Azərbaycan Respublikası adından HÖKM Qəbələ şəhəri İş № 1(025)-1/2021 03.02.2021 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Abbas Baba oğlunun sədrliyi, məhkəmə iclas katibi Qafarlı Yelmar Elman oğlunun katibliyi, Azərbaycan Respublikasının Baş Prokorluğunun Dövlət X3 rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru vəzifəsini icra edən kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Qəbələ rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə xx.xx.1991-ci ildə Qəbələ şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, azərbaycanlı, orta təhsilli, subay, işsiz, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olan və ünvan 2i rayonu, B.Nuriyev küçəsi, 21 saylı ev, mənzil 64 ünvanında yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1 və 237.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama və qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkiləri xeyli miqdarda kultivasiya etmə (əkmə, yetişdirmə, onları (onların hissələrini) toplama) cinayətini törətmişdir. Belə ki, o, xx xxxxxx 2020-ci il tarixdə Qəbələ rayon polis şöbəsinin əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs оğlunun yaşadığı ünvan 1 ünvanına Qəbələ rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli 5(025)-21/2020 nömrəli qərarı əsasında yaşayış evinə və həyətyanı torpaq sahəsinə daxil olaraq baxış keçirilən zaman onun 2020-ci ilin may ayında öz evinin həyətində qanunsuz olaraq tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkilərini xeyli miqdarda, yəni, 03 ədəd olmaqla hündürlükləri 130 sm, 146 sm və 154 sm, ümumi təmiz çəkisi 2555,00 qram olan əkilibbecərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkiləri yaş halda, torpağa basdırılmış vəziyyətdə kultivasiya etdiyi, (əkib yetişdirdiyi və onları (onların hissələrini) topladığı, həmçinin, yaşadığı evə baxış zamanı isətəmiz çəkisi 65,00 qram olan 01 (bir) ədəd əkilib-becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkisinin hissələri, həmçinin həmin çətənə (kannabis) bitkisinin hissələrindən 2020-ci ilin iyul ayında satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda, yəni, təmiz çəkisi 360,00 qram təşkil edən bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisini küstar üsulla qurudub, hazırlayaq, əldə edib, yaşadığı evdə sellofan torbada saxladığı narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Cinayət Məcəlləsinin 234.1 və 237.1-ci maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətmişdir. Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin (CPM) 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə protokollarını, ekspertiza rəylərini və digər sənədləri sübut növü kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi vardır, onun törətmiş olduğu cinayət əməlləri düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1 və 237.1-ci maddələri ilə tövsif olunmuşdur. Belə ki, məhkəmə iclasında ifadə verərkən iş üzrə Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilərək göstərdi ki, rəsmi iş yeri olmasa da dolanışıq üçün mebel düzəltməklə məşğul olurmuş. Təxminən 3 ilə yaxın müddətdir ki, narkotik vasitələrdən istifadə edirmiş. 2020-ci ilin təxminən may ayında Qəbələ şəhərinin mərkəzinə yaxın yerdə küçədə, Bum yolu deyilən yerdə dayanacağın yanında yol kənarında kağız büküm tapmış, kağız bükümü açdıqda içərisində marixuana toxumları görmüşdür. Toxumların kimin olduğunu bilməmiş, marixuana çəkdiyinə görə həmin toxumların marixuana toxumları olduğunu bilmiş və toxumların sayı 10-12 ədəd olmuşdur. Həmin marixuana toxumlarını özü ilə götürüb həyətində özünün istifadəsi üçün becərib yetişdirmək və böyüdüb qurudaraq istifadə etmək qərarına gəlmiş, toxumları həyətinə gətirmiş və onları əvvəlcə kəsib içərisinə torpaq doldurduğu 4 ədəd kiçik plastik butulkalarda əkmiş, butulkaları da həyətində saxlamış, əkdiyi toxumlardan cəmi 4 ədəd toxum bitmiş, qalanları isə bitməmişdir. 4 ədəd toxum cücərib bir qədər böyüyərək kök saldıqdan sonra yaxşı inkişaf etməsi və pöhrələnməsi üçün kiçik şitilləri butulkadan çıxarıb onları yaşadığı evlə üzbəüz torpağı bellə yumşaldıb ayrı-ayrılıqda əkmiş, həmin marixuana bitkilərini yuxarıda qeyd etdiyi ünvanda yerləşən həyətində ayrı-ayrı torpağa əkdikdən sonra inkişafın normal getməsi üçün xüsusi aqrotexniki qulluq kimi mütəmadi olaraq ağ rəngli, plastik emosiya qabında su tökmüşdür. Təxminən 2020-ci ilin iyul ayının sonlarında artıq qulluq edib böyütdüyü çətənə kollarından birini kökündən çıxarıb evində qurutmaq üçün qoymuş ki, həm çəkərək istifadə etsin, həm də qurudub saxlasın. Həmin çətənə kolu quruduqdan sonra quru kütələləri siqaret kötüyünə və siqaret qabındakı qurğuşun rəngli bükümə dolduraraq yandırıb çəkirmiş, həmçinin, həmin qurutduğu marixuana kütləsindən bir xeylisini yaşayış evindəki göy və qara rəngli sellafon torbaya doldurub sonradan çəkərək istifadə etmək üçün saxlamış, torbanı az-az istifadə etdiyi üçün onu evindəki idman çantasının içərisində gizlədib pəncərənin qarşısında saxlamışdır. xx xxxxxx 2020-ci il tarixdə səhər saatlarında polis əməkdaşları tərəfindən evinə və həyətinə baxış keçirilməzdən əvvəl onu bu barədə olan məhkəmə qərarı ilə tanış etmişlər, yaşayış evinə və həyətinə baxış keçirilən zaman həmin prosesdə iştirak edirmiş və baxış zamanı polis əməkdaşlarına həyətində özünün əvvəlcə butulkada, sonradan isə torpağa əkib becərdiyi 03 ədəd çətənə bitkilərini təqdim etmişdir. Belə ki, həyətində əkdiyi çətənə bitkilərinin 03 ədədi hələ torpağa basdırılı vəziyyətdə olsa da, dördüncüsü tərəfindən çıxarılaraq quruması üçün evə qoymuş, baxış zamanı ona məxsus yaşayış həyətində təqdim etdiyi çətənə kolları polis əməkdaşları tərəfindən metrə ilə ölçülmüş, həyətdəki çətənə kollarının uzunluqlarının 130 sm, 146 sm və 154 sm, evindəki quruması üçün çıxardaraq sərdiyi çətənə kolunun uzunluğu isə 126 sm olması müəyyən edilmişdir. Bundan əlavə olaraq yataq otağına baxış keçirilmiş və baxış zamanı evdə pəncərənin qarşı tərəfindəki idman çantasının daxilində gizlətdiyi göy və qara rəngli sellafon torbalara bükdüyü narkotik tərkibli kütlə aşkar edilmiş və polis əməkdaşları tərəfindən onun iştirakı ilə elektron tərəzidə çəkilmiş, çəkisinin 386 qram olması müəyyən edilmişdir. Baxış zamanı daxilinə narkotik maddə dolduraraq çəkmək üçün istifadə etdiyi butulkanı, narkotik maddələri çəkmək üçün doldurduğu quruğuşun rəngli kağız bükümləri, həyətindəki narkotik maddə olan çətənə bitkilərinə aqrotexniki qulluq kimi su verilməsi zamanı istifadə etdiyi ağ rəngli, plastik vedrə və eləcə də çətənə şitillərini ilkin olaraq yetişdirdiyi plastik kəsili butulkaları, qurğuşun rəngli kağızları, plastik vedrəni polis əməkdaşlarına təqdim etmiş, həmin əşyalar, həmçinin, torpaqda əkib becərdiyi 03 ədəd marixuana bitkisi polislər tərəfindən torpaqdan çıxarılmış və qablaşdırılıb möhürlənmiş, götürülmüş, həmçinin evində gizlətdiyi göy və qara rəngli sellafon torbalarda bükülü olan qurutduğu marixuana kütləsi və evində qurutduğu 01 ədəd marixuana bitki ağacı da polislər tərəfindən qablaşdırılaraq götürülmüşdür. Baxış zamanı polislər tərəfindən videoçəkiliş aparılmış, həmçinin, fotoşəkillər çəkilmiş, baxışdan sonra protokol tərtib edilib ona, hal şahidlərinə, orada iştirak edən şəxslərə ucadan oxunmuş, heç bir əlavə olmamış, düzgün olduğundan imzalarla təsdiq etmişlər. O, vasitələrin satışı ilə məşğul olmamış, ancaq özünə çəkməmiş, ona polis əməkdaşları və ya qeyri şəxslər tərəfindən heç bir fiziki və ya sair zor tətbiq edilməmişdir. Narkotik tərkibli bitki toxumlarını əkib becərməkdə məqsədi onları qurudub özü üçün çəkmək, istifadə etmək olmuşdur. Videoçəkilişlə baxış zamanı məsuliyyətdən yayınmaq üçün çəkisi 386 qram olan qurudulmuş marixunanın ona məxsus olmadığını bildirsə də, əslində isə həmin kütlə ona məxsus olmuşdur. İlk dəfə idi ki, narkotik tərkibli bitkilər əkib becərmişdir. Sonda Təqsirləndirilən şəxs törətdiyi əməldən çox peşman olduğunu bildirdi və məhkəmədən ona yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 bildirdi ki, Qəbələ RPŞ-nin CAB-nin NQM-nun əməliyyat müvəkkili vəzifəsində işləyirmiş. xx xxxxxx 2020-ci il tarixdə saat təxminən 08 radələrində ünvan 4 ünvanında yaşayan Təqsirləndirilən şəxs narkotik tərkibli bitkiləri kultivasiya etməsi və qəbul etməsində şübhəli olmasına görə Qəbələ rayon məhkəməsinin xx xxxx 2020-ci il tarixli Qərarı əsasında onun yaşadığı qeyd olunan ünvana hal şahidləri və polis əməkdaşları Emil Mustafayevin, Elçin İsmayılovun, Şahid2 və Şahid3, həmçinin, baş aqranom Elimdar Şərifovun iştirakları ilə yaşadığı evin həyətinə və yaşadığı evə baxış keçirilməsində iştirak etmişdir. Baxış keçirilməsinə başlamazdan əvvəl Təqsirləndirilən şəxs baxış keçirilməsinə dair Qəbələ rayon məhkəməsinin qərarı ilə tanış edilmiş, Təqsirləndirilən şəxs baxış keçirilməsinə etiraz etmədiyini bildirmişdir. Daha sonra həyətə daxil olunaraq ona yaşadığı evin həyətində və yaşadığı evdə qanunsuz olaraq narkotik tərkibli bitkilərin olubolmadığı şifahi olaraq sorğu edilmiş, bu zaman Təqsirləndirilən şəxs həyətində 03 ədəd narkotik tərkibli bitki olan marixuana əkib becərdiyini demiş, daha sonra Təqsirləndirilən şəxs həmin marixuana bitkilərini təqdim etməsi istədikdə o özünə məxsus yaşayış evi ilə üzbəüz 3 ədəd topağa basdırılmış yaş halda olan marixuana bitkisinə bənzər, kəskin, spesifik iyə malik bitkiləri təqdim edərək həmin bitkilərin marixuana bitkiləri olduğunu və onların toxumlarını şəxsi istifadə etmək məqsədi ilə yetişdirdiyini bildirmişdir. Həmin bitkilərin uzunluqları ölçüldükdə onların uzunluğunun 130 sm, 146 sm və 154 sm olduğu müəyyən edilmiş, təqdim edilmiş 03 ədəd marixuana bitkisinə bənzər bitkilər qablaşdırılaraq möhürlənib götürülmüş, hal şahidləri və iştirak edən şəxslər, həmçinin, Rövşən tərəfindən imzalanmışdır. Bundan sonra Təqsirləndirilən şəxs evinin yanında 1 ədəd plastik ağ vedrəni, 4 ədəd yuxarı hissəsi kəsilmiş plastik materialdan olan butulkanı təqdim edib marixuana toxumlarını 4 ədəd yuxarısı kəsdiyi butulkanın içərisinə torpaq doldurub ora əkdiyini, ağ plastik vedrə ilə su verib böyütdüyünü, böydükdən onları kəsik butulkadan çıxarıb həyətində torpaq qarışıq yerə basdırdığını, həmçinin ağ plastik vedrə ilə suladığını qeyd etmiş, təqdim edilmiş 01 ədəd plastik vedrə, həmçinin, 04 ədəd butulkalar qablaşdırılıb götürülmüş, hal şahidləri və iştirak edən şəxslər, həmçinin Rövşən tərəfindən imzalanmışdır. Sonra Təqsirləndirilən şəxs başqa narkotik tərkibli bitki kultivasiya etməsi soruşulduqda o başqa narkotik bitki becərmədiyini demiş, həyətə baxış zamanı həqiqətən də başqa narkotik tərkibli bitki və ya cinayət xarakterli xüsusat aşkar edilməmişdir. Təqsirləndirilən şəxs yaşadığı evdə narkotik vasitə olub-olmadığı sorğu edildikdə o, həyətində becərdiyi marixuana bitki ağacından birini qurudub hissəllərini yığıb evdə saxladığını və həmin bitkinin ağacı və hissələri də qurudulmuş halda evdə olduğunu bildirmiş, evə daxil olduqda evin döşəməsində 1 ədəd marixuana bitki ağacına bənzər, kök hissəsi torpaqlı kəskin spesifik iyəmalik qurudulmuş ağacı təqdim edən Təqsirləndirilən şəxs həmin ağacın qurudulmuş marixuana bitkisinin hissələri olduğunu, onun hissələrini yığaraq qurudub evdə saxladığını bildirmiş, ağac ölçüldükdə uzunluğunun 126 sm olduğu müəyyən edilmişdir. Təqdim edilmiş ağac qablaşdırılaraq möhürlənib götürülmüş, hal şahidləri və iştirak edən şəxslər, həmçinin Rövşən tərəfindən imzalanmış, baxış davam edən zaman evdəki stolun üzərindən 5 ədəd qurğuşun rəngli kağız da aşkar edilmişdir. Təqsirləndirilən şəxs həmin kağızların içərisinə qurudulmuş marixuana dolduraraq çəkib istifadə etdiyini bildirmiş, evin döşəməsindən 1 ədəd vest markalı boş siqaret kötüyü, plastik materialdan olan butulka da aşkar edilmiş, Təqsirləndirilən şəxs plastik qabın içərisinə marixuana doldurub həmin siqaret kötüyünü qaba keçirib tüstüsünü çəkdiyini qeyd etmiş, aşkar edilmiş 5 ədəd qurğuşun material kağzılar, siqaret kötüyü və plastik qab da qablaşdırılaraq götürülmüş, hal şahidləri və iştirak edən şəxslər, həmçinin Rövşən tərəfindən imzalanmışdır. Təqsirləndirilən şəxs məxsus olan evə baxış keçirilməyə davam edən zaman birmərtəbəli birotaqlı evdə otağın sol tərəfində pəncərənin qarşısında idman çantasının daxilindən göy rəngli sellafon torbaya bükülmüş qara rəngli sellafon torba aşkar edilmiş, Təqsirləndirilən şəxs həmin sellafon torbanın içərisindəki hissələrini qurudub yığdığı qurudulmuş marixuana olduğunu və həmin marixuana bitki qurularını özünün şəxsi istifadəsi üçün yığıb saxladığını bildirmiş, sellafon torba açıldıqda içərisindən yaşıl rəngli kəskin spesifik iyə malik marixuana bitki qurularına bənzər kütlə aşkar edilmiş, Təqsirləndirilən şəxs həmin bitki qurularının marixuana bitki quruları olduğunu, onları evin döşəməsində təqdim etdiyi marixuana bitkisindən evdə özünün qurudub hazırladığını bildirmişdir. Aşkar edilmiş qurudulmuş marixuanaya bənzər bitki kütləsi elektron tərəzidə çəkildikdə çəkisinin torba ilə birgə 386 qram olmuş, bitki kütləsi qablaşdırılıb möhürlənərək götürülmüş, hal şahidləri və iştirak edən şəxslər, həmçinin Rövşən tərəfindən imzalanmışdır. Baxış zamanı baxışı ardıcıllıqla əks etdirən videoçəkiliş aparılmış, fotoşəkillər çəkilmiş, baxış başa çatandan sonra bu barədə protokol tərtib edilib ucadan oxunmuş, əlavə və düzəliş olmadığından hal şahidləri, iştirakçılar və Təqsirləndirilən şəxs tərəfindən imzalanmışdır. Məhkəmədə şahid qismində dindirilmiş Şahid2 digər Şahid1 ilə eyni məzmunlu ifadə verərək onun göstərdiklərini təsdiq etmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid4 ifadə verərək göstərdi ki, xx xxxxxx 2020-ci il tarixdə saat təxminən 08 radələrində Qəbələ şəhərinin mərkəzində işə gedən zaman polis əməkdaşları ona Qəbələ şəhəri, Həzi Aslanov küçəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən bir nəfər şəxsin evinə baxış keçiriləcəyini deyərək ondan iştirak etməyini xahiş etmişlər. Könüllü olaraq razı olmuş, bundan sonra polis əməkdaşları ilə birgə ünvan 5 ünvanına getmişlər, orada polislər Rövşən deyə çağırmışlar və bir oğlan çıxmış, orada həmin oğlanın Təqsirləndirilən şəxs olduğunu bilmiş, bundan sonra polislər ona narkotik tərkibli bitkiləri həyətində əkib becərməsi, həmçinin evində saxlamasında şübhəli olduğunu deyərək Qəbələ rayon məhkəməsi qərarı əsasında evinə baxış keçiriləcəyini bildirmişlər və həmin məhkəmə qərarı ilə Rövşəni tanış etmişlər. Ona və başqa hal şahidi olan Qorxmaz adlı şəxsə hüquq və vəzifələri izah edilmiş, sonra polislər Rövşəndən həyətində və evində narkotik tərkibli bitkilər əkib becərməsi sorğu edildikdə o həyətində torpağa basdırılı, yaşıl rəngli yaş halda olan 3 ədəd narkotik tərkibli bitki əkib becərdiyini bildirmiş və həmin bitkiləri polislərə təqdim etmişdir. Bitkilər polislər tərəfindən metrə ilə ölçülmüş, qablaşdırılıb götürülmüş, Rövşən həmin bitkilərin marixuana bitkisi olduğunu və özünü əkdiyini demiş, daha sonra evinin yanında olan kəsilmiş plastik qabları, vedrəni göstərən, təqdim edən Rövşən həmin qablara marixuana əkdiyini və vedrə ilə suladığını, bir qədər böyüyəndən sonra isə onları torpağa basdırdığını bildirmiş, həmin qablar və verdə də polislər tərəfindən götürülüb qablaşdırılmış, sonra evə baxış zamanı evin girişində 1 ədəd quru halda bitki ağacı aşkarlanmış, Rövşən həmin bitkinin marixuana bitki qurusu olduğunu və ondan qurudub çəkdiyini demişdir. Həmin ağac da polislər tərəfindən qablaşdırılıb götürülmüş, daha sonra evdə stolun üzərindən bir neçə ədəd qurğuşun kağız aşkarlanmış, Rövşən həmin kağzılara qurudulmuş marixuana büküb çəkdiyini söyləmiş, kağzıları da polislər qablaşdırıb götürmüşlər. Sonra evin döşəməsindən 1 ədəd butulka və ona keçirilmiş siqaret kötüyü aşkar edilmiş, Rövşən həmin butulkaya marixuana doldurduğunu və siqaret kötüyü ilə çəkdiyini demiş, butulka və siqaret kötüyü də polislər tərəfindən götürülmüş, sonra evdən pəncərənin yanından sellafon torbada yaşıl rəngli kəskin iyə malik kütlə aşkar edilmişdir. Rövşən həmin kütlənin qurudulmuş marixuana olduğunu, qurudub çəkmək üçün saxladığını demiş, həmin kütlə elektron tərəzidə çəkilmiş, çəkisi 350 qramdan artıq olmuş, aşkar edilmiş marixuana quruları da polislər tərəfindən götürülərək qabladırılmışdır. Bundan sonra həyətə və evə baxış zamanı başqa nəsə aşkarlanmamış, götürülməmiş, baxışdan sonra baxış protokolu tərtib edilərək ucadan oxunmuş, digər hal şahidi Qorxmaz tərəfindən, polis əməkdaşları, həmçinin Rövşən tərəfindən imzalanmışdır. Baxış zamanı baxışı ardıcıllıqla əks etdirən fotoşəkillər çəkilmiş, həmçinin, baxış zamanı videoçəkiliş də aparılmışdır. Məhkəmədə şahid qismində dindirilmiş Şahid5 digər Şahid4 ilə eyni məzmunlu ifadə verərək onun göstərdiklərini təsdiq etmişdir. Məhkəmə təqsirləndirilən şəxsi və şahidləri dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, Təqsirləndirilən şəxs qeyd olunan cinayət əməlini törətmişdir və onun təqsiri, özünün etirafedici ifadəsi, şahid ifadələri və aşağıda göstərilən digər sübutlarla təsdiq edilir. İş materiallarına əlavə edilmiş xx xxxxxx 2020-ci il tarixli Qəbələ RPŞ-nin TB-nin baş təhqiqatçısı, polis baş leytenantı Tural Mehdizadə tərəfindən baxış keçirilməsi haqqında protokoldan görünür ki, xx xxxxxx 2020-ci il tarixdə saat 08:13 radələrində ünvan 5 ünvanında yerləşən Təqsirləndirilən şəxs məxsus yaşayış həyətində və evin daxil olma və baxış keçirilməsinə icazə verilməsi barədə Qəbələ rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli qərarı əsasında həmin ünvana baxış keçirilən zaman Təqsirləndirilən şəxs həyətində narkotik vasitə-bitkilər əkib-becərməsi şifahi sorğu edildikdə o həyətində evinin yanında narkotik tərkibli bitki olan marixuana əkib-becərdiyini və həyətdə girişdən sol tərəfdə yaşayış evi ilə üzbəüz 03 ədəd yaş halda torpağa basdırılmış kəskin spesifik iyə malik marixuana bitkisinə bənzər bitkiləri təqdim edərək həmin bitkiləri özünün əkib-becərdiyini bildirmişdir. Həmin bitkilər metrə ilə ölçüldükdə uzunluqları 130 sm, 146 sm və 154 sm təşkil etdiyi müəyyən edilmişdir. Təqsirləndirilən şəxs həyətində başqa narkotik tərkibli bitki olub-olmadığı sorğu edildikdə o başqa narkotik tərkibli bitkilər olmadığını bildirmiş, həyətə baxış zamanı həqiqətən də əlavə olaraq narkotik tərkibli bitki aşkar edilməmişdir. Daha sonra Təqsirləndirilən şəxs evinin yanında olan 04 ədəd kəsilmiş plastik qabı və 01 ədəd vedrəni təqdim edərək marixunana toxumlarını kəsilmiş qablara əkdiyini, vedrə ilə sulayaraq qulluq etdiyini, bir qədər böyüdükdən sonra isə şitilləri torpağa basdırdığını bildirmiş, sonra həyətdəki Təqsirləndirilən şəxs məxsus birmərtəbəli birotaqlı yaşayış evinə baxış keçirilən zaman evin döşəməsində qurutmaq üçün sərdiyi 01 ədəd marixuana bitkisinə bənzər bitkini təqdim edən Təqsirləndirilən şəxs həmin bitkidən qurudub çəkdiyini bildirmiş, bitkinin uzunluğu ölçüldükdə 126 sm olduğu müəyyən edilmişdir. Baxış davam edən zaman evdəki stolun üzərində 05 ədəd müxtəlif ölçülü qurğuşuna bənzər materialdan olan kağzılar aşkar edilmiş, Təqsirləndirilən şəxs həmin kağızlara marixuana qurusu doldurub çəkdiyini bildirmişdir. Sonra baxış zamanı evin döşəməsinin üzərindən 01 ədəd plastik butulka və ona keçirilmiş “west” markalı siqaret kötüyü aşkar edilmiş, Təqsirləndirilən şəxs plastik qaba marixuana qurusu doldurub çəkmək üçün istifadə etdiyini demişdir. Baxış davam etdirilərkən evdə sol tərəfdən pəncərənin qarşı tərəfindəki idman çantasının daxilində göy rəngli sellafon torbanın daxilində narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər, kəskin iyə malik yaşıl rəngli kütlə aşkar edilmiş, Təqsirləndirilən şəxs həmin kütlənin qurudulmuş marixuana olduğunu və çəkmək üçün qurudub saxladığını bildirmiş, kütlə elektron tərəzidə çəkildikdə çəkisinin torba ilə birgə 386 qram olduğu müəyyən edilmişdir. Evə baxış zamanı iş üçün əhəmiyyət kəsb edən hər hansı başqa xüsusat aşkar edilməmişdir. Aşkar edilmiş 03 ədəd marixuanaya bənzər bitki kolları, 01 ədəd quru vəziyyətdə olan bitki ağacı, 04 ədəd kəsilmiş butulka hissələri, 01 ədəd vedrə, 05 ədəd qurğuşun materiala bənzər kağız parçaları, 01 ədəd butulka və ona keçirilmiş 01 ədəd “west” markalı siqaret kötüyü götürülüərək Azərbaycan Respublikası DİN-in “103” saylı möhürü ilə möhürlənmiş, qablaşdırılmış, üzəri Təqsirləndirilən şəxs, hal şahidləri, həmçinin iştirak edən şəxslər tərəfindən imzalanmışdır. Baxış keçirilərkən fotoşəkillər çəkilmiş, həmçinin baxışı ardıcıllıqla əks etdirən videoçəkiliş aparılmış, fotoşəkillərin əksi çıxarılıb baxış protokoluna əlavə edilmiş, videoçəkiliş isə 01 ədəd diskə köçürülüb protokola əlavə edilmişdir. İş materiallarına əlavə edilmiş mütəxəssis-aqronom Şərifov Elimdar Möylam oğlunun xx.xx.2020-ci il tarixli rəyindən görünür ki, Təqsirləndirilən şəxs yaşadığı həyətyanı sahəyə baxış zamanı həyətdə 03 ədəd çətənə (kannabis) bitkisinə bənzər bitki kolları aşkarlanmışdır. Həmin bitkilərin dibi bellənərək yumşaldılmış, diblərinə su verilərək xüsusi aqrotexniki qulluq olunmuşdur. İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza X8 Bölməsinin xx xxxxxx 2020-ci il tarixli 17/484 nömrəli rəyində göstərilmişdir ki, Tədqiqata təqdim olunmuş 01 (bir) ədəd sintetik kisənin içərisindəki hündürlükləri 130 sm, 146 sm və 154 sm, ümumi təmiz çəkisi -2555,00 qram olan 03 (üç) ədəd bitkilər əkilib-becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkiləridir. Həmin sintetik kisənin içərisində, təmiz çəkisi 65,00 qram olan 01 (bir) ədəd bitki hissəsi əkilib-becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkisinin hissəsidir. Aqronom mütəxəssis Elimdar Şərifovun xx.xx.2020-ci il tarixli rəyinə əsasən çətənə (kannabis) bitkilərinən aqrotexniki qaydada qulluq göstərilmişdir. Tədqiqata təqdim olunmuş üzərinə yapışdırılmış ağ kağıza “Şübhəli şəxs Təqsirləndirilən şəxs...İştirakçılar...Hal şahidləri...” yazısı və imzalar olan göy rəngli sellofan torbanın içərisindəki qararəngli sellofan torbada, təmiz çəkisi - 360 qram olan bitki mənşəli kütlə narkotik vasitə-qurudulmuş marixuanadır. Tədqiqata təqdim olunmuş 03 (üç) ədədə çətənə bitkiləri, 01 ədəd çətənə bitkisinin hissəsi və qurudulmuş marixuana tərkiblərinə görə eynidirlər. İş materiallarına əlavə edilmiş xx xxxxxx 2020-ci il tarixli “əşyanın maddi sübut kimi tanınması və saxlanılması haqqında” qərardan görünür ki, aşkar edilərək götürülüb Azərbaycan Respublikası DİN-in “103” saylı möhürü ilə möhürlənmiş 01 ədəd torbada 03 ədəd çətənə bitkisi və 01 ədəd çətənə bitki hissəsi, 01 ədəd ağ plastik vedrə, 04 ədəd plastik materialdan olan kəsik vəziyyətdə butulka, 01 ədəd plastik materialdan olan butulka, 01 ədəd siqaret kötüyü, 05 ədəd qurğuşun materialdan olan kağız parçaları, həmçinin, kağız torbada təmiz çəkisi 360.00 qram kustar üsulla hazırlanmış marixuana iş üçün əhəmiyyət kəsb etdiyindən maddi sübut kimi tanınmış və saxlanılması üçün Qəbələ RPŞ-nin saxlancına verilməsi nəzərə alınmışdır. İş materiallarına əlavə edilmiş xx xxxxxx 2020-ci il tarixli Qəbələ RPŞ-nin CAB-dən daxil olmuş əməliyyat tapşırığına cavabda göstərilmişdir ki, Təqsirləndirilən şəxs narkotik tərkibli bitki olan marixuana bitkilərini özü tərəfindən əkilərək becərilmişdir. İş materiallarına əlavə edilmiş xx xxxxxxxx 2020-ci il tarixli “təqsirləndirilən şəxsin ifadələrinin yerində yoxlanılması” istintaq hərəkəti protokolundan görünür ki, Təqsirləndirilən şəxs narkotik tərkibli bitki olan marixuana bitki toxumlarını tapdığı Qəbələ şəhəri 28 may küçəsindəki Bum yolu deyilən yerdən dayanacağı təqdim edərək marixuana bitki toxumlarını həmin yerdən kağıza bükülü vəziyyətdə tapdığını bildirmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası İcbari Tibbi Sığorta Üzrə Dövlət X10 Bölmələrini İdarəetmə Birliyi “Qəbələ Rayon Mərkəzi Xəstəxanası” X11 daxil olmuş xx.xx.2020-ci il tarixli 545 nömrəli məktuba əsasən Təqsirləndirilən şəxs Qəbələ RMX PHŞ-nin polikilinika şöbəsinin psixiatrik, narkoloji və nevroloji kabinetlərində qeydiyyatda deyildir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə Şəhəri Səhiyyə İdarəsinin Rayonlararası Narkoloji Dispanserinin təqdim etdiyi xx.xx.2020-ci il tarixli 842 nömrəli rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs narkotik vasitə olan kannabinoidlərdən epizodik istifadə etmə halları olub. Narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı yoxdur. Narkoloji kabinetdə profilaktiki qeydiyyata alınması məsləhət görülür. Rəyin surəti onun profilaktiki qeydiyyata götürülməsi üçün Azərbaycan Respublikası İcbari Tibbi Sığorta Üzrə Dövlət X10 Bölmələrini İdarəetmə Birliyi “Qəbələ Rayon Mərkəzi Xəstəxanası” X12 göndərilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası DİN-nin BƏSİİ-nin verdiyi cinayət işi üzrə yoxlamaya dair tələbnamədən aydın olur ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarına əlavə edilmiş Qəbələ rayon İcra Hakimiyyəti Başçısının Qəbələ şəhər X9 üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə edilir. İş materiallarına əlavə edilmiş Qəbələ rayon İcra Hakimiyyəti Başçısının Qəbələ şəhər X9 üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli, 74 nömrəli arayışdan görünür ki, Təqsirləndirilən şəxs ailə tərkibi anası X2 və bacısı X1 ibarətdir. İş materiallarında olan Azərbaycan Respublikası Bakı şəhəri İcra Hakimiyyəti Bakı Şəhər Mənzil-X4 1 saylı Xüsusi Təyinatlı Mənzil X7 10 saylı Mənzil Komunal İstismar Sahəsi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli, 52 nömrəli arayışdan görünür ki, Təqsirləndirilən şəxs ünvan 2i rayonu, B.Nuriyev küçəsi, 21 saylı ev, mənzil 64 ünvanında yaşayır. Beləliklə, məhkəmə və məhkəməyədək araşdırma zamanı toplanmış sübutlara məcmu halında qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama və qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkiləri xeyli miqdarda kultivasiya etmə (əkmə, yetişdirmə, onları (onların hissələrini) toplama) cinayətini törətməkdətəqsirli olması özünün etirafedici ifadəsi, ekspert rəyləri, şahid ifadələri, işdə olan baxış protokolları və iş üzrə olan maddi sübut ilə də tam subuta yetirilir. Məhkəmə hesab edir ki, istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-in 234.1 və 237.1-ci maddələri ilə düzgün tövsif edilmişdir. Belə ki, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının xx xxxx 2008-ci il tarixli Qanununun 21-ci maddəsinə əsasən, «narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak üçün nəzərdə tutulan miqdarı şəxsi istehlak üçün mümkün, hər bir narkotik vasitənin və ya psixotrop maddənin ayrıayrılıqda birdəfəlik istehlakı həcminə əsasən müəyyən edilir. Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıları Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilir». Azərbaycan Respublikasının xx xxxx 2005-ci il Qanunu ilə təsdiq edilmiş “şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına habelə onların külli miqdarına görə” 1-ci siyahının 12-ci bəndinə görə narkotik vasitə hesab edilən qurudulmuş marixuananın şəxsi istehlak miqdarından artıq miqdarının yuxarı həddi 5 qram təşkil edir. Cinayət işinin materiallarından göründüyü kimi iş üzrə Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitə qurudulmuş marixuananın xalis çəkisi cəmi 360,00 qram təşkil etmişdir ki, qeyd olunan siyahıya əsasən, həmin miqdar Təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edir. Həmçinin Qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkiləri əkmə, yetişdirmə, onları (onların hissələrini) toplama, habelə çətənə, xaşxaş növlərini və ya tərkibində narkotik maddələr olan digər bitkiləri kultivasiya etməyə görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.1-ci maddəsində, Qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satmağa görə CM-in 234.1-ci maddəsində cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. "Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi haqqında" Azərbaycan Respublikası Qanununun 1.0.6-ci maddəsinə görə tərkibində narkotik maddələr olan bitkilərin qanunsuz kultivasiyası-Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla tərkibində narkotik maddələr olan bitkilərin əkilməsi, yetişdirilməsi və ya toplanmasıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” xx xxxx 2011-ci il tarixli 02 nömrəli qərarının 19-cu bəndində məhkəmələrə izah olunmuşdur ki, narkotik maddələr olan bitkilərin əkilməsi, yetişdirilməsi və ya toplanması cinayətinin predmeti əkilməsi, yetişdirilməsi və toplanılması qadağan edilən narkotik xassəli bitkilər, onların hissələri, çətənə, xaşxaş növləri, tərkibində narkotik maddələr olan digər bitkilərdir (siyahı İİİ-qanunsuz kultivasiya edilən, tərkibində narkotik maddələr olan bitkilər). Əkmə dedikdə qanunsuz olaraq narkotik xassəli bitkilərin toxumunu və ya şitillərini hər hansı torpaq sahəsində əkmə başa düşülməlidir. Bu zaman cinayət həmin bitkilərin yetişdirilməsi üçün nəzərdə tutulan torpaq sahələrinə toxum və ya şitilin əkildiyi andan, onların yetişdirilməsindən və sonrakı inkişafından asılı olmayaraq başa çatmış sayılır. Yetişdirmə dedikdə narkotik xassəli bitkilərin əkildiyi və ya təbii şəkildə bitdiyi torpaq sahələrinə və burada böyüyən bitkilərə qulluq etmə başa düşülməlidir. Narkotik xassəli bitkilərin yetişdirilməsi cinayəti qulluq etmənin başlandığı andan başa çatmış hesab olunur. Cinayət işinin materiallarından göründüyü kimi iş üzrə Təqsirləndirilən şəxs yaşadığı evdə ümumi təmiz çəkisi 2555,00 qram olan əkilib-becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkiləri yaş halda, torpağa basdırılmış vəziyyətdə kultivasiya etdiyi, (əkib yetişdirdiyi və onları (onların hissələrini) topladığı, həmçinin, yaşadığı evə baxış zamanı isə təmiz çəkisi 65,00 qram olan 01 (bir) ədəd əkilib-becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkisinin hissələri aşkar edilmişdir ki, bu da Təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edir. Beləliklə də, Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən, məhkəmə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarmağı məqsədəmüvafiq hesab edir. Məhkəmə Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cəzasını yüngülləşdirən hallar müəyyən etmədi. Məhkəmə Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cəzasını ağırlaşdıran hallar müəyyən etmədi. Məhkəmə cəza məsələsini müzakirə edərkən, cəzanın sosial ədalətin bərpası və məhkumun islah olunması məqsədi ilə tətbiq olunmasını, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs şəxsiyyətini, əvvəllər məhkum olunmamasını, əməlini səmimi etiraf etməklə əməlindən peşiman olmasını, yaşayış yeri üzrə müsbət cəhətdən xarakterizə olunmasını, cəzasını ağırlaşdıran halların olmamasını, onun ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasını nəzərə alaraq hesab edir ki, ona təyin olunan cəza ədalətli olmaqla yanaşı, törətdiyi cinayətin xarakterinə, ictimai təhlükəlilik dərəcəsinə, həmin cinayətin törədilməsi halına, onun özünün şəxsiyyətinə tam uyğun olmalıdır. Məhkəmə hesab edir ki, cəzanın məqsədləri Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nın 234.1 və 237.1-ci maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin olunduğu təqdirdə təmin edilə bilər. Belə ki, Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən, «cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır». Həmin Məcəllənin 58.3-cü maddəsinə görə, «cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır». “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2003-cü il tarixli, 4 nömrəli Qərarında nəzərdə tutulur ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. İnsan hüquqları üzrə Avropa Məhkəməsi öz Qərarlarında dəfələrlə göstərmiş və Milli məhkəmələrə tövsiyə etmişdir ki, şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması üçün əsaslar olduqda məhkəmələr həmin şəxsin barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza növlərinin tətbiq edilməsinə üstünlük verməlidirlər. Cinayət törətmiş şəxsin cəmiyyətdən təcrid edilməsi yalnız bunun üçün möhkəm əsaslar olduqda və bu açıq-aşkar ictimai maraqlar baxımından zəruri olduqda tətbiq edilə bilər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə görə, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nın 234.1 və 237.1-ci maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin etməyi və Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən, təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması növündə qəti cəza təyin edilməsini ədalətli, məqsədə uyğun və onun islah olunması, həm də cəzanın məqsədlərinə nail olunması baxımından yetərli hesab edir. İş materiallarında olan xx xxxxxx 2020-ci il tarixli protokoldan göründüyü kimi, Təqsirləndirilən şəxs xx xxxxxx 2020-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, tutmanın əvvəli isə xx xxxxxx 2020-ci il saat 10:00-dan hesablanmışdır. İş materiallarından həmçinin müəyyən olunur ki, Təqsirləndirilən şəxs xx xxxxxx 2020-ci il tarixdə təqsirləndirilən şəxs qismində cəlb edilməklə barəsində ittiham elan edilmiş və onun barəsində istintaq orqanı tərəfindən “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş və Qəbələ RPŞ-nin MSY-dən azad edilmişdir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin onun təqsirli bilindiyi 234.1 və 237.1-ci maddələrinin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması növündə cəza təyin olunmalı, Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən, təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması növündə qəti cəza təyin edilməli, xx xxxxxx 2020-ci il tarixdən xx xxxxxx 2020-ci il tarixədək həbsdə saxlanıldığı müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının müddətinə, həbsdə saxlanılma müddətinin azadlığın məhdudlaşdırılması cəzanın müddətinə 01 günə 02 gün hesabı ilə hesablanmaqla üzərində qəti cəza təyin edilməli, eyni zamanda barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə həmçinin qeyd edir ki, Azərbaycan Respublikası CM-nın 52-1 maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə həmin maddədə qeyd olunan vəzifələr qoyulmalıdır. Belə ki, Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını yaşayış yeri üzrə çəkməli, üzərinə cəza çəkdiyi müddətdə saat 23:00-dan növbəti gün saat 06:00-dək yaşayış yerini tərk etməmək, cəza çəkdiyi müddətdə Bakı şəhərini ərazisini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Təqsirləndirilən şəxs cəzasının icrasına nəzarəti yaşadığı yer üzrə Bakı şəhəri Probasiya idarəsi həyata keçirməlidir. Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının çəkilmə müddətinin başlanğıcı yaşadığı yer üzrə Bakı şəhəri Probasiya idarəsində qeydə alındığı vaxtdan hesablanmalıdır. Məhkəmə istintaqında tədqiq olunmuş İbtidai istintaq zamanı təyin edilmiş narkoloji Dispanserinin rəyindən göründüyü kimi, Təqsirləndirilən şəxs narkoloji kabinetdə profilaktik qeydiyyata alınması məsləhət görülür. Beləliklə məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs ərazi narkoloji kabinetdə profilaktik qeydiyyata alınmalıdır. Məhkəmə istintaqında tədqiq olunmuş iş materiallarından görünür ki, iş üzrə maddi sübut kimi tanınmış və Qəbələ rayon Polis şöbəsində saxlanılan 01 ədəd torbada 03 ədəd çətənə bitkisi və 01 ədəd çətənə bitki hissəsi, 01 ədəd ağ plastik vedrə, 04 ədəd plastik materialdan olan kəsik vəziyyətdə butulka, 01 ədəd plastik materialdan olan butulka,01 ədəd siqaret kötüyü, 05 ədəd qurğuşun materialdan olan kağız parçaları, həmçinin, kağız torbada təmiz çəkisi 360.00 qram kustar üsulla hazırlanmış marixuana hökm öz qanuni qüvvəsini aldıqdan sonra məhv edilməlidir. Bundan başqa, iş üzrə məhkəmə məsrəfləri olan ekspertiza tədqiqatlarının dəyəri cəmi 34,55 (otuz dörd manat əlli beş qəpik) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilməlidir. «Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında» xx xxxx 2012-ci il tarixli Azərbaycan Respublikası Qanununun 99-1.2-ci maddəsinə görə məhkəmə, hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli olan əmlakın olub-olmaması məsələsini həll etməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.1 və 99-1.1.1-ci maddəsinə əsasən məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) Xüsusi müsadirə olunan əmlak hesab olunur. Məhkəmə xüsusi müsadirə ilə bağlı məsələni müzakirə edərək hesab edir ki, iş üzrə belə bir əmlak olmadığından təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə ilə bağlı müddəa tətbiq edilməməlidir. İş üzrə mülki iddia yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin44.1; 344-347; 349; 351-353, 356, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinsin və ona 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinsin və ona 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə ona qəti olaraq 03 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilsin. Təqsirləndirilən şəxs xx xxxxxx 2020-ci il tarixdən xx xxxxxx 2020-ci il tarixədək həbsdə saxlanıldığı 01 (bir) gün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən həbsdə saxlamanın bir gün müddətinin azadlığın məhdudlaşdırılması cəzasının iki gününə hesablanmaqla ona təyin edilmiş 3 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzasından çıxılaraq üzərində qəti olaraq 02 (iki) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs ona təyin edilmiş qəti olaraq 02 (iki) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasını yaşayış yeri üzrə çəksin. Üzərinə cəza çəkdiyi müddətdə saat 23:00-dan növbəti gün saat 06:00-dək yaşayış yerini tərk etməmək, cəza çəkdiyi müddətdə Bakı şəhəri ərazisini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının çəkilmə müddətinin başlanğıcı probasiya şöbəsində qeydə alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs cəzasının icrasına nəzarəti yaşadığı yer üzrə Bakı şəhəri Probasiya idarəsi həyata keçirsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs ərazi Narkoloji kabinetdə profilaktik qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi tanınmış və Qəbələ rayon Polis şöbəsində saxlanılan 01 ədəd torbada 03 ədəd çətənə bitkisi və 01 ədəd çətənə bitki hissəsi, 01 ədəd ağ plastik vedrə, 04 ədəd plastik materialdan olan kəsik vəziyyətdə butulka, 01 ədəd plastik materialdan olan butulka,01 ədəd siqaret kötüyü, 05 ədəd qurğuşun materialdan olan kağız parçaları, həmçinin, kağız torbada təmiz çəkisi 360.00 qram kustar üsulla hazırlanmış marixuana hökm öz qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. İş üzrə məhkəmə məsrəfi olan 34,55 (otuz dörd manat əlli beş qəpik) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilsin. (büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu 3, Dövlət Xəzinadarlıq Agentliyi, kod 210005, VOEN **********, müxbir hesab AZE 41 NABZ********************, SFİFTBİK: CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi, VOEN **********, hesab AZ34CTRE********************). İş üzrə mülki iddia yoxdur. Hökm elan olunduğundan 20 (iyirmi) gün müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökm apellyasiya şikayəti və ya protesti verilmədikdə, həmin müddət başa çatdıqdan sonra qüvvəyə minir. Sədrlik edən: Abbas Əliyev
Məhkəmə qərarları › İş №1(025)-1/2021
Qəbələ Rayon Məhkəməsi Hökm — İş №1(025)-1/2021
03.02.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver