Məhkəmə qərarları › İş №1(025)-13/2025

Qəbələ Rayon Məhkəməsi Hökm — İş №1(025)-13/2025

26.05.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Qəbələ şəhəri İş № 1(025)-13/2025 26.05.2025 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Qəbələ Rayon Məhkəməsi Qənbərov Ülvi Oktay oğlunun sədrliyi, Məmmədova Gülanə Elmdar qızının katibliyi, Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs2 və Müdafiəçi iştirakı ilə, xx.xx.1959-cu ildə Qəbələ rayonu Zalam kəndində anadan olmuş, AR vətəndaşı, evli, orta təhsilli, Qəbələ rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 1(025)-7/2024 saylı hökmü ilə AR CM-nin 178.1-ci maddəsi ilə 09 ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, xx.xx.2024-cü il tarixdə cəzasının sonu ilə azad olunmuş, işləməyən, Qəbələ rayonu Mollaşıxalı kəndində yaşayan və barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair işə açıq məhkəmə iclasında baxıb M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs ondan ötrü məhkəməyə verilmişdir ki, o, etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin xeyli miqdarda əmlakını ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs1 ilə uzun illərdir aralarında olan tanışlıq münasibətindən istifadə etməklə onun etibarını qazanıb, bu etibardan sui-istifadə edərək Qəbələ rayonunun Mollaşıxalı kəndində özünə məxsus satılacaq torpaq sahəsi olmadığı halda özündən bu barədə həqiqətə uyğun olmayan yalan uydurub, guya həmin torpaq sahəsini «Paşa Holding» şirkətinə 300000 (üç yüz min) manat pul vəsaiti müqabilində sataraq əldə etdiyi pul vəsaitindən ona da 50000 (əlli min) manat pul vəsaiti verəcəyinə dair yalan vəd verib aldadaraq, həmin torpaq sahəsinin sənədlərinin hazırlanması üçün istifadə etmək adı ilə 2023-cü ilin yay aylarında istintaqa dəqiq məlum olmayan tarixdə və vaxtda Qəbələ rayonunun Böyük Əmili kəndi ərazisində Ağdaş-Zarağan yolunun həmin kəndin ərazisindən keçən hissəsində yerləşən dairəvi yolayrıcının yaxınlığında Zərərçəkmiş şəxs1 nəğd şəkildə 5000 (beş min) manat, 2023-cü ilin yay aylarında istintaqa dəqiq məlum olmayan tarixdə və vaxtda Qəbələ rayonunun Vəndam qəsəbəsi ərazisində yerləşən “Sərin Meşə” adlı istirahət mərkəzinin yaxınlığında nəğd şəkildə 8000 (səkkiz min) manat manat olmaqla, ümumilikdə 13000 (on üç min) manat pul vəsaitini vahid niyyətlə əhatə olunan qəsdlə ələ keçirmiş, lakin verdiyi vədə əməl etmədən əldə etdiyi pulları öz şəxsi ehtiyaclarına sərf etmiş, bununla da zərərçəkmiş Zərərçəkmiş şəxs1 xeyli miqdarda ziyan vuraraq dələduzluq etmişdir. Bundan başqa o, təkrarən etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin xeyli miqdarda əmlakını ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs1 tanışı Zərərçəkmiş şəxs2 Ağaşərf oğlu ilə aralarında olan tanışlıq münasibətindən istifadə etməklə etibarını qazanıb, bu etibardan sui-istifadə edərək Qəbələ rayonunun Mollaşıxalı kəndində özünə məxsus satılacaq torpaq sahəsi olmadığı halda özündən bu barədə həqiqətə uyğun olmayan yalan uydurub, guya həmin torpaq sahəsini «Paşa Holding» şirkətinə 300000 (üç yüz min) manata sataraq əldə etdiyi pul vəsaitindən ona 50000 (əlli min) manat pul verəcəyinə dair yalan vəd verib aldadaraq, həmin torpaq sahəsinin sənədlərinin hazırlanmasında istifadə etmək adı ilə Zərərçəkmiş şəxs2 Ağaəşrəf oğlundan 09 avqust 2023-cü il tarixdə saat 10 radələrində Bakı şəhəri, Nəsimi rayonu, Asəf Məhərrəmov küçəsində yerləşən, «Şamaxinka» deyilən ərazidə 6500 (altı min beş yüz) manat pulu bilavasitə alıb ələ keçirmiş, lakin verdiyi vədə əməl etmədən əldə etdiyi pulları öz şəxsi ehtiyaclarına sərf etmiş, bununla da zərərçəkmiş Zərərçəkmiş şəxs2 xeyli miqdarda ziyan vuraraq dələduzluq etmişdir. Bundan başqa o, təkrarən tanışı Zərərçəkmiş şəxs1 etibarından sui-istifadə etmə və ya aldatma yolu ilə əlavə olaraq 1500 (bir min beş yüz) manat məbləğində pul vəsaitini də ələ keçirmək barədə qərara gələrək, bu məqsədlə Zərərçəkmiş şəxs1 guya Qəbələ rayonunun Mollaşıxalı kəndində yerləşən özünə məxsus və «Paşa Holding» şirkətinə satacağı torpaq sahəsinin sənədlərinin hazır olması, həmin sənədin əldə edilməsi üçün yekun olaraq 1500 (bir min beş yüz) manat rüsum ödənilməli olması barədə yalan məlumat verib aldadaraq, bu adla Zərərçəkmiş şəxs1 2023-cü ilin sentyabr ayının əvəllərində istintaqa dəqiq məlum olmayan tarixdə və vaxtda Qəbələ şəhəri Zərifə Əliyeva küçəsində yerləşən «Cavanşir» adlı Hotelin qarşısında nəğd şəkildə 1500 (bir min beş yüz) manat pulu bilavasitə alıb ələ keçirmiş, lakin verdiyi vədə əməl etmədən əldə etdiyi həmin pul vəsaitini öz şəxsi ehtiyaclarına sərf etmiş, bununla da zərərçəkmiş Zərərçəkmiş şəxs1 qarşı dələduzluq etmişdir. İş üzrə təqsirləndirilən Təqsirləndirilən şəxs ona qarşı AR CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, Qəbələ rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə təqsirli bilinib 09 ay azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş və xx.xx.2024-cü il tarixdə cəzasını çəkib qurtarmışdır. Hal-hazırda o, Qəbələ rayonun Mollaşıxalı kəndində yaşayır və ağır dərəcədə xəstə olması səbəbindən heç yerdə işləmir. Sumqayıt şəhər sakini Zərərçəkmiş şəxs1 1985-ci il tarixdən, Zərərçəkmiş şəxs2 isə Nurəddinin vasitəçiliyi ilə son vaxtlarda tanımışdır. 2023-cü ilin iyun ayında Zərərçəkmiş şəxs1la Qəbələ rayonunda görüşmüş və söhbət zamanı ona Qəbələ rayonunun Mollaşıxalı kəndində özünə məxsus 3 ha torpaq sahəsi olduğunu, həmin torpaq sahəsini “Paşa Holding” şirkətinin 300000 manata almaq istədiyini, torpağın sənədlərini düzəltməkdən ötrü 25000 manata yaxın pul lazım olduğunu, həmin pulu verərsə iş həll edib torpağı satdıqdan sonra ona 50000 manat əlavə pul verəcəyi barədə yalan təklif vermişdir. Nurəddin dediklərinə inanaraq təklifi qəbul etmiş və 5000 manat verməyə razılaşmışdır. Həmin vaxtdan bir neçə gün sonra Zərərçəkmiş şəxs1 Zərərçəkmiş şəxs2lə birlikdə sonuncunun idarə etdiyi “Ford Transit” markalı sərnişin mikroavtobusu ilə Qəbələ rayonuna gəlmiş və Qəbələ rayonunun Böyük Əmili kəndi ərazisində onunla görüşərək torpağın sənədini düzəltməkdən ötrü ona 5000 manat nəğd pul vermişdir. Təxminən bir ay keçəndən sonra Zərərçəkmiş şəxs1 işlə maraqlandıqda ona verdiyi pulla məsələni həll etmək mümkün olmadığını deyərək əlavə pul lazım olduğunu bildirmiş, Nurəddin də ona Zərərçəkmiş şəxs2 adlı tanışının işi düzəltməkdən ötrü ona pul verə biləcəyini bildirmişdir. 2023-cü ilin avqust ayının əvəllərində Zərərçəkmiş şəxs2 Qəbələ rayonuna gələrək onunla görüşmüş, söhbət zamanı Vüqara da Qəbələ rayonunun Mollaşıxalı kəndində özünə məxsus 3 ha torpaq sahəsi olduğunu, həmin torpaq sahəsini “Paşa Holding” şirkətinin 300000 manata almaq istədiyini, lakin torpağın sənədlərinin qaydasında olmadığını, sənədləri düzəltməkdən ötrü pul lazım olduğunu və iş həll edib torpağı satdıqdan sonra ona artıqlaması ilə pul verəcəyi barədə yalan təklif vermişdir. Vüqar ona nəğd şəkildə pulunun olmadığını, lakin “Ford Tansit” markalı sərnişin mikroavtobusunun olduğunu, həmin avtomobili satıb pulunu verə biləcəyini bildirmişdir. Vüqar həmin avtomobilin 30000 manat qiymətinin olduğunu, avtomobili kreditə aldığı üçün indiyədək hissə-hissə ümumilikdə 10000 manat ödədiyni və 20000 manat borclu qaldığını bildirmişdir. Vüqara avtomobilin əvəzində təzə avtomobil alacağını və 50000 manat əlavə pul verəcəyini vəd edərək onu avtomobili satmağa razı salmış və bir neçə gündən sonra Vüqarın avtomobilinə Qəbələ rayon Çarxana kənd sakini Mirsaleh adlı şəxsi müşdəri kimi tapıb Bakı şəhərinə aparmışdır. xx.xx.2023-cü il tarixdə saat təxminən 10 radələrində Mirsaleh, Nürəddin və Vüqarla birlikdə Bakı şəhəri Şamaxinka deyilən yerdə olmuş, Vüqarın avtomobilinə baxdıqdan sonra Mirsaleh avtomobilə görə 17500 manat təklif etmiş və Vüqarla həmin qiymətə razılaşmışdır. Vüqarın avtomobilin sahibinə 10000 manat borcu olduğu üçün Mirsaleh “Ford Transit” markalı 99 Kl 801 dövlət qeydiyyat nişanlı avtomobili Vüqardan alıb ona cəmi 7500 manat pul vermişdir. Həmin puldan Vüqar özünə 1000 manat götürmüş və qalan 6500 manatı ona vermişdir. Bir müddət keçəndən sonra Nurəddin və Vüqar işlə maraqlanarkən onlara yalandan artıq torpağın sənədlərinin hazır olduğunu, lakin sənədləri almaqdan ötrü 1500 manat rüsum haqqı ödənilməli olduğunu demiş, Nurəddin ona 1500,0 manat pul verəcəyini bildirmiş və 2023-cü ilin sentyabr ayının əvəllərində Qəbələ rayonuna gəlib saat təxminən 11 radələrində Qəbələ şəhəri Zərifə Əliyeva küçəsində yerləşən “Cavanşir” adlı Hotelin qarşısında görüşərək ona nağd şəkildə 1500 manat pul vermişdir. Bundan sonra Nurəddin və Vüqar ona verdikləri pullara görə hər dəfə zəng vurub işləri ilə maraqlanarkən müxtəlif bəhanələr gətirməklə onlara işin tez bir zamanda həll olunacağını desə də, əslində Mollaşıxalı kəndində “Paşa Holding” şirkətinə satacağı torpaq sahəsi olmadığından hər dəfə yalan danışaraq onları aldatmış, aldığı pulları öz şəxsi ehtiyaclarına xərcləmişdir. Təqsirləndirilən Təqsirləndirilən şəxs daha sonra ifadəsində göstərmişdir ki, 2023-cü ilin yayında Qəbələ rayonunun Vəndam qəsəbəsi ərazisində yerləşən “Sərin Meşə” adlı istirahət mərkəzinin yaxınlığında Zərərçəkmiş şəxs1la görüşməmiş və ondan hər hansı bir məbləğdə pul vəsaiti almamışdır. Həmin vaxt Zərərçəkmiş şəxs1 tərəfindən ona nağd şəkildə 8000,0 manat verilməsi barədə ittihamda qeyd olunanları uydurma hesab edir və qəbul etmir. Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 ümumilikdə 13.000,0 manat alımış, hər birinə 6500,0 manat qaytararaq onlarla barışmış, əməlindən peşman olmuşdur. İş üzrə Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, o, ailə üzvləri ilə birlikdə Sumqayıt şəhəri Gecəqondu 697 ünvanında yaşayır. Qəbələ rayonunun Mollaşıxalı kənd sakini Təqsirləndirilən şəxs 2023-cü ilin iyul ayında tanışı Zərərçəkmiş şəxs1 vasitəçiliyi ilə tanımışdır. Belə ki, həmin vaxt Nurəddin ona tanışı Qəbələ rayon sakini Əbülfəz adlı şəxsin Qəbələ rayonunun Mollaşıxalı kəndində 3 ha torpaq sahəsi olduğunu, həmin torpaq sahəsini “Paşa Holding” şirkətinin 300000 min manata aldığını, lakin torpağın sənədlərinin qaydasında olmadığını və sənədləri düzəltməkdən ötrü 30000 manata yaxın pul lazım olduğunu, həmin pulu verən şəxsə Əbülfəzin torpağı satdıqdan sonra 50000 manat əlavə pul verəcəyi barədə bildirmiş və Əbülfəzlə görüşüb ona pul vermək üçün Qəbələ rayonuna getməsini planlaşdırmışdır. 2023-cü ilin iyun ayının əvəllərində Nurəddin onunla birlikdə etibarnamə ilə aldığı “Ford Transit” markalı ** KL *** dövlət qeydiyyat nişanlı sərnişin avtobusla Qəbələ rayonuna gəlmiş və həmin gün saat təxminən axşam 20 radələrində Qəbələ rayonunun Böyük Əmili kəndi ərazisində Əbülfəzlə görüşərək ona nəğd şəkildə 5000 manat pul vermişdir. 2023-cü ilin avqust ayının əvəllərində Nurəddin ona demişdir ki,“Əbülfəz torpağın sənədlərini düzəldə bilmir, məndə də artıq pul yoxdur, sən Əbülfəzə 30000 pul versən Əbülfəz torpağı satdıqdan sonra sənə 50000 manat əlavə pul verəcək” Nurəddinə o qədər pulunun olmadığını, yalnız etibarnamə ilə sahibliyində olan kerditə aldığı “Ford Transit” markalı ** KL *** dövlət nömrə nişanlı sərnişin mikroavtobusunu satıb pulunu Əbülfəzə verə biləcəyini demiş və təxminən 2-3 gün keçəndən sonra Nurəddinlə birlikdə Qəbələ rayonuna gəlib Əbülfəzlə görüşmüşlər. Əbülfəz ona pul verəcəyi təqdirdə torpaq məsələsini həll edib satdıqdan sonra ona 50000 manat əlavə pul, üstəlikdə də təzə sərnişin mikroavtobusu alıb verəcəyini bildirmiş, o da Əbülfəzə inanaraq 2023-cü ilin fevral ayında sahibi ilə 30000 manata razılaşıb əvvəlcə 19500 manat nəğd şəkildə verdikdən sonra qalan 10500 manatı hər ay ***-**** manat ödəməklə aldığı “Ford Transit” markalı ** KL *** dövlət qeydiyyat nişanlı sərnişin mikroavtobusunu satmağı planlaşdırmışdır. xx.xx.2023-cü il tarixdə Əbülfəz avtomobili satmaqdan ötrü Qəbələ rayonundan olan Mirsaleh adlı şəxsə birlikdə Bakı şəhərinə gəlmiş , o da avtomobilin mülkiyyətçisi Zaur adlı şəxslə birlikdə Şamaxinka deyilən yerə gedərək onlarla görüşmüşdür. Mirsaleh avtomobilə baxdıqdan sonra 17500 manata ala biləcəyini təklif etmiş, Mirsalehə avtomobilinin 30000 manata yaxın qiyməti olduğunu bildirib satmaq istəmədiyini bildirdikdə Əbülfəz torpağı satdıqdan sonra avtomobilə görə 30000 manat və üstəlik 50000 manat əlavə pul verəcəyini bildirərək onu avtomobili 17500 manata satmağa razı salmışdır. Avtomobilin sahibi olan Zaur uşağının xəstəliyi ilə əlaqədar başı qarışıq olduğundan Mirsalehə etibarnaməni ertəsi gün verəcəyini bildirmiş, Mirsaleh Şamaxinka deyilən yerdə Əbülfəzə nəğd şəkildə 7500 manat pul vermiş, pula ehtiyacı olduğu üçün Əbülfəz həmin puldan 1000 manatını on vermiş, qalan 6500 manatı isə özünə götürmşdür. Mirsalehlə qalan 10000 manat pulu Zaura verib etibarnamə alacağı barədə razılaşaraq avtomobil ona satmış, ertəsi gün Zaur Mirsalehə avtomobil üçün etibarnamə vermiş və Mirsaleh avtomobili alıb Qəbələ rayonuna aparmışdır. Həmin vaxtdan bir neçə gün keçdikdən sonra Əbülfəzə tez-tez zəng vuraraq məsələ barəsində maraqlanmış, Əbülfəz hər dəfə müxtəlif bəhanələr gətirərək məsələnin tez bir zamanda həll olunacağını desə də, sonradan məlum olmuşdur ki, Əbülfəzin heç yerdə torpaq sahəsi yoxdur. Əbülfəz onu bu yolla aldadaraq sərnişin mikroavtobusunu satdırmış və ümumilikdə 6500 (altı min beş yüz) manat pulunu ələ keçirmişdir. İş üzrə Zərərçəkmiş şəxs2 daha sonra ifadəsində göstərmişdir Təqsirləndirilən şəxs ondan aldığı 6500 (altı min beş yüz) manatı qaytardığı üçün ondan heç bir tələbi və şikayəti yoxdur. İş üzrə Zərərçəkmiş şəxs1 istintaqa verdiyi ifadəsində göstərmişdir ki, o, ünvan 3 ünvanında daimi pasport qeydiyyatındadır. 06 sentyabr 2023-cü il tarixdə işləmək məqsədi ilə Belarusiya Respublikasına getmiş və hal-hazırda orada yaşayır. Qəbələ rayonunun Mollaşıxalı kənd sakini Təqsirləndirilən şəxs 1985-ci ildən tanıyır. 2023-cü ilin yay aylarında Təqsirləndirilən şəxs ilə görüşüb söhbət edərkən Əbülfəz ona Qəbələ rayonunun Mollaşıxalı kəndində özünə məxsus 3 ha torpaq sahəsi olduğunu, həmin torpaq sahəsini “Paşa Holding” şirkətinin 300000 manata almaq istədiyini, torpağın sənədlərini düzəltməkdən ötrü 25000 manata yaxın pul lazım olduğunu və həmin pulu verərsə iş həll edib torpağı satdıqdan sonra ona 50000 manat əlavə pul verəcəyi barədə təklif vermişdir. Əbülfəzi əvvəlcədən tanıdığı üçün ona inanmış və həmin məsələ üçün pul verməyə razılaşaraq 2023-cü ilin yayında yaşadığı Sumqayıt şəhərindən Qəbələ rayonuna gələrək Əbülfəzə nəğd şəkildə 5000 manat pul vermişdir. Həmin vaxtdan 10-15 gün keçdikdən sonra Əbülfəz ona zəng vuraraq 5000 manatla işin həll olunmadığını, əlavə 10000-15000 min manat pul lazım olduğunu demişdir. O, isə həmin məbləğdə pulunun olmadığını, lakin 8000 manat pul düzəldib ona verəcyini bildirmiş və 2023-cü ilin yayında yaşadığı Sumqayıt şəhərindən Qəbələ rayonuna gələrək Qəbələ rayonunun girişində, Vəndam qəsəbəsi ərazisində yerləşən “Sərin Meşə” adlı istirahət mərkəzinin yanında Əbülfəzlə görüşüb ona nəğd şəkildə əlbə-əl 8000 manat pul vermişdir. Əbülfəz ona məsələni 4-5 gün ərzində həll edib xəbər verəcəyini demiş, lakin təxminən bir-iki ay keçdikdən sonra ona verdiyi ümumilikdə 13000 manat pula məsələnin alınmadığını və işin həll olunması üçün əlavə pul lazım gəldiyini bildirmişdir. Əbülfəzə inandığı üçün bu barədə Sumqayıt şəhərində yaşayan tanışı Zərərçəkmiş şəxs2 danışmış və ona Əbülfəzin məsələni həll edib torpağı satdıqdan sonra pulu artıqlaması ilə qaytaracağını bildirmişdir. Vüqar nəğd şəkildə pulunun olmadığını, yalnız idarə etdiyi sərnişin mikroavtobusunu satıb pulunu Əbüılfəzə verə biləcəyini demişdir. 2023-cü ilin avqust ayının əvəllərində o, Vüqarla birlikdə Sumqayıt şəhərindən Qəbələ rayonuna gələrək Əbülfəzlə görüşmüşdür. Əbülfəz Vüqara pul verəcəyi təqdirdə torpaq məsələsini həll edib satdıqdan sonra ona 50000 manat əlavə pul, üstəlikdə də təzə sərnişin mikroavtobusu alıb verəcəyini deyərək onu inandırmış və Ford Transit yük markalı avtomobilini satmağa razı salmışdır. Bundan təxminən 1-2 gün sonra Əbülfəz Vüqarın avtomobilini almaq üçün özü ilə Bakı şəhərinə Qəbələ rayonundan olan Mirsaleh adlı şəxsi gətirib avtomobili ona satdıraraq Vüqardan Bakı şəhəri Şamaxinka deyilən yerdə 6500 manat nəğd şəkildə pul almışdır. Təxminən bir ay keçəndən sonra zəng edib işlə maraqlanarkən Əbülfəz ona artıq torpağın sənədlərinin hazır olduğunu, lakin sənədləri almaqdan ötrü 1500 manat rüsum haqqı ödənilməli olduğunu demişdir. 2023-cü ilin sentyabr ayının əvəllərində o, Qəbələ rayonuna gəlib saat təxminən 11 radələrində Qəbələ şəhəri Zərifə Əliyeva küçəsində yerləşən “Cavanşir” adlı Hotelin qarşısında görüşərək Əbülfəzə nağd şəkildə 1500 manat pul vermişdir. Həmin vaxtdan bir neçə gün keçdikdən sonra Əbülfəzə tez-tez zəng vuraraq məsələ barəsində maraqlanmış, Əbülfəz isə hər dəfə müxtəlif bəhanələr gətirərək məsələnin tez bir zamanda həll olunacağını deyərək onu inandırmış, lakin sonradan məlum olmuşdur ki, Əbülfəzin “Paşa Holding” şirkətinə satmaq üçün torpaq sahəsi olmamış, onu bu üsulla aldadaraq ümumilikdə 14500 (on dörd min beş yüz) manat pulunu ələ keçirmişdir İş üzrə şahid X1 ifadəsində göstərmişdir ki, o, ailə üzvləri ilə birlikdə Qəbələ rayonu, Çarxana kəndində yaşayır. 2023-cü ilin avqust ayının əvəllərində Qəbələ rayonunun Mollaşıxalı kənd sakini Təqsirləndirilən şəxs ona Ford Transit markalı ** KL *** dövlət qeydiyyat nişanlı sərnişin mikroavtobusun fotoşəkilini və avtomobili satan Sumqayıt şəhərindən olan Zərərçəkmiş şəxs2 mobil telefon nömrəsini göndərmişdir. Mobil telefonda danışarkən Vüqar ona avtomobili 22000 manata satdığını bildirmiş, o isə Vüqara avtomobilə baxdıqdan sonra qiymətdə razılaşıb ala biləcəyini demişdir. Ertəsi gün Vüqar Qəbələ rayonuna gəlmiş, o, Əbülfəzlə birlikdə X5 görüşüb avtomobilə baxmış və 17500 manata ala biləcəyini demişdir. Lakin avtomobiliin mülkiyyətçisi Vüqar deyil, başqası olduğundan həmin gün onların söhbəti alınmamışdır. Ertəsi gün Əbülfəz ona zəng vuraraq avtomobilin sahibi Zaur adlı şəxsi tapdıqlarını, avtomobili alacağı təqdirdə ona qanuni şəkildə etibarnamə veriləcəyini, bunun üçün Bakı şəhərinə gəlməsini bildirmiş və o, avtomobili almaq üçün Bakı şəhərinə gedib Şamaxinka deyilən ərazidə Vüqar, Əbülfəz və Zaurla görüşmüşdür. Avtomobili Vüqardan ümumilkdə 17500 manata alıb elə həmin yerdə 7500 manat pulu ayıb Əbülfəzə vermişdir. Əbülfəz həmin puldan 1000 manatını Vüqara vermiş, 6500 manat pulu isə özünə götürmüşdür. Sonra qalan 10000 manat pulu avtomobilin sahibi Zaura verərək Bakı şəhəri 3-cü mkrorayon ərazsində yerləşən notariusda ondan etibarnamə almış və avtomobili Qəbələ rayonuna gətirdikdən bir neçə gün sonra həmin ”Ford Transit” markalı ** KL *** dövlət qeydiyyat nişanlı sərnişin mikroavtobusunu öz adına keçirmişdir. İşdə olan “İfadənin yerində yoxlanması haqqında” xx.xx.2024-cü il tarixli protokola əsasən cinayət işi üzrə Təqsirləndirilən şəxs Qəbələ rayonu Böyük Əmili kəndi ərazisində Zərərçəkmiş şəxs1 ilə görüşdüyü yeri göstərərək 08 iyun 2023-cü il tarixdə həmin yerdə ondan nağd şəkildə 5000,0 manat aldığını və 28 iyun 2023-cü il tarixdə Qəbələ şəhəri Zərifə Əliyeva küçəsində yerləşən «Cavanşir» adlı Hotelin qarşısına gəlib Zərərçəkmiş şəxs1 ilə görüşdüyü yeri göstərərək həmin ilin sentyabr ayında ondan nağd şəkildə 1500 (bir min beş yüz) manat aldığını təsdiq etmiş və 2023-cü ilin yay aylarında qeyri-müəyyən tarixdə və vaxtda Qəbələ rayonunun Vəndam qəsəbəsi ərazisində yerləşən “Sərin Meşə” adlı istirahət mərkəzinin yaxınlığında Zərərçəkmiş şəxs1 8000,0 manat aldığını inkar etmişdir. ( c.i.1-ci cild, səh:241-245) İşdə olan “CD formatlı diskdə yerləşdirilmiş telefon danışıqlarına və onların anten dairəsinə dair məlumatlara baxış keçirilməsi haqqında” xx.xx.2024-cü il tarixli protokola əsasən Zərərçəkmiş şəxs1 istifadəsində olmuş **********23 saylı mobil telefon nömrənin xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək daxil olan və çıxan zənglərin siyahısına, mesajların məzmununa, daxil olan və çıxan zənglərin anten dairələrinə və abunəçilərə dair "xxxx" Telekom MMC-dən əldə edilərək 1 ədəd CD diskinə köçürülmüş məlumatlara baxış keçirilərkən müəyyən edilmişdir ki, Zərərçəkmiş şəxs1 2023-cü ilin sentyabr ayının ilk on günlüyündə Qəbələ rayonu ərazisində olmamış və 11 sentyabr 2023-cü il tarixdə, saat 10-47-də və 12 sentyabr 2023-cü il tarixdə, saat 14-23-də, o cümlədən 17 sentyabr 2023-cü il tarixdə, saat 15-33-də, həmin tarixdə saat 15-50-də və saat 20-48-də Qəbələ rayonu ərazisində olmuşdur. (c.i.1-ci cild, səh: 249-251) İşdə olan BD 424068 nömrəli X3 şəhadətnaməsinin surətinə əsasən “Ford Transit” markalı ** KL *** dövlət qeydiyyat nişanlı tranzit mikroavtobus xx.xx.2023-cü il tarixdə Şahid adına qeydiyyata alınmışdır. (c.i.1-ci cild, səh:35) İşdə olan AR DİN BDYPİ tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli 3-13-16/2-117016/2024 saylı məlumata əlavə edilmiş elektron informasiya sisteminin məlumatına əsasən xx.xx.2022-ci il tarixdə X7 adına qeydiyyata alınmış (BB 265520) “Ford Transit” markalı ** KL *** dövlət qeydiyyat nişanlı tranzit mikroavtobusa dair səlahiyyətlət xx.xx.2023-cü il tarixli etibarnamə ilə Zərərçəkmiş şəxs2 və xx.xx.2023-cü il tarixli etibarnamə ilə Şahid ötürülmüşdür. (c.i.1-ci cild, səh:76-78) İşdə olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ 9 saylı Qəbələ Ərazi İdarəsi tərəfindən verilmiş 18 noyabr 2024-cü il tarixli 3-21-3-42/2-6267/2024 saylı məlumata əsasən Təqsirləndirilən şəxs adına Qəbələ rayon Mollaşıxalı kəndində 5 nəfər ilə birgə mülkiyyətində olan 0.18 ha həyətyanı torpaq sahəsi (JN-065A, kod 40607028 olan şəhadətnamə) vardır. (c.i. 02-cild, səh: 6). AR CPM-nin 125.1-ci maddəsinə əsasən məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. Həmin Məcəllənin 139.0.4-cü maddəsinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. Həmin Məcəllənin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübütların məcmuyuna ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Həmin Məcəllənin 145.2-ci maddəsinə əsasən hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmuyunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirir. «Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında» AR Ali Məhkəməsi Plenumunun 31 yanvar 2002-ci il tarixli 01 saylı qərarının 1-ci bəndinin 2-ci abzastında göstərilir ki, törədilmiş əməl o halda CM-nin 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə hesab edilir ki, şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakının əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə, yaxud da əmlak hüquqlarının əldə edilməsinə yönəlmiş olsun. Məhkəmə tədqiq olunmuş subutlara qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Qəbələ rayonunun Mollaşıxalı kəndində özünə məxsus 3,0 ha torpaq shəsi olduğuna dair həqiqətə uyğun olmayan məlumat verib həmin torpaq sahəsini «Paşa Holding» şirkətinə 300000 (üç yüz min) manata sataraq əldə etdiyi pul vəsaitindən hər birinə 50000 (əlli min) manat əlavə pul verəcəyinə dair yalan vəd verməklə Zərərçəkmiş şəxs1 2023-cü ilin iyun ayında 5000,0 manat və həmin ilin sentyabr ayında 1500,0 manat, o cümlədən Zərərçəkmiş şəxs2 2023-cü ilin avqust ayında 6500,0 manat alaraq cəmi 13.000,0 manat məbləğində özgə əmlakını aldatma yolu ilə keçirtmişdir. Təqsirləndirilən şəxs 2023-cü ilin yay aylarında qeyri-müəyyən tarixdə və vaxtda Qəbələ rayonunun Vəndam qəsəbəsi ərazisində yerləşən “Sərin Meşə” adlı istirahət mərkəzinin yaxınlığında Zərərçəkmiş şəxs1 8000,0 manat alaraq özgə əmlakını vahid niyyətlə əhatə olunan qəsdlə ələ keçirməsi faktı təsdiq olunmamışdır. Lakin hər bir halda Təqsirləndirilən şəxs əməli istintaq orqanı tərəfindən düzgün tövsif edilmişdir və o, AR CM-nin 177.2.2 və 178.2.4-cü maddələri ilə təqsirli bilinib CM-nın Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla cəzalanmalıdır. AR CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza ədalətin bərpası, məhkumun islah edilməsi və məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissənin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. İşdə olan Qəbələ rayon Məhkəməsinin Qəbələ rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 1(025)-7/2024 saylı hökmünün surətinə əsasən 2023-cü ilin aprel ayında Qəbələ rayonu Tövlə kənd sakini X6 4500,0 manat pulunu hissə-hissə, lakin vahid niyyətlə əhatə olunan qəsdlə etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçitdiyinə görə Təqsirləndirilən şəxs AR CM-nin 178.1-ci maddəsi ilə təqsirli bilinib 09 ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş və barəsində “həbs “qətimkan tədbiri seçilərək həmin tarixdə həbsə alınmışdır. (c.i 01-cild, səh: 195-197). İşdə olan AR DİN BƏSİİ tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli tələbnaməsinə əsasən Təqsirləndirilən şəxs Qəbələ rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli hökmü ilə AR CM-nın 178.1-ci maddəsi ilə 09 ay azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş və cəzasının sonu ilə azad edilmişdir. (c.i.1-ci cild, səh: 49-50) Zərərçəkmiş şəxs2 dəymiş zərəri ödəyərək onunla barışıq əldə etməsi və əməlindən səmimi peşmançılıq çəkməsi Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallardır. İş üzrə cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. İşdə olan xx.xx.2024-cü il tarixli Qəbələ rayon İHB Mollaşıxalı kənd İƏD üzrə İN tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli xasiyyətnamədə Təqsirləndirilən şəxs yaşadığı yer üzrə müsbət xarakterizə olunmuşdur. (c.i 01-cild, səh: 247). İşdə olan İşdə olan xx.xx.2025-ci il tarixli “axtarışda olan şəxsin tutulması haqqında” protokola əsasən Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə, saat 10-30-da tutularaq Qəbələ RPŞ MSY-nə təhvil verilmişdir. (c.i. 2-ci cild, səh:111) İşdə olan Qəbələ RPŞ İB-nin xx.xx.2025-ci il tarixli 102 saylı qərarına əsasən Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilərək həbsdən azad edilmişdir. (c.i.2-ci cild, səh:135-136) «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında » Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı Qərarının 3-cü bəndinin 2-ci abzastında göstərilir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Məhkəmə hesab edir ki, törətdiyi cinayətin ictimai təhlükəlilik dərəcəsi və cəzasını yüngülləşdirən hallar nəzərə alınaraq Təqsirləndirilən şəxs AR CM-nin müvafiq maddələrinin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilməli və AR CM-nın 69.3-cü maddəsinə əsasən onun xx.xx.2025-ci il tarixdən xx.xx.2025-ci il tarixədək həbsdə saxlandığı cəza müddətinə hesablanmalıdır. AR Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5 və 67-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2022-ci il 14 iyul tarixli Qərarının 2ci bəndində şərh edilir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinin tələbinə görə, şəxsin hökmlə təyin edilmiş cəzanı çəkib qurtardıqdan sonra bu hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə təqsirli olması müəyyən edildiyi halda, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.1-66.4-cü maddələrinə uyğun olaraq cinayətlərin məcmusu üzrə cəza təyin edilməli və birinci hökmə əsasən çəkilmiş cəza qəti cəza müddətinə hesablanmalıdır. AR Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18-ci maddəsinin həmin Məcəllənin 70 və 79-cu maddələri baxımından şərh edilməsinə dair” 2021ci il 8 dekabr tarixli Qərarında şərh edilir ki, yeni cinayət işi üzrə ittihama baxan məhkəmə başqa məhkəmənin hökmünə müdaxilə etmək, o cümlədən həmin şəxsin əvvəlki əməlinə görə cəzanı yenidən müəyyən etmək səlahiyyətinə malik deyil. Əvvəlki hökmü çıxarmış məhkəmə tərəfindən müəyyən edilmiş cəza nəzərə alınmaqla qəti cəza təyin edilməlidir. Məhkəmə hesab edir ki, cəza təyinetmə zamanı əvvəlki hökmlə təyin olunmuş azadlıqdan məhrumetmə cəzasının yeni hökmlə təyin olunan azadlığın məhdudlaşdırılması cəzası ilə toplanmasının mümkünlüyü və qaydası qanunvericilikdə nəzərdə tutulmadığından Qəbələ rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 1(025)-7/2024 saylı hökmü təyin olunmuş 09 ay müddətə azadlıqdan məhrumetmə cəzasını çəkib qurtarması Təqsirləndirilən şəxs AR CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə yekun cəza təyin olunarkən nəzərə alınmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prossesual Məcəlləsinin 344-347, 349, 351-353, 383-385-ci maddələrini rəhbər tutaraq HÖKMETDİ: Təqsirləndirilən şəxs AR CM-nin 178.2.2 və 178.2.4-cü maddələrində nəzərdə tutulan cinayəti törətməkdə təqsirli bilinib 3 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. AR CM-nın 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdən xx.xx.2025-ci il tarixədək həbsdə saxlandığı müddət nəzərə alınaraq üzərində 2 (iki) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Cəza müddəti ərzində Təqsirləndirilən şəxs üzərinə hər gün saat 00:00-dan 07:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanması üçün ona xidmət etmək, Qəbələ rayonunun inzibati ərazisinin hüdudlarından çıxmamaq, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Cəza çəkməsinin əvvəli cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarət altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. İş üzrə maddi sübut, mülki iddia və məhkəmə xərcləri yoxdur. Hökmün icrasına nəzarət Qəbələ rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. Hökmdən 20 (iyirmi) gün müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasına apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hakim: Ülvi Qənbərov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar