Azərbaycan Respublikası adından HÖKM Qəbələ şəhəri İş № 1(025)-13/2023 19.06.2023 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim İsayev Elman Bəhruz oğlunun sədrliyi, məhkəmə iclasının katibi Tahirova Ləman Kamran qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X2 Müdafiəsi İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İİİ dərəcəli hüquqşünas X4, müdafiəçi – Qəbələ rayon Vəkil Bürosunun vəkili X1 və təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1982-ci ildə Qəbələ rayonu, Vəndam qəsəbəsində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, əvvəllər məhkum olunmamış, Qəbələ rayonu, Vəndam qəsəbəsində qeydiyyatda olan və yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş – Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Təqsirləndirilən şəxs cavabdeh kimi ondan müvafiq olaraq 15 mart 2019-cu il və 15 avqust 2019-cu il tarixlərdən başlayaraq 13 sentyabr 2009-cu il təvəllüdlü X5 yetkinlik yaşına çatana qədər saxlanılması üçün hər ay 160,00 manat sabit pul məbləğində alimentin tutularaq Zeynalova (Mehralıyeva) Şəmsiyə İnqilab qızına verilməsinə dair Siyəzən Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş 27 iyun 2019-cu il tarixli 2(059)- 193/2019 saylı qərardadının və 15 iyul 2019-cu il tarixli 2(059)-193/2019 saylı qətnaməsinin icrası ilə bağlı icra məmurunun qanuni tələbini üzrsüz səbəbdən yerinə yetirmədiyinə görə Qəbələ Rayon Məhkəməsi tərəfindən Azərbaycan Respublikası İXMnin 528.1-ci maddəsi ilə təqsirli bilinib sonuncu dəfə 17 avqust 2022-ci il tarixdə 20 gün müddətinə inzibati qaydada həbs edilməsinə, icra üçün yeni müddətin təyin edilməsinə, həmçinin məsuliyyəti barədə xx.xx.2022-ci il, xx.xx.2022-ci il və xx.xx.2022-ci il tarixlərdə rəsmi xəbərdarlıq edilməsinə baxmayaraq hərəkətlərindən nəticə çıxarmamış və cinayət təqibi başlanılması məsələsinə baxılması üçün təqdimat verilənədək, yəni 25 oktyabr 2022-ci il tarixədək şəxsi maraq niyyətilə Siyəzən Rayon Məhkəməsinin 27 iyun 2019-cu il tarixli 2(059)-193/2019 saylı qərardadı üzrə 800,00 manat, 15 iyul 2019-cu il tarixli 2(059)- 193/2019 saylı qətnaməsi üzrə isə 6080,00 manat olmaqla cəmi 6880,00 manat aliment borcunu ödəməməklə qanuni qüvvəyə minmiş məhkəmə aktlarını qərəzli olaraq və qəsdən icra etməyərək zərər çəkmiş şəxsə qeyd olunan məbləğdə maddi ziyan vuraraq ədalət mühakiməsinin mənafeyinə xələl gətirmişdir. Təqsirləndirilən şəxs məhkəmə iclasında ona Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsi ilə elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, həqiqətən o, 25 avqust 2008-ci il tarixdə Zeynalova (Mehralıyeva) Şəmsiyə İnqilab qızı ilə rəsmi nikah bağlamaqla ailə qurmuşdur. Birgə nikahdan 13 sentyabr 2009-cu il tarixdə Ayişə adını verdikləri övladları anadan olmuşdur. Ailə qurduqdan sonra bir müddət səmimi ailə münasibətləri olsa da sonradan münasibətləri pozulduğundan ayrılmışlar. Bir müddət ayrı yaşadıqdan sonra Şəmsiyə aliment tələbi ilə məhkəməyə müraciət etmiş və Siyəzən Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli qətnaməsi ilə bir uşağın saxlanılması üçün hər ay 108,00 manat aliment müəyyən edilmişdir. Sonradan münasibətləri normallaşdığından Şəmsiyə həmin aliment məbləğindən imtina etmişdir. Bir müddət sonra münasibətləri yenidən pisləşmiş və Şəmsiyə aralarında bağlanmış nikahın pozulması və alimentin artırılması tələbi ilə məhkəməyə müraciət etmişdir. Siyəzən Rayon Məhkəməsi cavabdeh kimi ondan 15 mart 2019-cu il tarixdən başlayaraq 13 sentyabr 2009-cu il təvəllüdlü X5 yetkinlik yaşına çatana qədər saxlanılması üçün hər ay 160,00 manat sabit pul məbləğində alimentin tutularaq Zeynalova (Mehralıyeva) Şəmsiyə İnqilab qızına verilməsinə dair 27 iyun 2019-cu il tarixli 2(059)-193/2019 saylı qərardad, daha sonra nikahın pozulması və 15 avqust 2019-cu il tarixdən başlayaraq eyni məbləğdə alimentin tutularaq Zərərçəkmiş şəxs verilməsi barədə 15 iyul 2019-cu il tarixli qətnamə çıxarmışdır. Qətnamənin icrası icra məmurları tərəfindən dəfələrlə ondan tələb olunmuşdur. Həmçinin icra müddətində alimenti ödəmədiyinə görə üç dəfə inzibati qaydada həbs edilmişdir. Tikinti işlərində elektrik işləmiş və qazancı gördüyü işə uyğun olaraq 400-600 manat təşkil etmişdir. Lakin qazancı ilə şəxsi tələbatını çətinliklə ödədiyinə görə ötən müddətdə aliment məbləğindən heç bir ödəniş etməmişdir. Aliment borcunun yaranmasından məlumatı vardır. Hazırda həmin məbləği ödəyə bilmir. Alimenti ödəməmklə səhv etdiyini anladığına görə çalışıb ödəniş edəcəkdir. İstintaq zamanı iş üzrə maddi ziyandan 500 manat, daha sonra 50 və 20 manat ödəniş etmişdir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi onun özünün etirafedici ifadəsindən başqa, şahidin ifadəsi, həmçinin cinayət işinin digər materialları ilə tam sübuta yetirilir. Belə ki, məhkəmə iclasında şahid Qəbələ rayon İcra və Probasiya şöbəsinin icra məmuru Şahid ifadəsində göstərmişdir ki, Siyəzən Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş 27 iyun 2019-cu il tarixli 2(059)-193/2019 saylı qərardadına və 15 iyul 2019-cu il tarixli 2(059)-193/2019 saylı qətnaməsinə əsasən Təqsirləndirilən şəxs cavabdeh kimi müvafiq olaraq 15 mart 2019-cu il və 15 avqust 2019-cu il tarixlərdən başlayaraq 13 sentyabr 2009-cu il təvəllüdlü X5 yetkinlik yaşına çatana qədər saxlanılması üçün hər ay 160,00 manat sabit pul məbləğində alimentin tutularaq X3 verilməlidir. Hər iki məhkəmə aktına əsasən verilmiş icra vərəqələri icra edilməsi üçün aidiyyəti üzrə Qəbələ rayon İcra və Probasiya şöbəsinə göndərilmişdir. İcra sənədləri icraata qəbul edilərək borcluya tələbin könüllü icrası haqqında bildirişlər göndərilmişdir. Verilmiş müddətdə borclu tələbin icrasını təmin etmədiyindən məcburi icra tədbirlərinə başlanılmışdır. Həmçinin hər iki icra sənədi üzrə icraat 10 sentyabr 2019-cu il tarixli qərarla ümumi icraatda birləşdirilərək məcburi icra tədbirlərini davam etdirmişdir. İcra müddətində borclunun olduğu yeri müəyyən etmək mümkün olmadığından barəsində dəfələrlə axtarış elan edilmişdir. Borclu Qəbələ RPŞ-nin əməkdaşları tərəfindən saxlanılaraq icra və probasiya şöbəsinə gətirildikdə yaranmış aliment borcunun ödənilməsi ondan tələb olunmuş, məsuliyyəti diqqətinə çatdırılmışdır. Lakin borclu ödəniş etməmiş və məhkəmə qərarlarının icrasından yayınmışdır. Odur ki, icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyinə görə borclu barəsində xx.xx.2020-ci il və xx.xx.2021-ci il tarixlərdə inzibati protokollar tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. Qəbələ Rayon Məhkəməsinin qərarlarına əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinib xx.xx.2020-ci il tarixdə 10 gün, xx.xx.2021-ci il tarixdə isə 15 gün müddətinə inziabti qaydada həbs edilmişdir. Bundan sonra da məcburi icra tədbirləri davam etdirilmiş, borcludan məhkəmə qərarlarının icrası tələb olunmuşdur. Lakin xeyli müddətin keçməsinə baxmayaraq Təqsirləndirilən şəxs müəyyən edilmiş aliment məbləğindən heç bir ödəniş etməmişdir. Yenidən olduğu yeri müəyyən etmək mümkün olmadığından barəsində elan edilmiş, axtarış əsasında borclu xx.xx.2022-ci il tarixdə polis əməkdaşları tərəfindən saxlanılaraq icra və probasiya şöbəsinə gətirilmişdir. Borcludan bir daha məhkəmə qərarlarının icrası tələb olunmuş, lakin borclu müxtəlif bəhanələrlə ödəniş etməkdən yayınmışdır. Odur ki, borclu barəsində yenidən inzibati xəta haqqında protokol tərtib edilərək məhkəməyə göndərilmişdir. Qəbələ Rayon Məhkəməsinin 17 avqust 2022-ci il tarixli 3(025)-352/2022 saylı qərarına əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinib 20 gün müddətinə inziabti qaydada həbs edilmişdir. İnzibati məsuliyyətə cəlb edildikdən sonra da məhkəmə qərarlarının icrası borcludan tələb edilmişdir. Həmçinin icra müddətində icra sənədlərinin icrası istiqamətində borclu ilə fərdi söhbətlər aparılmış, məsuliyyəti diqqətinə çatdırılmışdır. Lakin icra sənədlərinin icraya yönəldilməsindən uzun müddət keçməsinə, üç dəfə inzibati qaydada məsuliyyətə cəlb edilməsinə, cinayət məsuliyyəti barədə xəbərdarlıqlar verilməsinə baxmayaraq borclu hərəkətlərində dönüş yaratmamış və müəyyən edilmiş aliment məbləğlərindən heç bir ödəniş etməməklə məhkəmə qərarlarının icrasından qərəzli olaraq yayınmışdır. Nəticədə Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixə Siyəzən Rayon Məhkəməsinin 27 iyun 2019-cu il tarixli 2(059)-193/2019 saylı qərardadı üzrə 800,00 manat, 15 iyul 2019-cu il tarixli 2(059)-193/2019 saylı qətnaməsi üzrə isə 6080,00 manat olmaqla cəmi 6880,00 manat aliment borcu yaranmışdır. İcra müddətində tələbkar isə dəfələrlə İcra və Probasiya şöbəsinə müraciət edərək olduqca ağır maddi vəziyyətdə olduğunu bildirərək Təqsirləndirilən şəxs məhkəmə qərarları üzrə yaranmış aliment borcunun alınıb ona verilməsinə köməklik göstərilməsini xahiş etmişdir. Göstərilənlərə əsasən borclu Təqsirləndirilən şəxs qanuni qüvvəyə minmiş məhkəmə aktlarını qərəzli olaraq icra etmədiyinə görə onun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306-cı maddəsilə cinayət məsuliyyətinə cəlb olunması məqsədəmüvafiq hesab edildiyi üçün Ədliyyə Nazirliyinin İstintaq idarəsinə müvafiq təqdimat göndərilmişdir. Zərərçəkmiş şəxs Zeynalova (Mehralıyeva) Şəmsiyə İnqilab qızı məhkəməyə teleqram ünvanlayaraq, istintaqda verdiyi ifadəsini təsdiq etmiş, Təqsirləndirilən şəxs şikayətçi olduğunu göstərmiş, onun iştirakı olmadan məhkəmə iclasını keçirib qərar qəbul edilməsini xahiş etmişdir. Zərərçəkmiş şəxsin xahişi nəzərə alınaraq, işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmiş, habelə zərərçəkmiş şəxsin ibtidai istintaq dövründə vermiş olduğu ifadəsi elan edilmişdir. İşdə olan bildirişlərdən, xx.xx.2022-ci il, xx.xx.2022-ci il və xx.xx.2022-ci il tarixli xəbərdarlıqlardan görünür ki, Təqsirləndirilən şəxs müəyyən edilmiş aylıq alimentin və yaranmış aliment borcunun ödənilməklə məhkəmə aktlarının icrası tələb edilmiş, məsuliyyət diqqətinə çatdırılmışdır. İşdə olan Qəbələ Rayon Məhkəməsinin inzibati xəta haqqında iş üzrə qərarlarından görünür ki, Təqsirləndirilən şəxs Siyəzən Rayon Məhkəməsinin 27 iyun 2019-cu il tarixli 2(059)-193/2019 saylı qərardadı və 15 iyul 2019-cu il tarixli 2(059)-193/2019 saylı qətnaməsi əsasında verilmiş icra sənədlərinin icrası ilə bağlı icra məmurunun qanuni tələbini üzrsüz səbəbdən yerinə yetirmədiyinə görə Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinib xx.xx.2020-ci il tarixdə 10 gün, xx.xx.2021-ci il tarixdə 15 gün və xx.xx.2022-ci il tarixdə isə 20 gün müddətinə inzibati qaydada həbs edilmişdir. İşdə olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin xx.xx.2022-ci il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər Gəncə Hərbi Məhkəməsinin xx.xx.2009-cu il tarixli hökmünə əsasən CM-nin 333.3 və 328.1-ci maddələri ilə təqsirli bilinib 02 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və xx.xx.2011-ci ildə cəzasının sonu ilə azad edilmişdir. Daha sonra Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmünə əsasən CM-nin 127.1-ci maddəsi ilə təqsirli bilinib 01 il azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş və Qəbələ Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2021-ci il tarixli Amnistya Qərarına əsasən cəzanın çəkilməmiş hissəsindən azad edilmiş və üzərindən məhkumluğu götürülmüşdür. Beləliklə, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, Təqsirləndirilən şəxs özünün istintaq və ilkin məhkəmə baxışı zamanı verdiyi etirafedici ifadələri, şahidin məhkəmə iclasında və ibtidai istintaq zamanı verdiyi ifadələri, digər iş materialları ilə onun qanuni qüvvəyə minmiş məhkəmə qətnamələrini qərəzli olaraq icra etməməsi cinayətinin törətməsi tamamilə sübuta yetirildi. Onun əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə tövsif edilmişdir və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs əməlini könüllü etiraf edərək səmimi peşimançılıq hissi keçirməsini, maddi ziyandan cəmi 570 manatın ödənilməsini cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə iclasında Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hal müəyyən edilmədi. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun ibtidai istintaq zamanı tutulub saxlandığı 02 (iki) gün müddəti də nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinin tələbinə görə hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən 04 mart 2023-cü il tarixdən 06 mart 2023-cü il tarixədək hazırkı iş üzrə tutulub saxlandığı müddəti nəzərə alınmaqla Təqsirləndirilən şəxs hazırda təyin edilmiş cəzadan çıxılmaqla üzərində qəti cəza təyin edilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxs cəza çəkmə müddətinin əvvəli 19 iyun 2023-cü il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri “həbs” qətimkan tədbiri ilə əvəz edilməli və o, məhkəmə zalında həbs edilməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə maddi sübut və mülki iddia olmamışdır. Məhkəmə müsadirə ilə bağlı məsələni araşdırır və hazırkı cinayət işi üzrə müsadirə olunmalı olan əmlak aşkar edilmədiyindən xüsusi müsadrə ilə bağlı tədbirin tətbiq olunmasını məqsədə müvafiq hesab etmir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197-198, 344-349, 351-353, 356-358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsininin 306.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, 01 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs tutulub saxlandığı 02 (iki) gün müddət Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən təyin olunmuş azadlıqdan məhrum etmə müddətindən çıxılmaqla üzərində qəti olaraq 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasını ümumi rejimli Cəzaçəkmə Müəssisəsində çəksin. Cəza çəkmə müddətinin əvvəli 19 iyun 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri “həbs” qətimkan tədbiri ilə əvəz edilsin və o, məhkəmə zalında həbs edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Hökmdən, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Sədrlik edən Elman İsayev
Məhkəmə qərarları › İş №1(025)-13/2023
Qəbələ Rayon Məhkəməsi Hökm — İş №1(025)-13/2023
19.06.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver