Azərbaycan Respublikası adından HÖKM Qəbələ şəhəri İş № 1(025)-1/2022 12.01.2022 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Abbas Baba oğlunun sədrliyi, məhkəmə iclas katibi Qafarlı Yelmar Elman oğlunun katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikasının Baş X3 Müdafiəsi İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs1 və onun müdafiəçisi Qəbələ rayon Vəkil Bürosunun vəkili Müdafiəçi1, Təqsirləndirilən şəxs2 və onun müdafiəçisi Qəbələ rayon Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə xx.xx.2000-ci ildə Ucar şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işsiz, Ucar rayon məhkəməsinin 30.08.2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 il 05 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Ucar rayon məhkəməsinin 09.12.2021-ci il tarixli qərarı ilə cəzasının çəkilməmiş hissəsi 01 il azaldılmış, üzərində çəkilməmiş 01 il 02 ay 26 gün müddətə azadlığın məhdudlaşdırılması cəzası qalmış, məhkumluğu ödənilməmiş, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan, 10 sentyabr 2021-ci il tarixdə barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə, xx.xx.2003-cü ildə Ucar şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işsiz, əvvəllər məhkum olunmamış, ünvan 2 ünvanında qeydiyyatda olan və yaşayan, 12 sentyabr 2021-ci il tarixdə barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 oğlunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinin materiallarına açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs1 tamah niyyəti ilə, özgənin əmlakını gizli yolla ələ keçirmək məqsədi ilə tanışı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs qismində birləşərək, 06 sentyabr 2021-ci il tarixdə saat 11 radələrində sonuncunun qohumu, yəni bacısının qaynatası Qəbələ rayon Vəndam qəsəbə sakini Zərərçəkmiş şəxs məxsus həmin qəsəbədə yerləşən həyətyanı sahənin qarşısına gələrək, birlikdə sonuncuya məxsus evin yerləşdiyi həyətyanı sahənin hasarından aşmaqla həyətə qanunsuz daxil olaraq həyətdə kənar şəxslərin olmadığını dəqiqləşdirdikdən sonra evin giriş qapısının sağ tərəfindəki gül dibçəyinin altında ev sahibinin saxladığı yerdə olan açarla qapını açmaqla qanunsuz evin içərisinə daxil olub, oradan qonaq otağında olan 180 manat dəyərində 01 ədəd “Lotus” markalı, 80 sm dioqanallı televizoru və 412 manat nəğd pul olmaqla Zərərçəkmiş şəxs məxsus ümumilikdə 592 (beş yüz doxsan iki) AZN dəyərində əmlakı gizli yolla talayıb əvəzsiz və qanunsuz ələ keçirməklə oğurluq cinayətini törətmişdir. Bununla da, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının CM-nin 177.2.1 və 177.2.3-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Təqsirləndirilən şəxs2 tamah niyyəti ilə, özgənin əmlakını gizli yolla ələ keçirmək məqsədi ilə tanışı Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs qismində birləşərək, 06 sentyabr 2021-ci il tarixdə saat 11 radələrində qohumu, yəni bacısının qaynatası Qəbələ rayon Vəndam qəsəbə sakini Zərərçəkmiş şəxs məxsus həmin qəsəbədə yerləşən həyətyanı sahənin qarşısına gələrək, birlikdə sonuncuya məxsus evin yerləşdiyi həyətyanı sahənin hasarından aşmaqla həyətə qanunsuz daxil olaraq həyətdə kənar şəxslərin olmadığını dəqiqləşdirdikdən sonra evin giriş qapısının sağ tərəfindəki gül dibçəyinin altında ev sahibinin saxladığı yerdə olan açarla qapını açmaqla qanunsuz evin içərisinə daxil olub, oradan qonaq otağında olan 180 manat dəyərində 01 ədəd “Lotus” markalı, 80 sm dioqanallı televizoru və 412 manat nəğd pul olmaqla Zərərçəkmiş şəxs məxsus ümumilikdə 592 (beş yüz doxsan iki) AZN dəyərində əmlakı gizli yolla talayıb əvəzsiz və qanunsuz ələ keçirməklə oğurluq cinayətini törətmişdir. Bununla da, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının CM-nin 177.2.1 və 177.2.3-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin (CPM) 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə protokollarını və digər sənədləri sübut növü kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 hər birinin əməlində cinayət tərkibi vardır, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 törətmiş olduğu cinayət əməlləri düzgün olaraq Azərbaycan Respublikasının CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə tövsif olunmuşdur. Belə ki, məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, Ucar aryonunda ailəsi ilə birlikdə yaşayır. Atası Rövşən isə 15 ildir ki, Rusiya Federasiyasındadır. Vüqar adlı şəxs onun qonşusudur. Onlar eyni küçədə yaşayır və uşaqlıqdan bir-birilərini tanıyırlar. Vüqar və ailəsi ilə normal münasibəti vardır. 05 sentyabr 2021-ci il tarixdə axşam saatlarında Vüqar adlı qonşusu ona İnstaqram sosial şəbəkəsi vasitəsilə mesaj yazaraq ondan hal-əhval bilmiş, söhbət əsnasında Vüqara pula ehtiyacının olduğunu demiş, Vüqar da onun özünün də pula ehtiyacının olduğunu bildirmiş, Vüqardan pulu haradan əldə edə biləcəyini soruşmuşdur. Vüqar ona bacısı Gülsarənin onlarda, yəni Ucar rayonunda olduğunu bildirərək bacısının qızılzinət əşyalarını özü ilə birlikdə gətirmədiyini əlavə etmiş və bacısı Gülsarənin Qəbələ rayonunda yerləşən evinə getməyi təklif etmişdir. O da bacısı Gülsarənin qaynatası və qaynanasının evdə olub-olmadığını soruşmuş, Vüqar isə ona bacısının qaynatası və qaynanasının evdə olduqlarını bildirərək həmin evə girməyin problem olduğunu bildirmişdir. 06 sentyabr 2021-ci il tarixdə səhər saat 06 radələrində instaqram sosial şəbəkəsi vasitəsilə Vüqarla yazışaraq öz küçələrinə çıxmışlar. Küçənin yuxarı hisəsində mağazanın və kanal yerləşən yerin yaxınlığında Vüqarla görüşmüş, bu zaman Vüqar ona bacısı Gülsarənin qaynatası və qaynanasının da evdə olmadıqlarını, onların da Bərdə rayonuna getdiklərini bildirmiş və evdə heç kim olmadığını qeyd etmişdir. Vüqar isə ondan Qəbələ rayonuna kimlə gedəcəklərini soruşmuş, Ucar rayonu ərazisində yerləşən bazar deyilən ərazidən tanış taksi taparaq onunla Qəbələ rayonuna gedə biləcəyini demişdir. O, saat 09 radələrində Vüqarla birlikdə Ucar rayonun bazar deyilən ərazisində taksi sürücüsü Ramil adlı şəxsin yanına yaxınlaşmışdır. Ramil adlı şəxsi əvvəlcədən tanıyırmış. Ramilə Qəbələ rayonuna getməli olduqlarını bildirmiş, Ramil isə Qəbələ rayonuna nə üçün getməli olduqlarını soruşmuş, Qəbələ rayonunda qız olduğunu, həmin qızla görüşəcəklərini bildirmişdir. Ramil ondan Qəbələ rayonunda hansı istiqamətə gedəcəklərini soruşmuş, Ramilə Qəbələ rayon ərazisində yerləşən Hava Limanının yanına getməli olduqlarını bildirmiş, Ramil isə ona 30 manat müqabilində onları həmin yerə aparacağını bildirmiş, Ramil ilə razılaşmışlar. Lakin, Ramilə pulunun olmadığını bildirmişlər. Ramil də avtomobilinə yanacaq tökməli olduğunu demiş, yanacaqdoldurma məntəqəsindən yanacaq doldurduqlarına görə özünə məxsus olan mobil telefonu girov kimi oraya qoyaraq yanacaq doldura biləcəklərini, Qəbələ rayonunda qızdan pul aldıqdan sonra geri qayıdan zaman onun pulunu verə biləcəklərini təklif etmişdir. Onlar Ramillə birlikdə Ucar rayon ərazisində yerləşən yanacaq doldurma məntəqəsinə tərəf getmişlər, orada Ramilə məxsus avtomobilə yanacaq doldurduqdan sonra özünə məxsus olan Samsung J 5 markalı mobil telefonu məntəqəyə qoymuş, daha sonra oradan 20 manatlıq yanacaq doldurduqdan sonra Qəbələ rayonu istiqamətində yola düşmüşlər. O, avtomobilin ön sərnişin oturacağında oturmuş, Təqsirləndirilən şəxs2 isə arxa sərnişin oturacağında oturmuşdur. Ramil idarə etdiyi VAZ21150 minik markalı, göy rəngli avtomobil ilə Vüqarla onu Qəbələ rayon ərazisində yerləşən Hava Limanının yanına gətirmiş, orada onlardan düşəcəkləri yerin bura olub-olmadığını soruşmuş, Vüqar isə həmin yerin bura olmadığını bildirdikdə Ramil öz narazılığını bildirmiş ki, danışdıqları yer Hava Limanına kimi olmuş, onları aparacağı yerə görə əlavə pul alacağını da Ramil onlara bildirmişdir. Vüqar Ramilə gedəcəkləri yerin Vəndam qəsəbəsi olduğunu demiş, Ramil də onları Vəndam qəsəbəsinə gətirmişdir. Hər ikisi avtomobildən yerə düşmüş, Vüqar Ramil adlı sürücüyə avtomobili təxminən 20 metr məsafə qarşıda saxlayaraq onları təxminən yarım saat gözləməli olduğunu demişdir. Avtomobildən düşərək Vüqarla birlikdə təxminən 40 metr aralı məsafədə küçəyə doğru Vüqarın bacısı Gülsarənin qaldığı ev istiqamətində hərəkət etmişlər və bacısının yaşadığı həyətyanı sahəyə gəlib çıxmışlar. Vüqar həyətin giriş qapısını yoxlamış, giriş qapısı bağlı olduğu üçün Vüqar həyətin divarlarından dırmaşaraq həyətə daxil olmuş, həyətdə heç kimin olmadığını dəqiqləşdirmiş, təxminən 5 dəqiqə çəkməmiş Vüqar həyətdən onu çağırmış ki, həyətdə heç kim yoxdur. O, hasardan aşmaqla həyətə daxil olmuş və birlikdə həyətdə yerləşən yaşayış evinin giriş hissəsinə kimi irəliləmişlər. Evin giriş hissəsinə çatdıqda Vüqar qapının sağ hissəsində yerləşən gül dibçəyinin altından evin qapısının açarını götürmüş və həmin açarla qapını açmış, hər ikisi evin içərisinə daxil olduqdan sonra Vüqar qapını içəridən bağlamışdır. Qapıdan içəridə pilləkənlərdən qalxdıqdan sonra sağdan birinci otağa Vüqar daxil olmuş, o da Vüqarın arxası ilə həmin otağa daxil olmuşdur. Otaqda razılaşmışlar ki, hərəsi bir şkafı axtarsınlar. Vüqar paltar şkafını axtarmış, özü isə qablar yığılan şkafı axtarmışdır. Vüqar bundan sonra 1-ci girdikləri otağın yanında yerləşən xatırladığı qədər Gülsarənin qaynatası və qaynanası qalan otağa daxil olmuşdur. Özü isə hələ də 1-ci girdikləri otaqda qablar yığılı olan şkafı axtarmışdır. Bundan sonra isə Vüqarın girdiyi otağa o da daxil olmuş, həmin otağı da axtarmağa başlamış və çaynik kimi xatırladığı qabın içərisindən pul tapmış və saymadan birbaşa olaraq sağ arxa cibinə qoymuşdur. Lakin, Vüqar o, pulu götürən zaman görmədiyi üçün Vüqara bu barədə heç nə deməmişdir. Həmin vaxt Vüqarın əlində portmane var imiş, Vüqar portmanenin içərisindəki kartlara baxırmış, bu zaman isə Vüqar ona burada heç bir şeyin olmadığını bildirmiş və portmaneni bağlayaraq yerinə qoymuşdur. Daha sonra hər ikisi əvvəlcə girdikləri 1-ci otağa yenidən daxil olaraq orada olan yatağı qaldıraraq alt hissəsinə baxmışlar, daha sonra hər ikisi otaqdan çölə çıxmışlar, zalda olan zaman Vüqar ona demiş ki, televizoru götürsünlər. Əvvəlcə narazılıq etsə də, taksi pulunu vermək üçün televizoru divarda yerləşdiyi yerdən ikisi birlikdə əlləri ilə sökərək götürmüşlər. Daha sonra televizoru əlinə götürüb evdən düşən zaman Vüqar da açarla qapını bağlamış və açarı aldığı gül dibçəyinin alt hissəsinə qoymuşdur. Yenidən evin yerləşdiyi həyətin hasarına, yəni əvvəlcə dırmaşaraq həyətə daxil olduqları hasarın yanına yaxınlaşmış, televizoru Vüqara saxlaması üçün vermiş, özü divardan yola tərəf dırmaşaraq keçmiş, Vüqar isə həyət tərəfdə qalmış, Vüqar televizoru həyət tərəfdən ona uzatmış, televizoru götürmüş, daha sonra isə Vüqar da qeyd edilən divarı aşmaqla həyəti tərk etmişdir. Hər ikisi divardan yol tərəfdə olan zaman Vüqar ona demiş ki, avtomobili onlar olan yer tərəfə gətirsin ki, televizoru əlində görən olmasın. Vüqar qarşıya gedərək taksi sürücüsü Ramilin yanında dayanmış, təxminən 5 dəqiqə gözlədikdən sonra Vüqarın və ya taksi sürücüsü Ramilin gəlmədiyini başa düşdükdən sonra əlində televizorla birlikdə taksi sürücüsü Ramilin yanına gəlmişdir. Əlindəki televizoru Ramilin avtomobilinin arxa oturacağını qoymuş, özü isə avtomobilin ön oturacağında əyləşmiş, Vüqar isə arxa oturacaqda televizorun yanında oturmuşdur. Bu zaman sürücü Ramil onlardan televizoru haradan aldıqlarını soruşmuş, o isə televizoru qızdan aldıqlarını bildirmişdir. Ramil onlardan televizoru haradan əldə etdiklərini təxminən 4-5 dəfə soruşmuş, lakin hər dəfəsində eyni olaraq televizoru qızdan aldıqlarını, qızın onlara televizoru satmaq üçün verdiyini, televizoru satdıqdan sonra onun pulunu verə biləcəklərini demişdir. Daha sonra İsmayıllı rayon ərazisindən Ucar rayonu istiqamətində hərəkət etməyə başlamışlar, İsmayıllı rayon ərazisində sürücü Ramil su istədiyi üçün İsmayıllı rayon ərazisində yerləşən marketə Təqsirləndirilən şəxs2 düşərək su və yemək almış, yenidən avtomobil ilə Ucar rayonuna getmişlər. Ucar rayon ərazisində yaşadıqları küçəyə kimi Ramil onları gətirmiş, Ramil ona telefonunun onda olduğunu, yanacaqdoldurma məntəqəsindən özünün götürəcəyini, 50 manat gediş-gəliş haqqını verdikdə telefonu ona geri qaytaracağını bildirmiş, hər ikisi, yəni Vüqarla birlikdə avtomobildən öz küçələrində düşmüşlər. Televizoru əvvəlcə küçələrinə yaxın ərazidə yerləşən kanalın yaxınlığındakı qamışlıq sahədə gizlətmişlər. Daha sonra hər ikisi evə sarı getmişlər. Təxminən 30 dəqiqə sonra yenidən küçəyə çıxaraq qonşusu Hüseynin yanına getmiş, həmin vaxt Hüseyn ləqəbli, Bəhruz adlı qonşusu yolda divar hörürmüş, ona otağında plazma televizorun olduğunu və satmaq istədiyini bildirmiş, Hüseyn isə televizora baxdıqdan sonra televizoru ala biləcəyini demişdir. Televizoru gizlətdiyi yerdən götürərək gətirib Hüseyn ləqəbli, Bəhruz adlı qonşusuna göstərmiş, o isə televizoru 90 manat müqabilində ala biləcəyini demişdir. Hüseyn 50 manat qabaqcadan ona vermiş, işdən çıxdıqdan sonra isə 40 manatını da verəcəyini demişdir. 50 manatı Ramil adlı şəxsə Rəscəcə kəndində verərək telefonunu ondan geri almış, daha sonra yenidən evə geri qayıtmışdır. Qəbələ rayon Vəndam qəsəbəsində yerləşən dostu Təqsirləndirilən şəxs2 bacısı Gülsarənin yaşadığı evdən götürdüyü pulu saymış, pulun 412 manat olduğunu aşkar etmişdir. Daha sonra yenidən yola çıxmış və Vüqarla görüşmüş, Vüqar ona bacısı Gülsarənin yaşadığı evə girilməsindən xəbərdar olduqlarını demiş, Vüqardan onların gördüklərini bilib-bilmədiklərini soruşmuş, Vüqar isə onların evə girməsindən xəbərdar olmadıqlarını demiş, Vüqara televizoru 90 manat müqabilində satdığını, 50 manatını satdığı adamın ona verdiyini və həmin 50 manatı Ramilə verərək telefonunu ondan geri aldığını bildirmiş, yerdə qalan 40 manatını isə axşam saatlarında satdığı adamın ona verəcəyini demişdir. Daha sonra isə aralaşmışlar. 07.09.2021ci il tarixdə isə əvvəlcədən borclu olduğu şəxslər olan Rəşad adlı tanışına 60 manat, Elçin adlı şəxsə 70 manat pul, Sübhan adlı şəxsdən ayaqqabbı aldığına və pulunu vermədiyinə görə 50 manat, pulu verən zaman özü üçün 25 manat dəyərində də köynək almışdır. Yerdə qalan 207 manat pulu isə öz əyləncəsi üçün xərcləmişdir. Həmçinin Hüseyn ləqəbli, Bəhruz adlı qonşusuna satdığı televizorun müqabilində ona verməli olduğu yerdə qalan 40 manatdan ona 25 manatını da vermiş, həmin 25 manatı da xərcləmişdir. 08.09.2021-ci il tarixdə isə onu polis əməkdaşları taparaq Qəbələ RPŞ-yə gətirmişlər. Vüqarla birlikdə həyətdən və evdən qeyd etdiyi əşya və pullardan başqa heç nə oğurlamamışlar, başqa oğurluq da etməmişdir. Oğurluq cinayətini dostu Vüqarla birlikdə etmiş və bundan sadəcə Vüqarın məlumatı olmuşdur. 06.09.2021-ci il tarixdə Qəbələ rayon Vəndam qəsəbəsində dostu Vüqar adlı şəxsin ona bacısının evi kimi təqdim etdiyi evdən Vüqarla birlikdə oğurluq edən zaman evdən götürdüyü 412 manat pul barədə Vüqara məlumat verməmiş, eləcə də Vüqara 412 manat puldan verməmişdir. Vüqarla birlikdə oğurladığı televizorun oğurluq olması barədə taksi sürücüsü Ramilin məlumatı olmamış, Ramil adlı şəxsin onları Qəbələ rayon Vəndam qəsəbəsinə gətirdiyi zaman məqsədlərinin oğurluq olduğundan onun məlumatı olmamışdır. Təqsirləndirilən şəxs1 həmçinin, hazırda əməlindən səmimi peşmançılıq çəkdiyini, zərərçəkmiş şəxsə dəymiş ziyanı tam ödədiyini, onunla barışıq əldə etdiyini, zərərçəkmiş şəxsin heç bir şikayət və tələbinin olmadığını və bir daha belə hallara yol verməyəcəyini bildirib, məhkəmədən ona yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, Ucar rayonunda ailəsi ilə birlikdə yaşayır. Ailə üzvləri nənəsi Gülsarə Qulamovadan, anası Müşfiqə İbrahimovadan ibarətdir. X2 isə təxminən 2004-cü il tarixdə anası Müşfiqədən rəsmi qaydada boşanmışdır. Anası Müşfiqə və atası İlqar boşandıqdan sonra anası Müşfiqə ilə birlikdə ünvan 3 ünvanında yaşamağa başlamışdır. Bacısı Şahid1 isə 2021-ci ilin ortalarında Qəbələ rayon Vəndam qəsəbə sakini Şahid5 ilə ailə həyatı quraraq Qəbələ rayon Vəndam qəsəbəsinə köçmüşdür. 05 sentyabr 2021-ci il tarixdə bacısı Gülsarə və onun əri Şahid5 onlara qonaq gəlmişlər. 05 sentyabr 2021-ci il tarixdə qonşusu və uşaqlıq dostu Abduləhəd ilə instaqram sosial şəbəkəsi vasitəsilə yazışaraq Abduləhəddən hal-əhval bilmiş, söhbət əsnasında Abduləhəd ona pula ehtiyacının olduğunu demiş, o da Abduləhədə pula ehtiyacının olduğunu bildirmişdir. Abduləhəd ondan pulu haradan əldə edə biləcəyini soruşmuş, ona bu barədə heç bir şey bilmədiyini demiş, bu zaman Abduləhəd ondan bacısı Gülsarənin onlarda olduğunu, bacısının özü ilə qızıl-zinət əşyalarını gətirib-gətirmədiyini soruşmuş, Abduləhədə demiş ki, bacısının qızıllarını götürə bilməz. Danışıq zamanı Abduləhəd ona bacısının yaşadığı evdə qızılların ola biləcəyini bildirmiş, bu barədə heç nə bilmədiyini Abduləhədə demişdir. Bu zaman Abduləhəd ona təklif etmiş ki, bacısı Gülsarənin yaşadığı Vəndam qəsəbəsində yerləşən evə gedib baxsınlar. Abduləhədə bacısının qaynatası və qaynanasının evdə olduqlarını, həmin evə ancaq gecə saatlarında girə biləcəklərini demiş və daha sonra instaqram sosial şəbəkəsindən çıxdıqdan sonra evdə bacısıgil söhbət edərkən ona məlum olmuş ki, bacısının qaynatası və qaynanası da evdə yoxdur, bacısının qaynatası və qaynanası Bərdə rayonuna getmişlər. Buna görə də 05 sentyabr 2021-ci il tarixdə Abduləhədlə görüşərək ona bu barədə məlumat vermiş və evə girə biləcəklərini, bacısı Gülsarənin yaşadığı Qəbələ rayon Vəndam qəsəbəsində yerləşən evdə heç kimin olmadığını bildirmişdir. 06 sentyabr 2021-ci il tarixdə səhər saatlarında bacısı Gülsarənin yaşadığı Vəndam qəsəbəsində yerləşən evinə gedərək orada özləri üçün pul və ya sair nemətlər əldə etməyi razılaşmışlar. 06 sentyabr 2021-ci il tarixdə isə səhər saat 06 radələrində küçənin yuxarı hisəsində mağazanın və kanal yerləşən yerin yaxınlığında Abduləhədlə görüşmüş, bu zaman Abduləhəddən Qəbələ rayonuna kimlə gedə biləcəklərini soruşmuş, Abduləhəd ona Ucar rayonu ərazisində yerləşən bazar deyilən ərazidən tanış taksi taparaq onunla Qəbələ rayonuna gedə biləcəyini demişdir. Saat 09 radələrində Abduləhədlə birlikdə Ucar rayonun bazar deyilən ərazisində bir neçə taksi sürücüsünə Qəbələ rayonuna getməyi təklif etdikdən sonra, əvvəldən tanıdığı taksi sürücüsü Ramil adlı şəxsin yanına yaxınlaşmışlar. X25 rayonuna getməli olduğunu bildirmiş, Ramil isə Qəbələ rayonuna nə üçün getməli oluğunu soruşmuş, Qəbələ rayonunda qızla görüşəcəklərini bildirmişlər. Ramil onlardan Qəbələ rayonunda hansı istiqamətə gedəcəklərini soruşmuş, Ramilə Qəbələ rayon Hava Limanının yanına getməli olduqlarını bildirmişlər. Ramil isə onlara 30 manat müqabilində həmin yerə aparacağını bildirmiş, Ramil ilə razılaşmışlar, lakin, Ramilə pulunun omadığını bildirmişlər. Ramil də avtomobilinə yanacaq tökməli olduğunu demiş, Abduləhəd isə yanacaqdoldurma məntəqəsindən yanacaq doldurduqlarına görə özünə məxsus olan mobil telefonu girov kimi yanacaqdoldurma məntəqəsində qoyaraq yanacaq doldura biləcəklərini təklif etmişdir. Bundan sonra onlar sürücü Ramillə birlikdə Ucar rayon ərazisində yerləşən yanacaqdoldurma məntəqəsinə getmişlər, orada Ramilə məxsus avtomobilə yanacaq doldurduqdan sonra Abduləhədə məxsus olan Samsung J 5 markalı mobil telefonu məntəqəyə qoymuşlar. Sonra onlar Qəbələ rayonu istiqamətində yola düşmüşlər, Abduləhəd avtomobilin ön sərnişin oturacağında, o isə arxa sərnişin oturacağında oturmuşdur. Ramil idarə etdiyi VAZ21150 minik markalı, göy rəngli avtomobil ilə Abduləhədlə onu Qəbələ rayon ərazisində yerləşən Hava Limanının yanına gətirmişdir. Orada ondan düşəcəyi yerin bura olub-olmadığını soruşmuş, həmin yerin bura olmadığını bildirdikdə, Ramil öz narazılığını bildirmiş ki, danışdıqları yer Hava Limanına kimi olmuşdur. Əlavə onları aparacağı yerə görə 20 manat pul alacağını da Ramil onlara bildirmişdir. Ramilə gedəcəkləri yerin Vəndam qəsəbəsi olduğunu demiş, Ramil də onları Vəndam qəsəbəsinə gətirmişdir. Hər ikisi avtomobildən yerə düşmüşlər. Ramilə avtomobili təxminən 20 metr məsafə qarşıda saxlayaraq onları təxminən yarım saat gözləməli olduğunu demiş, avtomobildən düşərək Abduləhədlə birlikdə küçəyə doğru bacısı Gülsarənin qaldığı ev istiqamətində hərəkət etmişlər. Həyətə çatdıqdan sonra giriş qapısının açıq olub-olmadığını yoxlamış, giriş qapısı bağlı olduğu üçün həyətin divarlarından dırmaşaraq həyətə daxil olmuş, həyətdə heç kimin olmadığını dəqiqləşdirmiş, təxminən 1 dəqiqə çəkməmiş həyətdən Abduləhədi çağırmış ki, həyətdə heç kim yoxdur. Abduləhəd də hasardan aşmaqla həyətə daxil olmuş və birlikdə həyətdə yerləşən yaşayış evinin giriş hissəsinə kimi irəliləmişlər. Evin giriş hissəsinə çatdıqda qapının sağ hissəsində yerləşən gül dibçəyinin altından evin qapısının açarını götürmüş, həmin açarın orada olduğunu əvvəllər bacısı Gülsarəgilə qonaq gələn zaman yeznəsi Ravilin həmin yerdən açar götürdüyünü gördüyü üçün bilirmiş. Həmin açarla qapını açmış, hər ikisi evin içərisinə daxil olmuşlar, o isə qapını içəridən bağlamışdır. Qapıdan içəridə pilləkənlərdən qalxdıqdan sonra sağdan birinci otağa 1-ci özü daxil olmuş, Abduləhəd də onun arxası ilə həmin otağa daxil olmuş, otaqda hərəsi bir şkafı axtarmış, o, paltar şkafını axtarmış, Abduləhəd isə qablar yığılan şkafı axtarmışdır. Pul tapa bilmədiyi üçün bundan sonra 1-ci girdikləri otağın yanında yerləşən bacısı Gülsarənin qaynatası və qaynanası qalan otağa daxil olmuş, Abduləhəd də onunla birlikdə həmin otağa daxil olmuş, birlikdə həmin otağı da axtarmağa başlamışlar. Şkaflara, döşəklərin altına və bir çox yerə baxmışlar. Abduləhəd sandığın içərisinə baxdıqdan sonra orada olan kaşloku götürüb ona vermiş, 2-ci girdikləri otaqda yerləşən sandığın içərisindəki portmaneni əlinə götürmüş, içərisində kartlar var imiş. Kartların heç birini götürməmişdir. Daha sonra hər ikisi otaqdan çölə çıxmışlar. Zalda olan zaman taksi sürücüsünün pulunu verməli olduqları üçün nə edəcəklərini bir-birilərinə demişlər və Abduləhədə demiş ki, televizoru götürsünlər. Abduləhəd də onunla razılaşmış, taksi pulunu vermək üçün televizoru divarda yerləşdiyi yerdən ikisi birlikdə əlləri ilə sökərək götürmüşlər. Abduləhəd televizoru əlinə götürüb evdən düşən zaman açarla qapını bağlamış və açarı götürdüyü gül dibçəyinin alt hissəsinə qoymuşdur. Yenidən evin yerləşdiyi həyətin hasarına, yəni əvvəlcə dırmaşaraq həyətə daxil olduqları hasarın yanına yaxınlaşmışlar. Həyətin giriş qapısı dəmirlə bağlandığı üçün və açılan zaman səs edəcəyi üçün giriş qapısını açmamışlar. Televizoru Abduləhəd ona saxlaması üçün vermiş, özü isə divardan yola tərəf dırmaşaraq keçmiş, o isə həyətin içərisində qalmışdır. Televizoru həyət tərəfdən Abduləhədə uzatmış, Abduləhəd televizoru götürmüş, daha sonra isə o da qeyd edilən divarı aşmaqla həyəti tərk etmişdir. Hər ikisi divardan yol tərəfdə olan zaman Abduləhədə demiş ki, avtomobili onlar olan yer tərəfə gətirsin ki, televizoru əllərində görən olmasın. Qarşıya, onlardan təxminən 20 metr aralıda dayanan Ramilin yanına gedərək taksi sürücüsü Ramilin yanında dayanmış, ona nə qədər avtomobili küçəyə sarı sürməsini bildirsə də, o avtomobili küçəyə tərəf sürməmişdir. Ramilə küçədə televizorun olduğunu, həmin televizoru avtomobilə qoymaq istədiklərini bildirsələr də, o avtomobili küçəyə tərəf sürməmişdir. Lakin, Ramil avtomobili sürmədiyi üçün əli ilə işarə edərək Abduləhədi çağırmış ki, artıq gəlsin. Abduləhəd də əlində televizorla birlikdə taksi sürücüsü Ramilin yanına gəlmişdir. Əlindəki televizoru Ramilin avtomobilinin arxa oturacağına qoymuş, özü isə avtomobilin ön oturacağında əyləşmişdir. O isə arxa oturacaqda televizorun yanında oturmuşdur. Bu zaman Ramil adlı sürücü onlardan televizoru haradan aldıqlarını soruşmuş, televizoru qızdan aldıqlarını bildirmişlər. Ramil onlardan televizoru haradan əldə etdiklərini təxminən 4-5 dəfə soruşmuş, lakin onlar hər dəfəsində eyni olaraq televizoru qızdan aldıqlarını, televizoru onlara satmaq üçün verdiyini, televizoru satdıqdan sonra onun pulunu verə biləcəklərini demişdir. Daha sonra İsmayıllı rayon ərazisindən Ucar rayonu istiqamətində hərəkət etməyə başlamışlar. İsmayıllı rayon ərazisində sürücü Ramil su istədiyi üçün İsmayıllı rayon ərazisində yerləşən marketə düşərək su və yemək almış, yenidən yola davam edərək avtomobil ilə Ucar rayonuna getmişlər. Ucar rayon ərazisində yaşadıqları küçəyə kimi Ramil onları gətirmişdir. Ramil Abduləhədə telefonunun onda olduğunu, yanacaqdoldurma məntəqəsindən özünün götürəcəyini, 50 manat gediş-gəliş haqqını verdikdə telefonu ona geri qaytaracağını bildirmişdir. Hər ikisi, yəni Abduləhədlə birlikdə avtomobildə öz küçələrində düşmüşlər. Televizoru əvvəlcə küçələrinə yaxın ərazidə yerləşən kanalın yaxınlığındakı qamışlıq sahədə gizlətmişlər. Daha sonra hər ikisi evə sarı getmişlər. Təxminən 5 dəfə televizoru qoyduqları yerə gedib televizorun orada olub-olmadığını yoxlamış, sonuncu dəfə isə televizorun qoyduqları yerdə olmadığını aşkar etmiş və Abduləhədə zəng etmiş, Abduləhəd ondan televizoru götürüb-götürmədiyini soruşmuş, sonra isə zarafat etdiyini, televizoru özünün satdığını bildirmişdir. Bir gün sonra isə, yəni 07 sentyabr 2021-ci il tarixdə Abduləhədi küçədə görmüş, ondan televizorun harada olduğunu soruşmuş, Abduləhəd isə ona televizoru satdığını, pulunu isə gətirib verəcəklərini bildirmişdir. Həmin vaxt bacısı Gülsarənin yaşadığı evə girilməsindən xəbərdar olduqlarını demiş, Abduləhəd onların gördüklərini bilibbilmədiklərini soruşmuş, Abduləhədə onların görməsindən xəbərdar olmadıqlarını demişdir. Abduləhəd ona televizoru 90 manat müqabilində satdığını, lakin satdığı adamın hələ də pulu ona vermədiyini, öz cibindən 50 manat Ramilə verərək telefonunu ondan geri aldığını bildirmişdir. Bu zaman Abduləhədə evdən pul da götürüldüyünü bildirmiş, Abduləhəd isə ona puldan xəbərinin olmadığını, pul götürmədiyini demişdir. Polis əməkdaşlarının hadisədən və əməli onların törətdiyindən xəbərdar olduqlarını bildikdən sonra Bakı şəhərinə, atası İlqarın yanına gedərək orada qalmışdır. 10.09.2021-ci il tarixdə isə onu polis əməkdaşları taparaq Qəbələ RPŞ-yə gətirmişlər. Abduləhədlə birlikdə Zərərçəkmiş şəxs həyətindən və evindən qeyd etdiyi televizordan başqa heç nə oğurlamamışdır. Başqa oğurluq da etməmişdir. Lakin, Abduləhəd evdən onun da xəbəri olmadan 412 manat pul da oğurlamışdır. Oğurluq cinayətini dostu Abduləhədlə birlikdə etmiş və bundan sadəcə Abduləhədin məlumatı olmuşdur. Evdən albalı alış-veriş kartı və ya digər kart götürməmiş, albalı kartı da görməmiş, həmçinin Abduləhədin də əlində kart görməmişdir. Abduləhədlə birlikdə oğurladığı televizorun oğurluq olması barədə taksi sürücüsü Ramilin məlumatı olmamış və Ramil adlı şəxs onları Qəbələ rayon Vəndam qəsəbəsinə gətirdiyi zaman onların məqsədlərinin oğurluq etmək olduğundan onun məlumatı olmamışdır. Abduləhədlə birlikdə oğurladığı televizor Abduləhəd tərəfindən satıldıqdan sonra həmin puldan, eləcə də Abduləhədin evdən götürdüyü 412 manat puldan Abduləhəd ona pul verməmişdir. Təqsirləndirilən şəxs2 həmçinin, hazırda əməlindən səmimi peşmançılıq çəkdiyini, zərərçəkmiş şəxsə dəymiş ziyanın tam ödənildiyini, onunla barışıq əldə etdiyini, zərərçəkmiş şəxsin heç bir şikayət və tələbinin olmadığını və bir daha belə hallara yol verməyəcəyini bildirib, məhkəmədən ona yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş Zərərçəkmiş şəxs vermiş olduğu ifadəsində göstərdi ki, Qəbələ rayon Vəndam qəsəbəsində yaşayır və Qəbələ rayon Vəndam qəsəbəsində daimi pasport qeydiyyatındadır. Ailə üzvləri arvadı X4, oğlu Şahid5, gəlini Şahid1 ibarətdir. 06.09.2021-ci il tarixdə saat təxminən 09 radələrində arvadı Müşkinaz Nəzirova ilə birlikdə Bərdə rayonuna vəfat etmiş qohumunun yas məcslisinə getmişlər. Oğlu Şahid5 və gəlini Şahid1 isə 05.09.2021-ci il tarixdə birlikdə Ucar rayonuna gəlini Gülsarənin ata evinə qonaq getmişdirlər. X27 rayonundan hüzr yerindən yaşadığı Vəndam qəsəbəsində yerləşən evinə 06.09.2021-ci il tarixdə saat təxminən 17:30 radələrində gəlmişlər. Əvvəlcə qəsəbədə yerləşən yaşadığı həyətyanı sahənin qarşısına gələrək həyətin giriş qapısını açarla açdıqdan sonra arvadı Müşkünazla birlikdə həyətə daxil olmuşlar. Daha sonra isə həyətdə gülləri sulamağa başlamış, arvadı Müşkünaz isə həyətdə yerləşən yaşadığı evə daxil olmuşdur. Arvadı Müşkünazın evə daxil olduğunu görmüş, o, əvvəlcə evin giriş qapısını bağladıqdan sonra qapının sağ tərəfində olan gül dibçəyinin altına qoyduğu açarı götürmüş və evin qapısını aşdıqdan sonra evə girmişdir. Lakin, o, hələ də həyətdə gülləri sulayırmış, təxminən 5 dəqiqə keçmiş ki, arvadı Müşkünaz onu evdən çağıraraq evdəki televizorun yerində olmadığını, televizoru kiminsə oğurladığını bildirmiş, dərhal evə çıxmış, qapıdan girən kimi qapı ilə üzbəüz yerləşən zaldakı televizorun yerində olmadığını aşkar etmişdir. Dərhal DİN-in “102” xidmətinə zəng edərək bu barədə məlumat vermiş, Polis əməkdaşları evə gəlikdən sonra o da evdən digər bir əmlakın oğurlanıb-oğurlanmadığını yoxlamış, bu zaman 412 manat nəğd pulun əvvəlcədən qoyduğu öz qaldığı yataq otağındakı dolabın içərisindəki stəkanın içərisində olmadığını, eləcə də xatırladığı qədər gəlini Gülsarənin otağında olan siyirmədəki albalı alışveriş kartının yerində olmadığını aşkar etmiş, televizorun markası “Lotus” olmaqla, təxminən 1 il əvvəl Qəbələ şəhəri ərazisində yerləşən Vestel məişət texnikaları satılan mağazadan kreditlə 580 manat müqabilində almış, lakin 1 il istifadə etdiyi üçün televizorun maddi qiymətinin 430 manat olduğunu qeyd etmişdir. Televizorun dioqanalı isə 82 sm olmuşdur. Həmçinin albalı kartı isə qaynı X5 adına olmuşdur, həmin kartı qaynı Cəsarətdən almış ki, oğlu Ravilə toy edən zaman kartın içərisində olan 500 manat puldan istifadə etdikdən sonra kartı geri qaytarsın, 3 ay, hər ay 50 manat olmaqla karta pul vurmuş, buna görə də kartın içərisində 150 manat pul yığılmışdır. Kart yoxa çıxdıqdan sonra isə həmin kartı bağlatdırmışdır. Yəni, kartdan pul çəkilməmişdir. Lakin, sonradan xatırlamış ki, qeyd edilən albalı-alış veriş kartı Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 tərəfindən oğurlanmamışdır, çünkü həmin kartı öz cibində saxlayırmış, əvvəlcə kartın oğurlandığını düşünsə də, sonradan kartı sonuncu dəfə qış gödəkcəsinin cibinə qoyaraq Bərdə rayonuna hüzür mərasiminə getdiyini xatırlamışdır. Ona məxsus Qəbələ rayon Vəndam qəsəbəsində yerləşən həyətyanı sahədəki evin zal hissəsindən 430 manat dəyərində Lotus markalı, 82 sm dioqnallı televizor və öz yataq otağından 412 manat nəğd puldan əlavə olaraq heç bir əşya və ya predmet oğurlanmamışdır. Evindən oğurluq hadisəsi baş verən tarixə kimi, yəni 06.09.2021-ci il tarixə kimi sözü gedən albalı kartının cibində olub-olmamasını yoxlamamış, lakin oğurluq hadisəsi baş verdikdən sonra kartın da oğurlandığını düşünmüş, lakin, sonradan xatırlamış ki, Bərdə rayonuna gedən zaman həmin kart onun gödəkcəsinin sol cibində olmuş, həmin gün kartı Bərdə rayonuna hüzür mərasiminə gedən zaman itirmişdir. Oğurluq nəticəsində ümumilikdə ona 842 manat maddi ziyan dəymişdir. 12.01.2022-ci il tarixdə keçirilən məhkəmə iclasında zərərçəkmiş Zərərçəkmiş şəxs məhkəməyə ərizə təqdim edərək, təqsirləndirilən şəxslər tərəfindən ona dəymiş ziyanın ödənildiyini, təqsirləndirilən şəxslərlə barışdığını, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 heç bir şikayət və tələbinin olmadığını qeyd etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid5 ifadəsində bildirdi ki, ailəsi ilə birlikdə Qəbələ rayon Vəndam qəsəbəsində yaşayır. Ailə üzvləri anası X4, atası Zərərçəkmiş şəxs, arvadı Şahid1 ibarətdir. 05.09.2021-ci il tarixdə saat təxminən 12 radələrində arvadı Gülsarə ilə birlikdə qaynanası X6 yaşadığı evə, yəni Ucar rayonuna qonaq getmişlər. 06.09.2021-ci il tarixdə isə anası Müşkinaz Nəzirova və atası Zərərçəkmiş şəxs Bərdə rayonuna vəfat etmiş qohumunun yas məclisinə getmişlər. 06.09.2021-ci il tarixdə saat təxminən 18 radələrində anası Müşkünaz ona zəng edərək qızılların arvadı Gülsarənin üstündə olub-olmadığını soruşmuş və evlərindən oğurluq olduğunu bildirmişdir. Arvadı Gülsarədən qızılların üzərində olub-olmadığını soruşmuş, o isə qızılların üzərində olduğunu bildirmişdir. Buna görə də arvadı Gülsarə ilə birlikdə saat təxminən 22 radələrində Ucar rayonundan qaynanası Müşfiqənin evindən çıxaraq Qəbələ rayonuna gəlmişlər. Evə gəldikdən sonra ona da məlum olmuş ki, yaşadıqları Vəndam qəsəbəsində yerləşən evdən 412 manat nəğd pul və divardan asılmış “Lotus” markalı televizor oğurlanmışdır. Onlara məxsus Qəbələ rayon Vəndam qəsəbəsində yerləşən həyətyanı sahədəki evin zal hissəsindən 430 manat dəyərində Lotus markalı, 82 sm dioqnallı televizor, atası Babacanın yataq otağından 412 manat nəğd puldan əlavə olaraq heç bir əşya və ya predmet oğurlanmamışdır. Albalı alış-veriş kartı isə dayısı X8 məxsus olmaqla içərisində 150 manat pul olmuş, atası Babacan kartın oğurlandığını ona dediyi üçün dərhal telefonunda olan proqram vasitəsilə kartı bloklamış, həmin kartdan pul çəkilməmişdir. Lakin, həmin kart onun yataq otağında olmamış, çünkü kartdan atası Babacan istifadə edirmiş və kart həmişə onun üzərində olurmuş, fikrincə kart oğurlanmamış, kartı atası Babacan itirmişdir. Ucar şəhərində qaynanası Müşfiqənin evində olan zaman anası Müşkünaz ona zəng edərək evdən oğurluq olması barədə məlumat verərkən Vüqar evdə olmamış, lakin sonradan saat təxminən 19 radələrində Vüqar evə gəlmiş, həmin vaxt Vüqara evdən oğurluq olduğunu deyən zaman Vüqar ona “Gündüz çağı nə oğurluq ola bilər” sözünü demiş, Vüqardan taksi tapmasını xahiş etdiyi üçün birlikdə taksi taparaq arvadı Gülsarə ilə birlikdə Qəbələ şəhərinə gəlmişlər. Təqsirləndirilən şəxs2 atası Babacanın və anası Müşkünaz Nəzirovanın da evdə olmadığını anası Müşkünaz ona zəng edərək atası ilə birlikdə Bərdə rayonuna getdiyini ona dediyi üçün və o da həmin vaxt qaynanası Müşfiqənin evində olduğuna görə Vüqar söhbət əsnasında bunu bilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 digər Şahid5 ilə eyni məzmunlu ifadə verərək onun göstərdiklərini təsdiq etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid6 ifadəsində bildirdi ki, ailəsi ilə birlikdə Qəbələ rayon Vəndam qəsəbəsində yaşayır. Ailə üzvləri əri Zərərçəkmiş şəxs, oğlu Şahid5, gəlini Şahid1 ibarətdir. 06.09.2021-ci il tarixdə saat təxminən 09 radələrində əri Zərərçəkmiş şəxsla Bərdə rayonuna vəfat etmiş qohumunun yas məcslisinə getmişdir. Oğlu Şahid5 və gəlini Şahid1 isə 05.09.2021-ci il tarixdə birlikdə Ucar rayonuna gəlini Gülsarənin ata evinə qonaq getmişlər. Əri Babacanla birlikdə Bərdə rayonundan hüzr yerindən yaşadığı Vəndam qəsəbəsində yerləşən evlərinə 06.09.2021-ci il tarixdə saat təxminən 17:30 radələrində gəlmişdir. Əvvəlcə qəsəbədə yerləşən yaşadığı həyətyanı sahənin qarşısına gələrək həyətin giriş qapısını açarla açdıqdan sonra əri Babacanla birlikdə həyətə daxil olmuşdur. Daha sonra isə əri Babacan həyətdə gülləri sulamağa başlamış, özü isə həyətdə yerləşən yaşadıqları evin giriş qapısının sağ hissəsində gül dibçəyinin altında saxladığı açarı əlinə götürərək qapını açıb evə daxil olmuşdur. Lakin, əri hələ də həyətdə gülləri sulayırmış, evə daxil olarkən evin zal hissəsində yerləşən televizorun divarda saxladıqları yerdə olmadığını görmüş, dərhal ərini çağıraraq evdəki televizorun yerində olmadığını, televizoru kiminsə oğurladığını bildirmiş, əri Babacan da dərhal evə çıxmış, qapıdan girən kimi qapı ilə üzbəüz yerləşən zaldakı televizorun yerində olmadığını aşkar etmiş, dərhal DİN-in “102” xidmətinə zəng edərək bu barədə məlumat vermişdir. Polis əməkdaşları evə gəldikdən sonra əri də evdən digər bir əmlakın oğurlanıb-oğurlanmadığını yoxlamış, bu zaman 412 manat nəğd pulun əvvəlcədən qoyduğu qaldıqları yataq otağındakı dolabın içərisindəki stəkanın içərisində olmadığını, eləcə də albalı alış-veriş kartının cibində olmadığını aşkar etmişdir. Televizorun markası “Lotus” olmaqla, təxminən 1 il əvvəl Qəbələ şəhəri ərazisində yerləşən Vestel məişət texnikaları satılan mağazadan kreditə 580 manat müqabilində almışlar, lakin 1 il istifadə etdikləriz üçün televizorun maddi qiymətinin 430 manat olduğunu qeyd etmişlər. Televizorun dioqanalı isə 82 sm olmuşdur. Həmçinin albalı kartı isə qardaşı X5 adına olmaqla, həmin kartı qardaşı Cəsarətdən almışlar ki, oğlu Ravilə toy edən zaman kartın içərisində olan 500 manat puldan istifadə etdikdən sonra kartı geri qaytarsınlar. 3 ay, hər ay 50 manat olmaqla karta pul vurmuşlar, buna görə də kartın içərisində 150 manat pul yığılmışdır. X10 da oğurlandığını bildirdiyi üçün oğlu Ravil həmin kartı bağlatdırmışdır. Yəni, kartdan pul çəkilməmişdir. Lakin, həmin kart gəlini və oğlunun yataq otağında olmamış, çünkü kartdan əri Babacan istifadə edirmiş və kart həmişə onun üzərində olurmuş. Belə ki, həmin kartdan əri Babacan alış veriş edən zaman mütəmadi olaraq istifadə edirmiş. Fikrincə kart oğurlanmayıb, kartı əri Babacan itirmişdir. Onlara məxsus Qəbələ rayon Vəndam qəsəbəsində yerləşən həyətyanı sahədəki evin zal hissəsindən 430 manat dəyərində Lotus markalı, 82 sm dioqnallı televizor və öz yataq otaqlarından 412 manat nəğd puldan əlavə olaraq heç bir əşya və ya predmet oğurlanmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X13 ifadəsində bildirdi ki, ünvan 4 ünvanında qeydiyyatdadır və orada yaşayır. Təqsirləndirilən şəxs2 onun övladıdır. Həmçinin onun bir qız övladı da vardır. Həmin Şahid1 isə 2021-ci ilin 28 iyun tarixində Qəbələ rayon Vəndam qəsəbə sakini Şahid5 ilə ailə həyatı quraraq Vəndam qəsəbəsinə köçmüşdür. Təqsirləndirilən şəxs1 isə onun qonşusudur. Oğlu Təqsirləndirilən şəxs2 ilə Təqsirləndirilən şəxs1 dostluq münasibəti saxlayırmışlar. 05.09.2021-ci il tarixdə qızı Gülsarə və əri Ravil yaşadığı Ucar rayonuna qonaq gəlmişlər və 05.09.2021-ci il tarixdə isə Qəbələ rayon Vəndam qəsəbəsinə geri qayıtmışlar. 05 sentyabr 2021-ci il tarixdə qızı Gülsarə ilə birlikdə Vəndam qəsəbəsinə onun yaşadığı evə qonaq getmişdir. Və həmin gün axşam saatlarında yenidən Ucar şəhərinə geri qayıtmışdır. 06 sentyabr 2021-ci il tarixdə saat təxminən 09 radələrində qızı Gülsarə, eləcə də kürəkəni Ravil ilə birlikdə Ucar rayon xəstəxanasına getmişlər. Həmin vaxt Vüqar evdə imiş. Xəstəxanadan saat 13 radələrində evə geri qayıtdıqda isə oğlu Vüqar evdə olmamışdır. Həmin günün axşam saatlarında, saat təxminən 18 radələrində qudası Zərərçəkmiş şəxs ona zəng edərək evindən oğurluq olduğunu bildirmiş, Ravilin harada olduğunu, eləcə də gəlini, yəni qızı Gülsarənin qızıllarının harada olduğunu soruşmuşdur. Qızı Gülsarə isə qızılları özü ilə Ucar şəhərinə gətirdiyini bildirmişdir. Elə həmin gün oğurluq barədə məlumatı olduqdan sonra qızı və kürəkəni ilə birlikdə Ucar şəhərindən Qəbələ rayon Vəndam qəsəbəsinə gəlmişdir. Həmin vaxt isə oğlu Vüqar evdə olmuşdur. Yenidən 06 sentyabr tarixində geri qayıtdıqda Vüqar evdə yatmış vəziyyətdə imiş. 07 sentyabr 2021-ci il tarixdə isə Vüqar qapının qarşısına çıxıb yenidən evdə geri qayıdırmış. Lakin ondan şübhələnmədiyi üçün onun nə etdiyi ilə tam olaraq maraqlanmamışdır. Lakin, oğlu Vüqardan dəfələrlə soruşmuşmuş ki, qudası Zərərçəkmiş şəxs məxsus evdən oğurluq edilməsində əli var, yoxsa yox, lakin Vüqar hər dəfəsində ona oğurluq barədə məlumatının olmadığını bildirmişdir. 07 sentyabr 2021-ci il tarixdə saat 21 radələrində isə oğlu Vüqar evdən çıxıb getmişdir. Xatırladığı qədər isə 08 sentyabr tarixində oğlu Vüqarın Bakı şəhərində atası İlqarın yanında olduğundan xəbərdar olmuşdur. Övladı Təqsirləndirilən şəxs2 evə hər hansı televizor və ya kart gətirməmiş, onun əlində albalı alış-veriş kartı görməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində bildirdi ki, Ucar rayonu, Qaçqın şəhəriciyində qeydiyyatdadır və orada yaşayır. Həmçinin Ucar rayonu, 28 may küçəsində evi vardır. Ləqəbi Hüseyndir, el arasında onu Hüseyn kimi tanıyırlar. 06.09.2021-ci il tarixdə saat təxminən 19 radələrində 28 may küçəsində olan zaman əvvəlcədən tanıdığı Abduləhəd adlı şəxs ona yaxınlaşaraq pula ehtiyacının olduğunu bildirmiş və əlindəki televizoru satmaq istədiyini demişdir. Buna görə də ondan 90 manat pul istəmişdir ki, televizoru da ona satsın. Abduləhədi əvvəlcədən tanıdığı və onun ailəsi ilə münasibəti olduğundan Abduləhədə 90 manat pul verərək ondan televizoru almışdır. Televizorun markası Lotus olmaqla təxminən 80 sm dioqnalda imiş. Televizoru Abduləhəddən alan zaman ondan televizorun oğurluq olub-olmadığını soruşmuş, Abduləhəd isə ona televizorun oğurluq olmadığını bildirmişdir. Televizoru aldıqda sonra aparıb 28 may küçəsində yerləşən evinə qoymuşdur. Lakin, 08.09.2021-ci il tarixdə Abduləhədin əmisi Seymur Behbudov ona zəng edərək televizoru Abduləhədin oğurladığını bildirmiş və televizoru ondan geri alacağını qeyd etmişdir. Buna görə də televizoru heç kimə satmamışdır. 09.09.2021-ci il tarixdə də ondan televizoru Abduləhəd Behboduv 90 manat pulunu geri qaytararaq televizoru geri almışdır. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 oğlunun Azərbaycan Respublikasının CM-nin 177.2.1 və 177.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini hər birinin törətməsi özlərinin etirafı ilə yanaşı, zərərçəkmiş şəxsin və şahidlərin ifadəsi, iş materialları və aşağıda göstərilən digər sübutlarlada təsdiq edilir. İşdə olan və məhkəmə baxışında tədqiq edilmiş 06.09.2021-ci il tarixli “baxış keçirilməsi haqqında” protokoldan görünür ki, Qəbələ rayon Vəndam qəsəbə sakini Zərərçəkmiş şəxs məxsus evdən oğurluq hadisəsi ilə əlaqədar hadisə yerinə təhqiqatçı Toğrul Aslanlı tərəfindən baxış keçirilərkən müəyyən edilmişdir ki, qeyd olunan oğurluq hadisəsi Qəbələ rayon Vəndam qəsəbə sakini Zərərçəkmiş şəxs məxsus həmin qəsəbədə yerləşən evdən baş vermişdir. Həmin evin giriş qapısı dəmir materialından olmaqla açıq yaşıl rəngdədir. Giriş qapısından daxil olduqdan sonra əvvəlcə evin 1 ədəd ağ plastik materialından qapısının olduğu müəyyən edilmişdir. Evə daxil olduqdan sonra birinci otaqda, yəni qonaq otağında olmuş və baxışda iştirak edən Zərərçəkmiş şəxs deməsinə görə Lotus markalı televizor həmin otaqda divara yerləşdirilmiş və oradan oğurlanmışdır. Həmçinin baxışda iştirak edən Zərərçəkmiş şəxs deməsinə görə onun qaldığı otaqda yerləşən şkafın içərisindəki stəkana qoyduğu 412 manat nəğd pul da oğurlanmışdır. Baxış keçirilən zaman oğurluğun baş verdiyi evdən baxışda iştirak edən inspektor-kriminalist tərəfindən tədqiqat üçün yararlı 20 ədəd əl-barmaq izləri götürülmüşdür. Hadisə yerinə baxış zamanı digər əhəmiyyət kəsb edəcək hallara rast gəlinməmişdir. İşdə olan və məhkəmə baxışında tədqiq edilmiş 10 sentyabr 2021-ci il tarixli “ifadənin yerində yoxlanılması haqqında” protokoldan görünür ki, həmin tarixdə təqsirləndirilən şəxs X1 ifadəsinin yerində yoxlanılması istintaq hərəkəti keçirilmişdir. Həmin istintaq hərəkətinin keçirilməsi zamanı Təqsirləndirilən şəxs1 Qəbələ rayon Vəndam qəsəbə sakini Zərərçəkmiş şəxs məxsus həmin qəsəbədə yerləşən evi göstərib bildirmiş ki, 06.09.2021-ci il tarixdə oğurluq etdiyi evdir, oradan 2021-ci ilin 06 sentyabr tarixində televizor və 412 manat pulu tanışı Təqsirləndirilən şəxs2la birlikdə oğurlamışdır. Təqsirləndirilən şəxs1 əvvəlcə oğurluq etmək məqsədilə gəldiyi Zərərçəkmiş şəxs məxsus yaşayış sahəsinin hasarını göstərmiş və həmin hasardan aşmaqla həyətə qanunsuz daxil olduğu yeri göstərmişdir. Daha sonra Təqsirləndirilən şəxs1 Vüqar adlı tanışı ilə birlikdə Zərərçəkmiş şəxs məxsus evdən 1 ədəd “Lotus” markalı televizoru və 412 manat nəğd pulu hansı şəraitdə necə oğurladığını göstərdikdə onun qeydlərinə görə müəyyən olundu ki, 06 sentyabr 2021-ci il tarixdə o tanışı Təqsirləndirilən şəxs2la Ucar şəhərində əvvəlcədən planlaşdırdıqları kimi evdə heç kim olmadığı vaxtda saat 11 radələrində Zərərçəkmiş şəxs məxsus həyətyanı sahənin qarşısına kimi gəlmiş, orada hər ikisi hasardan aşmaqla həyətə qanunsuz daxil olub, daha sonra ikisi də birlikdə 50-100 metr qarşıya gedib, Zərərçəkmiş şəxs məxsus evin içərisinə giriş qapısından qapının sağ hissəsində yerləşən gül dibçəyinin altındakı açarı götürüb açarla qapını açmaqla daxil olmuşlar. Evə daxil olduqda pilləkənlərin yuxarı hissəsində yerləşən plastik qapını açıb sağdan 1-ci otağa daxil olmuşlar, həmin otaqda heçnə tapa bilmədikləri üçün sağdan 2-ci otağa daxil olaraq oradan 412 manat nəğd pulu şkafın içərisindəki stəkanın içərisindən götürmüş, daha sonra qonaq otağında divara bərkidilmiş televizoru yerindən sökərək oradan aparıb getmişlər. Bununla da Təqsirləndirilən şəxs1 ifadəsinin yerində yoxlanılması istintaq hərəkəti başa çatdırılmış və onun ifadəsində göstərdiyi xüsusatlar ifadəsini yerində yoxlayarkən göstərdiyi xüsusatlarla tam uyğun gəlmişdir. İşdə olan və məhkəmə baxışında tədqiq edilmiş 11 sentyabr 2021-ci il tarixli “ifadənin yerində yoxlanılması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 Qəbələ rayon Vəndam qəsəbə sakini Zərərçəkmiş şəxs məxsus həmin qəsəbədə yerləşən evi göstərib bildirmiş ki, 06.09.2021-ci il tarixdə oğurluq etdiyi evdir, oradan 2021-ci ilin 06 sentyabr tarixində “Lotus” markalı televizoru tanışı Təqsirləndirilən şəxs1la birlikdə oğurlamışdır. Təqsirləndirilən şəxs2 əvvəlcə oğurluq etmək məqsədilə gəldiyi Zərərçəkmiş şəxs məxsus yaşayış sahəsinin hasarını göstərmiş və həmin hasardan aşmaqla həyətə qanunsuz daxil olduğu yeri göstərmişdir. Daha sonra Təqsirləndirilən şəxs2 Abduləhəd adlı tanışı ilə birlikdə Zərərçəkmiş şəxs məxsus evdən 1 ədəd “Lotus” markalı televizoru hansı şəraitdə necə oğurladığını göstərdikdə onun qeydlərinə görə müəyyən olundu ki, 06 sentyabr 2021-ci il tarixdə o tanışı Təqsirləndirilən şəxs1la Ucar şəhərində əvvəlcədən planlaşdırdıqları kimi evdə heç kim olmadığı vaxtda saat 11 radələrində Zərərçəkmiş şəxs məxsus həyətyanı sahənin qarşısına kimi gəlmiş, orada hər ikisi divarı aşmaqla həyətə qanunsuz daxil olub, daha sonra ikisi də birlikdə 50-100 metr qarşıya gedib, Zərərçəkmiş şəxs məxsus evin içərisinə giriş qapısından qapının sağ hissəsində yerləşən gül dibçəyinin altındakı açarı götürüb açarla qapını açmaqla daxil olmuşlar. Evə daxil olduqda pilləkənlərin yuxarı hissəsində yerləşən plastik qapını açıb sağdan 1-ci otağa daxil olmuşlar, həmin otaqda heçnə tapa bilmədikləri üçün sağdan 2-ci otağa daxil olaraq oradan da heç nə tapa bilmədiyi üçün daha sonra qonaq otağında divara bərkidilmiş televizoru yerindən sökərək oradan aparıb getmişlər. Beləliklə şübhəli şəxs Təqsirləndirilən şəxs2 ifadəsinin yerində yoxlanılması istintaq hərəkəti ilə müəyyən edilmişdir ki, onun ifadəsində göstərdiyi xüsusatlar ifadəsini yerində yoxlayarkən göstərdiyi xüsusatlarla tam uyğun gəlmişdir. İşdə olan və məhkəmə baxışında tədqiq edilmiş 13 sentyabr 2021-ci il tarixli “Videomüşahidə kamerasının diskə köçürülmüş görüntülərinə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, 06.09.2021-ci il tarixdə saat 11:22-də Qəbələ şəhər tərəfdən üzü İsmayıllı rayon istiqamətinə hərəkət edən göy rəngli Vaz-2115 markalı avtomobil yolun sağında saxlayır. 12:47-də bir nəfər ağ şalvarlı, qara köynəkli şəxs əlində üstü örtülmüş əşya ilə taksi istiqamətində hərəkət edir. Digər videoda isə saat 11:22-də iki nəfər şəxs göy rəngli avtomobildən düşərək üzü Zərərçəkmiş şəxs məxsus həyətyanı sahəyə gedən yoxuşlu yol ilə hərəkət edirlər. Baxışda iştirak edən Təqsirləndirilən şəxs2 qeyd etmişdir ki, həmin taksidən düşən şəxslər özü və tanışı Təqsirləndirilən şəxs1dur. Yoxuşlu yol ilə Zərərçəkmiş şəxs məxsus ev istiqamətində gedən şəxslər də özü və Təqsirləndirilən şəxs1dur. Taksidən düşdükdən sonra hər ikisi Zərərçəkmiş şəxs məxsus ev istiqamətində getmişlər. Orada oğurluq etdikdən sonra isə yenidən taksinin dayandığı yerə gəlmişlər. Təqsirləndirilən şəxs2 həmçinin onu da qeyd etmiş ki, ağ şalvarlı, qara köynəkli, əlində üzəri örtülmüş əşyanı gətirən şəxs Təqsirləndirilən şəxs1dur. Həmin əşya Zərərçəkmiş şəxs məxsus evdən oğurladıqları “Lotus” markalı televizordur. Təqsirləndirilən şəxs1 da bunu təsdiq etmişdir. İşdə olan və məhkəmə baxışında tədqiq edilmiş 20.09.2021-ci il tarixli DİN-in Kriminalistik Tədqiqatlar İdarəsindən daxil olmuş 011-8790-1221 nömrəli məktubdan görünür ki, mövcud oğurluq hadisəsinin baş verdiyi yerdən götürülmüş əl-barmaq izləri KTİ-in ADİS-in bazasında olan şəxslərin əl əksləri ilə müqayisə edilmiş, müqayisəli tədqiqat nəticəsində təqdim edilmiş 04 ədəd əl-barmaq izlərinin 22.03.2003-cü ildə Ucar rayonunda anadan olmuş Təqsirləndirilən şəxs2 sol əlinin ovuc, adsız və çeçələ barmaqlarının, şəhadət, orta və çeçələ barmaqlarının əksləri ilə eynilik təşkil etdiyi, 02 ədəd əl-barmaq izlərinin isə xx.xx.2000-ci ildə Ucar rayonunda anadan olmuş Təqsirləndirilən şəxs1 sağ əlinin böyük və sol əlinin orta barmaqlarının əksi ilə eynilik təşkil etdiyi müəyyən edilmişdir. Odur ki, Azərbaycan Respublikası DİN-in KTİ-dən daxil olmuş 20.09.2021-ci il tarixli 011-8790-1221 saylı məktub, eləcə də həmin məktuba qoşma kimi əlavə edilmiş, əl izləri, eləcə də eyniləşdirməyə dair çıxarış iş üzrə sübut növü kimi qiymətləndirilmişdir. İşdə olan və məhkəmə baxışında tədqiq edilmiş 17.09.2021-ci il tarixli “götürmə aparılması haqqında” protokoldan görünür ki, İstintaqın gedişində Təqsirləndirilən şəxs1 06.09.2021-ci il tarixdə Zərərçəkmiş şəxs məxsus evdən oğurlayaraq Ucar şəhər sakini Şahid3 satdığı “Lotus” markalı, 80 sm dioqanallı televizoru Şahid3 geri alaraq Qəbələ RPŞ-nə gətirmiş və istintaqa təqdim etmişdir. İşdə olan və məhkəmə baxışında tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən göndərilmiş 11 oktyabr 2021-ci il tarixli məhkəmə əmtəəşünaslıq ekspertizasının 9/6754 saylı rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş 1(bir) ədəd istifadə olunmuş, 80 sm dioqanallı “Lotus” markalı televizorun 2021ci ilin sentyabr ayına olan orta bazar qiyməti 180,00 manat müəyyən edilmişdir. İşdə olan və məhkəmə baxışında tədqiq edilmiş Ucar RMX PHŞ-dən daxil olmuş 22.09.2021-ci il tarixli, 1350 saylı məktubdan görünür ki, ünvan 1 ünvanında qeydiyyatda olan, xx.xx.2000-ci il təvəllüdlü Təqsirləndirilən şəxs1 RMX-nın PHŞ-nin poliklinika şöbəsinin ruhiəsəb və narkoloji xəstəlikləri kabinetlərində qeydiyyatda deyildir. ünvan 5 ünvanında qeydiyyatda olan Təqsirləndirilən şəxs2 isə 10 aprel 2021-ci il tarixdən Ucar RMX-nın PHŞ-nin poliklinika şöbəsinin ruhi-əsəb xəstəlikləri kabinetində “Şəxsiyyətin emosional davamsız tipli pozuntusu, özünü kəsmlərlə” diaqnozu ilə qeydiyyatdadır, lakin RMX-nın PHŞ-nin poliklinika şöbəsinin narkoloji xəstəlikləri kabinetində qeydiyyatda deyildir. İşdə olan və məhkəmə baxışında tədqiq edilmiş məhkəmə psixiatriya ekspertizasının 12.10.2021-ci il tarixli, 613 saylı rəyindən görünür ki, Usubov X15 emosional davamsız tipli pozuntusu, özünükəsmlərlə XBT 10 F60.30 xəstəliyi keçirməsinə baxmayaraq həmin xəstəlik nevrotik səviyyədə və nisbi yaxşılaşma(kompensasiya) mərhələsində olduğundan o, hazırkı cinayət əməlini törədərkən öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmiş, hərəkətlərini ölçüb biçmək və onları idarə etmək iqtidarında olmuşdur, yəni anlaqlı olmuşdur. Təqsirləndirilən şəxs2 əməli AR CM-nin 21.1-ci maddəsinin təsiri altına düşmür və onun halhazırda məcburi müalicəyə ehtiyacı yoxdur. İş materillarına əlavə edilmiş Azərbaycan Respublikası DİN-nin BƏSİİ-nin verdiyi tələbnamədən və Ucar Rayon Məhkəməsinin 1(063)-50/2021 nömrəli, 30 avqust 2021-ci tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs1 Ucar Rayon Məhkəməsinin 1(063)-50/2021 nömrəli, 30 avqust 2021-ci tarixli hökmü ilə AR CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək qəti olaraq 02 (iki) il 05 (beş) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. İş materillarına əlavə edilmiş Azərbaycan Respublikası DİN-nin BƏSİİ-nin verdiyi tələbnamədən və Gəncə Hərbi Məhkəməsinin 1-1(095)-237/2019 nömrəli, 29 oktyabr 2019-cu tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilənərək, ona 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, Təqsirləndirilən şəxs1 təyin edilmiş cəza Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsinə əsasən 06 (altı) ay sınaq müddəti müəyyən edilməklə şərti olaraq tətbiq edilmişdir. Məhkəmənin sorğusuna cavab olaraq Ucar rayon İcra və probasiya şöbəsi tərəfindən verilmiş və iş materiallarına əlavə edilmiş 23 dekabr 2021-ci il tarixli, 706 nömrəli məktubundan və Ucar Rayon Məhkəməsinin 09 dekabr 2021-ci il tarixli 7(063)-29/2021 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs1 Ucar rayon İcra və probasiya şöbəsində 12.10.2021-ci il tarixdə qeydiyyata alınmış və ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının çəkilmə müddətinin əvvəli həmin tarixdən hesablanmışdır. Cəza çəkdiyi müddətdə məhkum Təqsirləndirilən şəxs1 hər hansı bir tənbeh tətbiq edilməmişdir. Ucar Rayon Məhkəməsinin 09 dekabr 2021-ci il tarixli 7(063)-29/2021 nömrəli qərarı ilə Təqsirləndirilən şəxs1 barəsində “8 noyabr – Zəfər günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 5 noyabr 2021-ci il tarixli Qərarı tətbiq edilərək həmin Qərarın 5-ci hissəsinə əsasən ona Ucar Rayon Məhkəməsinin 30 avqust 2021-ci il tarixli 1(063)-50/2021 nömrəli hökmü ilə qəti olaraq təyin edilmiş 02 il 05 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş hissəsi 01 il azaldılmışdır. Məhkəmənin sorğusuna cavab olaraq Ucar rayon İcra və probasiya şöbəsi tərəfindən verilmiş və iş materiallarına əlavə edilmiş məktubdan görünür ki, məhkum Təqsirləndirilən şəxs1 12.01.2022-ci il tarixə cəzasının 03 ayını çəkmiş, cəzanın çəkilməmiş hissəsi 01 il 02 ay 26 gün təşkil edir. İş materillarına əlavə edilmiş Azərbaycan Respublikası DİN-nin BƏSİİ-nin verdiyi tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs2 məhkumluğu olmayan şəxsdir. İş materiallarında olan 08 sentyabr 2021-ci il tarixli protokoldan və 10 sentyabr 2021-ci il tarixli qərardan göründüyü kimi, Təqsirləndirilən şəxs1 08 sentyabr 2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, tutmanın əvvəli həmin gün saat 17:30-dan hesablanmış, 10 sentyabr 2021-ci il tarixdə təqsirləndirilən şəxs qsimində cəlb edilməklə barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş və həmin gün saat 15:00-da Qəbələ RPŞ-nin MSY-dən azad edilmişdir. İş materiallarında olan 10 sentyabr 2021-ci il tarixli protokoldan və 12 sentyabr 2021-ci il tarixli qərardan göründüyü kimi, Təqsirləndirilən şəxs2 10 sentyabr 2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, tutmanın əvvəli həmin gün saat 18:00-dan hesablanmış, 12 sentyabr 2021-ci il tarixdə təqsirləndirilən şəxs qsimində cəlb edilməklə barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş və həmin gün saat 12:00-da Qəbələ RPŞ-nin MSY-dən azad edilmişdir. İş materillarına əlavə edilmiş Ucar Rayon İcra Hakimiyyəti Ucar Rayon Mənzil İstismar Təmir İstehsalat Sahəsi tərəfindən verilmiş 01 noyabr 2021-ci il tarixli, 806 nömrəli arayışdan görünür ki, Təqsirləndirilən şəxs1 ailə tərkibi atası X11, anası X14, qardaşı X18, nənəsi X7 ibarətdir. İş materillarına əlavə edilmiş Ucar Rayon İcra Hakimiyyəti Ucar Rayon Mənzil İstismar Təmir İstehsalat Sahəsi tərəfindən verilmiş 01 noyabr 2021-ci il tarixli, 807 nömrəli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs1 yaşayış yeri üzrə müsbət xarakterizə edilir. İş materillarına əlavə edilmiş Ucar rayonu İcra Hakimiyyəti Başçısının Ucar şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyi 15.09.2021-ci il tarixli, 1556 nömrəli arayışdan görünür ki, Təqsirləndirilən şəxs2 ailə tərkibi anası Şahid4, nənəsi X9 ibarətdir. İş materillarına əlavə edilmiş Ucar rayonu İcra Hakimiyyəti Başçısının Ucar şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyi 15.09.2021-ci il tarixli, 1556/1 nömrəli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs2 yaşayış yeri üzrə müsbət xarakterizə edilir. Məhkəmə, məhkəmə istintaqı zamanı tədqiq edilmiş sübutların məcmusuna tam, hərtərəfli və obyektiv qiymət verərək belə nəticəyə gəlir ki, iş üzrə təqsirləndirilən şəxslərin qabaqcadan əlbir olaraq bir qrup şəxs halında zərərçəkmiş şəxsə məxsus evdən özgə əmlakını gizli yolla talamaqla zərərçəkmiş şəxsə maddi ziyan vurmaları, yəni Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətmələri tam sübuta yetirilir. Məhkəmə hesab edir ki, istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə düzgün tövsif edilmişdir və onlar, həmin maddə ilə təqsirli bilinib cəzalanmalıdır. Cəza təyin edilərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinin tələbinə əsasən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarların şəxsiyyətləri, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxslərin islah olunmasına və onların ailələrinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2003-cü il 25 iyun tarixli, 4 saylı qərarının 1-ci bəndində göstərilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. İnsan hüquqları üzrə Avropa Məhkəməsi öz Qərarlarında dəfələrlə göstərmiş və Milli məhkəmələrə tövsiyə etmişdir ki, şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması üçün əsaslar olduqda məhkəmələr həmin şəxsin barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza növlərinin tətbiq edilməsinə üstünlük verməlidirlər. Cinayət törətmiş şəxsin cəmiyyətdən təcrid edilməsi yalnız bunun üçün möhkəm əsaslar olduqda və bu açıq-aşkar ictimai maraqlar baxımından zəruri olduqda tətbiq edilə bilər. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinin tələbinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə görə, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Beləliklə də, Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən, məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barəsində ittiham hökmü çıxarmağı məqsədə müvafiq hesab edir. Məhkəmə Təqsirləndirilən şəxs1 barəsində cəza məsələsini müzakirə edərkən Azərbaycan Respublikası CM-nin 58-ci maddəsinin tələblərinə uyğun olaraq, onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, habelə şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs1 əməlində zərərçəkmiş şəxsə vurulmuş ziyanı tamamilə ödəməsini və onunla barışıq əldə etməsini cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 əməlində cəzasını ağırlaşdıran hal müəyyən etmədi. Məhkəmə Təqsirləndirilən şəxs1 cəza təyin edərkən Azərbaycan Respublikası CM-nin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, müsbət xarakterizə edilməklə şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halları, cəzanı ağırlaşdıran halların olmamasını, habelə təyin olunan cəzanın həm onun özü, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-in 177.2.1 və 177.2.3-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin etməyi qanuni, əsaslı və ədalətli hesab edir. Belə ki, məhkəmə törədilən hazırki cinayətə görə cəzanın növünü və həddini müəyyən edərkən aşağıdakıları nəzərə alır: CM-nin 2.2-ci maddəsinə əsasən Cinayət Məcəlləsi cinayətlərin törədilməsinə görə tətbiq edilən cəzaların həddini və həcmini müəyyən edir. CM-nin 5.1-ci maddəsində müəyyən edilən qanunçuluq prinsipinə əsasən əmələ görə cəza yalnız Cinayət Məcəlləsi ilə müəyyən edilir, CM-nin 8-ci maddəsinə əsasən isə cəza ədalətli olmalıdır. CM-nin 58.1-ci maddəsinə əsasən cəzanın həddi müəyyən edilərkən, CM-nin Ümumi hissəsinin müddəları nəzərə alınmalı və Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilməlidir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Həmçinin məhkəmə qeyd edir ki, daha ciddi cəzanın təyin edilməsinin müzakirə olunması üçün əsaslar da yoxdur. Çünki “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Ali Məhkəmənin Plenumunun 25.06.2003-cü il tarixli qərarının 3-cü bəndinə əsasən məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az qərarının 3-cü bəndinə əsasən məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Hazırkı cinayət işi üzrə istinad olunan Cinayət Məcəlləsinin maddələrinin sanksiyalarında alternativ cəzalar nəzərdə tutulduğundan, məhkəmə azadlığın məhdudlaşdırılması növündə cəzanın təyin edilməsilə cəzanın məqsədlərinə çatmanın mümkün olduğu qənaətinə gəlir. Belə ki, daha ciddi cəza olan azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi üçün əsaslar yoxdur. Beləliklə, məhkəmə Cinayət Məcəlləsinin vəzifələrini təmin etmək üçün, ədalətlilik və qanunçuluq prinsipinə əməl etmək üçün, CM-nin Ümumi hissəsinin müddəalarını nəzərə alaraq hesab edir ki, CM-nin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəzanı tətbiq etmədən də cəzanın məqsədlərinə çatmaq olar və hazırkı iş üzrə təqsirləndirilən şəxsə azadlığın məhdudlaşdırılması növündə cəza təyin etməklə cəzanın məqsədlərinə nail olmaq olar. Məhkəmə həmçinin qeyd edir ki, Azərbaycan Respublikası CM-nın 52-1 maddəsinə əsasən Təqsirləndirilən şəxs1 üzərinə həmin maddədə qeyd olunan vəzifələr qoyulmalıdır. Belə ki, Təqsirləndirilən şəxs1 ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını yaşayış yeri üzrə çəkməli, üzərinə cəza çəkdiyi müddətdə saat 23:00-dan növbəti gün saat 06:00-dək yaşayış yerini tərk etməmək, cəza çəkdiyi müddətdə Ucar rayonunun ərazisini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Təqsirləndirilən şəxs1 cəzasının icrasına nəzarəti yaşadığı yer üzrə Ucar rayon İcra və probasiya şöbəsi həyata keçirməlidir. Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. Həmin Məcəllənin 67.2-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə təyin edilmiş və azadlıqdan məhrum etmə ilə əlaqədar olmayan qəti cəzanın müddəti və ya həcmi, bu Məcəllənin Ümumi hissəsində həmin cəza növü üçün müəyyən edilmiş yuxarı həddən artıq ola bilməz. Həmin Məcəllənin 67.4-cü maddəsinə əsasən hökmlərin məcmusu üzrə qəti cəza həm yeni törədilmiş cinayətə görə təyin edilmiş cəzadan, həm də məhkəmənin əvvəlki hökmü ilə təyin edilmiş cəzanın çəkilməmiş hissəsindən çox olmalıdır. Həmin Məcəllənin 52-1.4-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması altı aydan beş ilədək müddətə təyin edilir. İş materiallarında olan Ucar Rayon Məhkəməsinin 1(063)-50/2021 nömrəli, 30 avqust 2021-ci tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs1 Ucar Rayon Məhkəməsinin 1(063)-50/2021 nömrəli, 30 avqust 2021-ci tarixli hökmü ilə AR CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək qəti olaraq 02 (iki) il 05 (beş) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Eyni zamanda Ucar Rayon Məhkəməsinin 09 dekabr 2021-ci il tarixli 7(063)-29/2021 nömrəli qərarından görünür ki, məhkum Təqsirləndirilən şəxs1 barəsində “8 noyabr – Zəfər günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 5 noyabr 2021-ci il tarixli Qərarı tətbiq edilərək həmin Qərarın 5-ci hissəsinə əsasən ona Ucar Rayon Məhkəməsinin 30 avqust 2021ci il tarixli 1(063)-50/2021 nömrəli hökmü ilə qəti olaraq təyin edilmiş 02 il 05 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş hissəsi 01 il azaldılmışdır. Ucar rayon İcra və probasiya şöbəsindən məhkəməyə təqdim edilmiş məktubdan görünür ki, Təqsirləndirilən şəxs1 Ucar rayon İcra və probasiya şöbəsində 12.10.2021-ci il tarixdə qeydiyyata alınmış və ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının çəkilmə müddətinin əvvəli həmin tarixdən hesablanmışdır. Hazırda Təqsirləndirilən şəxs1 üzərində 12.01.2022-ci il tarixə çəkilməmiş qalan 01 il 02 ay 26 gün müddətə azaldığın məhdudlaşdırılması cəzası vardır. Ona görə də Təqsirləndirilən şəxs1 üzərində çəkilməmiş qalan 01 il 02 ay 26 gün müddətə azadlığın məhdudlaşdırılması cəzası Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinə əsasən hazırki hökmlə təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzası ilə qismən birləşdirilməklə Təqsirləndirilən şəxs1 qəti cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs1 08 sentyabr 2021-ci il saat 17:30-dan 10 sentyabr 2021-ci il saat 15:00-dək şübhəli şəxs qismində saxlandığı iki gün müddət Azırbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən həbsdə saxlama müddətinin bir günü azadlığın məhdudlaşdırılması növündə cəzanın iki gününə hesablamaqla ona təyin olunan azadlığın məhdudlaşdırılması cəzasından çıxılmalıdır. Təqsirləndirilən şəxs1 təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının çəkilmə müddətinin əvvəli hökmün elan edildiyi 12.01.2022-ci il tarixdən hesablanmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs2 barəsində cəza məsələsini müzakirə edərkən Azərbaycan Respublikası CM-nin 58-ci maddəsinin tələblərinə uyğun olaraq, onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, habelə şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs2 əməlində zərərçəkmiş şəxsə vurulmuş ziyanı tamamilə ödəməsini və onunla barışıq əldə etməsini cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs2 əməlində cəzasını ağırlaşdıran hal müəyyən etmədi. Məhkəmə Təqsirləndirilən şəxs2 cəza təyin edərkən Azərbaycan Respublikası CM-nin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, müsbət xarakterizə edilməklə şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halları, ağırlaşdıran halların olmamasını, habelə təyin olunan cəzanın həm onun özü, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin etməyi qanuni, əsaslı və ədalətli hesab edir. Məhkəmə həmçinin qeyd edir ki, Azərbaycan Respublikası CM-nın 52-1 maddəsinə əsasən Təqsirləndirilən şəxs2 üzərinə həmin maddədə qeyd olunan vəzifələr qoyulmalıdır. Belə ki, Təqsirləndirilən şəxs2 ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını yaşayış yeri üzrə çəkməli, üzərinə cəza çəkdiyi müddətdə saat 23:00-dan növbəti gün saat 06:00-dək yaşayış yerini tərk etməmək, cəza çəkdiyi müddətdə Ucar rayonu ərazisini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Təqsirləndirilən şəxs2 cəzasının icrasına nəzarəti yaşadığı yer üzrə Ucar rayon icra və probasiya şöbəsi həyata keçirməlidir. Təqsirləndirilən şəxs2 təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının çəkilməsi yaşadığı yer üzrə Ucar rayon icra və probasiya şöbəsində qeydə alındığı vaxtdan hesablanmalıdır. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Təqsirləndirilən şəxs2 10 sentyabr 2021-ci il saat 18:00-dan 12 sentyabr 2021-ci il saat 12:00-dək şübhəli şəxs qismində saxlandığı iki gün müddət Azırbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən həbsdə saxlama müddətinin bir günü azadlığın məhdudlaşdırılması növündə cəzanın iki gününə hesablamaqla ona təyin olunan azadlığın məhdudlaşdırılması cəzasından çıxılmalıdır. İş üzrə məhkəmə məsrəfləri olan ekspertiza tədqiqatlarının dəyəri cəmi 50 (əlli) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müştərək qaydada tutularaq dövlət büdcəsinə ödənilməlidir. «Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında» 07 mart 2012-ci il tarixli Azərbaycan Respublikası Qanununun 99-1.2-ci maddəsinə görə məhkəmə, hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli olan əmlakın olub-olmaması məsələsini həll etməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.1 və 99-1.1.1-ci maddəsinə əsasən məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) Xüsusi müsadirə olunan əmlak hesab olunur. Məhkəmə xüsusi müsadirə ilə bağlı məsələni müzakirə edərək hesab edir ki, iş üzrə belə bir əmlak olmadığından təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə ilə bağlı müddəa tətbiq edilməməlidir. Məhkəmə CPM-in 346.1.19-cu maddəsinin tələbləri baxımından iş üzrə maddi sübutlar məsələsini həll edərkən, maddi sübut qismində tanınmış 01 ədəd “Lotus” markalı, 80 sm dioqanallı televizorun zərərçəkmiş şəxsə təhvil verməsini nəzərə alır. İş üzrə mülki iddia yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 44.1; 344-347; 349; 351-353, 356, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 02 (iki) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Ucar Rayon Məhkəməsinin 1(063)-50/2021 nömrəli, 30 avqust 2021-ci tarixli hökmü ilə Təqsirləndirilən şəxs1 təyin edilmiş 02 (iki) il 05 (beş) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş 01 (bir) il 02 (iki) ay 26 (iyirmi altı) gün hissəsi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən hazırki hökmlə təyin edilmiş cəza ilə qismən birləşdirilməklə Təqsirləndirilən şəxs1 qəti olaraq 03 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs1 oğlunun 08 sentyabr 2021-ci il tarixdən 10 sentyabr 2021-ci il tarixədək şübhəli şəxs qismində saxlandığı 02 (iki) gün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən həbsdə saxlamanın bir gün müddətinin azadlığın məhdudlaşdırılması cəzasının iki gününə hesablanmaqla ona təyin edilmiş 03 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzasından çıxılaraq üzərində qəti olaraq 2 (iki) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs1 üzərində qəti olaraq saxlanılmış 2 (iki) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasını yaşayış yeri üzrə çəksin. Üzərinə cəza çəkdiyi müddətdə saat 23:00-dan növbəti gün saat 06:00-dək yaşayış yerini tərk etməmək, cəza çəkdiyi müddətdə Ucar rayonu ərazisini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs1 cəzasının icrasına nəzarəti yaşadığı yer üzrə Ucar rayon İcra və probasiya şöbəsi həyata keçirsin. Təqsirləndirilən şəxs1 təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının çəkilmə müddətinin əvvəli hökmün elan edildiyi 12.01.2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 02 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs2 10 sentyabr 2021-ci il tarixdən 12 sentyabr 2021-ci il tarixədək həbsdə saxlanıldığı 02 (iki) gün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən həbsdə saxlamanın bir gün müddətinin azadlığın məhdudlaşdırılması cəzasının iki gününə hesablanmaqla ona təyin edilmiş 02 (iki) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasından çıxılaraq üzərində qəti olaraq 1 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs2 üzərində qəti olaraq saxlanılmış 1 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasını yaşayış yeri üzrə çəksin. Üzərinə cəza çəkdiyi müddətdə saat 23:00-dan növbəti gün saat 06:00-dək yaşayış yerini tərk etməmək, cəza çəkdiyi müddətdə Ucar rayonu ərazisini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs2 cəzasının icrasına nəzarəti yaşadığı yer üzrə Ucar rayon İcra və probasiya şöbəsi həyata keçirsin. Təqsirləndirilən şəxs2 təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının çəkilmə müddətinin başlanğıcı icra və probasiya şöbəsində qeydə alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə məhkəmə məsrəfi olan 50 (əlli) manat məbləğində ekspertiza xərci təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müştərək qaydada tutularaq dövlət büdcəsinə ödənilsin. (büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu 3, X12, kod 210005, VOEN **********, müxbir hesab AZE41 NABZ********************, SFİFTBİK: CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi, VÖEN **********, hesab AZ34CTRE********************). İş üzrə maddi sübut qismində tanınmış 01 ədəd “Lotus” markalı, 80 sm dioqanallı televizorun zərərçəkmiş şəxsə təhvil verilməsi nəzərə alınsın. İş üzrə mülki iddia yoxdur. Hökm elan olunduğundan 20 (iyirmi) gün müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökm apellyasiya şikayəti və ya protesti verilmədikdə, həmin müddət başa çatdıqdan sonra qüvvəyə minir. Sədrlik edən: Abbas Əliyev
Məhkəmə qərarları › İş №1(025)-1/2022
Qəbələ Rayon Məhkəməsi Hökm — İş №1(025)-1/2022
12.01.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver