Azərbaycan Respublikası adından HÖKM Qəbələ şəhəri İş № 1(025)-15/2022 08.06.2022 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Abbas Baba oğlunun sədrliyi, məhkəmə iclas katibi Qafarlı Yelmar Elman oğlunun katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikasının Baş X1 Müdafiəsi İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, zərərçəkmiş şəxs – Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Qəbələ rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə xx.xx.1992-ci ildə Göyçay şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, işsiz, orta təhsilli, Ucar rayon məhkəməsinin 16.12.2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.2, 29,177.2.2 və 29,177.2.3-cü maddələri ilə təqsirli bilinib qəti olaraq 2 il 6 ay 18 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Göyçay rayon məhkəməsinin 19.04.2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.3cü maddəsi ilə təqsirli bilinib CM-nin 66.5-ci maddəsi tətbiq edilməklə qəti olaraq 03 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, məhkumluğu ödənilməmiş, Göyçay şəhəri, 20 yanvar küçəsi ev 69 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşamış və hazırda X2 saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinin materiallarına açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 24 fevral 2022-ci il tarixdən 25 fevral 2022-ci il tarixə keçən gecə saat 03 radələrində etibarnamə ilə idarə etdiyi VAZ 21061 minik markalı, ** MZ *** dövlət qeydiyyat nişanlı avtomobili idarə edib Qəbələ rayon Hacıalılı kəndinin mərkəzinə gələrək Qəbələ rayon Şamlı kənd sakini Zərərçəkmiş şəxs Hacıalılı kəndinin mərkəzində yerləşən 12 nömrəli aptek binasının arxa hissəsində olan plastik materialdan olan pəncərəni özü ilə gətirdiyi buracla açaraq orada olan nərdivanla qalxaraq aptekin içərisinə qanunsuz daxil olub orada yeləşən kassadan 23 manat kağız pulu, 40 manat dəyərində qəpikləri, həmçinin, aptekdən 01 ədəd 36 manat dəyərində “DR.Frei” markalı təzyiq ölçən aparatı, 01 ədəd 20 manat dəyərində “Nokia” markalı mobil telefonu üzərində 01 ədəd 4,00 manat dəyərində ***- ***-**-** saylı sim nömrə ilə birgə, 02 qutu hər birinin qiyməti 7,50 manat olan ümumi dəyəri 15 manat təşkil edən 6 nömrəli “X14” markalı uşaq bezini, 35 ədəd hər birinin qiyməti 0,20 manat olan ümumi dəyəri 7 manat təşkil edən qara rəngli tibbi maskaları, 01 qutu 8,00 manat dəyərində “EXPERT WİNTER CARE” markalı saç şampununu, 06 ədəd hər birinin qiyməti 1,80 manat olan ümumi dəyəri 10,80 manat olan diş fırçasını gizli yolla talayaraq zərərçəkmişə ümumilikdə 163.80 (bir yüz altmış üç manat, 80 qəpik) manat maddi ziyan vurmaqla oğurluq cinayətini törətmişdir. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 177.2.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin (CPM) 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə protokollarını və digər sənədləri sübut növü kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi vardır, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli düzgün olaraq Azərbaycan Respublikasının CM-nin 177.2.3-cü maddəsi ilə tövsif olunmuşdur. Belə ki, məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 177.2.3-cü maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, ünvan 3 ünvanda yaşayır. Əvvəllər oğurluq etdiyinə görə məhkum olunmuşdur. Belə ki, ilk dəfə 2021-ci ilin avqust ayında Ucar rayon ərazisində yerləşən marketdən siqaret və pul oğurlamış, bu cinayətinə görə Ucar rayon məhkəməsi tərəfindən barəsində 2 il 6 ay 18 gün müddətində azadlıqdan məhdudlaşdırma növündə cəza təyin edilmişdir. Həmin cəza üzrə 25.02.2022-ci il tarixdə ayağına azadlığını məhdudlaşıran aparat qoşacaqlarını, buna görə də yaşadığı Göyçay rayonu ərazisini tərk edə bilməyəcəyindən 24.02.2022-ci il tarixdə Göyçay rayonunda etibarnamə ilə idarə etdiyi Vaz2106 markalı, **-MZ-*** dövlət qeydiyyat nişanlı minik avtomobilini idarə edən zaman Qəbələ rayonuna gedib gəzmək qərarına gəlmişdir. 24.02.2022-ci il tarixdən 25.02.2022-ci il tarixə keçən gecə saat təxminən 01 radələrində yaşadığı Göyçay rayonundan həmin avtomobili idarə edərək Qaraməryəm-İsmayıllı yolu ilə birbaşa Qəbələ rayon ərazisinə gəlmişdir. Saat təxminən 03 radələrində Qəbələ rayonuna çatmış, daha sonra üzü Ağdaş şəhəri istiqamətində avtomobilini idarə edərək Göyçay rayonuna qayıtmaq istəmişdir. Qəbələ rayon Hacıalılı kəndi ərazisində yerləşən dairəyə çatmamış üzü Ağdaş şəhəri istiqamətində magistral yolun sağ tərəfindən yerləşən apteki, aptekin, yanındakı marketin yaxınlığında heç kimin olmadığını görmüşdür. Bu zaman borcu olduğundan həmin aptekə və marketə girərək oradan oğurluq etmək, oğurluq edərək əldə etdiyi pul və sair qiymətli əşyaları sataraq pul əldə edib borclarını vermək qərarına gəlmişdir. Belə olub aptekdən aşağıda yerləşən dairəyə yaxınlaşaraq dairədən təkrar Qəbələ şəhəri istiqamətində təxminən 20-25 metr məsafə getmiş, avtomobilini apteklə üzbəüz yerləşən üzü Qəbələ şəhəri istiqamətində magistral yolun sağ kənarında saxlamış, aptekin və marketin qarşısında heç kimin olmadığını dəqiqləşdirmişdir. Daha sonra avtomobilindən yerə düşmüş, əks istiqamətili hərəkət zolaqlarını bir-birindən ayıran otluq sahəni aşmaqla digər yola, yəni aptek və marketin yerləşdiyi hissəyə gəlmişdir. Əvvəlcə marketin və aptekin arxasına keçərək orada heç kimin olmadığını və onu kimsənin görmədiyini dəqiqləşdirmiş, market hündür olduğundan, həmçinin, marketdə kameralar ola biləcəyinə görə marketdən oğurluq etmək fikrindən daşınmış, marketdən oğurluq etmək üçün heç bir hərəkət və cəhd etməmişdir. Aptekin arxa hissəsində plastik materialından olan pəncərəni görmüş, aptekə daxil olmağın asan olacağını bilmişdir. Əl izləri düşməməsi və ola biləcək kameralara üzünü düşməməsi üçün ayağındakı corabları çıxararaq əlinə geyinmiş, tibbi maskanı isə üzünə taxmışdır. Avtomobildən düşən zaman özü ilə birlikdə götürdüyü vintaçan alətlə, yəni, atvyorka ilə aptekin arxasındakı pəncərənin arasına salmış, pəncərəni açmış, orada olan bir taxta nərdivanı divara söykəyərək nədrivana çıxıb oradan da pəncərədən içəriyə daxil olmuşdur. Aptekin içərisindəki kassadan hər biri birmanatlıq şəklində 23 manat kağız pulu, topa şəkildə olan dəqiq sayını bilmədiyi qəpik pulu, kassanın arxa tərəfinəki şkafdan 1 ədəd təzyiq ölçən cihazı, balaca tabletkanın üzərində olan 01 ədəd “Nokia” markalı mobil telefonu, şkafın üst hissəsindən 2 qutu uşaq bezini, bezin yerləşdiyi yerin altından qutuda sayını bilmədiyi diş fırçalarını, sayını bilmədiyi qara rəngli tibbi maskaları, eləcə də 1 qutu saç şampununu götürmüş, daha sonra aptekin arxa hissəsində olan dəmir qapını içəridən açaraq çölə çıxmışdır. Özü ilə əvvəlcə uşaq bezlərini və təzyiq ölçən aparatı aparıb avtomobilinə qoyaraq dərhal da geri qayıtmışdır. Aptekin içərisinə həmin qeyd etdiyi özü açdığı arxa qapıdan daxil olmuş, aptekin içərisindəki saç şampununu, tibbi maskaları, diş fırçalarını aptekdən götürüb arxa qapıdan çıxmış, pəncərəni örtməmiş, lakin qapını örtmüş, kilidləməməşdir. Daha sonra aptekdən oğurladığı saç şampununu, 1 qutu diş fırçasını və maskanı özü ilə birlikdə götürüb avtomobilinin yanına gəlmiş, onları da avtomobilinə qoymuş, avtomobilini idarə edərək Ağdaş şəhərindən keçərək yaşadığı Göyçay rayonuna getmişdir. Yolda gedən zaman mobil nömrənin üzərindəki sim kartı polis tərəfindən aşkar edilməməyi üçün Qəbələ rayonunda Savalan kəndində yol kənarına tullamış, həmin yolla gedən zaman da corablarını və tibbi maskanı da xatırlamadığı yerə atmışdır. Oğurladığı qəpikləri saydıqda 40 manat oduğunu müəyyən etmişdir. Həmin 40 manat qəpik pulları və 23 manat kağız pulları öz ehtiyacları üçün xərcləmiş, pullardan onda qalmamışdır. Uşaq bezini, şampunu, diş fırçalarını, təzyiq aparatını, tibbi maskaları sataraq pul əldə etmək məqsədi ilə evdə saxlamışdır. 28.02.2022-ci il tarixdə isə onu Qəbələ rayon polis şöbəsinə gətirib oğurluqda şübhəli olduğunu bildirdikdə oğurluq əməlini etiraf etmiş, oğurladığı əşyaları yerini atasına deyəndən sonra atası həmin əşyaları yaşadıqları evdə polis əməkdaşlarına təqdim etmişdir. Oğurladığı qəpik pullar qarışıq qəpiklərdən ibarət olmuşdur, onları saydıqda 40 manat təşkil etdiyini müəyyən etmişdir. Oğurladığı tibbi maskalardan istifadə etməmiş, ancaq sayının 35 ədəd olduğunu bilmişdir. Oğurladığı diş fırçaları açıq şəkildə qutuda olmaqla içərisində cəmi 6 ədəd olmuş, onlardan da istifadə etməmişdir. Uşaq bezlərindən bir qutusunu bağlı saxlasa da, digər qutunu evdə həyat yoldaşına açdırmış, ondan 8 ədədi azyaşlı uşağı üçün istifadə edilmişdir. Ancaq arvadı həmin bezlərin oğurluq olmasını bilməmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzindən daxil olmuş 06 aprel 2022ci il tarixli 9/1675 nömrəli məhkəmə əmtəəşünaslıq ekspertizası rəyində Zərərçəkmiş şəxs məxsus aptekdən etdiyi oğurluq nəticəsində ona ümumilikdə 163,80 manat maddi ziyan dəyməsi barədə rəylə tanış olmuş və heç bir etirazı olmamışdır. Oğurluğu tək etmiş, heç kimin ona kömək etməmiş və oğurluq barədə kimsəyə məlumat verməmiş, aptekdən başqa heç nə oğurlamamışdır. Oğurluqda istifadə etdiyi dəstəyi sarı rəngli atvyorkanı sonradan avtomobilinə baxış keçirilən zaman polis əməkdaşlarına təqdim etmiş, Qəbələ rayon ərazisindən başqa oğurluq etməmişdir. Törətdiyi əməldən peşmandır. Təqsirləndirilən şəxs həmçinin hazırda əməlindən səmimi peşmançılıq çəkdiyini, zərərçəkmiş şəxsin ondan şikayət və tələbinin olmadığını, onunla barışıq əldə etdiyini, himayəsində 2 azyaşlı uşağının olmasını nəzərə alaraq məhkəmədən ona yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş Zərərçəkmiş şəxs vermiş olduğu ifadəsində göstərdi ki, 2015-ci ildən Qəbələ rayon Hacıallı kəndində icarə əsasında aptek işlədir. Belə ki, “Zeytun Farm” şirkəti ilə müqavilə bağlamış və işlətdiyi aptek “Aptek 12” adı ilə fəaliyyətdədir. Aptekdə iki nəfər qadın işçi vardır. 25.02.2022-ci il tarixdə saat təxminən 08:30 radələrində aptekdə satıcı işləyən Şahid3 ona zəng edərək aptekə daxil olan zaman aptekin arxa pəncərəsinin açıq olduğunu, naməlum şəxsin oradan içəri daxil olaraq oğurluq etməsi barədə məlumat vermişdir. Dərhal həmin yerə getmiş, aptekin arxa qapısı və arxa pəncərəsini həqiqətən də açıq görmüşdür. Aptekin içərisinə baxan zaman aptekin içərisində şkaflardakı rəflərin açıq olduğunu görmüş, aptekdən oğurluq baş verdiyini bilmişdir. Oğurluq barədə polisə məlumat vermişdir. Polis əməkdaşları ilə aptekə baxan zaman aptekdə kassadan 20 manat dəyərində qəpik və manat pulların, 36 manat dəyərində təzyiq ölçən aparat tanometr və bir ədəd 30 manat dəyərində üzərində 050 311 69 90 nömrə olan “Nokia” markalı mobil telefonun oğurlanmasını müəyyən etmişdir. Aptekin müşahidə kameralarına baxan zaman 25.02.2022-ci il tarixdə gecə saat təxminən 03:10 radələrində bir nəfər naməlum şəxsin əlində əlcək, üzündə tibbi maska ilə aptekin arxa pəncərəsinə kənardakı nərdivan ilə çıxaraq pəncərəni əli ilə basıb açdığını, daha sonra içəri daxil olduğunu görmüşlər. Oğurluq barədə polis şöbəsinə ərizə yazmış, ərizəsində yuxarıda qeyd etdiyi əşyaların və pulun oğurlandığını qeyd etmişdir. Sonradan, yəni 28 fevral 2022-ci il tarixdə apteki bir daha yoxlayan zaman aptekdən oğurlanan qəpiklər 20 manat məbləğdə deyil 40 manat məbləğdə olduğunu, həmçinin, əlavə olaraq 23 manat kağız pulların, 2 qutu hər birinin qiyməti 9 manat olan ümumi dəyəri 18 manat təşkil edən 6 nömrə uşaq bezinin, 1 qutu 10 manat dəyərində tibbi maskanın, 1 ədəd 8 manat dəyərində saç şampununun və 1 qutu içərisində 10 ədəd hər birinin qiyməti 1,80 manat olan ümumi qiyməti 18 manat olan diş fırçalarının oğurlandığını müəyyən etmişdir. Buna görə təkrar rayon polis şöbəsinə ərizə ilə müraciət edərək sonradan müəyyən etdiyi əşyaların da oğurlanmasını qeyd etmişdir. Oğurluq zamanı aptekdə heç bir əşya zədələnməmiş, məhv edilməmiş, aptekin plastik pəncərəsi zədələnməmişdir. Pəncərə basılıb açılmış, oğurluq hadisəsi nəticəsində ona ümumilikdə 183 manat maddi ziyan dəymişdir. Tibbi maskaların sellafon torbada, torba açıq vəziyyətdə olmuş, həmin maskalardan satış etmiş, qutunun içərisində 50 ədəd tibbi maska olmuş, maskalardan bir qədəri satılmışdır. İçərisində nə qədər qaldığını bilməmiş, istintaq zamanı sayılarkən 35 ədəd aşkarlandığından buna heç bir etirazı olmamışdır. Oğurlanmış diş fırçaları qutuda olmuş, qutunun içərisində 10 ədəd diş fırçası olmuş, ancaq oğurlanmış qutu açıq olduğundan və üzərində ədədlə diş fırçaları satıldığından dəqiq nə qədər diş fırçası qalmağını bilməmişdir. İstintaq zamanı sayılarkən 6 ədəd diş fırçası aşkarlandığından buna heç bir etirazı olmamışdır. Aptekdən oğurlanmış qəpikləri aptek işçiləri yoxladıqdan sonra həmin qəpiklərin 40 manat dəyərində olduğunu müəyyən etmişdir. İlkin olaraq 20 manat kağız pulun oğurlanmasını müəyyən etmiş, ancaq aptek işçiləri ilə yoxladıqdan sonra 20 deyil, 23 manat kağız pulun oğurlandığını müəyyənləşdirmişdir. Oğurlanmış 01 ədəd təzyiqölçən aparatı “DR.Frei” markalı, diş fırçaları “Lotus” markalı, 01 ədəd mobil telefon “Nokia” markalı olmaqla üzərində ***-***-**-** saylı sim nömrə oldumuşdur. 02 qutu içərisində 16 ədəd olan 6 nömrəli uşaq bezi “X14” markalı, tibbi maskalar qara rəngli, 01 qutu dolu vəziyyətdə saş şampunu “EXPERT WİNTER CARE” markalı olmuşdur. Həmin əşyalar ona məxsus olmuş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizasi mərkəzindən daxil olmuş 08 aprel 2022-ci il tarixli 9/1675 nömrəli əmtəəşünaslıq rəyində oğurlanmış əşyaların onun qeyd etdiyi dəyərdən aşağı göstərilməsinə heç bir etirazı yoxdur. Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs məhkəməyə ərizə təqdim edərək, təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbinin olmadığını, ona dəymiş ziyanın ödənildiyini bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində bildirdi ki, Qəbələ rayon Şamlı kənd sakini Zərərçəkmiş şəxs icarə əsasında işlətdiyi aptekdə əczaçı işləyir. 25 fevral 2022-ci il tarixdə saat təxminən 08:30 radələrində işə gəldikdə aptekin arxa pəncərəsini açıq görmüş, arxa qapını yoxladıqda onun da açıq vəziyyətdə olmasını görmüşdür. Aptekdən oğurluq olmasına əmin olduğundan dərhal bu barədə Zərərçəkmiş şəxs məlumat vermişdir. Zərərçəkmiş şəxs ora gəlmişdir. Apteki birgə yoxladıqda aptekdən 1 ədəd təzyiqölçən aparatın, 20 manat nəğd pulun və üzərində ***-***-**-** saylı sim nömrə olan mobil telefonun oğurlandığını müəyyən etmişlər. Bu barədə Çingiz polis şöbəsinə ərizə ilə müraciət etmiş, sonradan apteki bir daha yoxladıqda aptekdən oğurlanan qəpiklər 20 manat məbləğdə deyil 40 manat məbləğdə olduğunu, həmçinin, əlavə olaraq 23 manat kağız pulların, 2 qutu hər birinin qiyməti 9 manat olan ümumi dəyəri 18 manat təşkil edən 6 nömrə uşaq bezinin, 1 qutu 10 manat dəyərində tibbi maskanın, 1 ədəd 8 manat dəyərində saç şampununun və 1 qutu içərisində 10 ədəd hər birinin qiyməti 1,80 manat olan ümumi qiyməti 18 manat olan diş fırçalarının oğurlandığını müəyyən etmişlər. Buna görə də Çingiz təkrar ərizə ilə rayon polis şöbəsinə müraciət etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində bildirdi ki, Təqsirləndirilən şəxs doğma oğludur. Yunis evlidir, ailəsi ilə onunla birlikdə yaşayır. Yunis bir neçə dəfə Ucar və Göyçay rayonlarından oğurluqlar etmişdir. 28 fevral 2022-ci il tarixdə axşam saatlarında onunla Qəbələ rayon polis şöbəsinin əməkdaşları əlaqə saxlayaraq Yunisin Qəbələ rayonu Hacıalılı kəndindən aptekdən oğurluq etdiyi üçün saxlanıldığını demişlər. Həmin vaxt Yunisin Qəbələ rayonundan da oğurluq etdiyini bilmişdir. Yunis onunla əlaqə saxlayaraq həqiqətən də Qəbələ rayon Hacıalılı kəndindən bir aptekə gizli yolla daxil olaraq oğurluq etdiyini deyərək oğurladığı əşyaların evdə olduğunu və həmin əşayaları evə gələcək polis əməkdaşlarına təqdim etməyini istəmişdir. Belə ki, Yunis həmin əşyaları öz otağında saxlayırmış. Yunisin öz otağından Yunisin oğurladığını bildirdiyi 01 ədəd markasını bilmədiyi təzyiqölçən aparatı, 06 ədəd markasını bilmədiyi diş fırçasını, 01 ədəd “Nokia” markalı mobil telefonu, 01 qutuda içərisində 16 ədəd olan 6 nömrəli markasını bilmədiyi uşaq bezini, 08 ədəd açıq şəkildə olan markasını bilmədiyi uşaq bezini, 35 ədəd qara rəngli tibbi maskanı, 01 qutu markasını bilmədiyi saç şampununu polis əməkdaşlarına təqdimmiş, həmin əşyalardan xəbərsiz olmuş, Yunisin gecə saatlarında yaşadıqları evdən avtomobillə çıxıb getməsini də görməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində bildirdi ki, Qəbələ RPŞnin MSY-nin polis nəfəri vəzifəsində işləyir. 03 mart 2022-ci il tarixdə MSY-nin digər polis nəfəri Elçin Mirzənmədov ilə birgə Qəbələ RPŞ-nin İB-də Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə istintaqı aparılan cinayət işi üzrə 02 mart 2022-ci il tarixdə Qəbələ rayon məhkəməsi tərəfindən barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs ifadələrinin yerində yoxlanılması istintaq hərəkəti keçirilən zaman iştirak etmişdir. İlkin olaraq rayon polis şöbəsində Təqsirləndirilən şəxs oğurluğu harada törətməsi və həmin hadisə yerini göstərə bilməsi barədə şifahi sorğu edildikdə, o Hacıalılı kəndinin mərkəzində üzü Ağdaş rayonu istiqamətdə yolun asfalt örtüyündən sağda bir apatekə gizli yolla daxil olaraq oğurluq etdiyini, həmin yeri sərbəst şəkildə təqdim edə biləcəyini bildirmişdir. Daha sonra xidməti avtomobillərlə Təqsirləndirilən şəxs göstərdiyi marşurut üzrə hərəkətə başlanmış, Hacıalıllı kəndinin mərkəzində Təqsirləndirilən şəxs avtomobili saxladaraq yolun Ağdaş rayonu istiqamətdə asfalt örtükdən təxminən 30 metr məsafədə yerləşən bir apteki göstərərək həmin aptekə gizli yolla daxil olaraq oğurluq etdiyini bildirmişdir. Avtomobildən yerə düşdükdə Təqsirləndirilən şəxs 24 fevral 2022-ci il tarixdən 25 fevral 2022-ci il tarixə keçən gecə idarə etdiyi Vaz 2106 markalı avtomobillə Qaraməryəm-İsmayıllı-Şəki yolu ilə hərəkət edərək Hacıallı kəndinə gəlmiş, orada yol dairəsinə girərək avtomobili Qəbələ şəhəri istiqamətdə yolun sağında saxladığını, aptekə daxil olmaq üçün özü ilə birgə avtomobilində olan atvyorkanı götürdüyünü qeyd edərək daha sonra təqdim etdiyi aptekə yaxınlaşmışdır. Aptekə daxil olmaq üçün onun arxa hissəsinə keçmiş, arxa hissədə plastik bir pəncərə görmüşdür. Atvyorkanı pəncərənin qapısının arasına salaraq açıb oradan içəri daxil olmuşdur. Sonra satış yerinə gələrək aptekin kassasından sonradan məbləğini bildiyi 40 manat dəyərində müxtəlif qəpikləri, 23 manat dəyərində pulu, həmçinin, bundan başqa rəfdən 01 ədəd təzyiq ölçən aparatı, stulun üzərindən 01 ədəd “Nokia” markalı mobil telefonu, piştaxtanın üzərindən 2 qutu təzə vəziyyətdə olan 6 nömrəli uşaq bezini, 01 qutu tibbi maskanı, 01 ədəd saç şampununu, 01 qutu içərisində sayını xatırlamadığı qədər diş fırçalarını oğurlayaraq aptekin arxa qapısını içəridən kilidini açaraq bayıra çıxmış, arxa qapını örtmüş, pəncərə isə açıq vəziyyətdə qalmışdır. Oğurladığı əşyaları aparıb avtomobilinə qoyaraq Ağdaş rayonu istiqamətdə getməklə orada yolda tapılmamaması üçün oğurladığı Nokia markalı mobil telefonun üzərindəki mobil nömrəni çıxarıb yol kənarına atmış, Göyçay şəhərinə evlərinə getmiş, sonradan dəyəri 40 manat olan qəpik pulları, kağız pulları xərcləmiş, oğurladığı saç şampunu istifadə edərək bitirmişdir. Sonradan sayını bildiyi 06 ədəd diş fırçasını, 35 ədəd tibbi maskanı, 01 ədəd təzyiqölçən aparatı satmaq niyyəti ilə evdə saxlamış, uşaq bezinin isə bir qutusunu evdə açılaraq 8 ədədi övladı üçün istifadə edilmişdir. 01 qutu bez isə bağlı vəziyyətdə qalmışdır. Qəbələ rayon polis şöbəsinin əməkdaşları tərəfindən saxlanıldıqdan sonra həmin əşyaları evdə atası polis əməkdaşlarına təqdim etmişdir. Təqsirləndirilən şəxs ifadəsi yerində yoxlanılan zaman hadisə yerini ardıcıllıqla təqdim etmiş, müstəntiq tərəfindən fotoşəkillər çəkilmiş, daha sonra keçirilmiş istintaq hərəkəti ilə bağlı protokol tərtib edilmiş. oxunmuş, Təqsirləndirilən şəxs, müdafiəçisi və iştirak edən şəxslər tərəfindən imzalanmışdır. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 177.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi özünün etirafı ilə yanaşı, zərərçəkmiş şəxslərin və şahidin ifadəsi, iş materialları və aşağıda göstərilən digər sübutlarlada təsdiq edilir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş 25 fevral 2022-ci il tarixli Qəbələ RPŞ-nin TB-nin təhqiqatçısı Cavidan Əhmədli tərəfindən tərtib edilmiş “baxış keçirilməsi haqqında” protokoldan görünür ki, oğurluq baş vermiş aptek Hacıalılı kəndində yolun asfalt örtüyünüdən 20 metr məsafədə yerləşir. İş üzrə Zərərçəkmiş şəxs aptekdən oğurluq yerini təqdim etmişdir. Müəyyən edilmişdir ki, aptekin arxa pəncərəsi həqiqətən də plastik materialdan olmaqla açıqdır, divara nərdivan söykənmiş, həmçinin aptekin arxa dəmir qapısı da açıq vəziyyətdədir. Baxış keçirilən zaman fotoşəkillər çəkilərək əksi çıxarılıb baxış protokoluna əlavə edilmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş 01 mart 2022-ci il tarixli “baxış keçirilməsi haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs 24 fevral 2022-ci il tarixdən 25 fevral 2022-ci il tarixə keçən gecə Qəbələ rayon Hacıalılı kənd sakini Zərərçəkmiş şəxs məxsus aptekə qanunsuz daxil olaraq oradan oğurluq etməsinin həmin aptekin videomüşahidə kameralarında qeydə alınması və həmin görüntülərin 01 ədəd diskə köçürülərək Qəbələ RPŞ-nin CAB tərəfindən 28 fevral 2022-ci il tarixli əməliyyat tapşırığına cavab raportuna əlavə edilməklə istintaqa təqdim edilmiş görüntülərə baxış keçirilmişdir. Baxış zamanı müəyyən edilmişdir ki, cd diskdə 02 ədəd faylda videogörüntü vardır. Onlardan birincisi A01_**********4945 adlanır, 68 mb olmaqla ümumilikdə 50 dəqiqə 37 saniyə təşkil edir. Digər ikinci fayl isə A01_**********5033 adlanır, 67,9 mb olmaqla 37 dəqiqə 30 saniyə təşkil edir. Birinci faylda olan görüntü aptekin arxa hissəsini çəkməklə 1 nömrəli kameranın qeydə aldığı, ikinci faylda olan görüntü isə aptekin içərisini, yəni salonunu çəkməklə 2 nömrəli kameranın qeydə aldığı görüntülərdir. Baxış zamanı müəyyən edilmişdir ki, hadisə 24 fevral 2022-ci il tarixdən 25 fevral 2022-ci il tarixə keçən gecə saatlarında baş vermişdir. Aptekin 1 nömrəli kamerasına qeydə alınmış videogörüntüdən görünür ki, uzun gödəçkəli, sifəti bağlı olan bir nəfər şəxs həmin kameralara ilk dəfə saat 02:50:51 radələrində görünür, 03:06:15 radələrində oradakı nərdivanı aptekin arxa pəncərə hissəsinə söykəyir, 03:06:18 radələrində nərdivana çıxaraq həmin pəncərəni açaraq içəri daxil olur, 03:15:25 radələrində aptekin arxa qapısı açılır, həmin şəxs qucağında bəzi əşyalarla magistral yola tərəf gedir, 03:21:03 radələrində təkrar aptekin arxa hissəsinə gələrək arxa qapıdan içəri daxil olur, 03:26:13 radələrində yenə də arxa qapıdan çıxır, qucağında bəzi əşyalarla yenə də magistral yola tərəf gedir və bununla da həmin fayldakı görüntü başa çatır. İkinci fayla, yəni 2 nömrəli kameranın eydə aldığı görüntülərə, ikinci fayla baxış zamanı müəyyən edildi ki, həmin şəxs 03:07:06 radələrində aptekin salonuna daxil olaraq kassadan və piştaxtalardan müxtəlif əşyaları oğurlayır, aptekin içərisindəki rəflərə və şkaflara açaraq baxır, salonun içərisində o tərəf bu tərəfə gedir, 03:26:00 radələrində isə oğurladığı əşyaları da götürüb aptekin arxa hissəsi tərəfə gedir və görüntü bununla da başa çatır. Baxışda iştirak edən Təqsirləndirilən şəxs həmin görüntülərə baxaraq bildirmişdir ki, orada olan şəxs özüdür və 24 fevral 2022-ci il tarixdən 25 fevral 2022-ci il tarixə keçən gecə Hacıalıllı kəndində aptekə qanunsuz olaraq daxil olan zaman qeydə alınan görüntülərdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş Təqsirləndirilən şəxs 03 mart 2022-ci il tarixli “ifadələrin yerində yoxlanılması” haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs Qəbələ rayon Hacıalılı kəndində yerləşən Zərərçəkmiş şəxs oğlunun icarə əsasında işlətdiyi aptekdən etdiyi oğurluq yerini ardıcıllıqla təqdim etmişdir. Təqsirləndirilən şəxs ifadələri yerində yoxlanılan zaman verdiyi ifadələrlə istintaq zamanı verdiyi ifadələr arasında ziddiyyət aşkar edilməmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş Qəbələ RPŞ-nin TB-nin təhqiqatçısı Cavidan Əhmədli tərəfindən tərtib edilmiş “götürmə aparılması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs atası Şahid1 Təqsirləndirilən şəxs tərəfindən oğurlanmış və yaşadığı ünvan 4 ünvanında saxladığı 01 ədəd DR FREİ” markalı təzyiqölçən aparatı, 35 ədəd qara rəngli tibbi maskaları, 01 ədəd “Nokia” markalı qara rəngli mobil telefonu, 01 ədəd istifadə olunmuş “EXPERT WİNTER CARE” markalı saç şampununu, 06 ədəd istifadə olunmamış “Lotus” markalı diş fırçalarını, 01 ədəd bağlı qutuda 6 nömrəli “X14” markalı uşaq bezini, 01 ədəd açılmış paketdə 08 ədəd 6 nömrəli “X14” markalı uşaq bezini təqdim etmiş, təqdim edilmiş əşyalar götürülərək müvafiq qaydada qablaşdırılmışdır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza mərkəzinin 08 aprel 2022-ci il tarixli 9/1675 nömrəli əmtəəşünaslıq rəyindən görünür ki, istifadə olunmamış “DR FREİ” “A-20” markalı 01 ədəd təzyiqölçən aparatın 2022-ci ilin fevral ayına olan orta bazar qiyməti 36 manat, istifadə olunmamış, üzərində “Lotus DEEP CLEAN” yazısı olan qutusu ilə birlikdə diş fırçasının 01 ədədinin 1,80 manat, Vyetnam istehsallı, “Nokia” markalı, “TA-1174” MODEL, **********80613 və **********80615 İMEİ kodlu plastmas metal gövdəli, daxili antenalı, foto kameralı, daxili yaddaşlı mobil telefonun satış üçün komplektləşdirilməsinə daxil edilən aksessuarların olmaması və istifadədə olması nəzərə alınmaqla 01 ədədinin 20 manat, istifadə olunmamış, içərisində 16 ədəd olan 6 nömrəli “X14” markalı 01 qutu uşaq bezinin 7,50 manat, istifadə olunmamış 01 ədəd tibbi maskanın 0,20 manat, 01 ədəd ***-***-**-** saylı GSM nömrənin isə 4 manat olduğu göstərilmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş Qəbələ "xxxx" MMC Ticarət Mərkəzi Kompleksinin 08 may 2022-ci il tarixli, 07 nömrəli məktubdan görünür ki, 01 qutu 250 ml çəkidə “EXPERT WİNTER CARE” markalı saç şampunun sərbəst qiyməti 8 (səkkiz) manat təşkil etmişdir. İş materiallarında olan Göyçay RMX PHŞ-dən daxil olmuş 07 aprel 2022-ci il tarixli 1257 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs Göyçay RMX PHŞ-ın Poliklinika şöbəsinin psixiatrik, narkoloji və nevroloji kabinetinlərində qeydiyyatda deyildir. İşdə olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ-nin verdiyi tələbnamədən və Ucar Rayon Məhkəməsinin 1(063)-64/2021 nömrəli, 16 dekabr 2021-ci tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Ucar Rayon Məhkəməsinin 1(063)-64/2021 nömrəli, 16 dekabr 2021ci tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.2, 29,177.2.2 və 29,177.2.3-cü maddələri ilə təqsirli bilinərək, qəti olaraq 02 il 06 ay 18 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. İşdə olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ-nin verdiyi tələbnamədən və Göyçay Rayon Məhkəməsinin 1(046)-27/2022 nömrəli, 19 aprel 2022-ci tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Göyçay Rayon Məhkəməsinin 1(046)-27/2022 nömrəli, 19.04.2022-ci tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə təqsirli bilinərək, 02 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, ona Ucar Rayon Məhkəməsinin 16.12.2021-ci il tarixli 1(063)-64/2021 saylı hökmü ilə təyin edilmiş 02 il 06 ay 18 gün azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş qalan 02 il 05 ay 18 gün hissəsi Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən həmin hökmlə təyin olunan 02 il müddətinə azadlıqdan məhrumetmə cəzası ilə CM-nin 68.1.1-1-ci maddəsinə əsasən iki günə bir gün hesabı ilə 01 il 2 ay 24 gün azadlıqdan məhrumetmə cəzasına bərabər tutulub qismən toplanılmaqla, Təqsirləndirilən şəxs qəti olaraq 03 il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilmiş, Qəbələ rayon Məhkəməsinin 02.03.2022-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri nəzərə alınmaqla təyin edilmiş cəzanın əvvəli 28.02.2022-ci il tarixdən hesablanmışdır. İşdə olan 28 fevral 2022-ci il tarixli protokoldan göründüyü kimi, Təqsirləndirilən şəxs 28 fevral 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Qəbələ Rayon Məhkəməsinin 02.03.2022-ci il tarixli 4(025)-5/2022 nömrəli qərarı ilə, Təqsirləndirilən şəxs barəsində 03 (üç) ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəli 28 fevral 2022-ci il tarixdən hesablanmışdır. İş materiallarında olan Göyçay rayon İcra Hakimiyyətinin Başçısının Göyçay Şəhər İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə edilir. İş materiallarında olan Göyçay rayon İcra Hakimiyyətinin Göyçay şəhər İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 31 mart 2022-ci il tarixli, 01-520 nömrəli arayışdan görünür ki, Təqsirləndirilən şəxs ünvan 5 ünvanda qeydiyyatda olmaqla ailə tərkibi yoldaşı X5, övladları 2019-cu il təvəllüdlü X6 və X4 ibarətdir. Beləliklə, məhkəmə və məhkəməyədək araşdırma zamanı toplanmış sübutlara məcmu halında qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs saxlanc yerinə qanunsuz daxil olub, gizli yolla özgə əmlakını talayaraq oğurluq cinayətini törətməsi özünün etirafedici ifadəsi ilə yanaşı, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, habelə digər sübutlarla tam təsdiqini tapır. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 03 mart 2005-ci il tarixli qərarında qeyd olunur ki, mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da, onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanmasını (oğurluq) kimi tövsif edilməlidir. Təqsirkar şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi, sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan oğurluq cinayəti başa çatmış hesab edilir”. Bundan başqa, Plenumun həmin Qərarında göstərilir ki, “mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da, onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanmasını (oğurluq) kimi tövsif edilməlidir. Təqsirkar şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi, sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan oğurluq cinayəti başa çatmış hesab edilir. Talanmış əmlakı qiyməti müəyyən edilərkən, cinayət törədilən vaxt həmin əmlakın faktiki dəyəri əsas götürülməlidir». Məhkəmə hesab edir ki, istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə düzgün tövsif edilmişdir və o, həmin maddə ilə təqsirli bilinib cəzalanmalıdır. Cəza təyin edilərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinin tələbinə əsasən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarların şəxsiyyətləri, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxslərin islah olunmasına və onların ailələrinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. “Məhkəmə Hökmü Haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 №-li qərarının, 45-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu zaman hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməli, seçilən cəzanın və ya digər cinayət-hüquqi xarakterli tədbirin təqsirləndirilən şəxsin islah olunması, ailəsinin həyat şəraitinə təsiri baxımından məqsədəuyğun olması izah edilməlidir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2003-cü il 25 iyun tarixli, 4 saylı qərarının 1-ci bəndində göstərilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. İnsan hüquqları üzrə Avropa Məhkəməsi öz Qərarlarında dəfələrlə göstərmiş və milli məhkəmələrə tövsiyə etmişdir ki, şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması üçün əsaslar olduqda məhkəmələr həmin şəxsin barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza növlərinin tətbiq edilməsinə üstünlük verməlidirlər. Cinayət törətmiş şəxsin cəmiyyətdən təcrid edilməsi yalnız bunun üçün möhkəm əsaslar olduqda və bu açıq-aşkar ictimai maraqlar baxımından zəruri olduqda tətbiq edilə bilər. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinin tələbinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə görə, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Beləliklə də, Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən, məhkəmə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarmağı məqsədə müvafiq hesab edir. Məhkəmə Təqsirləndirilən şəxs barəsində cəza məsələsini müzakirə edərkən Azərbaycan Respublikası CM-nin 58-ci maddəsinin tələblərinə uyğun olaraq, onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, habelə şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsə vurulmuş ziyanı ödəməklə onunla barışıq əldə etməsini, himayəsində 2 azyaşlı uşağının olmasını cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hal müəyyən etmədi. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası CM-nin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, müsbət xarakterizə edilməklə şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halları, cəzanı ağırlaşdıran halların olmamasını, habelə təyin olunan cəzanın həm onun özü, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 177.2.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə növündə cəza təyin etməyi qanuni, əsaslı və ədalətli hesab edir. Belə ki, Təqsirləndirilən şəxs Ucar Rayon Məhkəməsinin 1(063)-64/2021 nömrəli, 16 dekabr 2021-ci tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.2, 29,177.2.2 və 29,177.2.3-cü maddələri ilə təqsirli bilinərək, qəti olaraq 02 il 06 ay 18 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına, Göyçay Rayon Məhkəməsinin 1(046)-27/2022 nömrəli, 19.04.2022-ci tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə təqsirli bilinərək, 02 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, ona Ucar Rayon Məhkəməsinin 16.12.2021-ci il tarixli 1(063)-64/2021 saylı hökmü ilə təyin edilmiş 02 il 06 ay 18 gün azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş qalan 02 il 05 ay 18 gün hissəsi Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən həmin hökmlə təyin olunan 02 il müddətinə azadlıqdan məhrumetmə cəzası ilə CM-nin 68.1.1-1-ci maddəsinə əsasən iki günə bir gün hesabı ilə 01 il 2 ay 24 gün azadlıqdan məhrumetmə cəzasına bərabər tutulub qismən toplanılmaqla, Təqsirləndirilən şəxs qəti olaraq 03 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Göründüyü kimi təqsirləndirilən şəxs əvvəllər oğurluq cinayəti ilə bağlı azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuş, lakin həmin cəzadan lazımi nəticə çıxarmamış, yenidən cinayət törətmişdir. Bu hal onun şəxsiyyətini mənfi xarakterizə edən haldır və ona təyin olunmuş azadlığın məhdudlaşdırılması cəzasının məqsədini, yəni məhkumun islah edilməsini, həm özünün, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınmasını təmin edə bilməmişdir. Bütün bu hallar Təqsirləndirilən şəxs çətin islah olunan şəxs olduğuna dəlalət edir. Həmçinin məhkəmə təqsirləndirilən şəxsin məhkumluğunun olmasına diqqət yetirir, onun azadlıqdan məhrum edilmədən islah oluna bilməməsi qənaətinə gəlir. Onun təyin olunmuş cəzanı çəkib qutarmadan və məhkumluğu ödənilmədən yenidən cinayət törətməsi şəxsiyyətinin yüksək ictimai təhlükəliliyinə dəlalət edir ki, bu baxımdan onun barəsində daha sərt cəza tətbiq olunmalıdır. Bununla yanaşı, məhkəmə qeyd edir ki, hazırki hökmlə Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrumetmə cəzasına Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən ona Göyçay Rayon Məhkəməsinin 19 aprel 2022-ci il tarixli, 1(046)- 27/2022 nömrəli hökmü ilə təyin edilmiş 03 (üç) il müddətinə azadlıqdan məhrumetmə cəzası qismən toplamaq yolu ilə hesablanmalıdır. Belə ki, Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə görə, cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. Təqsirləndirilən şəxs hazırki cinayəti Göyçay Rayon Məhkəməsinin 19 aprel 2022-ci il tarixli, 1(046)-27/2022 nömrəli hökmündən əvvəl törətdiyi müəyyən edildiyindən ona cinayətlərin məcmusu qaydasında cəza təyin olunmalıdır. Təqsirləndirilən şəxs barəsində Qəbələ rayon Məhkəməsinin 02.03.2022-ci il tarixli qərarı ilə seçilmiş həbs qətimkan tədbiri nəzərə alınmaqla hazırkı hökm üzrə təyin ediləcək cəzasının əvvəli həbsə alındığı vaxtdan, yəni 28.02.2022-ci il tarixdən hesablanmalı, onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası CM-nin 56.1.1 və 56.1.2-ci maddələrinə əsasən, azadlıqdan məhrum etmə növündə cəzanın ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq olmayan müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün-məntəqə tipli cəzaçəkmə müəssisələrində; qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün ümumi rejimli cəza çəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs hazırki hökmlə təyin ediləcək cəzasını Azərbaycan Respublikası CM-nın 56.1.2-ci maddəsinə əsasən ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Məhkəmə CPM-in 346.1.19-cu maddəsinin tələbləri baxımından iş üzrə maddi sübutlar məsələsini həll edərkən, iş üzrə maddi sübut kimi tanınmış və Qəbələ RPŞ-nin saxlancında saxlanılan 01 ədəd “DR FREİ” markalı təzyiqölçən aparat, 35 ədəd qara rəngli tibbi maskalar, 01 ədəd “Nokia” markalı qara rəngli mobil telefon, 01 ədəd istifadə olunmuş “EXPERT WİNTER CARE” markalı saç şampunu, 06 ədəd istifadə olunmamış “Lotus” markalı diş fırçaları, 01 ədəd bağlı qutuda 6 nömrəli “X14” markalı uşaq bezi, 01 ədəd açılmış paketdə 08 ədəd 6 nömrəli “X14” markalı uşaq bezi hökm qanuni qüvvəsini aldıqdan sonra Zərərçəkmiş şəxs qaytarılmalıdır. İş üzrə ekspertiza xərci 50 manat Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilməlidir. “Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında” 07 mart 2012-ci il tarixli Azərbaycan Respublikası Qanununun 99-1.2-ci maddəsinə görə məhkəmə, hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli olan əmlakın olub-olmaması məsələsini həll etməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.1 və 99-1.1.1-ci maddəsinə əsasən məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) Xüsusi müsadirə olunan əmlak hesab olunur. Məhkəmə xüsusi müsadirə ilə bağlı məsələni müzakirə edərək hesab edir ki, iş üzrə belə bir əmlak olmadığından təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə ilə bağlı müddəa tətbiq edilməməlidir. İş üzrə mülki iddia yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 44.1; 344-347; 349; 351-353, 356, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 3 (üç) il müddətinə azadlıqdan məhrumetmə növündə cəza təyin edilsin. Göyçay Rayon Məhkəməsinin 19 aprel 2022-ci il tarixli, 1(046)-27/2022 nömrəli hökmü ilə Təqsirləndirilən şəxs təyin edilmiş 03 (üç) il müddətinə azadlıqdan məhrumetmə cəzası Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən hazırki hökmlə təyin edilmiş 3 (üç) il müddətinə azadlıqdan məhrumetmə cəzası ilə qismən toplanılaraq ona qəti olaraq 04 (dörd) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs hökmlə təyin olunmuş cəzasını, cəzaçəkmənin əvvəli 28 fevral 2022-ci il tarixindən hesablanmaqla, ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış və Qəbələ RPŞ-nin saxlancında saxlanılan 01 ədəd “DR FREİ” markalı təzyiqölçən aparat, 35 ədəd qara rəngli tibbi maskalar, 01 ədəd “Nokia” markalı qara rəngli mobil telefon, 01 ədəd istifadə olunmuş “EXPERT WİNTER CARE” markalı saç şampunu, 06 ədəd istifadə olunmamış “Lotus” markalı diş fırçaları, 01 ədəd bağlı qutuda 6 nömrəli “X14” markalı uşaq bezi, 01 ədəd açılmış paketdə 08 ədəd 6 nömrəli “X14” markalı uşaq bezi hökm qanuni qüvvəsini aldıqdan sonra Zərərçəkmiş şəxs qaytarılsın. İş üzrə məhkəmə xərci 50 (əlli) manat Təqsirləndirilən şəxs alınaraq Dövlət büdcəsinə keçirilsin. (büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu 3, X3, kod 210005, VÖEN **********, müxbir hesab AZE41NABZ********************, SFİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi, VÖEN **********, hesab AZ34CTRE********************). İş üzrə mülki iddia yoxdur. Hökm elan olunduğundan 20 (iyirmi) gün müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökm apellyasiya şikayəti və ya protesti verilmədikdə, həmin müddət başa çatdıqdan sonra qüvvəyə minir. Sədrlik edən: Abbas Əliyev
Məhkəmə qərarları › İş №1(025)-15/2022
Qəbələ Rayon Məhkəməsi Hökm — İş №1(025)-15/2022
08.06.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver