Azərbaycan Respublikası adından HÖKM Qəbələ şəhəri İş № 1(025)-15/2024 29.05.2024 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Abbas Baba oğlunun sədrliyi, məhkəmə iclas katibi Əbdürəhimova Fəridə Arif qızının katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikasının Baş X3 Müdafiəsi İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İİ dərəcəli hüquqşunas Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs1 və onun müdafiəçisi Qəbələ rayon Vəkil Bürosunun vəkili Müdafiəçi2, Təqsirləndirilən şəxs2 və onun müdafiəçisi Qəbələ rayon Vəkil Bürosunun vəkili Müdafiəçi1 iştirakları ilə xx.xx.1990-cı il tarixdə Qəbələ rayon Hacallı kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, işsiz, Qəbələ rayon Hacıalılı kəndində qeydiyyatda olan və yaşamış, barəsində xx.xx.2024-cü il tarixli Qəbələ Rayon Məhkəməsinin qərarı ilə "xxxx" növündə qətimkan tədbiri seçilmiş və hazırda X6 saxlanılan Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə, xx.xx.1963-cü il tarixdə Qəbələ rayon Tola kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, işsiz, Şəki Apellyasiya Məhkəməsinin xx.xx.2013-cü il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü və 237.1-ci maddəsi ilə təqsirli bilinərək 07 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və məhkumluğu ödənilməyən, Qəbələ rayon Tövlə kəndində qeydiyyatda olan və yaşamış, barəsində xx.xx.2024-cü il tarixli Qəbələ Rayon Məhkəməsinin qərarı ilə "xxxx" növündə qətimkan tədbiri seçilmiş və hazırda X6 saxlanılan Təqsirləndirilən şəxs2 oğlunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işinin materiallarına açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs1 13 fevral 2024-cü il tarixdə saat 18:30 radələrində Qəbələ rayon Tövlə kənd sakini Təqsirləndirilən şəxs2 satış məqsədi ilə təmiz çəkisi 6,42 qram olan xeyli miqdarda bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananı qanunsuz olaraq əldə edib 2,8 qram hissəsini özündə saxlamış, iki ədəd kibrit qutusuna yığılmış vəziyyyətdə 1,58 qram və 2,04 qram olmaqla, ümumilikdə 3,62 qram hissəsini xx.xx.2024-cü il tarixdə saat 19:30 radələrində Qəbələ rayon Mirzəbəyli kəndi ərazisində tanışı Şahid8 150 (bir yüz əlli) manat pul vəsaiti müqabilində pulu özünə məxsus "xxxx" ASC-yə məxsus olan 5239-1517-6173-7272 saylı kart hesabına əvvəlcədən həmin tarixdə 15:56:04-də köçürtməklə satmış, bundan sonra Qəbələ rayon polis şöbəsi əməkdaşları tərəfindən xx.xx.2024-cü il tarixdə saat 20 radələrində keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Şahid8 narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinməklə Qəbələ rayon Mirzəbəyli kəndi ərazisində saxlanılıb rayon polis şöbəsinə gətirilməklə şöbənin inzibati binasında Şahid8 şübhəli şəxs qismində üzərinə saat 21:20 dəqiqədən başlayaraq şəxsi axtarış aparılan zaman Təqsirləndirilən şəxs1 aldığı 02 ədəd kibrit qutusuna yığılmış vəziyyyətdə 1,58 qram və 2,04 qram olmaqla, ümumilikdə 3,62 qram narkotik vasitə-qurudulmuş marixuana onun əynində olan gödəkcəsinin sağ yan cibindən aşkar edilərək götürülmüş, bununla yanaşı həmin tarixdə Təqsirləndirilən şəxs1 narkotik vasitələrin qanunsuz dövriyyəsində, o cümlədən narkotik vasitəni Şahid8 satmaqda şübhəli bilinməklə Qəbələ rayon Mirzəbəyli kəndi ərazisində saxlanılıb rayon polis şöbəsinə gətirilməklə şöbənin inzibati binasında şübhəli şəxs qismində üzərinə saat 22:35 dəqiqədən başlayaraq şəxsi axtarış aparılarkən onun satış məqsədi ilə qanunsuz olaraq əldə etdiyi və 3,62 qram hissəsini Şahid8 satdıqdan sonra üzərində gəzdirdiyi narkotik vasitə qurudulmuş marixuananın ümumi təmiz çəkisi 2,8 qram olmaqla, ayrı-ayrılıqda 01 ədədi sellofan bükümdə 1,53 qram hissəsi əynində olan qara rəngli şalvarın sol yan cibindən və 01 ədədi kağız bükümdə 0,31 qram hissəsi isə əynində olan gödəkcənin sağ yan cibindən, 0,96 qram hissəsi isə özü tərəfindən avtomobilə atıldıqdan sonra onunla birlikdə narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinərək rayon polis şöbəsinə gətirilmiş Şahid7 məxsus VAZ 21099 markalı, **-KZ-*** dövlət qeydiyyat nişanlı avtomobilinin qabaq sağ ayaqaltı hissəsindən aşkar edilərək götürülmüşdür. Bununla da, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının CM-nin 234.2ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Təqsirləndirilən şəxs2 Şəki Apellyasiya Məhkəməsinin xx.xx.2013-cü il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü və 237.1-ci maddəsi ilə təqsirli bilinərək 07 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsinə baxmayaraq bundan nəticə çıxararaq islah olunmaq əvəzinə məhkumluğu ödənilmədən residiv halda istintaqa dəqiq məlum olmayan tarixdə və mənbədən satış məqsədi ilə təmiz çəkisi 179,54 qram olan xeyli miqdarda bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə(kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananı qanunsuz olaraq əldə edib 171 qram hissəsini özündə və üzərində saxlamış, 03 ədəd kibrit qutusuna yığılmış vəziyyətdə 6,42 qram hissəsini xx.xx.2024-cü il tarixdə istintaqa dəqiq məlum saat 18:30 radələrində Qəbələ rayon Tövlə kəndi ərazisində tanışı Təqsirləndirilən şəxs1 120 (bir yüz iyirmi) manat pul vəsaiti müqabilində Şahid7 məxsus VAZ21099 markalı, **-KZ-*** dövlət qeydiyyat nişanlı avtomobilin içərisində pulu əlbəəl Təqsirləndirilən şəxs1 almaqla satmış, eyni zamanda 2,12 qram hissəsini isə həmin avtomobilin sürücüsü Şahid7 01 ədəd kağız bükümdə aralarında olan tanışlıq münasibətlərindən irəli gələrək 20 manat pul vəsaiti müqabilində pulu sonradan verməklə razılaşıb satmış, bundan sonra Qəbələ rayon polis şöbəsi əməkdaşları tərəfindən xx.xx.2024cü il tarixdə saat 22:35 radələrində keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs1 və Şahid7 narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinməklə Qəbələ rayon Mirzəbəyli kəndi ərazisində saxlanılıb rayon polis şöbəsinə gətirilməklə şöbənin inzibati binasında əvvəlcə Təqsirləndirilən şəxs1 şübhəli şəxs qismində üzərinə şəxsi axtarış aparılan zaman Mərdan Əzənmədovdan aldığı 03 ədəd kibrit qutusuna yığılmış vəziyyyətdə 6,42 qram çəkidə narkotik vasitə-qurudulmuş marixuananın Təqsirləndirilən şəxs1 Şahid8 3.62 qram hissəsini satdıqdan sonra Təqsirləndirilən şəxs1 üzərində qalan ayrı-ayrılıqda 01 ədədi sellofan bükümdə 1,53 qram hissəsi əynində olan qara rəngli şalvarın sol yan cibindən və 01 ədədi kağız bükümdə 0,31 qram hissəsi əynində olan gödəkcənin sağ yan cibindən, 0,96 qram hissəsi isə Şahid7 VAZ21099 markalı, **-KZ-*** dövlət qeydiyyat nişanlı avtomobilinin qabaq sağ ayaqlatı hissəsindən, eləcə də Şahid7 şübhəli şəxs qismində üzərinə şəxsi axtarış aparılan zaman sonuncunun Mərdan Əzənmədovdan aldığı 01 ədəd kağız bükümdə 2,12 qram çəkidə narkotik vasitə-qurudulmuş marixuana əynində olan gödəkcənin sol döş cibindən aşkar edilərək götürülmüş, bununla yanaşı həmin tarixdə X4 narkotik vasitələrin qanunsuz dövriyyəsində, o cümlədən narkotik vasitəni Təqsirləndirilən şəxs1 satmaqda şübhəli bilinməklə Qəbələ rayon Tövlə kəndi ərazisində saxlanılıb rayon polis şöbəsinə gətirilməklə şöbənin inzibati binasında saat 09:10 dəqiqədən başlayaraq şübhəli şəxs qismində üzərinə şəxsi axtarış aparılarkən onun satış məqsədi ilə qanunsuz olaraq əldə etdiyi və 6,42 qram hissəsini Təqsirləndirilən şəxs1, 2,12 qram hissəsini isə Şahid7 satdıqdan sonra üzərində gəzdirdiyi narkotik vasitə qurudulmuş marixuananın 2 ədəd sellofan bükümdə və 3 ədəd kağız bükümdə, müvafiq olaraq 1,08 qr, 0,21 qr, 0,48 qr, 0,81 qr, 1,01 qr, ümumi təmiz çəkiləri isə 3,59 qram hissəsi əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən aşkarlanaraq götürülmüş, əməliyyat axtarış tədbirlərinin davamı olaraq Təqsirləndirilən şəxs2 yaşadığı Qəbələ rayon Tövlə kəndində yerləşən həyətyanı sahəsinə xx.xx.2024-cü il tarixdə saat 11:55-dən etibarən baxış keçirilən zaman onun Təqsirləndirilən şəxs1 və Şahid7a satdıqdan və üzərindən aşkar edilərək götürüldükdən sonra həmin narkotik vasitələrlə tərkibinə görə eynilik təşkil edən yaşadığı həyətyanı sahədə saxladığı ümumi təmiz çəkisi 167,41 qram narkotik vasitə-qurudulmuş marixuananın 1 ədəd plastik “Final” yağı qabının içərisindən açıq vəziyyətə təmiz çəkisi 58,13 qram olmaqla, həmin plastik qabın içərisində 01 ədəd sellofan torbaya bükülmüş vəziyyətdə isə 71,84 qram olmaqla, ümumilikdə 129,97 qram hissəsi həyətyanı sahənin kənarındakı çəpərin içərisindən, 3 ədəd ağ sellofan torbaya bükülmüş vəziyyətdə ayrı-ayrılıqda çəkiləri 4,08 qram, 20,68 qram, 0,17 qram, 02 ədəd kağız bükümdə təmiz çəkiləri 2,49 qr və 0,52 qram, 01 ədəd kibrit qustusunda isə 4,64 qram olmaqla, ümumi təmiz çəkisi 32,58 qram olan hissəsi həyətyanı sahədə fındıq ağacının kök hissəsindən və 1 ədəd göy rəngli sellofan torbanın içərisində 02 ədəd kağız bükümdə, ayrı-ayrılıqda təmiz çəkiləri-3,12 qram və 1,74 qram olmaqla, ümumi çəkisi 4,86 qram olan hissəsi həyətdəki yardımçı tikilinin kənarından aşkar edilərək götürülmüşdür. Bununla da, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının CM-nin 234.2ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin (CPM) 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə protokollarını və digər sənədləri sübut növü kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 hər birinin əməlində cinayət tərkibi vardır, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 törətmiş olduğu cinayət əməlləri düzgün olaraq Azərbaycan Respublikasının CM-nin 234.2-ci maddəsi ilə tövsif olunmuşdur. Belə ki, məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının CM-nin 234.2-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, Qəbələ rayon Hacallı kəndində qeydiyyatdadır və orada yaşayır. Marixuananı əvvəllər tanımadığı şəxslərdən, son dövrlər isə rayonun Tövlə kənd sakini olan Təqsirləndirilən şəxs2 alaraq istifadə edir. Narkotik vasitəqurudulmuş marixuananı həm özü üçün istifadə etmək məqsədi ilə, həm də satışını həyata keçirdiyi üçün Mərdandan alırmış. 13 fevral 2024-cü il tarixdə saat təxminən 14 radələrində əvvəlcədən tanıdığı Şahid8 adlı Qəbələ rayon Mirzəbəyli kənd sakini ona zəng edərək narkotik vaitə-marixuana lazım olduğunu bildirmişdir. Şahid8 da bilirmiş ki, onda narkotik vasitəmarixuana vardır. Belə ki, əvvəllər də birlikdə narkotik vasitə-marixuana istifadə etmişlər. Özünə məxsus olan "xxxx" ASC-yə məxsus 5239-1517-6173-7272 saylı kart hesabının nömrəsini telefonda Şahid8 demişdir.Şahid8 demiş ki, həmin kart hesabına 150 manat pul yükləsin və ondan xəbər gözləsin. Bundan sonra isə əvvəllər də bir neçə dəfə narkotik vasitəmarixuana aldığı Təqsirləndirilən şəxs2 məxsus olan ***-***-**-** saylı mobil telefon nömrəsinə zəng etmiş və ona bildirmiş ki, ona 3 kibrit qutusunda narkotik vasitə-marixuana lazımdır. Mərdan isə ona narkotik vasitə-marixuananı gəlib yaşadığı rayonun Tövlə kəndindən götürə biləcəyini demişdir. Telefon əlaqəsi zamanı Mərdanla narkotik vasitənin qiyməti ilə bağlı heçnə danışmamışdır. Çünkü ona məlum imiş ki, bir kibrit qutusu narkotik vasitə-marixuananı Təqsirləndirilən şəxs2 40 manat pul vəsaiti müqabilində satır. Bundan sonra isə əvvəlcədən tanıdığı Şahid7 adlı rayonun Qaradeyin kənd sakininə zəng edərək onu rayonun Hacallı kəndinə çağırmış və telefon əlaqəsi zamanı Səxavətə bildirmiş ki, gedib Mərdandan narkotik vasitə-marixuana alacaq. Səxavət də bildirmiş ki, ona da narkotik vasitə lazımdır. Belə olub Şahid7 də özünə məxsus olan VAZ21099 markalı, **-KZ-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Hacallı kəndinin mərkəzinə gəlmiş, onun avtomobilinin qabaq sərnişin oturacağında əyləşmiş və bilrikdə rayonun Tövlə kəndinə Təqsirləndirilən şəxs2 yanına getmişlər. Mərdan onları yaşadığı evə yaxın bir yerdə gözləyirmiş. Təqsirləndirilən şəxs2 avtomobilin arxa sərnişin oturacağında əyləşmişdir. Təqsirləndirilən şəxs2 120 manat pul vəsaitini əlbəəl vermişdir. Mərdana verdiyi 120 manat pul vəsaitinin nömrəsini bilməsə də, həmin pul bir ədəd 100-lük, bir ədəd isə 20-lik pul əskinazından ibarət imiş. Mərdan da ona avtomobilin içərisində saat təxminən 18:30 radələrində 3 ədəd kibrit qutusunda, əlavə olaraq isə bir ədəd kağız bükümdə olan olan narkotik vasitə-qurudulmuş marixuananı vermiş və Səxavətin də görməyəcəyi şəkildə əlinin içərisində cibinə qoymuşdur. Həmin vaxt Səxavətə də Təqsirləndirilən şəxs2 20 manatlıq bir bükümdə narkotik vasitə-marixuananı vermişdir. Çünkü Səxavət də əvvəlcədən Mərdana zəng edərək ondan narkotik vaitə-marixuana istəmişdir. X26 20 manat pul vəsaitini verməmişdir. Səxavət Mərdana demiş ki, üzərində pulu yoxdur, pulu olanda verəcək. Bundan sonra Mərdan avtomobildən yerə düşmüş və Səxavətlə rayonun Hacallı kəndinə gəlmişdir. Daha sonra Səxavətə bildirmiş ki, rayonun Mirzəbəyli kəndinə getmək lazımdır, orada bir nəfər şəxs var, həmin şəxsin ona borcu var, buna görə də borcunu ondan almalıdır. Yolda kibrit qutusundan olan narkotik vasitə-qurudulmuş marixuananı kağız bükümlərə də yığmışdır. Birlikdə rayonun Mirzəbəyli kəndinə getmişlər. Şahid8 onu kəndin içərisində gözləyirmiş. Saat təxminən 19:30 radələrində artıq Mehdinin yanına çatmışdır. Avtomobildən yerə düşmədən iki kibrit qutusunda narkotik vasitə-qurudulmuş marixuananı Mehdiyə vermişdir. Lakin ondan əlbəəl pul almamışdır. Çünkü Mehdi əvvəlcədən onun kart hesabına 150 manat pul vəsaiti köçürmüşdür. Təxminən 300 metr məsafə geri qayıtmışlar ki, Mirzəbəyli kəndinin içərisində yol patrul xidməti əməkdaşları avtomobili saxlamışlar. Polisi gördüyü zaman bir büküm marixuananı Şahid7 avtomobilinin qabaq sağ sərnişin ayaqaltı hissəsinə atmışdır. Orada bildirmişlər ki, onlar narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəlidirlər və buna görə üzərilərinə baxış keçirilməlidir. Həmin ərazi kənd ərazisi olduğu üçün və şəxsi nüfuzuna xələl gəlməməsi üçün baxışın polis şöbəsində aparılmasını xahiş etmişdir. Belə olub onu və Səxavəti Qəbələ RPŞ-nə gətirmişlər və üzərinə axtarış keçirilmişdir. Üzərində olan və Təqsirləndirilən şəxs2 aldığı, lakin Şahid8 150 manat pul vəsaiti müqabilində iki kibrit qutusu satdıqdan sonra üzərində qalan iki bükümdə narkotik vasitə-qurudulmuş marixuanalar şalvarının sol yan cibindən və qış gödəkcəsinin sağ yan cibindən aşkar edilərək götürülmüşdür. Eləcə də Şahid7 avtomobilinin qabaq sağ ayaqaltı hissəsinə tulladığı bir bükümdə narkotik vasitə qurudulmuş marixuana da avtomobilə baxış keçirilən zaman aşkar edilərək götürülmüşdür. Həmçinin Qəbələ RPŞ-nə gətirilən zaman, eləcə də Qəbələ RPŞ-də üzərinə baxış keçirilən zaman ona hər hansı bir fiziki zor və ya təzyiq göstərilməmişdir. Üzərindən və Şahid7 avtomobilindən aşkar edilən narkotik vasitə-qurudulmuş marixuananı ayrı-ayrı standart bükümlərdə, yəni üç ədəd bükümlərdə qablaşdırmanı həmin formada ona görə etmiş ki, fərdi istifadəsi üçün asan olsun. Törətdiyi əməldən çox peşmandır. Himayəsində 2 azyaşlı uşağı vardır. Ailəsini dolandıran və yeganə qazanc gətirən şəxs odur. Göstərilən halların nəzərə alınmasını və barəsində yüngül cəza verilməsini xahiş etdi. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının CM-nin 234.2-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, Qəbələ rayon Tövlə kəndində qeydiyyatdadır və orada yaşayır. Təxminən 40 ildir ki, narkotik vasitə olan qurudulmuş marixuana istifadə edir. Narkotik vasitə olan-marixuananı isə öz həyətində əkir, sonra isə əkdiyi narkotik vasitələrə qulluq göstərib onları böyüdür və yetişmiş marixuana bitkisinin yarpaqlarını qurudub saxlamaqla istifadə edir. Eləcə də maddi vəzyəti yaxşı olmadığı üçün həmin əkib becərib qurutduğu narkotik vasitə-marixuananın satışını da həyata keçirir. Qəbələ rayon Hacallı kənd sakini Təqsirləndirilən şəxs1 əvvəlcədən tanımışdır. Çinarla tanışlığı həyətində usta kimi işləyən zaman yaranmışdır. Həmin vaxtdan etibarən ona məlumdur ki, Təqsirləndirilən şəxs1 narkotik vasitə istifadə edir, Təqsirləndirilən şəxs1 da məlumdur ki, onda narkotik vasitə-qurudulmuş marixuana vardır. xx.xx.2024-cü il tarixdə tanışı Təqsirləndirilən şəxs1 ona günorta saatlarında zəng edərək 3 kibrit qutusu narkotik vasitə-marixuana lazım olduğunu bildirmişdir. Əvvəlcə Çinara demiş ki, narkotik vasitə satmır. Lakin Çinar təkidlə ondan xahiş etmiş ki, ona narkotik vasitə-marixuana satsın. Belə olub Çinarla razılaşmışdır. Telefon əlaqəsi zamanı Çinarla narkotik vasitənin qiyməti ilə bağlı heçnə danışmamışdır. Çünkü ona da məlum imiş ki, bir kibrit qutusu narkotik vasitə-marixuananı 40 manat pul vəsaiti müqabilində satır. Daha sonra saat təxminən 18:30 radələrində Təqsirləndirilən şəxs1 və Şahid7 onun yanına gəlmişlər. Onları kəndin mərkəzinə yaxın hissədə gözləyirmiş. Çinar Səxavətin VAZ21099 markalı avtomobili ilə gəlmişdir. O da həmin avtomobilin arxa sərnişin oturacağında əyləşmişdir. Təqsirləndirilən şəxs1 ona 120 manat pul vəsaitini əlbəəl vermişdir. Çinarın ona verdiyi 120 manat pul bir ədəd 100-lük, bir ədəd isə 20-lik pul əskinazından ibarət imiş. O da Təqsirləndirilən şəxs1 avtomobilin içərisində saat təxminən 18:30 radələrində 3 ədəd kibrit qutusunda, əlavə olaraq isə bir ədəd kağız bükümdə olan olan narkotik vasitə-qurudulmuş marixuananı vermişdir. Həmin vaxt Səxavət də ondan bir bükümdə narkotik vasitə-marixuana istəmiş, lakin ona pul verməmişdir. Pulunun olmadığını bildirmişdir. Səxavətə sonra verə biləcəyini demişdir. Səxavətin onunla görüşməzdən qabaq zəng edib-etmədiyini tam olaraq xatırlamır. Bundan sonra avtomobildən yerə düşmüşdür. Çinar və Səxavət də onun yanından uzaqlaşaraq getmişlər. 14 fevral 2024-cü il tarixdə isə evdən çıxıb kəndin mərkəzinə gedən zaman polis əməkdaşları onun yanına gəlmiş və narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirmişlər. Ondan üzərində narkotik vasitə-marixuana olub-olmadığını soruşmuşlar. O da üzərində narkotik vasitələrin olduğunu etiraf etmişdir. Lakin həmin ərazi kənd sakinləri tərəfindən gediş-gəlişli olduğu üçün şəxsi nüfuzuna xələl gəlməməsi məqsədi ilə baxışın Qəbələ RPŞ-də keçirilməsini xahiş etmişdir. Qəbələ RPŞ-də isə vəkilinin iştirakı ilə üzərinə baxış keçirilmişdir. Üzərində olan 11 ədəd bükümdə, 6 bükümü çətənə toxumu olmaqla digər beş bükümdə isə narkotik vasitə-qurudulmuş marixuanalar aşkar edilərək götürülmüşdür. Daha sonra isə ondan yaşadığı evdə və həyətyanı sahədə narkotik vasitələrin olub-olmadığı soruşulmuşdur. O da etiraf etmiş ki, həyətində gizlətdiyi narkotik vasitələr vardır. Sonra isə yaşadığı evə baxş keçirilmiş və həyətindəki fındıq ağacının kök hissəsindən, çəpərdən plastik qabın içərisindən və evin yaxınlığındakı tikilinin yanında gizlətdiyi narkotik vasitə-qurudulmuş marixuanalar aşkar edilərək götürülüb qablaşdırılmışdır. Ona heç kim heç bir fiziki zor tətbiq etməmişdir. Qablaşdırmanı həmin formada ona görə etmiş ki, fərdi istifadəsi üçün asan olsun. Etdiyi əmələ görə peşmandır. Məhkəmədən barəsində yüngül cəza verilməsini xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid8 ifadəsində bildirmişdir ki, Qəbələ rayon Mirzəbəyli kəndində anadan olmuş və həmin kənddə qeydiyyatda olmaqla yaşayır. Təxminən bir il müddətdir ki, narkotik vasitə olan marixuanadan istifadə edir. İstifadə etdiyi narkotik vasitə-qurudulmuş marixuananı isə tanımadığı şəxslərdən, eləcə də Qəbələ rayon Hacallı kənd sakini Təqsirləndirilən şəxs1 alırmış. Qəbələ rayon Hacallı kənd sakini Təqsirləndirilən şəxs1 əvvəlcədən tanıyır. Onun narkotik vasitə istifadə etməsindən və satmasından məlumatı var imiş. xx.xx.2024-cü il tarixdə saat təxminən 14 radələrində Təqsirləndirilən şəxs1 zəng edərək istifadə etmək üçün iki kibrit qutusu narkotik vasitəmarixuana almaq istədiyini bildirmişdir. Təqsirləndirilən şəxs1 isə ona özünə məxsus olan 5239-1517-6173-7272 saylı kart hesabını vermiş, həmin nömrəni qələmlə kağıza yazıb özü ilə götürmüşdür. Təqsirləndirilən şəxs1 bildirmiş ki, həmin kart nömrəsinə 150 manat pul göndərsin və ondan xəbər gözləsin. Belə olub Təqsirləndirilən şəxs1 ona verdiyi 5239-1517- 6173-7272 saylı kart hesabına Qəbələ şəhəri İ.B.Qutqaşınlı küçəsi ərazisində yerləşən “Cavid” adlı marketin içərisindəki Milliön ödəmə terminalı vasitəsi ilə 150 manat pul köçürmüş və Çinarın ona xəbər etməsini gözləmişdir. Daha sonra isə yaşadığı rayonun Mirzəbəyli kəndinə getmişdir. Saat təxminən 19-20 radələri olarmış ki, Təqsirləndirilən şəxs1 ona zəng etmiş və yola çıxmasını demişdir. O da evdən yola çıxmış və Çinarı gözləmişdir. Saat təxminən 19:30 radələri olarmış ki, Təqsirləndirilən şəxs1 əvvəllcədən tanımadığı VAZ21099 markalı avtomobil ilə onun yanına gəlmişdir. Çinar avtomobilin qabaq sağ sərnişin oturacağında əyləşmişdir. Çinar avtomobildən yerə düşmədən ona iki kibrit qutusunda narkotik vasitə-marixuana vermişdir. Çinardan marixuanaları götürüb cibinə qoyub istifadə etmək üçün evə gedərkən yolda ona polis əməkdaşları yaxınlaşmışdır. Orada bildirmişlər ki, narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəlidir və buna görə üzərinə baxış keçirilməlidir. Həmin ərazi kənd ərazisi olduğu üçün və şəxsi nüfuzuna xələl gəlməməsi üçün baxışın polis şöbəsində aparılmasını xahiş etmişdir. Belə olub onu Qəbələ RPŞ-nə gətirmişlər və üzərinə baxış keçirilmişdir. Üzərində olan və Təqsirləndirilən şəxs1 aldığı, iki kibrit qutusunda narkotik vasitəqurudulmuş marixuana qış gödəkcəsinin sağ yan cibindən aşkar edilərək götürülmüşdür. Ondan narkotik vasitəni haradan əldə etdiyi soruşulmuş, o da Təqsirləndirilən şəxs1 150 manata aldığını etiraf etmişdir. Eləcə də Çinarın ona verdiyi kart nömrəsini yazdığı damalı kağız və həmin karta 150 manat pul göndərməyinə dair olan qəbz də onun cibindən aşkar edilərək götürülmüşdür. Heç kimə narkotik vasitə satmamışdır. Sadəcə istifadə edir. Qəbələ RPŞ-nə gətirilən zaman, eləcə də Qəbələ RPŞ-də olan zaman ona hər hansı şəxs və ya şəxslər fiziki zor tətbiq etməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid7 ifadəsində bildirmişdir ki, Qəbələ rayon Qaradeyin kəndində anadan olmuş və həmin kənddə qeydiyyatda olmaqla yaşayır. Təxminən iki aydır ki, narkotik vasitə olan marixuanadan istifadə edir. İstifadə etdiyi narkotik vasitə-qurudulmuş marixuananı isə tanımadığı şəxslərdən, eləcə də Qəbələ rayon Tövlə kənd sakini Təqsirləndirilən şəxs2 alırmış. Qəbələ rayon Hacallı kənd sakini Təqsirləndirilən şəxs1 da əvvəlcədən tanıyır. Onun da narkotik vasitə istifadə etməsindən məlumatı var imiş. xx.xx.2024-cü il tarixdə saat təxminən 18 radələrində Təqsirləndirilən şəxs1 ona zəng edərək Qəbələ rayon Tövlə kəndinə, Təqsirləndirilən şəxs2 evinə getmək lazım olduğunu, ondan narkotik vasitə olan qurudulmuş marixuana alacağını bildirmiş və onu rayonun Hacallı kəndinə dəvət etmişdir. Təqsirləndirilən şəxs1 xahişi əsasında rayonun Hacallı kəndinə gəlmiş, orada Çinar avtomobilinin qabaq sağ sərnişin oturacağına oturmuşdur. Birlikdə Tövlə kəndinə, Təqsirləndirilən şəxs2 yanına getmişlər. Təqsirləndirilən şəxs2 avtomobilin arxa sərnişin oturacağında əyləşmişdir. Təqsirləndirilən şəxs1 Təqsirləndirilən şəxs2 120 manat pul vəsaitini əlbəəl vermişdir. Mərdana verdiyi həmin pul bir ədəd 100-lük, bir ədəd isə 20-lik pul əskinazından ibarət imiş. Mərdan da Çinara avtomobilin içərisində saat təxminən 18:30 radələrində narkotik vasitə-qurudulmuş marixuana vermişdir, lakin hansı çəkidə olduğunu və neçə qutu olduğuna fikir verməmişdir. Çinar da narkotik vasitəsini Mərdandan götürmüş və cibinə qoymuşdur. Həmin vaxt ona da Təqsirləndirilən şəxs2 20 manatlıq bir bükümdə narkotik vasitə-marixuananı vermişdir. Çünkü o da əvvəlcədən Mərdana zəng edərək ondan narkotik vasitə-marixuana istəmişdir. Lakin Mərdana 20 manat pul vəsaitini verməmişdir. Mərdana demiş ki, üzərində pulu yoxdur, pulu olanda verəcək. Mərdan da ona “qoy qalsın, olanda verərsən” sözünü demişdir. Bundan sonra Mərdan avtomobildən yerə düşmüş və Çinarla rayonun Hacallı kəndinə gəlmişlər. Daha sonra Çinar ona bildirmiş ki, rayonun Mirzəbəyli kəndinə getmək lazımdır, orada Şahid8la işi vardır. Yəni, Mehdinin ona borcu var və həmin borcu almağa gedir. Çinar Mehdiyə narkotik vasitə satacağını ona deməmişdir. X27 aldığı narkotik vasitə-qurudulmuş marixuananı kağız bükümlərə də yığmışdır. Onlar birlikdə rayonun Mirzəbəyli kəndinə getmişlər. Şahid8 əvvəlcədən tanımırmış. Mehdi onları kəndin içərisində gözləyirmiş. Saat təxminən 19:30 radələrində artıq Mehdinin yanına çatmışlar. Çinar avtomobildən yerə düşmədən Mehdiyə nəsə vermişdir. Artıq bilmiş ki, Təqsirləndirilən şəxs1 Mehdidən borcunu almağa deyil, ona narkotik vasitə satmağa gəlmişdir. X30 əlbəəl pul almamışdır. Yolu geri qayıdan zaman Çinardan soruşmuş ki, Mehdiyə narkotik vasitə satdın? Çinar isə bildirmiş ki, hə, Mehdi ondan narkotik vasitə istəmiş, o da Mərdandan aldığı narkotik vasitəni Mehdiyə satmışdır. Pulu isə Mehdi əvvəlcədən onun kartına atmışdır. Təxminən 300 metr məsafə geri qayıtmışlar ki, Mirzəbəyli kəndinin içərisində polis əməkdaşları avtomobili saxlamışlar. Orada bildirmişlər ki, onlar narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəlidirlər və buna görə üzərilərinə baxış keçirilməlidir. Həmin ərazi kənd ərazisi olduğu üçün və şəxsi nüfuzuna xələl gəlməməsi üçün baxışın polis şöbəsində aparılmasını xahiş etmişdir. Belə olub onu və Çinarı Qəbələ RPŞ-nə gətirmişlər və onun üzərinə axtarış keçirilmişdir. Üzərində olan və Təqsirləndirilən şəxs2 aldığı, bir bükümdə narkotik vasitəqurudulmuş marixuana qış gödəkcəsinin sol döş cibindən aşkar edilərək götürülmüşdür. Bundan sonra ona məxsus olan VAZ21099 markalı, **-KZ-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilmişdir. Həmin avtomobilin qabaq sağ sərnişin ayaqaltı hissəsindən bir büküm narkotik vaitə-marixuana aşkar edilmişdir. Lakin həmin marixuana ona məxsus deyilmiş. Həmin marixuana Təqsirləndirilən şəxs1 məxsus imiş. Heç kimə narkotik vasitə satmamış, sadəcə istifadə edir. Təqsirləndirilən şəxs1 Təqsirləndirilən şəxs2 aldığı narkotik vasitə-qurudulmuş marixuananın çəkisinin hansı çəkidə olduğundan məlumatı yox imiş. Fikrincə 120 manata 1-2 dəfə istifadə etmək üçün marixuana almaq olar. Çinarın Təqsirləndirilən şəxs2 aldığı narkotik vasitə-qurudulmuş marixuananın çəkisinin nə qədər olmasından, eləcə də Mərdanın Çinara satdığı marixuanaların 3 ədəd kibrit qutusunda olmasından məlumatı yox imiş. Bunu görməmişdir. Çünkü Mərdan əlinin içərisində gizlədərək Çinara marixuananı satmışdır. Eləcə də Çinar da ona marixuananın 3 kibrit qutusunda olmasını deməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində bildirmişdir ki, Qəbələ RPŞ-nin əməkdaşları tərəfindən xx.xx.2024-cü il tarixdə keçirilmiş təxirə salınmaz əməliyyataxtarış tədbirləri nəticəsində Qəbələ rayon Mirzəbəyli kəndində qeydiyyatda olmaqla yaşayan Şahid8 narkotik vasitə qəbulunda və üzərində daşımasında, eləcə də narkotik vasitəni Qəbələ rayon Hacıalılı kənd sakini Təqsirləndirilən şəxs1 almasında şübhəli olması barədə məlumat əldə etmişlər və saat 20 radələrində rayonun Mirzəbəyli kəndində getmişlər. Həmin kəndə çatdıqda kənd daxili yolda Şahid8 piyada hərəkət etdiyini görmüşlər, ona yaxınlaşaraq özlərini təqdim etmişlər və ona narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirmişlər. Şahid8 isə özünü şübhəli aparmış və bildirmiş ki, üzərində narkotik vasitə vardır. Lakin həmin ərazi yaşadığı kənd olduğu üçün narkotik vasitəni polis şöbəsində təqdim edəcəyini bildirmişdir. Ondan soruşmuşlar ki, narkotik vasitəni kimdən almışdır? Mehdi isə bildirmiş ki, narkotik vasitəni Hacıalılı kənd sakini Təqsirləndirilən şəxs1 almışdır. Daha sonra Şahid8 Qəbələ RPŞ-nə o və Babək Nağıyev aparmışdır. Həmin ərazidə isə Şahid6, Şahid5, Pünhan Məhəmmədov və Elçin İsmayılov qalmışdır. Şahid8 Qəbələ RPŞ-nin inzibati binasına gətirib birbaşa təhqiqatçıya təhvil vermişlər və təhqiqatçı tərəfindən Şahid8 tutularaq üzərinə baxış keçirilməyə başlanmışdır. Həmin otaqda ondan əlavə iş yoldaşı Babək Nağıyev, eləcə də Şahid8 və sonuncunun vəkili Müdafiəçi2 var imiş. Bundan sonra təhqiqatçı tərəfindən Şahid8 üzərinə baxış keçirilməyə başlanmışdır. Şahid8 üzərinə baxış keçirilən zaman onun üzərindən 02 ədəd kibrit qutusunda marixuanaya bənzər yaşıl bitki kütlələr, bir ədəd üzərində kart nömrəsi olan kağız və 1 ədəd ödəniş qəbzi aşkar edilərək qablaşdırılmaqla götürülmüşdür. Baxış zamanı Şahid8 bildirmiş ki, 2 ədəd kibrit qutusunda olan narkotik vasitəyə bənzər bitki kütlələrini 150 manat pul vəsaiti müqabilində Təqsirləndirilən şəxs1 almış, pulu isə kağızda olan kart hesabına göndərmişdir. 1 ədəd ödəniş qəbzi isə onun kart hesabına 150 manat pulun vurulmasına aiddir. Bundan əlavə olaraq narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən adı sonradan ona məlum olan Təqsirləndirilən şəxs2 Qəbələ RPŞ-nə gətirilməsi və üzərinə baxış keçirilməsi zamanı iştirak etmişdir. Həmin baxış da təhqiqatçının otağında keçirilmişdir. Həmin otaqda ondan əlavə iş yoldaşı Şahid6, eləcə də bir nəfər əvvəlcədən tanımadığı adı sonradan ona məlum olan Təqsirləndirilən şəxs2 və sonuncunun vəkili Müdafiəçi1 var imiş. Bundan sonra təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs2 üzərinə baxış keçirilməyə başlanmışdır. Təqsirləndirilən şəxs2 üzərinə baxış keçirilən zaman onun üzərindən 11 bükümdə narkotik vasitəyə bənzər yaşıl kütlələr, pul əskinazları aşkar edilərək qablaşdırılmaqla götürülmüşdür. Baxış zamanı Təqsirləndirilən şəxs2 bildirmiş ki, üzərində olan pul vəsaitlərindən 120 manatını Təqsirləndirilən şəxs1 narkotik vasitəqurudulmuş marixuana satması nəticəsində əldə etmişdir. Bundan sonra isə həmin tarixdə saat 12 radələrində Təqsirləndirilən şəxs2 yaşadığı Qəbələ rayon Tövlə kəndindəki evinə və həyətyanı sahəsinə baxış keçirilmişdir. Baxış zamanı həyətin müxtəlif hissələrindən, ağac köklərindən, evin yaxınlığından kolluq sahədən, bir sözlə Təqsirləndirilən şəxs2 gizlətdiyi yerlərdən müxtəlif qablarda və bağlamalarda narkotik vasitəyə bənzər bitki kütlələri aşkar edilərək qablaşdırılmaqla götürülmüşdür. Şahid8 və Təqsirləndirilən şəxs2 üzərlərinə və sonuncunun evinə baxış keçirilən zaman polis əməkdaşları və ya kənar şəxslər tərəfindən üzərinə və ya evinə narkotik vasitə qoyulduğunun şahidi olmamışdır. Əksinə Mehdi və Mərdan öz qanunsuz əməllərini səmimi olaraq etiraf edirmişlər. Şahid8 və Təqsirləndirilən şəxs2 heç bir təzyiq və fiziki zor tətbiq edilməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid5 ifadəsində bildirmişdir ki, Qəbələ RPŞ-nin əməkdaşları tərəfindən xx.xx.2024-cü il tarixdə keçirilmiş təxirəsalınmaz əməliyyataxtarış tədbirləri nəticəsində Qəbələ rayon Mirzəbəyli kəndində qeydiyyatda olmaqla yaşayan Şahid8 narkotik vasitə qəbulunda və üzərində daşımasında, eləcə də narkotik vasitəni Qəbələ rayon Hacıalılı kənd sakini Təqsirləndirilən şəxs1 almasında şübhəli olması barədə məlumat əldə etmişlər və saat 20 radələrində rayonun Mirzəbəyli kəndində getmişlər. Həmin kəndə çatdıqda kənd daxili yolda Şahid8 piyada hərəkət etdiyini görmüşlər, ona yaxınlaşaraq özlərini təqdim etmişlər və ona narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirmişlər. Şahid8 isə özünü şübhəli aparmış və bildirmiş ki, üzərində narkotik vasitə vardır. Lakin həmin ərazi yaşadığı kənd olduğu üçün narkotik vasitəni polis şöbəsində təqdim edəcəyini bildirmişdir. Ondan soruşmuşlar ki, narkotik vasitəni kimdən almışdır? Mehdi isə bildirmiş ki, narkotik vasitəni Hacıalılı kənd sakini Təqsirləndirilən şəxs1 almışdır. Daha sonra Şahid8 Qəbələ RPŞ-nə Şahid1 və Babək Nağıyev aparmışdır. Həmin ərazidə isə o və digər polis əməkdaşları, yəni Şahid6, Pünhan Məhəmmədov və Elçin İsmayılov qalmışlar və Təqsirləndirilən şəxs1 yerinin müəyyən olunması istiqamətində soraqlaşmışlar. Müəyyən etmişlər ki, Təqsirləndirilən şəxs1 Qaradeyin kənd sakini Şahid7 məxsus VAZ21099 markalı avtomobilin içərisindədir. Dərhal hadisə yerinə YPX əməkdaşlarını dəvət etmişlər və həmin əraziyə YPX əməkdaşları Kazım Kazımlı və Vüqar İsmiyev gəlmişlər. Həmin avtomobili Mirzəbəyli kəndi ərazisində saxlamışlar. Əvvəlcə Təqsirləndirilən şəxs1 və Şahid7 bildirmişlər ki, onlar narkotik vasitənin qanunsuz dövriyyəsində şübhəlidirlər. Təqsirləndirilən şəxs1 və Şahid7 isə etiraf etmişlər ki, üzərlərində narkotik vasitə vardır. Lakin həmin ərazi kənd ərazisi olduğu üçün narkotik vasitəni polis şöbəsində təqdim edəcəklərini bildirmişlər. Belə olub Təqsirləndirilən şəxs1 və Şahid7 VAZ21099 markalı avtomobil ilə birlikdə Qəbələ RPŞ-nə gətirib Növbətçi Hissəyə təhvil vermişlər. Bundan sonra isə təhqiqatçının xidməti otağına gəlmişdir. Həmin otaqda ondan əlavə iş yoldaşı Babək Nağıyev, eləcə də bir nəfər əvvəlcədən tanımadığı adı sonradan ona məlum olan Təqsirləndirilən şəxs1 və sonuncunun vəkili İslam müəllim var imiş. Bundan sonra təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs1 üzərinə baxış keçirilməyə başlanmışdır. Çinarın üzərinə baxış keçirilən zaman onun üzərindən iki ədəd sellofan bükümlərdə narkotik vasitəyə bənzər yaşıl kütlələr, eləcə də pul əskinazları, narkotik vasitəni çəkən zaman istifadə etdiyini bildirdiyi iki ədəd kağız və Kapital banka məxsus bank kartı aşkar edilmişdir. İki ədəd sellofana bükülü olan marixuanaya bənzər yaşıl bitki kütləni, bir ədəd də narkotik vasitə çəkmək üçün istifadə etdiyini bildirdiyi kağızı və digər özünə məxsus pul və əşyalar aşkar edilmişdir. Onlardan sellofan bükümlərdəki yaşıl kütlələr və narkotik vasitə çəkmək üçün istifadə etdiyini bildirdiyi kağız parçası qablaşdırılmaqla götürülmüşdür. Təqsirləndirilən şəxs1 üzərinə baxış keçirilən zaman polis əməkdaşları və ya kənar şəxslər tərəfindən üzərinə narkotik vasitə qoyulduğunun şahidi olmamışdır. Əksinə Təqsirləndirilən şəxs1 narkotik vasitənin özünə məxsus olduğunu səmimi olaraq etiraf edirmiş. Bundan sonra daxil olmuş əməliyyat tapşırığı əsasında 14 fevral 2024-cü il tarixdə saat 08 radələrində narkotik vasitəni Təqsirləndirilən şəxs1 və Şahid7 satmaqda şübhəli bilinən Qəbələ rayon Tövlə kənd sakini Əzəmmədov X1 onun, eləcə də Elçin İsmayılov, Babək Nağıyev, Şahid6 və Pünhan Məhəmmədov tərəfindən saxlanılaraq Qəbələ RPŞ-nə gətirilmiş və təhqiqatçıya təhvil verilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X12 ifadəsində bildirmişdir ki, Qəbələ RPŞ-nin əməkdaşları tərəfindən xx.xx.2024-cü il tarixdə keçirilmiş təxirəsalınmaz əməliyyataxtarış tədbirləri nəticəsində Qəbələ rayon Mirzəbəyli kəndində qeydiyyatda olmaqla yaşayan Şahid8 narkotik vasitə qəbulunda və üzərində daşımasında, eləcə də narkotik vasitəni Qəbələ rayon Hacıalılı kənd sakini Təqsirləndirilən şəxs1 almasında şübhəli olması barədə məlumat əldə etmişlər və saat 20 radələrində rayonun Mirzəbəyli kəndində getmişlər. Həmin kəndə çatdıqda kənd daxili yolda Şahid8 piyada hərəkət etdiyini görmüşlər, ona yaxınlaşaraq özlərini təqdim etmişlər və ona narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirmişlər. Şahid8 isə bildirmiş ki, üzərində narkotik vasitə vardır. Lakin həmin ərazi yaşadığı kənd olduğu üçün narkotik vasitəni polis şöbəsində təqdim edəcəyini bildirmişdir. Ondan soruşmuşlar ki, narkotik vasitəni kimdən almışdır? Mehdi isə bildirmiş ki, narkotik vasitəni Hacıalılı kənd sakini Təqsirləndirilən şəxs1 almışdır. Daha sonra Şahid8 Qəbələ RPŞ-nə Şahid1 və Babək Nağıyev aparmışdır. Həmin ərazidə isə o və digər polis əməkdaşları, yəni Şahid5, Pünhan Məhəmmədov və Şahid6 qalmış və Təqsirləndirilən şəxs1 yerinin müəyyən olunması istiqamətində soraqlaşmışlar. Müəyyən etmişlər ki, Təqsirləndirilən şəxs1 Qaradeyin kənd sakini Şahid7 məxsus VAZ21099 markalı avtomobilin içərisindədir. Dərhal hadisə yerinə YPX əməkdaşlarını dəvət etmişlər və həmin əraziyə YPX əməkdaşları Kazım Kazımlı və Vüqar İsmiyev gəlmişlər. Həmin avtomobili Mirzəbəyli kəndi ərazisində saxlamışlar. Əvvəlcə Təqsirləndirilən şəxs1 və Şahid7 bildirmişlər ki, onlar narkotik vasitənin qanunsuz dövriyyəsində şübhəlidirlər. Təqsirləndirilən şəxs1 və Şahid7 isə etiraf etmişlər ki, üzərlərində narkotik vasitə vardır. Lakin həmin ərazi kənd ərazisi olduğu üçün narkotik vasitəni polis şöbəsində təqdim edəcəklərini bildirmişlər. Belə olub Təqsirləndirilən şəxs1 və Şahid7 VAZ21099 markalı avtomobil ilə birlikdə Qəbələ RPŞ-nə gətirib Növbətçi Hissəyə təhvil vermişlər. Bundan sonra isə təhqiqatçının xidməti otağına gəlmişdir. Həmin otaqda ondan əlavə iş yoldaşı Seymur Vahidov, eləcə də bir nəfər əvvəlcədən tanımadığı adı sonradan ona məlum olan Şahid7 və sonuncunun vəkili Araz müəllim var imiş. Bundan sonra təhqiqatçı tərəfindən Şahid7 üzərinə baxış keçirilməyə başlanmışdır. Səxavətin üzərinə baxış keçirilən zaman onun üzərindən 01 ədəd sellofana bükülü olan marixuanaya bənzər yaşıl bitki kütləsi, bir ədəd də narkotik vasitə çəkmək üçün istifadə etdiyini bildirdiyi kağız və digər Səxavətin özünə məxsus pul və əşyalar aşkar edilmişdir. Onlardan sellofan bükümdəki yaşıl kütlə və narkotik vasitə çəkmək üçün istifadə etdyini bildirdiyi kağız parçası qablaşdırılmaqla götürülmüşdür. Baxış zamanı Şahid7 bildirmiş ki, sellofan bükümdəki marixuanadır və Mərdan adlı Tövlə kənd sakinindən almışdır. Bundan sonra Qəbələ RPŞ-nin İnzibati ərazisində Şahid7 məxsus VAZ21099 markalı, ** KZ *** nömrəli avtomobilə baxış keçirilmişdir. Baxış zamanı avtomobilin sağ qabaq ayaqaltı hissəsindən bir ədəd ağ rəngli kağıza bükülmüş narkotik vasitəyə bənzər yaşıl kütlə aşkar edilmişdir. Həmin zaman Səxavət bildirmiş ki, qeyd edilən narkotik vasitə ona məxsus deyildir. Polis şöbəsinə gətirilən zaman Təqsirləndirilən şəxs1 onun avtomobilinə atmışdır. Həmin kağız büküm də qablaşdırılmaqla götürülmüşdür. Bundan sonra isə daxil olmuş əməliyyat tapşırığı əsasında o və digər əməliyyat müvəkkilləri birlikdə narkotik vasitələrin qanunsuz dövriyyəsində, yəni narkotik vasitəni Təqsirləndirilən şəxs1 və Şahid7 satmaqda şübhəli bilinən Təqsirləndirilən şəxs2 olduğu yerin müəyyən edilməsi istiqamətində müvafiq əməliyyat tədbirləri həyata keçirmişlər və müəyyən etmişlər ki, Təqsirləndirilən şəxs2 Qəbələ rayon Tövlə kəndindədir. Belə olub polis əməkdaşları ilə birlikdə saat 08 radələrində onun yaşadığı Tövlə kəndində saxlanılaraq RPŞ-nin inzibati binasına gətirilərək təhqiqatçıya təhvil verilmişdir. Daha sonra isə onun üzərinə baxış keçirilmişdir. Həmin otaqda ondan əlavə iş yoldaşı Şahid1, eləcə də Təqsirləndirilən şəxs2 və sonuncunun vəkili Müdafiəçi1 var imiş. Bundan sonra təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs2 üzərinə baxış keçirilməyə başlanmışdır. Təqsirləndirilən şəxs2 üzərinə baxış keçirilən zaman onun üzərindən 11 bükümdə narkotik vasitəyə bənzər yaşıl kütlələr, pul əskinazları aşkar edilərək qablaşdırılmaqla götürülmüşdür. Baxış zamanı Təqsirləndirilən şəxs2 bildirmiş ki, üzərində olan pul vəsaitlərindən 120 manatını Təqsirləndirilən şəxs1 narkotik vasitə-qurudulmuş marixuana satması nəticəsində əldə etmişdir. Bundan sonra isə həmin tarixdə saat 12 radələrində Təqsirləndirilən şəxs2 yaşadığı Qəbələ rayon Tövlə kəndindəki evinə və həyətyanı sahəsinə baxış keçirilmişdir. Baxış zamanı həyətin müxtəlif hissələrindən, ağac köklərindən, evin yaxınlığından kolluq sahədən, bir sözlə Təqsirləndirilən şəxs2 gizlətdiyi yerlərdən müxtəlif qablarda və bağlamalarda narkotik vasitəyə bənzər bitki kütlələri aşkar edilərək qablaşdırılmaqla götürülmüşdür. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində bildirmişdir ki, əvvəllər bir neçə dəfə narkotik vasitədən-marixuanadan istifadə etmişdir. Təqsirləndirilən şəxs2 ona dişini düzəltdirdiyi üçün tanımışdır. Eləcə də Mərdan Mirzəmmədov ona təxminən iki ay əvvəl, yəni 2023-cü ilin sonlarında iki dəfə istifadə etmək üçün narkotik vasitə-marixuana vermişdir. O isə bunun əvəzində ona diş düzəltmiş, eləcə də dişin düzəldilməsi üçün yerdə qalan pulu azaz ona geri vermişdir. Mərdandan aldığı narkotik vasitə-marixuananı özü istifadə etmişdir. Heç kimə verməmiş və satmamışdır.Məhkəmədə şahid qismində dindirilmiş X12 digər şahid X17 ilə eyni məzmunlu ifadə verərək onun göstərdiklərini təsdiq etmişdir. Eyni zamanda göstərmişdir ki, o, təqsirləndirilən şəxs X2 ifadəsinin yerində yoxlanılmasında iştirak etmiş, həmin vaxt Hünər Ağdaş şəhərində X20 vermək üçün iki kibrit qutusunda narkotik vasitə marixuananı aldığı yeri, daha sonra Qəbələ rayonu Zarağan kəndində Mehdi ilə görüşüb ona həmin marixuananı verdiyi yeri, eləcə də körpünün altında gizlədərək saxladığı marixuananı Nic qəsəbəsində "Təndir torpağı" adlanan yerdə yabanı halda bitmiş çətənə kollarından yığdığı yerləri göstərdikdə məlum olmuş ki, Hünər iki kibrit qutusu marixuananı Eldardan Ağdaş şəhərində onun yaşadığı Nəsimi küçəsində evinin yaxınlığında ara küçədə almış, daha sonra Qəbələ rayonu Zarağan kəndinin mərkəzində dairəvi yolayrıcının yaxınlığında şərti alıcı Mehdiyə vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində bildirmişdir ki, təxminən 3-4 aydır ki, narkotik vasitə olan marixuanadan istifadə edir. Marixuananı isə Qəbələ rayon Hacallı kənd sakini Təqsirləndirilən şəxs1 alırmış. Təqsirləndirilən şəxs1 tutulmazdan qabaq, yəni 2024-cü ilin fevral ayını əvvəllərində Təqsirləndirilən şəxs1 Hacallı kəndində kənd daxili yolda gecə saatlarında görüşərək bir siqaret bükümdə marixuananı 10 manata almışdır. Təqsirləndirilən şəxs1 narkotik vasitə-marixuana alan zaman bilirmiş ki, Çinar marixuananı Qəbələ rayon Tövlə kənd sakini Təqsirləndirilən şəxs2 alır, sonra isə satır. Əvvəllər də Təqsirləndirilən şəxs1 bir-iki dəfə marixuananı 10 manat pul vəsaiti müqabilində almışdır. Lakin həmin marixuananı aldığı tarixləri tam olaraq xatırlamır. Təqsirləndirilən şəxs1 sonuncu dəfə 2024-cü ilin fevral ayının əvvəllərində marixuananı 10 manat pul vəsaiti verməklə almış və özü istifadə etmişdir. Narkotik vasitə-marixuananın satışı ilə məşğul olmur. Sadəcə olaraq özü istifadə edir. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının CM-nin 234.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmələri özlərinin etirafları, şahidlərin ifadələri, iş materialları və aşağıda göstərilən digər sübutlarlada təsdiq edilir. İşdə olan və məhkəmə baxışında tədqiq edilmiş 13 fevral 2024-cü il tarixli “şəxsi axtarış və götürmə aparılması haqqında” protokoldan, həmin protokola əlavə edilmiş fotocədvəl və video görüntüdən görünür ki, 13 fevral 2024-cü il tarixdə AR CM-nin 234.1-ci maddəsi ilə şübhəli şəxs qismində tutulmuş Şahid8 üzərinə şəxsi axtarış və götürmə aparılmışdır. Şahid8 üzərinə şəxsi axtarış keçirilən zaman əvvəlcədən ona üzərində olan əşyaları könüllü surətdə təqdim etmək təklif edilmiş və sonuncu təklifi qəbul edərək üzərində olan əşyaları könüllü təqdim edəcəyini bildirmişdir. Bundan sonra Şahid8 üzərində olan qara rəngli isti gödəkcənin sağ yan cibindən iki ədəd göy rəngli içərisində narkotok vasitəyə bənzər, spesifik iyə malik qurudulmuş yaşıl kütlə olan kibrit qutusunu, 1 ədəd qəbzi, 1 ədəd üzərində **********737272 saylı bank kart nömrəsi olan kağız parçasını, gödəkcənin sol cibindən 1 ədəd mobil telefon, 1 ədəd bənövşəyi rəngli alışqanı təqdim etmişdir. O, narkotik vasitəyə bənzər yaşıl kütləni Qəbələ rayon Hacallı kənd sakini Çinar adlı şəxsdən 150 manata aldığını, təqdim etdiyi kağızın üzərində olan kart nömrəsinin də Çinar adlı şəxsin ona verdiyini və 150 manatı həmin kart hesabına göndərdiyini, narkotik vasitəni Çinar adlı şəxsdən alan zaman onun yanında bir nəfər də əlavə şəxsin olduğunu, Çinar adlı şəxsin ona narkotik vasitəni satdıqdan sonra uzaqlşaraq getdiyini, Çinar adlı şəxs uzaqlaşan kimi polis əməkdaşlarının ona yaxınlşaraq üzərində narkotik vasitə olub-olmadığını soruşduqda, olduğunu dediyini və şəxsi nüfuzuna xələl gəlməsin deyə üzərinə baxışın Qəbələ RPŞ-də keçirilməsini xahiş etdiyini bildirmişdir. Şahid8 üzərindən aşkar edilmiş iki ədəd göy rəngli içərisində narkotok vasitəyə bənzər, spesifik iyə malik qurudulmuş yaşıl kütlələrin olduğu kibrit qutuları elektron tərəzidə çəkilmiş, kibrit qutusunun birinin kütləsinin 4.6 qram, 2-ci qutunun kütləsinin isə 5.1 qam olduğu müəyyən edilmişdir. Şahid8 üzərinə əlavə baxış keçirilən zaman onun gödəkcəsinin sağ yan cibindən bir ədəd açar, sol döş cibindən 1 ədəd “Mançester” markalı siqaret paketi, göy rəngli cins şalvarın sağ yan cibindən dəmir və kağız pul əskinazları aşkar edilmişdir. Aşkar edilmiş pul əskinazları, alışqan, mobil telefon, açar və siqaret paketi Şahid8 özünə qaytarılmış, üzərindən aşkar edilmiş narkotik maddəyə bənzər kütlələr, qəbz, üzərində kart nömrəsi olan kağız parşası iş üçün maddi sübut əhəmiyyəti kəsb etdiyindən götürülərək qablaşdırılmış və üzəri DİN-in “103” saylı möhürü ilə möhürlənmişdir. Şəxsi axtarış və götürmə zamanı mobil telefon vasitəsilə video və fotoşəkillər çəkilmişdir. İşdə olan və məhkəmə baxışında tədqiq edilmiş 13 fevral 2024-cü il tarixdə “şəxsi axtarış və götürmə aparılması haqqında” protokoldan, həmin protokola əlavə edilmiş fotocədvəl və video görüntüdən görünür ki, həmin tarixdə AR CM-nin 234.2-ci maddəsi ilə şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs1 üzərinə şəxsi axtarış və götürmə aparılmışdır. Təqsirləndirilən şəxs1 üzərinə şəxsi axtarış keçirilən zaman əvvəlcə ona üzərində olan əşyaları könüllü surətdə təqdim etmək təklif edilmiş və sonuncu təklifi qəbul edərək üzərində olan əşyaları könüllü təqdim edəcəyini bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs1 üzərində olan göy rəngli isti gödəkcənin sol döş cibindən bir ədəd “Rhotmans” markalı siqaret paketi, 2 ədəd narkotik vasitə çəkmək üçün istifadə etmək üçün istifadə etdiyini bildirdiyi kağız, 1 ədəd ağ rəngli kağız, 1 ədəd 20 manatlıq, 2 ədəd 10 manatlıq, 1 ədəd 1 manatlıq və 2 ədəd 5 manatlıq pul əskinazlarını, isti gödəkcənin sağ yan cibindən ağ rəngli selofan torbanın içərisində olan, ağ rəngli kağıza bükülmüş vəziyyətdə olan narkotok vasitəyə bənzər qurudulmuş yaşıl kütləni, qara rəngli şalvarının sol yan cibindən çıxardığı şəffaf rəgli sellofan torbaya bükülmüş vəziyyətdə olan narkotok vasitəyə bənzər qurudulmuş yaşıl kütləni, 1 ədəd mobil telefonu, 1 ədəd qırmızı rəngli alışqanı, şalvarın sağ yan cibindən isə "xxxx"a məxsus olan **********737272 saylı kartı, şəxsiyyət vəsiqəsini, 2 ədəd 10 qəpiklik, 2 ədəd isə 50 qəpiklik pul əskinazını təqdim etmişdir. Narkotik vasitələri isə Bakı şəhər sakinindən alaraq gizli şəkildə saxladığını, digər hər hansı şəxsdən narkotik vasitə almadığını, tanışı Səxavət adlı şəxsin Mərdan adlı şəxsdən narkotik vasitə alıb-almadığını bilmədiyini, Bakı şəhər sakinindən aldığı narlotik vasitəsinin bir hissəsini xx.xx.2024-cü il tarixdə Mirzəbəyli kəndində həmin kənd sakini Mehdi adlı şəxsə 150 manata satdığını bildirmişdir. Daha sonra təqdim edilmiş 1 ədəd ağ rəngli kağıza bükülmüş vəziyyətdə olan narkotik vasitəyə bənzər qurudulmuş yaşıl kütlə və 1 ədəd şəffaf rəgli sellofan torbaya bükülmüş vəziyyətdə olan narkotik vasitəyə bənzər qurudulmuş yaşıl kütlə elektron tərəzidə çəkilmiş, Təqsirləndirilən şəxs1 cibindən çıxararaq təqdim etdiyi ağ rəngli kağıza bükülmüş vəziyyətdə olan narkotik vasitəyə bənzər qurudulmuş yaşıl kütlənin çəkisinin 2.03 qram, 1 ədəd şəffaf rəngli sellofan torbaya bükülmüş vəziyyətdə olan narkotik vasitəyə bənzər qurudulmuş yaşıl kütlənin çəkisini isə 0.5 qram olduğu müəyyən edilmişdir. Aşkar edilmiş pul əskinazları, alışqan, ağ rəngli kağız və siqaret paketi Təqsirləndirilən şəxs1 özünə qaytarılmış, üzərindən aşkar edilmiş narkotik maddəyə bənzər kütlələr, narkotik vasitənin qəbulu zamanı istifadə edilən kağız parçası, "xxxx"a məxsus olan **********737272 saylı kart iş üçün maddi sübut əhəmiyyəti kəsb etdiyindən götürülərək qablaşdırılmış və üzəri DİN-in “103” saylı möhürü ilə möhürlənmişdir. Şəxsi axtarış və götürmə zamanı mobil telefon vasitəsilə video və fotoşəkillər çəkilərək protokola əlavə edilmişdir. İşdə olan və məhkəmə baxışında tədqiq edilmiş 14 fevral 2024-cü il tarixli “şəxsi axtarış və götürmə aparılması haqqında” protokoldan, həmin protokola əlavə edilmiş fotocədvəl və video görüntüdən görünür ki, 14 fevral 2024-cü il tarixdə AR CM-nin 234.1-ci maddəsi ilə şübhəli şəxs qismində tutulmuş Şahid7 üzərinə şəxsi axtarış və götürmə aparılmışdır. Şahid7 üzərinə şəxsi axtarış keçirilən zaman əvvəlcə ona üzərində olan əşyaları könüllü surətdə təqdim etmək təklif edilmiş və sonuncu təklifi qəbul edərək üzərində olan əşyaları könüllü təqdim edəcəyini bildirmişdir. Bundan sonra Şahid7 üzərində olan qara rəngli isti gödəkcənin sol döş cibindən bir ədəd ağ rəngli selofan torbaya bükülmüş vəziyyətdə olan narkotok vasitəyə bənzər qurudulmuş yaşıl kütləni, bir ədəd kibriti, sarı rəngli üzərinə “Soyuqbulaq” yazılmış salfet paketini, 1 ədəd narkotik vasitə çəkmək üçün istifadə etdiyini bildirdiyi kağızı, isti gödəkcənin sağ cibindən çıxardığı 1 ədəd yaşıl rəngli alışqanı, 1 ədəd ağ rəngli qəbzi, gödəkcənin sol yan cibindən çıxardığı 2 ədəd mobil telefonu, göy rəngli cins şalvarın sağ yan cibindən çıxardığı avtomobil açarını, şalvarın sağ yan cibindən çıxardığı 2 ədəd 1 manatlıq pul əskinazını, 1 ədəd 50 qəpiklik, 2 ədəd 20 qəpiklik, 1 ədəd 10 qəpiklik pul əskinazını, şalvarın arxa sağ cibindən çıxardığı ağ rəngli dəmir açarı təqdim etmişdir. Daha sonra təqdim edilmiş 1 ədəd ağ rəngli selofan torbaya bükülmüş vəziyyətdə olan narkotik vasitəyə bənzər qurudulmuş yaşıl kütlə elektron tərəzidə çəkilmiş, Şahid7 cibindən çıxararaq təqdim etdiyi ağ rəngli selofan torbaya bükülmüş vəziyyətdə olan narkotik vasitəyə bənzər qurudulmuş yaşıl kütlənin çəkisinin 2.9 qram olduğu müəyyən edilmişdir. Aşkar edilmiş pul əskinazları, alışqan, salfet, mobil telefonlar, açar Şahid7 özünə qaytarılmış, üzərindən aşkar edilmiş narkotik maddəyə bənzər kütlə, narkotik vasitənin qəbulu zamanı istifadə edilən kağız parçası iş üçün maddi sübut əhəmiyyəti kəsb etdiyindən götürülərək qablaşdırılmış və üzəri DİN-in “103” saylı möhürü ilə möhürlənmişdir. Şəxsi axtarış və götürmə zamanı mobil telefon vasitəsilə video və fotoşəkillər çəkilərək protokola əlavə edilmişdir. İşdə olan və məhkəmə baxışında tədqiq edilmiş 14 fevral 2024-cü il tarixli “baxış və götürmə haqqında” protokoldan, həmin protokola əlavə edilmiş fotocədvəl və video görüntüdən görünür ki, həmin tarixdə AR CM-nin 234.1-ci maddəsi ilə şübhəli şəxs qismində tutulmuş Şahid7 məxsus VAZ21099 minik markalı, **-KZ-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilmişdir. Şahid7 “Vaz21099” markalı, **-KZ-*** dövlət qeydiyyat nişanlı avtomiobilinə baxış keçirilən zaman əvvəlcə ona avtomobildə olan əşyaları könüllü surətdə təqdim etmək təklif edilmiş və sonuncu təklifi qəbul edərək avtomobildə olan əşyaları könüllü təqdim edəcəyini bildirmişdir. Bundan sonra Şahid7 avtomobilin sağ ön oturacağın ayaqaltı hissəsində olan ağ rəngli kağıza bükülmüş vəziyyətdə olan narkotik vasitəyə bənzər qurudulmuş yaşıl kütləni təqdim etmiş, daha sonra avtomobilin digər hissələrinə baxış keçirilsə də narkotik vasitəyə bənzər hər hansı kütlə, eləcə də iş üçün əhəmiyyət kəsb edən hər hansı predmet aşkar edilməmişdir. Aşkar edilərək götürülmüş ağ rəngli kağıza bükülmüş vəziyyətdə olan narkotik vasitəyə bənzər qurudulmuş yaşıl kütlə elektron tərəzidə çəkilmiş, Şahid7 avtomobildən götürərək təqdim etdiyi ağ rəngli kağıza bükülmüş vəziyyətdə olan narkotik vasitəyə bənzər qurudulmuş yaşıl kütlənin çəkisinin 1.9 qram olduğu müəyyən edilmişdir. Aşkar edilmiş büküm iş üçün maddi sübut əhəmiyyəti kəsb etdiyindən götürülərək qablaşdırılmış və üzəri DİN-in “103” saylı möhürü ilə möhürlənmişdir. Baxış zamanı Şahid7 narkotik vasitənin ona məxsus olmadığını, polis şöbəsinə gətirilən zaman avtomobildə olan tanışı Çinar adlı şəxsin həmin bükümü onun avtomobilinə atdığını, özünün və Çinar adlı şəxsin narkotik vasitə istifadə etdiklərini, xx.xx.2024-cü il tarixdə Çinar adlı şəxsin ona zəng edərək Tövlə kəndində Mərdan adlı şəxsin olduğunu, ondan narkotik vasitə ala biləcəklərini deiyini, əvvəllər də Mərdan adlı şəxsdən narkotik vasitə aldıqlarını, birlikdə Mərdan adlı şəxsin Tövlə kəndində yerlşən evinə getdiklərini, özü üçün narkotik vasitə aldığını, Mərdan adlı şəxsin ona narkotik vasitənin bir bükümünü 20 manata satdığını dediyini, Mərdan adlı şəxsə üzərində pul olmadığını bildirdiyini, Mərdan adlı şəxsin də razılaşdığını, Çinar adlı şəxsin isə 2 büküm götürdüyünü, avtomobildə hərəkətdə olan zaman YPX-nin əməkdaşları onları saxalayan zaman Çinar adlı şəxsin avtomobildə aşkar edilmiş bükümü avtomobilin içərisinə atdığını, avtomobildən aşkar edilmiş narkotik vasitənin Çinar adlı şəxsə məxsus olduğunu, polis əməkdaşları onları saxlamazadan əvvəl Çinar adlı şəxsin Mərdan adlı şəxsdən aldığı narkotik vasitənin bir hissəsini satdığını bildirmişdir. Baxış zamanı mobil telefon vasitəsilə video və fotoşəkillər çəkilərək protokola əlavə edilmişdir. İşdə olan və məhkəmə baxışında tədqiq edilmiş 14 fevral 2024-cü il tarixli “şəxsi axtarış və götürmə aparılması haqqında” protokoldan, həmin protokola əlavə edilmiş fotocədvəl və video görüntüdən görünür ki, həmin tarixdə AR CM-nin 234.2-ci maddəsi ilə şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs2 üzərinə şəxsi axtarış və götürmə aparılmışdır. Təqsirləndirilən şəxs2 üzərinə şəxsi axtarış keçirilən zaman əvvəlcə ona üzərində olan əşyaları könüllü surətdə təqdim etmək təklif edilmiş və sonuncu təklifi qəbul edərək üzərində olan əşyaları könüllü təqdim edəcəyini bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs2 göy rəngli cins şalvarının sağ yan cibindən 11 bükümdə olan narkotik vasitəyə bənzər yaşıl kütlələr aşkar edilmişdir. Eləcə də onun əynində olan boz rəngli isti gödəkcənin sağ yan cibindən 1 ədəd özünə məxsus şəxsiyyət vəsiqəsi, cins şalvarın sol yan cibindən müxtəlif dəyərli 406 manat dyərində pul əskinazı aşkar edilmiş. Təqsirləndirilən şəxs2 baxış zamanı üzərində olan pulun 86 manatını qoz-fındıq satraq əldə etdiyini, 120 manatını isə Qəbələ rayon Hacallı kənd sakini Çinar adlı şəxsin özünün çəkməsi üçün ondan narkotik vasitə alaraq verdiyini, Səxavət adlı Qaradeyin kənd sakininə də narkotik vasitə verdiyini, lakin sonuncunun ona pulunun olmadığını deyərək pul vermədiyini bildirmişdir. Aşkar edilərək götürlülmüş narkotik vasitəyə bənzər yaşıl kütlələr elektron tərəzi vasitəsilə çəkilmiş, həmin narkotik vasitəyə bənzər yaşıl kütlələrin ağ rəngli selofan torbaya bükülmüş 4 bükümünün ayrı-ayrılıqda çəkilərinin 0.5, 1.5, 0.4, 1.3 qram, kağız bükümdə olan 3 bükümünün ayrı-ayrılıqda çəkiləri 0.8, 0.3, 1.2 qram, 4 ədəd qurğuşun bükümdəki yaşıl kütlələrin çəkisinin isə ayrı-ayrılıqda 0.3, 0.3, 1.4 və 1.6 qram olduğu müəyyən edilmişdir. Aşkar edilmiş pul əskinazları, və şəxsiyyət vəsiqəsi Təqsirləndirilən şəxs2 özünə qaytarılmış, üzərindən aşkar edilmiş narkotik maddəyə bənzər kütlələr isə iş üçün maddi sübut əhəmiyyəti kəsb etdiyindən götürülərək qablaşdırılmış və üzəri DİN-in “103” saylı möhürü ilə möhürlənmişdir. Şəxsi axtarış və götürmə zamanı mobil telefon vasitəsilə video və fotoşəkillər çəkilərək protokola əlavə edilmişdir. İşdə olan və məhkəmə baxışında tədqiq edilmiş 14 fevral 2024-cü il tarixli “baxış keçirilməsi haqqında” protokoldan, həmin protokola əlavə edilmiş fotocədvəl və video görüntüdən görünür ki, həmin tarixdə AR CM-nin 234.2-ci maddəsi ilə şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs2 yaşadığı Qəbələ rayon Tövlə kəndində yerləşən evə və həyətyanı sahəyə baxış keçirilmişdir. Baxış keçirilən obyekt Qəbələ rayon Tövlə kənd sakini Təqsirləndirilən şəxs2 məxsus Qəbələ rayon Tövlə kəndində yerləşən mənzil və həyətyanı sahədir. Baxış vətəndaşın könüllü razılığı ilə gündüz vaxtı, açıq hava şəraitində keçirilmişdir. Həyətyanı sahəyə baxış keçirilən zaman çəpərin içərisindən 1 ədəd “Final” yağına məxsus plastik qab aşkar olunmuşdur. Plastik qabın içərisinə baxış zamanı sellofan torbaya bükülmüş narkotik vasitəyə bənzər yaşıl kütlələr və açıq vəziyyətdə olan narkotik vasitəyə bənzər yaşıl kütlələr aşkar edilmişdir. Aşkar edilmiş ağ rəngli sellofan torbaya bükülmüş və açıq vəziyyətdə olan yaşıl kütlələr qabla birlikdə elektron tərəzidə çəkilmiş, ümumi kütlə qabla birlikdə çəkisi 300 qram təşkil etmişdir. Yaşıl kütlələr aşkar edildiyi qabla birlikdə göy rəngli sellofan torbada qablaşdırılmaqla götürülmüşdür. Həyətyanı sahəyə baxış keçirilən zaman fındıq ağacının kök hissəsindən 3 ədəd ağ rəngli sellofan torbaya bükülmüş narkotik vasitəyə bənzər yaşıl kütlələr aşkar edilmiş, həmin kütlələrin sellofan torbalar ilə birlikdə ayrı-ayrılıqda çəkiləri 2,6 qram, 6 qram və 7 qram təşkil etmişdir. Eləcə də fındıq ağacının kök hissəsindən əlavə olaraq kağız bükümdə aşkar edilmiş yaşıl kütlənin çəkisi 5 qram, qurğuşuna bükülmüş kütlənin çəkisi 2 qram, kibrit qutusunda olan kütlənin çəkisi isə 8 qramdır. Həyətə baxış zamanı yardımçı tikilinin kənarından 1 ədəd sellofan torbada narkotik vasitəyə bənzər yaşıl kütlələr aşkar edilmiş, sellofan torbanın içərisində olan toxumlar 2 ədəd sarı, 1 ədəd ağ rəngli kağıza bükülmüşdür. Aşkar edilmiş 3 ədəd kağız bükümlərdə olan toxumların və yaşıl kütlələrin ümumi çəkisi 19 qram təşkil etmişdir. Təqsirləndirilən şəxs2 məxsus həyətyanı sahədən və ya mənzildən əlavə olaraq hər hansı narkotik vasitəyə bənzər yaşıl kütlə, toxum və ya digər iş üçün əhəmiyyət kəsb edən predmet aşkar edilməmişdir. Eləcə də Təqsirləndirilən şəxs2 aşkar edilərək götürülmüş narkotik vasitəyə bənzər kütlələrdən savayı evində və ya həyətində narkotik vasitə saxlamadığını bildirmişdir. Təqsirləndirilən şəxs2 deməsinə görə aşkar edilərək götürülmüş narkotik vasitəyə bənzər yaşıl kütlələri özü yay aylarında Qəbələ rayon Tövlə kəndində yerləşən bağ sahəsində əkib becərmiş və özünün istifadəsi üçün saxlamışdır. Baxış zamanı mobil telefon vasitəsilə video və fotoşəkillər çəkilərək protokola əlavə edilmişdir. İşdə olan və məhkəmə baxışında tədqiq edilmiş xx.xx.2024-cü il tarixli Təqsirləndirilən şəxs2 “ifadəsinin yerində yoxlanılması haqqında” tərtib edilmiş protokoldan və həmin protokola əlavə edilmiş fotocədvəldən görünür ki, həmin tarixdə saat 10:00 radələrindən başlayaraq Təqsirləndirilən şəxs2 ifadəsi yerində yoxlanılmışdır. Qeyd olunan istintaq hərəkəti zamanı iş üzrə Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CPM-də göstərilən hüquq və vəzifələri izah edilmiş, daha sonra sonuncuya ifadəsində göstərdiyi xüsusatları əyani şəkildə yerində göstərməsi təklif edilmiş, Təqsirləndirilən şəxs2 ona edilmiş təkliflə razılaşmış və bundan ötrü Qəbələ rayon Tövlə kəndində yerləşən yaşadığı evin həyətyanı sahəsinin qarşısındakı yola getmək lazım olduğunu bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs2 göstərdiyi marşrut üzrə Qəbələ rayon Tövlə kəndində yerləşən Təqsirləndirilən şəxs2 yaşadığı evin qarşısına çatdıqda Təqsirləndirilən şəxs2 bildirmiş ki, avtomobili saxlamaq lazımdır. Ardınca Təqsirləndirilən şəxs2 ifadəsində uyğun şəkildə 3 kibrit qutusunda narkotik vasitə-qurudulmuş marixuananı Təqsirləndirilən şəxs1 satdığı yeri göstərmişdir. Lakin Təqsirləndirilən şəxs2 göstərdiyi həyətində yerləşən tərəvəzdə heç bir narkotik vasitə-çətənə bitkisi aşkar edilməmişdir. Bununla da iş üzrə Təqsirləndirilən şəxs2 ifadəsinin yerində yoxlanılması istintaq hərəkəti ilə müəyyən edilmişdir ki, onun ifadəsində göstərdiyi xüsusatlar ifadəsini yerində yoxlayarkən göstərdiyi xüsusatlarla tam uyğun gəlmişdir. İşdə olan və məhkəmə baxışında tədqiq edilmiş xx.xx.2024-cü il tarixli Təqsirləndirilən şəxs1 ifadəsinin yerində yoxlanılması haqqında tərtib edilmiş protokoldan və həmin protokola əlavə edilmiş fotocədvəldən görünür ki, həmin tarixdə saat 11:10 radələrindən başlayaraq Təqsirləndirilən şəxs1 ifadəsi yerində yoxlanılmışdır. Qeyd olunan istintaq hərəkəti zamanı iş üzrə Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CPM-də göstərilən hüquq və vəzifələri izah edilmiş, daha sonra sonuncuya ifadəsində göstərdiyi xüsusatları əyani şəkildə yerində göstərməsi təklif edilmiş, Təqsirləndirilən şəxs1 ona edilmiş təkliflə razılaşmış və bundan ötrü Qəbələ rayon Tövlə kəndinə və Mirzəbəyli kəndinə getmək lazım olduğunu bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs1 göstərdiyi marşrut üzrə Qəbələ rayon Tövlə kəndində yerləşən Təqsirləndirilən şəxs2 yaşadığı evin qarşısına çatdıqda Təqsirləndirilən şəxs1 ifadəsində uyğun şəkildə 3 kibrit qutusunda narkotik vasitə-qurudulmuş marixuananı Təqsirləndirilən şəxs2 aldığı yeri göstərərək bildirmişdir ki, xx.xx.2024-cü il tarixdə Təqsirləndirilən şəxs2 Şahid7 avtomobilinin içərisində 3 kibrit qutusunda narkotik vasitəqurudulmuş marixuananı 120 manat müqabilində almışdır. Narkotik vasitənin 3 kibrit qutusunda olmasını isə Şahid7 görməmişdir. Səxavətə kibrit qutusunun 1 ədəd olduğunu demişdir. Bundan sonra Təqsirləndirilən şəxs1 Qəbələ rayon Mirzəbəyli kəndində yol kənarını göstərərək bildirmişdir ki, Mərdandan aldığı narkotik vasitədən 2 kibrit qutusunu 150 AZN müqabilində həmin ərazidə Şahid8 satmışdır. Şahid8 neçə qutu narkotik vasitə satdığını, eləcə də Mirzəbəyli kəndinə narkotik vasitə satmaq üçün gəldiyini Səxavət bilməmişdir. Bununla da iş üzrə Təqsirləndirilən şəxs1 ifadəsinin yerində yoxlanılması istintaq hərəkəti ilə müəyyən edilmişdir ki, onun ifadəsində göstərdiyi xüsusatlar ifadəsini yerində yoxlayarkən göstərdiyi xüsusatlarla tam uyğun gəlmişdir. İşdə olan və məhkəmə baxışında tədqiq edilmiş 08 mart 2024-cü il tarixli “PHİLİPS markalı mobil telefona baxışın keçirilməsi haqqında” protokoldan və həmin protokola əlavə edilmiş fotocədvəldən görünür ki, ********* nömrəli cinayət işi üzrə PHİLİPS markalı mobil telefona tərəfimdən baxış keçirilmişdir. Baxışın keçirilməsinin əsas məqsədi Təqsirləndirilən şəxs2 istifadəsində olan PHİLİPS markalı mobil telefonda iş üçün əhəmiyyət kəsb edən halları müəyyən edib qeyd olunan cinayətin törədilməsində əhəmiyyət kəsb edib-etmədiyini müəyyən etməkdən ibarətdir. PHİLİPS markalı mobil telefona baxış keçirilən zaman telefonun içərisində zənglər bölməsinə daxil olduqda Təqsirləndirilən şəxs2 istifadəsində olan ***-***-**-** saylı mobil nömrəyə Təqsirləndirilən şəxs1 istifadəsində olan ***-***-**-** saylı mobil nömrədən xx.xx.2024-cü il tarixdə saat 16:00, 17:44 və 17:48 dəqiqələrdə zənglərin gəldiyi və aralarında telefon danışıqlarının olduğu, eləcə də Təqsirləndirilən şəxs2 istifadəsində olan ***-***-**-** saylı mobil nömrəyə iş üzrə şahid qismində dindirilmiş Şahid7 istifadəsində olan ***-***-**-** saylı mobil nömrədən bir dəfə xx.xx.2024-cü il tarixdə saat 17:40 dəqiqədə zəng edildiyi və aralarında telefon danışığının olduğu müəyyən edilmişdir. Baxışda iştirak edən Təqsirləndirilən şəxs2 bildirmişdir ki, ***-***-**-** saylı mobil nömrə Qəbələ rayon Hacallı kənd sakini Təqsirləndirilən şəxs1 məxsus telefon nömrəsidir. Təqsirləndirilən şəxs1 ona 13 fevral 2024-cü il tarixdə zəng edərək narkotik vasitə-qurudulmuş marixuana almaq istədiyini bildirmiş və telefon əlaqələri də bu səbəbdən baş tutumuşdur. Eləcə də Təqsirləndirilən şəxs2 bildirdi ki, ***-***-**-** saylı mobil nömrə Qəbələ rayon Qaradeyin kənd sakini Şahid7 məxsus telefon nömrəsidir. Şahid7 də ona zəng edərək narkotik vasitədən ona da gətirməsini istəmişdir. Belə olub həmin vaxt Şahid7 də bir büküm narkotik vasitə-qurudulmuş marixuananı aralarında olan tanışlıqdan irəli gələrək vermişdir. İşdə olan və məhkəmə baxışında tədqiq edilmiş 08 mart 2024-cü il tarixli “MAXVİ markalı mobil telefona baxışın keçirilməsi haqqında” protokoldan və həmin protokola əlavə edilmiş fotocədvəldən görünür ki, ********* nömrəli cinayət işi üzrə MAXVİ markalı mobil telefona baxış keçirilmişdir. Baxışın keçirilməsinin əsas məqsədi Təqsirləndirilən şəxs1 istifadəsində olan MAXVİ markalı mobil telefonda iş üçün əhəmiyyət kəsb edən halları müəyyən edib qeyd olunan cinayətin törədilməsində əhəmiyyət kəsb edib-etmədiyini müəyyən etməkdən ibarətdir. MAXVİ markalı mobil telefona baxış keçirilən zaman telefonun içərisində zənglər bölməsinə daxil olduqda Təqsirləndirilən şəxs1 istifadəsində olan ***-***-**-** saylı mobil nömrədən Təqsirləndirilən şəxs2 istifadəsində olan ***-***-**-** saylı mobil nömrəyə xx.xx.2024-cü il tarixdə saat , 17:40 və 17:43 dəqiqələrdə zənglərin gəldiyi və aralarında telefon danışıqlarının olduğu, eləcə də Təqsirləndirilən şəxs1 istifadəsində olan ***-***-**-** saylı mobil nömrəyə iş üzrə şahid qismində dindirilmiş Şahid8 istifadəsində olan ***-***-**-** saylı mobil nömrədən xx.xx.2024-cü il tarixdə saat 15:00, 18:32, 19:06 və 19:07 dəqiqələrdə zəng edildiyi və aralarında telefon danışığının olduğu müəyyən edilmişdir. Baxışda iştirak edən Təqsirləndirilən şəxs1 bildirmişdir ki, ***-***-**-** saylı mobil nömrə Qəbələ rayon Tövlə kənd sakini Təqsirləndirilən şəxs2 məxsus telefon nömrəsidir. Təqsirləndirilən şəxs2 13 fevral 2024-cü il tarixdə zəng edərək narkotik vasitə-qurudulmuş marixuana almaq istədiyini bildirmiş və telefon əlaqələri də bu səbəbdən baş tutumuşdur. Eləcə də Təqsirləndirilən şəxs1 bildirdi ki, ***-***-**- ** saylı mobil nömrə Qəbələ rayon Mirzəbəyli kənd sakini Şahid8 məxsus telefon nömrəsidir. Şahid8 ona zəng edərək narkotik vasitə-qurudulmuş marixuana almaq istədiyini bildirmiş, o da Təqsirləndirilən şəxs2 120 manat pul vəsaiti müqabilində 3 kibrit qutusunda narkotik vasitəqurudulmuş marixuana alaraq həmin 3 kibrit qutusundan 2 qutusunu Şahid8 150 manat pul vəsaiti müqabilində satmışdır. Lakin Şahid8 ona pulu əlbəəl deyil, əvvəlcədən kart hesabına köçürtməklə vermişdir. İşdə olan və məhkəmə baxışında tədqiq edilmiş 04 aprel 2024-cü il tarixli “baxış keçirilməsi haqqında” protokoldan görünür ki, ********* nömrəli cinayət işi üzrə bir ədəd ********** saylı əməliyyat nömrəsi olan qəbzə, bir ədəd üzərində 5239-1517-6173-7272 saylı hesab nömrəsi olan Kapital Bank ASC-yə məxsus bank kartına, üzərində 5239-1517-6173- 7272 saylı hesab nömrəsi olan kağız parçasına, bir ədəd C03540752 saylı 100-lük pul əskinazına və bir ədəd A08332306 nömrəli 20-lik pul əskinazına baxış keçirilmişdir. Baxış zamanı xx.xx.2024-cü il tarixdə Şahid8 üzərinə şəxsi axtarış keçirilən zaman aşkar edilərək götürülmüş bir ədəd ********** saylı əməliyyat nömrəsi olan qəbzin üzərində olan məlumatlara əsasən müəyyən edilmişdir ki, 150 manat pul vəsaiti 5239-1517-6173-7272 saylı hesab nömrəsi olan Kapital Bank ASC-yə məxsus S***** Ç***** İ***** oğlunun adına olan bank kartına xx.xx.2024-cü il tarixdə saat 15:56:04-də Qəbələ rayonu, İ.Qutqaşınlı küçəsində yerləşən Cavid adlı marketin içərisindəki MilliÖn ödəmə terminalı vasitəsi ilə köçürülmüşdür. Şahid8 üzərinə şəxsi axtarış keçirilən zaman aşkar edilərək götürülmüş bir ədəd 5239-1517- 6173-7272 saylı kart nömrəsi olan kağız parçasına baxış keçirilən zaman müəyyən edilmişdir ki, həmin kağız parçasının üzərinə qələmlə qeyd olunan bank kartının nömrəsi yazılmışdır. Bir ədəd üzərində 5239-1517-6173-7272 saylı hesab nömrəsi olan Kapital Bank ASC-yə məxsus bank kartına baxış keçirilən zaman müəyyən edilmişdir ki, həmin kartın üzərində 5239-1517- 6173-7272 saylı hesab nömrəsi vardır. Kartın son istifadə müddəti 2026-cı ilin 10-cu ayına kimidir və həmin bank kartı “Cashback” kartıdır. Qeyd edilən 1 ədəd 100-lük və bir ədəd 20-lik pul əskinazlarına baxış keçirilməsinə səbəb isə Təqsirləndirilən şəxs1 3 kibrit qutusunda narkotik vasitə-qurudulmuş marixuananı Təqsirləndirilən şəxs2 alan zaman bir ədəd 100-lük və bir ədəd də 20-lik pul əskinazı şəklində əlbəəl Təqsirləndirilən şəxs2 verməsi, qeyd edilən pul əskinazlarının isə Təqsirləndirilən şəxs2 üzərinə şəxsi axtarış keçirilən zaman maddi sübut kimi götürülməsidir. Həmin pul əskinazlarından 100-lük pul əskinazının üzərində olan nömrə C03540752 saylıdır, 20-lik pul əskinazının üzərində olan nömrə isə A08332306 nömrədir. İşdə olan və məhkəmə baxışında tədqiq edilmiş xx.xx.2024-cü il tarixli “maddi sübutun tanınması və saxlanca verilməsi haqqında” qərardan görünür ki, Şahid8 üzərindən aşkar edilmiş bir ədəd ********** saylı əməliyyat nömrəsi olan ödəniş qəbzi, bir ədəd üzərində 5239- 1517-6173-7272 saylı hesab nömrəsi olan kağız parçası, Təqsirləndirilən şəxs1 üzərindən aşkar edilərək götürülmüş iki ədəd narkotik vasitə istifadə etmək üçün nəzərdə tutulan rızla, bir ədəd üzərində 5239-1517-6173-7272 saylı hesab nömrəsi olan Kapital Bank ASC-yə məxsus bank kartı və Maxvı markalı mobil telefon, Təqsirləndirilən şəxs2 üzərindən aşkar edilərək götürülmüş narkotik vasitələrdən əlavə olaraq bir ədəd PHİLİPS markalı mobil telefon və bir ədəd C03540752 saylı 100-lük pul əskinazı və bir ədəd A08332306 nömrəli 20-lik pul əskinazı sübut əhəmiyyəti kəsb etdiyindən ********* nömrəli cinayət işi üzrə maddi sübut kimi tanınmaqla saxlanmaları üçün Qəbələ RPŞ-nin maddi sübutların saxlama yerinə təhvil verilmişdir. İşdə olan və məhkəmə baxışında tədqiq edilmiş məhkəmə-bioloji ekspertizasının xx.xx.2024-cü il tarixli 3-16-16-2-17/157 saylı rəyində aşağıdakılar göstərilmişdir: - Tədqiqata təqdim edilmiş, üzərində “Şübhəli şəxs Təqsirləndirilən şəxs1.” yazısı və digər adlar və imzalar olan 01(bir) ədəd zərfin içərisindəki 01(bir) ədəd kağız bükümdə, təmiz çəkisi – 1,53 qram və 01(bir) ədəd sellofan bükümdə, təmiz çəkisi – 0,31 qram, qmumi çəkiləri 1,84 qram olan bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə(kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə-qurudulmuş marixuanadır. - Tədqiqata təqdim edilmiş, üzərində “Şübhəli şəxs Şahid7.” yazıları və digər adlar və imzalar olan 01(bir) ədəd zərfin içərisindəki 01(bir) sellofan bükümdə, təmiz çəkisi – 2,12 qram olan bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə(kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə-qurudulmuş marixuanadır. - Tədqiqata təqdim edilmiş, üzərində “Şübhəli şəxs Şahid7.” yazıları və digər adlar və imzalar olan 01(bir) ədəd zərfin içərisindəki 01(bir) kağız bükümdə, təmiz çəkisi – 0,96 qram olan bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə(kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə-qurudulmuş marixuanadır. - Tədqiqata təqdim edilmiş, üzərində “Şahid8 üzərindən götürülən maddi sübut.” yazıları və adlar və imzalar olan 01(bir) ədəd zərfin içərisindəki 02(iki) kibrit qutularında, ayrı-ayrılıqda təmiz çəkiləri-1,58 qram və 2,04 qram, ümumi çəkiləri– 3,62 qram olan bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə(kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə-qurudulmuş marixuanadır. Tədqiqata təqdim edilmiş, üzərində “Təqsirləndirilən şəxs2 üzərindən götürülən maddi sübut.” yazıları və adlar və imzalar olan 01(bir) ədəd zərfin içərisindəki: - 02(iki) ədəd sellofan bükümdə və 03(üç) ədəd kağız bükümdə, uyğun olaraq ayrıayrılıqda təmiz çəkiləri- 1,08 qr, 0,21 qr, 0,48 qr, 0,81 qr, 1,01 qr, ümumi çəkiləri– 3,59 qram olan bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə(kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə-qurudulmuş marixuanadır. Tədqiqata təqdim edilmiş, üzərində “Şübhəli şəxs Təqsirləndirilən şəxs2” yazısı və adlar və imzalar olan 01(bir) ədəd zərfin içərisindəki 03 (üç) ədəd sellofan bükümdə təmiz çəkiləri- 4,08 qram, 20,68 qram, 0,17 qram, 02 ədəd kağız bükümdə təmiz çəkiləri 2,49 qr və 0,52 qram, 01 ədəd kibrit qustusunda təmiz çəkisi 4,64 qram, ümumi çəkiləri– 32,58 qram olan bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə(kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə-qurudulmuş marixuanadır. Tədqiqata təqdim edilmiş, üzərində “Şübhəli şəxs Təqsirləndirilən şəxs2” yazıları və adlar və imzalar olan 01(bir) ədəd zərfin içərisindəki göy sellofanın içərisində olan: - 02 (iki) ədəd kağız bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri- 3,12 qram və 1,74 qram, ümumi çəkiləri– 4,86 qram olan bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə(kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə-qurudulmuş marixuanadır. Tədqiqata təqdim edilmiş, üzərinə yapışdırılmış kağızda “Şübhəli şəxs Təqsirləndirilən şəxs2” yazısı və adlar və imzalar olan 01(bir) ədəd göy rəngli sellofan torbanın içərisindəki 01(bir) ədəd plastik qabın içərisində, açıq vəziyyətdə təmiz çəkisi – 58,13 qram, həmin plastik qabın içərisindəki 01 ədəd sellofan torbada təmiz çəkisi 71,84 qram, ümumi çəkiləri– 129,97 qram olan bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə(kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə-qurudulmuş marixuanadır. -Tədqiqata təqdim edilmiş qurudulmuş marixuanalar tərkiblərinə görə eynidirlər. İşdə olan və məhkəmə baxışında tədqiq edilmiş məhkəmə-bioloji ekspertizasının xx.xx.2024-cü il tarixli 17/157 saylı rəyindən görünür ki, təqdim edilmiş marixuanaların ümumi təmiz çəkisi 179,54 qram olmuş, 1,05 qramı tədqiqata sərf edildikdən sonra 178,49 qram qalmışdır. İşdə olan və məhkəmə baxışında tədqiq edilmiş xx.xx.2024-cü il tarixli “maddi sübutun tanınması və saxlanca verilməsi haqqında” qərardan görünür ki, aşkar edilərək götürülmüş ümumi təmiz çəkisi 179,54 qram olmuş, 1,05 qramı tədqiqata sərf edildikdən sonra 178,49 qram marixuana sübut əhəmiyyəti kəsb etdiyindən ********* nömrəli cinayət işi üzrə maddi sübut kimi tanınmaqla saxlanmaları üçün Qəbələ RPŞ-nin maddi sübutların saxlama yerinə təhvil verilmişdir. İşdə olan və məhkəmə baxışında tədqiq edilmiş məhkəmə-narkoloji ekspertizasının 28 mart 2024-cü il tarixli 541 saylı rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs1 narkotik vasitələrdən istifadə edir, narkotik vasitə olan kannobinoidlərdən sui-istifadə nəticəsində narkomaniya xəstəliyindən əzab çəkir, narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı vardır. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. İşdə olan və məhkəmə baxışında tədqiq edilmiş məhkəmə-narkoloji ekspertizasının 28 mart 2024-cü il tarixli 542 saylı rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs2 narkotik vasitələrdən istifadə edir, narkotik vasitə olan kannobinoidlərdən sui-istifadə nəticəsində narkomaniya xəstəliyindən əzab çəkir, narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı vardır. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin materiallarına əlavə edilmiş Qəbələ RMX PHŞ-dən daxil olmuş xx.xx.2024cü il tarixli, 18-1-52/2-545/2024 saylı məktubdan görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 RMX-nın PHŞ-nin poliklinika şöbəsinin psixiatriya və narkoloji kabinetlərində qeydiyyatda deyildirlər. Cinayət işinin materiallarına əlavə edilmiş Azərbaycan Respublikası DİN-nin BƏSİİ-nin verdiyi tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 məhkumluğu olmayan şəxsdir. Cinayət işinin materiallarına əlavə edilmiş Azərbaycan Respublikası DİN-nin BƏSİİ-nin verdiyi tələbnamədən və Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 14 mart 2013cü il tarixli 1(107)-38/2013 nömrəli hökmündən görünür ki, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirli bilinib 6 (altı) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs2 qəti olaraq 7 (yeddi) il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilmişdir. İş materillarına əlavə edilmiş Qəbələ Rayon İcra Hakimiyyətinin Hacıalılı kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 01 mart 2024-cü il tarixli, 5-59-21/2- 83/2024 nömrəli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs1 yaşayış yeri üzrə müsbət xarakterizə edilir. İş materillarına əlavə edilmiş Qəbələ Rayon İcra Hakimiyyətinin Tövlə kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 07 mart 2024-cü il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs2 yaşayış yeri üzrə müsbət xarakterizə edilir. İş materillarına əlavə edilmiş Qəbələ Rayon İcra Hakimiyyətinin Hacıalılı kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 01 mart 2024-cü il tarixli, 5-59-21/2- 81/2024 nömrəli arayışdan görünür ki, Təqsirləndirilən şəxs1 Qəbələ rayonu Hacıalılı kəndində yaşayır və ailə tərkibi anası X13, həyat yoldaşı X7, qızları xx.xx.2016-cı il təvəllüdlü X14 və xx.xx.2017-ci il təvəllüdlü X8 ibarətdir. İş materillarına əlavə edilmiş Qəbələ Rayon İcra Hakimiyyətinin Tövlə kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 07 mart 2024-cü il tarixli, 5-59-57/2-30-2024 nömrəli arayışdan görünür ki, Təqsirləndirilən şəxs2 Qəbələ rayonu Tövlə kəndində yaşayır və ailə tərkibi həyat yoldaşı X5 ibarətdir. Məhkəmə, məhkəmə istintaqı zamanı tədqiq edilmiş sübutların məcmusuna tam, hərtərəfli və obyektiv qiymət verərək belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməllərini törətmələri tam sübuta yetirilir. Məhkəmə hesab edir ki, istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə düzgün tövsif edilmişdir və onlar həmin maddə ilə təqsirli bilinib cəzalanmalıdır. Belə ki, “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli 2 saylı qərarının 4-cü bəndində göstərilmişdir ki, «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi anlayışının şərhi “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının Qanunun 1.0.9-cu maddəsində verilmişdir. Qanunun həmin maddəsinin mənasına görə, o cümlədən narkotik vasitələrin satın alınması, başqa əmlakla və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə qəbul edilməsi, tapılmış narkotik vasitənin mənimsənilməsi, yabanı çətənə bitkisinin, xaş-xaşın və ya onların müəyyən hissələrinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahələrindən tərkibində narkotik vasitələr olan bitkilərin yığılması hərəkətləri də başa düşülməlidir.» Həmin Qərarın 8-ci və 9-cu maddələrində məhkəmələrə izah edilir ki, “Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır.” Həmin qərarın 13-cü bəndində qeyd edilmişdir ki, şəxs narkotik vasitəni və ya psixotrop maddəni satış məqsədilə əldə edir və özündə saxlayırsa, belə maddə bir şəxsə və ya bir çox şəxsə satıla bilər. Əgər qeyd edilən maddə və ya onun bir hissəsi eyni vaxtda, yaxud da müxtəlif vaxtlarda iki və ya daha çox şəxsə satılarsa, belə satma həmin maddələrin satış məqsədi ilə əldə edilib saxlanılması hərəkətləri ilə birlikdə vahid niyyətlə əhatə olunduğundan təkrar satma kimi deyil, belə maddənin satış məqsədi ilə əldə edilməsi (saxlanılması) və satılması əməli kimi (bir əməl) qiymətləndirilməli və satış məqsədi ilə əldə olunmuş narkotik vasitə, psixotrop maddənin miqdarından asılı olaraq CM-in 234.2 və ya 234.4.3-cü maddəsi ilə tövsif edilməlidir. Cəza təyin edilərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinin tələbinə əsasən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarların şəxsiyyətləri, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxslərin islah olunmasına və onların ailələrinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2003-cü il 25 iyun tarixli, 4 saylı qərarının 1-ci bəndində göstərilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. İnsan hüquqları üzrə Avropa Məhkəməsi öz Qərarlarında dəfələrlə göstərmiş və Milli məhkəmələrə tövsiyə etmişdir ki, şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması üçün əsaslar olduqda məhkəmələr həmin şəxsin barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza növlərinin tətbiq edilməsinə üstünlük verməlidirlər. Cinayət törətmiş şəxsin cəmiyyətdən təcrid edilməsi yalnız bunun üçün möhkəm əsaslar olduqda və bu açıq-aşkar ictimai maraqlar baxımından zəruri olduqda tətbiq edilə bilər. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinin tələbinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə görə, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. “Məhkəmə Hökmü Haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 №-li qərarının, 45-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu zaman hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməli, seçilən cəzanın və ya digər cinayət-hüquqi xarakterli tədbirin təqsirləndirilən şəxsin islah olunması, ailəsinin həyat şəraitinə təsiri baxımından məqsədəuyğun olması izah edilməlidir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 nömrəli Qərarında nəzərdə tutulur ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Beləliklə də, Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən, məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barələrində ittiham hökmü çıxarmağı məqsədə müvafiq hesab edir. Məhkəmə Təqsirləndirilən şəxs1 barəsində cəza məsələsini müzakirə edərkən Azərbaycan Respublikası CM-nin 58-ci maddəsinin tələblərinə uyğun olaraq, onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, habelə şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Azərbaycan Respublikası CM-nin 59.1.4-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs1 himayəsində iki azyaşlı uşağının olmasını cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 əməlində cəzasını ağırlaşdıran hallar müəyyən etmədi. Məhkəmə Təqsirləndirilən şəxs1 cəza təyin edərkən Azərbaycan Respublikası CM-nin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, müsbət xarakterizə edilməklə şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halları, ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm onun özü, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə növündə cəza təyin etməyi qanuni, əsaslı və ədalətli hesab edir. İş materiallarından göründüyü kimi, Təqsirləndirilən şəxs1 barəsində Qəbələ Rayon Məhkəməsinin qərarı ilə 3 ay həddində "xxxx" qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli 13 fevral 2024-cü il tarixdən hesablanmışdır. Odur ki, Təqsirləndirilən şəxs1 təyin ediləcək cəzanın əvvəli 13 fevral 2024-cü il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası CM-nin 56.1.1 və 56.1.2-ci maddələrinə əsasən, azadlıqdan məhrum etmə növündə cəzanın ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq olmayan müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün-məntəqə tipli cəzaçəkmə müəssisələrində; qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün-ümumi rejimli cəza çəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs1 hazırki hökmlə təyin ediləcək cəzasını Azərbaycan Respublikası CM-nın 56.1.2-ci maddəsinə əsasən ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Bundan başqa, “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayətişləri üzrə məhkəmə təcrübəsi haqqında”Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli 2 saylı «Qərarın» 26-cı bəndində qeyd olunur ki, «məhkəmələr narkomaniya xəstəliyinə düçar olmuş təqsirli şəxslər barəsində cəza təyin edərkən onların cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi qaydada müalicə olunması məsələsini həll etməlidirlər (belə müalicənin tətbiq edilməli olubolmaması barədə müvafiq ekspertiza rəyi alınmalıdır). Bu halda məcburi müalicənin müddəti məhkəmələr tərəfindən hökmdə göstərilməməlidir. Narkomaniyadan məcburi müalicənin belə şəxslərə zərərli təsir göstərməsi həkim rəyində qeyd olunduğu halda və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 09 fevral 2006-cı il tarixli 39 №-li qərarının 3-cü bəndində nəzərdə tutulan digər hallarda məhkəmə hökmdə Cinayət Məcəlləsinin 93.1.4-cü maddəsinin tətbiq edilməməsinin səbəblərini əsaslandırmalı, belə şəxslərin ərazi narkoloji dispanserində qeydiyyata götürülməsi təmin edilməlidir». İbtidai istintaq zamanı təyin edilmiş və məhkəmə istintaqı zamanı tədqiq edilmiş məhkəmə-narkoloji dispanserin rəyindən göründüyü kimi, Təqsirləndirilən şəxs1 narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Beləliklə məhkəmə belə qənaətə gəlir ki, cəza çəkdiyi müddətdə Təqsirləndirilən şəxs1 narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs2 barəsində cəza məsələsini müzakirə edərkən Azərbaycan Respublikası CM-nin 58-ci maddəsinin tələblərinə uyğun olaraq, onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, habelə şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmədə Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs2 cəzasını yüngülləşdirən hal müəyyən edilməmişdir. Məhkəmə Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs2 əməlində cinayətlərin residivini onun cəzasını ağırlaşdıran hallar kimi nəzərə alır. Belə ki, Azərbaycan Respublikası CM-nin 18.1-ci maddəsinə görə, qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. İş materiallarından göründüyü kimi, Təqsirləndirilən şəxs2 əvvəlki məhkumluğu (Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 14 mart 2013-cü il tarixli 1(107)-38/2013 nömrəli hökmü) hazırki cinayət əməlini törədərkən ödənilməmiş və götürülməmişdir. Beləliklə də, Azərbaycan Respublikası CM-nın 83.3.4-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs2 törətdiyi az ağır cinayət əməlinə görə məhkumluğunun ödənilməsi üçün qanunla müəyyən edilmiş 6 il müddətinin axımı onun hökmlə təyin edilmiş cəzadan azad edildiyi vaxtdan, yəni 19 sentyabr 2018-ci il tarixdən hesablanır. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini 13 fevral 2024-cü il tarixdə törətmiş və həmin əməli törədərkən onun məhkumluğu ödənilməmiş şəxs hesab edilməlidir ki, bu da öz növbəsində onun əməlində cinayətin residivini yaradır. Belə ki, «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18-ci və 83.1-ci maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun Qərarında qeyd edilir: «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinin “məhkum olunmuş şəxs” müddəası həmin Məcəllənin 83.1-ci maddəsinə uyğun olaraq barəsində məhkəmənin qanuni qüvvəyə minmiş ittiham hökmü, ödənilməmiş və ya götürülməmiş məhkumluğu olan şəxsi ehtiva edir. Yeni qəsdən cinayət törədilən anda şəxsin üzərində ödənilməmiş və ya götürülməmiş məhkumluğun olması, cinayət prosesinin sonrakı mərhələsində məhkumluğun ödənilib-ödənilməməsindən asılı olmayaraq, həmin şəxsə qanunla müəyyən olunmuş hallarda residivə görə cəza təyin edilməsinə mane olmur». Məhkəmə Təqsirləndirilən şəxs2 cəza təyin edərkən Azərbaycan Respublikası CM-nin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, müsbət xarakterizə edilməklə şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən hallarının olmamasını, cəzanı ağırlaşdıran halların olmasını, habelə təyin olunan cəzanın həm onun özü, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə növündə cəza təyin etməyi qanuni, əsaslı və ədalətli hesab edir. Göründüyü kimi Təqsirləndirilən şəxs2 əvvəllər narkotik vasitələrin qanunsuz saxlaması və satışı ilə bağlı azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş, lakin həmin cəzadan lazımi nəticə çıxarmamış, yenidən cinayət törətmişdir. Bu hal onun şəxsiyyətini mənfi xarakterizə edən haldır və ona təyin olunmuş azadlıqdan məhrumetmə cəzasının məqsədini, yəni məhkumun islah edilməsini, həm özünün, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınmasını təmin edə bilməmişdir. Bütün bu hallar Təqsirləndirilən şəxs2 çətin islah olunan şəxs olduğuna dəlalət edir. Həmçinin məhkəmə təqsirləndirilən şəxsin məhkumluğunun olmasına diqqət yetirir. Nəticədə Təqsirləndirilən şəxs2 məhkumluğunun ödənilmədən cinayət törətməsi onun şəxsiyyətinin yüksək ictimai təhlükəliliyinə dəlalət edir ki, bu baxımdan onun barəsində daha sərt cəza tətbiq olunmalıdır. İş materiallarından göründüyü kimi, Təqsirləndirilən şəxs2 barəsində Qəbələ Rayon Məhkəməsinin qərarı ilə 3 ay həddində "xxxx" qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli 14 fevral 2024-cü il tarixdən hesablanmışdır. Odur ki, Təqsirləndirilən şəxs2 təyin ediləcək cəzanın əvvəli 14 fevral 2024-cü il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası CM-nin 65-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddininyarısından az ola bilməz. Azərbaycan Respublikası CM-nin 56.1.3-cü maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər ücün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar ücün — ciddi rejimli cəzacəkmə müəssisələrində cəzanın çəkilməsi müəyyən edilir. İş materiallaraından göründüyü kimi, Təqsirləndirilən şəxs2 əməlində cinayətlərin residivi mövcuddur və onun əvvəlki cəzası azadlıqdan məhrumetmə ilə bağlı olmuşdur. Bu səbəbdən də, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs2 hazırki hökmlə təyin ediləcək cəzasını Azərbaycan Respublikası CM-nın 56.1.3-cü maddəsinə əsasən ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Bundan başqa, “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayətişləri üzrə məhkəmə təcrübəsi haqqında”Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli 2 saylı «Qərarın» 26-cı bəndində qeyd olunur ki, «məhkəmələr narkomaniya xəstəliyinə düçar olmuş təqsirli şəxslər barəsində cəza təyin edərkən onların cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi qaydada müalicə olunması məsələsini həll etməlidirlər (belə müalicənin tətbiq edilməli olubolmaması barədə müvafiq ekspertiza rəyi alınmalıdır). Bu halda məcburi müalicənin müddəti məhkəmələr tərəfindən hökmdə göstərilməməlidir. Narkomaniyadan məcburi müalicənin belə şəxslərə zərərli təsir göstərməsi həkim rəyində qeyd olunduğu halda və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 09 fevral 2006-cı il tarixli 39 №-li qərarının 3-cü bəndində nəzərdə tutulan digər hallarda məhkəmə hökmdə Cinayət Məcəlləsinin 93.1.4-cü maddəsinin tətbiq edilməməsinin səbəblərini əsaslandırmalı, belə şəxslərin ərazi narkoloji dispanserində qeydiyyata götürülməsi təmin edilməlidir». İbtidai istintaq zamanı təyin edilmiş və məhkəmə istintaqı zamanı tədqiq edilmiş məhkəmə-narkoloji dispanserin rəyindən göründüyü kimi, Təqsirləndirilən şəxs2 narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Beləliklə məhkəmə belə qənaətə gəlir ki, cəza çəkdiyi müddətdə Təqsirləndirilən şəxs2 narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. İş üzrə məhkəmə məsrəfləri olan ekspertiza tədqiqatlarının dəyəri cəmi 34,55 (otuz dörd manat əlli beş qəpik) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müştərək qaydada tutularaq dövlət büdcəsinə ödənilməlidir. Məhkəmə CPM-in 346.1.19-cu maddəsinin tələbləri baxımından iş üzrə maddi sübutlar məsələsini həll edərkən, iş üzrə maddi sübut kimi tanınmış və Qəbələ rayon Polis şöbəsində saxlanılan ümumi təmiz çəkisi 179,54 qram olmuş, 1,05 qramı tədqiqata sərf edildikdən sonra 178,49 qram marixuana, Şahid8 üzərindən aşkar edilərək götürülmüş narkotik vasitələrdən əlavə olaraq bir ədəd ********** saylı əməliyyat nömrəsi olan ödəniş qəbzi, bir ədəd üzərində 5239-1517-6173-7272 saylı hesab nömrəsi olan kağız parçası, Təqsirləndirilən şəxs1 üzərindən aşkar edilərək götürülmüş narkotik vasitələrdən əlavə olaraq iki ədəd narkotik vasitə istifadə etmək üçün nəzərdə tutulan rızla məhv edilməlidir. Həmçinin İş üzrə maddi sübut hesab edilən və Təqsirləndirilən şəxs2 üzərindən aşkar edilərək götürülmüş Qəbələ rayon Polis şöbəsində saxlanılan bir ədəd üzərində 5239-1517-6173-7272 saylı hesab nömrəsi olan Kapital Bank ASC-yə məxsus bank kartı və Maxvı markalı mobil telefon, bir ədəd PHİLİPS markalı mobil telefon hökm öz qanuni qüvvəsini aldıqdan sonra qanuni sahiblərinə geri qaytarılmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə görə məhkəmə, hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli olan əmlakın olub-olmaması məsələsini həll etməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.1 və 99-1.1.1-ci maddəsinə əsasən məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) Xüsusi müsadirə olunan əmlak hesab olunur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.1.2-ci maddəsinə əsasən şəxsin cinayət yolu ilə əldə etdiyi, habelə həmin əmlak hesabına əldə edilmiş gəlirlər (qanuni sahibinə qaytarılmalı olan əmlak və ondan əldə edilmiş gəlirlər istisna olmaqla) məhkəmənin yekun qərarı ilə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalıdır. Məhkəmə xüsusi müsadirə ilə bağlı məsələni müzakirə edərək hesab edir ki, İş üzrə maddi sübut hesab edilən və Qəbələ rayon Polis şöbəsində saxlanılan bir ədəd C03540752 saylı 100-lük pul əskinazı və bir ədəd A08332306 nömrəli 20-lik pul əskinazı hökm öz qanuni qüvvəsini aldıqdan sonra dövlət nəfinə müsadirə edilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Qəbələ rayon vəkil bürosunun vəkili Müdafiəçi1 dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli 31 nömrəli qərarının 1-ci bəndinə əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Vəkil tərəfindən dövlət hesabına göstərilən hüquqi yardım barədə hesabatdan görünür ki, Qəbələ rayon Vəkil Bürosunun vəkili Müdafiəçi1 Təqsirləndirilən şəxs2 məhkəmə baxışı dövründə hüquqlarını 16 saat müddətində müdafiə etmişdir. Odur ki, Təqsirləndirilən şəxs2 göstərilmiş 16 saat hüquqi xidmətə görə vəkil Müdafiəçi1 96 manat məbləğində pul dövlət büdcəsindən Qəbələ rayon Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 44.1; 344-347; 349; 351-353, 356, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinsin və ona 04 (dörd) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə növündə cəza təyin edilsin. Təqsirləndirilən şəxs1 hökmlə təyin olunmuş cəzasını, cəzaçəkmənin əvvəli 13 fevral 2024-cü il tarixindən hesablanmaqla, ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs1 cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinsin və ona 05 (beş) il müddətinə azadlıqdan məhrum etmə növündə cəza təyin edilsin. Təqsirləndirilən şəxs2 hökmlə təyin olunmuş cəzasını, cəzaçəkmənin əvvəli 14 fevral 2024-cü il tarixindən hesablanmaqla, ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs2 cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə məhkəmə məsrəfi olan 34,55(otuz dörd manat əlli beş qəpik) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müştərək qaydada tutularaq dövlət büdcəsinə ödənilsin. (büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu 3, X9, kod 210005, VOEN **********, müxbir hesab AZE41 NABZ********************, SFİFTBİK: CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi, VÖEN **********, hesab AZ34CTRE********************). İş üzrə maddi sübut kimi tanınmış və Qəbələ rayon Polis şöbəsində saxlanılan ümumi təmiz çəkisi 179,54 qram olmuş, 1,05 qramı tədqiqata sərf edildikdən sonra 178,49 qram marixuana, Şahid8 üzərindən aşkar edilərək götürülmüş narkotik vasitələrdən əlavə olaraq bir ədəd ********** saylı əməliyyat nömrəsi olan ödəniş qəbzi, bir ədəd üzərində 5239-1517-6173- 7272 saylı hesab nömrəsi olan kağız parçası, Təqsirləndirilən şəxs1 üzərindən aşkar edilərək götürülmüş narkotik vasitələrdən əlavə olaraq iki ədəd narkotik vasitə istifadə etmək üçün nəzərdə tutulan rızla məhv edilsin. İş üzrə maddi sübut hesab edilən və Təqsirləndirilən şəxs2 üzərindən aşkar edilərək götürülmüş Qəbələ rayon Polis şöbəsində saxlanılan bir ədəd üzərində 5239-1517-6173-7272 saylı hesab nömrəsi olan Kapital Bank ASC-yə məxsus bank kartı və Maxvı markalı mobil telefon, bir ədəd PHİLİPS markalı mobil telefon hökm öz qanuni qüvvəsini aldıqdan sonra qanuni sahiblərinə geri qaytarılsın. İş üzrə maddi sübut hesab edilən və Qəbələ rayon Polis şöbəsində saxlanılan bir ədəd C03540752 saylı 100-lük pul əskinazı və bir ədəd A08332306 nömrəli 20-lik pul əskinazı hökm öz qanuni qüvvəsini aldıqdan sonra dövlət nəfinə müsadirə edilsin. Təqsirləndirilən şəxs2 göstərilmiş 16 saat hüquqi xidmətə görə vəkil Müdafiəçi1 96 manat məbləğində pul dövlət büdcəsindən Qəbələ rayon Vəkil Bürosunun hesabına köçürülsün. İş üzrə mülki iddia yoxdur. Hökm elan olunduğundan 20 (iyirmi) gün müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. (Həbsdə olan təqsirləndirilən şəxs aldığı vaxtdan 20 gün müddətinə). Hökm apellyasiya şikayəti və ya protesti verilmədikdə, həmin müddət başa çatdıqdan sonra qüvvəyə minir. Sədrlik edən: Abbas Əliyev
Məhkəmə qərarları › İş №1(025)-15/2024
Qəbələ Rayon Məhkəməsi Hökm — İş №1(025)-15/2024
29.05.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver