Azərbaycan Respublikası adından HÖKM Qəbələ şəhəri İş № 1(025)-12/2025 02.06.2025 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Abbas Baba oğlunun sədrliyi, məhkəmə iclas katibi Əbdürəhimova Fəridə Arif qızının katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikasının Baş X2 Müdafiəsi İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İİ dərəcəli hüquqşunas Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Qəbələ rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə xx.xx.1990-cı ildə Qəbələ rayon Bum qəsəbəsində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, işsiz, Qəbələ rayon Məhkəməsinin xx.xx.2012-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək 4000 (dörd min) manat cərimə cəzasına məhkum edilmiş, Qəbələ rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 (bir) il 07 (yeddi) ay müddətinə azadlıqdan məhrum etmə və 3800 (üç min səkkiz yüz) manat cərimə cəzasına məhkum edilmiş, Qəbələ rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 (bir) il 08 (səkkiz) ay müddətinə azadlıqdan məhrum etmə və 3800 (üç min səkkiz yüz) manat cərimə cəzasına məhkum edilmiş, Qəbələ rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 (iki) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə və 3800 (üç min səkkiz yüz) manat cərimə cəzasına məhkum edilmiş, xx.xx.2024-cü il tarixdə cəzasının sonu ilə azad edilməklə və 3800 (üç min səkkiz yüz) manat cərimə cəzası icra edilməməklə məhkumluğu ödənilməyən, Qəbələ rayon Bum qəsəbəsində qeydiyyatda olan və yaşayan, barəsində xx.xx.2025ci il tarixli Qəbələ Rayon Məhkəməsinin qərarı ilə “həbs” növündə qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası ƏN-nin Penitensiar xidmətinin Şəki Penitensiar müəssisəsində həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinin materiallarına açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs Qəbələ rayon Məhkəməsinin xx.xx.2012-ci il tarixli, xx.xx.2015-ci il tarixli, xx.xx.2019-cu il tarixli və xx.xx.2022-ci il tarixli hökmləri ilə ardıcıl olaraq Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək 4000 (dörd min) manat cərimə cəzasına, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 (bir) il 07 (yeddi) ay müddətinə azadlıqdan məhrum etmə və 3800 (üç min səkkiz yüz) manat cərimə cəzasına, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 (bir) il 08 (səkkiz) ay müddətinə azadlıqdan məhrum etmə və 3800 (üç min səkkiz yüz) manat cərimə cəzasına və Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 (iki) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə və 3800 (üç min səkkiz yüz) manat cərimə cəzasına məhkum edilməsinə, sonuncu dəfə xx.xx.2024-cü il tarixdə azadlıqdan məhrum etmə cəzasının sonu ilə azad edilsə də, 3800 (üç min səkkiz yüz) manat cərimə cəzası icra edilmədən, bununla da sadalanan məhkumluqları ödənilmədən islah olunmaq əvəzinə xüsusi ilə təhlükəli residiv halında satış məqsədi ilə qanunsuz olaraq 2022-ci ilin yay aylarında istintaqa dəqiq məlum olmayan tarixdə və vaxtda Qəbələ rayon Nic qəsəbəsində yerləşən “Təndir torpağı” adlanan ərazidən yabanı halda bitmiş, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisinin yarpaqlarından toplayaraq əldə etdiyi 0,44 qram çəkidə narkotik vasitə qurudulmuş marixuananın 01 ədəd gümüşü-ağ rəngli kağız bükümdə 0,05 qram olan hissəsini üzərində saxlamış, 01 (bir) ədəd kibrit qutusunun içərisində 03 (üç) ədəd ağ rəngli kağız bükümlərdə 0,16 qram, 0,16 qram və 0,07 qram olmaqla, ümumi təmiz çəkisi 0,39 qram olan hissəsini isə xx.xx.2025-ci il tarixdə saat 15 radələrində Qəbələ rayon Bum qəsəbəsində yerləşən yaşadığı evin yaxınlığında tanışı və narkotik vasitənin satılmasından hər hansı bir mənfəət əldə etməyən Şahid1 vasitəsilə Şahid4 25 (iyirmi beş) manat pul vəsaiti müqabilində həmin pulu Şahid1 özünə məxsus Kapital Bank ASC-nə aid olan 4169-7388-6985-4095 saylı Birbank Cashback kart hesabına həmin tarixdə köçürtməklə satmış, bundan sonra xx.xx.2025ci il tarixdə saat 17:00 radələrində bu barədə daxil olmuş əməliyyat məlumatı əsasında keçirilmiş təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində əvvəlcə Şahid1 və Şahid4 Qəbələ rayon polis şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinərək Qəbələ şəhəri ərazisində yerləşən “Zərifə Əliyeva” adına olan parkda piyada hərəkətdə olarkən saxlanılıb əməliyyat tədbirinin keçirilməsinə müvəkkil edilmiş əməkdaşlar tərəfindən saxlanıldıqları yerdə videoçəkiliş aparılmaqla üzərlərinə baxış keçirilən zaman Şahid4 əynində olan sarı rəngli gödəkcənin sol yan cibindən Təqsirləndirilən şəxs aldığı və bir bükümünü istifadə etdikdən sonra yerdə qalan 01 (bir) ədəd kibrit qutusunun içərisində 02 (iki) ədəd ağ rəngli kağız bükümlərdə 0,16 qram, 0,16 qram və 01(bir) ədəd yarımçıq siqaretin içərisində 0,07 qram olmaqla, ümumi təmiz çəkisi 0,39 qram narkotik vasitəqurudulmuş marixuana aşkarlanaraq götürülmüş, bununla yanaşı əməliyyat-axtarış tədbirlərinin davamı olaraq Təqsirləndirilən şəxs оğlu həmin tarixdə saat 17:23 radələrində Qəbələ şəhəri “Heydər Əliyev” adına olan parkda piyada hərəkətdə olarkən saxlanılıb əməliyyat tədbirinin keçirilməsinə müvəkkil edilmiş əməkdaşlar tərəfindən saxlanıldığı yerdə videoçəkiliş aparılmaqla üzərinə baxış keçirilən zaman Təqsirləndirilən şəxs əynində olan qara rəngli cins şalvarın sol yan cibindən Şahid4 üzərindən aşkar edilmiş narkotik vasitəqurudulmuş marixuanalar ilə tərkiblərinə görə eynilik təşkil edən 01(bir) ədəd gümüşü ağ rəngli kağız bükümdə təmiz çəkisi 0,05 qram narkotik vasitə-qurudulmuş marixuana aşkarlanaraq götürülmüşdür. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 234.2ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin (CPM) 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə protokollarını və digər sənədləri sübut növü kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi vardır, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli isə düzgün olaraq Azərbaycan Respublikasının CM-nin 234.2-ci maddəsi ilə tövsif olunmuşdur. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 234.2-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, xx.xx.2024-cü il tarixdə çəkdiyi cəzadan azad edilmiş və yenidən Qəbələ rayon Bum qəsəbəsində yerləşən evinə gələrək orada yaşamağa başlamışdır. Narkotik vasitə istifadəçisidir, 2010-cu il tarixdən narkotik vasitə hesab edilən nəşədən, yəni qurudulmuş marixuanadan istifadə edir. Sonuncu dəfə tutulmazdan əvvəl, yəni xx.xx.2022-ci il tarixdən əvvəl Qəbələ rayon Nic qəsəbəsi ərazisində yerləşən “Təndir torpağı” adlanan ərazidə yabanı halda bitmiş çətənə kollarının yarpaqlarını yığıb qurudaraq Qəbələ şəhərində 1 saylı məktəbin yanındakı qəbiristanlıqda gizlətmiş və azadlığa çıxdıqdan sonra həmin nəşədən arabir istifadə edirmiş. Təxminən 20 gün əvvəl qəbiristanlığa gedərək nəşəni, yəni qurudulmuş marixuananı oradan götürmüşdür. Bir qədər üzərindən istifadə etmişdir. Şahid1 əvvəlcədən tanıyır, onunla tanışlığı rayon sakini kimi yaranmışdır. Əvvəllər Şahid1la birlikdə narkotik vasitə istifadə etməsə də, məlumatı var imiş ki, o da narkotik istifadəçisidir. xx.xx.2025-ci il tarixdə axşam saatlarında Nurlan ona zəng edərək narkotik vasitə istədiyini bildirmiş, ona bir çəkimliyini 10 manata verə biləcəyini demişdir. Belə ki, internetdə “pinub” oyunu oynadığı üçün pul lazım olduğuna görə ondan pul istəmişdir. Əvvəllər narkotik vasitənin və ya psixotrop maddənin satışı ilə məşğul olmamışdır. Nurlan ona 3 çəkimlik narkotik vasitə-qurudulmuş marixuana lazım olduğunu, üçünə 25 manat verə biləcəyini demişdir. Onunla razılaşmış və Qəbələ şəhərində görüşəcəyini bildirmişdir. Təxminən yarım saat sonra Nurlana zəng edərək Qəbələ şəhərində Bum dayanacağı deyilən yerdə gözlədiyini bildirmişdir. Saat təxminən 20 radələrində Nurlan da həmin yerə, yəni Qəbələ şəhəri ərazisində yerləşən Bum dayanacağı adlanan əraziyə gəlmiş, Nurlan ona 25 manat pulu nəğd şəkildə vermiş, Nurlana 3 ədəd kağız bükümdə marixuana vermiş və oradan uzaqlaşmışdır. Pulu isə oyuna yükləmişdir. xx.xx.2025ci il tarixdə günorta saat təxminən 14 radələrində Nurlan ona zəng etmiş, ona axşamkı kimi 3 çəkimlik marixuana lazım olduğunu bildirmiş, yenə də 25 manata razılaşmışlar. Nurlana pulu oyuna yükləyə bilməyi üçün karta atmağını bildirmilş və ona özünə məxsus Kapital Bank ASCyə məxsus olan 4169-7388-6985-4095 saylı Birbank Cashbak kart hesabını demiş, bir müddət sonra qeyd etdiyi Kapital Bank ASC-yə məxsus olan 4169-7388-6985-4095 saylı Birbank Cashbak kart hesabına 25 manat pulu gəlmişdir. Daha sonra Nurlan evinin yaxınlığına saat 15 radələrində gəlmiş, küçəyə çıxmış, Nurlan ilə görüşmüş, ona içərisində marixuana olan 3 ədəd kağız bükümü kibrit qutusunun içərisində vermiş, sonra isə evinə getmişdir. Özü üçün isə bir çəkimlik marixuana qalmışdır. Marixuananı istifadə etmək üçün gümüşü rəngli kağıza bükərək əynindəki şalvarın sol cibinə qoymuş və bir müddət sonra Qəbələ şəhərinə Heydər Əliyev parkına gəlmişdir. Bir müddət sonra, yəni saat 17:20 radələrində ona polis əməkdaşları yaxınlaşmışlar, narkotik vasitə gəzdirməyində və Şahid1 satmağında şübhəli olduğunu bildirmişlər, o, üzərində həqiqətən narkotik vasitə gəzdirdiyini və Nurlana satdığını bildirmiş və şalvarının sol cibində saxladığı içərisində marixuana olan gümüşü rəngli kağız bükümü təqdim etmişdir. Həmin narkotik vasitələri polis əməkdaşları elektron tərəzidə çəkmişlər, daha sonra qablaşdıraraq götürmüşlər. Daha sonra onu polis şöbəsinə gətirmişlər. Qəbələ RPŞ-də isə vəkilinin iştirakı ilə üzərinə və üzərindən aşkar edilmiş bir büküm nəşəyə baxış keçirilmişdir. Əvvəllər narkotik vasitənin, eləcə də psixotrop maddənin satışı ilə məşğul olmamışdır. Ümumilikdə iki dəfə narkotik vasitə, qurudulmuş marixuananı satmış ki, onlardan birincisi 10 fevral 2025-ci il tarixdə, ikinci isə 11 fevral 2025-ci il tarixdə olmuşdur. 10 fevral 2025-ci il tarixdə və 11 fevral 2025-ci il tarixdə Şahid1 satdığı narkotik vasitə-qurudulmuş marixuanaların pulunun Şahid4 tərəfindən verilməsindən məlumatı yox imiş, ümumiyyətlə Şahid4 tanımır, eləcə də tanışı Şahid1un narkotik vasitələrin satılmasında vasitəçilik etməsində hər hansı bir maddi marağı olmamışdır. Şahid1la qabaqcadan ona hər hansı bir maddi cəhətdən köməklik edəcəyinə dair, eləcə də ona pul və ya sair nemət verəcəyinə dair razılığa gəlməmiş, aralarında hər hansı bir sövdələşmə olmamışdır. Kapital Bank ASC-yə məxsus olan 4169- 7388-6985-4095 saylı Birbank Cashbak kart hesabı onun adınadır və onun istifadəsində imiş. Həmin kart hesabına xx.xx.2025-ci il tarixdə mədaxil olan 25 manat pul vəsaiti Şahid1 tərəfindən göndərilmişdir. Həmin 25 manat pulun müqabilində isə Şahid1 içərisində 3 ədəd kağız bükümdə qurudulmuş marixuananı bir ədəd kibrit qutusunun içərisində satmışdır. Etdiyi əmələ görə peşmandır. Təqsirləndirilən şəxs məhkəmədən barəsində ədalətli hökm çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində bildirmişdir ki, Təqsirləndirilən şəxs əvvəlcədən tanıyır, onunla tanışlığı rayon sakini kimi təxminən 4-5 aydır ki, Elvin azadlığa çıxdıqdan sonra yaranmışdır. Əvvəllər Təqsirləndirilən şəxsla birlikdə narkotik vasitə istifadə etməsə də, məlumatı var imiş ki, o da narkotik istifadəçisidir. xx.xx.2025-ci il tarixdə dostu Şahid4lə birlikdə olan zaman, Hünər ona təklif etmiş ki, narkotik vasitə istifadə etmək istəyir. Ondan soruşmuş ki, kimdən narkotik vasitə ala bilər?. O isə Hünərə demiş ki, bir nəfər var, adı Elvindir və eşitdiyinə görə onda narkotik vasitə-qurudulmuş marixuana vardır və o, nəşəni satır. Belə olub axşam saatlarında Elvinə zəng edərək narkotik vasitə istədiyini bildirmiş, Elvin isə nəşənin bir çəkimliyini 10 manata verə biləcəyini demişdir. O isə Elvinə 3 çəkimlik narkotik vasitə-qurudulmuş marixuana lazım olduğunu, üçünə 25 manat verə biləcəyini demişdir. Telefon əlaqəsi zamanı Elvin onunla razılaşmış və Qəbələ şəhərində görüşəcəyini bildirmişdir. Təxminən yarım saat sonra Elvin ona zəng edərək Qəbələ şəhərində Bum dayanacağı deyilən yerdə gözlədiyini bildirmişdir. Saat təxminən 20 radələrində o da həmin yerə, yəni Qəbələ şəhəri ərazisində yerləşən Bum dayanacağı adlanan əraziyə gəlmiş, 25 manat pulu Elvinə əlbəəl nəğd şəkildə vermiş, Elvin də ona 3 ədəd kağız bükülüdə nəşəni vermiş və oradan uzaqlaşmışdır. O da Hünərin yanına getmiş və həmin 3 büküm nəşəni birlikdə istifadə edib bitirmişlər. xx.xx.2025-ci il tarixdə günorta saat təxminən 14 radələrində Hünərlə birlikdə olarkən Hünər ona yenə də narkotik istifadə etmək istədiyini bildirmişdir. Belə olub yenidən Elvinə zəng etmiş, ona axşamkı kimi 3 çəkimlik marixuana lazım olduğunu bildirmiş, yenə də 25 manata razılaşmışlar. Həmin vaxt Elvin ona pulu onun kartına atmağını bildirmiş və ona Kapital Bank ASC-yə məxsus olan 4169-7388-6985-4095 saylı kartın şəklini göndərmişdir. O da həmin karta Qəbələ rayon Həmzəli kəndi ərazisində yerləşən mağazanın içərisindəki “milliön” ödəmə terminalından 25 manat pulu göndərmişdir. Pulu isə yenə də Hünər vermişdir. Daha sonra o və Hünər tanımadığı taksi ilə Elvinin evinin yaxınlığına saat 15 radələrində getmişlər, Elvin küçəyə çıxmış, onunla görüşmüş, ona 3 ədəd içərisində nəşə, yəni qurudulmuş marixuana olan kağız bükümü kibrit qutusunun içərisində vermiş, sonra isə evinə getmişdir. Oradan birbaşa Qəbələ şəhəri ərazisində yerləşən Zərifə Əliyeva adına olan parka gəlmişlər, orada kibrit qutusunun içərisində olan 3 büküm nəşədən birini götürüb siqaret kötüyünə dolduraraq çəkməyə başlamışlar. Siqaret kötüyünün yarısını söndürüb kibrit qutusunun içərisinə qoyaraq sonra çəkmək üçün saxlamışlar. Kibrit qutusunu isə Hünər götürmüş və üzərində olan gödəkcənin cibinə qoymuşdur. Çünkü həmin nəşələrin pulunu Hünər özü vermişdir. Bir müddət sonra, yəni saat 17:00 radələrində onlara polis əməkdaşları yaxınlaşmışlar, üzərlərində narkotik vasitə gəzdirməkdə şübhəli olduqlarını bildirmişlər. Hünər isə üzərində həqiqətən narkotik vasitə gəzdirdiyini və onun vasitəsilə Elvin adlı şəxsdən aldığını bildirmişdir. Hünərin üzərinə baxış zamanı onun əynindəki gödəkcənin sol yan cibindən içərisində iki bükümdə və bir ədəd siqaret kötüyündə qurudulmuş marxuanalar olan kibrit qutusunu təqdim etmişdir. Həmin narkotik vasitələri polis əməkdaşları elektron tərəzidə çəkmişlər, daha sonra qablaşdıraraq götürmüşlər. Daha sonra onları polis şöbəsinə gətirmişlər. Qəbələ RPŞ-də isə vəkilinin iştirakı ilə üzərinə baxış keçirilmişdir. Lakin heçbir şey aşkar edilməmişdir. 10 fevral 2025-ci il tarixdə və 11 fevral 2025-ci il tarixdə Elvindən aldığı narkotik vasitə-qurudulmuş marixuanaların pulu Şahid4 tərəfindən verilmişdir. Sadəcə marağı o imiş ki, həmin nəşələrdən özü də istifadə edirmiş. Özünün pulu olmadığı üçün Hünər üçün alırmış. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində bildirmişdir ki, narkotik vasitə olan qurudulmuş marixuanadan təxminən 3 ildir ki, istifadə edir. Təqsirləndirilən şəxs əvvəlcədən tanımır, onunla heç bir tanışlığı yoxdur. xx.xx.2025-ci il tarixdə dostu Şahid1la birlikdə olan zaman, ona təklif etmiş ki, narkotik vasitə istifadə etmək istəyir. Ondan soruşmuş ki, kimdən narkotik vasitə ala bilər?. Nurlan isə demiş ki, bir nəfər var, adı Elvindir və eşitdiyinə görə onda narkotik vasitə-qurudulmuş marixuana vardır və o, nəşəni satır. Belə olub axşam saatlarında Nurlan Elvinə zəng edərək narkotik vasitə istədiyini bildirmiş, Elvin isə nəşənin bir çəkimliyini 10 manata verə biləcəyini demişdir. Nurlan isə Elvinə 3 çəkimlik narkotik vasitəqurudulmuş marixuana lazım olduğunu, üçünə 25 manat verə biləcəyini demişdir. Telefon əlaqəsi zamanı Elvin Nurlanla razılaşmış və Qəbələ şəhərində görüşəcəyini bildirmişdir. Təxminən yarım saat sonra Elvin Nurlana zəng edərək Qəbələ şəhərində Bum dayanacağı deyilən yerdə gözlədiyini bildirmişdir. Saat təxminən 20 radələrində o və Nurlan həmin yerə, yəni Qəbələ şəhəri ərazisində yerləşən Bum dayanacağı adlanan əraziyə getmişlər, 25 manat pulu Nurlan Elvinə əlbəəl nəğd şəkildə vermiş, Elvin də Nurlana 3 ədəd kağız bükümdə nəşəni vermiş və oradan uzaqlaşmışdır. Həmin 3 büküm nəşəni birlikdə istifadə edib bitirmişlər. xx.xx.2025-ci il tarixdə günorta saat təxminən 14 radələrində Nurlanla birlikdə olarkən Nurlana yenə də narkotik istifadə etmək istədiyini bildirmişdir. Belə olub Nurlan yenidən Elvinə zəng etmiş, ona axşamkı kimi 3 çəkimlik marixuana lazım olduğunu bildirmiş, onlar yenə də 25 manata razılaşmışlar. Həmin vaxt Elvin Nurlana pulu onun kartına atmağını bildirmiş və X13 ASC-yə məxsus olan 4169-7388-6985-4095 saylı kartın şəklini göndərmişdir. Nurlan həmin karta Qəbələ rayon Həmzəli kəndi ərazisində yerləşən mağazanın içərisindəki “milliön” ödəmə terminalından 25 manat pulu göndərmişdir. Pulu isə yenə də o, özü vermişdir. Daha sonra o və Nurlan tanımadığı taksi ilə Elvinin evinin yaxınlığına saat 15 radələrində getmişlər, Elvin küçəyə çıxmış, Nurlanla görüşmüş, ona 3 ədəd içərisində nəşə, yəni qurudulmuş marixuana olan kağız bükümü kibrit qutusunun içərisində vermişdir, sonra isə evinə getmişdir. Oradan birbaşa Qəbələ şəhəri ərazisində yerləşən Zərifə Əliyeva adına olan parka gəlmişlər, orada kibrit qutusunun içərisində olan 3 büküm nəşədən birini götürüb siqaret kötüyünə dolduraraq çəkməyə başlamışlar. Siqaret kötüyünün yarısını söndürüb kibrit qutusunun içərisinə qoyaraq sonra çəkmək üçün saxlamışlar. Kibrit qutusunu isə o, götürmüş və üzərində olan gödəkcənin cibinə qoymuşdur. Çünkü həmin nəşələrin pulunu özü vermişdir. Bir müddət sonra, yəni saat 17:00 radələrində onlara polis əməkdaşları yaxınlaşmışlar, üzərində narkotik vasitə gəzdirməyində şübhəli olduqlarını bildirmişlər, o da üzərində həqiqətən narkotik vasitə gəzdirdiyini və Nurlanın vasitəsilə Elvin adlı şəxsdən adlğını bildirmişdir. Üzərinə baxış keçirilən zaman əynindəki gödəkcənin sol yan cibindən içərisində iki bükümdə və bir ədəd siqaret kötüyündə qurudulmuş marxuanalar olan kibrit qutusunu təqdim etmişdir. Həmin narkotik vasitələri polis əməkdaşları elektron tərəzidə çəkmişlər, daha sonra qablaşdıraraq götürmüşlər. Daha sonra onları polis şöbəsinə gətirmişlər. Qəbələ RPŞ-də isə vəkilinin iştirakı ilə üzərinə baxış keçirilmişdir. Lakin heçbir şey aşkar edilməmişdir. 10 fevral 2025-ci il tarixdə və 11 fevral 2025-ci il tarixdə Nurlanın Elvindən aldığı narkotik vasitə-qurudulmuş marixuanaların pulu onun tərəfindən verilmişdir. Nurlanın sadəcə marağı o imiş ki, həmin nəşələrdən o da istifadə edirmiş. Nurlanın pulu olmadığı üçün onun üçün alır və birlikdə istifadə edirmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində bildirmişdir ki, Qəbələ RPŞ-nin əməkdaşları tərəfindən xx.xx.2025-ci il tarixdə keçirilmiş təxirəsalınmaz əməliyyataxtarış tədbirləri nəticəsində Şahid4 və Şahid1 narkotik vasitə qəbulunda və üzərlərində daşımasında, eləcə də narkotik vasitəni Qəbələ rayon Bum qəsəbə sakini Təqsirləndirilən şəxs almasında şübhəli olması barədə məlumat əldə etmişlər və saat 17:00 radələrində əməliyyat müvəkkili Sübhan Zamanlı, Babək Mustafazadə və Şahid2la birlikdə rayonun Zərifə Əliyeva adına olan parka getmişlər. Həmin parkın içərisində Şahid4 və Şahid1 piyada hərəkət etdiklərini görmüşlər, onlara yaxınlaşaraq özlərini təqdim etmişlər. Onlara narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduqlarını bildirmişlər. Şahid4 və Şahid1 özlərini şübhəli aparmışlar və bildirmişlər ki, Şahid4 üzərində narkotik vasitə vardır. Adları qeyd edilən şəxslərin saxlanıldığı yerdə insanlar sıx şəkildə toplaşdığı üçün həmin ərazidən təxminən 10 metr kənarda Şahid4 və Şahid1 üstünün yoxlanılmasına başlanmışdır. Şahid4 üstünün yoxlanılmasından qabaq ona üzərində olması ehtimal edilən narkotik vasitələri verməsi təklif edilmişdir. Bundan sonra Şahid4 əynində olan sarı rəngli gödəkcənin sol yan cibindən 1 ədəd kibrit qutusunun içərisində bükümlərdə yaşıl rəngli narkotik vasitə-qurudulmuş marixuanaya bənzər kütlələri təqdim etmişdir. Həmin kibrit qutusunun içərisində iki ədəd kağız bükümdə və bir ədəd siqaret kötüyündə narkotik vasitə-qurudulmuş marixuanaya bənzər kütlələr var imiş. Bundan sonra ümumilikdə 3 ədəd bükümlərə baxış keçirilmiş və kəskin spesifik iyə malik olduğu müəyyən edilmişdir. Bükümlər elektron tərəzidə çəkilib qablaşdırılmışdır. Bundan sonra Şahid1 üstünün yoxlanılmasından qabaq ona üzərində olması ehtimal edilən narkotik vasitələri verməsi təklif edilmişdir. Şahid1 isə sadəcə mobil telefonun olduğunu bildirmiş və Nurlanın üzərindən qanunsuz vasitə aşkar edilməmişdir. Şahid4 və Şahid1 sorğu-sual edilmiş ki, Hünərin üzərindən aşkar edilmiş narkotik vasitə-qurudulmuş marixuana olduğunu bildirdiyi bükümləri haradan əldə etmişlər?. Onlar isə bildirmişlər ki, həmin bükümləri xx.xx.2025-ci il tarixdə Bum qəsəbəsində Təqsirləndirilən şəxs 25 manat pul vəsaiti müqabilində almışlar. Qeyd edilən bütün hərəkətlər Asif Mirzəyev tərəfindən mobil telefonla video və foto çəkiliş aparılmaqla qeydə alınmışdır. Əməliyyat tədbirinin davamı olaraq saat 17:23 radələrində əməliyyat müvəkkili Sübhan Zamanlı, Babək Mustafazadə və Şahid2la birlikdə rayonun Heydər Əliyev adına olan parkda Təqsirləndirilən şəxs saxlanılmışdır. Həmin parkın içərisində Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsində və Şahid4 və Şahid1 satmasında şübhəli olduğunu bildirmişlər. Təqsirləndirilən şəxs saxlanıldığı yerdə üstünün yoxlanılmasına başlanmışdır. Təqsirləndirilən şəxs üstünün yoxlanılmasından qabaq ona üzərində olması ehtimal edilən narkotik vasitələri verməsi təklif edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs əynində olan qara rəngli cins şalvarın sol yan cibindən 1 ədəd gümüşü kağıza bükülmüş yaşıl rəngli narkotik vasitə-qurudulmuş marixuanaya bənzər kütləni təqdim etmişdir. Həmin kağız bükümün içərisinə baxış keçirilmiş və kəskin spesifik iyə malik olduğu müəyyən edilmiş və elektron tərəzidə çəkilib qablaşdırılmışdır. Qeyd edilən bütün hərəkətlər Asif Mirzəyev tərəfindən mobil telefonla video və foto çəkiliş aparılmaqla qeydə alınmışdır. Daha sonra Şahid4, Şahid1 və Təqsirləndirilən şəxs Qəbələ RPŞ-nə gətirilib təhqiqatçıya təhvil verilmişdir. Bundan sonra təhqiqatçı tərəfindən həmin bükümlərə Şahid4 iştirakı ilə baxış keçirilmişdir. Bundan sonra isə ardıcıllıqla təhqiqatçı tərəfindən Şahid1 üzərinə də baxış keçirilmişdir. Eləcə də Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 01 ədəd bükümdə olan kütləyə də təhqiqatçı tərəfindən baxış keçirilmişdir. Məhkəmədə şahid qismində Şahid2 Şahid3 ilə eyni məzmunlu ifadə verərək onun göstərdiklərini təsdiq etmişdir. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 234.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi özünün və şahidlərin ifadəsi, iş materialları və aşağıda göstərilən digər sübutlarlada təsdiq edilir. İşdə olan və məhkəmə baxışında tədqiq edilmiş 11 fevral 2025-ci il tarixli Qəbələ RPŞnin CAB-ın əməliyyat müvəkkili, polis leytenantı Şahid3 tərəfindən tərtib edilmiş əməliyyataxtarış tədbirinin keçirilməsinə və şübhəli şəxsin üstünün yoxlanılmasına dair protokoldan, həmin protokola əlavə edilmiş foto və video görüntüdən görünür ki, 11 fevral 2025-ci il tarixdə barəsində əməliyyat-axtarış tədbiri keçirilən və üstü yoxlanılan şəxslər Şahid4 və Şahid1 üstünün yoxlanılması aparılmışdır. Həmin protokoldan, video və foto görüntülərdən görünür ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Qəbələ RPŞ-nə Şahid4 və Şahid1 qanunsuz olaraq narkotik vasitələri əldə edərək üzərlərində saxlamaları və daşımaları barədə daxil olmuş məlumat əsasında həyata keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı Şahid4 və Şahid1 11 fevral 2025-ci il tarixdə, saat 17:00 dəqiqədə Qəbələ şəhəri ərazisində yerləşən Zərifə Əliyeva adına parkda saxlanılmışlar. Şahid4 və Şahid1 hüquq və vəzifələri, o cümlədən tutulan andan müdafiəçiyə malik olmaq hüquqları izah olunmuşdur. Həmin şəxslərin saxlanılan zaman paltarlarında, əşyalarında və ya bədənində narkotik vasitənin, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaların və ya sənədlərin olmasını ehtimal etməyə kifayət qədər əsaslar olduğundan saxlanıldıqları yerdə insanların sıx toplaşması səbəbindən Şahid4 və Şahid1 üstünü həmin yerə yoxlamaq mümkün olmadığı üçün bir qədər aralıda yoxlamağa başlanılmışdır. Üstünü yoxlama və götürmə aparılmasından əvvəl Şahid4 paltarlarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri və psixotrop maddələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri verməsi təklif edilmişdir. Bu təklifdən sonra Şahid4 əynində olan qara rəngli cins şalvarın sağ yan cibindən bir ədəd “Samsung” markalı mobil telefonu, sonra isə əynində olan sarı rəngli gödəkcənin sol yan cibindən 1(bir) ədəd kibrit qutusunun içərisində 2(iki) bükümdə ağ rəngli kağıza bükülmüş, yaşıl rəngli, narkotik vasitə-qurudulmuş marixuanaya bənzər kütlələri və 1 (bir) ədəd yarı istifadə olunmuş siqaret kötüyünü təqdim etmişdir. Daha sonra Şahid4 əynində olan sarı rəngli gödəkcənin sol yan cibindən aşkar olunmuş 1(bir) ədəd kibrit qutusunun içərisində 2(iki) bükümdə ağ rəngli kağıza bükülmüş, yaşıl rəngli, narkotik vasitə-qurudulmuş marixuanaya bənzər kütlələri və 1(bir) ədəd yarı istifadə olunmuş siqaret kötüyündə qurudulmuş marixuanaya bənzər kütlələr elektron tərəzidə çəkilmiş və qablaşdırma ilə birlikdə çəkisinin birinci bükümün 0,22 qram, ikinci bükümün 0,22 qram və 1 ədəd yarı çəkilmiş siqaret kötüyünün isə 0,33 qram (cəmi 0,77 qram) olduğu müəyyən edilmişdir. Sonra Şahid4 əynində olan sarı rəngli gödəkcənin sol yan cibindən aşkar olunmuş 1(bir) ədəd kibrit qutusunun içərisində 2(iki) bükümdə ağ rəngli kağıza bükülmüş, yaşıl rəngli, narkotik vasitə-qurudulmuş marixuanaya bənzər kütlələri və 1(bir) ədəd yarı istifadə olunmuş siqaret kötüyündə qurudulmuş marixuanaya bənzər kütlələr kağız zərfə qoyulmaqla qablaşdırılmış, üzəri DİN-in 103 nömrəli möhürü ilə möhürlənərək götürülmüş, zərflərin üzəri saxlanılan şəxs və iştirakçılar tərəfindən imzalanmışdır. Tədbirin davamı olaraq üstünü yoxlama və götürmə aparılmasından əvvəl Şahid1 paltarlarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri və psixotrop maddələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri verməsi təklif edilmişdir. Bu təklifdən sonra Şahid1 əvvəlcə əynində olan qara rəngli idman şalvarının sağ yan cibindən bir ədəd «Samsung» markalı mobil telefonu təqdim edərək üzərində heç bir narkotik vasitə, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyalar və ya sənəd olmadığını bildirmişdir. Şahid4 verilən suallara cavab olaraq, sarı rəngli gödəkcənin sol yan cibindən aşkar olunmuş 1 (bir) ədəd kibrit qutusunun içərisində olan narkotik vasitəni bu gün, yəni xx.xx.2025-ci il tarixdə saat təxminən 14 radələrində dostu Qəbələ şəhər sakini Şahid1 25 (iyirimi beş) manat pul verdiyini, dostu Şahid1 tanışı Qəbələ rayon Bum qəsəbə sakini Təqsirləndirilən şəxs məxsus karta həmin pulu atdıqdan sonra Nurlanla bərabər Təqsirləndirilən şəxs yaşadığı Qəbələ rayon Bum qəsəbəsinə gedərək Təqsirləndirilən şəxs evinin yaxınlığında 1(bir) ədəd kibrit qutusunda 3 ədəd bükümlərdə narkotik vasitə olan marixuana aldığını, Nurlanın Elvindən aldığı 1 ədəd kibrit qutusunda 3 ədəd bükümlərdə narkotik vasitə olan marixuananı ona verdiyini, həmin bükümlərdən birini siqaretə dolduraraq çəkdiklərini, həmin 1 ədəd kibrit qutusunda 2 ədəd bükümlərdə və 1 ədəd yarı çəkilmiş vəziyyətdə olan siqaret kötüyünü kibrit qutusunda cibinə qoyduğunu və təqdim etdiyini, bu gün yəni xx.xx.2025-ci il tarixdə Qəbələ şəhərində Zərifə Əliyeva adına parkda gəzərkən yaxalandığını, üzərindən aşkar edilmiş narkotik vasitədən başqa narkotik vasitə olmadığını bildirmişdir. Şahid1 isə verilən suallara cavab olaraq xx.xx.2025-ci il tarixdə saat təxminən 14 radələrində dostu Şahid4 ona narkotik vasitə almaq üçün 25 manat pul verdiyini, həmin pulu tanışı Qəbələ rayon Bum qəsəbə sakini Təqsirləndirilən şəxs məxsus karta atdıqdan sonra Hünərlə bərabər Qəbələ rayon Bum qəsəbəsinə getdiklərini, Təqsirləndirilən şəxs ona Qəbələ rayonu Bum qəsəbəsində yaşadığı evin yaxınlığında 1 ədəd kibrit qutusunda 3 ədəd bükümlərdə narkotik vasitə olan marixuananı satdığını, Elvindən aldığı 1 ədəd kibrit qutusunda 3 ədəd bükümlərdə narkotik vasitə olan marixuananı Hünərə verdiyini, həmin bükümlərdən birini siqaretə dolduraraq çəkdiklərini, xx.xx.2025-ci il tarixdə Qəbələ şəhərində Zərifə Əliyeva adına parkda gəzərkən yaxalandıqlarını, üzərində heç bir narkotik vasitə olmadığını bildirmişdir. Üstünü yoxlama Qəbələ şəhəri Zərifə Əliyeva adına olan parkda keçirilmiş, üstü yoxlama zamanı əməliyyat müvəkkili X10 tərəfindən “Samsung A24” markalı mobil telefonla video çəkiliş aparılmışdır. Protokolu yerində tərtib etmək üçün şərait olmaması səbəbindən Qəbələ RPŞ-nin İnzibati Binasında tərtib edilmişdir. Tərtib edilmiş protokol iştirakçılara ucadan oxunmuş, onlara protokola daxil edilməli olan qeydlər etmək hüququ və protokolu olduğu kimi və ya qeydlərlə birlikdə imzalamaq vəzifəsi izah olunmuşdur. İştirakçılar tərəfindən şikayət, təklif və protokola qeydlər daxil olmamışdır. Protokola əməliyyat-axtarış tədbirinin keçirilməsi zamanı çəkilmiş video görüntünü özündə əks etdirən 01 ədəd DVD disk əlavə edilmişdir. İşdə olan və məhkəmə baxışında tədqiq edilmiş 11 fevral 2025-ci il tarixli Qəbələ RPŞnin CAB-ın əməliyyat müvəkkili, polis leytenantı Şahid3 tərəfindən tərtib edilmiş əməliyyataxtarış tədbirinin keçirilməsinə və şübhəli şəxsin üstünün yoxlanılmasına dair protokoldan, həmin protokola əlavə edilmiş foto və video görüntüdən görünür ki, 11 fevral 2025-ci il tarixdə barəsində əməliyyat-axtarış tədbiri keçirilən və üstü yoxlanılan şəxslər Təqsirləndirilən şəxs üstünün yoxlanılması aparılmışdır. Həmin protokoldan, protokola əlavə edilmiş foto və video görüntüdən görünür ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Qəbələ RPŞ-nə Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitəni satış məqsədi ilə əldə edərək üzərlərində saxlaması və daşıması barədə daxil olmuş məlumat əsasında həyata keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı Təqsirləndirilən şəxs 11 fevral 2025-ci il tarixdə, saat 17:23 dəqiqədə Qəbələ şəhəri ərazisində yerləşən Heydər Əliyev adına olan parkda saxlanılmışdır. Təqsirləndirilən şəxs hüquq və vəzifələri, o cümlədən tutulan andan müdafiəçiyə malik olmaq hüququ izah olunmuşdur. Həmin şəxsin saxlanılan zaman paltarlarında, əşyalarında və ya bədənində narkotik vasitənin, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaların və ya sənədlərin olmasını ehtimal etməyə kifayət qədər əsaslar olduğundan saxlanıldığı yerdə insanların sıx toplaşması səbəbindən Təqsirləndirilən şəxs üstünü həmin yerə yoxlamaq mümkün olmadığı üçün bir qədər aralıda yoxlamağa başlanılmışdır. Üstünü yoxlama və götürmə aparılmasından əvvəl Təqsirləndirilən şəxs paltarlarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri və psixotrop maddələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri verməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan qara rəngli cins şalvarın sol yan cibindən bir ədəd gümüşü rəngli kağıza bükülmüş, yaşıl rəngli, narkotik vasitə-qurudulmuş marixuanaya bənzər kütləni təqdim etmişdir. Daha sonra Təqsirləndirilən şəxs əynində olan qara rəngli cins şalvarın sol yan cibindən aşkar olunmuş 1(bir) ədəd bir ədəd gümüşü rəngli kağıza bükülmüş, yaşıl rəngli, narkotik vasitə-qurudulmuş marixuanaya bənzər kütlə elektron tərəzidə çəkilmiş və qablaşdırma ilə birlikdə çəkisinin 0,36 qram olduğu müəyyən edilmişdir. Sonra həmin kütlə kağız zərfə qoyulmaqla qablaşdırılmış, üzəri DİN-in 103 nömrəli möhürü ilə möhürlənərək götürülmüş, zərflərin üzəri saxlanılan şəxs və iştirakçılar tərəfindən imzalanmışdır. Təqsirləndirilən şəxs verilən suallara cavab olaraq, “pinup” oyunu oynamaq məqsədilə xx.xx.2025-ci il tarixdə əvvəldən tanıdığı Nurlan adlı şəxsə özünə məxsus kartına sonuncunun 25(iyirmi beş) manat pulu atdıqdan sonra 1 ədəd kibrit qutusunda 3 ədəd ağ rəngli kağıza bükülmüş narkotik vasitə olan qurudulmuş marixuana satdığını, əynində olan qara rəngli cins şalvarın cibindən aşkar olunmuş 1 ədəd gümüşü rəngli kağıza bükülmüş, yaşıl rəngli, narkotik vasitə olan qurudulmuş marixuananı özünün istifadəsi üçün cibində gəzdirərkən xx.xx.2025-ci il tarixdə Qəbələ şəhərində Heydər Əliyev adına olan parkda yaxalandığını, üzərindən aşkar edilmiş narkotik vasitədən başqa narkotik vasitə olmadığını bildirmişdir. Üstünü yoxlama Qəbələ şəhəri Heydər Əliyev adına olan parkda keçirilmiş, üstü yoxlama zamanı əməliyyat müvəkkili X10 tərəfindən “Samsung A24” markalı mobil telefonla video çəkiliş aparılmışdır. Protokolu yerində tərtib etmək üçün şərait olmaması səbəbindən Qəbələ RPŞ-nin İnzibati Binasında tərtib edilmişdir. Tərtib edilmiş protokol iştirakçılara ucadan oxunmuş, onlara protokola daxil edilməli olan qeydlər etmək hüququ və protokolu olduğu kimi və ya qeydlərlə birlikdə imzalamaq vəzifəsi izah olunmuşdur. İştirakçılar tərəfindən şikayət, təklif və protokola qeydlər daxil olmamışdır. Protokola əməliyyat-axtarış tədbirinin keçirilməsi zamanı çəkilmiş video görüntünü özündə əks etdirən 01 ədəd DVD disk əlavə edilmişdir. İşdə olan və məhkəmə baxışında tədqiq edilmiş 11 fevral 2025-ci il tarixli Qəbələ RPŞnin TB-nin təhqiqatçısı Cavidan Əhmədli tərəfindən tərtib edilmiş “əməliyyat-axtarış tədbirini keçirməyə müvəkkil edilmiş şəxs tərəfindən təqdim edilən əşyalara baxış keçirilməsi və onların götürülməsi barədə” protokoldan, həmin protokola əlavə edilmiş fotocədvəl və video görüntüdən görünür ki, həmin tarixdə AR CM-nin 234.1-ci maddəsi ilə şübhəli şəxs qismində tutulmuş Şahid4 iştirakı ilə əməliyyat-axtarış tədbirini keçirməyə müvəkkil edilmiş şəxs tərəfindən təqdim edilən əşyalara (predmetlərə) baxış keçirilmişdir. Aşkar edilmiş maddi sübutlar 01 ədəd zərfdə təqdim edilmiş həmin əşyalara və Şahid4 üzərinə onun könüllü razılığı əsasında ardıcıllıqla baxış keçirilmişdir. Baxış zamanı 01 ədəd kibrit qutusunun içərisində 02 ədəd ağ rəngli kağız bükümdə, eləcə də, 01 ədəd yarımçıq vəziyyətdə istifadə edilmiş siqaret kötüyünün içərisində narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər bitki kütləsi aşkar edilmiş, həmin bitki kütləsinin çəkisi elektron tərəzidə çəkilmiş və birlikdə çəkilərinin 1.00 qram olduğu müəyyən edilmişdir. Həmin maddi sübutlar yenidən qablaşdırılaraq götürülmüşdür. Şahid4 üzərinə şəxsi axtarış zamanı sonuncunun üzərində cinayət xarakterli hər hansı əşya aşkar edilməmişdir.Bununla da əməliyyat-axtarış tədbirini keçirməyə müvəkkil edilmiş şəxs tərəfindən təqdim edilən əşyalara baxış keçirilməsi və götürmə aparılması istintaq hərəkəti başa çatdırılmış, baxış və götürmə zamanı mobil telefondan istifadə edilməklə video və fotoçəkiliş aparılmışdır. İşdə olan və məhkəmə baxışında tədqiq edilmiş 11 fevral 2025-ci il tarixli “əməliyyataxtarış tədbirini keçirməyə müvəkkil edilmiş şəxs tərəfindən təqdim edilən əşyalara baxış keçirilməsi və onların götürülməsi barədə” protokoldan, həmin protokola əlavə edilmiş fotocədvəl və video görüntüdən görünür ki, 11 fevral 2025-ci il tarixdə AR CM-nin 234.2-ci maddəsi ilə şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs iştirakı ilə əməliyyat-axtarış tədbirini keçirməyə müvəkkil edilmiş şəxs tərəfindən təqdim edilən əşyalara (predmetlərə) baxış keçirilmişdir. Aşkar edilmiş maddi sübutlar 01 ədəd zərfdə qablaşdırılmış formada təqdim edilmiş və həmin əşyalara və Təqsirləndirilən şəxs üzərinə onun könüllü razılığı əsasında ardıcıllıqla baxış keçirilmişdir. Baxış zamanı 01 ədəd zərfin içərisində 01 ədəd gümüşü rəngli kağız bükümün içərisində narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər bitki kütləsi, eləcə də, marixuanaya bənzər bitki kütləsinin toxumları aşkar edilmiş, həmin bitki kütləsinin və toxumların çəkisi elektron tərəzidə çəkilmiş və çəkisinin 0.41 qram olduğu müəyyən edilmişdir. Həmin maddi sübutlar yenidən qablaşdırılaraq götürülmüşdür. Təqsirləndirilən şəxs üzərindən cinayət xarakterli əlavə hər hansı əşya aşkar edilməmişdir. İşdə olan və məhkəmə baxışında tədqiq edilmiş xx.xx.2025-ci il tarixli “İfadənin yerində yoxlanılması haqqında” protokoldan və həmin protokola əlavə edilmiş fotocədvəldən görünür ki, xx.xx.2025-ci il tarixdə saat 11:00 radələrindən başlayaraq Təqsirləndirilən şəxs ifadəsi yerində yoxlanılmışdır. Qeyd olunan istintaq hərəkəti zamanı iş üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CPM-də göstərilən hüquq və vəzifələri izah edilmiş, daha sonra sonuncuya ifadəsində göstərdiyi xüsusatları əyani şəkildə yerində göstərməsi təklif edilmiş, Təqsirləndirilən şəxs ona edilmiş təkliflə razılaşmış və bundan ötrü Qəbələ rayon Nic qəsəbəsinə, Qəbələ şəhəri M.Qəribov küçəsində yerləşən qəbiristanlığa və rayonun Bum qəsəbəsinə getmək lazım olduğunu bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs göstərdiyi marşrut üzrə hərəkət edilmişdir. Qəbələ-Şəki magistral yolunun Qəbələ rayon Nic qəsəbəsindən keçən hissəsinə çatdıqda Təqsirləndirilən şəxs bildirmiş ki, avtomobili saxlamaq lazımdır. Avtomobildən düşdükdən sonra Təqsirləndirilən şəxs üzü Şəki şəhəri istiqamətində olan yolun sol hissəsindəki sahəlik və meşəlik ərazini göstərib bildirmişdir ki, həmin ərazi “Təndir torpağı” adlanır və həmin ərazidən 2022-ci il tarixdə dəqiq xatırlamadığı tarixdə yabanı halda bitmiş çətənə bitkilərini yığıb qurutmuş və Qəbələ şəhəri 1 saylı məktəbin yaxınlığındakı qəbiristanlıqda gizlətmişdir. Bundan sonra istintaq hərəkəti iştirakçıları Təqsirləndirilən şəxs göstərdiyi marşurt üzrə hərəkət etmişdir. Qəbələ şəhəri M.Qəribov küçəsində yerləşən qəbiristanlığa çatdıqda Təqsirləndirilən şəxs avtomobili saxlamaq lazım olduğunu bildirmişdir. Avtomobildən düşdükdən sonra Təqsirləndirilən şəxs qəbiristanlığa giriş hissəsini və qəbiristanlıqda yerləşən qurumuş ağac kötüyünü göstərərək bildirmişdir ki, xx.xx.2025-ci il tarixdən təxminən 20 gün öncə həmin ərazidə gizlətdiyi narkotiki oradan götürmüş və yaşadığı Bum qəsəbəsindəki evinə aparmışdır. Bundan sonra Təqsirləndirilən şəxs bildirmişdir ki, xx.xx.2025-ci il tarixdə Şahid1 25 AZN pul vəsaiti müqabilində satdığı 3 büküm nəşəni satdığı yeri göstərmək üçün Bum qəsəbəsinə getmək lazımdır. Beləliklə istintaq hərəkəti iştirakçıları Təqsirləndirilən şəxs göstərdiyi marşurt üzrə hərəkət etmişdir. Bum qəsəbəsində Təqsirləndirilən şəxs yaşadığı ev istiqamətində olan yola çatdıqda Təqsirləndirilən şəxs bildirmişdir ki, avtomobili saxlamaq lazımdır. İstintaq hərəkəti iştirakçıları avtomobildən düşdükdən sonra Ağamoğlanov yaşadığı ev istiqamətində olan yolu göstərərək bildirmişdir ki, xx.xx.2025-ci il tarixdə saat 15 radələrində Şahid1 3 büküm nəşəni 25 manata satdığı yerdir. İşdə olan və məhkəmə baxışında tədqiq edilmiş məhkəmə-bioloji ekspertizasının xx.xx.2025-ci il tarixli, 17/114 nömrəli rəyində aşağıdakılar göstərilmişdir: - Tədqiqata təqdim edilmiş, üzərində “Şübhəli şəxs Şahid4. Müdafiəçi S.Süleymanov, İştirakçılar: Şahid3, Şahid2, S.Zamanlı. Tərtib etdi: Cavidan Əhmədli” yazısı və imzalar olan 01 (bir) ədəd zərfin içərisindəki digər 01 (bir) ədəd zərfin içərisində olan 01 (bir) ədəd kibrit qutusundakı: - 02 (iki) ədəd ağ rəngli kağız bükümlərdə, ayrı-ayrılıqda təmiz çəkiləri – 0,16 qram və 0,16 qram, ümumi çəkiləri – 0,32 qram olan bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə(kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə-qurudulmuş marixuanadır. - 01 (bir) ədəd yarımçıq siqaretin içərisindəki, təmiz çəkisi – 0,07 qram olan bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə(kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə-qurudulmuş marixuanadır. Həmin siqaretin içərisindəki, təmiz çəkisi – 0,12 qram olan bitki mənşəli kütlə narkotik vasitələrə aid deyil. - Tədqiqata təqdim edilmiş, üzərində “Şübhəli şəxs Təqsirləndirilən şəxs. Müdafiəçi, İştirakçılar: Şahid3, S.Zamanlı, B.Mustafazadə, Şahid2. Tərtib etdi: Cavidan Əhmədli” yazıları və imzalar olan 01(bir) ədəd zərfin içərisindəki digər 01(bir) ədəd zərfin içərisində olan 01(bir) ədəd gümüşü-ağ rəngli kağıza bükülmüş: - 01 (bir) ədəd gümüşü-ağ rəngli kağız bükümdə, təmiz çəkisi – 0,05 qram olan bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə(kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə-qurudulmuş marixuanadır. - digər 01 (bir) ədəd gümüşü-ağ rəngli kağız bükümdə, təmiz çəkisi – 0,12 qram olan bozumtul-qəhvəyi rəngli bitki toxumları əkilib becərilməsi qadağan olunmuş narkotik təbiətli çətənə(kannabis) bitkisinin toxumlarıdır. Çətənə(kannabis) bitkisinin toxumları narkotik vasitələrə aid deyil. - Tədqiqata təqdim edilmiş 03 ədəd kağız bükümlərdə və 01 ədəd siqaretin içərisində olan qurudulmuş marixuanalar tərkiblərinə görə eynidirlər. İşdə olan və məhkəmə baxışında tədqiq edilmiş X15 İnkişaf Mərkəzindən verilmiş xx.xx.2025-ci il tarixli rəydən görünür ki, həqiqətən 10 mart 2025-ci il tarixdə Qəbələ rayon Nic qəsəbəsi ərazisində Təndir torpağı adlanan torpaq sahəsinin kənarında olan su kanalının yaxınlığında yabanı halda narkotik tərkibli bitkilərin yetişməsi üçün münbit torpaq sahəsi olubolmamasını təftiş edilmişdir. Baxış zamanı məlum olmuşdur ki, həmin ərazidə arxların kənarında boş sahələrdə narkotik mənşəli çətənə bitkisi bitə bilər. Yabanı tərkibli narkotik mənşəli bitkilərin yetişməsi üçün həmin ərazidə onlara hər hansı bir aqrotexniki qulluq göstərilməsi halı müşahidə edilməmişdir. İşdə olan və məhkəmə baxışında tədqiq edilmiş Təqsirləndirilən şəxs istifadəsində olan "xxxx" ASC-yə məxsus olan 4169-7388-6985-4095 saylı Birbank Cashbak kart hesabından xx.xx.2025-ci il tarixə olan köçürmələrlə bağlı çıxarışdan görünür ki, xx.xx.2025-ci il tarixdə həmin kart hesabına 25 (iyirmi beş) manat pul vəsaiti köçürülmüşdür. İşdə olan və məhkəmə baxışında tədqiq edilmiş məhkəmə-narkoloji ekspertizasının 04 aprel 2025-ci il tarixli, 514 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edib. Narkotik vasitə olan marixuanadan sui-istifadə nəticəsində narkomaniya xəstəliyindən əzab çəkir. Hal-hazırda narkotik abstinensiya (narkotik maddələrin acılığı) əlamətləri olmadığı üçün məcburi müalicəyə ehtiyacı yoxdur. İşdə olan və məhkəmə baxışında tədqiq edilmiş xx.xx.2025-ci il tarixli “maddi sübutun tanınması və saxlanması haqqında” qərardan görünür ki, aşkar edilərək götürülmüş ümumi təmiz çəkisi 0,44 qram olmuş, 0,08 qramı tədqiqata sərf edildikdən sonra 0,36 qram qalmış qurudulmuş marixuana, eləcə də təmiz çəkisi 0,12 qram olmuş, 0,02 qramı tədqiqata sərf edildikdən sonra 0,10 qram qalmış narkotik vasitələrə aid olmayan bitki mənşəli kütlə, eləcə də 0,12 qram olan bozumtul-qəhvəyi rəngli bitki toxumları sübut əhəmiyyəti kəsb etdiyindən ********* nömrəli cinayət işi üzrə maddi sübut kimi tanınmaqla saxlanmaları üçün Qəbələ RPŞnin maddi sübutların saxlama yerinə təhvil verilmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş məhkəmə-psixiatrik ekspertizasının 07 mart 2025-ci il tarixli, 162 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər və hal hazırda hər hansı xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması və kəmağıllıq xəstəliyi keçirməmişdir. Təqsirləndirilən şəxs psixi xəstəlik keçirmədiyindən onun məcburi qaydada müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs cinayət əməllərini törədən zaman öz hərəkətlərini ölçüb-biçmək və hərəkətlərini idarə etmək iqtidarında olmuşdur, yəni ANLAQLİ olmuşdur. Təqsirləndirilən şəxs əməli AR CM-nin 21.1-ci maddəsinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs hal-hazırda da öz hərəkətlərini ölçüb-biçmək və hərəkətlərini idarə etmək qabiliyyətindədir. Cinayət işinin materiallarına əlavə edilmiş Qəbələ RMX PHŞ-dən daxil olmuş xx.xx.2025ci il tarixli, 18-1-52/2-585/2025 saylı məktubdan görünür ki, Təqsirləndirilən şəxs RMX-nın PHŞ-nin poliklinika şöbəsinin psixiatriya kabinetində qeydiyyatda deyildir, narkoloji kabinetdə xx.xx.2019-cu il tarixdən “F 11.2 Opioidlərin qəbulundan yaranan psixi və davranış, asılılıq sindromu” diaqnozu ilə qeydiyyatdadır. Cinayət işinin materiallarına əlavə edilmiş Azərbaycan Respublikası DİN-nin BƏSİİ-nin verdiyi tələbnamədən, məhkəmə hökmlərinin surətlərindən və Qəbələ rayon İcra və Probasiya şöbəsindən daxil olmuş məktuba əsasən müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs Qəbələ rayon Məhkəməsinin xx.xx.2012-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək 4000(dörd min) manat cərimə cəzasına məhkum edilmiş, Qəbələ rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01(bir) il 07(yeddi) ay müddətinə azadlıqdan məhrum etmə və 3800(üç min səkkiz yüz) manat cərimə cəzasına məhkum edilmiş, Qəbələ rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01(bir) il 08(səkkiz) ay müddətinə azadlıqdan məhrum etmə və 3800(üç min səkkiz yüz) manat cərimə cəzasına məhkum edilmiş, Qəbələ rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 (iki) il 06(altı) ay müddətinə azadlıqdan məhrum etmə və 3800 (üç min səkkiz yüz) manat cərimə cəzasına məhkum edilmiş, xx.xx.2024-cü il tarixdə cəzasının sonu ilə azad edilməklə və 3800 (üç min səkkiz yüz) manat cərimə cəzası icra edilməməklə məhkumluğu ödənilməmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş Qəbələ Rayon Məhkəməsinin xx.xx.2012-ci il tarixli 1(025)-31/2012 nömrəli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirli bilinib, 4000 (dörd min) manat cərimə cəzasına məhkum edilməsi, Azərbaycan Respublikası CM-nin 69.4-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 2 (iki) gün tutularaq Qəbələ RPŞ-nin müvəqqəti saxlama təcridxanasında saxlanılma müddəti nəzərə alınmaqla ona qəti olaraq 3800 (üç min səkkiz yüz) manat məbləğində cərimə cəzası təyin edilməsi hökm edilmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş Qəbələ Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli 1(025)-27/2015 nömrəli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib 01 (bir) il 07 (yeddi) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, Azərbaycan Respublikası CM-nin 67.1ci maddəsinə əsasən, Qəbələ Rayon Məhkəməsinin xx.xx.2012-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs təyin edilmiş 3.800 (üç min səkkiz yüz) manat miqdarında cərimə cəzası yeni hökmlə ona təyin edilmiş cəza ilə tamamilə birləşdirilməklə, üzərində qəti olaraq 01 (bir) il 07 (yeddi) ay müddətinə azadlıqdan məhrum etmə və 3.800 (üç min səkkiz yüz) manat miqdarında cərimə cəzaları saxlanılması, Azərbaycan Respublikası CM-nin 68.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin edilmiş cərimə cəzasının müstəqil icra olunması hökm edilmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş Qəbələ Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 1(025)-32/2019 nömrəli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, 01 (bir) il 08 (səkkizi) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, Azərbaycan Respublikasının CM-nin 67.1-ci maddəsinə əsasən Qəbələ Rayon Məhkəməsinin 29 iyul 2015-ci il tarixli 1(025)-27/2015 saylı hökmü ilə Təqsirləndirilən şəxs təyin edilmiş və ödənilməmiş 3800(üç min səkkiz yüz) manat miqdarında cərimə cəzası yeni hökmlə təyin edilmiş cəzaya tamamilə birləşdirilməklə üzərində qəti olaraq 01 (bir) il 08 (səkkiz) ay müddətinə azadlıqdan məhrum etmə və 3800(üç min səkkiz yüz)manat miqdarında cərimə cəzaları saxlanılması, cəzasını ümumi ciddi Cəzaçəkmə Müəssisəsində çəkməsi, Azərbaycan Respublikası CM-nin 68.2-ci maddəsinə əsasən təyin olunmuş 3800 (üç min səkkiz yüz) manat miqdarında cərimə cəzasının müstəqil icra olunması hökm edilmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş Qəbələ Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 1(025)-28/2022 nömrəli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, 02 (iki) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, Azərbaycan Respublikasının CM-nin 67.1-ci maddəsinə əsasən Qəbələ Rayon Məhkəməsinin 01 iyul 2019-cu il tarixli 1(025)-32/2019 saylı hökmü ilə Təqsirləndirilən şəxs təyin edilmiş və ödənilməmiş 3800 (üç min səkkiz yüz) manat miqdarında cərimə cəzasının yeni hökmlə təyin edilmiş cəzaya tamamilə birləşdirilməklə üzərində qəti olaraq 02 (iki) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə və 3800 (üç min səkkiz yüz) manat miqdarında cərimə cəzaları saxlanılması, cəzasını ciddi rejimli Cəzaçəkmə Müəssisəsində çəkməsi, Azərbaycan Respublikası CM-nin 68.2-ci maddəsinə əsasən təyin olunmuş 3800 (üç min səkkiz yüz) manat miqdarında cərimə cəzasının müstəqil icra olunması hökm edilmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş Qəbələ rayon İcra Hakimiyyəti Bum qəsəbə İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə edilir. Cinayət işinin materiallarına əlavə edilmiş Qəbələ rayon İcra Hakimiyyəti Bum qəsəbə İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, 5-59-13/3-223/2025 nömrəli arayışdan görünür ki, Təqsirləndirilən şəxs ailə tərkibi atası X5, analığı X3, qardaşı X6 və bacısı X1 ibarətdir. Məhkəmə, məhkəmə istintaqı zamanı tədqiq edilmiş sübutların məcmusuna tam, hərtərəfli və obyektiv qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməsi tam sübuta yetirilir. Məhkəmə hesab edir ki, istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə düzgün tövsif edilmişdir və o, həmin maddə ilə təqsirli bilinib cəzalanmalıdır. Belə ki, “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 iyun 2024-cü il tarixli, 8 nömrəli qərarının 8-ci bəndində göstərilmişdir ki, Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması əməlinə Qanunun 1.0.11-ci maddəsində “miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlər” şəklində izah verilmişdir. Məhkəmələrə izah edilsin ki, Qanunun həmin maddəsində “digər şəxsi maraq” dedikdə, şəxsin özünün və ya yaxınlarının maddi xarakterli müəyyən öhdəliklərdən azad olunmasına nail olunması, qeyri-əmlak xarakterli mənfəət əldə etmə və yaxud şəxsi narkotik vasitələrin, psixotrop maddələrin yayılmasına yönələn qanunsuz əməllər törətməyə sövq edən sair maraq başa düşülür. Narkotik vasitələri əldə edən üçün vasitəçilik edib narkotik vasitə almış şəxsin bunu edərkən özünün də narkotiki istehlak etmək məqsədi olması halı şəxsi maraq kimi qiymətləndirilə bilməz. Şəxsin bəxşiş şəklində narkotik vasitələri və ya psixotrop maddələri başqasına verməsi də onların qanunsuz yayılmasına yönələn (başqası tərəfindən qanunsuz olaraq əldə edilməsini təmin edən) ictimai zərərli maraqla şərtləndirildiyindən, belə motivasiya 10 Qanunun 1.0.11-ci maddəsində nəzərdə tutulmuş “digər şəxsi maraq”, törədilmiş əməl isə narkotik vasitənin və ya psixotrop maddənin satılması kimi qiymətləndirilməlidir. Həmin Qərarın 9-cu bəndində məhkəmələrə izah edilir ki, CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün bu hərəkətlərin narkotik vasitələri (psixotrop maddələri) məhz satmaq məqsədilə törədilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri (psixotrop maddələri) satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin (psixotrop maddənin) çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır.. Cəza təyin edilərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinin tələbinə əsasən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. İnsan hüquqları üzrə Avropa Məhkəməsi öz Qərarlarında dəfələrlə göstərmiş və Milli məhkəmələrə tövsiyə etmişdir ki, şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması üçün əsaslar olduqda məhkəmələr həmin şəxsin barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza növlərinin tətbiq edilməsinə üstünlük verməlidirlər. Cinayət törətmiş şəxsin cəmiyyətdən təcrid edilməsi yalnız bunun üçün möhkəm əsaslar olduqda və bu açıq-aşkar ictimai maraqlar baxımından zəruri olduqda tətbiq edilə bilər. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinin tələbinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə görə, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. “Məhkəmə Hökmü Haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 №-li qərarının, 45-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu zaman hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməli, seçilən cəzanın və ya digər cinayət-hüquqi xarakterli tədbirin təqsirləndirilən şəxsin islah olunması, ailəsinin həyat şəraitinə təsiri baxımından məqsədəuyğun olması izah edilməlidir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 nömrəli Qərarında nəzərdə tutulur ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Beləliklə də, Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən, məhkəmə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarmağı məqsədə müvafiq hesab edir. Məhkəmə, Təqsirləndirilən şəxs barəsində cəza məsələsini müzakirə edərkən Azərbaycan Respublikası CM-nin 58-ci maddəsinin tələblərinə uyğun olaraq, onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, habelə şəxsiyyətini, cəzanı yüngülləşdirən halların olmamasını və cəzanı ağırlaşdıran halları nəzərə alır. Məhkəmədə Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal müəyyən edilməmişdir. Məhkəmə Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cinayəti xüsusi ilə təhlükəli residivini onun cəzasını ağırlaşdıran hallar kimi nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası CM-nin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, müsbət xarakterizə edilməklə şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halların olmamasını, cəzanı ağırlaşdıran halı, habelə təyin olunan cəzanın həm onun özü, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə növündə cəza təyin etməyi qanuni, əsaslı və ədalətli hesab edir. İş materiallarında olan Qəbələ Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 1(025)- 28/2022 nömrəli hökmündən görünür ki Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, 02 (iki) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, Azərbaycan Respublikasının CM-nin 67.1-ci maddəsinə əsasən Qəbələ Rayon Məhkəməsinin 01 iyul 2019-cu il tarixli 1(025)-32/2019 saylı hökmü ilə Təqsirləndirilən şəxs təyin edilmiş və ödənilməmiş 3800 (üç min səkkiz yüz) manat miqdarında cərimə cəzasının yeni hökmlə təyin edilmiş cəzaya tamamilə birləşdirilməklə üzərində qəti olaraq 02 (iki) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə və 3800 (üç min səkkiz yüz) manat miqdarında cərimə cəzaları saxlanılması, cəzasını ciddi rejimli Cəzaçəkmə Müəssisəsində çəkməsi, Azərbaycan Respublikası CM-nin 68.2-ci maddəsinə əsasən təyin olunmuş 3800 (üç min səkkiz yüz) manat miqdarında cərimə cəzasının müstəqil icra olunması hökm edilmişdir. Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinə əsasən Qəbələ Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 1(025)-28/2022 nömrəli hökmü ilə Təqsirləndirilən şəxs təyin edilmiş cərimə cəzası hazırki hökmlə təyin edilmiş azadlıqdan məhrumetmə cəzasına tamamilə birləşdirilməklə, Təqsirləndirilən şəxs çəkilməsi üçün üzərində azadlıqdan məhrumetmə və cərimə cəzası saxlanılmalıdır. Azərbaycan Respublikası CM-nin 68.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin olunmuş cərimə cəzası müstəqil icra olunmalıdır. Azərbaycan Respublikası CM-nin 18.3.1-ci maddəsinə əsasən qəsdən az ağır və ya qəsdən ağır cinayət törətməyə görə əvvəllər hər hansı ardıcıllıqla üç dəfədən az olmayaraq azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxs yenidən qəsdən cinayət törətməyə görə azadlıqdan məhrum etmə cəzasına məhkum olunduqda Cinayətlərin residivi xüsusilə təhlükəli sayılır. Hazırkı cinayət işinin materiallarında olan Qəbələ Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli 1(025)-27/2015 nömrəli, Qəbələ Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 1(025)- 32/2019 nömrəli və Qəbələ Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 1(025)-28/2022 nömrəli hökmlərindən görünür ki, Təqsirləndirilən şəxs az ağır cinayət törətməyə görə əvvəllər 3 dəfə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş və məhkumluğu ödənilmədən yenidən qəsdən cinayət törətmişdir. Bu da onun əməlində cinayətlərin xüsusilə təhlükəli residivinin olduğunu göstərir. Azərbaycan Respublikası CM-nin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Azərbaycan Respublikası CM-nin 56.1.4-cü maddəsinə əsasən cinayətlərin xüsusi təhlükəli residivi zamanı və ya ömürlük azadlıqdan məhrum etmə cəza növü müəyyən müddətə azadlıqdan məhrum etmə cəza növü ilə əvəz edildikdə cəzanın xüsusi rejimli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. İş materiallaraından göründüyü kimi, Təqsirləndirilən şəxs əməlində cinayətlərin xüsusi təhlükəli residivi mövcuddur və onun əvvəlki cəzası azadlıqdan məhrumetmə ilə bağlı olmuşdur. Bu səbəbdən də, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs hazırki hökmlə təyin ediləcək cəzasını Azərbaycan Respublikası CM-nın 56.1.4-cü maddəsinə əsasən xüsusi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. İş materiallarından göründüyü kimi, Təqsirləndirilən şəxs barəsində Qəbələ Rayon Məhkəməsinin qərarı ilə 3 ay həddində «həbs» qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli 11 fevral 2025-ci il tarixdən hesablanmışdır. Odur ki, Təqsirləndirilən şəxs təyin ediləcək cəzanın əvvəli 11 fevral 2025-ci il tarixdən hesablanmalıdır. Məhkəmə istintaqında tədqiq olunmuş ibtidai istintaq zamanı təyin edilmiş narkoloji Dispanserinin rəyindən göründüyü kimi, Təqsirləndirilən şəxs narkoloji kabinetdə profilaktik qeydiyyata alınması məsləhət görülür. Beləliklə məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs ərazi narkoloji kabinetdə profilaktik qeydiyyata alınmalıdır. İş üzrə məhkəmə məsrəfləri olan ekspertiza tədqiqatlarının dəyəri cəmi 34,55 (otuz dörd manat əlli beş qəpik) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilməlidir. Məhkəmə CPM-in 346.1.19-cu maddəsinin tələbləri baxımından iş üzrə maddi sübutlar məsələsini həll edərkən, iş üzrə maddi sübut kimi tanınmış və Qəbələ rayon Polis şöbəsində saxlanılan ümumi təmiz çəkisi 0,44 qram olmuş, 0,08 qramı tədqiqata sərf edildikdən sonra 0,36 qram qalmış qurudulmuş marixuana, eləcə də təmiz çəkisi 0,12 qram olmuş, 0,02 qramı tədqiqata sərf edildikdən sonra 0,10 qram qalmış narkotik vasitələrə aid olmayan bitki mənşəli kütlə, eləcə də 0,12 qram olan bozumtul-qəhvəyi rəngli bitki toxumları hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə görə məhkəmə, hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli olan əmlakın olub-olmaması məsələsini həll etməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.1 və 99-1.1.1-ci maddəsinə əsasən məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunan əmlak hesab olunur. Məhkəmə xüsusi müsadirə ilə bağlı məsələni müzakirə edərək hesab edir ki, iş üzrə belə bir əmlak olmadığından təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə ilə bağlı müddəa tətbiq edilməməlidir. İş üzrə mülki iddia yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 44.1; 344-347; 349; 351-353, 356, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinsin və ona 05 (beş) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə növündə cəza təyin edilsin. Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinə əsasən Qəbələ Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 1(025)-28/2022 nömrəli hökmü ilə Təqsirləndirilən şəxs təyin edilmiş və hazırda ödənilməmiş qalan 3800 (üç min səkkiz yüz) manat cərimə cəzası hazırki hökmlə təyin edilmiş azadlıqdan məhrumetmə cəzasına tamamilə birləşdirilməklə, Təqsirləndirilən şəxs çəkilməsi üçün üzərində qəti olaraq 05 (beş) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə və 3800 (üç min səkkiz yüz) manat cərimə cəzası saxlanılsın. Azərbaycan Respublikası CM-nin 68.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin olunmuş 3800 (üç min səkkiz yüz) manat miqdarında cərimə cəzası müstəqil icra olunsun. Təqsirləndirilən şəxs hökmlə təyin olunmuş cəzasını, cəzaçəkmənin əvvəli 11 fevral 2025-ci il tarixindən hesablanmaqla, xüsusi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs ərazi Narkoloji kabinetdə profilaktik qeydiyyata alınsın. İş üzrə məhkəmə məsrəfi olan 34,55 (otuz dörd manat əlli beş qəpik) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilsin. (büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu 3, X4, kod 210005, VOEN **********, müxbir hesab AZE41 NABZ********************, SFİFTBİK: CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi, VÖEN **********, hesab AZ34CTRE********************). İş üzrə maddi sübut kimi tanınmış və Qəbələ rayon Polis şöbəsində saxlanılan ümumi təmiz çəkisi 0,44 qram olmuş, 0,08 qramı tədqiqata sərf edildikdən sonra 0,36 qram qalmış qurudulmuş marixuana, eləcə də təmiz çəkisi 0,12 qram olmuş, 0,02 qramı tədqiqata sərf edildikdən sonra 0,10 qram qalmış narkotik vasitələrə aid olmayan bitki mənşəli kütlə, eləcə də 0,12 qram olan bozumtul-qəhvəyi rəngli bitki toxumları hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. İş üzrə mülki iddia yoxdur. Hökm elan olunduğundan 20 (iyirmi) gün müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. (Həbsdə olan təqsirləndirilən şəxs aldığı vaxtdan 20 gün müddətinə). Hökm apellyasiya şikayəti və ya protesti verilmədikdə, həmin müddət başa çatdıqdan sonra qüvvəyə minir. Sədrlik edən: Abbas Əliyev
Məhkəmə qərarları › İş №1(025)-12/2025
Qəbələ Rayon Məhkəməsi Hökm — İş №1(025)-12/2025
02.06.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver