Azərbaycan Respublikası adından HÖKM Qəbələ şəhəri İş № 1(025)-14/2025 11.06.2025 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Qəbələ Rayon Məhkəməsi Qənbərov Ülvi Oktay oğlunun sədrliyi, Məmmədova Gülanə Elmdar qızının katibliyi, Dövlət ittihamçısı və müdafiəçi X2 iştirakı ilə, xx.xx.1974-cü ildə Ağdaş şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, Ağdaş şəhəri, M.Ə.Rəsulzadə küçəsi ev 36/34-də yaşayan və və barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair işə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs ondan ötrü məhkəməyə verilmişdir ki, o, satış məqsədi olmadan 2024cü sentyabr-oktyabr aylarında istintaqa dəqiq məlum olmayan tarixdə Qəbələ rayonu Bayramkoxa kəndində əkin sahələrinin kənarındakı su kanalına yaxın hissəsində yabanı halda bitmiş, tərkibində narkotik maddələr olan çətənə(kannabis) bitkisinin yarpaqlarını yığaraq, qurudub qanunsuz olaraq kustar üsulla hazırladığı narkotik vasitə qurudulmuş marixuananı 137,73 qram olmaqla xeyli miqdarda əldə edərək Qəbələ rayon Mamaylı kəndində avtomobil dayancağının arxasında daşın altında gizlədərək saxlamış, bundan sonra əldə etdiyi xeyli miqdarda narkotik vasitə-qurudulmuş marixuananın 5,61 qram hissəsini üzərində gəzdirərkən 21 fevral 2025-ci il tarixdə saat 16:30 radələrində bu barədə daxil olmuş əməliyyat məlumatı əsasında keçirilmiş təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində Qəbələ rayon polis şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinərək Qəbələ rayonu Mamaylı kəndi ərazisində magistral yolun kənarında piyada hərəkətdə olarkən saxlanılıb əməliyyat tədbirinin keçirilməsinə müvəkkil edilmiş əməkdaşlar tərəfindən saxlanıldığı yerdə videoçəkiliş aparılmaqla üzərinə baxış keçirilən zaman onun əynində olan qara rəngli gödəkçənin sol yan cibindən 01 ədəd sellofan bükümdə 5,61 qram narkotik vasitə-qurudulmuş marixuana aşkarlanaraq götürülmüş, bundan sonra keçirilmiş təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərinin davamı olaraq onun iştirakı ilə Qəbələ rayon Mamaylı kəndində magistral yolun kənarında yerləşən avtomobil dayanacağının arxasına əməliyyat tədbirinin keçirilməsinə müvəkkil edilmiş əməkdaşlar tərəfindən videoçəkiliş aparılmaqla həmin tarixdə saat 16:50 radələrindən başlayaraq baxış keçirilən zaman həmin yerdə daşın altında gizlətdiyi və üzərindən aşkar edilmiş qurudulmuş marixuana ilə eyni tərkibli olan 01 (bir) ədəd sellofan torbanın içərisində 132,12 (bir yüz otuz iki, on iki) qram olmaqla xeyli miqdarda narkotik vasitə-qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür Təqsirləndirilən şəxs ona qarşı Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, Ağdaş şəhəri, X12 küçəsi, ev 36/34-də yaşayaraq fərdi qaydada dərzi işləyir və eyni zamanda mal-qara alveri ilə məşğul olur. Təxminən 20 ildir ki, arabir narkotik vasitə olan marixuanadan istifadə edir. 2024-cü ilin təxminən sentyabr-oktyabr aylarında Qəbələ rayon Bayramkoxa kəndində olarkən əkin sahələrinin kənarlarında yabanı halda bitmiş marixuana bitkilərini görmüş və həmin bitkilərin yarpaqlarını yığaraq istifadə etməkdən ötrü qurutmuşdur. Qurudulmuş marixuana kütləsini sellofan torbaya yığmış və üzərini yapışqan lentlə sarıyaraq ailə üzvlərindən gizlətmək məqsədilə evə aparmayaraq Qıbələ rayonunun Bayramkoxa kəndi yaxınlığındakı Mamayalı kəndində olan avtomobil dayanacağının arxa tərəfində daşın altında saxlamışdır. Bundan sonra bir neçə dəfə Qəbələ rayonunda olarkən gizlətdiyi marixuanadan çəkmək üçün götürmüş və sonra yenə də sellofan torbanı lentlə sarıyaraq həmin yerdə gizlətmişdir. 21 fevral 2025-ci il tarixdə saat təqribən 16-00 radələrində Qəbələ rayonunda olarkən Mamaylı kəndinə getmiş, gizlətdiyi marixuanadan bir qədərini çəkmək üçün götürmüş, lakin yapışqan lenti olmadığı üçün üzərini sarıya bilməyərək qalan hissəni yenə də yerinə qoyub gizlətmişdir. Həmin gün saat 16:30 radələrində Qəbələ rayonu Hacıalılı kəndi istiqamətində magistral yolla piyada gedərkən tanımadığı şəxslər ona yaxınlaşaraq polis əməkdaşları olduqlarını bildirmiş və narkotik vasitələrin qanunsuz dövriyyəsində iştirakından şübhələndiklərini bildirərək üzərində narkotik vasitə olub-olmadığını soruşmuşlar. Onlara üzərində qurudulmuş marixuana olduğunu bildirərək əynindəki qara rəngli qış gödəkçəsinin sol yan cibində saxladığı 01 (bir) ədəd rəngli sellofan torbadakı narkotik vasitə olan qurudulmuş marixuana kütləsini polis əməkdaşlarına təqdim etmiş, həmin kütləni Qəbələ rayonu, Bayramkoxa kəndi ərazisindəki kanalın üzərində yabanı halda bitən çətənə bitkilərindən topladığını və qurudaraq Qəbələ rayonu, Mamaylı kəndindəki avtomobil dayanacağının arxa hissəsində daş altında gizlətdiyini, üzərindəki narkotik vasitəni də həmin yerdən götürdüyünü bildirmişdir. Bundan sonra polis əməkdaşlarının müşayiəti ilə gedərək Mamaylı kəndində olan avtomobil dayanacağının arxa tərəfində gizlətdiyi sellofan torbada olan narkotik vasitəni polis əməkdaşlarına təqdim etmişdir. İş üzrə Şahid1 fadəsində göstərmişdir ki, o, Qəbələ RPŞ-nin CAB-nin əməliyyat müvəkkili vəzifəsində işləyir. 21 fevral 2025-ci il tarixdə Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitə olan marixuana əldə edərək üzərində saxlaması və daşıması barədə daxil olmuş məlumat əsasında həmin gün saat təxminən 16 radələrində Qəbələ RPŞ-nin CAB-nin əməliyyat müvəkkili Ruhlan Mustafayev və Qəbələ RPŞ-nin NQM-nin əməliyyat müvəkkili, polis kiçik leytenantı Şahid2la birlikdə Qəbələ rayon Mamaylı kəndinə getərək mövqe tutub müşahidə aparmış və Təqsirləndirilən şəxs asfalt yolla piyada hərəkətdə olarkən saxlanılmışdır. Özlərini təqdim edərək ona narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğu bildirilib hüquq və vəzifləri izah edilmiş və ondan üzərində narkotik vasitə, yxud digər cinayət xarakterli predmet olub-olmadığı şifahi qaydada soruşulmuşdur. Eləşən Cəfərov üzərində qurudulmuş marixuana olduğunu bildirmiş və əynindəki gödəkçənin cibindən 01 ədəd sellofan bükülü çıxararaq təqdim etmişdir. Bükülü açıldıqda kəskin iyə malik qurudulmuş marixuanaya bənzər yaşıl rəngli kütlə aşkar edilmiş, Təqsirləndirilən şəxs həmin kütlənin qurudulmuş marixuana olduğunu və 2024-cü ilin sentyabroktyabr aylarında Qəbələ rayonu Bayramkoxalı kəndi ərazisində yabanı halda bitmiş marixuana bitkilərindən toplayaraq qurudub əldə etdiyini, həmin marixuananın bir hissəsini isə Qəbələ rayon Mamaylı kəndində olan dayanacağın arxa tərəfində gizlətdiyini bildirmişdir. Aşkar edilmiş marixuanaya bənzər kütlə elektron trəzidə çəkilmiş və müvafiq qaydada qablaşdırılaraq götürülmüşdür. Bundan sonra Təqsirləndirilən şəxs polis əməkdaşlarının müşayiəti ilə gedərək Mamaylı kəndindəki avtomobil dayanacağının arxa tərəfində gizlətdiyi sellofan torbada olan narkotik vasitəni təqdim etmişdir. Sellofan torba açıldıqda içərisindən kəskin iyə malik qurudulmuş marixuanaya bənzər yaşıl rəngli kütlə aşkarlanmış, Təqsirləndirilən şəxs həmin kütlənin də marixuana olduğunu və Qəbələ rayon Bayramkoxa kəndi ərazisindəki əkin sahələrinin kənarlarında yabanı halda bitmiş marixuana bitkilərindən yığıb qurudaraq əldə etdiyini bildirmişdir. Aşkar edilmiş marixuanaya bənzər kütlə elektron tərəzidə çəkilmiş və müvafiq qaydada qablaşdırılaraq götürülmüşdür. Bu barədə protokol tərtib edilmiş və tədbirdə iştirak edənlər tərəfindən imzalamışdır. Təqsirləndirilən şəxs aşkar edilmiş predmetlərə Qəbələ rayon polis şöbəsində təhqiqatçı tərəfindən baxış keçirilməsində o, iştirak etmiş və tərtib edilmiş protokolu imzalamışdır. Təqsirləndirilən şəxs üstü yoxlanılarkən, onun marixuananı gizlədib saxladığı yerə baxış keçirilərkən, o cümlədən aşkar edilmiş predmetlərə təhqiqatçı tərəfindən baxış keçirilərkən əvvəldən sona qədər videoçəkiliş aparılmış, fotoşəkillər çəkilmişdir. İş üzrə şahid, Rüstəmov X4 Cavid Cəlal oğlunun ifadəsində göstərdiyi xüsusatları eyni ilə təsdiq etmişdir. İşdə olan 21 fevral 2025-ci il tarixli “Əməliyyat axtarış tədbirinin keçirilməsinə və şübhəli şəxsin üstünün yoxlanılmasına dair” protokola əsasən xx.xx.1974-cü ildə Аğdaş şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, əvvəllər məhkum olunmamış, Ağdaş şəhəri, X12 küçəsi 36/34 ünvanında qeydiyyatda olmaqla faktiki həmin ünvanında yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitəni əldə edərək üzərində saxlaması və daşıması barədə daxil olmuş məlumat əsasında həyata keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı o, 21 fevral 2025-ci il tarixdə, saat:16:30 dəqiqədə Qəbələ rayonu Mamaylı kəndi ərazisində magistral yolun kənarı ilə piyada hərəkət edərkən saxlanılmış, hüquq və vəzifələri, o cümlədən tutulan andan müdafiəçiyə malik olmaq hüququ izah olunmuşdur. Ona paltarında, əşyalarında və ya bədənində narkotik vasitənin, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaların və ya sənədlərin olmasını ehtimal etməyə kifayət qədər əsaslar olduğu bildirilmiş və üstü yoxlanmazdan qabaq paltarlarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri verməsi təklif edilmişdir. Təqsirləndirilən şəxs Namizəət oğlu əynində olan qara rəngli gödəkçənin sоl yan cibindən 1 (bir) ədəd sarı rəngli sellofan bükümdə olan yaşıl rəngli narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütləni təqdim etmiş, həmin 1 (bir) ədəd ağ sellofan bükümdə olan qurudulmuş marixuanaya bənzər kütlə elektron tərəzidə çəkilərək qablaşdırma ilə birlikdə çəkisi 6.75 (altı tam yüzdə yetmiş beş) qram olmuşdur. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 1 (bir) ədəd sellofan bükümdə оlан kütlə kağız zərfə qoyulmaqla qablaşdırılmış, üzəri DİN-in “103” nömrəli möhrü ilə möhürlənərək götürülmüşdür. Təqsirləndirilən şəxs əynində olan qara rəngli gödəkçənin sol yan cibindən аşkar olunmuş 1 (bir) ədəd sarı rəngli sellofan bükümdə olan yaşıl rəngli, narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütləni 2024-cü ilin yay aylarında Qəbələ rayonu Bayramkoxa kəndi ərazisindəki kanalın üzərində yabanı halda bitmiş marixuana kənaf kollarının yarpaqlarından yığaraq özünün istifadəsi üçün qurudub Qəbələ rayonu Mamaylı kənd ərazisindəki dayanacağın arxa tərəfində daşın altında gizlətdiyini və həmin qurudulmuş bitki kütləsinin bir qismini üzərində daşıyarkən yaxalandığını bildirmişdir. Baxış keçirmə Qəbələ rayonu Mamaylı kəndi ərazisində magistral yolun kənarında keçirilmiş və baxış zamanı «Samsung A 24» markalı mobil telefondan istifadə edilməklə Qəbələ RPŞ-nin CAB-ın ə/m, polis leytenantı X10 tərəfindən video çəkiliş aparılmışdır. Fotoşəkillərin əksi çıxarılmış, videoçəkiliş 01 (bir) ədəd DVD-yə köçürülərək protokola əlavə edilmişdir. (c.i.səh 10-11) İşdə olan 21 fevral 2025-ci il tarixli “Əməliyyat axtarış tədbirinin keçirilməsinə və baxış keçirilməsinə dair” protokola əsasən xx.xx.1974-cü ildə Аğdaş şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, əvvəllər məhkum olunmamış, Ağdaş şəhəri, X12 küçəsi 36/34 ünvanında qeydiyyatda olmaqla faktiki həmin ünvanında yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitəni əldə edərək üzərində saxlaması və daşıması barədə daxil olmuş məlumat əsasında həyata keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı o, 21 fevral 2025-ci il tarixdə, saat:16:30 dəqiqədə Qəbələ rayonu Mamaylı kəndi ərazisində magistral yolun kənarı ilə piyada hərəkət edərkən saxlanılmış, hüquq və vəzifələri, o cümlədən tutulan andan müdafiəçiyə malik olmaq hüququ izah olunmuşdur. Ona paltarında, əşyalarında və ya bədənində narkotik vasitənin, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaların və ya sənədlərin olmasını ehtimal etməyə kifayət qədər əsaslar olduğu bildirilmiş və üstü yoxlanmazdan qabaq paltarlarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri verməsi təklif edilmişdir. Təqsirləndirilən şəxs əynində olan qara rəngli gödəkçənin sоl yan cibindən 1 (bir) ədəd sarı rəngli sellofan bükümdə olan yaşıl rəngli narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütləni təqdim etmiş, həmin 1 (bir) ədəd ağ sellofan bükümdə olan qurudulmuş marixuanaya bənzər kütlə elektron tərəzidə çəkilərək qablaşdırma ilə birlikdə çəkisi 6.75 (altı tam yüzdə yetmiş beş) qram olmuşdur. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 1 (bir) ədəd sellofan bükümdə оlан kütlə kağız zərfə qoyulmaqla qablaşdırılmış, üzəri DİN-in “103” nömrəli möhrü ilə möhürlənərək götürülmüşdür. Təqsirləndirilən şəxs əynində olan qara rəngli gödəkçənin sol yan cibindən аşkar olunmuş 1 (bir) ədəd sarı rəngli sellofan bükümdə olan yaşıl rəngli, narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütləni 2024cü ilin yay aylarında Qəbələ rayonu Bayramkoxa kəndi ərazisindəki kanalın üzərində yabanı halda bitmiş marixuana kənaf kollarının yarpaqlarından yığaraq özünün istifadəsi üçün qurudub Qəbələ rayonu Mamaylı kənd ərazisindəki dayanacağın arxa tərəfində daşın altında gizlətdiyini və həmin qurudulmuş bitki kütləsinin bir qismini üzərində daşıyarkən yaxalandığını bildirmişdir. Cəfərov X1 ərazisindən yabanı halda bitmiş marixuana kollarının yarpaqlarından yığıb toplayaraq qurudub Qəbələ rayonu Mamaylı kəndi ərazisində olan dayanacağın arxasında daşın altında gizlətdiyi narkotik vasitəni göstərə biləcəyini bildirmiş, həmin yerdə narkotik vasitənin, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək əşyaların və ya sənədlərin olmasını ehtimal etməyə kifayət qədər əsaslar olduğundan video çəkilişdən istifadə etməklə baxış və götürmə aparmışdır. Baxış və götürülmə aparılmasından əvvəl Təqsirləndirilən şəxs bu barədə qərarla tanış edilərək ona həmin yerdə olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək əşyaları və ya sənədləri verməsi təklif edilmişdir. Təqsirləndirilən şəxs Qəbələ rayonu Mamaylı kəndi ərazisindən keçən magistral yolun kənarında olan dayanacağın arxa tərəfindəki daşın altında gizlətdiyi 1 (bir) ədəd şəffaf sellofan torbada olan qurudulmuş marixuanaya bənzər kütləni təqdim etmiş, həmin kütlə tərəzidə çəkilərək 150 (bir yüz əlli) qram olduğu müəyyən edilmiş və müvafiq qaydada qablaşdırılaraq götürülmüşdür. Baxış və götürmə zamanı «Samsung A 24» markalı mobil telefondan istifadə edilməklə Qəbələ RPŞ-nin CAB-ın ə/m, polis leytenantı X10 tərəfindən fotoşəkillər çəkilmiş, video çəkiliş aparılmışdır. Fotoşəkillərin əksi çıxarılmış, videoçəkiliş 01 (bir) ədəd DVD köçürülərək protokola əlavə edilmişdir. (c.i.səh: 12-19) İşdə olan xx.xx.2025-ci il tarixli “əməliyyat-axtarış tədbirini keçirməyə müvəkkil edilmiş şəxs tərəfindən təqdim edilən əşyaya baxış keçirilməsi, həmçinin, şəxsi axtarış və götürmə haqqında” protokola əsasən AR CM-nin 234.1-ci maddəsi ilə şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs və müdafiəçisi Müdafiəçi iştirakı ilə, əməliyyat-axtarış tədbirini keçirməyə müvəkkil edilmiş şəxs tərəfindən təqdim edilən əşyalara (predmetlərə) videoçəkilişdən istifadə edilərək baxış keçirilərkən Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş 01 ədəd ağ rəngli zərfdə 1 ədəd qarışıq rəngli sellafon torbaya bükülü vəziyyətdə narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər yaşıl kütlə aşkarlanmış, elektron tərəzidə çəkilmiş, çəkisi 6.48 qram təşkil etmişdir. Digər göy rəngli sellafon torbaya bükülü vəziyyətdə olan ağ rəngli sellafon torbadakı narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər yaşıl kütlə elektron tərəzidə çəkilmiş, çəkisi 0.140 kq təşkil etmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs təqdim edilən zərfin içərisindəkinin narkotik vasitə olan marixuana olduğunu və özünə aid olduğunu, həmin narkotik vasitəni Qəbələ rayonu, Bayramkoxa kəndi ərazisində kanal üstündə bitmiş yabanı halda olan çətənə kollarından yığaraq qurutduğunu və öz istifadəsi üçün saxladığınıı, təxminən 20 ilə yaxın müddətdir ki, narkotik vasitədən istifadə etdiyini bildirmişdir. Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş 01 ədəd sayda ağ rəngli zərfdə və 01 ədəd göy rəngli sellafon torbada olan narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər yaşıl kütlələr qablaşdırılaraq DİN-in zərflər üçün nəzərdə tutulmuş “103” nömrəli möhürü ilə möhürlənmiş və zərfə müvafiq qeydlər aparılmışdır. İstintaq hərəkəti zamanı fotoşəkillər çəkilmiş, videoçəkiliş aparılmışdır. Fotoşəkillərin əksi çıxarılmış, videoçəkiliş 01 ədəd diskə köçürülərək protokola əlavə edilmişdir. (c.i. səh : 33-45) İşdə olan xx.xx.2025-ci il tarixli “təqsirləndirilən şəxsin ifadələrinin yerində yoxlanılması” haqqında protokola əsasən Təqsirləndirilən şəxs Qəbələ rayon Bayramkoxa kəndi ərazisindəki əkin sahələrinin yaxınlığından keçən su kanalının kənarlarını göstərərək xx.xx.2025-ci il tarixdə polis əməkdaşları tərəfindən üzərində və onun göstərdiyi Qəbələ rayon Mamaylı kəndində olan piyada dayanacağının arxasındakı yerdə aşkarlanaraq götürülmüş qurudulmuş marixuana kütlələrini 2024-cü ilin sentyabr-oktyabr aylarında həmin yerdə yabanı halda bitmiş marixuana bitkilərindən öz istifadəsi üçün yığdığını və qurutduqdan sonra Qəbələ rayon Mamaylı kəndində olan piyada dayanacağının arxasında gizlətdiyi bildirmişdir. (c.i. səh : 148-153) İşdə olan AR ƏN MEM X13 tərəfindən verilmiş 22 fevral 2025-ci il tarixli 17/157 nömrəli məhkəmə bioloji ekspertizasının rəyində göstərilmişdir ki, Tədqiqata təqdim olunmuş, üzərində “İştirakçılar.Şübhəli şəxs 1)/imza/Təqsirləndirilən şəxs Vəkil 2)/imza/Müdafiəçi Əməkdaşlar 3)/imza/Ruhlan Mustafayev....”sözləri, adlar və imzalar yazılmış 01(bir) ədəd zərfin içərisindəki 01(bir) ədəd kiçik sellofan paketdə, təmiz çəkisi -5,61 qram olan bitki kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır.( tədqiqata 0,02 qram sərf edilmiş, qalıq 5,59 qram olmuşdur); Tədqiqata təqdim olunmuş, üzərində “İştirakçılar.Şübhəli şəxs 1)/imza/Təqsirləndirilən şəxs Vəkil 2)/imza/Müdafiəçi Əməkdaşlar 3) imza/Ruhlan Mustafayev....”sözləri, adlar və imzalar yazılmış digər 01(bir) ədəd zərfin içərisindəki, 01(bir) ədəd sellofan torbada, təmiz çəkisi -132,12 qram olan bitki kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. ( tədqiqata 0,02 qram sərf edilmiş, qalıq 132,109 qram olmuşdur); Tədqiqata təqdim olunmuş, 01(bir) ədəd kiçik sellofan paketdə və 01(bir) ədəd sellofan torbada olan qurudulmuş marixuanalar tərkiblərinə görə eynidirlər. ( c.i. səh : 53-57) İşdə olan Qəbələ rayon X15 X5 Müdiri, Nütəxəssis-aqronom X7 tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli Rəyə əsasən Qəbələ rayon Bayramkoxa kəndindi ərazisindəki əkin sahələrinin yanındakı su kanalının kənarlarında yabanı halda narkotik mənşəli çətənə bitkisinin bitməsi üçün münbit şərait vardır. Yabanı halda narkotik mənşəli bitkilərin yetişməsi üçün həmin ərazidə onlara hər hansı bir aqrotexniki qulluq göstərilməsi halı müşahidə edilməmişdir. (c.i. səh : 132) AR CPM-nin 124.2-ci maddəsinə əsasən şübhəli, təqsirləndirilən və zərər çəkmiş şəxsin və şahidlərin ifadələri, ekspertin rəyi, maddi sübutlar, istintaq və məhkəmə hərəkətlərinin protokolları və digər sənədlər cinayət prosesində sübut kimi qəbul edilir. Həmin Məcəllənin 139.0.4-cü maddəsinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. Həmin Məcəllənin 145.2-ci maddəsinə əsasən hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmuyunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirir. Məhkəmə tədqiq olunmuş sübutlara qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayəti törətmişdir. Onun əməli istintaq orqanı tərəfindən düzgün tövsüf olunmuşdur. Ona görə də o, CM-nın 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək ona CM-nın Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin sanksiyası daxilində cəza təyin edilməlidir. AR CM-nin 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. İşdə olan AR DİN BƏSİİ tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli məlumata əsasən Təqsirləndirilən şəxs məhkum olunmamışdır. (c.i. səh: 110-111) İş üzrə cəzanı ağırlaşdıran və yüngülləşdirən hallar müəyyən edilməmişdir. İşdə olan Ağdaş RİHB-nin Ağdaş şəhər İƏD üzrə İN tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli 5-32- 12/2-C-649/2025 saylı xasiyyətnamədə Təqsirləndirilən şəxs müsbət xarakterizə olunmuşdur. (c.i. səh: 133-135) İşdə olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə şəhəri Narkoloji Dispanserinin xx.xx.2025-ci il tarixli 517 nömrəli X6 X14 göstərilmişdir ki, müayinə zamanı Təqsirləndirilən şəxs narkotik vasitə olan kannabinoidlərdən epizodik istifadə etmə halları olub. Narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Narkoloji kabinetdə proflaktiki qeydiyyata alınması məsləhət görülür. (c.i səh: 146) İşdə olan xx.xx.2025-ci il tarixli “cinayət törətməkdə şübhə edilən şəxsin tutulması haqqında” protokola əsasən Təqsirləndirilən şəxs həmin tarixdə AR CM-nın 234.1-ci maddəsində nəzərdə tutulan cinayəti törətməkdə şübhəli şəxs qismində tutulmuşdur.(c.i. səh: 21) İşdə olan Qəbələ RPŞ-nin xx.xx.2025-ci il tarixli 4181 saylı qərarının surətinə əsasən Təqsirləndirilən şəxs barəsində «polisin nəzarəti altına vermə» qətimkan tədbiri seçilərək həbsdən azad edilmişdir. (c.i. səh: 79) İşdə olan 15.03..2025-ci il tarixli “qətimkan tədbirinin şərtlərini pozduğuna görə təqsirləndirilən şəxsin tutulması haqqında” protokola əsasən AR CM-nın 234.1-ci maddəsi ilə Təqsirləndirilən şəxs həmin tarixdə, saat 11-00-da Qəbələ rayon polis şəbəsində barəsində seçilmiş «polisin nəzarəti altına vermə» qətimkan tədbirinin şərtlərini pozduğuna görə tutulmuşdur.(c.i. səh: 114) İşdə olan Qəbələ RPŞ-nin xx.xx.2025-ci il tarixli 197 saylı qərarının surətinə əsasən Təqsirləndirilən şəxs tutulmadan azad edilərək barəsində seçilmiş «polisin nəzarəti altına vermə» qətimkan tədbiri dəyişdirilmədən qüvvədə saxlanılmışdır. (c.i. səh: 120-121) «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı Qərarının 3-cü bəndinin 2-ci abzastında göstərilir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Məhkəmə hesab edir ki, törətdiyi cinayətin ictimai təhlükəlilik dərəcəsi və şəxsiyyəti nəzərə alınaraq Təqsirləndirilən şəxs CM-nin müvafiq maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilməli, CM 69.3-cü maddəsinə əsasən onun xx.xx.2025-ci il tarixdən xx.xx.2025-ci il tarixədək və xx.xx.2025-ci il tarixdə həbsdə saxlanıldığı müddət cəza müddətinə hesablanmalıdır; İş üzrə maddi sübut olan Qəbələ RPŞ-nin maddi sübutların saxlanması otağında saxlanılan cəmi 5,59 qram və 132,10 qram çəkiudə narkotik vasitə olan qurudulmuş marixuana məhv edilməli; İş üzrə ekspertiza xərcini təşkil edən 35,97 manat Təqsirləndirilən şəxs Namizəd oğlundan tutulub dövlət büdcəsinə keçirilməlidir. Qeyd olunanlara əsasın Azərbaycan Respublikası CPM-nin 345-347, 349, 351-353, 383-385-ci maddələrini rəhbər tutaraq HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan cinayəti törətməkdə təqsirli bilinib 2 (iki) il 6 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin və o, ərazi üzrə narkoloji kabinetdə proflaktiki qeydiyyata alınsın. AR CM-nın 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdən xx.xx.2025-ci il tarixədək və xx.xx.2025-ci il tarixdə həbsdə saxlandığı müddət nəzərə alınaraq üzərində 2 (iki) il 5 (beş) ay 24 (iyirmi dörd) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Cəza müddəti ərzində Təqsirləndirilən şəxs üzərinə hər gün saat 00:00-dan saat 07:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanması üçün ona xidmət etmək, Ağdaş rayonunun inzibati ərazisinin hüdudlarından çıxmamaq, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Cəza çəkməsinin əvvəli cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. İş üzrə maddi sübut, Qəbələ RPŞ-nin maddi sübutların saxlanması yerinə təhvil verilmiş 5,59 qram və 132,10 qram çəkidə narkotik vasitə olan qurudulmuş marixuana məhv edilsin. İş üzrə ekspertiza xərcini təşkil edən 35,97 manat Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinə keçirilsin. İş üzrə mülki iddia yoxdur. Hökmdən 20 (iyirmi) gün müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasına apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hakim: Ülvi Qənbərov
Məhkəmə qərarları › İş №1(025)-14/2025
Qəbələ Rayon Məhkəməsi Hökm — İş №1(025)-14/2025
11.06.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver