Azərbaycan Respublikası adından HÖKM Qəbələ şəhəri İş № 1(025)-11/2020 06.07.2020 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim İsayev Elman Bəhruz oğlunun sədrliyi, məhkəmə iclasının katibi Quliyeva Günay Ələstun qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Şəki şöbəsinin birinci instansiya məhkəmələri üzrə prokuroru vəzifəsinin icrası həvalə edilmiş kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı2, müdafiəçilər – fərdi qaydada fəaliyyət göstərən vəkillər Müdafiəçi2 və Müdafiəçi1, təqsirləndirilən şəxslər – Təqsirləndirilən şəxs1vəTəqsirləndirilən şəxs2 iştirakları ilə, xx.xx.1967-ci ildə Qəbələ rayonu, Tikanlı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Qəbələ rayonu, Tikanlı kəndində qeydiyyatda olan və yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş - Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 315.1-ci maddəsi ilə və xx.xx.1966-cı ildə Qəbələ rayonu, Tikanlı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Qəbələ rayonu, Tikanlı kəndində qeydiyyatda olan və Qəbələ rayonu, Yemişanlı kəndində yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş - Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 315.1-ci maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs1 əvvəllər dəfələrlə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Şahdağ Milli Parkının Qəbələ bölməsinin xüsusi mühafizə olunan təbiət ərazisinin mühafizə rejimini qanunsuz pozmağa, qanunsuz kök üstə yaş ağacları kəsməyə və sair kimi əməllərinə görə barəsində inzibati tənbeh görülməsindən nəticə çıxarmayaraq, 25 iyul 2018-ci il tarixdə saat 09:30 radələrində, qardaşı Qəbələ rayonu, Yemişanlı kənd sakini Təqsirləndirilən şəxs2, həmkəndliləri Şahid6 və Şahid2 Qəzənfər oğlu ilə birlikdə özünün etibarnamə ilə idarə etdiyi **-BE- *** dövlət nömrə nişanlı, Ural markalı avtomaşınla sel sularının gətirdiyi quru odunları yığmaq məqsədi ilə Şahdağ Milli Parkının Qəbələ bölməsinin Bum meşəbəyliyinə aid xüsusi mühafizə olunan təbiət ərazisinin mühafizə rejimini yenidən pozaraq, qanunsuz daxil olmaqla odunları doğrayıb həmin Ural markalı avtomaşına yükləyən zaman, onların qanunsuz əməllərinin qarşısının alınması və sənədləşdirilməsi məqsədi ilə hakimiyyət nümayəndəsi qismində xidməti vəzifələrini yerinə yetirən həmin Milli Parkın Bum bölməsinin sahə müfəttişi, 1955-ci il təvəllüdlü Zərərçəkmiş şəxs fotoşəkillərini çəkdiyini görüb ona yaxınlaşaraq, sonuncunun ünvanına nalayiq ifadələr işlədib, başı ilə onun sifət nahiyyəsinə bir dəfə zərbə ilə vuraraq onu yerə yıxdıqdan sonra yumruq və təpiklə döyərək, Zərərçəkmiş şəxs alının orta hissəsinin qançırı, burunun sıyrığı və sol bazunun bayır orta 1/3-nin qançırları kimi dərəcəsinə görə sağlamlığa zərər vurmayan bədən xəsarətləri yetirməklə, hakimiyyət nümayəndəsinə xidməti vəzifələrini yerinə yetirərkən həyat və sağlamlıq üçün təhlükəli olmayan zor tətbiq edərək, müqavimət göstərmişdir. Təqsirləndirilən şəxs2 əvvəllər dəfələrlə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Şahdağ Milli Parkının Qəbələ bölməsinin xüsusi mühafizə olunan təbiət ərazisinin mühafizə rejimini qanunsuz pozmağa, yer təkindən çıxarılmış qırma daşları kəsməyə görə barəsində inzibati tənbeh görülməsindən nəticə çıxarmayaraq, 25 iyul 2018-ci il tarixdə saat 09:30 radələrində, qardaşı Qəbələ rayonu, Tikanlı kənd sakini Təqsirləndirilən şəxs1, həmkəndliləri Şahid6 və Şahid2 Qəzənfər oğlu ilə birlikdə qardaşı Təqsirləndirilən şəxs1 etibarnamə ilə idarə etdiyi **-BE- *** dövlət nömrə nişanlı, Ural markalı avtomaşınla sel sularının gətirdiyi quru odunları yığmaq məqsədi ilə Şahdağ Milli Parkının Qəbələ bölməsinin Bum meşəbəyliyinə aid xüsusi mühafizə olunan təbiət ərazisinin mühafizə rejimini yenidən pozaraq, qanunsuz daxil olmaqla odunları doğrayıb həmin Ural markalı avtomaşına yükləyən zaman, onların qanunsuz əməllərinin qarşısının alınması və sənədləşdirilməsi məqsədi ilə hakimiyyət nümayəndəsi qismində xidməti vəzifələrini yerinə yetirən həmin Milli Parkın Bum bölməsinin sahə müfəttişi, 1955-ci il təvəllüdlü Zərərçəkmiş şəxs tərəfindən fotoşəkillərini çəkdiyini görən qardaşı Təqsirləndirilən şəxs1 hakimiyyət nümayəndəsinə xidməti vəzifələrini yerinə yetirərkən həyat və sağlamlıq üçün təhlükəli olmayan zor tətbiq etməklə, müqavimət göstərdikdən sonra, Zərərçəkmiş şəxs xidməti vəzifəsinin icrasını davam etdirərək yenidən Ural markalı avtomaşının arxasına keçərək avtomaşının yük hissəsində olan odunların fotoşəkilini çəkdiyini görüb, ona yaxınlaşaraq, sonuncunun ünvanına nalayiq ifadələr işlədib, yumruğu ilə Zərərçəkmiş şəxs sifətinin sol gicgah nahiyəsinə bir dəfə zərbə ilə vuraraq onu yerə yıxıb, cibində olan fotoaparatı götürmək məqsədi ilə zor tətbiq edib şalvarının cib hissəsini cıraraq, sonuncuya sol gicgah nahiyəsinin qançırı kimi dərəcəsinə görə sağlamlığa zərər vurmayan bədən xəsarətləri yetirməklə, hakimiyyət nümayəndəsinə xidməti vəzifələrini yerinə yetirərkən həyat və sağlamlıq üçün təhlükəli olmayan zor tətbiq edərək, müqavimət göstərmişdir. Təqsirləndirilən şəxs1 məhkəmə iclasında ona Azərbaycan Respublikası CM-nin 315.1-ci maddəsi ilə elan olunmuş ittihamda özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, 25 iyul 2018-ci il tarixdə saat 08 radələrində Qəbələ rayonu, Tikanlı kənd sakinləri Şahid2 və onun oğlu Şahid6, eləcə də qardaşı Təqsirləndirilən şəxs2lə birlikdə Tikanlı kəndinin ərazisində yerləşən “Qaraçay” deyilən (el arasında Pəhləvan yurdu deyilən) əraziyə sel suları gətirmiş selinti odunlarından qış ehtiyatı yığmaq üçün getmişlər. Odunu etibarnamə ilə idarə etdiyi “Ural” markalı, **-BE-*** dövlət nömrə nişanlı avtomaşına yükləyib, meşədən çıxmaq istəyərkən Tikanlı kəndi istiqamətindən onlara tərəf 4 nəfər Ekologiya işçilərinin gəldiklərini görmüşdir. Həmin şəxsləri tanımış, onlar Şahdağ Milli Parkının sahə müfəttişi Zərərçəkmiş şəxs, yegerlər Şahid1, Şahid5 və Şahid3 olmuşlar. Həmin şəxslərdən sahə müfəttişi işləyən Zərərçəkmiş şəxs fotoaparatla fotoşəkillərini çəkmiş, Qubad heç onlara salam vermədən fotoşəkillərin ona bəs etdiyini deyib çıxıb geri qayıtmışdır. Onlar isə heç nə olmamış kimi idarə etdiyi “Ural” markalı avtomaşına minib kənd istiqamətində hərəkət etməyə başlayaraq, Zərərçəkmiş şəxs guya onu döyməkləri barədə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin “102” xidmətinə zəng vuraraq məlumat vermişdir. Yolda onları həmin ərazidə olan sərhəd zastavasının əməkdaşları saxlamış, avtomaşınla birlikdə zastavaya getməli olduqlarını dediyindən onunla birlikdə zastavanın həyətinə getmişlər. Orada olarkən tanımadığı 2 nəfər polis işçisi gələrək onlardan nə baş verdiyini soruşmuş, heç nə olmadığını demiş və onlardan heç bir izahat alınmamışdır. Axşam radələrində zastavadan buraxılmışlar. Təqsirləndirilən şəxs2 məhkəmə iclasında ona Azərbaycan Respublikası CM-nin 315.1-ci maddəsi ilə elan olunmuş ittihamda özünü təqsirli bilməyərək, Təqsirləndirilən şəxs1 ifadəsinə uyğun eyni məzmunlu ifadə vermişdir. Məhkəmə, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 315.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməmələrinə dair ifadələrinə tənqidi yanaşır və hesab edir ki, onlar bununla cinayət məsuliyyətindən yayınmaq məqsədi daşıyırlar. Belə ki, məhkəmə iclasında Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, 6 ildir ki, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Şahdağ Milli Parkının Qəbələ bölməsində Bum meşəbəyliyi üzrə sahə müfəttişi vəzifəsində işləyir, 12160 ha meşə ərazisi və 30000 ha artıq yasaq sahəsinə nəzarət edir, tabeçiliyində 6 nəfər meşəbəyi (yeger), sahə müfəttişi kimi təbiətin mühafizə olunması, yegerlərin işlərinə nəzarət, Milli Parkın ərazisinə kənar şəxslərin girməsinin qarşısının alınması və sair kimi vəzifələri vardır. 25 iyul 2018-ci il tarixdə saat 05 radələrində mühafizə yegeri Şahid1 mühafizə olunan meşə ərazisinə “Ural” markalı avtomaşının daxil olmasını bildirmişdir. Azərə dağdan aşağı düşməyini və kömək götürüb gələcəyini demiş, yegerlərdən Tərlan, Təbriz, Azər və Bəxtiyarı götürüb “Ural” markalı avtomaşının getdiyi istiqamətdə özünə məxsus “Niva” markalı, **-VB-*** dövlət nömrə nişanlı avtomaşınla getmişdir. Meşə ərazisində Şahdağ Milli Parkına giriş hissədə “Dosdağa burnu” adlanan yerə qədər Niva markalı avtomaşınla getmiş, həmin ərazidən sonra avtomaşınla getmək mümkün olmadığından, yegerlərdən Tərlanı avtomaşının yanında saxlayıb digər 3 nəfər yeger Təbriz, Azər və Bəxtiyarla birlikdə “Ural” markalı avtomaşının arxasınca piyada getmişlər. Saat 09:30 radələrində “Pəhləvan yurdu” və ya “Pambıqlıq” deyilən ərazidə “Ural” markalı dövlət nömrə nişanı olmayan avtomaşın görmüş, avtomaşının ətrafında 4 nəfər, əvvəlcədən tanıdığı Tikanlı kənd sakinləri Təqsirləndirilən şəxs1, Şahid2 və Şahid6 və Qəbələ rayonu, Yemişanlı kənd sakini Təqsirləndirilən şəxs2 olmuşlar. Onların xüsusi qorunan ərazidə yaş köküstə deyil, quru çay içi odun doğradıqlarının və avtomaşına yüklədiyinin şahidi olub, dərhal cibindən idarədən verilmiş fotoaparatı çıxardıb gələcəkdə onların əməllərinə hüquqi qiymət verilməsi məqsədi ilə fotoşəkillərini çəkmiş, həmin vaxt əlində motorlu mişarla odun doğrayan Təqsirləndirilən şəxs1 üzərinə gəlib, ona yaxınlaşmış, Oqtay ona nə üçün şəkil çəkdiyini deyib onu sözlə hədələmiş, bu zaman aralarında mübahisə düşmüş, ona xidməti vəzifəsini icra etdiyini və onların qanunsuz olaraq qoruq ərazisinə girdiklərini bildirib əlindəki motopilanı gələcəkdə maddi sübut qismində əlindən almaq istəmiş, Oqtay ayağı büdrəyib yerə yıxılmış, onu tutduğundan onunla birlikdə yerə yıxılmış, Oqtay cəld ayağa durub, onun hər iki qolundan tutub başı ilə sifət nahiyəsinə bir dəfə zərbə ilə vurmuşdur. Oqtay onu başı ilə sifət nahiyəsinə vurduqdan sonra gözü qaraldığından və ətrafda olan şəxslərdən konkret kimlərin onu vurmağını görə bilməmişdir. Onun döyüldüyünü görən yegerlər Oqtayı ondan ayırmış və onun əlindən almışlar. Həmin vaxt Oqtay və qardaşı Xalis onun ünvanına nalayiq ifadələr işlətmiş, ara sakitləşdikdən sonra, “Ural” markalı avtomaşının arxa tərəfinə keçib, avtomaşının arxa tərəfdən fotoşəkilini çəkmiş, bu zaman Oqtay və Xalis yenidən onu nalayiq ifadələrlə təhqir edib üzərinə gəlmiş, onlardan Təqsirləndirilən şəxs2 yumruğu ilə sifətinin sol gicgah nahiyəsinə zərbə ilə vurmuş, aldığı zərbədən yerə yıxılmış, münaqişə zamanı Təqsirləndirilən şəxs2 cibindən fotoaparatı götürmək istəyərkən, şalvarı da cırılmışdır. Yegerlər onu Oqtay və Xalisin əlindən almış, bundan sonra həmin ərazidən uzaqlaşmışlar. Hadisə baş verən zaman nə o, nə də yegerlərdən heç kim Xalis və Oqtaya, eləcə də digər şəxslərə heç bir güc tətbiq etməmişdir. Bundan sonra baş vermiş hadisə barədə Azərbaycan Respublikası DİN-nin “102” xidmətinə zəng vuraraq məlumat vermişdir. Sonda isə təqsirləndirilən şəxslərlə barışdığını, onlara qarşı heç bir şikayət və tələbin olmadığını bildirmişdir. Məhkəmə iclasında Şahid1 ifadəsində göstərmişdir ki, 6 ildir ki, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərəvtlər Nazirliyinin Şahdağ Milli Parkının Qəbələ bölməsində Bum meşəbəyliyi üzrə 1/10 saylı dolayı üzrə mühafizə yegeri vəzifəsində işləyir. 25 iyul 2018-ci il tarixdə səhər saat 04 radələrində xidməti ərazisində olarkən saat 04:10 radələrində Tikanlı kəndinin ərazisindən dağ dibi yolla 01 ədəd “Ural” markalı avtomaşının qanunsuz meşə sahəsinə daxil olduğunu görüb, bu barədə Parkın sahə müfəttişi Zərərçəkmiş şəxs məlumat vermişdir. Digər yeger Şahid5 məlumat vermiş, saat 08 radələrində yeger Bəxtiyarla birlikdə “Dostağa” deyilən çayın kənarında olan yerdə gözləmişlər. Həmin vaxt sahə müfəttişi Qubad, yanında isə yegerlər Tərlan və Təbriz gəlmiş, Qubad Tərlanın avtomaşının yanında saxlayıb, orada gözləməsini tapşırmış, digər şəxslərlə birlikdə piyada təxminən 3-4 km meşəlik ərazi ilə “Ural” markalı avtomaşının təkər izi ilə onun arxasınca getmişlər. “Pəhləvan yurdu” deyilən ərazidə çayın içərisində saat 09:30 radələrində “Ural” markalı avtomaşına çata bilib, Təbrizlə birlikdə qabaqda hərəkət etmiş, “Ural” markalı avtomaşına çatıb onlara yaxınlaşmış, avtomaşının ətrafında qabaqcadan tanıdığı Qəbələ rayonu, Tikanlı kənd sakinləri Təqsirləndirilən şəxs1, Şahid2, Şahid6 və Qəbələ rayonu, Yemişanlı kənd sakini Təqsirləndirilən şəxs2 olmuşlar. Təqsirləndirilən şəxs1 əlində motopila ilə ağacı doğramış, arxaları ilə gələn sahə rəisi Zərərçəkmiş şəxs fotoaparatla onların fotoşəkillərini çəkməyə başlamış, əlində motorlu mişarla odun doğrayan Təqsirləndirilən şəxs1 Zərərçəkmiş şəxs əlində fotoaparatla onların fotoşəkilini çəkdiyini görüb, üzərinə gedib ona yaxınlaşmış, nə üçün şəkil çəkdiyini deyib onu hədələməyə başlamışdır. Təqsirləndirilən şəxs1 ilk öncə zarafat etməsini zənn etsələr də, onların arasında mübahisə düşmüş, bu vaxt Qubad xidməti vəzifəsini icra etdiyini və onların qanunsuz olaraq qoruq ərazisinə girdiklərini bildirib, Oqtayın əlindəki motopilanı almaq istədikdə, Oqtayın ayağı büdrəyib yerə yıxılmışdır. Oqtay Qubadı tutduğundan, hər ikisi yerə yıxılmış, Oqtay cəld ayağa durub, Qubadın hər iki qolundan tutub başı ilə onun sifət nahiyəsinə bir dəfə zərbə ilə vurmuşdur. Digər yegerlərlə birlikdə qaçıb onları aralamaq istəyib, həmin vaxt Oqtay təpiklə Qubadın müxtəlif nahiyyələrinə vurmuşdur. x4 əlindən alaraq, həmin vaxt Oqtay və qardaşı Xalis onların və böyüklərinin ünvanlarına nalayiq ifadələr işlətmişlər. Birtəhər aranı sakitləşdirib Qubadı onlardan ayırmışlar. Ara sakitləşdikdən sonra Qubad yenidən “Ural” markalı avtomaşının arxa tərəfinə keçib, avtomaşının arxa tərəfdən fotoşəkilini çəkmiş, bu zaman Oqtay və qardaşı Xalis yenidən Qubadı nalayiq ifadələrlə təhqir edib üzərinə getmiş, həmin vaxt Xalis Qubadın ünvanına nalayiq ifadələr işlədərək, yumruğu ilə Qubadın sifətinin sol gicgah nahiyəsinə zərbə ilə vurmuşdur. Qubad yerə yıxılmış, yenidən Qubadı Xalisin əlindən almağa çalışmışlar. Xalis Qubadın şalvarının cibinə qoyduğu fotoaparatı götürmək istəyərkən, güc edib Qubadın şalvarının cib hissəsini cırmış, yenidən Qubadı Xalisin əlindən alıb, aranın sakitləşməyindən istifadə edib həmin ərazidən uzaqlaşmışlar. Məhkəmə iclasında şahidlər Şahid3 və Şahid5 Şahid1 ifadəsinə uyğun eyni məzmunlu ifadə vermişlər. Məhkəmə iclasında Şahid4 ifadəsində göstərmişdir ki, 3 ildir ki, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərəvtlər Nazirliyinin Şahdağ Milli Parkının Qəbələ bölməsində Bum meşəbəyliyi üzrə 6 saylı dolayı üzrə mühafizə yegeri vəzifəsində işləyir. 25 iyul 2018-ci il tarixdə səhər saat 07 radələrində sahə müfəttişi Qubad ona zəng edərək, əraziyə “Ural” markalı avtomaşının qanunsuz girməsini bildirmişdir. Saat 08 radələrində yola çıxmış, Qubad öz avtomobili ilə onu götürərək xidməti əraziyə getmişlər. Digər yeger Təbriz avtomaşında olmuş, digər mühafizə yegerləri Bəxtiyar və Azər isə onları gözləmişlər. Meşəlik ərazidə “Dostağa” deyilən çayın kənarında onlarla görüşmüş, Qubad onu avtomaşının yanında saxlayıb, orada gözləməyini tapşırmışdır. Bu səbəbdən avtomaşının yanında dayanıb onları gözləmiş, Qubad və digər yegerlər, yəni Azər, Bəxtiyar və Təbriz həmin avtomaşını müəyyən etmək məqsədi ilə xüsusi mühafizə olunan əraziyə getmişlər. Təxminən 1 saat 30 dəqiqə sonra onlar dördü də geri avtomaşının yanına qayıtmışlar. Həmin vaxt sahə müfəttişi Qubadın paltarlarının cırılmasını, üst başının qanlı olmasını, sifət nahiyəsindən də xəsarət almasının şahidi olmuşdur. Nə baş verdiyini Qubaddan soruşduqda, Qubad əraziyə “Ural” markalı avtomaşınla kənar şəxslərin girdiyini və onların yanına gedib xidməti vəzifələrini yerinə yetirən zaman qanunsuz əraziyə girən Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tərəfindən döyülməsini, baş vermiş hadisə ilə bağlı Azərbaycan Respublikası DİN-nin “102” xidmətinə zəng etməsini bildirmişdir. Məhkəmə iclasında Şahid6 təqsirləndirilən şəxslərin ifadələrinə uyğun eyni məzmunlu ifadə vermişdir. İşdə olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya x1 27 avqust 2018-ci il tarixli 388 saylı ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində alının orta hissəsinin, boyunun sağ orta hissəsinin, sol bazunun bayır orta 1/3-nin qançırları, burunun sıyrığı və sol gicgah nahiyəsinin qançırı kimi xəsarətləri vardır. Həmin xəsarətlər küt alətin (əşyaların) təsirindən müayinə olunanın yuxarıda göstərdiyi tarixdə və şəraitdə, yəni 25 iyul 2018-ci il tarixdə törənə bilər. Qeyd olunan xəsarətlər sağlamlığa zərər vurmayan bədən xəsarətlərinə aiddir. İşdə olan Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və x2 tərəfindən verilmiş 04.09.2019-cu il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 əvvəllər məhkum olunmamışdır. İşdə olan Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və x2 tərəfindən verilmiş 04.09.2019-cu il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs2 əvvəllər məhkum olunmamışdır. Beləliklə, Təqsirləndirilən şəxs1vəTəqsirləndirilən şəxs2törətdikləri cinayət əməli, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, zərərçəkmiş şəxsin və şahidlərin ibtidai istintaqzamanı və ilkin məhkəmə baxışı zamanı verdikləri ifadələri, ekspert rəyi, digər iş materialları tamamilə sübuta yetirildi. Onların əməli ibtidai istintaqorqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-nin 315.1-ci maddəsi ilə tövsif edilmişdir. 01 iyun 2020-ci il tarixdə qüvvəyə minmiş «Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə dəyişikliklər edilməsi haqqında» Azərbaycan Respublikasının 22 may 2020-ci il tarixli Qanununa görə həmin Məcəllənin 315-ci maddəsi yeni redaksiyada aşağıdakı kimi verilmişdir: “Hakimiyyət nümayəndəsinə xidməti vəzifələrini yerinə yetirərkən zor tətbiq etməklə müqavimət göstərmə və ya xidməti vəzifələrini yerinə yetirməsi ilə əlaqədar ona və ya onun yaxın qohumlarına qarşı zor tətbiq etmə – iki ildən beş ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.”. Göründüyü kimi köhnə redaksiyada nəzərdə tutulmuş Azərbaycan Respublikası CM-nin 315.1-ci maddəsi çıxarılmışdır. Cinayət Məcəlləsinin 10.3-cümaddəsinəəsasən,əməlin (hərəkət və ya hərəkətsizliyin) cinayət sayılmasını və bu əmələ görə cəzanı aradan qaldıran, cəzanı yüngülləşdirən, yaxud cinayət etmiş şəxsin vəziyyətini başqa cür yaxşılaşdıran cinayət qanununun geriyə qüvvəsi vardır, yəni həmin qanunun qüvvəyə minməsindən əvvəl müvafiq əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxslərə, habelə cəza çəkən, yaxud cəzasını çəkmiş, lakin məhkumluğu üstündən götürülməmiş və ya ödənilməmiş şəxslərə şamil edilir. Köhnə redaksiyada Azərbaycan Respublikası CM-nin 315.1-ci maddəsində üç ilədək müddətə azadlıqdan məhrum etmə cəzası, yeni redaksiyada verilmiş Məcəllənin 315-ci maddəsində iki ildən beş ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya beş ilədək müddətə azadlıqdan məhrum etmə cəzası müəyyən edilmişdir. Məcəllənin yeni redaksiyada verilmiş 315-ci maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddi artırılsa da, məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslərə köhnə redaksiyada Məcəllənin 315.1-ci maddəsində müəyyən edilmiş cəza həddində və ya alternativ cəzanın tətbiq edilməsi heç də CM-nin 10.4.-cü maddəsinin təsiri altına düşmür (10.4.əməlin (hərəkət və ya hərəkətsizliyin) cinayət sayılmasını və həmin əmələ görə cəza müəyyən edən, cəzanı ağırlaşdıran, yaxud cinayət törətmiş şəxsin vəziyyətini başqa cür ağırlaşdıran cinayət qanununun geriyə qüvvəsi yoxdur). Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 318.1-ci maddəsinə görə məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrə şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir. Göründüyü kimi, qanunvericiliyə edilmiş dəyişikliklərə müvafiq olaraq artıq Təqsirləndirilən şəxs1vəTəqsirləndirilən şəxs2 əməli Cinayət Məcəlləsinin 315.1-ci maddəsi ilə deyil, həmin Məcəlləsinin 315-ci maddəsi ilə cinayət məsuliyyəti nəzərdə tutur. Beləliklə, məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 törətdikləri cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 315.1-ci maddəsindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 315-ci maddəsinə tövsif edilməli və Azərbaycan RespublikasıCM-nin 10.4.-cü maddəsinin təsiri altına düşmədən həmin maddənin sanksiyası çərçivəsində cəza təyin edilməlidir. Məhkəmə, Təqsirləndirilən şəxs1vəTəqsirləndirilən şəxs2 cəza təyin edərkən, Azərbaycan Respublikası CM-nin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs1 ilk dəfə olaraq cinayətin törədilməsini, yaşadığı yer üzrə müsbət xarakterizə olunduğunu, zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayət və tələbin olmamasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə iclasında Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hal müəyyən edilmədi. Məhkəmə Təqsirləndirilən şəxs2 ilk dəfə olaraq cinayətin törədilməsini, yaşadığı yer üzrə müsbət xarakterizə olunduğunu, zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayət və tələbin olmamasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə iclasında Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hal müəyyən edilmədi. Məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1vəTəqsirləndirilən şəxs2 məhz hansı növ cəzanın təyin edilməsi məsələsinə baxarkən təqsirləndirilən şəxslər tərəfindən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxslərin müsbət xarakterizə edilməklə onların şəxsiyyətini səciyyələndirən halları, cəzanı yüngülləşdirən halları, cəzanı ağırlaşdıran halların olmamasını, ailə vəziyyətlərini və işin digər faktiki halları nəzərə alaraq, həm də cinayət qanunvericiliyinin qeyd edilən maddələrinin tələblərini rəhbər tutaraq hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1vəTəqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 315-ci maddəsində yeni redaksiyada müəyyən edilmiş (Azərbaycan Respublikası Cinayət Məcəlləsinin köhnə redaksiyada 315.1-ci maddəsində yalnız azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur) daha yüngül azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini qanuni, əsaslı və ədalətli hesab edir. Təqsirləndirilən şəxs1barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs1 cəza təyin edərkən həbsdə olduğu müddət, yəni 02 (iki) gün həbsdə saxlamanın müddəti də nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinin tələbinə görə hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə üç gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Göstərilənləri nəzərə alaraq, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 22 oktyabr 2018-ci il tarixdən 24 oktyabr 2018-ci il tarixədək həbsdə olduğu müddət, yəni 02 (iki) gün həbsdə saxlamanın müddəti ona təyin ediləcək azadlığın məhdudlaşdırılması cəzasından bir günə iki gün hesabı ilə çıxılmalıdır. Təqsirləndirilən şəxs1 qeydiyyatda olduğu və yaşadığı Qəbələ rayonu, Tikanlı kəndi axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Qəbələ rayon ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirməlidir. Təqsirləndirilən şəxs1 üzərinə kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi qoyulmalıdır. Təqsirləndirilən şəxs2 yaşadığı Qəbələ rayonu, Yemişanlı kəndi axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Qəbələ rayon ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirməlidir. Təqsirləndirilən şəxs2 üzərinə kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi qoyulmalıdır. İş üzrə maddi sübut və mülki iddia olmamışdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197- 198, 344-349, 351-353, 356-358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs1 törətmiş olduğu cinayət əməli Azərbaycan Respublikası CM-nin 315.1-ci maddəsindən Həmin Məcəllənin 315-ci maddəsinə tövsif edilsin və o, göstərilən maddə ilə təqsirli bilinib, 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs1 həbsdə olduğu 02 (iki) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən bir günə iki gün hesablanmaqla 04 (dörd) gün ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və üzərində qəti olaraq 01 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs1 cəza çəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs1 yaşayış yeri üzrə İcra və probasiya şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs1 qeydiyyatda olduğu və yaşadığı Qəbələ rayonu, Tikanlı kəndi axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Qəbələ rayon ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirsin. Təqsirləndirilən şəxs1 üzərinə kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs2 törətmiş olduğu cinayət əməli Azərbaycan Respublikası CM-nin 315.1-ci maddəsindən Həmin Məcəllənin 315-ci maddəsinə tövsif edilsin və o, göstərilən maddə ilə təqsirli bilinib, 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs2 cəza çəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs2 yaşayış yeri üzrə İcra və probasiya şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs2 yaşadığı Qəbələ rayonu, Yemişanlı kəndi axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Qəbələ rayon ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirsin. Təqsirləndirilən şəxs2 üzərinə kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Hökmdən, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hakim Elman İsayev
Məhkəmə qərarları › İş №1(025)-11/2020
Qəbələ Rayon Məhkəməsi Hökm — İş №1(025)-11/2020
06.07.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver