Azərbaycan Respublikası adından HÖKM Qəbələ şəhəri İş № 1(025)-15/2023 08.05.2023 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Abbas Baba oğlunun sədrliyi, məhkəmə iclas katibi Qafarlı Yelmar Elman oğlunun katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikasının Baş X2 Müdafiəsi İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İİİ dərəcəli hüquqşunas X3, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs2 və onun müdafiəçisi Qəbələ rayon Vəkil Bürosunun vəkili Müdafiəçi2, Təqsirləndirilən şəxs1 və onun müdafiəçisi Qəbələ rayon Vəkil Bürosunun vəkili Müdafiəçi1 iştirakları ilə xx.xx.1997-ci il tarixdə Mingəçevir şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, işsiz, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan barəsində “Polisin nəzarəti altına vermə haqqında” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə, xx.xx.2001-ci il tarixdə Rusiya Federasiyasının Perim vilayətində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, işsiz, ünvan 2 ünvanında qeydiyyatda olan və yaşayan barəsində “Polisin nəzarəti altına vermə haqqında” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 oğlunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinin materiallarına açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs2 özgənin əmlakını qəsdən, qanunsuz, əvəzsiz, gizli olaraq ələ keçirmək məqsədi ilə 03 yanvar 2023-cü il tarixdə gecə saat 01:30 radələrində tanışı Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girərək Təqsirləndirilən şəxs1 idarə etdiyi babası Şahid2 məxsus Mercedes Benz 430 minik markalı, ** OA *** dövlət nömrə nişanlı avtomobillə Zərərçəkmiş şəxs məxsus Qəbələ şəhəri Alma Bağı deyilən yaşayış massivində yerləşən və həmin vaxt yaşayış olmayan nömrəsiz evin həyatyanı sahəsinin qarşısına gəlib, həyətin giriş qapısı bağlı olduğu üçün Zərərçəkmiş şəxs qonşusu Şahid1 məxsus yarım tikili vəziyyətdə olan yaşayış olmayan evinin həyətyanı sahəsinin mişar daşından inşa edilmiş hasarından aşmaqla Zərərçəkmiş şəxs məxsus həyətə qanunsuz daxil olub, oradakı iki mərtəbəli yaşayış evinin giriş qapısı bağlı olduğu üçün, Təqsirləndirilən şəxs1 evin giriş qapısından sağ tərəfdən birinci mərtəbəsinin mətbəxinin pəncərəsini əli ilə fiziki güc tətbiq edib klidini sındırıb açdıqdan sonra əvvəlcə oradan tərəfindən qanunsuz evə daxil olub evin giriş qapısını arxadan klidini açdıqdan sonra Təqsirləndirilən şəxs1 qapıdan evin içərsinə qanunsuz daxil olmuş, daha sonra hər ikisi birlikdə evin mətbəxindən qiyməti 900 (doqquz yüz) AZN dəyərində olan 01 ədəd təzə vəziyyətdə, istifadə olunmamış, 08 kloqram tutuma malik, 2021-ci il istehsalı olan “Samsung” markalı paltaryuyan maşını, qiyməti 400 (dörd yüz) AZN dəyərində olan 01 ədəd təzə vəziyyətdə, istifadə olunmamış, 2021-ci il istehsalı olan “Sharp” markalı qabyuyan maşını, qiyməti 70,0 (yetmiş) AZN dəyərində olan 01 ədəd üzərində və ayaq hissəsində qaşları olan ağ rəngli meyvə qabını (vazanı), eləcə də evin birinci mərtəbəsinin dəhlizində mətbəxt ilə üzbə-üz yerləşən şkafdan qiyməti 150 (yüz əlli) AZN dəyərində olan İtaliya istehsalı olan istifadə olunmamış, “Marton Design by İtaly” markalanma yazılı 4 ədəddən ibarət qazan dəsti olmaqla ümumilikdə 1.520 (bir min yüz iyirmi) AZN dəyərində əmlakı gizli şəkildə götürüb evin giriş qapısından həyətə çıxarıb, Zərərçəkmiş şəxs həyəti ilə qonşusu Şahid1 həyəti arasında olan hasarın üzərindən sonuncunun həyətinə keçirib oradan isə həyətin giriş qapısından yola tərəf çıxarıb hadisə yerinə gəldikləri Mercedes Benz 430 minik markalı, ** OA *** dövlət nömrə nişanlı avtomobilin yanına daşımaqla onlardan “Samsung” markalı paltaryuyan maşını, meyvə qabını (vazanı) və “Marton Design by İtaly” markalanma yazılı 4 ədəddən ibarət qazan dəstini avtomobilə yükləmiş, qiyməti 400 (dörd yüz) AZN dəyərində olan “Sharp” markalı qabyuyan maşının isə avtomobilə yerləşməməsi səbəbindən həmin qabyuyan maşını Şahid1 məxsus həyətdə qoyaraq digər yuxarıda adları sadalanan oğurladığı əşyaları satmaq üçün Təqsirləndirilən şəxs1 idarə etdiyi avtomobillə həmin tarixdə Bakı şəhərinə apararaq “Samsung” markalı paltaryuyan maşını istintaqa məlum olmayan şəxsə 220 (iki yüz iyirmi) AZN dəyərində sataraq əldə olunmuş pulu Təqsirləndirilən şəxs1 ilə aralarında bölüb öz payına düşən pulu şəxsi ehtiyyaclarına xərcləmiş, daha sonra isə Təqsirləndirilən şəxs1 ilə aralarında olan qarşılıqlı razılaşmaya əsasən oğurladığı meyvə qabını (vazanı) və “Marton Design by İtaly” markalanma yazılı 4 ədəddən ibarət qazan dəstini Təqsirləndirilən şəxs1 yaşadığı həyətin anbarında gizlətmiş, bununla da Zərərçəkmiş şəxs məxsus ümumilikdə 1.520 (bir min beş yüz iyirmi) AZN dəyərində əmlakı gizli yolla talayıb, qanunsuz və əvəzsiz ələ keçirərək oğurluq cinayətini törətmişdir. Bununla da, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının CM-nin 177.2.1 və 177.2.3-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Təqsirləndirilən şəxs1 özgənin əmlakını qəsdən, qanunsuz, əvəzsiz, gizli olaraq ələ keçirmək məqsədi ilə 03 yanvar 2023-cü il tarixdə gecə saat 01:30 radələrində tanışı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girərək idarə etdiyi babası Şahid2 məxsus Mercedes Benz 430 minik markalı, ** OA *** dövlət nömrə nişanlı avtomobillə Zərərçəkmiş şəxs məxsus Qəbələ şəhəri Alma Bağı deyilən yaşayış massivində yerləşən və həmin vaxt yaşayış olmayan nömrəsiz evin həyatyanı sahəsinin qarşısına gəlib, həyətin giriş qapısı bağlı olduğu üçün Zərərçəkmiş şəxs qonşusu Şahid1 məxsus yarım tikili vəziyyətdə olan yaşayış olmayan evinin həyətyanı sahəsinin mişar daşından inşa edilmiş hasarından aşmaqla Zərərçəkmiş şəxs məxsus həyətə qanunsuz daxil olub, oradakı iki mərtəbəli yaşayış evinin giriş qapısı bağlı olduğu üçün, evin giriş qapısından sağ tərəfdən birinci mərtəbəsinin mətbəxinin pəncərəsini əli ilə fiziki güc tətbiq edib klidini sındırıb açdıqdan sonra əvvəlcə Təqsirləndirilən şəxs2 oradan qanunsuz evə daxil olub evin giriş qapısını arxadan klidini açdıqdan sonra o, qapıdan evin içərsinə qanunsuz daxil olmuş, daha sonra hər ikisi birlikdə evin mətbəxindən qiyməti 900 (doqquz yüz) AZN dəyərində olan 01 ədəd təzə vəziyyətdə, istifadə olunmamış, 08 kloqram tutuma malik, 2021-ci il istehsalı olan “Samsung” markalı paltaryuyan maşını, qiyməti 400 (dörd yüz) AZN dəyərində olan 01 ədəd təzə vəziyyətdə, istifadə olunmamış, 2021-ci il istehsalı olan “Sharp” markalı qabyuyan maşını, qiyməti 70,0 (yetmiş) AZN dəyərində olan 01 ədəd üzərində və ayaq hissəsində qaşları olan ağ rəngli meyvə qabını (vazanı), eləcə də evin birinci mərtəbəsinin dəhlizində mətbəxt ilə üzbə-üz yerləşən şkafdan qiyməti 150 (yüz əlli) AZN dəyərində olan İtaliya istehsalı olan istifadə olunmamış, “Marton Design by İtaly” markalanma yazılı 4 ədəddən ibarət qazan dəsti olmaqla ümumilikdə 1.520 (bir min yüz iyirmi) AZN dəyərində əmlakı gizli şəkildə götürüb evin giriş qapısından həyətə çıxarıb, Zərərçəkmiş şəxs həyəti ilə qonşusu Şahid1 həyəti arasında olan hasarın üzərindən sonuncunun həyətinə keçirib oradan isə həyətin giriş qapısından yola tərəf çıxarıb hadisə yerinə gəldikləri Mercedes Benz 430 minik markalı, ** OA *** dövlət nömrə nişanlı avtomobilin yanına daşımaqla onlardan “Samsung” markalı paltaryuyan maşını, meyvə qabını (vazanı) və “Marton Design by İtaly” markalanma yazılı 4 ədəddən ibarət qazan dəstini avtomobilə yükləmiş, qiyməti 400 (dörd yüz) AZN dəyərində olan “Sharp” markalı qabyuyan maşının isə avtomobilə yerləşməməsi səbəbindən həmin qabyuyan maşını Şahid1 məxsus həyətdə qoyaraq digər yuxarıda adları sadalanan oğurladığı əşyaları satmaq üçün idarə etdiyi avtomobillə həmin tarixdə Bakı şəhərinə apararaq “Samsung” markalı paltaryuyan maşını istintaqa məlum olmayan şəxsə 220 (iki yüz iyirmi) AZN dəyərində sataraq əldə olunmuş pulu Təqsirləndirilən şəxs2 ilə aralarında bölüb öz payına düşən pulu şəxsi ehtiyyaclarına xərcləmiş, daha sonra isə Təqsirləndirilən şəxs2 ilə aralarında olan qarşılıqlı razılaşmaya əsasən oğurladığı meyvə qabını (vazanı) və “Marton Design by İtaly” markalanma yazılı 4 ədəddən ibarət qazan dəstini yaşadığı həyətin anbarında gizlətmiş, bununla da Zərərçəkmiş şəxs məxsus ümumilikdə 1.520 (bir min yüz iyirmi) AZN dəyərində əmlakı gizli yolla talayıb, qanunsuz və əvəzsiz ələ keçirərək oğurluq cinayətini törətmişdir. Bununla da, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının CM-nin 177.2.1 və 177.2.3-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin (CPM) 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə protokollarını və digər sənədləri sübut növü kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 hər birinin əməlində cinayət tərkibi vardır, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 törətmiş olduğu cinayət əməlləri düzgün olaraq Azərbaycan Respublikasının CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə tövsif olunmuşdur. Belə ki, məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, ünvan 1 ünvanında yaşayır və orada pasport qeydiyyatındadır. xx.xx.2023-cü il tarixdə Qəbələ şəhərində yaşayan tanışı Təqsirləndirilən şəxs1 ilə görüşərkən Tamerlana pula ehtiyacının olduğundan buna görə yaşadığı evin qonşuluğunda olan Novruz adlı şəxsin imkanlı şəxs olduğunu, onun evində halhazırda yaşamadığını və birlikdə Novruzun evindən oğurluq etməyi təklif etmişdir. Təqsirləndirilən şəxs1 onun təklifi ilə razılaşıb ikisi birlikdə oğurluq etmək qərarına gəlmişlər. Həmin tarixdə Tamerlan ilə Qəbələ şəhərində gəzib dolaşaraq vaxt keçdikdən sonra xx.xx.20203-cü il tarixinə keçən gecə saat təxminən 01:30 radələrində Tamerlanın idarə etdiyi qara rəngli Mercedes Benz minik markalı ** OA *** dövlət nömrə nişanlı avtomobili ilə Qəbələ şəhəri Alma Bağı adlanan yaşayış evlərinin olduğu yerə gəlmişlər. Avtomobili kənarda gizlin bir yerdə saxlayıb hər ikisi avtomobildən düşüb həyətin giriş qapısına yaxınlaşmış, lakin qapı bağlı olmuşdur. Qapının arasından həyətə evə baxdıqda işıqların yanmadığını görüb bilmişlər ki, evdə heç kim yoxdur. Həyətin giriş qapısı bağlı olduğundan və həyətin kənarının divarı hündür olduğu üçün həyətə daxil olmaq məqsədi ilə yer axtarmağa başlamışlar. Zərərçəkmiş şəxs qonşuluğunda yaşayış olmayan yarım tikili vəziyyətdə ev olan, sonradan adını bildiyi Şahid1 məxsus həyətə hasarı aşmaqla daxil olub giriş qapısını arxadan açmışlar. Görmüşlər ki, Araza məxsus həyətlə Novruzun həyətinin arasında olan hasarın hündürlüyü alçaqdır və oradan həyətə daxil olmaq olar. Bu məqsədlə ətrafa nəzər salıb baxaraq onları heç kimin görmədiyinə əmin olub hasardan aşmaqla Novruza məxsus həyətə daxil olmuşlar. Həyətə daxil olduqdan sonra Zərərçəkmiş şəxs məxsus 2 mərtəbəli evə yaxınlaşmışlar ki, evin içərsinə daxil olsunlar. Həmin vaxtı evin giriş qapısı bağlı olduğu üçün Tamerlan qapıdan sağ tərəfdə evin mətbəx tərəfindən pəncərəsini əli ilə itələyib klidini qırıb açmaqla pəncərədən evin içərsinə daxil olub giriş qapısını arxadan açmış və Tamerlan da qapıdan evin içərsinə daxil olmuşdur. Evə daxil olduqdan sonra oğurlamaq üçün evin hər iki mərtəbəsində axtarışlar aparmağa başlamışlar. Evin 2-ci mərtəbəsində qiymətli nə isə tapa bilməyib, evə giriş qapısından içəriyə daxil olduqda sağ tərəfdə mətbəxin içərsində olan 01 ədəd Samsung markalı paltar yuyan maşını, 01 ədəd Sharp markalı qab yuyan maşını, mətbəxt mebelinin üzərindən üzəri qaşları olan keramikadan hazırlanmış 01 ədəd meyvə qabını və eləcə də mətbəxdən zala daxil olduqda mətbəxt ilə üzbə-üz zalın içərsindəki şkafdan isə yaşıl rəngli 01 ədəd Marton markalı qazan dəstlərini oğurlayıb evə girş qapısından bayıra həyətə çıxardıqdan sonra oğurladıqları əşyaları Zərərçəkmiş şəxs ilə qonşusu Şahid1 həyətinin arasında olan hasarın üzərindən daşımaqla Araza məxsus həyətə yığmışlar. Sonra isə Samsung markalı paltar yuyan maşını, qazan dəstini və meyvə qabını Arazın həyətindən qapıdan yola tərəf çıxarab Tamerlanın idarə etdiyi avtomobilə yükləmişlər. Lakin Sharp markalı qabyuyan maşın avtomobilə sığa bilməyəcəyini görüb həmin maşını oğurlaya bilməyib Arazın evinin həyətində qoyaraq oğurladıqları əşyaları satmaq üçün həmin gecə Bakı şəhərinə Razin qəsəbəsinə gəlmişlər. Paltaryuyan maşını orada tanımadığı şəxsə 220 manata satıb həmin pulun 20 manatına Tamerlan ilə ikisinə yemək içmək alıb, qalan 200 manat pulu isə hərəsinə 100 manat olmaqla bölmüşlər. Oğurladıqları qazan dəsti ilə meyvə qabını sata bilməmişlər və onlar Tamerlanın idarə etdiyi avtomobildə qalmışdır. xx.xx.2023-cü il tarixdə ona Qəbələ RPŞ-si tərəfindən zəng vurularaq şöbəyə dəvət edilmişdir. Tamerlan şəxsi işlərinin olduğunu bildirərək Bakı şəhərində qalmış, o, isə Qəbələ rayonuna polis şöbəsinə gəlmişdir. Polis şöbəsində ona xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixinə keçən gecə Zərərçəkmiş şəxs məxsus evdən oğurluq olduğunu, həmin hadisədə şübhəli olduğu bildirilərək izahatı alınarkən məsuliyyətinin ağır olacağından qorxub Novruza məxsus evdən oğurluq olmasından xəbərdar olmaması barədə izahat vermişdir. Təqsirləndirilən şəxs2 həmçinin, hazırda əməlindən səmimi peşmançılıq çəkdiyini, zərərçəkmiş şəxsə dəymiş ziyanı tam ödədiyini, onunla barışıq əldə etdiyini, zərərçəkmiş şəxsin heç bir şikayət və tələbinin olmadığını və bir daha belə hallara yol verməyəcəyini bildirib, məhkəmədən ona yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, ünvan 2 ünvanında yaşayıram və orada pasport qeydiyyatındayam. xx.xx.2023-cü il tarixdə Qəbələ şəhərində yaşayan tanışı Təqsirləndirilən şəxs2 ilə görüşərkən Sənanın ona pula ehtiyacının olduğu üçün buna görə yaşadığı evin qonşuluğunda olan Novruz adlı şəxsin imkanlı şəxs olduğunu, onun evində halhazırda yaşamadığını və birlikdə Novruzun evindən oğurluq etməyi təklif etmişdir. Təqsirləndirilən şəxs2 təklifi ilə razılaşıb onunla birlikdə oğurluq etmək qərarına gəlmişdir. Həmin tarixdə Təqsirləndirilən şəxs2 ilə Qəbələ şəhərində gəzib dolaşaraq vaxt keçdikdən sonra xx.xx.20203-cü il tarixinə keçən gecə saat təxminən 01:30 radələrində babası Şahid2 məxsus idarə etmə hüququ olmaqla, lakin etibarnamə olmadan idarə etdiyi Mercedes Benz minik markalı ** OA *** dövlət nömrə nişanlı avtomobillə Qəbələ şəhəri Alma Bağı adlanan yaşayış evlərinin olduğu yerə gəlmişlər. Avtomobili kənarda gizlin bir yerdə saxlayıb hər ikisi avtomobildən düşüb həyətin giriş qapısına yaxınlaşmış, lakin qapı bağlı olmuşdur. Qapının arasından həyətə evə baxdıqda işıqların yanmadığını görüb bilmişlər ki, evdə heç kim yoxdur. Həyətin giriş qapısı bağlı olduğundan və həyətin kənarının divarı hündür olduğu üçün həyətə daxil olmaq məqsədi ilə yer axtarmağa başlamışlar. Zərərçəkmiş şəxs qonşuluğunda yaşayış olmayan yarım tikili vəziyyətdə ev olan sonradan adını bildiyi Şahid1 məxsus həyətə hasarı aşmaqla daxil olub giriş qapısını arxadan açmışlar. Görmüşlər ki, Araza məxsus həyətlə Novruzun həyətinin arasında olan hasarın hündürlüyü alçaqdır və oradan həyətə daxil olmaq olar. Bu məqsədlə ətrafa nəzər salıb baxaraq onları heç kimin görmədiyinə əmin olub hasardan aşmaqla Novruza məxsus həyətə daxil olmuşlar. Həyətə daxil olduqdan sonra Zərərçəkmiş şəxs məxsus 2 mərtəbəli evə yaxınlaşmışlar ki, evin içərsinə daxil olsunlar. Həmin vaxtı evin giriş qapısı bağlı olduğu üçün o, qapıdan sağ tərəfdə evin mətbəx tərəfindən pəncərəsini əli ilə itələyib klidini qırıb açmaqla Sənan oradan evin içərsinə daxil olub giriş qapısını arxadan açmış və o da qapıdan evin içərsinə daxil olmuşdur. Evə daxil olduqdan sonra oğurlamaq üçün evin hər iki mərtəbəsində axtarışlar aparmağa başlamışlar. Evin 2-ci mərtəbəsində qiymətli nə isə tapa bilməyib, evə giriş qapısından içəriyə daxil olduqda sağ tərəfdə mətbəxin içərsində olan 01 ədəd Samsung markalı paltar yuyan maşını, 01 ədəd Sharp markalı qab yuyan maşını, mətbəxt mebelinin üzərindən üzəri qaşları olan keramikadan hazırlanmış 01 ədəd meyvə qabını və eləcə də mətbəxdən zala daxil olduqda mətbəxt ilə üzbə-üz zalın içərsindəki şkafdan isə yaşıl rəngli 01 ədəd Marton markalı qazan dəstlərini oğurlayıb evə girş qapısından bayıra həyətə çıxardıqdan sonra oğurladıqları əşyaları Zərərçəkmiş şəxs ilə qonşusu Şahid1 həyətinin arasında olan hasarın üzərindən daşımaqla Araza məxsus həyətə yığmışlar. Sonra isə Samsung markalı paltar yuyan maşını, qazan dəstini və meyvə qabını Arazın həyətindən qapıdan yola tərəf çıxarab idarə etdiyi avtomobilə yükləmişlər. Lakin Sharp markalı qabyuyan maşın avtomobilə sığa bilməyəcəyini görüb həmin maşını oğurlaya bilməyib Arazın evinin həyətində qoyaraq oğurladıqları əşyaları satmaq üçün həmin gecə idarə etdiyi avtomobillə Bakı şəhərinə Razin qəsəbəsinə gəlmişlər. Paltaryuyan maşını orada tanımadığı şəxsə 220 manata satıb, 20 manatına Sənan ilə ikisinə yemək içmək alıb, qalan 200 manat pulu isə hərəsinə 100 manat olmaqla bölmüşlər. Oğurladıqları qazan dəsti ilə meyvə qabını sata bilməmişlər. xx.xx.2023-cü il tarixdə Təqsirləndirilən şəxs2 Qəbələ RPŞ-nin əməkdaşları tərəfindən zəng vurularaq polis şöbəsinə çağırıldığı üçün Sənan Qəbələ rayonuna getmiş, o isə Bakı şəhərində qalmışdır. Şəxsi işləri ilə əlaqədar 2 gün Bakı şəhərində qaldıqdan sonra xx.xx.2023-cü il tarixdə qayıdaraq Qəbələ rayonuna gəlmişdir. Zərərçəkmiş şəxs məxsus oğurladıqları 01 ədəd qazan dəstini və 01 ədəd meyvə qabını özü ilə gətirərək ailə üzvlərinin xəbəri olmadan kağız qutuda Qəbələ şəhərində yaşadığı evin həyətində anbarda gizlətmiş, tutulduqdan sonra oğurladıqları həmin əşyaları sonradan istintaqa təqdim etmişdir. Təqsirləndirilən şəxs1 həmçinin, hazırda əməlindən səmimi peşmançılıq çəkdiyini, zərərçəkmiş şəxsə dəymiş ziyanın tam ödənildiyini, onunla barışıq əldə etdiyini, zərərçəkmiş şəxsin heç bir şikayət və tələbinin olmadığını və bir daha belə hallara yol verməyəcəyini bildirib, məhkəmədən ona yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş Zərərçəkmiş şəxs vermiş olduğu ifadəsində göstərdi ki, Qəbələ şəhəri Muxtar Abduyev küçəsi ev 72 mənzil 20 yaşayır və orada daimi pasport qeydiyyatındadır. Təxminən 18 il bundan əvvəl Qəbələ şəhəri Alma bağı massivində torpaq sahəsi alıb orada iki mərtəbəli fərdi yaşayış evi inşa etdirib evdə son tamamlama işləri apraraq evinə lazimi məişət əşyaları alıb yerləşdirmiş ki, yeni ildən sonra evinə köçüb orada yaşasın. Evinin həyətyanı sahəsinin dörd bir kənarı mişar daşından hörülərək hasara alınmışdır. Tez-tez gedərək həyətyanı sahəsinə və yaşayış evinə nəzarət edir. Sonuncu dəfə xx.xx.2023-cü il tarixdə saat təxminən 14:30 radələrində həyətinə gedərək evə daxil olub baş çəkdikdən sonra evinin giriş qapısını və pəncərələrini, həmçinin həyətin giriş qapısını bağlayıb oradan çıxmışdır. xx.xx.2023-cü il tarixdə saat təxminən 11 radələrində onunla qonşu olan hal hazırda evini tam inşa etdirmədiyi üçün orada yaşamayan Şahid1 zəng edərək ona məxsus Sharp markalı qabyuyan maşının olub-olmamasını soruşmuşdur. Araza bir neçə gün öncə evinə təzə Şharp markalı qabyuyan maşın aldığını deyə cavab vermişdir. Araz ona həmin qabuyayan maşının onun həyətində olduğunu və evinin giriş qapısının açıq olduğunu bildirmişdir. Hadisə yerinə gələrkən ona məxsus Sharp markalı qabyuyan maşının Şahid1 həyətində olduğunu, evinə baxdıqda giriş qapısının və mətbəxin pəncərəsinin açıq vəziyyətdə olduğunu, mətbəxdə olan 01 ədəd 8 kloqramlıq, gümüşü rəngli, işlək vəziyyətdə Samsung markalı paltaryuyan maşının, 01 ədəd işlək vəziyyətdə Sharp markalı qabyuyanın maşının, 01 ədəd keramikadan hazırlanmış meyvə qabının, bundan başqa evin birinci mərtəbəsinin dəhlizindəki şkafdan yaşıl rəngli 04 ədəddən ibarət qazan dəstinin naməlum şəxs və ya şəxslər tərəfindən oğurlandığını aşkar etmişdir. Oğurluqla bağlı həmin tarixdə Qəbələ RPŞ-nə ərizə ilə müraciət etmişdir. xx.xx.2023-cü il tarixdə keçirilən məhkəmə iclasında Zərərçəkmiş şəxs məhkəməyə ərizə təqdim edərək, təqsirləndirilən şəxslər tərəfindən ona dəymiş ziyanın ödənildiyini, təqsirləndirilən şəxslərlə barışdığını, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 heç bir şikayət və tələbinin olmadığını qeyd etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində bildirdi ki, Qəbələ rayonunun Mirzəbəyli kəndində yaşayır və orada pasport qeydiyyatındadır. Qəbələ şəhəri Alma bağı massivində özünə məxsus 12 sot torpaq sahəsi var ki, həmin torpaq sahəsinin dörd bir kənarı mişar daşı ilə hasarlanmış və orada yeni yarım tikili yaşayış evi inşa etdirmişdir. Ona məxsus torpaq sahəsindən aşağıda Zərərçəkmiş şəxs məxsus torpaq sahəsi var ki, Novruz tərəfindən həmin torpaq sahəsində yeni yaşayış evi inşa etdirilməklə dörd bir kənarı mişar daşı ilə hasara alınmışdır. xx.xx.2023-cü il tarixdə saat təxminən 10:30 radələrində evinə baş çəkmək üçün gələrək həyətə daxil olmuşdur. Giriş qapısından həyətə daxil olanda təxminən 2- 3 metr irəlidə divarın dibində qara rəngli Sharp amarkalı qabyuyan maşın, eləcə də divarın dibində taxtadan ayaq altı qoyulduğunu görmüşdür. Başa düşmüş ki, qonşusu Zərərçəkmiş şəxs məxsus evdən oğurluq olubdur, çünki ondan başqa qonşuluğunda heç kim yoxdur. Buna görə Zərərçəkmiş şəxs zəng vuraraq onun Sharp markalı qabyuyan maşınının olubolmamasını soruşarkən Novruz ona həmin markada təzə qabyuyan maşınının olduğunu deyib cavab verərkən Novruza həmin qabyuyan maşının həyətində olduğunu demişdir. Az keçmiş Zərərçəkmiş şəxs həyətinə gələrək qabyuyana baxdıqda onun olduğunu bildirmişdir. Bundan sonra bilmişlər ki, kimsə Novruzun evinə daxil olub oradan oğurluq edərək onun həyətindən keçməklə oğurladıqları əşyaları aparıb, lakin nədənsə qabyuyan maşını apara bilməmişlər. Bundan sonra qonşusu Zərərçəkmiş şəxs məxsus həyətə daxil olmuşlar. Həyətə daxil olanda evin birinci mərtəbəsinin mətbəxinin pəncərəsi açıq vəziyyətdə olmuşdur. O, həyətdə dayanaraq Novruz evinin içərsinə daxil olmuş, az keçmiş bayıra çıxaraq evindən 01 ədəd Samsung markalı paltar yuyan maşının, oğurlandığını başqa nələrinsə oğurlandığını bilmədiyini bildirmişdir. Lakin Zərərçəkmiş şəxs məxsus evdən oğurluq edən şəxs və ya şəxslərin kim olduğunu bilməmişdir. Sonradan Zərərçəkmiş şəxs şikayəti əsasında Qəbələ RPŞ-də ifadə verərkən bilmiş ki, qonşusu Novruza məxsus evdən oğurluq hadisəsini Qəbələ şəhər sakinləri Sənan və Tamerlan adlı şəxslər ediblər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində bildirdi ki, ünvan 2 ünvanında yaşayır, lakin İ.B.Qutqaşenli küçəsi dalan 1 ev 3 ünvanında pasport qeydiyyatındadır. Təqsirləndirilən şəxs1 onun nəvəsidir və bir yerdə yaşayırlar. Özünə məxsus Mercedes benz 430 minik markalı ** OA *** dövlət nömrə nişanlı avtomobili var ki, həmin avtomobili mütəmadi olaraq öz razılığı ilə idarə etmək üçün nəvəsi Təqsirləndirilən şəxs1 vermişdir. Avtomobilini Tamerlana idarə etmək üçün verərkən etibarnamə verməmişdir. xx.xx.2023 və xx.xx.2023-cü il tarixlərdə avtomobilini idarə etmək üçün öz razılığı ilə etibarnamə olmadan Təqsirləndirilən şəxs1 vermişdir. Nəvəsi Tamerlanın xx.xx.2023-cü il tarixdə Zərərçəkmiş şəxs məxsus evdən oğurluq etməsindən əvvəlcədən xəbəri və məlumatı olmamışdır. Tamerlan xx.xx.20223-cü il tarixdə Qəbələ RPŞ-nin əməkdaşları tərəfindən tutularkən bilmiş ki, o, Qəbələ şəhər sakini Məhərrəmin oğlu Sənan adlı şəxslə birlikdə Zərərçəkmiş şəxs məxsus evdən oğurluq edibdir. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 oğlunun Azərbaycan Respublikasının CM-nin 177.2.1 və 177.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini hər birinin törətməsi özlərinin etirafı ilə yanaşı, zərərçəkmiş şəxsin və şahidlərin ifadəsi, iş materialları və aşağıda göstərilən digər sübutlarlada təsdiq edilir. İşdə olan və məhkəmə baxışında tədqiq edilmiş xx.xx.2023-cü il tarixli “Hadisə yerinə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, Zərərçəkmiş şəxs məxsus yaşayış evindən Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tərəfindən oğurluq edilməsi ilə bağlı Qəbələ RPŞ-nin Təhqiqat bölməsinin təhqiqatçısı polis kapitanı Cavidan Əhmədli tərəfindən hadisə yerinə baxış keçirilmişdir. Baxışda iştirak edən Zərərçəkmiş şəxs hadisə yerini göstərərək məlum olmuşdur ki, qeyd olunan oğurluq hadisəsi Qəbələ şəhəri Alma bağı yeni yaşayış massivində yerləşən hazırda yaşayış olmayan iki mərtəbəli evdən baş vermişdir. Baxış zamanı məlum olmuşdur ki, Zərərçəkmiş şəxs məxsus həyətin ümumi sahəsi 10 sotdur, həyətin dörd bir kənarı mişar daşı ilə hasara alınmışdır, giriş qapısından həyətə daxil olduqda sol təfdə təxminən 15 metr irəlidə iki mərtəbəli yaşayış evi yerləşir, yaşayış evinə oğurluq məqsədi ilə evin giriş qapısından sağ tərəfdən birinci mərtəbəsinin mətbəxinin pəncərəsinin kilidinin sındırılmaqla içəriyə daxil olunduğu müəyyən edilmişdir. Yaşayış evinə baxış zamanı evin birinci mərtəbəsinin mətbəxindən 01 ədəd Samsung markalı paltaryuyan maşının, 01 ədəd Sharp markalı qabyuyan maşının, 01 ədəd üzərində qaşları olan keramikadan hazırlanmış meyvə qabının, həmin mətbəxt ilə üzbə üz dəhlizdə olan şkafdan 01 dəst qazanın oğurlandığı, müəyyən edilmişdir. Bundan başqa baxış zamanı Zərərçəkmiş şəxs qonşusu Şahid1 məxsus yaşayış olmayan yarım tikili olan həyətdən Zərərçəkmiş şəxs məxsus 01 ədəd Sharp markalı qabyuyan maşın aşkar edilmişdir. Aşkar edilmiş həmin qabyuyan maşın maddi sübut kimi taınanaraq saxlanması üçün Zərərçəkmiş şəxs təhvil verilmişdir. Həmçinin baxışda iştirak edən Qəbələ RPŞ-nin ekspert-kriminalisti Bəhruz Həsənov tərəfindən hadisə yerindən əl-barmaq izləri götürülmüşdür. Hadisə yerinə baxış zamanı digər sübut əhəmiyyəti kəsb edəcək hallara rast gəlinməmişdir. Baxış zamanı foto çəkiliş aparılmış, əldə olunmuş fotocədvəl formasında baxış protokoluna əlavə edilmişdir. İşdə olan və məhkəmə baxışında tədqiq edilmiş xx.xx.2023-cü il tarixli “ifadənin yerində yoxlanılması haqqında” protokoldan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs1 ifadəsinin yerində yoxlanılması istintaq hərəkəti keçirilmişdir. Həmin istintaq hərəkətinin keçirilməsi zamanı Təqsirləndirilən şəxs1 ifadəsində göstərdiyi xüsusatları hadisə yerində də əyani şəkildə göstərərək törətdiyi hadisəni etiraf etmiş və Zərərçəkmiş şəxs məxsus Qəbələ şəhəri Alma Bağı adlanan yeni yaşayış massivində yerləşən yaşayış olmayan nömrəsiz evi göstərərək xx.xx.2023-cü il tarixdə tanışı Təqsirləndirilən şəxs2 ilə birlikdə Zərərçəkmiş şəxs məxsus yaşayış evinə qanunsuz daxil olaraq oradan 01 ədəd Samsung markalı paltaryuyan maşını, 04 ədəddən ibarət qazan dəstini və 01 ədəd meyvə qabını (vazanı) oğuraldığını, 01 ədəd Sharp markalı qabyuyan maşının isə hadisə yerinə gəldikləri idarə etdiyi Mercedes Benz minik markalı ** OA *** dövlət nömrə nişanlı avtomobilə sığmaması səbəbindən oğurlaya bilməyərək Novruz Əilimirzəyevin qonşusu Şahid1 həyətində qoyduğunu bildirmişdir. İfadənin yerində yoxlanılması zamanı Təqsirləndirilən şəxs1 əlavə olaraq onu da qeyd etmişdir ki, Zərərçəkmiş şəxs məxsus yaşayış evindən digər dəyəri əşya oğurlamamış və bu barədə məlumatı yoxdur. İşdə olan və məhkəmə baxışında tədqiq edilmiş xx.xx.2023-cü il tarixli “ifadənin yerində yoxlanılması haqqında” protokoldan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs2 ifadəsinin yerində yoxlanılması istintaq hərəkəti keçirilmişdir. Həmin istintaq hərəkətinin keçirilməsi zamanı Təqsirləndirilən şəxs2 ifadəsində göstərdiyi xüsusatları hadisə yerində də əyani şəkildə göstərərək törətdiyi hadisəni etiraf etmiş və Zərərçəkmiş şəxs məxsus Qəbələ şəhəri Alma Bağı adlanan yeni yaşayış massivində yerləşən yaşayış olmayan nömrəsiz evi göstərərək xx.xx.2023-cü il tarixdə tanışı Təqsirləndirilən şəxs1 ilə birlikdə Zərərçəkmiş şəxs məxsus yaşayış evinə qanunsuz daxil olaraq oradan 01 ədəd Samsung markalı paltaryuyan maşını, 04 ədəddən ibarət qazan dəstini və 01 ədəd meyvə qabını (vazanı) oğuraldığını, 01 ədəd Sharp markalı qabyuyan maşının hadisə yerinə gəldikləri Təqsirləndirilən şəxs1 idarə etdiyi idarə etdiyi Mercedes Benz minik markalı ** OA *** dövlət nömrə nişanlı avtomobilə sığmaması səbəbindən oğurlaya bilməyərək Novruz Əilimirzəyevin qonşusu Şahid1 həyətində qoyduğunu bildirmişdir. İfadənin yerində yoxlanılması zamanı Təqsirləndirilən şəxs2 əlavə olaraq onu da qeyd etmişdir ki, Zərərçəkmiş şəxs məxsus yaşayış evindən digər qiymətli əşya oğurlamamış və bu barədə məlumatı yoxdur. İşdə olan və məhkəmə baxışında tədqiq edilmiş AR DİN-nin Kriminalistik Təhqiqatlar İdarəsinin xx.xx.2023-cü il tarixli 3-13-1112-656-2023 nömrəli məktubundan görünür ki, Zərərçəkmiş şəxs məxsus yaşayış evindən oğurluq hadisəsinin baş verdiyi yerdən götürülmüş əl-barmaq izlərindən 02 ədədi Təqsirləndirilən şəxs1 sağ əlin şəhadət barmağı və sağ əlin ovucu ilə eynilik təşkil etdiyi bildirilmişdir. İşdə olan və məhkəmə baxışında tədqiq edilmiş Məhkəmə Əmtəəşünaslıq ekspertizasının xx.xx.2023-cü il tarixli 9/737 nömrəli ekspert rəyindən görünür ki, ekspertiza təyini haqqında qərarlarda göstərilən Zərərçəkmiş şəxs məxsus məişət əşyalarının 2023-cü ilin yanvar ayı üçün, yəni 01 ədəd üzərində və ayaq hissəsində qaşları olan, ağ rəngli meyvə qabı (vaza) 70,0 manat, İtaliya istehsalı olan, istifadə olunmamış, üzərində “Marton Design by İtaly” yazıları olan 4 ədəddən ibarət qazan dəsti 150, 0 manat, 01 ədəd təzə vəziyyətdə, istifadə olunmamış, istifadə olunmamış 2021-ci il istehsalı olan “Sharp” markalı qabyuyan maşın 400,0 manat, 08 kloqram tutuma malik 2021-ci il istehsalı olan “Samsung” markalı paltaryuyan maşın 900, 0 manat olduğu göstərilmişdir. İşdə olan və məhkəmə baxışında tədqiq edilmiş Qəbələ RMX PHŞ-in 17 fevral 2023-cü il tarixli PHŞ/6-52/2-227/2023 nömrəli məktubundan görünür ki, təqsirləndirilən şəxlər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 RMX PHŞ-in Poliklinika şöbəsinin “narkoloji və psixiatrik kabinetlərində qeydiyyatda deyillər. İşdə olan və məhkəmə baxışında tədqiq edilmiş xx.xx.2023-cü il tarixli “maddi sübutun tanınması və sahibinə qaytarılması haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 oğurladıqları əşyaları daşınmasında istifadə etdikləri Təqsirləndirilən şəxs1 tərəfindən idarə edilmiş Şahid2 məxsus Mercedes Benz 430 minik markalı ** OA *** dövlət nömrə nişanlı avtomobil maddi sübut kimi tanınaraq saxlanması üçün sahibi Şahid2 təhvil verilmişdir. İşdə olan və məhkəmə baxışında tədqiq edilmiş xx.xx.2023-cü il tarixli “maddi sübutun tanınması və sahibinə qaytarılması haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tərəfindən oğurlanmış 01 ədəd üzərində və ayaq hissəsində qaşları olan ağ rəngli meyvə qabı (vaza), eləcə də İtaliya istehsalı olan “Marton Design by İtaly” markalanma yazılı 4 ədəddən ibarət qazan dəsti maddi sübut kimi tanınaraq saxlanması üçün Zərərçəkmiş şəxs təhvil verilmişdir. İş materillarına əlavə edilmiş Azərbaycan Respublikası DİN-nin BƏSİİ-nin verdiyi tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs2 məhkumluğu olmayan şəxsdir. İş materillarına əlavə edilmiş Azərbaycan Respublikası DİN-nin BƏSİİ-nin verdiyi tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 məhkumluğu olmayan şəxsdir. İş materiallarında olan 19 yanvar 2023-cü il tarixli protokoldan və 19 yanvar 2023-cü il tarixli qərardan göründüyü kimi, Təqsirləndirilən şəxs1 19 yanvar 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, tutmanın əvvəli həmin gün saat 18:30-dan hesablanmış, 21 yanvar 2023-cü il tarixdə təqsirləndirilən şəxs qsimində cəlb edilməklə barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş və həmin gün saat 17:30-da Qəbələ RPŞ-nin MSY-dən azad edilmişdir. İş materiallarında olan 14 mart 2023-cü il tarixli “Qətimkan tədbirinin şərtlərini pozan təqsirləndirilən şəxsin tutulması haqqında” protokoldan göründüyü kimi, Təqsirləndirilən şəxs2 14 mart 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, tutmanın əvvəli həmin gün saat 15:20-dən hesablanmış, 14 mart 2023-cü il tarixdə “təqsirləndirilən şəxsin azad edilməsi və barəsində seçilmiş qətimkan tədbirinin qüvvədə saxlanılması haqqında” qərara əsasən “polisin nəzarəti altına vermə” qətimkan tədbiri qüvvədə saxlanılmış və həmin gün saat 17:00-da Qəbələ RPŞ-nin MSY-dən azad edilmişdir. İş materillarına əlavə edilmiş Qəbələ Rayon İcra Hakimiyyəti Başçısının Qəbələ Şəhər İnzibati Ərazi X9 tərəfindən verilmiş 14 fevral 2023-cü il tarixli, 5-59-12/2-22\2023 nömrəli arayışdan görünür ki, Təqsirləndirilən şəxs2 ailə tərkibi atası X1, anası X10, qardaşı X8, bacısı X4 ibarətdir. İş materillarına əlavə edilmiş Qəbələ Rayon İcra Hakimiyyəti Başçısının Qəbələ Şəhər İnzibati Ərazi X9 tərəfindən verilmiş 14 fevral 2023-cü il tarixli, 5-59-12/2-21\2023 nömrəli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs2 yaşayış yeri üzrə müsbət xarakterizə edilir. İş materillarına əlavə edilmiş Qəbələ Rayon İcra Hakimiyyəti Başçısının Qəbələ Şəhər İnzibati Ərazi X9 tərəfindən verilmiş 14 fevral 2023-cü il tarixli, 5-59-12/2-19\2023 nömrəli arayışdan görünür ki, Təqsirləndirilən şəxs1 ailə tərkibi atası X6 ibarətdir. İş materillarına əlavə edilmiş Qəbələ Rayon İcra Hakimiyyəti Başçısının Qəbələ Şəhər İnzibati Ərazi X9 tərəfindən verilmiş 14 fevral 2023-cü il tarixli, 5-59-12/2-20\2023 nömrəli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs1 yaşayış yeri üzrə müsbət xarakterizə edilir. Məhkəmə, məhkəmə istintaqı zamanı tədqiq edilmiş sübutların məcmusuna tam, hərtərəfli və obyektiv qiymət verərək belə nəticəyə gəlir ki, iş üzrə təqsirləndirilən şəxslərin qabaqcadan əlbir olaraq bir qrup şəxs halında zərərçəkmiş şəxsə məxsus evdən özgə əmlakını gizli yolla talamaqla zərərçəkmiş şəxsə maddi ziyan vurmaları, yəni Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətmələri tam sübuta yetirilir. Məhkəmə hesab edir ki, istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə düzgün tövsif edilmişdir və onlar, həmin maddə ilə təqsirli bilinib cəzalanmalıdır. Cəza təyin edilərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinin tələbinə əsasən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarların şəxsiyyətləri, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxslərin islah olunmasına və onların ailələrinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. “Məhkəmə Hökmü Haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 №-li qərarının, 45-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu zaman hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməli, seçilən cəzanın və ya digər cinayət-hüquqi xarakterli tədbirin təqsirləndirilən şəxsin islah olunması, ailəsinin həyat şəraitinə təsiri baxımından məqsədəuyğun olması izah edilməlidir. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2003-cü il 25 iyun tarixli, 4 saylı qərarının 1-ci bəndində göstərilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. İnsan hüquqları üzrə Avropa Məhkəməsi öz Qərarlarında dəfələrlə göstərmiş və Milli məhkəmələrə tövsiyə etmişdir ki, şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması üçün əsaslar olduqda məhkəmələr həmin şəxsin barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza növlərinin tətbiq edilməsinə üstünlük verməlidirlər. Cinayət törətmiş şəxsin cəmiyyətdən təcrid edilməsi yalnız bunun üçün möhkəm əsaslar olduqda və bu açıq-aşkar ictimai maraqlar baxımından zəruri olduqda tətbiq edilə bilər. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinin tələbinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə görə, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Beləliklə də, Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən, məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 barəsində ittiham hökmü çıxarmağı məqsədə müvafiq hesab edir. Məhkəmə Təqsirləndirilən şəxs2 barəsində cəza məsələsini müzakirə edərkən Azərbaycan Respublikası CM-nin 58-ci maddəsinin tələblərinə uyğun olaraq, onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, habelə şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin etməyi qanuni, əsaslı və ədalətli hesab edir. Belə ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 özünü təqsirli bilir. Törətdikləri əməldən səmimi peşmançılıq çəkməklə zərərçəkmiş şəxslə barışıq əldə etmiş, zərərçəkmiş şəxsə hadisə nəticəsində dəymiş maddi ziyanı ödəmiş, zərərçəkmiş şəxs təqsirləndirilən şəxsləri bağışlamış, onlarla barışmış, onlara qarşı heç bir şikayət və tələbləri yoxdur. Məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 cəza təyin edərkən CM-nin 58.1-ci maddəsinin (törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir) tələblərini rəhbər tutaraq hesab edir ki, təqsirləndirilən şəxslərin şəxsiyyəti (zərərçəkmiş şəxslə barışıq əldə etmələrini, həmin şəxsin şikayətinin, iddiasının və tələbinin olmamasını, cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq ödənilməsini, yaşayış yerindəm müsbət xarakterizə olunmalarını, əməlindən səmimi peşman olmalarını), cinayət xarakteri və ictimai təhlükəlilik dərəcəsi, cinayətin məqsəd və motivi, təyin olunacaq cəzanın onun islah olunmasına təsiri nəzərə alınmaqla CM-nin 177.2.1 və 177.2.3-cü maddələrinin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması cəzasının təyin olunması məqsədə müvafiqdir. Məhkəmə Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs2 əməlində zərərçəkmiş şəxsə vurulmuş ziyanı tamamilə ödəməsini və onunla barışıq əldə etməsini cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs2 əməlində cəzasını ağırlaşdıran hal müəyyən etmədi. Məhkəmə Təqsirləndirilən şəxs2 cəza təyin edərkən Azərbaycan Respublikası CM-nin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, müsbət xarakterizə edilməklə şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halları, cəzanı ağırlaşdıran halların olmamasını, habelə təyin olunan cəzanın həm onun özü, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-in 177.2.1 və 177.2.3-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin etməyi qanuni, əsaslı və ədalətli hesab edir. Belə ki, məhkəmə törədilən hazırki cinayətə görə cəzanın növünü və həddini müəyyən edərkən aşağıdakıları nəzərə alır: CM-nin 2.2-ci maddəsinə əsasən Cinayət Məcəlləsi cinayətlərin törədilməsinə görə tətbiq edilən cəzaların həddini və həcmini müəyyən edir. CM-nin 5.1-ci maddəsində müəyyən edilən qanunçuluq prinsipinə əsasən əmələ görə cəza yalnız Cinayət Məcəlləsi ilə müəyyən edilir, CM-nin 8-ci maddəsinə əsasən isə cəza ədalətli olmalıdır. CM-nin 58.1-ci maddəsinə əsasən cəzanın həddi müəyyən edilərkən, CM-nin Ümumi hissəsinin müddəları nəzərə alınmalı və Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilməlidir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Həmçinin məhkəmə qeyd edir ki, daha ciddi cəzanın təyin edilməsinin müzakirə olunması üçün əsaslar da yoxdur. Çünki “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Ali Məhkəmənin Plenumunun xx.xx.2003-cü il tarixli qərarının 3-cü bəndinə əsasən məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az qərarının 3-cü bəndinə əsasən məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Hazırkı cinayət işi üzrə istinad olunan Cinayət Məcəlləsinin maddələrinin sanksiyalarında alternativ cəzalar nəzərdə tutulduğundan, məhkəmə azadlığın məhdudlaşdırılması növündə cəzanın təyin edilməsilə cəzanın məqsədlərinə çatmanın mümkün olduğu qənaətinə gəlir. Belə ki, daha ciddi cəza olan azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi üçün əsaslar yoxdur. Beləliklə, məhkəmə Cinayət Məcəlləsinin vəzifələrini təmin etmək üçün, ədalətlilik və qanunçuluq prinsipinə əməl etmək üçün, CM-nin Ümumi hissəsinin müddəalarını nəzərə alaraq hesab edir ki, CM-nin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəzanı tətbiq etmədən də cəzanın məqsədlərinə çatmaq olar və hazırkı iş üzrə təqsirləndirilən şəxslərə azadlığın məhdudlaşdırılması növündə cəza təyin etməklə cəzanın məqsədlərinə nail olmaq olar. Məhkəmə həmçinin qeyd edir ki, Azərbaycan Respublikası CM-nın 52-1 maddəsinə əsasən Təqsirləndirilən şəxs2 üzərinə həmin maddədə qeyd olunan vəzifələr qoyulmalıdır. Belə ki, Təqsirləndirilən şəxs2 ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını yaşayış yeri üzrə çəkməli, üzərinə cəza çəkdiyi müddətdə saat 21:00-dan növbəti gün saat 07:00-dək yaşayış yerini tərk etməmək, cəza çəkdiyi müddətdə Qəbələ rayonunun ərazisini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Təqsirləndirilən şəxs2 cəzasının icrasına nəzarəti yaşadığı yer üzrə Qəbələ rayon İcra və probasiya şöbəsi həyata keçirməlidir. Təqsirləndirilən şəxs2 təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının çəkilməsi yaşadığı yer üzrə Qəbələ rayon icra və probasiya şöbəsində qeydə alındığı vaxtdan hesablanmalıdır. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Təqsirləndirilən şəxs2 14 mart 2023-cü il tarixdə saat 15:20-dən 17:00-dək saxlandığı bir gün müddət Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən həbsdə saxlama müddətinin bir günü azadlığın məhdudlaşdırılması növündə cəzanın iki gününə hesablamaqla ona təyin olunan azadlığın məhdudlaşdırılması cəzasından çıxılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs1 barəsində cəza məsələsini müzakirə edərkən Azərbaycan Respublikası CM-nin 58-ci maddəsinin tələblərinə uyğun olaraq, onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, habelə şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs1 əməlində zərərçəkmiş şəxsə vurulmuş ziyanı tamamilə ödəməsini və onunla barışıq əldə etməsini cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 əməlində cəzasını ağırlaşdıran hal müəyyən etmədi. Məhkəmə Təqsirləndirilən şəxs1 cəza təyin edərkən Azərbaycan Respublikası CM-nin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, müsbət xarakterizə edilməklə şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halları, ağırlaşdıran halların olmamasını, habelə təyin olunan cəzanın həm onun özü, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin etməyi qanuni, əsaslı və ədalətli hesab edir. Məhkəmə həmçinin qeyd edir ki, Azərbaycan Respublikası CM-nın 52-1 maddəsinə əsasən Təqsirləndirilən şəxs1 üzərinə həmin maddədə qeyd olunan vəzifələr qoyulmalıdır. Belə ki, Təqsirləndirilən şəxs1 ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını yaşayış yeri üzrə çəkməli, üzərinə cəza çəkdiyi müddətdə saat 21:00-dan növbəti gün saat 07:00-dək yaşayış yerini tərk etməmək, cəza çəkdiyi müddətdə Qəbələ rayonu ərazisini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Təqsirləndirilən şəxs1 cəzasının icrasına nəzarəti yaşadığı yer üzrə Qəbələ rayon icra və probasiya şöbəsi həyata keçirməlidir. Təqsirləndirilən şəxs1 təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının çəkilməsi yaşadığı yer üzrə Qəbələ rayon icra və probasiya şöbəsində qeydə alındığı vaxtdan hesablanmalıdır. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Təqsirləndirilən şəxs1 19 yanvar 2023-cü il saat 18:30-dan 21 yanvar 2023-cü il saat 17:30-dək şübhəli şəxs qismində saxlandığı iki gün müddət Azırbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən həbsdə saxlama müddətinin bir günü azadlığın məhdudlaşdırılması növündə cəzanın iki gününə hesablamaqla ona təyin olunan azadlığın məhdudlaşdırılması cəzasından çıxılmalıdır. Məhkəmə CPM-in 346.1.19-cu maddəsinin tələbləri baxımından iş üzrə maddi sübutlar məsələsini həll edərkən, maddi sübut qismində tanınmış 01 ədəd “Sharp” markalı qabyuyan maşın, 01 ədəd üzərində və ayaq hissəsində qaşları olan ağ rəngli meyvə qabı (vaza), eləcə də İtaliya istehsalı olan “Marton Design by İtaly” markalanma yazılı 4 ədəddən ibarət qazan dəstinin zərərçəkmiş şəxsə təhvil verilməsini və iş üzrə maddi sübut qismində tanınmış Mercedes Benz 430 minik markalı ** OA *** dövlət nömrə nişanlı avtomobilin saxlanması üçün sahibi Şahid2 təhvil verilməsini nəzərə alır. İş üzrə məhkəmə məsrəfləri olan ekspertiza tədqiqatlarının dəyəri cəmi 50 (əlli) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 müştərək qaydada tutularaq dövlət büdcəsinə ödənilməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə görə məhkəmə, hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli olan əmlakın olub-olmaması məsələsini həll etməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.1 və 99-1.1.1-ci maddəsinə əsasən məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunan əmlak hesab olunur. Məhkəmə xüsusi müsadirə ilə bağlı məsələni müzakirə edərək hesab edir ki, iş üzrə belə bir əmlak olmadığından təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə ilə bağlı müddəa tətbiq edilməməlidir. İş üzrə mülki iddia yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 44.1; 344-347; 349; 351-353, 356, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 03 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs2 14 mart 2023-cü il tarixdə həbsdə saxlanıldığı 01 (bir) gün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən həbsdə saxlamanın bir gün müddətinin azadlığın məhdudlaşdırılması cəzasının iki gününə hesablanmaqla ona təyin edilmiş 03 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzasından çıxılaraq üzərində qəti olaraq 2 (iki) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs2 üzərində qəti olaraq saxlanılmış 2 (iki) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasını yaşayış yeri üzrə çəksin. Üzərinə cəza çəkdiyi müddətdə saat 21:00-dan növbəti gün saat 07:00-dək yaşayış yerini tərk etməmək, cəza çəkdiyi müddətdə Qəbələ rayonu ərazisini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs2 cəzasının icrasına nəzarəti yaşadığı yer üzrə Qəbələ rayon İcra və probasiya şöbəsi həyata keçirsin. Təqsirləndirilən şəxs2 təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının çəkilmə müddətinin başlanğıcı icra və probasiya şöbəsində qeydə alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 03 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs1 19 yanvar 2023-cü il tarixdən 21 yanvar 2023-cü il tarixədək həbsdə saxlanıldığı 02 (iki) gün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən həbsdə saxlamanın bir gün müddətinin azadlığın məhdudlaşdırılması cəzasının iki gününə hesablanmaqla ona təyin edilmiş 03 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzasından çıxılaraq üzərində qəti olaraq 2 (iki) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs1 üzərində qəti olaraq saxlanılmış 2 (iki) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasını yaşayış yeri üzrə çəksin. Üzərinə cəza çəkdiyi müddətdə saat 21:00-dan növbəti gün saat 07:00-dək yaşayış yerini tərk etməmək, cəza çəkdiyi müddətdə Qəbələ rayonu ərazisini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs1 cəzasının icrasına nəzarəti yaşadığı yer üzrə Qəbələ rayon İcra və probasiya şöbəsi həyata keçirsin. Təqsirləndirilən şəxs1 təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının çəkilmə müddətinin başlanğıcı icra və probasiya şöbəsində qeydə alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə məhkəmə məsrəfi olan 50 (əlli) manat məbləğində ekspertiza xərci təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 müştərək qaydada tutularaq dövlət büdcəsinə ödənilsin. (büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu 3, X5, kod 210005, VOEN **********, müxbir hesab AZE41 NABZ********************, SFİFTBİK: CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi, VÖEN **********, hesab AZ34CTRE********************). İş üzrə maddi sübut qismində tanınmış 01 ədəd “Sharp” markalı qabyuyan maşın, 01 ədəd üzərində və ayaq hissəsində qaşları olan ağ rəngli meyvə qabı (vaza), eləcə də İtaliya istehsalı olan “Marton Design by İtaly” markalanma yazılı 4 ədəddən ibarət qazan dəstinin zərərçəkmiş şəxsə təhvil verilməsi nəzərə alınsın. İş üzrə maddi sübut qismində tanınmış Mercedes Benz 430 minik markalı ** OA *** dövlət nömrə nişanlı avtomobilin saxlanması üçün sahibi Şahid2 təhvil verilməsi nəzərə alınsın. İş üzrə mülki iddia yoxdur. Hökm elan olunduğundan 20 (iyirmi) gün müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökm apellyasiya şikayəti və ya protesti verilmədikdə, həmin müddət başa çatdıqdan sonra qüvvəyə minir. Sədrlik edən: Abbas Əliyev
Məhkəmə qərarları › İş №1(025)-15/2023
Qəbələ Rayon Məhkəməsi Hökm — İş №1(025)-15/2023
08.05.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver