhəmməd oğlunun katibliyi, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin BİMDİ müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi fərdi fəaliyyət göstərən vəkil Müdafiəçi iştirakı ilə, Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs-xx.xx.1988-ci ildə Rusiya Federasiyası, Perm vilayətinin Dobryanka şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, fərdi əməklə məşğul olan, əvvəllə rməhkum olunmamış, ünvan 1 ünvanda yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş. Azərbaycan Respublikası CM-nin 306.1-cı maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi : Təqsirləndirilən şəxs qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini qərəzli olaraq icra etməmişdir. Belə ki, Təqsirləndirilən şəxs cavabdeh kimi ondan xx.xx.2008-ci ildə anadan olmuş X3 və xx.xx.2021-ci ildə anadan olmuş X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər bir uşaq üçün sabit pul məbləğində 100 manat olmaqla, cəmi 200 manat məbləğində alimentin alınıb Zərərçəkmiş şəxs verilməsi barədə tərəflər arasında bağlanmış xx.xx.2022-ci il tarixli barışıq sazişinin təsdiq edilməsinə dair Qax Rayon Məhkəməsinin 18 iyul 2022-ci il tarixli 2(024)-497/2022 saylı qanuni qüvvəyə minmiş qətnaməsinin icrası ilə bağlı icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyinə görə həmin rayon məhkəməsi tərəfindən Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinib xx.xx.2022-ci il tarixdə 10 gün müddətinə inzibati qaydada həbs edilməsinə, icra üçün yeni müddətin təyin edilməsinə, həmçinin məsuliyyəti barədə xx.xx.2023-cü il və xx.xx.2023-cü il tarixlərdə rəsmi xəbərdarlıq edilməsinə baxmayaraq hərəkətlərindən nəticə çıxarmamış və cinayət təqibi başlanılması məsələsinə baxılması üçün təqdimat verilənədək, yəni 25 iyul 2023-cü il tarixədək şəxsi maraq niyyətilə 2600,00 manat məbləğində aliment borcunu ödəməməklə qanuni qüvvəyə minmiş qətnaməni qərəzli olaraq və qəsdən icra etməməklə zərər çəkmiş şəxsə qeyd olunan məbləğdə maddi ziyan vuraraq ədalət mühakiməsinin mənafeyinə xələl gətirmişdir. Bununla da, Təqsirləndirilən şəxs öz hərəkətləri ilə Azərbaycan Respublikası CМnin 306.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs özünü ona elan olunmuş ittihamda təqsirli bilərək ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs ilə 2007-ci ildə ailə qurmuşdur. Birgə nikahdan 29 noyabr 2008-ci il tarixdə Aytac adını verdikləri övladları anadan olmuşdur. 2011-ci ildə münasibətləri pozulduğundan Xəyalə ilə ayrılmış və Rəvanə adlı şəxslə ailə qurmuşdur. İkinci ailəsindən Zəhra adını verdikləri bir övladları anadan olmuşdur. Münasibətləri uyğun gəlmədiyindən ikinci ailəsindən də ayrılmışdır. Ayrılarkən Zəhra adlı uşağı onun himayəsində qalmışdır. Bundan sonra təxminən 2020-ci ilin əvvəllərində Zərərçəkmiş şəxs ilə barışıb yenidən 2022-ci ilin əvvəllərinədək birlikdə yaşamışlar. Həmin müddətdə, yəni 31 avqust 2021-ci il tarixdə Aydın adını verdikləri övladları anadan olmuşdur. Lakin Xəyalə ilə bir ailə kimi yaşamaq mümkün olmamış və Xəyalə hər iki uşağı götürüb ata evinə qayıtmışdır. Bundan bir müddət sonra alimentlə bağlı məhkəməyə müraciət etmiş və Qax Rayon Məhkəməsi aralarında bağlanmış xx.xx.2022-ci il tarixli barışıq sazişini təsdiq edərək xx.xx.2008-ci ildə anadan olmuş X3 və xx.xx.2021-ci ildə anadan olmuş X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər bir uşaq üçün sabit pul məbləğində 100 manat olmaqla, cəmi 200 manat məbləğində alimentin ondan alınıb Zərərçəkmiş şəxs verilməsinə dair 18 iyul 2022ci il tarixli qətnamə çıxarmışdır. Lakin Xəyalə ilə aralarında olan münasibətlərə görə aliment məbləğini ödəməmişdir. O, fəhləliklə məşğul olur və qazancı gördüyü işə uyğun olaraq ayda 300-400 manat təşkil edir. Aliment borcunun yarandığını bilir. Həmin məbləği ödəmək fikrində deyildir. 5 yaşında olarkən atası İ Qarabağ müharibəsində şəhid olmuşdur. Məhkəmədən qanuni qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə baxışı iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilməsinə baxmayaraq, Zərərçəkmiş şəxs məhkəmə iclasına gəlməmiş, məhkəməyə ərizə göndərərək himayəsində azyaşlı övladı olduğu üçün məhkəməyə gələ bilməyəcəyini göstərərək işə onun iştirakı olmadan baxılmasını və Təqsirləndirilən şəxs aliment borcunu ödəmədiyi təqdirdə həbs edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında ifadəsi elan olunmaqla tədqiq edilmiş Zərərçəkmiş şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, həqiqətən o, 2007-ci ilin ortalarında Təqsirləndirilən şəxs ilə rəsmi nikah bağlamaqla ailə qurmuşdur. Birgə nikahdan 29 noyabr 2008-ci il tarixdə Aytac adını verdikləri övladları anadan olmuşdur. Təxminən 2011-ci ildə münasibətləri pozulduğundan Elşənlə ayrılmış və 2020-ci ilin əvvəllərində yenidən barışıb 2022-ci ilin əvvəllərinədək birlikdə yaşamışlar. Həmin müddətdə, yəni 31 avqust 2021-ci il tarixdə Aydın adını verdikləri ikinci övladları anadan olmuşdur. Lakin Elşən spirtli içki aludəçisi olduğundan bir ailə kimi yaşamaqları mümkün olmamışdır. Odur ki, uşaqları götürüb ata evinə qayıtmışdır. Ayrılmaqlarından xeyli müddətin keçməsinə baxmayaraq Elşən uşaqlarla maraqlanmamış və onların saxlanılmalarına maddi köməklik göstərməmişdir. Buna görə də aliment tələbi ilə bağlı mediasiya təşkilatına müraciət etmişdir. Mediasiya prosesində Təqsirləndirilən şəxslə xx.xx.2022-ci il tarixli barışıq sazişi bağlamışlar. Lakin Elşən sonradan barışıq sazişi ilə üzərinə götürdüyü öhdəliyi yerinə yetirməmişdir. Odur ki, həmin barışıq sazişinin təsdiq edilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş və Qax Rayon Məhkəməsi aralarında bağlanmış xx.xx.2022-ci il tarixli barışıq sazişinin təsdiq edilərək xx.xx.2008-ci ildə anadan olmuş X3 və xx.xx.2021-ci ildə anadan olmuş X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün Təqsirləndirilən şəxs hər ay hər bir uşaq üçün sabit pul məbləğində 100 manat olmaqla, cəmi 200 manat məbləğində alimentin alınıb ona verilməsinə dair 18 iyul 2022-ci il tarixli qətnamə çıxarmışdır. Qətnamənin qəbul edilməsindən xeyli müddətin keçməsinə baxmayaraq Elşən məhkəmə qətnaməsinə də məhəl qoymamış və ötən müddətdə müəyyən olunmuş aliment məbləğindən heç bir ödəniş etməmişdir. Halbuki, Elşən fərdi qaydada işləyir və onun alimenti ödəməyə maddi imkanı vardır. Buna baxmayaraq o, qərəzli şəkildə alimenti ödəmir, qazancını spirtli içkilərə xərcləyir. Uşaqlar böyüdüyündən onların maddi tələbatları da gündən-günə artmaqdadır. Himayəsində olan azyaşlı uşağa baxdığına görə özü işləyə bilmir. Uşaqlara baxmaqda valideyinləri ona köməklik edirlər. Elşənin alimenti ödəməmyi uşaqlara baxmaqda çətinliklər yaradır. Maddi vəziyyətləri ağır olduğundan müəyyən edilmiş aliment məbləğinə ehtiyacı çoxdur. Dəfələrlə icra məmurlarına da müraciət edərək alimentin alınmasına köməklik göstərilməsini xahiş etmişdir. İcra məmurları tərəfindən zəruri tədbirlərin görülməsinə baxmayaraq Elşən yenə də alimenti ödəməmiş, ümumiyyətlə uşaqlarla maraqlanmamışdır. Buna görə də Təqsirləndirilən şəxs şikayətçidir. Odur ki, uşaqların maddi tələbatının ödənilməsində çətinliklər çəkdiyini və maddi vəziyyətlərinin ağır olduğunu nəzərə alaraq Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixədək yaranmış 2600 manat məbləğində aliment borcunun alınaraq ona verilməsinə köməklik göstərilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, Qax Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş 2(024)-497/2022 saylı 18 iyul 2022-ci il tarixli qətnaməsi ilə təsdiq edilmiş tərəflər arasında bağlanmış xx.xx.2022ci il tarixli barışıq sazişinə əsasən xx.xx.2008-ci ildə anadan olmuş X3 və xx.xx.2021-ci ildə anadan olmuş X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün Təqsirləndirilən şəxs hər ay hər bir uşaq üçün sabit pul məbləğində 100 manat olmaqla, cəmi 200 manat məbləğində aliment alınıb Zərərçəkmiş şəxs verilməlidir. Həmin qətnamə əsasında verilmiş icra sənədi üzrə 26 avqust 2022-ci il tarixli qərarla icraata başlanılaraq tələbin könüllü icrası barədə borcluya bildiriş verilmişdir. Verilmiş müddətdə borclu tələbin könüllü icrasını təmin etmədiyindən məcburi icra tədbirlərinə başlanılmışdır. Məcburi icra tədbirləri çərçivəsində borclunun adına tələbin yönəldilə biləcək əmlakın və gəlirlərin olub-olmaması öyrənilmiş, nəticədə hər hansı əmlakı və gəlirləri müəyyən edilməmişdir. Borclu icra şöbəsinə çağırılaraq icra sənədinin mahiyyəti ona izah edilmiş, alimentin ödənilməsi tələb olunmuş, məsuliyyəti diqqətinə çatdırılmışdır. Borclu işsiz olduğunu, maddi imkanının olmadığını, buna görə də alimenti ödəməyəcəyini şifahi olaraq bildirmiş, yazılı izahat verməkdən imtina etmişdir. Odur ki, icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyinə görə borclu barəsində inzibati protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. Qax Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarına əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinib 10 gün müddətinə inziabti qaydada həbs edilmişdir. İnzibati məsuliyyətə cəlb edildikdən sonra yeni icra müddəti təyin edilərək yaranmış aliment borcunun ödənilməsi borcludan tələb olunmuş, məsuliyyəti barədə dəfələrlə xəbərdarlıqlar verilmişdir. Həmçinin borclunun işlə təmin edilməsinə köməklik göstərilməsi üçün X1 filialına müraciət olunmuşdur. Məşğulluq filialında Təqsirləndirilən şəxs əməkhaqqı 400 manat olan "xxxx" MMC-də kiçik ofisant işi təklif olunmuş, lakin o, təklif edilən işin ona uyğun olmadığını bildirərək işləməkdən imtina etmişdir. Eyni zamanda icra sənədinin icrası ilə bağlı borclu ilə fərdi söhbətlər aparılmış, lakin o, açıq şəkildə aliment borcunu ödəmək fikrində olmadığını bildirmişdir. Ümumiyyətlə borclu icra müddətində icra sənədinin icrasına etinasız yanaşmış, icra sənədinin icraya yönəldilməsindən xeyli müddətin keçməsinə, inzibati qaydada məsuliyyətə cəlb edilməsinə, həmçinin cinayət məsuliyyəti barədə dəfələrlə rəsmi xəbərdarlıqların edilməsinə baxmayaraq hərəkətlərində dönüş yaratmamış və 25 iyul 2023-cü il tarixədək 2600 manat alimenti ödəməməklə qətnamənin icrasından qərəzli olaraq yayınmışdır. İcra müddətində tələbkar Zərərçəkmiş şəxs isə dəfələrlə İcra və Probasiya şöbəsinə müraciət edərək uşaqların maddi təlabatını ödəməkdə çətinliklər çəkdiyini və maddi vəziyyətinin ağır olduğunu bildirərək Təqsirləndirilən şəxs yaranmış aliment borcunun alınaraq ona verilməsinə köməklik göstərilməsini xahiş etmişdir. Göstərilənlərə əsasən borclu Təqsirləndirilən şəxs qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini qərəzli olaraq icra etmədiyinə görə onun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306-cı maddəsilə cinayət məsuliyyətinə cəlb olunması məqsədəmüvafiq hesab edildiyi üçün Ədliyyə Nazirliyinin İstintaq idarəsinə müvafiq təqdimat göndərilmişdir. Məhkəmə iclasında ifadəsi elan olunmaqla tədqiq edilmiş Şahid2 ibtidai istintaq dövründə verdiyi ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs onun qızıdır. Qızı Xəyalə 2007-ci ildə Qax şəhər sakini Təqsirləndirilən şəxs ilə ailə qurmuş, 2011-ci ildə ailəsindən ayrılsa da, 2020-ci ildə Elşənin valideyinlərinin təkidi ilə yenidən barışmışlar. Lakin 2022-ci ildə yenidən ayrılmış və Xəyalə Təqsirləndirilən şəxslə birgə nikahdan olan Aytac və Aydın adlı övladlarını götürüb onların yanına qayıtmışdır. Ayrıldıqdan sonra Elşən uşaqlara hər ay hər uşağa 100 manat aliment ödəməsi ilə bağlı qızı Xəyalə ilə razılığa gəlmişlər. Lakin bundan sonra da Təqsirləndirilən şəxs alimenti ödəməmişdir. Odur ki, qızı Xəyalə məhkəməyə müraciət etmiş və məhkəmə onların arasında bağlanmış sazişi təsdiq etmişdir. Lakin bundan bir ildən artıq müddətin keçməsinə baxmayaraq Elşən ötən müddətdə müəyyən edilmiş aliment məbləğini ödəməmişdir. Uşaqlar böyüdüyündən onların maddi tələbatları da xeyli artmışdır.Uşaqlara baxmaqda Xəyaləyə köməklik etsələr də, onların da maddi imkanları zəif olduğundan uşaqların zəruri xərclərini ödəməkdə çətinliklər çəkirlər. Elşən fərdi qaydada işləyir və onun normal qazancı vardır. Lakin o, qazancını spirtli içkilərə xərcləyir, alimenti isə ödəmir. Alimenti ala bilmədiyinə görə qızı Xəyalə bir neçə dəfə Qax Rayon İcra və Probasiya Şöbəsinə müraciət etmişdir. İcra məmurları tədbirlər görsələr də, Təqsirləndirilən şəxs yenə də heç bir ödəniş etməmiş, icra məmurlarına alimenti ödəməyəcəyini bildirmişdir. Odur ki, iki azyaşlı uşaqla çətin maddi vəziyyətdə olduğunu nəzərə alaraq müəyyən edilmiş aliment məbləğinin Təqsirləndirilən şəxs alınaraq qızı Zərərçəkmiş şəxs verilməsinə köməklik göstərilməsinii xahiş etmişdir. Təqsirləndirilən şəxs cinayət əməli özünün etirafedici ifadəsi, zərərçəkmişin və şahid ifadələri ilə yanaşı, işdə olan digər sübutlarla da tam təsdiqini tapmışdır. İşin 41-42-ci vərəqələrində olan Qax rayon məhkəməsinin 06 oktyabr 2022-ci il tarixli 3(024)-445/2022 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs Qax Rayon Məhkəməsinin 18 iyul 2022-ci il tarixli 2(024)-497/2022 saylı qətnaməsi əsasında verilmiş icra sənədlərinin icrası ilə bağlı icra məmurunun qanuni tələbini üzrsüz səbəbdən yerinə yetirmədiyinə görə Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinib xx.xx.2022-ci il tarixdə 10 gün müddətinə inzibati qaydada həbs edilmişdir. İşin 9-12-ci vərəqələrində olan və məhkəmə istintaqı zamanı elan edilərək tədqiq olunmuş Qax rayon məhkəməsinin 18 iyul 2022-ci il tarixli 2(024)-497/2022 saylı qətnaməsindən görünür ki, həmin qətnaməyə əsasən xx.xx.2008-ci ildə anadan olmuş X3 və xx.xx.2021-ci ildə anadan olmuş X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər bir uşaq üçün sabit pul məbləğində 100 manat olmaqla, cəmi 200 manat məbləğində alimentin alınıb Zərərçəkmiş şəxs verilməsi barədə tərəflər arasında bağlanmış xx.xx.2022-ci il tarixli barışıq sazişi təsdiq edilmişdir. İşin 96-cı vərəqəsində olan və məhkəmə istintaqı zamanı elan edilərək tədqiq olunmuş Qax RİH-nin Qax şəhər İƏD-nin verdyi xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İşin 102-ci vərəqəsində olan və məhkəmə istintaqı zamanı elan edilərək tədqiq olunmuş Azərbaycan Respublikası DİN BƏSİ İdarəsinin verdiyi xx.xx.2023cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İşin 6-94-cü vərəqələrində olan və məhkəmə istintaqı zamanı elan edilərək tədqiq olunmuş Qax rayon icra şöbəsinin istintaq orqanına təqdim etdiyi protokol, akt, bildiriş, qərar və digər sənədlərdən görünür ki, Qax rayon icra və probasiya şöbəsi tərəfindən Təqsirləndirilən şəxs qətnaməni könüllü icra etməsi barədə müraciət edilmiş və icra məmurunun qanuni tələblərini yerinə yetirməkdən boyun qaçıracağı təqdirdə məcburi icra tədbirlərinin həyata keçiriləcəyi barədə xəbərdarlıqlar olunmuşdur. Cinayət işnin materiallaırna əlavə edilmiş 008933 saylı vəsiqədən görünür ki, təqsriləndirilən şəxs Təqsirləndirilən şəxs anası X5 şəhid ailəsinin üzvüdür. Məhkəmə, məhkəmə iclasında toplanmış sübutların toplusuna qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs CM-nin 306.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi sübuta yetirilmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsinin şərh edilməsinə dair” 02 oktyabr 2012-ci il tarixli qərarında göstərilmişdir ki, məhkəmə aktlarını icra etməmə yalnız qərəzli olduqda CM-in 306-cı maddəsində nəzərdə tutulmuş cinayət tərkibini yaradır. İcra etməmə o halda qərəzli olur ki, təqsirkar şəxsə yazılı şəkildə xəbərdarlıq edildikdən sonra da o, məhkəmə aktının tələbini icra etmir və ya məhkəmə aktlarının icrasını mümkünsüz etməyə yönələn hərəkətlərini davam etdirir. Məhkəmə aktlarının qərəzli icra edilməməsini aşağıdakılara əsasən, yəni məhkəmə qərarında nəzərdə tutulmuş tələblərin həmin qərarda müəyyən edilmiş müddət ərzində icra edilməməsi, borcluya məhkəmə qərarının icra edilməməsi haqqında dəfələrlə rəsmi xəbərdarlıq edilməsi, borclunun məhkəmə qərarını icra etməməsinə görə inzibati məsuliyyətə cəlb edilməsi, borclu tərəfindən məhkəmə qərarının icrası üçün yetərli tədbirlərin görülməməsi, borclunun məhkəmə qərarının icrası üçün faktiki imkanlarının olması ilə müəyyən etmək olar. Belə hərəkətlər nəticəsində borclu icra sənədini qərəzli olaraq icra etmədikdə, icra məmuru həmin şəxsin Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətinə cəlb olunması haqqında müvafiq cinayətlərə dair işlər üzrə ibtidai istintaq aparan orqana, icra xidmətinin rəhbəri (baş icra məmuru) tərəfindən təsdiq olunan təqdimat verməlidir (“İcra haqqında” Qanunun 82.3-cü maddəsi).Bununla yanaşı nəzərə alınmalıdır ki, CM-in 306.1-ci maddəsində müəyyən edilmiş “qərəzli” müddəası qiymətləndirici (tövsifedici) əlamət olduğundan ibtidai istintaq aparan orqan və ya məhkəmə yalnız konkret işin hallarına uyğun olaraq bu əlamətin mövcud olub-olmamasını müəyyən etməlidir. Göstərilənlərə əsasən Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, CM-in 306-cı maddəsində nəzərdə tutulmuş cinayət tərkibi məhkəmə aktını icra etməməsinə görə İXM-in 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edildikdən sonra şəxs tərəfindən həmin icra sənədinin yenidən qərəzli olaraq icra edilmədiyi hallarda yaranır. Təqsirləndirilən şəxs cinayət əməli ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə düzgün tövsüf edilmişdir. O, həmin maddənin sanksiyası həddində təqsirli bilinib cəzalandırılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, eləcə də işdə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs ilk dəfə az ağır cinayət törətməsini, şəhid övladı olmasını, yaşayış yeri üzrə mübət xarakterizə olunmasını CM-nin 59.2-ci maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs cəzа təyin edərkən ona hаnsı növ cəzаnın təyin оlunmаsı məsələsinə baxaraq, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, yaşayış yeri üzrə müsbət cəhətdən xarakterizə olunmasını, cəzanı yüngülləşdirən halları, cəzanı ağırlaşdıran halların olmamasını, habelə təyin olunacaq cəzanın onun islah оlunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, ona təqsirli bilindiyi mаddənin sаnksiyаsı daxilində azadlığın məhdudlaşdırılması növündə cəzа təyin edilməlidir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346.1.12-ci maddəsinə uyğun olaraq Təqsirləndirilən şəxs təyin ediləcək cəzanın çəkilməli olub-olmaması məsələsinə baxaraq, işin hаllаrını nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxs ona təyin ediləcək cəzanı çəkməlidir. Təqsirləndirilən şəxs üzərinə yaşayış yeri olan Qax və qonşu Şəki rayonlarının ərazi hüdudlarını tərk etməmək, eləcə də Qax şəhəri, Natəvan küçəsi, ev 29-da yerləşən yaşayış yerini gecə vaxtı saat 22:00-dan növbəti gün səhər saat 07:00-a kimi tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Təqsirləndirilən şəxs cəzasını yaşayış yeri üzrə çəkməli, hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Qax rayon İcra və Probasiya şöbəsinə həvalə edilməli, cəzasının əvvəli icra və probasiya şöbəsində qeydiyyata alındığı gündən hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəsini alana kimi dəyişdirilmədən saxlanmalıdır. İş üzrə maddi sübut, mülki iddia, ekspertiza xərci və xüsusi müsadirə olunmalı əmlak yoxdur. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 351, 353, 354-356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə, hökm etdi : Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 03 il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasının əvvəli yaşayış yeri üzrə Qax rayon İcra və probasiya şöbəsində qeydiyyata alındığı gündən hesablansın. İsmayılzadə Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəsini alana kimi qüvvədə saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə gün ərzində Qax və Şəki rayonlarının ərazi hüdudlarını tərk etməmək, eləcə də yaşayış yeri olan Qax şəhəri, Natəvan küçəsi, ev 29-da yerləşən yaşayış yerinin hüdudlarını gecə vaxtı saat 22:00-dan növbəti gün səhər saat 07:00-a kimi tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs cəzasının icrası Qax rayon İcra və probasiya şöbəsinə həvalə edilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Qax rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən göstərilən müddətdə аpellyаsiyа şikаyəti və ya prоtesti verilmədikdə, həmin müddət bаşа çаtdığı vаxtdаn sоnrаkı gün hökm qаnuni qüvvəyə minir. Hakim: Malik Qarayev.
Məhkəmə qərarları › İş №1(024)-9/2024
Qax Rayon Məhkəməsi Hökm — İş №1(024)-9/2024
18.01.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver