Azərbaycan Respublikası adından HÖKM Qəbələ şəhəri İş № 1(025)-1/2023 25.01.2023 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Abbas Baba oğlunun sədrliyi, məhkəmə iclas katibi Qafarlı Yelmar Elman oğlunun katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikasının Baş X1 Müdafiəsi İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Qəbələ rayon Vəkil Bürosunun vəkili X2 iştirakları ilə xx.xx.1993-cü il tarixdə Qəbələ şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, Qəbələ rayonu, Böyük Əmili kəndində qeydiyyatda olan, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 24 sentyabr 2022-ci il tarixli 4(005)-1039/2022 nömrəli qərarı ilə barəsində 03(üç) ay müddətə “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinin materiallarına açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs üzərində 01 ədəd QV-05193 №-li, zavod üsulu ilə keçmiş SSRİ dövlətində snayper tüfəngləri üçün istehsal olunmuş, texniki cəhətdən saz və təyinatı üzrə istifadəyə yararlı olan PSO-1 modelli optik nişangah qurğusu olan bir ədəd 745 nömrəli, zavod üsulu ilə keçmiş SSRİ dövlətində istehsal olunmuş 7,62 mm kalibrli, texniki cəhətdən saz, atəşə yararlı, yivli odlu silah hesab edilən Draqunov konstruksiyalı SVD modelli snayper tüfəngi, bir ədəd zavod üsulu ilə istehsal olunmuş, 7,62x54 mm kalibrli patronlar yerləşdirmək üçün nəzərdə tutulmuş texniki cəhətdən saz və istifadə üçün yararlı olan Draqunov konstruksiyalı SVD modelli snayper tüfəngin komplekt hissəsi-darağı və bir ədəd şəffaf sellofan torbada 100 ədəd zavod üsulu ilə keçmiş SSRİ dövlətində istehsal olunmuş 7,62x54 mm kalibrli olmaqla, həmin kalibrli Kalaşnikov konstruksiyalı pulemyotlardan (PK), SVD modelli snayper tüfəngindən və Mosin konstruksiyalı karabindən atəş açmaq üçün nəzərdə tutulmuş və atəş üçün yararlı olan döyüş sursatları – patronları istintaqa məlum olmayan mənbədən naməlum tarixdə və şəraitdə qanunsuz olaraq əldə edib etibarnamə əsasında idarə etdiyi “Ford Fusion” markalı **- SC-*** qeydiyyat nişanlı avtomobilin yük yerində saxlayıb daşımaqla gəzdirmiş, bu barədə daxil olmuş məlumat əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən 22 sentyabr 2022-ci il tarixdə keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində Təqsirləndirilən şəxs həmin gün saat 15:30-da Qəbələ rayonu, Bunud kəndi ərazisində yerləşən “Bizim Bağ” ailəvi istirahət mərkəzinin qarşısında saxlanılaraq Qəbələ RPŞ-yə gətirilmiş, həmin gün saat 18:20-dən etibarən Təqsirləndirilən şəxs etibarnamə əsasında idarə etdiyi “Ford Fusion” markalı **-SC-*** qeydiyyat nişanlı avtomobilə özünün icazəsi və razılığı ilə baxış keçirilən zaman avtomobilin yük yerindən üzərində 01 ədəd QV-05193 №-li, zavod üsulu ilə keçmiş SSRİ dövlətində snayper tüfəngləri üçün istehsal olunmuş, texniki cəhətdən saz və təyinatı üzrə istifadəyə yararlı olan PSO-1 modelli optik nişangah qurğusu olan bir ədəd 745 nömrəli, zavod üsulu ilə keçmiş SSRİ dövlətində istehsal olunmuş 7,62 mm kalibrli, texniki cəhətdən saz, atəşə yararlı, yivli odlu silah hesab edilən Draqunov konstruksiyalı SVD modelli snayper tüfəngi, bir ədəd zavod üsulu ilə istehsal olunmuş, 7,62x54 mm kalibrli patronlar yerləşdirmək üçün nəzərdə tutulmuş texniki cəhətdən saz və istifadə üçün yararlı olan Draqunov konstruksiyalı SVD modelli snayper tüfəngin komplekt hissəsi-daraq və bir ədəd şəffaf sellofan torbada 100 ədəd zavod üsulu ilə keçmiş SSRİ dövlətində istehsal olunmuş 7,62x54 mm kalibrli olmaqla, həmin kalibrli Kalaşnikov konstruksiyalı pulemyotlardan (PK), SVD modelli snayper tüfəngindən və Mosin konstruksiyalı karabindən atəş açmaq üçün nəzərdə tutulmuş və atəş üçün yararlı olan döyüş sursatları – patronlar aşkar edilərək götürülmüşdür. Bununla da, Təqsirləndirilən şəxsAzərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin (CPM) 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə protokollarını, ekspertiza rəyini və digər sənədləri sübut növü kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxsəməlində cinayət tərkibi vardır, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Azərbaycan Respublikası CM-nin 228.1-ci maddəsi ilə tövsif olunmuşdur. Belə ki, məhkəmə iclasında ifadə verərkən Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilərək göstərdi ki, təxminən 4 il əvvəl o, Qəbələ rayonunda yerləşən Qaş deyilən əraziyə tir tüfəngindən atəş açmaq üçün getmişdir. Həmin vaxt orada yamac kimi kənarda yerləşən sahədə yerə basdırılmış halda olan lüləsi göyə tuşlanmış və yerin səthindən təxminən 10-15 sm məsafədə ucalan tüfəngə bənzəyən bir predmet görmüşdür. Həmin predmetin silah ola biləcəyi onun diqqətini cəlb etmiş və o, oranı azacıq qazaraq oradan bir ədəd snayper tüfəngi tapmışdır. Tüfəngdən əlavə orada həmçinin 100 ədəd həmin silaha aid olan patronlar da var imiş. Silahın üzərində isə snayper tüfənglərinin üzərində olan yaxınlaşdırıcı qurğusu və bir ədəd patron saxlamaq üçün daraq var imiş. O da silaha olan həvəsindən irəli gələrək, o cümlədəndə ov həvəskarı olduğundan düşünmüşdür ki, həmin silahı elə özündə saxlasın və imkan düşəndə dağa heyvan vurmaq üçün gedərkən istifadə edər. Beləliklə də, həmin silahı gizlin olaraq yaşadığı ünvana aparıb həyətin bağ olan hissəsində basdırıb gizlədərək saxlamış və tutulmamışdan bir gün əvvəl ilk dəfə imiş ki, həmin yerdən çıxarıb ov etmək məqsədi ilə idarə etdiyi avtomobilin yük yerinə qoymuşdur. Tutulduğu gün isə, konkret olaraq 22 sentyabr 2022-ci il tarixdə saat 15 radələrində o, tanışları Nabir, Ruslan və Rüstəmlə birlikdə Qəbələ rayonu Bunud kəndində fəaliyyət göstərən “Bizim bağ” adlanan istirahət mərkəzinin qarşısında dayanan zaman onlara mülki geyimdə olan şəxslər yaxınlaşıb Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları olduqlarını bildirib xidməti vəsiqələrini göstərməklə özlərini təqdim etmişlər. Sonra ondan və yanında olan şəxslərdən özlərini təqdim etmələrini istəmişlər. O, özünü təqdim edib Təqsirləndirilən şəxs olduğunu bildirmişdir. Eyni qaydada da, onunla birlikdə olan şəxslər də özlərini polis əməkdaşlarına təqdim etmişlər. Bu vaxt polis əməkdaşları ona qanunsuz olaraq odlu silah və döyüş sursatı əldə edib saxlamaqda və idarə etdiyi avtomobildə və üzərində gəzdirməkdə şübhəli olduğunu bildirmişlər. Sonra barəsində qəbul edilmiş “Əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqqında” qərarla onu tanış etmişlər və onların dördünü də Qəbələ RPŞ-yə dəvət etmişlər. Onlar buna etiraz etməyib polis əməkdaşları ilə birlikdə onun idarə etdiyi “Ford Fusion” markalı avtomobillə həmin şöbəyə gəlmişlər. Polis şöbəsində hüquqlarının müdafiə edilməsi üçün o, müdafiəçi ilə təmin edilmiş və şübhəli şəxs qismində tutulmuşdur. Ona hüquq və vəzifələri izah olunmuşdur. Sonra üzərinə videoçəkilişdən istifadə edilməklə şəxsi axtarış, onunla birlikdə saxlanılmış şəxslərin üzərinə baxış keçirilmişdir. Şəxsi axtarış zamanı ona təklif edilmişdir ki, üzərində qanunsuz nə varsa təqdim etsin. Ona görə də o, masaya yaxınlaşaraq əynində olan şalvarın sağ arxa cibindən mobil telefonunu, şalvarın sol yan cibindən avtomobilinin açarını, şalvarın arxa sol cibindən isə 5 manat nağd pulu çıxarıb təqdim etmişdir. Bundan sonra üzərinə şəxsi axtarış keçirilsə də, heç bir qanunsuz əşya və predmet aşkar edilməmişdir. Ondan həmin vaxt yaşadığı ünvanda yaxud idarə etdiyi avtomobildə saxlanması qanunla qadağan edilmiş əşya və ya predmet olub-olmaması soruşulmuşdur. O da bildirmişdir ki, idarə etdiyi “Ford Fusion” markalı avtomobilin yük yerində bir ədəd snayper tüfəngi ilə patronlar vardır və həmin predmetləri təqdim edə biləcəyini bildirmişdir. Həmin silahı da qeyd etdiyi kimi 4 il əvvəl tapdığını bildirib onunla birlikdə saxlanılmış şəxslərin həmin silahdan xəbərsiz olduqlarını qeyd etmişdir. Bu vaxt nağd pulla avtomobilin açarları onun özünə geri qaytarılmışdır. Mobil telefon isə əhəmiyyət kəsb edə biləcəyi ehtimalından götürülmüşdür. Daha sonra isə onunla birlikdə saxlanılmış Şahid7, Şahid8 və Şahid6 üzərilərinə baxış keçirilmiş, lakin heç bir qanunsuz əşya və ya predmet aşkar edilməmişdir. Həmin şəxslər də onun maşınında silah olmasından xəbərsiz olmalarını bildirib dediklərini təsdiq etmişlər. Qeyd olunanlarla bağlı protokol tərtib edilmiş, o və şəxsi axtarışda iştirak edən sadalanmış iştirakçılar protokola imza etmişlər. Bundan sonra onlar eyni tərkibdə olmaqla şöbənin həyətinə keçərək orada videoçəkilişlə keçirilən baxış zamanı ona təklif edilmişdir ki, qeyd etdiyi əşyaları təqdim etsin. O da özündə olan avtomobilinə aid olan açarla maşını kiliddən çıxarıb yük yerini açaraq orada olan bir ədəd snayper tüfəngini və sellofan torbada olan patronları təqdim etmişdir. Həmin vaxt tüfəngə baxış keçirilmiş, üzərində kiril əlifbası ilə yazıların olması məlum olmuş, patronlar isə ayrılıqda olmaqla yerə tökülüb sayılmışdır. Patronların sayının 100 ədəd olması məlum olmuşdur. Bundan əlavə, tüfəngin üzərində snayper tüfənglərinə xas yaxınlaşdırma cihazı və darağın olması məlum olmuşdur. Bundan sonra baxış zamanı aşkarolunmuştüfənglə üzərində olan daraqla nişangahı və patronlar polisəməkdaşları tərəfindənbir ədəd kisədə qablaşdırılmış və qablaşmanın üzəri möhürlənmiş, qablaşmanın üzəri tərəflərindən imzalanmışdır. Daha sonra bütün qeyd olunanlarla bağlı ayrıca protokol tərtib edilmiş, o və baxışda iştirak edən digər iştirakçılar protokola imza etmişlər. Eyni zamanda göstərdi ki, onun tapdığı SVD modelli snayper tüfəngi evə apararaq gizlətməkdə və avtomobilində gəzdirməkdə heç bir məqsədi olmamışdır. Törətdiyi əməldən peşmandır və ibtidai istintaq dövründə də səmimi ifadə verərək təqsirini boynuna almışdır. Himayəsində bir az yaşlı uşağı vardır. Bir daha belə əməllərə yol verməyəcəkdir. Ailə vəziyyətini nəzərə alaraq barəsində yüngül, həbslə bağlı olmayan cəza verilməsini xahiş etdi. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 228.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsiri aşağıda qeyd edilənlərlə sübuta yetirilir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşı Şahid4 ifadəsində göstərdi ki, 22 sentyabr 2022-ci il tarixdə Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə daxil olmuş məlumatda xx.xx.1993-cü ildə Qəbələ şəhərində anadan olmuş, Qəbələ rayonu, Böyük Əmili kəndində qeydiyyatda olmaqla faktiki olaraq yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq odlu silah və döyüş sursatı əldə edib saxlaması və üzərində gəzdirməklə saxlaması bildirilmişdir. Həmin məlumatla bağlı əməliyyat-axtarış tədbirinin keçirilməsi üçün Baş İdarə rəhbərliyinə raportla məruzə edilmiş və əməliyyat-axtarış tədbirinin keçirilməsinə icazə verildikdən sonra bununla bağlı qərar qəbul edilmiş və həmin qərara əsasən Baş İdarənin əməkdaşlarından ibarət əməliyyat qrupu yaradılmışdır. Yaradılmış əməliyyat qrupuna rəhbərlik edilməsi ona həvalə edilmiş, əməliyyat qrupunun üzvləri kimi isə həmin İdarənin əməliyyat müvəkkilləri polis kapitanı Şahid1, polis kapitanı Şahid3, polis baş leytenantı Şahid2 və polis leytenantı Şahid5 təyin edilmişlər. 22 sentyabr 2022-ci il tarixdə tərəflərindən keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı saat 15:30-da Qəbələ rayonu, Bunud kəndi ərazisində yerləşən “Bizim Bağ” ailəvi istirahət mərkəzinin qarşısında zahiri əlamətlərinə görə Təqsirləndirilən şəxs oxşar şəxs həmin vaxt yanında olan üç nəfər şəxslə birlikdə saxlanılmış və onlar xidməti vəsiqələrini göstərərək özlərini həmin şəxslərə təqdim etdikdən sonra sonuncuların şəxsiyyətini müəyyən etmişlər və Təqsirləndirilən şəxs barəsində qəbul edilmiş qərarla həmin şəxsi tanış etmişlər. Bundan sonra saxlanılmış Təqsirləndirilən şəxs üzərinə və saxlanılan zaman yanında olan və idarə etdiyi “Ford Fusion” markalı avtomobilə, o cümlədən Təqsirləndirilən şəxs yanında olan şəxslərin üzərinə yerində baxış keçirməyə şərait olmadığından həmin şəxslər, qeyd edilən avtomobillə birlikdə Qəbələ Rayon Polis Şöbəsinə gedilməsi zərurəti bildirilmiş, həmin şəxslər də, buna etiraz etmədən onlarla adı çəkilən Şöbəyə gəlmişlər. Qəbələ Rayon Polis Şöbəsinin inzibati binasının xidməti otaqlarının birində şübhəli şəxs qismində saxlanılmış Təqsirləndirilən şəxs dəvət edilərək təyin edilmiş müdafiəçinin iştirakı ilə Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin İstintaq və Təhqiqat İdarəsinin Təhqiqat Bölməsinin təhqiqatçısı tərəfindən üzərində şəxsi axtarış, Təqsirləndirilən şəxs ilə birlikdə saxlanılmış şəxslərin üzərinə baxış keçirilməsi aparılmışdır. Şəxsi axtarış zamanı videoçəkilişdən istifadə edilmişdir. Şəxsi axtarış zamanı əvvəlcə Təqsirləndirilən şəxs təklif edilmişdir ki, üzərində qanunla dövriyyəsi qadağan edilmiş əşya və ya sənədlər varsa könüllü təqdim etsin. Bu təklifdən sonra Təqsirləndirilən şəxs üzərində heç bir qanunsuz maddə və ya predmet olmadığını bildirib şalvarının ciblərindən mobil telefonu ilə nağd pulu və avtomobil açarını çıxarıb masanın üzərinə qoymaqla təqdim etmişdir. Bundan sonra həmin şəxsin üzərinə axtarış keçirilsə də əlavə heç bir maddə və ya predmet aşkar edilməmişdir. Daha sonra Təqsirləndirilən şəxs yaşadığı evdə və ya başqa bir yerdə, ünvanda hər-hansı qanunsuz maddə saxlayıb-saxlamaması barədə sorğu edilmişdir. Bu vaxt həmin şəxs bildirmişdir ki, idarə etdiyi və hazırda özü ilə birlikdə Qəbələ Rayon Polis Şöbəsinə gətirilmiş “Ford” markalı avtomobilin arxa yük yerində snayper tüfəngi, həmin silaha aid olan darağı və 100 ədəd patronu gizlədib saxladığını və təqdim edə biləcəyini demişdir. Əlavə olaraq qeyd etmişdir ki, həmin silahı təxminən dörd il əvvəl Qəbələ rayonunda ova gedən zaman təsadüfən tapdığını və gələcəkdə ovda istifadə etmək məqsədi ilə həmin vaxtdan yaşadığı ünvanın həyətyanı sahəsində gizlədib saxladığını və bir gün əvvəl həmin yerdən götürüb ovda istifadə etmək məqsədi ilə idarə etdiyi avtomobilin yük yerinə qoyaraq orada gizlədib saxladığını qeyd etmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş nağd pulla avtomobil açarları əhəmiyyət kəsb etmədiyindən götürülmüş, mobil telefonu isə əhəmiyyət kəsb edə biləcəyi ehtimalından götürülmüşdür. Bundan sonra Təqsirləndirilən şəxs ilə birlikdə saxlanılmış Şahid7, Şahid8 və Şahid6 üzərilərinə növbə ilə baxış keçirilmişdir. Baxış zamanı həmin şəxslərin üzərilərindən özlərinə aid olan şəxsi əşyalar, yəni mobil telefon, nağd pul, ev açarları və s. bir sözlə dövriyyəsi qadağan olunmuş hər hansı qanunsuz maddələr aşkar edilməmişdir. Bundan başqa, həmin şəxslər Təqsirləndirilən şəxs idarə etdiyi avtomobildə həmin silahın olmasından xəbərsiz olduqlarını, Sərdərlə adi tanışlıq münasibətlərində olduqlarını bildirmişlər. Təqsirləndirilən şəxs də şifahi olaraq həmin şəxslərin dediklərini təsdiq etmişdir. Qeyd edilənlər barədə protokol tərtib edilmiş və bütün iştirakçılar tərəfindən imzalanmışdır. Bundan sonra isə Təqsirləndirilən şəxs idarə etdiyi avtomobilə baxış keçirilməsinə zərurət yarandığı üçün sonuncuya bu barədə bildirilməklə baxışın videoçəkilişlə aparılacağı qeyd edilmişdir. Saxlanılmış şəxs buna etiraz etməmiş və ona görə də eyni tərkibdə olmaqla Təqsirləndirilən şəxs idarə etdiyi “Ford” markalı avtomobilə baxış keçirilməyə başlanılmışdır. Bu vaxt Təqsirləndirilən şəxs təklif edilmişdir ki, həmin avtomobildə saxladığı qanunsuz predmetləri təqdim etsin. Bu vaxt Təqsirləndirilən şəxs özündə olan açarla avtomobili kiliddən çıxararaq arxa yük yerini açıb orada saxladığı üzərində nişangahı olan snayper tipli tüfəngə bənzər dəmir predmeti və bir ədəd sellofan torbanı təqdim edərək torbada patronlar olduğunu qeyd etmişdir. Bundan sonra həmin tüfəngə oxşar pedmetə baxış keçirilmiş, üzərində yazılar olması məlum olmuşdur. Daha sonra sellofan torbaya baxış keçirilən zaman orada ümumilikdə beş ədəd kağız qutunun içərisində 100 ədəd tamlığı pozulmamış patronlar aşkar edilmişdir. Qeyd olunan predmetlər sübut əhəmiyyəti kəsb edə biləcəkləri ehtimalından və ekspertizaya təqdim olunması üçün götürülərək hamısı bir ədəd sintetik torbada qablaşdırılmış, torbanın üzərində müvafiq qaydada qeydiyyat aparılmış və tərəflərindən imzalanmışdır. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs bir daha bildirmişdir ki, həmin silaha oxşar predmeti patronlarla birlikdə təxminən 4 il əvvəl Qəbələ rayonunda ova gedən zaman təsadüfən tapdığını və ov etmək məqsədi ilə saxladığını, saxlanılan zaman yanında olan şəxslərin həmin silahdan xəbərsiz olduqlarını bildirmiş, həmin şəxslər də sonuncunun dediklərini təsdiq etmişlər. Avtomobilə baxış davam etdirilsə də, sübut əhəmiyyətli hal aşkar edilməmiş, bundan sonra baxış keçirilməsi barədə təhqiqatçı tərəfindən protokol tərtib olunaraq ucadan oxunmuşdur.İştirakçılar tərəfindən hər hansı şikayət daxil olmadığından tərtib edilmiş protokola imza etmişlər. Məhkəmədə şahid qismində dindirilmiş Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları Şahid1, Şahid2, Şahid3 Şahid4 ilə eyni məzmunlu ifadə verərək onun göstərdiklərini təsdiq etmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid7 ifadəsində göstərdi ki, 22 sentyabr 2022-ci il tarixdə saat 15:30-da Qəbələ rayonu, Bunud kəndi ərazisində yerləşən “Bizim Bağ” ailəvi istirahət mərkəzinin qarşısında yanında olan tanışları Təqsirləndirilən şəxs, Şahid8 və Şahid6 ilə birlikdə Təqsirləndirilən şəxs idarə etdiyi “Ford Fusion” markalı, **-SC-*** qeydiyyat nişanlı avtomobilin yanında olduqları zaman 5 nəfər mülki geyimdə olan şəxs onlara yaxınlaşaraq özlərini təqdim edib DİN-nin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları olduqlarını bildirmişlər. Onlardan özlərini təqdim etməklərini xahiş etmişlər. Özlərini təqdim etdikdən sonra polis əməkdaşları Təqsirləndirilən şəxs odlu silah və döyüş sursatı əldə edib saxlamaqla gəzdirməklə şübhəli olduğunu bildirib barəsində qəbul edilmiş əməliyyat-axtarış tədbirinin keçirilməsi barədə qərarla onu tanış etmişlər. Təqsirləndirilən şəxs səmimi olaraq etiraf edib bildirmişlər ki, idarə etdiyi “Ford Fusion” markalı, **-SC-*** dövlət qeydiyyat nişanlı avtomobilin arxa yük yerində snayper tipli oldusilah və patronlar vardır. Polis əməkdaşları onları Qəbələ rayon Polis şöbəsinə dəvət etmişlər. Buna etiraz etməyib Təqsirləndirilən şəxs idarə etdiyi avtomobillə birlikdə polis əməkdaşları ilə birlikdə həmin polis şöbəsinə gəlmişlər. Polis şöbəsinə gəldikdən sonra Təqsirləndirilən şəxs vəkillə təmin edilmişdir. Bundan sonra videoçəkilişdən istifadə edilməklə Təqsirləndirilən şəxs üzərində axtarış, onun, Şahid8 və Şahid6 üzərində isə baxış keçiriləcəyi bildirilmişdir. Buna etiraz etməkdikdən sonra videoçəkilişlə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və onların üzərinə isə baxış keçirildi. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs təklif edildi ki, üzərində qanunsuz əşya, odlu silah, döyüş sursatı və sair bu kimi əşyalar varsa könüllü olaraq təqdim etsin. Təqsirləndirilən şəxs üzərində hər-hansı qanunsuz əşya olmadığını bildirib üzərində olan 01 ədəd “Samsung” markalı mobil telefonu, 01 ədəd avtomobil açarını və 5 manat pulu çıxarıb masanın üzərinə qoymaqla təqdim etmişdir. Şəxsi axtarış davam etdirilərkən onun üzərindən digər əşyalar aşkar olunmamışdır. Bundan sonra Təqsirləndirilən şəxs yaşadığı ünvanda, idarə etdiyi avtomobildə və ya digər yerlərdə odlu silah, döyüş sursatı və qanunla dövriyyəsi qadağan olunmuş digər əşya və ya predmetlər saxlaması barədə soruşulduqda, o, verilən suala cavab olaraq hazırda Qəbələ rayon Polis şöbəsinin inzibati binasının həyətində saxlanılmış idarə etdiyi “Ford Fusion” markalı, **-SC-*** dövlət qeydiyyat nişanlı avtomobilin arxa yük yerində 01 ədəd snayper tipli odlu silah, həmin silaha məxsus 01 ədəd daraq və 100 ədəd patron gizlədib saxladığını, həmin predmeti və patronları təqdim edə biləcəyini bildirmişdir. Şəxsi axtarış zamanı aşkar edilmiş 01 ədəd avtomobil açarı və 5 manat pul onun özünə qaytarılmışdır. Şəxsi axtarış zamanı onun üzərindən aşkar edilmiş “Samsung” markalı mobil telefon polis əməkdaşları tərəfindən götürülmüşdür. Bunda sonra polis əməkdaşları tərəfindən şəxsi axtarış, baxış və götürmə aparılması prosesində iştirak edən onun, Şahid8 və X3 üzərinə baxış keçirilmiş, baxış zamanı onların üzərindən qanunsuz əşyalar aşkar edilməmişdir. Baxış zamanı aşkar olunmuş əşyalar onların özlərinə qaytarılmışdır. Bundan sonra həmin günü Təqsirləndirilən şəxs idarə etdiyi Qəbələ rayon Polis şöbəsinin inzibati binasının həyətində olan “Ford Fusion” markalı, **-SC-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilməyə başlanılmışdır. Baxış zamanı Təqsirləndirilən şəxs idarə etdiyi “Ford Fusion” markalı, **-SC-*** dövlət qeydiyyat nişanlı avtomobildə olan odlu silah və döyüş sursatının təqdim edilməsi təklif edilmişdir. Bu təklifdən sonra o, idarə etdiyi “Ford Fusion” markalı, **-SC- *** dövlət qeydiyyat nişanlı avtomobilin arxa yük yerində 01 ədəd snayper tipli odlu silah və patronlar saxladığını bildirib, özündə olan açarla idarə etdiyi avtomobilin arxa yük yerinin qapısını açıb yük yerində olan 01 ədəd snayper tipli oldu silahı və 01 ədəd şəffaf sellofan torbanı götürüb polis əməkdaşlarına təqdim etmişdir. O, təqdim etdiyi sellofan torbanın içində patronlar olduğunu bildirmişdir. Onun təqdim etdiyi 01 ədəd snayper tipli odlu silaha və silahın üzərində olan darağa polis əməkdaşları tərəfindən baxış keçirilmişdir. Daha sonra təqdim etdiyi sellofan torbaya baxış zamanı torbanın içərisindən 100 ədəd tamlığı pozulmamış patron aşkar edilmişdir. Onun təqdim etdiyi 01 ədəd snayper tipli odlu silah, 01 ədəd daraq və 100 ədəd patron polis əməkdaşları tərəfindən 01 ədəd ağ rəngli sintetik torbaya qoyulub qablaşdırılıb möhürlənərək iştirakçılar tərəfindən imzalanmışdır. Sorğu zamanı Təqsirləndirilən şəxs təqdim etdiyi snayper tipli odlu silahı, daraq və patronları təxminən 4 il əvvəl ova gedən zaman Qəbələ rayonunda Qaş deyilən ərazidən təsadüfən tapdığını və gələcəkdə ova gedən zaman istifadə etmək məqsədilə götürüb Qəbələ rayonu, Əmilli kəndində yerləşən yaşadığı ünvana gətirib yaşadığı ünvanın bağ sahəsində gizlədib saxladığını, polis əməkdaşları tərəfindən saxlanılmazdan bir gün əvvəl, yəni xx.xx.2022-ci il tarixdə qeyd edilən silahı və patronları gizlətdiyi yerdən çıxarıb ovda istifadə etmək məqsədi ilə idarə etdiyi “Ford Fusion” markalı, **-SC-*** dövlət qeydiyyat nişanlı avtomobilin yük yerində saxladığını, 4 il müddətində ümumiyyətlə həmin silahdan istifadə etmədiyini bildirmişdir. Baxışın keçirilməsi davam etdirilərkən avtomobildən başqa qanunsuz əşya və predmetlər aşkar edilməmişdir. Baxış zamanı avtomobilin salon hissəsindən aşkar edilmiş həmin avtomobilə məxsus olan nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsi və Təqsirləndirilən şəxs adına verilmiş etibarnamə polis əməkdaşları tərəfindən götürülmüşdür. O, Təqsirləndirilən şəxs idarə etdiyi avtomobilin yük yerində snayper tipli silah və patronlar olmasından məlumatsız olmuşdur. Məhkəmədə şahid qismində dindirilmiş Şahid6 Şahid7 ilə eyni məzmunlu ifadə verərək onun göstərdiklərini təsdiq etmişdir. Məhkəmə təqsirləndirilən şəxsi və şahidləri dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, Təqsirləndirilən şəxs cinayət əməlini törətmişdir və onun təqsiri, özünün etirafedici ifadəsi, şahid ifadələri və aşağıda göstərilən digər sübutlarla təsdiq edilir. Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunan məhkəməballistik ekspertizasının 23 sentyabr 2022-ci il tarixli, 22/612R №-li rəyində qeyd edilmişdir ki,
1. Tədqiqata təqdim edilmiş 01 ədəd 745 №li silah, zavod üsulu ilə keçmiş “SSRİ” dövlətində istehsal olunmuş 7.62 mm kalibrli Draqunov konstruksiyalı modelli snayper tüfəngidir, odlu yivli silahdır. Silah texniki cəhətdən sazdır və atəşə yararlıdır. Silahın hissələrinin və mexanizmlərinin üzərində heç bir əlavə dəyişiklik edilməmişdir.
2. Tədqiqata təqdim edilmiş 01 ədəd əşya, zavod üsulu ilə istehsal olunmuşdur, 7,62x54 mm kalibrli patronlar yerləşdirmək üçün nəzərdə tutulmuş Draqunov konstruksiyalı SVD modelli snayper tüfənglərin komplekt hissəsidir-darağrıdır, texniki cəhətdən sazdır və istifadə üçün yararlıdır.
3. Təqdim edilmiş 100 ədəd patronlar, zavod üsulu ilə keçmiş SSRİ dövlətində istehsal olunmuş 7,62x54 mm kalibrli olmaqla, həmin kalibrli Kalaşnikov konstruksiyalı pulemyotlardan (PK), SVD modelli snayper tüfəngindən və Mosin konstruksiyalı karabindən atəş açmaq üçün nəzərdə tutulmuş döyüş sursatıdır və atəş üçün yararlıdırlar.
4. Tədqiqata təqdim edilmiş 01 ədəd QB-05193 №-li əşya, zavod üsulu ilə keçmiş SSRİ dövlətində snayper tüfəngləri üçün istehsal olunmuş PSO-1 modelli optik nişangah qurğusudur, texniki cəhətdən saxdır və təyinatı üzrə istifadəyə yararlıdır. Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunan 22 sentyabr 2022-ci il tarixli şəxsi axtarış və götürmə haqqında protokoldan görünür ki, BMCMİ-nin əməkdaşları tərəfindən həyatakeçirilmişəməliyyat-axtarış tədbirinəticəsində Təqsirləndirilən şəxs 22 sentyabr 2022-ci il tarixdə saat 15:30-da Qəbələ rayonu, Bunud kəndinin ərazisində saxlanılaraq idarə etdiyi avtomobillə birlikdə Qəbələ Rayon Polis Şöbəsinə gətirilmiş, orada üzərinəkeçirilən şəxsi axtarış və götürmə zamanı Təqsirləndirilən şəxs həmin vaxt idarə etdiyi “Ford Fusion” markalı **-SC-*** nömrə nişanlı avtomobildə odlu silah saxladığını, həmin silahı təxminən 4 il əvvəl Qəbələ rayonunda yerləşən Qaş deyilən ərazidə yerləşən meşədən yerə basdırılmış vəziyyətdə tapıb özündə saxladığını bildirmişdir. Bundan sonra həmin tarixdə saat 18:20-dən etibarən özünün icazəsi və razılığı ilə avtomobilə keçirilən baxış zamanı nəqliyyat vasitəsinin arxa yük yerindən bir ədəd üzərində optik nişangah olan 01 ədəd 7,62 mm Draqunov konstruksiyalı SVD modelli snayper tüfəngi, bir ədəd 7,62x54 mm kalibrli patronlar yerləşdirmək üçün nəzərdə tutulmuş komplekt hissəsi-daraq və bir ədəd şəffaf sellofan torbada 100 ədəd döyüş sursatı hesab edilən 7,62x54 mm kalibrli patronları çıxarıb təqdim etmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 4(005)-1039/2022 nömrəli qərarından görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş Təqsirləndirilən şəxs barəsində 03 (üç) ay müddətinə həbs qətimkan tədbiri seçilməsi, həbsetmənin əvvəli 22 sentyabr 2022-ci il tarixdən hesablanması qərara alınmışdır. Cinayət işinin materiallarına əlavə edilmiş 26 sentyabr 2022-ci il tarixli “maddi sübut hesab edilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş 01 ədəd 7.62 mm kalibrli Draqunov konstruksiyalı SVD modelli snayper tüfəngi, onun darağı, 01 ədəd QB-05193 №-li PSO-1 modelli optik nişangah qurğusu və 97 ədəd 7.62 mm kalibrli patronlar iş üzrə maddi sübut kimi tanınaraq DİN-in BMCMİ-nin maddi sübutların saxlanma kamerasına təhvil verilmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Kriminalistik Tədqiqatlar İdarəsinin xx.xx.2022-ci il tarixli, 011-11507-1222 nömrəli məktubundan görünür ki, 7,62 mm kalibrli, 745 №-li Draqunov konstruksiyalı SVD modelli snayper tüfəngindən eksperimental qaydada atılmış güllə və giliz nümunələri idarənin “güllə-giliz” kartotekasında “ARSENAL” avtomatlaşdırılmış balistik sistemi vasitəsilə yoxlanılmış, müqayisəli tədqiqat zamanı eynilik aşkar edilməmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin xx.xx.2022-ci il tarixli, 012-15564-1222 nömrəli məktubundan görünür ki, “SVD” markalı, 7,62 kalibrli, 745 №-li snayper tüfənginin mərkəzləşdirilmiş axtarış uçotlarında olması barədə DİN BƏSİİ-də məlumat yoxdur. Cinayət işinin materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Müdafiə Nazirliyinin xx.xx.2022-ci il tarixli, 2/4532 nömrəli məktubundan görünür ki, 745 zavod nömrəli 7,62 mm-lik SVD snayper tüfəngi xx.xx.2022-ci il tarixə olan məlumata əsasən Müdafiə nazirliyinin Maddi- Texniki Təminat Baş İdarəsi Silah və Texnika İdarəsinin Raket-Artilleriya Silahları xidmətində silahların nömrəli uçotunda qeydiyyatdan keçmir. Cinayət işinin materiallarına əlavə edilmiş Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətinin 11 oktyabr 2022-ci il tarixli, 27/2950 nömrəli məktubundan görünür ki, keçmiş SSRi dövlətində istehsal olunmuş 745 nömrəli 7,62 mm “Draqunov” konstruksiyalı “SVD” modelli snayper tüfəngi Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin qeydiyyatından keçmir. Cinayət işinin materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Psixiatriya Xəstəxanası” X7 xx.xx.2022-ci il tarixli, 9324 nömrəli məktubundan görünür ki, xx.xx.1993-cü il təvəllüdlü, Qəbələ rayonu, Böyük Əmilli kəndində qeydiyyatda olan Təqsirləndirilən şəxs arxiv məlumatına görə Respublika Psixiatriya Xəstəxanasında müalicədə olmamışdır. Cinayət işinin materiallarına əlavə edilmiş Azərbaycan Respublikası DİN-nin BƏSİİ-nin verdiyi cinayət işi üzrə yoxlamaya dair tələbnamədən aydın olur ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Cinayət işinin materiallarına əlavə edilmiş Qəbələ Regional “Asan xidmət” mərkəzi Qeydiyyat şöbəsi tərəfindən xx.xx.2017-ci il tarixdə verilmiş AZ-İİİ seriyalı, 892281 nömrəli “doğum haqqında şəhadətnamə”nin surətindən görünür ki, Təqsirləndirilən şəxs Duyğu qızı xx.xx.2017-ci il tarixdə doğulmuş, atası Təqsirləndirilən şəxs, anası X4r. Beləliklə, məhkəmə iclasında tədqiq edilmiş sübutlara məcmu halında qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs 01 ədəd QV-05193 №-li, zavod üsulu ilə keçmiş SSRİ dövlətində snayper tüfəngləri üçün istehsal olunmuş, texniki cəhətdən saz və təyinatı üzrə istifadəyə yararlı olan PSO-1 modelli optik nişangah qurğusu olan bir ədəd 745 nömrəli, zavod üsulu ilə keçmiş SSRİ dövlətində istehsal olunmuş 7,62 mm kalibrli, texniki cəhətdən saz, atəşə yararlı, yivli odlu silah hesab edilən Draqunov konstruksiyalı SVD modelli snayper tüfəngi, bir ədəd zavod üsulu ilə istehsal olunmuş, 7,62x54 mm kalibrli patronlar yerləşdirmək üçün nəzərdə tutulmuş texniki cəhətdən saz və istifadə üçün yararlı olan Draqunov konstruksiyalı SVD modelli snayper tüfəngin komplekt hissəsi-darağı və bir ədəd şəffaf sellofan torbada 100 ədəd zavod üsulu ilə keçmiş SSRİ dövlətində istehsal olunmuş 7,62x54 mm kalibrli olmaqla, həmin kalibrli Kalaşnikov konstruksiyalı pulemyotlardan (PK), SVD modelli snayper tüfəngindən və Mosin konstruksiyalı karabindən atəş açmaq üçün nəzərdə tutulmuş və atəş üçün yararlı olan döyüş sursatları – patronlarıqanunsuz olaraq əldə edib daşımaqla və ya gəzdirməklə yaşadığı evdə saxlamaqda və etibarnamə əsasında idarə etdiyi “Ford Fusion” markalı **-SC-*** qeydiyyat nişanlı avtomobilin yük yerində saxlayıb daşımaqda təqsirli olması baxışprotokolu, ekspert rəyi, şahid ifadələri və iş üzrə olan maddi sübut ilə də tam sübuta yetirilir. Məhkəmə təqsirləndirilən şəxsin və şahidlərin ifadələrini, dövlət ittihamçısının və müdafiəçinin çıxışlarını dinləyib, işdə olan ekspertiza rəyini və digər sənədləri bilavasitə tədqiq edib, bu sübutları tam, hərtərəfli və obyektiv yoxlayıb, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib, Azərbaycan Respublikasının Konstitusiyasının 63-cü maddəsində təsbit edilmiş təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq, məhkəmə baxışında ittihamın baxılması nəticələrinə əsaslanaraq, tədqiq olunan sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq bu nəticəyə gəlir ki, təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir, həmin əməldə Cinayət Məcəlləsinin 228.1-ci maddəsinin tərkibi vardır, həmin əməl təqsirləndirilən şəxs tərəfindən törədilmişdir, təqsirləndirilən şəxs həmin cinayətin törədilməsində təqsirlidir, onun cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir, əməlin cinayət olmasını aradan qaldıran hallar, təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur, təqsirləndirilən şəxs törətdiyi əmələ görə cəzalanmalıdır. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1, 229.1, 230, 231 və 232.1-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair» 21 iyun 2010-cu il tarixli qərarında göstərilmişdir ki, «odlu silah» anlayışı Azərbaycan Respublikasının 2004-cü il 10 sentyabr tarixli, 750-İİQ nömrəli Qanunla qoşulduğu Birləşmiş Millətlər Təşkilatının Transmilli mütəşəkkil cinayətkarlığa qarşı Konvensiyasını tamamlayan «Odlu silahların, onların hissələrinin və komponentlərinin, habelə döyüş sursatının qanunsuz hazırlanmasına və dövriyyəsinə qarşı» Protokolunda göstərilmişdir. Həmin Protokolun 3-cü maddəsinin “a” bəndinə əsasən «odlu silah» dedikdə, əntiq odlu silahlar və ya onların modelləri istisna olmaqla, atəş açan, atəş açmaq üçün nəzərdə tutulan və ya asanlıqla atəş açmaq üçün vasitəyə çevrilə bilən hər hansı daşına bilən lüləli odlu silah, güllə və ya partlayıcı reaktiv mərmi başa düşülür. “Xidməti və mülki silah haqqında” Qanun və digər müvafiq qanunvericilik aktları ilə müəyyən olunmuş qaydaların pozulması isə məsuliyyətin yaranmasına səbəb olur. Belə ki, qeyd olunan Qanun xidməti və mülki silahın yalnız dövriyyəsi ilə bağlı hüquqi münasibətləri tənzimləyir, odlu silahla qanunsuz hərəkərlərə görə məsuliyyət isə digər qanunlar, o cümlədən cinayət məsuliyyəti cinayət qanunu ilə müəyyən edilir. Belə məsuliyyətin növlərindən biri kimi CM-in 228-ci maddəsi çıxış edir. Həmin maddəyə əsasən “qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə” cinayət əməlini təşkil edir. » Beləliklə də, Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən, məhkəmə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarmağı məqsədəmüvafiq hesab edir. Məhkəmə Azərbaycan Respublikası CM-nin 59.1.4-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs himayəsində bir azyaşlı uşağının olmasını cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cəzasını ağırlaşdıran hallar müəyyən etmədi. Məhkəmə Təqsirləndirilən şəxs məhz hansı növ cəzanın təyin edilməsi məsələsinə baxarkən təqsirləndirilən şəxs tərəfindən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini səciyyələndirən halları, törətdiyi cinayət əməlində cəzanı yüngülləşdirən halların olmasını, cəzanı ağırlaşdıran halların olmamasını, habelə təqsirləndirilən şəxsə cəza təyin edilməsinin onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri imkanlarını, həm də cinayət qanunvericiliyinin qeyd edilən maddələrinin tələblərini rəhbər tutaraq hesab edir ki, ona ittiham edildiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrumetmə növündə cəzasının təyin edilməsi əsaslı və ədalətlidir. Belə ki, Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən, «cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır». Həmin Məcəllənin 58.3-cü maddəsinə görə, «cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır». “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamının 13.3 v. 13.4-cü bəndlərində məhkəmələrə tövsiyyə edilmişdir ki,cəzanın növü və həddi müəyyən edilərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyi əsas tutulmalı, cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirilməlidir. Sərəncamın 8-ci bəndində isə tövsiyyə edilmişdir ki, məhkəmələr tərəfindən cəzanın məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza tədbirlərinin tətbiqi genişləndirilsin. “Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi barədə” 11 iyun 2004-cü il tarixli 688-İİQD saylı Azərbaycan Respublikası Qanununun 3-cü hissəsinin 9-cu bəndinin və 4-cü hissəsinin 7-ci bəndinin Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin 9-cu hissəsinə uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 yanvar 2005-ci il tarixli Qərarında qeyd olunur ki,istənilən məhkəmə aktının qanuni və əsaslı hesab olunması üçün mütləq şərtlərdən biri onun ədalətli olmasıdır, çünki, ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər,ədalətin bərqərar edildiyi də aydın görünməlidir. “Məhkəmə Hökmü Haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 №-li qərarının, 45-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu zaman hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməli, seçilən cəzanın və ya digər cinayət-hüquqi xarakterli tədbirin təqsirləndirilən şəxsin islah olunması, ailəsinin həyat şəraitinə təsiri baxımından məqsədəuyğun olması izah edilməlidir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 nömrəli Qərarında nəzərdə tutulur ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. İnsan hüquqları üzrə Avropa Məhkəməsi öz Qərarlarında dəfələrlə göstərmiş və Milli məhkəmələrə tövsiyə etmişdir ki, şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması üçün əsaslar olduqda məhkəmələr həmin şəxsin barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza növlərinin tətbiq edilməsinə üstünlük verməlidirlər. Cinayət törətmiş şəxsin cəmiyyətdən təcrid edilməsi yalnız bunun üçün möhkəm əsaslar olduqda və bu açıq-aşkar ictimai maraqlar baxımından zəruri olduqda tətbiq edilə bilər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə görə, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə təqsirləndirilən şəxs cəza təyin edərkən ona hansı növ cəzanın təyin olunması məsələsinə baxaraq, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, əməlini etiraf etməklə əməlindən peşiman olmasını, yaşayış yeri üzrə müsbət cəhətdən xarakterizə olunmasını, himayəsində bir nəfər azyaşlı uşağı olmasını, cəzanı yüngülləşdirən halı, cəzanı ağırlaşdıran halların olmamasını, Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamındakı tövsiyyələri, hazırkı məhkəmə təcrübəsini, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, Cinayət Məcəlləsinin 228.1-ci maddəsinin sanksiyasında iki ilədək müddətə islah işləri,bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və üç ilədək müddətə azadlıqdan məhrum etmə cəzalarının nəzərdə tutulmasını, eyni zamanda Təqsirləndirilən şəxs təqsirləndirildiyi CM-in 228.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan islah işləri və azadlığın məhdudlaşdırılması cəzalarının təyin edilməsinin cəzanın məqsədlərini təmin edə bilməyəcəyini, onun islah olunması üçün cəmiyyətdən təcrid edilməsinin zəruri olmasını nəzərə alaraq təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş həddə azadlıqdan məhrumetmə növündə cəza təyin edilməsini qanuni, əsaslı və ədalətli hesab edir. Azərbaycan Respublikası CM-nin 56.1.1 və 56.1.2-ci maddələrinə əsasən, azadlıqdan məhrum etmə növündə cəzanın ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq olmayan müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün-məntəqə tipli cəzaçəkmə müəssisələrində; qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün ümumi rejimli cəza çəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs hazırki hökmlə təyin ediləcək cəzasını Azərbaycan Respublikası CM-nın 56.1.2-ci maddəsinə əsasən ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. İş materiallarından göründüyü kimi, Təqsirləndirilən şəxs barəsində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 24 sentyabr 2022-ci il tarixli qərarı ilə üç ay həddində «həbs» qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli 22 sentyabr 2022-ci il tarixdən hesablanmışdır. Odur ki, Təqsirləndirilən şəxs hökmlə təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzasının əvvəli 22 sentyabr 2022-ci il tarixindən hesablanmalıdır. Məhkəmə CPM-in 346.1.19-cu maddəsinin tələbləri baxımından iş üzrə maddi sübutlar məsələsini həll edərkən, iş üzrə maddi sübut hesab edilən Təqsirləndirilən şəxs götürülüb Azərbaycan Respublikası DİN-in BMCMİ-nin maddi sübutları saxlama yerinə təhvil verilmiş 01 ədəd 7.62 mm kalibrli Draqunov konstruksiyalı SVD modelli snayper tüfəngi, onun darağı, 01 ədəd QB-05193 №-li PSO-1 modelli optik nişangah qurğusu və 97 ədəd 7.62 mm kalibrli patronlar Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə təhvil verilməlidir. Eyni zamanda maddi sübut hesab edilmiş şəxsi axtarış və götürmə aparılması zamanı çəkilmiş videogörüntülər olan 02 ədəd DVD disk iş materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə görə məhkəmə, hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli olan əmlakın olub-olmaması məsələsini həll etməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.1 və 99-1.1.1-ci maddəsinə əsasən məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) Xüsusi müsadirə olunan əmlak hesab olunur. Məhkəmə xüsusi müsadirə ilə bağlı məsələni müzakirə edərək hesab edir ki, iş üzrə belə bir əmlak olmadığından təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə ilə bağlı müddəa tətbiq edilməməlidir. İş üzrə mülki iddia və məhkəmə xərcləri yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin44.1; 344-347; 349; 351-353, 356, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ:
Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinsin və ona 01 (bir) il 06 (altı) ay müddətinə azadlıqdan məhrumetmə növündə cəza təyin edilsin. Təqsirləndirilən şəxs hökmlə təyin olunmuş cəzasını, cəzaçəkmənin əvvəli 22 sentyabr 2022-ci il tarixindən hesablanmaqla, ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut hesab edilən Təqsirləndirilən şəxs götürülüb Azərbaycan Respublikası DİN-in BMCMİ-nin maddi sübutları saxlama yerinə təhvil verilmiş 01 ədəd 7.62 mm kalibrli Draqunov konstruksiyalı SVD modelli snayper tüfəngi, onun darağı, 01 ədəd QB- 05193 №-li PSO-1 modelli optik nişangah qurğusu və 97 ədəd 7.62 mm kalibrli patronlar Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə təhvil verilsin. İş üzrə maddi sübut hesab edilmiş şəxsi axtarış və götürmə aparılması zamanı çəkilmiş videogörüntülər olan 02 ədəd DVD disk iş materiallarında saxlanılsın. İş üzrə mülki iddia və məhkəmə xərcləri yoxdur. Hökmdən 20 gün müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya apellyasiya protesti verilmədiyi halda hökm yuxarıda göstərilən müddət başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir.
Sədrlik edən: Abbas Əliyev