Azərbaycan Respublikası adından QƏRAR Qəbələ şəhəri İş № 1(025)-10/2024 08.02.2024 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Abbas Baba oğlunun sədrliyi, Əbdürəhimova Fəridə Arif qızının katibliyi, xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X3, barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş X7 müdafiəçisi, vəkil Müdafiəçi iştirakları ilə X7 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsinə dair X3 xüsusi ittiham qaydasında şikayətinə məhkəmənin açıq hazırlıq iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ X4 xusüsi ittiham qaydasında şikayətlə məhkəməyə müraciət edərək, Arzu və Rəsmiyyənin ona qarşı etdiyi quldurluq faktına görə 147.1.-ci maddəsini nəzərə alaraq cəzalandırılmasını xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Qəbələ rayon Bum qəsəbə sakini X11 xx-xx-2023cü il tarixdə ********** mobil nömrədən DİN-in 102 xidməti zəng mərkəzinə zəng vuraraq guya onda olan makarov tipli tapanca ilə hədə qorxu gələrək ölümlə hədələmişdir. Bununla bağlı DİN-liyinin Yasamal rayon RPİ 28-ci PŞ-nin baş tədqiqatçısı, polis mayoru X5 tərəfindən Polis şöbəsinə dəvət olunmuşdur. O, verilən suallara cavab olaraq bildirmişdir ki, o, X9 əvvəllər tanımamış və onunla heç bir ədavəti olmamış, ona heç vaxt hədə qorxu gəlməmiş, öz sevgilisini müdafiə etmək üçün ona atılan şər və böhdandır. O, X1 ona olan 7800 manat borcu isdəyənən sonra tanımışdır. Belə ki, X2 Haciyeva Rəsmiyəni narahat etməməsini və o puldan imtina etməyi üçün onun şəklini və telefon nömrəsini sonradan tanıdığı Nahid Tağıyevə iki min manat verərək əcəmi uşağı kimi tanınan Nahid Tagıyev və Asif adlı şəxsləri onun üsdünə göndərmişdir. Noyabr ayının əvvəli Nahid Tağıyev 050 *** ** ** mobil nömrədən ona zəng vuraraq onunla görüşmək isdəmişlər. Sahəri gün 7-ci mikrarayonda kafelerin birinde görüşmüşlər. Nahid və Asif ona hədə qoxu gələrək Rəsmiyədən ona olan 7800 manat borcdan imtina etməyiniyi tələb etmişlər və bir neçə gün sonra Nahid Tağıyev ona zəng vuraraq onunla Əcəmidə yerləşən Şəki kafesində görüşmək isdəmişdir. Sabahı gün adı çəkilən kafedə görüşmüşlər. Nahid ondan 500 manat pul tələb etmişdir. O da imkansız qalıb onların kartına 450 manat bir, 30 manatda bir pul atmışdır. Bundan bir neçə gün sonra 9 noyabr 2023-cü il gecə saat 2 radələrində hökümət evinin yaxınlığında ona məxsus 90 kd 629 dövlət nömrə nişanlı Mercedes markalı maşınla hərəkətdə olarkən onun qarşısını iki maşın kəsmiş, onlardan biri X10 məxsus 99ms663 hunday markalı, digəri isə Bolt şirkətinə məxsus Az samanat markalı maşınla Arif adlı şəxs və adını bilmədiyi dosdu onu söyuşlə təhqir edərək maşının şuşəsini qırmaq isdəmişlər. O da bunlardan qorxaraq maşını səkinin üsdünə çıxarıb canını güclə qaçıb qurtarmış, dərhal bu quldurluq hadisəsi bağlı DİN-liyinin 102 xidmətinə məlumat vermiş və bu günə qədər bununla bağlı heç bir tədbir görülməmişdir. Çünki bu işin başında duran piqqo restoranlar şəbəkəsinin müdiri FHN-liyinin əməkdaşı mayor Cavid Səmədovdur. O özü ona dəfələrlə bildirimiş ki, o, Generalın yanında işləyir və qohumu DİN-liyində işləyir, “hara şikayət edirsen et men zəng vurub tapşıracam”. Çünkü Rəsmiyə və Arzu ona məxsus piqqo restaranlar şəbəkəsində işləyirlər .Onu da qeyd edir ki, Arzu ilə Nahidin arasında olan söhbətə görə 7800 manatı Rəsmiyənin əvəzinə qaytaracağını bildirməsi barədə Nahidin səs yazısı onda vardır. Məhkəmənin hazırlıq iclasında xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X4 məhkəməyə ərizə təqdim edərək, xüsusi ittiham qaydasında ərizəni geri götürdüyünü bildirmişdir. Barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş X7 müdafiəçisi Müdafiəçi hazırlıq iclasında xüsusi ittiham qaydasında şikayətin əsassız olduğunu, düzgün tərtib edilmədiyini, bu səbəbdən xüsusi ittihamın icraata qəbul edilməsindən imtina edilməsini xahiş etdi. Barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X11 məhkəmə hazırlıq iclasınn vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olunmasına baxmayaraq, məhkəmə hazırlıq iclasına gəlməmiş, məhkəmə, hazırlıq iclasının qeyd edilən şəxsin iştirakı olmadan keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını araşdıraraq, hesab edir ki, şikayətin məzmunu bu Məcəllənin 293.3.1-293.3.7-ci maddələrində nəzərdə tutulmuş tələblərə uyğun olmadığından xüsusi ittiham qaydasında şikayətin məhkəmə baxışının keçirilməsindən imtina edilməlidir. Belə ki, Cinayət Prosessual Məcəlləsinin 302.1.3-ci maddəsinə əsasən şikayətin məzmunu bu Məcəllənin 293.3.1-293.3.7-ci maddələrində nəzərdə tutulmuş tələblərə uyğun olmadıqda məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edir. Cinayət Prosessual Məcəlləsinin: 293.3. Böyük ictimai təhlükə törətməyən aşkar cinayət üzrə yazılı şikayətdə və ya şifahi şikayətin qəbul edilməsi barədə protokolda aşağıdakılar göstərilir: 293.3.1. şikayət vermiş şəxs haqqında məlumatlar (soyadı, adı, atasının adı, doğulduğu il, yaşayış yeri və məşğuliyyət növü, vəzifəsi); 293.3.2. törədilmiş cinayət barədə məlumatlar (cinayət qanunu ilə nəzərdə tutulmuş məhz hansı əməlin törədilməsi, onun harada, nə vaxt və necə törədilməsi, bu zaman zərər vurulmuşdursa, məhz hansı zərərin vurulduğu, o cümlədən maddi ziyanın məbləği); 293.3.3. cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin kim tərəfindən törədilməsi (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri) və əməlin məhz həmin şəxs tərəfindən törədilməsinin nə ilə təsdiq edildiyi; 293.3.4. şikayətdə göstərilən cinayətin törədilmə hallarının hansı şahid ifadələri ilə və konkret olaraq hansı şəxslərin ifadələri ilə (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri), hansı sənədlərlə, habelə hansı digər sübutlarla təsdiq edildiyi; 293.3.5. cinayəti törətmiş şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi haqqında xahiş; 293.3.6. şikayətin verildiyi tarix (il, ay və gün) və yer; 293.3.7. şikayəti vermiş şəxsin imzası. Məhkəmə tərəfindən xüsusi ittiham qaydasında şikayətə baxılan zaman müəyən edildi ki, xüsusi ittiham qaydasında şikayət CMP-nin 293.3.1-293.3.7-ci maddələrində nəzərdə tutulmuş tələblərə uyğun tələb edilməmişdir. Belə ki, şikayətdə şikayət vermiş şəxs özü haqqında məlumatları konkret olaraq göstərməmişdir. Eyni zamanda ona qarşı cinayət qanunu ilə nəzərdə tutulmuş məhz hansı əməlin törədilməsini, əgər ona zərər vurulmuşdursa bu zərərin məbləği qeyd edilməmişdir. Bundan əlavə şikayətdə cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin konkret olaraq kim tərəfindən törədilməsi də öz əksini tapmamışdır. Şikayətçi şikayətində xüsusi ittiham qaydasında şikayət verdiyi şəxsin X11 olduğunu qeyd etsə də, şikayətin “Xahiş etdi” hissəsində “Arzu və Rəsmiyyənin” CM-nin 147-ci maddəsi ilə cəzalandırılmasını xahiş etmişdir. Halbuki Rəsmiyyə adlı şəxsin də xüsusi ittiham qaydasında şikayət verilən şəxs olmasını göstərməmişdir. Eyni zamanda şikayətində qeyd etdiyi hallara dair kifayət qədər sübut və ya sənəd əlavə etməmişdir. Həmçinin məhkəmənin hazırlıq iclası zamanı müəyyən edildi ki, X7 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsinə dair xüsusi ittiham qaydasında şikayətinin məhkəmə aidiyyəti Qəbələ Rayon Məhkəməsinə aid deyildir. Belə ki, X3 şikayətində göstərdiyi hallardan məlum olur ki, sözügedən hadisələr Bakı şəhərində olmuşdur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin: 74.1-ci maddəsinə əsasən, cinayət işinə və digər materiala cinayətin törədildiyi yerin yurisdiksiyasına aid olan birinci instansiya məhkəməsində baxılır; 75.1 -ci maddəsinə əsasən, cinayət işinin, məhkəməyədək sadələşdirilmiş icraat üzrə materialın, xüsusi ittiham qaydasında şikayətin, habelə digər materialın məhkəmənin icraatına qəbul edilməsi məsələsi həll edilərkən onların məhkəmə aidiyyəti mütləq yoxlanılmalıdır. Məhkəməyə daxil olmuş cinayət işinin və ya digər materialın həmin məhkəməyə aid olmadığı müəyyən edildikdə, məhkəmə onu aidiyyəti üzrə göndərməlidir; 299.1-ci maddəsinə əsasən, məhkəmənin hazırlıq iclası cinayət işində, məhkəməyədək sadələşdirilmiş icraatın materiallarında və ya xüsusi ittiham qaydasında şikayətdə, irəli sürülmüş ittihamın mahiyyəti üzrə cinayət prosesi tərəflərinin iştirakı ilə məhkəmə baxışının təyin edilməsinin mümkünlüyünün yoxlanılması məqsədi ilə ilkin dinləmələrdən ibarətdir; 299.3.1-ci maddəsinə əsasən, məhkəməyə daxil olmuş cinayət işinin, məhkəməyədək sadələşdirilmiş icraatın materiallarının və ya xüsusi ittiham qaydasında şikayətin ona aid olubolmaması barədə; 302.1.1 -ci maddəsinə əsasən, şikayət həmin məhkəməyə aid olmadıqda məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edir. Bu səbəbdən məhkəmə xüsusi ittiham qaydasında şikayət vermis şəxsə izah edir ki, şikayətin məzmunu CPM-nin 293.3.1-293.3.7-ci maddələrində nəzərdə tutulmuş tələblərə uyğun olmaqla tərtib etməklə, aidiyyat qaydalarına əməl etməklə müvafiq məhkəməyə müraciət etməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 302.1.8-ci maddəsinə əsasən, şikayəti vermiş şəxs şikayətindən imtina etdikdə məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edir. Həmçinin məhkəmə xüsusi ittihamçı X3 məhkəmə hazırlıq iclası zamanı məhkəmə ərizə təqdim edərək xüsusi ittihamdan geri götürməsini, onun xüsusi ittihamdan hazırkı halda imtina etməsi kimi qiymətləndirir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 302.1.3-ci maddəsinə əsasən şikayətin məzmunu bu Məcəllənin 293.3.1-293.3.7-ci maddələrində nəzərdə tutulmuş tələblərə uyğun olmadıqda, 302.2.3-cü maddəsinə əsasən, bu Məcəllənin 302.1.2- 302.1.4, 302.1.6-302.1.8-ci maddələrində nəzərdə tutulmuş hallarda, məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edərək xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsindən imtina edilməsi barədə qərar çıxarır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 74.1, 75.1. 299.1. 299.3.1, 300.1.4, 302.1.1 və 302.2.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X7 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsinə dair X3 xüsusi ittiham qaydasında şikayəti üzrə məhkəmə baxışının keçirilməsindən və şikayətin icraata qəbulundan imtina edilsin. Qərar elan olunduğu gündən hesablanmaqla 20 (iyirmi) gün müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Abbas Əliyev
Məhkəmə qərarları › İş №1(025)-10/2024
Qəbələ Rayon Məhkəməsi Qərar — İş №1(025)-10/2024
08.02.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver