Azərbaycan Respublikası adından HÖKM Qəbələ şəhəri İş № 1(025)-15/2021 03.03.2021 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Abbas Baba oğlunun sədrliyi, məhkəmə iclas katibi Qafarlı Yelmar Elman oğlunun katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikasının Baş Prokorluğunun Dövlət X4 rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru vəzifəsini icra edən kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxsin hüquqi varisi X5 nümayəndəsi, vəkil Nümayəndə, təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs və müdafiəçisi Qəbələ rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə xx.xx.1992-ci ildə Qəbələ rayon Soltan Nuxa kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, məhkumluğu olmayan, işsiz, Qəbələ rayon Soltan Nuxa kəndində qeydiyyatda olmaqla yaşayan, barəsində “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinin materiallarına açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs xx.xx.2020-ci il tarixdə saat 18 radələrində Qəbələ-Ağdaş magistral yolunun Qəbələ rayon Zarağan kəndinin ərazisindən keçən hissəsində maksimum sürət həddi 60 km/saat sürəti nəzərdə tutulmuş yolda, ayıq vəziyyətdə, nəqliyyat vasitələrini idarə etmək hüququ olmaqla özünə məxsus Vaz 21154 minik markalı, ** HX *** dövlət qeydiyyat nişanlı avtomobillə Ağdaş rayonu istiqamətindən Qəbələ şəhəri istiqamətində yolun sağ hərəkət zolağı ilə 80 km/saat sürətlə hərəkətdə olarkən “X28” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinə əsasən sürücü hərəkətin intensivliyini, nəqliyyat vasitəsinin xüsusiyyətlərini və vəziyyətini, xüsusən hərəkət istiqamətində görmə şəraitini nəzərə almaqla nəqliyyat vasitəsini müəyyən olunmuş sürət məhdudiyyətindən çox olmayan sürətlə sürməli, sürücü hərəkət üçün təhlükə yarandığını gördükdə, nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməli olduğu halda, həmçinin, həmin Qanunun 54-cü maddəsinin 1-ci hissəsinə əsasən piyada keçidində nəqliyyat vasitələrinin hərəkəti nizamlayıcı tərəfindən və ya svetofor vasitəsi ilə nizamlanmırsa, sürücü keçidə yaxınlaşarkən sürəti lazımınca azaltmalıdır ki, yolu keçməyə başlamış piyadaları təhlükəyə məruz qoymamalı, bundan başqa həmin Qanunun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinə əsasən yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına zərər vurmamalı, eləcə də, həmin Qanunun 50-ci maddəsinin 2-ci hissəsinin 1-ci bəndinə əsasən yaşayış məntəqəsində maksimum icazə verilən 60 km/saat sürətdən yüksək sürətlə idarə etdiyindən sürücünün hərəkət və hərəkətsizliyində hadisənin baş verməsi arasında səbəbli əlaqəsi olmaqla, texniki imkanları olmasına baxmayaraq göstərilən qanunun tələblərinə riayət etməməklə yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozaraq, yüksək sürətlə idarə etdiyi avtomobilin sağ ön hissəsi ilə yolun Qəbələ şəhəri istiqamətində solundan sağına tərəf keçən 8,10 metr məsafə qət etmiş Rusiya Federsiyası vətəndaşı, Qəbələ rayonu Aydınqışlaq kəndində müvəqqəti yaşayan xx.xx.1958-ci il təvəllüdlü piyada X9 vurmaqla yol nəqliyyat hadisəsi törədərək idarə etdiyi özünə məxsus Vaz 21154 minik markalı ** HX *** dövlət qeydiyyat nişanlı avtomobilə 465 (dörd yüz altmış beş) manat dəyərində maddi ziyan vurmuş, eləcədə piyada Şarafeddin Qafarova qapalı kəllə beyin travması, baş beyinin qişalarına və toxumasına qansızma, kəllə əsası sümüklərin sınığı, qabırğaların çoxsaylı sınığı, ağ ciyərlərin əzilməsi, başın yumuşaq toxumasına qansızma, sağ bud sümüyünün yuxarı boyun hissəsindən, sağ baldır sümüklərinin aşağı 1/3-nin qapalı yerdəyişən sınığı, çanaq sümüklərinin sağ tərəfdən sınığı, burun sümüklərinin qəlpəli sınığı, alının sıyrılmış yarası, üzün, alt çənənin, sol dirsək nahiyyəsinin, çanağın sol qalça darağı nahiyyəsinin, sol budun bayır orta 1/3-nin, sol diz oynağının bayır tərəfinin, sağ budun içəri aşağı 1/3-nin və sağ iç topuq hissəsinin sıyrıqları kimi dərəcəsinə görə canlı şəxslərdə həyat üçün təhlükəli olan sağlamlığına ağır zərər vurulması ilə nəticələnən aldığı bədən xəsarətlərindən hadisə yerində ölməsinə səbəb olmuşdur. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin (CPM) 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə protokollarını, digər sənədləri sübut növü kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi vardır, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə tövsif olunmuşdur. Belə ki, məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərdi ki, özünə məxsus Vaz 21154 minik markalı, ** HX *** dövlət qeydiyyat nişanlı avtomobili BC kateqoriyalı sürücülük vəsiqə idarə edirmiş. xx xxxxxxx 2020-ci il tarixdə saat 18 radələrində həmin avtomobilini idarə edərək yaşadığı Soltan Nuxa kəndindən Qəbələ şəhərinə gedirmiş. Avtomobilində özündən qeyri kimsə olmamış, avtomobilinin sürəti 80 km/saat imiş. Üç zolaqlı yolun Qəbələ şəhəri istiqamətində sağdan birinci zolaqla hərəkətdə olarkən Zarağan kəndinin mərkəzindəki yol dairəsinə çatmamış ağ zolaqlı piyada keçidinə yaxınlaşan zaman təxminən 12-14 metr məsafədən piyada keçid zolağının üzəri ilə deyil, ondan 2 addım Qəbələ şəhəri istiqamətində yolun solundan, yəni, “Bazarstore” marketi tərəfdən yolun sağına Aydınqışlaq kəndi istiqamətində bir piyadanın hərəkət etdiyini görmüşdür. Avtomobilinin sürətini 70 km/saata kimi salmış, piyadanın artıq keçib getdiyini güman edərək hərəkətinə davam etmiş, avtomobilini saxlamamış, piyadanın keçib gedəcəyini, arxası ilə keçə biləcəyini düşünmüş, avtomobilinin istiqamətini də piyadanın arxası götürmüş, piyadaya çatmağa 3-4 metr qalmış piyada qəflətən geri gəldiyi yola doğru çevrilmiş, ancaq piyada həmin vaxt hər hansı bir addım atmamış, ancaq çevrilmiş, piyadanın sol tərəfi avtomobilin ön hissəsinə tərəf olmuşdur. Həmin piyadanı avtomobilillə vuracağını görmüş, buna görə də dərhal hadisədən yayınmaq üçün avtomobilini yolun ortasına tərəf, yəni, soluna tərəf çəkmiş, sükanı sola fırlatmış, buna baxmayaraq hadisədən yayına bilməmişdir. Avtomobilinin ön sağ hissəsi həmin piyadanın sol yan tərəfindən vurmuş və avtomobilinin əyləcini basaraq onu saxlamağa çalışmış, lakin avtomobili bir qədər irəli gedərək qarşıda dayanmış, piyada da yolun ortasına düşərək qalmışdır. Dərhal avtomobilindən yerə düşmüş, vurduğu piyadanın yolun ortasında qan içərisində görmüş, oraya dərhal yol kənarında olan tanımadığı şəxslər toplaşmış, onlar təcili yardım avtomobili çağırmış, həmçinin, polis şöbəsinə orada olan şəxslər məlumat vermişdir. Orada dayanıb polislərin və təcili tibbi yardım avtomobilinin gəlməsini gözləmiş, polis əməkdaşları və təcili tibbi yardım avtomobili gəldikdə vurduğu piyada, sonradan tanıyıb adını bildiyi X6 artıq aldığı xəsarətlərdən elə hadisə yerində öldüyünü bilmişdir. Polis əməkdaşları ilə birgə hal şahidlərinin iştirakı ilə hadisə yerinin müayinəsində iştirak etmişdir. Hadisə baş verən anda ayıq olmuş, spirtli içki qəbul etməmişdir. Piyadanın yolun tam olaraq solundan, yəni səkinin üzərindən sağa keçməsini görmədiyini, piyadanı ancaq asfaltın tam sağına tərəf addımladığını və yolun asfalt örtüyünün ortasında piyada keçidi zolağından 2 addım Qəbələ şəhəri istiqamətində məsafəsində olmasını təxminən 12-14 metr məsafədən görmüşdür. Piyada keçidinə yaxınlaşan zaman avtomoblinin sürətini 80 km/saatdan təxminən 70 km/saat sürətə kimi aşağı salmış, ancaq piyada keçidində piyada olmadığından, həmiçinin həmin vurduğu piyadanın da artıq yolu keçib qurtarmaq üzrə olduğuna görə avtomobilinin sürətini tam olaraq aşağı salmamamışdır. Həmçinin, qəza xəbərdarlıq işıqlarını yandırmamış, avtomobilini tam saxlamamış, piyada geri çevrilən zaman onu vurmamaq üçün avtomobilini sola tərəf çəkmişdir. Piyadanı əvvəlcədən yolun solunda görsəydi hadisənin qarşısını ala bilərmiş. Piyadanın tam olaraq yolu keçib asfaltdan kənara düşüb getməsini gözləməli, piyada keçidi olduğu üçün təhlükəsiz şərait yaratmalı olduğunu bilmişdir. Yaxın işıqda təxminən 100 metrə yaxın məsafəni aydın görmüş, yolu görməyinə heç bir maneə olmamış, hadisə zamanı da orada başqa avtomobil xatırlamamışdır. Avtomobilinin ön işıqları işlək vəziyyətdə olmuş, yaxın işıqlardan və duman işıqlarından istifadə etmişdir. Hadisə yerinin yolu qismən süni işıqlandırılmış, acaq tam işıqlandırılmamışdır. Avtomobilini tək özü idarə etmiş, başqa heç kim avtomobilini idarə etməmişdir. Hadisə baş verən yol düz olmuş, yüngül çiskin təzə başlamış, ancaq yol yaş olmamışdır. Baş vermiş hadisə zamanı heç bir xəsarət almamışdır. Sonra polis idarəsinə getmiş və ifadə vermişdir. Mərhumun hüzür və dəfn mərasimlərində iştirak etmiş, ailəsinə mənəvi dəstək olmuşdur. O və ailə zərərçəkənin hüquqi varisi və yaxın qohumları ilə barışığa cəhd etmiş, dəfn xərclərini qarşılamağa çalışsalar da, zərərçəkmiş şəxsin hüquqi varisi bundan imtina etmişdir. İİ qrup əlildir, ailəsinin yeganə dolandıran şəxsdir və himayəsində yaşlı anası vardır. Məhkəmədən ona yüngül cəza verilməsini xahiş edir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi özünün etirafından başqa, aşağıdakı qeyd edilənlərlə sübuta yetirilir. Belə ki, məhkəmə iclasında zərərçəkmiş şəxsin hüquqi varisi X5 nümayəndəsi, vəkil Nümayəndə çıxış edərək göstərdi ki, zərərçəkmiş şəxsin hüquqi varisi X21 rayon Aydınqışlaq kəndində yaşayır, ancaq Rusiya Federasiyasına gedib gəlir. Mərhum X2 Qafarovun əridir, onlar evləndikdən sonra X14 şəhərində yaşamışlar, evliliklərindən 2 oğlan övladı olmuşdur, onlar da hazırda Moskva şəhərində yaşayırlar. X17 rayon Aydınqışlaq kəndində doğulmuşdur. Şarafeddin tez-tez Aydınqışlaq kəndinə gedib-gəlirmişlər. Hətta Şarafeddin Azərbaycan Respublikasında müvəqqəti yaşamaq üçün 2021-ci ilə kimi sənəd almış və Aydınqışlaqda, həyat yoldası Firəngiz isə oğlanları ilə Moskvada yaşayırmışlar. X15 kəndi ərazisində piyada keçidinin tam yaxınlığı ilə kəndin mərkəzindəki “Bazarstore” market tərəfdən yolun əks tərəfinə, yəni, Aydınqışlaq kəndi istiqamətinə keçən zaman yolun Qəbələ şəhəri istiqamətində hərəkət hissəsində Qəbələ rayonu Soltannuxa kənd sakini Təqsirləndirilən şəxs idarə etdiyi Vaz 21154 minik markalı, 90 HX 256 dövlət nömrə nişanlı minik avtomobilin yüksək sürətlə hərəkət edərək Şarafeddini vurmuş, nəticədə Şarafeddin aldığı bədən xəsarətlərindən hadisə yerində ölmüşdür. Zərərçəkmiş şəxsin hüquqi varisi Firəngiz Qafarova təqsirləndirilən şəxsə ağır cəza verilməsini tələb edir edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, xx.xx.2020-ci il tarixdə saat təqribən 18 radələrində Qəbələ rayon polis şöbəsinin növbətçi hissəsindən rayonun Qəbələ-Ağdaş magistral yolunun Zarağan kəndindən keçən hissəsində piyadanın vurulması ilə nəticələnən yol nəqliyyat hadisəsi baş verməsini bildirilmiş, dərhal hadisə yerinə, yəni, Zarağan kəndində gəlmiş, hadisə yerində yol patrul xidmətinin digər əməkdaşları, həmçinin, Qəbələ RPŞ-nin müstəntiqi də varmış. Hadisə yeri rayonun Zarağan kəndində Qəbələ şəhəri istiqamətində yolun sağ hərəkət hissəsində, yol dairəsindən təxminən 200 metrdən artıq Ağdaş rayonu istiqamətdə “Bazarstore” mağazasının Qəbələ şəhəri istiqamətində sağ tərəfində imiş. Hadisə yerində piyadanı vurmuş Vaz 21154 minik markalı, ** HX *** dövlət qeydiyyat nişanlı avtomobil və həmin avtomobilin sürücüsü Təqsirləndirilən şəxs, əlavə olaraq hadisə yerində asfalt örtüyün üzərində şəxsiyyəti ona məlum olmayan sifət hissəsi qanlı bir kişi meyiti varmış. Hadisə yerində müstəntiq adlarını xatırlamadığı iki nəfər hal şahidinə hüquq və vəzifələrini izah edərək yol patrul xidmətinin digər əməkdaşları və eləcə də onun iştirakı ilə hadisə yerinə baxış keçirməyə başlamış, hadisə yeri sürücü Təqsirləndirilən şəxs tərəfindən təqdim edilmişdir. Baxış Qəbələ-Ağdaş yolunun Qəbələ rayon Zarağan kəndindən keçən hissəsində üzü Qəbələ şəhəri istiqamətində aparılmış, hadisə yerinə baxış zamanı yol-nəqliyyat hadisəsi baş vermiş yolun Qəbələ-Ağdaş magistral yolunun Zarağan kəndi ərazisindən keçən hissəsində yerləşdiyi, iki istiqamətli hərəkət yolu, hər iki yolu birbirindən otlu, yaşıl sahə ayırdığı, yaşıl otlu sahə üzərində işıq dirəklərinin mövcud olması, hərəkət hissələrindən biri Qəbələ şəhəri istiqamətində, digəri isə Ağdaş rayonu istiqamətində olduğunu, hadisə Qəbələ şəhəri istiqamətinə nəqliyyat axınının nəzərdə tutulan hərəkət hissəsində baş verdiyi məlum olmuşdur. Hərəkət hissəsində piyadanın vurulduğu yerdə 3 (üç) hərəkət zolağının bir-birindən kəsik-kəsik xətlərlə ayrılması müəyyən edilmişdir. Baxış zamanı Qəbələ şəhəri istiqamətində yolun eni piyada vurulan hissədə 9,70 metr təşkil etdi, yolun sağı ehtiyat hissə daşlıq-çınqıllı geniş sahədən ibarət olduğunu, piyadanın vurulma yeri Qəbələ şəhəri istiqamətində yolun sağından, yəni, asfalt örtüyünü kənarından asfalt örtüyünü ortasına tərəf 1,80 metr məsafədə, yəni, Qəbələ şəhəri istiqamətində soldan birinci hərəkət zolağında olduğunu bildirmişdir. Piyadanın vurulduğu yerdən 2,30 metr Ağdaş rayonu istiqamətdə məsafədə ağ zolaqlı xətlərlə işarələnmiş piyada keçidi zolaqları varmış. Qəbələ şəhəri istiqamətdə yolun solundan, yəni piyadanın hərəkətə başladığı yerdən onun vurulduğu yerə qədər məsafə ölçüldükdə 8,10 metr təşkil etmiş, sürücü Təqsirləndirilən şəxs idarə etdiyi Vaz 21154 minik markalı, 90 HX 256 dövlət qeydiyyat nişanlı minik avtomobil Qəbələ şəhəri istiqamətində soldan birinci zolaqda üzü Qəbələ şəhəri istiqamətində dayanmış vəziyyətdə olmuş, Vaz 21154 minik markalı, 90 HX 256 dövlət qeydiyyat nişanlı minik avtomobilinin qabaq sol tərəfindən və qabaq podpresində əziklər və sınıqlar olduğu müəyyən edilmişdir. Sürücü Təqsirləndirilən şəxs hadisə yerində həmin Vaz 21154 minik markalı, 90 HX 256 dövlət qeydiyyat nişanlı minik avtomobilini təqdim edərək həmin avtomobillə təxminən 80 km/saat sürətlə hərəkətdə olarkən üzü Qəbələ şəhəri istiqamətdə yolun solundan sağına tərəf keçən piyadanı ehtiyatsızlıqdan vurduğunu və onun ölümünə səbəb olduğunu bildirmişdir. Baxış zamanı həmçinin hadisə yerinin müstəntiq tərəfindən fotoşəkilləri də çəkilmiş, baxış keçirilən zaman müstəntiq tərəfindən baxış prtorokolu tərtib edilmiş, sürücü Təqsirləndirilən şəxs, həmçinin hal şahidlərinə və iştirak edən digər şəxslərə oxunmuş, imzalarla təsdiq etmişlər. Həmçinin, müstəntiq tərəfindən hadisə yerinə baxış zamanı tərtib edilən sxemlə də tanış olaraq imzalamışlar. Sonradan yol nəqliyyat hadisəsi nəticəsində ölən piyadanın Qəbələ rayon Aydınqışlaq kəndində yaşayan X11 olduğunu bilmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid2 və Şahid3 Şahid1 ilə eyni məzmunlu ifadə verərək onun göstərdiklərini təsdiq etmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid6 ifadəsində göstərmişdir ki, X3nu tanımırmış, Təqsirləndirilən şəxs isə əvvəllərdən tanıyırmış, onunla birgə “Qəbələ Riverside” oteldə işləmiş, onunla normal münasibəti varmış, heç bir ədavəti olmamışdır. xx.xx.2020-ci il tarixdə təxminən saat təqribən 18 radələrində Zarağan kəndinin mərkəzindəki “Bazarstore” mağazasından alver edərək bayıra çıxmış, bu zaman yolun əks tərəfində, mağazadan bir qədər aşağıda, yəni, Ağdaş rayonu istiqamətdə camaaatın toplaşmasının şahidi olmuş, buna görə də nə baş verdiyini bilmək üçün oraya gəlmiş, orada olan polis əməkdaşları ona piyadanın ölümü ilə nəticələnən yol nəqliyyat hadisəsi baş verdiyini bildirib baxış keçirilən zaman hal şahidi qismində iştirak etməyini xahiş etmişlər. Həmin vaxt Təqsirləndirilən şəxs orda imiş və ağlayırmış. Könüllü olaraq razılıq vermiş, hadisə yerində müstəntiq tərəfindən hal şahidi qismində hüquq və vəzifələrim izah edilmiş, başqa adını bilmədiyi bir nəfər hal şahidi, həmçinin sürücü Allahyar və yol polis əməkdaşlarının iştirakı ilə hadisə yerinə müstəntiq tərəfindən baxış keçirilməyə, hadisə yerinin müayinəsi və metrə ilə ölçmə işləri aparılmağa başlanmışdır. Hadisə yerini sürücü Allahyar təqdim etmiş və onun Vaz 21154 markalı avtomobili də orada imiş, həmçinin mərhum Şarafeddinin meyiti də orada imiş ki, onu da orada təcili yardım avtomobili ilə tibbi ekspertiza üçün aparmışlar. Baxış keçirilən zaman iştirak etmiş, Allahyar piyadanı vurduğu yeri təqdim etmişdir. Həmin yer piyada keçidi olan yerdəki zolaqlı işarələrdən təxminən 2 metrdən artıq Ağdaş rayonu istiqamətində olmuş, piyadanın vurulduğu yer isə üzü Qəbələ şəhəri istiqamətində 3-cü zolaq olmaqla yol kənarından təqribən 2 metrə kimi yolun ortasına tərəf imiş. Baxışda iştirak edən Təqsirləndirilən şəxs Qəbələ şəhəri istiqamətində yolun solundan sağına tərəf keçən piyadanı avtomobilinin ön hissəsi ilə ehtiyatsızlıqdan ölümünə səbəb olduğunu bildirmiş, piyadanın yolun solundan sağına tərəf piyadanın vurulduğu yerə tərəf, yəni piyadanın qət etdiyi məsafə ölçüldükdə 8 metr olmuşdur. Bundan başqa ölçmə işləri də aparılmış, ancaq hadisənin üzərindən müddət keçdiyi üçün tam xatırlaya bilməmişdir. Baxış zamanı həmçinin fotoşəkillər və hadisə yerinin sexmi çəkilmiş, baxış keçirilməsi haqqında protokol tərtib edilmiş, protokol oxunmuş, baxış protokolu və sxem özü, digər hal şahidi, sürücü Allahyar və polis əməkdaşları tərəfindən imzalanmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs doğma oğludur, onunla birgə yaşayırmış. Allahyar subaydır, əri X12 2013-cü ildə vəfat etmiş, oğlu Allahyar əvvəllər Qəbələ şəhərində oteldə işləyirmiş, o dövrdə işə rahat gedib-gələ bilməsi üçün ona kreditlə Vaz 21154 minik markalı, ** HX *** dövlət qeydiyyat nişanlı avtomobil almışdır. xx xxxxxxx 2020-ci il tarixdə axşamtərəfi Allahyar Qəbələ şəhərinə avtomobillə bacısıgilə ərzaq zənbili aparmaq üçün yola düşmüş, həmin gün axşam saatlarında qızının əri Aqil onun mobil telefonuna zəng edərək Allahyarın evə gec gələcəyini, bir qədər işinin olduğunu demiş, az sonra Allahyarın idarə etdiyi avtomobil ilə Zarağan kəndində hərəkətdə olarkən yolu keçən piyadanı ehtiyatsızlıqdan vuraraq ölümünə səbəb olduğunu, sonradan həmin piyadanın Qəbələ rayon Aydınqışlaq kənd sakini X11 olduğunu bilmişdir. Özü digər qohumları, həmçinin qaynı Şahid5 ilə mərhumun yas mərasimlərində iştirak etmiş, mərhumun arvadı Firəngizə dəfələrlə yasla bağlı köməklik etməyi təklif etsə də, o qəbul etməmiş və heç bir şeyə ehtiyacı olmadığını bildirmişdir. Dəfələrlə Firəngizlə görüşüb ona başsağlığı verərək barışması, oğlundan şikayətçi olmaması üçün xahişlər etmiş, bir neçə dəfə barışığa cəhd etmiş, Firəngiz də ona əvvəl şikayətçi olmadığını demiş, lakin, sonradan Firəngizin istintaqa ərizə ilə müraciət edərək şikayətçi olduğunu öyrənmişdir. Həyat yoldaşı ölmüşdür və Təqsirləndirilən şəxs ilə bir yerdə qalır. Ona baxan və ailəni dolandıran yeganə şəxs Allahyardır. Məhkəmədə şahid qismində dindirilmiş Şahid5 Şahid4 ilə eyni məzmunlu ifadə verərək onun göstərdiklərini təsdiq etmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmə istintaqında tədqiq edilmiş, xx xxxxxxx 2020-ci il tarixli hadisə yerinə baxış keçirilməsi haqqında protokoldan görünür ki, hadisə yerinə baxış Qəbələ-Ağdaş yolunun Qəbələ rayon Zarağan kəndindən keçən hissəsində üzü Qəbələ şəhəri istiqamətində aparılmışdır. Hadisə yerinə baxış zamanı məlum olmuşdur ki, yol-nəqliyyat hadisəsi baş vermiş yer Qəbələ-Ağdaş magistral yolunun Zarağan kəndi ərazisindən keçən hissəsində yerləşir, iki istiqamətli hərəkət yolu vardır, hər iki yolu birbirindən otlu, yaşıl sahə ayırır, yaşıl otlu sahə üzərində işıq dirəkləri müvcuddur. Hərəkət hissələrindən biri Qəbələ şəhəri istiqamətində, digəri isə Ağdaş rayonu istiqamətindədir. Hadisə Qəbələ şəhəri istiqamətinə nəqliyyat axınının nəzərdə tutulan hərəkət hissəsində baş vermişdir. Həmin hərəkət hissəsində piyadanın vurulduğu yerdə 3 (üç) hərəkət zolağı vardır ki, bir-birindən kəsik-kəsik xətlərlə ayrılır. Qəbələ şəhəri istiqamətində yolun eni piyada vurulan hissədə 9,70 metrdir. Yolun sağı ehtiyat hissə daşlıq-çınqıllı geniş sahədir. Piyadanın vurulma yeri Qəbələ şəhəri istiqamətində yolun sağından, yəni, asfalt örtüyünü kənarından asfalt örtüyünü ortasına tərəf 1,80 metr məsafədə, yəni, Qəbələ şəhəri istiqamətində soldan birinci hərəkət zolağındadır. Piyadanın vurulduğu yerdən yolun solundakı qazonda olan işıq dirəyinə kimi məsafə 10 metr təşkil edir. Piyadanın vurulduğu yerdən 2,30 metr Ağdaş rayonu istiqamətdə məsafədə ağ zolaqlı xətlərlə işarələnmiş piyada keçidi zolaqları vardır. Qəbələ şəhəri istiqamətdə yolun solundan, yəni piyadanın hərəkətə başladığı yerdən onun vurulduğu yerə qədər məsafə 8,10 metrdir. Piyadanın vurulduğu yerdən “piyada keçidi” məlumatverici nişanına kimi məsafə 8,80 metdir. Hadisə yerinə baxış zamanı iştirak edən sürücü Təqsirləndirilən şəxs piyadanın yolu hərəkət hissəsində gördüyü yerdən piyadanın vurulduğu yerə kimi məsafə 14 metrdir. Hadisə yerində olan Şarafeddin Qafarova məxsus yola köndələn vəziyyətdə olan meyitindən onun vurulduğu yerə qədər məsafə 15,50 metrdir, sürücü Təqsirləndirilən şəxs idarə etdiyi Vaz 21154 minik markalı, ** HX *** dövlət qeydiyyat nişanlı minik avtomobil Qəbələ şəhəri istiqamətində soldan birinci zolaqda üzü Qəbələ şəhəri istiqamətində dayanmışdır. Avtomobilin sağ tərəfindən piyadanın vuruldğu yerə kimi məsafə 19,40 metrdir. Vaz 21154 minik markalı avtomobilin arxa sol tərəfindən yolun solundakı səkiyə qədər məsafə 1,50 metr, qabaq sol tərəfindən yolun solundakı səkiyə qədər məsafə 1,60 metr, arxa sol tərəfindən yolun solundakı işıq dirəyinə kimi məsafə 6,40 metrdir. Meyitin ayaq hissəsindən yolun sağındakı “dairəvi hərəkəti” nişanına kimi məsafə 5,75 metrdir. Meyitin baş hissəsindən Vaz 21154 minik markalı avtomobilin arxa təkərinə kimi məsafə 5 metrdir. Vaz 21154 minik markalı, 90 HX 256 dövlət qeydiyyat nişanlı minik avtomobilinin qabaq sol tərəfindən və qabaq podpresində əziklər və sınıqlar vardır. Hadisə yerində olan Şerafeddin Qafarova məxsus meyitin üzərində gözlə görünən xəsarətlər əsasən baş və sifət nahiyyəsindədir. Hadisə yeri Qəbələ şəhər təsərrüfatı tərəfindən qismən işıqlandırılır. Yol nəqliyyat hadisəsi baş verən yer düz və üfüqi olmaqla görünüş məhdudiyyəti yoxdur. Yol nəqliyyat hadisəsi baş verən yer piyada keçidi yol nişanının təsiri altındadır, hadisə yerində tormoz izi aşkar edilməmişdir. Hadisə yerində maksimum hərəkət sürəti 60 km/saatdır. Hadisə yeri üfüqi və düzdür, hadisə yerinin qismən işıqlandırılır, hadisə yerində görmə məsafəsinin uzaq işıqda təxminən 200 metr, yaxın işıqda isə 120-150 metr təşkil edir. Baxış zamanı Təqsirləndirilən şəxs idarə etdiyi Vaz 21154 minik markalı, 90 HX 256 dövlət qeydiyyat nişanlı minik avtomobilinin sürücü oturacağının üzərindəki çexol iş üçün əhəmiyyət kəsb etdiyindən lifli ekpertiza üçün götürülmüşdür. Baxış zamanı fotoşəkillər çəkilərək əksi çıxarılıb baxış protokoluna əlavə edilmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş xx.xx.2020-ci il tarixli Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya ETT Birliyi Qəbələ rayon şöbəsinin 13 saylı meyitin ekspertizası rəyində göstərilmişdir ki, X1 meyitində qapalı kəllə beyin travması, baş beyinin qişalarına və toxumasına qansızma, kəllə əsası sümüklərin sınığı, qabırğaların çoxsaylı sınığı, ağ ciyərlərin əzilməsi, başın yumuşaq toxumasına qansızma, sağ bud sümüyünün yuxarı boyun hissəsindən, sağ baldır sümüklərinin aşağı 1/3-nin qapalı yerdəyişən sınığı, çanaq sümüklərinin sağ tərəfdən sınığı, burun sümüklərinin qəlpəli sınığı, alının sıyrılmış yarası, üzün, alt çənənin, sol dirsək nahiyyəsinin, çanağın sol qalça darağı nahiyyəsinin, sol budun bayır orta 1/3-nin, sol diz oynağının bayır tərəfinin, sağ budun içəri aşağı 1/3-nin və sağ iç topuq hissəsinin sıyrıqları kimi xəsarətləri vardır. X1 bədəni üzərində aşkar edilən xəsarətlər qərarda göstərilən tarixdə və şəraitdə, yəni, xx xxxxxxx 2020-ci il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi zamanı əmələ gələ bilərlər. X1 bədəni üzərində aşkar edilən xəsarətlər küt alətin (əşyaların) təsirindən törənmişlər. Dərəcəsinə görə həmin xəsarətlər canlı şəxslərdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurma kimi qiymətləndirilir. X6 ölümünə səbəb baş beyin toxumasının ağır dərəcəli əzilməsi olmuşdur və hadisə vaxtı aldığı xəsarətlərlə birbaşa səbəbli əlaqəsi vardır. X6 meyitindən götürülmüş qanda aparılmış məhkəmə kimya tədqiqatları nəticəsində etil spirti aşkar edilmişdir. Aşkar edilən etil spirtinin qatılığı canlı şəxslərdə yüngül dərəcəli sərxoşluq törətməsi kimi qiymətləndirilir. Narkotik, psixotrop və güclü təsir edici maddələr aşkar edilməmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirlyi Məhkəmə Ekspertizası Mərkəzinin təqdim etdiyi xx xxxxxx 2020-ci il tarixli 8/1934 saylı yol nəqliyyat hadisələrinin məhkəmə ekspertizası rəyində göstərilmişdir ki, VAZ 21154 minik markalı, ** HX *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “X28” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Sürücü Təqsirləndirilən şəxs avtomobili yaşayış məntəqəsində maksimum icazə verilən 60 km/saat sürətdən yüksək sürətlə idarə etdiyindən onun hərəkətlərində “X28” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 2-ci hissəsinin 1-ci bəndinin tələblərinə uyğunsuzluq olmuşdur. Piyada yol-nəqliyyat hadisələri ekspertizasının tədqiqat obyekti olmadığından və onun hərəkətləri xüsusi texniki bilik tələb etmədiyindən yol-nəqliyyat hadisələri ekspertinin səlahiyyətinə aid deyildir. Cinayət işi materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekpertizası X22 Bölməsinin təqdim etdiyi xx xxxxxx 2020-ci il tarixli 17/611 saylı materialların məhkəmə ekspertizası “lifli materialların tədqiqi” rəyində göstərilmişdir ki, tədqiqata təqdim edilmiş, VAZ 21154 minik markalı, ** HX *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücü oturacağının üzlüyünün səthi üzərində kənar lif mikrohissələri vardır. Tərkib və kənar lif mikrohissəciklərinin növü və rəngi rəyin 1 nömrəli cədvəlində göstərilmişdir. Tədqiqata təqdim edilmiş, VAZ 21154 minik markalı, ** HX *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücü oturacağının üzlüyünün səthi üzərindən tapılmış qırmızı rəngli təbbi pambıq lifləri cinsi əlamətlərinə görə Təqsirləndirilən şəxs məxsus 01 ədəd kapşonlu idman köynəyinin tərkib liflərinə uyğun gəlirlər. Tədqiqata təqdim edilmiş VAZ 21154 minik markalı, ** HX *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücü oturacağının üzlüyünün səthi üzərindən tapılmış boz rəngli təbii pambıq lifləri cinsi əlamətlərinə görə Təqsirləndirilən şəxs məxsus 01 ədəd şalvarın tərkib liflərinə uyğun gəlirlər. Məhkəmədə ekspert rəyləri tədqiq edilərkən müəyyən edildi ki, ekspert rəyləri işin müəyyən edilmiş hallarına uyğun gəldiyindən və digər sübutlarla təsdiq edildiyindən sübut kimi qəbul edilməlidir. Cinayət işinin materiallarından görünür ki, tədqiqata təqdim edilmiş Təqsirləndirilən şəxs məxsus 01 ədəd şalvarın və 01 ədəd idman köynəyinin səthləri üzərindən tapılmış boz metallik rəngli poliester kimyəvi lifləri cinsi əlamətlərinə görə VAZ 21154 minik markalı, ** HX *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücü oturacağının üzlüyünün tərkib liflərinə uyğun gəlirlər. Tədqiqata təqdim edilmiş, sürücü oturacağının üzlüyünün səthi üzərindən geyim əşyalarının tərkib liflərinə uyğun liflərin və geyim əşyalarının səthləri üzərindən sürücü oturacağının üzlüyünün tərkib liflərinə uyğun liflərin aşkar edilməsinə əsasən sürücü oturacağının üzlüyü ilə geyim əşyalarının qarşılıqlı təmasda olması halı mümkündür. Cinayət işinin materiallarına əlavə edilmiş xx.xx.2020-ci il tarixdə Azərbaycan Respublikası İcbari Tibbi Sığorta Üzrə Dövlət X29 Bölmələrini İdarəetmə Birliyi “Qəbələ Rayon Mərkəzi Xəstəxanası” X25 daxil olmuş 3/853 nömrəli məktuba əsasən Təqsirləndirilən şəxs Qəbələ RMX PHŞ-in polikilinika şöbəsinin “narkoloji və ya ruhi əsəb” kabinetində xx.xx.2006-cı il tarixdən “ensefalopatiya qıcolma sindromu beyin assosiativ əlaqələrin geriliyi və sağ tərəfli hematuria əlaqələri ilə” diaqnozu ilə qeydiyyatdadır. Həmin məktubda X6 Qəbələ RMX PHŞ-in polikilinika şöbəsinin “narkoloji və ya ruhi əsəb” kabinetində qeydiyyatda olmadığı göstərilmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə Şəhər Səhiyyə İdarəsi Rayonlararası Psixonevroloji Dispanserinin təqdim etdiyi xx xxxxxx 2020-ci il tarili 656 nömrəli rəyinə əsasən Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən, o öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, hərəkətlərini ölçüb-biçmək və onları idarə etmək iqtidarında olmuşdur, yəni anlaqlı olmuşdur. X7 əməli Azərbaycan Respublikası CM-nin 21.1-ci maddəsinin təsiri altına düşmür və onun hal-hazırda tibbi xarakterli məcburi tədbirlərin tətbiqinə ehtiyacı yoxdur. Cinayət işinin materiallarına əlavə edilmiş Qəbələ RPŞ-nin DYPB-nin rəisi Aydın Heydərovun xx.xx.2020-ci il tarixli raportuna əsasən Qaraməryəm-İsmayıllı-Şəki yolunun Qəbələ rayon Zarağan kəndindən keçən hissəsində maksimum sürət həddi 60 km/saat müəyyən edilmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş Qəbələ RPŞ-nin DYPB-nin rəisi Aydın Heydərovun xx.xx.2020-ci il tarixli raportuna əsasən Qəbələ rayon Soltan Nuxa kənd sakini Təqsirləndirilən şəxs adına BDYPİ-nin X18 AE 736956 saylı BC kateqoriyalı (xx.xx.2020xx.xx.2030) sürücülük vəsiqəsi qeydə alınmışdır, sürücülük hüququ məhdudlaşdırılmamışdır. Cinayət işinin materiallarına əlavə edilmiş Qəbələ rayonu mərkəzi xəstəxanasından təqdim edilmiş 448 saylı sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə protokolunda Təqsirləndirilən şəxs yol nəqliyyat hadisəsi baş verən zaman ayıq olduğu müəyyən edilmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş Qəbələ RPŞ-nin DYPB-nin İTÜİ polis baş leytenantı Ruslan Rəhimovun xx.xx.2021-ci il tarixli raportuna əsasən Təqsirləndirilən şəxs barəsində X18 heç bir inzibati xəta haqqında protokol qeydə alınmamışdır. İş materiallarında olan AE seriyalı 736956 nömrəli xx.xx.2020-ci il tarixdə verilmiş və xx.xx.2030-cu il tarixə kimi qüvvədə olan sürücülük vəsiqəsinə əsasən Təqsirləndirilən şəxs «BC» kateqoriyalı nəqliyyat vasitələrini idarə etmək hüququ mövcuddur. İş materiallarında olan AD 692632 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsindən görünür ki, “VAZ 21154 minik” markalı, **-HX-*** dövlət qeydiyyat nişanlı avtomobil Təqsirləndirilən şəxs məxsusdur. Beləliklə, məhkəmə və məhkəməyədək araşdırma zamanı toplanmış sübutlara məcmu halında qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs yol hərəkəti qaydalarını pozaraq ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olan yol nəqliyyat hadisəsi törətməsi özünün etirafedici ifadəsi ilə yanaşı, zərərçəkmiş şəxsin hüquqi varisinin vəkilinin və nümayəndəsinin və şahidlərin ifadələri, ekspert rəyləri, hadisə yerinə baxış protokolu və digər sübutlarla tam təsdiq edililr. Məhkəmə hesab edir ki, istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Belə ki, Azərbaycan Respublikası CM-in 263.2-ci maddəsinə əsasən, bu Məcəllənin 263.1-ci maddəsində nəzərdə tutulan əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda üç ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə iki ildən altı ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. “X28” Azərbaycan Respublikası Qanununun 54-cü maddəsinin İ hissəsinə əsasən nizamlanan piyada keçidlərində svetoforun icazə siqnalı yandırıldıqda, sürücü imkan verməlidir ki, həmin istiqamətin hərəkət hissəsindəki piyadalar yolu keçməyi başa çatdırsınlar. Əgər piyada keçidində nəqliyyat vasitələrinin hərəkəti nizamlayıcı tərəfindən və ya svetofor vasitəsilə nizamlanmırsa, sürücü keçidə yaxınlaşarkən sürəti lazımınca azaltmalıdır ki, yolu keçməyə başlamış piyadaları təhlükəyə məruz qoymasın. Əgər piyada keçidə daxil olmuşdursa sürücü nəqliyyat vasitəsini dayandırmalı və piyadaya yol verməlidir. “Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxxx 2013-cü il tarixli 5 nömrəli Qərarının 1-ci bəndində qeyd edilir ki, yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması ilə bağlı cinayətlərin geniş yayılması hərəkət təhlükəsizliyinin təmin edilməsini və yol-nəqliyyat hadisələrinin qarşısının alınması üçün təşkilati və təsiredici hüquqi tədbirlərin həyata keçirilməsini zəruri edir. Bununla bağlı məhkəmələrin diqqəti yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması cinayətlərinə dair işlərə obyektiv və keyfiyyətli baxılmasına, işin bütün hallarının tam və hərtərəfli araşdırılmasına, o cümlədən yol hərəkəti qaydalarını pozmuş şəxsin hadisədən bilavasitə əvvəl vəziyyətinin, psixoloji və sağlamlıq durumunun müəyyən edilməsinə, cinayətlərin törədilməsinə səbəb olmuş və şərait yaratmış halların aşkar edilməsinə, cinayət işləri üzrə qanuni, əsaslı və ədalətli qərarların qəbul edilməsinə yönəldilsin. Həmin Qərarın 21-ci bəndində qeyd edilir ki, yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasında təqsirləndirilən şəxslərə cəza təyin edilərkən məhkəmələr nəzərə almalıdırlar ki, cinayətin ağır nəticələrə səbəb olması CM-nin 263.2, 263.3, 263-1.3, 263-1.4, 351.2 və 351.3-cü maddələrinin dispozisiyasında cinayət tərkibinin zəruri elementi kimi nəzərdə tutulduğundan həmin nəticələrin mövcudluğu özü-özlüyündə CM-nin 61.1.2-ci maddəsinə istinad edilməklə cəzanı ağırlaşdıran hal hesab edilə bilməz. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş daha ciddi cəza növü və həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza cəzanın məqsədlərini təmin edə bilmir. Odur ki, məhkəmələr tərəfindən bu kateqoriyadan olan işlər üzrə işin cəzaya təsir edə biləcək bütün halları, o cümlədən təqsirləndirilən şəxsin əvvəllər yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar və ya hərəkət təhlükəsizliyi və nəqliyyat vasitələrinin istismarı qaydaları əleyhinə olan cinayətlər törədib-törətməməsi, buna görə onun inzibati məsuliyyətə cəlb edilməmiş sayılıb-sayılmaması və ya məhkumluğunun ödənilib-ödənilməməsi, inzibati və ya cinayət mühakimə icraatı qaydasında nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum edilib-edilməməsi, digər tərəfdən isə yol-nəqliyyat hadisəsinin baş verməsində zərərçəkmişin və ya yol hərəkətinin digər iştirakçılarının qarşılıqlı təqsirinin mövcudluğu, təqsirləndirilən şəxsin hadisədən sonrakı davranışı, onun hadisə yerindən qaçmayaraq zərərçəkmişə tibbi və ya digər yardım göstərməsi, yol-nəqliyyat hadisəsi nəticəsində zərər çəkmiş şəxsin təqsirkarın yaxın qohumu olması, təqsirləndirilən şəxsin özünün də hadisə nəticəsində xəsarət alması, onun tərəfindən maddi və mənəvi zərərin ödənilməsi və bu kimi sair hallar araşdırılmalı və cəza təyini zamanı nəzərə alınmalıdır. Beləliklə də, Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən, məhkəmə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarmağı məqsədəmüvafiq hesab edir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən hesab edir ki, aşağıdakılar nəzərə alınmalıdır. İşdə olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ-nin verdiyi cinayət işi üzrə yoxlamaya dair tələbnamədən aydın olur ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İşdə olan Qəbələ rayon İcra Hakimiyyəti Başçısının Soltan Nuxa kənd X27 üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli 16 nömrəli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs Qəbələ rayonu Soltan Nuxa kəndində yaşamaqla müsbət xarakterizə olunur. İşdə olan Qəbələ rayon İcra Hakimiyyəti Başçısının Qəbələ rayon Soltxan Nuxa kənd X27 üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli, 413 nömrəli arayışdan görünür ki, Təqsirləndirilən şəxs ailə tərkibi anası, 1957-ci il təvəllüdlü X8 ibarətdir. İşdə olan Dövlət Sosial Müdafiə Fondu Qəbələ rayon şöbəsi tərəfindən verilmiş 034311 №-li vəsiqəsnin surətindən görünür ki, Təqsirləndirilən şəxs ömürlük İİ qrup əlildir. Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən cəza təyin edilərkən bu Məcəllənin 59.1.1—59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Məhkəmə Təqsirləndirilən şəxs hadisələrin təsadüfi axarı zəminində ilk dəfə olaraq ehtiyatsızlıqdan az ağır cinayət törətməsini, törətdiyi əməli səmimi etiraf edərək peşimançılıq hissi keçirməsini, İİ qrup əlil olmasını, ailənin yeganə gəlir mənbəyi olmaqla himayəsində 1957-ci il təvəllüdlü anasının olmasını, zərərçəkmiş şəxsin yaxın qohumları ilə barışıq əldə etməyə cəhd etməsini cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə eyni zamanda qeyd edir ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs zərər çəkmiş şəxsin həyat yoldaşı olan hüquqi varisi ilə barışıq əldə etməyə cəhd etmiş, vurulmuş zərərin aradan qaldırılması üçün tədbirlər görməyə cəhd etmiş, lakin zərər çəkmiş şəxsin hüquqi varisi onun maddi köməyinə ehtiyac olmadığını bildirmişdir. Bu hallar yüngülləşdirən hallardır və bu hallar mövcud olduğundan məhkum Təqsirləndirilən şəxs münasibətdə nəzərə alınmalıdır. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-in 61-ci maddəsi ilə nəzərdə tutulan cəzanı ağırlaşdıran halların olmadığını müəyyən edir. Azərbaycan Respublikası CM-in 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yünşülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. «Məhkəmə Hökmü Haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun xx xxxxxx 1996-cı il tarixli 4 №-li qərarının, 13-cü bəndində qeyd olunmuşdur ki, «məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıqaşkar ədalətsiz cəza təyin etmək hallarına yol verməməlidir». “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2003-cü il tarixli, 4 nömrəli Qərarında nəzərdə tutulur ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Həmin qərarda qeyd edilir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən, cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Azərbaycan Respublikası CM-nin 15.3-cü maddəsinə əsasən qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi yeddi ildən artıq olmayan əməllər az ağır cinayətlər hesab olunur. Həmin Məcəllənin 263.2-ci maddəsinin sanksiyasında üç ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə iki ildən altı ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Cinayətlərin təsnifatına görə Azərbaycan Respublikası CM-in 263.2-ci maddəsi az ağır cinayətlər kateqoriyasına daxildir. Azərbaycan Respublikası CM-nin 9.2-ci maddəsinə əsasən, cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Başqa sözlə, cəza «talion» prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən, hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən halları, cəzasını ağırlaşdıran halların olmamasını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 263.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini məqsədəuyğun sayır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikası CM-in 41.2-ci maddəsində deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cinayət törətmiş şəxsin fərdi xüsusiyyətlərinə, törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsinə və xarakterinə mütənasibdir və hazırkı halda həmin cəza, cəzanın məqsədini təmin edir. Azərbaycan Respublikası CM-nin 56.1.1 və 56.1.2-ci maddələrinə əsasən, azadlıqdan məhrum etmə növündə cəzanın ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq olmayan müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün-məntəqə tipli cəzaçəkmə müəssisələrində; qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün-ümumi rejimli cəza çəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Eyni zamanda məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsinin sanksiyasının göstərişinə əsasən, Təqsirləndirilən şəxs nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməlidir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin onun təqsirli bilindiyi 263.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə növündə əsas cəza, nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilmə növündə əlavə cəza təyin olunmalı, onun barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə istintaqında tədqiq olunmuş iş materiallarından görünür ki, iş üzrə maddi sübut kimi tanınmış və Qəbələ rayon Polis şöbəsində saxlanılan 01 ədəd köynək, 01 ədəd şalvar və Vaz 21154 minik markalı ** HX *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücü oturacağının üzərindən götürülmüş üzlük çexol hökm öz qanuni qüvvəsini aldıqdan sonra məhv edilməlidir. Bundan başqa, iş üzrə məhkəmə məsrəfləri olan ekspertiza tədqiqatlarının dəyəri cəmi 171,94 (bir yüz yetmiş bir manat doxsan dörd qəpik) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilməlidir. «Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında» xx xxxx 2012-ci il tarixli Azərbaycan Respublikası Qanununun 99-1.2-ci maddəsinə görə məhkəmə, hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli olan əmlakın olub-olmaması məsələsini həll etməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.1 və 99-1.1.1-ci maddəsinə əsasən məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) Xüsusi müsadirə olunan əmlak hesab olunur. Məhkəmə xüsusi müsadirə ilə bağlı məsələni müzakirə edərək hesab edir ki, iş üzrə belə bir əmlak olmadığından təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə ilə bağlı müddəa tətbiq edilməməlidir. İş üzrə mülki iddia yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 44.1; 344-347; 349; 351-353, 356, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirli bilinsin və ona 02 (iki) il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, 04 (dörd) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin, cəzaçəkmə müddətinin əvvəli məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata düşdüyü vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış və Qəbələ rayon Polis şöbəsində saxlanılan 01 ədəd köynək, 01 ədəd şalvar və Vaz 21154 minik markalı ** HX *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücü oturacağının üzərindən götürülmüş üzlük çexol hökm öz qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. İş üzrə məhkəmə məsrəfi olan 171,94 (bir yüz yetmiş bir manat doxsan dörd qəpik) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilsin. (büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu 3, Dövlət Xəzinadarlıq Agentliyi, kod 210005, VOEN **********, müxbir hesab AZE 41 NABZ********************, SFİFTBİK: CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi, VOEN **********, hesab AZ34CTRE********************). İş üzrə mülki iddia yoxdur. Hökm elan olunduğundan 20 (iyirmi) gün müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökm apellyasiya şikayəti və ya protesti verilmədikdə, həmin müddət başa çatdıqdan sonra qüvvəyə minir. Sədrlik edən: Abbas Əliyev
Məhkəmə qərarları › İş №1(025)-15/2021
Qəbələ Rayon Məhkəməsi Hökm — İş №1(025)-15/2021
03.03.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver