Azərbaycan Respublikası adından HÖKM Qəbələ şəhəri İş № 1(025)-14/2022 13.06.2022 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim İsayev Elman Bəhruz oğlunun sədrliyi, məhkəmə iclasının katibi Tahirova Ləman Kamran qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçi – Qəbələ rayon Vəkil Bürosunun vəkili Müdafiəçi1 və təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1979-cu ildə Qəbələ şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ali təhsilli, ailəli, işləməyən, əvvəllər məhkum olunmamış, Qəbələ şəhəri, V.Qəhrəmanov küçəsi, ev 1 ünvanında qeydiyyatda olan, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin X2 həbsdə olan – Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən naməlum vaxtda və şəraitdə keçmiş SSRİ dövlətində 1960-cı ildə İjevsk silah zavodunda istehsal olunmuş, texniki cəhətdən saz, atəşə yararlı, H-3615 nömrəli, 28 və 5,6 mm kalibrli, İJ-56-3 (Belka-3) modelli, çaxmaqlı, kombinə edilmiş hamar və yivli qoşa lüləli 01 ədəd odlu silah ov tüfəngini, 1963-cü ildə Tula silah zavodunda istehsal olunmuş, texniki cəhətdən saz, atəşə yararlı, 5283 nömrəli, 5,6 mm kalibrli, TOZ-17 modelli, sürgülü öz-özünə dolan 01 ədəd odlu yivli silah ov karabinini, zavod üsulu ilə hazırlanmış TOZ-17 modelli karabinin komplekt hissəsi olan 01 ədəd darağı, zavod üsulu ilə istehsal olunmuş 5,6 mm kiçik kalibrli olmaqla həmin kalibrli Marqolin konstruksiyalı tapançalardan və TOZ modelli yivli tüfəngdən atəş açmaq üçün nəzərdə tutulmuş, istifadə və atəş üçün yararlı döyüş sursatı hesab edilən 43 ədəd patronu qanunsuz olaraq əldə edib üzərində qanunsuz daşımaqla Qəbələ şəhəri, V.Qəhrəmanov küçəsi, ev 1 ünvanında gizlətməklə qanunsuz saxlamış, Təqsirləndirilən şəxs qanunsuz olaraq odlu silah və döyüş sursatı əldə edərək yaşadığı ünvanda saxlaması və üzərində gəzdirməsi barədə daxil olmuş məlumat əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində Təqsirləndirilən şəxs 05 aprel 2022-ci il tarixdə saat 16.20-də ünvan 1 ünvanının qarşısında saxlanılaraq ünvan 2 razılığı və iştirakı ilə həmin gün saat 18.22-dən etibarən keçirilən baxış zamanı evin sol hissəsində yerləşən köməkçi otağın giriş qapısından sol tərəfdəki qaz sobasının arxa hissəsindən 01 ədəd H-3615 nömrəli, 28 və 5,6 mm kalibrli, İJ-56-3 (Belka-3) modelli odlu silah yivli qoşa lüləli ov tüfəngi, daha sonra evin birinci mərtəbəsində dəhlizin sağ tərəfində yerləşən otağın giriş qapısından sol tərəfdəki karton qutuların arxasından sarı rəngli parça bağlamada 01 ədəd 5283 nömrəli, 5,6 mm kalibrli, TOZ-17 modelli odlu silah yivli ov karabini, zavod üsulu ilə hazırlanmış TOZ-17 modelli karabinin komplekt hissəsi olan 01 ədəd daraq və 43 ədəd 5,6 mm kalibrli döyüş sursatı hesab edilən patron aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs məhkəmə iclasında ona Azərbaycan Respublikası CM-nin 228.1-ci maddəsi ilə elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, tutulmamışdan bir neçə gün qabaq axşam vaxtlarında piyada evə gedərkən yoldan bir qədər kənarda bir bağlama olduğunu görmüşdür. Həmin bağlamanı açdıqda içərisində 02 ədəd tüfəng, daraq və patronlar olduğunu görmüş, gətirib həmin predmetləri evdə saxlamışdır. Həmin predmetlər ailə üzvlərinin əlinə keçməsin deyə həmin əşyaların hər birini evin müxtəlif yerlərində gizlətmişdir. Bu barədə nəinki ailə üzvlərinə, başqa heç kimə məlumat verməmişdir. 05 aprel 2022-ci il tarixdə saat 16:20 radələrində ünvan 1 ünvanının qarşısında olduğu zaman ona bir neçə nəfər mülki geyimdə olan şəxs yaxınlaşıb Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları olduqlarını bildirib xidməti vəsiqələrini göstərib özlərini təqdim etmişlər. Sonra ondan özünü təqdim etməsini xahiş etmişlər. O özünü təqdim edib Təqsirləndirilən şəxs olduğunu bildirmişdir. Polis əməkdaşları qanunsuz olaraq odlu silah və döyüş sursatı əldə edib yaşadığı evdə saxlamaqda və üzərində gəzdirməkdə şübhəli olduğunu bildirmişlər. Sonra barəsində qəbul edilmiş “Əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqqında” qərarla onu tanış etmişlər. O yalan danışmağın əhəmiyyət kəsb etmədiyini başa düşüb səmimi olaraq etiraf edib yaşadığı mənzildə iki ədəd yivli ov silahı, daraq və patronlar olduğunu bildirmişdir. Bundan sonra o polis əməkdaşları tərəfindən Qəbələ Rayon Polis Şöbəsinə dəvət edilmişdir. O hüquqlarının müdafiə edilməsi üçün vəkil ilə təmin edilmişdir. Bundan sonra o şübhəli şəxs kimi tutulmuşdur. Ona hüquq və vəzifələri izah edilmişdir. Daha sonra ona üzərində videoçəklişdən istifadə edilməklə şəxsi axtarış və götürmə istintaq hərəkəti aparılacağı izah edilmişdir. O buna etiraz etmədikdən sonra ona üzərində qanunla dövriyyəsi məhdudlaşdırılmış odlu silah və ya döyüş sursatı varsa təqdim etməsi təklif edilmişdir. Bu təklifdən sonra o üzərində odlu silah olmadığını bildirib əynində olan gödəkçənin sol yan cibindən 01 ədəd “Redmi” markalı mobil telefonu, gödəkçənin sağ yan cibində olan 01 ədəd açarı, əynində olan şalvarın sağ yan cibindən 5 manat pulu çıxarıb təqdim etmişdir. Şəxsi axtarış keçirilsə də üzərindən başqa hər-hansı əşya aşkar edilməmişdir. Şifahi sorğu zamanı o yaşadığı ünvanda 02 ədəd odlu silah tüfəng, 01 ədəd daraq və patronlar saxladığını bildirib yaşadığı evə gedəcəkləri halda həmin əşyaları verə biləcəyini demişdir. O səmimi olaraq etiraf edib həmin predmetləri tutulmamışdan 3-4 gün öncə yaşadığı evin yaxınlığından tapdığını, silahlara marağı olduğu üçün yaşadığı ünvanda saxladığını bildirmişdir. Üzərindən aşkar edilmiş 01 ədəd açar və 5 manat pul özünə qaytarılmış, “Redmi” markalı mobil telefon əhəmiyyət kəsb edə biləcəyindən götürülmüşdür. Daha sonra şəxsi axtarış keçirilməsinə dair protokol tərtib edilmiş, düzgün tərtib edildiyindən imzalarla təsdiq edilmişdir. Bundan sonra o yaşadığı ünvana baxış keçirilməsinə etirazı olmaması ilə bağlı ərizə vermişdir. Polis əməkdaşları və vəkilin iştirakı ilə yaşadığı mənzilə yollanmışlar. Orada ona videoçəkiliş vasitəsilə yaşadığı mənzilə baxış keçiriləcəyi bildirilmişdir. O buna etiraz etmədiyini və yaşadığı mənzilə baxış keçirilməsinə razı olduğunu bildirmişdir. Baxış başlamadan öncə o bu barədə qərarla tanış edilmiş və yaşadığı ünvanda olan odlu silah və döyüş sursatlarını təqdim etməsi ona təklif edilmişdir. O tüfənglərdən birini yaşadığı evin arxa tərəfindən olan otağında, digərini isə evin birinci mərtəbəsində olan otaqda saxladığını demişdir. Sonra yaşadığı evin sol hissəsində olan otaqda giriş qapısından solda qaz sobasının arxasında olan tüfəngi götürüb təqdim etmişdir. Daha sonra evin birinci mərtəbəsində dəhlizin sağ tərəfindən yerləşən otağın giriş qapısından sol tərəfdə karton qutuların arxasında olan sarı rəngli parça bağlamadan bir ədəd tüfəng, daraq və patronları təqdim etmişdir. Həmin tüfəngə baxılarkən üzərində “5283, 1983Г” yazılarının olduğu, tüfəngin üzərində olan daraqda isə “1014-2” rəqəmlərinin qeyd olunduğu müəyyən edilmişdir. Patronlar sayıldıqda sayının 43 ədəd olması müəyyən edilmişdir. Aşkar edilmiş 02 ədəd tüfəng, bir ədəd daraq və 43 ədəd patron qablaşdırılmış, üzəri möhürlənmiş və iştirakçılar tərəfindən imzalanmışdır. Evdə protokol tərtib edilməsi üçün əlverişli şərait olmadığından Qəbələ RPŞ-yə gəldikdən sonra baxış keçirilməsi barədə protokol tərtib edilmiş, düzgün tərtib edildiyindən imzalarla təsdiq edilmişdir. O yaşadığı evdən odlu silah, daraq və patronlar aşkar edilməsini səmimi olaraq etiraf etmiş və törətdiyi cinayət əməlindən peşman olduğunu bildirmişdir. Yaşadığı evdə odlu silah, daraq və patronlar olmasından heç kimin məlumatı olmamışdır. O polis əməkdaşları tərəfindən saxlanılan zaman və üzərində şəxsi axtarış, yaşadığı evə baxış keçirilərkən ona qarşı nə psixi, nə də fiziki təzyiq, hər-hansı təsir olmamışdır. O aşkar edilmiş silahlardan istifadə etməmişdir. O polisə gedəcəyi halda məsuliyyət daşıyacağını düşünərək silahı təhvil verməmişdir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi onun özünün etirafedici ifadəsindən başqa, şahidlərin ifadələri, ekspert rəyi, həmçinin cinayət işinin digər materialları ilə tam sübuta yetirilir. Belə ki, məhkəmə iclasında Şahid1 ifadəsində göstərmişdir ki, 05 aprel 2022-ci il tarixdə DİNin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə xx.xx.1979-cu il tarixdə ünvan 3 ünvanında qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq odlu silah və döyüş sursatlarını əldə edib yaşadığı ünvanda saxlaması, eyni zamanda üzərində daşıyaraq gəzdirməsi barədə məlumat daxil olmuşdur. Alınmış məlumat barədə raportla BMCMİ-nin rəhbərliyinə məruzə edilərək Təqsirləndirilən şəxs müəyyən edilib, ifşa olunması istiqamətində əməliyyat-axtarış tədbirinin keçirilməsi barədə 05 aprel 2022-ci il tarixli qərar çıxarılmış, ondan və Şahid2 ibarət əməliyyat qrupu yaradılmış, əməliyyat qrupuna rəhbərlik ona həvalə edilmişdir. Əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə qərarın icra edilməsi ilə əlaqədar Qəbələ rayonuna yollanmışlar və əməliyyat mövqeyi seçərək gözləməyə başlamışlar. 05 aprel 2022-ci il tarixdə saat 16:20 radələrində Təqsirləndirilən şəxs bənzər şəxs ünvan 4 ünvanının yaxınlığında saxlanılmışdır. Həmin şəxsə yaxınlaşıb xidməti vəsiqələrini göstərib Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları olduqlarını bildirmiş, həmin şəxsə özünü təqdim etməsini bildirmişlər. Həmin şəxs özünü təqdim etdikdən sonra Təqsirləndirilən şəxs olması müəyyən edilmişdir. Təqsirləndirilən şəxs əməliyyat-axtarış tədbirinin keçirilməsi barədə qərarla tanış edilmiş, qanunsuz olaraq odlu silah və döyüş sursatlarını əldə edib yaşadığı ünvanda saxlamaqda, eyni zamanda üzərində daşıyaraq gəzdirməkdə şübhəli olması Təqsirləndirilən şəxs bildirilmişdir. Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə aparılması üçün Qəbələ Rayon Polis Şöbəsinin inzibati binasına dəvət edilmişdir. Polsi şöbəsinə gəldikdən sonra Təqsirləndirilən şəxs hüquqlаrının müdаfiə edilməsi məqsədi ilə Qəbələ Rayon vəkil bürosunun vəkillərinin siyahısı Təqsirləndirilən şəxs təqdim edilmişdir. Təqsirləndirilən şəxs siyahı ilə tanış olduqdan sonra siyahı üzrə müvafiq vəkilin hüquqlarını müdafiə etməsinə etirazı olmadığını bildirmişdir. Qəbələ Rayon vəkil bürosunun vəkili Müdafiəçi1 dəvət olunaraq Təqsirləndirilən şəxs təqdim оlunmuşdur. Təqsirləndirilən şəxs hüquqlаrının həmin vəkil tərəfindən müdаfiə еdilməsinə еtirаzı оlmаdığını bildirmiş və Təqsirləndirilən şəxsla müdafiəçisinə kоnfidеnsiаl ünsiyyət sахlаmаq üçün şərаit yаrаdılmışdır. Təqsirləndirilən şəxsla müdafiəçisi kоnfidеnsiаl ünsiyyət sахlаdıqdan sonra Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutularaq bu barədə müvafiq qərar və protokol tərtib edilmiş, həmçinin hüquq və vəzifələri izah edilmişdir. Şəxsi axtarış və götürmə aparılmasından əvvəl barəsində şəxsi axtarış və götürmənin aparıldığı şübhəli şəxs Təqsirləndirilən şəxs şəxsi axtarış və götürmənin videoçəkiliş əsasında həyata keçiriləcəyi barədə məlumat verilmiş, sonuncu buna etiraz etmədiyini bildirdikdən sonra Təqsirləndirilən şəxs şəxsi axtarış və götürmə aparılması haqqında qərarla tanış edərək paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri, odlu silah və döyüş sursatını könüllü surətdə təqdim etməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs üzərində odlu silah olmadığını bildirib əynində olan gödəkçənin sol yan cibindən 01 ədəd “Redmi” markalı mobil telefonu, gödəkçəsinin sağ yan cibində olan 01 ədəd açarı, əynində olan şalvarın sağ yan cibindən 5 manat pulu çıxarıb təqdim etmişdir. Şəxsi axtarış keçirilsə də üzərindən başqa hər-hansı əşya aşkar edilməmişdir. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs yaşadığı ünvanda 02 ədəd odlu silah tüfəng, 01 ədəd daraq və patronlar saxladığını bildirib yaşadığı evə gedəcəkləri halda həmin əşyaları verə biləcəyini demişdir. Təqsirləndirilən şəxs səmimi olaraq etiraf edib həmin predmetləri 3-4 gün öncə yaşadığı evin yaxınlığından tapdığını, silahlara marağı olduğu üçün yaşadığı ünvanda saxladığını bildirmişdir. Üzərindən aşkar edilmiş 01 ədəd açar və 5 manat pul özünə qaytarılmış, “Redmi” markalı mobil telefon əhəmiyyət kəsb edə biləcəyindən götürülmüşdür. Daha sonra şəxsi axtarış keçirilməsinə dair protokol tərtib edilmiş, düzgün tərtib edildiyindən imzalarla təsdiq edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs yaşadığı ünvana baxış keçirilməsinə etirazı olmaması ilə bağlı ərizə vermişdir. İştirakçılar və vəkilin iştirakı ilə Təqsirləndirilən şəxs yaşadığı mənzilə yollanmışlar. Orada Təqsirləndirilən şəxs videoçəkiliş vasitəsilə yaşadığı mənzilə baxış keçiriləcəyi bildirilmişdir. Təqsirləndirilən şəxs buna etiraz etmədiyini və yaşadığı mənzilə baxış keçirilməsinə razı olduğunu bildirmişdir. Baxış başlamadan öncə Təqsirləndirilən şəxs bu barədə qərarla tanış edilmiş və yaşadığı ünvanda olan odlu silah və döyüş sursatlarını təqdim etməsi Təqsirləndirilən şəxs təklif edilmişdir. Təqsirləndirilən şəxs tüfənglərdən birini yaşadığı evin arxa tərəfində olan otağında, digərini isə evin birinci mərtəbəsində olan otaqda saxladığını demişdir. Sonra yaşadığı evin sol hissəsində olan otaqda giriş qapısından solda qaz sobasının arxasında olan tüfəngi götürüb təqdim etmişdir. Daha sonra evin birinci mərtəbəsində dəhlizin sağ tərəfindən yerləşən otağın giriş qapısından sol tərəfdə karton qutuların arxasında olan sarı rəngli parça bağlamadan bir ədəd tüfəng, daraq və patronları təqdim etmişdir. Həmin tüfəngə baxılarkən üzərində “5283, 1983Г” yazısının olduğu, tüfəngin üzərində olan daraqda isə “1014-2” rəqəmlərinin qeyd olunduğu müəyyən edilmişdir. Patronlar sayıldıqda sayının 43 ədəd olması müəyyən edilmişdir. Aşkar edilmiş 02 ədəd tüfəng, bir ədəd daraq və 43 ədəd patron qablaşdırılmış, üzəri möhürlənmiş və iştirakçılar tərəfindən imzalanmışdır. Evdə protokol tərtib edilməsi üçün əlverişli şərait olmadığından Qəbələ RPŞ-yə gəldikdən sonra baxış keçirilməsi barədə protokol tərtib edilmiş, düzgün tərtib edildiyindən imzalarla təsdiq edilmişdir. Məhkəmə iclasında Şahid2 Şahid1 ifadəsinə uyğun eyni məzmunlu ifadə vermişdir. İşdə olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Kriminalistik Tədqiqatlar İdarəsinin 06 aprel 2022-ci il tarixli 22/288R №li rəyindən görünür ki, Tədqiqata təqdim edilmiş 01 ədəd H- 3615 N-li silah keçmiş SSRİ dövlətində İjevsk silah zavodunda 1960-cı ildə istehsal olunmuş 28 və 5,6 mm kalibrli İJ-56-3 (Belka-3) modelli, çaxmaqlı, kombinə edilmiş hamar və yivli qoşa lüləli ov tüfəngidir, odlu silahdır, texniki cəhətdən sazdır və atəş üçün yararlıdır. Silahın hissəmexanizmlərinin üzərində heç bir əlavə dəyişiklik edilməmişdir. Tədqiqata təqdim edilmiş 01 ədəd 5283 N-li silah Tula silah zavodunda 1963-cü ildə istehsal olunmuş, 5,6 mm kalibrli TOZ-17 modelli sürgülü öz-özünə dolan ov karabinidir, odlu yivli silahdır, texniki cəhətdən sazdır və atəşə yararlıdır. Həmin silah quş və xırda heyvanlar ovlamaq üçün nəzərdə tutulmuşdur. Silahın hissəmexanizmlərinin üzərində heç bir əlavə dəyişiklik edilməmişdir. Tədqiqata təqdim edilmiş 01 ədəd əşya, TOZ-17 modelli karabinin komplekt hissəsi olan, zavod üsulu ilə hazırlanmış darağıdır, söyüş sursatı hesab edilmir və istifadəyə yararlıdır. Tədqiqata təqdim edilmiş 43 ədəd patron zavod üsulu ilə istehsal olunmuş 5,6 mm kiçik kalibrli olmaqla həmin kalibrli Marqolin konstruksiyalı tapançalardan və TOZ modelli yivli tüfənglərdən atəş açmaq üçün nəzərdə tutulmuşdur, döyüş sursatı sayılır, istifadə və atəş üçün yararlıdır. Qeyd: Təqdim edilmiş 43 ədəd 5.6 mm kalibrli patronlardan 06 ədədi eksperimental atəşlər zamanı istifadə olundu. “Şübhəli şəxsin tutulması haqqında” 05 aprel 2022-ci il tarixli protokoldan müəyyən edilir ki, Təqsirləndirilən şəxs 05 aprel 2022-ci il tarixdə saat 16:55-də cinayət törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 07 aprel 2022-ci il tarixli 1(005)-411/2022 nömrəli qərarından müəyyən edilir ki, Təqsirləndirilən şəxs barəsində 03 (üç) ay müddətində “həbs” qətimkan tədbiri seçilmişdir. İşdə olan Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş 26.04.2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Beləliklə, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, Təqsirləndirilən şəxs özünün ibtidai istintaq və ilkin məhkəmə baxışı zamanı verdiyi etirafedici ifadələri, şahidlərin ibtidai istintaq zamanı və ilkin məhkəmə baxışı zamanı verdikləri ifadələri, ekspert rəyi, digər iş materialları ilə onun qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini və döyüş sursatını əldə edib, saxlaması və gəzdirməsi cinayətin törətməsi tamamilə sübuta yetirildi. Onun əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-nin 228.1-ci maddəsi ilə tövsif edilmişdir və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən, Azərbaycan Respublikası CM-nin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs əməlini könüllü etiraf edərək səmimi peşimançılıq hissi keçirməsini, yaşadığı yer üzrə müsbət xarakterizə olunmasını, ailəli olmaqla himayəsində iki azyaşlı uşağın olmasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə təqsirləndirilən şəxs Məhkəmə iclasında Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hal müəyyən edilmədi. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinə əsasən, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla, daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə cəza təyin edərkən, Təqsirləndirilən şəxs əməlində törətdiyi cinəyət əməlini könüllü etiraf edərək səmimi peşimançılıq hissi keçirməsi, yaşadığı yer üzrə müsbət xarakterizə olunması, ailəli olmaqla himayəsində iki azyaşlı uşağın olması kimi cəzanı yüngülləşdirən halların olmasını, habelə əvəllər məhkum olunmamasını və onun əməlində cəzanı ağırlaşdıran halların olmamasını nəzərə almaqla, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsində nəzərdə tutulmuş azadlıqdan məhrumetmə ilə bağlı olmayan az ciddi cəzanın təyin edilməsinin cəzanın məqsədinə çatmasına daha uyğun olmasını hesab edir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası CMnin 228.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməlidir. Məhkəmə X3 cəza təyin edərkən onun 05 aprel 2022-ci il tarixdən 13 iyun 2022-ci il tarixədək həbsdə olduğu 02 (iki) ay 08 (səkkiz) gün müddəti də cəza təyin edərkən nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinin tələbinə görə hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Göstərilənləri nəzərə alaraq, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs tutulub saxlandığı və həbsdə olduğu ümumilikdə 02 (iki) ay 08 (səkkiz) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən həbsdə saxlamanın bir gün müddətinin azadlığın məhdudlaşdırılması növündə cəzanın iki gününə hesablanmaqla ona təyin ediləcək azadlığın məhdudlaşdırılması cəzasından çıxılmalıdır. Təqsirləndirilən şəxs yaşadığı yeri axşam saat 23:00-dan səhər saat 06:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Qəbələ rayon ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirməlidir. Təqsirləndirilən şəxs üzərinə kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi qoyulmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri dəyişdirilərək barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilməli və o, məhkəmə zalından dərhal azad edilməlidir. Təqsirləndirilən şəxs haqqında seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalıdır. Azərbaycan Respublikası DİN-nin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində saxlanılan iş üzrə maddi sübut olan bir ədəd H-3615 №-li, 28 və 5,6 mm kalibirli, İJ-56-3 modelli, bir ədəd 5283 №-li, 5,6 mm kalibirli, TOZ-17 modelli tüfənglər, bir ədəd daraq və 37 ədəd patron hökm qanuni qüvvəyə mindikdən sonra müsadirə edilməli və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə verilməlidir, bir ədəd CD disk isə cinayət işi materiallarında saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197- 198, 344-349, 351-353, 356-358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsininin 228.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, 03 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs tutulub saxlandığı və həbsdə olduğu ümumilikdə 02 (iki) ay 08 (səkkiz) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən həbsdə saxlamanın bir gün müddətinin azadlığın məhdudlaşdırılması növündə cəzanın iki gününə hesablanmaqla 04 (dörd) ay 16 (on altı) gün müddət ona təyin edilmiş 03 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzasından çıxılaraq üzərində qəti olaraq 02 (iki) il 07 (yeddi) ay 14 (on dörd) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəza çəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə İcra və probasiya şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs yaşadığı yeri axşam saat 23:00-dan səhər saat 06:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Qəbələ rayon ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi tədbirlərdə iştirak etməmək vəzifələrini yerinə yetirsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri dəyişdirilərək barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilsin və o, məhkəmə zalında dərhal azad edilsin. Təqsirləndirilən şəxs haqqında seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Azərbaycan Respublikası DİN-nin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində saxlanılan iş üzrə maddi sübut olan bir ədəd H-3615 №-li, 28 və 5,6 mm kalibirli, İJ-56-3 modelli, bir ədəd 5283 №-li, 5,6 mm kalibirli, TOZ-17 modelli tüfənglər bir ədəd daraq və 37 ədəd patron hökm qanuni qüvvəyə mindikdən sonra müsadirə edilsin və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə verilsin, bir ədəd CD disk isə cinayət işi materiallarında saxlanılsın. Hökmdən, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hakim: Elman İsayev
Məhkəmə qərarları › İş №1(025)-14/2022
Qəbələ Rayon Məhkəməsi Hökm — İş №1(025)-14/2022
13.06.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver