Azərbaycan Respublikası adından QƏRAR Qəbələ şəhəri İş № 1(025)-13/2021 22.02.2021 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Abbas Baba oğlunun sədrliyi, məhkəmə iclas katibi Qafarlı Yelmar Elman oğlunun katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikasının Baş Prokorluğunun Dövlət X2 rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru vəzifəsini icra edən kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, zərərçəkmiş şəxs – Zərərçəkmiş şəxs1, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Qəbələ rayon Vəkil Bürosunun vəkili X1 iştirakları ilə xx.xx.1983-cü ildə Qəbələ şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, Qəbələ rayonu Mirzəbəyli kəndində dini icma sədri, Qəbələ rayonu Mirzəbəyli kəndində qeydiyyatda olub həmin ünvanda yaşayan, Azərbaycan Respublikası CM-nin 263.1-ci maddəsi ilə təqsirləndirilən və barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs xx xxxxxxxx 2020-ci ildə saat 14:30 radələrində Qaraməryam- İsmayıllı-Şəki yolunun Qəbələ rayonu Nic qəsəbəsi ərazisindən keçən 76,5-ci kilometrliyində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 2-ci hissəsinin 1-ci bəndinin tələblərinə riayət etməyərək idarə etdiyi Mercedes Benz E200 markalı ** HJ *** dövlət qeydiyyat nişanlı avtomobili yaşayış məntəqəsində icazə verilən maksimum 60 km/saatdan artıq, yəni 70 km/saat sürətlə idarə edib Şəki istiqamətində hərəkətdə olarkən həmin Qanunun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərini pozaraq sürücü hərəkət üçün təhlükə yarandığını gördükdə nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməli olduğu halda, hadisənin qarşısını almağa texniki imkanı olsada bunu etməyib, hərəkəti istiqamətində yolun sol kənarında Pirəlli kəndinə dönmək üçün sola onun hərəkət zolağına doğru manevr edən Zərərçəkmiş şəxs1 idarə etdiyi VAZ-21074 markalı ** KO *** dövlət qeydiyyat nişanlı avtomobilin sol yan hissəsi ilə onun avtomobilinin qabaq hissəsi toqquşmuş, nəticədə ehtiyatsızlıqdan VAZ-21074 markalı avtomobilin sürücüsü Zərərçəkmiş şəxs1 onurğanın 3-cü və 4-cü bel fəqərələrinin sol köndələn çıxıntılarının sınığı və sol dirsək oynağının bayır tərəfinin sıyrığı kimi dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vuran, sərnişini Zərərçəkmiş şəxs3 sol qaşın bayır səthinin sıyrığı kimi dərəcəsinə görə sağlamlığa zərər vurmayan bədən xəsarətləri almalarına, habelə VAZ-21074 markalı ** KO *** dövlət qeydiyyat nişanlı avtomobilin əzilərək sahibi Zərərçəkmiş şəxs2 2210 (iki min iki yüz on) manat məbləğində maddi ziyan yetirilməsinə səbəb olan yol-nəqliyyat hadisəsi törətmişdir. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin (CPM) 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə protokollarını, ekspertiza rəylərini və digər sənədləri sübut növü kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi vardır, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə tövsif olunmuşdur. Belə ki, məhkəmə iclasında ifadə verərkən iş üzrə Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilərək göstərdi ki, özünə məxsus Mercedes Benz E200 markalı ** HC *** dövlət qeydiyyat nişanlı avtomobili «BJ» kateqoriyalı sürücülük vəsiqəsi əsasında idarə edirə edir. xx xxxxxxxx 2020-ci il tarixdə günorta saatlarında idarə etdiyi Mercedes Benz E200 markalı ** HC *** dövlət qeydiyyat nişanlı avtomobillə Qəbələ rayonundan çıxıb yaşadığı Mirzəbəyli kəndinə gedərkən avtomobildə sərnişin qismində arxa sağ oturacaqda arvadı Gülnar, azyaşlı uşaqları Emil və Xədicə arxa sol tərəfdə, Həbibə isə anasının qucağında oturmuşdur. Həmin günü saat 14:30 radələrində Qaraməryam-İsmayıllı- Şəki yolunun Qəbələ rayonu Pirəlli kəndi ərazisindən keçən 76,5-ci kilometrliyində idarə etdiyi Mercedes Benz E200 markalı avtomobillə üzü Şəki istiqamətində 60-70 km/saat sürətlə hərəkətdə olub körpünü keçdikdən sonra təxminən 30 metrdən görmüşdür ki, yolun sağ kənarında yarısı ehtiyat hissədə, yarısı hərəkət zolağında VAZ 21074 markalı ** KO *** dövlət qeydiyyat nişanlı avtomobil dayanıb. O, idarə etdiyi Mercedes Benz E200 markalı avtomobilin işıqlarını yandırıb söndürməklə həmin avtomobilin sürücüsünə işarə vermişdir ki, onun yoluna çıxmasın. Ani anda VAZ 21074 markalı avtomobillə təxminən 3-4 metr məsafə qalmışdır ki, VAZ 21074 markalı avtomobilin sürücüsü nədənsə sola dönmə işığını yandırmadan manevr edib avtomobili hərəkətə gətirərək onun hərəkətdə olduğu yola çıxmışdır. O, heç əyləci basmağa imkan tapmamış və gəldiyi sürətlə də VAZ 21074 markalı avtomobilin sol yanı ilə toqquşmuşdur. Toqquşmadan sonra dərhal avtomobildən yerə düşmüş və VAZ-21074 markalı avtomobilə yaxınlaşmışdır. VAZ-21074 markalı avtomobilin qabaq sol qapısını açaraq sürücünü yerə düşürtmüş və yerə uzatmışdır. Sonra isə avtomobildə olan qadın və uşaqları da köməkləşərək yerə düşürtmüşdür. VAZ-21074 markalı avtomobilin sürücüsündən nə üçün yoluna çıxdığını soruşduqda ona bildirmişdir ki, həmin vaxtı fikirli olmuş və sola baxmadan manevr edib Pirəli kəndinə dönmüşdür. Bu zaman hadisə yerindən keçən TTYS-nın avtomobili dayanmışdır. Həkimlər Anara ilk tibbi yardım edib sonra isə onu təcili tibbi yardım maşını ilə Qəbələ RDM-nə aparmışlar. Sonra isə hadisə yerinə yol patrul xidmətinin əməkdaşları və təhqiqatçı gələrək hadisə yerini müayinə etmişlər. Hal-hazırda zərərçəkmiş şəxslərlə dəymiş ziyanı ödəmiş və onlarla barışmışdır. Zərərçəkmiş şəxslərin ona qarşı şikayət və tələbləri yoxdur. Təqsirləndirilən şəxs məhkəməyə ərizə təqdim edərək zərərçəkmiş şəxslərə dəymiş maddi ziyanın ödədiyini, onlarla barışdığını və ona qarşı şikayət və tələbin olmadığını bildirərək barəsində olan cinayət təqibinə xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs1 ifadəsində göstərdi ki, xx xxxxxxxx 2020-ci il tarixdə idarə etdiyi VAZ-21074 markalı ** KO *** dövlət qeydiyyat nişanlı avtomobillə arvadı Fidan və qızı Sərfinaz ilə birlikdə Zarağan kəndindən Pirəli kəndinə qayıdarkən avtomobildə arvadı Fidan orta oturacaqda, qızı Sərfinaz arxa sol oturacaqda əyləşmişdir. Həmin günü saat 14.30 radələrində idarə etdiyi VAZ-21074 markalı avtomobillə Qaraməryam-İsmayıllı-Şəki yolunun 76,5-cı kilometrliyində Şəki istiqamətində hərəkətdə olarkən Kiçik Pirəli kəndinə dönmək üçün idarə etdiyi VAZ-2107 markalı avtomobilin sürətini azaldaraq yolun sağında saxlamışdır. Avtomobillər keçib getdikdən sonra sola dönmə işığını yandırmış, avtomobili hərəkətə gətirib 10 km/saat sürətlə sola manevr etməyə başlamış, təxminən 8-9 metr məsafə qət etmişdir ki, baş yolla Şəki istiqamətində hərəkətdə olan Mercedes Benz E200 markalı avtomobil ** HC *** dövlət qeydiyyat nişanlı avtomobil onun avtomobilinə çırpılmışdır. Toqquşma nəticəsində o, bel və bud nahiyəsindən xəsarət almışdır. Küt ağrıları olduğu üçün avtomobildən yerə düşə bilməmişdir. Mercedes Benz E200 markalı avtomobilin sürücüsü ona yaxınlaşaraq onu avtomobildən çölə çıxarıb yerə uzatmışdır. Həmin vaxtı yoldan keçən təcili tibbi yardım maşını dayanmış, həkimlər ona ilk tibbi yardım göstərmişlər. Sonra isə Qəbələ TTYS-nın avtomobili gələrək onu Qəbələ DM-nə aparmışdır. Orada onu uzi və rentgendən keçirmişlər, ciddi xəsarət olmadığını bildirərək evə buraxılmışdır. İki gün sonra «Sağlam Həyat» DM-də müayinə olunarkən Mingəçevir şəhərində yerləşən «Şəfa» klinikasına göndərilmişdir. Orada tibbi müayinə zamanı məlum olmuşdur ki, onurğa sütununda 3-4-cü fəqərələrdə sınıq, 4-5-ci fəqərələrdə çıxıq aşkar edilmişdir. Hazırda onlar barışmışlar. Onun təqsirləndirilən şəxsə qarşı heç bir şikayəti və maddi tələbi yoxdur. Təqsirləndirilən şəxsin barəsində olan cinayət işinə xitam verilməsini xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs3 ifadəsində göstərdi ki, xx xxxxxxxx 2020-ci il tarixdə əri Anarın idarə etdiyi VAZ-21074 markalı ** KO *** dövlət qeydiyyat nişanlı avtomobillə Zarağan kəndindən yaşadığı Kiçik Pirəli kəndinə gedərkən avtomobili əri Anar idarə etmişdir. O, avtomobildə orta oturacaqda, qızı Sərfinaz arxa sol oturacaqda əyləşmişdir. Həmin günü saat 14:30 radələrində Qaraməryam-İsmayıllı-Şəki yolunun 76,5-ci kilometrliyində əyləşdiyi avtomobillə Şəki istiqamətində hərəkətdə olarkən əri X4 kəndinə dönmək üçün idarə etdiyi avtomobili yolun sağ kənarında saxlamışdır. Avtomobillər keçib getdikdən sonra, yəni yol tam boşaldıqdan sonra Anar idarə etdiyi avtomobili işə salıb yolun sağ kənarında yerləşən Kiçik Pirəli kəndinə getmək üçün asta sürətlə sola dönməyə başlamışdır. Təxminən 10 metr hərəkət etmişlər ki, bu zaman baş yol ilə üzü Şəki istiqamətində hərəkətdə olan Mercedes Benz markalı avtomobil əyləcə basmadan gəldiyi sürətlə əyləşdiyi avtomobilin sol yan hissəsinə çırpılmışdır. Toqquşmadan sonra Anar xəsarət almışdır. Mercedes Benz markalı avtomobilin sürücüsü gələrək kömək edib Anarı avtomobildən çölə çıxartmışdır. Hadisə zamanı qızı Sərfinaz xəsarət almasa da o, xəsarət almışdır. Həmin vaxtı yoldan keçən təcili tibbi yardım maşını saxlamış, həkimlər gəlib Anara ilkin tibbi yardım göstərmişlər. Sonra isə Qəbələ rayon təcili tibbi yardım stansiyasının maşını gəlib Anarı Qəbələ RDM-nə aparmışlar. Məhkəmədən ədalətli qərar qəbul edilməsini xahiş etdi. Hazırda onlar barışmışlar. Onun təqsirləndirilən şəxsə qarşı heç bir şikayəti və maddi tələbi yoxdur. Təqsirləndirilən şəxsin barəsində olan cinayət işinə xitam verilməsini xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs2 ifadəsində göstərdi ki, VAZ-21074 markalı ** KO *** dövlət qeydiyyat nişanlı avtomobil ona məxsusdur. Həmin avtomobili idarə etmək üçün etibarnamə əsasında oğlu Zərərçəkmiş şəxs1 vermişdir. Ona məlum olmuşdur ki, xx xxxxxxxx 2020-ji il tarixdə oğlu Anar etibarnamə əsasında idarə etdiyi ona məxsus VAZ-21074 markalı ** KO *** dövlət qeydiyyat nişanlı avtomobillə həyat yoldaşı Fidan və qızı Sərfinaz ilə birlikdə Zarağan kəndindən Kiçik Pirəli kəndinə qayıdarkən başqa bir avtomobillə toqquşmuş, nətijədə oğlu Anar və gəlini Fidan xəsarət almışlar. Baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində ona məxsus VAZ-21074 markalı ** KO *** dövlət qeydiyyat nişanlı avtomobil əzilərək ona maddi ziyan yetirilmişdir. Onun avtomobilinə dəymiş ziyan ödənilmişdir. Hazırda onlar barışmışlar. Onun təqsirləndirilən şəxsə qarşı heç bir şikayəti və maddi tələbi yoxdur. Təqsirləndirilən şəxsin barəsində olan cinayət işinə xitam verilməsini xahiş edir. Zərərçəkmiş şəxs1 məhkəməyə özü və digər zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs2 tərəfindən imzalanmış ərizə təqdim etmiş, həmin ərizədə onlara dəymiş maddi ziyanın ödənildiyini, təqsirləndirilən şəxslərlə barışdıqlarını, təqsirləndirilən şəxsə qarşı şikayət və tələblərinin olmadığını bildirmişlər. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında elan olunmaqla tədqiq olunmuş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxxxx 2020-ji il tarixli, 8/1981 ekspert rəyindən görünür ki, Mercedes Benz E200 markalı ** HJ *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbayjan Respublikasının Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Sürücü Təqsirləndirilən şəxs avtomobili yaşayış məntəqəsində icazə veirilən maksimum 60 km/saatdan artıq, yəni 70 km/saat sürətlə idarə etdiyindən onun hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikasının Qanununun 50-ci maddəsinin 2-ci hissəsinin 1-ci bəndinin tələblərinə uyğunsuzluq olmuşdur. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya ETT Birliyinin xx xxxxxxx 2020-ci il tarixli, 550 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs1 bədəni üzərində aşkar edilmiş xəsarətlər onurğanın 3-cü və 4cü bel fəqərələrinin sol köndələn çıxıntılarının sınığı və sol dirsək oynağının bayır tərəfinin sıyrığı bərk küt əşyalar (alətlər) təsirindən törənmişdir, xx.xx.2020-ci il tarixli yol-nəqliyyat hadisəsi zamanı törənə bilər. Qeyd olunan xəsarətlər dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmanın əlamətlərinə malikdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya ETT Birliyinin xx xxxxxxx 2020-ci il tarixli, 551 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs3 bədəni üzərində aşkar edilmiş xəsarətlər sol qaşın bayır səthinin sıyrığı bərk küt əşyalar (alətlər) təsirindən törənmişdir, xx.xx.2020-ci il tarixli yolnəqliyyat hadisəsi zamanı törənə bilər. Qeyd olunan xəsarət sağlamlığa zərər vurmayan bədən xəsarətinə aiddir. İş materiallarına əlavə edilmiş xx xxxxxxxx 2020-ci il tarixli 396 nömrəli sərxoşluq vəziyyətinin tibbi müayinə aktı ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs hadisə vaxtı ayıq olmuşdur. İş materiallarına əlavə edilmiş DİN BDYPİ Qİİ tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli 016-94870-1220 nömrəli məktubdan məlum olur ki, DİN BDYPİ Qeydiyyat-İmtahan İdarəsinin kompyuter uçot bazasına əsasən xx.xx.1983-cü il təvəllüdlü Təqsirləndirilən şəxs nəqliyyat vasitələrini idarə etmə hüququndan məhrum edilməsi və ya sürücülük hüququnun məhdudlaşdırılması barədə məlumat qeydə alınmamışdır. Adı çəkilən şəxsə xx.xx.2014-cü il tarixdə AE seriyalı 710788 nömrəli «BC» dərəcəli sürücülük vəsiqəsinin verilməsi barədə informasiya mövcuddur. İş materiallarına əlavə edilmiş AD seriyalı 641734 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, “Mercedes Benz E200” minik markalı, **-HJ-*** dövlət qeydiyyat nişanlı avtomobil Təqsirləndirilən şəxs məxsusdur. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası DİN-nin BƏSİİ-nin verdiyi tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu olmayan şəxsdir. Beləliklə, Təqsirləndirilən şəxs əməli məhkəmə iclasında təqsirləndirilən şəxsin öz etirafedici ifadəsi, zərərçəkmiş şəxslərin ifadələri, ekspert rəyləri, hadisə yerinə baxış protokolu eləcə də işdə olan digər obyektiv dəlillərlə və iş materialları ilə tamamilə sübuta yetirilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli ibtidai araşdırma orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-nin 263.1-ci maddəsi ilə tövsif edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 10.1-ci maddəsinə əsasən əməlin (hərəkət və ya hərəkətsizliyin) cinayət sayılması və həmin əmələ görə cəza, bu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədildiyi zaman qüvvədə olan cinayət qanunu ilə müəyyən edilir. Törədildiyi zaman cinayət sayılmayan əmələ görə heç kəs cinayət məsuliyyətinə cəlb oluna və cəzalandırıla bilməz. Həmin Məcəllənin 10.3-cü maddəsinə əsasən əməlin (hərəkət və ya hərəkətsizliyin) cinayət sayılmasını və bu əmələ görə cəzanı aradan qaldıran, cəzanı yüngülləşdirən, yaxud cinayət etmiş şəxsin vəziyyətini başqa cür yaxşılaşdıran cinayət qanununun geriyə qüvvəsi vardır, yəni həmin qanunun qüvvəyə minməsindən əvvəl müvafiq əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxslərə, habelə cəza çəkən, yaxud cəzasını çəkmiş, lakin məhkumluğu üstündən götürülməmiş və ya ödənilməmiş şəxslərə şamil edilir. Həmin Məcəllənin 263.1-ci maddəsinə əsasən Avtomobil, tramvay və ya digər mexaniki nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olduqda — iki ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə beş min manatdan yeddi min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikasının xx.xx.2017-ci il tarixli Qanunu ilə xx.xx.2017-ci il tarixdə qüvvəyə minmiş Azərbaycan Respublikası Cinayət Məcəlləsnin 263-cü maddəsinin qeyd hissəsinin 2-ci bəndinə əsasən bu Məcəllənin 263.1 və ya 263.1-1-ci maddələrində nəzərdə tutulmuş cinayəti törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Bu halda şəxsin əməllərində inzibati xəta tərkibinin əlamətləri olduqda o, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş qaydada məsuliyyətə cəlb edilir. Məhkəmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsnin 263.1-ci maddəsində nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslərlə barışmasını və hər birinə dəymiş ziyanı tamamilə ödəməsini nəzərə alıb hesab edir ki, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməlidir. Azərbaycan Respublikası CPM-nin 39.1.11-ci maddəsinə əsasən cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir): Azərbaycan Respublikası CPM-nin 43.1.2-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı Məcəllənin 39.1.4, 39.1.6-39.1.11-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda çıxarılır. Odur ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-cü maddəsinin qeyd hissəsinin 2-ci bəndi tətbiq edilməklə, cinayət məsuliyyətindən azad edilməli, onun Azərbaycan Respublikası Cinayət Məcəlləsnin 263.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata xitam verilməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilməldir. Məhkəmə CPM-in 346.1.19-cu maddəsinin tələbləri baxımından iş üzrə maddi sübutlar məsələsini həll edərkən, maddi sübut qismində tanınmış VAZ-21074 markalı ** KO *** və Mercedes Benz E200 markalı ** HJ *** dövlət qeydiyyat nişanlı avtomobilin sahiblərinə qaytarılmasını nəzərə alır. İş üzrə məhkəmə məsrəfi olan 100 (bir yüz) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilməlidir. Məhkəmə eyni zamanda hesab edir ki, cinayət məsuliyyətindən azad edilmiş Təqsirləndirilən şəxs əməlində inzibati xəta tərkibinin əlamətləri olduğundan onun inzibati məsuliyyətə cəlb olunması üçün hazırki qərarın surəti, qərar qanuni qüvvəsini aldıqdan sonra, ərazi aiddiyatı üzrə Qəbələ rayon Polis şöbəsinə göndərilməlidir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nın 43, 321, 347, 356, 384- 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-cü maddəsinin qeyd hissəsinin 2-ci bəndi tətbiq edilməklə, cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsnin 263.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilsin. İş üzrə maddi sübut qismində tanınmış VAZ-21074 markalı ** KO *** və Mercedes Benz E200 markalı ** HJ *** dövlət qeydiyyat nişanlı avtomobilin sahiblərinə qaytarılması nəzərə alınsın. İş üzrə məhkəmə xərci 100 (bir yüz) manat Təqsirləndirilən şəxs alınaraq Dövlət büdcəsinə keçirilsin. (büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu 3, Dövlət Xəzinadarlıq Agentliyi, kod 210005, VÖEN **********, müxbir hesab AZE41NABZ********************, SFİFTBİK: CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi, VÖEN **********, hesab AZ34CTRE********************). Təqsirləndirilən şəxs əməlində inzibati xəta tərkibinin əlamətləri olduğundan onun inzibati məsuliyyətə cəlb olunması üçün hazırki qərarın surəti, qərar qanuni qüvvəsini aldıqdan sonra, ərazi aiddiyatı üzrə Qəbələ rayon Polis şöbəsinə göndərilsin. Qərardan 20 gün müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Qərar apellyasiya şikayəti və ya protesti verilmədikdə, həmin müddət başa çatdıqdan sonra qüvvəyə minir. Hakim: Abbas Əliyev
Məhkəmə qərarları › İş №1(025)-13/2021
Qəbələ Rayon Məhkəməsi Qərar — İş №1(025)-13/2021
22.02.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver