Məhkəmə qərarları › İş №1(025)-1/2024

Qəbələ Rayon Məhkəməsi Hökm — İş №1(025)-1/2024

06.05.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Qəbələ şəhəri İş № 1(025)-1/2024 06.05.2024 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Abbas Baba oğlunun sədrliyi, məhkəmə iclas katibi Qafarlı Yelmar Elman oğlunun katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikasının Baş X4 Müdafiəsi İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İİ dərəcəli hüquqşunas Dövlət ittihamçısı, zərərçəkmiş şəxsin hüquqi varisi – X5, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Şəki Regional Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə xx.xx.1955-ci ildə Qəbələ rayon Nohurqışlaq kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali tibb təhsilli, evli, Qəbələ rayon X16 hüquqi şəxsinin Anesteziologiya, reanimasiya və intensiv terapiya şöbəsində həkimanestezioloq-reanimatoloq vəzifəsində işləyən, Qəbələ rayon Nohurqışlaq kəndində qeydiyyatda olan və yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 314.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinin materiallarına açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 1986-cı il tarixdən Qəbələ rayon X16 hüquqi şəxsinin Anesteziologiya, reanimasiya və intensiv terapiya şöbəsində həkim-anestezioloq-reanimatoloq vəzifəsində işləyərkən Azərbaycan Respublikası Səhiyyə Nazirinin 19 sentyabr 2012-ci il tarixli 70 nömrəli əmri ilə təsdiq edilmiş həkim-anestezioloq-reanimatoloqun nümunəvi vəzifə təlimatının vəzifə öhdəliklərinin 6,7-ci bəndlərinə əsasən müvafiq qaydalara və standartlara uyğun olaraq xəstənin aparılması taktikasının (anamnezin toplanması, klinik-laborator tədqiqatların, müayinə və müalicənin aparılması) və diaqnozunun müəyyən edilməsinə, tibbi praktikada tətbiqinə icazə verilmiş müasir profilaktika, diaqnostika, müalicə və reabilitasiya metodlarından istifadə etməklə öz ixtisası üzrə peşəkar səviyyədə tibbi yardım göstərilməsinə, ona həvalə olunmuş vəzifə öhdəliklərinin vaxtında və keyfiyyətli həyata keçirilməsinə şəxsən məsuliyyət daşıdığı halda, “Xroniki daşlı xolesistit” və “Sol tərəfli qasıq yırtığı” diaqnozu ilə Qəbələ rayon Mərkəzi xəstəxanasına müraciət etmiş X7 xx.xx.2023-cü il tarixdə saat 10:00 radələrində Qəbələ rayon Mərkəzi xəstəxanasının Cərrahiyyə bölməsində “Xolesistentomiya” və “Hernioplastika” əməliyyatlarına hazırlayarkən göstərilən əməliyyatların icrasına başlanması üçün Murad Süleymanlının üzərində icra ediləcək cərrahiyyə əməliyyatından əvvəl anestezioloqun baxışı zamanı endotraxeal intubasiyanın icra edilməsi zamanı yarana biləcək çətinliklərin müxtəlif dərəcələrlə qiymətləndirilməsi üçün yuxarı tənəffüs yollarının klassifikasiyası, yəni yoxlanması məqsədi ilə mallampati sinifi və ya digər klassifikasiya metodu ilə qiymətləndirmə aparmalı, mallampati sinifi ilə yuxarı tənəffüs yollarının klassifikasiyasını apararaq 3-cü və 4-cü sinif çətin endotraxeal intubasiya, yəni xəstənin süni nəfəs almasını təmin etmək üçün nəzərdə tutulan borunu onun ağız nahiyəsindən nəfəs borusuna yeridilməsi nəticəsi əldə etdikdə paralel olaraq alternativ intubasiya metodlarına dərhal hazırlıq görməli, endotraxeal intubasiyanı texniki cəhətdən düzgün icra etməli, intubasiya zamanı intubasion borunu səs yarığından traxeyaya-nəfəs borusuna yeritməli, ağız boşluğundan endotraxeal intubasiyanın mümkünsüzlüyü, ağciyərlərin süni ventilyasiyasının ambu, laringeal maska və ya digər üsullarla icrasının mümkün olmadığını aşkar etdikdən dərhal sonra alternativ intubasiya-traxeostomiya, yəni boğaz nahiyəsinə kəsik ataraq cərrahi yolla xəstənin suni nəfəs almasını təmin etmək metodu ilə intubasiya üçün həkim cərraha göstəriş verməli və reanimasyon tədbirlərin icrasına vaxtında başlamalı olduğu halda işə vicdansız və laqeyd münasibəti nəticəsində öz xidməti vəzifələrini lazımi qaydada yerinə yetirməyərək, həmin vaxt yəni xx.xx.2023-cü il tarixdə saat 10:00 radələrində giriş narkoz üçün, 3-5 dəqiqə ərzində xəstənin öz tənəffüs hərəkətlərinin ləngiməsinə və ya dayanmasına səbəb olan dərman olan “arduan 2ml” “midozalm 1ml” “propafol 20ml” “fentanil 2ml” dərmanlarını Murad Süleymanlıya venadaxili vurulmasına göstəriş verən, dərmanlar ona venadaxili vurulan zaman isə qəflətən səhhətində problem yaranan, anestezioloji tədbirləri davam etdirə bilməyəcəyini bildirən həkim-anestezioloq Şahid6 kömək üçün həkim anestezioloqlar Şahid5 və Təqsirləndirilən şəxs əməliyyat blokuna dəvət edib, xəstəni onlara təhvil verərək əməliyyat blokunu tərk etdikdən sonra Təqsirləndirilən şəxs həmin vaxt əməliyyat blokunda olan Anesteziologiya, reanimasiya və intensiv terapiya şöbəsinin müdiri Şahid5 özünün daha təcrübəli olduğunu bildirib, sonuncunun razılığı əsasında anestezioloji tədbirlərin həyata keçirilməsini bilavasitə öz üzərinə götürərək, Murad Süleymanlının üzərində icra ediləcək cərrahiyyə əməliyyatından əvvəl xəstənin mallampati sinifinin müəyyən edilməsi və 3-cü və 4-cü sinif çətin endotraxeal intubasiya nəticəsi əldə etdikdə paralel olaraq alternativ intubasiya metodlarına dərhal hazırlıq görmək üçün yuxarı tənəffüs yollarının klassifikasiyası məqsədi ilə mallampati sinifi və ya digər klassifikasiya metodu ilə qiymətləndirmə aparmamış, alternativ intubasiya metodlarına dərhal hazırlıq görməmiş, endotraxeal intubasiyanı texniki cəhətdən düzgün icra etməyərək intubasion borunu səs yarığından traxeyaya deyil, qida borusuna yeritmiş, endotraxeal intubasiyanın mümkünsüzlüyünü aşkar etdikdən dərhal sonra Murad Süleymanlının “arduan 2ml” dərmanın təsiri altında olduğundan təbii yola nəfəs ala bilmədiyini və buna görə qısa müddətdə onun bronxlarının sıxılacağını, heç bir üsulla onun suni tənəffüsünü bərpa etməyin mümkün olmayacağını bildiyi və gördüyü halda cinayətkarcasına tibbi təcrübəsinə güvənmiş, öz əməlinin ictimai təhlükəli nəticələrini, yəni Murad Süleymanlının artıq öz təbii tənəffüsü dayandığından ona suni nəfəs vermək üçün dərhal traxeostamiyaya göstəriş verməyəcəyi təqdirdə onun kəskin tənəffüs çatışmazlığından öləcəyini qabaqcadan görmüş, lakin kifayət qədər əsas olmadan xəstənin intubasiya yolu suni tənəffüsünü bərpa edəcəyini düşünərək alternativ intubasiya-traxeostomiya metodu ilə intubasiya üçün həkim cərraha göstəriş verməmiş, əzələlərin rigidliyinin yəni sərtliyinin aradan qaldırılması üçün 3-5 dəqiqə ərzində xəstənin öz tənəffüs hərəkətlərinin ləngiməsinə və ya dayanmasına səbəb olan ikinci doza “arduan 1ml” “propafol 5ml” dərmanlarının xəstəyə vurulmasına göstəriş vermiş, daha sonra endotraxeal intubasiyaya ikinci dəfə cəhd etmiş, xəstənin mədəsinə zond salmış, alternativ intubasiya-traxeostomiya metodu ilə intubasiya üçün göstərişi 20 dəqiqədən artıq müddətdə gecikdirmiş, saat 10:30 radələrində artıq xəstənin ürəyi dayandıqdan və bronxları sıxıldıqdan sonra traxeostomiya metodu ilə intubasiya üçün həkim cərraha göstəriş vermiş, daha sonra reanimasiyon tədbirlərin icrasına başlamış, Murad Süleymanlının ürəyinin dayanmasına baxmayaraq 30 dəqiqədən artıq müddətdə ona reanimasiyon tədbirləri icra etmiş, xəstənin mədəsinə çoxlu miqdarda təzyiqli hava dolmasına, kəskin genişlənmə nəticəsində mədənin selikli qişasında cırılmalara və müxtəlif ölçülərdə qansızmalara, dodaqların selikli qişasına qansızmaya, dilin kökünə, yemək borusunun və traxeyanın keçid hissələrinə qansızmaya, yemək borusunun və traxeyanın selikli qişasına qansızmaya və onun boronxlarının sıxılaraq təbii və cərrahi yolla nəfəs ala bilməməsinə səbəb olmuş, nəticədə İsmayıllı şəhər sakini X13 xx.xx.2023-cü il tarixdə saat 11: 03 radələrində Qəbələ rayon Mərkəzi xəstəxanasının Cərrahiyyə bölməsində “Xolesistentomiya” və “Hernioplastika” əməliyyatlarına hazırlanarkən intubasion anesteziya zamanı texniki səhv nəticəsində baş verən kəskin tənəffüs çatışmazlığı nəticəsində ölmüş, bununla da Təqsirləndirilən şəxs həmin hərəkətləri ilə ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olan səhlənkarlıq etmişdir. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 314.2ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin (CPM) 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə protokollarını, digər sənədləri sübut növü kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi vardır, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 314.2-ci maddəsi ilə tövsif olunmuşdur. Belə ki, məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, 14 yanvar 2023-cü il tarixdə o, rəsmi olaraq işdə deyilmiş. Sadəcə xəstəsindən xəbər bilmək üçün xəstəxanaya getmişdir. Xəstəsindən xəbər biləndən sonra otaqda oturub xəstəlik tarixi yazırmış. Həmin vaxt Telman doktorla Azər doktor əməliyyat blokunda imiş. Bir qədər sonra Telman doktor otağa daxil olmuşdur. Telman doktordan “sən əməliyyatda olmalısan, niyə burdasan” deyə soruşmuşdur. Sifətinə baxmış, lakin nəsə problem olmasın hiss etməmişdir. Telman doktor ona bildirmişdir ki, səhhətində problem yaranmışdır və əməliyyatı Azər doktora təhvil vermişdir. O, demiş ki, elə şey düzgün deyil və bir az tərəddüd eləmişdir. Evə gedirmiş və liftin yanında xadimə ona yaxınlaşaraq demiş ki, Azər doktor intubasiya edə bilmir və onu çağırır. Tez əməliyyat otağına keçmişdir. Görmüş ki, Azər doktor intubasiyaya cəhd etsə də, lakin edə bilmir. Azərə dayanmasını, xəstənin yerinin narahat olduğunu bildirmişdir. Həmin vaxt xəstə narkoza girməmişdir. Launqospoku salıb ağzına baxmış, görmüş ki, ağız bütün selikdir, qandır. Sonra ağzını təmizləmişdir. Aytac xanımdan nə qədər doza vurmasını soruşmuşdur. Sonra demiş ki, əlavə doza vursunlar ki, xəstə narkoza girsin və onun nəfəs borusunu təmiz görsünlər. Xəstədə bu zaman spazm başlamışdır. Həmin vaxt görmüş ki, xəstənin saturasiyası oynayır. Həmin vaxt məcbur imiş ki, xəstənin saturasiyasının, təzyiqin və nəbzin düzəltsin və bundan sonra görək intubasiya etmək mümkündür yoxsa yox. Aytaca xanıma demiş ki, 1 amburan, 5 krasol vur. Aytac isə vurduğunu bildirmişdir. Ambu vurmaq istəmiş, lakin otaqda ambu olmamışdır. İşçilər hərəsi bir tərəfə ambul axtarmağa qaçmışlar. O isə vaxt getməsin deyə ağzı ilə nəfəs verməyə başlamışdır. Ağzın açıb baxmış, görmüş ki nəfəs getmir. Tez Azər doktoru çağırmışdır. Demiş ki, xəstəni intubasiya etmək mümkün deyil. Xəstəni ayıltmaq lazımdır və əməliyyatı təxirə salmaq lazımdır. Bundan sonra Telman doktor protokolda olan dərmanları vurulmasını demişdir. Traxeostom deyilən boru qoyulmadı imiş, lakin həmin vaxt boru olmamışdır. Ona görə traxeostom gecikmişdir. Ağızdan ağıza nəfər verməyə çalışmış, görmüş ki, nəfər getmir və spazm verir. Həmin vaxt nəfəs verəndə görmüş ki, havanın bir hissəsi mədəyə, bir hissəsi ciyərə gedir. Ona görə istəmiş ki, zond salsın və mədəyə hava getməsin. Zondun salınmasına səbəb odur. Dərmanlar vurulmuş, həmin vaxt traxeostom olmadığından traxeostom kəsiyi gec açılmışdır. Əl ilə süni nəfəsdə verilmişdir. Lakin bir nəticəsi olmamamışdır. O, mərhum Murad Süleymanlıya kömək edə bilməməsinə görə peşmandır. X17 ölümünə səbəb o olmamışdır. Bu günə qədər dəfələrlə çətin əməliyyatlara girmiş, lakin heç bir problem olmamışdır. Ədalətli qərar qəbul edilməsini məhkəmənin mülahizəsinə buraxır. Məhkəmə iclasında zərərçəkmiş şəxsin hüquqi varisi X10 ifadəsində göstərmişdir ki, qardaşı ölümündən bir gündən əvvəl Elşad həkimin qəbulunda olmuşdur. Qardaşı qasıq yırtığı və ödündə olan daşla əlaqədar əməliyyat olmaq istədiyini bildirib. Bununla bağlı analizlər verib. 13 yanvar 2023-cü il tarixdə 16:00-a qədər Qəbələ rayonunda olub. Sonra Elşad doktor çağıraraq, 14 yanvar 2023-cü il tarixdə əməliyyat olacağını bildirib. Səhəri gün qardaşı anası və atası ilə birlikdə xəstəxanya gəlib. Həkim dərhal qardaşını əməliyyat otağına göndərmişdir. Elşad həkim əməliyyat zamanı orda olmamışdır. Yalandan yazıblar ki, guya əməliyyat vaxtı orda olmuşdur. Həkimlər qardaşına boyun yırtığı atmamışlar. Guta qardaşının kök olması və boynunun daralması göstərilmişdir. Lakin elə bir hal olmamışdır. Bir müddət sonra Elşad həkim atası və anasını çağırıb arxasında otağa çağırıb. Yanlarında polis əməkdaşları ilə. Həkim atasına və anasına qardaşının ölümü barədə xəbər veribdir. O, yalnız Vahid həkimin təqsirkar kimi göstərilməsindən narazıdır. Telman həkim necə olur ki, narkoz vuran kimi səhhəti pisləşibdir. Bu hallara etiraz edir. Koridorda olan kameralarda üzə çıxmamışdır. Lakin istintaq tərəfindən də kameralar vaxtında götürülməmişdir. Elşad həkimdən şikayətçidir. Çünki əməliyyata girməmişdən qabaq Elşad həkimdən atası əməliyyatın necə olacağını soruşub. Elşad həkim isə əməliyyatın çox asan olacağını bildirsə də, 1 saatdan sonra ölüm xəbərini vermişdir. Vahid doktorun yaşı çoxdur deyə onu təqsirli biliblər. Əməliyyatda iştirak edən həkimlərin işdən çıxarılmasını tələb edir. Prokurorluqdan şikayətçidir. Ona prokurorluqdan birinci verilən məlumatlarla indiki ittihamı anlamır. Qardaşının ölümünə səbəb olanların hamısının cəzalandırılmasını tələb edir. xx.xx.2023-cü il tarixdə keçirilən məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid7 ifadəsində göstərmişdir ki, 14 yanvar 2023-cü il tarixdə Qəbələ rayon prokurorluğunun köməkçisi Nərmin Ağayevanın qərarı əsasında xəstəxanada vəfat etmiş X6 məhkəmə tibbi ekspertizasə tərəfindən aparılmışdır. Meyitin həm xarici, həm daxili müayinələri aparılmışdır. Müayinə zamanı müəyyən edilmişdir ki, traxeyinanın ön divarının intubasiya məqsədilə deşilməsi, bir də sol əlinin barmağında yanıq xəsarəti müəyyən edilmişdir. X1 meyitində intubasion anesteziya zamanı texniki səhv nəticəsində baş verən kəsgin tənəfüs çatışmamazlığı, boyunun ön yuxarı hissəsində initubassion (trubka) polietilen borunun qoyulması məqsədi ilə cərrahi kəsilmiş yara, dodaqların selikli qişasına qansızma, dilin kökünə, yemək borusunun və traxeyanın keçid hissələrinə qansızma, yemək borusunun selikli qişasına qansızma, mədənin selikli qişasının üst və alt təbəqəsinə qansızma, mədənin selikli qişasının cırılmaları, döş qəfəsinin soldan döş sümüyü kənarı xətt üzrə ııı qabırğanın minimal yedəyişən sınığı, həmin xətt üzrə İV qabırğanın yerdəyişməyən sınığı, sol əlin İ barmağının dırnaq falanqasının İ dərəcə litermiki yanığı, sol said venaları üzərində nöqtəşəkilli iynələrə məxsus dəlikləri, xroniki daşlı xolesistit və sol tərəfli qasıq yırtığı kimi xəstəliyi vardır. X1 meyiti üzərində döş qəfəsinin soldan döş sümüyü kənarı xətt üzrə İİİ qabırğanın minimal yerdəyişən sınığı, həmin xətt üzrə İV qabırğanın yerdəyişməyən sınığı küt alətin (əşyaların) təsirindən müxtəlif şəraitlərdə o, cümlədən 14 yanvar 2023-cü il tarixdə tibbi müdaxilələr məqsədi ilə ürəyin xarici masajı nəticəsində tərənə bilərlər və dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa AZ AĞİR zərər vurmanın əlamətlərinə aiddir. Boyunun ön yuxarı hissəsində intubassion (trubka) polietilen boru qoyulması məqsədi ilə kəsilmiş yara, sol said venaları üzərində nöqtəşəkilli iynələrə məxsus dəliklər 14 yanvar 2023-cü il tarixdə ona göstərilən tibbi yardımlar zamanı törənmişlər. xx.xx.2023-cü il tarixdə keçirilən məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, hal-hazırda Bakı şəhərində X26 cərrah işləyir. Hadisə olan vaxt Qəbələ rayon Mərkəzi xəstəxanasında işləmişdir. Hadisədən sonra isə Bakı şəhərinə getməyinə səbəb həmin otağa girə bilməməsi olmuşdur. 2017-ci ildə mərhum Murad Süleymanlı ilə avtomobil satmaq ilə bağlı tanış olmuşdur. Mərhum 13 yanvar 2023-cü il tarixdə yanına gəlmiş və təxminən 3-4 gün qabaq İsmayıllı xəstənasına müraciət etdiyini bildirmişdir. Müraciətdən sonra xəstənin sənədlərinə baxmış və müayinəyə göndərmişdir. Analizlərdə görmüş ki, şəkəri qalxmışdır. Daha sonra yenidən şəkər həkiminə göndərmişdir. Şəkər həkimi problem olmadığını bildirmişdir. Sonra narkoz həkiminə göndərmişdir. Səhəri gün xəstəlik tarixçəsi açılmış, tibb bacısına mərhumu 15 dəqiqəyə əməliyyat otağına qaldırılmasını bildirmişdir. O, əməliyyat otağına qalxmışdır. Otağa daxil olanda xəstənin yanında 3 anistezoluq görmüşdüt. Onlar Telman, Azər və Vahid doktor idi. O, içəri daxil olanda xəstənin çənəsi Vahid doktorun əlində imiş. Əməliyyat zamanı tibb bacısı iynə vurur, anistezoloq xəstənin başını əlində tutur. Anistezoloq birinci Telman doktor olmalı idi. Narkoz zamanı minimum 2 nəfər anistezoloq olur. O, içəri girəndə nəsə narahatçılıq olmasın hiss etməmişdir. Sonra xəstənin vəziyyəti pisləşmişdir. Nəfəs verən Vahid doktor olmuş, digərləri kömək etmişlər. O, yuyunaraq əməliyyat tibb bacısının yanında durmuşdur. Bir qədər sonra aparatda saturasiya aşağı düşmüşdür. Buna səbəb xəstədə oksigenin azalması olmuşdur. Anistezoqlar tez aparata baxmışlar ki, problemin aparatda olub-olmamasını müəyyən etsinlər. Sonra aparatı aralayıb Vahid doktor nəfəs verməyə başlamışdır. Görmüş ki, xəstənin qarın nahiyyəsi köp kimidir. Əlimi xəstəyə vurmuş, nəbzin olmamasını görmüşdür. Belə olub əli ilə masaj eləmişdir. Masaj etdikdən sonra isə Adrenalin iynəsi vurmuşdur. İynəni vuranda görmüş ki, artıq gecdir. Ona göstəriş vermişlər ki, bronxu açsın. Bronxu açanda qan olmamışdır. Sonra Vahid doktor trubkanı qoymuşdur. Onun oğlu da orda imiş. Oğlu həkimdir və Rusiyada təhsil almışdır. Halhazırda da Rusiyada yaşamaqdadır. xx.xx.2023-cü il tarixdə keçirilən məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid8 Məhəmmədiyə qızı ifadəsində göstərmişdir ki, o, xəstəyə ilkin anistezoloq nəzarəti etmişdir. Həmin gün onun növbəsi olmuşdur. Muradı müayinə etməyə başlamışdır. Analizlərin cavabına baxmış, şəkərində bir az yüksəklik gördüyü üçün şəkər xəstəsinə göndərmişlər. Əvvəl əməliyyat olduğunu və zərərli vərdişlərdən uzaq olduğunu bildirmişdir. Xəstədə yaşına görə, köklüyünə görə müəyyən bir az çətinlik görünürdü. O, Muradı bir gün əvvəl müayinə etmişdir. 14 yanvar tarixində orda olmamışdır. xx.xx.2023-cü il tarixdə keçirilən məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərmişdir ki, o, Qəbələ rayon Mərkəzi xəstəxanasında anestezioloqreanimatoloq şöbəsinin müdiridir. 14 yanvar 2024-cü il tarixdə 2 əməliyyat olmuşdur. Xəstələrdən biri gözdən əlil imiş. O, həmin gün gecə növbəsində olmuşdur. Rəhmətlik Muradı heç görməmişdir. O, birinci əməliyyata başlamışdır. Birinci xəstəni intubasiya edərək narkoza almışdır. Həmin gün növbətçi narkoz həkimi Telman doktor imiş. Əməliyyat çox olduğuna görə növbədən sonra kömək etmək üçün dayanmışdır. Əslində Telman doktor 2 əməliyyatı da özü edə bilərdi. Təxminən saat 10 radələrində xəstələrin ikisi də əməliyyat stollarına verilmişdir. Birinci xəstə gözdən əlil olduğu üçün və bir az narahat xəstə olduğu üçün onun narkozuna başlamış və normal şəkildə intubasiya etmişdir. Bu müddət təxminən 15 dəqiqə olardı. Sonra tibb bacıları yanına gələrək Telman doktorun narahat olduğunu bildirmişlər. Gedib görmüş ki, Telman doktor suni nəfəs aparatının yanında əyləşibdir. Telman doktor dərmanları artıq vurdurmuşdur. Bu arada hər şey normal idi. O, launqastopu açmış və səs yarığı deyilən yerə baxmışdır. O, həmin otağa daxil olanda Vahid doktorda orda imiş. O, səs yarığın görə bilməmişdir. Bu zaman Vahid doktor demiş ki, o baxsın. O da launqastopu qaldırmış, lakin səs yarığını görə bilməmişdir. Vahid doktor bir dəfə cəhd etmiş, lakin alınmamışdır. Daha sonra Vahid doktor xəstəyə sünü hava vermişdir. Bundan sonra isə xəstəyə dərmanlar vurdurmuşdur. İntubasiyaya 2-ci dəfə də Vahid doktor tərəfindən cəhd olunmuş, yenə alınmamışdır. 2-ci cəhddən sonra xəstənin saturasiyası düşməyə və xəstənin vəziyyəti ağırlaşmağa başlamışdır. Sonra Vahid doktor göstəriş vermiş ki, kəsik atılsın. Kəsik atılmış və boru taxılmış, lakin yenə də hava getməmişdir. Borunun kim yerinə yetirməsi isə yadında deyildir. xx.xx.2023-cü il tarixdə keçirilən məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid6 ifadəsində göstərmişdir ki, həmin gün növbətçi həkim olmuşdur. Əməliyyata girən xəstələri yoxlamışdır. Sonra əməliyyat otağına daxil olmuş və mərhum Murad Süleymanlı əməliyyat masasında uzanmışdır. Tibb bacılarından xəstənin vəziyyətini soruşmuş, həmçinin əməliyyat üçün aparatların hazırlıqlı olub-olmamasını maraqlanmışdır. Tapşırıqlarını verəndən qısa müddət sonra onda halsızlıq, ürəkbulanma və baş ağrısı olmuşdur. Belə ki, yüksək təzyiq xəstəsidir. Belə olub Azər doktoru çağırmışdır. Azər doktor ona “sən get həkimlərin istirahət otağına” demişdir. O, əməliyyat otağından çıxanda Vahid doktor orda olmamışdır. Vahid doktor sonradan gəlmişdir. O, istirahət otağına gedəndən bir neçə dəqiqə sonra narkoz tibb bacılarından biri ona içəridə vəziyyətin çox narahat olduğunu və əməliyyat otağına getməli olduğunu bildirmişlər. Ona tibb bacısı Qənirə xanım zəng edərək məluma vermişdir. O, otağa daxil olanda Vahid doktor xəstəyə ağızdan ağıza nəfəs verirmiş. Azər doktor isə küncdə dayanmışdır. Görülən tədbirlər nəticə vermədiyindən xəstəyə traxasdoma edilməsi məsləhət edilmişdir. Daha sonra Fikrət doktor gəlmişdir. Lakin Fikrət doktor gələndə hər şey yekunlaşmış, xəstə vəfat etmişdir. Bundan sonra məsləhətləşərək xəstənin ailəsinə məlumat vermişlər. xx.xx.2023-cü il tarixdə keçirilən məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, o, hadisə olan gün otağında işləyirmiş. Tibb bacılarından biri ona zəng edərək təcili olaraq əməliyyat otağına gəlməyini xahiş etmişlər. O, tez əməliyyat otağı tərəfə getmişdir. Əməliyyat hazırlıq otağına daxil olan zaman görmüş ki, qarşıqlıq var və hərə bir tərəfə qaçır. Sual vermiş ki, burada nə baş verir və ona xəstəni intubasiya etməyin mümkün olmadığını bildirmişlər. O, otağa daxil olanda manitorda xəstənin heç bir həyati göstəriciləri olmamışdır. O, xəstənin yaşaya bilmək ehtimalın nəzərə alaraq larinqaskopu Vahid doktorun əlindən alaraq yenə cəhd etsə də, heç bir nəticə olmamışdır. xx.xx.2024-cü il tarixdə keçirilən məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid9 ifadəsində göstərmişdir ki, o, əməliyyat blokunda əməliyyat tibb bacısı işləyir. O, prokurorluqda olan izahatına etiraz edir. Həmin izahat düzgün yazılmamışdır. Həmin vaxt qorxduğu üçün, stresdə olduğu üçün izahata qol çəkmişdir. O, prokurorluqda fikrini düzgün ifadə edə bilməmişdir. Həmin gün 2 əməliyyat olası imiş. Ona görə fikri öz əməliyyat tibb masasın hazırlamaq imiş. Narkoz verilənə qədər onun masası hazır olmalıdır. O, Elşad doktor gələnə qədər öz işlərini hazırlamışdır. Daha sonra Elşad doktor otağa gəlmişdir. Elşad doktora xalat geyindirmişdir. Sonra doktora bildirmiş ki, bu gün 2 əməliyyat olduğu üçün əməliyyat masasına diqqət yetirməsini bildirmişdir. O, içəridə olan həkimləri görmüşdür. Lakin hansı həkimin hansı işlərlə məşğul olmasın dəqiq deyə bilmir. xx.xx.2024-cü il tarixdə keçirilən məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, onun Azər doktorla münasibəti yaxşı olmuşdur. Belə ki, o da xəstəxanada işləyir və Azər doktoru həmişə atasının yanında görmüşdür. Azər doktorla bu məsələni müzakirə edən bildirmiş ki, Telman doktor narahat olduğu üçün getmiş və əməliyyatı ona təhvil vermişdir. O, 2 dəfə intubasiya etməyə cəhd etmiş, lakin bacarmadığı üçün Vahid doktoru çağırmışdır. Həmin vaxt siqaret çəkməyə çölə çıxmışdır. Sonra isə Vahid doktor onu çağıraraq xəstəni ayıltmaq lazım olduğunu bildirmişdir. Lakin prokuroqluqda üzləşdirmə zamanı Azər doktor ona dediklərin inkar etmişdir. Bundan əlavə Azər doktor atasına “sən yaşlısan, bu işi boynuna al, sənə yüngül cəza veriləsidir” demişdir. xx.xx.2024-cü il tarixdə keçirilən məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid10 ifadəsində göstərmişdir ki, o, əməliyyat blokunda narkoz həkiminin tibb bacısı işləyir. Mərhum xəstənin əməliyyatında olmamışdır. O, digər əməliyyat otağında başqa xəstənin əməliyyatında olmuşdur. Digər əməliyyatda olan zaman xadiməçi otağa gələrək ambulu istəmişdir. Ambul hava vermək üçün istifadə olan aparatdır. Xadiməçidən nə olduğunu soruşmuş, xəstənənin narahat olduğunu, xəstənin yanında Azər və Vahid doktorun olduğunu bildirmişdir. Telman doktor birinci əməliyyatda var idi. Belə olub tez Telman doktora zəng edərək xəstənin narahat olduğunu, tez xəstəxanaya gəlməsini bildirmişdir. O, bir müddət gözləyəndən sonra həmin otağa keçmişdir. Həmin otağa keçəndə Vahid, Telman və Azər doktor orada imiş. O, bir dəfə Telman doktorun göstərişi ilə dərman (anutropin) yığıb vermişdir. Həmin vaxt Vahid doktor xəstə ilə əlləşirmiş. Elşad doktor isə mərhumun ürəyinə adrenalin iynəsi vurmuşdur. Sonra trasxademiya qoyulması təklif olundu. Bundan sonra öz xəstəsinin yanına getmişdir. xx.xx.2024-cü il tarixdə keçirilən məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, o, xəstəxanada narkoz tibb bacısı işləyir. Həmin gün 2 əməliyyat var idi. Yan otaqda Azər doktorla Qənirə xanım idi. Bu otaqda isə Telman doktorla o olmuşdur. Telman doktor demiş, o isə dərmanları yığmış və dərmanları xəstəyə vurmuşdur. Otaqda bir də Könül xanım var idi. Sonra Telman doktor dedi ki, narahatdır və Azər doktoru çağırın. Telman doktor əvvəllərdə əməliyyatda narahat olmuşdur və başqa həkimləri çağırmışdır. Azər doktor gəlmiş və Telman doktor Azər doktora xəstəni təhvil verib getmişdir. Sonra Azər doktor adruanın vaxtın gözlədi. Adruan Telman doktorun vaxtında vurulmuşdur. Azər doktor ondan launqaspoku istəmişdir. O, launqaspoku vermişdir. Xəstəyə həmin vaxt giriş narkozu verilmişdir. Xəstə bir az hərəkətli idi. Sonra ambulu istədilər. Kifayəti ambulu almağa göndərmişdir. Ambulu istəyəndə vəziyyətin ağır olduğunu bilmişdir. Ambulu Azər doktor istəmişdir. Kifayətə Qənirə xanımı çağırmasını bildirmişdir. Qənirə xanım gəlməmişdən qabaq Telman doktor gəlmişdir. Telman doktor gələn kimi dərmanların vurulmasını istəmiş, bir hissəsini o, bir hissəsini isə Qənirə xanım vurmuşdur. xx.xx.2024-cü il tarixdə keçirilən məhkəmə iclasında şahid qismində dindirilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X15” X27 eksperti X18 ifadəsində göstərmişdir ki, axırıncı rəydə komissiyanın rəisi o olmuşdur. Bu işdə əlavə ekspertizalar keçirilmişdir. Meyitə baxış tərəfindən aparılmasa da, digər ekspertizalarda həm komissiyasının üzvü kimi, həm də rəhbəri kimi iştirak etmişdir. X11 intubasiya edilən zaman, endotraxeal intubasiya texniki cəhətdən düzgün icra edilməmişdir. Belə ki, intubasiya zamanı həkim anesteziloq-reanimatoqlar tərəfindən intubasion boru səs yarığından traxeyaya deyil qida borusuna yeridilmiş, alternativ intubasiya (traxeostomiya) metodu ilə intubasiya gecikdirilmişdir. Əməliyyat otağında kimlərin iştirak etməsi və s. məlumatlar yalnız istintaq materiallarına əsasən müəyyən edilir. Onlar konkret olaraq kimin səhvi nəticəsində mərhumun ölməsini deyə bilməzlər. Rəylərdə də qeyd edilmişdir ki, anesteziloq-reanimatoqların səhvi nəticəsində ölüm baş vermişdir. Rəydə də qeyd edildiyi kimi cinayət işi materiallarına və qərarda qeyd edildiyi kimi əlavə edilmiş məlumatlara əsasən intubasion anesteziyanın qüsurlu texniki icrasının Təqsirləndirilən şəxs tərəfindən edildiyi müəyyən edilmişdir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında elan olunmaqla tədqiq olunmuş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertizası və X15 X27 Qəbələ rayon şöbəsinin xx.xx.2023-cü il tarixli 01 saylı məhkəmə-tibbi ekspertiza rəyində qeyd edilmişdir ki:

1. X1 meyitində intubasion anesteziya zamanı texniki səhv nəticəsində baş verən kəsgin tənəfüs çatışmamazlığı, boyunun ön yuxarı hissəsində initubassion (trubka) polietilen borunun qoyulması məqsədi ilə cərrahi kəsilmiş yara, dodaqların selikli qişasına qansızma, dilin kökünə, yemək borusunun və traxeyanın keçid hissələrinə qansızma, yemək borusunun selikli qişasına qansızma, mədənin selikli qişasının üst və alt təbəqəsinə qansızma, mədənin selikli qişasının cırılmaları, döş qəfəsinin soldan döş sümüyü kənarı xətt üzrə ııı qabırğanın minimal yedəyişən sınığı, həmin xətt üzrə İV qabırğanın yerdəyişməyən sınığı, sol əlin İ barmağının dırnaq falanqasının İ dərəcə litermiki yanığı, sol said venaları üzərində nöqtəşəkilli iynələrə məxsus dəlikləri, xroniki daşlı xolesistit və sol tərəfli qasıq yırtığı kimi xəstəliyi vardır.

2. X1 meyiti üzərində döş qəfəsinin soldan döş sümüyü kənarı xətt üzrə İİİ qabırğanın minimal yerdəyişən sınığı, həmin xətt üzrə İV qabırğanın yerdəyişməyən sınığı küt alətin (əşyaların) təsirindən müxtəlif şəraitlərdə o, cümlədən 14 yanvar 2023-cü il tarixdə tibbi müdaxilələr məqsədi ilə ürəyin xarici masajı nəticəsində tərənə bilərlər və dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa AZ AĞİR zərər vurmanın əlamətlərinə aiddir. Sol əlin İ barmağının dırnaq falanqasının İ dərəcəli termiki yanığı yüksək hərarətin təsirində o cümlədən qaynar mayenin və qaynar əşyanın təsirindən 14 yanvar 2023-cü il tarixdə törənməsinə uyğun gəlir və salamlığa zərər vurmayan bədən xəsarətinə aiddir. Boyunun ön yuxarı hissəsində intubassion (trubka) polietilen boru qoyulması məqsədi ilə kəsilmiş yara, sol said venaları üzərində nöqtəşəkilli iynələrə məxsus dəliklər 14 yanvar 2023-cü il tarixdə ona göstərilən tibbi yardımlar zamanı törənmişlər. Dodaqların selikli qişasına qansızma, dilin kökünə, yemək borusunun və traxeyanın keçid hissələrinə qansızma, yemək borusunun və traxeyanın selikli qişasına qansızma, mədənin selikli qişasının üst və alt təbəqəsinə qansızma, mədənin selikli qişasının cırılmaları 14 yanvar 2023-cü il tarixdə aparılan uğursuz intubasion narkoz zamanı törənə bilərlər.

3. X6 qərarən təsviri hissəsində göstərilən vaxtda və şəraitdə ölməsi mümkündür.

4. X6 ölümünə səbəb 14 yanvar 2023-cü il tarixdə aparılan İntubasion anesteziya zamanı texniki səhv nəticəsində baş verən kəsgin tənəfüs çatmamazlığı olmuşdur. Ölümün baş vermə müddəti ilkin meyit əlamətlərinin inkişaf səviyyəsinə və işə dair toplanmış materiallarda göstərilənlərə görə meyitin müayinə olunan vaxtdan yəni 14 yanvar 2023-cü il tarixdən saat 13:30-dan 2 (iki) saat əvvəl baş verməsinə uyğun gəlir.

5. X1 meyitindən götürülmüş qanın və sidiyin məhkəmə-kimya tədqiqatları nəticəsində spirtli içki, narkotik, psixotrop və güclü təsir edici maddələr aşkar edilməmişdir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında elan olunmaqla tədqiq olunmuş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertizası və X15 X27 xx.xx.2023-cü il tarixli 107/KEŞ saylı komisyon məhkəmə-tibbi ekspertiza rəyində qeyd edilmişdir ki:

1. X6 meyiti müayinə olunmuş və onun ölümünə səbəb “İntubasion anesteziya zamanı texniki səhv nəticəsində baş verən kəskin tənəffüs çatmamazlığı” olmuşdur. Onda bioloji ölümün baş verməsi xx.xx.2023-cü il tarixdə, saat 13:30 –dan 2 (iki) saat əvvələ uyğun gəlir.

2. X6 adma Qəbələ RMX phş-də tərtib edilmiş tibbi sənədlərdən görünür ki, ona “Xroniki daşlı xolesistit, Sol tərəfli qasıq yırtığı” diaqnozu aparılmış müayinələr əsasında düzgün təyin edilmişdir.

3. X6 üzərində icra edilməli cərrahiyyə əməliyyatından əvvəl anaestezioloqun baxışı zamanı yuxarı tənəffüs yollarının klassifikasiyası məqsədi ilə mallampati sinifi və ya digər klassifikasiya metodu ilə qiymətləndirilmə aparılmamışdır. Mallampati sinifi endotraxeal intubasiyanın icra edilməsi zamanı yarana biləcək çətinliklərin, yəni sərt damaq, yumşaq damaq, əsnək, dilçək və dilin anatomik quruluşları nəzərə alınaraq müxtəlif dərəcələrlə qiymətləndirilməsi metodu olub, yuxarı tənəffüs yollarının klassifikasiya metodlarından biridir. Mallampati sinifinin təyini zamanı xəstə ağzını tam açmalı, dilini mümkün olan qədər bayıra çıxarmalı və faringeal orqanların görünməsi ilə dərəcəsi təyin edilir. Qiymətləndirmə zamanı xəstə səs çıxarmamalıdır. Mallampati sinifi ilə yuxarı tənəffüs yollarının klassifikasiya aparılaraq 3-cü və 4-cü sinif çətin endotraxeal intubasiya nəticəsi əldə etdikdə həkim tərəfindən paralel olaraq alternativ intubasiya metodlarına hazırlıq görülməlidir. Qeyd edilən klassifikasiya metodu anesteziya (giriş və əsas narkoz) aparılmadan öncə icra edilir.

4. X6 yuxarı tənəffüs yollarının mallampati sinifi və ya digər klassifikasiya metodu ilə qiymətləndirilməsi həkim anestezioloq-reanimatoloq tərəfindən cərrahiyyə əməliyyatına əksgöstərişlərin olub-olmamasının təyini məqsədi ilə müayinələr aparılıb və müəyyən ediməli idi. 5.7.9.10. X6 yuxarı tənəffüs yollarının quruluşunun qiymətləndirilməsi aparılmadığmdan endotraxeal intubasiya texniki cəhətdən düzgün icra edilməmişdir. Belə ki, intubasiya zamanı həkim anesteziloq-reanimatoloqlar tərəfindən intubasion boru səs yarığından traxeyaya deyil, qida borusuna yeridilmiş, alternativ intubasiya (traxeostomiya) metodu ilə intubasiya gecikdirilmişdir. Murad Süleymanlıııın meyiti müayinə olunmuş, meyitin daxili müayinəsi zamanı mədədə çox miqdarda təzyiqli hava, dodaqların selikli qişasına qansızma, dilin kökünə, yemək borusunun və traxeyanın keçid hissələrinə qansızma, yemək borusunun və traxeyanın selikli qişasına qansızma, mədənin selikli qişasında cırılmalar, müxtəlif ölçülərdə qansızmalar aşkar edilmişdir. Onun üzərində icra edilmiş intubasion anesteziya texniki cəhətdən qüsurlu icra edilmiş və reanimasion tədbirlər gecikdirilmişdir. Buna məsul şəxslər xəstənin yuxarı tənəffüs yollarını vaxtında düzgün qiymətləndirməyən həkim anestezioloqreanimatoloq və intubasion anesteziyanm texniki icrası zamanı iştirak etmiş digər anestezioloq-reanimatoloqlardır 6.8. X8 endotraxeal intubasiya və anaesteziya cərrahi əməliyyat briqadasında iştirak edən (xəstənin anestezioloji müayinəsini aparmış) həkim anestezioloq-reanimatoloq və ya hər hansı çətinlik səbəbi ilə dəvət olunmuş anestezioloq-reanimatoloq tərəfindən icra edilməli idi.

11. X13 mallampati sinifinə görə dəyərləndirilməli, icrası çətin intubasion narkozun riskləri, baş verə biləcək ağırlaşmalar, alternativ intubasiya metodlarının seçilə biləcəyi haqqında məlumatlandırılmalı idi. 12-14. Giriş narkozunda səs teli əzələlərinin rigidliyinin aradan qaldırılması, səs yarığının genişlənməsi məqsədi ilə istifadə edilən mioreleksantlar (arduan) xəstənin spontan (öz) tənəffüs hərəkətlərinin ləngiməsinə və ya qismən dayanmasına səbəb olur. Bu zaman xəstənin qanında saturasiyanın (SP02 - qanın oksigen ilə doyması) qorunması, ləngimiş və ya dayanmış spontan tənəffüsü əvəz etmək məqsədi ilə köməkçi vasitələrlə ağciyərlərin süni ventilyasiyası (ambu və s.) aparılır. Xəstənin saturasiyası (SP02) stabil olduğundan giriş narkozunda istifadə olunan digər dərman preparatlarının təsir effektini (yuxugətirici, ağrıkəsici) tam göstərdikdən sonra qısa müddətdə həkim anestezioloq-reanimatoloq tərəfindən endotraxeal intubasiya icra edilməlidir.

15. X6 ağız boşluğundan endotraxeal intubasiyanm mümkünsüzlüyü, ağciyərlərin süni ventilyasiyasmm ambu, laringeal maska və ya digər üsullarla icrasının mümkün olmadığı aşkar edildikdən dərhal sonra alternativ intubasiya metodu seçilməlidir. Traxeostomiya vasitəsi ilə intubasiya qeyd edilən aletemativ intubasiya metodlarındandır. Murad Süleymanlıya traxeostomiya vasitəsi ilə intubasiya vaxtında icra edilməmişdir.

16. X8 traxeostomiya həkim anestezioloq- reanimotoloqun göstərişi ilə həkim cərrah tərəfindən icra edilməlidir. Traxeostomiya təcili təxirəsalınmaz hallarda digər şəxslər tərəfindən də icra edilə bilər.

17. X8 giriş narkozu məqsədi ilə yeridilən dərman preparatları və onların dozaları onun çəkisinə uyğun olaraq optimal olmuşdur.

18. X6 üzərində iki cərrahiyyə əməliyyatının aparılması onun sağlamlıq vəziyyəti və digər tibbi göstəriciləri nəzərə alınaraq həkim tərəfindən icra edilməsi mümkündür.

19. X6 üzərində icrası planlaşdırılmış “Sol tərəfli qasıq yırtığı” cərrahiyyə əməliyyatı spinal anesteziya ilə də aparıla bilərdi.

20. X6 mallampati sinifindən asılı olmayaraq üzərində icra edilməli cərrahiyyə əməliyyatları ümümi anesteziya vasitəsi ilə icra edilməli idi. Mallampati sinifi endotraxeal narkoz zamanı qarşılaşılması mümkün çətinliklərin təyini, lazımi alternativ tədbirlərə profilaktik hazırlıq üçün icra edilən müayinə olub, intubasion narkozun icrasına əks-göstəriş deyildir.

21. Birliyin Qəbələ rayon şöbəsi tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli, 01 saylı ekspert rəyinin nəticə hissəsinin 4-cü bəndində göstərilən texniki səhv dedikdə həkim anesteziloq-reanimatoloqlar tərəfindən intubasion borunun səs yarığından traxeyaya deyil, qida borusuna yeridilməsi, alternativ intubasiya (traxestomiya) metodu ilə intubasiyanın gecikdirilməsi nəzərdə tutulmuşdur. 22-25. X6 meyiti müayinə olunmuş və onun ölümünə səbəb “İntubasion anesteziya zamanı texniki səhv nəticəsində baş verən kəskin tənəffüs çatmamazlığı” olmuşdur ki, bununla da aparılmış müalicələrlə baş vermiş ölüm arasında səbəbli əlaqə vardır. Bununla əlaqədar səhiyyə sistemində qüvvədə olan 70 saylı əmrin müvafiq təlimat qaydaları pozulmuşdur. Buna məsul şəxslər anestezioloq- reanimatoloqlardır. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında elan olunmaqla tədqiq olunmuş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertizası və X15 X27 xx.xx.2023-cü il tarixli 343/KEŞ saylı təkrar komisyon məhkəmə-tibbi ekspertiza rəyində Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertizası və X15 X27 xx.xx.2023-cü il tarixli 107/KEŞ saylı komisyon məhkəmə-tibbi ekspertiza rəyində qeyd edilənlər təsdiq edilərək əlavə olaraq göstərilmişdir ki: 22-26.32. X6 meyiti müayinə olunmuş və onun ölümünə səbəb “İntubasion anesteziya zamanı texniki səhv nəticəsində baş verən kəskin tənəffüs çatmamazlığı” olmuşdur ki, bununla da aparılmış müalicələrlə baş vermiş ölüm arasında səbəbli əlaqə vardır. Bununla əlaqədar səhiyyə sistemində qüvvədə olan 70 saylı əmrin vəzifə öhdəliklərinin 7-ci bəndi (müvafiq qaydalara və standartlara uyğun olaraq xəstənin aparılması taktikasının (anamnezin toplanması, klinik-laborator tədqiqatların, müayinə və müalicənin aparılmasını, diaqnozunu müəyyən edir) pozulmuşdur. Buna məsul şəxs (şəxslər) xəstənin yuxarı tənəffüs yollarını vaxtında düzgün qiymətləndirməyən və intubasion anesteziyanın qüsurlu texniki icrası zamanı iştirak etmiş həkim anestezioloq-reanimatoloqdur (anestezioloq-reanimatoloqlar). Hazırki işdə 1 deyil, 3 nəfər anestezioloq-reanimatoloqun adının keçməsi və ekspertizaya təqdim edilmiş materiallarındakı izahatlar arasındakı ziddiyyətli məqamlar səbəbindən onların xəstəyə göstərmiş olduqları tibbi manipulyasiyaların ardıcıllığını və texniki qüsura məhz hansı (və ya hansılar) tərəfindən yol verilməsini məhkəmə-tibbi yolla təyin etməyin mümkün olmamasını nəzərə alaraq bu, istintaq yolu ilə müəyyənləşdirilə bilər. 35-37. Xarici ölkədə tibb təhsil alan və Qəbələ Rayon Mərkəzi Xəstəxanası PHŞ-nin həkimi (tibb personalı) olmayan Şahid11 nəinki Murad Süleymanlıya göstərilən tibbi tədbirlərdə iştirakı, hətta onunla xəstəxana arasında əmək müqaviləsinin olmaması səbəbindən kənar şəxs hesab olduğundan cərrahiyyə əməliyyatı zamanı onun əməliyyat blokuna daxil olması belə düzgün hesab olunmur. Bu müvafiq təlimat qaydaları ilə tənzimlənir və buna məsul və cavabdeh şəxslər xəstəxananın rəhbərliyidir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında elan olunmaqla tədqiq olunmuş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertizası və X15 X27 xx.xx.2023-cü il tarixli 606/KEŞ saylı əlavə komisyon məhkəmə-tibbi ekspertiza rəyində Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertizası və X15 X27 xx.xx.2023-cü il tarixli 107/KEŞ saylı komisyon məhkəmə-tibbi ekspertiza rəyində Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertizası və X15 X27 xx.xx.2023-cü il tarixli 343/KEŞ saylı təkrar komisyon məhkəmə-tibbi ekspertiza rəyində qeyd edilənlər təsdiq edilərək əlavə olaraq göstərilmişdir ki: 18-22.28.34.35.37. X6 meyiti müayinə olunmuş və onun ölümünə səbəb “İntubasion anesteziya zamanı texniki səhv nəticəsində baş verən kəskin tənəffüs çatmamazlığı” olmuşdur ki, bununla da aparılmış müalicələrlə baş vermiş ölüm arasında səbəbli əlaqə vardır. Bununla əlaqədar səhiyyə sistemində qüvvədə olan 70 saylı əmrin vəzifə öhdəliklərinin 7-ci bəndi (müvafiq qaydalara və standartlara uyğun olaraq xəstənin aparılması taktikasının (anamnezin toplanması, klinik-laborator tədqiqatların, müayinə və müalicənin aparılmasını, diaqnozunu müəyyən edir) pozulmuşdur. Cinayət işi materiallarına əlavə edilmiş məlumatlardan görünür ki, buna məsul şəxs xəstənin yuxarı tənəffüs yollarını vaxtında düzgün qiymətləndirməyən və intubasion anesteziyanın qüsurlu texniki icrası zamanı iştirak etmiş həkim anestezioloq- reanimatoloq Təqsirləndirilən şəxsdir.

29. X6 yuxarı tənəffüs yollarının Mallampati sinifi və ya digər klassifıkasiya metodu ilə qiymətləndirilməsi həkim anestezioloq- reanimatoloq tərəfindən cərrahiyyə əməliyyatına əksgöstərişlərin olub-olmamasının təyini məqsədi ilə aparılmalı və müəyyən ediməli idi. 31-33.41. Xarici ölkədə tibb təhsil alan və Qəbələ Rayon Mərkəzi Xəstəxanası PHŞ-nin həkimi (tibb personalı) olmayan Şahid11 nəinki Murad Süleymanlıya göstərilən tibbi tədbirlərdə iştirakı, hətta onunla xəstəxana arasında əmək müqaviləsinin olmaması səbəbindən kənar şəxs hesab olunduğundan cərrahiyyə əməliyyatı zamanı onun əməliyyat blokuna daxil olması belə düzgün hesab olunmur. Lakin, bununla baş vermiş ölüm arasında səbəbli əlaqə olmamışdır. Bu da müvafiq təlimat qaydaları ilə tənzimlənir və buna məsul və cavabdeh şəxslər xəstəxananın rəhbərliyidir.

36. Həkim-anestezioloq Şahid6 giriş narkozu dərmanlarının vurulması haqqında göstəriş verdikdən sonra səhhətində problem olmasını bildirirək intubasiyaya cəhd etmədən əməliyyat blokunu tərk edib bir neçə dəqiqə sonra geri qayıtması ilə Murad Süleymanlının ölümü arasında səbəbli əlaqə olmamışdır. Məhkəmənin xx.xx.2024-cü il tarixli təkrar komisyon məhkəmə–tibbi ekspertizası təyin olunması barədə qərarına əsasən Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertizası və X15 X35 tərəfindən verilmiş və iş materiallarına əlavə edilmiş 210/KEŞ saylı məhkəmə-tibbi ekspert rəyində göstərilmişdir ki, 1990-cı il təvəllüdlü X6 adına tərtib edilmiş tibbi sənədlərdə göstərilənlərə, meyitinin məhkəmə-tibbi müayinəsinə və iş materiallarına əlavə edilmiş məlumatlara əsaslanaraq, qərarda qarşıya qoyulan suallara uyğun ekspert komissiyası aşağıdakı nəticəyə gəlir: 1. X6 ölümü meyit müayinə olunan vaxtdan, yəni xx.xx.2023-cü il tarix, saat 13:30-dan 2 (iki) saat əvvəl baş vermişdir. 2. X6 yuxarı tənəffüs yollarının quruluşunun qiymətləndirilməsi aparılmadığından endotraxeal intubasiya texniki cəhətdən düzgün icra edilməmişdir. Belə ki, intubasiya zamanı həkim anestezioloqreanimatoloq tərəfindən intubasion boru səs yarığından traxeyaya deyil, qida borusuna yeridilmiş, alternativ intubasiya (traxeostomiya) metodu ilə intubasiya gecikdirilmişdir. Murad Süleymanlının meyiti müayinə olunmuş, meyitin daxili müayinəsi zamanı mədədə çoxlu miqdarda təzyiqli hava, kəskin genişlənmə nəticəsində mədənin selikli qişasında cırılmalar və müxtəlif ölçülərdə qansızmalar, dodaqların selikli qişasına qansızma, dilin kökünə, yemək borusunun və traxeyanın keçid hissələrinə qansızma, yemək borusunun və traxeyanın selikli qişasına qansızma aşkar edilmişdir. İcra edilmiş intubasion anesteziya texniki cəhətdən qüsurlu icra edilmiş və reanimasion tədbirlər gecikdirilmişdir. Buna məsul şəxs xəstənin yuxarı tənəffüs yollarını vaxtında düzgün qiymətləndirməyən və intubasion anesteziyanın qüsurlu texniki icrasında iştirak etmiş həkim anestezioloq-reanimatoloqdur. 3. Murad Süleymanlıya giriş narkozu məqsədi ilə yeridilən dərman preparatları və onların dozaları onun çəkisinə uyğun olaraq optimal olmuşdur. 4. Murad Süleymanlıya anesteziya Mallampati sinfinə görə dəyərləndirilməmiş, icrası çətin intubasion narkozun risklərinə, baş verə biləcək ağırlaşmalara, alternativ intubasiya metodlarına uyğun icra edilməmişdir. 5-8. Murad Süleymanlının meyiti müayinə olunmuş və onun ölümünə səbəb "İntubasion anesteziya zamanı texniki səhv nəticəsində baş verən kəskin tənəffüs çatmamazlığı" olmuşdur ki, bununla da aparılmış müalicələrlə baş vermiş ölüm arasında səbəbli əlaqə olmuşdur. Bununla da səhiyyə sistemində qüvvədə olan, Səhiyyə Nazirliyi tərəfindən xx.xx.2012-ci il tarixli 70 saylı əmrin vəzifə öhdəliklərinin 7-ci bəndi (müvafiq qaydalara və standartlara uyğun olaraq xəstənin aparılması taktikasının, anamnezin toplanması, klinik-laborator tədqiqatların, müayinə və müalicənin aparılmasını, diaqnozunu müəyyən edir) pozulmuşdur. Cinayət işinin istintaq materiallarına əlavə edilmiş məlumatlardan görünür ki, buna məsul şəxs xəstənin yuxarı tənəffüs yollarını vaxtında düzgün qiymətləndirməyən və intubasion anesteziyanın qüsurlu texniki icrası zamanı iştirak etmiş həkim anestezioloq-reanimatoloq Təqsirləndirilən şəxsdir. Lakin məhkəmə araşdırması zamanı şahidlərin ifadələrinin cinayət işi materiallarında göstərilmiş hallara uyğun gəlməməsi müəyyən olunmuşdur. Belə olan halda xəstənin yuxarı tənəffüs yollarını vaxtında düzgün qiymətləndirməyən və intubasion anesteziyanın qüsurlu texniki icrası zamanı iştirak etmiş həkim anestezioloq- reanimatoloq məhkəmə istintaqı yolu ilə müəyyənlişdirilə bilər. Məhkəmə araşdırması zamanı cinayət işi materiallarına əlavə edilmiş "xxxx" X31 X29 X2 Tibbi Xidmətin Keyfiyyətinin Qiymətləndirilməsi və X23 X12 17 mart 2023-cü il tarixli, 3/3 nömrəli protokolundan çıxarışdan görünür ki, aşağıdakılar qərara alınmışdır.:

1. Xəstənin birbaşa ölüm səbəbi düzgün anesteziya edilməməsi nəticəsində əmələ gələn döş qəfəsinin rigidliyi düşünülür. Ölümün dəqiq səbəbini müəyyən etmək üçün meyitin təşrihi nəticəsi haqqında məlumatlarn əldə edilməsi labüddür.

2. Anesteziya zamanı istifadə olunan dərmanların ardıcıllığı və dozasında qüsurlar aşkar edilib. Belə ki, fentanildən sonra döş qəfəsində rigidliyə səbəb ola bilən amil hesab edilən arduan istifadə edilib. Arduan fentanil preparatından əvvəl istifadə edilməlidir.

3. Anesteziya zamanı anestezioloji risklər dəyərləndirilməmiş və çətin intubasiya alqoritminə uyğun anesteziya icra edilməmişdir.

4. Xəstəyə əməliyyatdan əvvəl həkim-anestezioloq Şahid8 tərəfindən baxış keçirilmiş və Mallampati İV, qısa boyun qeyd edilmişdir. Əməliyyata həkim-anestezioloq Şahid6 hazırlaşmış, lakin anesteziyanı həkim Şahid5 və Təqsirləndirilən şəxs tərəfindən icra edilmişdir. Anesteziya tibbi sənədlərlə lazımi qaydada tanış olunmadan və anestezioloqlar tərəfindən razılaşdırılmış qaydada məlumat ötürülmədən həyata keçirilib.

5. Şahid6 tərəfindən əməliyyatdan əvvəl tibbi sənədlərə baxış keçirilməmiş və anestezioloji risklər qiymətlənidirilməmişdir. Bundan əlavə, səhhətində olan problemlərlə bağlı Şahid6 tərəfindən anesteziyanın icra edə bilməyəcəyi bildirilmiş, lakin xəstədə anestzioloji risklər haqqında həkim Şahid5 və Təqsirləndirilən şəxs məlumat verilməmişdir.

6. Çətin anesteziya olduğu haqqında həkim-anestezioloq Şahid8 və Şahid6 tərəfindən şöbə müdiri Şahid5 vaxtında, yəni əməliyyatdan əvvəl məlumat verilməmişdir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında elan olunmaqla tədqiq olunmuş №0173259 xəstəlik tarixində göstərilmişdir ki, İsmayıllı rayon sakini, xx.xx.1990-cı il təvəllüdlü X13 xx.xx.2023-cü il tarixdə saat 09:00-da “Xroniki daşlı xolesistit” və “Sol tərəfli qasıq yırtığı” diaqnozu ilə Qəbələ rayon Mərkəzi xəstəxanasının Cərrahiyə bölməsinə daxil olmuşdur. Xəstənin müalicə həkimi Şahid1 olmuş, “Xolesistentomiya” və “Hernioplastika” əməliyyatlarının icrası planlaşdırılmışdır. Anesteziya və cərrahiyyə əməliyyatına xəstə məlumatlandırma və razılıq forması X13 tərəfindən imzalanmışdır. Epikirizdə yazılmışdır: “Xəstə xx.xx.2023-cü il tarixdə əməliyyat blokuna verilmişdir. əməliyyat otağında intubasiyaya bir neçə cəhd edilmiş, ambu vasitəsilə tənəffüs verilmiş, lakin tənəffüs keçiriciliyi təmin olunmadığı üçün traxeostamiya icra edilmiş, suni tənəffüs aparatına qoşulmuşdur. Göstərilən tədbirlərə baxmayaraq xəstədə ölüm təsdiqlənib. Ölüm səbəbi-bronxaspazm fonunda kəskin ağ ciyər, ürək çatışmazlığı, ağ ciyərlərin trombo-emboliyası.” Məhkəmədə ekspert rəyləri tədqiq edilərkən müəyyən edildi ki, ekspert rəyləri işin müəyyən edilmiş hallarına uyğun gəldiyindən və digər sübutlarla təsdiq edildiyindən sübut kimi qəbul edilməlidir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında elan olunmaqla tədqiq olunmuş Azərbaycan Respublikası Səhiyyə Nazirinin 19 sentyabr 2012-ci il tarixli 70 nömrəli əmri ilə təsdiq edilmiş «Həkim-anestezioloq-reanimatoloqun nümunəvi vəzifə təlimatı»nda göstərilmişdir ki, həkim-anestezioloq-reanimatoloqmüvafiq qaydalara və standartlara uyğun olaraq xəstənin aparılması taktikasının (anamnezin toplanması, klinik-laborator tədqiqatların, müayinə və müalicənin aparılması) və diaqnozunun müəyyən edilməsinə, tibbi praktikada tətbiqinə icazə verilmiş müasir profilaktika, diaqnostika, müalicə və reabilitasiya metodlarından istifadə etməklə öz ixtisası üzrə peşəkar səviyyədə tibbi yardım göstərilməsinə, ona həvalə olunmuş vəzifə öhdəliklərinin vaxtında və keyfiyyətli həyata keçirilməsinə şəxsən məsuliyyət dayışır. Cinayət işinə əlavə edilmiş Qəbələ rayon X16 Hüquqi Şəxsindən daxil olmuş xx.xx.2023cü il tarixli məktuba əsasən Təqsirləndirilən şəxs Qəbələ RMX PHŞ-n poliklinika şöbəsinin “narkoloji və ya ruhi əsəb” kabinetində qeydiyyatda deyildir. Cinayət işinə əlavə edilmiş №0003143 əmək kitabçasından görünür ki, Təqsirləndirilən şəxs xx.xx.1986-ci il tarixli 15 nömrəli əmri əsasında Qəbələ rayon X3 şöbəsində həkimanestezioloq-reanimatoloq vəzifəsinə təyin olunmuşdur. Cinayət işinə əlavə edilmiş xx.xx.2022-ci il tarixli №K-0481 əmrdən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdən Qəbələ rayon Mərkəzi Xəstəxanası PHŞ-nin Anesteziologiya-reanimasiya və intensiv terapiya şöbəsində həkim-anestezioloq-reanimatoloq vəzifəsinə təyin olunmuşdur. Beləliklə, məhkəmə və məhkəməyədək araşdırma zamanı toplanmış sübutlara məcmu halında qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs səhlənkarlıq edərək işinə vicdansız və laqeyd münasibəti nəticəsində öz xidməti vəzifəsini lazımi qaydada yerinə yetirmədiyindən onun hərəkətləri ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olması şahidlərin ifadələri, ekspert rəyləri və digər sübutlarla tam sübuta yetirilir. Məhkəmə hesab edir ki, istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 314.2-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Belə ki, Azərbaycan Respublikası CM-in 314.1-ci maddəsinə əsasən, Səhlənkarlıq, yəni vəzifəli şəxsin işə vicdansız və ya laqeyd münasibəti nəticəsində öz xidməti vəzifəsini yerinə yetirməməsi və ya lazımi qaydada yerinə yetirməməsifiziki və ya hüquqi şəxslərin hüquqlarına və qanuni mənafelərinə və ya dövlətin və ya cəmiyyətin qanunla qorunan mənafelərinə mühüm zərər vurulmasına səbəb olduqda — min beş yüz manatdan üç min manatadək miqdarda cərimə və ya iki yüz qırx saatdan dörd yüz altmış saatadək ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya altı ayadək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası CM-in 314.2-ci maddəsinə əsasən, eyni əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda — iki ildən beş ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Cinayət Məcələəsinin 308-ci maddəsinin qeyd hissəsində nəzərdə tutulmuş vəzifəli şəxs anlayışnın şərh olunmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2013-cu il tarixi plenum qərarında göstərilmişdir ki, “vəzifəli şəxs” dedikdə aşağıdakı şəxslər başa düşülür: - dövlət və bələdiyyə müəssisə, idarə və təşkilatlarının, digər kommersiya və qeyri-kommersiya təşkilatlarının rəhbərləri və işçiləri; - dövlət və bələdiyyə müəssisə, idarə və təşkilatlarında, digər kommersiya və qeyrikommersiya təşkilatlarında xüsusi səlahiyyət üzrə təşkilati-sərəncamverici və ya inzibatitəsərrüfat funksiyalarını yerinə yetirən şəxslər. Təşkilati-sərəncamverici funksiyanı həyata keçirən şəxs, dövlət və bələdiyyə müəssisə, idarə və təşkilatların, habelə digər kommersiya və qeyri-kommersiya təşkilatların fəaliyyətini idarə edir. Bu cür funksiyanın həyata keçirilməsi insanlar üzərində rəhbərlik etməklə əlaqədardır (kadrların seçilməsi, yerləşdirilməsi, işə qəbul, işdən çıxarma, işin təşkili və s.). İnzibati-təsərrüfat funksiyası üçün isə insanlar üzərində rəhbərlik etmək mütləq deyil. Burada əsas maddi nemətlər üzərində nəzarət və onların idarə olunması, onların buraxılmasının, qəbul olunmasının, məsuliyyətli saxlanılmasının, realizə olunmasının və s. təşkil edilməsidir. Şəxsə müvafiq funksiyaların verilməsinin hüquqi əsası qismində Konstitusiya, qanun, nizamnamə, təlimat, əmr və ya konkret vəzifə tutan şəxsin hüquq və vəzifələrinin müəyyən edildiyi vəzifəyə təyin edilməyə dair digər hüquqi akt çıxış edir. Konkret vəzifəyə təyin olunmadan lakin faktiki olaraq təşkilati-sərəncamverici və ya inzibati-təsərrüfat funksiyaları yerinə yetirən, həmçinin xüsusi səlahiyyət əsasında dövlət və ya özünüidarə orqanlarını təmsil edən şəxslər CM-in 308-ci maddəsinin “Qeyd” hissəsinə əsasən vəzifəli şəxs hesab edilə bilərlər. Xüsusi səlahiyyətləri buna hüququ olan orqan, vəzifəli şəxs, əmək kollektivi verir. Xüsusi səlahiyyətlər qanunla, normativ aktla, əmrlə, əmək kollektivinin qərarı və s. ilə rəsmiləşdirilir. Bu funksiyalar müəyyən müddət ərzində, birdəfəlik və ya əsas işlə müştərək qaydada həyata keçirilə bilər. Hüquqi əhəmiyyətli hərəkətləri etməyə səlahiyyəti olan şəxslərin də vəzifəli şəxslər sırasına aid olunması istisna edilmir. Qeyd edilməlidir ki, elə hərəkətlər hüquqi əhəmiyyət kəsb edən hesab olunurlar ki, onların edilməsi hüquq münasibətlərinin əmələ gəlməsi, dəyişməsi və ya xitam olunması kimi nəticələrə səbəb olur və ya səbəb ola bilər. Həmin anlayışa uyğun olaraq, hüquqi əhəmiyyət kəsb edən hərəkətlər dedikdə onları etməyə səlahiyyəti olan şəxslərin hərəkətləri başa düşülür. Bu əlamətin mövcudluğu şəxsin müəssisə, idarə və təşkilatda daimi və ya müvəqqəti olaraq müəyyən vəzifə tutmasını (müəyyən işi görməsini) və buna müvafiq olaraq müəyyən hallarda hüquqi əhəmiyyətli hərəkətləri etməsini nəzərdə tutur. Beləliklə, cinayət qanununun məzmununa görə müəyyən olunmuş qaydada hüquqi əhəmiyyətli hərəkətləri etməyə səlahiyyətli şəxslər - müəssisə, idarə və təşkilatlarda (mülkiyyət formasından asılı olmayaraq) daimi və ya müvəqqəti olaraq vəzifə tutan və ya üzərilərinə qoyulmuş öhdəlikləri xüsusi tapşırıq əsasında icra edən, başqa şəxslər üçün hüquq münasibətlərinin əmələ gəlməsi, dəyişməsi və ya xitam olunması ilə nəticələnən və ya nəticələnə bilən hərəkətləri edən şəxslərdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin plenum qərarına və Azərbaycan Respublikası Səhiyyə Nazirinin 19 sentyabr 2012-ci il tarixli 70 nömrəli əmri ilə təsdiq edilmiş Həkim-anestezioloq-reanimatoloqun nümunəvi vəzifə təlimatı əsasən Təqsirləndirilən şəxs vəzifəli şəxs hesab olunmalıdır. Beləliklə də, Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən, məhkəmə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarmağı məqsədəmüvafiq hesab edir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən hesab edir ki, aşağıdakılar nəzərə alınmalıdır. İşdə olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ-nin verdiyi tələbnamədən aydın olur ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İşdə olan Azərbaycan Respublikası Qəbələ Rayon İcra Hakimiyyəti Başçısının Nohurqışlaq kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 11 may 2023cü il tarixli, 5-59-40/2-254-2-23 nömrəli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə edilir. İşdə olan Azərbaycan Respublikası Qəbələ Rayon İcra Hakimiyyəti Başçısının Nohurqışlaq kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 11 may 2023cü il tarixli, 5-59-40/2-253-23 nömrəli arayışdan görünür ki, Təqsirləndirilən şəxs Qəbələ rayonu Nohurqışlaq kəndində qeydiyyatda olmaqla həmin kənddə yaşayır. Ailə tərkibi arvadı X14, oğlanları 1990-cı il təvəllüdlü X19, 1992-ci il təvəllüdlü Şahid4, 1999-cu il təvəllüdlü X20 və nəvəsi 2022-ci il təvəllüdlü X9 ibarətdir. Məhkəmə Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs ilk dəfə cinayət törətməsini, yaşını və yaşayış yerindən müsbət xarakterizə olunmasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-in 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran halların olmadığını müəyyən edir. Azərbaycan Respublikası CM-in 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yünşülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. “Məhkəmə Hökmü Haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 №-li qərarının, 45-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu zaman hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməli, seçilən cəzanın və ya digər cinayət-hüquqi xarakterli tədbirin təqsirləndirilən şəxsin islah olunması, ailəsinin həyat şəraitinə təsiri baxımından məqsədəuyğun olması izah edilməlidir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 nömrəli Qərarında nəzərdə tutulur ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Məhkəmə yuxarıda göstərilənlərə əsasən, hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən halları, cəzasını ağırlaşdıran halların olmamasını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri, həmçinin Azərbaycan Respublikası CM-nin 60.1-ci maddəsinin tələbləri nəzərə alınmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 314.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini məqsədəuyğun sayır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikası CM-in 41.2-ci maddəsində deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cinayət törətmiş şəxsin fərdi xüsusiyyətlərinə, törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsinə və xarakterinə mütənasibdir və hazırkı halda həmin cəza, cəzanın məqsədini təmin edir. Azərbaycan Respublikası CM-nin 56.1.1 və 56.1.2-ci maddələrinə əsasən, azadlıqdan məhrum etmə növündə cəzanın ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq olmayan müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün-məntəqə tipli cəzaçəkmə müəssisələrində; qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün-ümumi rejimli cəza çəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Eyni zamanda məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəliliyini nəzərə alıb hesab edir ki, Təqsirləndirilən şəxs əlavə cəza təyin edilməklə o, həkim-anestezioloqreanimatoloq vəzifəsində işləmək hüququndan məhrum edilməlidir. Belə ki, Azərbaycan Respublikası CM-nin 46.2-ci maddəsinə əsasən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəliliyini, təqsirkar şəxsin şəxsiyyətini nəzərə alaraq, məhkəmə onun müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququnun saxlanılmasını qeyri-mümkün hesab edərsə, həmin şəxsə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsi ilə nəzərdə tutulmayan hallarda da müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə cəza növünü əlavə cəza kimi təyin edə bilər. Həmin məcəllənin 46.3-cü maddəsinə əsasən müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə cəza növünün intizam xarakterli hərbi hissədə saxlama və ya azadlıqdan məhrum etmə cəzalarına əlavə olaraq təyin edildiyi hallarda, əlavə cəza əsas cəzanın çəkildiyi bütün müddətə və bundan əlavə, hökmdə bu cəza növü üçün müəyyən edilmiş müddətə şamil olunur. Bu cəza növünün cərimə və digər əsas cəzalara əlavə olaraq təyin edildiyi hallarda, habelə şərti məhkum etmə zamanı əlavə cəzanın müddəti hökmün qanuni qüvvəyə mindiyi andan hesablanır. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin onun təqsirli bilindiyi 314.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə növündə əsas cəza, həkim-anestezioloq-reanimatoloq vəzifəsində işləmək hüququndan məhrum etmə növündə əlavə cəza təyin olunmalı, onun barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə görə məhkəmə, hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli olan əmlakın olub-olmaması məsələsini həll etməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.1 və 99-1.1.1-ci maddəsinə əsasən məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunan əmlak hesab olunur. Məhkəmə xüsusi müsadirə ilə bağlı məsələni müzakirə edərək hesab edir ki, iş üzrə belə bir əmlak olmadığından təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə ilə bağlı müddəa tətbiq edilməməlidir. İş üzrə maddi sübut, mülki iddia və məhkəmə xərcləri yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 44.1; 344-347; 349; 351-353, 356, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə

HÖKM ETDİ:

Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 314.2-ci maddəsi ilə təqsirli bilinsin və ona 02 (iki) il müddətinə həkim-anestezioloq-reanimatoloq vəzifəsində işləmək hüququndan məhrum edilməklə, 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin, cəzaçəkmə müddətinin əvvəli məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata düşdüyü vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut, mülki iddia və məhkəmə xərcləri yoxdur. Hökm elan olunduğundan 20 (iyirmi) gün müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsilə Şəki Apelyasiya məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökm apellyasiya şikayəti və ya protesti verilmədikdə, həmin müddət başa çatdıqdan sonra qüvvəyə minir.

Sədrlik edən: Abbas Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar