Azərbaycan Respublikası adından HÖKM Qəbələ şəhəri İş № 1(025)-12/2023 26.04.2023 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim İsayev Elman Bəhruz oğlunun sədrliyi, məhkəmə iclasının katibi Tahirova Ləman Kamran qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İİİ-cü dərəcəli hüquqşünas X2, zərərçəkmiş şəxs – Zərərçəkmiş şəxs, müdafiəçi – Qəbələ rayon Vəkil Bürosunun vəkili Müdafiəçi və cinayət qanuni ilə nəzərdə tutulmuş əməli törədən şəxs - Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1994-cü ildə Xanlar rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Zaqatala rayonu, Mazıx kəndi, 17074 saylı Hərbi Hissənin Yataxanasında qeydiyyatda olan və ünvan 1 ünvanında yaşayan - Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materiallarına məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə saat səhər 10 radələrində Qəbələ şəhəri, Muxtar Abduyev küçəsi 52 nömrəli binanın yaxınlığında Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs at heyvanını Muxtar Abduyev küçəsində yerləşən keçmiş hərbi şəhərciyin həyətində bağlı saxlamasını, açıq olduğu halda hərbi şəhərciyin ərazisindən at heyvanın çıxardacağını bildirdiyi üçün Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs nalayiq ifadə işlətmiş, Zərərçəkmiş şəxs ona həmin hərəkətlərinə görə cavab verməsi səbəbindən aralarında yaranmış mübahisə zəminində Təqsirləndirilən şəxs yumruqla qəsdən Zərərçəkmiş şəxs bədəninin müxtəlif nahiyələrinə vuraraq sonuncuya alt dodağı içəri damaqla birləşən hissəsinin əzilmiş-cırılmış yarası, sol gözün qüzehli qişasına qansızma, sol gözün alt hissəsinin, başın sol gicgah nahiyəsinin, döş qəfəsinin ön səthinin, sol budun içəri aşağı 1/3-nin qançırı, alının sağ hissəsinin, burunun, alt çənənin ön səthinin, sol qaşın üst bayır tərəfinin, sol xarici qulaq keçəcəyinin aşağı kənarının sıyrıqları kimi xəsarətləri olmaqla dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığa yüngül zərər vuran bədən xəsarəti yetirmişdir. Cinayət qanuni ilə nəzərdə tutulmuş əməli törədən şəxs Təqsirləndirilən şəxs məhkəmə iclasında ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə elan olunmuş ittihamda özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, şəxsi təsərrüfatına məxsus bir baş at heyvanı vardır ki, həmin at heyvanını qazi olduğunu nəzərə alaraq yaşadığı keçmiş hərbi şəhərciyin ot olan yerlərində otarmağına icazə vermişlər. Buna görə həmin heyvanı hərbi şəhərcikdə məktəbin stadionu və köhnə hospitalın həyətində otarmaq üçün kəndir ilə bağlayırmış. xx.xx.2023-cü il tarixdə axşam saatlarında at heyvanını hospitalın həyətində təxminən 10 metr uzunluqlu kəndir ilə bağlamış, xx.xx.2023-cü il tarixdə səhər saat 07 radələrində isə həmin heyvanın yanına gedərək bağlandığı yeri dəyişib bir qədər kənarda bağlamışdır. Saat 09 radələrindən sonra evin balkonundan görmüş ki, atın kəndiri qırıq vəziyyətdədir, Əjdər adlı kommunal təsərrüfatın işçisi atın kəndirin tutaraq şəhərciyin çıxışına aparır. Təxminən 200-300 metr məsafə qalmış, ona tərəfə gəlmiş, ora çatana kimi atası Əjdərdən atı götürərək aparmışdır. Əjdərin yanına gəlmiş, ona sən bilmirsən ki, bu at mənim atımdır, hara aparırsan demiş, o da mən bilmədim ki, sənin atındır deyə cavab vermişdir. Onun yanından ayrılıb gedən zaman şəhərciyin işçisi Qərib adlı şəxs ona tərəfə gəlmiş, Qərib ona canına dərd edirəm, atı bağlayırsan bağla yoxsa yola ötürəcəm demiş, ona sən qələt edirsən deyə cavab vermişdir. Qərib ona nalayiq ifadə işlədərək qələti dədən edir demiş və yaxasına əl ataraq vurmaq istəmiş, özünü müdafiə edərək onun sifət nahiyəsinə bir dəfə yumuruq ilə zərbə vurmuş, o bu zaman yerə yıxılmış, Qərib ona ana söyüşü və müxtəlif nalayiq ifadələr işlətmiş, buna görə dözə bilməyib yenə onun sifəti nahiyəsinə yumruq ilə bir dəfə zərbə vurmuşdur. Əjdər araya girərək onu kənara çəkmiş, sonra oradan aralaşmış, yaşadığı bina tərəfə gedən zaman anası gəlmiş və onun ilə birlikdə evə gəlmişdir. Atası ona atı hospitalın həyətinə apararaq bağladığını bildirmiş, sonradan atın yanına gedib baxan zaman atın belində ağac ilə vurulma izlərini görmüşdür. Məhkəmə cinayət qanuni ilə nəzərdə tutulmuş əməli törədən şəxs Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittihamda özünü təqsirli bilməməsinə dair ifadəsinə tənqidi yanaşır, onun tərəfindən bu cür ifadənin verilməsini özünü müdafiə xarakteri kimi qiymətləndirir və hesab edir ki, bu cür ifadə verməklə, o, törətmiş olduğu cinayət əməlindən və məsuliyyətdən yayınmaq məqsədi daşıyır. Cinayət qanuni ilə nəzərdə tutulmuş əməli törədən şəxs Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törətməsi iş üzrə toplanmış, məntiqi baxımdan biri-birini tamamlayan və məhkəmə istintaqında tədqiq olunmuş aşağıdakı sübutlarla öz təsdiqini tapır. Belə ki, məhkəmə iclasında Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, xx.xx.2023-cü il tarixdə səhər saat 08:45 radələrində hərbi şəhərciyin ərazisini gəzərkən məktəbin meydançasında 4 ədəd at görmüş, həmin atların birinin boynunda kəndir olmasına baxmayaraq, açıq imiş. Həmin kəndirli at Təqsirləndirilən şəxs məxsus imiş. Həmin heyvanları sürərək şəhərciyin həyətindən çıxartmağa başlamış, boynunda kəndir olan at 31 nömrəli bina tərəfə qaçmış, iş yoldaşı Əjdərə zəng edərək atları çıxartmağa kömək etmək üçün 31 nömrəli binanın yanına çağırmış, bir müddət sonra Əjdər ona zəng edərək 31 nömrəli binanın yanında olduğunu bildirmiş, ona 81 nömrəli binanın yanına gəl demişdir. Atları giriş hissədən çıxartmağa gedən zaman giriş hissəyə təxminən 100 metr qalmış, Əjdərin həmin kəndirli atı kəndirindən tutub Turalın yaşadığı 52 nömrəli binanın yanına gətirdiyini görmüşdür. Atları ərazidən çıxardıb geri qayıdan zaman Turalın Əjdər ilə söhbət etdiyini, atın isə digər şəxsin saxladığını görmüş, onlar tərəfə getmiş, bu zaman Turalın həmin yerdən uzaqlaşdığını görən zaman ona müraciət edərək atı bağlayırsan bağla yoxsa çıxardıb yola ötürəcəm demişdir. Bu zaman Tural ona qələt edərsən deyərək üzərinə gəlmiş, ona qələti özün edirsən deyə cavab vermiş, Tural ona qarşı nalayiq ifadə işlədərək üzərinə gəlmiş, ona sənin atan yaşındayam, niyə məni söyürsən, atana söyülsə yaxşı olarmı deyə cavab vermiş, bu zaman Tural onun yaxasından tutub dartmış, Əjdər onları ayırmağa çalışmış, lakin bacarmamış, Qəflətən Tural onun ağız, sağ və sol üz nahiyəsinə yumruq ilə zərbələr vurmuş, huşunu itirərək yerə yıxılmış, başının arxa hissəsi səkiyə dəymişdir. Huşu getdiyi üçün bundan sonra olanlar tam yaddaşında qalmamışdır. Gözünü açan zaman Şahid1 ilə Şahid3 onu otağa apardığını görmüş, ona su vermişlər, üzünün və ağzının qanını yumuş, sonra 102 xidmətinə zəng etmiş, daha sonra həkimə müraciət etmişdir. Sonda isə ifadəsində bir neçə aydır mülaicə olunmasına baxmayaraq sağlamlığının yaxşı olmadığını, müalicəsinə maddi vəsait tələb edildiyini bildirməklə, Təqsirləndirilən şəxs şikayətçi olduğunu qeyd etmişdir. Məhkəmə iclasında Şahid3 ifadəsində göstərmişdir ki, xx.xx.2023-cü il tarixdə səhər saat 9 radələrində iş yeri olan Muxtar Abduyev küçəsindəki hərbi şəhərcikdəki idarəyə gəlmiş, şəhərciyin mühafizəçisi Qərib adlı şəxs ona zəng edərək 31 nömrəli binanın qarşısına gəl, atlar var çıxarda bilmirəm, kömək et demiş, həmin yerə getmiş, lakin o orada yox imiş. Ona zəng etmiş, harada olduğunu soruşmuş, Qərib ona 81 nömrəli binanın arxasına gəl demişdir. Həmin yerə məktəbin qarşısı ilə gedən zaman orada X4 atını açıq vəziyyətdə boğazında kəndir olduğunu görmüşdür. Kəndirdən tutaraq atı idarə tərəfə aparmış, bu zaman Turalın atası İsmayıl və anası həmin yerə gəlmiş, onlara sizin at kəndirdən açılıb məktəbin həyətinə daxil olmuşdu, mən də təhlükə olmasın deyə atı tutmuşam demişdir. İsmayılın yoldaşı ona sağ ol deyərək atı aparmışlar. Şəhərciyin giriş tərəfinə gedən zaman Tural həmin yerə gəlmiş, ondan atın kimin açdığını soruşmuş, ona atın açıq vəziyyətdə olduğunu, kiməsə xəsarət yetirməsin deyə tutub gətirdiyini bildirmiş, bu zaman həmin yerə Qərib gəlmiş, Tural Qəribə mənim atım ilə nə işin var demiş, Qərib də ona mən digər atları sənin atından ayırıb şəhərciyin ərazisindən çıxartmışam deyə cavab vermiş, bu zaman Tural ona qarşı nalayiq ifadə işlətmiş, Qərib də ona nalayiq ifadə ilə cavab vermişdir. Bu zaman Tural Qəribin sifət nahiyəsinə bir neçə dəfə yumuruq ilə zərbə vurmuş, onların arasına girərək ayırmaq istəmiş, lakin bacarmamışdır. Qərib huşunu itirərək yerdə yıxılı vəziyyətdə imiş, Tural isə o yıxılı olduğu vəziyyətdə Qəribin sifətinə yumruqlar vururmuş. İdarəyə qaçaraq kömək çağırmağa getmiş, orada olan su gətirən iş yoldaşı Rəqsanə adlı qadını görmüş, o Qəribə su gətirmiş, həmin zaman Turalın atası və anası gələrək Turalı aparmışlar. Sonra Qəribi idarənin otağına aparmış, Qərib üzünə su vurmuş, üzünün və qulağının qanını təmizləmiş, sonra 102 xidmətinə zəng etmişdir. Məhkəmə iclasında Şahid2 ifadəsində göstərmişdir ki, xx.xx.2023-cü il tarixdə səhər saat doqquza qalmış iş yeri olan Muxtar Abduyev küçəsindəki keçmiş hərbi şəhərcikdəki idarəyə gəlmiş, idarənin ətrafını süpürürmüş. Bir qədər sonra iş yoldaşı Şahid3 şəhərcikdə yaşayan Tural adlı şəxsin atını kəndirdən tutaraq idarə tərəfə gətirdiyini görmüş, bu zaman Turalın atası İsmayıl və anası həmin yerə gəlmiş, Əjdər atı Turalın atası İsmayıla vermiş və onlar atı aparıb getmişlər. Sonra Əjdər idarə tərəfə gəlməyə başlamış, bu zaman Tural həmin yerə gəlmiş, Əjdərdən atın kimin açdığını soruşmuş, o da atın açıq vəziyyətdə olduğunu, yanında başqa atların da olduğunu, sənin atını tutub atana təhvil vermişəm demişdir. Bu zaman həmin yerə Qərib gəlmiş, Tural Qəribə mənim atım ilə nə işin var demiş, Qərib ona mən digər atları sənin atından ayırıb şəhərciyin ərazisindən çıxartmışam deyə cavab vermiş, Tural ona qarşı nalayiq ifadə işlətmiş, Qərib də ona nalayiq ifadə ilə cavab vermişdir. Bu zaman Tural Qəribin sifət nahiyəsinə bir neçə dəfə yumruq ilə zərbə vurmuş, Əjdər onların arasına girərək ayırmaq istəmiş, lakin bacarmamış, Qərib zərbədən huşunu itirərək yerə yıxılmış, Tural isə o yıxılı olduğu vəziyyətdə Qəribin sifətinə yumruqlar vururmuş. İdarəyə kömək çağırmağa getmiş, idarədən çıxan zaman Əjdər də, idarəyə kömək çağırmağa gəlmiş, Qəribə qabda su gətirmiş, Əjdər ilə rəisi Eldar Qəribi ayağa qaldıraraq idarəyə gətirirmişlər. Həmin zaman Turalın anası ora gələrək onu aparmışdır. Məhkəmə iclasında Şahid1 ifadəsində göstərmişdir ki, xx.xx.2023-cü il tarixdə səhər saat 9 radələrində işə getmiş, xidməti otaqda oturaraq işçilərin davamiyyət kitabını imzaladırmış. Təxminən 5 dəqiqə sonra idarənin həyətində səs-küy eşitmiş, işçisi Əjdərin qışqıraraq idarəyə tərəf gəldiyini görmüş və dərhal tək həyətə çıxmışdır. Görmüş ki, Turalı anası aparır, işçisi Zərərçəkmiş şəxs yerdə yıxılı vəziyyətdədir. Əjdərdən nə baş verdiyini soruşmuş, o Turalın Qəribi at ilə bağlı mübahisə zamanı vurduğunu bildirmişdir. Əjdər Qəribi ayağa qaldıraraq idarəyə tərəf aparan zaman digər işçisi Rəqsanə Qərib üçün gətirdiyi suyu Əjdərə vermiş və öz işinin arxası ilə getmişdir. Qəribi xidməti otağına aparmış, ona ilkin yardım göstərmiş, üzünü su ilə yumuş, Qərib 102 xidmətinə zəng etmiş və xəstəxanaya getmişdir. Sonradan Əjdərdən hadisənin necə baş verdiyini soruşan zaman, o, Turalın at heyvanına görə Qəribi söydüyünü, belə olub aralarında mübahisə yarandığını və Turalın onu vurduğunu bildirmişdir. İşdə olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi” X8 30 mart 2023-cü il tarixli 89 nömrəli rəydən görünür ki, 1963-cü il təvəllüdlü Zərərçəkmiş şəxs bədəni üzərində alt dodağı içəri damaqla birləşən hissəsinin əzilmiş-cırılmış yarası, sol gözün qüzehli qişasına qansızma, sol gözün alt hissəsinin, başın sol gicgah nahiyəsinin, döş qəfəsinin ön səthinin, sol budun içəri aşağı 1/3-nin qançırı, alının sağ hissəsinin, burunun, alt çənənin ön səthinin, sol qaşın üst bayır tərəfinin, sol xarici qulaq keçəcəyinin aşağı kənarının sıyrıqları kimi xəsarətləri olduğu, qeyd olunan xəsarətlərin küt alətin (əşyanın) təsirindən müayinə olunanın göstərdiyi tarixdə və şəraitdə yəni 15 mart 2023-cü il tarixdə törənə bilməsi müəyyən edilərək həmin xəsarətlərin dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmanın əlamətlərinə aiddir. İşdə olan Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Beləliklə, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, zərərçəkmiş şəxsin və şahidlərin təhqiqat zamanı və ilkin məhkəmə baxışı zamanı verdikləri ifadələri, ekspert rəyi, digər iş materialları ilə onun zərərçəkmiş şəxsə qəsdən sağlamlığa yüngül zərər vurma cinayətini törətməsi tamamilə sübuta yetirildi. Onun əməli təhqiqat orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə tövsif edilmişdir və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən, Azərbaycan Respublikası CM-nin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs yaşadığı yer üzrə müsbət xarakterizə olunmasını, İİ Qarabağ müharibəsi iştirakçısı və üçüncü dərəcə əlilliyi olmasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə iclasında Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hal müəyyən edilmədi. Məhkəmə hesab edir ki, cinayət qanuni ilə nəzərdə tutulmuş əməli törədən şəxs Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 128-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs yaşadığı yeri axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Qəbələ rayon ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirməlidir. Təqsirləndirilən şəxs üzərinə kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi qoyulmalıdır. İş üzrə maddi sübut və mülki iddia olmamışdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197-198, 344-349, 351-353, 356-358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsininin 128-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəza çəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə İcra və probasiya şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs yaşadığı yeri axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Qəbələ rayon ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirsin. Təqsirləndirilən şəxs üzərinə kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi qoyulsun. Hökmdən, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya apellyasiya protesti verilmədiyi halda hökm yuxarıda göstərilən müddət başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Elman İsayev
Məhkəmə qərarları › İş №1(025)-12/2023
Qəbələ Rayon Məhkəməsi Hökm — İş №1(025)-12/2023
26.04.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver