Məhkəmə qərarları › İş №1(024)-9/2025

Qax Rayon Məhkəməsi Hökm — İş №1(024)-9/2025

20.02.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Qax rayonu İş № 1(024)-9/2025 20.02.2025 QAX RAYON MƏHKƏMƏSİ Hakim Zeynalov Mirheydər Seyidəmir oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Məmmədova Zəhra Rövşən qızının katibliyi Dövlət ittihamçısı2, Fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi iştirakı ilə xx xxxxxx 1966-cı il tarixdə Qax şəhərində doğulmuş, evli, Azərbaycan Respublikasının vətəndaşı, Qax şəhəri, 2 №li məktəb liseydə elektrik işləyən, orta təhsilli, əvvəllər məhkum olunmuş, ünvan 1 ünvanda yaşayan, barəsində «polisin nəzarəti altına vermə» qətimkan tədbiri seçilmiş - Rəsulov Valeh Rəsul oğlunun Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İbtidai istintaq orqanı tərəfindən verilmiş ittihamın mahiyyəti ondan ibarətdir ki, Təqsirləndirilən şəxs qəsdən qanunsuz olaraq, satış məqsədi olmadan 2024-cü ilin avqust ayının sonlarında dəqiq günü istintaqa məlum olmayan vaxtda Qax rayonu, İngiloy-Kötüklü kəndi ərazisində yerləşən kolluq ərazidə qarşısına çıxmış yabanı halda bitmiş narkotik tərkibli çətənə bitki kolunun yarpaqlarını bir ədəd sellofan torbaya yığıb üzərində saxlayaraq daşımış, daha sonra onu Qax şəhəri yaxınlığından keçən Kürmük çayının yanında olan Şəki yolu deyilən ərazidə yerləşən meyvə bağında qurudub saxlamış, 09 dekabr 2024-cü il tarixdə, saat 11:00 radələrində Qax RPŞ-in əməkdaşları tərəfindən onun istifadəsində olan Qax şəhəri yaxınlığından keçən Kürmük çayının yanında olan Şəki yolu deyilən ərazidə yerləşən meyvə bağına keçirilmiş baxış zamanı oradan bir ədəd sellofan torbada qanunsuz olaraq saxladığı ümumi çəkisi 26.44 qram narkotik vasitə olan qurudulmuş marixuana aşkar olunaraq götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, mədəsində ağrılar olduğu üçün narkotik vasitədən ara bir istifadə edir. 2024-cü ilin avqust ayının axırlarında dəqiq günü yadında qalmayan vaxtı Qax rayonu, İngiloy-Kötüklü kəndi yaxınlığından keçərkən su kanalının kənarında yabanı halda bitmiş çətənə bitkisinin kollarını görmüşdür. Onların yarpaqlarından bir qədər yığıb qurudub saxlamasını, lazım olanda istifadə etməsini düşünmüşdür. Daha sonra düşündüyü kimi də etmişdir. Həmin kolların yarpaqlarından bir qədər yığıb istifadəsində olan Qax şəhəri yaxınlığından keçən Kürmük çayının yanında olan Şəki yolu deyilən ərazidə yerləşən meyvə bağında qurudub az-az istifadə etmək üçün saxlamışdır. Ondan bir-iki dəfə istifadə etmişdir. Qalan hissəsini isə sellofan torbaya qoyub həmin bağın kənarında kolların arasında şifer qırığının altına gizlətmişdir. 08 dekabr 2024-cü il tarixdə polis əməkdaşları tərəfindən Qax şəhəri ərazisində saxlanılmışdır. Polis əməkdaşları onu polis şöbəsinə aparmışlar. Polis şöbəsində ona bütün hüquq və vəzifələri izah edilmiş, vəkilinin və polis əməkdaşlarının iştirakı ilə videoçəkilişlə onun üzərinə şəxsi axtarış keçirilmişdir. O Qax şəhəri yaxınlığından keçən Kürmük çayının yanında olan Şəki yolu deyilən ərazidə yerləşən meyvə bağında qurudub saxladığı narkotik vasitə olduğunu etiraf etmişdir. 09 dekabr 2024-cü il tarixdə, saat 11:00 radələrində həmin yerə vəkili və polis əməkdaşlarının iştirakı ilə baxış keçirilmişdir. Baxış zamanı narkotik vasitə aşkar olunub götürülmüşdür. Hal-hazırda törətdiyi əməldən peşmandır. Məhkəmədən ona yüngül cəza təyin olunmasını xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 124.2-ci maddəsinin tələbinə uyğun olaraq aşağıdakıları sübut növü kimi qəbul etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, rəsmi olaraq heç bir yerdə işləmir. Bir neçə ildir ki, ayda bir-iki dəfə narkotik vasitə olan marixuana qəbul edir. 2024-cü ilin avqust ayının ortalarında dəqiq günü yadında qalmayan vaxtı Qax rayonu, Qapıçay kəndi ərazisinə çaydan balıq tutmağa getmişdir. Həmin vaxtı orada olan zaman kolluq ərazidə yabanı halda bitmiş çətənə bitkisinin kollarını görmüşdür. Onların yarpaqlarından bir qədər yığıb qurudub saxlamasını, lazım olanda istifadə etməsini düşünmüşdür. Daha sonra düşündüyü kimi də etmişdir. Həmin kolların yarpaqlarından bir qədər yığıb üzərində saxlamış və yaşadığı evə gətirib öz yatdığı otaqda olan siyirmədə gizlətmişdir. Onu həmin yerdə saxlamaqda məqsədi onun quruması olmuşdur. Narkotik vasitə olan marixuananın orada qurumasını, daha sonra ondan az-az istifadə etməsini düşünmüş, belə də etmişdir. Ondan bir-iki dəfə istifadə etmişdir. Qalan hissəsini isə kağız bükümə qoyub üzərində saxlamışdır. 08 dekabr 2024-cü il tarixdə Qax şəhəri, İ.Mustafayev küçəsində piyada şəkildə yolda hərəkət edən zaman polislər onu saxlamışlar. Polis əməkdaşları ona yaxınlaşıb özlərini təqdim etmişdir. Daha sonra polis əməkdaşları ona narkotik vasitəni qanunsuz gəzdirdiyinə görə şübhəli olmasını bildirmişlər. Qax RPŞ-nə gedərək üzərinə baxış keçirəcəklərini demişlər. Polisdə onun qanunsuz narkotik vasitə daşıması barədə məlumatın olmasını bilmiş və bunun üçün də etirazın boş olduğunu görüb onlarla birlikdə Qax RPŞ-nə gəlmişdir. Daha sonra ona bütün hüquq və vəzifələri izah edilmiş, vəkilinin iştirakı, polis əməkdaşlarının iştirakı ilə, videoçəkilişlə onun üzərində şəxsi axtarış keçirilmiş və ona üzərində olan əşyaları təqdim etməsi təklif edilmişdir. Üzərində olan əşyaları və bir kağız bükümdə olan narkotik vasitəni əynində olan gödəkcənin cibindən çıxarıb təqdim etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, 08 dekabr 2024-cü il tarixdə Qax RPŞ-də şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs narkotik vasitə olan qurudulmuş marixuananı saxladığı yeri göstərməsi üçün Qax şəhəri, yaxınlığından keçən Kürmük çayının yanında olan Şəki yolu deyilən ərazidə yerləşən meyvə bağında Qax rayon polis şöbəsinin Təhqiqat Qrupunun baş təhqiqatçısı, polis mayoru R.K.Məbudov tərəfindən baxış istintaq hərəkəti keçirilmişdir. Baxış zamanı video çəkilişdən istifadə edilməsi barədə Təqsirləndirilən şəxs xəbərdarlıq edilmiş, hüquq və vəzifələri ona izah edilmişdir. Təqsirləndirilən şəxs meyvə bağının ətrafında narkotik vasitə olub-olmadığı soruşulmuşdur. Təqsirləndirilən şəxs Qax şəhəri yaxınlığından keçən Kürmük çayının yanında olan Şəki yolu deyilən ərazidə yerləşən meyvə bağının onun istifadəsində olduğunu, meyvə bağının kənarında olan böyürtkən kollarının arasında orta boylu daşın arxa hissəsində yarpaqların altında, üzərinə şifer qırığı qoyulmuş sellofan torbanı göstərmişdir. Həmin sellofan torba oradan çıxarılmış və açıb içərisinə baxarkən oradan kəskin iyli, quru halda narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər yaşıl kütlə aşkar edilmişdir. Təqsirləndirilən şəxs aşkar edilmiş vasitənin nə olduğunu və kimə aid olduğu soruşulmuş, Təqsirləndirilən şəxs həmin kütlənin narkotik vasitə olan marixuana olmasını bildirmişdir. Onu Qax rayonu, Kötüklü kəndi yaxınlığında yol kənarından keçən kanalın ətrafında olan yabanı çətənə bitkilərinin yarpaqlarından yığıb qurudub orada gizlətmişdir. Onu özü üçün istifadə etməkdən ötrü orada saxlamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 Şahid3 ifadəsinə oxşar məzmunlu ifadə vermişdir. Məhkəmə iclasında ifadəsi elan edilmiş ibtidai istintaq dövründə şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, 08 dekabr 2024-cü il tarixdə ünvan 2 ünvanda yaşayan Şahid1 narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması, üzərində narkotik vasitə olan qurudulmuş marixuana saxlaması bardə əməliyyat məlumatı daxil olmuşdur. Həmin məlumatın yoxlanılması, Şahid1 cinayət əməlinin ifşa olunaraq onun cinayət başında yaxalanması məqdəsi ilə polis əməkdaşlarından ibarət əməliyyat qrupu yaradılmış və qrup üzvlərinə tədbir zamanı şəraitdən asılı olaraq davranış qaydaları izah edilmişdir. Bundan sonra Qax RPŞ-in əməkdaşları tərəfindən keçirilmiş əməliyyat -axtarış tədbirləri nəticəsində 08 dekabr 2024-cü il tarixdə, təxminən saat 11:05 radələrində Şahid1 Qax şəhəri ərazisində saxlanılaraq polis şöbəsinə dəvət olunmuşdur. Polis şöbəsində onun üzərində Qax rayon polis şöbəsinin Təhqiqat Qrupunun baş təhqiqatçısı, polis mayoru R.K.Məbudov tərəfindən şübhəli şəxs kimi axtarış aparılmışdır. Şəxsi axtarış zamanı video çəkilişdən istifadə edilməsi barədə Şahid1 xəbərdarlıq edilmiş, hüquq və vəzifələri ona izah edilmişdir. Şahid1 üzərində olan əşyaları təqdim etməyi bildirilmişdir. Şahid1 əynində olan tünd yaşıl rəngli gödəkcənin sağ yan cibindən ağ rəngli kağızda bükülü, həmin gödəkcənin sol yan cibindən içərisində üç ədəd olan «Viceroy» markalı bir qutu siqareti və alışqanı təqdim etmişdir. Onun üzərində Qax rayon polis şöbəsinin Təhqiqat Qrupunun təhqiqatçısı, polis mayoru R.K.Məbudov tərəfindən əlavə olaraq şəxsi axtarış aparılmış, lakin üzərindən hər hansı başqa maddi sübut əhəmiyyətli əşya aşkar edilməmişdir. Şahid1 üzərindən aşkar edilmiş bir ədəd kağız bükülünün içərisində narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər kütlə aşkar edilmişdir. Şahid1 aşkar olunan kütlənin nə olduğunu soruşduqda o həmin kağız bükümdə olan kütlənin nəşə olduğunu, həmin narkotikin özünə məxsus olduğunu, Valeh adlı əvvəlki qonşusundan aldığını, aldıqdan sonra üzərindən bir qədər götürüb istifadə etdiyini demişdir. Şahid1 təqdim etdiyi həmin bir ədəd kağız büküm içərisində olan narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər kütlə ilə birlikdə çəkilmiş, bir ədəd kağız bükümün içərisində olan narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər kütlə ilə birlikdə çəkisi 1.26 qram olmuşdur. Daha sonra keçirilmiş əməliyyat -axtarış tədbirlərinin davamı olaraq ünvan 3 ünvanda yaşayan Təqsirləndirilən şəxs 08 dekabr 2024-cü il tarixdə, saat 13:45 radələrində Qax şəhəri ərazisində saxlanılaraq polis şöbəsinə dəvət olunmuşdur. Polis şöbəsində Qax rayon polis şöbəsinin Təhqiqat Qrupunun baş təhqiqatçısı, polis mayoru R.K.Məbudov tərəfindən V.R. Rəsulovun üzərinə şübhəli şəxs kimi axtarış aparılmışdır. Şəxsi axtarış zamanı video çəkilişdən istifadə edilməsi barədə Təqsirləndirilən şəxs xəbərdarlıq edilmiş, hüquq və vəzifələri ona izah edilmişdir. Təqsirləndirilən şəxs üzərində olan əşyaları təqdim etməyi bildirilmiş, şübhəli şəxs Təqsirləndirilən şəxs əvvəlcə əynində olan göy rəngli gödəkcənin, qara cins şalvarın ciblərində ikisi dolu vəziyyətdə biri tam boş vəziyyətdə olan «Classic» markalı üç qutu siqareti, 11 manat pulu, iki ədəd alışqan, bir ədəd eynək dəsmalı və bir ədəd boru rezini təqdim etmişdir. Onun üzərində əlavə olaraq şəxsi axtarış aparılmış, lakin üzərindən hər hansı maddi sübut əhəmiyyətli əşya aşkar edilməmişdir. İş materiallarında olan və məhkəmə baxışı zamanı elan olunaraq tədqiq edilmiş Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza X3 Bölməsinin 17/907 №li, 09 dekabr 2024-cü il tarixli məhkəmə bioloji ekspertizası, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekusorlarının, güclü təsir edən və zəhərli maddələrin, dərman vasitələrinin tədqiqi ekspertizasının rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində «Təqsirləndirilən şəxs tərəfindən istifadədə olan meyvə bağının kənarından götürülmüş sellofan torbada olan kütlə» yazısı, adlar və imzalar yazılmış bir ədəd zərfin içərisində olan bir ədəd sellofan torbada, təmiz çəkisi -26.44 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə -qurudulmuş marixuanadır. Marixuananın təmiz çəkisi -26.44 qram, tədqiqata sərf edildi-0.05 qram, qalıq- 26.39 qram. İş materiallarında olan və məhkəmə baxışı zamanı elan olunaraq tədqiq edilmiş Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi, Gəncə şəhəri, Narkoloji Dispanserin 2041 №li, 29 dekabr 2024-cü il tarixli rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə etmir. Narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı yoxdur. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən 18 dekabr 2024-cü il tarixdə doldurulmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Qax Rayon Xalq Məhkəməsinin 19 may 1987-ci il tarixli hökmü ilə CM-in 143 M 3 hissəsi ilə (köhnə redaksiyada) təqsirli bilinərək «02» (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. 27 yanvar 1988-ci il tarixli Qaradağ Rayon Xalq Məhkəməsinin 07 yanvar 1988-ci il tarixli qərarı ilə CM-in 50-2-ci maddəsinə əsasən (köhnə redaksiyada) «01» il, «02» ay, «25» gün şərti azad edilmişdir. Bundan başqa Təqsirləndirilən şəxs Qax Rayon Xalq Məhkəməsinin 28 dekabr 1993-cü il tarixli hökmü ilə CM-in 226-1 M 1 hissəsi ilə təqsirli bilinərək «01» il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. 10 iyun 1994-cü il Binəqədi Rayon Xalq Məhkəməsinin qərarı ilə CM 50ci maddəsinə əsasən (köhnə redaksiyada) «04» ay, «15» gün şərti azad edilmişdir. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsi ilə bağlı bir ədəd DVD diskə köçürülmüş iki ədəd görüntüdən görünür ki,xidməti otaqda şəxsi axtarış zamanı video çəkilişdən istifadə edilməsi barədə Təqsirləndirilən şəxs xəbərdarlıq edilmiş, hüquq və vəzifələri ona izah edilmişdir. Təqsirləndirilən şəxs üzərində olan əşyaları təqdim etməyi bildirilmiş, Təqsirləndirilən şəxs əvvəlcə əynində olan göy rəngli gödəkcənin, qara cins şalvarın ciblərində ikisi dolu vəziyyətdə biri tam boş vəziyyətdə olan «Classic» markalı üç qutu siqareti, 11 manat pulu, iki ədəd alışqan, bir ədəd eynək dəsmalı və bir ədəd boru rezini təqdim etmişdir. Digər faylda olan görüntüdən görünür ki,Təqsirləndirilən şəxs meyvə bağının kənarında olan böyürtkən kollarının arasında orta boylu daşın arxa hissəsində yarpaqların altında, şifer qırığı qoyulmuş selofan torbanı göstərmişdir. Həmin torba açıldıqda onun içərisində kəskin iyli, quru halda qurudulumuş marixuana bənzər yaşıl kütlə aşkar edilmişdir. İş materiallarında olan və məhkəmə baxışı zamanı elan olunaraq tədqiq edilmiş baxış keçirilməsi və maddi sübutun götürülməsi haqqında 09 dekabr 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs meyvə bağının kənarında olan böyürtkən kollarının arasında orta boylu daşın arxa hissəsində yarpaqların altında, şifer qırığı qoyulmuş selofan torbanı göstərmişdir. Həmin torba açıldıqda onun içərisində kəskin iyli, quru halda qurudulumuş marixuana bənzər yaşıl kütlə aşkar edilmişdir. Qax şəhəri 2 №li məktəb lisey tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, verilmiş tapşırıqları vaxtı vaxtında yerinə yetirir, məktəbin ictimai işində fəaldır. İş yoldaşları ilə münasibəti səmimidir. Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma cinayət əməlini törətməsi , məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu , məhkəmə iclasında dindirilmiş, elan edilmiş, təqsirləndirilən şəxsin etirafedici, şahid ifadələri , iş üzrə keçirilmiş ekspertiza rəyləri , baxış keçirilən zaman çəkilmiş videogörüntülər və iş materiallarında olan digər sənədlərlə tamamilə sübuta yetirildi. Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Cinayət məsuliyyəti cinayət törədən şəxsin mühakimə edilməsi və ona cinayət hüquqi xarakterli tədbirlərin tətbiqi ilə bağlı reaksiyadır. Cinayət tərkibi ictimai təhlükəli əməli cinayət kimi xarakterizə edən cinayət qanununda göstərilən obyektiv və sübyektiv əlamətlərinin məcmusudur. Cinayət ictimai təhlükəli əməli yaradan obyektiv və subyektiv elementlərinin sistemidir. Təqsirləndirilən şəxs əməlində cinayət tərkibinin olması üçün obyektiv və subyektiv əlamətlər mövcuddur. Cinayət Prosessual Məcəlləsinin 124.1-ci maddəsinə əsasən məhkəmənin və ya cinayət prosesi tərəflərinin əldə etdiyi mötəbər dəlillər (məlumatlar, sənədlər, əşyalar) cinayət təqibi üzrə sübutlar hesab olunur. Bu sübutlar: 124.1.1.cinayət -prosessual qanunvericiliyinin tələblərinə əməl edilməklə insan və vətəndaşın konstitusiya hüquq və azadlıqları məhdudlaşdırılmadan və ya məhkəmənin qərarı əsasında (bu Məcəllə ilə nəzərdə tutulmuş təxirə salına bilməyən hallarda isə müstəntiqin qərarı əsasında) məhdudlaşdırmaqla əldə olunmalı; 124.1.2. hadisənin cinayət hadisəsi olub-olmamasını, törədilmiş əməldə cinayətin əlamətlərinin olub-olmamasını, bu əməlin təqsirləndirilən şəxs tərəfindən törədilib -törədilməməsini, onun təqsirli olub-olmamasını, habelə ittihamın düzgün həll edilməsi üçün əhəmiyyət kəsb edən digər hallar göstərilməlidir. Həmin Məcəllənin 124.2-ci maddəsinə əsasən cinayət prosesində aşağıdakılar sübut kimi qəbul olunur: 124.2.1. şübhəli, təqsirləndirilən və zərər çəkmiş şəxsin və şahidlərin ifadələri; 124.2.2. ekspertin rəyi; 124.2.3. maddi sübutlar; 124.2.4. istintaq və məhkəmə hərəkətlərinin protokolları; 124.2.5. digər sənədlər. Həmin Məcəllənin 125.1-ci maddəsinə əsasən məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. Göründüyü kimi Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə əldə olunmuş sübutlar şübhəli sübutlar deyil, onlar mötəbər sübut kimi qəbul edilməlidir. Təqsirləndirilən şəxs təqsirliyi Cinayət Prosessual Qanunvericiliklə müəyyən edilmiş sübutlarla tam olaraq sübuta yetirilmişdir. Cinayət Prosessual Məcəlləsinin 44.1-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Həmin Məcəllənin 44.2.4-ci maddəsinə əsasən bu Məcəllə və cinayət qanunu ilə nəzərdə tutulmuş bütün digər hallarda-təqsirləndirilən şəxsə cəza təyin etməklə məhkəmə ittiham hökmü çıxarır. Məhkəmənin ittiham hökmü ilə cinayət işi mahiyyət üzrə həll edilir və hökmdə cinayət hadisəsinin baş verməsi, həmin hadisənin məhz təqsirləndirilən şəxs tərəfindən törədilməsi və ona cəza təyin edilməsi məsələləri öz əksini tapır. Cinayət Məcəlləsinin 14.1-ci maddəsinə əsasən bu Məcəllə ilə cəza təhdidi altında qadağan olunmuş ictimai təhlükəli əməlin (hərəkət və ya hərəkətsizliyin) təqsirli olaraq törədilməsi cinayət sayılır. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən cinayət qanununda nəzərdə tutulmuş hər hansı əməlin (hərəkət və ya hərəkətsizliyin) əlamətləri formal cəhətdən mövcud olsa da, lakin az əhəmiyyətli olduğuna görə ictimai təhlükəli sayılmayan, yəni şəxsiyyətə, cəmiyyətə və yaxud dövlətə zərər yetirməyən və ya zərər yetirmək təhlükəsi yaratmayan əməl (hərəkət və ya hərəkətsizlik) cinayət hesab edilmir. Cinayət əməli iki əlamətin -əməlin təqsirli və cəzalandırılması olması kimi əlamətlərini özündə əks etdirir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1-ci maddəsində göstərilən cinayət əməlini törətməkdə təqsirlidir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Ona görə də Cinayət Prosessual Məcəlləsinin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə , onun barəsində ittiham hökmü çıxarılmalıdır. Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən -satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmə , saxlama, hazırlama, emal etmə , daşımaya görə -bir ildən üç ilədək azadlığın məhdudlaşıdırlması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, Cinayət Məcəlləsinin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət -hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən heç kəs eyni bir cinayətə görə iki dəfə cinayət məsuliyyətinə cəlb oluna bilməz. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 6-cı maddəsinə görə hər kəs onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən , qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə əsasən cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar , qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz . Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə , bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Məhkəmə Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə və «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 nömrəli Qərarına əsasən , Təqsirləndirilən şəxs cəza təyin edərkən , onun şəxsiyyətini , törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini , o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi əməldən səmimi peşman olmasını, az ağır cinayətin törətməsini, onun müsbət xarakterizə olunmasını Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən məsuliyyəti yüngülləşdirən hal hesab edir. Məhkəmə Təqsirləndirilən şəxs əməlində Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş məsuliyyəti ağırlaşdıran hallar müəyyən etmədi . Məhkəmə hökmü haqqında Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun 15 saylı, 24 dekabr 2021-cı il tarixli qərarına əsasən məhkəmə hökmü məhkəmə baxışının aparıldığı dildə, aydın, anlaşılan ifadələrlə tərtib olunmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin 02 aprel 2012-ci il tarixli Qərarında müəyyən edilmişdir ki, qanunverici Cinayət Məcəlləsinin 59.1.1-59.1.10-cu maddələrində cəzanın yüngülləşdirən halların tam olmayan siyahısını müəyyən etmişdir. Cinayət Məcəlləsində bu hallardan başqa cəzanı yüngülləşdirən digər halların tam olmayan siyahısını müəyyən etmişdir. Cinayət Məcəlləsində bu hallardan başqa cəzanı yüngülləşdirən digər halların nəzərə alınmasının mümkünlüyü də göstərilmişdir. Beləliklə Cinayət Məcəlləsinin 59-cu maddəsinin məzmunundan görünür ki, cəzanı yüngülləşdirən hal təqsirkarın şəxsiyyətinə, törədilmiş cinayətə aid olan və müvafiq olaraq cinayət törədinin özünün və cinayət əməlinin təhlükəliyini azaldan və cinayət tərkibindən kənara qalan müxtəlif hallardır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikasının Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 nömrəli Qərarına əsasən cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir . Cəza təyin olunarkən eyni zamanda təqsirli şəxsin ailədə mənfi davranışını təsdiq edən mənfi davranışını təsdiq edən məlumatların olub-olmaması (məsələn sərxoşluğa qurşanması, ailə üzvlərinə qəddar münasibətin göstərməsi , uşaqların tərbiyəsinə mənfi təsir göstərən hərəkətlərə yol verməsi və s.) kimi hallara diqqət yetirilməlidir . Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə Azərbaycan Respublikasının Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamın 1.1-ci maddəsinə əsasən həbs qətimkan tədbirinin seçilməsi barədə vəsatətlərə baxılarkən ilk növbədə digər qətimkan tədbirlərinin seçilməsi mümkünlüyü araşdırılmalıdır. Həmin Sərəncamın 10.5-ci maddəsinə əsasən həbsə alternativ olan qətimkan tədbirinin tətbiq edilməsi hallarının genişləndirilməli, həbsin alternativ qətimkan tədbirləri ilə əvəz edilməsi qaydasının sadələşdirilməli, böyük ictimai təhlükə törətməyən və az ağır cinayətlərə görə həbs qətimkan tədbirinin seçilməsi əsaslarının daha da məhdudlaşdırılmalıdır. «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikasının Ali Məhkəməsi Plenumunun 08 №li, 14 iyun 2024-cü il tarixli qərarın 7-ci bəndində göstərilmişdir ki, narkotik vasitələrin, psixotrop maddələrin, habelə prekursorların qanunsuz hazırlanması dedikdə -həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla tərkibində narkotik maddələr olan bitkilərdən, dərmanlardan, kimyəvi və digər maddələrdən istehlaka yarayan və ya yaramayan narkotik vasitələrin, psixotrop maddələrin, onların prekursorlarının alınmasına (bilavasitə hazırlanmasına) qəsdən yönəldilmiş hərəkətlər, narkotik vasitələrin və psixotrop maddələrin istehsalı dedikdə, onların davamlı şəkildə qanunsuz hazırlanmasına qəsdən yönəlmiş hərəkətlər (xüsusi avadanlıqlardan istifadə etməklə, belə maddələrin bu məqsədlər üçün nəzərdə tutulmuş istehsalat sahəsində və qablaşdırılmış şəkildə hazırlanması), narkotik vasitələrin və psixotrop maddələrin emalı dedikdə isə onların saflaşdırılmasına və ya bir narkotik vasitənin, yaxud psixotrop maddənin digər narkotik vasitəyə və ya psixotrop maddəyə çevrilməsi yolu ilə narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, yaxud onların təsirinin gücləndirilməsinə qəsdən yönəldilmiş hərəkətlər başa düşülməlidir. Cinayət işinin materiallarında olan 08 dekabr 2024-cü il tarixli cinayət törətməkdə şübhə edilən şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs 08 dekabr 2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuşdur (səh .,35). Cinayət işinin materiallarında olan 10 dekabr 2024-cü il tarixli təqsirləndirilən şəxs qismində cəlb olunma haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunmuş və ona ittiham elan edilmişdir (səh .,99). Təqsirləndirilən şəxs dindirilməsi 10 dekabr 2024-cü il tarixdə, saat 09:35 radələrində başlamış, həmin tarixdə saat 10:20 radələrində bitmişdir (səh ., 106). Cinayət işinin materiallarında olan vəsatətin müdafiə edilməsində imtina olunması haqqında 10 dekabr 2024-cü il tarixli Qax Rayon Prokurorunun qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində «həbs » qətimkan tədbirinin seçilməsi barədə vəsatətin müdafiə olunmasından imtina olunmuşdur (səh ., 113). Cinayət işinin materiallarında olan 10 dekabr 2024-cü il tarixli təqsirləndirilən şəxs barəsində qətimkan tədbirinin seçilməsi və MSY-dən azad edilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs MSY-dən azad edilmiş və barəsində «polisin nəzarəti altına vermə » qətimkan tədbiri seçilmişdir (səh ., 115). Cinayət Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Məhkəmə, Təqsirləndirilən şəxs törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini , az ağır cinayət törətməsini , törətdiyi əməldən peşman olmasını, onun müsbət xarakterizə olunmasını, onun cəmiyyətdən təcrid olunmadan islah olunmasının mümkünlüyünü və işdə olan digər halları nəzərə alaraq, ona «azadlığın məhdudlaşdırılması » növündə cəza təyin etməyi qanuni, əsaslı və ədalətli hesab edir. Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşıdrılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir . Məhkəmə azadlığın məhdudlaşıdırlması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmin Məcəllənin 52-1.2-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: 52-1.2.1. yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; 52-1.2.2. elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; 52-1.2.3. məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; 52-1.2.4. müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. 52-1.3. Məhkəmə məhkum üçün aşağıdakı əlavə vəzifələr müəyyən edə bilər: 52- 1.3.1. kütləvi və digər tədbirlər təşkil etməmək və ya belə tədbirlərdə iştirak etməmək; 52-1.3.2. məhkəmənin müəyyən etdiyi ərazi hüdudları daxilində müəyyən yerlərə getməmək; 52-1.3.3. alkoqolizmdən, narkomaniyadan, toksikomaniyadan və ya zöhrəvi xəstəliklərdən müalicə kursu keçmək. Həmin Məcəllənin 52-1.4-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması altı aydan beş ilədək müddətə təyin edilir. Cəzaların İcrası Məcəlləsinin 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs şübhəli şəxs kimi həbsdə saxlandığı «02» (iki) gün azadlığın məhdudlaşdırılması cəzasının «04» (dörd) gününə bərabər tutulmaqla «04» (dörd) gün ona təyin olunmuş cəzadan çıxılmalı, cəzanın icrası müddəti Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, hökmün icrasının onun yaşayış yeri üzrə icra və probasiya şöbəsinə tapşırılmalı, onun üzərinə cəza çəkdiyi müddət ərzində yaşayış yerinin hüdudlarını tərk etməmək yəni , gecə saat 00:00-dan səhər saat 06:00-dək yaşadığı ünvan 4 ünvanı tərk etməmək , elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək , Qax və Zaqatala rayonları ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək , habelə cəzanını icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulmalıdır. Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Təqsirləndirilən şəxs 08 dekabr 2024-cü il tarixdən,10 dekabr 2024-cü il tarixə kimi şübhəli şəxs kimi həbsdə olduğu «02» (iki) gün (saatlarla hesablanmaqla) müddət nəzərə alınmalıdır. Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən cinayət törətmiş alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə tibbi xarakterli məcburi tədbirlər təyin edilir. İş materiallarında olan və məhkəmə baxışı zamanı elan olunaraq tədqiq edilmiş Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi, Gəncə şəhəri, Narkoloji Dispanserin 2041 №li, 29 dekabr 2024-cü il tarixli rəyin ilə müəyyən olmuşdur ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə etmir. Narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs barəsində seçilmiş «polisin nəzarəti altına vermə» qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Qax rayon Polis Şöbəsində saxlanılan iş üzrə maddi sübut, keçirilmiş ekspertiza tədqiqatından sonra qalmış narkotik vasitə -qurudulmuş marixuana-26.39 qram marixuana məhv edilməli, bir ədəd disk isə cinayət işinin materialları arasında saxlanılmalıdır. Cinayət Prosessual Məcəlləsinin 197.1.4-cü maddəsinə əsasən müxətəssisə, ekspertə ödənilməli haqlar və tərcüməçiyə ödəniş haqqı kimi verilməli olan məbləğ məhkəmə məsrəflərinə aiddir. İş üzrə 34.55 manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutulub AZ.MEM VÖİN **********, X1, KOD 210005 VÖEN **********, Müxbir hesab 41 NABZ******************** SVİFT BİK CTREAZ 22 saylı hesaba keçirilməlidir. Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə hazırki cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsinə əsasən sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsinə zərurət yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Hüquqi xidmətə görə Müdafiəçi iştirak etdiyi 15 saata görə 90 manat məbləğində pul ödənilməsi üçün Azərbaycan Respublikasının Dövlət Büdcəsindən tutularaq onun hesabına köçürülməlidir (Hesablaşma hesabı: Azərbaycan Beynəlxalq Bankı Qax filialı, kod İBAZAZ2X, Alan Bankın müxbir hesab AZ03NABZ********************, Alan müştərinin hesab nömrəsi AZ11İBAZ********************). İş üzrə mülki iddia yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 197-198, 341-349, 351- 353, 358, 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə cinayət əməlini törətməkdə təqsirli bilinsin. Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən «02» (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs 08 dekabr 2024-cü il tarixdən,10 dekabr 2024-cü il tarixə kimi şübhəli şəxs kimi həbsdə olduğu «02» (iki) gün (saatlarla hesablanmaqla) müddət nəzərə alınsın, həmin müddət Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən «04» (dörd) gün hesablanaraq təyin olunmuş cəzadan çıxılsın və Təqsirləndirilən şəxs üzərində qəti olaraq «01» (bir) il, «11» (on bir) ay, «26» (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Cəzanın icra müddəti Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın, hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Qax rayon İcra və Probasiya şöbəsinə tapşırılsın. Təqsirləndirilən şəxs üzərinə cəza çəkdiyi müddət ərzində yaşayış yerinin hüdudlarını tərk etməmək yəni, gecə saat 00:00-dan səhər saat 06:00-dək yaşadığı ünvan 4 ünvanı tərk etməmək, elektron nəzarəti vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Qax və Zaqatala rayonları ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerin dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Qax rayon Polis Şöbəsində saxlanılan iş üzrə maddi sübut, keçirilmiş ekspertiza tədqiqatından sonra qalmış narkotik vasitə -qurudulmuş marixuana-26.39 qram marixuana məhv edilsin, bir ədəd disk isə cinayət işinin materialları arasında saxlanılsın. İş üzrə 34.55 manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutulub AZ.MEM VÖİN **********, X1, KOD 210005 VÖEN **********, Müxbir hesab 41 NABZ******************** SVİFT BİK CTREAZ 22 saylı hesaba keçirilsin. Hüquqi xidmətə görə Müdafiəçi iştirak etdiyi 15 saata görə 90 manat məbləğində pul ödənilməsi üçün Azərbaycan Respublikasının Dövlət Büdcəsindən tutularaq onun hesabına köçürülsün (Hesablaşma hesabı: Azərbaycan Beynəlxalq Bankı Qax filialı, kod İBAZAZ2X, Alan Bankın müxbir hesab AZ03NABZ********************, Alan müştərinin hesab nömrəsi AZ11İBAZ********************). Təqsirləndirilən şəxs barəsində seçilmiş «polisin nəzarəti altına vermə» qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Hökmdən, elan olunduğu andan 20 gün müddətində Qax Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Mirheydər Zeynalov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar