Azərbaycan Respublikası adından HÖKM Qəbələ şəhəri İş № 1(025)-14/2021 15.02.2021 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim İsayev Elman Bəhruz oğlunun sədrliyi, məhkəmə iclasının katibi Quliyeva Günay Ələstun qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru vəzifəsini icra edən kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, zərərçəkmiş şəxsin hüquqi varisi – X3, müdafiəçi – Qəbələ rayon Vəkil Bürosunun vəkili Müdafiəçi və Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1987-ci ildə Ağdaş şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, ailəli, “Paşa Holding” şirkətində baş energetik vəzifəsində işləyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş – Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs xx.xx.2020-ci il tarixdə saat 20 radələrində Zarağan-Ağdaş magistral yolunun Qəbələ rayonu Aydınqışlaq kəndinin ərazisindən keçən hissədə maksimum sürət həddi 60 km/saat sürəti nəzərdə tutulmuş yolda, ayıq vəziyyətdə, nəqliyyat vasitələrini idarə etmək hüququ olmaqla özünə məxsus Mercedes Benz E 200 minik markalı ** GO *** dövlət qeydiyyat nişanlı avtomobillə Ağdaş rayonu istiqamətindən Qəbələ şəhəri istiqamətinə yolun sol hərəkət zolağı ilə 100 km/saat sürətlə hərəkətdə olarkən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinə əsasən sürücü hərəkətin intensivliyini, nəqliyyat vasitəsinin xüsusiyyətlərini və vəziyyətini, xüsusən hərəkət istiqamətində görmə şəraitini nəzərə almaqla, nəqliyyat vasitəsini müəyyən olunmuş sürət məhdudiyyətindən çox olmayan sürətlə sürməli, sürücü hərəkət üçün təhlükə yarandığını gördükdə, nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməli olduğu halda, eləcədə həmin qanunun 64-cü maddəsinin 1-ci hissəsinə əsasən qadağan nişanları yol hərəkəti iştirakçılarının hərəkətlərinə müəyyən məhdudiyyətlər qoyaraq və ya ləğv edərək (3.24 maksimum sürətin məhdudlaşdırılması yol nişanın) hərəkətə nəzarət etməli olduğu halda, sürücünün hərəkət və hərəkətsizliyində hadisənin baş verməsi arasında səbəbli əlaqəsi olmaqla, texniki imkanları olmasına baxmayaraq göstərilən qanunun tələblərinə riayət etməməklə yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozaraq, yüksək sürətlə idarə etdiyi avtomobilin sol ön hissəsi ilə yolun sağından soluna tərəf keçən 5,80 metr məsafə qətt etmiş Qəbələ rayonu Aydınqışlaq kənd sakini, xx.xx.1972-ci il təvəllüdlü piyada vətəndaş X6 vurmaqla yol nəqliyyat hadisəsi törədərək idarə etdiyi özünə məxsus Mercedes benz E 200 markalı ** GO *** dövlət qeydiyyat nişanlı avtomobilə 1330 (bir min üç yüz otuz) manat dəyərində maddi ziyan vurmuş, habelə özü burunun və sol saidin ön yuxarı 1/3-nin sıyrığı kimi dərəcəsinə görə sağlamlığa zərər vurmayan bədən xəsarəti almış, eləcədə onun tərəfindən piyada Adil Əhmədovu vurması nəticəsində qapalı kəllə beyin travması, baş beyinin qişalarına və toxumasına qansızma, kəllə əsası sümüklərin sınığı, qabırğaların sağ tərəfdə çoxsaylı sınığı, sağ ağ ciyərin əzilməsi, daxili qanaxma, L1(1-ci boyun) fəqərəsinin qəlpəli sınığı, onurğa beyinin L1 fəqərəsi səviyyəsindən qopması, başın yumuşaq toxumasına qansızma, sol bazu sümüyünün yuxarı boyun hissəsindən qapalı yerdəyişən sınığı, sol baldır sümüklərinin orta 1/3-nin açıq, sağ baldır sümüklərinin aşağı 1/3-nin qapalı qəlpəli yerdəyişən sınıqlar, sol baldırın ön orta 1/3-nin əzilmiş-cırılmış yarası, alının, üzün, burunun, hər iki bel hissəsinin, hər iki budun ön aşağı 1/3-nin, sağ baldırın ön yuxarı 1/3-nin, sağ ayağın üst səthinin sıyrıqları kimi dərəcəsinə görə canlı şəxslərdə həyat üçün təhlükəli olan sağlamlığına ağır zərər vurulması ilə nəticələnən aldığı bədən xəsarətlərindən hadisə yerində ölməsinə səbəb olmuşdur. Məhkəmə iclasında Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi üzrə elan edilmiş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, xx.xx.2020-ci il tarixdə sürücülük hüququ olmaqla ayıq vəziyyətdə idarə etdiyi özünə məxsus Mercedes Benz E 200 minik markalı ** GO *** dövlət nömrə nişanlı minik avtomobili ilə yaşadığı və qeydiyyatda olduğu Ağdaş şəhərindən Zarağan-Ağdaş magistral yolu ilə Qəbələ şəhərinə gəlirmiş. Zarağan-Ağdaş magistral yolunun Qəbələ rayonu Aydınqışlaq kəndi ərazisinə çatanda, avtomobili yolun sağ hərəkət zolağı ilə saatda təxminən 90-100 km sürətlə hərəkət etdirmiş, idarə etdiyi avtomobildə tək olmuş, özündən başqa kimsə olmamış, hava qaranlıq olduğu içün idarə etdiyi avtomobilin işıqlarını yandırmış və getdiyi asvalt örtüklü yolu tam aydın şəkildə görürmüş. Aydıqnışlaq kəndi ərazisindəki üzü Qəbələ şəhəri istiqamətinə doğru yolun sağ tərəfindəki mağazaların qarşısındakı yol ayrıcına çatanda yol ayrıcı yaxınlığındakı asvalt örtüklü yol sağa doğru meyilli olduğu üçün getdiyi yoldan yolun sol hərəkət zolağına çıxıb həmin yol ilə hərəkət etmiş, həmin vaxtı yolun sağ tərəfindən sol tərəfinə doğru piyada yolu keçən adını sonradan bildiyi piyada X6 yolun sol hərəkət zolağında yolu keçib qurtarmağa az məsafə qalmış onu görərək idarə etdiyi avtomobilin əyləcini basaraq avtomobilin sükanını yolun sağına tərəf çəkmiş, lakin hadisədən yayına bilməyərək avtomobilin ön sol hissəsi ilə piyada Adil Əhmədovu vurmuşdur. Zərbənin təsirindən Adil Əhmədov avtomobilin ön kapot hissəsinə düşərək ön sol şüşəyə çırpılmış, nəticədə avtomobilin ön hissəsi zədələnərək eləcədə ön şüşəsi sınaraq Adil Əhmədov avtomobilin önünə yıxılmış vəziyyətdə təxminən 30-40 metr irəliyə gedərək avtomobilin üzərindən asvalt örtüklü yola düşmüşdir. Həmin yerdə avtomobilini yolun sağ ehtiyyat hisəsində saxlayıb avtomobildən yerə düşmüş, yerə düşəndə görmüşki piyada Adil Əhmədov sifəti qana bulaşmış vəziyyətdədir və o artıq hadisə yerində ölmüş, sonra Təcili Tibbi yardıma zəng vuraraq hadisə barədə məlumat vermiş, az keçmiş hadisə yerinə polis əməkdaşları, eləcədə Qəbələ rayon Mərkəzi xəstəxanasının Təcili Tibbi yardım avtomobili gəlmişlər, hadisə yeri müayinə olunduqdan sonra Adil Əhmədovun mehiti Təcili Tibbi yardım avtomoibili ilə müayinə olunmaq üçün Qəbələ rayonu Məhkəmə Tibbi Ekspertiza mərkəzinə aparılmışdır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi onun özünün etirafedici ifadəsindən başqa, zərərçəkmiş şəxsin hüquqi varisinin və şahidlərin ifadələri, ekspert rəyləri, həmçinin cinayət işinin digər materialları ilə tam sübuta yetirilir. Belə ki, məhkəmə iclasında zərərçəkmiş şəxsin hüquqi varisi X7 ifadəsində göstərmişdir ki, mərhum X9 onun qardaşıdır, xx.xx.2020-ci il tarixdə axşam saat 20 radələrində yaşadığı evdə olduğu zaman bacısıoğlu Şahid1 ona zəng vuraraq qardaşı X11-Ağdaş magistral yolunun Aydınqışlaq kəndi ərazisində avtomobil vurması barədə məlumat vermişdir. Məlumat əsasında hadisə yerinə gəlmiş və ona sonradan məlum olmuş ki, Ağdaş rayon sakini Təqsirləndirilən şəxs Bərhruz oğlu idarə etdiyi Mercedes Benz E 200 minik markalı ** GO *** dövlət nömrə nişanlı minik avtomobili ilə Zarağan-Ağdaş magistral yolu ilə Ağdaş rayonu istiqamətindən Qəbələ şəhəri istiqamətinə hərəkətdə olarkən magistral yolun Aydınqışlaq kəndi ərazisindən keçən hissəsində qardaşı Adil Əhmədovu piyada yolun sağından soluna tərəf keçmək istəyərkən asfalt yolun sol hərəkət zolağında yolun sol qurtaracağında vurmuş, nəticədə qardaşı Adil Əhmədov hadisə yerində ölmüşdir. Hadisə yerinə gələrkən mərhum qardaşı Adil Əhmədovun meyidi hadisə yerində olmamış, beləki onun meyidi müayinə olunması üçün MTE-nın Qəbələ rayon şöbəsinə aparılmışdır. Təqsirləndirilən şəxs isə hadisə yerində imiş, Qəbələ rayon polis şöbəsinin əməkdaşları tərəfindən hadisə yerinin müayinəsindən sonra o, MTE-nın Qəbələ rayon şöbəsinə gəlmiş və qardaşı Adil Əhmədovun meyiti müayinə olunduqdan sonra onun meyitini yaşadığı Aydınqışlaq kəndindəki evə gətirilərək ertəsi gün yəni xx.xx.2020-ci il tarixdə kənd qəbiristanlığında dəfn olunmuşdur. Sonda isə Təqsirləndirilən şəxs ilə barışdığını və ona qarşı heç bir şikayət və tələbin olmadığını bildirmişdir. Məhkəmə iclasında Şahid1 ifadəsində göstərmişdir ki, mərhum X9 onun dayısıdır. xx.xx.2020-ci il tarixdə axşam saat 20:30 radələrində siqaret almaq üçün yaşadığı və qeydiyyatda olduğu Aydınqışlaq kəndindəki Zarağan-Ağdaş magistral yolunun Qəbələ şəhəri istiqamətinə doğru yolun sağ tərəfində yerləşən mağazaların birinə gəlmiş, həmin vaxtı mağazaların qarşısında magistral yolun Aydınqışlaq kəndi ərazisindən keçən hissəsində çoxlu sayda adamların toplaşdığını görüb oraya yaxınlaşmışdır. Gəzən söz söhbətdən dayısı Adili avtomobil vurduğu və onun hadisə yerində öldüyünü bilmiş, lakin onun meyidini hadisə yerində görməmiş, belə ki, müayinə olunması üçün artıq Qəbələ rayonu MTE-na mərkəzinə aparılmış, sonra hadisə barəsində zəng vuraraq digər dayısı Mürşüd Əhmədova dayısı Adili avtomobil vurması barədə məlumat vermişdir. Sonradan ona məlum olmuş ki, Ağdaş rayon sakini Təqsirləndirilən şəxs idarə etdiyi Mercedes Benz E 200 markalı ** GO *** dövlət nömrə nişanlı minik avtomobili ilə Zarağan Ağdaş magistral yolu ilə Ağdaş rayon istiqamətindən Qəbələ şəhəri istiqamətinə hərəkətdə olarkən həmin vaxtı dayısı Adil Əhmnədovu piyada yolun sağından soluna tərəf keçrəkən yolun sol hərəkət zolağında vurmuş, nəticədə dayısı Adil hadisə yerində ölmüşdür. Məhkəmə iclasında Şahid4 ifadəsində göstərmişdir ki, Qəbələ rayonu Böyük Əmili kəndində yaşayır, mərhum X9 ilə rəsmi ər-arvad olmadığı üçün onun hüquqi varisi qismində qardaşı X3 tanınmasına etirazı yoxdur, mərhum X2 əridir. X14 ilə 1998-ci il tarixdən qeyri rəsmi ər arvad münasibətində yaşamaqla Sübhan Əhmədov, Türkan Əhmədova, Sevda Əhmədova və Rəsul Əhmədov adlı uşaqları vardır. 8 ildən artıq müddətdir ki, Adil Əhmədovdan ayrılaraq həmin vaxtdan uşaqları Sübhan Əhmədov, Türkan Əhmədova, Sevda Əhmədova və Rəsul Əhmədov ilə birlikdə ata evi olan Qəbələ rayonu Böyük Əmilli kəndində yaşayır, uşaqları Sübhan Əhmədov hal-hazırda həqiqi hərbi xidmətdə əsgər, Türkan Əhmədova Bakı şəhərində ərdə, digər uşaqları Sevda Əhmədova və Rəsul Əhmədov isə orta məktəb şagirdləridir. xx.xx.2020-ci il tarixdə ona məlum olmuş ki, xx.xx.2020-ci il tarixdə axşam saatlarında, Adili Zarağan-Ağdaş magistral yolunun Aydınqışlaq kəndi ərazisindən keçən hissəsində avtomobil vurmuş və hadisə nəticəsində ölmüşdür. Məhkəmə iclasında Şahid2 ifadəsində göstərmişdir ki, Qəbələ RPŞ-nin DYPB-in inspektoru vəzifəsində işləyir. xx.xx.2020-ci il tarixdə saat 20:15 radələrində Zarağan-Ağdaş magistral yolunun Qəbələ rayonu Aydınqışlaq kəndi ərazisindən keçən hissəsinə yol nəqliyyat hadisəsinin baş verməsi barədə şöbəyə daxil olmuş məlumat əsasında hadisə yerinə getmişdir. Hadisə yerinə gedərkən gümüşü rəngli Mercedes Benz E 200 minik markalı ** GO *** dövlət nömrə nişanlı minik avtomobilinin üzü Qəbələ şəhəri istiqamətinə doğru yolun sağ kənarında dayandığını, avtomobildən təxminən 4-5 metr irəlidə asvalt səth üzərində orta yaşlı bir kşi cinsli şəxsin meyitinin uzanıqlı vəziyyətdə və avtomobilin sürücüsünün isə orada olduğunu görmüş, sonradan ona Ağdaş rayon sakini Təqsirləndirilən şəxs idarə etdiyi Mercedes Benz E 200 minik markalı ** GO *** dövlət nömrə nişanlı minik avtomobili ilə Qəbələ şəhəri istiqamətinə hərəkətdə olarkən Aydınqışlaq kəndi ərazisində piyada yolun sağından soluna tərf keçən həmin kənd sakini X6 vurduğu və sonuncunun aldığı bədən xəsarətlərindən hadisə yerində ölməsi məlum olmuşdur. Hadisə yerinin müayinəsi aparılaraq baxışda iştirak etmiş, baxış zamanı müəyyən edilmişdir ki, yol-nəqliyyat hadisəsi Zarağan-Ağdaş magistral yolunun Qəbələ rayonu Aydınqışlaq kəndi ərazisindən keçən hissəsində baş vermişdir, hadisə yerində sürət məhdudiyyəti 60 km saat sürətdir, iki istiqamətli hərəkət yolu vardır, hər iki yolu bir-birindən üzəri köbə daşları ilə döşənilmiş bardür ayrır, bardür üzərində işıq dirəkləri mövcuddur, hərəkət hissəsinin biri Qəbələ istiqamətinə, digəri isə Ağdaş istiqamətinədir, hadisə Qəbələ şəhəri istiqamətinə nəqliyyat axınını nəzərdə tutan hərəkət hissəsində baş vermiş, həmin hərəkət hissəsində piyadanın vurulduğu yerdə 2 hərəkət zolağı vardır ki, bir-birindən ağ rəngli qırıq-qırıq xəttlə ayrılır, yol örtüyünün növü asflat-beton olmaqla, örtüyün vəziyyəti quru olmuş, hadisə baş vermiş yolun ümumi eni 8.30 metrdir, hadisə baş vermiş yerdə hərəkət hissəyə sağdan daşlı-çınqıllı ehtiyyat hissə, soldan əks istiqamətli hərəkət zolağını ayıran üzəri köbə daşları ilə döşənilmiş bardür birləşir, hadisə baş vermiş yerdə piyadanın vurulma yeri Qəbələ şəhəri istiqamətində yolun sağ kənar qurtaracağından yolun soluna tərəf 5.80 m və yolun sol kənarından sağ kənarına doğru 2.50 m məsafədə yerləşdiyi müəyyən edilmiş, piyadanın hadisədən əvvəllki hərəkət istiqaməti yolun sağ kənarında olan daşlı çınqıllı ehtiyyat hissədən yolun soluna bardürə tərəf olmuş, hadisə yerində piyadanın vurulduğu yerdən meyidin olduğu yerə qədər məsafə 74.20 metr olduğu müəyyən edilmiş, vurulmuş piyadanın yolun sağ hərəkət zolağında yolun sağından soluna doğru 2 m, solundan sağına doğru 6 m məsafədə yerləşir, hadisə yerində Mercedes Benz E 200 minik markalı ** GO *** dövlət nömrə nişanlı minik avtomobili yolun sağında sol təkərələri asvalt yolda sağ təkərləri isə daşlı-çınqıllı ehtiyyat hissədə üzü Qəbələ şəhəri istiqamətində piyadanın vurulduğu yerdən 67 m məsafədə hərəkətsiz vəziyyətdə dayanmış, Mercedes Benz E 200 minik markalı ** GO *** dövlət nömrə nişanlı minik avtomobillin ön sol təkərindən meyidə qədər olan məsafə 4.10 m, arxa sol təkərindən yolun sol kənarına doğru olan məsafə isə 7.90 m təşkil etdiyi müəyyən edilmiş, baxış zamanı baxış keçirilməsi haqqında protokol tərtib edilmiş, hadisə yerinin sxemi tərtib edilmiş, həmçinin foto şəkillər çəkilərək protokola əlavə edilmişdir. Məhkəmə iclasında Şahid3 Şahid2 ifadəsinə uyğun eyni məzmunlu ifadə vermişdir. İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxxxx 2020-ci il tarixli 8/2004 saylı rəyindən görünür ki, istintaq tərəfindən verilən məlumatlara əsasən Mercedes Benz E 200 minik markalı ** GO *** dövlət nömrə nişanlı minik avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında ”Azərbaycan Respublikasının Qanunun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddələrin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Sürücü Təqsirləndirilən şəxs maksimum hərəkət sürəti 3.24 “Maksimum sürətin məhdutlaşdırılması” qadağan nişanı ilə 60 km/saata qədər məhdutlaşdırılmış yol sahəsində avtomobili 90-100 km/saat sürətlə idarə etdiyindən onun hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 64-cü maddəsinin 1-ci hissəsinin (3.24 “Maksimum sürətin məhdutlaşdırılması” qadağan nişanı) tələblərinə uyğunsuzluq olmuşdur. Piyadalar yol-nəqliyyat hadisələri ekspertizasının tədqiqat obyekti olmadığından və onun hərəkətləri xüsusi texniki bilik tələb etmədiyindən yol-nəqliyyat hadisələri ekspertizasının səlahiyyətlərinə aid deyildir. İşdə olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya ETT Birliyinin xx xxxxxx 2020-ci il tarixli 12 saylı rəyindən görünür ki, X1 meyitində qapalı kəllə beyin travması, baş beyinin qişalarına və toxumasına qansızma, kəllə əsası sümüklərin sınığı, qabırğaların sağ tərəfdə çoxsaylı sınığı, sağ ağ ciyərin əzilməsi, daxili qanaxma, L1(1-ci boyun) fəqərəsinin qəlpəli sınığı, onurğa beyinin L1 fəqərəsi səviyyəsindən qopması, başın yumuşaq toxumasına qansızma, sol bazu sümüyünün yuxarı boyun hissəsindən qapalı yerdəyişən sınığı, sol baldır sümüklərinin orta 1/3-nin açıq, sağ baldır sümüklərinin aşağı 1/3-nin qapalı qəlpəli yerdəyişən sınıqlar, sol baldırın ön orta 1/3-nin əzilmiş-cırılmış yarası, alının, üzün, burunun, hər iki bel hissəsinin, hər iki budun ön aşağı 1/3-nin, sağ baldırın ön yuxarı 1/3-nin, sağ ayağın üst səthinin sıyrıqları kimi xəsarətləri vardır. Həmin xəsarətlər küt alətin (əşyaların) təsirindən xx xxxxxxx 2020-ci il tarixdə törənə bilərlər. X1 ölümünə səbəb Lİ (boyun) fəqərəsi səviyyəsində onurğa beyininin qopması səbəb olmuşdur. Onun ölümü ilə hadisə vaxtı aldığı ağır bədən xəsarətlərinin birbaşa səbəbli əlaqəsi vardır. X1 meyitində aşkar edilən xəsarətlər 10 oktyabr 2020-ci il tarixdə piyadanın minik avtomaşını ilə vurulması nəticəsində törənə bilər.Dərəcəsinə görə həmin xəsarətlər canlı şəxslərdə həyat üçün təhlükəli olan sağlamlığa Ağır zərər vurmaya aiddir. X1 meyitindən götürülmüş qanda və sidikdə aparılmış məhkəmə kimiya tədqiqatları nəticəsində etil spirti aşkar edilmişdir. Aşkar edilmiş etil spirtinin qatılığı canlı şəxslərdə orta dərəcəli sərxoşluq törətməsi kimi qiymətləndirilir. Narkotiok, psixotrop və güclü təsir edici maddələr aşkar edilməmişdir. İşdə olan Qəbələ RPŞ-nin DYPB-in rəisi polis mayoru Aydın Heydərovun təqdim etdiyi arayışda sürücü Təqsirləndirilən şəxs adına AR-sı DİN-in Baş Dövlət X12 X8 AE 219671 saylı BC kateqoriyalı sürücülük vəsiqəsinin qeydə alındığı, ona məxsus sürücülük vəsiqəsində heç bir məhdudiyyətin olmadığı və sürücülük vəsiqəsinin xx.xx.2026-cı il tarixədək qüvvədə olduğu göstərilmişdir. İşdə olan sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə haqqında 436 nömrəli protokolda, sürücü Təqsirləndirilən şəxs hadisə baş verən tarixdə, yəni xx.xx.2020-ci il tarixdə ayıq vəziyyətdə olmuşdur. İşdə olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və X4 tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Beləliklə, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, ekspert rəyləri, Təqsirləndirilən şəxs özünün etirafedici ifadəsi, zərərçəkmiş şəxsin hüquqi varisinin və şahidlərin ifadələri, digər iş materialları ilə Təqsirləndirilən şəxs idarə etdiyi avtomobillə yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozaraq ehtiyatsızlığından zərərçəkmiş şəxsin ölümünə səbəb olan cinayətin törətməsi tamamilə sübuta yetirildi. Onun əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə tövsif edilmişdir və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs hadisələrin təsadüfi axarı zəminində ilk dəfə olaraq az ağır cinayət törətməsini, törətdiyi əməli könüllü etiraf edib səmimi peşimançılıq hissi keçirməsini, zərərçəkmiş şəxsin hüquqi varisinin təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbin olmamasını, ailəli olmaqla himayəsində üç azyaşlı uşağın olmasını, yaşadığı yer üzrə müsbət xarakterizə olunduğunu cəzanı yüngülləşdirən hallar kimi nəzər alır. Məhkəmə iclasında Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hal müəyyən edilmədi. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası CMnin 263.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, azadlıqdan məhrum etmə cəzası təyin olunmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməlidir. Cəza çəkmə müddətinin əvvəli məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydə alındığı gündən hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 100 (bir yüz) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Dövlət Büdcəsinə ödənilməlidir. İş üzrə maddi sübut olan bir ədəd CD disk cinayət işi materiallarında saxlanılmalıdır. İş üzrə mülki iddia olmamışdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197-198, 344-349, 351-353, 356-358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, 01 (bir) il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin. Cəza çəkmə müddətinin əvvəli məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydə alındığı gündən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Aparılmış ekspertiza tədqiqatının dəyəri 100 (bir yüz) manat Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Dövlət Büdcəsinə ödənilsin. İş üzrə maddi sübut olan bir ədəd CD disk cinayət işi materiallarında saxlanılsın. Hökmdən, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hakim Elman İsayev
Məhkəmə qərarları › İş №1(025)-14/2021
Qəbələ Rayon Məhkəməsi Hökm — İş №1(025)-14/2021
15.02.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver