Azərbaycan Respublikası adından HÖKM Qəbələ şəhəri İş № 1(025)-10/2022 13.06.2022 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Abbas Baba oğlunun sədrliyi, məhkəmə iclas katibi Qafarlı Yelmar Elman oğlunun katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikasının Baş X3 Müdafiəsi İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, zərərçəkmiş şəxs – Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Qəbələ rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə xx.xx.1961-ci il tarixdə Qəbələ rayonu Çarxana kəndində anadan olmuş, AR vətəndaşı, evli, işsiz, məhkumluğu olmayan, Qəbələ rayon Çarxana kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinin materiallarına açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs tamah niyyəti ilə etibardan sui-istifadə etməvə aldatma yolu ilə özgənin xeyli miqdarda əmlakını ələ keçirmək məqsədi ilə Qəbələ rayonunun Çarxana kəndində "xxxx" adlanan ərazidə yerləşən 1,90 ha hissəsi Gilan MMC-nin mülkiyyətinə 0.46 ha hissəsi X4 və ailə üzvlərinin mülkiyyətinə 2.14 ha hissəsi isə Qəbələ rayon Kürd Bələdiyyəsinin mülkiyyətinə aid olan ümumilikdə 4.50 ha torpaq sahəsini özgəsinin mülkiyyətində olduğunu bilə-bilə 2019-cu ilin dekabr ayının əvvəlində istintaqa dəqiq məlum olmayan tarixdə əvvəllər tanıdığı Qəbələ rayonu Qaradeyin kənd sakini Zərərçəkmiş şəxs öz mülkiyyətinə aid torpaq sahəsi kimi təqdim edib göstərərək, torpağın satılması üçün sənədləri hazır edib başa çatdırdıqdan sonra 10.000 (on min) manata ona satacağına dair verdiyi yalan vədinə inandırıb onu aldadaraq və əvvəlcədən aralarında olan tanışlıq münasibətindən istifadə etməklə etibarını qazandıqdan sonra birinci dəfə torpağa dair sənədlərin onun xeyrinə düzəlməsi üçün Qəbələ rayon Məhkəməsinə vermək adı ilə uydurduğu yalana inandırıb Zərərçəkmiş şəxs 05.12.2019-cu il tarixdə saat 22 radələrində yaşadığı evin giriş darvazasının qarşısında 1000 (min) manat, ikinci dəfə yenə də eyni adla onun dələduzluq əməllərindən məlumatı olmayan oğlu Şahid3 vasitəçiliyi ilə 25.12.2019-cu il tarixdə saat 11 radələrində Qəbələ rayon Hacalı kəndində “Real” adlı marketin yaxınlığında 500 (beş yüz) manat, üçüncü dəfə torpağa dair sənədlərin artıq hazır olduğu barədə yalan məlumat verib inandıraraq 08.01.2020-ci il tarixdə saat 12 radələrində yaşadığı evdə oğlu Şahid3 yanında öz aralarında video çəkiliş aparmaqla 3500 (üç min beş yüz) manat, dördüncü dəfə yenə də satacağı torpağın sənədlərinin hazır olduğu və qısa zamanda sənədləri ona verəcəyi barədə yalan məlumat verərək inandırıb 08.03.2020-ci il tarixdə saat 18 radələrində Qəbələ rayon Hacallı kəndi ərazisində “Real” adlı marketin yaxınlığında 100 (bir yüz) manat, sonuncu dəfə isə eyni qaydada, yəni torpağa dair sənədlərin artıq hazır olduğunu və qısa zamanda ona təqdim edəcəyinə dair yalan vəd verib inandırmaqla 15.03.2020-ci il tarixdə saat 20 radələrində Qəbələ rayon Hacallı kəndi ərazisində “Real” adlı marketin yaxınlığında 20 (iyirmi) manat olmaqla hissəhissə, lakin vahid niyyətlə əhatə olunmuş qəsdlə Zərərçəkmiş şəxs məxsus ümumilikdə 5120 (beş bir yüz iyirmi) manat məbləğində pulu etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirərək hər dəfəsində onun xeyrinə hər hansı bir hərəkətlər etmədən, yəni sözügedən torpağın satılması üçün sənədlərin hazırlanmasına dair aidiyyəti qurumlara müraciət etmədən və bu istiqamətdədigər tədbirlər görmədən həmin pulu öz şəxsi ehtiyaclarına sərf etmiş, bununla da o, Zərərçəkmiş şəxs qarşı ona xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə protokollarını, digər sənədləri sübut növü kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi vardır, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə tövsif olunmuşdur. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərdi ki, Qəbələ rayon Çarxana kəndində yaşayır və orada daimi pasport qeydiyyatındadır. Zərərçəkmiş şəxs Qəbələ rayon Qaradeyin kənd sakinidir, onu əvvəllər tanımamış, belə ki, Zərərçəkmiş şəxs məlum hadisədən sonra tanımışdır. Əvvəllər narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olduğu üçün AR CM-nin 234.1-ci, 237.1-ci və 66.3-cü maddələri ilə təqsirli bilinib Qəbələ rayon Məhkəməsinin 2004-cü il tarixli hökmü ilə 3 il azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuşdur. Məhkum olunmamışdan əvvəl Qəbələ rayon Qaradeyin kəndi ilə Çarxana kəndinin sərhəddində "xxxx" adlanan yerdə ailəsinin adına 3.87 ha, 2000-ci il tarixdə rəhmətə getmiş mərhum X18nın adına isə 0,66 ha torpaq sahəsi olmuşdur. Həbsxanadan 19.07.2007-ci il tarixdə azadlığa buraxılmışdır. Həbsxanada olarkən ailəsinin dolanışığında çətinlik yarandığı üçün 2006-cı il tarixdə onun ailəsinin adına olan 3.87 ha torpaq sahəsi arvadı Şahid1 tərəfindən, mərhum X18nın adına olan 0, 66 ha torpaq sahəsi isə qardaşı Şahid5 tərəfindən "xxxx" MMC-yə satılmışdır. Bu məsələdən həbsdən azadlığa buraxıldıqdan sonra xəbəri və məlumatı olmuşdur. Buna görə şirkət tərəfindən dollar kursu 78 manat olan vaxtı arvadı Şahid1 2100 dollar pul vermişdir. Sonra müəyyən etmiş ki, X18 2000-ci il tarixdə vəfat etdmiş, özü isə həbsxanada olduğu halda torpaq sahəsi 2006-cı il tarixdə onların iştirakı olmadan "xxxx" MMC şirkətinə satılmışdır. Torpağın alqı-satqı məsələsinin qanunsuz olduğu üçün torpaq sahəsini Aqşin Mehrəliyevə satmamışdan əvvəl Qəbələ rayon Prokurorluğuna şifahi qaydada müraciət etmiş, ona prokurorluq tərəfindən əqdin ləğv edilməsi üçün Məhkəməyə müraciət etməsi izah olunmuşdur. Lakin, buna baxmayaraq bu məsələ ilə bağlı Məhkəməyə və ya digər hər hansı bir aidiyyəti orqana müraciət etməmişdir. 2019-cu il tarixdə oğlu Şahid3 yaşayış evi tikmək üçün maddi imkanı olmadığı üçün belə qərara gəlmiş ki, qeyd olunan torpaq sahəsini satsın. Sözü gedən torpaq sahəsi hal-hazırda "xxxx" MMC-yə məxsus olub şirkətin mülkiyyətinə aiddir. 2019-cu ilin dekabr ayının əvvəllərində Zərərçəkmiş şəxs ona zəng edib satılası torpaq sahəsinin olubolmamasını soruşmuşdur. Aqşinə onda satılası torpaq sahəsinin olduğunu, lakin torpağın sənədlərinin qaydasında olmadığını, sənədlərin düzəlməli olduğunu, düzələcəyi təqdirdə satacağını bildirmişdir. Qeyd olunan torpaq sahəsinə Aqşinlə birlikdə baxaraq onunla 10 000 manata satmağa razılaşmışdır. 05.12.2019-cu il tarixdə saat təxminən 20 radələrində Zərərçəkmiş şəxs yaşadığı ünvana gələrək həyətinin giriş qapısının qarşısında oğlu Şahid3 yanında torpağın sənədinin düzəlməsi ilə bağlı ondan 1 000 manat, 2019-cu ilin dekabr ayının sonlarında Aqşindən təkrar torpaq sahəsinin sənədlərini qaydasına salmaq üçün əlavə 500 manat pul almışdır. 08.01.2020-ci il tarixdə Aqşin Mehrəliyevə ona satacağı torpağın sənədlərinin demək olarki hazır olmasını deyərək onunla birlikdə Qəbələ ASAN xidmət mərkəzinə gəlib torpaq sahəsi ilə bağlı Aqşin 3500 manat pulu ona rəsmi qaydada vermək istəmişdir. Lakin, ASAN xidmət mərkəzində dövlət rüsumu çox olması səbəbi ilə yaşadığı evə gələrək oğlu Şahid3 yanında Zərərçəkmiş şəxs video çəkiliş aparılmaqla Zərərçəkmiş şəxs 3 500 manat pul almışdır. Bu məsələdən 3-4 ay keçdikdən sonra Aqşin Mehrəliyevə torpağın sənədlərinin hazır olduğunu, yaxın vaxta kimi ona təqdim ediləcəyini bildirərək 2020-ci ilin mart ayının əvvəlində 100 manat və həmin ilin mart ayının ortalarında 20 manat olmaqla Aqşindən ona torpaq sahəsi satmaq adı ilə ümumilikdə 5120 manat pul almışdır. Lakin, qeyd olunan torpaq sahəsi "xxxx" MMC şirkətinin mülkiyyətinə məxsus olduğundan torpaq sahəsini Zərərçəkmiş şəxssata bilməmiş, Aqşindən torpaq satmaq adı ilə hissə-hissə aldığı pulu xərclədiyi üçün və eləcə də maddi durumu yaxşı olmadığı üçün həmin pulu qaytarıb ona verə bilməmişdir. Sonradan Zərərçəkmiş şəxs bilmiş ki, ona satmaq adı ilə göstərdiyi torpaq sahəsi ona deyil, məhz "xxxx" MMC şirkətinin mülkiyyətinə məxsusdur.Hal-hazırda zərərçəkmiş şəxsə dəymiş ziyanı ödəməyə maddi imkanı yoxdur. X1 İİ Qarabağ müharibəsi iştirakçısı olmaqla qazidir. Törətmiş olduğu cinayət əməlindən peşman olduğunu bildirərək məhkəmədən ona yüngül, həbslə bağlı olmayan cəza verilməsini xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, Qəbələ rayon Qaradeyin kəndində yaşayır və daimi orada pasport qeydiyyatındadır. Təqsirləndirilən şəxs məlum hadisədən sonra tanımış, əvvəllər Təqsirləndirilən şəxs ilə heç bir düşmənçilik və ədavəti olmamışdır. 2019-cu ilin dekabr ayında əkin əkmək, eləcə də şəxsi təsərrüfatına məxsus heyvanlarını otla təmin etmək üçün ot sahəsi axtarırmış. Sonra müəyyən etmiş ki, qonşu kənd Çarxana kənd sakini Təqsirləndirilən şəxs belə bir torpaq sahəsi var və onu satır. Adilin oğlu İzzəti əvvəlcədən tanıdığı üçün ona zəng edərək onlarda satılası torpaq sahəsinin olub-olmamasını soruşmuş, İzzət bu barədə heç nə bilmədiyini, atası Adil ilə danışmalı olduğunu bildirmişdir. 2019-cu ilin dekabr ayının əvvəllərində Təqsirləndirilən şəxs zəng edərək onda satılası torpaq sahəsinin olub-olmadığını soruşmuş, Adil ona Qəbələ rayon Çarxana kəndinin ərazisində Göytəpə adlanan yerdə 4.53 ha hektar torpaq sahəsinin olduğunu, həmin torpaq sahəsini satmaq istədiyini bildirmişdir. Ertəsi gün Təqsirləndirilən şəxs ilə görüşüb birlikdə torpaq sahəsinə baxaraq torpağı ondan 10 000 manata almağa razılaşmışdır. Lakin, Adil ona torpağın sənədlərinin qaydasında olmadığını və bu məsələ ilə bağlı Qəbələ rayon Məhkəməsində araşdırma getdiyini və ona sənədlərin düzəldilməsi üçün 1 000 manat pulun lazım olduğunu, sənədlər düzəldildikdən sonra torpağı ona satacağını bildirmişdir. 05.12.2021-ci il tarixdə saat təxminən 20 radələrində Çarxana kəndində Təqsirləndirilən şəxs yaşadığı ünvana gedərək ona torpağın sənədlərinin düzəlməsi adı ilə oğlu Şahid3 yanında 1 000 manat pul vermiş, bu məsələdən bir neçə gün sonra Təqsirləndirilən şəxs ona zəng edərək məhkəmə tərəfindən torpağın sənədlərinin düzəlməsi üçün 500 manat pul istənildiyini deyərək ona pul verməli olduğunu demişdir. Adilin sözünə inanıb, 25.12.2021-ci il tarixdə Qəbələ rayon Hacallı kəndində yerləşən Real adlı marketin yaxınlığında Adilin göstərişi ilə ona çatması üçün oğlu İzzətə 500 manat pul vermişdir. 08.01.2020-ci il tarixdə Təqsirləndirilən şəxs ona zəng edərək sənədlərin hazır olduğunu, əkin sahəsindən konbaynlar biçin etdikdən sonra, məhkəmə və kadastr işçilərinin birlikdə həmin torpaq sahəsini ölçüb onun adına keçirəcəklərini bildirmişdir. Həmin tarixdə, yəni 08.01.2020-ci il tarixdə saat təxminən 11 radələrində Adilin evinə gedərək onunla görüşüb birlikdə Qəbələ ASAN xidmət mərkəzinə gələrək, ona verməli olduğu 3500 manat pulu müqavilə ilə rəsmi qaydada vermək istəmiş, lakin ASAN xidmət mərkəzində dövlət rüsumu çox olduğu üçün həmin pulu Adilə video çəkiliş aparmaqla vermək qərarına gəlmişdir. Belə olub Təqsirləndirilən şəxs evinə qayıdıb onun evində video çəkiliş aparmaqla oğlu Şahid3 yanında 3500 manat pulu Təqsirləndirilən şəxs vermişdir. Bu məsələdən 3-4 ay sonra Təqsirləndirilən şəxs ona satacağı torpağın sənədlərinin demək olar ki hazır olduğunu, yaxın vaxta kimi ona veriləcəyini inandırmaqla ondan 08.03.2020-ci il tarixdə 100 manat və 1 həftə sonra, yəni 15.03.2020-ci il tarixdə isə 20 manat olmaqla ona torpaq sahəsi satmaq adı ilə ümumilikdə 5120 manat pul almışdır. Bu məsələdən 20 gün keçdikdən sonra Adil ondan torpaq sahəsinə görə əlavə 1000 manat pul istəmişdir. Adilin onu aldatdığından şübhələnərək Qəbələ rayon Məhkəməsində işləyən həmkəndlisi Şamil adlı şəxsə zəng edərək ondan Təqsirləndirilən şəxs torpaq məsələsi ilə bağlı rayon Məhkəməsində işinin olub-olmadığını soruşmuşdur. Şamil ona torpaq məsələsi ilə bağlı Adilin Məhkəmədə işinin olmadığını bildirmişdir. 2020-ci ilin iyul ayında sözü gedən torpaq sahəsinin tanımadığı şəxslər tərəfindən şumlandığını görüb və bir daha əmin olmuş ki, həmin torpaq sahəsi Təqsirləndirilən şəxs deyil və həmin torpaq sahəsi əvvəllər Təqsirləndirilən şəxs və mərhum X18ya məxsus olsa da, Adil həbsxanada olarkən ailə üzvləri tərəfindən "xxxx" MMC-yə satılaraq həmin şirkətin mülkiyyətinə məxsusdur və torpağın Təqsirləndirilən şəxs heç bir aidiyyəti yoxdur, şirkət həmin torpaq sahəsini əkin əkilməsi üçün başqa şəxsə icarəyə vermişdir. Təqsirləndirilən şəxs həmin torpağı özününki kimi təqdim edib satacağına yalan vəd verərək torpağın sənədlərini qaydasına salmaq adı ilə ayrı-ayrı vaxtlarda, yəni 2019-cu ilin dekabr ayından 2020-ci ilin mart ayına kimi olan müddət ərzində ümumilikdə 5120 manat pulunu aldadaraq ələ keçirmişdir. Təqsirləndirilən şəxs hər dəfə pulunu geri istədikdə ona müxtəlif bəhanələr gətirərək pulunu qaytarıb verəcəyini desə də, vədinə əməl etməyib ondan almış olduğu pulu qaytarmamış, eləcə də torpaq sahəsini ona satmamışdır. Təqsirləndirilən şəxs ona ümumilikdə 4.53 ha olan və 10 000 manata satacağı torpaq sahəsinin hazırda "xxxx" MMC-nin mülkiyyətinə aid olmasını əvvəlcədən deməmişdir.Əgər bu barədə əvvəlcədən biləcəyi təqdirdə Təqsirləndirilən şəxs həmin torpaq sahəsini almaq barədə razılağa gəlməyərək buna görə ona 5120 manat pul verməzmiş. Həmçinin qeyd etdi ki, Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyan bu günə qədər ödənilməmişdir və bu səbəbdən Adildən şikayətçidir. Adilə həbs növündə cəza verilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında şahid qismində Şahid3 ifadəsində göstərdi ki, Qəbələ rayon Çarxana kəndində yaşayır və orada pasport qeydiyyatındadır, Təqsirləndirilən şəxs atası, Zərərçəkmiş şəxs isə Qəbələ rayon Qaradeyin kənd sakinidir. Zərərçəkmiş şəxs əvvəlcədən tanıdığı şəxsdir. Belə ki, o, Qəbələ rayon Hacallı kəndi ərazisində yerləşən avtomobillərin yuyulma məntəqəsində yuyucu işlədiyi vaxtda Zərərçəkmiş şəxs avtomobilini oraya gətirməklə onu yudurtduğu üçün Aqşinlə bir-birlərini tanımışlar. Atası Adilə və mərhum nənəsi Turaca məxsus olmuş Çarxana kəndinin Göytəpə adlanan ərazisində ümumilikdə 4.53 ha torpaq sahəsi olmuş ki, həmin torpaq sahəsi əvvəllər onların istifadəsində olmuş, lakin atası Adil həbsdə olarkən azyaşlı olduğu vaxta sonradan bildiyinə görə həmin torpaq sahəsi anası Firuzə tərəfindən "xxxx" şirkətinə satılmaqla halhazırda sözü gedən torpaq sahəsi həmin şirkətin adınadır. Lakin, atası Təqsirləndirilən şəxs bildirmişdir ki, torpaq sahəsini yenidən öz mülkiyyətinə geri qaytarmaq istəyir, sənədlərində çatışmamazlıq var və həmin torpağı sənəd məsələsini həll edib, nə vaxtsa satacaq. 2019-cu ilin dekabr ayının əvvəllərində Zərərçəkmiş şəxs işlədiyi avtoyuma yerinə gəlib ondan onlarda satılası torpaq sahəsinin olduğunu soruşmuşdur. Aqşinə torpağın satılıb-satılmadığını dəqiq bilmədiyini, bu barədə atası Adil ilə danışmalı olduğunu deyib atası Adilin mobil telefon nömrəsini ona vermişdir. Həmin gün axşam Zərərçəkmiş şəxs yaşadıqları ünvana gələrək qapılarının qarşısında öz avtomobilinin içərisində atası Adil ilə görüşərək torpaqla bağlı sənədləri düzəltmək üçün atası Adilə 1000 manat pul vermişdir. Bundan bir neçə gün sonra Zərərçəkmiş şəxs işlədiyi avtomobillərin yuyulma məntəqəsinə gələrək ona 500 manat pul vermiş ki, atası Adilə versin. Aqşindən həmin pulun hansı pul olduğunu soruşduqda Aqşin ona “torpaqla bağlıdır atan Adil ilə danışmışam özü bilir” sözlərini demişdir. Buna görə 500 manat pulu Aqşindən götürərək aparıb evlərində atası Adilə vermişdir. 08.01.2020-ci il tarixdə isə Zərərçəkmiş şəxs yaşadıqları evdə torpaq məsələsinə görə atası Adilə video çəkiliş aparmaqla 3 500 manat pul vermiş, atası Adil də həmin pulu sayıb ondan almışdır. Atası Adil Zərərçəkmiş şəxs torpaq məsələsinə görə 100 manat bir, 20 manat bir pul almasını isə görməmiş və məsələni sonradan eşitmişdir. Atası Adil Zərərçəkmiş şəxs ayrı-ayrılıqda ümumilikdətorpağa görə 5120 manat aldıqdan sonra Aqşin atası Adildən məsələnin nə yerdə olduğunu soruşmuş, atası Adil Covid-19 səbəbindən pandemiya ilə əlaqədar karantin rejmi olduğundan torpağın sənədlərini düzəldə bilmədiyini bildirdiyi üçün Aqşin pulunu atası Adildən geri istəsə də, atası Adil həmin pulu xərclədiyindən və maddi imkanı zəif olduğu üçün pulu qaytarıb Aqşinə verə bilməmişdir. Zərərçəkmiş şəxs özü şəxsən torpaq satmaq adı ilə pul almamış, həmin məsələ Aqşinlə atası Adilin arasında olmuş, bu məsələnin ona heç bir aidiyyəti olmamışdır. Məhkəmə iclasında şahid qismində Şahid5 ifadəsində göstərdi ki, Qəbələ rayon Çarxana kəndində yaşayır və orada pasport qeydiyyatındadır, Təqsirləndirilən şəxs qardaşı, Zərərçəkmiş şəxs isə Qəbələ rayon Qaradeyin kənd sakinidir. Qardaşı Təqsirləndirilən şəxs ilə 3 ildən artıq müddətdir ki, torpaq məsələsinə görə küsülüdür və heç bir münasibəti yoxdur. Qardaşı Təqsirləndirilən şəxs 2004-cü il tarixdə narkotik vasitələrin qanunsuz dövrüyyəsi ilə məşğul olduğu üçün Məhkəmənin hökümü ilə 3 il müddətinə azadlıqdan məhrum olunmuşdur. X18 isə 2000-ci il tarixdə vəfat etmişdir. Qardaşı Təqsirləndirilən şəxs səkkiz övladı var. Adil həbsdə olduğu vaxtda ailə və uşaqlarının dolanışığında çətinlik yarandığı üçün və həmin vaxtlarda "xxxx" MMC Qəbələ rayon ərazisində vətəndaşlar torpaq satdığı halda onlardan pul verməklə torpaq alırmış. Qardaşı Təqsirləndirilən şəxs ailəsində dolanışıq çətin olduğu üçün qardaşı Adilin arvadı Firuzə ona onların ailədə dolanışıqları çətin olduğunu, buna görə Qəbələ rayon Çarxana kəndi ilə Qaradeyin kəndinin sərhəddində olan onlara məxsus 3.87 ha və X18ya məxsus 0, 66 ha torpaq sahəsini satmaqda köməklik göstərməsini xahiş etmişdir. Həmin vaxtı qardaşı Təqsirləndirilən şəxs həbsdə olduğu Bakı şəhəri Ramana qəsəbəsindəki həbsxanaya yanına gedərkən bu barədə Adilin özünə bildirmişdir. Qardaşı Adil ona torpağı satmaq üçün özü razılıq vermişdir. Belə olub torpaq sahəsini satmaq üçün kəndin o vaxt ki Bələdiyyə sədri olan, hazırda vəfat etmiş İntiqama məlumat vermişdir. Həmin vaxtlarda torpaq satan çox olduğu üçün İntiqam ona torpağı satmaq üçün növbə tutmağı bildirmişdir. Belə olub torpağı satmaq üçün növbə götürmüşdür. Alqı satqıya dair sənədləşmə Qəbələ rayon Hacallı kəndinin ərazisindəki Bələdiyyəyə məxsus inzibati binada həyata keçirilmişdir. Torpağı satmaq üçün növbə çatdığından İntiqam ona bir gün əvvəl zəng vuraraq səhər torpağı satmaq üçün Hacallı kəndinə Bələdiyəyə məxsus binaya gəlməyini bildirmişdir. Belə olub 02.03.2006-cı il tarixdə qardaşı Adilin arvadı Şahid1 ilə birlikdə oraya getmişlər. Həmin torpağın alqı-satqısını o vaxtki notarius olan Elxan həyata keçirmişdir. Torpağı alan "xxxx" şirkəti tərəfindən isə tanımadığı bir nəfər şəxs iştirak edərək torpağı satdıqdan sonra pulu həmin şəxs verirmiş. Həmin günü o, və eləcə də qardaşı Adilin arvadı Şahid1 qardaşı Adilə və mərhum anası Turaca məxsus olan torpaq sahəsini Gilan Holdinq MMC-yə satılmasında iştirak etmişlər. Lakin, anası Turaca və qardaşı Adilə məxsus torpağı satarkən alqı-satqı müqaviləsinə imzaları onlar etməmişlər və alqı-satqını həyata keçirən şəxslər məsələni özləri həll edəcəklərini bildirmişlər. Lakin, həmin torpağa görə nə qədər pul verilməsi yadında qalmayıbdır. Yadında qalan torpağa görə pul dollar kursu 78 manat olduğu vaxtda ABŞ dolları ilə verilmişdir. Anası Turacın payına görə satılmış torpaqdan alınan pula özünə saxlamaq üçün bir baş inək almış, qalan pulu isə bütövlükdə Adilin arvadı Firuzəyə vermişdir. Qardaşı Adilin arvadı Firuzəyə verilmiş puldan Adilin uşaqlarının gələcəyi üçün Çarxana kəndi ərazisindən 1 000 dollar pul verməklə 1.30 ha torpaq sahəsi, eləcə də qiyməti yadında qalmayan bir ədəd televizor almışdır. Həmçinin həmin puldan qardaşı Adilin yanına həbsxanaya gedərkən ona 300 dollar pul vermişdir. Qeyd olunan torpaq sahəsi "xxxx" MMC-yə satılmamışdan əvvəl Təqsirləndirilən şəxs bu məsələdən xəbəri və məlumatı olmuş və özü torpaq sahəsinin satılması üçün razılıq vermişdir. Məhkəmə iclasında şahid qismində Şahid1 ifadəsində göstərdi ki, Qəbələ rayon Çarxana kəndində yaşayır və orada pasport qeydiyyatındadır, Təqsirləndirilən şəxs əri, Zərərçəkmiş şəxs isə Qəbələ rayon Qaradeyin kənd sakinidir. Əri Təqsirləndirilən şəxs 2004-cü il tarixdə narkotik vasitələrin qanunsuz dövrüyyəsi ilə məşğul olduğu üçün Məhkəmənin hökümü ilə 3 il müddətinə azadlıqdan məhrum olunmaqla 2007-ci il tarixdə azadlığa buraxılmışdır. X9 isə 2000-ci il tarixdə vəfat etmişdir. Onlara məxsus Qəbələ rayon Çarxana kəndinin Göytəpə adlanan ərazisində 3.87 ha, X9nın adına isə 0, 66 ha torpaq sahəsi olmuşdur. Əri Təqsirləndirilən şəxs həbs olunduqdan sonra yaşca böyük övladlarıVüqar Əbülqasımov hərbi xidmətə getmişdir. O isə 7 az yaşlı uşaqları ilə qalaraq birgə yaşamağa başlamışdır. Həmin vaxtı ailəyə heç kim qazanc gətirmədiyi üçün dolanışıqları çətin olmuşdur. 2006-cı il tarixdə onunla eyni bir kəntdə yaşayan əri Təqsirləndirilən şəxs qardaşı Şahid5 ona "xxxx" MMC-nin kənd ərazisində vətəndaşlar tərəfindən satılan torpaqları aldığını, onun mərhum qaynanası Turaca məxsus 0, 66 ha torpaq sahəsini satdığından onlara məxsus 3.87 ha torpaq sahəsinin satıb satmamağını soruşmuşdur. Ailədə dolanışıqları çətin olduğunu deyərək qeyd olunan torpaq sahəsinin satılmasında qaynı Qeysə bu işdə köməklik göstərilməsini bildirərək həmin torpağın sənədlərini qaynı Qeysə vermişdir. Bundan təxminən 10 gün sonra qaynı Şahid5 onlara məxsus torpağın "xxxx" MMC-yə satılmasını bildirərək ona 21 ədəd 100 ABŞ dollarından ibarət əskinazlarla 2100 ABŞ dollar pul vermişdir. Həmin vaxtdan onlara məxsus olmuş qeyd olunan 3.87 ha torpaq sahəsi "xxxx" MMC-nin mülkiyyətinə aid olmuş və torpaq sahəsinin onlara heç bir aidiyyəti olmamışdır. Əri Təqsirləndirilən şəxs 2007-ci il tarixdə azadlığa buraxıldıqdan sonra həmin ilin dekabr ayında bilmiş ki, ailələrinin adına olan 3.87 ha torpaq sahəsi "xxxx" MMC-yə satılmışdır. Buna görə qeyd olunan torpağın sənədlərini qaydasına qoyub Zərərçəkmiş şəxs 10 000 manata satacağı adı ilə ondan 5120 manat pul almışdır. Lakin, buna baxmayaraq həmin torpağı Aqşinə satmamışdır. Məhkəmə iclasında şahid qismində Şahid4 ifadəsində göstərdi ki, Qəbələ rayon Kürd kəndində yaşayır və orada pasport qeydiyyatındadır. Zərərçəkmiş şəxs əvvəlcədən tanıyır, Təqsirləndirilən şəxs isə məlum hadisədən sonra tanımış, həmin şəxslərlə heç bir düşmənçilik və ədavəti yoxdur.2020-ci ilin fevral ayından Qəbələ rayon Kürd Bələdiyyəsinin sədri vəzifəsində işləyir.Qəbələ rayon Çarxana kəndinin Göytəpə adlanan ərazisində Gilan Holding MMC-nin mülkiyyətinə aid torpaq sahəsinin sərhəddinə bitişik Kürd Bələdiyyəsinə məxsus torpaq sahəsi var ki, hal hazırda Elektron uçot olmadığı üçün həmin torpaq sahəsinin nə qədər təşkil etməsi barədə dəqiq məlumat yoxdur. Gələcəkdə bununla bağlı Bələdiyyəyə elektron uçot təqdim ediləcəkdir. Məhkəmə iclasında şahid qismində Şahid2 Ərziman oğlu ifadəsində göstərdi ki, Qəbələ rayon Çarxana kəndində yaşayır və orada pasport qeydiyyatındadır. Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs Adil oğlunu hər ikisini tanıyır, həmin şəxslərlə heç bir düşmənçilik və ədavəti yoxdur. 2021-ci il tarixdə rəhmətə getmiş mərhum atası X6 məxsus Qəbələ rayon Çarxana kəndinin Göytəpə adlanan ərazisində Təqsirləndirilən şəxs özününki kimi təqdim edərək Aqşin Mehrəliyevə satdığı, əvvəllər özünə və mərhum X18ya məxsus olmuş, sonradan isə onlar tərəfindən Gilan MMC-yə satılaraq hal-hazırda həmin şirkətin mülkiyyətinə aid torpaq sahəsinin sərhəddinə bitişik 46 sot torpaq sahəsi var. X23 rəhmətə getdikdən sonra həmin torpaq sahəsini otlaq sahəsi kimi istifadə edirlər və həmin torpaq sahəsi onların ailənin istifadəsindədir. Qeyd olunan torpaq sahəsinin Təqsirləndirilən şəxs heç bir aidiyyəti və məxsusluğu yoxdur. Məhkəmə təqsirləndirilən şəxsi, zərərçəkmiş şəxsi və şahidləri dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə müəyyən edilmiş cinayət əməlini törətmişdir və onun təqsiri, özünün etirafından başqa, zərərçəkmiş şəxslərin ifadələri və digər sübutlarla təsdiq edilir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş 11.02.2022-ci il tarixli təqsirləndirilən şəxsin ifadəsinin yerində yoxlanılması haqqında protokoldan və protokola əlavə edilmiş foto cədvəldən görünür ki, həmin tarixdə iş üzrə Təqsirləndirilən şəxs ifadəsinin yerində yoxlanılması istintaq hərəkəti keçirilərkən o, ifadəsində göstərdiyi xüsusatları hadisə yerində də əyani şəkildə göstərərək, Qəbələ rayon Çarxana kəndinin "xxxx" adlanan ərazidə yerləşən əvvəllər özünə məxsus olmuş 3.87 ha, mərhum X18ya məxsus olmuş 0, 66 ha torpaq sahəsini göstərərək, 2006-cı il tarixdə həmin torpaq sahəsinin "xxxx" şirkətinə satılaraq həmin şirkətin mülkiyyətinə aid olmasından məlumatlı olduğu halda torpaq sahəsini Zərərçəkmiş şəxs özünə məxsus torpaq sahəsi kimi təqdim edib, sənədlərində olan çatışmamazlığı aradan qaldırmaqla 10 000 manata satmağa dair razılığa gəldikdən sonra həmin torpağın sənədlərinin düzəldilməsi adı ilə Zərərçəkmiş şəxs 2019-cu ilin dekabr ayından 2020-ci ilin mart ayına kimi olan müddətdə ayrı-ayrı vaxtlarda ümumilikdə 5120 (beş min bir yüz iyirmi) manat pul aldığını bildirmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Qəbələ ərazi xidmətinin təqdim etdiyi 04.12.2008-ci il tarixli ******* saylı və ******* saylı çıxarışlarda görünür ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs aldadıb dələdzuluqla pulunu ələ keçirməklə ona satmağa vəd verdiyi 3.87 ha və 0, 66 ha torpaq sahəsinin 02.03.2006-cı il tarixdən etibarən alqı-satqı yolu ilə "xxxx" MMC-nin mülkiyyətinə keçmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Qəbələ ərazi xidmətinin 02 mart 2006-cı il tarixli “Alqı-Satqı” müqavilələrindən, eləcə də04.12.2008-ci il tarixli ******* saylı və ******* saylı çıxarışlardan görünür ki, Qəbələ rayon Çarxana kəndinin "xxxx" adlanan ərazisində yerləşən Təqsirləndirilən şəxs özünün və ailəsinin adına olan 3.87 ha torpaq sahəsi sonuncunun adından 5958.32 (beş min doqquz yüz əlli səkkiz manat otuz iki qəpiyə) manata, Təqsirləndirilən şəxs anası X5 adına olan 0,66 ha torpaq sahəsi isə 1014 (min on dörd manat otuz səkkiz qəpik) manat müqabilindənotarial qaydada "xxxx" MMC-yə satılmaqlahəmin MMC-nin mülkiyyətinə keçmişdir. Cinayət işinin materiallarından müəyyən olunur ki,Təqsirləndirilən şəxs Qəbələ rayon Çarxana kəndi ərazisində Zərərçəkmiş şəxs satacağını vəd verməklə 5120 (beş min bir yüz iyirmi) manat pulunu ələ keçirdiyi torpaq sahəsinin hazırda və əvvəllər kimin mülkiyyətinə aid olmasının müəyyən edilib cavab verilməsi üçün Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinə rəsmi sorğu verilmiş, həmin sorğu ilə əlaqədar qeyd olunan əraziyə Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastr və Ünvan Reyestr Xidmətindən ayrılmış mütəxəssisin və Təqsirləndirilən şəxs oğlunun iştirakları ilə baxış keçirilmişdir. Baxış zamanı Şəki-Layihə Tədqiqat İdarəsinin mühəndisi Coşqun Babayev tərəfindən torpaq sahəsinin nöqtələrə nəzərən elektron cihazla çöl ölçmə işləri aparılmış və müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs tərəfindən faktiki olaraq göstəriilmiş və naturada ölçülmüş 4,50 ha torpaq sahəsinin (yer quruluşu planı 1) hazırda 1,90 ha hissəsi **********16 reyestr çıxarışa əsasən Gilan MMC-nin mülkiyyətinə, (yerquqruluşu planı 2) 0,46 ha hissəsi JN 53 nömrəli Dövlət aktına əsasən X4 və ailə üzvlərinin mülkiyyətinə, (yerququluşu planı 3) 2,14 ha hissəsi Qəbələ rayon Kürd bələdiyyəsinin mülkiyyətinə aiddir. 13 iyun 2022-ci il tarixdə keçirilən məhkəmə iclasında cinayət işinin istintaq materiallarına əlavə edilmiş Zərərçəkmiş şəxs tərəfindən video görüntüsü çəkilməklə həmin görütünün köçürüldüyü CD diskə baxış keçrilən zaman müəyyən edildi ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs sayaraq 3 500 manat pul aldığı, həmçinin əvvəl də ondan 1.500 manat pul almasını deməsinin aydın şəkildə göründüyü müəyyən edilmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş AR Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Qəbələ Ərazi İdarəsinin 05 yanvar 2022-ci il tarixli **********07 məktubunda Təqsirləndirilən şəxs Qəbələ rayon Çarxana kəndində 8 nəfər ailə üzvi ilə birlikdə 0.36 ha (JN-052A, kod 40604048 olan şəhadətnamə) və 0.29 ha (JN-052B, kod 40604048 olan şəhadətnamə) həyətyanı torpaq sahəsi olması göstərilmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş Qəbələ rayon Məhkəməsinin 12 aprel 2021-ci il tarixli №XQ(025)-80/2021 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs torpaq mübahisəsi ilə bağlı Qəbələ rayon Məhkəməsində iddia və tələbi olmamışdır. İş materiallarında olan 30 aprel 2022-ci il tarixli “sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, cinayət işi üzrə Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 178.2.1 və 178.2.2-ci maddələri ilə, Şahid3 barəsində Azərbaycan Respublikası CM-nin 178-ci maddəsi ilə, Zərərçəkmiş şəxs barəsində AR CMnin 134-cü maddəsi ilə cinayət təqibinin başlanılması rədd edilmiş, həmçinin Təqsirləndirilən şəxs məxsus sonuncunun X18ya məxsus torpaq sahəsinin alqı-satqıya dair sənədləri saxtalaşdırılmaqla Gilan MMC-nin mülkiyyətinə qeyri-qanuni yolla keçirilməsi ilə bağlı Qəbələ rayon notariat kontorunun sabiq notariusu vəzifəsində işləmiş X10, həmçinin həmin torpaq sahələrinin alqı-satqısında Gilan MMC tərəfdən iştirak etmiş vəzifəli şəxs və ya şəxslərin əməllərində cinayət tərkibibnin əlamətlərinin olmasına baxmayaraq həmin əməllərə görə məsuliyyətə cəlb etmə müddəti keçdiyindən qeyd olunan xüsusatlar üzrə cinayət təqibinin başlanması rədd edilmişdir. Cinayət işinə əlavə edilmiş Azərbaycan Respublikası İcbari Tibbi Sığorta Üzrə Dövlət Agentliyi “Tibbi ərazi X7” X29 Qəbələ Rayon Mərkəzi Xəstəxanasının 07.10.2021-ci il tarixli 3/1014 nömrəli məktubunda Təqsirləndirilən şəxs “narkoloji və ya ruhi əsəb” kabinetində hər hansı bir xəstəliklə qeydiyyatda olmadığı göstərilmişdir. Beləliklə, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsə iqtidarında olmadığı işi görəcəyi ilə bağlı yalan məlumatlar verməklə vəd etdiyi öhdəlikləri yerinə yetirməməsi onun məhkəmədə verdiyi etirafedici ifadəsi ilə yanaşı, məhkəmə iclasında tədqiq olunmuş digər sübutlarla da öz təsdiqini tapır. Təqsirləndirilən şəxs məqsədi öz həqiqi niyyətini gizlədərək, zərərçəkmiş şəxsdən yalan vədlərin köməyi ilə müxtəlif bəhanələrlə pul şəklində əmlakını ələ keçirmək olmuşdur. Nəticədə zərərçəkmiş şəxsdən pul vəsaitini mənimsəməklə, verdiyi vədə əməl etməmiş və zərərçəkmiş şəxsə maddi ziyan vurmuşdur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 11 iyun 2015-ciiltarixli 7 nömrəliqərarında göstərilmişdir ki, “başqa talama cinayətlərindən fərqli olaraq dələduzluq cinayəti aldatma və ya etibardan sui-istifadə etmə yolu ilə törədilir və əmlak sahibi öz əmlakını və ya ona olan hüququnu başqa şəxslərə yalan vədlərin təsiri altında könüllü surətdə verir. Törədilmiş əməl o halda CM-nin 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə hesab edilir ki, şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakının əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə, yaxud da əmlak hüquqlarının əldə edilməsinə yönəlmiş olsun. Dələduzluq yolu ilə əmlak hüquqları əldə etmə dedikdə, mülkiyyət hüququ, girov hüququ, tələb hüququ və varlanmaya səbəb olan sair hüquqları qanunsuz əldə etmə başa düşülməlidir. Məhkəmələrin nəzərinə çatdırılsın ki, dələduzluq cinayəti özgənin əmlakının (əmlaka olan hüququnun) təqsirkarın və ya üçüncü şəxslərin sahibliyinə keçdiyi və onların bu əmlaka (əmlaka olan hüquqa) dair istədikləri kimi sərəncam vermək və ya onlardan istifadə etmək imkanının yarandığı andan başa çatmış hesab edilir. Şəxsin əmlakın ona verilməsi ilə bağlı öhdəlikləri yerinə yetirmək üçün əvvəlcədən real maliyyə imkanlarının, yaxud əmlakın idarə edilməsi üçün onun icazəsinin olmaması, əmlakı (əmlaka olan hüququ) əldə edərkən saxta sənədlərdən istifadə etməsi, başqa şəxslərə və ya kredit təşkilatlarına borcunun və ya girovda əmlakının olması haqda məlumatları gizlətməsi, əqdin bağlanması zamanı tərəflərdən biri kimi çıxış edən yalançı müəssisələr yaratması onun özgə əmlakının talanmasına yönəlmiş niyyətinin olmasına dəlalət edən hallar kimi çıxış edə bilər. Lakin bu halların da mövcud olması birmənalı olaraq şəxsin dələduzluq cinayətini törətməsi barədə nəticəyə gəlmək üçün əsas vermir və hər bir konkret işin hallarına əsaslanaraq təqsirkarın üzərinə götürdüyü öhdəlilkləri yerinə yetirmək niyyətində olmaması müəyyən edilməlidir.» Məhkəmə hesab edir ki, istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə düzgün tövsif edilmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.1-ci maddəsinə əsasən, məhkəmə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarmağı məqsədəmüvafiq hesab edir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən hesab edir ki, aşağıdakılar nəzərə alınmalıdır. İşdə olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ-nin verdiyi tələbnamədən və Qəbələ Rayon Məhkəməsinin 1-61/2004 nömrəli, 07 dekabr 2004-cü tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib 2 (iki) il müddətinə, 237.1-ci maddəsi ilə təqsirli bilinib 2 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzzasına məhkum edilmiş, barəsində Azərbaycan Respublikası CM-nin 66.3-cü maddəsi tətbiq edilməklə təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə üzərində qəti cəza 3 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. İş materiallarında olan Qəbələ rayon İcra Hakimiyyəti Başçısının Çarxana kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 04 oktyabr 2021-ci il tarixli, 196 nömrəli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə edilir. İş materiallarında olan Qəbələ rayon İcra Hakimiyyəti Başçısının Çarxana kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 195 nömrəli, 04oktyabr 2021ci il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs ailə tərkibi həyat yoldaşı Şahid1, oğlanları X11, X12, X13, Şahid3, X21, X14, qızları X22 və X2 ibarətdir. Məhkəmə Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs əməlini səmimi etiraf edərək əməlindən səmimi peşmançılıq çəkməsini cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-in 61-ci maddəsi ilə nəzərdə tutulan cəzanı ağırlaşdıran halların olmadığını müəyyən edir. Məhkəmə cəza məsələsini müzakirə edərkən hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunan cəza ədalətli olmaqla yanaşı, törətdiyi cinayətin xarakterinə, ictimai təhlükəlilik dərəcəsinə, həmin cinayətin törədilməsi halına, onun özünün şəxsiyyətinə tam uyğun olmalıdır. Məhkəmə hesab edir ki, cəzanın məqsədləri Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzası təyin olunduğu təqdirdə təmin edilə bilər. Belə ki, Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən, «cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır». Həmin Məcəllənin 58.3-cü maddəsinə görə, «cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır». “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 nömrəli Qərarında nəzərdə tutulur ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. “Məhkəmə Hökmü Haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 №-li qərarının, 45-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu zaman hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməli, seçilən cəzanın və ya digər cinayət-hüquqi xarakterli tədbirin təqsirləndirilən şəxsin islah olunması, ailəsinin həyat şəraitinə təsiri baxımından məqsədəuyğun olması izah edilməlidir. İnsan hüquqları üzrə Avropa Məhkəməsi öz Qərarlarında dəfələrlə göstərmiş və Milli məhkəmələrə tövsiyə etmişdir ki, şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması üçün əsaslar olduqda məhkəmələr həmin şəxsin barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza növlərinin tətbiq edilməsinə üstünlük verməlidirlər. Cinayət törətmiş şəxsin cəmiyyətdən təcrid edilməsi yalnız bunun üçün möhkəm əsaslar olduqda və bu açıq-aşkar ictimai maraqlar baxımından zəruri olduqda tətbiq edilə bilər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə görə, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin etməyi qanuni, əsaslı və ədalətli hesab edir. Məhkəmə həmçinin qeyd edir ki, Azərbaycan Respublikası CM-nın 52-1 maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə həmin maddədə qeyd olunan vəzifələr qoyulmalıdır. Belə ki, Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını yaşayış yeri üzrə çəkməli, üzərinə cəza çəkdiyi müddətdə saat 23:00-dan növbəti gün saat 07:00-dək yaşayış yerini tərk etməmək, cəza çəkdiyi müddətdə Qəbələ rayonu ərazisini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Təqsirləndirilən şəxs cəzasının icrasına nəzarəti yaşadığı yer üzrə Qəbələ rayon icra və probasiya şöbəsi həyata keçirməlidir. Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının çəkilmə müddətinin başlanğıcı yaşadığı yer üzrə Qəbələ rayon icra və probasiya şöbəsində qeydə alındığı vaxtdan hesablanmalıdır. İş materiallarında olan 29 noyabr 2021-ci il tarixli protokoldan göründüyü kimi, Təqsirləndirilən şəxs 29noyabr 2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, tutmanın əvvəli isə 29noyabr 2021-ci il saat 11:50-dən hesablanmış, 01dekabr 2021-ci il tarixdə saat 11:00-da barəsində “polisin nəzarəti altına vermək” qətimkan tədbiri seçilmişdir. Eyni zamanda 28yanvar2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 28yanvar 2022-ci il tarixdə qətimkan tədbirinin şərtlərini pozduğu üçün tutulmuş, tutmanın əvvəli isə 28yanvar 2022-ci il saat 11:15-dən hesablanmış, 28yanvar 2022-ci il tarixdə saat 12:20-də barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri qüvvədə saxlanılmışdır. Ona görə də onun həbsdə saxlanıldığı 03 (üç) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən həbsdə saxlamanın bir gün müddətinin azadlığın məhdudlaşdırılması cəzasının iki gününə hesablanmaqla ona təyin ediləcək azadlığın məhdudlaşdırılması cəzasından çıxılmaqla qəti cəza təyin edilməlidir. İş üzrə maddi sübut kimi tanınmış Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs pulları alan zamanın görüntülərini əks etdirən bir ədəd «CD» disk cinayət işinin materiallarında saxlanılmalıdır. Həmçinin məhkəmə qeyd edir ki, cinayət işinin ibtidai istintaqını aparan müstəntiq tərəfindən tərtib edilmiş arayışda məhkəmə xərci 434 (dörd yüz otuz dörd) manat müəyyən edilsə də, iş materiallarında olan ********* nömrəli qəbzin surətindən görünür ki, 434 manat mütəxəssis xərci müvafiq hesaba ödənmişdir. Bu səbəbdən məhkəmə hesab edir ki, 434 manat mütəxəssis xərcinin Təqsirləndirilən şəxs tutulmasına zərurət yoxdur. Bundan başqa, iş üzrə məhkəmə məsrəfləri olan ekspertiza tədqiqatlarının dəyəri cəmi 112 (bir yüz on iki) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə görə məhkəmə, hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli olan əmlakın olub-olmaması məsələsini həll etməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.1 və 99-1.1.1-ci maddəsinə əsasən məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) Xüsusi müsadirə olunan əmlak hesab olunur. Məhkəmə xüsusi müsadirə ilə bağlı məsələni müzakirə edərək hesab edir ki, iş üzrə belə bir əmlak olmadığından təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə ilə bağlı müddəa tətbiq edilməməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Qəbələ rayon vəkil bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli 31 nömrəli qərarının 1-ci bəndinə əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Vəkil tərəfindən dövlət hesabına göstərilən hüquqi yardım barədə hesabatdan görünür ki, Qəbələ rayon Vəkil Bürosunun vəkili Müdafiəçi Təqsirləndirilən şəxs məhkəmə baxışı dövründə hüquqlarını 12 saat müddətində müdafiə etmişdir. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş 12 saat hüquqi xidmətə görə vəkil Müdafiəçi 72 manat məbləğində pul dövlət büdcəsindən Qəbələ rayon Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 44.1; 344-347; 349; 351-353, 356, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinsin və ona 03 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilsin. Təqsirləndirilən şəxs oğlunun 29 noyabr 2021-ci il tarixdən 01 dekabr 2021-ci il tarixədək və 28 yanvar 2022-ci il tarixdə həbsdə saxlandığı 03 (üç) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən həbsdə saxlamanın bir gün müddətinin azadlığın məhdudlaşdırılması cəzasının iki gününə hesablanmaqla ona təyin edilmiş 03 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzasından çıxılaraq üzərində qəti olaraq 2 (iki) il 11 (on bir) ay 24 (iyirmi dörd) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs ona təyin edilmiş 2 (iki) il 11 (on bir) ay 24 (iyirmi dörd) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasını yaşayış yeri üzrə çəksin. Üzərinə cəza çəkdiyi müddətdə saat 23:00-dan növbəti gün saat 07:00-dək yaşayış yerini tərk etməmək, cəza çəkdiyi müddətdə Qəbələ rayonu ərazisini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının çəkilmə müddətinin başlanğıcı icra və probasiya şöbəsində qeydə alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs cəzasının icrasına nəzarəti yaşadığı yer üzrə Qəbələ rayon İcra və probasiya şöbəsi həyata keçirsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vernə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs pulları alan zamanın görüntülərini əks etdirən bir ədəd «CD» disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə məhkəmə məsrəfi olan 112 (bir yüz on iki) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilsin. (büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu 3, X8, kod 210005, VOEN **********, müxbir hesab AZE 41 NABZ********************, SFİFTBİK: CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi, VOEN **********, hesab AZ34CTRE********************). Təqsirləndirilən şəxs göstərilmiş 12 saat hüquqi xidmətə görə vəkil Müdafiəçi 72 manat məbləğində pul dövlət büdcəsindən Qəbələ rayon Vəkil Bürosunun hesabına köçürülsün. İş üzrə mülki iddia yoxdur. Hökmdən 20 gün müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya apellyasiya protesti verilmədiyi halda hökm yuxarıda göstərilən müddət başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Abbas Əliyev
Məhkəmə qərarları › İş №1(025)-10/2022
Qəbələ Rayon Məhkəməsi Hökm — İş №1(025)-10/2022
13.06.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver