Azərbaycan Respublikası adından HÖKM Qəbələ şəhəri İş № 1(025)-11/2022 08.06.2022 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim İsayev Elman Bəhruz oğlunun sədrliyi, məhkəmə iclasının katibi Tahirova Ləman Kamran qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçi – Qəbələ rayon Vəkil Bürosunun vəkili Müdafiəçi və təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1965-ci ildə Qəbələ rayonu, Çuxur Qəbələ kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, Qəbələ rayonu, Çuxur ünvan 1 ünvanında yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş - Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə 15 yanvar 2022-ci il tarixdə saat 14 radələrində Zərərçəkmiş şəxs məxsus Qəbələ rayonu, Zarağan kəndi ərazisində yerləşən gələcəkdə restoran kimi fəaliyyəti nəzərdə tutulmuş yarımtikili obyektin ərazisinə metal torlu hasardan keçməklə, daha sonra qanunsuz daxil olduqdan sonra həmin ərazidəki birmərtəbəli yarımtikili obyektin içərisinə pəncərədən keçməklə qanunsuz daxil olaraq əvvəlcə oradan divardan asılmış vəziyyətdə olan yük altında olmayan 50 metr uzunluğunda, 4 mm diametrində 20 (iyirmi) manat dəyərində mis tərkibli elektrik naqilini, bundan sonra 19 yanvar 2022ci il tarixdə saat 14 radələrində həmin əraziyə eyni qaydada qanunsuz daxil olaraq yarımtikili obyektin içərisindən dəyəri 450 (dörd yüz əlli) manat təşkil edən bir ədəd dəzgaha aid qoşulu vəziyyətdə olmayan 7 kilovatlıq elektrik motorunu, sonuncu dəfə isə 21.01.2022-ci il tarixdə saat 14 radələrində həmin əraziyə eyni qaydada qanunsuz daxil olaraq ərazidə yerləşən çardağın içərisindən soyuducunun üzərindən 60 (altmış) manat dəyərində motoru söküb götürməklə və ərazidə dəzgahın üzərində qoşulu vəziyyətdə olan 450 (dörd yüz əlli) manat dəyərində bir ədəd 7 kilovatlıq elektrik motorunu söküb götürməklə, ümumilikdə isə Zərərçəkmiş şəxs məxsus 980 (doqquz yüz səksən) AZN dəyərində əmlakı vahid niyyətlə əhatə olunmuş qəsdlə gizli yolla talayıb əvəzsiz və qanunsuz olaraq ələ keçirdikdən sonra, həmin əmlaklardan soyuducu motorunu, 50 metr uzunluğunda əridilmiş mis tərkibli elektrik naqilini və bir ədəd 7 kilovatlıq elektrik motorunu Qəbələ şəhər Elçin Kərimov küçəsində yerləşən həmin əmlakların oğurluq yolla əldə edilməsindən məlumatı olmayan metal qəbul edən Şahid2 sataraq oğurluq cinayətini törətmişdir. Təqsirləndirilən şəxs məhkəmə iclasında ona Azərbaycan Respublikası CM-nin 177.2.3cü maddəsi ilə elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, ünvan 2 ünvanında yaşayır. Zərərçəkmiş şəxs təxminən 6-7 ildir ki tanıyır. Onunla heç bir ədavəti yoxdur. Zərərçəkmiş şəxs məxsus rayonun Zarağan kədni ərazisində yerləşən yeni tikilməkdə olan obyektdə usta kimi 2021-ci ilin yay aylarında işləmişdir. Onunla birlikdə həmin obyektdə tanımadığı digər ustalar da işləmişdir. Həmin obyektdə qaynaq işlərini görmüşdür. Həmin obyektdə işləyən zaman obyektin içərisində soyuducunu, iki ədəd elektrik motorunu və elekrik naqillərinin olduğunu görmüş, yəni bu barədə məlumatı var imiş. 2022-ci ilin yanvar ayında maddi imkanı zəif olduğuna görə sözü gedən obyektdən soyuducunun motorunu, iki ədəd elektrik motorunu və elektrik naqillərini oğurlayıb sataraq pul əldə etmək qərarına gəlmişdir. Belə olub ilk dəfə 15 yanvar 2022-ci il tarixdə saat təxminən 14 radələrində əvvəllər işlədiyi rayonun Zarağan kəndi ərazisində yerləşən Zərərçəkmiş şəxs məxsus yarımtikili obyektə tək şəkildə getmişdir. Obyektin içərisində olan saxlanc yerinə daxil olaraq oradan divardan asılmış vəziyyətdə olan təxminən uzunluğu 50 metr təşkil edən mis elektrik naqilini əlinə götürmüş, həmin vaxt elektrik naqilini özü ilə birlikdə obyektdən çölə çıxartmış, obyektin arxasına keçərək ocaq yandırmış və elektrik naqilini həmin ocaqda əridərək mis əldə etmişdir. Əldə etdiyi mis materialını Qəbələ şəhəri ərazisində dəmir alan şəxs olan Şamo adlı şəxsə 23 manata satmışdır. Həmin pulu xərcləyib qurtardıqdan sonra obyektdə olan elektrik motorlarını və soyuducunun motorunu oğurlamaq üçün 19 yanvar 2022-ci il tarixdə saat təxminən 14 radələrində həmin obyektdə getmiş, obyektin içərisində həmin otaqda saxlanılan elektrik motorunu özü ilə gətirdiyi torbaya salmış və ağır olduğu üçün qaldırmadan sürüyərək dartıb obyektin qarşısına gətirmiş, oradan taksi şirkəti sayılan *4040 xidmətinə zəng edərək tanımadığı taksini çağırmış, həmin torbanı içərisində elektrik motoru ilə birlikdə taksinin baqaj hissəsinə qoymuş, həmin vaxt ona taksi sürücüsü də köməklik etmişdir. Həmin elektrik motorunu gətirib yaşadığı binanın padval hissəsinə qoymuş ki, sonradan satıb pul əldə etsin. Üçüncü dəfə isə yenidən 21.01.2022-ci il tarixdə həmin obyektə gedərək əvvəlcədən gördüyü və oğurlamağı əvvəlcədən planlaşdırığı ilk dəfə oğurladığı elektrik motoruna bənzəyən digər elektrik motorunu, eləcə də həmin ərazidə yerləşən çardaqın içərisində olan soyuducunun motor hissəsini sökərək eyni qaydada özü ilə gətirdiyi ağ rəngli torbaya qoyub obyektdən çölə çıxartdıqdan sonra əlində apararaq Şamo adlı şəxsin yanına gətirmiş, Şamo adlı şəxsə soyuducunun motorunu və elektrik motorunu 30 manat müqabilində satmışdır. Daha sonra onu polis şöbəsinə dəvət edən zaman etdiyi oğurluq əməlini səmimi etiraf etmişdir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi onun özünün etirafedici ifadəsindən başqa, şahidlərin ifadələri, ekspert rəyi, həmçinin cinayət işinin digər materialları ilə tam sübuta yetirilir. Belə ki, məhkəmə iclasında Şahid1 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs 2020-ci ilin yay aylarından etibarən onun vasitəsi ilə rayonun Zarağan kəndi ərazisində obyekt tikdirməyə başlamışdır. Həmin obyekt 50 sot ərazidə yerləşməklə kənarları setka hasarla, eləcə də digər tikililərlə bağlıdır. Həmin obyekt kafe, eləcə də restoran kimi nəzərdə tutulmuşdur. Həmin yarımtikili vəziyyətdə olan obyektin içərisində müxtəlif avadanlıqlar, o cümlədəm elektrik motorları, soyuducu, həmçinin elektrik naqilləri vardır ki. onların oğurlandığını 07.02.2022-ci il tarixdə aşkar edərək obyektin sahibi Zərərçəkmiş şəxs bu barədə məlumat vermişdir. Zərərçəkmiş şəxs da ona etibarnamə verdiyinə görə bildirmiş ki, Qəbələ RPŞ-yə ərizə ilə müraciət etsin. Belə olub 07.02.2022-ci il tarixdə Qəbələ RPŞ-yə ərizə ilə müraciət edərək sözü gedən rayonun Zarağan kəndi ərazisində yerləşən yarımtikili obyektin içərisindəki saxlanc yeri hesab edilən otaqdan iki ədəd hər birinin dəyəri 300 manat olan elektrik motorunun, bir ədəd soyuducunun motor hissəsinin, eləcə də təxminən 50 metr uzunluğunda elektrik naqilinin naməlum şəxs və ya şəxslər tərəfindən oğurlandığını bildirmişdir. Həmin elektrik motorları obyektin içərisində olmaqla elektriklə işləyən motorlar imiş, elektrik naqili isə divardan topa şəkildə asılmış vəziyyətdə imiş. Soyuducunun motor hissəsi isə elə soyuducunun üzərində imiş, motor soyuducunun alt hissəsindən sökülərək götürülmüşdür. Lakin sonradan ona məlum olmuş ki, həmin oğurluq hadisəsini törədən şəxsi polis əməkdaşları aşkar etmişlər. Həmin əşyaları oğurlayan şəxs isə Təqsirləndirilən şəxs adlı şəxsdir ki, həmin şəxs 2021-ci ilin yay aylarında həmin obyektdə qaynaq işlərini görmüş və buna görə onun gördüyü işlərin müqabilində verilməli olan pul verilmişdir, yəni ona heç bir borc qalmamışdır. Təqsirləndirilən şəxs icazəsiz olaraq həmin obyektə arxa hissədən qanunsuz daxil olmuşdur. Qeyd etdiyi nəzarətində olan obyektdən əlavə heç bir əmlak oğurlanmamışdır. Məhkəmə iclasında Şahid2 ifadəsində göstərmişdir ki, Qəbələ şəhər ərazisində Elçin Kərimov küçəsi ərazisində Şahid3 məxsus metal qəbul edilən yerdə fəhlə kimi işləyir. 2022-ci ilin yanvar ayının ortalarında Təqsirləndirilən şəxs adlı şəxs işlədiyi obyektə üç dəfə gətirib müxtəlif əşyalar satmışdır. Həmin əşyaları elə özü almışdır. İlk dəfə Təqsirləndirilən şəxs sirkul elektrik motoru gətirib satmış, həmin sirkul elektrik motorunu 30 manat müqabilində Elmandan almış, təxminən yanvar ayının ortalarında yenidən Təqsirləndirilən şəxs işlədiyi yerə gələrək təxminən 800 qram elektrik mis naqili gətirib satmış və qarşılığında Elmana 9 manat vermişdir. Bundan təxminən 6 gün sonra isə Təqsirləndirilən şəxs yenidən onun işlədiyi yerə soyuducunun yararsız motorunu gətirib 5 manat müqabilində satmışdır. Ümumilikdə 44 manat pulu Təqsirləndirilən şəxs vermişdir. Qeyd edilən əşyaların alınmasında iştirak etsə də həmin əşyaların oğurluq olması barədə heç bir məlumatı olmamışdır. Təqsirləndirilən şəxs ona satdığı əşyaları polisə təqdim etmişdir. Həmin elektrik motorunun üst hissəsini tanımadığı dəmir alan şəxslərə xatırlamadığı qiymətə satmış, lakin içərisindəki val hissəsi qalmışdır ki, onu da polisə təqdim etmişdir. Təqsirləndirilən şəxs ona satdığı elektrik motoru ağır imiş və ona polis şöbəsində göstərilən, yəni Təqsirləndirilən şəxs oğurladığı digər elektrik motoru ilə eynilik təşkil etmişdir. Məhkəmə iclasında Şahid3 ifadəsində göstərmişdir ki, Qəbələ şəhər ərazisində Elçin Kərimov küçəsi ərazisində metal qəbul etməklə məşğul olur. İşlətdiyi həmin obyektdə Şahid2 adlı fəhlə də işləyir. 2022-ci ilin yanvar ayının ortalarında dəqiq xatırlamadığı tarixdə Qəbələ şəhəri M.Abdıyev küçəsində yaşayan Təqsirləndirilən şəxs adlı şəxs işlətdiyi obyektə üç dəfə gətirib müxtəlif əşyalar satmışdır. Həmin əşyaları özü deyil, işçisi Şahid2 almışdır. Şahid2 ilk dəfə Təqsirləndirilən şəxs sirkul elektrik motoru gətirib satmış, həmin sirkul elektrik motorunu işçisi Şaban 30 manat müqabilində almışdır, təxminən yanvar ayının ortalarında yenidən Təqsirləndirilən şəxs işçisi Şaban adlı şəxsə təxminən 800 qram elektrik mis naqili gətirib satmış və qarşılığında 9 manat vermişdir. Bundan təxminən 6 gün sonra isə Təqsirləndirilən şəxs yenidən Şabana soyuducunun yararsız motorunu gətirib 5 manat müqabilində satmışdır. Qeyd edilən əşyaların alınmasında iştirak etməmişdir. Həmin vaxt işçisi Şahid2 iş yerində olmuşdur. Şahid2 həmin əşyaların oğurluq olması barədə heç bir məlumatı olmamışdır. İş üzrə zərərçəkmiş şəxs mülki iddiaçı Zərərçəkmiş şəxs məhkəməyə teleqram ünvanlayaraq, istintaqda verdiyi ifadəsini təsdiq etmiş, xəstəliyinin müalicəsi ilə bağlı çağırışa gələ bilmədiyini göstərmiş, təqsirləndirilən şəxs barəsində qanuna müvafiq tədbir görülməsini və işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 04 may 2022-ci il tarixli, 9/2317 saylı rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş 7 kolovatlıq elektrik motorunun 1 ədədinin qiymətinin 450 manat olduğu, soyuducunun motorunun 1 ədədinin 60 manat olduğu və 50 metr uzunluğunda 4 mm-lik elektrik naqilinin 1 metrinin qiymətinin 0,40 manat olduğu, ümumilikdə isə iki ədəd elektrik motorunun qiymətinin 900 manat, 50 metr uzunluğunda 4 mm-lik elektrik naqilinin dəyərinin 20 manat və soyuducunun motorunun 60 manat olmaqla, ümumilikdə göstərilən malların istismar müddəti və istismar intensivliyi parametrlərinə uyğun olaraq 2022-ci ilin yanvar ayına olan orta bazar qiyməti 980,0 manat müəyyən edilmişdir. İşdə olan Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş 18.03.2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. Beləliklə, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, Təqsirləndirilən şəxs özünün ibtidai istintaq və ilkin məhkəmə baxışı zamanı verdiyi etirafedici ifadələri, şahidlərin ibtidai istintaq zamanı və ilkin məhkəmə baxışı zamanı verdikləri ifadələri, ekspert rəyi, digər iş materialları ilə onun yaşayış sahəsinə, binaya, ambara və ya başqa saxlanc yerinə qanunsuz daxil olub özgə əmlakını gizli yolla talayaraq oğurluq cinayətin törətməsi tamamilə sübuta yetirildi. Onun əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə tövsif edilmişdir və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən, Azərbaycan Respublikası CM-nin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs əməlini könüllü etiraf edərək səmimi peşimançılıq hissi keçirməsini, ailəli olmaqla ailəsinə yeganə qazanc gətirən şəxs olmasını, yaşadığı yer üzrə müsbət xarakterizə olunduğunu, oğurladığı əşyalardan bir ədəd yeddi kilovatlıq elektrik motorunun və bir ədəd soyuducu motorunun təhvil verilməklə 510 (beş yüz on) manat dəyərində ziyanın zərərçəkmiş şəxsə ödəməsini cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə iclasında Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hal müəyyən edilmədi. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinə əsasən, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla, daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası CMnin 177.2.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən həbsdə olduğu müddət, yəni 02 (iki) gün həbsdə saxlamanın müddəti də nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinin tələbinə görə hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Göstərilənləri nəzərə alaraq, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs 17 mart 2022-ci il tarixdən 19 mart 2021-ci il tarixədək həbsdə olduğu müddət, yəni 02 (iki) gün həbsdə saxlamanın müddəti ona təyin ediləcək azadlığın məhdudlaşdırılması cəzasından bir günə iki gün hesabı ilə çıxılmalıdır. Təqsirləndirilən şəxs yaşadığı yeri axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Qəbələ rayon ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirməlidir. Təqsirləndirilən şəxs üzərinə kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi qoyulmalıdır. İş üzrə zərərçəkmiş şəxs mülki iddiaçı Zərərçəkmiş şəxs iddia ərizəsi ilə məhkəməyə müraciət edərək mülki cavabdeh Təqsirləndirilən şəxs onun xeyrinə ona vurulmuş maddi ziyan kimi 800 (səkkiz yüz) manat məbləğində pulun tutularaq ödənilməsini məhkəmə hökmü ilə müəyyən edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 354-cü maddəsinə əsasən, məhkəmənin hökmündə mülki iddianın əsaslarının və məbləğinin sübuta yetirilməsindən asılı olaraq, iddianın tam və ya qismən təmin edilməsi, rədd edilməsi və baxılmamış saxlanılması barədə qərarlardan biri əks etdirilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 186.1-ci maddəsinə əsasən, cinayət mühakimə icraatı zamanı mülki iddia vermiş şəxs məhkəmə, hökm çıxarmaq üçün müşavirə otağına gedənədək cinayət təqibi üzrə icraatın istənilən anında digər şəxslərin hüquqları və qanuni mənafeləri pozulmursa, iddiadan imtina etməyə haqlıdır. Həmin Məcəllənin 186.2-ci maddəsinə əsasən isə məhkəmə tərəfindən mülki iddiadan imtina edilməsinin qəbulu cinayət mühakimə icraatı zamanı mülki iddia üzrə icraata xitam verilməsinə səbəb olur və müvafiq şəxsləri cinayət mühakimə icraatında təkrar iddia vermək hüququndan məhrum edir. Məhkəmə, mülki iddiaçı Zərərçəkmiş şəxs iddia ərizəsini işin halları və Təqsirləndirilən şəxs həmin hallar barəsində verdiyi ifadələri ilə müqayisəli tədqiq edib hesab edir ki, onun iddiası hazırki cinayət işi üzrə Təqsirləndirilən şəxs elan edilmiş ittihamdan kənara çıxdığından təmin edilə bilməz. Əks halda məhkəmə, Təqsirləndirilən şəxs elan olunmuş ittihamın həcmini ağırlaşdırmış olardı. Bu səbəbdən də məhkəmə, mülki iddiaçı Zərərçəkmiş şəxs ona dəymiş, ümumilikdə 800 manat məbləğində pulun Təqsirləndirilən şəxs tutularaq, ona ödənilməsi barədə iddia ərizəsi baxılmamış saxlanılmasını və ona həmin tələblə mülki mühakimə icraatı qaydasında məhkəməyə iddia vermək hüququnun olmasının izah edilməsini əsaslı sayır. Qəbələ Rayon Polis Şöbəsində saxlanılan iş üzrə maddi sübut olan bir ədəd yeddi kilovatlıq elektrik motoru, bir ədəd soyuducu motoru, yeddi kilovatlıq elektrik motorunun val hissələri və əridilmiş vəziyyətdə olan 800 (səkkiz yüz) qr çəkidə mis tərkibli elektrik naqili hökm qanuni qüvvəyə mindikdən sonra Zərərçəkmiş şəxs qaytarılmalıdır. İş üzrə aparılmış məhkəmə ekspertizasının dəyəri 50 (əlli) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Dövlət Büdcəsinə keçirilməlidir. Məhkəmə müsadirə ilə bağlı məsələni araşdırır və hazırkı cinayət işi üzrə müsadirə olunmalı olan əmlak aşkar edilmədiyindən xüsusi müsadirə ilə bağlı tədbirin tətbiq olunmasını məqsədə müvafiq hesab etmir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197- 198, 344-349, 351-353, 356-358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsininin 177.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, 03 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs həbsdə olduğu 02 (iki) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən bir günə iki gün hesablanmaqla 04 (dörd) gün ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və üzərində qəti olaraq 02 (iki) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəza çəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə İcra və probasiya şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs yaşadığı yeri axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Qəbələ rayon ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirsin. Təqsirləndirilən şəxs üzərinə kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Qəbələ Rayon Polis Şöbəsində saxlanılan iş üzrə maddi sübut olan bir ədəd yeddi kilovatlıq elektrik motoru, bir ədəd soyuducu motoru, yeddi kilovatlıq elektrik motorunun val hissələri və əridilmiş vəziyyətdə olan 800 (səkkiz yüz) qramm çəkidə mis tərkibli elektrik naqili hökm qanuni qüvvəyə mindikdən sonra Zərərçəkmiş şəxs qaytarılsın. İş üzrə aparılmış məhkəmə ekspertizasının dəyəri 50 (əlli) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Dövlət Büdcəsinə keçirilsin. Mülki iddiaçı Zərərçəkmiş şəxs ona dəymiş, ümumilikdə, 800 (səkkiz yüz) manat məbləğində pulun Təqsirləndirilən şəxs tutularaq ona ödənilməsi barədə iddia ərizəsi baxılmamış saxlanılsın və ona həmin tələblə mülki mühakimə icraatı qaydasında məhkəməyə iddia vermək hüququnun olması izah edilsin. Hökmdən, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hakim: Elman İsayev
Məhkəmə qərarları › İş №1(025)-11/2022
Qəbələ Rayon Məhkəməsi Hökm — İş №1(025)-11/2022
08.06.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver