Azərbaycan Respublikası adından HÖKM Qəbələ şəhəri İş № 1(025)-1/2025 19.02.2025 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Abbas Baba oğlunun sədrliyi, məhkəmə iclas katibi Əbdürəhimova Fəridə Arif qızının katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikasının Baş X1 Müdafiəsi İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İİ dərəcəli hüquqşunas Dövlət ittihamçısı, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3, onların müdafiəçisi Qəbələ rayon Vəkil Bürosunun vəkili Müdafiəçi1, Təqsirləndirilən şəxs2 və onun müdafiəçisi Qəbələ rayon Vəkil Bürosunun vəkili X2, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 iştirakları ilə xx xxxx 1967-ci ildə Kürdəmir rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, işsiz, Bakı şəhəri, Nərimanov rayonu, Y.V.Çəmənzəminli küçəsi, ev 106/44A, mənzil 143-də qeydiyyatda olmaqla Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, “Muxtarov” adlanan ərazidə yerləşən fərdi yaşayış evində yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə, xx xxxxx 1998-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ali təhsilli, subay, işsiz, ünvan 1 ünvanında qeydiyyatda olmaqla Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsində, “Muxtarov” adlanan ərazidə yerləşən fərdi yaşayış evində yaşayan, barəsində polisin nəzarətim altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1 və 127.2.3-cü maddələri ilə, xx xxxxxxxx 1987-ci ildə İsmayıllı rayonunun Tircan kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, işsiz, İsmayıllı şəhəri, H.Əliyev prospekti, ev 11, mənzil 5-də qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1, 127.2.2 və 127.2.3-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinin materiallarına açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs1 xx.xx.2022-ci il tarixdə, saat 21-22 radələrində, dəqiq saatı müəyyən edilməyən vaxtda oğlu Təqsirləndirilən şəxs3 ilə birlikdə sərnişin qismində əyləşdiyi kürəkəni Təqsirləndirilən şəxs2 idarə edərək “VAZ-2170” markalı **-VR-*** dövlət qeydiyyat nişanlı avtomobillə İsmayıllı şəhərinin S.Vurğun küçəsi ilə İsmayıllı şəhərinin H.Əliyev prospekti istiqamətində hərəkətdə olduğu vaxt işıqforun yaxınlığında hərəkətdə olan “Saypa” markalı **-OU-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Zərərçəkmiş şəxs1 ilə birbirilərinin hərəkətinə işıqfora qədər olan məsafədə təhlükə yaratmaları səbəbindən Təqsirləndirilən şəxs2 idarə etdiyi “VAZ-2170” markalı **-VR-*** dövlət qeydiyyat nişanlı avtomobilin işıqlarını yandırıb-söndürərək qarşıda hərəkətdə olan Zərərçəkmiş şəxs1 avtomobilini saxlamasına işarə etmiş, bundan sonra Təqsirləndirilən şəxs2 avtomobilinin qarşı hissəsini qəsdən Zərərçəkmiş şəxs1 avtomobilinin qarşısına verib saxlayaraq o və Təqsirləndirilən şəxs2 maşının pəncərəsindən Zərərçəkmiş şəxs1 baxıb kobud formada irad bildirərək sonuncuya səhvini başa salacaqlarını bildirdikdə, Zərərçəkmiş şəxs1 həmin şəxslərin onunla mübahisəni davam etdirmək istədiklərini görüb oradan uzaqlaşaraq “Saypa” markalı **-OU-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edib təxminən 70-80 metr məsafədə İsmayıllı şəhərinin H.Əliyev prospektində yerləşən işlətdiyi “Halal kafe” adlanan kafenin yaxınlığında saxlamış, o, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 bir qrup şəxs halında sonuncunun idarə etdiyi “VAZ-2170” markalı **-VR-*** dövlət qeydiyyat nişanlı avtomobillə Zərərçəkmiş şəxs1 təqib edərək işlətdiyi kafenin qarşısına gəlib avtomobildən düşərək sonuncunun üzərinə getdikdə, Zərərçəkmiş şəxs1 onun sinə nahiyəsindən yumruqla vurub özünü müdafiə etməsini görüb bunu cüzi səbəb kimi bəhanə etməklə, o, əlbir olduğu Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3la birlikdə özlərinin şəxsiyyətini cəmiyyətin və ətrafdakıların şəxsiyyətinin fövqündə qoymaqla ictimai qaydanı kobud surətdə pozan, yəni ictimai yer hesab olunan həmin prospektdə, habelə orada və yaxınlıqdakı ictimai iaşə obyektlərində digər şəxslərin olmasına əhəmiyyət verməyərək həmin obyektlərin normal fəaliyyətinin və ictimai asayişin uzun müddətə pozulmasına, ətrafda olan şəxslərin hüquq və qanuni mənafelərinin toxunulmazlığına təhlükə və həyəcanın yaranmasına səbəb olan, birgəyaşayış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, yəni ictimai və şəxsi mənafelərə əhəmiyyətli ziyan vuran, cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və ədəb qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan, ətrafdakı şəxslər üçün açıq surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq, cəmiyyətdə hamı tərəfindən qəbul edilmiş davranış qaydalarına, əxlaq və mənəviyyat normalarına qarşı saymazlıq göstərən, vətəndaşların normal həyat və fəaliyyəti üçün təhlükə yaradan, qorxu və narahatçılıq hissinə səbəb olan hərəkətlərə yol verərək Zərərçəkmiş şəxs1la yüksək səslə zor tətbiq edilməsi hədəsi ilə mübahisə etməyə və nalayiq ifadələr işlətməyə başlamış, həmin vaxt Təqsirləndirilən şəxs3 xuliqanlıq niyyəti ilə qəsdən bir dəfə yumruqla Zərərçəkmiş şəxs1 sifət nahiyəsindən vurub zor tətbiq etməklə sonuncuya burun sümüyünün az yerdəyişən sınığı və burun tənəffüsünün pozulması ilə müşayiət olunan burun belinin qançırı kimi sağlamlığın uzun müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığa az ağır zərərvurmaya aid, sağ ayağına sol ayağı ilə vurub idman fəndi tətbiq edərək sağ çiyni üstə yerə yıxıb sifət nahiyəsindən təpiklə qəsdən bir neçə dəfə vuraraq sonuncuya qapalı kəllə beyin travması, hər iki gözün üst qapaqlarının və hər iki gözaltı nahiyələrin qançırı, hər iki gözün ağlı qişasına qansızma kimi sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aid bədən xəsarətləri yetirmiş, Təqsirləndirilən şəxs2 Zərərçəkmiş şəxs1 ani anda halsız düşüb huşunu itirərək yerə yıxılıb köməksiz vəziyyətdə olmasını aşkar surətdə görüb yaxınlaşaraq öz şəxsiyyətini cəmiyyətin fövqündə qoymaqla xuliqanlıq niyyəti ilə sonuncunun sağ çiyin nahiyəsindən və sağ dirsək nahiyəsindən bir neçə dəfə qəsdən təpiklə zərbələr vuraraq Zərərçəkmiş şəxs1 sağ dirsək nahiyəsinin sıyrığı kimi sağlamlığa zərərvurmadığına görə dərəcəsi təyin edilməyən bədən xəsarəti, habelə sağ bazu sümüyünün oynaq başının az yerdəyişən sınığı kimi sağlamlığın uzun müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığa az ağır zərərvurmaya aid bədən xəsarəti yetirmiş, həmin vaxt o, bir qrup şəxs halında törətdikləri ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən qərəzli hərəkətlərini davam etdirib ümumi niyyətdən kənara çıxaraq digərlərinin qəsdi ilə əhatə olunmayan hərəkətlər etməklə, istintaqla müəyyən edilməyən mənbədən əldə edib əlinə götürdüyü baltadan silah qismində istifadə edərək uca səslə nalayiq ifadələr işlədib dava edən şəxsləri aralaşdırmağa çalışan şəxsləri balta ilə vuracağını deyərək yaxınlaşmamaları üçün zor tətbiq etməklə hədələyərək, habelə, həmin yerə səs-küyü eşidib kömək etmək üçün gələn və yerdə uzanmış vəziyyətdə olan Zərərçəkmiş şəxs1 təpiklə vuran Təqsirləndirilən şəxs3 tutub aralaşdırmağa çalışmaqla ictimai qaydanın pozulmasının qarşısını almaq istəyən Zərərçəkmiş şəxs2 sol qolundan silah qismində istifadə etdiyi baltanın kəsici olmayan küp hissəsi ilə qəsdən bir dəfə zərbə vuraraq zor tətbiq edib sonuncuya sol dirsək oynağının qançırı kimi sağlamlığa zərərvurmadığına görə dərəcəsi təyin edilməyən bədən xəsarəti yetirərək, sonra isə qərəzli xuliqanlıq hərəkətlərini davam etdirib silah qismində istifadə etdiyi baltanın kəsici olmayan küp hissəsi ilə Zərərçəkmiş şəxs1 sağ bud nahiyəsindən qəsdən bir dəfə və təpiklə sağ ayaq nahiyəsindən bir neçə dəfə zərbələr vuraraq zor tətbiq etməklə sonuncuya sağ bud nahiyəsinin sıyrığı kimi sağlamlığa zərər vurmadığına görə dərəcəsi təyin edilməyən bədən xəsarəti yetirərək qərəzli xuliqanlıq hərəkətləri etmişdir. Bununla da, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının CM-nin 221.3cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Təqsirləndirilən şəxs3 xx.xx.2022-ci il tarixdə, saat 21-22 radələrində, dəqiq saatı müəyyən edilməyən vaxtda atası Təqsirləndirilən şəxs1 ilə birlikdə sərnişin qismində əyləşdiyi yeznəsi Təqsirləndirilən şəxs2 idarə etdiyi “VAZ-2170” markalı **-VR-*** dövlət qeydiyyat nişanlı avtomobillə İsmayıllı şəhərinin S.Vurğun küçəsi ilə İsmayıllı şəhərinin H.Əliyev prospekti istiqamətində hərəkətdə olduğu vaxt işıqforun yaxınlığında hərəkətdə olan “Saypa” markalı **-OU-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Zərərçəkmiş şəxs1 ilə Təqsirləndirilən şəxs2 bir-birilərinin hərəkətinə işıqfora qədər olan məsafədə təhlükə yaratmaları səbəbindən Təqsirləndirilən şəxs2 idarə etdiyi “VAZ-2170” markalı 10-VR119 dövlət qeydiyyat nişanlı avtomobilin işıqlarını yandırıb-söndürərək qarşıda hərəkətdə olan Zərərçəkmiş şəxs1 avtomobilini saxlamasına işarə etmiş, bundan sonra Təqsirləndirilən şəxs2 avtomobilinin qarşı hissəsini qəsdən Zərərçəkmiş şəxs1 avtomobilinin qarşısına verib saxlayaraq Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 maşının pəncərəsindən Zərərçəkmiş şəxs1 baxıb kobud formada irad bildirərək sonuncuya səhvini başa salacaqlarını bildirdikdə, Zərərçəkmiş şəxs1 həmin şəxslərin onunla mübahisəni davam etdirmək istədiklərini görüb oradan uzaqlaşaraq “Saypa” markalı **-OU-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edib təxminən 70-80 metr məsafədə İsmayıllı şəhərinin H.Əliyev prospektində yerləşən işlətdiyi “Halal kafe” adlanan kafenin yaxınlığında saxlamış, o, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 bir qrup şəxs halında sonuncunun idarə etdiyi “VAZ-2170” markalı **- VR-*** dövlət qeydiyyat nişanlı avtomobillə Zərərçəkmiş şəxs1 təqib edərək işlətdiyi kafenin qarşısına gəlib avtomobildən düşərək sonuncunun üzərinə getdikdə, Zərərçəkmiş şəxs1 Təqsirləndirilən şəxs1 sinə nahiyəsindən yumruqla vurub özünü müdafiə etməsini görüb bunu cüzi səbəb kimi bəhanə etməklə, o, əlbir olduğu Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1la birlikdə özlərinin şəxsiyyətini cəmiyyətin və ətrafdakıların şəxsiyyətinin fövqündə qoymaqla ictimai qaydanı kobud surətdə pozan, yəni ictimai yer hesab olunan həmin prospektdə, habelə orada və yaxınlıqdakı ictimai iaşə obyektlərində digər şəxslərin olmasına əhəmiyyət verməyərək həmin obyektlərin normal fəaliyyətinin və ictimai asayişin uzun müddətə pozulmasına, ətrafda olan şəxslərin hüquq və qanuni mənafelərinin toxunulmazlığına təhlükə və həyəcanın yaranmasına səbəb olan, birgəyaşayış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, yəni ictimai və şəxsi mənafelərə əhəmiyyətli ziyan vuran, cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və ədəb qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan, ətrafdakı şəxslər üçün açıq surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq, cəmiyyətdə hamı tərəfindən qəbul edilmiş davranış qaydalarına, əxlaq və mənəviyyat normalarına qarşı saymazlıq göstərən, vətəndaşların normal həyat və fəaliyyəti üçün təhlükə yaradan, qorxu və narahatçılıq hissinə səbəb olan hərəkətlərə yol verərək Zərərçəkmiş şəxs1la yüksək səslə zor tətbiq edilməsi hədəsi ilə mübahisə etməyə və nalayiq ifadələr işlətməyə başlamış, həmin vaxt o, heç bir əsaslı səbəb olmadan öz şəxsiyyətini cəmiyyətin fövqündə qoyaraq xuliqanlıq niyyəti ilə qəsdən bir dəfə yumruqla Zərərçəkmiş şəxs1 sifət nahiyəsindən vurub zor tətbiq etməklə sonuncuya burun sümüyünün az yerdəyişən sınığı və burun tənəffüsünün pozulması ilə müşayiət olunan burun belinin qançırı kimi sağlamlığın uzun müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığa az ağır zərərvurmaya aid, sağ ayağına sol ayağı ilə vurub idman fəndi tətbiq edərək sağ çiyni üstə yerə yıxıb sifət nahiyəsindən təpiklə qəsdən bir neçə dəfə vuraraq sonuncuya qapalı kəllə beyin travması, hər iki gözün üst qapaqlarının və hər iki gözaltı nahiyələrin qançırı, hər iki gözün ağlı qişasına qansızma kimi sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aid bədən xəsarətləri yetirərək bir qrup şəxs halında qərəzli xuliqanlıq hərəkətləri etmiş, eyni zamanda Təqsirləndirilən şəxs2 Zərərçəkmiş şəxs1 ani anda halsız düşüb huşunu itirərək yerə yıxılıb köməksiz vəziyyətdə olmasını aşkar surətdə görüb yaxınlaşaraq öz şəxsiyyətini cəmiyyətin fövqündə qoymaqla xuliqanlıq niyyəti ilə sonuncunun sağ çiyin nahiyəsindən və sağ dirsək nahiyəsindən bir neçə dəfə qəsdən təpiklə zərbələr vuraraq Zərərçəkmiş şəxs1 sağ dirsək nahiyəsinin sıyrığı kimi sağlamlığa zərərvurmadığına görə dərəcəsi təyin edilməyən bədən xəsarəti, habelə sağ bazu sümüyünün oynaq başının az yerdəyişən sınığı kimi sağlamlığın uzun müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığa az ağır zərərvurmaya aid bədən xəsarəti yetirmiş, həmçinin həmin vaxt Təqsirləndirilən şəxs1 bir qrup şəxs halında törətdikləri ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən qərəzli hərəkətlərini davam etdirib ümumi niyyətdən kənara çıxaraq onun və Təqsirləndirilən şəxs2 qəsdi ilə əhatə olunmayan hərəkətlər etməklə, istintaqla müəyyən edilməyən mənbədən əldə edib əlinə götürdüyü baltadan silah qismində istifadə edərək uca səslə nalayiq ifadələr işlədib dava edən şəxsləri aralaşdırmağa çalışan şəxsləri balta ilə vuracağını deyərək yaxınlaşmamaları üçün zor tətbiq etməklə hədələyərək, habelə, həmin yerə səsküyü eşidib kömək etmək üçün gələn və yerdə uzanmış vəziyyətdə olan Zərərçəkmiş şəxs1 onun təpiklə vurduğunu görüb tutub aralaşdırmağa çalışmaqla ictimai qaydanın pozulmasının qarşısını almaq istəyən Zərərçəkmiş şəxs2 sol qolundan silah qismində istifadə etdiyi baltanın kəsici olmayan küp hissəsi ilə qəsdən bir dəfə zərbə vuraraq zor tətbiq edib sonuncuya sol dirsək oynağının qançırı kimi sağlamlığa zərərvurmadığına görə dərəcəsi təyin edilməyən bədən xəsarəti yetirərək, sonra isə qərəzli xuliqanlıq hərəkətlərini davam etdirib silah qismində istifadə etdiyi baltanın kəsici olmayan küp hissəsi ilə Zərərçəkmiş şəxs1 sağ bud nahiyəsindən qəsdən bir dəfə və təpiklə sağ ayaq nahiyəsindən bir neçə dəfə zərbələr vuraraq zor tətbiq etməklə sonuncuya sağ bud nahiyəsinin sıyrığı kimi sağlamlığa zərərvurmadığına görə dərəcəsi təyin edilməyən bədən xəsarəti yetirərək qərəzli xuliqanlıq hərəkətləri etmişdir. Bununla da, Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikasının CM-nin 221.2.1 və 127.2.3-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Təqsirləndirilən şəxs2 xx.xx.2022-ci il tarixdə, saat 21-22 radələrində, dəqiq saatı istintaqla müəyyən edilməyən vaxtda qayınatası Təqsirləndirilən şəxs1 və qayını Təqsirləndirilən şəxs3 birlikdə sərnişin qismində əyləşdikləri özünün idarə etdiyi “VAZ-2170” markalı **-VR-*** dövlət qeydiyyat nişanlı avtomobillə İsmayıllı şəhərinin S.Vurğun küçəsi ilə İsmayıllı şəhərinin H.Əliyev prospekti istiqamətində hərəkətdə olduqları vaxt işıqforun yaxınlığında hərəkətdə olan “Saypa” markalı **-OU-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Zərərçəkmiş şəxs1 ilə bir-birilərinin hərəkətinə işıqfora qədər olan məsafədə təhlükə yaratmaları səbəbindən o, idarə etdiyi “VAZ-2170” markalı **-VR-*** dövlət qeydiyyat nişanlı avtomobilin işıqlarını yandırıb-söndürərək qarşıda hərəkətdə olan Zərərçəkmiş şəxs1 avtomobilini saxlamasına işarə etmiş, bundan sonra o, avtomobilinin qarşı hissəsini qəsdən Zərərçəkmiş şəxs1 avtomobilinin qarşısına verib saxlayaraq o və Təqsirləndirilən şəxs1 maşının pəncərəsindən Zərərçəkmiş şəxs1 baxıb kobud formada irad bildirərək sonuncuya səhvini başa salacaqlarını bildirdikdə, Zərərçəkmiş şəxs1 həmin şəxslərin onunla mübahisəni davam etdirmək istədiklərini görüb oradan uzaqlaşaraq “Saypa” markalı **-OU-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edib təxminən 70-80 metr məsafədə İsmayıllı şəhərinin H.Əliyev prospektində yerləşən işlətdiyi “Halal kafe” adlanan kafenin yaxınlığında saxlamış, o, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs1 bir qrup şəxs halında onun idarə etdiyi “VAZ- 2170” markalı **-VR-*** dövlət qeydiyyat nişanlı avtomobillə Zərərçəkmiş şəxs1 təqib edərək işlətdiyi kafenin qarşısına gəlib avtomobildən düşərək sonuncunun üzərinə getdikdə, Zərərçəkmiş şəxs1 Təqsirləndirilən şəxs1 sinə nahiyəsindən yumruqla vurub özünü müdafiə etməsini görüb bunu cüzi səbəb kimi bəhanə etməklə, o, əlbir olduğu Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs1la birlikdə özlərinin şəxsiyyətini cəmiyyətin və ətrafdakıların şəxsiyyətinin fövqündə qoymaqla ictimai qaydanı kobud surətdə pozan, yəni ictimai yer hesab olunan həmin prospektdə, habelə orada və yaxınlıqdakı ictimai iaşə obyektlərində digər şəxslərin olmasına əhəmiyyət verməyərək həmin obyektlərin normal fəaliyyətinin və ictimai asayişin uzun müddətə pozulmasına, ətrafda olan şəxslərin hüquq və qanuni mənafelərinin toxunulmazlığına təhlükə və həyəcanın yaranmasına səbəb olan, birgəyaşayış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, yəni ictimai və şəxsi mənafelərə əhəmiyyətli ziyan vuran, cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və ədəb qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan, ətrafdakı şəxslər üçün açıq surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq, cəmiyyətdə hamı tərəfindən qəbul edilmiş davranış qaydalarına, əxlaq və mənəviyyat normalarına qarşı saymazlıq göstərən, vətəndaşların normal həyat və fəaliyyəti üçün təhlükə yaradan, qorxu və narahatçılıq hissəsinə səbəb olan hərəkətlərə yol verərək Zərərçəkmiş şəxs1la yüksək səslə zor tətbiq edilməsi hədəsi ilə mübahisə etməyə və nalayiq ifadələr işlətməyə başlamış, həmin hərəkətlərin davamı olaraq Təqsirləndirilən şəxs3 əsaslı səbəb olmadan, öz şəxsiyyətini cəmiyyətin fövqündə qoyaraq xuliqanlıq niyyəti ilə qəsdən bir dəfə yumruqla Zərərçəkmiş şəxs1 sifət nahiyəsindən vurub zor tətbiq etməklə sonuncuya burun sümüyünün az yerdəyişən sınığı və burun tənəffüsünün pozulması ilə müşayiət olunan burun belinin qançırı kimi sağlamlığın uzun müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığa az ağır zərərvurmaya aid, sağ ayağına sol ayağı ilə vurub idman fəndi tətbiq edərək sağ çiyni üstə yerə yıxıb sifət nahiyəsindən təpiklə qəsdən bir neçə dəfə vuraraq sonuncuya qapalı kəllə beyin travması, hər iki gözün üst qapaqlarının və hər iki gözaltı nahiyələrin qançırı, hər iki gözün ağlı qişasına qansızma kimi sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aid bədən xəsarətləri yetirmiş, o, Zərərçəkmiş şəxs1 ani anda halsız düşməklə huşunu itirərək yerə yıxılıb köməksiz vəziyyətdə olmasını aşkar surətdə görüb yaxınlaşaraq xuliqanlıq hərəkətlərini davam etdirib öz şəxsiyyətini cəmiyyətin fövqündə qoymaqla xuliqanlıq niyyəti ilə sonuncunun sağ çiyin nahiyəsindən və sağ dirsək nahiyəsindən bir neçə dəfə qəsdən təpiklə zərbələr vuraraq Zərərçəkmiş şəxs1 sağ dirsək nahiyəsinin sıyrığı kimi sağlamlığa zərərvurmadığına görə dərəcəsi təyin edilməyən bədən xəsarəti, habelə sağ bazu sümüyünün oynaq başının az yerdəyişən sınığı kimi sağlamlığın uzun müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığa az ağır zərərvurmaya aid bədən xəsarəti yetirməklə bir qrup şəxs halında qərəzli xuliqnlıq hərəkətləri etmiş, həmçinin həmin vaxt Təqsirləndirilən şəxs1 bir qrup şəxs halında törətdikləri ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən qərəzli hərəkətlərini davam etdirib ümumi niyyətdən kənara çıxaraq onun və Təqsirləndirilən şəxs3 qəsdi ilə əhatə olunmayan hərəkətlər etməklə, istintaqla müəyyən edilməyən mənbədən əldə edib əlinə götürdüyü baltadan silah qismində istifadə edərək uca səslə nalayiq ifadələr işlədib dava edən şəxsləri aralaşdırmağa çalışan şəxsləri balta ilə vuracağını deyərək yaxınlaşmamaları üçün zor tətbiq etməklə hədələyərək, habelə, həmin yerə səs-küyü eşidib kömək etmək üçün gələn və yerdə uzanmış vəziyyətdə olan Zərərçəkmiş şəxs1 Təqsirləndirilən şəxs3 təpiklə vurduğunu görüb sonuncunu tutub aralaşdırmağa çalışmaqla ictimai qaydanın pozulmasının qarşısını almaq istəyən Zərərçəkmiş şəxs2 sol qolundan silah qismində istifadə etdiyi baltanın kəsici olmayan küp hissəsi ilə qəsdən bir dəfə zərbə vuraraq zor tətbiq edib sonuncuya sol dirsək oynağının qançırı kimi sağlamlığa zərərvurmadığına görə dərəcəsi təyin edilməyən bədən xəsarəti yetirərək, sonra isə qərəzli xuliqanlıq hərəkətlərini davam etdirib silah qismində istifadə etdiyi baltanın kəsici olmayan küp hissəsi ilə Zərərçəkmiş şəxs1 sağ bud nahiyəsindən qəsdən bir dəfə və təpiklə sağ ayaq nahiyəsindən bir neçə dəfə zərbələr vuraraq zor tətbiq etməklə sonuncuya sağ bud nahiyəsinin sıyrığı kimi sağlamlığa zərərvurmadığına görə dərəcəsi təyin edilməyən bədən xəsarəti yetirərək qərəzli xuliqanlıq hərəkətləri etmişdir. Bununla da, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının CM-nin 221.2.1, 127.2.2 və 127.2.3-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin (CPM) 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə protokollarını və digər sənədləri sübut növü kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 hər birinin əməllərində cinayət tərkibi vardır, Təqsirləndirilən şəxs1 törətmiş olduğu cinayət əməli düzgün olaraq Azərbaycan Respublikasının CM-nin 221.3-cü maddəsi ilə, Təqsirləndirilən şəxs3 törətmiş olduğu cinayət əməlləri düzgün olaraq Azərbaycan Respublikasının CM-nin 221.2.1 və 127.2.3-cü maddələri ilə, Təqsirləndirilən şəxs2 törətmiş olduğu cinayət əməlləri düzgün olaraq Azərbaycan Respublikasının CM-nin 221.2.1, 127.2.2 və 127.2.3-cü maddələri ilə tövsif olunmuşdur. Belə ki, məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının CM-nin 221.3-cü maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, “Muxtarov” adlanan ərazidə yaşayır, rəsmi olaraq heç bir yerdə işləmir. Təqsirləndirilən şəxs2 onun kürəkənidir. 5 dekabr 2022-ci tarixdə nəvəsinin, yəni İlhamın oğlunun ad günü olmuş, ona görə də oğlu Ağaxan onunla birlikdə ona məxsus “VAZ-21074” markalı **-UP-*** dövlət qeydiyyat nişanlı avtomobillə qızının yaşadığı İsmayıllı şəhəri, H. Əliyev prospekti ev 11, mənzil 5 ünvanına gəlmişlər. Evə çatdıqdan təxminən 10-15 dəqiqə sonra qərara almışlar ki, nəvəsinin ad günü üçün tort alsınlar. O, oğlu Ağaxan və kürəkəni İlham birlikdə getmək qərarına gəmişlər. O, Təqsirləndirilən şəxs2 məxsus VAZ-2170 markalı **-VR-*** dövlət qeydiyyat nişanlı avtomobilin arxa oturacağında, İlham avtomobilin qabaq oturacağında, oğlu Ağaxan isə sükan arxasında əyləşmişlər. Mərkəzdə mağaza var, ordan tort olub-olmamasını soruşmuşlar, onlar isə demişlər ki, onlarda tort olmur, ancaq “Bazarstore” mağazasında tort tapa bilərlər. Bundan sonra Ağaxan avtomobili idarə edərək İsmayıllı şəhəri, H.Əliyev prospekti üzü yuxarı qalxmış və İlham ondan S.Vurğun küçəsində hərəkətini davam etdirib "Dost market" adlanan mağazanın arxası ilə yuxarı istiqamətdə getmək istəmişdir. Sonra isə istiqamətini dəyişib yenidən svetofora tərəf getmişdir. Ağaxan svetoforun qadağanedici işarəsinin yandığını görüb svetoforun qarşısında yolun sağ tərəfindən sağa dönmə işığını yandırıb avtomobili saxlamış, sol tərəfdə isə sonradan tanıdığı Zərərçəkmiş şəxs1 idarə etdiyi "Saypa" markalı **-OU-*** dövlət qeydiyyat nişanlı avtomobilin dayandığını və soldan sağa doğru hərəkət istiqamətini dəyişib hərəkətlərinə təhlükə yaratmasını görmüşdür. Nahidin maşını onların maşınına qıraqdan sürtülmək dərəcəsinə qədər yaxın imiş, ancaq sürtünməmişdir. O, İlhamdan soruşmiş ki, “bu kimdi? tanış uşaqlardandı?”. İlham demiş ki, tanımır, ancaq rayon maşınıdır. Svetoforun qırmızı işığında dayanmışlar. O da onlarn sol tərəfində dayanmışdır. Svetoforun yaşıl işığı yanmış, onlar sağa tərəf dönmüşlər, o da sağa dönmüşdür. Nahid təxminən 50-60 metr qarşıda avtomobilinin yolun sağ hərəkət hissəsinə istiqamətlənmiş, sonra isə yenidən sükanı sola döndərib Ağaxanın hərəkət yoluna doğru avtomobili istiqamətləndirib avtomobilinin hərəkət yolunda saxlamışdır. Ağaxan da maşını saxlamışdır. O, yenə də İlhamdan soruşmuş ki, “bu kimdi, bizlə zarafat eləyir? Görmüş ki, qabaqda pəncərinin şüşəsini aşağı salıb nəsə söhbət edirlər. O da maşının pəncərəsinin şüşəsini aşağı salıb demiş ki, “bala bu necə maşın sürməkdi, belə maşın sürmək olur? Sənə maşın sürməyi öyrədərik.” Nahid də kobud şəkildə ona cavab vermiş ki, “sən saxla, sənlə sonra danışacam”. İlham da demiş ki, qonaqlarımızdır, ağsaqqal kişi qaynatasıdır, o biri də qaynıdır. Nahid də demiş ki, sürün gəlin qabağa, söhbət edək. Həmin vaxt İlham maşından düşmüşdür. İlhama getməməyini demiş, İlham da tanıdığını bildirmişdir. İlham da maşından düşüb həmin istiqamətdə piyada getmişdir. O da oğluna demiş ki, maşını sürüb qabağa getsinlər, İlham orda tək qalmasın. Oğlu maşını sürmüş, Nahidin maşınına bir az qalmış saxlamışlar. Onlar İlhamdan qabaq çatmışlar. O, maşının yanına gəlmişdir. Maşına baxanda görmüş ki, Nahid maşında yoxdur. Bu vaxt Ağaxan maşından düşməmiş, İlhamla ikisi olmuşlar. O orada olan qapalı yerin qapısını açmaq istəyəndə həmin vaxt qəfildən Nahid bir əlində balta, bir əlini də yumruq tutub çölə çıxmışdır. Söyüşlü formada demiş ki, “bunlar kimdi, İsmayıllıda mənim qabağımda at oynadan olmayıb”. Baltanın küpü və digər əlinin yumruğu ilə eyni anda onu sinəsinin sağ tərəfdən vurmuşdur. Nahid onu vuran kimi yerə yıxılmışdır. O yıxılandan sonra oğlu Ağaxan maşından düşüb Nahidin əlindən baltanı almış, onlar dalaşmış, ancaq onun bunlardan xəbəri olmamışdır. Oğlu ona yaxınlaşaraq “ata yaxşısan, sənə nəsə olub?” deyə soruşmuşdur. O da demiş ki, yaxşıdır. Baltanın harada olmasın soruşmuş, Ağaxan isə baltanı aldığını bildirmişdir. Oğlu baltanı ona saxlamağa vermişdir. Həmin vaxt kafedən xeyli adam çıxmış, onların üstlərinə tökülüşmüşlər. O da baltanı əlində tutub demş ki, heç kim yaxınlaşmasın. Belə eləməkdə məqsədi uşaqlarını qorumaq imiş, onları müdafiə etmişdir. O, balta ilə heç kimi vurmamışdır. Balta ilə kimisə vurmağı barədə deyilənlər hamısı şər, böhtandır. Şəxsi qərəzlikləri də budur ki, şər atıb, ondan pul alsınlar. Bu iki il ərzində zərərçəkmiş şəxslər barəsində məlumat da almışdır ki, onlar özləri çox dava dalaş edən adamlardır, ondan əvvəl də bir-iki adamla dalaşıblar. Həmin adamlardan da pul tələb ediblər. Onlar bu işin sahibidirlər. Zərərçəkmiş şəxslər ondan barışıq üçün 18000 manat pul tələb etmişlər. O, ona elan edilmiş ittiham üzrə nəzərdə tutulmuş cinayət əməlini törətməmiş, özünü müdafiə etmiş, əslində Zərərçəkmiş şəxs1 törətdiyi xuliqanlıq cinayətinin qarşısını almışdır. İfadəsində qeyd etdiyi xüsusatlar nəzərə alınmaqla barəsində bəraət hökmünün çıxarılmasını, Zərərçəkmiş şəxs1 onlara qarşı olan mülki iddiasının isə rədd edilməsini xahiş edir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikasının CM-nin 221.2.1 və 127.2.3-cü maddələri ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, o, Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsində yaşayır, subaydır, rəsmi olaraq heç bir yerdə işləmir. Təqsirləndirilən şəxs2 yeznəsidir. 5 dekabr 2022-ci tarixdə bacısı oğlununun, yəni İlhamın oğlunun ad günü olmuşdur. Həmin gün o və atası Aqilə məxsus avtomobillə İsmayıllı şəhərinə gəlmişlər. Onlar uşağın ad gününə tort almaq üçün İlhama məxsus “VAZ-2170” markalı **-VR-*** dövlət qeydiyyat nişanlı avtomobilə əyləşərək yola çıxmışlar. Həmin vaxt maşını o idarə edirmiş. Yollar narahat olduğuna görə maşını sağa-sola çəkərək idarə edirmiş. İsmayıllı şəhərini yaxşı tanımır, İlham sola dön demiş, o, biraz gec dönmüşdür. Həmin vaxt sonradan tanıdığı Nahid adlı şəxsin idarə etdiyi ağ rəngli “Saypa” avtomobili ilə onun idarə etdiyi avtomobil sürtünmə məqamına qədər çatmış, ancaq maşınlar bir birinə dəyməmişdir. İkisi də eyni istiqamətə dönürmüşlər, Nahid ondan qabaqda dönmüşdür. Həmin vaxt maşının işıqlarında nasazlıq olmuşdur, dönmə işığı sönən kimi yaxın və uzaq vurma işıqları özü-özünə yanıb sönməyə başlayırmış. Nahid onlardan qabaqda gedirmiş, o da maşınla onun yanından keçmək istəyəndə o maşını sağdan sola doğru onun idarə etdiyi maşının qabağında saxlamışdır. Naihd həmin vaxt maşının pəncərəsini aşağı salıb, “səhvinizi başa düzdüz, üzr istəmək üçün saxlatdız məni?” demişdir. İlham da ona demiş ki, “bu nə hərəkətdi ki, sən mənim maşını tanımırsan? Qohumlarımdı, qaynımdı, qaynatamdı”. Atası maşının pəncərəsini aşağı salıb demiş ki, “bala bu nə cür maşın sürməkdi? Sənə maşın sürmək öyrədim mən?”. Nahid də atasına bir az nalayiq şəkildə cavab vemişdir. Daha sonra Nahid ona demiş ki, “sür qabağa söhbət edək.” Nahid maşını sürüb getmiş, həmin vaxt artıq İlham maşından düşmüşdür. İlham gedirmiş ki, Nahiddən niyə belə etdiyin soruşsun. İlham maşından düşəndən sonra atası İlhama 2-3 dəfə demiş ki, “İlham gəl otur maşına evə gedək”. İlham isə bildirmişdir ki, Nahidin qardaşını tanıyır. Maraqlansın görək nə məsələdir və sabahı günü sözümüz çəp gəlməsin. İlhamı orda tək qoyub maşını sürüb gedə bilməmiş, məcbur qalıb onun arxasınca getmişdir. Həmin vaxt İlham maşından düşməsə, o ya evə qayıdası imiş, ya da tort almağa gedəsi imiş, ancaq həmin yerə getməzmiş. Onlar da maşınla getmişlər, çatanda atası maşından düşmüş və Nahidin maşınına yaxınlaşda heç kimin olmadığını görmüşdür. O, maşından düşməmiş, fikirləşmiş ki, atası da, İlham da maşındadır. O, 12 yaşından idmanla məşğuldur. Əlbəayaxa döyüş növü ilə məşğuldur, dəfələrlə respublikada, xarici ölkələrdə bayraqlarını dalğalandırmışdır. 44 günlük müharibədə sərhəd qoşunlarında arxa cəhədə xidmət etmişdir. Atası Nahidin maşında olmadığını görəndən sonra kafenin qarşısında olan 2-3 pilləkəni çıxıb kafenin içərisinə başını salmaq istəyəndə Nahid əlində balta ilə çıxmış və atasını vurmuşdur. O da maşını bir az aralıda saxlamışdır. Atası həmin vaxt yerə yıxılmışdır. Atasının dirsəyində və onurğa sümüyünün başlanğıcında xəsarət, sıyrıq izləri var imiş və onu da həmin gün xəstəxanda görüblər. Ondan sonra İlham Nahidin əlindən baltanı almaq istəmiş, həmin vaxt İlhamın barmağı sınmış, İlham da Nahidin əlindən baltanı ala bilməmişdir. Ondan sonra Nahid onun üstünə gəlmiş, o da ona bir yumruq vurmuş, Nahid yerə yıxılmış, baltanı Nahidin əlindən almışdır. Baltanı alandan sonra səhhətini maraqlanmaq üçün atasına yaxınlaşmışdır. Yenidən mübahisə yaranmış, o, baltanı atasına vermişdir. Nahid yenidən dava dalaş etməyə başlamışdır. Onda da bir dəfə Nahidə badalaq vurmuş, o da yerə yıxılmışdır. Gözünün altının qaralmasına səbəb yumruq zərbəsi ola bilər. Şahidlərin danışdığı kimi böyük bir dava dalaş olmamışdır. O, Nahidi yerdə vurmamışdır. Həmin vaxt ora başqa şəxslər yaxınlaşmış, hətta onlar onun əynindəki köynəyi dartıb əynindən çıxartmışlar. Hamı üstlərinə gəlmiş, atası da əlində balta ilə “övladlarıma yaxın durmayın, uşaqlarıma dəyməyin” sözlərini demişdir. Çünki həmin vaxt orda 15-20 nəfər adam var imiş. Hətta həmin vaxt onu vuranlar da olmuşdur. O, Nahidə dediyindən başqa heç bir xəsarət yetirməmişdir. Nahid də yerdən ayağa qalxaraq avtomobilinə tərəf getmiş və avtomobilə əyləşərək çıxıb getmişdir. Onlar da təxminən 5 dəqiqə sonra İlhamın avtomobilinə əyləşərək evə getmişlər. Atası balta ilə nə Nahidi, nə də Elxan adlı şəxsi vurmamış və ümumiyyətlə heç kimə xəsarət yetirməmişdir. O, ona elan edilmiş ittiham üzrə nəzərdə tutulmuş cinayət əməlini törətməmiş, özünü müdafiə etmişdir. İfadəsində qeyd etdiyi xüsusatlar nəzərə alınmaqla barəsində bəraət hökmünün çıxarılmasını, Zərərçəkmiş şəxs1 onlara qarşı olan mülki iddiasının isə rədd edilməsini xahiş edir. Həmçinin göstərdi ki, X9 ilə nikahdan kənar övladı olacaqdır. Bununla bağlı sənədləri məhkəməyə təqdim etmişdir. Qərar qəbul edilərkən nəzərə alınmasını xahiş edir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının CM-nin 221.2.1, 127.2.2 və 127.2.3-cü maddələri ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, o, İsmayıllı şəhəri, H.Əliyev prospekti ev 11, mənzil 5-də yaşayır, evlidir, himayəsində üç azyaşlı övladı vardır. Özünə məxsus “VAZ-2170” markalı **-VR-*** dövlət qeydiyyat nişanlı avtomobillə taksilik etməklə dolanır. 05 dekabr 2022-ci il tarixdə Qəbələ rayonuna gəlmişdir, Qəbələ rayonundan öz rayonlarına qayıdanda qaynatası zəng vurmuş ki, onlar rayona çatmışlar. Oda 10-15 dəqiqəyə çatdığını bildirmişdir. Evə gedib 1 stəkan çay içəndən sonra tort almaq yadından çıxdığına görə tort almağa getmişlər. Qaynatası ilə qaynı da onla getmişlər ki, bəlkə onlar da nəsə alarlar. “Bolluq” marketə tort almağa getmişlər, orda tort olmamışdır. Nahidin obyektindən bir xeyli qabaqda şirniyyat evi var, oradan almağı qərara almışlar. Maşını qaynı Ağaxan idarə etmişdir. Yol ilə gedəndə yolda çuxur var imiş, Ağaxana da sağa dön demiş, o biraz tez dönmüş, Nahid də arxalsrı ilə gəlmişdir. Həmin vaxt Nahidin maşını ilə sürtünməsə də, maşınlar çox yaxınlaşmışdır. Onlar sağa dönmə işığını yandıranda Nahid onlara çəp-çəp baxmağa başlamış, o isə fikir verməmişdir. Həmin vaxt da onun maşının işıq sistemində narahatlıq var imiş, uzaq vurma işığı yaxın vurma işığına öz-özünə keçirmiş. Bir az qabağa getmişlər ki, Nahid qəfildən tormoz vermiş və maşını onların maşının qabağına verib saxlamışdır. O, pəncərəni açmış, demiş ki, nə olub, Nahid də ona demiş ki, “səhvinizi başa düşdüz? Üzr istəməkçün maşını saxladız?” Belə olub aralarında mübahisə yaranmışdır. Daha sonra qaynatası pəncərəni aşağı salıb demiş ki, “bala sənə maşın sürməyi öyrətmək lazımdı?” Nahid onlara obyektinin qabağına gəlməyi və söhbət etməyi bildirmişdir. Həmin yerlə Nahidin obyektinin arası təxminən 100 metr olarmış. Qaynatası ona getməməyi bildirsə də, o getməyi qərara almışdır. O, Nahidin obyektinə dava niyyəti ilə yaxınlaşmamışdır. Nahidin qardaşı kafe işlədir, həmişə onun kafesinə getmiş, yaxşı münasibətləri olmuşdur. O, obyektin qabağına getmiş, qaynatası da gəlmiş və maşına baxaraq Nahidin maşında olmadığını bildirmişdir. Sonra obyektə çıxmağı qərara almışdır. Qaynatası onun yanında dayanmışdır. Birdə görmüş ki, Nahid əlində balta ilə çıxır. Orda iki pilləkən var idi. Qaynatası baltanı niyə götürdüyünü soruşmuş, Nahid isə başlarını yaracağını bildirmişdir. Nahid bir əlində balta, digər əlini də yumruq tutub qaynatasının sinəsindən vurmuşdur. Qaynatası yerə yıxılmış, qaynı da maşında oturmuşdur. O, Nahidin əlindən baltanı almaq istəyəndə barmağı sınmış, o Nahidə, Nahid də ona bir neçə yumruq, təpik vurmuşlar. Bundan sonra qaynı maşından düşüb gəlmişdir. Qaynı gələndə balta hələ də Nahidin əlində imiş. Qaynı onları aralaşdırmağa gəlmiş, Nahidə badalaq vurmuş, o da yerə yıxılmışdır. Qaynı gələndən sonra Nahidin əlindən baltanı almışdır. Sonra qaynatasını ayağa qaldırmışdır. Nahid qaynı ilə dartışanda qaynının əynindəki kofta çıxmışdır. Qaynı baltanı qaynatasına vermiş və demiş ki balta ilə onları vuran olmasın. Bundan sonra aralarında dava olmuş, bir-birlərini qarşılıqlı vurmuşlar. Nahid yıxılan vəziyyətdə onu vurmamışdır. Onu müstəntiq onlara yükləyib. Bura şahid kimi gələn adamlar da yalan danışır. Nahid davadan sonra durmuş, maşınına oturub getmişdir. Nahidin yalnız gözünün altı partlamış, başqa heçnəyi olmamışdır. Sonra Elxan adlı şəxs yaxınlaşaraq qaynatasından baltanı istəmişdir. Qaynatası Aqil də baltanı vermək istəməmişdir. Elxan davanın başından orda olub, o kafedən çıxıb, ancaq deyir ki, guya gəzirmiş və təsadüfən ora gəlmişdir. Nahid baltanı götürüb çıxanda Elxan da onun arxasınca çıxmışdır. Qaynatasına polisin gəlməyini gözləməyi demişdir. Onlar təxminən orda 20 dəqiqə gözləmişlər, polis gəlməmişdir. Ondan sonra görmüşlər ki, polis gəlməmiş, onlar da baltanı Elxana təhvil verib, çıxıb gəlmişlər. Elxan baltanı almağa görə yalvarmışdır. O da qaynatası Aqilə demiş ki, baltanı versin. Baltanı verib evə gəlmişlər. Həyətə daxil olanda Səfa adlı polis zəng vurub onlardan şikayət olduğunu demişdir. Üçü də polis şöbəsinə getmişlər. Həmin ərazidəki bütün kameraları polis əməkdaşlarına göstərmişdir. Səhər saat 5-ə kimi izahatlarını verib evə gəlmişlər. Polis şöbəsində demiş ki, kameraları götürün, sonra onu çağırsınlar. Ondan sonra 3 ay ərzində onları axtaran olmamışdır. 3 ay sonra Cəlal Abdullayev adlı müstəntiq ona zəng vuraraq barələrində cinayət işi başlandığını bildirmişdir. Bütün kamera görüntüləri silinib. Elxan 9 ay iş üzrə şahid kimi yazılıb, ondan sonra zərərçəkmiş şəxs kimi yazılıb. Onların üstlərinə şər atıblar. Ona verilən maddə ilə razı deyil, o, heç kimi vurmamış, sadəcə baltanı almaq üçün Nahidlə bir-birlərini vurmuşlar, orda heç 1 dəqiqə dava davam etməmişdir. O, ona elan edilmiş ittiham üzrə nəzərdə tutulmuş cinayət əməlini törətməmiş, özünü müdafiə etmişdir. İfadəsində qeyd etdiyi xüsusatlar nəzərə alınmaqla barəsində bəraət hökmünün çıxarılmasını, Zərərçəkmiş şəxs1 onlara qarşı olan mülki iddiasının isə rədd edilməsini xahiş edir. İş üzrə Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, 05 dekabr 2022-ci il tarixdə saat 20 radələrində şəxsi işi ilə əlaqədar İsmayıllı şəhəri, H.Əliyev prospekti ilə idarə etdiyi “Saypa” markalı **-OU-*** dövlət qeydiyyat nişanlı avtomobillə mərkəzi bazar istiqamətində hərəkətdə olmuş və işlətdiyi “Halal” adlanan kafeyə getmişdir. Həmin vaxt S.Vurğun küçəsinə doğru keçib hərəkətini davam etdirdikdə “VAZ-2170” markalı avtomobilin işıqfordan əvvəlki üzü yuxarı yola doğru getmək istədiyini, sonra isə fikrini dəyişib yenidən işıqfora doğru getdiyini, avtomobilinin qarşısını onun avtomobilinin qarşısına verib hərəkətinə ciddi maneçilik törətməsini görüb onun qanunsuz hərəkətinə məhəl qoymayıb hərəkətinə davam edərək qarşıda işıqfordan sağa dönmək istəmişdir. Bu zaman “VAZ-2170” markalı avtomobilin sürücüsü işıqfora doğru hərəkətini davam etdirərək onu soldan sağa sıxışdırmağa, yəni hərəkətinə mane olub hərəkətii məcburi saxlatdırmağa çalışdığını görmüşdür. Yenə də yoluna davam edib getdikdə “VAZ- 2170” markalı avtomobilin sürücüsünün arxadan işıqları yandırıb söndürdüyünü və maşınını onun maşınına tərəf sıxıb hərəkətini məhdudlaşdırdığını görüb maşınını işıqfordan təxminən 30-40 metr qabaqda yolun hərəkət hissəsinin sağ kənarında saxlamışdır. Həmin vaxt “VAZ- 2170” markalı avtomobilin sürücüsü də hərəkətini davam etdirib maşınının qabaq hissəsinə verib hərəkətini məhdudlaşdırıb saxlamışdır. O, maşınının pəncərəsini aşağı salmış və baxdıqda həmin avtomobilin sahibi Təqsirləndirilən şəxs2 avtomobilin qabaq sağ oturacağında əyləşmiş vəziyyətdə olduğunu, sükan arxasında isə İlhamın qayını, adını sonradan bildiyi Ağaxanın olduğunu görmüşdür. O, İlhama baxaraq “deyəsən saxlamaqda məqsədin səhvinizi başa düşüb üzr istəməydir” demişdir. Bu zaman maşının arxa oturacağında sağ tərəfindən pəncərənin aşağı endiyini və bir nəfər orta yaşlı kişinin ona baxıb “indi mən səni başa salaram” dediyini eşitmişdir. Onlar hər üçü maşından yerə düşmüşlər. O, həmin şəxslərin hərəkətlərindən və danışıqlarından sərxoş olduqlarını hiss etmişdir. Onun yeganə variantı sağ tərəfə dönüb oradan uzaqlaşmaq olmuş, belə də etmişdir. O, avtomobilini İsmayıllı şəhəri, H.Əliyev prospektində icarə əsasında işlətdiyi çayxananın yaxınlığında saxlamış, maşından düşdükdə həmin avtomobilin də maşınının yaxınlığına gəlib saxladığını, az əvvəl gördüyü hər üç şəxsin yəni, İlham, Ağaxan və Aqilin onun üstünə gəldiklərini görmüşdür. İlk öncə Aqilin oğlu Ağaxan yumruqla sifətindən burun nahiyəsindən vurmuş, müvazinətimi saxlamağa çalışsa da, yerə yıxılmışdır. Bundan sonra İlham və Aqil də Aağxanla birlikdə yumruq və təpiklə bədəninin müxtəlif nahiyələrindən, ayaq, sifət və qarın nahiyəsindən vuraraq onu döyməyə başlamışlar. Qəflətən Aqilin əlində taxta tutacaqlı balta görmüş, səs-küyə yoldan keçən əvvəllər tanıdığı Zərərçəkmiş şəxs2, habelə ətraf mağazalardan adlarını xatırlamadığı təxminən 15-20 nəfər yaxınlaşıb onları sakitləşdirməyə və aralaşdırmağa çalışsalar da, Aqil əlindəki balta ilə onları ondan aralaşdırmaq istəyən şəxsləri vuracağı ilə hədələmiş və həmin şəxslərin üstünə qışqırmışdır. Buna görə də ora toplaşmış şəxslər onları aralaşdırmağa tam cürət edə bilməmişdir. Yerdə uzanıqlı vəziyyətdə yıxılıb qaldığı zaman İlham təpiklə çiyin nahiyəsindən güclü zərbə ilə vurmuş və çiyin nahiyəsindən ciddi xəsarət aldığını hiss etmişdir. Bununla yanaşı Aqil də təpiklə onun sifət və bədəninin müxtəlif nahiyələrindən vuraraq döymüşdür. İlhamın qayınatası Aqil əlində balta ilə ona yaxınlaşaraq ayağından vuraraq ona xəsarət yetirmişdir. Onlar hər üçü onu nalayiq ifadələrlə təhqir etmişlər. Həmin şəxslərin onu döymələri ümumilikdə 20-25 dəqiqə davam etmiş, bunun isə səbəbi Aqilin əlindəki balta ilə heç kəsi yaxın qoymaması olmuşdur. Sonradan bilmişdir ki, Aqil balta ilə onu vurarkən onları aralaşdırmağa çalışan Elxanın qoluna dəyərək xəsarət yetirmişdir. Həmin yerə yaxınlaşan tanımadığı şəxslər onları sakitləşdirib baltanı Aqilin əlindən almışlar. Ora toplaşan tanımadığı şəxslər onu yerdən qaldırıb əlinə və üzünə su vurub “Saypa” markalı avtomobilə əyləşdirmişlər. O da avtomobili idarə edib İsmayıllı rayon mərkəzi xəstəxanasına gəlmiş və xəstəxanada həkimlər tərəfindən ona tibbi yardım göstərilmişdir. Hazırda təqsirləndirilən şəxslərdən şikayətçidir, onunla barışıq əldə edilməmişdir. Ona görə də təqsirləndirilən şəxslərə qanuni cəzalarının verilməsini xahiş edir. Bundan əlavə o, məhkəmə istintaqının gedişində təqsirləndirilən şəxslərə qarşı mülki iddia tələbli ilə məhkəməyə müraciət etmişdir. Ona görə də mülki iddiasının təmin edilərək təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməlləri törətmələri nəticəsində ona dəymiş 9000 (doqquz min) manat maddi, 8000 (səkkiz min) manat mənəvi zərər və iddia ərizəsinin verilməsi üçün dövlət rüsumu olaraq ödənilmiş 141 (bir yüz qırx bir) manat dövlət rüsumu, cəmi 17141 (on yeddi min bir yüz qırx bir) manat məbləğinin təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 tutularaq ona ödənilməsi barədə qərar qəbul edilməsini xahiş edir. İş üzrə Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, boş vaxtlarında Nahidə məxsus İsmayıllı şəhəri, H.Əliyev prospektində yerləşən “Halal kafe” adlanan kafeyə gedib orada çay içir. Təqsirləndirilən şəxs2, həminçinin onun qohumları Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 əvvəllər tanımamışdır. 05 dekabr 2022-ci il tarixdə saat 21 radələrində İsmayıllı şəhər H.Əliyev prospekti ilə üzü yuxarı piyada hərəkətdə olan zaman mərkəzi bazarın qarısında “Qala cərgəsi” adlanan yerdə Nahidin işlətdiyi “Halal kafe” adlanan kafedən təxminən 15-20 metr aşağıda səs-küy gəldiyini, bir neçə şəxslərin dava etdiklərini görmüşdür. Bir qədər tələsik şəkildə həmin yerə yaxınlaşmış, tam yaxınlaşdıqda Zərərçəkmiş şəxs1 yerdə uzanılı vəziyyətdə olduğunu, ətrafda Nahidin mağazasının yaxınlığında mağaza işlədən adlarını bilmədiyi və üzdən tanıdığı şəxslərin olduğunu, İlham və Ağaxan adlı şəxslərin Nahidi yerdə yumruq və təpiklə vurduqlarını görmüşdür. Ağaxanı Nahidi vurmamaq və davanı sakitləşdimək üçün arxa tərəfdən onu tutub özünə tərəf çəkdikdə qəflətən sol əlinin üst hissəsindən hansısa alətlə vurulduğunu hiss etmiş, qolunun həmin nahiyəsindən bərk ağrınmışdır. Geriyə çevrildikdə adını sornadan bildiyi Aqil adlı orta yaşlı şəxsin əlində balta olduğunu görmüşdür. Aqil ona və digərlərinə Nahidin ünvanına nalayiq ifadə işlədib demişdir ki, “qoy vursunlar”. Aqil danışdığına və qışqırdığına görə verdiyi nəfəsindən sərxoş olduğunu hiss etmişdir. Aqil əlindəki balta ilə yerdə uzanılı vəziyyətdə Nahidin sağ ayaq nahiyəsinə bir neçə dəfə balta ilə vurmaq istəmiş, balta asvalta dəymiş və qaranlıq olduğu üçün baltanın dəmir kəsici hissəsinin asvaltla sürtünməsindən qığılcım çıxmışdır. Həmin vaxt baltanın Nahidin sağ bud nahiyəsinə dəydiyini görmüş, orada olan tanımadığı şəxslər Aqilin əlindəki baltanı almağa çalışmışlar. Aqil isə onları itələmiş və əlindəki baltanı heç kimə vermək istəməmişdir. Orada olan şəxslərdən kimsə Aqilin əlindən baltanı almış, İlhamı, Aqili və Ağaxanı sakitləşdirmişlər. O və toplaşan şəxslər yerdə uzanılı vəziyyətdə olan Nahidi ayağa qaldıraraq üzünə su vurmuş, bu zaman İlham, Ağaxan və Aqil xatırlamadığı bir maşına oturub çıxıb getmişlər. Nahid maşınına oturub İsmayıllı rayon Mərkəzi Xəstəxanasına getmiş, o, Nahidin qardaşına zəng edib kafenin qarşısına gəlməyini demiş və baş vermiş hadisə barədə ona demişdir. Hazırda təqsirləndirilən şəxslərdən şikayətçidir, onunla barışıq əldə edilməmişdir. Ona görə də təqsirləndirilən şəxslərə qanuni cəzalarının verilməsini xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində bildirmişdir ki, təqsirləndirilən şəxslər və zərərçəkmiş şəxslərin heç biri ilə yaxından tanışlığı olmamışdır, ancaq bir rayondandırlar. Hadisə baş verən gün o, mağazada olmuşdur. Mağazanın içərisində otağı var. Əslində o, orda səs-küyü eşitməmişdir. O, həmin vaxt asta səslə musiqiyə qulaq asaraq kompyuterlə işləmişdir. O, siqaret çəkmək üçün mağazanın qabağına çıxanda orda hadisənin şahidi olmuşdur. Həmin vaxt davaya şahidlik etmişdir. Dava baş verən yer ilə onun olduğu yer arasında məsafə olduğuna görə çox diqqətli şəkildə görməmişdir. Orda Nahidin maşına oturub getməyini daha aydın şəkildə görmüşdür. Həmin vaxt kütlə şəklində yığılmış dava gedirmiş. Nahid yerə yıxılmış, daha sonra maşına minib getmişdir. O, başa düşmüş ki, dava bitmiş, mağazanı bağlayıb getmişdir. Məsafə uzaq imiş, kimlərin dava etdiyini dəqiq görə bilməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində bildirmişdir ki, o, Nahid işlədiyi mağaza ilə üzbəüz mağazada işləyir. Onun mağazası xırdavat mallarıdır. Axşam saatlarında mağazasında mağaza bağlı vəziyyətdə səliqə-sahman işləri aparırmışlar. Mağazadan görmüş ki, çoxlu adamlar toplaşıb, yaxınlaşmış ki, görsün nə məsələdir. Yaxınlaşanda görmüş ki, xeyli adam var imiş. Ola bilər ki, o, davanın ortasında gəlib çıxmışdır. O, ayırmaq məqsədi ilə ora getmiş və istəməz ki, vəziyyət gəlib bu həddə çatsın. Ora çatanda Nahid yerdə imiş, yaşlı kişinin əlində isə balta kimi bir şey var imiş. Orda yaxınlaşa bilməmiş, yaxınlaşıb ayıra bilsəydilər, vəziyyət bu həddə gəlib çatmazmış. Orda həmin vaxt elə bir mənzərə var imiş ki, hamı çaşqınlıq içində imiş. Elxan ayırmaq üçün yaxınlaşmış, həmin vaxt o, qolundan xəsarət almışdır. 27 yanvar 2025-ci il tarixdə Onlayn konfrans - Bestconf vasitəsi ilə şahid qismində dindirilmiş Şahid3 ifadəsində bildirmişdir ki, o, ibtidai istintaq vaxtı verdiyi ifadəsini təsdiq edir. Hadisənin üstündən 2 ildən artıq vaxt keçdiyinə görə bəzi şeyləri unutmuş ola bilər. Şahid3 ibtidai istintaq zamanı və İsmayıllı Rayon Məhkəməsində işə baxılarkən şahid qismində verdiyi ifadəsində göstərmişdir ki, İsmayıllı şəhəri, İ.Həsənov küçəsi ev 9-da yaşayır. "xxxx" MMC-nin satış təmsilçisi işləyir. 5 dekabr 2022-ci il tarixdə saat 21 radələrində İsmayıllı H.Əliyev prospekti ilə piyada rayon ərazisində gəzmiş, çay içmək istədiyi üçün həmin yerdə yerləşən “Halal kafe” adlanan kafeyə daxil olmuş və stol arxasında oturub çay içməyə başlamışdır. “Halal kafe” adlanan kafeni işlədən Zərərçəkmiş şəxs1 əvvəllər üzdən tanımış və aralarında hər hansı münasibət olmamışdır. Saat 22 radələrində kafedə çay içərkən kafenin qarşısından səs-küy gəldiyini eşitmişdir. Çölə çıxdıqda kafenin qarşısında rayonda taksi sürücüsü kimi tanıdığı İlham, həmçinin yanında olan 2 nəfər tanımadığı şəxslərin Nahidlə dalaşdıqlarını, birbiriləri ilə dartışdıqlarını görmüşdür. Ətrafda səs-küyə tanımadığı şəxslər toplaşmış, Nahid və digər şəxslər bir-biriləri ilə dartışa-dartışa kafedən 10-15 metr qabağa getmişlər. Nahidin yerdə uzanılmış vəziyyətdə olduğunu, digər şəxslərin isə ona təpik atdıqlarını görmüşdür. Nahidi kimin vurduğunu dəqiq bilmir, çünki uzaqda olmuş, qəflətən ara sakitləşmişdir. O da yaxınlaşmış və köməklik edib Nahidi yerdən ayağa qaldırmışlar. Bundan sonra Nahid “Saypa” markalı avtomobilinin sükanı arxasında əyləşib oradan çıxıb getmiş, bundan sonra İlham və onunla olan iki nəfər şəxs də “Vaz-21170” markalı avtomobilə əyləşib oradan çıxıb getmişlər. Nahidə köməklik edərkən onun qanı əlinə dəydiyi üçün əlini yumaq üçün kafenin içərisinə daxil olmuş, bu zaman üzdən tanıdığı Elxan adlı şəxsin sol qolunun xəsarət almış vəziyyətdə olduğunu görmüş, bu zaman Elxan ona demişdir ki, aralaşdırmaq istəyərkən onu da balta ilə vurmuşlar. Bundan sonra o, da kafedən çıxıb yaşadığı evə getmişdir. Kafedə olarkən Zərərçəkmiş şəxs1 kafeyə daxil olaraq əlinə balta götürdüyünü, Nahidin əlində balta olmasını görməmişdir. İttiham aktının siyahısında şahid kimi göstərilən Şahid4 məhkəmə iclaslarının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclaslarında iştirak etməmişdir. Şahid4 ibtidai istintaq zamanı verdiyi ifadəsi və İsmayıllı Rayon Məhkəməsində verdiyi ifadəsi məhkəmədə elan edilərkən məlum oldu ki, İsmayıllı şəhəri, N.Şalbuzov küçəsində yaşayır. 5 dekabr 2022-ci il tarixdə saat 21 radələrində özünə məxsus Hyundai Elantra markalı avtomobillə İsmayıllı şəhəri, H.Əliyev prospektində yerləşən Nahid adlı şəxsə məxsus “Halal kafe” adlanan kafeyə çay içmək üçün gəlmişdir. O, kafenin qarşısında avtomobilini saxlayıb kafenin içərisinə daxil olmuşdur. Kafenin içərisində çay içən zaman o, kafenin qarşısından səs-küy eşidib çıxdıqda Zərərçəkmiş şəxs1 döyülmüş vəziyyətdə yerə yıxıldığını görmüşdür. Hava qaranlıq olduğundan konkret olaraq kimin kimi nə ilə, necə vurduğunu görməmişdir. Həmin şəxslərin avtomobilinə toxunub zədə yetirməməsi üçün avtomobilini təxminən 30-40 metr arxaya sürərək yoldan kənarda saxlayıb düşmüş və dava baş verən istiqamətdə getdikdə Zərərçəkmiş şəxs1 sifət nahiyəsində xəsarət olduğunu və yerdə uzanıqlı vəziyyətdə qaldığını görmüşdür. O, Nahidə yaxınlaşdıqda artıq onu heç kim vurmamış, Nahid səki tərəfdə yerdə uzanmış vəziyyətdə qalmışdır. O və həmin yerə gələn tanımadığı şəxslər Nahidə yardım göstərmiş, Nahid avtomobilinə əyləşib oradan getmiş, o, da avtomobilinə əyləşib oradan çıxıb getmişdir. O, mübahisə zamanı orada olan şəxslərin kiminsə əlində balta görməmişdir. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının CM-nin 221.3-cü maddəsi ilə, Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikasının CM-nin 221.2.1 və 127.2.3-cü maddələri ilə və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının CM-nin 221.2.1, 127.2.2 və 127.2.3cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətmələri şahidlərin ifadələri, iş materialları və aşağıda göstərilən digər sübutlarlada təsdiq edilir. İşdə olan və məhkəmə baxışında tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi X19 İsmayıllı rayon şöbəsindən alınmış məhkəmə tibbi ekspertizasının xx.xx.2022-ci il tarixli, 664 nömrəli rəyindən görünür ki, 1983-cü il təvəllüdlü Zərərçəkmiş şəxs1 məhkəmə-tibbi ekspertizası zamanı aşkar edilmiş xəsarətlər-qapalı kəllə-beyin travması ilə müşayiət edilən burun sümüyünün və sağ bazu sümüyünün oynaq başının az yerdəyişən sınıqları, hər iki gözün ağlı qişasının qansızması, burun tənəffüsünün travmatik pozulması, sol gicgah nahiyəsinin, sağ budun, sağ dirsək oynağının sıyrıqları, hər iki gözün üst qapaqlarının və hər iki gözaltı nahiyələrin, burun belinin, sağ qulağın qançırları bərk-kütə əşya (alət) təsirindən törənmişdir, xx.xx.2022-ci il tarixdə və şəraitdə törənməsi istisna edilmir, sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərərvurmaya aiddir. İşdə olan və məhkəmə baxışında tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi X19 İsmayıllı rayon şöbəsindən alınmış məhkəmə tibbi ekspertizasının xx.xx.2022-ci il tarixli, 680 nömrəli rəyindən görünür ki, 1971-ci il təvəllüdlü Zərərçəkmiş şəxs2 məhkəmə-tibbi ekspertizası zamanı aşkar edilmiş xəsarət- sol dirsək oynağının qançırı küt əşya (alət) təsirindən törənmişdir, xx.xx.2022ci il tarixdə və şəraitdə törənməsi istisna edilmir, sağlamlığa zərərvurmayan xəsarətlərə aid edildiyi üçün dərəcəsi təyin edilmir. İşdə olan və məhkəmə baxışında tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi X15 alınmış əlavə məhkəmə tibbi ekspertizasının xx.xx.2023-cü il tarixli 664/04 nömrəli rəyindən görünür ki, 1983-cü il təvəllüdlü Zərərçəkmiş şəxs1 məhkəmə-tibbi ekspertizası zamanı aşkar edilmiş xəsarət-qapalı kəllə-beyin travması və baş-beyin silkələnməsi ilə müşayiət edilən burun sümüyünün və sağ bazu sümüyünün oynaq başının az yerdəyişən sınıqları, hər iki gözün ağlı qişasına qansızması, burun tənəffüsünün travmatik pozulması, sol gicgah nahiyəsinin, sağ budun, sağ dirsək oynağının sıyrıqları, hər iki gözün üst qapaqlarının və hər iki gözaltı nahiyələrin, burun belinin, sağ qulağın qançırları bərk-küt əşya (alət) təsirindən törənmişdir, xx.xx.2022-ci il tarixdə və şəraitdə törənməsi istisna edilmir. Bu xəsarətlərdən dərəcəsinə görə ayrı-ayrılıqda, sağ bazu sümüyünün oynaq başının az yerdəyişən sınığı, eləcə burun tənəffüsünün travmatik pozulması və burun belinin qançırı, burun sümüyünün az yerdəyişən sınığı ilə müşayiət edildiyindən sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır dərəcəli zərərvurmaya, qapalı kəllə-beyin travması, hər iki gözün ağlı qişasına qansızması, sol gicgah nahiyəsinin, sağ budun, dağ dirsək oynağının sıyrıqları, hər iki gözün üst qapaqlarının və hər iki gözaltı nahiyələrin, sağ qulağın qançırları isə istər birlikdə, istərsə də ayrı-ayrılıqda sağlamlığa zərərvurmayan xəsarətlərə aid edildiyindən dərəcəsi təyin edilmir. Vət. Zərərçəkmiş şəxs1 məhkəmə-tibbi ekspertizası zamanı onun bədən səthində kəsilmiş və çapılmış xəsarət (lər) aşkar edilməmişdir. Bununla belə, Zərərçəkmiş şəxs1 bədən səthində aşkar edilmiş xəsarətlərin xarakterinə və lokalizasiyasına əsasən, demək olar ki, onun ayaq nahiyəsində, başın və bədənin digər nahiyələrində aşkar edilmiş xəsarətlər müxtəlif tipli bərkküt əşya (alət) ilə, yəni, yumruq, təpik və ola bilsin baltanın küpü, eləcə də sapı ilə də yetirilə bilərdi. İşdə olan və məhkəmə baxışında tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi X15 alınmış əlavə məhkəmə tibbi ekspertizasının xx.xx.2023-cü il tarixli 664/04 nömrəli rəyindən görünür ki, 1983-cü il təvəllüdlü Zərərçəkmiş şəxs1 məhkəmə-tibbi ekspertizası zamanı aşkar edilmiş xəsarət-qapalı kəllə-beyin travması və baş-beyin silkələnməsi ilə müşayiət edilən burun sümüyünün və sağ bazu sümüyünün oynaq başının az yerdəyişən sınıqları, hər iki gözün ağlı qişasına qansızması, burun tənəffüsünün travmatik pozulması, sol gicgah nahiyəsinin, sağ budun, sağ dirsək oynağının sıyrıqları, hər iki gözün üst qapaqlarının və hər iki gözaltı nahiyələrin, burun belinin, sağ qulağın qançırları bərk-küt əşya (alət) təsirindən törənmişdir, xx.xx.2022-ci il tarixdə və şəraitdə törənməsi istisna edilmir. Bu xəsarətlərdən dərəcəsinə görə ayrı-ayrılıqda, sağ bazu sümüyünün oynaq başının az yerdəyişən sınığı, eləcə burun tənəffüsünün travmatik pozulması və burun belinin qançırı, burun sümüyünün az yerdəyişən sınığı ilə müşayiət edildiyindən sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır dərəcəli zərərvurmaya, qapalı kəllə-beyin travması, hər iki gözün ağlı qişasına qansızması, sol gicgah nahiyəsinin, sağ budun, dağ dirsək oynağının sıyrıqları, hər iki gözün üst qapaqlarının və hər iki gözaltı nahiyələrin, sağ qulağın qançırları isə istər birlikdə, istərsə də ayrı-ayrılıqda sağlamlığa zərərvurmayan xəsarətlərə aid edildiyindən dərəcəsi təyin edilmir. Zərərçəkmiş şəxs1 məhkəmə-tibbi ekspertizası zamanı onun bədən səthində kəsilmiş və çapılmış xəsarət (lər) aşkar edilməmişdir. Bununla belə, Zərərçəkmiş şəxs1 bədən səthində aşkar edilmiş xəsarətlərin xarakterinə və lokalizasiyasına əsasən, demək olar ki, onun ayaq nahiyəsində, başın və bədənin digər nahiyələrində aşkar edilmiş xəsarətlər müxtəlif tipli bərkküt əşya (alət) ilə, yəni, yumruq, təpik və ola bilsin baltanın küpü, eləcə də sapı ilə də yetirilə bilərdi. İşdə olan və məhkəmə baxışında tədqiq edilmiş İsmayıllı Rayon Məhkəməsinin “Məhkəmə mühəndis-texniki ekspertizasının təyin edilməsi haqqında” 21 may 2024-cü il tarixli qərarından görünür ki, cinayət işi üzrə komisyon məhkəmə-tibbi ekspertizası təyin edilmiş və Komisyon ekspertizanın qarşısında həll edilməsi üçün aşağıdakı suallar qoyulmuşdur: 1). xx.xx.2022-ci il tarixdə baş vermiş hadisə zamanı Zərərçəkmiş şəxs1 ayaq nahiyəsində və bədənin digər nahiyələrində olan xəsarətlər balta ilə (baltanın hansı hissəsi ilə) yetirilmiş zərbə nəticəsində yarana bilərdimi? 2). Zərərçəkmiş şəxs1 bədən səthi üzərindəki xəsarətlərin müddəti, xarakteri, lokalizasiyası, yetirilmə mexanizmi, yetirilmə ardıcıllığı və ayrı-ayrılıqda ağırlıq dərəcəsi müəyyən edilsin. 4). Zərərçəkmiş şəxs1 bədəni üzərində olan xəsarətlərdən hansı təpiklə, eləcə də yumruqla yetirilmiş zərbə nəticəsində və ya qəsdən yerdən badalaq vurulması ilə müşayiət edilən onun hündürlükdən öz çəkisi üzərində yerə çırpılması nəticəsində yarana bilərdimi? 5). Zərərçəkmiş şəxs1 bədəni üzərində “sağ budun sıyrığı” kimi bədən xəsarəti balta ilə (baltanın hansı hissəsi ilə) yetirilmiş zərbə nəticəsində yarana bilərdimi, həmin nahiyədə olan kəsilmiş xəsarət vardırmı? 6). Zərərçəkmiş şəxs1 sağ bazu sümüyünün böyük qabarının qopma xarakterli sınığı, qapalı kəllə-beyin travması və baş-beyin silkələnməsi ilə müşayiət edilən burun sümüyünün və sağ bazu sümüyünün oynaq başının az yerdəyişən sınıqları, hər iki gözün ağlı qişasına qansızması kimi xəsarətlərini aldıqdan sonra “Saypa” markalı avtomobili (avtomoblin sürətlər qutusunun mexaniki və ya avtomat olması nəzərə alınmaqla) idarə etməklə xəstəxanaya getmək iqtidarında ola bilərdimi? İşdə olan və məhkəmə baxışında tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X8 X19 tərəfindən ayrılan ekspert komissiyası tərəfindən aparılmış ekspertizasının 09 iyul 2024-cü il tarixli, T397/2024 nömrəli rəyi ilə müəyyən olunmuşdur ki, Zərərçəkmiş şəxs1 sağ bazu sümüyünün böyük qabarının qopma xarakterli sınığı, qapalı kəllə-beyin travması, burun tənəffüsünün travmatik pozulması və burun belinin qançırı ilə müşayiət edilmiş burun sümüyünün az yerdəyişən sınığı, hər iki gözün ağlı qişasına qansızma, hər iki gözün üst qapaqlarının və hər iki gözaltı nahiyələrin qançırı, sağ qulağın qançırları, sol gicgahın, sağ budun, sağ dirsək oynağının sıyrıqları olmuşdur. Qeyd edilən xəsarətlər bərk-lüt əşyanın (əşyaların) təsirindən törənmişdir, yəni xx.xx.2022-ci il tarixdə törənə bilərdi, dərəcəsinə görə sağ bazu sümüyünün böyük qabarının qopma xarakterli sınığı, qapalı kəllə-beyin travması, burun tənəffüsünün travmatik pozulması və burun belinin qançırı ilə müşayiət edilmiş burun sümüyünün az yerdəyişən sınığı sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərərvurmaya aiddir, digər xəsarətlər isə sağlamlığa zərərvurmayan xəsarətlərə aid olduğundan dərəcəsi təyin edilmir. Zərərçəkmiş şəxs1 bədən səthində olan xəsarətlər qısa zaman kəsiyində yetirildiyindən onların ardıcıllığını təyin etmək mümkün deyildir. Bu xəsarətlər ayrı-ayrılıqda yumruqla, təpiklə, baltanın iti olmayan hissələri ilə vurulan zərbələr nəticəsində yarana bilərdilər. Zərərçəkmiş şəxs1 məhkəmə-tibbi müayinəsi zamanı onun bədən səthində kəsilmiş və çapılmış xəsarət (lər) aşkar edilməmişdir. İşdə olan və məhkəmə baxışında tədqiq edilmiş xx.xx.2023-cü il tarixli “baxış keçirilməsi haqqında” protokolundan görünür ki, İsmayıllı şəhəri, H.Əliyev prospektində X3 işlətdiyi velosiped dükanının yaddaş bazasına baxış keçirilmiş və müəyyən edilmişdir ki, müşahidə kamerasının yaddaş bazası yeni çəkilişin başlandığı vaxtdan maksimum 1 ay müddətində saxlanılır. Müşahidə kamerasının yaddaş bazasında xx.xx.2022-ci il tarixə aid hər hansı görüntünün olması müəyyən edilməmişdir. Hadisə yerinin yaxınlığında olan dükan, aptek və s. obyektlərdə xx.xx.2022-ci il tarixdə hadisəni qeydə alan müşahidə kamerasının olması müəyyən edilməmişdir. İşdə olan və məhkəmə baxışında tədqiq edilmiş xx.xx.2023-cü il tarixli “hadisə yerinə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, Zərərçəkmiş şəxs1 ilə Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 arasında dava İsmayıllı şəhəri, H.Əliyev prospektində “Halal” adlanan kafenin qarşısında baş vermişdir. İşdə olan və məhkəmə baxışında tədqiq edilmiş xx.xx.2023-cü il tarixli “DVD diskə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, İsmayıllı şəhəri, H.Əliyev prospektində X3 işlətdiyi mağazanın müşahidə kamerasının xx.xx.2022-ci il tarixdə qeydə aldığı görüntülərə baxış keçirilmiş, müəyyən edilmişdir ki, videoçəkiliş 3 dəqiqə 56 saniyədir. Görüntüdə bir qrup şəxsin bir-birilə əlbəyaxa olması görünür, lakin həmin şəxslərin kimliyi və əllərində hər hansı alət olması açıq-aydın görünmür. Ətrafda müxtəlif şəxslər vardır. Müəyyən edilmişdir ki, 2 dəqiqə 14 saniyədən sonra Zərərçəkmiş şəxs1 “Saypa” markalı **-OU-*** dövlət qeydiyyat nişanlı avtomobilə minib hadisə yerindən uzaqlaşıb gedir. Bundan sonra isə Təqsirləndirilən şəxs2 Vaz-21070 markalı **-VR-*** dövlət qeydiyyat nişanlı avtomobillə oradan uzaqlaşıb gedir. İşdə olan və məhkəmə baxışında tədqiq edilmiş xx.xx.2023-cü il tarixli “ifadənin yerində yoxlanılması haqqında” protokoldan görünür ki, Əsgərov X4 şəhəri, H.Əliyev prospektində Zərərçəkmiş şəxs1 ilə aralarında baş verdiyi mübahisə və dava yerini göstərməklə istintaqa verdiyi ifadəsini bir daha təsdiq etmişdir. İşdə olan və məhkəmə baxışında tədqiq edilmiş xx.xx.2023-cü il tarixli “ifadənin yerində yoxlanılması haqqında” protokoldan görünür ki, Qəribov X7 şəhəri, H.Əliyev prospektində Zərərçəkmiş şəxs1 ilə aralarında baş verdiyi mübahisə və dava yerini göstərməklə istintaqa verdiyi ifadəsini bir daha təsdiq etmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” X19, “İsmayıllı rayon Mərkəzi Xəstəxanasından alınmış xx.xx.2023-cü il tarixli PHŞ-6-47/2-272/2023 nömrəli arayışdan görünür ki, xx.xx.1987-ci il təvəllüdlü Əsgərov X4 RMX-nın “Narkoloji”, “Ruhi əsəb” və “Nevroloji” kabinetlərdə qeydiyyatda yoxdur. Cinayət işinin materiallarına əlavə edilmiş “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” X19, “Şamaxı rayon Mərkəzi Xəstəxanasından alınmış xx.xx.2023-cü il tarixli PHŞ-6-72/2-476/2023 nömrəli arayışdan görünür ki, xx.xx.1998-ci il təvəllüdlü Təqsirləndirilən şəxs3 Şamaxı RMXnın “Ruhi əsəb”, “nevroloji” və “narkoloji” kabinetlərdə qeydiyyatda yoxdur. Cinayət işinin materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublikası Psixiatriya Xəstəxanası” X15 alınmış xx.xx.2023-cü il tarixli 4769 nömrəli rəyindən görünür ki, xx.xx.1967-ci il təvəllüdlü Təqsirləndirilən şəxs1 və xx.xx.1998-ci il təvəllüdlü Təqsirləndirilən şəxs3 “Respublika Psixiatriya Xəstəxanası” PHŞ-də müalicədə olmayıblar və qeydiyyatda yoxdurlar. Cinayət işinin materiallarına əlavə edilmiş Azərbaycan Respublikası DİN-nin BƏSİİ-nin verdiyi tələbnamələrdən görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 məhkumluğu olmayan şəxslərdir. Cinayət işinin materiallarına əlavə edilmiş Azərbaycan Respublikası DİN-nin BƏSİİ-nin verdiyi tələbnamədən və İsmayıllı Rayon Məhkəməsinin 20 fevral 2014-cü il tarixli, 1(037)- 08/2014 nömrəli hökmündən görünür ki, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CMnin 263.2-ci maddəsi ilə təqsirli bilinib 1 (bir) il 6 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, hazırda məhkumluğu ödənilmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş Bakı şəhəri Sabunçu rayon İcra Hakimiyyəti Başçısının Ramana qəsəbəsi inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs1 yaşayış yeri üzrə müsbət xarakterizə edilir. Cinayət işinin materiallarına əlavə edilmiş Şamaxı Rayon İcra Hakimiyyəti başçısını Şamaxı şəhəri inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs3 yaşayış yeri üzrə müsbət xarakterizə edilir. Cinayət işinin materiallarına əlavə edilmiş İsmayıllı Rayon İcra Hakimiyyəti İsmayıllı Mənzil İstismar Sahəsi tərəfindən verilmiş 26 aprel 2023-cü il tarixli, 74 nömrəli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs2 yaşayış yeri üzrə müsbət xarakterizə edilir. Cinayət işinin materiallarına əlavə edilmiş Bakı şəhəri Sabunçu rayon İcra Hakimiyyəti Başçısının Ramana qəsəbəsi inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 21 noyabr 2023-cü il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs1 Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, 9-cu mədən adlanan ərazidə qeydiyyatsız yaşayır və ailə tərkibi həyat yoldaşı X11 və oğlu Təqsirləndirilən şəxs3 ibarətdir. Cinayət işinin materiallarına əlavə edilmiş Şamakı Rayon İcra Hakimiyyəti başçısını Şamaxı şəhəri inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 29 avqust 2023-cü il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs3 ünvan 3 ünvanda yaşayır. Cinayət işinin materiallarına əlavə edilmiş İsmayıllı Rayon İcra Hakimiyyəti İsmayıllı Mənzil İstismar Sahəsi tərəfindən verilmiş 26 aprel 2023-cü il tarixli arayışlardan görünür ki, Əsgərov X4 şəhəri, H.Əliyev prospekti 11 saylı kommunal yaşayış evinin 5 saylı mənzilində yaşayır və ailə tərkibi həyat yoldaşı X5, oğlu 2012-ci il təvəllüdlü X12, qızı 2013-cü il təvəllüdlü X13 və oğlu 2021-ci il təvəllüdlü X6 ibarətdir. İşdə olan “Şübhəli şəxs qismində tutulma” barədə 07 iyun 2023-cü il tarixli qərardan və eyni tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 07 iyun 2023-cü il tarixdə saat 19:10da şübhəli şəxs qismində tutulmuşdur. İşdə olan “Tutulmuş şəxsin azad edilməsi və şübhəli şəxs qismində iştirakına xitam verilməsi” haqqında 09 iyun 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 09 iyun 2023-cü il tarixdə saat 16:00-da İsmayıllı RPŞ-nin MSY-dən azad edilmiş və şübhəli şəxs qismində iştirakına xitam verilmişdir. İşdə olan “Şübhəli şəxs qismində tutulma” barədə 09 iyun 2023-cü il tarixli qərardan və eyni tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs3 09 iyun 2023-cü il tarixdə saat 17:30da şübhəli şəxs qismində tutulmuşdur. İşdə olan müstəntiqin 10 iyun 2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs3 barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilməklə o həmin gün saat 12:45-də İsmayıllı RPŞ-nin MSY-dən azad edilmişdir. İşdə olan İsmayıllı Rayon Məhkəməsinin 03 sentyabr 2024-cü il tarixli 1(037)-5/2024 nömrəli hökmündən görünür ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Təqsirləndirilən şəxs1 təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının çəkilmə müddətinin başlanğıcı həbsə alındığı andan – 03 sentyabr 2024-cü il tarixdən hesablanmışdır. İşdə olan Qəbələ Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 1(025)-39/2024 nömrəli qərarından görünür ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs1 barəsində İsmayıllı Rayon Məhkəməsinin 03 sentyabr 2024-cü il tarixli 1(037)-5/2024 nömrəli hökmü ilə seçilmiş "Həbs" qətimkan tədbiri dəyişdirilmiş, Təqsirləndirilən şəxs1 məhkəmə zalından dərhal azad edilmiş və onun barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. Məhkəmə, məhkəmə istintaqı zamanı tədqiq edilmiş sübutların məcmusuna tam, hərtərəfli və obyektiv qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının CM-nin 221.3-cü maddəsi ilə, Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikasının CM-nin 221.2.1 və 127.2.3-cü maddələri ilə və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının CM-nin 221.2.1, 127.2.2 və 127.2.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətmələri zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri, cinayət işi üzrə keçirilmiş istintaq hərəkətlərinin aparılması haqqında protokollar, ekspertiza rəyləri və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla tam sübuta yetirilir. Məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 onlara elan edilmiş ittiham üzrə özlərini təqsirli bilməməsinə dair ifadələrinə münasibət bildirərək qeyd edir ki, onların ifadələri özlərini məsuliyyətdən yayınma kimi qiymətləndirilir. Təqsirləndirilən şəxslərin məhkəmə istintaqında verdikləri ifadələri zərərçəkmiş şəxslərin və şahidlərin ibtidai istintaq və məhkəmə istintaqı zamanı verdikləri ifadələr, iş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş istintaq hərəkətlərinin keçirilməsinə dair protokollar, məhkəmə-tibbi ekspertizanın rəyləri və məhkəmə iclasında tədqiq edilmiş digər sübutlarla tam təkzib edildiyindən məhkəmə tərəfindən sübut kimi qəbul edilmir. Belə ki, Təqsirləndirilən şəxs1 Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 balta ilə vurmadığını, həmin baltanın Zərərçəkmiş şəxs1 əlində olduğunu və balta ilə onların üzərinə hücum etdiyini bildirmişdir. Bu hal isə nə cinayət işinin ibtidai istintaqı zamanı, nə də ki məhkəmə istintaqında təsdiqini tapmamışdır. Zərərçəkmiş şəxs1 ifadəsində kafedən əlinə balta götürmədiyini, həmin baltanın Aqilin əlində olduğunu, baltanın küp hissəsi ilə ayaq nahiyəsindən vurduğunu, təpik və yumruqla isə bədəninin müxtəlif nahiyələrindən vurduğunu bildirmişdir. İş üzrə üzləşdirmədə dindirmə istintaq hərəkəti keçirilərkən Zərərçəkmiş şəxs1 ifadəsində göstərdiyi xüsusatları Təqsirləndirilən şəxs1 üzünə qarşı da göstərmişdir. İş üzrə Zərərçəkmiş şəxs2 da ifadəsində Təqsirləndirilən şəxs1 balta ilə onun sol qolundan vurduğunu bildirmiş, ifadəsində göstərdiyi xüsusatları Təqsirləndirilən şəxs1 üzünə qarşı da göstərmişdir. Bundan başqa iş üzrə şahid qismində dindirilmiş Şahid4, Şahid2, Şahid3, Şahid1 ifadələrində Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 təpiklə Zərərçəkmiş şəxs1 döydüklərini, habelə hadisə zamanı Nahidin kafeyə girmədiyini, kafedən balta götürmədiyini, Nahidin əlində balta görmədiklərini göstərmişlər. Təqsirləndirilən şəxs1 müdafiəsi üçün gətirdiyi dəlillər hadisə yerinə baxış protokolu, dindirmə protokolları, üzləşdirmədə dindirmə protokolları, ekspert rəyləri və digər sübutlarla tam təkzib edilmişdir. O cümlədən, Təqsirləndirilən şəxs2 Zərərçəkmiş şəxs1 vurmadığını və ona heç bir xəsarət yetirmədiyini bildirmişdir. Bu hal da nə cinayət işinin ibtidai istintaqı zamanı, nə də ki məhkəmə istintaqında təsdiqini tapmamışdır. Belə ki, iş üzrə Zərərçəkmiş şəxs1 ifadələrində Təqsirləndirilən şəxs2 təpiklə onun sağ çiyin nahiyəsindən vurub xəsarət yetirdiyini, həmçinin yumruq və təpiklə də bədəninin müxtəlif nahiyələrindən vurub xəsarət yetirdiyini bildirmişdir. İş üzrə üzləşdirmədə dindirmə istintaq hərəkəti keçirilərkən Zərərçəkmiş şəxs1 ifadəsində göstərdiyi xüsusatları Təqsirləndirilən şəxs2 üzünə qarşı da göstərmişdir. Məhkəmə-tibbi ekspertizasının rəyindən göründüyü kimi Zərərçəkmiş şəxs1 bədəni üzərində olan xəsarətlərdən sağ bazu sümüyünün oynaq başının az yerdəyişən sınığı kimi bədən xəsarəti sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır dərəcəli zərərvurmaya aiddir. Bundan başqa iş üzrə dindirilmiş şahidlərin bir qismi ifadələrində Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 təpiklə Zərərçəkmiş şəxs1 döydüklərini, göstərmişlər. Təqsirləndirilən şəxs2 müdafiəsi üçün gətirdiyi dəlillər hadisə yerinə baxış protokolu, dindirmə protokolları, üzləşdirmədə dindirmə protokolları, ekspert rəyləri və digər digər sübutlarla tam təkzib edilmişdir. O cümlədən, Təqsirləndirilən şəxs3 Zərərçəkmiş şəxs1 vurmadığını və ona heç bir xəsarət yetirmədiyini bildirmişdir. Bu hal da nə cinayət işinin ibtidai istintaqı zamanı, nə də ki məhkəmə istintaqında təsdiqini tapmamışdır. Belə ki, iş üzrə Zərərçəkmiş şəxs1 ifadələrində Təqsirləndirilən şəxs3 yumruqla onun sifət nahiyəsindən vurub xəsarət yetirdiyini, həmçinin yumruq və təpiklə də bədəninin müxtəlif nahiyələrindən vurub xəsarət yetirdiyini bildirmişdir. İş üzrə üzləşdirmədə dindirmə istintaq hərəkəti keçirilərkən Zərərçəkmiş şəxs1 ifadəsində göstərdiyi xüsusatları Təqsirləndirilən şəxs3 üzünə qarşı da göstərmişdir. Bundan başqa iş üzrə dindirilmiş şahidlər ifadələrində Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 təpiklə Zərərçəkmiş şəxs1 döydüklərini göstərmişlər. Təqsirləndirilən şəxs3 müdafiəsi üçün gətirdiyi dəlillər hadisə yerinə baxış protokolu, dindirmə protokolları, üzləşdirmədə dindirmə protokolları, ekspert rəyləri və digər sübutlarla tam təkzib edilmişdir. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 əməllərinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxslərin cinayət məsuliyyətindən azad edilmələri üçün əsaslar yoxdur. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş həmin sübutlar təqsirləndirilən şəxslərin təqsirlərinin sübuta yetirilməsi üçün kifayət etmişdir. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş bütün sübutlar ibtidai istintaq zamanı Azərbaycan Respublikası Cinayət prosessual qanunverciliyinin tələblərinə uyğun əldə edilmişdir. Məhkəmə hesab edir ki, istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs1 cinayət əməli Azərbaycan Respublikasının CM-nin 221.3-cü maddəsi ilə, Təqsirləndirilən şəxs3 cinayət əməli Azərbaycan Respublikasının CM-nin 221.2.1 və 127.2.3-cü maddələri ilə və Təqsirləndirilən şəxs2 cinayət əməlləri Azərbaycan Respublikasının CM-nin 221.2.1, 127.2.2 və 127.2.3-cü maddələri ilə düzgün tövsif edilmişdir və onlar həmin maddə ilə təqsirli bilinib cəzalanmalıdır. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plemumunun «Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında» xx.xx.2004-cü il tarixli 1 saylı Qərarının 2-3-cü bəndlərində göstərilir ki, «Cinayət Məcəlləsinin xuliqanlığa görə məsuliyyət müəyyən edən 221-ci maddəsinin mətnində nəzərdə tutulan mənada ictimai qayda dedikdə, cəmiyyətdə insanlar arasında təşəkkül tapmış, adət və ənənələrlə, əxlaq normaları ilə, habelə qüvvədə olan qanunvericiliklə müəyyən edilən qarşılıqlı davranış və birgə yaşayış qaydalarının sistemi başa düşülür. İctimai qaydanı kobud surətdə pozan hərəkətlər dedikdə, ictimai və ya şəxsi mənafelərə əhəmiyyətli zərər vuran və ya cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgə yaşayış və davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlər başa düşülür. Cəmiyyətə açıqca hörmətsizlik etmə dedikdə isə, təqsirkarın ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərməsi, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq, bir çox insanın və ya cəmiyyətin hər hansı bir üzvünün mənafelərinə toxunan hərəkətlər etməsi başa düşülür. Məhkəmələrin diqqəti xuliqanlıq cinayətinin digər oxşar cinayətlərdən fərqləndirilməsi zəruriyyətinə cəlb edilməlidir. İzah edilməlidir ki, ictimai qaydanı kobud surətdə pozmadan və cəmiyyətə qarşı açıqcasına hörmətsizlik göstərmədən ailədə, mənzildə, qohumlar arasında, şəxsi münasibətlər zəminində, intiqam hissi ilə törədilən, o cümlədən, zərər çəkən şəxsin təşəbbüsü ilə başlanmış mübahisə və ya dalaşma gedişində döymə, sağlamlığa zərər vurma, əmlakı dağıtma və bu kimi sair hərəkətlər xuliqanlıq kimi qiymətləndirilmir və bunun üçün əsaslar olduqda Cinayət Məcəlləsinin şəxsiyyət əleyhinə olan yaxud başqa cinayətlərə görə məsuliyyət nəzərdə tutan müvafiq maddələri ilə tövsif olunur. Şəxsi münasibətlər zəminində başlanılmış belə hərəkətlər sonradan ictimai qaydanı kobud surətdə pozmağa və cəmiyyətə qarşı açıq-aşkar hörmətsizlik ifadə edən hərəkətlərə çevrilərsə, onda şəxsin əməli xuliqanlıq kimi qiymətləndirilə bilər.» Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli Qərarında göstərilir: «Cinayət qanunvericiliyində xuliqanlıq cinayəti ictimai təhlükəsizlik əleyhinə olan cinayətlər kateqoriyasına aid edilmiş, onun əsas obyekti kimi ictimai qayda, əlavə obyekti qismində isə insanların sağlamlığının, şərəf və ləyaqətinin, habelə mülkiyyətin mühafizəsi ilə bağlı olan ictimai münasibətlər çıxış edir. İctimai təhlükəsizlik əleyhinə olan cinayətlər ictimai qaydanın, şəxsiyyətin təhlükəsizliyinin və sağlamlığının, şərəf və ləyaqətinin, şəxsi və dövlət əmlakının qorunmasını, eləcə də insanların əmək və istirahətini, müəssisə və təşkilatların normal fəaliyyətini təmin etmək üçün qanunvericilikdə müəyyən edilmiş qaydaları pozan ictimai təhlükəli əməllərdir.” Cəza təyin edilərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinin tələbinə əsasən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarların şəxsiyyətləri, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxslərin islah olunmasına və onların ailələrinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2003-cü il 25 iyun tarixli, 4 saylı qərarının 1-ci bəndində göstərilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. İnsan hüquqları üzrə Avropa Məhkəməsi öz Qərarlarında dəfələrlə göstərmiş və Milli məhkəmələrə tövsiyə etmişdir ki, şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması üçün əsaslar olduqda məhkəmələr həmin şəxsin barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza növlərinin tətbiq edilməsinə üstünlük verməlidirlər. Cinayət törətmiş şəxsin cəmiyyətdən təcrid edilməsi yalnız bunun üçün möhkəm əsaslar olduqda və bu açıq-aşkar ictimai maraqlar baxımından zəruri olduqda tətbiq edilə bilər. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinin tələbinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə görə, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. “Məhkəmə Hökmü Haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 №-li qərarının, 45-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu zaman hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməli, seçilən cəzanın və ya digər cinayət-hüquqi xarakterli tədbirin təqsirləndirilən şəxsin islah olunması, ailəsinin həyat şəraitinə təsiri baxımından məqsədəuyğun olması izah edilməlidir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 nömrəli Qərarında nəzərdə tutulur ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Beləliklə də, Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən, məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 barələrində ittiham hökmü çıxarmağı məqsədə müvafiq hesab edir. Məhkəmə Təqsirləndirilən şəxs1 barəsində cəza məsələsini müzakirə edərkən Azərbaycan Respublikası CM-nin 58-ci maddəsinin tələblərinə uyğun olaraq, onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, habelə şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs1 əməlində cəzasını yüngülləşdirən hallar müəyyən etmədi. Məhkəmə Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 əməlində cəzasını ağırlaşdıran hallar müəyyən etmədi. Məhkəmə Təqsirləndirilən şəxs1 cəza təyin edərkən Azərbaycan Respublikası CM-nin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, müsbət xarakterizə edilməklə şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halların və ağırlaşdıran olmamasını, habelə təyin olunan cəzanın həm onun özü, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-in 221.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə növündə cəza təyin etməyi qanuni, əsaslı və ədalətli hesab edir. İş materiallarında olan İsmayıllı Rayon Məhkəməsinin 03 sentyabr 2024-cü il tarixli 1(037)-5/2024 nömrəli hökmündən görünür ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Təqsirləndirilən şəxs1 təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının çəkilmə müddətinin başlanğıcı həbsə alındığı andan – 03 sentyabr 2024-cü il tarixdən hesablanmışdır. İş materiallarında olan Qəbələ Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 1(025)-39/2024 nömrəli qərarından görünür ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs1 barəsində İsmayıllı Rayon Məhkəməsinin 03 sentyabr 2024-cü il tarixli 1(037)-5/2024 nömrəli hökmü ilə seçilmiş "Həbs" qətimkan tədbiri dəyişdirilmiş, Təqsirləndirilən şəxs1 məhkəmə zalından dərhal azad edilmiş və onun barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. Ona görə də onun həbsdə saxlanıldığı 03 (üç) ay 08 (səkkiz) gün müddət Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə hesablamaqla təyin olunan azadlıqdan məhrumetmə cəzasından çıxılmalıdır. Azərbaycan Respublikası CM-nin 56.1.1 və 56.1.2-ci maddələrinə əsasən, azadlıqdan məhrum etmə növündə cəzanın ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq olmayan müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün-məntəqə tipli cəzaçəkmə müəssisələrində; qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün ümumi rejimli cəza çəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs1 hazırki hökmlə təyin ediləcək cəzasını Azərbaycan Respublikası CM-nın 56.1.2-ci maddəsinə əsasən ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Məhkəmə, Təqsirləndirilən şəxs3 barəsində cəza məsələsini müzakirə edərkən Azərbaycan Respublikası CM-nin 58-ci maddəsinin tələblərinə uyğun olaraq, onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, habelə şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmədə Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs3 cəzasını yüngülləşdirən hal müəyyən edilməmişdir. Məhkəmə Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs3 əməlində cəzasını ağırlaşdıran hallar müəyyən etmədi. Məhkəmə Təqsirləndirilən şəxs3 cəza təyin edərkən Azərbaycan Respublikası CM-nin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, müsbət xarakterizə edilməklə şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallarının olmamasını, habelə təyin olunan cəzanın həm onun özü, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə cəza məsələsini müzakirə edərkən, cəzanın sosial ədalətin bərpası və məhkumun islah olunması məqsədi ilə tətbiq olunmasını, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs3 şəxsiyyətini, əvvəllər məhkum olunmamasını, yaşayış yeri üzrə müsbət cəhətdən xarakterizə olunmasını nəzərə alaraq hesab edir ki, ona təyin olunan cəza ədalətli olmaqla yanaşı, törətdiyi cinayətin xarakterinə, ictimai təhlükəlilik dərəcəsinə, həmin cinayətin törədilməsi halına, onun özünün şəxsiyyətinə tam uyğun olmalıdır. Məhkəmə hesab edir ki, cəzanın məqsədləri Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası CM-nın 221.2.1 və 127.2.3-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin etməyi qanuni, əsaslı və ədalətli hesab edir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs3 tətbiq edilməsi nəzərdə tutulan əsas cəza cinayət törətmiş şəxsin fərdi xüsusiyyətlərinə, törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsinə və xarakterinə mütənasibdir və hazırkı halda həmin cəza, cəzanın məqsədini təmin edir. Belə ki, CM-in 9-cu (Humanizm prinsipi) maddəsinə əsasən, Cinayət Məcəlləsi insanların təhlükəsizliyini təmin edir. Cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Eyni zamanda, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 512.2 və 519.0.4-cü maddələrinin şərh edilməsinə dair” 10 fevral 2012-ci il tarixli qərarında göstərilmişdir ki, CM-in 9-cu maddəsinin mənasına görə, cinayət hüququ şəxsiyyəti, zərərçəkənin hüquqlarını, cəmiyyətin mənafeyini qorumaqla yanaşı, öz əməli ilə sadalanan dəyərlərə qəsd edən təqsirkar şəxs barəsində də humanist mövqedə durmalıdır. Humanizmin anlamı əməlin kriminallaşdırılmasında və məsuliyyətin diferensasiyasında ədalət prinsipinin tələblərinin gözlənilməsini, cinayət tərkibinin məsuliyyətin yeganə hüquqi əsası hesab edilməsini, məsuliyyətin təqsir dərəcəsindən asılı olaraq fərdiləşdirilməsini, cinayət hüquqi təsir tədbirlərinə qənaət edilməsini, böyük ictimai təhlükə törətməyən əməlləri edən şəxslərin qanunla müəyyən edilmiş əsaslar olduqda məsuliyyətdən və cəzadan azad edilməsini nəzərdə tutur. Cinayət hüququnda humanizm - cinayət törədən şəxslərə cəza təyini zamanı, eləcə də müxtəlif növ cəzadan şərti və şərtsiz azad etmə institutlarının tətbiqində xeyirxahlıq münasibətini ifadə edir. Qeyd olunanlara əsasən, belə nəticə hasil olur ki, bütün hallarda təqsirləndirilən şəxsə təyin edilən cəza heç bir mənada təqsirləndirilən şəxsin nə özünə, nə də onun ailəsinə, yaxınlarına sitəm vermək məqsədi daşımamalı, yalnız onun islah olunmasına xidmət etməlidir. Göründüyü kimi, əməllərin kriminallaşdırılmasında ədalətlilik prinsipi bir tərəfdən ziyan yetirən əməlin bağlı olduğu sosial proseslərin təhlilini, digər tərəfdən belə əməlin obyektiv xüsusiyyətlərini, əhatənin sosial qrupların həmrəy olduğu dəyərləri, normaları nəzərə almaqla zərər yetirən əmələ qiymət verməyi tələb edir. Burada ədalətliliyin əsası kimi həqiqət, obyektiv qərar qəbul etməyin, bu və ya başqa şəraiti qiymətləndirməyin zəruri şərti kimi çıxış edir. Qeyd olunanlarla yanaşı “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamının 13.3 və 13.4-cü bəndlərində məhkəmələrə tövsiyyə edilmişdir ki, cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyi əsas tutulmalı, cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirilməlidir. Məhkəmənin gəldiyi qənaətə görə, törədilmiş əməllə müqayisədə Təqsirləndirilən şəxs3 azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi işin faktiki hallarına uyğun gəlmir. Məhkəmə Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası CM-nın 221.2.1 və 127.2.3-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin etməyi və Cinayət Məcəlləsinin 66.2 maddəsinə əsasən, təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs3 azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməsini ədalətli, məqsədə uyğun və onun islah olunması, həm də cəzanın məqsədlərinə nail olunması baxımından yetərli hesab edir. Məhkəmə həmçinin qeyd edir ki, Azərbaycan Respublikası CM-nın 52-1 maddəsinə əsasən Təqsirləndirilən şəxs3 üzərinə həmin maddədə qeyd olunan vəzifələr qoyulmalıdır. Belə ki, Təqsirləndirilən şəxs3 ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını yaşayış yeri üzrə çəkməli, üzərinə cəza çəkdiyi müddətdə saat 23:00-dan növbəti gün saat 07:00-dək yaşayış yerini tərk etməmək, cəza çəkdiyi müddətdə Bakı şəhəri ərazisini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Təqsirləndirilən şəxs3 cəzasının icrasına nəzarəti yaşadığı yer üzrə Bakı Şəhər Probasiya İdarəsi həyata keçirməlidir. Təqsirləndirilən şəxs3 təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının çəkilməsi yaşadığı yer üzrə Bakı Şəhər Probasiya İdarəsində qeydə alındığı vaxtdan hesablanmalıdır. Təqsirləndirilən şəxs3 barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan “Şübhəli şəxs qismində tutulma” barədə 9 iyun 2023-cü il tarixli qərardan və eyni tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs3 09 iyun 2023-cü il tarixdə saat 17:30-da şübhəli şəxs qismində tutulmuşdur. Müstəntiqin 10 iyun 2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs3 barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilməklə o həmin gün saat 12:45-də İsmayıllı RPŞ-nin MSY-dən azad edilmişdir. Ona görə də Təqsirləndirilən şəxs3 şübhəli şəxs qismində tutulduğu bir gün müddət Azırbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən həbsdə saxlama müddətinin bir günü azadlığın məhdudlaşdırılması növündə cəzanın iki gününə hesablamaqla təyin olunan azadlığın məhdudlaşdırılması cəzasından çıxılmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs2 barəsində cəza məsələsini müzakirə edərkən Azərbaycan Respublikası CM-nin 58-ci maddəsinin tələblərinə uyğun olaraq, onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, habelə şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmədə Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs2 himayəsində 3 azyaşlı uşağının olmasını cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs2 əməlində cəzasını ağırlaşdıran hallar müəyyən etmədi. Məhkəmə Təqsirləndirilən şəxs2 cəza təyin edərkən Azərbaycan Respublikası CM-nin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, müsbət xarakterizə edilməklə şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halları, cəzanı ağırlaşdıran hallarının olmamasını, habelə təyin olunan cəzanın həm onun özü, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə cəza məsələsini müzakirə edərkən, cəzanın sosial ədalətin bərpası və məhkumun islah olunması məqsədi ilə tətbiq olunmasını, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs2 şəxsiyyətini, əvvəllər məhkum olunmamasını, yaşayış yeri üzrə müsbət cəhətdən xarakterizə olunmasını nəzərə alaraq hesab edir ki, ona təyin olunan cəza ədalətli olmaqla yanaşı, törətdiyi cinayətin xarakterinə, ictimai təhlükəlilik dərəcəsinə, həmin cinayətin törədilməsi halına, onun özünün şəxsiyyətinə tam uyğun olmalıdır. Məhkəmə hesab edir ki, cəzanın məqsədləri Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nın 221.2.1, 127.2.2 və 127.2.3-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin etməyi qanuni, əsaslı və ədalətli hesab edir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 tətbiq edilməsi nəzərdə tutulan əsas cəza cinayət törətmiş şəxsin fərdi xüsusiyyətlərinə, törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsinə və xarakterinə mütənasibdir və hazırkı halda həmin cəza, cəzanın məqsədini təmin edir. Belə ki, CM-in 9-cu (Humanizm prinsipi) maddəsinə əsasən, Cinayət Məcəlləsi insanların təhlükəsizliyini təmin edir. Cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Eyni zamanda, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 512.2 və 519.0.4-cü maddələrinin şərh edilməsinə dair” 10 fevral 2012-ci il tarixli qərarında göstərilmişdir ki, CM-in 9-cu maddəsinin mənasına görə, cinayət hüququ şəxsiyyəti, zərərçəkənin hüquqlarını, cəmiyyətin mənafeyini qorumaqla yanaşı, öz əməli ilə sadalanan dəyərlərə qəsd edən təqsirkar şəxs barəsində də humanist mövqedə durmalıdır. Humanizmin anlamı əməlin kriminallaşdırılmasında və məsuliyyətin diferensasiyasında ədalət prinsipinin tələblərinin gözlənilməsini, cinayət tərkibinin məsuliyyətin yeganə hüquqi əsası hesab edilməsini, məsuliyyətin təqsir dərəcəsindən asılı olaraq fərdiləşdirilməsini, cinayət hüquqi təsir tədbirlərinə qənaət edilməsini, böyük ictimai təhlükə törətməyən əməlləri edən şəxslərin qanunla müəyyən edilmiş əsaslar olduqda məsuliyyətdən və cəzadan azad edilməsini nəzərdə tutur. Cinayət hüququnda humanizm - cinayət törədən şəxslərə cəza təyini zamanı, eləcə də müxtəlif növ cəzadan şərti və şərtsiz azad etmə institutlarının tətbiqində xeyirxahlıq münasibətini ifadə edir. Qeyd olunanlara əsasən, belə nəticə hasil olur ki, bütün hallarda təqsirləndirilən şəxsə təyin edilən cəza heç bir mənada təqsirləndirilən şəxsin nə özünə, nə də onun ailəsinə, yaxınlarına sitəm vermək məqsədi daşımamalı, yalnız onun islah olunmasına xidmət etməlidir. Göründüyü kimi, əməllərin kriminallaşdırılmasında ədalətlilik prinsipi bir tərəfdən ziyan yetirən əməlin bağlı olduğu sosial proseslərin təhlilini, digər tərəfdən belə əməlin obyektiv xüsusiyyətlərini, əhatənin sosial qrupların həmrəy olduğu dəyərləri, normaları nəzərə almaqla zərər yetirən əmələ qiymət verməyi tələb edir. Burada ədalətliliyin əsası kimi həqiqət, obyektiv qərar qəbul etməyin, bu və ya başqa şəraiti qiymətləndirməyin zəruri şərti kimi çıxış edir. Qeyd olunanlarla yanaşı “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamının 13.3 və 13.4-cü bəndlərində məhkəmələrə tövsiyyə edilmişdir ki, cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyi əsas tutulmalı, cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirilməlidir. Məhkəmənin gəldiyi qənaətə görə, törədilmiş əməllə müqayisədə Təqsirləndirilən şəxs2 azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi işin faktiki hallarına uyğun gəlmir. Məhkəmə Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nın 221.2.1, 127.2.2 və 127.2.3-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin etməyi və Cinayət Məcəlləsinin 66.2 maddəsinə əsasən, təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs2 azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməsini ədalətli, məqsədə uyğun və onun islah olunması, həm də cəzanın məqsədlərinə nail olunması baxımından yetərli hesab edir. Məhkəmə həmçinin qeyd edir ki, Azərbaycan Respublikası CM-nın 52-1 maddəsinə əsasən Təqsirləndirilən şəxs2 üzərinə həmin maddədə qeyd olunan vəzifələr qoyulmalıdır. Belə ki, Təqsirləndirilən şəxs2 ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını yaşayış yeri üzrə çəkməli, üzərinə cəza çəkdiyi müddətdə saat 23:00-dan növbəti gün saat 07:00-dək yaşayış yerini tərk etməmək, cəza çəkdiyi müddətdə İsmayıllı rayonu ərazisini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Təqsirləndirilən şəxs2 cəzasının icrasına nəzarəti yaşadığı yer üzrə İsmayıllı rayon İcra və probasiya şöbəsi həyata keçirməlidir. Təqsirləndirilən şəxs2 təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının çəkilməsi yaşadığı yer üzrə İsmayıllı rayon İcra və probasiya şöbəsində qeydə alındığı vaxtdan hesablanmalıdır. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan “Şübhəli şəxs qismində tutulma” barədə 07 iyun 2023-cü il tarixli qərardan və eyni tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 07 iyun 2023-cü il tarixdə saat 19:10-da şübhəli şəxs qismində tutulmuşdur. “Tutulmuş şəxsin azad edilməsi və şübhəli şəxs qismində iştirakına xitam verilməsi” haqqında 09 iyun 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 09 iyun 2023-cü il tarixdə saat 16:00-da İsmayıllı RPŞ-nin MSY-dən azad edilmiş və şübhəli şəxs qismində iştirakına xitam verilmişdir. Ona görə də Təqsirləndirilən şəxs2 şübhəli şəxs qismində tutulduğu 2 (iki) gün müddət Azırbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən həbsdə saxlama müddətinin bir günü azadlığın məhdudlaşdırılması növündə cəzanın iki gününə hesablamaqla təyin olunan azadlığın məhdudlaşdırılması cəzasından çıxılmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə görə məhkəmə, hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli olan əmlakın olub-olmaması məsələsini həll etməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.1 və 99-1.1.1-ci maddəsinə əsasən məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunan əmlak hesab olunur. Məhkəmə xüsusi müsadirə ilə bağlı məsələni müzakirə edərək hesab edir ki, iş üzrə belə bir əmlak olmadığından təqsirləndirilən şəxslər barəsində xüsusi müsadirə ilə bağlı müddəa tətbiq edilməməlidir. Məhkəmə iclasında həm də müəyyən edildi ki, Qəbələ Rayon Məhkəməsinin 11 dekabr 2024-cü il tarixli 1(025)-39/2024 nömrəli qərarı əsasında Zərərçəkmiş şəxs1 təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməlləri törətmələri nəticəsində ona dəymiş 9000 (doqquz min) manat maddi, 8000 (səkkiz min) manat mənəvi zərər və iddia ərizəsinin verilməsi üçün dövlət rüsumu olaraq ödənilmiş 141 (bir yüz qırx bir) manat dövlət rüsumu, cəmi 17141 (on yeddi min bir yüz qırx bir) manat məbləğinin təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 tutularaq ona ödənilməsi barədə mülki iddia ərizəsi qəbul edilmiş, cinayət işi üzrə Zərərçəkmiş şəxs1 mülki iddiaçı, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 isə mülki cavabdehlər qismində tanınmışlar. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 183.1-ci maddəsinə əsasən cinayət mühakimə icraatı zamanı mülki iddia cinayət təqibi başlanandan məhkəmə baxışında cinayət prosesi tərəflərinin çıxışı başlananadək istənilən an verilə bilər. Törədilmiş cinayət haqqında ərizə və ya müvafiq şikayət verməklə mülki iddia da eyni zamanda verilə bilər. Həmin Məcəllənin 354.1-ci maddəsinin məzmununa görə məhkəmənin hökmündə mülki iddianın əsaslarının və məbləğinin sübuta yetirilməsindən asılı olaraq iddianın tam və ya qismən təmin edilməsi, iddianın rədd edilməsi və ya iddianın baxılmamış saxlanılması barədə qərarlardan biri əks etdirilir. Həmin Məcəllənin 179.2-ci maddəsinə əsasən mülki prosessual qanunvericiliyin normaları cinayət mühakimə icraatının prinsiplərinə zidd olmadıqda və mülki iddia üzrə icraatda zəruri olan qaydalar bu Məcəllədə nəzərdə tutulmadıqda mülki prosessual qanunvericiliyin normalarının tətbiqinə yol verilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.12-ci maddəsinə əsasən ərizə bu Məcəllənin 149-cu maddəsində nəzərdə tutulmuş tələblər göstərilmədən, eləcə də bu Məcəllənin 150.1.2-ci və ya 150.1.3-cü maddələrində göstərilən sənədlər əlavə edilmədən verildikdə iddiaçı hakim tərəfindən müəyyən edilmiş müddətdə işin mahiyyəti üzrə baxılmasına və həll edilməsinə maneçilik törədən həmin nöqsanları aradan qaldırmadıqda məhkəmə iddia ərizəsini baxılmamış saxlayır. Həmin Məcəllənin 149.2.3-cü maddəsinə əsasən iddia ərizəsində iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb göstərilməlidir. İşin məhkəmə tərəfindən müəyyən edilmiş faktiki hallarından görünür ki, Zərərçəkmiş şəxs1 ona vurulmuş maddi və mənəvi zərəri cavabdehlərdən tələb etməsinə baxmayaraq bu halları təsdiq edən heç bir sübutu iddia ərizəsinə əlavə etməmiş, əlavə olaraq da ayrılıqda məhkəməyə təqdim etməmişdir. Belə olan halda, sözügedən mülki iddia tələbinin əlavə araşdırma zərurəti yarandığından hazırki cinayət işi ilə birlikdə baxılması məqsədmüvafiq deyildir. Ona görə də zərçəkmiş şəxsə hazırki iddia tələbi ilə mülki mühakimə icraatı qaydasında aidiyyəti məhkəməyə müraciət etmə hüququ izah edilməklə baxılmamış saxlanılmalıdır. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Qəbələ rayon vəkil bürosunun vəkili Müdafiəçi1 dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli 31 nömrəli qərarının 1-ci bəndinə əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Vəkil tərəfindən dövlət hesabına göstərilən hüquqi yardım barədə hesabatdan görünür ki, Qəbələ rayon Vəkil Bürosunun vəkili Müdafiəçi1 Təqsirləndirilən şəxs1 məhkəmə baxışı dövründə hüquqlarını 18 saat müddətində və Təqsirləndirilən şəxs3 məhkəmə baxışı dövründə hüquqlarını 21 saat müddətində müdafiə etmişdir. Odur ki, Təqsirləndirilən şəxs1 göstərilmiş 18 saat hüquqi xidmətə görə, Təqsirləndirilən şəxs3 göstərilmiş 21 saat hüquqi xidmətə görə vəkil Müdafiəçi1 234 manat məbləğində pul dövlət büdcəsindən Qəbələ rayon Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə maddi sübut və məhkəmə xərcləri yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 44.1; 344-347; 349; 351-353, 356, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinsin və ona 02 (iki) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə növündə cəza təyin edilsin. Təqsirləndirilən şəxs1 İsmayıllı Rayon Məhkəməsinin 03 sentyabr 2024-cü il tarixli 1(037)-5/2024 nömrəli hökmünə əsasən 03 sentyabr 2024-cü il tarixdən 11 dekabr 2024-cü il tarixədək həbsdə saxlanıldığı 03 (üç) ay 08 (səkkiz) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılmaqla, üzərində qəti olaraq 02 (iki) il 02 (iki) ay 22 (iyirmi iki) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs1 hökmlə təyin olunmuş cəzasını, cəzaçəkmənin əvvəli 19 fevral 2025-ci il tarixindən hesablanmaqla, ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri dəyişdirilərək, “həbs” qətimkan tədbiri ilə əvəz edilsin və o, məhkəmə iclas zalında dərhal həbsə alınsın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinsin və ona 02 (iki) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilsin. Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinsin və 03 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs3 qəti olaraq 03 (üç) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilsin. Təqsirləndirilən şəxs3 09 iyun 2023-cü il tarixdə saat 17:30-dan 10 iyun 2023-cü il tarixə saat 12:45-ədək şübhəli şəxs qismində tutularaq saxlanıldığı 1 (bir) gün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən həbsdə saxlamanın bir gün müddətinin azadlığın məhdudlaşdırılması cəzasının iki gününə hesablanmaqla 2 (iki) gün müddət ona təyin edilən 03 (üç) il 6 (altı) ay müddətə аzаdlığın məhdudlaşdırılması cəzasından çıxılaraq üzərində qəti olaraq 3 (üç) il 5 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs3 ona təyin edilmiş 3 (üç) il 5 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasını yaşayış yeri üzrə Bakı şəhərində çəksin. Üzərinə cəza çəkdiyi müddətdə saat 23:00-dan növbəti gün saat 07:00-dək yaşayış yerini tərk etməmək, cəza çəkdiyi müddətdə Bakı şəhəri ərazisini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs3 cəzasının icrasına nəzarəti yaşadığı yer üzrə Bakı Şəhər Probasiya İdarəsi həyata keçirsin. Təqsirləndirilən şəxs3 təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının çəkilmə müddətinin başlanğıcı Bakı Şəhər Probasiya İdarəsində qeydə alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs3 barəsində seçilmiş "polisin nəzarəti altına vermə" qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinsin və ona 02 (iki) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilsin. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.2 və 127.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 03 (üç) il müddətə azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs2 qəti olaraq 03 (üç) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilsin. Təqsirləndirilən şəxs2 07 iyun 2023-cü il tarixdə saat 19:10-dan 09 iyun 2023-cü il tarixə saat 16:00-adək şübhəli şəxs qismində tutularaq saxlanıldığı 2 (iki) gün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən həbsdə saxlamanın bir gün müddətinin azadlığın məhdudlaşdırılması cəzasının iki gününə hesablanmaqla 4 (dörd) gün müddət ona təyin edilən 03 (üç) il 06 (altı) ay müddətə аzаdlığın məhdudlaşdırılması cəzasından çıxılaraq üzərində qəti olaraq 3 (üç) il 05 (beş) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın Təqsirləndirilən şəxs2 ona təyin edilmiş 3 (üç) il 05 (beş) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasını yaşayış yeri üzrə İsmayıllı rayonunda çəksin. Üzərinə cəza çəkdiyi müddətdə saat 23:00-dan növbəti gün saat 07:00-dək İsmayıllı şəhəri, H.Əliyev prospekti, ev 11, mənzil 5 ünvanındakı evini tərk etməmək, bu müddətdə İsmayıllı rayonu ərazisini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs2 cəzasının icrasına nəzarəti yaşadığı yer üzrə İsmayıllı rayon İcra və probasiya şöbəsi həyata keçirsin. Təqsirləndirilən şəxs2 təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının çəkilmə müddətinin başlanğıcı icra və probasiya şöbəsində qeydə alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş "polisin nəzarəti altına vermə" qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Zərərçəkmiş şəxs1 təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 qarşı ona dəymiş 9000 (doqquz min) manat maddi, 8000 (səkkiz min) manat mənəvi zərər və iddia ərizəsinin verilməsi üçün dövlət rüsumu olaraq ödənilmiş 141 (bir yüz qırx bir) manat dövlət rüsumu, cəmi 17141 (on yeddi min bir yüz qırx bir) manat məbləğinin təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 müştərək qaydada tutularaq ona ödənilməsi barədə mülki iddiası baxılmamış saxlanılsın. İş üzrə maddi sübut və məhkəmə xərcləri yoxdur. Təqsirləndirilən şəxs1 göstərilmiş 18 saat hüquqi xidmətə görə, Təqsirləndirilən şəxs3 göstərilmiş 21 saat hüquqi xidmətə görə vəkil Müdafiəçi1 234 manat məbləğində pul dövlət büdcəsindən Qəbələ rayon Vəkil Bürosunun hesabına köçürülsün. Hökm elan olunduğundan 20 (iyirmi) gün müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. (Həbsdə olan təqsirləndirilən şəxs aldığı vaxtdan 20 gün müddətinə). Hökm apellyasiya şikayəti və ya protesti verilmədikdə, həmin müddət başa çatdıqdan sonra qüvvəyə minir. Sədrlik edən: Abbas Əliyev
Məhkəmə qərarları › İş №1(025)-1/2025
Qəbələ Rayon Məhkəməsi Hökm — İş №1(025)-1/2025
19.02.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver