Məhkəmə qərarları › İş №1(025)-12/2022

Qəbələ Rayon Məhkəməsi Hökm — İş №1(025)-12/2022

01.06.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Qəbələ şəhəri İş № 1(025)-12/2022 01.06.2022 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Abbas Baba oğlunun sədrliyi, məhkəmə iclas katibi Qafarlı Yelmar Elman oğlunun katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikasının Baş X1 Müdafiəsi İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Qəbələ rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə xx.xx.1962-cı il təvəllüdlü, Azərbaycan Respublikası, Qəbələ rayonu Zarağan kəndində anadan olmuş, Rusiya Federasiyası vətəndaşı, orta təhsilli, işsiz, evli, Qəbələ rayon Zarağan kəndində müvəqqəti qeydiyyatda olmaqla yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinin materiallarına açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 2021-ci ilin yay aylarında istintaqa dəqiq məlum olmayan tarixdə Qəbələ rayonunun Bayramkoxa kəndində yerləşən “Ferma yolu” adlanan yerdə su arxının kənarında yabanı halda bitmiş, tərkibində narkotik maddələr olan çətənə(kannabis) bitkisinin yarpaqlarını yığaraq qurudub, kustar üsulla hazırlamaqla satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda əldə etdiyi və özündə saxladığı ümumilikdə təmiz çəkisi 878.83 qram olmaqla külli miqdarda narkotik vasitə-qurudulmuş marixuananın01 ədəd kibrit qutusunda üzərində gəzdirdiyi təmiz çəkisi 3,83 qram olan hissəsio, 22 fevral 2022ci il tarixdə saat 14:30 radələrində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinərək Qəbələ rayon polis şöbəsinin əməkdaşları tərəfindən rayonun Zarağan kəndinin mərkəzində saxlanılıb Qəbələ rayon polis şöbəsinə gətirilməklə üzərinə şəxsi axtarış və götürmə keçirilən zaman əyinindəki şalvarın qabaq sağ cibindən, təmiz çəkisi 875,00 qram olan hissəsi isəhəmin gün Qəbələ rayon məhkəməsinin 07 fevral 2022-ci il tarixli 5(025)- 5/2022 nömrəli qərarı əsasında onun yaşadığı Qəbələ rayon Zarağan kəndindəki evinə baxış keçirilən zaman 01 ədəd sellafon torbaya bükülmüş vəziyyətdə yaşadığı evin yataq otağında yorğan-döşəklərin arxasında gizlədərək saxladığı yerdən aşkarlanaraq götürülmüşdür. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin (CPM) 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə protokollarını, ekspertiza rəylərini və digər sənədləri sübut növü kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, təqsirləndirilənşəxs Təqsirləndirilən şəxsəməlində cinayət tərkibi vardır, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə tövsif olunmuşdur. Belə ki, məhkəmə iclasında ifadə verərkən Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilərək göstərdi ki, Qəbələ rayon Zarağan kəndində yaşayır, heç bir yerdə işləmir, fərdi təsərrüfatla məşğul olur. 2016-cı ildən Azərbaycana gəlmiş və həmin tarixdən Qəbələ rayonu Zarağan kəndində yaşayır. Təxminən 1980-ci il tarixdən narkotik vasitə olan marixuananı istifadə edir. Qəbələ rayonunda olduğu müddətdə narkotik vasitəni yabanı olaraq yığaraq qurudub istifadə edir. Belə ki, 2021-ci ilin yay aylarında Qəbələ rayon Bayramkoxa kəndində ferma yolu adlanan yerdən arxın kənarından yabanı halda bitmiş narkotik vasitə olan marixuananı yığaraq həyətyanı sahəsində qurutmuş, sonra həmin qurudulmuş kütləni sellofan torbaya qoyaraq yaşadığı evin yataq otağında yorğan-döşəklərin arxasına qoymuş, həmin narkotik vasitədən bir qədər götürüb kibrit qutusuna qoyaraq oradan da çəkərək istifadə edirmiş. 21.02.2022-ci il tarixdə həmin narkotik vasitədən bir kibrit qutusu miqdarında götürərək kibrit qutusunun içərisinə yığmış, narkotik vasitə olan sellofan torbanın ağzını bağlayaraq yapışqan lent vurmuşdur. İçərisinə çəkim üçün marixuana qurusu yığdığı kibrit qutusunu isə əynindəkli şalvarının cibinə qoymuşdur. 22.02.2022-ci il tarixdə saat təxminən 14 radələrində özünə məxsus Mercedes markalı ** XK *** dövlət nömrə nişanlı avtomobili ilə Qəbələ rayon Zarağan kəndinin mərkəzinə işıq pulu ödəmək üçün gəlirmiş. Dünəndən götürdüyü kibrit qutusundakı narkotik vasitə də şalvarının sağ cibində olmuşdur. Saat təxminən 14:30 radələrində Zarağan kəndində yerləşən Bazarstore mağazasının qarşısında olan zaman polis əməkdaşları onu saxlamış, üzərində narkotik vasitə olduğundan şübhələndiklərini bildirmişlər. Onlara üzərində narkotik vasitə olduğunu, lakin camaat arasında təqdim edə bilməyəcəyini, polis şöbəsində təqdim etmək istədiyini bildirmişdir. Belə olub polis əməkdaşları ilə birlikdə şəxsi avtomobili ilə polis şöbəsinə gəlmişlər. Şöbənin həyətində tanımadığı 2 nəfər hal şahirlərinin və dövlət tərəfindən təyin edilmiş özünün könüllü seçdiyi müdafiəçinin iştirakı ilə üzərinə və avtomobilinə videoçəkilişlə və fotoşəkillər çəkməklə baxış etmişlər, şalvarının sağ cibində olan bir ədəd kibrit qutusunu polis əməkdaşlarına təqdim etmiş, baxış zamanı kibrit qutusunun içərisində narkotik vasitə aşkar edilmiş, kibrit qutusunda olan narkotik vasitə elektron tərəzidə çəkilmiş vəçəkisinin kibrit qutusu ilə birgə 6.1 qram olduğu müəyyən edilmişdir. Avtomobilində marixuana saxlamadığı üçün heç nə aşkarlanmamışdır.Üzərinə və avtomobilinə axtarış-baxış keçiriləndən sonra bu barədə protokol tərtib edilmiş, oxunmuş, protokol özü, müdafiəçisi, hal şahidləri və iştirak edən digər polis əməkdaşları tərəfindən imzalanmışdır.Bundan sonra üzərinə axtarış aparan polis əməkdaşları ondan yaşadığı evdə də narkotik vasitə olub-olmadığını soruşduqda evində də narkotik vasitə olduğunu bildirmişdir.Polis əməkdaşları həmin narkotik vasitəni təqdim edə biləcəyini soruşduqda könüllü olaraq təqdim də biləcəyini demiş, sonra yaşadığı Zarağan kəndindəki evində polis əməkdaşları məhkəmə qərarı əsasında iki nəfər tanımadığı hal şahidlərinin və müdafiəçisinin iştirakı ilə fotoşəkillər çəkməklə və videoçəkiliş aparmaqla axtarış aparan zaman evin girişindəki pilləkəndən sağdan birinci otaqda yorğan-döşəyin arxasında gizlədib saxladığı göy rəngli sellofan torbada içərisində narkotik vasitə olan qurudulmuş marixuananıtəqdim etmişdir. Həmin narkotik vasitə elektron tərəzidəçəkilmiş, çəkisinin 887 qram olduğu müəyyən edilmişdir. Yaşadığı evə axtarış keçiriləndən sonra bu barədə protokol tərtib edilmiş, oxunmuş, protokol özü, müdafiəçisi, hal şahidləri və iştirak edən digər polis əməkdaşları tərəfindən imzalanmışdır. Həmin narkotik vasitəni 2021-ci ilin yay aylarında Qəbələ rayon Bayramkoxa kəndində, ferma yolu adlanan yerdən, arxın kənarından yabanı halda bitmiş narkotik vasitə olan marixuananı yığaraq həyətyanı sahədə qurutmaqla əldə etmişdir. 1980-ci illərdən narkotik vasitə istifadəçisi olduğundan narkotik vasitəni ancaq öz istifadəsi üçün əldə etmiş, heç kimə narkotik vasitə satmamış, bağışlamamışdır. Narkotik vasitəni yığaraq qurudub saxlamağından heç kimin xəbəri olmamışdır. Polis əməkdaşları və ya qeyri kimsətərəfindən saxlanılarkən heç bir fiziki zor tətbiq edilməmişdir. Sonda Təqsirləndirilən şəxs törətdiyi əməldən çox peşiman olduğunu bildirdi və məhkəmədən ona yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərdi ki, 22 fevral 2022-ci il tarixdə Rusiya Federasiyası vətəndaşı, Qəbələ rayon Zarağan kəndində yaşayan Təqsirləndirilən şəxs Qəbələ rayon Zarağan kəndinin mərkəzində olması, onun narkotik vasitə olan marixuananı əldə edib, hazırlayıb, daşımaqla saxlamaqda şübhəli olmasına dair daxil olmuş məlumat əsasında həmin gün saat 14:30 radələrində Qəbələ RPŞ-nin NQM-nin əməliyyat müvəkkili Şahid3, baş əməliyyat müvəkkili Elçin İsmayılovla birlikdə Zarağan kəndinin mərkəzində Təqsirləndirilən şəxs idarə etdiyi Mercedes Benz C230 minik markalı, ** XK *** dövlət qeydiyyat nişanlı avtomobillə hərəkətdə olduğunu görərək avtomobilini işarə edərək saxlatmışlar. Təqsirləndirilən şəxs avtomobilindən yerə düşdükdə ona yaxınlaşıb özlərini təqdim edərək ona narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirmişlər. Üzərində avtomobilində narkotik vasitə olub-olmadığını şifahi sorğu etmişlər. Təqsirləndirilən şəxs avtomobilində narkotik vasitə olmadığını, ancaq üzərində, şalvarının sağ yan cibində bir ədəd kibrit qutusunda özü üçün çəkməyə saxladığı narkotik vasitə olan qurudulmuş marixuana olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs avtomobilinə və üzərinə baxış keçirilməsinin vacibliyi izah edildikdə o saxlanıldığı yerin ictimai yer olmaqla şəxsi nüfüzuna xələl gələ biləcəyini, ətrafda onu tanıyan şəxslərin çoxluğuna görə avtomobilinə və üzərinə baxış keçirilməsinin rayon polis şöbəsində aparılmasını xahiş etmişdir. Təqsirləndirilən şəxs xahişi nəzərə alınaraq X11 razılığı ilə avtomobilinin sükanı arxasına keçmiş, Axmed, özü, Rübail ilə birlikdə Axmedin avtomobili ilə polis şöbəsinə gəlmişlər. Avtomobili polis şöbəsinin arxasında duracaqda saxlamışlar, təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs müdafiəçi təyin edilərək orada Təqsirləndirilən şəxs və hal şahidlərinə hüquq və vəzifələri izah edilmiş, sonra müdafiəçisinin və hal şahidlərinin iştirakı ilə Təqsirləndirilən şəxs üzərinə təhqiqatçı tərəfindən şəxsi axtarış aparılmazdan əvvəl ona üzərində narkotik vasitə olub-olmaması sorğu edilmişdir. Təqsirləndirilən şəxs əyinindəki şalvarın sağ yan cibində bir ədəd kibrit qutusunda narkotik vasitə olan qurudulmuş marixuana olduğunu bildirmiş, ondan özünə çəkmək üçün istifadə etdiyini demişdir. Təqsirləndirilən şəxs həmin kibrit qutusunu təqdim edilməsi istənildikdə o könüllü olaraq şalvarının sağ yan cibindən bir ədəd kibrit qutusu çıxartmış, təqdim etmişdir. Kibrit qutusu açıldıqda içərisindən yaşıl rəngli kəskin iyə malik qurudulmuş marixunaya bənzər kütlə aşkar edilmişdir. Təqsirləndirilən şəxs həmin kütlənin qurudulmuş marixuana olduğunu qeyd etmişdir. Aşkar edilmiş kütlə elektron tərəzidə çəkildikdə kibrit qutusu ilə birgə çəkisinin 6,1 qram olduğu müəyyən edilmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi qurudulmuş marixuanaya bənzər kütləni hardan əldə etməsi barədə şifahi sorğu edildikdə o, 2021-ci ilin yay aylarında Bayramkoxa kəndində fermayolu deyilən yerə yaxın əkin sahəsinin kənarlarında yabanı halda bitmiş marixuana bitkisini yığıb həyətində qurudaraq özü üçün çəkməyə hazırladığını bildirmişdir. Bundan sonra təqdim edilmiş narkotik vasitə olan marixuanaya bənzər kütlə təhqiqatçı tərəfindən qablaşdırılaraq üzəri möhürlənmiş, hal şahidləri, iştirakçılar, Təqsirləndirilən şəxs, müdafiəçisi tərəfindən imzalanmış və götürülmüşdür. Təqsirləndirilən şəxs üzərində başqa narkotik vasitə olub–olmaması barədə sorğu edildikdə o üzərində narkotik vasitə olmadığını bildirmiş, üzərinə şəxsi axtarış keçirilən zaman başqa narkotik vasitə aşkar edilməmişdir. Təqsirləndirilən şəxs avtomoblinə baxış zamanı da avtomobilindən narkotik vasitə və ya cinayət xarakterli predmet aşkar edilməmiş, Təqsirləndirilən şəxs evində də narkotik vasitə olub-olmaması barədə sorğu edildikdə o yaşadığı evdə də narkotik vasitə saxladığını bildirmiş, onu polis əməkdaşlarına təqdim edə biləcəyini qeyd etmişdir. Təhqiqatçı tərəfindən şəxsi axtarış, götürmə və baxış keçirilməsi haqqında protokol tərtib edilmiş, oxunmuş, Təqsirləndirilən şəxs, müdafiəçisi, hal şahidləri, həmçinin, iştirak edən polis əməkdaşları tərəfindən imzalanmışdır. Daha sonra Təqsirləndirilən şəxsla birlikdə onun yaşadığı Zarağan kəndindəki evinə baxış keçirilməsi üçün getmişlər. Baxışdan əvvəl Təqsirləndirilən şəxs Qəbələ rayon məhkəməsinin bu barədə olan qərarı elan edilmiş, Təqsirləndirilən şəxs evində narkotik vasitə saxlayıb-saxlamadığı barədə sorğu edildikdə o evində narkotik vasitə saxladığını qeyd etmişdir. Müdafiəçinin və hal şahidlərinin iştirakı ilə həyətə daxil olduqda evdə başqa tikili aşkar edilməmişdir. Aslan Axmedovun 3 otaqlı evinə daxil olmuşlar. Təqsirləndirilən şəxs yataq otağında narkotik vasitə saxladığını qeyd etmiş, yataq otağına daxil olduqda o, yorğan-döşəyin arxa hissəsindən göy rəngli sellafon torbanı çıxararaq içərisində narkotik vasitə olduğunu bildirmişdir. Sellafon torbanın üzərindəki yapışqan lenti kəsdikdə içərisindən bir ədəd başqa ağ rəngli sellafon torba aşkar edilmiş, həmin torba da açıldıqda onun içərisindən yaşıl rəngli kəskin iyə malik qurudulmuş marixunaya bənzər kütlə aşkar edilmiş, Təqsirləndirilən şəxs həmin kütlənin qurudulmuş marixuana olduğunu qeyd etmişdir. Aşkar edilmiş kütlə elektron tərəzidə çəkildikdə sellafon torba ilə birlikdə çəkisinin 887 qram olduğu müəyyən edilmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi qurudulmuş marixuanaya bənzər kütləni hardan əldə etməsi barədə şifahi sorğu edildikdə o, 2021-ci ilin yay aylarında Bayramkoxa kəndində fermayolu deyilən yerə yaxın əkin sahəsinin kənarlarında yabanı halda bitmiş marixuana bitkisini yığıb həyətində qurudaraq özü üçün çəkməyə hazırladığını bildirmiş, sonra təqdim edilmiş narkotik vasitə olan marixuanaya bənzər kütlə təhqiqatçı tərəfindən qablaşdırılaraq üzəri möhürlənmiş, Təqsirləndirilən şəxs, müdafiəçisi, hal şahidləri, iştirakçılar tərəfindən imzalanmış və götürülmüşdür.Təqsirləndirilən şəxs evində başqa narkotik vasitə olmadığını bildirmiş, evə və həyətə baxış zamanı başqa narkotik vasitə və ya cinayət xarakterli predmet aşkar edilməmişdir. Baxış zamanı video və foto çəkiliş aparılmışdır. Baxış keçirilməsi haqqında protokol tərtib edilmiş, oxunmuş, Təqsirləndirilən şəxs, müdafiəçisi, hal şahidləri, həmçinin, iştirak edən polis əməkdaşları tərəfindən imzalanmışdır. Sonra isə Təqsirləndirilən şəxsla birgə yenə polis şöbəsinə qayıtmışlar. Təqsirləndirilən şəxs saxlanılan zaman, üzərin, evinə şəxsi axtarış və baxış keçirilərkən ona heç bir fiziki və sair zor tətbiq edilməmişdir. Məhkəmə təqsirləndirilən şəxsi və şahidi dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, Təqsirləndirilən şəxs cinayət əməlini törətmişdir və onun təqsiri, özünün etirafedici ifadəsi, şahid ifadələri və aşağıda göstərilən digər sübutlarla təsdiq edilir. İşdə olan və məhkəmə iclasında tədqiq olunan Qəbələ RPŞ-nin TB-nin təhqiqatçısı, polis baş leytenantı Cavidan Əhmədli tərəfindən keçirilmiş 22 fevral 2022-ci il tarixli “şəxsi axtarış, götürmə və baxış barədə” protokolda, həmçinin bununla bağlı videoçəkilişdə göstərilmişdir ki, 22 fevral 2022-ci il tarixdə saat 15:10 radələrində şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs üzərinə öz razılıq ərizəsi əsasında hal şahidlərinin, müdafiəçisinin iştirakı ilə şəxsi axtarış və götürmə istintaq hərəkəti keçirilmişdir. İstintaq hərəkəti keçirilən zaman əvvəlcədən Təqsirləndirilən şəxs üzərində olan əşyaları könüllü surətdə təqdim etmək təklif edilmiş və sonuncu təklifi qəbul edərək üzərində olan əşyaları könüllü təqdim edəcəyini bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs əyinindəki qara rəngli şalvarın sağ yan cibində saxladığı 01 ədəd kibrit qutusunu çıxarıb təqdim edərək içərisində qurudulmuş marixuana olduğunu bildirmişdir. Həmin kibrit qutusu açılaraq içərisinə baxıldıqda orada yaşıl rəngli kəskin iyə malik narkotik vasitə olan marixuanaya bənzər kütlə aşkar edilmişdir. Həmin kütlə kibrit qutusu ilə birgə elektron tərəzidə çəkildikdə birgə çəkisinin 6,1 qram olduğu müəyyən edilmişdir. Aşkar edilmiş narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər kütlə əhəmiyyət kəsb etdiyindən kibrit qutusu ilə birgə götürülmüş, zərfə qoyularaq üzəri DİN-nin “103” saylı möhürü ilə möhürlənmişdir. Aslan Axmedovun avtomobilinə baxış keçirilən zaman avtomobildən narkotik vasitə və ya hər hansı cinayət xarakterli predmet aşkar edilməmişdir. Şəxsi axtarış, götürmə və baxış keçirilən zaman fotoşəkillər çəkilmiş, videoçəkiliş aparılmış, fotoşəkillərin əksi çıxarılıb, videoçəkiliş isə 01 ədəd cd diskə köçürülərək protokola əlavə edilmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq olunan Qəbələ RPŞ-nin TB-nin təhqiqatçısı, polis baş leytenantı Cavidan Əhmədli tərəfindən keçirilmiş 22 fevral 2022-ci il tarixli “baxış keçirilməsi haqqında” protokolda və bununla bağlı videoçəkilişdə göstərilmişdir ki, 22 fevral 2022-ci il tarixdə saat 15:10 radələrində şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs yaşadığı Qəbələ rayon Zarağan kəndindəki fərdi yaşayış evinə Qəbələ rayon məhkəməsinin 07 fevral 2022-ci il tarixli 5(025)-5/2022 nömrəli qərarı əsasında baxış keçirilmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs evində narkotik vasitə olub-olmadığı sorğu edildikdə Təqsirləndirilən şəxs 3 otaqlı həyət evinin yataq otağına narkotik vasitə olan qurudulmuş marixuana olduğunu bildirmiş, həmin otağa daxil olduqda sonuncu həmin otaqda yorğandöşəyin arxa hissəsindən göy rəngli sellafon torbanı çıxararaq içərisində narkotik vasitə olduğunu bildirmişdir. Sellafon torbanın üzərindəki yapışqan lent kəsildikdə ağ rəngli başqa sellafon torba çıxmış, həmin sellafon torba da açıldıqda içərisindən yaşıl rəngli kəskin iyə malik narkotik vasitə olan marixuanaya bənzər kütlə aşkar edilmişdir. Həmin kütlə sellafon torba ilə birlikdə elektron tərəzidə çəkildikdə çəkisinin 887 qram olduğu müəyyən edilmişdir. Daha sonra aşkar edilmiş kütlə sellafon torba ilə birlikdə qablaşdırılaraq üzəri DİN-nin “103” saylı möhürü ilə möhürlənmişdir. Evin digər otaqlarına baxış zamanı narkotik vasitə və ya cinayət xarakterli predmet aşkar edilməmişdir. Baxış keçirilən zaman fotoşəkillər çəkilmiş, videoçəkiliş aparılmış, fotoşəkillərin əksi çıxarılıb, videoçəkiliş isə 01 ədəd cd diskə köçürülərək protokola əlavə edilmişdir. İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası mərkəzinin X12 təqdim etdiyi 22 fevral 2022-ci il tarixli 17/172 nömrəli rəyindən görünür ki: - Tədqiqata təqdim olunmuş, üzərinə “1.X9. Müdafiəçi.İştirakçılar...”sözləri adlar və imzalar yazılmış 01 (bir) ədəd zərfin içərisindəki (01) ədəd kibrit qutusunda, təmiz çəkisi - 3,83 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - qurudulmuş marixuanadır. - Tədqiqata təqdim olunmuş, üzərinə yapışdırılmış ağ kağızda “Müdafiəçi. İştirakçılar...” sözləri adlar və imzalara yazılmış 01 (bir) ədəd göy rəngli sellafon torbanın içərisndəki 01(bir)ədəd şəffaf sellafon torbada, təmiz çəkisi -875,00 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə(kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə- qurudulmuş marixuanadır. - Tədqiqata təqdim olunmuş 01(bir) ədəd kibrit qutusunda və 01(bir) ədəd sellafon torbada olan qurudulmuş marixuanalar tərkiblərinə görə eynidirlər. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə- Tibbi Ekspertiza və X8” X17 daxil olmuş X6 barəsində olan 09.03.2022-ci il tarixli 733/K saylı məhkəmə-kimyəvi rəyinə əsasən Təqsirləndirilən şəxs götürülmüş qan nümunəsinin tərkibində çətənə bitkisindən alınan təbii mənşəli narkotik vasitə hesab edilən “Kannabinoid” aşkar edildi. Metil, etil, propil, butil, amil spirtləri, barbitur turşusu törəmələri, alkoloidlər (həmçnin tiryək qrupu), fenotiazin, pirazalon, 1,4 benzodiazepin törəmələri, salisilatlar və kannabinoid (çətənə bitkisindən alınan və təbii mənşəli narkotik vasitə hesab edilən) aşkar edilmədi. İş materiallarına əlavə edilmiş cinayət işi üzrə mütəxəssis-aqronom qismində tanınmış X2 06.05.2022-ci il tarixli rəyində göstərilmişdir ki, iş üzrə Təqsirləndirilən şəxs ifadəsinin yerində yoxlanılması zamanı 2021-cı ilin yay aylarında Qəbələ rayon Bayramkoxa kəndində “Ferma yolu” adlana ərazidə arxın kənarında yabanı halda bitmiş çətənə bitkisinin yığdığı yerə baxış keçirilmiş və həmin ərazinin bu tip bitkilərin yabanı halda yetişməsi üçün xarakterik olmaqla, narkotik tərkibli bitkilərin yabanı halda yetişməsi üçün münbit şərait olduğu, yabanı halda narkotik tərkibli bitkilər yetişə biləcəyi göstərilmişdir. İş materiallarına əlavə edilmiş 02 mart 2022-ci il tarixli “əşyanın maddi sübut kimi tanınması və saxlanılması haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş və 3,83 qram bitki mənşəli kütlədən bioloji ekspertizadan sonra qalmış 3,78 qram tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - qurudulmuş marixuana, həmçinin yaşadığı evdən aşkar edilərək götürülmüş 875 qram bitki mənşəli kütlədən bioloji ekspertizadan sonra qalmış 874.95 qram tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə- qurudulmuş marixuanaiş üçün əhəmiyyət kəsb etdiyindən maddi sübut kimi tanınmış və saxlanılması üçün Qəbələ RPŞ-nin saxlancına verilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə Şəhəri Səhiyyə İdarəsinin Rayonlararası Narkoloji Dispanserinin təqdim etdiyi 04 aprel 2022-ci il tarixli 408 saylı rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs narkotik vasitə olan kannabinoidlərdən epizodik istifadə etmə halları olub. Narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı yoxdur. Narkoloji kabinetdə profilaktik qeydiyyata alınması məsləhət görülür. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası İcbari Tibbi Sığorta Üzrə X15 Ərazi Bölmələrini İdarəetmə Birliyi “QəbələRayon Mərkəzi Xəstəxanası” X17 daxil olmuş 03.03.2022-ci il tarixli 296 nömrəli məktuba əsasən Təqsirləndirilən şəxs Qəbələ RMX-nın polikilinika şöbəsinin narkoloji və psixiatrik kabinetlərində qeydiyyatda deyildir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası DİN-nin BƏSİİ-nin verdiyi tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu olmayan şəxsdir. Məhkəmənin sorğusuna cavab olaraq Bakı Ağır Cinayətlər Məhkəməsi tərəfindən verilmiş və cinayət işi materiallarına əlavə edilmiş 27 may 2022-ci il tarixli, 31/37 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs RF-nın Cinayət Məcəlləsinin 105-ci maddəsi ilə məhkum edilməsinə dair hökm və hər hansı bir material Bakı Ağır Cinayətlər Məhkəməsinə daxil olmamışdır. İş materiallarına əlavə edilmiş Qəbələ rayon İcra Hakimiyyəti Başçısının Zarağan kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 25.04.2022-ci il tarixli 185 nömrəli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə edilir. İş materiallarına əlavə edilmiş Qəbələ rayon İcra Hakimiyyəti Başçısının Zarağan kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 25.04.2022-ci il tarixli 185 nömrəli arayışdan görünür ki, Təqsirləndirilən şəxs ailə tərkibi həyat yoldaşı X7, uşaqları 11.04.1992-ci il təvəllüdlü X10 və 14.06.1993-cü il təvəllüdlü X4 ibarətdir. Beləliklə, məhkəmə və məhkəməyədək araşdırma zamanı toplanmış sübutlara məcmu halında qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki,Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitəni əldə edib saxlamaqda təqsirli olması özünün etirafedici ifadəsi ekspert rəyləri, şahid ifadələri, işdə olan 22 fevral 2022-ci il tarixli baxış protokolları və iş üzrə olan maddi sübut ilə də tam subuta yetirilir. Məhkəmə hesab edir ki, istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Belə ki, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 28 iyun 2008-ci il tarixli Qanununun 21-ci maddəsinə əsasən, «narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak üçün nəzərdə tutulan miqdarı şəxsi istehlak üçün mümkün, hər bir narkotik vasitənin və ya psixotrop maddənin ayrıayrılıqda birdəfəlik istehlakı həcminə əsasən müəyyən edilir. Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıları Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilir». Azərbaycan Respublikasının 28 iyun 2005-ci il Qanunu ilə təsdiq edilmiş “şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına habelə onların külli miqdarına görə” 1-ci siyahının 12-ci bəndinə görə narkotik vasitə hesab edilən qurudulmuş marixuananın şəxsi istehlak miqdarından artıq miqdarının yuxarı həddi 5 qram təşkil edir. Cinayət işinin materiallarından göründüyü kimi iş üzrə Təqsirləndirilən şəxs üzərindən və avtomobilindən aşkar edilmiş narkotik vasitə qurudulmuş marixuananın xalis çəkisi cəmi 874,95 qram təşkil etmişdir ki, qeyd olunan siyahıya əsasən, həmin miqdar Təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edir. Beləliklə də, Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən, məhkəmə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarmağı məqsədəmüvafiq hesab edir. Məhkəmə Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs əməlini səmimi etiraf edərək əməlindən səmimi peşmançılıq çəkməsini cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cəzasını ağırlaşdıran hallar müəyyən etmədi. Məhkəmə cəza məsələsini müzakirə edərkən, təqsirləndirilən Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən halları, cəzasını ağırlaşdıran halların olmamasını nəzərə alaraq hesab edir ki, ona təyin olunan cəza ədalətli olmaqla yanaşı, törətdiyi cinayətin xarakterinə, ictimai təhlükəlilik dərəcəsinə, həmin cinayətin törədilməsi halına, onun özünün şəxsiyyətinə tam uyğun olmalıdır. Məhkəmə hesab edir ki, cəzanın məqsədləri Təqsirləndirilən şəxsna Azərbaycan Respublikası CM-nın 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin olunduğu təqdirdə təmin edilə bilər. Belə ki, Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən, «cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır». Həmin Məcəllənin 58.3-cü maddəsinə görə, «cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır». “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 nömrəli Qərarında nəzərdə tutulur ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. İnsan hüquqları üzrə Avropa Məhkəməsi öz Qərarlarında dəfələrlə göstərmiş və Milli məhkəmələrə tövsiyə etmişdir ki, şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması üçün əsaslar olduqda məhkəmələr həmin şəxsin barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza növlərinin tətbiq edilməsinə üstünlük verməlidirlər. Cinayət törətmiş şəxsin cəmiyyətdən təcrid edilməsi yalnız bunun üçün möhkəm əsaslar olduqda və bu açıq-aşkar ictimai maraqlar baxımından zəruri olduqda tətbiq edilə bilər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə görə, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin etməyi qanuni, əsaslı və ədalətli hesab edir. Məhkəmə həmçinin qeyd edir ki, Azərbaycan Respublikası CM-nın 52-1 maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə həmin maddədə qeyd olunan vəzifələr qoyulmalıdır. Belə ki, Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını yaşayış yeri üzrə çəkməli, üzərinə cəza çəkdiyi müddətdə saat 23:00-dan növbəti gün saat 06:00-dək yaşayış yerini tərk etməmək, cəza çəkdiyi müddətdə Qəbələ rayonu ərazisini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Təqsirləndirilən şəxs cəzasının icrasına nəzarəti yaşadığı yer üzrə Qəbələ rayon icra və probasiya şöbəsi həyata keçirməlidir. Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının çəkilmə müddətinin başlanğıcı yaşadığı yer üzrə Qəbələ rayon icra və probasiya şöbəsində qeydə alındığı vaxtdan hesablanmalıdır. İş materiallarında olan 22 fevral 2022-ci il tarixli protokoldan göründüyü kimi, Təqsirləndirilən şəxs 22 fevral 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, tutmanın əvvəli isə 22 fevral 2022-ci il saat 15:00-dan hesablanmış, 24fevral 2022-ci il tarixdə barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. Ona görə də onun şübhəli şəxs qismində tutulduğu iki gün müddət Azırbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən həbsdə saxlama müddətinin bir günü azadlığın məhdudlaşdırılması növündə cəzanın iki gününə hesablamaqla təyin olunan azadlığın məhdudlaşdırılması cəzasından çıxılmalıdır. Məhkəmə istintaqında tədqiq olunmuş İbtidai istintaq zamanı təyin edilmiş narkoloji Dispanserinin rəyindən göründüyü kimi, Təqsirləndirilən şəxs narkoloji kabinetdə profilaktik qeydiyyata alınması məsləhət görülür. Beləliklə məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs ərazi narkoloji kabinetdə profilaktik qeydiyyata alınmalıdır. Məhkəmə istintaqında tədqiq olunmuş iş materiallarından görünür ki, Təqsirləndirilən şəxs üzərindən və yaşadığı evdən aşkar edilib götürülmüş 3,83 qram və 875 qram narkotik vasitə olan qurudulmuş marixuana maddi sübut kimi tanınmış və tədqiqatlardan sonra qalıq çəkisi 3,78 qram və 874,95 qram olan həmin narkotik vasitə olan marixuana məhv edilməlidir. Bundan başqa, iş üzrə məhkəmə məsrəfləri olan ekspertiza tədqiqatlarının dəyəri cəmi 34,55 (otuz dörd manat əlli beş qəpik) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilməlidir. «Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında» 07 mart 2012-ci il tarixli Azərbaycan Respublikası Qanununun 99-1.2-ci maddəsinə görə məhkəmə, hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli olan əmlakın olub-olmaması məsələsini həll etməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.1 və 99-1.1.1-ci maddəsinə əsasən məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) Xüsusi müsadirə olunan əmlak hesab olunur. Məhkəmə xüsusi müsadirə ilə bağlı məsələni müzakirə edərək hesab edir ki, iş üzrə belə bir əmlak olmadığından təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə ilə bağlı müddəa tətbiq edilməməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 52.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarma cəzası bir ildən artıq müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilən əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslərə təyin edilir və onlar əsas cəza növünü çəkdikdən sonra icra edilir. Bir ildən artıq olmayan müddətə azadlıqdan məhrum etmə cəzasına və ya azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəzaya məhkum edilən əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslərə bu Məcəllənin 58.3-cü maddəsində göstərilmiş hallar nəzərə alınmaqla Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarma cəzası təyin edilə bilər. 52.1-1. Barəsində Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarma cəzası tətbiq edilmiş şəxsin Azərbaycan Respublikasına gəlmək hüququ onun məhkumluğu ödənilənədək və ya götürülənədək məhdudlaşdırılır. 52.2. Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarma cəza növü aşağıdakı şəxslərə şamil edilmir: 52.2.1. barəsində ittiham hökmü qanuni qüvvəyə minənədək beş il Azərbaycan Respublikasının ərazisində daimi yaşayan şəxslərə; 52.2.2. barəsində ittiham hökmü qanuni qüvvəyə minənədək Azərbaycan Respublikasının vətəndaşı ilə nikahda olan şəxslərə; 52.2.3. Azərbaycan Respublikasında doğulmuş şəxslərə; 52.2.4. valideynlərindən biri Azərbaycan Respublikasının vətəndaşı olan şəxslərə; 52.2.5. qaçqın statusuna malik olan və ya Azərbaycan Respublikası tərəfindən siyasi sığınacaq verilmiş şəxslərə; 52.2.6. himayəsində Azərbaycan Respublikasının vətəndaşı olan yetkinlik yaşına çatmayan uşağı, fəaliyyət qabiliyyəti olmayan və ya İ dərəcə əlilliyiolan şəxs olan şəxslərə; 52.2.7. məcburi çıxarıldığı zaman gedəcəyi ölkədə işgəncəyə və ya təqibə məruz qala biləcəyinə ciddi əsaslar olduğu ehtimal edilən və ya məcburi çıxarılması milli təhlükəsizliyin təmin edilməsi mənafeyinə zidd olan şəxslərə. 52.3. Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrlə bu Məcəllənin 52.1-52.2-ci maddələri arasında ziddiyyət yaranarsa beynəlxalq müqavilələr tətbiq edilir. Cinayət işinin materiallarından müəyyən olunur ki, Təqsirləndirilən şəxs milliyətçə azərbaycanlıdır, Azərbaycan Respublikasında doğulmuşdur, valideynləri Azərbaycan Respublikasının vətəndaşlarıdır, Təqsirləndirilən şəxs işləmək üçün Rusiya Federasiyasına getmiş və orada vətəndaşlıq almışdır. Bu səbəbdən məhkəmə hesab edir ki, AR CM-nin 52.2ci maddəsinə əsasən ona ölkə hüdudlarından kənara çıxarma cəzası əlavə cəza kimi tətbiq edilə bilməz. İş üzrə mülki iddia yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin44.1; 344-347; 349; 351-353, 356, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinsin və ona 02 (iki) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilsin. Təqsirləndirilən şəxs oğlunun 22 fevral 2022-ci il tarixdən 24 fevral 2022-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən həbsdə saxlamanın bir günün azadlığın məhdudlaşdırılması cəzasının iki gününə hesablanmaqla ona təyin edilmiş 02 (iki) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasından çıxılaraq üzərində qəti olaraq 02 (iki) il 05 (beş) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs ona təyin edilmiş qəti olaraq 02 (iki) il 05 (beş) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasını yaşayış yeri üzrə çəksin. Üzərinə cəza çəkdiyi müddətdə saat 23:00-dan növbəti gün saat 06:00-dək yaşayış yerini tərk etməmək, cəza çəkdiyi müddətdə Qəbələ rayonu ərazisini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs cəzasının icrasına nəzarəti yaşadığı yer üzrə Qəbələ rayon İcra və Probasiya şöbəsi həyata keçirsin. Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının çəkilmə müddətinin başlanğıcı icra və probasiya şöbəsində qeydə alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs ərazi Narkoloji kabinetdə profilaktik qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi tanınmış və Qəbələ Rayon Polis Şöbəsində saxlanılan qalıq çəkisi 878,73 qram olan narkotik vasitə qurudulmuş marixuana məhv edilsin. İş üzrə məhkəmə məsrəfi olan 34,55 (otuz dörd manat əlli beş qəpik) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilsin. (büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu 3, X3, kod 210005, VOEN **********, müxbir hesab AZE41 NABZ********************, SFİFTBİK: CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi, VÖEN **********, hesab AZ34CTRE********************). İş üzrə mülki iddia yoxdur. Hökmdən 20 gün müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya apellyasiya protesti verilmədiyi halda hökm yuxarıda göstərilən müddət başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Abbas Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar