Azərbaycan Respublikası adından HÖKM Qəbələ şəhəri İş № 1(025)-12/2024 06.05.2024 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Abbas Baba oğlunun sədrliyi, məhkəmə iclas katibi Tahirova Ləman Kamran qızının katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikasının Baş X1 Müdafiəsi İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İİ dərəcəli hüquqşunas Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Qəbələ rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə xx.xx.2002-ci ildə Mingəçevir şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, işsiz, subay, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan, Qəbələ rayon məhkəməsinin xx.xx.2024-cü il tarixli 4(025)-4/2024 nömrəli qərarı ilə 03 (üç) ay müddətinə barəsində həbs növündə qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Şəki Penitensiar Müəssisəsində saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1 və 234.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan 2023-cü ilin avqust ayında istintaqa dəqiq məlum olmayan tarixdə Qəbələ rayonu Savalan kəndində yol kənarında Türyançay çayının kənarlarına yaxın hissəsində yabanı halda bitmiş, tərkibində narkotik maddələr olan çətənə(kannabis) bitkisinin yarpaqlarını yığaraq, qurudub qanunsuz olaraq kustar üsulla hazırladığı narkotik vasitə qurudulmuş marixuananı xeyli miqdarda əldə etmiş, eyni zamanda həmin vaxt çətənə bitkilərini topladığı yerin yaxınlığından saz vəziyyətdə, atəş üçün yararlı, 16 kalibrli, “ZK” modelli, patronluğunun uzunluğu 70 mm olan, xarici çaxmaqlı, Zlataust silah zavodunda istehsal edilmiş, istehsal tarixi bilinməyən, “3322-H” №-li yivsiz təklüləli, konstruktiv dəyişikliklərə məruz qalaraq sonradan lüləsi kustar üsulla kəsilmiş, qundağı isə kəsilərək dəstək formasına uyğunlaşdırılmış, ilkin təyinatı dəyişdirilmiş 01 ədəd tüfəng kəsiyi ov tüfəngi olan odlu silahı, 38 ədəd zavod üsulu ilə istehsal olunmuş 7,62x39 mm kalibrli olmaqla, həmin kalibrli AKM, AKMS avtomat silahlarda, SKS karabinlərdə istifadə olunan döyüş sursatı hesab edilən, atəş üçün yararlı patronları,həmçinin, 64 ədəd zavod üsulu ilə istehsal olunmuş 7,62x54 mm kalibrli olmaqla , həmin kalibrli PK, PKM pulemyotlarda, Mosin konstruksiyalı karabinlərdə, Draqunov konstruksiyalı SVD modelli snayper tüfənglərində istifadə olunan, döyüş sursatı hesab edilən, atəş üçün yararlı patronları, 01 ədəd zavod üsulu ilə istehsal olunmuş 59 ədəd 7,62x54 mm kalibrli patron tutumuna malik PK, PKM pulemyotlarda atəş zamanı komplekt hissə kimi istifadə olunması üçün nəzərdə tutulmuş, istifadəyə yararlı, döyüş sursatı hesab edilməyən patron lentini, 01 ədəd zavod üsulu ilə istehsal olunmuş 30 ədəd 7,62x39 mm kalibrli patron tutumuna malik, həmin kalibrli Kalaşnikov konstruksiyalı AKM, AKMS markalı avtomatların funksional əhəmiyyət daşımayan komplekt hissəsi olan istifadəyə yararlı, döyüş sursatı hesab edilməyən sandıqçanı(darağı) tapmaqla qanunsuz olaraq əldə edib narkotik vasitə-qurudulmuş marixuana ilə birlikdə həmin yerdə Türyançay çayının üzərindəki işlək olmayan köhnə körpünün altında gizlədərək saxlamış, 08 yanvar 2024-cü il tarixdə axşam saatlarında həmin narkotik vasitə marixuananı, 01 ədəd silahı, ümumilikdə 102 ədəd patronları, 01 ədəd patron lentini və 01 ədəd sandıqçanı (darağı) gizlətdiyi körpünün altından çıxararaq özü ilə Ağdaş rayonuna aparmaq məqsədi ilə Savalan kəndində yol kənarında gizlətmiş, bundan sonra əldə etdiyi narkotik vasitə-qurudulmuş marixuanadan bir neçə dəfə özü çəkərək istifadə etdikdən sonra qalmış ümumi təmiz çəkisi-168.43 qram olmaqla xeyli miqdarda narkotik vasitə qurudulmuş marixuanadan həmin tarixdə 14,42 qram hissəsinisellofan torbaya bükülü vəziyyətdə,eləcə də qanunsuz əldə etməklə gizlədib saxladığı 38 ədəd zavod üsulu ilə istehsal olunmuş 7,62x39 mm kalibrli olmaqla, həmin kalibrli AKM, AKMS avtomat silahlarda, SKS karabinlərdə istifadə olunan döyüş sursatı hesab edilən, atəş üçün yararlıpatronlardan 02 ədədini gizlətdiyi yerdən götürüb üzərində daşımaqla gəzdirərkən həmin gün saat 18:45 radələrində Qəbələ rayon polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinərək Qəbələ rayon Savalan kəndində piyada hərəkətdə olarkən saxlanılıb rayon polis şöbəsinə gətirilməklə şöbənin inzibati binasında şübhəli şəxs qismində müdafiəçisinin iştirakı və video çəkiliş aparılmaqla üzərinə şəxsi axtarış keçirilən zaman əynindəki qəhvəyi rəngli gödəkçənin sol iç cibindən 01 ədəd sellofan torbaya bükülü vəziyyətdə 14,42 qram narkotik vasitə qurudulmuş marixuana, eləcə də 02 zavod üsulu ilə istehsal olunmuş 7,62x39 mm kalibrli olmaqla, həmin kalibrli AKM, AKMS avtomat silahlarda, SKS karabinlərdə istifadə olunan döyüş sursatı hesab edilən, atəş üçün yararlı patronlar, eləcə də həmin tarixdə saat 20:52 dəqiqdən başlayaraq Qəbələ rayon Savalan kəndində Türyançay çayının kənarında özünün təqdim etdiyi yerə baxış keçirilən zaman oradan yuxarıda qeyd edilən qanunsuz olaraq satış məqsədi olmadan əldə etdiyixeyli miqdarda narkotik vasitə-qurudulmuş marixuananın üzərindən aşkar edilərək götürülmüş 14,42 qram hissəsindən əlavə orada gizlədib saxladığı 01 ədəd sellofan bükümdə olmaqla 154,01 qram xeyli miqdarda və üzərindən aşkar edilmiş narkotik vasitə-qurudulmuş marixuana ilə tərkibinə görə eynilik təşkil edən narkotik vasitəqurudulmuş marixuana, həmin yerdə gizlədib saxladığı saz vəziyyətdə, atəş üçün yararlı, 16 kalibrli, “ZK” modelli, patronluğunun uzunluğu 70 mm olan, xarici çaxmaqlı, Zlataust silah zavodunda istehsal edilmiş, istehsal tarixi bilinməyən, “3322-H” №-li yivsiz təklüləli, konstruktiv dəyişikliklərə məruz qalaraq sonradan lüləsi kustar üsulla kəsilmiş, qundağı isə kəsilərək dəstək formasına uyğunlaşdırılmış, ilkin təyinatı dəyişdirilmiş 01 ədəd tüfəng kəsiyi ov tüfəngi olan odlu silahı, 64 ədəd zavod üsulu ilə istehsal olunmuş 7,62x54 mm kalibrli olmaqla , həmin kalibrli PK, PKM pulemyotlarda, Mosin konstruksiyalı karabinlərdə, Draqunov konstruksiyalı SVD modelli snayper tüfənglərində istifadə olunan, döyüş sursatı hesab edilən, atəş üçün yararlı patronlar, 36 ədəd zavod üsulu ilə istehsal olunmuş 7,62x39 mm kalibrli olmaqla, həmin kalibrli AKM, AKMS avtomat silahlarda, SKS karabinlərdə istifadə olunan döyüş sursatı hesab edilən, atəş üçün yararlıpatronlar, həmçinin, 01 ədəd zavod üsulu ilə istehsal olunmuş 59 ədəd 7,62x54 mm kalibrli patron tutumuna malik PK,PKM pulemyotlarda atəş zamanı komplekt hissə kimi istifadə olunması üçün nəzərdə tutulmuş, istifadəyə yararlı, döyüş sursatı hesab edilməyən patron lenti, 01 ədəd zavod üsulu ilə istehsal olunmuş 30 ədəd 7,62x39 mm kalibrli patron tutumuna malik, həmin kalibrli Kalaşnikov konstruksiyalı AKM, AKMS markalı avtomatların funksional əhəmiyyət daşımayan komplekt hissəsi olan istifadəyə yararlı, döyüş sursatı hesab edilməyən sandıqça polis əməkdaşları tərəfindən aşkar edilərək götürülmüşdür. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1 və 234.1-ci maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətmişdir. Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin (CPM) 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə protokollarını, ekspertiza rəylərini və digər sənədləri sübut növü kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi vardır, onun törətmiş olduğu cinayət əməlləri düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1 və 234.1-ci maddələri ilə tövsif olunmuşdur. Belə ki, məhkəmə iclasında ifadə verərkən iş üzrə Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilərək göstərdi ki, narkotik vasitə olan marixuanadan təxminən 4 ildir ki, istifadə edir. Narkotik vasitələri yabanı halda yığaraq qurudub çəkərək istifadə etmişdir. Qəbələ rayon Savalan kəndində yol kənarında Türyançay çayının kənarlarına yaxın hissələrdə yabanı halda narkotik vasitə bitdiyini bilirmiş.Təxminən 2023-cü ilin avqust ayında dəqiq xatırlamadığı tarixdə Qəbələ rayon Savalan kəndində gələrək çay kənarı ilə irəliləyib meşəlik ərazidən yabanı halda bitən narkotik vasitə olan marixuananı yığaraq qurutmaq üçün gizlin bir yerə yığmış, bir neçə gün sonra, yəni, təxminən 2023-cü ilin avqust ayının dəqiq xatırlamadığı günüdə gəlib həmin narkotik vasitəni qurudulmuş formada sellofan torbaya yığmış, üzərindən bir miqdar özü istifadə üçün istifadə etməyə götürmüşdür. Həmin yerin yaxınlığında, yəni, narkotik vasitə olan marixuananı gizlətdiyi yerə yaxın yerdə 01 ədəd silah darağı, müxtəlif patronlar və 01 ədəd kəsik tüfəng, aşkar etmişdir. Patronlar açıq və qətərin üzərində imiş.Yığıb qurutduğu marixuananı, tapdığı silahı, darağı, açıq vəziyyətdə olan patronları və qətəri üzərindəki patronlarla birgə sarı rəngli sellofan torbaya qoyaraq yaxınlıqdakı işlək olmayan körpünün altında gizlətmişdir. Gizlətdiyi yerə yağış, su düşmürmüş.Həmin vaxtdan etibarən bir neçə dəfə özü istifadə üçün narkotik vasitəni və silahı, patronları gizlətdiyi yerə getmiş, oradan yığdığı narkotik vasitədən hər dəfə bir miqdar istifadə etmək məqsədilə götürüb istifadə etmişdir. Təxminən 2023-cü ilin oktyabr ayında yenə narkotik vasitədən istifadə etmək məqsədilə götürməyə gələn zaman tapdığı silahın üzərini parça ilə bağlayaraq yapışqan lent ilə bağlamış, yenidən qaytarıb marixuana olan sellofan torbaya qoymuşdur. xx.xx.2024-cü il tarixdə saat təxminən 17 radələrində narkotik vasitədən istifadə etmək üçün taksi ilə Qəbələ rayonu Savalan kəndində gələrək yolun kənarında düşmüş, piyada narkotiki və silahı, patronları gizlətdiyi körpünün altına gəlmiş, gizlətdiyi narkotik vasitədən bir qədər özü istifadə etmək məqsədilə götürərək götürdüyü sellofan torbaya qoymuş, patronlardan iki ədədini boyunbağı düzəltmək məqsədilə cibinə qoymuşdur. Eləcə də içərisində narkotik vasitə marixuana, həmçinin silah, daraq, qətər olan sellofan torbanı asfalt kənarına kolluğa qoymuş ki, özü ilə birgə Ağdaş rayonuna aparsın. Yol kənarına çıxaraq taksi axtarırmış ki, yoldan keçən avtomobillərdən birini saxlayıb torbanı da götürüb özü ilə birgə aparsın. Piyada asfalt yol tərəfə hərəkət etmiş, asfalt yola çatan zaman polis əməkdaşları ona yaxınlaşmış, narkotik vasitə gəzdirməyində şübhəli olduğunu bildirmişlər.Üzərində qurudulmuş marixuana olduğunu etiraf etmişdir. Qəbələ rayon polis şöbəsinə gəlmişlər. Orada üzərinə axtarış keçirilmiş, üzərində olan narkotik vasitəni və iki ədəd patronu təqdim etmişdir. Axtarış zamanı ondan başqa yerdə narkotik vasitə və silah, patron olub-olmadığı barədə sorğu edildikdə Savalan kəndində Türyançay çayının kənarına yaxınlıqda narkotik vasitə qurudulmuş marixuana, bir ədəd silah, patronlar da gizlədib saxladığını, onları da polis əməkdaşlarına təqdim edə biləcəyini demişdir. Daha sonra polis əməkdaşları ilə birgə Savalan kəndinə gəlmişlər.Türyançay çayının kənarına yaxınlıqda yol kənarda gizlətdiyi qurudub saxladığı marixuananı, 01 ədəd silahı, 01 ədəd darağı, açıq vəziyyətdə olan patronları və 01 ədəd qətəri üzərindəki patronlarla birgə gizlətdiyi yerdəpolis əməkdaşlarına təqdim etmişdir.Polis əməkdaşları həmin marixuananı, silahı, patronları, darağı, qətəri götürmüşlər. Təqsirləndirilən şəxs ona verilən suallara cavab olaraq bildirmişdir ki, narkotik vasitəni özü istifadə etmək məqsədilə yabanı halda yığmış, heç kimə narkotik vasitə verməmiş, satmamış və ya bağışlamamışdır. Silahı, patronu, darağı, qətəri gələcəkdə kimsəyə pay vermək məqsədi ilə gizlətmişdir. Buna görə də könüllü olaraq polisə təqdim etməmişdir. Tapdığı zaman patronları saymamış, belə ki onlar açıq vəziyyətdə və qətərin üzərində olmuşdur.Polis əməkdaşlarına təqdim edən zaman onlar saymış, sayının 100 ədəd, üzərindəkilərlə birgə 102 ədəd olduğu müəyyən edilmişdir. Əvvəllər həmin patronlardan götürməmiş, eləcə də həmin patronlardan kimsəyə verməmiş, satmamış, bağışlamamış,eləcə də silahdan və patronlardan istifadə etməmişdir.Marixuana yığan zaman, silahı, patronları tapan zaman tək olmuş, heç kim məlumatlı olmamış, tapdığı silahın üzərində heç bir dəyişiklik aparmamış, lülə və qundağını kəsməmişdir. Kimsə kəsibsə məlumatı yoxdur. İş üzrə bütün ekspertiza rəyləri ilə tanış olmuş, həmin rəylərlə razıdır, heç bir vəsatəti yoxdur. Polis əməkdaşları və ya qeyri kimsə saxlanılarkən ona qarşı heç bir fiziki zor tətbiq etməmiş, müvəqqəti saxlama yerində də ona qarşı heç bir fiziki zor və təzyiq edilməmişdir. Şərəf və ləyaqətinin alçaldılması ilə müşayiət edilən hərəkətlər olmamışdır. Sonda Təqsirləndirilən şəxs törətdiyi əməldən peşman olduğunu, anasının xəstə olmasını nəzərə alaraq məhkəmədən ona həbslə bağlı olmayan cəza təyin edilməsini xahiş etdi. Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 ifadəsində bildirmişdir ki, Təqsirləndirilən şəxs əvvəllər tanımamış, heç bir münasibəti olmamışdır. 08 yanvar 2024-cü il tarixdə Təqsirləndirilən şəxs Qəbələ rayon Savalan kəndində körpüyə yaxın ərazidə yol kənarında piyada hərəkətdə olması, onun qanunsuz olaraq narkotik vasitə olan marixuananı əldə edib, daşımaqla saxlamasına dair daxil olmuş, məlumat əsasında həmin gün saat təxminən 18-19 radələrində Savalan kəndinə həmin yerə getmişdir.Orada Təqsirləndirilən şəxs görmüş, o, Savalan kəndində köhnə körpüyə yaxın ərazidə asfaltın kənarı ilə piyada hərəkətdə imiş. Ona yaxınlaşıb özünü təqdim edərək onun narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirib ondan üzərində narkotik vasitə olub-olmadığını şifahi sorğu etmişdir. Təqsirləndirilən şəxs əynindəki gödəkçəsinin cibində sellofan bükülüdə narkotik tərkibli bitki olan marixuana olduğunu bildirmişdir. Ona narkotik vasitəni təqdim etməsi üçün rayon polis şöbəsinə getməsi təklif edildikdə o, edilmiş təkliflə razılaşmış, xidməti avtomobillə birgə Qəbələ rayon polis şöbəsinə, inzibati binasının birinci mərtəbəsinə təhqiqatçının otağına gəlmişlər.Orada Təqsirləndirilən şəxs müdafiəçisinin iştirakı ilə üzərinə şəxsi axtarış aparılmağa başlanmış, şəxsi axtarış aparılmazdan əvvəl Təqsirləndirilən şəxs üzərində narkotik vasitə olub-olmaması sorğu edilmişdir.Təqsirləndirilən şəxs əynindəki gödəkçənin cibində bir ədəd sellofan bükümdə narkotik vasitə olan qurudulmuş marixuana olduğunu bildirmişdir.Ondan həmin sellofan bükümü təqdim edilməsi istənildikdə o cibindən sellofan torbanı çıxararaq təqdim etmişdir. Təqdim edilmiş sellafon torba açıldıqda içərisindən yaşıl rəngli kəskin iyə malik qurudulmuş marixunaya bənzər kütlə aşkar edilmişdir.Təqsirləndirilən şəxs təqdim etdiyi qurudulmuş marixuanaya bənzər kütləni hardan əldə etməsi barədə şifahi sorğu edildikdə o, 2023-cü ilin avqust ayında Savalan kəndində Türyançay çayının kənarından yabanı halda bitmiş marixuana bitkisini yığıb qurudaraq əldə etdiyini demişdir.Aşkar edilmiş qurudulmuş marixuanaya bənzər kütlə elektron tərəzidə çəkilmiş, ancaq çəkisini xatırlamır. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən həmçinin, 02 ədəd avtomat patronuna bənzər əşya aşkarlanmışdır.Təqsirləndirilən şəxs həmin patronları da 2023-cü ilin avqust ayında Savalan kəndində Türyançay çayının kənarından yabanı halda bitmiş marixuana yığan zaman tapdığını bildirmişdir.Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış zamanı başqa cinayət xarakterli hər hansı bir əşya, predmet aşkar edilməmişdir. Aşkar edilmiş qurudulmuş marixuanaya bənzər bitki kütləsi, həmçinin, avtomat ptronlarına bənzər 02 ədəd əşya qablaşdırılaraq götürülmüş, üzəri möhürlənmiş, imzalanmışdır.Şəxsi atarış zamanı video çəkiliş aparılmış, foto şəkillər çəkilmişdir.Daha sonra Təqsirləndirilən şəxs başqa yerdə narkotik vasitə, patron bu kimi cinayət xarakterli hər hansı bir əşyalarının olub-olmadığı şifahi sorğu edilmişdir.Təqsirləndirilən şəxs bildirmişdir ki, 2023-cü ilin avqust ayında Savalan kəndində Türyançay çayının kənarından yabanı halda bitmiş marixuana yığan zaman həmin yerə yaxın ərazidən 01 ədəd tüfəng, eləcə də çoxlu sayda patronlar, patronları yığmaq üçün qətər(lent), həmçinin avtomat darağı tapmış, onları yığıb qurutduğu marixuana ilə birgə Savalan kəndində gizlətmişdir.Həmin narkotik vasitə marixuananı, həmçinin, silahı, eləcə də patronları polis əməkdaşlarına təqdim edə biləcəyini bildirmişdir.Bundan sonra Qəbələ RPŞnin CAB-nin əməliyyat müvəkkilləri Seymur Vahidov, Şahid2, eləcə də şübhəli şəxs Təqsirləndirilən şəxs, müdafiəçisi, təhqiqatçı birgə Təqsirləndirilən şəxs istiqamət verməsi ilə birgə Qəbələ rayon Savalan kəndinə getmişlər.Savalan kəndində Təqsirləndirilən şəxs onu saxladığı yerdə, yəni, köhnə işlək olmayan körpüyə yaxın, üzü Ağdaş rayonu istiqamətdə yolun sağında asfaltdan təxminən 30-40 metr məsafədə avtomobili saxlamasını istəmiş, narkotik vasitə qurudulmuş marixuananı, silahı, patronları, qətəri və silah darağını yolun sağında kolluq yerdə gizlətdiyini demişdir.Baxış iştirakçıları Təqsirləndirilən şəxs təqdim etdiyi yerə yaxınlaşmışlar.Həmin yerdə xırda təpəlik, kolluq hissədə bir ədəd sellofan torbanı təqdim edən Təqsirləndirilən şəxs içərisində qeyd etdiyi 01 ədəd tüfəngi, patronları, həmçinin, qətər və darağı, eləcə də marixuananı saxladığını demişdir. Torba açıldıqda həqiqətən də içərisindən narkotik vasitə qurudulmuş marixuanaya bənzər yaşıl rəngli kütlə, həmçinin, 01 ədəd lülə və qundağı kəsilmiş vəziyyətdə tüfəng, üzərində 59 ədəd avtomat patronu olan 01 ədəd qətər(lent), 01 ədəd boş vəziyyətdə avtomat darağı(sandıq), həmçinin açıq vəziyyətdə 41 ədəd müxtəlif çaplı avtomat patronlarına bənzər patronlar aşkar edilmişdir.Təqsirləndirilən şəxs həmin narkotik vasitə marixuananı 2023-cü ilin avqust ayında Savalan kəndində Türyançay çayının kənarından yabanı halda bitmiş marixuana bitkilərindən yığıb qurutduğunu, silahı, patronları, darağı, eləcə də qətəri də həmin vaxt həmin yerə yaxın meşəlik ərazidən tapdığını qeyd etmişdir.Narkotik vasitə marixuanaya bənzər kütlə elektron tərəzidə çəkilmiş, ancaq xeyli vaxt keçdiyi üçün çəkisini xatırlamır.Aşkar edilmiş narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlə, silah, patronlar, qətər(lent), həmçinin, daraq(sandıq) qablaşdırılaraq götürülmüş, üzəri möhürlənmiş, imzalanmışdır.Baxış zamanı video çəkiliş aparılmış, foto şəkillər çəkilmişdir.Şahid1 ona verilən suallara cavab olaraq bildirmişdir ki, Təqsirləndirilən şəxs saxlanılan, polis şöbəsinə gətirilən, üzərinə şəxsi axtarış, həmçinin, Savalan kəndində baxış keçirilən zaman polis əməkdaları və ya qeyri şəxslər tərəfindən ona heç bir fiziki və sair zor tətbiq edilməmiş, ona qarşı şərəf və ləyaqətinin alçaldılması ilə müşayiət edilən hərəkətlər olmamışdır. Məhkəmədə şahid qismində dindirilmiş Şahid2 digər Şahid1 ilə eyni məzmunlu ifadə verərək onun göstərdiklərini təsdiq etmişdir. Məhkəmə təqsirləndirilən şəxsi və şahidləri dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, Təqsirləndirilən şəxs qeyd olunan cinayət əməllərini törətmişdir və onun təqsiri, özünün etirafedici ifadəsi, şahid ifadələri və aşağıda göstərilən digər sübutlarla təsdiq edilir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq olunan Qəbələ RPŞ-nin TB-nin təhqiqatçısı Cavidan Əhmədli tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli “şəxsi axtarış və götürmə barədə” protokoldan görünür ki, 08 yanvar 2024-cü il tarixdə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs üzərinə “şəxsi axtarış və götürmə” istintaq hərəkəti keçirilən zaman əynindəki qəhvəyi rəngli gödəkçənin sol iç cibindən 01 ədəd ağ rəngli sellofan torba aşkar edilmiş, həmin torbanı açdıqda içərisində yaşıl rəngli, kəskin spesifik iyə malik marixuanaya bənzər kütlə olduğu müəyyən edilmişdir. Həmin kütlə elektron tərəzidə çəkildikdə çəkisinin 0,7335 qram olduğu müəyyənləşdirilmişdir.Bundan başqa istintaq hərəkəti zamanı Təqsirləndirilən şəxs əynindəki gödəkçənin sol yan cibindən 02 ədəd patron aşkarlanmışdır.Şübhəli şəxs təqdim etdiyi qurudulmuş marixuanaya bənzər kütləni hardan əldə etməsi barədə şifahi sorğu edildikdə o, Savalan kəndində Türyançay çayının kənarından yabanı halda bitmiş marixuana bitkisini yığıb qurudaraq əldə etdiyini patronları da Savalan kəndində Türyançay çayının kənarından yabanı halda bitmiş marixuana yığan zaman tapdığını, bundan əlavə Savalan kəndində yol kənarında yığıb qurutduğu marixuananı və tapdığı bir ədəd silahı, patronları gizlətdiyini, onları polis əməkdaşlarına təqdim edə biləcəyini bildirmişdir.Aşkar edilmiş narkotik vasitəyə bənzər kütlə və 02 ədəd patron DİN-in “103” saylı möhürü ilə möhürlənərək qablaşdırılaraq müvafiq ekspertizalar üçün götürülmüş, üzəri iştirak edən şəxslər tərəfindən imzalanmışdır.Təqsirləndirilən şəxs üzərinə “şəxsi axtarış və götürmə” zamanı cinayət xarakterli başqa heç bir əşya, predmet aşkar edilməmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq olunan Qəbələ RPŞ-nin TB-nin təhqiqatçısı Cavidan Əhmədli tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli “Baxış keçirilməsi haqqında” protokoldan görünür ki, 08 yanvar 2024-cü il tarixdə Azərbaycan Respublikası CMnin 234.1-ci maddəsi ilə şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs Qəbələ rayon Savalan kəndində yol kənarında narkotik vasitə marixuana, eləcə də silah, patronlar gizlədib saxladığını bildirdiyi yerə iştirakçıların, şübhəli şəxs Təqsirləndirilən şəxs və müdafiəçisinin iştirakları ilə baxış keçirilmişdir.Baxış keçirilən yer Qəbələ-Ağdaş yolunun Qəbələ rayon Savalan kəndindən keçən hissəsində Türyançay çayının üzərindən keçən işlək olmayan körpünün yaxınlığında, üzü Ağdaş rayonu istiqamətdə aslfat yoldan təxminən 30-40 metr məsafədə yerləşir.Baxış zamanı hadisə yeri, yəni, Təqsirləndirilən şəxs silah, patron, narkotik vasitə gizlətdiyi yer özü tərəfindən göstərilmişdir.Şübhəli şəxs Təqsirləndirilən şəxs yol kənarında kolluq ərazidə 01 ədəd sarı rəngli sellofan torbanı təqdim etmişdir.Həmin torba içərisinə baxış zamanı içərisində olan sellofan torbadan narkotik vasitə marixuanaya bənzər bitki kütləsi aşkarlanmışdır.Həmin kütlə elektron tərəzidə çəkilərkən çəkisinin 0,400 qram olduğu müəyyən edilmişdir. Baxış zamanı sellofan torbanın içərisindən üzəri parça və yapışqan lent ilə örtülü, lüləsi və qundağı kəsilmiş qara rəngli qundaq nömrəsi 3322 olan markası bilinməyən ov silahı, 01 ədəd patron yığılması üçün istifadə olunan kəmərin üzərində 59 ədəd patron, 01 ədəd içərisi boş vəziyyətdə patron yığılan sandıq(daraq) və açıq vəziyyətdə mütəlif çaplı patronlar aşkar edilmişdir.Aşkar edilmiş açıq vəziyyətdə olan patronlar sayıldıqda 41 ədəd olduğu müəyyən edilmişdir.Şübhəli şəxs Təqsirləndirilən şəxs marixuananı meşəlik çay kənarından yığıb qurutduğunu, həmin yerdən də silah və patronları tapdığını bildirmişdir.Aşkar edilmiş narkotik vasitəyə bənzər kütlə, silah, patronlar, daraq, kəmər(lent) DİN-in “103” saylı möhürü ilə möhürlənərək qablaşdırılaraq müvafiq ekspertizalar üçün götürülmüş, üzəri iştirak edən şəxslər tərəfindən imzalanmışdır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq olunan xx.xx.2024-cü il tarixli “ təqsirləndirilən şəxsin ifadələrinin yerində yoxlanılması” haqqında protokoldan görünür ki, təqsirləndirilən şəxs Əsədov X9 rayon Savalan kəndində “Türyançay” çayının yaxınlığında meşəlik ərazini təqdim edərək 2023-ci ilin avqust ayında dəqiq xatrılamadığı tarixdə həmin yerdən yabanı halda bitmiş marixuana bitkilərindən öz istifadəsi üçün çəkmək niyyəti ilə qurudub yığdığını, üzərindən aşkar edilmiş qurudulmuş marixuananın da həmin yerdən yığaraq qurudub saxladığı narkotik vasitə olduğunu, həmin vaxt oradan 01 ədəd silah, sayını bilmədiyi qədər patronlar, patron yığmaq üçün kəmər, həmçinin, 01 ədəd sandıq(daraq) tapdığını, onları sellofan torbada Türyançay çayının üzərindəki köhnə, işlək olmayan körpünün altında gizlətdiyini, 08 yanvar 2024-cü il tarixdə isə saat təxminən 18-19 radələrində narkotik vasitə marixuanadan bir hissəsini, patronlardan isə 02 ədədini özü ilə götürdüyünü, qalan narkotik vasitə marixuananı, silahı, patronları, kəməri, darağı özü ilə aparmaq üçün yol kənarına gətirib gizlətdiyini, taksi axtaran zaman polis əməkdaşları tərəfindən saxlanılıb Qəbələ rayon polis şöbəsinə aparıldığını bildirmişdir.Təqsirləndirilən şəxs ifaləri yerində yoxlanılan zaman istintaq zamanı veriyi ifadələrində olduğu kimi ardıcıllıqla hədisə yerini təqdim etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq olunan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekpertizası X8 Bölməsindən daxil olmuş 09 yanvar 2024-cü il tarixli 17/29 nömrəli məhkəmə bioloji ekspertizasının rəyində göstərilmişdir ki, Tədqiqata təqdim olunmuş, üzərində “Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş marixuanaya bənzər bitki kütləsi....” sözləri, adlar və imzalar yazılmış zərfin içərisindəki 01(bir) ədəd sellofan bükümdə, təmiz çəkisi – 14,42 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə(kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır.Tədqiqata təqdim olunmuş, üzərinə yapışdırılmış vərəqədə “1/imza/ Təqsirləndirilən şəxs 2/imza/ Müdafiəçi 3/imza/ Şahid1 4/imza/ S.Vahidov....” adlar və imzalar yazılmış sellofan torbanı açdıqda içərisindəki digər 01(bir) ədəd sellofan tobada, təmiz çəkisi – 154,01 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə(kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır.Tədqiqata təqdim edilmiş, 01(bir) ədəd sellofan bükümdə və 01(bir) ədəd sellofan torbada olan qurudulmuş marixuanalar tərkiblərinə görə eynidirlər. İş materiallarında olan və məhkəmə iclasında tədqiq olunan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekpertizası Mərkəzindən daxil olmuş 09 fevral 2024-cü il tarixli 3- 16-16/2-3/178 nömrəli “Məhkəmə ballistik” ekspertizası rəyinə əsasən: -Tədqiqata təqdim edilmiş 01 ədəd silah 16 kalibrli olmaqla “ZK” modelli, patronluğunun uzunluğu 70 mm olan, xarici çaxmaqlı, Zlataust silah zavodunda istehsal edilmiş “3322-H” №-li yivsiz təküləli odlu ov tüfəngidir, lakin konstruktiv dəyişikliklərə məruz qalaraq sonradan lüləsi kustar üsulla kəsilmiş, qundağı isə kəsilərək dəstək formasına uyğunlaşdırılmış ilkin təyinatı dəyişdirilmiş tüfəng kəsiyidir, odlu silah hesab edilir, saz vəziyyətdədir və atəş üçün yararlıdır. Silahın üzərində istehsal tarixini bildirən rəqəmlər olmadığından, hansı tarixdə istehsal olunduğunu müəyyən etmək mümkün deyil. -Tədqiqata təqdim edilmiş 30 ədəd patron zavod üsulu ilə istehsal olunmuş 7,62x39 mm kalibrli olmaqla, həmin kalibrli AKM, AKMS avtomat silahlarda, SKS karabinlərdə istifadə olunan patronlardır, döyüş sursatı hesab edilir, atəş üçün yararlıdır. -Tədqiqata təqdim edilmiş 50 ədəd patron zavod üsulu ilə istehsal olunmuş 7,62x54 mm kalibrli olmaqla, həmin kalibrli PK, PKM pulemyotlarda, Mosin konstruksiyalı karabinlərdə, Draqunov konstruksiyalı SVD modelli snayper tüfənglərdə istifadə olunan patronlardır, döyüş sursatı hesab edilir və atəş üçün yararlıdır. -Tədqiqata təqdim edilmiş 01 ədəd patron lenti zavod üsulu ilə istehsal olunmuş 59 ədəd 7,62x54 mm kalibrli patron tutumuna malik PK, PKM pulemyotlarda atəş zamanı komplekt hissə kimi istifadə olunması üçün nəzərdə tutulmuş patron lentidir, istifadəyə yararlıdır və döyüş sursatı hesab edilmir. -Tədqiqata təqdim edilmiş 01 ədəd sandıqça, zavod üsulu ilə istehsal olunmuş 30 ədəd 7.62x39 mm kalibrli patron tutumuna malik, həmin kalibrli Kalaşnikov konstruksiyalı AKM, AKMS markalı avtomatların funksional əhəmiyyət daşımayan komplekt hissəsidir sandıqçadır(darağıdır), döyüş sursatı hesab edilmir, istifadəyə yararlıdır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq olunan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Kriminalistik Tədqiqatlar İdarəsindən daxil olmuş 09 yanvar 2024-cü il tarixli 24/55 nömrəli “Məhkəmə ballistik” ekspertizası rəyinə əsasən: 1.Tədqiqata təqdim edilmiş 01 ədəd 3322-H №-li silah ilkin variantda keçmiş SSRİ dövlətində Zlataust silah zavodunda istehsal olunmuş 16 kalibrli ZK modelli, çaxmaqlı, hamar tək lüləli ovlu yivsiz ov tüfəngi olub.Lakin, sonradan həmin silahın lüləsi və qundağı kustar üsulu ilə kəsilmiş və hal-hazırda lüləsinin uzunluğu 350 mm, ümumi uzunluğu 555 mm olan silah öz ilkin təyinatını itirmiş ZK modelli, çaxmaqlı, hamar tək lüləli odlu yivsiz ov tüfənginin kəsiyidir, texniki cəhətdən sazdır və atəş üçün yararlıdır. 2.Tədqiqata təqdim edilmiş 38 ədəd patron zavod üsulu ilə keçmiş SSRİ dövlətində istehsal olunmuş 7,62x39 mm kalibrli olmaqla, həmin kalibrli Kalaşnikov konstruksiyalı silahların ştat patronlarıdır, döyüş sursatlarıdır və atəş üçün yararlıdır. 3.Tədqiqata təqdim edilmiş 64 ədəd patronlar zavod üsulu ilə keçmiş SSRİ dövlətində istehsal olunmuş 7,62x54 mm kalibrli olmaqla, həmin kalibrli Kalaşnikov konstruksiyalı pulemyotların (PK), Mosin konstruksiyalı karabinlərin və Draqunov konstruksiyalı (SVD)modelli snayper tüfənglərinin ştat patronlarıdır, döyüş sursatıdırlar və atəş üçün yararlıdırlar. 4.Tədqiqata təqdim edilmiş 01 ədəd patron lenti zavod üsulu ilə istehsal olunmuş 59 ədəd 7,62x54 mm kalibrli patronları daşımaq və Kalaşnikov konstruksiyalı pulemyotlarda atəş zamanı istifadə olunması üçün nəzərdə tutulmuş patron lentidir, təyinatı üzrə istifadə üçün yararlıdır və döyüş sursatı hesab edilmir. 5.Tədqiqata təqdim edilmiş 01 ədəd daraq zavod üsulu ilə istehsal olunmuş 30 ədəd 7,62x39 mm kalibrli patronlar yerləşdirmək üçün nəzərdə tutulmuş, həmin kalibrli Kalaşnikov konstruksiyalı avtomatların komplekt hissəsidir-darağıdır, döyüş sursatı hesab edilmir, texniki cəhətdən sazdır və istifadə üçün yararlıdır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq olunan Təqsirləndirilən şəxs barəsində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə Şəhəri Narkoloji Dispanserindən daxil olmuş 28 fevral 2024-cü il tarixli 338 nömrəli məhkəmə narkoloji ekspertiza rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan kannobinoidlərdən sui-istifadə nəticəsində narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan və məhkəmə iclasında tədqiq olunanAzərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X11 daxil olmuş xx.xx.2024-cü tarixli 72 saylı ambulator məhkəmə psixiatrik ekspertizası rəyinə əsasən:
1. Təqsirləndirilən şəxs əvvəllər və hal-hazırda hər hansı xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və sair psixi xəstəlik keçirməmişdir.
2. Təqsirləndirilən şəxs psixi xəstəlik keçirmədiyindən onun məcburi qaydada müalicəyə ehtiyacı yoxdur.
3. Təqsirləndirilən şəxs cinayəti törədən zaman öz hərəkətlərini ölçüb-biçmək və hərəkətlərini idarə etmək iqtidarında olmuşdur, yəni ANLAQLİ olmuşdur. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 21.1-ci maddəsinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs hal-hazırda da öz hərəkətlərini ölçüb-biçmək və hərəkətlərini idarə etmək qabiliyyətindədir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq olunan Qəbələ rayon X12 X4 Müdiri, cinayət işi üzrə mütəxəssis qismində tanınmış X5 tərəfindən tərtib edilmiş xx.xx.2024cü il tarxli rəyindən görünür ki, Qəbələ rayon Savalan kəndində Türyançay çayının kənarındayabanı halda narkotik tərkibli bitkilərin yetişməsi üçün münbit torpaq sahəsi olubolmamasını təftiş edilmiş, məlum olmuşdur ki, həmin ərazidə narkotik mənşəli çətənə bitkisinin bitməsi üçün münbit şərait vardır.Yabanı tərkibli narkotik mənşəli bitkilərin yetişməsi üçün həmin ərazidə onlara hər hansı bir aqrotexniki qulluq göstərilməsi halı müşahidə edilməmişdir. İş materiallarında olan Qəbələ RPŞ-nin CAB-dən daxil olmuş xx.xx.2023-cü il tarixli əməliyyat tapşırığına cavab raportundan görünür ki, təqsirləndiirlən şəxs Təqsirləndirilən şəxs üzərindən və təqdim etdiyi yerə baxış keçirilərkən aşkar edilmiş qurudulmuş marixuananı həqiqətən də 2023-cü ilin avqust ayında Qəbələ rayon Savalan kəndində Türyançay çayının kənarında yabanı halda bitmiş marixuana bitkilərindən yığaraq əldə etmişdir.Təqsirləndirilən şəxs başqa şəxslərdən narkotik vasitə əldə etmədiyi, narkotik vasitə satmadığı və ya narkotik vasitənin istifadəsinə təhrik etmədiyi müəyyən edilmişdir.Təqsirləndirilən şəxs 01 ədəd silahı, 102 ədəd patronu, 01 ədəd darağı,01 ədəd lenti həqiqətn də 2023-cü ilin avqust ayında Savalan kəndinə Türyançay çayının kənarında yabanı halda bitmiş marixuana bitkisini yığarkən tapmışdır.Aşkar edilmiş silahın lülə və qundağının onun tərəfindən kəsilmədiyi, silahın konstruksiyasına heç bir dəyişiklik edilmədiyi, silah-sursatın kimə məxsus olması, həmin konstruksiya dəyişikliklərinin kim tərəfindən edildiyi Təqsirləndirilən şəxs cinayəti törədərkən digər şəxslərlə əlbirliyi, törədilmiş cinayətdə iştirakçılıq müəyyən edilməmişdir. İş materiallarında olan 05 mart 2024-cü il tarixli “sübutların qiymətləndirilməsi haqqında” qərara əsasən məhkəmə bioloji ekspertizasından sonra qalmış 153,91 qram və 14,37 qram narkotik vasitə qurudulmuş marixuana, məhkəmə ballistik ekspertizasından sonra qalmış ümumilikdə 50 ədəd zavod üsulu ilə istehsal olunmuş 7,62x54 mm kalibrli olmaqla , həmin kalibrli PK, PKM pulemyotlarda, Mosin konstruksiyalı karabinlərdə, Draqunov konstruksiyalı SVD modelli snayper tüfənglərində istifadə olunan, döyüş sursatı hesab edilən, atəş üçün yararlı patronlar, 30ədəd zavod üsulu ilə istehsal olunmuş 7,62x39 mm kalibrli olmaqla, həmin kalibrli AKM, AKMS avtomat silahlarda, SKS karabinlərdə istifadə olunan döyüş sursatı hesab edilən, atəş üçün yararlıpatronlar, saz vəziyyətdə, atəş üçün yararlı, 16 kalibrli, “ZK” modelli, patronluğunun uzunluğu 70 mm olan, xarici çaxmaqlı, Zlataust silah zavodundan istehsal edilmiş, istehsal tarixi bilinməyən, “3322-H” №-li yivsiz təklüləli, konstruktiv dəyişikliklərə məruz qalaraq sonradan lüləsi kustar üsulla kəsilmiş, qundağı isə kəsilərək dəstək formasına uyğunlaşdırılmış, ilkin təyinatı dəyişdirilmiş 01 ədəd tüfəng kəsiyi ov tüfəngi olan odlu silah, 01 ədəd zavod üsulu ilə istehsal olunmuş 59 ədəd 7,62x54 mm kalibrli patron tutumuna malik PK,PKM pulemyotlarda atəş zamanı komplekt hissə kimi istifadə olunması üçün nəzərdə tutulmuş, istifadəyə yararlı, döyüş sursatı hesab edilməyən patron lenti, 01 ədəd zavod üsulu ilə istehsal olunmuş 30 ədəd 7,62x39 mm kalibrli patron tutumuna malik, həmin kalibrli Kalaşnikov konstruksiyalı AKM, AKMS markalı avtomatların funksional əhəmiyyət daşımayan komplekt hissəsi olan istifadəyə yararlı, döyüş sursatı hesab edilməyən sandıqça maddi sübut kimi tanınmış və saxlanılması üçün Qəbələ RPŞ-nin saxlancına təhvil verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələri İdarəetmə birliyi” Publik hüquqi şəxs Ağdaş rayon mərkəzi xəstəxanası X11 daxil olmuş 22 yanvar 2024cü il tarixli 18-1-22/2-87/2024 saylı məktubundan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023cü il tarixdə “Ağdaş rayon mərkəzi xəstəxanası”publik hüquqi şəxsin poliklinika şöbəsində “Kannabionidlərin qəbulu nəticəsində asılılıq sindromu” diaqnozu ilə narkoloji qeydiyyatdadır. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ-nin verdiyi tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu olmayan şəxsdir. İş materiallarında olanAğdaş rayon İcra Hakimiyyəti Başçısının Ağdaş şəhər İnzibati Ərazi Dairəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 05 nömrəli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə edilir. İş materiallarında olan Ağdaş rayon İcra Hakimiyyəti Başçısının Ağdaş şəhər İnzibati Ərazi Dairəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 182 nömrəli arayışdan görünür ki, Təqsirləndirilən şəxs ailə tərkibi atası X2 və anası X7 ibarətdir. Beləliklə, məhkəmə və məhkəməyədək araşdırma zamanı toplanmış sübutlara məcmu halında qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitəsni şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama və daşıması, eyni zamanda qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı saxlama, daşıma və gəzdirmə kimi hərəkətlər etməsi özünün etirafedici ifadəsi, ekspert rəyləri və şahid ifadələri, işdə olan baxış protokolları və iş üzrə olan maddi sübut ilə də tam subuta yetirilir. Məhkəmə hesab edir ki, istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-in 228.1 və 234.1-ci maddələri ilə düzgün tövsif edilmişdir. Belə ki, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 28 iyun 2008-ci il tarixli Qanununun 21-ci maddəsinə əsasən, «narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak üçün nəzərdə tutulan miqdarı şəxsi istehlak üçün mümkün, hər bir narkotik vasitənin və ya psixotrop maddənin ayrı-ayrılıqda birdəfəlik istehlakı həcminə əsasən müəyyən edilir. Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıları Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilir». Azərbaycan Respublikasının 28 iyun 2005-ci il Qanunu ilə təsdiq edilmiş “şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına habelə onların külli miqdarına görə” 1-ci siyahının 12-ci bəndinə görə psixotrop maddə hesab edilən metafetaminin şəxsi istehlak miqdarından artıq miqdarının yuxarı həddi 0,15 qram təşkil edir. Cinayət işinin materiallarından göründüyü kimi iş üzrə Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş psixotrop maddə metanfetaminin xalis çəkisi cəmi 0,7335 qram təşkil etmişdir ki, qeyd olunan siyahıya əsasən, həmin miqdar Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edir. Bundan əlavə Təqsirləndirilən şəxs qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı saxlama, daşıma və gəzdirmə kimi hərəkətlər etmişdir. Bu hallar da Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edir. Məhkəmə təqsirləndirilən şəxsin və şahidlərin ifadələrini, dövlət ittihamçısının və müdafiəçinin çıxışlarını dinləyib, işdə olan ekspertiza rəyini və digər sənədləri bilavasitə tədqiq edib, bu sübutları tam, hərtərəfli və obyektiv yoxlayıb, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib, Azərbaycan Respublikasının Konstitusiyasının 63-cü maddəsində təsbit edilmiş təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq, məhkəmə baxışında ittihamın baxılması nəticələrinə əsaslanaraq, tədqiq olunan sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq bu nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs həmçinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Həmin əməldə Cinayət Məcəlləsinin 228.1-ci maddəsinin tərkibi vardır, həmin əməl təqsirləndirilən şəxs tərəfindən törədilmişdir, təqsirləndirilən şəxs həmin cinayətin törədilməsində təqsirlidir, onun cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir, əməlin cinayət olmasını aradan qaldıran hallar, təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur, təqsirləndirilən şəxs törətdiyi əmələ görə cəzalanmalıdır. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1, 229.1, 230, 231 və 232.1-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair» 21 iyun 2010-cu il tarixli qərarında göstərilmişdir ki, «odlu silah» anlayışı Azərbaycan Respublikasının 2004-cü il 10 sentyabr tarixli, 750-İİQ nömrəli Qanunla qoşulduğu Birləşmiş Millətlər Təşkilatının Transmilli mütəşəkkil cinayətkarlığa qarşı Konvensiyasını tamamlayan «Odlu silahların, onların hissələrinin və komponentlərinin, habelə döyüş sursatının qanunsuz hazırlanmasına və dövriyyəsinə qarşı» Protokolunda göstərilmişdir. Həmin Protokolun 3-cü maddəsinin “a” bəndinə əsasən «odlu silah» dedikdə, əntiq odlu silahlar və ya onların modelləri istisna olmaqla, atəş açan, atəş açmaq üçün nəzərdə tutulan və ya asanlıqla atəş açmaq üçün vasitəyə çevrilə bilən hər hansı daşına bilən lüləli odlu silah, güllə və ya partlayıcı reaktiv mərmi başa düşülür. “Xidməti və mülki silah haqqında” Qanun və digər müvafiq qanunvericilik aktları ilə müəyyən olunmuş qaydaların pozulması isə məsuliyyətin yaranmasına səbəb olur. Belə ki, qeyd olunan Qanun xidməti və mülki silahın yalnız dövriyyəsi ilə bağlı hüquqi münasibətləri tənzimləyir, odlu silahla qanunsuz hərəkərlərə görə məsuliyyət isə digər qanunlar, o cümlədən cinayət məsuliyyəti cinayət qanunu ilə müəyyən edilir. Belə məsuliyyətin növlərindən biri kimi CM-in 228-ci maddəsi çıxış edir. Həmin maddəyə əsasən “qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə” cinayət əməlini təşkil edir. » Beləliklə də, Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən, məhkəmə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarmağı məqsədəmüvafiq hesab edir. Məhkəmə Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cəzasını yüngülləşdirən hallar müəyyən etmədi. Məhkəmə Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cəzasını ağırlaşdıran hallar müəyyən etmədi. Məhkəmə cəza məsələsini müzakirə edərkən, cəzanın sosial ədalətin bərpası və məhkumun islah olunması məqsədi ilə tətbiq olunmasını, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs şəxsiyyətini, əməlini səmimi etiraf etməklə peşiman olmasını, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, əməlində cəzasını ağırlaşdıran halların olmamasını nəzərə alaraq hesab edir ki, ona təyin olunan cəza ədalətli olmaqla yanaşı, törətdiyi cinayətin xarakterinə, ictimai təhlükəlilik dərəcəsinə, həmin cinayətin törədilməsi halına, onun özünün şəxsiyyətinə tam uyğun olmalıdır. Məhkəmə hesab edir ki, cəzanın məqsədləri Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nın 228.1 və 234.1-ci maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə növündə cəza təyin olunduğu təqdirdə təmin edilə bilər. Belə ki, Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən, «cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır». Həmin Məcəllənin 58.3-cü maddəsinə görə, «cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır». “Məhkəmə Hökmü Haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 №-li qərarının, 45-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu zaman hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməli, seçilən cəzanın və ya digər cinayət-hüquqi xarakterli tədbirin təqsirləndirilən şəxsin islah olunması, ailəsinin həyat şəraitinə təsiri baxımından məqsədəuyğun olması izah edilməlidir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 nömrəli Qərarında nəzərdə tutulur ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. İnsan hüquqları üzrə Avropa Məhkəməsi öz Qərarlarında dəfələrlə göstərmiş və Milli məhkəmələrə tövsiyə etmişdir ki, şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması üçün əsaslar olduqda məhkəmələr həmin şəxsin barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza növlərinin tətbiq edilməsinə üstünlük verməlidirlər. Cinayət törətmiş şəxsin cəmiyyətdən təcrid edilməsi yalnız bunun üçün möhkəm əsaslar olduqda və bu açıq-aşkar ictimai maraqlar baxımından zəruri olduqda tətbiq edilə bilər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə görə, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nın 228.1 və 234.1-ci maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə növündə cəza təyin etməyi və Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən, təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs azadlıqdan məhrumetmə növündə qəti cəza təyin edilməsini ədalətli, məqsədə uyğun və onun islah olunması, həm də cəzanın məqsədlərinə nail olunması baxımından yetərli hesab edir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin onun təqsirli bilindiyi 228.1 və 234.1-ci maddələrinin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrumetmə növündə cəza təyin olunmalı, Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən, təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs azadlıqdan məhrumetmənövündə qəti cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs barəsində Qəbələ rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarı ilə seçilmiş həbs qətimkan tədbiri nəzərə alınmaqla hazırkı hökm üzrə təyin ediləcək cəzasının əvvəli həbsə alındığı vaxtdan, yəni xx.xx.2024-cü il tarixdən hesablanmalı, onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası CM-nin 56.1.1 və 56.1.2-ci maddələrinə əsasən, azadlıqdan məhrum etmə növündə cəzanın ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq olmayan müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün-məntəqə tipli cəzaçəkmə müəssisələrində; qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün ümumi rejimli cəza çəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs hazırki hökmlə təyin ediləcək cəzasını Azərbaycan Respublikası CM-nın 56.1.2-ci maddəsinə əsasən ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Bundan başqa, “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayətişləri üzrə məhkəmə təcrübəsi haqqında”Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli 2 saylı «Qərarın» 26-cı bəndində qeyd olunur ki, «məhkəmələr narkomaniya xəstəliyinə düçar olmuş təqsirli şəxslər barəsində cəza təyin edərkən onların cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi qaydada müalicə olunması məsələsini həll etməlidirlər (belə müalicənin tətbiq edilməli olub-olmaması barədə müvafiq ekspertiza rəyi alınmalıdır). Bu halda məcburi müalicənin müddəti məhkəmələr tərəfindən hökmdə göstərilməməlidir. Narkomaniyadan məcburi müalicənin belə şəxslərə zərərli təsir göstərməsi həkim rəyində qeyd olunduğu halda və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 09 fevral 2006-cı il tarixli 39 №-li qərarının 3-cü bəndində nəzərdə tutulan digər hallarda məhkəmə hökmdə Cinayət Məcəlləsinin 93.1.4-cü maddəsinin tətbiq edilməməsinin səbəblərini əsaslandırmalı, belə şəxslərin ərazi narkoloji dispanserində qeydiyyata götürülməsi təmin edilməlidir». İbtidai istintaq zamanı təyin edilmiş və məhkəmə istintaqı zamanı tədqiq edilmiş məhkəmə-narkoloji dispanserin rəyindən göründüyü kimi, Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Beləliklə məhkəmə belə qənaətə gəlir ki, cəza çəkdiyi müddətdə Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Məhkəmə CPM-in 346.1.19-cu maddəsinin tələbləri baxımından iş üzrə maddi sübutlar məsələsini həll edərkən,Təqsirləndirilən şəxs aşkar edilib götürülmüş, iş üzrə maddi sübut kimi tanınmış və və Qəbələ rayon Polis şöbəsində saxlanılan bioloji ekspertizadan sonra qalmış 153,91 qram və 14,37 qram narkotik vasitə qurudulmuş marixuana hökm öz qanuni qüvvəsini aldıqdan sonra məhv edilməlidir. Eyni zamanda iş üzrə maddi sübut hesab edilən Təqsirləndirilən şəxs götürülüb Qəbələ rayon Polis şöbəsinin maddi sübutları saxlama yerinə təhvil verilmiş məhkəmə ballistik ekspertizasından sonra qalmış ümumilikdə 50 ədəd zavod üsulu ilə istehsal olunmuş 7,62x54 mm kalibrli olmaqla, həmin kalibrli PK, PKM pulemyotlarda, Mosin konstruksiyalı karabinlərdə, Draqunov konstruksiyalı SVD modelli snayper tüfənglərində istifadə olunan, döyüş sursatı hesab edilən, atəş üçün yararlı patronlar, 30ədəd zavod üsulu ilə istehsal olunmuş 7,62x39 mm kalibrli olmaqla, həmin kalibrli AKM, AKMS avtomat silahlarda, SKS karabinlərdə istifadə olunan döyüş sursatı hesab edilən, atəş üçün yararlıpatronlar, saz vəziyyətdə, atəş üçün yararlı, 16 kalibrli, “ZK” modelli, patronluğunun uzunluğu 70 mm olan, xarici çaxmaqlı, Zlataust silah zavodundan istehsal edilmiş, istehsal tarixi bilinməyən, “3322-H” №-li yivsiz təklüləli, konstruktiv dəyişikliklərə məruz qalaraq sonradan lüləsi kustar üsulla kəsilmiş, qundağı isə kəsilərək dəstək formasına uyğunlaşdırılmış, ilkin təyinatı dəyişdirilmiş 01 ədəd tüfəng kəsiyi ov tüfəngi olan odlu silah, 01 ədəd zavod üsulu ilə istehsal olunmuş 59 ədəd 7,62x54 mm kalibrli patron tutumuna malik PK,PKM pulemyotlarda atəş zamanı komplekt hissə kimi istifadə olunması üçün nəzərdə tutulmuş, istifadəyə yararlı, döyüş sursatı hesab edilməyən patron lenti, 01 ədəd zavod üsulu ilə istehsal olunmuş 30 ədəd 7,62x39 mm kalibrli patron tutumuna malik, həmin kalibrli Kalaşnikov konstruksiyalı AKM, AKMS markalı avtomatların funksional əhəmiyyət daşımayan komplekt hissəsi olan istifadəyə yararlı, döyüş sursatı hesab edilməyən sandıqça hökm öz qanuni qüvvəsini aldıqdan sonra Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə təhvil verilməlidir. Bundan başqa, iş üzrə məhkəmə məsrəfləri olan ekspertiza tədqiqatlarının dəyəri cəmi 99,97(doxsan doqquz manat doxsan yeddi qəpik) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə görə məhkəmə, hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli olan əmlakın olub-olmaması məsələsini həll etməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.1 və 99-1.1.1-ci maddəsinə əsasən məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) Xüsusi müsadirə olunan əmlak hesab olunur. Məhkəmə xüsusi müsadirə ilə bağlı məsələni müzakirə edərək hesab edir ki, iş üzrə belə bir əmlak olmadığından təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə ilə bağlı müddəa tətbiq edilməməlidir. İş üzrə mülki iddia yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin44.1; 344-347; 349; 351-353, 356, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə
HÖKM ETDİ:
Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinsin və ona 02 (iki) il 06 (altı) ay müddətinə azadlıqdan məhrumetmə növündə cəza təyin edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinsin və ona 01 (bir) il 06 (altı) ay müddətinə azadlıqdan məhrumetmə növündə cəza təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə ona qəti olaraq 03 (üç) il müddətinə azadlıqdan məhrumetmə növündə cəza təyin edilsin. Təqsirləndirilən şəxs hökmlə təyin olunmuş cəzasını, cəzaçəkmənin əvvəli 08 yanvar 2024-cü il tarixindən hesablanmaqla, ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə məhkəmə məsrəfi olan 99,97 (doxsan doqquz manat doxsan yeddi qəpik) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilsin. (büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu 3, X3, kod 210005, VOEN **********, müxbir hesab AZE 41 NABZ********************, SFİFTBİK: CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi, VOEN **********, hesab AZ34CTRE********************). İş üzrə maddi sübut hesab edilən, Təqsirləndirilən şəxs götürülüb Qəbələ rayon Polis şöbəsinin maddi sübutları saxlama yerinə təhvil verilmiş məhkəmə ballistik ekspertizasından sonra qalmış ümumilikdə 50 ədəd zavod üsulu ilə istehsal olunmuş 7,62x54 mm kalibrli olmaqla, həmin kalibrli PK, PKM pulemyotlarda, Mosin konstruksiyalı karabinlərdə, Draqunov konstruksiyalı SVD modelli snayper tüfənglərində istifadə olunan, döyüş sursatı hesab edilən, atəş üçün yararlı patronlar, 30 ədəd zavod üsulu ilə istehsal olunmuş 7,62x39 mm kalibrli olmaqla, həmin kalibrli AKM, AKMS avtomat silahlarda, SKS karabinlərdə istifadə olunan döyüş sursatı hesab edilən, atəş üçün yararlı patronlar, saz vəziyyətdə, atəş üçün yararlı, 16 kalibrli, “ZK” modelli, patronluğunun uzunluğu 70 mm olan, xarici çaxmaqlı, Zlataust silah zavodundan istehsal edilmiş, istehsal tarixi bilinməyən, “3322-H” №-li yivsiz təklüləli, konstruktiv dəyişikliklərə məruz qalaraq sonradan lüləsi kustar üsulla kəsilmiş, qundağı isə kəsilərək dəstək formasına uyğunlaşdırılmış, ilkin təyinatı dəyişdirilmiş 01 ədəd tüfəng kəsiyi ov tüfəngi olan odlu silah, 01 ədəd zavod üsulu ilə istehsal olunmuş 59 ədəd 7,62x54 mm kalibrli patron tutumuna malik PK,PKM pulemyotlarda atəş zamanı komplekt hissə kimi istifadə olunması üçün nəzərdə tutulmuş, istifadəyə yararlı, döyüş sursatı hesab edilməyən patron lenti, 01 ədəd zavod üsulu ilə istehsal olunmuş 30 ədəd 7,62x39 mm kalibrli patron tutumuna malik, həmin kalibrli Kalaşnikov konstruksiyalı AKM, AKMS markalı avtomatların funksional əhəmiyyət daşımayan komplekt hissəsi olan istifadəyə yararlı, döyüş sursatı hesab edilməyən sandıqça hökm öz qanuni qüvvəsini aldıqdan sonra Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə təhvil verilsin. İş üzrə maddi sübut kimi tanınmış və Qəbələ rayon Polis şöbəsində saxlanılan ekspertizadan sonra qalıq çəkisi 153,91 qram və 14,37 qram olan narkotik vasitə qurudulmuş marixuana hökm öz qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. İş üzrə mülki iddia yoxdur. Hökm elan olunduğundan 20 (iyirmi) gün müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. (Həbsdə olan təqsirləndirilən şəxs aldığı vaxtdan 20 gün müddətinə). Hökm apellyasiya şikayəti və ya protesti verilmədikdə, həmin müddət başa çatdıqdan sonra qüvvəyə minir.
Sədrlik edən: Abbas Əliyev