Məhkəmə qərarları › İş №1(025)-14/2023

Qəbələ Rayon Məhkəməsi Hökm — İş №1(025)-14/2023

31.05.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Qəbələ şəhəri İş № 1(025)-14/2023 31.05.2023 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim İsayev Elman Bəhruz oğlunun sədrliyi, məhkəmə iclasının katibi Tahirova Ləman Kamran qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İİİ dərəcəli hüquqşünas X2, zərərçəkmiş şəxsin hüquqi varisi – X4, müdafiəçilər – Qəbələ rayon Vəkil Bürosunun vəkilləri Müdafiəçi2 və Müdafiəçi1 və təqsirləndirilən şəxslər – Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 iştirakları ilə, xx.xx.1968-ci ildə Qəbələ rayonu, Bum qəsəbəsində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, orta təhsilli, Şimal-Qərb RETSİ X6 usta və iş icraçısı vəzifəsində işləyən, əvvəllər məhkum olunmamış Qəbələ rayonu, Bum qəsəbəsində qeydiyyatda olan və yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş - Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 313 və 314.2-ci maddələri ilə və xx.xx.1966-cı ildə Qəbələ rayonu, Daşca kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, orta təhsilli, Şimal-Qərb RETSİ X6 baş mühəndis və iş rəhbəri vəzifəsində işləyən, əvvəllər məhkum olunmamış Qəbələ rayonu, Daşca kəndində qeydiyyatda olan və yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş - Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 313 və 314.2-ci maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs2 2015-ci il tarixdən 5-ci ixtisas dərəcəsinə malik olmaqla X8 Təchizatı Satışı İdarəsinin Elektrik Şəbəkəsinin 10/6/0.4 KV-luq İstismar şöbəsinin ustası və “Azərişıq ASC”-nin texniki direktorunun xx.xx.2022-ci il tarixli № 8-22/066 saylı göstərişinə əsasən iş içraçısı və nəzarətçisi vəzifəsində işləyərkən “Azərişıq ASC”-nin texniki direktoru tərəfindən təsdiq edilmiş vəzifə təlimatına əsasən əməyin təhlükəsizliyini qanunvericilikdə müəyyən edilmiş qaydalar çərçivəsində təmin etməli, bütün işlərinin və öhdəliklərinin vaxtında, məhsuldar və şəffaf səviyyədə yerinə yetirilməsini təmin etməli, şəbəkədə bütün avadanlıqların normal, saz vəziyyətdə olmasını, əsaslı - cari təmirin təşkilini və təmirini təmin etməli, baş verən nasazlıqları aradan qaldırılmalı olduğu, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 11 fevral 2020-ci il tarixli 41 nömrəli qərarı ilə təsdiq edilmiş “Elektrik və istilik qurğularının istismarında təhlükəsizlik texnikası Qaydası”nın 2.1.5-ci yarımbəndinə əsasən naryadverən şəxs işin vacibliyini və təhlükəsiz yerinə yetirilməsinin mümkün olub-olmamasını təyin etməli, naryadda göstərilən təhlükəsizlik tədbirlərinin tam və dürüst olmasını təmin etməli olduğu, 2.1.8-ci yarımbəndinə əsasən iş yerlərinin hazırlığına, avadanlıq və qurğuların açılmasına dair əmrlərin verilməsi və onların yerinə yetirilməsinin təsdiqlənməsinə, həmçinin, elektrik və ya istilik qurğuları və şəbəkələrinin faktiki sxemini nəzərə almaqla, naryad ilə təyin olunmuş iş yerlərinin hazırlığı üzrə tədbirlərə müvafiq olaraq qurğuların və avadanlıqların müstəqil şəkildə açılmasına, idarəçiliyində olan avadanlığın açılmasının və qoşulmasının təhlükəsiz həyata keçirilməsinin mümkün olub-olmamasına, elektrik və ya istilik qurğularında işlərə buraxılan briqadaların, vaxt və yerlərinin koordinasiyası, həmçinin briqadaların qeydiyyatı, elektrik və ya istilik qurğularında işə buraxılmış bütün briqadalardan işlərin tam bitirilməsi, elektrik və ya istilik qurğularının işə qoşulma mümkünlüyü barədə məlumatların alınmasına, buraxılan briqadaların iş apardıqları yerlərə gərginliyin və ya istilik daşıyıcılarının verilməsini istisna etmək məqsədilə, verilən göstərişlərin, həmçinin kommutasiya aparatlarının qoşulması üzrə müstəqil hərəkətlərin düzgünlüyünə cavabdeh olduğu, 2.1.10-cu yarımbəndinə əsasən naryadda göstərilən iş yerlərinin hazırlanması üzrə bütün tədbirlərin yerinə yetirilməsinə və tam həcmdə olmasına, onun tərəfindən təyin edilmiş işlərin icra şəraitinə görə əlavə təhlükəsizlik tədbirlərinin görülməsinə, briqadanın mütəxəssis baxımından tam olmasına, işlərə buraxılış verən və iş icraçısı tərəflərin keçirdiyi xüsusi təlimlərin keyfiyyətinə, o cümlədən işlərin təhlükəsiz aparılmasının təşkil edilməsinə görə cavabdeh olduğu, 2.12-ci bəndinə əsasən işin rəhbəri iş yerini iş icraçısından qəbul edərək onun tam və etibarlı yerinə yetirilməsini, iş yerində kənar əşyaların mövcud olmadığını və iş yerlərinin lazımi təmizliyini yoxlamalı və sonra vaxtı və tarixi qeyd etməklə naryadın müvafiq sətrini imzalamalı, işin rəhbəri iş yerini yoxladıqdan sonra işin tam qurtarmasını naryadda sənədləşdirməli, işin tam qurtarması ilə bağlı sənədləşdirilmiş naryadı aldıqdan sonra işəburaxan iş yerinə baxış keçirməli olduğu, eləcə də “Elektrik qurğularının quraşdırılması qaydasının” 2.4.4.2-ci bəndinə əsasən izolə edilməmiş və izolə edilmiş naqili hava xəttində dayağın materialından, havanın çirklənmə dərəcəsindən və ya ildırımın baş vermə intensivliyindən asılı olmayaraq izolyatorlardan və yaxud izolyasiya materiallarından olan traverslərdən istifadə etməli olduğu halda, işə vicdansız və laqeyd münasibəti nəticəsində öz xidməti vəzifələrini lazımi qaydada yerinə yetirməyərək xx.xx.2022-ci il tarixdə Qəbələ rayon Bum qəsəbəsində xx.xx.2022-ci il tarixli № 391 naryada əsasən 10KV-luq Bum hava xəttində yenidənqurma ilə əlaqədar ******* kodlu 400KVA KTM-in 0.4KV-luq şəbəkəsində köhnə xəttə qoşulmuş sayğacların yeni xəttə qoşulması işlərini həyata keçirərkən həmin ərazidə olan №391 naryadla üzərində iş gedən A25 markalı 0.4Kvluq məftil üzərində gedən işə nəzarət edərkən “Elektrik və istilik qurğularının istismarında təhlükəsizlik texnikası Qaydası”nın 2.1.13-cü bəndinin “e” yarım bəndinə əsasən ( iş icraçısı işlərin təhlükəsiz aparılmasına və təhlükəsizlik üzrə qaydalara riayət etməsinə cavabdehdir) iş sonunda elektrik gərginliyi olan xəttin dirəyə bağlanma vəziyyətini yoxlamamış, həmçinin xətt üzərində heç bir abonentin qalmamasına baxmayaraq xəttə gərginlik verilməsini dayandırmamış, xətti kəsməmiş, “Elektrik qurğularının quraşdırılması qaydası”nın 2.4.4.2-ci bəndinə əsasən (izolə edilməmiş və izolə edilmiş naqili hava xəttində dayağın materialından, havanın çirklənmə dərəcəsindən və ya ildırımın baş vermə intensivliyindən asılı olmayaraq izolyatorlardan və yaxud izolyasiya materiallarından olan traverslərdən istifadə etməli olduğu halda) elektrik gərginliyi olan xəttin ağaca təhlükəli vəziyyətdə bağlandığını gördüyü halda xəttin dirəyə sağlam və təhlükəsiz vəziyyətdə bağlanmasını təmin etməmiş, A25 markalı 0.4Kvluq məftil elektrik dirəyinə deyil, ağaca bağlı olduğu halda onun elektrik dirəyinə bağlanması üçün heç bir tədbir görməmiş, xx.xx.2022-ci il tarixdə saat 17 radələrində gərginlik altnda olan xətti təhlükəli vəziyyətdə qoyub iş görülən ərazidən getmiş, bunun nəticəsində Qəbələ rayon Bum qəsəbə sakini, azyaşlı X9 xx.xx.2022-ci il tarixdə səhər saatlarında yaşadığı Qəbələ rayon Bum qəsəbəsində yerləşən açıq çay kənarı ərazidə oynayarkən yerə təhlükəli vəziyyətdə sallanmış və izoliyasiya edilməmiş məftilə toxunduğu anda onu elektrik cərəyanı vurmuş və yüksək gərginlikli elektrik cərəyanının təsiri nəticəsində sağ əlin İ barmağının və sol saidin arxa aşağı 1/3-nin elektrik nişanələri (yanıqları) ilə müşahidə olunan bədənə birbaşa təsir edən yüksək gərginlikli elektrik cərəyanının təsirindən ağır bədən xəsarətləri alması nəticəsində ölmüş, bununla da Təqsirləndirilən şəxs2 həmin hərəkətləri ilə ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olan səhlənkarlıq etmişdir. Bundan başqa, o, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 11 fevral 2020-ci il tarixli 41 nömrəli qərarı ilə təsdiq edilmiş “Elektrik və istilik qurğularının istismarında təhlükəsizlik texnikası Qaydası”nın 2.12-ci maddəsinə əsasən işin rəhbəri iş yerini iş icraçısından qəbul edərək onun tam və etibarlı yerinə yetirilməsini, iş yerində kənar əşyaların mövcud olmadığını və iş yerlərinin lazımi təmizliyini yoxlamalı və sonra vaxtı və tarixi qeyd etməklə naryadın müvafiq sətrini imzalamalı, işin rəhbəri iş yerini yoxladıqdan sonra işin tam qurtarmasını naryadda sənədləşdirməli, işin tam qurtarması ilə bağlı sənədləşdirilmiş naryadı aldıqdan sonra işəburaxan iş yerinə baxış keçirməli olduğu halda, həmçinin “Azərişıq ASC”-nin texniki direktoru tərəfindən təsdiq edilmiş vəzifə təlimatının 6cı bəndinə əsasən sənədləşməni düzgün və dəqiq aparmalı olduğu halda, sair şəxsi niyyətlə, yəni Şimal-Qərb RETSİ X7 baş mühəndisi Təqsirləndirilən şəxs1 ilə birlikdə vəzifələrini düzgün və vaxtında yerinə yetirmələri, həmçinin sənədləşmənin vaxtında və düzgün aparmaları görüntüsü yaratmaq niyyəti ilə iş qurtardıqdan sonra iş yerini və görülən işin tam və etibarlı yerinə yetirilməsini yerində yoxlamadan işin tam qurtarmasını hadisədən bir gün sonra, yəni xx.xx.2022-ci il tarixdə günorta saatlarında X8 Təchizatı Satışı İdarəsinin X7 binasında №391 naryada saxta məlumatlar daxil etməklə sənədləşdirmə apararaq vəzifə saxtakarlığı etmişdirlər. Təqsirləndirilən şəxs1 2019-cu il tarixdən 5-ci ixtisas dərəcəsinə malik olmaqla X8 Təchizatı Satışı İdarəsinin X7 10/6/0.4 KV-luq İstismar şöbəsinin baş mühəndisi və “Azərişıq ASC”-nin texniki direktorunun xx.xx.2022-ci il tarixli № 8-22/062 saylı göstərişinə əsasən iş rəhbəri vəzifəsində işləyərkən “Azərişıq ASC”-nin texniki direktoru tərəfindən təsdiq edilmiş vəzifə təlimatına əsasən sənədləşməni düzgün və dəqiq aparmalı, cavabdeh olduğu şəbəkədəki itkiləri aradan qaldırmaq üçün lazımi tədbirlər görməli, şəbəkədə baş verən qəza hallarını vaxtında və itkisiz aradan qaldırılmasını təmin etməli, tabeçiliyində olan işçilərin naryad əsasında işə başlamasını təmin etməli, əməyin təhlükəsizliyini qanunvericilikdə müəyyən edilmiş qaydalar çərçivəsində təmin etməli, hava xətlərinə baxış keçirilməsini təşkil etməli, hava, kabel xətlərinin normal vəziyyətdə olmasını təmin etməli, texniki təhlükəsizlik və istismar qaydalarına tam riayət olunmasına, əməyin təhlükəsizliyini qanunvericilikdə müəyyən edilmiş qaydalar çərçivəsində saxlanılmasını təmin etməli olduğu, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 11 fevral 2020ci il tarixli 41 nömrəli qərarı ilə təsdiq edilmiş “Elektrik və istilik qurğularının istismarında təhlükəsizlik texnikası Qaydası”nın 2.1.5-ci yarımbəndinə əsasən naryadverən şəxs işin vacibliyini və təhlükəsiz yerinə yetirilməsinin mümkün olub-olmamasını təyin etməli, naryadda göstərilən təhlükəsizlik tədbirlərinin tam və dürüst olmasını təmin etməli olduğu, 2.1.8-ci yarımbəndinə əsasən iş yerlərinin hazırlığına, avadanlıq və qurğuların açılmasına dair əmrlərin verilməsi və onların yerinə yetirilməsinin təsdiqlənməsinə, həmçinin, elektrik və ya istilik qurğuları və şəbəkələrinin faktiki sxemini nəzərə almaqla, naryad ilə təyin olunmuş iş yerlərinin hazırlığı üzrə tədbirlərə müvafiq olaraq qurğuların və avadanlıqların müstəqil şəkildə açılmasına, idarəçiliyində olan avadanlığın açılmasının və qoşulmasının təhlükəsiz həyata keçirilməsinin mümkün olub-olmamasına, elektrik və ya istilik qurğularında işlərə buraxılan briqadaların, vaxt və yerlərinin koordinasiyası, həmçinin briqadaların qeydiyyatı, elektrik və ya istilik qurğularında işə buraxılmış bütün briqadalardan işlərin tam bitirilməsi, elektrik və ya istilik qurğularının işə qoşulma mümkünlüyü barədə məlumatların alınmasına, buraxılan briqadaların iş apardıqları yerlərə gərginliyin və ya istilik daşıyıcılarının verilməsini istisna etmək məqsədilə, verilən göstərişlərin, həmçinin kommutasiya aparatlarının qoşulması üzrə müstəqil hərəkətlərin düzgünlüyünə cavabdeh olduğu, 2.1.10-cu yarımbəndinə əsasən naryadda göstərilən iş yerlərinin hazırlanması üzrə bütün tədbirlərin yerinə yetirilməsinə və tam həcmdə olmasına, onun tərəfindən təyin edilmiş işlərin icra şəraitinə görə əlavə təhlükəsizlik tədbirlərinin görülməsinə, briqadanın mütəxəssis baxımından tam olmasına, işlərə buraxılış verən və iş icraçısı tərəflərin keçirdiyi xüsusi təlimlərin keyfiyyətinə, o cümlədən işlərin təhlükəsiz aparılmasının təşkil edilməsinə görə cavabdeh olduğu, 2.12-ci bəndinə əsasən işin rəhbəri iş yerini iş icraçısından qəbul edərək onun tam və etibarlı yerinə yetirilməsini, iş yerində kənar əşyaların mövcud olmadığını və iş yerlərinin lazımi təmizliyini yoxlamalı və sonra vaxtı və tarixi qeyd etməklə naryadın müvafiq sətrini imzalamalı, işin rəhbəri iş yerini yoxladıqdan sonra işin tam qurtarmasını naryadda sənədləşdirməli, işin tam qurtarması ilə bağlı sənədləşdirilmiş naryadı aldıqdan sonra işəburaxan iş yerinə baxış keçirməli olduğu, eləcə də “Elektrik qurğularının quraşdırılması qaydasının” 2.4.4.2ci bəndinə əsasən izolə edilməmiş və izolə edilmiş naqili hava xəttində dayağın materialından, havanın çirklənmə dərəcəsindən və ya ildırımın baş vermə intensivliyindən asılı olmayaraq izolyatorlardan və yaxud izolyasiya materiallarından olan traverslərdən istifadə etməli olduğu halda, işə vicdansız və laqeyd münasibəti nəticəsində öz xidməti vəzifələrini lazımi qaydada yerinə yetirməyərək xx.xx.2022-ci il tarixdə Qəbələ rayon Bum qəsəbəsində xx.xx.2022-ci il tarixdə açılmış № 391 naryada əsasən 10KV-luq Bum hava xəttində yenidənqurma ilə əlaqədar ******* kodlu 400KVA KTM-in 0.4KV-luq şəbəkəsində köhnə xəttə qoşulmuş sayğacların yeni xəttə qoşulması işlərinə rəhbərlik edərkən həmin ərazidə olan №391 naryadla üzərində iş gedən A25 markalı 0.4Kvluq məftil üzərindəki bütün abonentlər təzə xəttə keçirildiyi halda, “Azərişıq ASC”-nin texniki direktoru tərəfindən təsdiq edilmiş vəzifə təlimatının 10 və 15-ci bəndinə əsasən (hava, kabel xətlərinin normal vəziyyətdə olmasını və texniki təhlükəsizlik və istismar qaydalarına tam riayət olunmasına təmin etməli) həmin xəttin kəsilməsi və gərginliyin dayandırılması üçün heç bir tədbir görməmiş, “Elektrik və istilik qurğularının istismarında təhlükəsizlik texnikası Qaydası”nın 2.12-ci bəndinə əsasən (işin rəhbəri iş yerini iş icraçısından qəbul edərək onun tam və etibarlı yerinə yetirilməsini yoxlamalı, işəburaxan iş yerinə baxış keçirməli) işin tam və etibarlı yerinə yetirilməsini müəyyən etmək üçün iş yerinə baxış keçirməmiş, “Elektrik qurğularının quraşdırılması qaydası”nın 2.4.4.2-ci bəndinə əsasən (izolə edilməmiş və izolə edilmiş naqili hava xəttində dayağın materialından, havanın çirklənmə dərəcəsindən və ya ildırımın baş vermə intensivliyindən asılı olmayaraq izolyatorlardan və yaxud izolyasiya materiallarından olan traverslərdən istifadə etməli olduğu halda) iş sonunda elektrik gərginliyi olan xəttin dirəyə bağlanma vəziyyətini yoxlamamış, xəttin dirəyə sağlam və təhlükəsiz vəziyyətdə bağlanmasını təmin etməmiş, A25 markalı 0.4Kvluq məftil elektrik dirəyinə deyil, ağaca bağlı olduğunu bildiyi halda onun elektrik dirəyinə bağlanması üçün heç bir tədbir görməmiş, həmçinin, Təqsirləndirilən şəxs2 “Elektrik və istilik qurğularının istismarında təhlükəsizlik texnikası Qaydası”nın 2.1.13-cü bəndinin “e” yarım bəndinə əsasən (iş icraçısı işlərin təhlükəsiz aparılmasına və təhlükəsizlik üzrə qaydalara riayət etməsinə cavabdehdir) iş sonunda elektrik gərginliyi olan xəttin dirəyə bağlanma vəziyyətini yoxlamamasını, həmçinin xəttə üzərində heç bir abonent qalmamasına baxmayaraq xəttə gərginlik verilməsini dayandırmamasını, xətti kəsməməsini, “Elektrik qurğularının quraşdırılması qaydası”nın 2.4.4.2-ci bəndinə əsasən (izolə edilməmiş və izolə edilmiş naqili hava xəttində dayağın materialından, havanın çirklənmə dərəcəsindən və ya ildırımın baş vermə intensivliyindən asılı olmayaraq izolyatorlardan və yaxud izolyasiya materiallarından olan traverslərdən istifadə etməli olduğu halda) xəttin ağaca təhlükəli vəziyyətdə bağlandığını gördüyü halda xəttin dirəyə sağlam və təhlükəsiz vəziyyətdə bağlanmasını təmin etməməsini Elektrik və istilik qurğularının istismarında təhlükəsizlik texnikası Qaydası”nın 2.12-ci bəndinə əsasən (işin rəhbəri iş yerini iş icraçısından qəbul edərək onun tam və etibarlı yerinə yetirilməsini yoxlamalı, işəburaxan iş yerinə baxış keçirməli) iş yerinə gələrək yoxlamamış, iş yerinə baxış keçirməmiş və nəticədə köhnə izoliyasiya edilməmiş, ağaca təhlükəli vəziyyətdə bağlanmış A25 markalı 0.4Kvluq məftilin xx.xx.2022-ci il tarixdə bağlı olduğu ağacdan boşalaraq insanların həyat və sağlamlığı üçün təhlükə törədən həddə yerə sallanmasına səbəb olmuş, nəticədə Qəbələ rayon Bum qəsəbə sakini, azyaşlı X9 xx.xx.2022-ci il tarixdə səhər saatlarında yaşadığı Qəbələ rayon Bum qəsəbəsində yerləşən açıq çay kənarı ərazidə oynayarkən yerə təhlükəli vəziyyətdə sallanmış və izoliyasiya edilməmiş məftilə toxunduğu anda onu elektrik cərəyanı vurmuş və yüksək gərginlikli elektrik cərəyanının təsiri nəticəsində sağ əlin İ barmağının və sol saidin arxa aşağı 1/3-nin elektrik nişanələri (yanıqları) ilə müşahidə olunan yüksək gərginlikli elektrik cərəyanının təsirindən bədənə birbaşa təsir edən ağır bədən xəsarətləri alması nəticəsində ölmüş, bununla da Təqsirləndirilən şəxs1 həmin hərəkətləri ilə ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olan səhlənkarlıq etmişdir. Bundan başqa, o, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 11 fevral 2020-ci il tarixli 41 nömrəli qərarı ilə təsdiq edilmiş “Elektrik və istilik qurğularının istismarında təhlükəsizlik texnikası Qaydası”nın 2.12-ci maddəsinə əsasən işin rəhbəri iş yerini iş icraçısından qəbul edərək onun tam və etibarlı yerinə yetirilməsini, iş yerində kənar əşyaların mövcud olmadığını və iş yerlərinin lazımi təmizliyini yoxlamalı və sonra vaxtı və tarixi qeyd etməklə naryadın müvafiq sətrini imzalamalı, işin rəhbəri iş yerini yoxladıqdan sonra işin tam qurtarmasını naryadda sənədləşdirməli, işin tam qurtarması ilə bağlı sənədləşdirilmiş naryadı aldıqdan sonra işəburaxan iş yerinə baxış keçirməli olduğu halda, həmçinin “Azərişıq ASC”-nin texniki direktoru tərəfindən təsdiq edilmiş vəzifə təlimatının 6cı bəndinə əsasən sənədləşməni düzgün və dəqiq aparmalı olduğu halda, sair şəxsi niyyətlə, yəni Şimal-Qərb RETSİ X7 ustası Təqsirləndirilən şəxs2 ilə birlikdə qabaqcadan əlbir olan bir qrup şəxs halında vəzifələrini düzgün və vaxtında yerinə yetirmələri, həmçinin sənədləşmənin vaxtında və düzgün aparmaları görüntüsü yaratmaq niyyəti ilə iş qurtardıqdan sonra iş yerini və görülən işin tam və etibarlı yerinə yetirilməsini yerində yoxlamadan işin tam qurtarmasını hadisədən bir gün sonra, yəni xx.xx.2022-ci il tarixdə günorta saatlarında X8 Təchizatı Satışı İdarəsinin X7 binasında №391 naryada saxta məlumatlar daxil etməklə sənədləşdirmə apararaq vəzifə saxtakarlığı etmişdirlər. Təqsirləndirilən şəxs2 məhkəmə iclasında ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 313 və 314.2-ci maddəsi ilə elan olunmuş ittihamda özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, 2015-ci il tarixdən X8 Təchizatı Satışı İdarəsinin X6 kabel və hava xidməti üzrə usta vəzifəsinə keçmiş və hal-hazırda həmin vəzifədə işləyir. Həmçinin “Azərişıq ASC”-nin texniki direktorunun xx.xx.2022-ci il tarixli № 8-22/066 saylı göstərişinə əsasən Bum qəsəbəsində aparılan yenidən qurma işləri zamanı iş içraçısı və nəzarətçisi vəzifəsi ona həvalə edilmiş, onun işi Qəbələ rayon ərazisində harasa xətt çəkməkdən, köhnəlmiş xəttləri dəyişməkdən və ya sayğacları dəyişməkdən və s. ibarət olmuşdur. Onlar Qəbələ rayon Bum qəsəbəsində xx.xx.2022-ci il tarixdən yeni quraşdırılmış transformatorlara və kabelləşdirilmiş ərazidə əhalinin yeni kabel xəttinə qoşulması və çıxış xəttinin verilməsi üçün yenidən qurma və tamamlama işlərinə başlamış, əsas işləri köhnə sayğacları yeni smart sayğaclarla əvəz etmək, sayğacı yeni xəttə birləşdirmək və sayğaca gələn köhnə xətti kəsməkdən ibarət olmuşdur. Onlar Qəbələ rayon Bum qəsəbəsində hadisə baş verən ərazidə xx.xx.2022-ci il tarixdən 15 günlük açılmış № 391 naryad buraxılış vərəqəsi əsəsında işləmiş, naryadın müddəti xx.xx.2022-ci il tarixdə bitmişdir. xx.xx.2022- ci il tarixdən Bum qəsəbəsində 10 KV-luq ******* kodlu 400 KVA KTM-in 0.4 KV-luq şəbəkəsində köhnə xəttə qoşulmuş sayğacların yeni xəttin üzərinə köçürülməsinə Təqsirləndirilən şəxs1 rəhbərlik etmişdir. Təqsirləndirilən şəxs2 Bum qəsəbəsində elektrik naqillərini heç vaxt yoxlamamış və texniki-təhlükəsizlik tədbirləri həyata keçirməmişdir. xx.xx.2022-ci il tarixdə o, X7 montyoru Şahid2 ilə A25 markalı 0.4 Kv-luq naqildən evlərinə gərginlik gedən Bum qəsəbə sakini Şahid8 evinin önündə işləmişdir. A25 markalı 0.4 Kv-luq naqilin bağlı olduğu dirəyin biri çay kənar hissədə yerləşmiş, igər dirək çaydən üzü yuxarı sağ tərəfdə bağın içərisində yerləşmişdir. Həmin dirək rabitə dirəyi olsa da Aqşini vuran xətt həmin dirəkdən keçmiş, rabitə dirəyindən yuxarıda A25 markalı 0.4 Kv-luq naqilin davam edib keçdiyi çürük dirək imiş. Həmin dirəkdə o bağda yerləşmişdir. Həmin iki dirəklə işləməmiş və ona toxunmamışlar. Çünki həmin dirəklərdən heç bir abonentə xətt getməmişdir. A25 markalı 0.4 Kv-luq naqil rabitə dirəyindən sonra Bum qəsəbə sakini Şahid8 həyət qapısının önündə yerləşən ağaca bağlı imiş, Abusəddinin evinə gedən elektrik xətti həmin ağaca bağlı imiş. Abusəddinin də evinə A25 markalı 0.4 Kv-luq naqildən gərginlik gedirmiş. Təxminən saat 16 radələrində onlar Şahid8 evinə gərginlik verilməsini dayandırmış, onun sayğacını çölə çıxarmış, ona yeni xəttdən gərginlik vermiş, montyor Şahid2 həmin ağaca çıxıb Abusəddinin evinə gedən xətti kəsmişdir. Həmçinin ağacdan üzü yuxarı gedən ümumi xətt də onun göstərişi ilə Şahid2 kəsmişdir. xx.xx.2022-ci il tarixdə hadisə baş verən A25 markalı 0.4kv-luq xəttdəki abonentlər təzə xəttə keçmişdir. Xətti kəsmək üçün baş mühəndis Təqsirləndirilən şəxs1 göstərişini gözləmiş, Təqsirləndirilən şəxs1 A25 markalı 0.4kv-luq naqildə abonentin qalmadığını bildirmişdir. Təqsirləndirilən şəxs1 yaxşı, oldu demişdir. Təqsirləndirilən şəxs1 onlara naqilin kəsilməyi ilə bağlı hər hansı göstəriş verməmişdir. Vəzifə təlimatına və “Elektrik və istilik qurğularının istismarında təhlükəsizlik texnikası Qaydası”nın əsasən sənədləşməni düzgün aparmalı, işlərin təhlükəsiz aparılmasına və təhlükəsizlik üzrə qaydalara riayət etməli imiş, lakin praktiki olaraq Natiq müəllimin göstərişi ilə işlədiyi üçün onun göstəriş verməsini gözləmişdir. Həmin ərazidə işləri 4-5 radələrində bitmiş, daha sonra hadisə baş verən çay kənarı ərazidən aşağı hissədə işləmişlər. İşə o nəzarət edirmiş. Bağdakı dirəklər köhnə olsa da bağa keçməmiş və naqilin dirəyə bağlanma vəziyyətinin təhlükəsizliyini yoxlamamış, xəttin sallanacağını düşünməmiş, buna görə bağda naqilə baxmamışdır. Həmin gün artıq yuxarı qalxmamış, aşağıda işləmiş, oradan da evə getmişlər. Növbəti gün isə səhər saatlarında Bum qəsəbəsində çay kənarı hissədə azyaşlı uşağın elektrik cərəyanı vurması səbəbindən öldüyünü öyrənmişdir. Hadisə yerində öyrənmişdir ki, A25 markalı 0.4 Kv-luq naqil sallaq vəziyyətdə olub, uşaq da əli ilə tutmuş və ölmüşdür. Bundan başqa, 391 nömrəli naryadı, o, hadisə baş verənədək görməmiş, naryad X8 Təchizatı Satışı İdarəsinin X6 açılmış və orada bağlanmışdır. O faktiki olaraq 391 nömrəli naryad əsasında işlədiyini bilmiş, lakin naryad vərəqəsini görməmişdir. Təqsirləndirilən şəxs1 ona xx.xx.2022-ci il tarixdə telefonla 391 nömrəli naryadın açıldığını bildirmiş, lakin əraziyə gəlib iş görülən ərazini ona naryadla təhvil verməmişdir. xx.xx.2022-ci il tarixdə telefon vasitəsilə ərazidə işin bitdiyini Natiq müəllimə məlumat vermiş, lakin naryadı bağlamamışdır. Yəni naryad vərəqi əlində olmamış, işin bitməsini və ərazini təhvil verməyini təsdiq edən xx.xx.2022-ci il tarixli saat 18:00 da göstərilən imzanı xx.xx.2022-ci il tarixdə X6 narayada çəkmişdir. Həmçinin naryadda olan bütün imzaları naryadda göstərilən tarixdə və saatda yox xx.xx.2022-ci il tarixdə hadisədən sonra çəkmişdir. Düşünmüşdür ki, heç nə olmaz, sonda 391 nömrəli naryad bağlananda bütün imzalarımı onda ataram. Naryadı o və Natiq müəllim xx.xx.2022-ci il tarixdə günorta saatlarında hadisə baş verəndən sonra X7 binasında bağlamışlar. Təqsirləndirilən şəxs1 məhkəmə iclasında ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 313 və 314.2-ci maddəsi ilə elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, xx.xx.2019-cu il tarixdən bu günkü tarixədək X8 Təchizatı Satışı İdarəsinin X7 baş mühəndisi vəzifəsində işləmiş, həmçinin “Azərişıq ASC”-nin texniki direktorunun xx.xx.2022-ci il tarixli № 8-22/062 saylı göstərişinə əsasən Bum qəsəbəsində aparılan yenidən qurma işlərində iş rəhbəri vəzifəsi ona həvalə olunmuşdur. ŞimaL-X14 Təchizatı Satışı İdarəsinin X7 rəisi Şahid11 istismar üzrə mavini olmuş, işi Qəbələ rayonunda fasiləsiz işıq enerjisini təmin etməkdən ibarət olmuşdur. Elektrik Təchizatına məsul şəxs o imiş. Qəbələ rayonunda Elektrik Təchizatının təhlükəsizliyinə o cavabdeh imiş. xx.xx.2022-ci il tarixdən Bum qəsəbəsində yeni quraşdırılmış transformatorlara və kabelləşdirilmiş ərazidə əhalinin yeni kabel xəttinə qoşulması və çıxış xəttinin verilməsi üçün yenidən qurma və tamamlama işləri hayata keçirilmişdir. Hadisə baş verən A25 markalı naqil çaykənarı hissədə hissədə dirəyə bağlı imiş, üzü yuxarı istiqamətdə isə Bum qəsəbə sakini Şahid8 bağından keçib Abusədinin bağının girişindəki ağaca bağlı imiş. Xətt ağaca çayniksiz (xətti dirəyə bağlayan, onun möhkəm olmasını təmin edən əşya) bağlı imiş. Şahid8 bağında iki dirək varmış, biri rabitə dirəyi, digəri isə elektrik dirəyi imiş. Həmin xətt Absəddinin bağındakı dirəklərə bağlanmadan ağacların üstündən keçib Umarov Abusədinin bağının girişindəki ağaca bağlı imiş. Lakin hadisə baş verən köhnə xəttin nol daşıyıcı naqili Umarov Absədinin bağındakı rabitə dirəyinə çaynik ilə bağlı imiş. Faza dayşıyıcı naqil isə heç nəyə bağlanmamışdır. Faza dayşıyıcı naqil bağdan keçmiş, Şahid8 bağının girişindəki ağaca bağlanmışdır. Hadisədən bir gün əvvəl, yəni xx.xx.2022-ci il tarixdə usta və iş icraçısı Təqsirləndirilən şəxs2 və yanındakı işçilər hadisə baş verən A25 markalı 0.4 Kv-luq naqil üzərindəki abonentləri təzə xəttə köçürmüş, xx.xx.2022-ci il tarixdə sonuncu olaraq Umarov Absəddinin sayğacına təzə xətt quraşdırmış, onun evinə gələn köhnə xətti gərginlikdən kəsmişlər. Absəddinin evinə gərginlik həmin A25 markalı xəttdən getmişdir. xx.xx.2022-ci il tarixdə təxminən saat 5-də Təqsirləndirilən şəxs2 zəng vurmuş, görülən iş barədə məlumat vermiş, lakin o xətdəki bütün abonentlərin təzə xəttə keçib qutarmasını bildirməmişdir. Təqsirləndirilən şəxs2 bir xətt üzərində olan abonentlər təzə xəttə keçən kimi köhnə xətti kəsin demişdir. Xəttdəki abonentlər təzə xəttə keçdiyi üçün Təqsirləndirilən şəxs2 həmin xətti kəsməli imiş, xətti gərginlikdə saxlamalı deyilmiş. Belə ki, yerdə işə cavabdeh usta yəni Təqsirləndirilən şəxs2 imiş. O, ərazidə həmin xəttlə işlədiyi üçün xəttin bağlanma vəziyyətinə baxmalı imiş. Xəttin təhlükəsizliyinə birbaşa Təqsirləndirilən şəxs2 cavabdeh imiş. O faza daşıyıcı xəttini də rabitə dirəyinə bağlasaymış xətt heç vaxt ağacdan boşalmazmış, lakin o heç bir tədbir görməmişdir. Xəttə müdaxilə oldunduğu üçün xətt açılıb düşmüş, işçilər orada işləyəndə naqilə toxunumuş, ağacdan faza naqili açılmışdır, lakin nol naqili bağda rabitə dirəyinə bağlı olduğu üçün o möhkəm olmuş, açılmamışdır. Faza xətti heç nəyə bağlanmadan çayniksiz gəlib ağaca bağlanmış və bağlanma vəziyyəti təhlükəli yəni çayniksiz olduğu üçün açılıb düşmüşdür. Hadisə baş verən A25 markalı məftil xx.xx.2022-ci il tarixdə xəttin ağaca bağlanma vəziyyətinə baxmamış və hər hansı göstəriş verməmişdir. “Azərişıq ASC”-nin texniki direktorunun göstərişinə əsasən isə Təqsirləndirilən şəxs2 Bum qəsəbəsində aparılan yenidən qurma işlərində iş icraçısı və nəzarətçisi vəzifəsi həvalə olunmuş, Elxan iş görülən ərazidə olduğu üçün onun bütün təhlükəsizlik təbirlərinə riayət etdiyini və iş yerini yoxladığını düşünmüş, buna görə də xx.xx.2022-ci il tarixdə iş görülən əraziyə getməmiş və 391 nömrəli naryadı X8 Təchizatı Satışı İdarəsinin Qəbələ rayon elektrik şəbəkəsində bağlamışdır. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 Cinayət Məcəlləsinin 313 və 314.2-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərinin törətmələri iş üzrə toplanmış, məntiqi baxımdan biri-birini tamamlayan və məhkəmə istintaqında tədqiq olunmuş aşağıdakı sübutlarla öz təsdiqini tapır. Belə ki, məhkəmə iclasında zərərçəkmiş şəxsin hüquqi varisi X10 ifadəsində göstərmişdir ki, X9 onun balaca övladıdır. Oğlu həmişə qonşuda olan digər uşaqlarla ilə birgə hadisə baş verən çay kənarında oynamışdır. Azər işiq ASC-nin yenidən qurma layihəsi əsasında təxminən 2 ay əvvəl Bum qəsəbəsində köhnə elektrik naqillərini yeni elektrik xəttləri ilə əvəz edilmiş, daha sonra Qəbələ rayon elektrik şəbəkəsinin əməkdaşları köhnə xəttlərə elektrik gərginliyinin verilməsini dayandırmış, həmin xəttləri kəsib yığışdırmış, onlar həmçinin köhnə sayğacları yeni smart sayğaclar ilə əvəz edirmiş. Köhnə xəttlərin hamısının üstü açıq imiş, alminium materialdan elektrik naqili imiş. Yeni xəttlərin hamısı isə qara örtüklü naqil imiş. xx.xx.2022-ci il tarixdə səhər saatlarından Qəbələ rayon elektrik şəbəkəsinin əməkdaşları məhlədə işləməyə başlamışdır. Hadisə baş verən naqilin bir ucu çay kənarı ərazidəki elektrik dirəyinə bağlı imiş, digər ucu qonşu Şahid8 bağından keçirmiş. xx.xx.2022-ci il tarixdə saat 08:30 radələrində qardaşı Ağası zəng vurub Aqşini çay kənarında tok vurub bildirmişdir. Qonşular işçilərin xx.xx.2022-ci il tarixdə qonşu Şahid8 bağına gedən naqili elektrik dirəyindən aralayıb, təxminən yerə bir metr məsafədə sallaq vəziyyətdə qoyub getdiklərini bildirmişdir. Belə ki, onlar naqilə elektrik gərginliyinin verilməsini dayandırmalı imiş, lakin səhlənkarlıq edərək dayandırmamış getmiş, işlərini yarımçıq qoymuşlar. Zərərçəkmiş şəxsin hüquqi varisi X10 onu da qeyd etdi ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 ilə barışmışdır və onlardan heç bir şikayəti, yaxud tələbi yoxdur. Bu barədə tərəfindən 22 may 2023-cü il tarixdə məhkəməyə ərizə təqdim olunmuşdur. Məhkəmə iclasında Şahid4 ifadəsində göstərmişdir ki, Qəbələ rayon elektrik şəbəkəsinin əməkdaşları bir neçə aydır ki, Bum qəsəbəsində köhnə xəttləri kəsmiş və sayğacları dəyişmiş, xx.xx.2022-ci il tarixdə onlar qonşu Şahid8 bağına gedən naqili elektrik dirəyindən aralayıb, təxminən yerə bir metr məsafədə sallaq vəziyyətdə qoyub getmişlər. xx.xx.2022-ci il tarixdə saat 16:30 radələrində maşın ilə evə gedərkən onları Aqşinin öldüyü ərazidə yerləşən elektrik dirəyindən yuxarı hissədəki köhnə elektrik naqillərini kəsib götürən zaman görmüş, həmin zaman Aqşininin ölümünə səbəb olan naqili isə yerə sallanırmış. Naqil çəpər hissədə nisbətən yuxarıda imiş, buna görə çəpərin dibi ilə oradan keçmiş, naqil maşına dəyməmişdir. İşıq işçiləri orada olduğu üçün xəttə gərginlik verilməsini dayandırdıqlarını düşünmüşdür. xx.xx.2022-ci il tarixdə saat 19:30 radələrində maşını ilə həmin çay kənarı hissədən keçmiş, naqil yenə həmin sallaq vəziyyətdə imiş. Naqil sallandığı üçün yenə çəpərin lap dibi ilə keçmişdir. Naqil günortadan işçilər orada işləyən vaxtdan yerə sallanırmış. Onlar köhnə naqilə elektrik gərkinliyinin verilməsini dayandırmalı imişlər, lakin səhlənkarlıq edərək dayandırmamış, işlərini yarım qoymuşlar. Naqilin bir ucu çay kənarı ərazidəki elektrik dirəyinə bağlı imiş, digər ucu qonşu Şahid8 bağından keçirmiş. xx.xx.2022-ci il tarixdə səhər saatlarında qonşu Şahid1 zəng vurub Aqşini elektrik cərəyanın vurduğunu bildirmişdir. xx.xx.2022-ci il tarixdə şəbəkə əməkdaşları Aqşinin toxunduğu naqilin bağlı olduğu dirəyə qədər xəttləri kəsiblərmiş, Aqşininin ölümünə səbəb olan xəttə çatdıqda dayanmışlar. A25 markalı xətt qonşu Şahid8 bağındakı dirəkdən yuxarıya doğru davam edirmiş, Onlar digər xəttləri kəsərkən hadisə baş verən A25 markalı xəttə toxunduqları üçün xətt boşalıb sallanmışdır. Onlar naqilə toxunmasa boşaltmasa öz-özünə naqil sallanmazmış. Şəbəkə işçiləri iş vaxtı bitdiyi üçün naqili gərginlikdə qoyub kəsməmişlər. Həmin naqil uzun illərdir ki, orada imiş. İndiyə kimi yerə sallanmamışdır. Naqil əvvəllər heç sallanmamışdır, naqil məhz xx.xx.2022-ci il tarixdə Elektrik işçiləri o ərazidə işlədikdən sonra sallanmışdır. Məhkəmə iclasında şahid X8 Təchizatı Satışı İdarəsinin Sağlamlıq Əməyin təhlükəsizliyi və X12 şöbəsinin mühəndəsi Şahid6 ifadəsində göstərmişdir ki, “Elektrik və istilik qurğularının istismarında təhlükəsizlik texnikası Qaydası”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarının 2.9-cu bəndinə əsasən işlərin yerinə yetirilməsinə nəzarət işə buraxılışdan sonra briqada tərəfindən təhlükəsizlik tələblərinə riayət edilməsinə nəzarət iş icraçısına (məsul rəhbərə, nəzarətçiyə) həvalə olunur. İş icraçısı (məsul rəhbər, nəzarətçi) öz işini elə təşkil etməlidir ki, iş sahəsinin daha təhlükəli işlərin yerinə yetirildiyi hissəsində olmaqla mümkün qədər bütün briqada üzvlərinə nəzarəti apara bilsin. 2.1.13-İş icraçısı cavabdehdir: a) hazırlanmış iş yerinin tam hazırlıq tədbirlərində nəzərdə tutulan tələblərə və naryadda xüsusi göstəriş verilən tədbirlərlə uyğunluğuna; b) briqada üzvlərinin xüsusi təlimatlandırılmasının dəqiqliyinə və tam olmasına; c) zəruri mühafizə vasitələri, alət, inventar və cihazların mövcudluğuna, sazlığına və düzgün istifadə edilməsinə; d) iş yerində, şəxsləri mümkün təhlükələrdən xəbərdar etmək üçün, müəyyən davranışların qadağan edilməsinə və ya bu barədə xəbərdarlıq edilməsinə, həmçinin istifadəsinə məhdudiyyətlər qoyulan və ya istifadəsi təhlükəli və (və ya) ziyanlı istehsalat amillərinə, torpaqlanma qurğusunun, bağlayıcı qurğuların təsirinin istisnası və azaldılması ilə bağlı olan təhlükəli obyektlərin yerləşməsi barədə informasiya daşıyan çəpərlənmə, təhlükəsizlik plakatlarının (nişanlarının) qorunmasına; e) onun özünün və briqada üzvlərinin, işlərin təhlükəsiz aparılmasına və təhlükəsizlik üzrə qaydalara riayət etməsinə; f) briqada üzvlərinə daimi nəzarətin həyata keçirilməsinə. 391 nömrəli naryad buraxılış vərəqəsinə əsasən iş icraçısı usta Təqsirləndirilən şəxs2 olmuş, o iş görülən ərazinin təhlükəsizliyini yoxlamalı, xəttdəki bütün abonentlər təzə xəttə keçdiyi halda xəttin kəsilməsini təmin etməli imiş. 391 nömrəli naryada əsasən buraxılış verən Elxan imiş, naryadın ikinci səhifəsindəki buraxılış verən hissədəki imza Elxanın imiş, belə ki, 391 nömrəli naryada əsasən iş içraçısına təkrar gündəlik briqadanı işə buraxmağa icazə verilirmiş. Həmin imza Elxanın briqadanı işə buraxmağını təsdiq edirmiş. İş rəhbəri Natiq, iş icraçısı və nəzarət edən isə Elxan olmuşdur. Elektrik və istilik qurğularının istismarında təhlükəsizlik texnikası Qaydası”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarının 2.7-ci bəndinə əsasən iş yerinin hazırlanması və işə buraxılış üçün icazənin verilməsi maddəsinə əsasən iş yerinin hazırlanması və briqadanın işə buraxılışı yalnız iş yerinin hazırlanması və briqadanın işə buraxılışı üçün icazə vermə hüququ olan işçinin icazəsini aldıqdan sonra yerinə yetirilə bilər.2.7.2- İş yerinin hazırlanması və briqadanın işə buraxılışı üçün icazə iş yerinin hazırlanması və briqadanın işə buraxılışını yerinə yetirən işçiyə şəxsən, telefonla, radiorabitə ilə və ya internetlə, kuryer vasitəsilə və ya operativ heyət vasitəsilə verilir. İş yerinin hazırlanması və briqadanın işə buraxılışı üçün bu cür icazənin briqadanın iş yerinə gələnə qədər verilməsinə icazə verilmir. 2.7.3. Briqadanın işə buraxılışına yalnız bir naryad üzrə icazə verilir. 2.12.2-ci bəndinə əsasən İş tam qurtardıqdan sonra iş icraçısı (nəzarətçi) briqadanı iş yerindən çıxarmalı, texnoloji təchizatı yığışdırmalı (briqada tərəfindən quraşdırılmış çəpərlər, əldə daşınan təhlükəsizlik plakatları, bayraqcıqlar və səyyar torpaqlanmaları (torpaqlanma bıçaqlarını açmalı), elektrik qurğusunun qapılarını qıfılla bağlamalı və naryadda öz imzası ilə işin tam qurtarmasını sənədləşdirməlidir. İşin rəhbəri iş yerini yoxladıqdan sonra işin tam qurtarmasını naryadda sənədləşdirir. 2.12.3. İş icraçısı (nəzarətçi) işəburaxana, o olmadıqda isə iş yerinin hazırlanmasına və işəburaxılışa icazə verənə işin tam qurtarması haqqında və onlar tərəfindən bu Qaydanın təhlükəsizlik tələblərini yerinə yetirdikləri barədə məlumat verməlidir. Yəni naryad iş görülən ərazidə və ya idarədə açılıb, həmin ərazi yoxlandıqdan sonra yalnız iş görülən ərazidə bağlanmalı imiş. A25 markalı 0.4kv-luq naqili çay kənarı hissədən aşağıdakı transformatordan gərginlikdən ayırmaq olarmış. Həmçinin xətt qəzalı olduğu, yəni dirəyə yox ağaca bağlandığı, həmçinin çayniksiz olduğu üçün həmin xətt kəsilməli və ya gərginlikdən ayrılmalı imiş. Xəttin ağaca bağlanması, həmçinin çayniksiz bağlanması onun təhlükəli olması demək imiş. Xəttin ağaca bağlanması yol verilməz səhv imiş. Bununla bağlı tədbir görülməli imiş. “Azərişıq ASC”-nin texniki direktorunun xx.xx.2022-ci il tarixli № 8-22/066 saylı göstərişinə əsasən Qəbələ rayon Bum qəsəbəsində aparılan yenidənqurma işlərində iş içraçısı və nəzarətçisi vəzifəsi usta Təqsirləndirilən şəxs2 həvalə edilmiş, “Azərişıq ASC”-nin texniki direktorunun xx.xx.2022-ci il tarixli № 8-22/062 saylı göstərişinə əsasən Qəbələ rayon Bum qəsəbəsində aparılan yenidənqurma işlərində iş rəhbəri vəzifəsi baş mühəndis Təqsirləndirilən şəxs1 həvalə edilmişdir. Təqsirləndirilən şəxs2 iş sonunda elektrik gərginliyi olan xəttin dirəyə bağlanma vəziyyətini yoxlamalı, həmçinin xəttə üzərində heç bir abonent qalmamasına baxmayaraq xəttə gərginlik verilməsini dayandırmalı, xətti kəsməli, xəttin ağaca təhlükəli vəziyyətdə bağlandığını gördüyü halda xəttin dirəyə sağlam və təhlükəsiz vəziyyətdə bağlanmasını təmin etməli imiş. Təqsirləndirilən şəxs1 isə Elektrik və istilik qurğularının istismarında təhlükəsizlik texnikası Qaydası”nın 2.12-ci bəndinə əsasən (işin rəhbəri iş yerini iş icraçısından qəbul edərək onun tam və etibarlı yerinə yetirilməsini yoxlamalı, işəburaxan iş yerinə baxış keçirməli) iş yerinə gələrək görülən işi yoxlamalı, iş yerinə baxış keçirməli imiş. Həmçinin baş mühəndisin vəzifə təlimatına və “Elektrik və istilik qurğularının istismarında təhlükəsizlik texnikası Qaydası”nın əsasən Təqsirləndirilən şəxs1 sənədləşməni düzgün aparmalı və iş yerini iş icraçısından qəbul edərək onun tam və etibarlı yerinə yetirilməsini və iş yerini yoxladıqdan, iş yerinə baxış keçirdikdən sonra naryad buraxılış vərəqəsini imzalamlı imiş. Məhkəmə iclasında Şahid1 ifadəsində göstərmişdir ki, xx.xx.2022-ci il tarixdə Qəbələ rayon Bum qəsəbəsində Şahid8gildə yasda olarkən şəbəkənin işçiləri gəlmiş, gələnlərdən tək Təqsirləndirilən şəxs2 tanıyırmış, onlar Şahid8 qapısında köhnə sayğacı söküb yenisini qoymuşlar, qapıda onların işlədiyini görmüş, lakin sonra onları görməmişdir. xx.xx.2022-ci il tarixdə səhər 07:00 radələrində yas mərasimində imiş. Həmin vaxt Qəbələ rayon Daşlıca kənd sakini X13 elektrik naqilinin yola düşdüyünü, gediş-gəlişə mane olduğunu bildirmişdir. Saat təxminən 08:30 radələrində yas evindən yola çıxmış, elektrik naqilinə baxarkən qonşu X3 hər iki əli ilə sallaq vəziyyətdə naqildən tutmuşdur. Naqilin çaykənarı hissədə sallanma məsafəsi daha aşağıdan imiş, çəpər hissəyə doğru naqil nisbətən yuxarıda imiş. Çəpər hissədə təxminən 2 metr məsafəyədək yerə sallanırmış. Tez yaxına getmiş, Aqşin huşsuz və göyərmiş vəziyyətdə imiş. Onu elektrik cərəyanının vurduğunu anlamış, yoldan budaq götürüb naqilə vurmuş, naqil Aqşinin əlindən çıxmışdır. Onu çaydan kənara çıxarmış, nəfəs almadığını görmüş, Aqşinin elektrik cərəyanının vurması nəticəsində öldüyünü anlamışdır. Hər ehtimala qarşı təcili tibbi yardıma zəng vurmuş, işıq idarəsində işləyən Elşən adlı şəxsə zəng vurub uşağı elektrik cərəyanı vurub, işıqları söndürün demişdir. Məhkəmə iclasında Şahid2 ifadəsində göstərmişdir ki, 2017-ci il tarixdən Qəbələ İşıq İdarəsində hava kabel xidmətində elektrik quraşdırıcısı vəzifəsində işləmişdir. Onlar Qəbələ rayon Bum qəsəbəsində xx.xx.2022-ci il tarixdən yeni quraşdırılmış transformatorlara və kabelləşdirilmiş ərazidə əhalinin yeni kabel xəttinə qoşulması və çıxış xəttinin verilməsi üçün yenidən qurma və tamamlama işlərinə başlamış, əsas işləri köhnə sayğacları yeni smart sayğaclarla əvəz etmək, sayğacı yeni xəttə birləşdirmək və sayğaca gələn köhnə xətti kəsməkdən ibarət olmuşdur. Onlar Qəbələ rayon Bum qəsəbəsində hadisə baş verən ərazidə xx.xx.2022-ci il tarixdən 15 günlük açılmış № 391 naryad buraxılış vərəqəsi əsəsında işləmiş, naryadın müddəti xx.xx.2022-ci il tarixdə bitmişdir. Görlən işə rəhbərliyi baş mühəndis Təqsirləndirilən şəxs1 nəzarəti isə Təqsirləndirilən şəxs2 həyata keçirirmiş. xx.xx.2022-ci il tarixdə o Təqsirləndirilən şəxs2la Bum qəsəbə sakini Şahid8 bağının önündə işləyirmiş. Hadisə baş verən bağlı olduğu dirəyin biri çay kənar hissədə yerləşirmiş. Hansı ki, Ağasıyev Aqşini orada gərginlik vurmuşdur. A25 markalı 0.4kv-luq naqil Şahid8 bağından keçin bağın ön hissəsində olan ağaca bağlı imiş. Abusəddinin də evinə həmin A25 markalı naqildən gərginlik gəlirmiş. Təxminən saat 4 radələrində Absəddinin evinə gərginlik verilməsini dayandırıb onun sayğacını çölə çıxarıb ona yeni xəttdən gərginlik vermişlər. Həmin ağaca çıxıb Absəddinin evinə gedən xətti o kəsmişdir. Həmçinin ağacdan üzü yuxarı gedən ümumi xətti Təqsirləndirilən şəxs2 göstərişi ilə kəsmişdir. Xətti kəsəndə gərginlik dayandırılmışdır. Absəddinin qapısındakı ağaca çatana qədər bağda iki dirək var imiş. Onların biri rabitə dirəyi imiş. Digəri isə çürük dirək imiş. Həmin iki dirəklə işləməmişlər və ona toxunmamışlar. Çünki həmin dirəklərdən heç bir abonentə xətt getmirmiş. Həmin dirəklərdən A25 markalı naqil üzü yuxarı gedirmiş. xx.xx.2022-ci il tarixdə A25 markalı 0.4kv-luq xəttdəki abonentlər təzə xəttə keçmişdir. Xətti kəsmək üçün baş mühəndis Təqsirləndirilən şəxs1 Təqsirləndirilən şəxs2 Elxanın isə ona göstərişini gözləyirmiş. İşə Təqsirləndirilən şəxs2 nəzarət edirmiş. Bağdakı dirəklər köhnə olsa da Elxan bağa keçib naqilin dirəyə bağlanma vəziyyətinin təhlükəsizliyini yoxlamamışdır. Həmin gün artıq yuxarı qalxmamışlar, aşağıda işləmiş, oradan da evə getmişlər. Növbəti gün isə Bum qəsəbəsində çay kənarı hissədə uşağı cərəyan vurub öldüyünü öyrənmişdir. Onun kəsdiyi xətt ağaca bağlı olmuş, naqilin bağlandığı rabitə dirəyi köhnə imiş naqil oradan boşala bilərmiş. Onlar orada olanda naqil sallanmamışdır. Məhkəmə iclasında Şahid3 ifadəsində göstərmişdir ki, Qəbələ rayon elektrik şəbəkəsinin əməkdaşları bir neçə aydır ki, Bum qəsəbəsində köhnə xəttləri kəsib götürürlərmiş. xx.xx.2022-xx.xx.2022-ci il tarixlərdə hadisə baş verən məhlədə xəttləri kəsir və sayğacları dəyişirmişlər, Bum qəsəbəsində əksər köhnə xəttlər qəzalı vəziyyətdəymiş, elektrik şəbəkəsi səhlankarlıq etmiş və xəttləri vaxtında təmir etməmişlər. xx.xx.2022-ci il tarixdə səhər saatlarında şəbəkə işçiləri Bum qəsəbəsinə gəlib işləmiş, hadisə baş verən ərazidəki naqili kəsməmişlər. xx.xx.2022-ci il tarixdə axşam saat 19-20 radələrində elektrik naqilinin yer sallandığını görmüşdür. Naqil təxminən 1 metr məsafədə yola sallanırmış. Hadisə baş verən A25 markalı naqildən yuxarıdakı naqili kəsdikləri üçün A25 markalı naqil də boşalıb sallanmışdır. O, şəbəkə işçilərinin naqildəki gərginliyi dayandırdığını düşünmüşdür, çünki həmin ərazidə artıq bütün sayğaclar dəyişilmişdir. xx.xx.2022-ci il tarixdə saat 08:40 radələrində qonşu Ağasıyev Aqşini tok vurduğunu öyrənmişdir. O gələndə Aqşini xəstəxanaya aparmışlar. Naqil də axşamkı kimi yerə sallanmış vəziyyətdə imiş. Bu zaman elektrik işçisi Elxan gəlmiş, ona niyə xətti dünəndən kəsməmisən demiş, Elxan isə bildirmişdir ki, “indi gəldim kəsim”. Ona dünəndən niyə kəsmirdin sayğaclar dəyişilmişdi, gərək uşaq ölə sonra kəsəsən demiş, Elxan bildirmişdir ki: “ Nəbilime, kəsmədim də, dedim sabah kəsərəm”. Sonra hadisə yerinə polis və prokurorluq əməkdaşları gəlmişdir. Məhkəmə iclasında Şahid11 ifadəsində göstərmişdir ki, 2020-ci il tarixdən Qəbələ rayon Elektrik şəbəkəsinin rəisidir. “Azərişıq” Səhdar Cəmiyyətinin 2017-ci il tarixli yeni qurma layihəsi əasında 2020-ci il tarixdən “Enerji Construction MMC” Bum qəsəbəsində yeni elektrik xəttləri çəkməyə başladılar. Dayaqları quraşdırdılar. İşçilər hadisə baş verən ərazidə xx.xx.2023-cü il tarixdən yeni quraşdırılmış transformatorlara və kabelləşdirilmiş ərazidə əhalinin yeni kabel xəttinə qoşulması və çıxış xəttinin verilməsi üçün yenidən qurma və tamamlama işlərinə başladılar. Onların əsas işini köhnə sayğacları yeni smart sayğaclarla əvəz etmək, sayğacı yeni xəttə birləşdirmək və sayğaca gələn köhnə xətti kəsməkdən ibarətdir. № 391 naryad buraxılış 15 günlük açılmışdır. Naryadın müddəti xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixədəkdir. Yeni naryad xx.xx.2022-ci il tarixdə açılmışdır. X15 yeni smart sayğaclarla təmin edir, yeni kabellər çəkir, köhnə xəttdən yeni xəttə keçir. “Enerji Construction MMC” təxminən bir il yarımdır ki, Bum qasəbəsinə gəlib İOKV-İuq transformatorları quraşdırıb, 0.4 xəttləri çəkib və hadisə baş verən ərazidə təxminən 10 gün əvvəl, yəni xx.xx.2022-ci il tarixdə işi təhvil verib gediblər. xx.xx.2022- ci il tarixdən Bum qəsəbəsində 10 KV-luq ******* kodlu 400 KVA KTM-in 0.4 KV-luq şəbəkəsində köhnə xəttə qoşulmuş sayğacların yeni xəttin üzərinə köçürülməsinə Təqsirləndirilən şəxs1 rəhbərlik etmiş, Təqsirləndirilən şəxs2 isə iş icraçısı olmuşdur. xx.xx.2022-ci il tarixdə Natiq zəng vurub bildirmişdir ki, Bum qəsəbəsində uşağı cərəyan vurmuşdur. Məhkəmə iclasında Şahid10 ifadəsində göstərmişdir ki, xx.xx.2022-ci il tarixdə Şəbəkə işçiləri Şahid8 bağı tərəfdə işləyirmiş. Aqşini vuran xəttdə qalan sonuncu abonent Abusəddin imiş. Onlar xx.xx.2022-ci il tarixdə sonuncu dəfə Absəddinin həyətində işləmiş, Abusəddinin sayğacını çıxarıb çölə qoymuş, ona yeni xəttdən gərginlik vermişlər. Hadisə baş verən A25 markalı naqil çay kənarı ərazidə üzü yuxarı istiqamətdə sol tərəfdə dirəyə bağlı imiş. Digər ucu isə yolun sağ tərəfində Abusəddinin bağında dirəyin yanından keçirmiş. Abusəddinin bağında rabitə dirəyi və işıq dirəyi olsa da o xətt bağda heç bir dirəyə bağlı deyilmiş. Xətt dirəklərin yanından keçib gedirmiş. Xəttin bağlanma yeri Abusəddinin həyət qapısının önündəki ağac imiş. Xətt bağdan keçib gəlib yalnız o ağaca bağlı imiş. xx.xx.2022-ci il tarixdə təxminən saat 17 radələrində öz bağına gedəndə həmin A25 markalı naqilin çay kənarı hissədə sallandığını görmüş, lakin işıq işçilərini görməmişdir. Naqilin çaykənarı hissədə yerə sallanma məsafəsi yerə çox yaxın imiş, yolun digər tərəfində bağa doğru xətt nisbətən yuxarıda imiş. Bağda ağaclar xətti tam yerə sallanmasına mane olmuşdur. Lakin bağın içində də açıq olan yəni ağacların tutmadığı hissələrdə də xətt yerə tam sallanmışdır. Abusəddinin qapısına çatanda Abuəsddinin evinə gedən xəttin həmin ağacdan kəsildiyini görmüşdür. Xətti həmin ağac saxlayırmış. Abusəddinin evinə də həmin xəttdən işıq gedirmiş. Abusəddinin evinə gedən xətti kəsəndən sonra xətti ağaca bağlayan nəsə qalmamışdır. Hadisə baş verən A25 markalı xəttdən faza yerdə imiş, nol isə ağaca bağlı imiş. Ağacda xəttin bağlanması üçün heç bir çaynik yox imiş. Xətt dartılıb ağaca bağlanmışdır. Xətt keyfiyyətsiz bağlandığı üçün faza ağacdan açılıb yerə düşümş, nol isə hələ ağacda imiş. Abusəddinin bağındakı dirəkdən üzü yuxarı gedən ümumi xəttdə kəsilmişdir. Onun evinə gedən xətt də kəsildiyi üçün Aqşini vuran xətt artıq tamam boşalmışdır. Həmin xəttə hadisə baş verən çay kənarı hissədən aşağıdakı transformatordan gərginlik gəlirmiş, çay kənarı hissədə xətt dirəyə bağlı olduğu üçün onda gərginlik qalmışdır. Xətt yerdə olsa da xəttə gərginlik olmadığını güman etmişdir. Çünki xəttdə artıq abonent qalmamışdır. Şəbəkə işçilərinin xəttin açıldığını görüb-görmədiklərini bilməmişdir. Lakin onlar ağacdan xətt kəsildiyi üçün xəttin ağaca təhlükəli, yəni çayniksiz dartılıb bağlandığını bilirlərmiş. Həmçinin onlar da bilməli imiş ki, Abusəddinin evinə gedən və üzü yuxarı gedən ümumi xətt kəsildiyi üçün Aqşini vuran xətt də ağacdan boşalıb açıla bilər. Onlar Aqşini vuran xəttin ağaca möhkəm bağlanaması üçün heç bir tədbir görməmişlər. Eyni zamanda xəttdə heç bir abonent qalmasa da xəttdə gərginlik qalmışdır. xx.xx.2022-ci il tarixdə səhər saatlarında çöldən səslər gəlmiş, o tez çölə çıxmış, o çıxanda qonşu Ağasıyev Aqşini artıq xəstəxanaya aparmışlar. Xətt xx.xx.2022-ci il tarixdə o gördüyü vəziyyətdə imiş. Şahid5 17 may 2023-cü il tarixdə məhkəməyə teleqram ünvanlayaraq ibtidai istintaq zamanı vermiş olduğu ifadəsini təsdiq etmiş, işi ilə əlaqədar məhkəmə iclasında iştirak edə bilməyəcəyini göstərmişdir. İşdə olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi X19 23 avqust 2022-ci il tarixli 23 nömrəli məhkəmə-tibbi ekspertizası rəyindən görünür ki, X5 meyiti üzərində bədənin yüksək gərginlikli elektrik cərəyanının təsiri nəticəsində sağ əlin birinci barmağının və sol saidin arxa aşağı 1/3-nin elektrik nişanələri (yanıqları) kimi xəsarəti vardır. Həmin xəsarətlər həyati olub onun ölümündən qısa müddət əvvəl qərarda göstərilən tarixdə və şəraitdə yəni 28 iyul 2022-ci ildə yüksək gərginlikli elektrik cərəyanının təsirindən törənmişdir. Dərəcəsinə görə həmin xəsarətlər ağır ölümlə nəricələnmiş və həyat üçün təhlükəli olan AĞİR dərəcəli bədən xəsarəti kimi qiymətləndirilir. X5 ölümünə səbəb bədənə birbaşa təsir edən yüksək gərginlikli elektrik cərəyanı olmuşdur. Onun ölümünün baş vermə müddəti ilkin inkişaf etmiş meyit əlamətlərinə və işə dair toplanmış məlumatlara əsasən meyitin müayinəsindən yəni 28 iyul 2022-ci il saat 10:45-dən 2-3(iki-üç) saat əvvəl baş verməsinə uyğun gəlir. X5 qərarın təsviri hissəsində göstərilən tarixdə və şəraitdə yəni 28 iyul 2022-ci il tarixdə yüksək gərginlikli elektrik cərəyanının vurması nəticəsində ölməsi mümkündür. İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə-texniki təhlükəsizliyi ekspertizasının 05 dekabr 2022-ci il tarixli 10/6049 saylı rəyindən görünür ki, Qəbələ rayonu, Bum qəsəbəsi ərazisində A25 markalı, 0.4 kV-luq naqil elektrik dirəyinə yolverilməz üsulla, o cümlədən izolyatorlardan və yaxud izolyasiya materiallarından olan traverslərdən istifadə olunmadan birləşdirilməsi baş vermiş hadisənin texniki səbəbi olmuşdur. Baş vermiş hadisə ilə əlaqədar “Elektrik və istilik qurğularının istismarında təhlükəsizlik texnikası Qaydası” nın 2.1.8 bəndinin və “Elektrik qurğularının quraşdırılması Qaydasının “ 2.4.4.2 bəndinin tələbləri pozulmuşdur. Qəbələ rayonu, Bum qəsəbəsi ərazisində 10 kV-luq Bum hava xəttində yenidənqurma işlərinin aparılması bitdikdən sonra sözügedən ərazidə olan A25 markalı, 0.4 kV-luq naqilin dirəyə təhlükəli üsulla keçirilməsi (izolyatorlardan və yaxud izolyasiya materiallarından olan traverslərdən istifadə olunmadan) müəyyən edilib aradan qaldırılmadan xəttə verildiyinə görə, “Elektrik və istilik qurğularının istismarında təhlükəsizlik texnikası qaydasının” 2.1.8 bəndinin və “Elektrik qurğularının quraşdırılması Qaydası”nın 2.4.4.2 bəndinin tələbləri iş materiallarında olan 400 nömrəli Naryad-Buraxılış sənədinə əsasən yenidənqurma işlərinin təhlükəsiz görülməsinə cavabdeh təyin edilmiş iş rəhbəri Qəbələ EŞ-nin baş mühəndisi Təqsirləndirilən şəxs1 və iş icraçısı usta Təqsirləndirilən şəxs2 tərəfindən pozulmuşdur. İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyin Məhkəmə Ekspertizası Mərkəzinin komisyon məhkəmə-texniki təhlükəsizliyi ekspertizasının 08 fevral 2023-cü il tarixli 10/282 saylı rəyindən görünür ki, Qəbələ rayonu, Bum qəsəbəsi ərazisində A25 markalı, 0.4 kV-luq naqil elektrik dirəyinə yolverilməz üsulla, o cümlədən izolyatorlardan və yaxud izolyasiya materiallarından olan traverslərdən istifadə olunmadan birləşdirilməsi baş vermiş hadisənin texniki səbəbi olmuşdur. Baş vermiş hadisə ilə əlaqədar “Elektrik və istilik qurğularının istismarında təhlükəsizlik texnikası Qaydası” nın 2.1.8 bəndinin və “Elektrik qurğularının quraşdırılması Qaydasının “ 2.4.4.2 bəndinin tələbləri pozulmuşdur. Qəbələ rayonu, Bum qəsəbəsi ərazisində 10 kV-luq Bum hava xəttində yenidənqurma işlərinin aparılması bitdikdən sonra sözügedən ərazidə olan A25 markalı, 0.4 kV-luq naqilin dirəyə təhlükəli üsulla keçirilməsi (izolyatorlardan və yaxud izolyasiya materiallarından olan traverslərdən istifadə olunmadan) müəyyən edilib aradan qaldırılmadan xəttə verildiyinə görə, “Elektrik və istilik qurğularının istismarında təhlükəsizlik texnikası qaydasının” 2.1.8 bəndinin və “Elektrik qurğularının quraşdırılması Qaydası”nın 2.4.4.2 bəndinin tələbləri iş materiallarında olan 391 nömrəli Naryad-Buraxılış sənədinə əsasən yenidənqurma işlərinin təhlükəsiz görülməsinə cavabdeh təyin edilmiş iş rəhbəri Qəbələ EŞ-nin baş mühəndisi Təqsirləndirilən şəxs1 və iş icraçısı usta Təqsirləndirilən şəxs2 tərəfindən pozulmuşdur. “Elektrik və istilik qurğularının istismarında təhlükəsizlik texnikası Qaydası”nın 2.1.4 bəndinin tələblərinə əsasən naryad verən, sərəncam verən, cari istismar qaydasında yerinə yetirilən iş siyahısını təsdiqləyən şəxs, işlərə məsulrəhbər, icazə verən şəxs, işlərin icraçısı, müşahidəçi, briqada üzvləri işlərin təhlükəsiz aparılmasına cavabdeh şəxslərdir. Həmin qaydanın 2.1.5 bəndinin tələblərinə əsasən naryad və sərəncam verən şəxs naryadda (sərəncamda) göstərilən təhlükəsizlik tədbirlərinin tam və dürüst olmasına, işlərin icraçısı daxil olmaqla, iki və daha artıq işçidən ibarət briqadanın tərkibinə dair mütəxəssis təyinatına və sayına, işlərin təhlükəsiz yerinə yetirilməsi üçün məsul şəxslərin təyin olunmasına, işçi naryadda sadalanan qrupların görülən işə uyğun olmasına, həmçinin işin məsul rəhbərinə (işin icraçısı, müşahidə edən) məqsədli təlimatın keçirilməsinə cavabdehdir. Həmin qaydanın 2.1.8 bəndinin tələblərinə əsasən iş yerlərinin hazırlığına, elektrik və ya istilik qurğularında işlərə buraxılış verən işçi avadanlıq və qurğuların açılmasına dair əmrlərin verilməsi və onların yerinə yetirilməsinin təsdiqlənməsinə, həmçinin, elektrik və ya istilik qurğuları və şəbəkələrinin faktiki sxemini nəzərə almaqla, naryad ilə təyin olunmuş iş yerlərinin hazırlığı üzrə tədbirlərə müvafiq olaraq qurğuların və avadanlıqların müstəqil şəkildə açılmasına, idarəçiliyində olan avadanlığın açılmasının və qoşulmasının təhlükəsiz həyata keçirilməsinin mümkün olubolmamasına, elektrik və ya istilik qurğularında işlərəburaxılan briqadaların, vaxt və yerlərinin koordinasiyası, həmçinin briqadaların qeydiyyatı, elektrik və ya istilik qurğularında işə buraxılmış bütün briqadalardan işlərin tam bitirilməsi, elektrik və ya istilik qurğularının işə qoşulma mümkünlüyü barədə məlumatların alınmasına, buraxılan briqadaların iş apardıqları yerlərə gərginliyin və ya istilik daşıyıcılarının verilməsini istisna etmək məqsədilə, verilən göstərişlərin, həmçinin kommutasiya aparatlarının qoşulması üzrə müstəqil hərəkətlərin düzgünlüyünə cavabdehdir. Həmin qaydanın 2.1.10 bəndinin tələblərinə əsasən işlərə məsul rəhbər naryadda göstərilən iş yerlərinin hazırlanması üzrə bütün tədbirlərin yerinə yetirilməsinə və tam həcmdə olmasına, onun tərəfindən təyin edilmiş işlərin icra şəraitinə görə əlavə təhlükəsizlik tədbirlərinin görülməsinə, briqadanın mütəxəssis baxımından tam olmasına, işlərə buraxılış verən və iş icraçısı tərəflərin keçirdiyi xüsusi təlimlərin keyfiyyətinə, o cümlədən işlərin təhlükəsiz aparılmasının təşkil edilməsinə görə cavabdehdir. Həmin qaydanın 2.1.13 bəndinin tələblərinə əsasən iş icraçısı hazırlanmış iş yerinin tam hazırlıq tədbirlərində nəzərdə tutulan tələblərə və naryadda xüsusi göstəriş verilən tədbirlərlə uyğunluğuna, briqada üzvlərinin xüsusi təlimatlandırılmasının dəqiqliyinə və tam olmasına, zəruri mühafizə vasitələri, alət, inventar və cihazların mövcudluğuna, sazlığına və düzgün istifadə edilməsinə, iş yerində, şəxsləri mümkün təhlükələrdən xəbərdar etmək üçün, müəyyən davranışların qadağan edilməsinə və ya bu barədə xəbərdarlıq edilməsinə, həmçinin istifadəsinə məhdudiyyətlər qoyulan və ya istifadəsi təhlükəli və (və ya) ziyanlı istehsalat amillərinə, torpaqlanma qurğusunun, bağlayıcı qurğuların təsirinin istisnası və azaldılması ilə bağlı olan təhlükəli obyektlərin yerləşməsi barədə informasiya daşıyan çəpərlənmə, təhlükəsizlik plakatlarının (nişanlarının) qorunmasına, onun özünün və briqada üzvlərinin, işlərin təhlükəsiz aparılmasına və təhlükəsizlik üzrə qaydalara riayət etməsinə və briqada üzvlərinə daimi nəzarətin həyata keçirilməsinə cavabdehdir. “Elektrik və istilik qurğularının istismarında təhlükəsizlik texnikası Qaydası”nın “2.12. İş yerinin təhvil-təslimi, naryad-buraxılışın bağlanması, işin tamamlanmasından sonra göstərişlər” başlığının tələblərinə əsasən, iş tam başa çatdıqdan sonra briqada iş yerini : səliqəyə salmalı, işin rəhbəri iş yerini iş icraçısından qəbul edərək onun tam və etibarlı yerinə yetirilməsini, iş yerində kənar əşyaların mövcud olmadığını və iş yerlərinin lazımi təmizliyini yoxlayıb sonra vaxtı və tarixi qeyd etməklə naryadın müvafiq sətrini imzalamalı (Zərurət yaranarsa, iş yerinin qəbulu və naryadın işin tam qurtarması sətrində işin rəhbərinin əvəzinə naryadı verən və ya vaxtını uzadan şəxs imzalaya bilər), iş tam qurtardıqdan sonra iş icraçısı (nəzarətçi) briqadanı iş yerindən çıxarmalı, texnoloji təchizatı yığışdırmalı (briqada tərəfindən quraşdırılmış çəpərlər, əldə daşınan təhlükəsizlik plakatları, bayraqcıqlar və səyyar torpaqlanmaları (torpaqlanma bıçaqlarını açmalı), elektrik qurğusunun qapılarını qıfılla bağlamalı və naryadda öz imzası ilə işin tam qurtarmasını sənədləşdirməlidir. İşin rəhbəri iş yerini yoxladıqdan sonra işin tam qurtarmasını naryadda sənədləşdirir. İş icraçısı (nəzarətçi) işəburaxana, o olmadıqda isə iş yerinin hazırlanmasına və işəburaxılışa icazə verənə işin tam qurtarması haqqında və onlar tərəfindən bu Qaydanın təhlükəsizlik tələblərini yerinə yetirdikləri barədə məlumat verməlidir. İşin tam qurtarmasının sənədləşdirilməsindən sonra iş icraçısı (nəzarətçi) iş yerini və naryadı işəburaxana təhvil verməli, o olmadıqda isə naryadı bunun üçün ayrılan yerdə saxlamalıdır. Əgər işin tam qurtarmasından sonra naryadın verilməsi çətinləşərsə, işəburaxanın və ya iş yerinin hazırlanmasına icazə verən şəxsin icazəsi ilə iş icraçısı (nəzarətçi) naryadı özündə saxlaya bilər. İşin tam qurtarması ilə bağlı sənədləşdirilmiş naryadı aldıqdan sonra işəburaxan iş yerinə baxış keçirməli, iş yerinin hazırlanmasına və işə buraxılışa icazə verən şəxsə işin tam qurtarması və elektrik qurğularının qoşula biləcəyi mümkünlüyü barədə məlumat verməlidir. “Elektrik və istilik qurğularının istismarında təhlükəsizlik texnikası Qaydası”nın 3.2.13.1 bəndinin tələblərinə əsasən hava xəttinin naqillərinin sökülməsi iş rəhbərinin iştirakı ilə texnoloji kart və ya layihə istehsalat işləri (Lİİ) üzrə yerinə yetirilməlidir. İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyin Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə-xəttşünaslıq ekspertizasının 27 fevral 2023-cü il tarixli 4/328 saylı rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş, 391 nömrəli naryad-buraxılış vərəqinin 1-ci səhifəsində “Naryadı verdim:” hissəsində “İmza: Əsədov” qrafasındakı imza, “İş yerini hazırlamağa və buraxılışa icazə verdim” hissəsində “Baş mühəndis Təqsirləndirilən şəxs1” yazılarının aşağı hissəsindəki imza, həmin sənədin 2-ci səhifəsinin aşağı sağ hissəsində “İş rəhbəri” qrafasındakı imza, 400 nömrəli naryad-buraxılış vərəqinin 1-ci səhifəsinin yuxarı sağ hissəsində “Əsədov N” yazılarının aşağı hissəsindəki imza, “Naryadı verdim:” hissəsində “İmza: Əsədov” qrafasındakı imza, “İş yerini hazırlamağa və buraxılışa icazə verdim” hissəsində “Baş mühəndis Təqsirləndirilən şəxs1” yazılarının aşağı hissəsindəki imza, həmin sənədin 2-ci səhifəsində “İmzalar” hissəsində “buraxılış verənin” qrafasının aşağı hissəsindəki imzalar - Təqsirləndirilən şəxs1 tərəfindən icra olunmuşdur. Ekspertizaya təqdim edilmiş, 391 nömrəli naryad-buraxılış vərəqinin 2-ci səhifəsində “Buraxılış verən” qrafasındakı imza, “İş icraçısının (nəzarətçinin)” və “İş icraçısının (nəzarətçinin imzası)” qrafalarındakı imzalar və “İş icraçısı” qrafasındakı imza - Təqsirləndirilən şəxs2 tərəfindən icra olunmuşdur. İşdə olan Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs2 əvvəllər məhkum olunmamışdır. İşdə olan Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 əvvəllər məhkum olunmamışdır. Beləliklə, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 törətdikləri cinayət əməlləri, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, zərərçəkmiş şəxsin hüquqi varisinin və şahidlərin ibtidai istintaq zamanı və ilkin məhkəmə baxışı zamanı verdikləri ifadələri, ekspert rəyləri, digər iş materialları ilə onların səhlənkarlıq edərək işlərinə vicdansız və laqeyd münasibəti nəticəsində öz xidməti vəzifələrini lazımi qaydada yerinə yetirmədiyindən onun hərəkətləri ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olmuş, həmçinin vəzifəli şəxs olaraq sair şəxsi niyyətlə rəsmi sənədə bilə-bilə yalan məlumatlar daxil edərək vəzifə saxtakarlığı cinayətlərin törətmələri tamamilə sübuta yetirildi. Onların əməlləri ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-in 313 və 314.2-ci maddələri ilə tövsif edilmişdir və onlar həmin maddələrinin sanksiyası həddində cəzalandırılmalıdır. Məhkəmə, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 cəza təyin edərkən, Azərbaycan Respublikası CM-in 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs2 cəza təyin edərkən ilk dəfə olaraq cinayətin törədilməsini, yaşadığı yer üzrə müsbət xarakterizə olunmasını, zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışıq əldə etməsini və onun Təqsirləndirilən şəxs2 qarşı heç bir şikayət və tələbin olmamasını cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs2 məsuliyyətini ağırlaşdıran hal Azərbaycan Respublikası CM-in 313-cü maddəsində nəzərdə tutulan cinayət əməlini qabaqcadan əlbir olan bir qrup şəxs halında törətmələri olmuşdur. Məhkəmə Təqsirləndirilən şəxs1 cəza təyin edərkən ilk dəfə olaraq cinayətin törədilməsini, yaşadığı yer üzrə müsbət xarakterizə olunmasını, zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışıq əldə etməsini və onun Təqsirləndirilən şəxs1 qarşı heç bir şikayət və tələbin olmamasını cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 məsuliyyətini ağırlaşdıran hal Azərbaycan Respublikası CM-in 313-cü maddəsində nəzərdə tutulan cinayət əməlini qabaqcadan əlbir olan bir qrup şəxs halında törətmələri olmuşdur. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinə əsasən, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla, daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 təqsirli bilindikləri Azərbaycan Respublikası CM-nin 314.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza, Azərbaycan Respublikası CM-nin 313-cü maddəsinin sanksiyasında isə nəzərdə tutulmuş cərimə növündə cəza və Həmin Məcəllənin 66.2 və 68.2-ci maddələrinin tələbləri nəzərə alınmaqla qəti cəza təyin edilməlidir. Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 46.2, 46.3-cü maddələrinin və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346.1.14-cü maddəsinin şərh edilməsinə dair” 14 noyabr 2011-ci il tarixli Qərarına əsasən müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddəsinin sanksiyasında əsas cəza kimi nəzərdə tutulduğu, lakin bu qisimdə təyin edilmədiyi hallarda əlavə cəza kimi tətbiq edilə bilər. Bu zaman həmin cəzanın tətbiqi şərtlərini və qaydasını nəzərdə tutan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 46-cı maddəsinə istinad edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 42 və 46.3-cü maddələrinin tələbləri baxımından müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə cəzası cərimə cəzasına əlavə cəza kimi təyin edilə bilməz. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346.1.14 və 353.2.8-ci maddələrinin tələblərinə görə cinayət qanununun müvafiq maddələrinin sanksiyasında müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə cəzasının əlavə cəza kimi tətbiq edilməsi və ya edilməməsi nəzərdə tutulduğu hallarda, məhkəmələr onun təyin edilməsinin zəruri olubolmaması məsələsini müzakirə etməli və hökmdə bu cəzanın təyin edilməsi haqqında qərarın motivlərini göstərməlidirlər. Məhkəmə yuxarıda şərh olunan halları, törədilmiş cinayətlərin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini, təqsirkarların şəxsiyyətini, cəzanı yüngülləşdirən halları, qeyd olunan Konstitusiya Məhkəməsinin Plenumunun Qərarını nəzərə alaraq, belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə növündə əlavə cəzası təyin edilmədən də cəzanın məqsədlərini təmin edə bilər. Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 barələrində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 yaşadığı yeri axşam saat 23:00-dan səhər saat 06:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Qəbələ rayon ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirməlidirlər. Qəbələ rayon Prokurorluğunda saxlanılan iş üzrə maddi sübut olan rezin şəpiklər və məftil parçası hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, 391 saylı naryad buraxılış vərəqəsi isə cinayət işi materiallarında saxlanılmalıdır. İş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının dəyəri 364 (üç yüz altmış dörd) manat müştərək qaydada Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 alınıb Azərbaycan Respublikası Dövlət Büdcəsinə keçirilməlidir. İş üzrə mülki iddia olmamışdır. Məhkəmə müsadirə ilə bağlı məsələni araşdırır və hazırkı cinayət işi üzrə müsadirə olunmalı olan əmlak aşkar edilmədiyindən xüsusi müsadirə ilə bağlı tədbirin tətbiq olunmasını məqsədə müvafiq hesab etmir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197-198, 344-349, 351-353, 356-358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 313 və 314.2-ci maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinib, CMnin 313-cü maddəsi ilə 2000 (iki min) manat miqdarında cərimə cəzasına, CM-nin 314.2-ci maddəsi ilə 03 (üç) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 66.2-ci maddəsinə əsasən təyin olunmuş cəzaları tamamilə toplamaq yolu ilə Təqsirləndirilən şəxs2 qəti olaraq 2000 (iki min) manat miqdarında cərimə cəzası və 03 (üç) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs2 cəza çəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs2 yaşayış yeri üzrə İcra və probasiya şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs2 yaşadığı yeri axşam saat 23:00-dan səhər saat 06:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Qəbələ rayon ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirsin. Azərbaycan Respublikası CM-nin 68.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs2 təyin olunmuş 2000 (iki min) manat miqdarında cərimə cəzası müstəqil icra olunsun. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 313 və 314.2-ci maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinib, CMnin 313-cü maddəsi ilə 2000 (iki min) manat miqdarında cərimə, CM-nin 314.2-ci maddəsi ilə 04 (dörd) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 66.2-ci maddəsinə əsasən təyin olunmuş cəzaları tamamilə toplamaq yolu ilə Təqsirləndirilən şəxs1 qəti olaraq 2000 (iki min) manat miqdarında cərimə cəzası və 04 (dörd) il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs1 cəza çəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs1 yaşayış yeri üzrə İcra və probasiya şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs1 yaşadığı yeri axşam saat 23:00-dan səhər saat 06:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Qəbələ rayon ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirsin. Azərbaycan Respublikası CM-nin 68.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 təyin olunmuş 2000 (iki min) manat miqdarında cərimə cəzası müstəqil icra olunsun. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Qəbələ rayon Prokurorluğunda saxlanılan iş üzrə maddi sübut olan rezin şəpiklər və məftil parçası hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, 391 saylı naryad buraxılış vərəqəsi cinayət işi materiallarında saxlanılsın. İş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının dəyəri 364 (üç yüz altmış dörd) manat müştərək qaydada Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 alınıb Azərbaycan Respublikası Dövlət Büdcəsinə keçirilsin. Hökmdən, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya apellyasiya protesti verilmədiyi halda hökm yuxarıda göstərilən müddət başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən Elman İsayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar