Azərbaycan Respublikası adından HÖKM Qəbələ şəhəri İş № 1(025)-11/2021 05.08.2021 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Abbas Baba oğlunun sədrliyi, məhkəmə iclas katibi Qafarlı Yelmar Elman oğlunun katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikasının Baş X5 Müdafiəsi İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs2, zərərçəkmiş şəxsin hüquqi varisi X14 etibarnamə üzrə nümayəndəsi Şahid6 və nümayəndəsi, vəkil Müdafiəçi2, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi1 iştirakları ilə xx.xx.1990-cı ildə Qəbələ şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, əvvəllər məhkum olunmamış, Azərqaz İB-nin Zaqatala Regional şöbəsinin ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan, 28 avqust 2020-ci il tarixdə barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi iilə təqsirləndirilməsinə dair cinayət işinin materiallarına açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 06.12.2019-cu il tarixdə saat 21 radələrində sürücülük hüququ olmaqla ayıq vəziyyətdə idarə etdiyi Zərərçəkmiş şəxs2 məxsus Seat Leon minik markalı, ** RJ *** dövlət qeydiyyat nişanlı avtomobillə Ağdaş-Zarağan yolunun ünvan 3i ərazisindən keçən 19-cu kilometrliyində Zarağan istiqamətində təxminən 60 km/saat sürətlə hərkətdə olarkən, Azərbaycan Respublikası “X32” qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin və 69-cu maddəsinin 7-ci hissəsinin 1-ci bəndinin tələblərini pozaraq, yəni yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalı, həmçinin qadağan olunduğu üçün hərəkət istiqamətlərini ayıran “1.1” ağ bütöv üfiqi nişanlanma xəttini kəsib keçməməli olduğu halda və bununla da əks hərəkət zolağı ilə qarşıdan gələn nəqliyyat vasitələrinin hərəkəti üçün təhlükə yaratmamaqla hadisənin qarşısını almağa texniki imkanı olmasına baxmayaraq, göstərilən tələblərə riayət etməməklə, yuxarıda sadalanan yol hərəkəti qaydalarını pozaraq, qarşısında onunla eyni istiqamətdə hərəkətdə olan avtomobili ötmək üçün əks istiqamətli nəqliyyat axınlarının “1.1” üfiqi nişanlanma xətti ilə ayrılmasını nəzərə almadan həmin xətti kəsib avtomobili qarşı hərəkət zolağına çıxartmış, bu vaxt qarşıdan əks istiqamətdə hərəkətdə olan VAZ-21150 minik markalı, ** VN *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü X8 hərəkəti üçün təhlükə yaratmış, bununla əlaqədar sürücü Xaqani Nəsirov təhlükədən yayınmaq üçün əyləci işə salaraq avtomobili sola istiqamətləndirmiş, həmin anda Təqsirləndirilən şəxs qarşısındakı avtomobili ötdükdən sonra idarə etdiyi Seat Leon markalı avtomobili öz hərəkət zolağına doğru qaytararkən, hərəkət hissəsinin ortasında idarə etdiyi avtomobilin ön sol tərəfi ilə VAZ-21150 minik markalı avtomobilin ön sol tərəfindən vurub zədələmiş, nəticədə ehtiyatsızlığından VAZ-21150 minik markalı, ** VN *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü X8 hadisə zamanı aldığı daxili qanaxma, hər iki ağ ciyərlərin əzilməsi, döş qəfəsində qabırğaların çoxsaylı sınıqları, burunun, alt çənənin sol şaxəsinin sınığı, sol bud sümüyünün açıq və sağ baldır sümüklərinin qapalı yerini dəyişən sınığı, sol budun bayır orta 1/3-nin, hər iki dizin ön səthinin əzilmiş-cırılmış yarası, burunun, alt çənənin sol tərəfinin, sağ əlin üst səthinin, sol baldırın ön orta 1/3-nin, sol iç topuq nahiyyəsinin sıyrıqları kimi canlı şəxslərdə həyat üçün təhlükəli olan sağlamlığa AĞİR ZƏRƏR vurmanın əlamətlərinə aid bədən xəsarətlərindən hadisə yerində ölməsinə, idarə etdiyi Seat Leon markalı avtomobildə sərnişin qismində olmuş Zərərçəkmiş şəxs1 sol əlin v barmağının orta falanqasının üst və iç səthinin əzilmiş-cırılmış yarası, sol əlin v barmağının orta falanqasının oynaq hissədən açıq çıxığı və həmin oynaqda travmadan sonrakı kontraktura, burunun, sağ baldırın iç səthinin sıyrığı, sol baldırın arxa aşağı 1/3-nin və sol bazunun bayır yuxarı 1/3-nin qançırı kimi sağlamlığına AZ AĞİR zərər vuran, həmin avtomobildə olmuş digər sərnişin, Zərərçəkmiş şəxs2 başın alın-təpə nahiyyəsinin sıyrığı kimi sağlamlığa zərər vurmayan bədən xəsarətləri yetirilməsinə, həmçinin zərər çəkmiş şəxslər, X11 məxsus VAZ-21150 minik markalı, ** VN *** dövlət qeydiyyat nişanlı avtomobilin zədələnərək sahibinə 5500 (beş min beş yüz ) manat və Zərərçəkmiş şəxs2 məxsus Seat Leon minik markalı, ** RJ *** dövlət qeydiyyat nişanlı avtomobilin zədələnərək sahibinə 10930(on min doqquz yüz otuz) manat maddi ziyan vurulmasına səbəb olan yol nəqliyyat hadisəsi cinayətini törətmişdir. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə protokollarını, digər sənədləri sübut növü kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi vardır, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə tövsif olunmuşdur. Belə ki, əvvəlki məhkəmə iclaslarında Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilməyərək, ona elan edilmiş ittihamın əsassız olduğunu bildirməklə ifadəsində göstərmişdir ki, 06 dekabr 2019-cu il tarixdə tanışı Zərərçəkmiş şəxs2 məxsus Seat Leon markalı ** RJ *** dövlət qeydiyyat nişanlı avtomobillə onun xahişi ilə qohumlarının işlədiyi fermadan süd məhsulları gətirmək üçün Zərdab rayonuna getmişlər. Hikmət yorğun olduğu üçün avtomobili o idarə edirmiş. Hikmətin tanışı və onun mağazasında satıcı işləyən Nurlana da onlarla birlikdə getmişdir. Həmin gün axşam saat 20 radələrində Zərdab rayonundan çıxaraq Qəbələ rayonuna yollanmışlar. Saat 21 radələrində ünvan 3inə çatmışlar. Avtomobili yenə də o idarə edirmiş. Həmin vaxt avtomobildə Hikmət qabaq sağ sərnişin oturacağında, Nurlana isə arxa oturacaqda əyləşmişdir. Avtomobili üzü Qəbələ istiqamətinə təxminən 60 km/saat sürətlə idarə edib, Savalan kəndinin mərkəzinə çatmağa təxminən 200-250 metr qalmış öz yolu ilə hərəkətdə olarkən qarşıdan onunla əks istiqamətdə, yəni Ağdaş istiqamətinə hərəkətdə olan sonradan məlumatlandığı VAZ-21015 markalı ** VN *** dövlət qeydiyyat nişanlı avtomobil ona çatmağa təxminən 5-6 metr qalmış qarşısında onunla eyni istiqamətdə hərəkətdə olan markasını və nömrəsini bilmədiyi yük avtomobilini ötmək üçün qarşı-qarşıya hərəkət hissələrini ayıran düz xətti kəsib sol qabaq tərəfi onun yoluna çıxmışdır. Əvvəlcədən isə həmin vaz-21015 markalı avtomobilin gəldiyini görməmişdir. Çünki VAZ-21015 markalı avtomobil yük avtomobilinin arxası ilə gəlirmiş, artıq yük avtomobili onun yanına çatıb ona paralel vəziyyətdə olduqda VAZ-21015 markalı avtomobil onun arxasından sola istiqamət götürüb ona çatmağa 5-6 metr qalmış onun yoluna çıxmışdır. O, hadisənin qarşısını almaq üçün heç bir tədbir görə bilməmiş və orta xəttə yaxın hissədə onun yolunda idarə etdiyi Seat markalı avtomobilin qabaq sol tərəfi ilə VAZ-21015 markalı avtomobilin onun yoluna çıxmış sol qabaq tərəfi toqquşmuşdur. Toqquşmadan sonra məlum olduğu kimi idarə etdiyi avtomobil yolun sağ kənarına çıxıb üzü Ağdaş istiqamətinə dayanmışdır. Onunla toqquşan VAZ-21015 markalı avtomobil isə toqquşduğu yerdə arxası sağa tərəf fırlanıb yolun ortasında üzü toqquşma yerinə tərəf, arxası yolun sol kənarına tərəf dayanmışdır. Hadisə nəticəsində vaz- 21015 markalı avtomobilin sürücüsü hadisə yerində ölmüşdür. O özü və idarə etdiyi avtomobildə olan sərnişinlər Nurlana və Hikmət müxtəlif dərəcəli xəsarətlər almışlar. Onun ayağı sınmış, əllərinin üstü, alın nahiyyəsi sıyrılaraq və hava yastığının açılması nəticəsində burnu əzilərək qanamış, Nurlananın burnu sınmış, ayağı əzilmiş, Hikmət isə alın nahiyyəsindən xəsarət almışdır. Hadisə vaxtı vaz-21015 markalı avtomobildə sürücüdən başqa heç kim olmamışdır. Hadisə yerinə ilk olaraq yaxınlıqda evi olan Elşən adlı şəxs gəlib, əvvəlcə Hikməti çıxartmış, daha sonra Hikmətlə köməkləşib Nuralananı və onu maşından çıxartmışlar. Daha sonra hadisə yerinə əlavə bir neçə nəfər tanımadığı şəxslər toplaşmışdır. Hadisə vaxtı eyni yoldan keçən avtomobillərin sürücüləri də avtomobili saxlayıb onlara yaxınlaşırmışlar. Bir nəfər hətta başlarının altına qoyub uzanmaları üçün onlara döşək gətirmişdir. Orada olan şəxslər vaz-21015 markalı avtomobilə yaxınlaşıb baxdıqda bildirmişlər ki, sürücü artıq ölübdür. Hikmət hadisə yerinə təcili tibbi yardım çağırdığı üçün bir neçə dəqiqədən sonra təcili tibbi yardım gələrək onları Qəbələ rayonunda yerləşən “Diaqnostika mərkəzi”nə aparmışlar. Orada müayinə olunan zaman sol ayağının sındığı məlum olmuşdur. Sonra polis əməkdaşları xəstəxanaya gələrək ondan izahat almış və sərxoşluq müayinəsindən keçərək ayıq olduğu təsdiqlənmişdir. Həqiqətən də o, hadisə günü spirtli içkilər və digər bihuşedici maddələr qəbul etməmişdir. Xəstəxanada olarkən öyrənmişdir ki, onun idarə etdiyi avtomobillə toqquşan vaz-21015 markalı avtomobilin sürücüsü və hadisə zamanı ölən şəxs Ağdaş rayon sakini Xaqani adlı şəxsdir. Ayağındakı xəsarət ciddi olduğuna görə onu cərrahi əməliyyat etdirmək üçün sığortalı olduğu işlədiyi qaz idarəsi vasitəsi ilə Bakı şəhərində yerləşən “Bakı sağlamlıq mərkəzinə” aprmışlar. Orada iki dəfə əməliyyat olunmuşdur. Araşdırma zamanı o tibbi ekspertizaya təqdim edilmiş və məlum olmuş ki, hadisə zamanı ağır xəsarət alıb. Təqsirləndirilən şəxs ifadəsində həmçinin hadisənin onun yolunda baş verdiyini, həmin vaxt öz hərəkət zolağı ilə hərəkətdə olduğunu, qarşı hərəkət zolağına çıxmadığını, bununla bağlı istintaqın və ekspertin gəldiyi nəticə ilə razılaşmadığını bildirmişdir. Məhkəmə Təqsirləndirilən şəxs əvvəlki məhkəmə iclaslarında hadisə zamanı öz hərəkət zolağı ilə hərəkətdə olması, qarşı hərəkət zolağına çıxmaması, istintaqın və ekspertin gəldiyi nəticə ilə razılaşmaması, özünü həmin hadisə ilə əlaqədar təqsirli bilməməsinə dair ifadəsinə tənqidi yanaşaraq həmin xüsusatların iş üzrə təyin edilərək alınmış müvafiq ekspert rəyləri, hadisə yerinə baxış keçirilməsinə dair protokol və ona əlavə edilmiş hadisə yerinin sxemi, şahid ifadələri, xüsusən də məhkəmə baxışında şahid qismində dindirilmiş Məhkəmə Ekspetizası Mərkəzinin yol-nəqliyyat hadisələrinin ekspetizaları şöbəsinın baş ekspeti, yüksək dərəcəli ekspert X20 ifadəsi, sonrakı məhkəmə iclaslarında Təqsirləndirilən şəxs öz əməlindən səmimi peşman olmasını təsdiq etmək üçün ölmüş zərərçəkmiş şəxsin azyaşlı uşaqlardan ibarət olan ailəsinə maddi yardım olaraq 8000 manat məbləğində ödəniş etməsi, zərərçəkmiş şəxsin hüquqi varisi və iş üzrə digər zərərçəkmiş şəxslərlə barışıq əldə etməsi, məhkəmədən ona yüngül cəza verilməsini bildirməsi və işin digər faktiki halları ilə təkzib olunduğu, ifadəsində göstərdiyi həmin xüsusatların özünü müdafiə xarakteri daşıdığı qənaətinə gəlir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi məhkəmə istintaqı zamanı araşdırılan aşağıdakı qeyd edilən digər sübutlarla öz təsdiqini tapır. Belə ki, əvvəlki məhkəmə iclaslarında zərərçəkmiş şəxsin hüquqi varisi X14 etibarnamə üzrə nümayəndəsi Şahid6 ifadəsində göstərmişdir ki, mərhum X15 onun qızının həyat yoldaşı olmuş, qızı ilə X31 2009-cu ildə evlənmiş və birgə nikahlarından iki qız uşaqları dünyaya gəlmiş, hazırda həmin uşaqlar azyaşlıdır. Qızının əri Xaqani Ağdaş rayonu Mürsəl kəndində qeydiyyatda olmasına baxmayaraq təxminən 8-9 il idi ki, Ağdaş şəhərində hazırki ünvanda atası Niyazın onlara bağışladığı torpaq sahəsində ev tikərək yaşamağa başlamışdır. Xaqaninin rəsmi iş yeri olmadığından özünə məxsus vaz-21015 markalı ** VN *** dövlət qeydiyyat nişanlı avtomobillə taksi fəaliyyəti ilə məşğul olaraq ailəsini dolandırmışdır. Hadisə günü, yəni 06 dekabr 2019-cu il tarixdə Xaqani nahar yeməyindən sonra təxminən 14 və 15 radələri olarmış ki, yenə də həmin avtomobilini idarə edib taksilik etmək üçün evdən çıxmışdır. Həmin gün saat təxminən 22 radələrində tanımadığı şəxslər onların ünvanına gələrək anasını və atasını çağırıb bildirmişlər ki, Xaqani ünvan 3ində idarə etdiyi avtomobillə yol qəzasına düşüb və onu Qəbələ rayon xəstəxanasına aparıblar. Dəhal əri Niyaz, o və bundan xəbər tutan digər qohumları Qəbələ rayon xəstəxanasına yollanmış, orada Xəqani Nəsirovun öldüyünü məlumat almışlar və təxminən 2-3 saat sonra Xaqanin meyitini Ağdaş rayonuna gətirmişlər. Ertəsi gün Xaqaninin meyitini doğulduğu Ağdaş rayonu Mürsəli kəndində dəfn etmişlər.Cinayət işinin Qəbələ RPŞ-nin İB-nin baş müstəntiqi polis mayoru Tural Hüseynov tərəfindən qərəzli olaraq araşdırıldığı qənaətindədir. Belə ki, hadisə yerində Xəqani Nəsirovun idarə etdiyi avtomobildən video kameranın “təsadüfən” yoxa çıxması, avtomobil yolunun bir tərəfindən video görüntülər götürülsə də, digər tərəfində olan video görüntülər “səhvən” götürülməmiş, Seat Leon markalı avtomobilin tormoz izinin olmaması sürücüsünün eyfariya vəziyyətində olması, narkotik vasitələrindən istifadə edib-etməməməsi “səhvən” tam olaraq araşdırılmamış, Təqsirləndirilən şəxs burun nahiyəsində sınıq olması bildirilsə də, “səhvən” onu təsdiq edən heç bir həkim rəyi alınmamış, Seat Leon markalı avtomobilin ön şüşəsindəki zərbə yerinə Zərərçəkmiş şəxs2 baş nahiyyəsinin dəydiyi bildirilsə də, avtomobilin ön şüşəsindən heç bir qan və ya tük nümunələri “səhvən” götürülməmiş, Seat Leon markalı avtomobildəki sürücü və sərnişinlərin kimliyini müəyyən etmək üçün “səhvən” geyimlərdən nümunələr götürülərək lifli ekspertiza aparılmamış, komisiyon qaydada ekspertiza təyin olunması barədə qərarda Seat Leon markalı avtomobilin surətinin “səhvən” 60 km/saat götürülməsi göstərilmişdir. Halbuki, avtomobillərin adi gözlə müşahidəsi zamanı aşkar görünür ki, Nəsirov Xaqaninin idarə etdiyi avtomobilin surəti tormoz verməsi nəticəsində azalsa da, Seat Leon markalı avtomobilin sürücüsü tormoz verməmiş və gəldiyi sürətlə də qəza törətməsi və hər iki avtomobilin yararsız vəziyyətə düşməsi Seat Leon markalı avtomobilin yüksək sürətlə hərəkətdə olduğunu aşkar sübut edir. Digər sübutlardan biri də Zərərçəkmiş şəxs2 baş nahiyyəsində gözlə görünən qanın axması ilə müşahidə olunan zədə olmuş, Seat Leon markalı avtomobilin sükanı üzərindəki hava təhlükəsizlik yastığında qan ləkəsi olmuşdur. Təqsirləndirilən şəxs ayağında və bədəninin müxtəlif nahiyyələrində müxtəlif zədələr olsa da, əl və baş nahiyyəsində heç bir zədə olmamışdır. Bunu Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Bakı Sağlamlıq Mərkəzi Publik Hüquqi Şəxsin 20.08.2020-ci il tarixli 436/02-20 nömrəli məktubu da sübut edir. Bu aşkar sübutedici hallar heç bir ehtiyac olmadan keçirilmiş Genetik ekspertizanın rəyi ilə şübhə altına alınır. Halbuki, Zərərçəkmiş şəxs2 başında olan qanın axması ilə müşahidə olunan zədədən Seat Leon markalı avtomobilin sükanı üzərindəki hava təhlükəsizlik yastığına qanın düşməsi daha real görünsə də, Təqsirləndirilən şəxs qanının Seat Leon markalı avtomobilin sükanı üzərindəki hava təhlükəsizlik yastığına necə düşməsi böyük bir suala səbəb olur. Bəlkə bu qanı qəsdən Təqsirləndirilən şəxs və ya Zərərçəkmiş şəxs2 Seat Leon markalı avtomobilin sükanı üzərindəki hava təhlükəsizlik yastığına vurmuşdur. Bu halın müəyyən edilməsi üçün Qəbələ RPŞ-nin İB-nin baş müstəntiqi polis mayoru Tural Hüseynov tərəfindən “səhvən” heç bir tədbir görülməmişdir. Qəbələ RPŞ-nin baş müstəntiqi polis mayoru Tural Hüseynov tərəfindən qeyd olunmuşdur ki, Genetik ekspertizanın aparılması üçün Seat Leon markalı avtomobilin sürücü yerindən götürülmüş qan nümunələri həmin ekspertizanın aparılmasında istifadə edilmiş, daha sonra geri qaytarılaraq cinayət işinə əlavə edilsə də, həmin qanın götürülməsinin üzərindən 1 ildən artıq müddət keçmiş və sərxoşluğun təyini məqsədi ilə tədqiqatlar aparılması üçün yayarlı deyil. Bu halda “təsadüfən” müstəntiq özünü ekspert kimi aparmış və qan nümunələrinin yararsızlığı barədə qəti rəy bildirmişdir. Qəbələ rayon prokuroru, ədliyyə müşaviri cənab Nazim Babayev 01 oktyabr 2020-ci il tarixdə qərar qəbul edərək Qəbələ RPŞ-nin İB-nin baş müstəntiqi polis mayoru Tural Hüseynova yazılı göstəriş verərək X11 məxsus “VAZ-21150” minik markalı **-VN-*** dövlət qeydiyyat nişanlı avtomobildə təkrar baxış keçirilməsi, qeyd edilən video kamera barədə hadisə yerinə baxış keçirilməsində iştirak etmiş şəxslərin ifadələrinin alınması, hadisə baş vermiş avtomobil yolunun hər iki istiqamət üzrə videogörüntülərin götrülüməsinə dair müvafiq tədbirlərin görülməsini qeyd etmişdir. Lakin Qəbələ RPŞ-nin İB-nin baş müstəntiqi polis mayoru Tural Hüseynov “etinasızlıq” göstərərək heç bir tədbir görməmişdir. Dəfələrlə müvafiq medallarla təltif olunmuş Qəbələ RPŞ-nin İB-nin baş müstəntiqi polis mayoru Tural Hüseynov tərəfindən “təsadüflər”, “səhvlər”, “etinasızlıqla” aparılan istintaq sonda düzgün olmayan nəticələri səbəb olmuşdur. Belə ki, 24.12.2020-ci il tarixdə yalnış ittiham aktı tərtib edilərək Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirləndirilmişdir. 04.08.2021-ci il tarixdə keçirilən məhkəmə iclasında zərərçəkmiş şəxsin hüquqi varisi X14 etibarnamə üzrə nümayəndəsi Şahid6 məhkəməyə X24 tərəfindən notarial qaydada təsdiqlənmiş ərizə təqdim etmişdir. Həmin notarial qaydada təsdiqlənmiş ərizədə X24 Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbinin olmadığını, ona yüngül cəza verilməsini məhkəmədən xahiş etmişdir. Eyni zamanda 05.08.2021-ci il tarixdə keçirilən məhkəmə iclasında zərərçəkmiş şəxsin hüquqi varisi X14 etibarnamə üzrə nümayəndəsi Şahid6 məhkəməyə ərizə təqdim edərək, Təqsirləndirilən şəxs heç bir şikayət və tələbinin olmadığını, gələcəkdə adı gedən şəxsdən heç bir şikayəti olmayacağını bildirmişdir. İş üzrə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, 06 dekabr 2019-cu il tarixdə saat 15 radələrində dostu Qəbələ şəhər sakini Təqsirləndirilən şəxs ona zəng vurub xahiş etmiş ki, ona məxsus avtomobillə onu Zərdab rayonuna qohumlarından süd məhsulları gətirmək üçün aparıb-gətirsin, yol haqqı əvəzinə avtomobilinə benzin tökəcək. Əvvəllər də Bəyalı ilə onun xahişinə əsasən bir neçə dəfə Zərdab rayonuna süd məhsulları gətirməyə getmişdir. Aralarında olan dostluq münasibətlərinə görə bir neçə dəfə Bəyalıya avtomobilini idarə etməyi həvalə etmişdir. Onlar Zərdab rayonuna getməyi işlətdiyi Qəbələ şəhərində yerləşən “Miray” adlanan qadın geyimləri mağazasını axşam iş qurtarandan sonra yəni saat 18 radələrində bağladıqdan sonra razılaşmışlar. Həmin gün saat 18 radələrində Bəyalı onun mağazasına gəlmiş, birlikdə Zərdaba gedəcəklərini bilən mağazanın satıcısı Şirvan şəhər sakini, müvəqqəti olaraq Qəbələ şəhəri köhnə rus hərbi şəhərciyində qalan Zərərçəkmiş şəxs1 onuda özləri ilə aparmalarını xahiş etmişdir. Onlar Nurlana ilə birlikdə özünə məxsus “Seat Leon” minik markalı ** RJ *** dövlət qeydiyyat nişanlı avtomobillə saat 18 radələrində Zərdab rayonuna yola düşmək üçün avtomobilə əyləşmişlər. Avtomobilə minərkən o, Bəyalıya demiş ki, təzyiqi var, hava qaranlıq olanda avtomobil sürməyə çətinlik çəkir və buna görə də Bəyalıdan avtomobili idarə etməsini xahiş etmişdir. O, Bəyalının sürücülük vəsiqəsinin olduğunu və avtomobili yaxşı idarə edə bildiyini bilmişdir. Bəyalı avtomobili sürməyə razı olduqdan sonra sükana əyləşərək avtomobili idarə etməyə başlamışdır. O, qabaq sağ sərnişin oturacağında, Nurlana isə arxa sərnişin oturacağına əyləşmişdir. Saat 19 radələrində onlar Zərdaba çatmışlar. Bəyalının qohumu süd və süd məhsullarını, yəni qatığı, şoru və pendiri Zərdab rayonu ərazisində yolun kənarına çıxarmışdır. Onlar oradan həmin məhsulları götürüb Qəbələyə geri qayıtmışlar. Yenə də avtomobili Bəyalı idarə edirmiş. Saat təxminən 21 radələrində üzü Qəbələ istiqamətinə hərəkət edib, Savalan kəndinin mərkəzinə yaxınlaşmışlar. Həmin vaxtı da o, qarşıda sağ sərnişin oturacağında, Nurlana isə arxa oturacaqda sürücünün arxasında əyləşmişdir. Bəyalı avtomobili təxminən 60 km/saat sürətlə üzü Qəbələ istiqamətinə öz yolu ilə idarə edirmiş. Savalan kəndinin mərkəzinə çatmağa təxminən 300-400 metr qalmış qarşı tərəfdən bir-birinin ardınca aralarında 10-15 metr məsafə olmaqla markalarına və nömrələrinə fikir vermədiyi iki böyük qabaritli yük maşınının aşağı sürətlə Ağdaş istiqamətinə gəldiyini görmüşdür. Arxada gələn yük maşınından təxminən 50-60 metr aralıda uzağa vuran işıqla öz yolunda yüksət sürətlə minik avtomobili də onlarla əks istiqamətdə gəlirmiş. Birinci qarşıda gedən yük avtomobili onların yanından ötüb Ağdaş istiqamətinə keçmiş, ikinci yük avtomobili onların yanından keçib gedərkən yük yeri onun avtomobilinə paralel vəziyyətdə olduqda arxadan yüksək sürətlə gələn həmin vaxt markasını və nömrəsini görmədiyi avtomobil yük avtomobilinin arxasından onlara çatmağa 4-5 metr qalmış yük avtomobilini ötüb keçmək üçün anidən, sola istiqamət götürüb qabaq sol tərəfi onların yoluna çıxmışdır. Həmin avtomobil yük avtomobilinin arxasından ona çatmağa çox qısa məsafə, yəni 4-5 metr qalmış onların yoluna çıxdığından Bəyalı hadisənin qarşısını almaq üçün heç bir tədbir görə bilməmiş, yəni tormozu basmağa, eləcə də avtomobili sağa tərəf qaçırtmağa imkan tapmamışdır. Nəticədə həmin minik avtomobilinin ön sol qabaq tərəfi ilə onun avtomobilinin ön sol qabaq tərəfi onların hərəkət zolağında qüvvətli zərbə ilə bir-birinə dəyərək toqquşmuşdur. Toqquşma ilə eyni anda artıq yük avtomobili onların avtomobilinin yanından keçib qurtarmışdır. Toqquşmadan sonra onların avtomobili arxa tərəfdən sola fırlanıb yolun kənarına çıxaraq üzü Ağdaş istiqamətinə dayanmışdır. Onlarla toqquşan sonradan bildiyi vaz-21015 markalı nöməsinə fikir vermədiyi avtomobil isə toqquşma yerində arxası sağ tərəfə fırlanıb öz yoluna keçərək, lakin qabaq sağ tərəfi onların yolunda olmaqla yola köndələn vəziyyətdə üzü yolun sağ kənarına tərəf dayanmışdır. Hadisə nəticəsində hər iki avtomobil toqquşduqları hissədən, yəni sol qabaq tərəflərindən əzilərək zədələnmişdir. Həmçinin onun avtomobilinin təhlükəsizlik şarları açılmışdır. Hadisə nəticəsində o başından və bədəninin müxtəlif nahiyyələrindən elə də ciddi olmayan əzik xəsarətləri, Bəyalı və Nurlana isə ciddi xəsarətlər almışlar. Bəyalı sol ayağından, burnundan, Nurlana isə əlindən, burnundan, ayaqlarından xəsarətlər almışlar. Bir neçə dəqiqə sonra hadisə yerinin yaxınlığında yaşayan sonradan adını öyrəndiyi Savalan kənd sakini Elşən adlı şəxs onun yanına gəlib qapını açaraq onu yerə düşürmüşdür. Buna kimi hələ hadisə yerinə kənar heç kim gəlməmişdir. Elşən onu avtomobildən düşürdükdən sonra artıq yaxınlıqda yaşayan adlarını bilmədiyi bir neçə şəxs ora toplaşmışdır. Hətta yolla keçən hadisəni görən avtomobillərin sürücüləri də dayanıb yaxınlaşmışdır. Köməyə gələn şəxslərlə birlikdə Bəyalını və Nurlananı da maşından düşürmüşlər. Bir neçə insan isə vaz-21015 markalı maşının ətrafına toplaşmışdır. O vaz-2015 markalı avtomobilə yaxınlaşdıqda görmüş ki, avtomobildə sürücüdən başqa heç kim yoxdur və sürücü sükan arxasında ölü vəziyyətdədir, onun qulağından qan gəlirmiş, maşının şiti ilə oturacağı arasında sıxışıb qalmış, nə qədər çalışsalar da onu oradan çıxara bilməmişlər. O, 102, 103 və 112 qaynar xətlərə zəng vurub hadisə barədə məlumat vermişdir. Hadisə yerinə toplaşan digər şəxslərdə meyitin çıxarılması ilə bağlı fövqəladə hallar nazirliyinin qaynar xəttinə zəng vurub məlumat vermişdir. Bir neçə dəqiqədən sonra hadisə yerinə gələn təcili tibbi yardım maşını ilə onu, Nurlananı və Bəyalını Qəbələ rayonunda yerləşən “Diaqnostika mərkəzi”nə çatdırmışlar. Orada müayinələr zamanı məlum olmuş ki, Nurlanın burnu və sol əlinin barmağı sınmış, ayaqlarından isə əzik xəsarətləri almış, Bəyalının isə sol bud sümüyü və burnu sınmışdır. Onun özünün isə xəsarətləri elə də ciddi olmadığından ilkin tibbi yardım göstərilib evə buraxılmışdır. Bəyalı və Nulana isə stasionar müalicəyə yerləşdirilmişdir. Sonradan eşitmiş ki, onların maşını ilə toqquşan vaz-21015 markalı avtomobilin hadisə zamanı ölmüş sürücüsü Ağdaş rayon sakini X12r. 17.07.2021-ci il tarixdə keçirilən məhkəmə iclasında Zərərçəkmiş şəxs2 məhkəməyə ərizə təqdim edərək, Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş maddi və fiziki zərərin ödənildiyini, təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbinin olmadığını bildirmişdir. İş üzrə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, o, hadisə vaxtı Qəbələ şəhərində yerləşən “Miray” adlanan qadın geyimləri mağazasında işləmişdir. Həmin mağazanın sahibi isə Zərərçəkmiş şəxs2 olmuşdur. 06 dekabr 2019-cu il tarixdə Zərərçəkmiş şəxs2 dostu Təqsirləndirilən şəxs ilə birlikdə Zərdab rayonuna süd məhsulları gətirmək üçün gedəcəyini bildirmişdir. O evə lazım olan süd məhsullarını almaq və gəzmək məqsədi ilə onlarla getmək istədiyini bildirmiş, həmin şəxslər razılaşmışlar. 06 dekabr 2019-cu il tarixdə saat 19 radələrində Qəbələ şəhərində işlədiyi mağazadan çıxıb iş yoldaşı Zərərçəkmiş şəxs2 və onun dostu Təqsirləndirilən şəxs ilə birlikdə Hikmətə məxsus Seat Leon markalı ** RJ *** dövlət qeydiyyat nişanlı avtomobillə Zərdab rayonuna Bəyalının qohumlarının işlədiyi fermaya yola düşmüşlər. Hikmət yorğun olduğundan və qaranlıq hava şəraitində avtomobil sürməkdə çətinlik çəkdiyindən avtomobili Bəyalının sürməsini xahiş etmiş, sonuncu razılaşaraq sükana əyləşmişdir. Hikmət qabaq sağ sərnişin oturacağında, o isə arxa oturacaqda sol tərəfdə əyləşmişdir. Saat 20 radələrində onlar Zərdaba çatmışlar. Yolda gedərkən Bəyalı qohumuna zəng vurub ferma yolunun necə olduğunu soruşmuş, o da bildirmiş ki, ferma yolu palçıqlıqdır, avtomobilin girib çıxması çətindir. Buna görə də Bəyalının qaynı adını bilmədiyi şəxs süd və süd məhsullarını fermadan arabaya yığıb asfalta yolun kənarına çıxartmışdır. Bəyalı və Hikmət maşından düşüb həmin məhsulları avtomobilin yük yerinə yığmışlar və onlar Qəbələyə geri qayıtmışlar. Yenə də avtomobili Bəyalı idarə edirmiş, Hikmət qabaq sərnişin oturacağında, o isə arxa sol tərəfdə oturmuşdur. Saat təxminən 21 radələrində üzü Qəbələ istiqamətinə hərəkət edib sonradan bildiyi Savalan kəndinin mərkəzinə yaxınlaşmışlar. Dəqiq bilməsə də, onu deyə bilər ki, Bəyalı avtomobili həmin vaxt orta sürətlə üzü Qəbələ istiqamətinə öz yolu ilə idarə edirmiş və yadındadır ki, yolun həmin hissəsində hərəkət hissələri bir-birindən bütov ağ xətlə ayrılmışdır. Savalan kəndinin mərkəzinə çatmağa təxminən 100-200 metr qalmış qarşı tərəfdən bir-birinin ardınca aralarında qısa məsafə olmaqla markalarına və nömrələrinə fikir vermədiyi iki böyük yük maşını orta sürətlə Ağdaş İstiqamətinə gəlirmiş. Arxada gələn yük maşınından təxminən 60-70 metr aralıda uzağa vuran işıqla öz yolunda yüksək sürətlə minik avtomobili də onlarla əks istiqamətdə gəlirmiş. Birinci qabaqda gedən yük avtomobili onların yanlarından ötüb Ağdaş istiqamətinə keçmiş, ikinci yük avtomobili isə onların yanlarından keçib gedərkən, yük yeri onların avtomobilinə paralel vəziyyətdə olduqda arxadan yüksək sürətlə gələn hələ markasını və nörməsini görmədiyi avtomobil yük avtomobilin arxasından ona çatmağa 3-4 metr qalmış yük avtomobilini ötüb keçmək üçün anidən, sola istiqamət götürüb qabaq sol tərəfi onların yoluna çıxmışdır. Həmin avtomobil yük avtomobilinin arxasından ona çatmağa çox qısa məsafə qalmış anidən onların yola çıxdığından Bəyalı hadisənin qarşısını almaq üçün heç bir tədbir görə bilməmişdir. Nəticədə yollarına çıxan həmin minik avtomobilinin ön sol qabaq tərəfi ilə onların avtomobilinin ön sol qabaq tərəfi onların hərəkət zolağında qüvvətli zərbə ilə bir-birinə dəyərək toqquşmuşdur. Toqquşmadan sonra Bəyalının idarə etdiyi avtomobil arxa tərəfdən sağa fırlanıb yolun kənarına çıxaraq üzü Ağdaş istiqamətinə dayanmışdır. Onlarla toqquşan sonradan bildiyi Vaz-21015 markalı nömrəsinə fikir vermədiyi avtomobil isə toqquşma yerində arxası sağ tərəfə fırlanıb öz yoluna keçərək, lakin qabaq sağ tərəfi onların yolunda olmaqla yola köndələn vəziyyətdə üzü yolun sağ kənarına tərəf dayanmışdır. Hadisə nəticəsində o, Bəyalı və Hikmət xəsarət almışlar. Hikmətin xəsarətləri elə də ciddi olmamış, Hikmət gəzərək özünü idarə edirmiş. O, əlindən, burnundan, ayaqlarından xəsarət almışdır. Bəyalının da ayağı sınmışdır. Hadisəni görüb toplaşan tanımadığı şəxslərin köməkliyi ilə onu və Bəyalını maşından çıxartmışlar. Bir neçə insan isə Vaz-21015 markalı maşının ətrafına toplaşmışdır. Bildirmişlər ki, həmin avtomobilin sürücüsü artıq ölmüşdür. Onu nə qədər çalışsalar da, maşından çıxara bilməmişlər. Hikmət hadisə yerinə təcili tibib yardım çağırmışdır. Bir neçə dəqiqədən sonra hadisə yerinə gələn təcili tibbi yardım maşını ilə onu, Hikməti və Bəyalını Qəbələ rayon diaqnostika mərkəzinə çatdırmışlar. Orada müayinələr zamanı məlum olmuş ki, onun burnu və sol əlinin barmağı sınmış, ayaqlarından isə əzik xəsarətləri var. Bəyalının ayağı və burnu sınmışdır. Hikmətin isə xəsarətləri elə də ciddi olmadığından ilkin tibbi yardım göstərilib evə buraxılmışdır. Bəyalı və o isə stasionar müalicəyə yerləşdirilmişdir. Sonradan eşitmişdir ki, onların maşını ilə toqquşan Vaz-21015 markalı avtomobilin hadisə zamanı ölmüş sürücüsü Ağdaş rayon sakini Xəqani adlı şəxsdir. 04.08.2021-ci il tarixdə keçirilən Zərərçəkmiş şəxs1 məhkəməyə dəftərxana vasitəsi ilə ərizə təqdim edərək, Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş maddi və fiziki zərərin ödənildiyini, təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbinin olmadığını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, 6 dekabr 2019-cu il tarixdə sinif yoldaşı Ağdaş şəhər sakini Şahid2 ilə Ağdaşda görüşən zaman təklif etmişdir ki, ona məxsus maşınla Qəbələ rayonu Nic qəsəbəsinə yeyib-içməyə getsinlər. O da razılaşmış və etibarnamə ilə idarə etdiyi VAZ-2106 markalı, ** BA *** dövlət qeydiyyat nişanlı avtomobillə saat 20 radələrində Ağdaş şəhərinin mərkəzindən çıxaraq Qəbələyə yollanmışlar. Avtomobili o özü idarə etmiş, Samir qabaq sağ sərnişin oturacağında əyləşmişdir. Saat 21 radələrində havanın qaranlıq vaxtında ünvan 3inin girişdindəki körpüyə yaxınlaşıb üzü Qəbələ istiqamətinə sağ hərəkət zolağı ilə təxminən 70-80 km/saat sürətlə hərəkətdə olan zaman arxadan onunla eyni istiqamətdə hərəkət edən ağ rəngli xarici markalı, nömrəsinə fikir vermədiyi, lakin sonradan bildiyi Seat markalı avtomobil körpüyə yaxınlaşdıqda əks istiqamətli hərəkət zolağına çıxmaqla onu ötüb keçmişdir. Həmin vaxt ondan təxminən 100-150 metr qarşıda hansısa markasına və nömrəsinə fikir vermədiyi yük avtomobili sağ hərəkət zolağı ilə Qəbələ istiqamətinə hərəkətdə olmuşdur. Seat markalı avtomobil onu ötüb keçdikdən sonra onlardan qabaqda gedən yuxarıda qeyd etdiyi yük avtomobilinin arxası ilə 300-400 metr gedəndən sonra artıq Savalan kəndinin mərkəzində evlər olan yerdə Seat markalı avtomobil qarşıdan əks istiqamətə gələn hansısa iri qabaritli yük maşınını buraxıb qarşı hərəkət zolağına çıxaraq qarşısında Qəbələ istiqamətinə hərəkətdə olan yük avtomobilini ötməyə başlamışdır. Həmin anda qarşıdan sonradan bildiyi VAZ-21015 markalı avtomobilin gəldiyini görüb, öz yoluna tərəf qayıtmaq istəsə də, çatdıra bilməmiş və vaz-21015 avtomobilin yolunda orta xəttə yaxın hissədə VAZ-21015 markalı avtomobilin ön tərəfi ilə Seat markalı avtomobilin qabaq tərəfi toqquşmuşdur. Toqquşma təxminən ondan 150 metr qarşı tərəfdə baş vermişdir. Toqquşmadan sonra VAZ-21015 markalı avtomobilin arxası sağa tərəf fırlanıb ön tərəfi orta xəttin üsündə yola köndələn vəziyyət alıb dayanmışdır. Seat markalı avtomobil isə fırlanıb yolun sağ kənarına çıxıb üzü Ağdaş istiqamətinə dayanmışdır. Hadisəni görən kimi avtomobili yolun sağ kənarına çəkib saxlamış, dərhal o və Samir hadisə yerinə gələrək vaz-21015 markalı avtomobilə yaxınlaşmışlar. Avtomobilin ön hissəsi əzilərək yararsız hala düşmüş, ön nömrəni görmək mümkün olmamışdır. Baxdıqda görmüşlər ki, sürücü sükan arxasında ölü vəziyyətdədir, arxaya keçib nömrəsinə baxanda aydın olmuş ki, həmin maşın Ağdaş şəhər sakini taksi fəaliyyəti ilə məşğul olan sifətdən tanıdığı, sonradan adını öyrəndiyi Xaqaninin maşınıdır. Sükan arxasında ölən sürücü də Xaqaninin özü olmuşdur. Hadisə yerinə artıq xeyli sayda adam toplaşmışdır. Seat markalı avtomobilin ətrafına toplaşan şəxslər həmin avtomobilin içərisində olan xəsarət alanlara kömək edirmişlər. Lakin, o və Samir Seat markalı avtomobilə yaxınlaşmamışlar. Hadisə nəticəsində ölən vaz-21015 markalı avtomobilin sürücüsünün Ağdaş rayon sakini Xaqani olduğunu bildikdən sonra onun qohumlarını tapıb bu barədə məlumat vermək üçün dərhal Ağdaşa qayıtmışlar. Ağdaşın dörd yol deyilən yerində dayanan taksilərdən Xaqaninin yaşadığı evin harada olmasını öyrənib həmin ünvana getmişlər. Qarşılarına bir nəfər ahıl yaşlarında qadın və bir nəfər kişi çıxaraq Xaqaninin qaynanası və qaynatası olduqlarını bildirmişlər. Onlar həmin şəxslərə Xaqaninin ünvan 3i ərazisində idarə etdiyi avtomobillə yol qəzasına düşdüyünü məlumat verib getmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 digər Şahid1 ilə eyni məzmunlu ifadə verərək onun göstərdiklərini təsdiq etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, 6 dekabr 2019-cu il tarixdə saat 19 radələrində Qəbələ rayonu Zarağan kəndinin mərkəzində yerləşən dairənin yanından Qəbələ istiqamətindən gələrək Ağdaş istiqamətinə gedən səhv etmirsə, vaz-21011 markalı nömrəsinə fikir vermədiyi avtomobili əl edib saxlatmış, həmin taksinin sürücüsünə Ağdaşa getdiyini məlumat verdikdən sonra avtomobilə əyləşib onu da Ağdaşa aparmasını xahiş etmişdir. O, həmin avtomobilin sağ qabaq sərnişin oturacağında əyləşmişdir. O, avtomobilə minəndə həmin avtomobilin arxa oturacağında bir nəfər cavan yaşlarında oğlan sərnişin olmuş, sonuncu da Ağdaşa getmişdir. Avtomobilin sürücüsünü və içərisində olan sərnişini tanımamışdır. Onlar gəlib ünvan 3inə yaxınlaşıb “Palan tökən” adlanan enişli yoxuşlu yola çatmağa 100-150 metr qalmış kiçik bayıra getmək üçün maşını saxlatmışdır. Təxminən 2-3 dəqiqə orada ləngimişlər. Onlar maşını saxlayıb düşən zaman yanlarından Ağdaş istiqamətinə böyük qabaritli, yəni tıra oxşayan markasını və nömrəsini görmədiyi yük avtomobili keçib getmişdir. Bundan 2-3 dəqiqə sonra avtomobilə minən zaman yanlarından göy rəngli nömrəsinə fikir vermədiyi Vaz-21015 markalı maşın da keçib Ağdaş istiqamətinə getmişdir. Həmin vaz-21015 markalı avtomobilin arxasınca onlar hərəkət etməyə başlamışlar. Vaz-21015 markalı avtomobillə onların getdiyi avtomobilin arasında təxminən 100-150 metr məsafə olmuşdur. Vaz-21015 markalı avtomobildən qarşıda isə yuxarıda qeyd etdiyi yük avtomobili hərəkət etmişdir. Vaz-21015 markalı avtomobilin işığı həmin yük avtomobilinin yük yerinə tam olaraq çatmamasına əsaslanaraq başa düşmüşdür ki, Vaz-21015 markalı avtomobillə ondan qarşıda gedən yük avtomobili arasında xeyli məsafə olmuşdur. Savalan kəndinin mərkəzindən, yəni avtobus dayanacağı olan yerdən təxminən 200-300 metr qarşıya getdikdən sonra görmüşdür ki, yolun bir qədər sağa döngəli hissəsini keçən kimi onlardan 100-150 metr qarşıda Ağdaş istiqamətinə hərəkət edən həmin göy rəngli vaz-21015 markalı avtomobil öz yolunda orta xəttə yaxın yerdə qarşıdan onunla əks istiqamətə, yəni Qəbələ istiqamətinə gələn minik avtomobili ilə toqquşmuş və arxası yuxarı qalxıb bir qədər sağa fırlanıb yerə düşüb dayanmışdır. Vaz-21015 markalı avtomobillə toqquşan ağ rəngli markasına və nömrəsinə fikir vermədiyi avtomobil isə toqquşma yerindən fırlanıb yolun sağ kənarına çıxaraq üzü Ağdaş istiqamətinə dayanmışdır. Onlar hadisəni görüb toqquşma yerindən təxminən 30-40 metr keçib yolun sağ tərəfində saxlayıb yerə düşmüşlər. Birinci Vaz- 21015 markalı avtomobilə tərəf gedib görmüşlər ki, sürücüsü sükan arxasında ölü vəziyyətdədir. Avtomobilin sol ön tərəfi əzilərək həmin hissə salona keçməklə sürücünü arxaya sıxışdırmışdır. Avtomobildə başqa heç kim olmamışdır. Bundan sonra onlar Vaz-21015 markalı avtomobillə toqquşan xarici markalı avtomobilə tərəf gedəndə görmüşlər ki, həmin avtomobildən bir nəfər alnında xəsarət olan oğlan düşüb “biz neynədik deyərək” əlini dizinə çırpmışdır. Həmin avtomobildə əlavə bir nəfər qadın və bir nəfər kişi olmuşdur. Lakin, onlar həmin avtomobilə yaxınlaşmamışlar. Təxminən 1-2 dəqiqə ərzində hadisə yerinə ətrafdan çoxlu sayda tanımadığı insanlar toplaşmışdır. Hadisə yerinə baxanda aydın şəkildə görünürmüş ki, orada Vaz-21015 markalı avtomobilin təkərinə aid ağ xəttin yaxınlığında öz yolundan başlayaraq sola doğru çəpləşən tormoz izi var. Həmin tormoz izindən görünürmüş ki, Vaz-21015 markalı avtomobil öz yolunda olub. Həm də Vaz-21015 markalı avtomobil onların qarşısında getdiyindən tam olaraq onu görürmüş və Vaz-21015 markalı avtomobilin qarşısında gedən yük avtomobilini ötdüyünü və ya digər formada qarşı hərəkət zolağına çıxdığını görməmişdir. O və onunla Ağdaşa gedən bir nəfər tanımadığı şəxs, eləcə də onları aparan maşının sürücüsü hadisə yerində təxminən 2-3 dəqiqə dayandıqdan sonra oradan uzaqlaşıb yollarına davam etmişlər. Yol gedə-gedə onların getdiyi avtomobildə olan sonradan adının Pərviz olduğunu öyrəndiyi şəxs telefonla kimlərəsə zəng vurub öyrənmişdir ki, hadisə zamanı ölmüş Vaz-21015 markalı avtomobilin sürücüsü Ağdaş rayon sakini Xəqani adlı şəxsdir, o taksi fəaliyyəti ilə məşğul olur. Sonradan o da fikirləşəndə Xəqanini xatırlamışdır. Belə ki, Xəqani idarə etdiyi avtomobillə əksər hallarda Ağdaşın “dördyol” adlanan yerində dayanaraq taksi fəaliyyəti ilə məşğul olmuşdur. Şahid3 ifadəsində bir daha qeyd etmişdir ki, baş vermiş hadisə ilə əlaqədar Vaz-21015 markalı avtomobilin ölmüş sürücüsü Xəqaninin heç bir günahı olmamış, o öz yolunda hərəkətdə olmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, onun evi Savalan kəndində Ağdaş Qəbələ yolunun üstündə, üzü Ağdaşa tərəf getdikdə sağ tərəfdə yerləşir. Yolla evinin arasındakı məsafə təxminən 10-15 metr olar. 6 dekabr 2019-cu il tarixdə təxminən saat 21 radələrində evində çarpayıya uzanıb yatmağa hazırlaşdığı zaman avtomobil yolundan güclü toqquşma səsi eşidib dərhal paltarını geyinib yola çıxmış və görmüş ki, Ağdaş- Qəbələ yolunun onun evinin yanından keçən hissəsində iki minik avtomobilinin toqquşması nəticəsində yol qəzası baş verib. Həmin avtomobillərdən biri göy rəngli Vaz-21015 markalı, digər isə ağ rəngli markasını dəqiq bilmədiyi xarici markalı avtomobil olmuşdur. Vaz-21015 markalı avtomobilin yolun ortasında qabaq tərəfi hərəkət zolaqlarını ayıran ağ düz xəttə, bir hissəsi isə qarşı hərəkət zolağına çıxmış vəziyyətdə, arxası isə yolun sağ tərəfinə, yəni onun evinə tərəf dayanmışdır. Digər avtomobil isə Qəbələ istiqamətinə hərəkəti nəzərdə tutan zolağın sağ kənarında torpaq örtüklü hissədə üzü Ağdaş istiqamətinə dayanmışdır. Hər iki avtomobilin ön tərəfi əzildiyindən ona avtomobillərin bir-biri ilə qarşı hissəsindən toqquşduğu məlum olmuşdur. Asfalt üzərinə tökülmüş detal qırıntılarından və Vaz-21015 markalı avtomobilin dayandığı yerdən görünürmüş ki, toqquşma demək olar ki yolun ortasında orta xətt üzərində baş verib. Hadisə yerinə 1-ci o gəlmiş və əvvəlcə vaz-21015 markalı avtomobilə tərəf getmişdir. Görmüş ki, içində bir nəfər sürücü var və sükan arxasında ölüb. Boyun tərəfdən nəbzini yoxladıqda həqiqətən müəyyən etmiş ki, o artıq ölübdür. O sükanla oturacaq arasında sıxılıb qalıbmış və oradan çıxarılması mümkün olmamışdır. Həmin sürücünün öldüyünü görüb onunla toqquşan avtomobilə tərəf getmişdir. Həmin avtomobilin içərisində sürücü ilə birlikdə 3 nəfər var imiş və onlar hər üçü xəsarət alaraq fiziki ağrı çəkirmiş və qışqıraraq kömək istəmişlər. Sağ qabaq sərnişin oturacağında olan kök və hündürboylu oğlan az xəsarət almış və onun qolundan tutub yerə düşürmüşdür. O özü sərbəst gəzirmiş, sadəcə olaraq alın nahiyyəsindən elə də ciddi olmayan sıyrıq xəsarəti almışdır. Sürücünün isə ayağı sınmış və o sükan arxasında imiş, qapını açsa da düşə bilmirmiş. Arxada isə bir nəfər qadın var imiş. Onun baş tərəfi oturacaqların arasından qabaqda ayaqları isə arxa oturacaqda olmaqla ağzı üstə uzanıbmış. İlkin olaraq o, qabaq sağ tərəfdə oturan sərnişini düşərəndən sonra köməklik edərək sürücünü maşından çıxarıb yerə uzatmışdır. Onun sol ayağı sınıb çevrilmiş və qışqıraraq fiziki ağrı çəkirmiş. Daha sonra avtomobildə olan qadını maşından düşürüb onu da yolun kənarına uzatmışdır. Bu ərəfədə hadisə yerinə yaxınlıqda yaşayan Şahid5 gəlib çıxmışdır. Turala demiş ki, gedib evdən su və döşək götürüb gəlsin. Tural su və döşək gətirmək üçün evlərinə getmişdir. Həmin ərəfədə avtomobillə yol ötüb hadisəni görən şəxslər dayanıb yaxınlaşmışdır. Hətta yaxınlıqda yaşayan xeyli sayda insanlar toplaşmışdır. Tural evdən döşək və su gətirdikdən sonra xəsarət alanlara su verib altlarına döşək qoymuşdur ki, təcili tibbi yardım gələnə kimi rahat uzansınlar. Kimsə hadisə yerinə təcili tibbi yardım çağırmış və hadisədən bir neçə dəqiqə sonra hadisə yerinə təcili tibbi yardım gələrək xəsarət alanları xəstəxanaya aparmışdır. Daha sonra hadisə yerinə polis və fövqəladə hallar nazirliyinin xilasediciləri gəlmiş və meyiti çıxarmağa başlamışlar. Həmin vaxt o, hadisə yerindən uzaqlaşıb evinə getmişdir. Hadisənin baş vermə anını görmədiyi üçün hadisənin hansı şəraitdə baş verdiyini və ya hansı sürücünün günahından baş verdiyini bilməmişdir. Lakin avtomobillərin toqquşmadan sonra dayandıqları yerə, eləcə də xarici markalı avtomobilin sağ qabaq sərnişin oturacağından düşən şəxsin deməsinə görə toqquşmadan əvvəl onlar Ağdaş tərəfdən gəlib Qəbələ istiqamətinə gedirmiş, vaz-21015 markalı avtomibil isə Ağdaş istiqamətinə gedirmiş. Hadisə yerinə təxminən 15-20 ədəd həm minik, həm də yük avtomobili toplaşmışdır. Qaranlıq olduğundan, eləcə də fikir vermədiyinə görə həmin avtomobillərin nömrələri yadında qalmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərmişdir ki, onun yaşadığı ev Savalan kəndində Ağdaş Qəbələ yolunun üstündə, üzü Ağdaşa tərəf getdikdə sol tərəfdə yerləşir. Həmin hadisənin baş verdiyi yerlə onların evi arasında təxminən 200 metr məsfə var. Hadisə günü, yəni 2019-cu ilin dekabr ayında dəqiq xatırlamadığı tarixdə axşam saat 9 radələrində qonşularından evinə gələrkən görmüş ki, yuxarı tərəfdə Savalan kənd sakini Elşənin evinin qarşısında səs-küy və avtomobillərə aid qəza işıqlarını görüb bilmiş ki, yol qəzası baş verib. Qaçaraq həmin yerə getdikdə görmüş ki, Ağdaş-Qəbələ yolunda iki minik avtomobilinin toqquşması nəticəsində yol qəzası baş verib. Həmin avtomobillərdən biri göy rəngli vaz-21015 markalı, digər isə ağ rəngli Seat markalı imiş, nömrələri yadında qalmamışdır. Vaz-21015 markalı avtomobil yolun ortasında köndələn vəziyyətdə, yəni qabağı hərəkət zolaqlarını ayıran ağ düz xəttə, bir hissəsi isə qarşı hərəkət zolağına çıxmış vəziyyətdə, arxası isə yolun sağ tərəfinə, yəni Elşənin evinə tərəf dayanıbmış. Seat markalı avtomobil isə Qəbələ istiqamətinə hərəkəti nəzərdə tutan zolağın sağ kənarında torpaq örtüklü hissədə üzü Ağdaş istiqamətinə dayanıbmış. Hər iki avtomobilin ön tərəfi əzilmiş, buna görə də aydın olurmuş ki, avtomobillər qabaq-qabağa gələrkən toqquşub. Hadisə yerinə baxanda görünürmüş ki, avtomobillər yolun ortasında toqquşub. Çünki vaz-21015 markalı avtomobilin qabaq tərəfi xəttin üstündə imiş. O, çatanda orada hadisə yerinə köməyə gəlmiş Savalan kənd sakini Elşəni görmüş, sonuncu bildirmiş ki, vaz-21015 markalı avtomobilin sürücüsü ölüb. O, yaxınlaşanda həqiqətən görmüş ki, sürücü sükan arxasında sıxışıb və ölmüş vəziyyətdədir. Elşən isə Seat markalı avtomobildə olan ikisi oğlan biri qadın olan 3 nəfəri maşından çıxarıb yerə qoymuşdur. Onlardan kök hündür boylu oğlan özü gəzirmiş və alnında sıyrıq xəsarəti var imiş. Avtomobilin sürücüsünün isə ayağı sınıb sallanıbmış və fiziki ağrı çəkirmiş. Qadın da gəzə bilmirmiş, o da yerdə uzanıb ağrı çəkirmiş. Hadisə yerində başqa hələ heç kim yox imiş. Elşən ona demiş ki, gedib evdən su və döşək gətirsin, xəsarət alanlara yardım etmək lazımdır. O da gedib evdən su və döşək gətirmişdir. Bu vaxt görmüş ki, hadisə yerində post patrul xidmətinin əməkdaşları, bir neçə Savalan kənd sakini, o cümlədən Şahbur var. Həmçinin avtomobillə yol ötüb hadisəni görən xeyli sayda insan toplaşmışdır. Hadisə yerində təxminən 20-25 maşın var imiş. Yol ötən maşınlar əksəriyyəti dayanıb hadisəyə baxıb gedirmişlər. Məlum olmuş ki, toqquşan avtomobillərdən vaz-21015 markalı avtomobilin sürücüsü və hadisə nəticəsində ölmüş şəxs Ağdaş rayon sakinidir, digər avtomobildə olan şəxslər isə Qəbələ sakinləridir, avtomobilin sahibi isə Bum qəsəbə sakinidir. Bir neçə dəqiqə sonra hadisə yerinə təcili tibbi yardım gələrək xəsarət alanları xəstəxanaya aparmışlar. Daha sonra hadisə yerinə polis və fövqəladə hallar nazirliyinin xilasediciləri gəlmiş, meyiti maşından çıxartmışlar və hadisə yerinə baxış keçirmişlər. Hadisənin baş vermə anını görmədiyi üçün hadisənin hansı şəraitdə və hansı sürücünün günahından baş verdiyini görmədiyini qeyd etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid7 ifadəsində göstərmişdir ki, 6 dekabr 2019-cu il tarixdə oğlu Murada məxsus ford markalı, ** DN *** dövlət qeydiyyat nişanlı avtomobillə o və Murad şabalıd satmaq üçün Gürcüstana gedirmişlər. Murad yorğun olduğu üçün avtomobili o idarə edirmiş. Yolda gedərkən Hacallı kəndində həmkəndlisi “Qıqqı” ləqəbli Elman adlı şəxsin ford markalı avtomobili ilə rastlaşmışlar. Elman da Ağdaş istiqamətinə gedirmiş. Onların maşının işıqları zəif olduğuna görə o Elmanın maşınının dalınca sürürmüş, aralarında təxminən 50-60 metr məsafə var imiş. Saat təxminən 20 və ya 21 radələrində Savalan kəndinə çatmışlar. Savalan kəndinin mərkəzində üzü Ağdaş istiqamətinə avtomobili təxminən 50-60 km/saat sürətlə idarə edib Elmanla dal-qabaq gedərkən qarşıdan, yəni Ağdaş tərəfdən gələn nömrəsinə və markasına fikir vermədiyi ağ rəngli minik avtomobili orta sürətlə öz yolu ilə onların yanından Qəbələ istiqamətinə keçmişdir. Həmin avtomobil onların yanından keçən kimi arxadan toqquşma səsi gəlmişdir. Həmin vaxt ondan arxa tərəfdən də avtomobil gəlirmiş, lakin markasını və nömrəsini bilmirmiş, eləcə də nə qədər məsafə aralıda olduğunu xatırlamırmış. Onlar tələsdikləri üçün saxlamayaraq çıxıb getmişlər. Qarşıda gedən Elman da saxlamamışdır. Ertəsi gün onlar Gürcüstanda olarkən oğlu Şərif ona zəng edib telefonda haləhval tutarkən bildirmiş ki, axşam ünvan 3ində qonşuları Hikmətin maşını ilə bir nəfər Ağdaşlının maşını toqquşub və nəticədə sonuncu ölübdür. Demiş ki, Hikmətin Seat markalı maşını Ağdaş tərəfdən Qəbələ istiqamətinə gedərkən Ağdaş istiqamətinə hərəkət edən ağdaşlı şəxsin idarə etdiyi vaz-21015 markalı avtomobillə toqquşubdur. Bundan sonra bilmiş ki, onlar Savalan kəndindən keçərkən arxadan gələn toqquşma səsi həmin yol-nəqliyyat hadisəsi zamanı olub və onun yanından gəlib Ağdaş istiqamətinə gedən ağ maşın Hikmətin maşını, onun toqquşduğu maşın isə ondan arxada gələn markasını və nömrəsini bilmədiyi maşın olubdur. Lakin, toqquşma ondan arxada olduğundan, həmin vaxt hava qaranlıq olduğu üçün və güzgüdən arxaya fikir vermədiyinə görə hadisənin baş vermə anını görməmişdir. Buna görə də hadisənin hansı şəraitdə baş verdiyini bilməmişdir. Sonradan rayona qayıtdıqda camaatın danışdıqlarından eşitmiş ki, hadisə günü Hikmət ona məxsus Seat markalı avtomobillə bir nəfər dostu ilə Ağdaş tərəfdən Qəbələyə gəlirmiş, avtomobil Hikmətə məxsus olsa da hadisə vaxtı avtomobili dostu sürürmüşdür. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid10 ifadəsində göstərmişdir ki, 2007ci ildən etibarən Qəbələ RPŞ-nin dövlət yol polisi bölməsinin yol patrul xidmətində inspektor vəzifəsində işləyir. 06 dekabr 2019-cu il tarixdə saat 21 radələrində xidmətdə olarkən şöbənin növbətçi hissəsindən ona bildirilmişdir ki, ünvan 3ində iki avtomobilin toqquşması nəticəsində ölümlə və xəsarətlə nəticələnən yol nəqliyyat hadisəsi baş verib. Dərhal xidməti patrul avtomobili ilə hadisə yerinə getmişdir. Məlum olmuş ki, Ağdaş-Zarağan yolunun Savalan kəndi ərazisindən keçən 19-cu kilometrliyində ağ rəngli Seat Leon markalı avtomobillə göy rəngli VAZ-21150 markalı nömrələri yadında qalmayan avtomobil toqquşub. Seat markalı avtomobil Qəbələ istiqamətinə yolun sağ tərəfində daşlı-çınqıllı hissədə üzü Ağdaşa tərəf, Vaz-21150 markalı avtomobil isə yolun ortasında Ağdaş istiqamətinə qarşı tərəfi sola, arxası isə yolun sağına tərəf çəpinə dayanıbmış. VAZ-21150 markalı avtomobilin sürücü yerində cavan yaşlarında kişi meyiti olmaqla, o, yarı oturaq, yarı arxaya uzanmış vəziyyətdə imiş. Məlum olmuş ki, hadisə zamanı Vaz-21150 markalı avtomobilin sürücüsü ölübdür. Avtomobillərin üzərindəki zədələrdən və onların toqquşmadan sonra hadisə yerində vəziyyətlərindən aydın olurmuş ki, Seat markalı avtomobil Qəbələ istiqamətinə, Vaz-21150 markalı avtomobil Ağdaş istiqamətinə hərəkətdə olmuş və hər iki avtomobil qarşı-qarşıya sol qabaq tərəflərdən toqquşubdur. Çünki avtomobillərin həmin hissələri içəriyə doğru əzilərək deformasiya olunmuşdur. Seat markalı avtomobili hadisə yerinə çatan kimi tanımış və bilmiş ki, Qəbələ rayonu Bum qəsəbə sakini Hikmət adlı şəxsə məxsusdur. Hadisə yerinə toplaşmış şəxslər bildirmişlər ki, Seat markalı avtomobildə sürücüdən əlavə biri kişi, biri isə qadın olmaqla iki nəfər sərnişin olub və xəsarət alıblar, onları təcili tibbi yardımla xəstəxanaya aparıblar. Hadisə yerinə toplaşan şəxslər bildirmişlər ki, hadisə zamanı ölmüş VAZ-21150 markalı avtomobilin sürücüsü Ağdaş rayon sakinidir və adı Xaqanidir. O, özü də VAZ-21150 markalı avtomobilin dövlət nömrə nişanı ilə mərkəzi bazadan kompüter vasitəsi ilə yoxlayanda məlum olmuş ki, həmin avtomobil Ağdaş rayon sakini Xaqani adlı şəxsə məxsusdur. VAZ-21150 markalı avtomobilin mühhərikxanası, əsasən də sürücü tərəfdə güclü toqquşmanın təsirindən arxaya gəlib salona daxil olduğundan sürücünün meyiti sükan arxasında sıxışıb qalmışdır. Hadisə yerinə çağrılmış FHN-nin xilasedicilərinin müdaxiləsi ilə meyit avtomobildən çıxarılaraq meyitxanaya göndərilmişdir. Hadisə yerinə toplaşmış şəxslər, eləcə də özünü Seat markalı avtomobilin sahibi Hikmətin qohumu kimi təqdim edən və baxışda iştirak edən şəxs bildirmiş ki, avtomobilin Hikmətə məxsus olmasına baxmayaraq, hadisə zamanı Hikmətin dostu Bəyalı adlı şəxs idarə edib, Hikmət isə onun yanında sərnişin qismində olub. O, hadisə yerinə çatanda Seat markalı avtomobilin sürücüsünü və həmin avtomobildə olan sərnişinləri xəsarət aldıqları üçün xəstəxanaya apardıqlarından o, onları hadisə yerində görə bilməmişdir. Hadisə yerinə Qəbələ rayon polis şöbəsinin müstəntiqi tərəfindən baxış keçirilməyə başlanmış və baxışda o da iştirak etmişdir. Müstəntiq tərəfindən avtomobillərin toqquşma yeri Seat markalı avtomobilin yolunda orta xəttin yaxınlığında müəyyən olunmuşdur. Çünki avtomobilə aid detal qırıntıları ora tökülübmüş. Bundan başqa hadisə yerində Vaz-21015 markalı avtomobilə aid bir ədəd tormoz izi var imiş, həmin tormoz izi Vaz-21015 markalı avtomobilin öz yolundan başlayıb sola doğru istiqamətlənərək toqquşma yerinə qədər davam edib orta xəttin üstündə bitirmiş, uzunluğu isə 7-8 metr imiş. Həmin tormoz izindən məlum olurmuş ki, Vaz-21015 markalı avtomobil toqquşmadan əvvəl öz yolunda olub, onun sürücüsü qarşıdan təhlükənin yarandığını görüb tormozloma etmiş, bundan sonra avtomobil sola istiqamətlənmişdir. Qarşıda yaranan təhlükə isə onun fikrincə ya toqquşduğu Seat markalı avtomobilin onun yoluna çıxması, ya da qarşısında gedən digər avtomobil olub. Çünki hadisə yerində olan Seat markalı avtomobilin sahibi Hikmətin hansısa qohumu deyirmiş ki, Hikmətin ona deməsinə görə VAZ- 21015 markalı avtomobil qarşısında gedən hansısa yük avtomobilini ötmək üçün qəflətən onların yoluna çıxmış və bu zaman hadisə baş vermişdir. Lakin, o, belə fikirləşir ki, əgər Vaz- 21015 markalı avtomobil əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmədə olsaydı, onun tormoz izi öz yolunda deyil, qarşı hərəkət zolağında olmalı imiş. Onun iştirakı ilə keçirilən baxış zamanı başqa əhəmiyyətli hal o olmuş ki, Seat markalı avtomobilin sürücü yerində, təhlükəsizlik şarının üzərində, spidometrin üzərində və ayaqaltında qan ləkələri var imiş və həmin ləkələr müstəntiq tərəfindən götürülmüşdür. Yekunda baxış keçirilməsi ilə bağlı müstəntiq tərəfindən protokol yazılmış, iştirakçılara oxunaraq imzalanmışdır. Məhkəmə iclasında əlavə şahid qismində dindirilmiş Qəbələ RPŞ-nin baş müstəntiqi, polis mayoru X25 ifadəsində göstərmişdir ki, hadisənin baş vermə mexanizmi istintaq zamanı yalnız şahidlərinin ifadəsinə əsaslanaraq müəyyən edilməmişdir. Birinci ekspert rəyində avtomobillərin toqquşma bucağı, avtomobillərin hadisədən əvvəlki hərəkətləri göstərilmişdir. Həmçinin hadisə yerində olan əyləc izinin Vaz-2105 markalı avtomobil hərəkət yerindən başlayıb hadisə yerində qutarması Vaz-2105 markalı avtomobilin hadisədən əvvəl öz yolunda olduğunu göstərir. Əsas məqamlardan biri əyləc izidir. Digər əsas məsələ isə birinci ekspert rəyində göstərilmiş toqquşma bucağıdır. Mirsalehin ifadəsini sübutun bir növü kimi tanımışlar. Mirsalehin ifadəsi digər sübutlarla üst-üstə düşdüşdüyündən Mirsalehin ifadəsinin mötəbərliyini başqa əsaslarla yoxlamamışlar. İkinci ekspert rəyi şahid Mirsalehin ifadəsi əsasında verilməmişdir. Mirsalehin ifadəsinin mötəbərliyi birinci rəylə uyğunluq təşkil etdiyindən həqiqiliyini yoxlamamışlar. Şahid Mirsalehin ifadəsi sadəcə olaraq sübutun bir növü kimi qəbul edilmişdir. Həmçinin həmin şahidlərin ifadələrinin düzgün olmaması barədə tərəflərdən heç bir vəsatət daxil olmamışdır. Genetik ekspertiza keçirilməsi üçün hadisə yerinə baxış zamanı hava yastığı üzərindən, göstəricilər paneli üzərindən və ayaq qoyulan yerdən kriminalist tərəfindən qan nümunələri götürülmüş, bu barədə baxış protokolunda qeydiyyat aparılmışdır. Hadisə qaranlıq vaxtı baş verdiyindən bir tərəfdən videomüşahidə kameraları götürülsə də, digər tərəfdən götürülməmişdir. Həmçinin hadisə yerinə yaxın başqa kamera olmamışdır. Hava qaranlıq olduğundan avtomobilin salonu görünməməkdir. O cümlədən avtomobilin Təqsirləndirilən şəxs tərəfindən idarə edilməməsinə dair onlarda hər hansı şübhə olmamışdır. Həmin xüsusatı istintaq zamanı alınmış şahid ifadələri və genetik ekspertizasının rəyi təsdiq edir. Həmçinin hadisə günü o, sürücü Təqsirləndirilən şəxs izahatını aldığı zamanı onun burun nahiyyəsindən qan gəldiyinin şahidi olmuş, sonuncu hava yasdığının açılması nəticəsində burnundan qan gəldiyini bildirmişdir. Seat markalı avtomobilin Zərərçəkmiş şəxs2 məxsus olması, daimi olaraq onun tərəfindən idarə olunduğu üçün sürücü oturacağında olan liflərin Zərərçəkmiş şəxs2 və ya hadisə zamanı avtomobili idarə etmiş Təqsirləndirilən şəxs məxsus olmasını müəyyən etmək mümkün olmayacağından iş üzrə lifli ekspertiza yox, daha dəqiq olan genetik ekspertiza keçirilmişdir. Məhkəmə iclasında əlavə şahid qismində dindirilmiş X22 ifadəsində göstərmişdir ki, o, Ağdaş rayonunda maşın ustası işləyir. 2019-cu ilin aprel ayında X11 məxsus Vaz-21015 markalı avtomobilin ön hissəsinə kamera quraşdırmışdır. Həmin kamera balaca, qara rəngli olmuşdur. Kameraya məxsus şunurlar olsa da, həmin şunurları gizlətmişdir. Lakin kamera çıxarılanda şunurlar orada qalırdı. Hadisə günü kameranın avtomobildə olmasından məlumatsızdır. Məhkəmə iclasında əlavə şahid qismində dindirilmiş X16 ifadəsində göstərmişdir ki, o, Mənsubə xanımın kürəkəni X8 maşınından taksi kimi istifadə etmişdir. Mənsubə xanım ondan kürəkəni Xaqani Nəsirovun avtomobilində kamera olub-olmadığını soruşmuş, o da X11 məxsus Vaz-21015 markalı avtomobildə kamera olduğunu bildirmişdir. Hadisə günü kameranın avtomobildə olmasından məlumatsızdır. Məhkəmə iclasında əlavə şahid qismində dindirilmiş X17 ifadəsində göstərmişdir ki, 06 dekabr 2019-cu il tarixdə hündürboylu bir oğlanın idarə etdiyi avtomobillə Ağdaş rayonundan Qəbələ rayonuna Quşlar kəndinə gəlirmiş. Gəldiyi maşın ağ hündür (yük) maşın imiş və maşının markası yadında deyildir. Onlar Savalan kəndində gedərkən ağ xarici maşın onların yanlarından sürətlə keçmişdir. Qarşı tərəfdən isə yük maşını gəlirmiş. Həmin vaxt onların yanlarından sürətlə keçən ağ maşın öz yolunda deyil, qarşı tərəfin yolunda başqa maşınla toqquşmuşdur. Sonra onun getdiyi yük maşınının sürücüsü avtomobili bir az qıraqda saxlamışdır. Həmin ərəfədə ağ xarici maşından hündürboy oğlan maşından düşmüşdür. Sonra bir qadın düşmüşdür. Sonra hadisə yerinə qonşu şəxslər toplaşmışdır. Qonşular demişlər ki, maşının birindəki adam ölmüşdür. Ağ xarici maşından düşən hündürboy oğlan kiməsə zəng vuraraq “özünü mənə çatdır” deyə bildirmişdir. Sonra onlar hadisə yerindən uzaqlaşmışlar. Məhkəmə iclasında əlavə şahid qismində dindirilmiş X26 ifadəsində göstərmişdir ki, ona məxsus “Vaz 21013” markalı avtomobil vardır. O, tarixi dəqiq xatırlamasa da, hadisə olan gün axşam Xanabad adlanan yerə balıq almaq üçün getmişdir. Qayıdarkən Savalan kəndinin mərkəzində qaranlıq olduğundan yolda FHN-nin əməkdaşlarını görmüş və avtomobili saxlayaraq onlardan nə baş verdiyini soruşmuş, həmin şəxslər ona yol-nəqliyyat hadisəsi olduğunu bildirmişlər. O, hadisədə ölüm olub-olmadığını soruşduqda, ona ölüm olduğunu bildirmişlər. O, hadisəni görməmiş və Qəbələdən Xanabad istiqamətində gedərkən heç bir müştəri götürməmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmə istintaqında tədqiq edilmiş 06 dekabr 2019-cu il tarixli “Yol-nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, hadisə Ağdaş-Zarağan yolunun ünvan 3i ərazisindən keçən 19-cu kilometrliyində “VAZ-21150” minik markalı, ** VN *** dövlət qeydiyyat nişanlı avtomobillə “Seat Leon” minik markalı, ** RJ *** dövlət qeydiyyat nişanlı avtomobilin toqquşması nəticəsində baş vermişdir. Hadisə yeri yaşayış məntəqəsində yerləşməklə, toqquşma baş verən hissədə yol quru, düz və üfiqi olmaqla asfaltbeton örtüklüdür. Hadisə yerində yolun hərəkət hissəsinin eni 8 metrdir. Hadisə yerində yol iki əks istiqamətli hərəkət hissəsindən ibarətdir və hərəkət hissələrini 1.1 (bütöv ağ xətt)üfüqi nişanlama xətti ayırır. Hərəkət hissəsinin biri Ağdaş, digər Zarağan-Qəbələ istiqamətinədir. Hadisə yeri 5.22 “yaşayış məntəqəsi” və 1.30 “digər təhlükələr” yol nişanlarının təsiri altındadır. Yolun hərəkət hissəsinə sağ tərəfdən 2.90 metr enində torpaq örtüklü ehtiyyat hissə, sol tərəfdən 3 metr enində torpaq örtüklü ehtiyyat hissə daha sağdan torpaq örtüklü boş sahə, daha soldan dağətəyi boş sahə yerləşir. Toqquşma yeri “Seat Leon” markalı ** RJ *** dövlət qeydiyyat nişanlı avtomobilin hərəkət yolunda olmaqla orta bütöv üfiqi xəttən 70 sm məsafə sola doğru Zarağan-Qəbələ istiqamətinə hərəkəti nəzərdə tutan hərəkət hissəsində yerləşir. Toqquşma yerindən üzü Ağdaş istiqamətinə yolun sol kənar hissəsinə qədər olan məsafə 3.20 metr, yolun sağ kənar hissəsinə qədər olan məsafə 4.80 metr təşkil etmişdir.Hadisə yerində VAZ-210150 minik markalı ** VN *** dövlət qeydiyyat nişanlı avtomobil ön sağ təkəri əks istiqamətli sol hərəkət hissəsində digər hissələri sağ hərəkət hissəsində olmaqla yola köndələn vəziyyətdə hərəkətsiz olmuşdur. Həmin avtomobilin arxa tərəfi yolun sağına tərəf ön hissəsi isə əks istiqamətli hərəkət hissəsinə tərəf olmuşdur. Toqquşma yerindən VAZ-21150 markalı avtomobilin ön sağ tərəfinə qədər olan məsafə 50 sm təşkil etmişdir. Yolun sağ kənarına qədər VAZ-21150 minik markalı avtomobilin arxa sağ tərəfindən 1.30 metr, sol arxa tərəfindən 70 sm-dir.VAZ-21150 markalı avtomobilin ön, əsasən ön sol tərəfi güclü toqquşmanın səbəbindən çöldən içəriyə doğru əzilərək deformasiyaya uğramışdır. Zərbənin təsirindən avtomobilin sükan tərəfdən mühərrikxanası avtomobilin salonuna daxil olmuş, avtomobilin ön şüşəsi, şiti, rulu və ön tərəfdə olan idarə etmə mexanizmləri tamamilə zədələnərək yararsız hala düşmüşdür. Ön şüşə çərçivədən çıxaraq xırda hissələr şəklində sınaraq yolun sol kənarına torpaq örtüklü hissəyə düşmüşdür. Bundan başqa həmin avtomobilin ön sağ tərəfi sola doğru qövüsvari əyilmiş, sol qabaq qapısı əzilərək tamamilə yararsız hala düşmüş, damı sol yan orta tərəfdən əyilmiş, arxa sol qapı yuxarı hissədən çərçivədən çıxmış, arxa şüşə sınıb tökülmüş, sol arxa buferi yerindən qoparaq avtomobildən 4.70 metr məsafədə sağ tərəfə düşmüşdür. Buferin içliyi isə avtomobildən 3.70 metr məsafədə sağ tərəfinə düşmüşdür. Həmin avtomobilin arxa sol yuxarı küncündə zədə izi vardır. Eləcə də avtomobilin qopub düşmüş arxa buferinin sol yuxarı küncündə də sürtünmə xarakterli zədə izi vardır. Bununla yanaşı vaz-21150 markalı avtomobilin arxa sağ farası sınaraq yerə tökülmüşdür. Toqquşma yerinə həmin avtomobilin qabaq dövlət qeydiyyat nişanı, həmçinin ehtiyyat hissələrə aid detallar qoparaq tökülmüşdür. Hadisə yerində Seat Leon minik markalı ** RJ *** dövlət qeydiyyat nişanlı avtomobil toqquşma yerindən 4.40 metr Qəbələ istiqamətinə aralıda yolun sol kənarında üzü Ağdaş istiqamətinə və bir qədər sağa tərəf hərəkətsiz vəziyyətdə olmuşdur. Seat markalı avtomobilin ön tərəfi ilə Vaz-21150 markalı avtomobilin ön tərəfi arasındakı məsafə 7.10 metr, sağ qabaq təkərindən yolun sol kənarına qədər 60 sm, arxa sağ təkərindən yolun sol kənarına qədər 1.80 metr məsafə olmuşdur. Seat markalı avtomobilin ön hissəsi, əsasən ön sol tərəfi qüvvətli toqquşmanın təsirindən zədələnərək və içəriyə doğru əzilərək deformasiyaya uğramış, sol qabaq qapı ön tərəfdən içəriyə doğru əzildiyi üçün açıq vəziyyətdə qalmış, ön şüşəsi bir neçə yerdən çat şəklində sınmış, lakin çərçivədən ayrılmamış, ön şüşənin sağ tərəfi dairəvi şəkildə kütlənin zərbə təsirindən iki yerə bölünərək sınmış, rul və sağ qabaq sərnişin tərəfdə şit üzərindəki təhlükəsizlik yastığı açılmışdır.Toqquşma yerinə həmin avtomobilə aid detal qırıntıları, ayrılmış ehtiyyat hissələri tökülmüşdür. Toqquşma yerinə avtomobillərin altından toz şəkilli torpaq qırıntıları, avtomobillərə aid metal və plasmast detallar və detal hissələri tökülmüş, şüşə və boya qırıntıları səpilmiş, mühhəriklərinin altından qara rəngli yağ və maye axmışdır. Hadisə yerində toqquşma yerindən əvvəl VAZ-21150 markalı avtomobilin hərəkət yolunda orta bütöv xəttə yaxın hissədən başlayaraq 7.20 metr uzunluğunda düzşəkilli, bütöv, asfalt üzərində qara rəngli səthi iz buraxan və sola doğru istiqamətlənərək toqquşma yerinə çatmamış orta bütöv xəttin üzərində bitən bir təkərə aid tormoz izi aşkar edilmişdir. Tormoz izinin başlanğıc hissəsindən sola tərəf, yəni hərəkət hissələrini ayıran ağ rəngli orta bütöv xəttə qədər olan məsafə 30 sm, izin bitdiyi yer isə ağ xəttin üzərində olmuşdur.Bundan başqa hadisə yerində istər VAZ-21150 markalı, istərsə də Seat markalı avtomobilə aid tormoz və ya şin izi olmamışdır. Hadisə yerində olan toqquşmuş avtomobillərin yerləşdikləri vəziyyətdən, tormoz izindən, toqquşma yerindən, avtomobillərin toqquşduğu hissələrindən müəyyən olunmuş ki, hadisədə əvvəl vaz- 21150 markalı avtomobil Ağdaş istiqamətinə, Seat Leon markalı avtomobil isə əks istiqamətdə, yəni Qəbələ istiqamətinə hərəkətdə olmuşdur.VAZ-21150 markalı avtomobilin sürücü oturacağında yarı oturaq, yarı arxası üstə uzanmış vəziyyətdə Ağdaş rayon sakini X8 meyiti olmuşdur.Onun ayağı sükan arxasında avtomobilin alt hissəsi ilə toqquşmanın təsirindən salona daxil olmuş mühhərikxananın arasında sıxılaraq qaldığından meyit hadisə yerinə çağrılmış FHN-nin xilasediciləri tərəfindən avtomobildən çıxarılmışdır.Bundan əlavə hadisə yerinə baxış zamanı Seat Leon markalı avtomobilin sürücü yerindən, yəni rulun təhlükəsizlik yastığının, göstəricilər panalenin qoruyucusunun üzərindən və ayaq altındakı rezin üzərindən qana bənzər nümunələr götürülmüşdür. Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmə istintaqında tədqiq edilmiş 11 dekabr 2019-cu il tarixli “Avtomobilə texniki baxış keçirilməsi haqqında” protokoldan görünür ki, “Vaz-21150” minik markalı, ** VN *** dövlət qeydiyyat nişanlı avtomobilə baxış Qəbələ şəhərində yerləşən “Ford Servis”ə məxsus duracaqda keçirilmişdir. Baxış zamanı müəyyən edilmişdir ki, həmin avtomobil göy metallik rəngli olmaqla, sedan tiplidir, buraxılış ili 2004-cü il, mühərriki 4004962, banı isə XTA**********8492 nömrəlidir. Qeydiyyat şəhadətnaməsinə uyğun olaraq yüksüz kütləsi 1500 kub sm-dir. Aydın şəkildə müşahidə olunurmuş ki, VAZ-21150 markalı avtomobilin ön, əsasən ön sol tərəfi güclü toqquşmanın təsirindən çöldən içəriyə doğru əzilərək deformasiyaya uğramışdır. Zərbənin təsirindən avtomobilin sükan tərəfdən mühərrikxanası avtomobilin salonuna daxil olmuş, avtomobilin ön şüşəsi, şiti, rulu və ön tərəfdə olan idarə etmə mexanizmləri tamamilə zədələnərək yararsız hala düşmüşdür. Ön şüşə sınaraq çərçivədən çıxmışdır. Bundan başqa həmin avtomobilin ön sağ tərəfi sola doğru qövüsvari əyilmiş, sol qabaq qapısı əzilərək tamamilə yararsız hala düşmüş, damı sol yan orta tərəfdən əyilmiş, arxa sol qapı yuxarı hissədən çərçivədən çıxmış, arxa şüşə sınıb tökülmüş, sol arxa buferi yerindən qoparaq, buferin içliyi də buferdən ayrılıb düşmüşdür. Bundan başqa VAZ-21150 markalı avtomobilin arxa sol yuxarı küncündə və qopub düşmüş arxa buferinin sol yuxarı küncündə sürtünmə xarakterli zədə izləri olmuşdur. Bununla yanaşı vaz-21150 markalı avtomobilin arxa sağ farası sınaraq yerə tökülmüşdür. Həmin faranın bufer yerindən çıxarkən sınması ehtimal olunur. Avtomobilin arxa hissəsində digər əzilmiş, zədələnmiş və ya başqa formada təmasda olmaya xarakterik izlər olmamışdır. Avtomobilin sol arxa yuxarı küncündə və arxa buferində olan zədələrin xarakterinə əsasən ehtimal olunmuş ki, həmin zədələr ya Seat markalı avtomobillə təmas zamanı, ya da həmin avtomobillə toqquşaraq arxa tərəfi sağa fırlanıb yola köndələn vəziyyət aldıqdan sonra arxadan onunla eyni istiqamətdə gələn digər nəqliyyat vasitəsinin ona sürtünmə formasında dəyməsi nəticəsində yaranmışdır. VAZ-21150 markalı avtomobilin ön tərəfindəki zədədən aydın şəkildə görünmüş ki, qabaq sol hissədən toqquşub. Bundan başqa avtomobilə baxış zamanı müəyyən olunmuşdur ki, hadisədən əvvəl və ya hadisə anında yol nəqliyyat hadisəsinin baş verməsinə səbəb ola biləcək, eləcə də hadisənin qarşısının alınması üçün texniki imkanları məhdudlaşdıran və ya maneçilik yarada biləcək texniki nasazlıq olmamış, o cümlədən əyləc və qaz sistemi, təkər şinlərinin prorektorları normal vəziyyətdə olmaqla istismara yararlı olmuşdur. Baxış keçirilməsi haqqında protokol tərtib edilmiş və foto şəkillər çəkilərək protokola əlavə edilmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmə istintaqında tədqiq edilmiş 11 dekabr 2019-cu il tarixli “Avtomobilə texniki baxış keçirilməsi haqqında” protokoldan görünür ki, “Seat Leon” minik markalı, ** RJ *** dövlət qeydiyyat nişanlı avtomobil ağ rəngli olmaqla, xetçbek tiplidir, buraxılış ili 2012-ci il, mühərriki BSF 155400, banı isə VSSZZZ1PZDR004831 nömrəlidir. Qeydiyyat şəhadətnaməsinə uyğun olaraq yüksüz kütləsi 1598 kub sm-dir. Aydın şəkildə müşahidə olunmuş ki, “Seat Leon” markalı avtomobilin ön hissəsi, əsasən ön sol tərəfi güclü toqquşmanın təsirindən zədələnərək və içəriyə doğru əzilərək deformasiyaya uğramış, sol qabaq qapı ön tərəfdən içəriyə doğru əzildiyi üçün açıq vəziyyətdə qalmış, ön şüşəsi bir neçə yerdən çat şəklində sınmış, lakin çərçivədən ayrılmamış, ön şüşənin sağ tərəfi dairəvi şəkildə kütlənin zərbə təsirindən iki yerə bölünərək sınmış, rul və sağ qabaq sərnişin tərəfdə şit üzərindəki təhlükəsizlik yastığı açılmışdır.Həmin avtomobilin ön tərəfindəki zədədən aydın şəkildə görünürmüş ki, qabaq sol hissədən toqquºub. Bundan başqa avtomobilə baxış zamanı müəyyən olunmuş ki, hadisədən əvvəl və ya hadisə anında yol nəqliyyat hadisəsinin baş verməsinə səbəb ola biləcək, eləcə də hadisənin qarşısının alınması üçün texniki imkanları məhdudlaşdıran və ya maneçilik yarada biləcək texniki nasazlıq olmamış, o cümlədən əyləc və qaz sistemi, təkər şinlərinin prorektorları normal vəziyyətdə olmaqla istismara yararlı olmuşdur. Baxış keçirilməsi haqqında protokol tərtib edilmiş və foto şəkillər çəkilərək protokola əlavə edilmişdir. Cinayət işinin istintaq materiallarına əlavə edilmiş 20.03.2020-ci il tarixli “videomüşahidə kamerasının yaddaşına baxış keçirilməsi haqqında” protokoldan görünür ki, mövcud yolnəqliyyat hadisəsində iştirak etmiş X8 idarə etdiyi VAZ-21150 minik markalı ** VN *** dövlət qeydiyyat nişanlı avtomobilin hərəkəti istiqamətində hadisəsinin baş verdiyi yerdən təxminən 4 kilometr əvvəldə Qəbələ ASPİ AQRO MMC-nin qarşısında Ağdaş-Zarağan yolunun üzü Ağdaş istiqamətinə sağ kənarında yerləşən video müşahidə kamerasının yaddaşına baxış keçirilərək müəyyən edilmişdir ki, həmin hissədən keçib Ağdaş və Zarağan istiqamətinə hərəkət edən nəqliyyat vasitələri foto və video şəklində görünüş dairəsinə düşür. Görüntülərə baxış keçirilərkən aydın olur ki, mövcud yol nəqliyyat hadisəsinin iştirakçısı VAZ-21150 minik markalı ** VN *** dövlət qeydiyyat nişanlı avtomobil 06 dekabr 2019-cu il tarixdə saat 20:47:41-də həmin kameranın qarşısından keçib Ağdaş istiqamətinə hərəkət edir, ondan 16 saniyə sonra, yəni 20:47:57-də nömrəsi tam olaraq görünməyən avtomobil, 17 saniyə sonra, yəni 20:47:58də isə ** DN *** dövlət qeydiyyat nişanlı avtomobil Ağdaş istiqamətinə hərəkət edir. Həmin istiqamətdə Ağdaş istiqamətinə hərəkət edən digər nəqliyyat vasitələri isə 3 dəqiqə və daha çox vaxt intervalı ilə VAZ-21150 minik markalı ** VN *** dövlət qeydiyyat nişanlı avtomobildən əvvəl və ondan sonra eyni istiqamətə hərəkətdə olmuşdur. Baxış zamanı başqa əhəmiyyət kəsb edəcək hal aşkar edilməmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş 27.12.2019-cu il tarixli Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya ETT Birliyi Qəbələ rayon şöbəsinin 25 saylı meyitin ekspertizası rəyində göstərilmişdir ki, X2 meyitində daxili qanaxma, hər iki ağ ciyərlərin əzilməsi, döş qəfəsində qabırğaların çoxsaylı sınıqları, burunun, alt çənənin sol şaxəsinin sınığı, sol bud sümüyünün açıq və sağ baldır sümüklərinin qapalı yerini dəyişən sınığı, sol budun bayır orta 1/3-nin, hər iki dizin ön səthinin əzilmişcırılmış yarası, burunun, alt çənənin sol tərəfinin, sağ əlin üst səthinin, sol baldırın ön orta 1/3nin, sol iç topuq nahiyyəsinin sıyrıqları kimi xəsarət vardır.Həmin xəsarətlər küt alətin(əşyaların) təsirindən qərarda göstərilən tarixdə və şəraitdə, yəni 06 dekabr 2019-cu ildə baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində törənə bilərlər.Qeyd edilən xəsarətlər dərəcəsinə görə canlı şəxslərdə həyat üçün təhlükəli olan sağlamlığa AĞİR ZƏRƏR vurmanın əlamətlərinə aiddir. X8 ölümünə səbəb döş qəfəsində qabırğaların çoxsaylı sınıqları və ağ ciyərlərin əzilməsi ilə müşayət olunan daxili qanaxma olmuşdur. X2 ölümü ilə 06 dekabr 2019cu il tarixdə baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində aldığı ağır bədən xəsarətlərinin səbəbli əlaqəsi vardır. X2 meyitindən götürülmüş qanda və sidikdə aparılmış məhkəməkimyəvi tədqiqatlar nəticəsində spirtli içki, narkotik və psixotrop tərkibli maddələr aşkar edilməmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya ETT Birliyinin canlı şəxsin ekspertizasının 06.01.2020-ci il tarixli, 780 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs1 bədəni üzərində sol əlin v barmağının orta falanqasının üst və iç səthinin əzilmiş-cırılmış yarası, sol əlin v barmağının orta falanqasının oynaq hissədən açıq çıxığı və həmin oynaqda travmadan sonrakı kontraktura, burunun, sağ baldırın iç səthinin sıyrığı, sol baldırın arxa aşağı 1/3-nin və sol bazunun bayır yuxarı 1/3-nin qançırı kimi xəsarət vardır ki, həmin xəsarətlər küt alətin (əşyaların) təsirindən qərarda göstərilən tarixdə və şəraitdə, yəni 06 dekabr 2019-cu ildə törənə bilərlər, qeyd olunan xəsarətlər dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa AZ AĞİR zərər vurmanın əlamətlərinə aiddir. Cinayət işinin materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya ETT Birliyinin canlı şəxsin ekspertizasının 16.03.2020-ci il tarixli, 781 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs bədəni üzərində sol bud sümüyünün oynaq başının və budun orta 3/1-nin qəlpəli yerdəyişən sınığı, hər iki əllərin üst səthinin sıyrıqları kimi xəsarət vardır ki, həmin xəsarətlər küt alətin (əşyaların) təsirindən qərarda göstərilən tarixdə və şəraitdə, yəni 06 dekabr 2019-cu ildə törənə bilərlər, qeyd olunan xəsarətlər dərəcəsinə görə ümumi əmək qabiliyyətinin üçdə bir hissəsindən az olmamaqla uzun müddətə dayanıqlı itirilməsinə səbəb olan sağlamlığa AĞİR zərər vurmanın əlamətlərinə aiddir. Cinayət işinin materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya ETT Birliyinin canlı şəxsin ekspertizasının 30.12.2019-cu il tarixli, 778 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs2 bədəni üzərində başın alın-təpə nahiyyəsinin sıyrığı kimi xəsarət vardır, həmin xəsarət küt alətin (əşyaların) təsirindən qərarda göstərilən tarixdə və şəraitdə, yəni 06 dekabr 2019-cu ildə törənə bilər, qeyd olunan xəsarət sağlamlığa zərər vurmayan bədən xəsarətinə aiddir. 03.05.2019-cu il tarixdə keçirilən məhkəmə iclasında Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin yol-nəqliyyat hadisələrinin ekspertizaları şöbəsinin böyük eksperti, ali təhsilli, 14.1 «Yol-nəqliyyat hadisələri hallarının tədqiqi » ixtisası üzrə 1992ci ildən ekspert iş staşına malik olan, yüksək dərəcəli ekspert, İ dərəcəli ədliyyə qulluqçusu X20 iştirakı ilə ekspert rəyləri tədqiq edilərkən müəyyən edildi ki, ekspert rəyləri işin müəyyən edilmiş hallarına uyğun gəldiyindən və digər sübutlarla təsdiq edildiyindən sübut kimi qəbul edilməlidir. Həmin rəylər tədqiq olunduqdan sonra da təqsirləndirilən şəxs və onun müdafiəçisi, eləcə də digər proses iştirakçıları rəyləri mübahisələndirməmişlər. Eyni zamanda məhkəmə iclasında ekspert Hikmət İbişov proses iştirakçılarının suallarını cavablandıraraq bildirdi ki, toqquşma bucağı nəqliyyat vasitələri üzərində olan əziklərə, onların xarakterinə, yerləşmə sahələrinə, deformasiyanın istiqamətlərinə əsasən müəyyən edilir. İlkin kontakt sahələri müəyyən edilir və daha sonra deformasiya istiqamətləri, yerləşmə sahələri və deformasiyanın dərinliyi nəzərə alınmaqla toqquşma bucağı müəyyən edilir. Belə ki, hər hansı nəqliyyat vasitəsi müəyyən bucaq altında olduqda, yəni həmin vəziyyətə alana kimi arxaya və sola doğru hərəkətdə olur. Ona görə ekspert o halı nəzərə alır ki, həmin vəziyyətdə istiqamətlənən anda onun arxa hissəsinin solda olması nəzərə alınmışdır. Onların müəyyən etdiyi hadisə mexanizmi avtomobilin soldan sağa qayıtması ilə müəyyən olunmuşdur. Seat Leon markalı avtomobil öz hərəkət yolunda hərəkət edərkən 15 dərəcə bucağı yaratması üçün Vaz-21015 markalı avtomobilin tormozunun kordinatları dəyişməlidir. Yəni, Vaz-21015 kordinatları düz istiqamətdə olmalıdır. Toqquşma bucağına, tormoz izinin o cür qalmasına əsasən Seat Leon markalı avtomobilin soldan sağa çıxararaq nəqliyyat hadisəsi baş verməsi daha uyğundur. Təqsirləndirilən şəxs ifadəsində dediklərindən öz hərəkət zolağında olarkən Vaz-21015 markalı avtomobilin onun qarşısına çıxaraq toqquşması real hadisə mexanizminə uyğun deyildir. Ekspert rəyləri şahid ifadələrinə görə deyil, istintaq tərəfindən verilmiş hadisə mexanizminə əsasən verilmişdir. Əyləc izinə əsasən nəqliyyat vasitələrinin 39 km/saat-dan nə qədər çox olmasını hesablaya bilən mexanizim yoxdur. Cinayət işinin materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirlyi Məhkəmə Ekspertizası Mərkəzinin təqdim etdiyi 06 mart 2020-ci il tarixli 1642 saylı yol nəqliyyat hadisələrinin məhkəmə ekspertizası rəyində hadisənin konkret baş vermə mexanizminin təqdim olunmamasına əsaslanaraq hər iki avtomobilin sürücüsünün qeyd olunan hadisənin qarşısının alınması ilə əlaqədar hərəkətlərini tədqiq etməyin mümkün olmadığı qeyd olunsa da, həmin rəydə iş üzrə mühüm əhəmiyyət kəsb edən hal kimi Seat Leon markalı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs və həmin avtomobildə olan sərnişinlərin hadisə mexanizmi ilə bağlı ifadələrində göstərdikləri xüsusatların real hadisə mexanizminə uyğun olmaması, avtomobillərin 10-15 dərəcə bucaq altında toqquşması, toqquşmaya qədər Seat Leon markalı avtomobilin soldan sağa doğru istiqamətlənmiş vəziyyətdə olması, bu halda Seat Leon markalı avtomobilin hadisədən əvvəl qarşı sol hərəkət zolağına çıxması və oradan öz hərəkət zolağına qayıdarkən nəqliyyat vasitələri arasında toqquşmanın baş verə bilməsinin istisna edilmədiyi qeyd edilmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirlyi Məhkəmə Ekspertizası Mərkəzinin təqdim etdiyi 07 avqust 2020-ci il tarixli 8/988 saylı yol nəqliyyat hadisələrinin Komisyon məhkəmə ekspertizası rəyində göstərilmişdir ki, hərəkət üçün təhlükə yaranan anda VAZ-21150 markalı, ** VN *** dövlət qeydiyyat nişanlı avtomobilin toqquşma yerindən 45.6 metrdən kiçik məsafədə olmasının istintaq tərəfindən müəyyən edilməsi şəraitində, sürücü X8 hadisənin qarşısını almağa texniki imkanı olmamışdır və onun hərəkətlərində “X32” Azərbaycan Respublikasının Qanununun 50-ci maddəsinin 2-ci hissəsinin 1-ci bəndinin tələblərinə olan uyğunsuzluqla hadisənin baş verməsi arasında səbəbli əlaqə olmamışdır. Hərəkət üçün təhlükə yaranan anda VAZ-21150 markalı, ** VN *** dövlət qeydiyyat nişanlı avtomobilin toqquşma yerindən 45.6 metrdən böyük məsafədə olmasının istintaq tərəfindən müəyyən edilməsi şəraitində, sürücü X8 hadisənin qarşısını almağa texniki imkanı olmamışdır və onun hərəkətlərində “X32” Azərbaycan Respublikasının Qanununun 50-ci maddəsinin 2-ci hissəsinin 1-ci bəndinin tələblərinə olan uyğunsuzluqla hadisənin baş verməsi arasında səbəbli əlaqə olmuş və sürücü X.Nəsirovun hərəkətlərində Qanunun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuşdur. İstintaq tərəfindən təqdim olunmuş məlumatlara əsasən, Seat Leon markalı, ** RJ *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “X32” Azərbaycan Respublikasının Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin və 69-cu maddəsinin 7-ci hissəsinin 1-ci bəndinin tələblərinə uyğunsuzluq olmuş, həmin maddələrin tələblərinə riayət etməklə onun hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Cinayət işinin materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirlyi Məhkəmə Ekspertizası Mərkəzinin təqdim etdiyi 12 noyabr 2020-ci il tarixli 8/2005 saylı yol nəqliyyat hadisələrinin əlavə məhkəmə ekspertizası rəyində göstərilmişdir ki, istintaq tərəfindən təqdim olunmuş məlumatlara əsasən, Seat Leon markalı, ** RJ *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “X32” Azərbaycan Respublikasının Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin və 69-cu maddəsinin 7-ci hissəsinin 1-ci bəndinin tələblərinə uyğunsuzluq olmuş və həmin maddələrin tələblərinə riayət etməklə onun hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. İstintaq tərəfindən təqdim olunmuş məlumatlara əsasən, VAZ-21150 markalı, ** VN *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü X15 avtomobili yaşayış məntəqəsində maksimum icazə verilən 60 km/saat sürətdən artıq, yəni 80 km/saat sürətlə idarə etdiyi şəraitdə onun hərəkətlərində “X32” Azərbaycan Respublikasının Qanununun 50-ci maddəsinin 2-ci hissəsinin 1-ci bəndinin tələblərinə uyğunsuzluq olmuşdur. Hərəkət üçün təhlükə yaranan anda VAZ-21150 markalı, ** VN *** dövlət qeydiyyat nişanlı avtomobilin toqquşma yerindən 45.6 metrdən kiçik məsafədə olmasının istintaq tərəfindən müəyyən edilməsi şəraitində, sürücü X8 hadisənin qarşısını almağa texniki imkanı olmamışdır və onun hərəkətlərində “X32” Azərbaycan Respublikasının Qanununun 50-ci maddəsinin 2-ci hissəsinin 1-ci bəndinin tələblərinə olan uyğunsuzluqla hadisənin baş verməsi arasında səbəbli əlaqə olmamışdır. Hərəkət üçün təhlükə yaranan anda VAZ-21150 markalı, ** VN *** dövlət qeydiyyat nişanlı avtomobilin toqquşma yerindən 45.6 metrdən böyük məsafədə olmasının istintaq tərəfindən müəyyən edilməsi şəraitində, sürücü X8 hadisənin qarşısını almağa texniki imkanı olmamışdır və onun hərəkətlərində “X32” Azərbaycan Respublikasının Qanununun 50-ci maddəsinin 2-ci hissəsinin 1-ci bəndinin tələblərinə olan uyğunsuzluqla hadisənin baş verməsi arasında səbəbli əlaqə olmuş və sürücü X.Nəsirovun hərəkətlərində Qanunun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuşdur. Cinayət işinin materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirlyi Məhkəmə Ekspertizası Mərkəzinin təqdim etdiyi 2 iyun 2020-ci il tarixli 5189 saylı materialların məhkəmə ekspertizası rəyində göstərilmişdir ki, tədqiqata təqdim edilmiş “VAZ-21150” minik markalı, ** VN *** dövlət qeydiyyat nişanlı avtomobilin arxa sol yuxarı küncünə məxsus olması qeyd edilən göy metallik rəngli boya örtüklü plastik hissənin səthində qara rəngli polimer tərkibli sürtünmə izləri vardır. Həmin sürtünmələr tərkibinə görə təqdim edilmiş hər iki avtomobilin -“Vaz-21150” və “Seat Leon” markalı avtomobillərin plastik hissələrinin qara rəngli alt polimer qatı ilə uyğun olub ümumi cins mənsubiyyətinə malikdirlər.Təqdim edilmiş nümunələr üzərində bir-birinə, eləcə də başqa avtomobilə məxsus lak-boya izləri yoxdur. Cinayət işinin materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Kriminalistik Tədqiqatlar İdarəsi tərəfindən verilmiş 30 dekabr 2019-cu il tarixli, 19/525R nömrəli rəydə göstərilmişdir ki, ekspertizaya təqdim olunmuş a/m-in sükanı üzərindən 01 (bir) ədəd çöplü pambıq tamponda götürülmüş qanabənzər ləkə, a/m-in göstəricilər panelinin qoruyucu şüşəsi üzərindən 02 (iki) ədəd pambıq tamponda götürülmüş qanabənzər ləkələr və a/m-in sükanının hava yastığından kəsilmiş 03 (üç) ədəd fraqment üzərində olan qanabənzər ləkələr insana məxsus qan nümunələridir. Ekspertizaya təqdim olunmuş a/m-in sükanı üzərindən 01 (bir) ədəd çöplü pambıq tamponda götürülmüş qan nümunəsi, a/m-in göstəricilər panelinin qoruyucu şüşəsi üzərindən 02 (iki) ədəd pambıq tamponda götürülmüş qan nümunələri və a/min sükanının hava yastığından kəsilmiş 03 (üç) ədəd fraqment üzərində olan qan nümunələri Təqsirləndirilən şəxs məxsusdur. (eyni yumurta əkizi olmaqla) Cinayət işinin istintaq materiallarına əlavə edilmiş AD seriyalı 347066 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, “VAZ 21150” minik markalı, **- VN-*** dövlət qeydiyyat nişanlı avtomobil X11 məxsusdur. Cinayət işinin istintaq materiallarına əlavə edilmiş AD seriyalı 377536 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, “SEAT LEON” minik markalı, **- RJ-*** dövlət qeydiyyat nişanlı avtomobil X6 məxsusdur. Cinayət işinin istintaq materiallarına əlavə edilmiş 07.12.2018-ci il tarixdə verilmiş etibarnamənin surətindən görünür ki, X13 “SEAT LEON” minik markalı, **-RJ-*** dövlət qeydiyyat nişanlı avtomobili 07.12.2020-ci il tarixə kimi idarə Zərərçəkmiş şəxs2 etibar etmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş Qəbələ rayon Mərkəzi xəstəxanası tərəfindən verilmiş 06.12.2019-cu il tarixli 577 nömrəli «Sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə» protokolundan görünür ki, Təqsirləndirilən şəxs hadisə vaxtı ayıq olmuş, onda alkoqol qəbulu əlamətləri aşkar edilməmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş 27.12.2019-cu il tarixli Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya ETT Birliyi Qəbələ rayon şöbəsinin 25 saylı meyitin ekspertizası rəyindən görünür ki, “VAZ-21150” minik markalı **-VN-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü X15 ayıq vəziyyətdə olmuşdurlar. Cinayət işinin materiallarına əlavə edilmiş sürücülük vəsiqələrinin surətlərinə, eləcə də Qəbələ RPŞ-nin DYPB-dən daxil olmuş məlumata əsasən müəyyən edilmişdir ki, mövcud yol nəqliyyat hadisəsi zamanı hər iki avtomobilin sürücüsü, yəni Təqsirləndirilən şəxs və Xaqani Nəsirov avtomobili idarə etmə hüququ olmaqla idarə etmişdirlər. Cinayət işinin materiallarına əlavə edilmiş 27 avqust 2020-ci il tarixli ziyan aktından görünür ki, X8 oğlunun idarə etdiyi VAZ-21150 minik markalı ** VN *** dövlət qeydiyyat nişanlı avtomobilin 20 faiz hissəsi istismara yararlıdır, avtomobilin evvelki bazar qiyməti 5500 manatdır. Cinayət işinin materiallarına əlavə edilmiş 27 avqust 2020-ci il tarixli ziyan aktından görünür ki, Təqsirləndirilən şəxs idarə etdiyi “SEAT LEON” markalı avtomobilə ümumilikdə 10930 manat maddi ziyan dəymişdir. Beləliklə, məhkəmə və məhkəməyədək araşdırma zamanı toplanmış sübutlara məcmu halında qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs yol hərəkəti qaydalarını pozaraq ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olan yol nəqliyyat hadisəsi törətməsi zərərçəkmiş şəxsin hüquqi varisinin nümayəndəsinin və şahidlərin ifadələri, ekspertrəyləri, hadisə yerinə baxış protokolu və digər sübutlarla tam təsdiq edililr. Məhkəmə hesab edir ki, istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Belə ki, Azərbaycan Respublikası CM-in 263.2-ci maddəsinə əsasən, bu Məcəllənin 263.1-ci maddəsində nəzərdə tutulan əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda üç ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə iki ildən altı ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. “Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 15 noyabr 2013-cü il tarixli 5 nömrəli Qərarının 1-ci bəndində qeyd edilir ki, yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması ilə bağlı cinayətlərin geniş yayılması hərəkət təhlükəsizliyinin təmin edilməsini və yol-nəqliyyat hadisələrinin qarşısının alınması üçün təşkilati və təsiredici hüquqi tədbirlərin həyata keçirilməsini zəruri edir. Bununla bağlı məhkəmələrin diqqəti yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması cinayətlərinə dair işlərə obyektiv və keyfiyyətli baxılmasına, işin bütün hallarının tam və hərtərəfli araşdırılmasına, o cümlədən yol hərəkəti qaydalarını pozmuş şəxsin hadisədən bilavasitə əvvəl vəziyyətinin, psixoloji və sağlamlıq durumunun müəyyən edilməsinə, cinayətlərin törədilməsinə səbəb olmuş və şərait yaratmış halların aşkar edilməsinə, cinayət işləri üzrə qanuni, əsaslı və ədalətli qərarların qəbul edilməsinə yönəldilsin. Həmin Qərarın 21-ci bəndində qeyd edilir ki, yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasında təqsirləndirilən şəxslərə cəza təyin edilərkən məhkəmələr nəzərə almalıdırlar ki, cinayətin ağır nəticələrə səbəb olması CM-nin 263.2, 263.3, 263-1.3, 263-1.4, 351.2 və 351.3-cü maddələrinin dispozisiyasında cinayət tərkibinin zəruri elementi kimi nəzərdə tutulduğundan həmin nəticələrin mövcudluğu özü-özlüyündə CM-nin 61.1.2-ci maddəsinə istinad edilməklə cəzanı ağırlaşdıran hal hesab edilə bilməz. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş daha ciddi cəza növü və həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza cəzanın məqsədlərini təmin edə bilmir. Odur ki, məhkəmələr tərəfindən bu kateqoriyadan olan işlər üzrə işin cəzaya təsir edə biləcək bütün halları, o cümlədən təqsirləndirilən şəxsin əvvəllər yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar və ya hərəkət təhlükəsizliyi və nəqliyyat vasitələrinin istismarı qaydaları əleyhinə olan cinayətlər törədib-törətməməsi, buna görə onun inzibati məsuliyyətə cəlb edilməmiş sayılıb-sayılmaması və ya məhkumluğunun ödənilib-ödənilməməsi, inzibati və ya cinayət mühakimə icraatı qaydasında nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum edilib-edilməməsi, digər tərəfdən isə yol-nəqliyyat hadisəsinin baş verməsində zərərçəkmişin və ya yol hərəkətinin digər iştirakçılarının qarşılıqlı təqsirinin mövcudluğu, təqsirləndirilən şəxsin hadisədən sonrakı davranışı, onun hadisə yerindən qaçmayaraq zərərçəkmişə tibbi və ya digər yardım göstərməsi, yol-nəqliyyat hadisəsi nəticəsində zərər çəkmiş şəxsin təqsirkarın yaxın qohumu olması, təqsirləndirilən şəxsin özünün də hadisə nəticəsində xəsarət alması, onun tərəfindən maddi və mənəvi zərərin ödənilməsi və bu kimi sair hallar araşdırılmalı və cəza təyini zamanı nəzərə alınmalıdır. Beləliklədə, Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən, məhkəmə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarmağı məqsədəmüvafiq hesab edir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən hesab edir ki, aşağıdakılar nəzərə alınmalıdır. İşdə olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ-nin verdiyi cinayət işi üzrə yoxlamaya dair tələbnamədən aydın olur ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İşdə olan zərərçəkmiş şəxsin hüquqi varisi X24 tərəfindən məhkəməyə təqdim edilmiş və notarial qaydada təsdiq edilmiş ərizədən görünür ki, onun təqsirləndirilən şəxsə qarşı şikayət və tələbi yoxdur. İşdə olan zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 tərəfindən məhkəməyə təqdim edilmiş ərizələrdən görünür ki, onların təqsirləndirilən şəxsə qarşı şikayət və tələbləri yoxdur. İşdə olan zərərçəkmiş şəxsin hüquqi varisi X14 etibarnamə üzrə nümayəndəsi Şahid6 tərəfindən məhkəməyə təqdim edilmiş ərizədən görünür ki, onun təqsirləndirilən şəxsə qarşı şikayət və tələbi yoxdur. İşdə Qəbələ rayon İcra Hakimiyyəti Başçısının Qəbələ şəhər İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 30.01.2020-ci il tarixli 281 nömrəli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs ünvan 4 ünvanda yaşamaqla müsbət xarakterizə olunur. İşdə olan Qəbələ rayon İcra Hakimiyyəti Başçısının Qəbələ şəhər İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 30.01.2020-ci il tarixli, 281 nömrəli arayışdan görünür ki, Təqsirləndirilən şəxs ailə tərkibi aşağıdakı kimidir: həyat yoldaşı- X7, qızı- 2013-cü il təvəllüdlü X3 ibarətdir. İşdə olan “Doğum haqqında şəhadətnamələr”in surətindən görünür ki, Təqsirləndirilən şəxs 25 fevral 2013-cü il təvəllüdlü Zəhra və 19 sentyabr 2014-cü il təvəllüdlü Adəm adlı iki azyaşlı uşağı vardır. Məhkəmə Təqsirləndirilən şəxs əməlində hadisələrin təsadüfi axarı zəminində ilk dəfə olaraq ehtiyatsızlıqdan az ağır cinayətin törədilməsini, himayəsində azyaşlı uşağlarının olmasını, törətdiyi əməldən peşman olmasını, zərərçəkmiş şəxsin hüquqi varisi və zərərçəkmiş şəxslərlə barışıq əldə etməsini, onlara dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməsini, yaşayış yerindən müsbət xarakterizə olunmasını Azərbaycan Respublikası CM-nin 59.1.1, 59.1.4, 59.1.12, 59.1.13 və 59.2-ci maddələrinə əsasən cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran halların olmadığını müəyyən edir. Azərbaycan Respublikası CM-in 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yünşülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 nömrəli Qərarında nəzərdə tutulur ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Azərbaycan Respublikası CM-nin 60.1. maddəsinə əsasən, bu Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Məhkəmə yuxarıda göstərilənlərə əsasən, hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən halları, cəzasını ağırlaşdıran halların olmamasını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri, həmçinin AzərbaycanRespublikası CM-nin 60.1.-ci maddəsinin tələbləri nəzərə alınmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 263.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə cəzasının təyin edilməsini məqsədə uyğun sayır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikası CM-in 41.2-ci maddəsində deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cinayət törətmiş şəxsin fərdi xüsusiyyətlərinə, törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsinə və xarakterinə mütənasibdir və hazırkı halda həmin cəza, cəzanın məqsədini təmin edir. Azərbaycan Respublikası CM-nin 56.1.1 və 56.1.2-ci maddələrinə əsasən, azadlıqdan məhrum etmə növündə cəzanın ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq olmayan müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün-məntəqə tipli cəzaçəkmə müəssisələrində; qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün-ümumi rejimli cəza çəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Eyni zamanda məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsinin sanksiyasının göstərişinə əsasən, Təqsirləndirilən şəxs nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməlidir. Məhkəmə qeyd edir ki, zərərçəkmiş şəxsin hüquqi varisi X14 etibarnamə üzrə nümayəndəsi Şahid6 əvvəlki məhkəmə iclaslarında Seat Leon markalı, ** RJ *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsünün hadisə vaxtı kimin olduğunun düzgün müəyyən olunmadığını, əslində hadisə vaxtı avtomobilin sürücüsünün Zərərçəkmiş şəxs2 olduğunu, həmin avtomobilin sürücüsünün hadisə vaxtı içkili olduğunu qeyd etsə də, 04.08.2021-ci il tarixdə keçirilən məhkəmə iclasında zərərçəkmiş şəxsin hüquqi varisi X14 etibarnamə üzrə nümayəndəsi Şahid6 məhkəməyə X24 tərəfindən notarial qaydada təsdiqlənmiş ərizə təqdim etmiş, həmin notarial qaydada təsdiqlənmiş ərizədə X14 Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbinin olmadığını, ona yüngül cəza verilməsini məhkəmədən xahiş etmişdir. Eyni zamanda 05.08.2021-ci il tarixdə keçirilən məhkəmə iclasında zərərçəkmiş şəxsin hüquqi varisi X14 etibarnamə üzrə nümayəndəsi Şahid6 məhkəməyə ərizə təqdim edərək, Təqsirləndirilən şəxs heç bir şikayət və tələbinin olmadığını, gələcəkdə adı gedən şəxsdən heç bir şikayəti olmayacağını bildirmişlər. Göstərilən bu hallar hadisə zamanı Seat markalı avtomobilin sürücüsünün məhz Təqsirləndirilən şəxs olmasını təsdiq edir. Həmçinin ibtidai istintaq və məhkəmə istintaqı zamanı araşdırılmış hallarla müəyyən olunur ki, hadisə vaxtı Seat Leon markalı, ** RJ *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsünün hadisə vaxtı Təqsirləndirilən şəxs olmuşdur. Belə ki, cinayət işi üzrə aparılan istintaq zamanı və məhkəmə istintaqı zamanı dindirilmiş Təqsirləndirilən şəxs özünün, hadisə vaxtı Seat Leon markalı avtomobildə sərnişin qismində olmuş Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1, eləcə də hadisə baş verdikdən sonra ilk olaraq hadisə yerinə gəlmiş şəxslərdən iş üzrə şahid qismində dindirilmiş Şahid4 və Şahid5 ifadələrinə, bununla yanaşı Seat Leon markalı avtomobilin üzərindəki zədə izlərinin (avtomobilin qabaq sol tərəfi) Təqsirləndirilən şəxs aldığı xəsarətlərlə uyğunluq təşkil etməsinə, iş üzrə təyin edilmiş məhkəmə genetik espertizasının 30.12.2019-cu il tarixli, 19/525 saylı rəyinə, məhkəmə tibbi ekspertizasının 30 dekabr 2019-cu il tarixli 778 saylı və 16.03.2020-ci il tarixli 781 saylı rəylərinə əsasən qeyd olunan yol nəqliyyat hadisəsi zamanı Seat Leon markalı avtomobilin Təqsirləndirilən şəxs tərəfindən idarə olunduğu kifayət qədər sübuta yetirilmişdir. Belə ki, Təqsirləndirilən şəxs ifadəsində hadisə zamanı tanışı Zərərçəkmiş şəxs2 məxsus Seat Leon markalı, ** RJ *** dövlət qeydiyyat nişanlı avtomobili özünün idarə etdiyini, həmin vaxt Zərərçəkmiş şəxs2 isə qabaq sərnişin oturacağında əyləşdiyini bildirmişdir. Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 da ifadələrində həmin xüsusatı təsdiq etmişlər. Hadisə baş verdikdən sonra ilk olaraq hadisə yerinə gəlmiş şəxslərdən olan və iş üzrə şahid qismində dindirilmiş Şahid4 və Şahid5 ifadələrindən görünür ki, onlar hadisə yerinə gəldikdə Seat Leon markalı avtomobilin sürücüsünü ayağı sınmış vəziyyətdə sükan arxasında görmüşlər, sağ qabaq oturacaqdan düşən şəxsin isə alın nahiyyəsində xəsarət olmaqla hündür boylu imiş. Təqsirləndirilən şəxs barəsində olan məhkəmə tibbi ekspertizasının 781 saylı rəyindən də görünür ki, Təqsirləndirilən şəxs hadisə zamanı sol bud sümüyünün oynaq başının və budun orta 3/1-nin qəlpəli yerdəyişən sınığı, hər iki əllərin üst səthinin sıyrıqları kimi sağlamlığın uzun müddətə dayanqlı itirilməsinə səbəb olan sağlamlığa ağır zərər vuran xəsarətlər almışdır. Məhkəmə-tibbi ekspertizasının 778 saylı rəyindən isə görünür ki, hadisə zamanı Zərərçəkmiş şəxs2 başın alın-təpə nahiyyəsinin sıyrığı kimi sağlamlığa zərər vurmayan xəsarət almışdır. Eyni zamanda iş materiallarına əlavə edilmiş Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs2 aid şəxsiyyət vəsiqələrinin surətlərindən, eləcə də əyani şəkildə baxdıqda aydın görünür ki, Zərərçəkmiş şəxs2 Təqsirləndirilən şəxs xeyli hündür boyludur. Bu isə onu deməyə əsas verir ki, şahid qismində dindirilmiş Şahid4 və Şahid5 ifadələrində qeyd etdikləri, yəni hadisə yerinə gələrək, Seat Leon markalı avtomobilin sürücü yerində ayağı sınmış vəziyyətdə gördükləri şəxs Təqsirləndirilən şəxs, həmin avtomobilin sağ qabaq sərnişin oturacağından düşən hündür boylu və alın nahiyyəsində xəsarət olan şəxs isə Zərərçəkmiş şəxs2 olmuşdur. Həmçinin cinayət işinin materiallarına əlavə edilmiş 06 dekabr 2019-cu il tarixli, 576 və 577 saylı “sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə” protokollarından görünür ki, hadisə günü Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs2 hər ikisi sərxoşluğun müayinəsi üçün Qəbələ rayon mərkəzi xəstəxanasına təqdim edilmiş və onların sərxoşluq müayinəsindən keçirilərək ayıq olduqları müəyyən edilmişdir. Bununla yanaşı toplanmış digər istintaq materiallarından göründüyü kimi Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs2 hadisə günü sərxoş olmaları barədə, yəni onların spirtli içki, narkotik vasitə, psixotrop maddə və ya digər sərxoşedici maddələr qəbul etmələri barədə əsaslı şübhələr yaradan hallar aşkar edilməmişdir. Bundan əlavə məhkəmə o halı da nəzərə alır ki, əvvəlki məhkəmə iclaslarında Təqsirləndirilən şəxs və müdafiəçisi Müdafiəçi1 Təqsirləndirilən şəxs AR CM-nin 263.2-ci maddəsi ilə elan edilmiş ittihamın əsassız olduğunu, elan edilmiş ittihamla razı olmadıqlarını, belə ki, ittihamın ehtimallara əsaslandığını, heç bir əsaslı sübutun mövcud olmadığını bildirərək, iş üzrə Təqsirləndirilən şəxs barəsində cinayət təqibinə bəraətverici əsaslarla xitam verilməsini xahiş etmişdirlər. Lakin sonuncu məhkəmə iclaslarında Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslərə, zərərçəkmiş şəxsin hüquqi varisinə dəymiş ziyanın ödədiyini, zərərçəkmiş şəxslərin ondan heç bir şikayət və tələblərinin olmadığını nəzərə alaraq ona yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmə qeyd edir ki, ibtidai istintaq və məhkəmə istintaqından sonra Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışıq əldə etməsi, əməlindən səmimi peşman olmasını, məhkəmədən ona yüngül cəza verilməsini xahiş etməsi məhz onun özünü Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə təqsirli bilməsinə dəlalət edir. Həmçinin Təqsirləndirilən şəxs 05.08.2021-ci il tarixdə məhkəməyə ərizə ilə müraciət edərək 04.08.2021-ci il tarixdə müdafiəçisi Müdafiəçi1 tərəfindən verilmiş vəsatətə (çıxış mətninə) etirazını bildirmişdir. Belə ki, 04.08.2021-ci il tarixdə keçirilən məhkəmə iclasında Təqsirləndirilən şəxs vəkili Müdafiəçi1 çıxışında Təqsirləndirilən şəxs CMnin 263.2-ci maddəsində göstərilmiş əməldə təqsirliliyinin sübuta yetirilmədiyini, ümumiyyətlə əməlində hər hansı bir cinayətin tərkib əlamətlərinin olmaması əsaslarına görə bəraət hökmü çıxarılmasını xahiş etsə də, Təqsirləndirilən şəxs tərəfindən həmin çıxışa etiraz edilmiş, sonuncu zərərçəkmiş şəxslərlə və zərərçəkmiş şəxslərin hüquqi varisi ilə barışdığını, əməlindən peşman olmasını bildirərək ona yüngül cəza verilməsini xahiş etmişdir. Bu səbəbdən məhkəmə Təqsirləndirilən şəxs vəkili Müdafiəçi1 tərəfindən məhkəməyə təqdim edilmiş “Məhkəmə X1”nın 25 iyun 2021-ci il tarixli, 11 nömrəli ekspert rəyini sübut kimi qəbul etmir. Məhkəmə qeyd edir ki, məhkəmənin 04.05.2021-ci il tarixli qərarı ilə Qəbələ Rayon Məhkəməsinin icraatında olan 1(025)-11/2021 nömrəli cinayət işinin istintaqı ilə əlaqədar həmin cinayət işi üzrə şahidlər Şahid1 istifadəsində olan ***-***-**-**, Şahid2 istifadəsində olan ***-***-**-**, Şahid3 istifadəsində olan ***-***-**-**, Şahid7 istifadəsində olan ***-***-**-**, Şahid8 istifadəsində olan ***-***-**-**, Şahid9 istifadəsində olan ***-***-**-**, əlavə şahid X9 adına olan(050) 456-89-63, 462-53-59, 626-82-54, 646-09-88, 654-06-79, 880-21-60, Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-**, Zərərçəkmiş şəxs2 istifadəsində olan ***- ***-**-**, Zərərçəkmiş şəxs1 istifadəsində olan ***-***-**-** mobil nömrələrinin 06 dekabr 2019cu il tarixə saat 12:00-dan 23:00-dək olan müddət ərzində anten məlumatları və eləcə də həmin şəxslərin telefon siqnallarının bir birindən nə qədər məsafədə olması barədə məlumatlar və Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-**, Zərərçəkmiş şəxs2 istifadəsində olan ***-***-**-**, Zərərçəkmiş şəxs1 istifadəsində olan ***-***-**-** mobil nömrələrin06 dekabr 2019-cu il tarixə saat 12:00-dan 23:00-dək olan müddət ərzindədaxil olan və çıxan zənglərin siyahısının, həmçinin mesajların məzmunu müvafiq mobil operatorlardan ("xxxx" MMC, "xxxx" MMC və "xxxx" MMC) götürülməsi qərara alınmışdır. Sübutarın götürülməsi qərarının icrası nəticəsində "xxxx" MMC, "xxxx" MMC və "xxxx" MMC-dən cavab məktubları daxil olmuşdur. "xxxx" MMC-dən daxil olmuş cavab məktubda əlavə şahid X9 adına olan (050) 456-89-63, ***- **-** və ***-**-** saylı nömrənin qərarda göstərilən müddətdə SMS mətni aşkar edilməmişdir. Həmçinin şahidlər Şahid1, Şahid2, X17 və Şahid3 məxsus telefon nömrələrinin anten məlumatlarından görünür ki, onların anten məlumatları hadisə günü Ağdaş rayonuna məxsus anten məlumatlarını göstərir. Lakin məhkəmə qeyd edir ki, şahidlər Şahid1, Şahid2, X17 və Şahid3 məhkəmə iclaslarında hadisə vaxtı telefonlarının üzərində olmadığını qeyd etmişlər. Bu səbəbdən Şahid1, Şahid2, X17 və Şahid3 məhkəmə zamanı verdiyi ifadələr zamanı onların hadisə vaxtı telefonlarının üzərində olmadığını qeyd etmələrini, məhz bu səbəbdən də anten məlumatlarının hadisə yeri ilə uyğunluq təşkil etməməsini nəzərə alaraq, məhkəmənin 04.05.2021-ci il tarixli sübutların götürülməsi haqqında qərara əsasən "xxxx" MMC, "xxxx" MMC və "xxxx" MMC-dən daxil olmuş anten məlumatlarına məhkəmə tənqidi yanaşır. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin onun təqsirli bilindiyi 263.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə növündə əsas cəza, nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilmə növündə əlavə cəza təyin olunmalı, onun barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə CPM-in 346.1.19-cu maddəsinin tələbləri baxımından iş üzrə maddi sübutlar məsələsini həll edərkən, maddi sübut qismində tanınmış və Qəbələ şəhərində yerləşən fərdi avtomobillərə texniki xidmət stansiyasında duracaqda saxlanılan “VAZ-21150” minik markalı, ** VN *** dövlət qeydiyyat nişanlı və «Seat Leon» minik markalı ** RJ *** dövlət qeydiyyat nişanlı avtomobillər hökm qanuni qüvvəsini aldıqdan sonra sahiblərinə (zərərçəkmiş şəxsin hüquqi varisinə) geri qaytarılmalıdır. İş üzrə ekspertiza xərci 658,46 (altı yüz əlli səkkiz manat qırx altı) manat Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilməlidir. «Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında» 07 mart 2012-ci il tarixli Azərbaycan Respublikası Qanununun 99-1.2-ci maddəsinə görə məhkəmə, hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli olan əmlakın olub-olmaması məsələsini həll etməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.1 və 99-1.1.1-ci maddəsinə əsasən məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) Xüsusi müsadirə olunan əmlak hesab olunur. Məhkəmə xüsusi müsadirə ilə bağlı məsələni müzakirə edərək hesab edir ki, iş üzrə belə bir əmlak olmadığından təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə ilə bağlı müddəa tətbiq edilməməlidir. İş üzrə mülki iddia yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 44.1; 344-347; 349; 351-353, 356, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və 2 (iki) il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, 4 (dörd) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin, cəzaçəkmə müddətinin əvvəli məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata düşdüyü vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış və Qəbələ şəhərində yerləşən fərdi avtomobillərə texniki xidmət stansiyasında duracaqda saxlanılan “VAZ-21150” minik markalı, ** VN *** dövlət qeydiyyat nişanlı və Seat Leon minik markalı ** RJ *** dövlət qeydiyyat nişanlı avtomobillər hökm qanuni qüvvəsini aldıqdan sonra sahiblərinə (zərərçəkmiş şəxsin hüquqi varisinə) geri qaytarılsın. İş üzrə məhkəmə xərci 658,46 (altı yüz əlli səkkiz manat qırx altı) manat Təqsirləndirilən şəxs alınaraq Dövlət büdcəsinə keçirilsin. (büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu 3, X10, kod 210005, VOEN **********, müxbir hesab AZE41 NABZ********************, SFİFTBİK: CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi, VÖEN **********, hesab AZ34CTRE********************). Hökm elan olunduğdan 20 (iyirmi) gün müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökm apellyasiya şikayəti və ya protesti verilmədikdə, həmin müddət başa çatdıqdan sonra qüvvəyə minir. Sədrlik edən: Abbas Əliyev
Məhkəmə qərarları › İş №1(025)-11/2021
Qəbələ Rayon Məhkəməsi Hökm — İş №1(025)-11/2021
05.08.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver