Azərbaycan Respublikası adından HÖKM Qəbələ şəhəri İş № 1(025)-15/2025 11.06.2025 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Abbas Baba oğlunun sədrliyi, məhkəmə iclas katibi Əbdürəhimova Fəridə Arif qızının katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikasının Baş X1 Müdafiəsi İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İİ dərəcəli hüquqşunas Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Qəbələ rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə xx.xx.1978-ci il tarixdə Qəbələ rayon Böyük Əmili kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, işsiz, orta təhsilli, Bakı şəhəri, ünvan 1 ünvanında qeydiyyatda olmaqla Qəbələ rayon Böyük Əmili kəndində yaşayan, 19 dekabr 2024-cü il tarixdə barəsində “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs qızının Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinin materiallarına açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İstintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs təqsirləndirilir ondan ötrü ki, o, qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək özgə əmlakını gizli olaraq talama məqsədi ilə yaşayış sahəsinə və başqa saxlanc yerinə qanunsuz daxil olmaqla təkrar oğurluq cinayətini törətmişdir. Verilmiş ittihama əsasən Təqsirləndirilən şəxs 08 dekabr 2024-cü il tarixdən 09 dekabr 2024-cü il tarixə keçən gecə təxminən saat 03 radələrində özgənin əmlakını gizli olaraq talamaq məqsədi və tamah niyyəti ilə şəxsiyyəti istintaqa məlum olmayan şəxslə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək Zərərçəkmiş şəxs1 məxsus Qəbələ rayon Bayramkoxalı kəndində yerləşən fərdi yaşayış evinin kənarındakı ağacla çəpərlənmiş hissəsində olan kilidlənməmiş, örtülü vəziyyətdə olan dəmir barmaqlı qapını açaraq həyətə qanunsuz daxil olaraq həyətdə saxlanc yeri kimi istifadə olunan kənarları dəmir lövhələrlə əhatələnib bağlanmış toyuq evinin arxasına dəmir parçası qoyulmaqla örtülmüş dəmir lövhədən olan qapısını açaraq içəri qanunsuz daxil olub oradan sonuncuya məxsus 12 (on iki) baş erkək cinsli diri çəkisi təmizlənməmiş vəziyyətdə 3,770 kq 49 manat dəyərində, 3,975 kq 52 manat dəyərində, 4,235 kq 55 manat dəyərində, 4,235 kq 55 manat dəyərində, 4,385 kq 57 manat dəyərində, 4,465 kq 58 manat dəyərində, 4,835 kq 63 manat dəyərində, 4,905 kq 63 manat dəyərində, 4,905 kq 63 manat dəyərində, 4,985 kq 65 manat dəyərində, 6,930 kq 91 manat dəyərində, 6,930 kq 91 manat dəyərində hind quşlarını və 20 baş dişi cinsli diri çəkisi təmizlənməmiş vəziyyətdə 1,755 kq 25 manat dəyərində, 2,180 kq 31 manat dəyərində, 2,250 kq 32 manat dəyərində, 2,495 kq 35 manat dəyərində, 2,845 kq 40 manat dəyərində, 2,880 kq 40 manat dəyərində, 2,890 kq 41 manat dəyərində, 2,920 kq 41 manat dəyərində, 2,925 kq 41 manat dəyərində, 2,930 kq 41 manat dəyərində, 2,970 kq 42 manat dəyərində, 3,060 kq 43 manat dəyərində, 3,060 kq 43 manat dəyərində, 3,070 kq 43 manat dəyərində, 3,070 kq 43 manat dəyərində, 3,085 kq 43 manat dəyərində, 3,085 kq 43 manat dəyərində, 3,150 kq 44 manat dəyərində 3,240 kq 45 manat dəyərində və 3,240 kq 45 manat dəyərində cəmi 32(otuz iki) baş ümumilikdə 1563,00 (bir min beş yüz altmış üç) manat dəyərində hind quşlarını oğurlayaraq şəxsiyyəti istintaqa məlum olmayan şəxsin idarə etdiyi markası və dövlət qeydiyyat nişanı istintaqa məlum olmayan avtomobilə yükləyib yaşadığı Qəbələ rayon Böyük Əmili kəndindəki fərdi yaşayış evinin həyətində yerləşən toyuq hininə yığıb özgənin əmlakını gizli olaraq talamaqla oğurluq cinayətini törətmişdir. Bundan başqa o, təkrarən 16 dekabr 2024-cü il tarixdən 17 dekabr 2024-cü il tarixə keçən gecə təxminən saat 03 radələrində özgənin əmlakını gizli olaraq talamaq məqsədi və tamah niyyəti ilə şəxsiyyəti istintaqa məlum olmayan şəxslə qabaqcadan əlbir olan bir qrup şəxs halına birləşərək Zərərçəkmiş şəxs2 məxsus Qəbələ rayon Mirzəbəyli kəndində yerləşən fərdi yaşayış evinin dəmir darvazasından həyətə qanunsuz daxil olaraq həyətdə saxlanc yeri kimi istifadə olunan kənarları dəmir torla əhatələnib bağlanmış toyuq evinin ötülü vəziyyətdə kilidli olamayan dəmir lövhədən olan qapısını açaraq içəri qanunsuz daxil olub oradan sonuncuya məxsus 6 (altı) baş dişi cinsli diri çəkisi təmizlənməmiş vəziyyətdə 3,75 kq 53 manat dəyərində, 3,80 kq 53 manat dəyərində, 3,95 kq 55 manat dəyərində, 4,00 kq 56 manat dəyərində, 4,30 kq 60 manat dəyərində, 5,65 kq 79 manat dəyərində hind quşlarını və diri çəkisi təmizlənməmiş vəziyyətdə 5,70 kq 74 manat dəyərində, 6,00 kq 78 manat dəyərində, 6,00 kq 78 manat dəyərində, 6,50 kq 85 manat dəyərində, 6,55 kq 85 manat dəyərində, 6,70 kq 87 manat dəyərində, 2 baş 5,5 kq-6,5 kq 156 manat dəyərində cəmi 14 (on dörd) baş ümumilikdə 999,00(doqquz yüz qoxsan doqquz) manat dəyərində hind quşlarını oğurlayaraq şəxsiyyəti istintaqa məlum olmayan şəxsin idarə etdiyi markası və dövlət qeydiyyat nişanı istintaqa məlum olmayan avtomobilə yükləyib yaşadığı Qəbələ rayon Böyük Əmili kəndindəki fərdi yaşayış evinin həyətində yerləşən toyuq hininə yığmaqla özgənin əmlakını gizli olaraq talamaqla oğurluq cinayətini törətmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, o, oğurluq etməmişdir. Hər şey yazıldığı kimidir. O, sadəcə polisdə də demişdir, burda da deyir ki, o, heç kimin həyətinə girməmişdir, heç yerdən də oğurluq etməmişdir. Bütün yazılanları qəbul edir. Heç bir əlavəsi yoxdur. Nə yazılıbsa odur. Əməlindən peşimandır. Himayəsində xəstə anası vardır. Məhkəmənin bütün bunları nəzərə almasını xahiş edir. Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslərə dəymiş ziyanın tam ödənildiyini, onlarla barışıq əldə etdiyini, zərərçəkmiş şəxslərin heç bir şikayət və tələbinin olmadığını bildirib, məhkəmədən ona yüngül cəza təyin edilməsini xahiş etdi. Azərbaycan Respublikası CPM-in 327.1.3-cü maddəsinə əsasən, təqsirləndirilən şəxsin əvvəllər vermiş olduğu və cari məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyətlər olduqda (belə halda təqsirləndirilən şəxsin ifadələrinin elan edilməsi yalnız onun sərbəst ifadə verməsindən və verilmiş suallara cavab verməsindən sonra mümkündür) təqsirləndirilən şəxsin məhkəməyədək icraat zamanı, davam edən məhkəmə baxışı zamanı əvvəllər keçirilmiş məhkəmə iclasında və ya cari məhkəmə iclasında verdiyi ifadələr və həmin ifadələrin audio yazısı, video və ya kino çəkilişi elan edilə və ya göstərilə bilər. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi və məhkəmə baxşı zamanı elan olunaraq tədqiq olunmuş ifadəsində Azərbaycan Respublikası CM-in 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə elan edilmiş ittihamda özünü təqsirli bilərək göstərmişdir ki, kənddə yaşadığınıdan təsərrüfatla məşğul olur, hind quşlarına baxır, təxminən 40 baş hind quşları olmuşdur. Lakin, pula ehtiyacı olduğu üçün onları Qəbələ rayon bazarında tanımadığı şəxslərə satmışdır. Satdıqdan sonra artıq 2024-cü ilin dekabr ayının əvvəllərinə kimi həyətində cəmi 2 baş hind quşu qalmışdır. Yəni, məlum ilk oğurluq hadisəsindən əvvəl, 08 dekabr 2024-cü il tarixdə həyətində özünə məxsus təsərrüfatından qalma cəmi 2 baş hind quşu olmuşdur. Adını istintaqa bildirmək istəmədiyi bir oğlan tanışı vardır. 08 dekabr 2024-cü il tarixdə gündüz saatlarında həmin tanışı Qəbələ rayon Bayramkoxalı kəndində olduğunu, tanımadığı bir şəxsin həyətinin kənarından keçərkən orada çoxlu sayda hind quşlarını gördüyünü demişdir. Həmin hind quşlarını gecə oğurlayaraq satmaqla pul əldə etməyi təklif etmişdir. Pula ehtiyacı üçün olduğu tanışı ilə razılaşmış, hind quşlarını onun həyətinə gətirib orada saxlamalı, az-az satmaq barədə razılığıa gəlmişlər. Həmin gün gündüz həmin tanışının avtomobili ilə oğurluq edəcəkləri yerə gələrək oraya baxaraq tanış olmuşdur. Çünki necə və haradan girəcəklərini bilmək istəmişdir. Oğurluq edəcəkləri yer Bayramkoxalı kəndində asfalt yol bitəndən sonra torpaq daşlı yolla getdikdən sonra bir həyət imiş. Oğurluq edəcəkləri yerə dəmir hasarı açmaqla girə biləcəklərini dəqiqləşdirmişlər. Girişinin asan olduğunu müəyyən etmişlər. Həmin vaxt həyətdə hind quşlarının səsi də gəlirmiş. Oradan uzaqlaşıb evlərinə getmişlər. 08 dekabr 2024-cü il tarixdən 09 dekabr 2024-cü il tarixə keçən gecə saat təxminən 02 radələrində həmin tanışı markasını və dövlət qeydiyyat nişanlarını istintaqa bildirmək istəmədiyi avtomobili ilə onun yaşadığı Böyük Əmili kəndinə yaşadığı ünvana gəlmiş və həmin avtomobilə əyləşmişdir. Özləri ilə birgə oğurlayacaqları hind quşlarının ayaqlarını bağlamaq üçün ip götürmüşlər. Avtomobili tanışı idarə edirmiş. Başqa kimsə olmamışdır. Birgə həmin şəxsin idarə etməsi ilə gündüz gəldikləri Qəbələ rayon Bayramkoxalı kəndindəki həyətin yanında avtomobili saxlamışlar. Ətrafda heç kimsə olmadığı üçün hər ikisi avtomobildən yerə düşmüşlər. Gecə saat 03 radələri olarmış.Birgə dəmir hasarı açmışlar. Hasar kilidli deyilmiş, sadəcə qapalı örtülü olmuşdur. Həyətə daxil olmuşlar. Əllərində siqaret yandıranın işığı ilə təxminən 50-60 metr mal tövləsi tərəfə gedərək oradakı hinduşkaların saxlanıldığı yerə çatmışlar. Tanışı həmin toyuq evinin qapısını əli ilə açmışdır. Toyuq evinin də qapısı kilidli deyilmiş, sadə dəmir lövhə qapı ilə örtülmüş, açılmaması üçün arxasına dəmir dirək qoyulmuşdur. Birgə hinə daxil olaraq oradan hind quşlarını tutaraq ayaqlarını bağlamağa başlamışlar. Tam olaraq neçə baş hind quşunun ayaqlarını bağladıqlarını xatırlamamış, 4-5 baş hind quşu qalmışdır ki, onlar da hinin içərisində ora bura qaçdığı, ev sahibinin gələ biləcəyindən çəkindikləri üçün tutmağa cəhd etməmişlər. Birgə ayaqlarını bağladıqları hind quşlarını oradan avtomobillə daşıyaraq yük yerinə və salonun arxasına yığmışlar. Oradan birgə yaşadığı Qəbələ rayon Böyük Əmili kəndinə həyətinə gəlmişlər, hind quşlarını həyətindəki hininə yığmışlar. Orada saydıqda hind quşlarının sayının 32 baş olduğunu müəyyən etmişlər. Onlardan 12 başı xoruz, 20 başı isə dişi imiş. Hind quşları həmin gündən etibarən həyətndə qalmışdır. Hind quşlarını oğurlayıb toplayaraq yeni il bayramı ərəfəsində daha baha satmağı qərara almışlar. 16 dekabr 2024-cü il tarixdə gündüz saatlarında həmin kimliyini bildirmək istəmədiyi Qəbələ rayon Mirzəbəyli kəndində tanımadığı bir şəxsin həyətində çoxlu sayda hind quşları görmüş, yenə də birgə onları oğurlayıb həyətinə gətirməyi təklif etmişdir. Razı olmuş, həmin gün birgə həyətə baxmaq üçün Mirzəbəyli kəndinə tanışının avtomobili ilə getmişlər. Oğurluq edəcəkləri həyət asfalt yoldan 40-50 metr içəridə imiş. Birgə həmin yolu keçmişlər. Həyətə dəmir darvazanı aşmaqla daxil olmağı müəyyən etmişlər. Tanışı darvazanın üstündən aşıb həyətə daxil olmalı, arxadan açmalı, sonra özü də içəri girəcəkmiş. Həmin gün yəni, 16 dekabr 2024-cü il tarixdən 17 dekabr 2024-cü il tarixə keçən gecə saat 02 radələrində həmin tanışı onun yaşadığı Böyük Əmili kəndinə yaşadığı ünvana gəlmiş, idarə etdiyiavtomobilə əyləşmişdir. Oğurlayacaqları hind quşlarının ayaqlarını bağlamaq üçün ip götürmüşlər. Avtomobili tanışı idarə edirmiş, başqa kimsə olmamışdır. Birgə həmin şəxsin idarə etməsi ilə gündüz getdikləri Mirzəbəyli kəndindəki həyətin yanına gəlmişlər. Avtomobili saxlamışlar, ətrafda kimsənin olmadığını müəyyən edərək yerə düşmüşlər. Gecə saat 03 radələri olarmış. Tanışı dəmir darvazanın üzərindən aşaraq həyətə daxil olmuş, darvazanın arxasını açmış, içəri daxil olmuşdur. Darvazadan təxminən 25 metr məsafədə yerləşən toyuq hininə əllərində siqaret yandıranın işığı ilə daxil olmuşlar. Orada hind quşlarını tuturaq ayaqlarını bağlamışlar, sonra yenə də darvazanın yanında saxladıqları avtomobilin yük yerinə və salonuna yığmışlar. Tam olaraq neçə baş hind quşunun ayaqlarını bağladıqları həmin vaxt bilməmişdir. Sonra tanışı həyət darvazasının arxasını bağlayaraq yenə də üzərindən yola çıxmış, avtomobili idarə edərək birgə yaşadığı Qəbələ rayon Böyük Əmili kəndinə həyətinə getmişlər. Hind quşlarını həyətindəki hininə yığmışlar. Saydıqda hind quşlarının sayının 14 baş olduğunu müəyyən etmişlər. Onlardan 8 başı xoruz, 6 başı isə dişi imiş. Hind quşları həmin gündən etibarən həyətində qalmışdır. Həmin günün səhəri tezdən 2 baş xoruzu tanışı ilə birgə Qəbələ rayon mərkəzi bazarında tanımadığı şəxslərə satmışlar, əldə etdikıri pulu yarıya bölmüşlər. Əldə etdiyi pulu öz ehtiyaclarına xərcləmiş, hazırda həmin puldan onda qalmamışdır. Polis əməkdaşlarının xəbər tuta biləcəklərinə görə hind quşlarını topa şəkildə satmaqdan çəkinmişlər. Həmin gün axşamtərəfi polis əməkdaşları həyətinə gəlmişlər. Onların yanında tanımadığı mülki geyimdə tanımadığı iki nəfər kişi imiş. Polis əməkdaşları həyətində oğurluq hind quşları olduğunu, sahiblərinin isə həmin mülki geyimli şəxslər olduğunu, onların öz hind quşlarını aparmağa gəldiklərini demişlər. Polis əməkdaşlaırna hind quşları oğurladığını və həyətində olduğunu etiraf etmişdir. Həmin şəxslər hind quşlarına baxaraq tanımışlar, özlərinə məxsus olan 32 baş və 12 baş hind quşunu seçərək özləri ilə aparmışlar. Belə ki, 14 baş hinquşundan 2 başını satdıqları üçün 12 başını həmin sahibi adını sonradan bildiyi Zərərçəkmiş şəxs2 adlı şəxs aparmışdır. Həyətində cəmi 2 baş hind quşu qalmışdır ki, onlar özünə məxsus imiş. Sonradan oğurladıqları 32 baş hind quşunun Bayramkoxalı kənd sakini Ədalətə, 14 baş hind quşunun isə Mirzəbəyli kənd sakini Əmralı adlı şəxsə məxsus olduğunu bilmişdir. Təqsirləndirilən şəxs ona verilən əlavə suallara cavab olaraq bildirmişdir ki, oğurluğu adını deməkdən imtina etdiyi şəxslə birgə etmişdir. Başqa şəxs iştirak etməmişdir. Həmin şəxsin adını istintaqa deməkdən imtina edir. Başqa oğurluq və sair cinayət törətməmişdir. Cinayət işi üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzindən daxil olmuş 01 aprel 2025-ci il tarixli 9/161 nömrəli məhkəmə-əmtəəşünaslıq ekspertizası rəyi ilə tanış olmuş, rəylə razıdır, rəyə heç bir etirazı yoxdur. Ona polis əməkdaşları və ya qeyri kimsə saxlanılarkən, dindirilərkən heç bir fiziki zor tətbiq etməmişdir. Müvəqqəti saxlama yerində ona heç bir fiziki zor və təzyiq edilməmiş, şərəf və ləyaqətinin alçaldılması ilə müşayiət edilən hərəkətlər olmamışdır. Məhkəmə iclasında zərərçəkmiş Zərərçəkmiş şəxs1 vermiş olduğu ifadəsində göstərdi ki, bu günə qədər polis də onlara məlumat verməmişdir ki, onların həyətə kim gəlib hind quşlarını götürüb. O, Qəbələ rayonu, Bayramkoxalı kəndində yaşayır. Təxminən dekabr ayının 8-ində səhər mal tövləsinə gedirmiş. Tövləyə gedəndə hind quşlarının saxlanıldığı hininin qapısı görünür. Onlarda təxminən 80-90 baş hind quşu olmuşdur, həmin vaxta qədər yarısını satmışdır. 36 baş hind quşları qalmışdır. Hind quşlarının saxlandığı hinə yaxınlaşanda görmüş ki, hinin qapısı açıqdır, içəridə 4 baş hind quşu var. Hin həyətdə yerləşir. Yoldaşından gecə hinin qapısını bağlayıb-bağlamadığını soruşmuşdur. Onların həyətin kənarında hasar koldandır, qapıları var. Hin evdən təxminən 15-20 metr aralıdadır. Yoldaşı ona demiş ki, o, hinin qapısını bağlamışdır. Sonra həyəti gəzmişlər, qonşulardan soruşmuşlar, hind quşları tapılmamışdır. Onların həyətə maşın yolu var. Qonşu ilə onların həyətin arasında 10 metr uzunluğunda aralıq var, orda maşın izi var imiş. Onun mal tövləsinin arxasında taxta çaxçax var. Həmin qapını məftillə bağlayır, həmin qapı da açıq imiş. Həmçinin həyətə ağ hind quşlarının tükü tökülmüşdür, tövlənin qabağı ilə həmin çaxçaxın yanına qədər hinduşqa tükləri olmuşdur. Həmçinin çaxçaxın yanında beton var, hind quşlarını aparanların ayaqları batıb, ora da ayaqlarını silmişlər. Oradan hind quşlarını maşına yükləyib aparmışlar. O da hind quşlarını tapmayıb 102 xidmətinə məlumat vermişdir. O məlumat verəndən təxminən 20 dəqiqə keçmiş ki, polislər gəlmişlər. Hində ayaq ləpirləri də olmuşdur. Hadisədən təxminən 20-25 gün bir xəbər olmamışdır. Həmin müddətdə özü də axtarmış, Ağdaşın, Göyçayın bazarına getmiş, heç yerdən tapa bilməmişdir. Hansı ay olduğu yadında deyil, ancaq 17-18-də axşam saatlarında polis şöbəsindən zəng gəlmiş, demişlər ki, yoldaşını da götür gəl, hind quşları tapılıb. O da yoldaşını götürüb getmişdir. Onların hind quşlarının bir neçəsi tünd qara rəngdə imiş, onları o cür tanımışlar. Onlar hind quşlarının uçub çəpərə qalxırmışlar deyə qanadlarının içindən kəsmişlər. Təxminən 24-25 baş hind quşunu həmin əlamətinə görə seçib götürmüşlər. xx.xx.2025-ci il tarixdə keçirilən məhkəmə iclasında Zərərçəkmiş şəxs1 məhkəməyə ərizə təqdim edərək, təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyanın ödənildiyini, Təqsirləndirilən şəxs heç bir şikayət və tələbinin olmadığını qeyd etmişdir. Məhkəmə iclasında zərərçəkmiş Zərərçəkmiş şəxs2 vermiş olduğu ifadəsində göstərdi ki, o, Qəbələ rayonu Mirzəbəyli kəndində yaşayır. Dekabr ayının 16-sından 17-sinə keçən gecə bərk külək əsirmiş. Çöldə ağız deyəni quaq eşitmirmiş. Gecə saat 3 radələri olarmış, həyətə düşmüşdür. Səhər saat 6-7 arasında yuxudan durmuşdur. Gecə həyətə düşəndə şübhəli heç bir şey görməmişdir. Həmin vaxt maşınının akkumulyatoru narahat imiş, maşını işə salmaq üçün həyətə düşmüşdür. Səhər toya getməli imiş, maşın lazım olacaqmış. Səhər yuxudan duranda görmüş ki, qapıdan hind quşu səsi gəlir. Qapını açanda görmüş ki, bir baş hind quşu həyətdədir. Gedib hinə baxanda görmüş ki, hind quşlarının yarısı hində yoxdur. Yəqin ki, o gecə həyətə düşəndə qalan hind quşlarını qoyub qaçıblar. Onlar həyətə qonşunun mal tövləsinin damına çıxıb ordan keçiblər. Bundan sonra kəndin icra nümayəndəsinə bu barədə məlumat vermişdir. Sonra da polislər gəlmişdir. Axşamtərəfi saat 5-6 radələrində polis şöbəsindən zəng vurub demişlər ki, Əmilli kəndinə getmək lazımdır. O, hind quşlarını tanımırmış, həyat yoldaşı tanıyırmış. Onunla birlikdə getmişlər. Gedib görmüşlər ki, onların hind quşları başqa hind quşlarına qarışdırmayıblar. Başqa bir yerdə saxlayıblar, iki baş hind quşları əksik olmaq şərtilə hind quşlarını götürmüşlər. Sonra da gəlib polis şöbəsinə ərizə vermişlər ki, hind quşları onlara təhvil verilib. xx.xx.2025-ci il tarixdə keçirilən məhkəmə iclasında Zərərçəkmiş şəxs2 məhkəməyə ərizə təqdim edərək, təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyanın ödənildiyini, Təqsirləndirilən şəxs heç bir şikayət və tələbinin olmadığını qeyd etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində bildirdi ki, Təqsirləndirilən şəxs bir dəfə hind quşu almışdır, belə olub onu tanımışdır. O, Qəbələ Bazarında mövsümə uyğun olaraq meyvə satır. Payız-qış aylarında isə hind quşu alıb-satır. Gedib kəndlərdən hind quşu alır. Əmili kəndinə getmiş, orda topa dayanan adamlar var imiş, onlardan soruşmuşdur. Demişlər ki, müəllimgildə hind quşu vardır. Müəllim deyəndə Təqsirləndirilən şəxs atasını nəzərdə tuturmuşlar. Həmin vaxt Gülnarə xanım da mağazadan çıxırmış, onu göstərib demişlər ki, bu xanımgildə satılıq hind quşu var. Gülnarə xanımın özündən soruşmuşdur. Onda amerkan-bronz cinsindən olna hind quşular imiş. Onunla birlikdə həyətlərinə getmişdir. Həyətdə özlərinə məxsus hind quşları var imiş. Oradan hind quşları alıb gətirib satmışdır. O gedəndə noyabr ayının sonu imiş, dəqiq günü yadında deyil. Təxminən noyabr ayının 25-27-si olarmış. 15 baş dişi, 5 baş erkək cinsli hind quşu almışdır. O, seçib ən böyüklərini götürmüş, kəsmək üçün alırmış deyə, elələrini almışdır. O alandan sonra orda təxminən 20-25 baş hind quşu qalmışdır. O, hind quşlarını alanda pulu nağd şəkildə ödəmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində bildirdi ki, Günarə Mirzəzadədən hind quşu almışdır. Elə olub onu tanımışdır. O, Qəbələ Bazarında hind quşu satır. 2024-cü ilin sentyabr ayının axırları imiş. Bazarın müdiri ona demiş ki, rayonda qonaqlar var. Onlara 3 baş dişi hind quşu lazımdır. O da demiş ki, hind quşu satılan vaxt deyil. O da ona demiş ki, kəndlərdən soruş maraqlan tap. Maraqlanmış, bazardan demişlər ki, Əmili kəndində Gülnarə xanımda var. Bazarda Əmili kəndindən olan Etibar adlı şəxs demişdir. O da taksi tutub Əmili kəndinə getmişdir. Kəndə getmiş, maraqlanmış, evinin yerini demişlər. Gedib qapını döymüş, Gülnarə xanım gəlmişdir. Həmin vaxt həyətdə tək imiş. Həmin vaxt həyətdə təxminən 30 baş hind quşu olarmış. Hind quşları da iri çəkili imişlər. 3 baş dişi hind quşu almış, 180 manat pul vermişdir. Bundan sonra da bir dəfə dekabr ayının sonu, yanvar ayının əvvəllərində Gülnarə bazarda gətirib ona bazarda 7-8 baş hind quşu satmışdır. Özü təkcə hind quşular əlində gəlmişdir. Hind quşlarına təxminən 350-370 manat pul vermişdir. Hind quşları iri çəkili imişlər. Bundan bir müddət sonra onu polis şöbəsinə çağırmışlar. Soruşmuşlar ki, bu xanımdan hinduşqa almısan, oda aldığını demişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində bildirdi ki, hadisə yerinə getmişdir. O, Təqsirləndirilən şəxs əvvəllər tanımamışdır. Onunla heç bir ədavəti yoxdur. 17 dekabr 2024-cü il tarixdə hadisə yerində iştirak etmişdir. Hadisə yerinə getmişlər. Təqsirləndirilən şəxs Bayramkoxa kəndinə hadisə yerinə aparmışdır. Təqsirləndirilən şəxs verilən suallara əsasən o, adı istintaqa məluma olmayan şəxsin qapıdan aşaraq keçib içəridən qapını açdığını, hinə necə daxil olduqlarını göstərmişdir. Həmçinin maşına necə apardıqlarını göstərmişdir. İşdə olan və məhkəmə baxışında tədqiq edilmiş Qəbələ RPŞ-nin TB-nin baş təhqiqatçısı, polis mayoru Tural Mehdizadə tərəfindən tərtib edilmiş 17 dekabr 2024-cü il tarixli “baxış keçirilməsi haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs razılıq ərizəsi əsasında onun yaşadığı Qəbələ rayon Böyük Əmili kəndindəki fərdi yaşayış evinin həyətinə baxış keçirilmişdir. Baxışın keçirilməsində məqsəd Zərərçəkmiş şəxs2 məxsus hind quşlarının həqiqətən də Təqsirləndirilən şəxs həyətində olub-olmadığını müəyyən etmək olmuşdur. Baxış keçirilməzdən əvvəl baxışda iştirak edəcək Zərərçəkmiş şəxs2 özünə məxsus hind quşlarını öz əlamətlərinə görə tanıdığını, oğurlanmış hind quşlarının aşağıdakı əlamətləri olduğunu demişdir: “ümumilikdə 14 baş hind quşu oğurlanmışdır.Onların hamısı bu ilki, yəni 9-10 aylıq hind quşlarıdır, 6 başı dişi, 8 başı erkək cinsli olmuşdur. Oğurlanan 14 baş hind quşlarından cəmi 1 başı boz rənglidir. Qalanları isə qara-qəhvəyi rənglidir, başqa hər hansı bir xüsusi fərqləndirici əlamətləri yoxdur. Dişi hind quşlarının diri çəkisi təmizlənməmiş vəziyyətdə təxminən 3,5-5 kq arası, erkək hind quşlarının diri çəkisi isə təmizlənməmiş vəziyyətdə təxminən 5,5-6,5 kq arası olarmış.”. Daha sonra baxış başlanmışdır. Belə ki, baxış keçirilərkən müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs həyətində ümumilikdə 46 baş hind quşu vardır. Hind quşları hamısı qarşıq vəziyyətdə bir yerdə toyuq evindədir. Zərərçəkmiş şəxs2 hind quşlarına baxaraq yuxarıda qeyd etdiyi əlamətlərə əsasən özünə məxsus olan 6 baş dişi, 6 baş erkək cinsli, ümumilikdə 12 baş hind quşlarını tanımış və özünə məxsus oğurlanmış hind quşları olduğunu bildirmişdir. Lakin, oğurlanmış 2 baş erkək cinsli hind quşlarının həmin hind quşlarının arasında olmadığını bildirmişdir. Zərərçəkmiş şəxs2 tərəfindən tanınmış ona məxsus 12 baş hind quşu təhvil verilmişdir. İşdə olan və məhkəmə baxışında tədqiq edilmiş Qəbələ RPŞ-nin TB-nin baş təhqiqatçısı, polis mayoru Tural Mehdizadə tərəfindən tərtib edilmiş 17 dekabr 2024-cü il tarixli “baxış keçirilməsi haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs razılıq ərizəsi əsasında onun yaşadığı Qəbələ rayon Böyük Əmili kəndindəki fərdi yaşayış evinin həyətinə baxış keçirilmişdir. Baxışın keçirilməsində məqsəd Zərərçəkmiş şəxs1 məxsus hind quşlarının həqiqətən də Təqsirləndirilən şəxs həyətində olub-olmadığını müəyyən etmək olmuşdur. Baxış keçirilməzdən əvvəl baxışda iştirak edəcək Zərərçəkmiş şəxs1 bildirdi ki, özünə məxsus hind quşlarını öz əlamətlərinə görə tanıyır. Belə ki, oğurlanmış hind quşları aşağıdakı əlamətləri vardır və həmin əlamətlər belədir: “Ümumilikdə 32 baş hind quşu oğurlanmışdır. Onlardan 12 başı erkək, 20 başı dişi idi. Erkəklərdən biri ikillik, digərləri isə 9-10 aylıq, dişilərdən isə 8 başı ikiillik, qalanları isə 9-10 aylıq idi.Oğurlanmış hind quşlarından 6 başı tam ağ rəngli, həmin 6 ədəddən də biri 9-10 aylıq erkək hind quşu idi.Qalanları isə 9-10 aylıq dişi olmuşdur.Yerdə qalan 26 baş hind quşunun isə 13 başı qara, 13 başı isə boz-qara rənglidir, başqa hər hansı bir xüsusi fərqləndirici əlamətləri yoxdur.Dişi hind quşlarının diri çəkisi təmizlənməmiş təxminən 3-4 kq arası, erkək hind quşlarının diri çəkisi isə təmizlənməmiş vəziyyətdə təxminən 4-6,5 kq arası olardı.” Daha sonra baxış başlanmışdır. Belə ki, baxış keçirilərkən müəyyən edilmişdir ki, Zərərçəkmiş şəxs2 öz hind quşlarını götürdükdən sonra Təqsirləndirilən şəxs həyətində ümumilikdə 34 baş hind quşu qalmışdır. Zərərçəkmiş şəxs1 hind quşlarına baxaraq yuxarıda qeyd etdiyi əlamətlərə əsasən özünə məxsus olan 20 baş dişi, 12 baş erkək cinsli, ümumilikdə 32 baş hind quşlarını tanımış və özünə məxsus oğurlanmış hind quşları olduğunu bildirmişdir. Zərərçəkmiş şəxs1 tərəfindən tanınmış 32 baş hind quşu ona təhvil verilmişdir. İşdə olan və məhkəmə baxışında tədqiq edilmiş 18 dekabr 2024-cü il tarixli “baxış keçirilməsi haqqında” protokoldan görünür ki, Qəbələ rayon Mirzəbəyli kənd sakini Zərərçəkmiş şəxs2 fərdi yaşayış evinin giriş qapısını, eləcə də həyətindəki toyuq hininin təqdim edərək 16 dekabr 2024-cü il tarixdən 17 dekabr 2024-cü il tarixə keçən gecə hind quşlarının həmin yerdən oğurlandığını bildirmişdir. Daha Zərərçəkmiş şəxs2 Təqsirləndirilən şəxs tərəfindən oğurlanmış və Qəbələ rayon Böyük Əmili kəndindəki həyətindən aşkar edilmiş, fərdi əlamətlərinə görə tanıyaraq götürülmüş hind quşlarına baxış keçirilmişdir. Müəyyən edilmişdir ki, 12 (on iki) baş hind quşunun 6 baş dişi cinslidir. Elektron tərəzidə çəkdikdə hind quşlarının diri çəkisi təmizlənməmiş vəziyyətdə 3,75 kq, 3,80 kq, 3,95 kq, 4,00 kq, 4,30 kq, 5,65 kq, 6 baş erkək cinsli hind quşlarının çəkisinin isə təmizlənməmiş vəziyyətdə 5,70 kq, 6 kq, 6,00 kq, 6,50 kq, 6,55 kq, 6,70 kq təşkil etdiyi müəyyən edilmişdir. İşdə olan və məhkəmə baxışında tədqiq edilmiş 23 dekabr 2024-cü il tarixli “baxış keçirilməsi haqqında” protokoldan görünür ki, Qəbələ rayon Bayramkoxalı kənd sakini Zərərçəkmiş şəxs1 fərdi yaşayış evinin həyətindəki hinindən 08 dekabr 2024-cü il tarixdən 09 dekabr 2024-cü il tarixə keçən gecə Təqsirləndirilən şəxs tərəfindən oğurlanmış və Qəbələ rayon Böyük Əmili kəndindəki həyətindən aşkar edilmiş, fərdi əlamətlərinə görə tanıyaraq götürülmüş hind quşlarına baxış keçirilmişdir. Müəyyən edilmişdir ki, 32 (otuz iki) baş hind quşunun 12 başı erkək cinsli, 20 başı dişi cinslidir. 12 baş erkək cinsli hind quşlarının diri çəkisi təmizlənməmiş vəziyyətdə 3,770 kq, 3,975 kq, 4,235 kq, 4,235 kq, 4,385 kq, 4,465 kq, 4,835 kq, 4,905 kq, 4,905 kq, 4,985 kq, 6,930 kq və 6,930 kq, 20 baş dişi cinsli hind quşlarının diri çəkisi təmizlənməmiş vəziyyətdə 1,755 kq, 2,180 kq, 2,250 kq, 2,495 kq, 2,845 kq, 2,880 kq, 2,890 kq, 2,920 kq, 2,925 kq, 2,930 kq, 2,970 kq, 3,060 kq, 3,060 kq, 3,070 kq, 3,070 kq, 3,085 kq, 3,085 kq, 3,150 kq, 3,240 kq və 3,240 kq təşkil etdiyi müəyyən edilmişdir. İşdə olan və məhkəmə baxışında tədqiq edilmiş 19 dekabr 2024-cü il tarixli “təqsirləndirilən şəxsin ifadələrinin yerində yoxlanılması” haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs Qəbələ rayon Bayramkoxalı kənd sakini Zərərçəkmiş şəxs1 və Qəbələ rayon Mirzəbəyli kənd sakini Zərərçəkmiş şəxs2 məxsus fərdi yaşayış evinin həyətindəki toyuq hinini təqdim edərək 08 dekabr 2024-cü il tarixdən 09 dekabr 2024-cü il tarixə keçən gecə və 16 dekabr 2024-cü il tarixdən 17 dekabr 2024-cü il tarixə keçən gecə adını istintaqa bildirmək istəmədiyi tanışı ilə birgə müvafiq olaraq 32 baş və 14 baş hind quşlarını oğurlayaraq Qəbələ rayon Böyük Əmili kəndindəki həyətinə toyuq hininə apardığını bildirmişdir. Təqsirləndirilən şəxs ifadələri yerində yoxlanılan zaman verdiyi ifadələrlə istintaq zamanı verdiyi ifadələr arasında heç bir ziddiyyət müəyyən edilməmişdir. İşdə olan və məhkəmə baxışında tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən göndərilmiş 01 aprel 2025-ci il tarixli, 9/161 nömrəli məhkəmə əmtəəşünaslıq ekspertizası “Ərzaq və sənaye mallarının əmtəəşünaslıq tədqiqi” rəyindən görünür ki, diri çəkisi təmizlənməmiş vəziyyətdə 3,770 kq erkək cisli hind quşu 49 manat; diri çəkisi təmizlənməmiş vəziyyətdə 3,975 kq erkək cisli hind quşu 52 manat; diri çəkisi təmizlənməmiş vəziyyətdə 4,235 kq 2 baş erkək cinsli hind quşu 110 manat; diri çəkisi təmizlənməmiş vəziyyətdə 4,385 kq erkək cinsli hind quşu 57 manat; diri çəkisi təmizlənməmiş vəziyyətdə 4,465 kq erkək cinsli hind quşu 58 manat; diri çəkisi təmizlənməmiş vəziyyətdə 4,835 kq erkək cinsli hind quşu 63 manat; diri çəkisi təmizlənməmiş vəziyyətdə 4,905 kq 2 baş erkək cinsli hind quşu 126 manat; diri çəkisi təmizlənməmiş vəziyyətdə 4,985 erkək cinsli hind quşu kq 65 manat; diri çəkisi təmizlənməmiş vəziyyətdə 6,930 kq 2 baş erkək cinsli hind quşu 182 manat; diri çəkisi təmizlənməmiş vəziyyətdə 1,755 kq olan dişi cinsli hind quşu 25 manat; diri çəkisi təmizlənməmiş vəziyyətdə 2,180 kq olan dişi cinsli hind quşu 31 manat; diri çəkisi təmizlənməmiş vəziyyətdə 2,250 kq olan dişi cinsli hind quşu 32 manat; diri çəkisi təmizlənməmiş vəziyyətdə 2,495 kq olan dişi cinsli hind quşu 35 manat; diri çəkisi təmizlənməmiş vəziyyətdə 2,845 kq olan dişi cinsli hind quşu 40 manat; diri çəkisi təmizlənməmiş vəziyyətdə 2,880 kq olan dişi cinsli hind quşu 40 manat; diri çəkisi təmizlənməmiş vəziyyətdə 2,890 kq olan dişi cinsli hind quşu 41 manat; diri çəkisi təmizlənməmiş vəziyyətdə 2,920 kq olan dişi cinsli hind quşu 41 manat; diri çəkisi təmizlənməmiş vəziyyətdə 2,925 kq olan dişi cinsli hind quşu 41 manat; diri çəkisi təmizlənməmiş vəziyyətdə 2,930 kq olan dişi cinsli hind quşu 41 manat; diri çəkisi təmizlənməmiş vəziyyətdə 2,970 kq olan dişi cinsli hind quşu 42 manat; diri çəkisi təmizlənməmiş vəziyyətdə 3,060 kq olan 2 baş dişi cinsli hind quşu 86 manat; diri çəkisi təmizlənməmiş vəziyyətdə 3,070 kq olan 2 baş dişi cinsli hind quşu 86 manat; diri çəkisi təmizlənməmiş vəziyyətdə 3,085 kq olan 2 baş dişi cinsli hind quşu 86 manat; diri çəkisi təmizlənməmiş vəziyyətdə 3,150 kq olan dişi cinsli hind quşu 44 manat; diri çəkisi təmizlənməmiş vəziyyətdə 3,240 kq olan 2 baş dişi cinsli hind quşu 90 manat; Zərərçəkmiş şəxs1 məxsus hind quşları(hinduşqa)-1563,00 manat; Zərərçəkmiş şəxs2 məxsus hind quşlarının dəyəri aşağıdakı kimi təşkil edir: diri çəkisi təmizlənməmiş vəziyyətdə 3,75 kq olan dişi cinsli hind quşu 53 manat; diri çəkisi təmizlənməmiş vəziyyətdə 3,95 kq olan dişi cinsli hind quşu 55 manat; diri çəkisi təmizlənməmiş vəziyyətdə 2,925 kq olan dişi cinsli hind quşu 41 manat; diri çəkisi təmizlənməmiş vəziyyətdə 4,00 kq olan dişi cinsli hind quşu 56 manat; diri çəkisi təmizlənməmiş vəziyyətdə 4,30 kq olan dişi cinsli hind quşu 60 manat; diri çəkisi təmizlənməmiş vəziyyətdə 5,65 kq olan dişi cinsli hind quşu 79 manat; diri çəkisi təmizlənməmiş vəziyyətdə 5,70 kq olan erkək cinsli hind quşu 74 manat; diri çəkisi təmizlənməmiş vəziyyətdə 6,00 kq olan 2 baş erkək cinsli hind quşu 156 manat; diri çəkisi təmizlənməmiş vəziyyətdə 6,50 kq olan erkək cinsli hind quşu 85 manat; diri çəkisi təmizlənməmiş vəziyyətdə 6,55 kq olan erkək cinsli hind quşu 85 manat; diri çəkisi təmizlənməmiş vəziyyətdə 6,70 kq olan erkək cinsli hind quşu 87 manat; diri çəkisi təmizlənməmiş vəziyyətdə 5,5-6,5 kq arası olan 2 baş erkək cinsli hind quşu 156 manat; Zərərçəkmiş şəxs2 məxsus hind quşları (hinduşqa)-987,00 manat; İşdə olan və məhkəmə baxışında tədqiq edilmiş xx.xx.2025-i il tarixli “sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 məxsus 32 baş, Zərərçəkmiş şəxs2 Xand oğluna məxsus 14 baş hind quşundan qalmış 12 baş hind quşu maddi sübut kimi tanınmış və 17 dekabr 2024-cü il tarixdə sahiblərinə qaytarılmışdır. Cinayət işi materiallarına əlavə edilmiş Azərbaycan Respublikası İcbari Tibbi Sığorta Üzrə X6 Ərazi Bölmələrini İdarəetmə Birliyi “Qəbələ Rayon Mərkəzi Xəstəxanası” X5 daxil olmuş 13 yanvar 2025-ci il tarixli, 18-1-52/2-54/2025 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs Qəbələ RMX PHŞ-in polikilinika şöbəsinin “narkoloji və ya ruhi əsəb” kabinetində qeydiyyatda deyildir. Cinayət işi materiallarına əlavə edilmiş Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən daxil olmuş xx.xx.2025-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2011-ci ildə Bakı şəhəri, Sabunçu rayon məhkəməsinin hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə təqsirli bilinərək 03 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzası 01 il şərti sınaq hesablanmışdır. Təqsirləndirilən şəxs hazırda məhkumluğu yoxdur. İş materiallarında olan Qəbələ RPŞ-nin CAB-ın əməliyyat müvəkkili, polis leytenantı Ruhlan Mustafayev tərəfindən Qəbələ rayon Polis şöbəsinin rəisi Fəxrəddin Abbasova yazılmış raportdan görünür ki, Təqsirləndirilən şəxs qabaqcadan əlbir olduğu şəxsin müəyyən edilməsi istiqamətində bir sıra əməliyyat tədbirləri keçirilsə də, həmin şəxsin kimliyinin müəyyən etmək mümkün olmamışdır. İş materiallarında olan 17 dekabr 2024-cü il tarixli protokoldan və 17 dekabr 2024-cü il tarixli qərardan göründüyü kimi, Təqsirləndirilən şəxs 17 dekabr 2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, tutmanın əvvəli həmin gün saat 20:00-dan hesablanmış, 19 dekabr 2024cü il tarixdə təqsirləndirilən şəxs qsimində cəlb edilməklə barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş və həmin gün saat 18:00-da Qəbələ RPŞ-nin MSY-dən azad edilmişdir. İş materiallarında olan 26 mart 2025-ci il tarixli “Qətimkan tədbirinin şərtlərini pozan təqsirləndirilən şəxsin tutulması haqqında” protokoldan göründüyü kimi Təqsirləndirilən şəxs 26 mart 2025-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, tutmanın əvvəli həmin gün saat 10:45-dən hesablanmış, 26 mart 2025-ci il tarixdə “təqsirləndirilən şəxsin azad edilməsi və barəsində seçilmiş qətimkan tədbirinin qüvvədə saxlanılması haqqında” qərara əsasən “polisin nəzarəti altına vermə” qətimkan tədbiri qüvvədə saxlanılmış və həmin gün saat 11:40-da Qəbələ RPŞ-nin MSY-dən azad edilmişdir. İş materiallarında olan Qəbələ Rayon İcra Hakimiyyəti Başçısının Böyük Əmili kənd İnzibati Ərazi Üzrə Nümayəndəliyi tərəfindən verilmiş 08 yanvar 2025-ci il tarixli, 5-59-18/2-05- 2025 nömrəli arayışdan görünür ki, Təqsirləndirilən şəxs Qaradağ rayon Lökbatan qəsəbəsində qeydiyyatda olmaqla, hal-hazırda müvəqqəti olaraq Qəbələ rayon Böyük Əmilli kəndində anası ilə birlikdə yaşayır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələblərinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi Van de Hark Niderlanda qarşı işində məhkəmə 51(b)-ci bəndində qeyd etmişdir ki, ədalətli məhkəmə araşdırması hüququ tələb edir ki, məhkəmə çıxardığı qərarları əsaslandırsın. İlkin izahat və ifadələrində, o cümlədən 19 dekabr 2024-cü il tarixli təqsirləndirilən şəxsin Təqsirləndirilən şəxs ifadəsinin yerində yoxlanılması zamanı Təqsirləndirilən şəxs Qəbələ rayon Bayramkoxalı kənd sakini Zərərçəkmiş şəxs1 və Qəbələ rayon Mirzəbəyli kənd sakini Zərərçəkmiş şəxs2 məxsus fərdi yaşayış evinin həyətindəki toyuq hinini təqdim edərək 08 dekabr 2024-cü il tarixdən 09 dekabr 2024-cü il tarixə keçən gecə və 16 dekabr 2024-cü il tarixdən 17 dekabr 2024-cü il tarixə keçən gecə adını istintaqa bildirmək istəmədiyi tanışı ilə birgə müvafiq olaraq 32 baş və 14 baş hind quşlarını oğurlayaraq Qəbələ rayon Böyük Əmili kəndindəki həyətinə toyuq hininə apardığını bildirərək törətdiyi cinayət əməlini etiraf etmişdir. Eyni zamanda 17 dekabr 2024-cü il tarixli “baxış keçirilməsi haqqında” protokolun və 19 dekabr 2024-cü il tarixli “təqsirləndirilən şəxsin ifadələrinin yerində yoxlanılması” haqqında protokolun məzmunundan görünür ki, Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən fiziki və psixi təsirlərə məruz qalması barədə heç bir qeydi olmamış, həmin istintaq hərəkətlərinin qeydə alındığı videoçəkiliş məhkəmə zamanı nümayiş etdirilib tədqiq olunarkən Təqsirləndirilən şəxs sərbəst şəkildə özgə əmlakını gizli olaraq talama məqsədi ilə yaşayış sahəsinə və başqa saxlanc yerinə qanunsuz daxil olmaqla təkrar oğurluq cinayətini törətdiyi yerləri göstərmişdir. Məhkəmə bir halı da qeyd edir ki, Təqsirləndirilən şəxs qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən həmin cinayət əməlini törətməklə ittiham irəli sürülmüşdür. Azərbаycаn Respublikаsı CPM-in 8.0.5-ci maddəsinə görə cinayət mühakimə icraatının əsas vəzifələrindən biri məhz şəxsiyyəti qanunsuz və əsassız mühakimə edilməkdən, onun hüquqlarının və azadlıqlarının qanunsuz və əsassız məhdudlaşdırılmalardan qorumaqdan ibarətdir. Cinayət prosessual qanunvericiliyin tələbləri baxımından cinayət işi və ya cinayət təqibi ilə bağlı digər materiallar üzrə yekun qərar o halda ədalətli hesab edilir ki, iş üzrə bütün hallar, o cümlədən şəxsi cinayət törətməkdə ifşa edən və onun məsuliyyətini ağırlaşdıran hallarla yanaşı, ona bəraət verən və ya onun vəziyyətini yüngülləşdirən hallar da aydınlaşdırılmış olsun. Azərbаycаn Respublikаsı CPM-in 145.1-ci maddəsinin məzmununa görə hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv araşdırılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirir. Hər bir sübuta mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə, bütün toplanmış sübutların məcmusuna isə cinayət işinin (və ya digər materialın) həlli üçün kifayət etməsi nöqteyinəzərindən qiymət verir. CPM-in 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrə şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir. Cinayət işinin materialları ilə və məhkəmə baxışı zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs özgə əmlakını gizli olaraq talama məqsədi ilə yaşayış sahəsinə və başqa saxlanc yerinə qanunsuz daxil olmaqla təkrar oğurluq cinayətini törətməsi tam təsdiqini tapmış, lakin həmin əməlin qabaqcadan əlbir olan bir qrup şəxs halında törətməsi öz təsdiqini tapmamışdır və Cinayət Məcəlləsinin 177.2.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlləri ümumi ittihamdan xaric edilməlidir. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs hər hansı şəxslə qabaqcadan əlbirliyi, yəni əvvəlcədən razılıq, əlbirliklə nəticəsində əldə olunan və ya əldə olunacaq mənfəətin bölünməsi ilə bağlı sövdələşmə müəyyən olunmamışdır. Qəbələ RPŞ-nin CAB-ın əməliyyat müvəkkili, polis leytenantı Ruhlan Mustafayev tərəfindən Qəbələ rayon Polis şöbəsinin rəisi Fəxrəddin Abbasova yazılmış raportdan görünür ki, Təqsirləndirilən şəxs qabaqcadan əlbir olduğu şəxsin müəyyən edilməsi istiqamətində bir sıra əməliyyat tədbirləri keçirilsə də, həmin şəxsin kimliyinin müəyyən etmək mümkün olmamışdır. Göründüyü kimi istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs ilə əlbirliyi ehtimalı olunan şəxsin soyadı, adı və ya atasının adı, sair anket məlumatları barədə məlumat göstərilmədən, qabaqcadan əlbirlik dəqiq müəyyən edilmədən Təqsirləndirilən şəxs məlum olmayan şəxslə qabaqcadan əlbirliklə bağlı ittiham irəli sürülmüşdür; məhkəmə hesab edir ki, ittiham həmin hissədə əsaslı deyil. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarına əsasən, şəxs cinayət qanununun bir maddəsi ilə tövsif olunan bir neçə cinayətin və yaxud çox epizodlu cinayətin törədilməsində təqsirləndirilirsə (məsələn, bir neçə oğurluq və ya davam edən cinayətin bir neçə epizodu) və məhkəmə baxışı nəticəsində bunlardan bəziləri üzrə ittiham təsdiq edilmirsə, bu hallar cinayətin tövsifinin dəyişməsinə səbəb olmadıqda, məhkəmə ittihamın bu hissədə əsassız hesab edilməsi barədə nəticəni və gəldiyi qənaətin motivlərini hökmün təsviri-əsaslandırıcı hissəsində göstərir. İrəli sürülmüş ittihamda təqsirləndirilən şəxsin cinayət əməli səhvən cinayət qanununun bir neçə maddəsi ilə tövsif olunmuşdursa, məhkəmə hökmün təsviriəsaslandırıcı hissəsində qənaətini əsaslandırmaqla, təqsirləndirilən şəxsin əməlinə düzgün şamil edilməmiş cinayət qanununun maddəsinin ittihamdan çıxarılmasını göstərməlidir. İş mаteriаllаrındа olаn sübutlаr Təqsirləndirilən şəxs CM-in 177.2.1-ci maddəsilə verilmiş ittiham üzrə hissədə, yəni qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi ilə bağlı ittiham üzrə təqsirli bilinməsi üçün kifаyət etmir, toplаnmış sübutlаrın mötəbərliyi şübhə doğurur. Məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs əməli Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələrinə tövsif edilməli, ona irəli sürülmüş ittihamdan Cinayət Məcəlləsinin 177.2.1-ci maddəsində nəzərdə tutulmuş əməl çıxarılmalıdır. Qeyd olunanlar bir daha sübut edir ki, Təqsirləndirilən şəxs özgə əmlakını gizli olaraq talama məqsədi ilə yaşayış sahəsinə və başqa saxlanc yerinə qanunsuz daxil olmaqla təkrar oğurluq cinayətini törətmişdir. Məhkəmə zamanı tədqiq olunmuş sübutların məcmusuna əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 177.2.2 və 177.2.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməsi tam sübuta yetirilmişdir; onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar müəyyən edilməmişdir. Cəza təyin edilərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinin tələbinə əsasən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarların şəxsiyyətləri, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxslərin islah olunmasına və onların ailələrinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. “Məhkəmə Hökmü Haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 №-li qərarının, 45-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu zaman hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməli, seçilən cəzanın və ya digər cinayət-hüquqi xarakterli tədbirin təqsirləndirilən şəxsin islah olunması, ailəsinin həyat şəraitinə təsiri baxımından məqsədəuyğun olması izah edilməlidir. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2003-cü il 25 iyun tarixli, 4 saylı qərarının 1-ci bəndində göstərilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. İnsan hüquqları üzrə Avropa Məhkəməsi öz Qərarlarında dəfələrlə göstərmiş və Milli məhkəmələrə tövsiyə etmişdir ki, şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması üçün əsaslar olduqda məhkəmələr həmin şəxsin barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza növlərinin tətbiq edilməsinə üstünlük verməlidirlər. Cinayət törətmiş şəxsin cəmiyyətdən təcrid edilməsi yalnız bunun üçün möhkəm əsaslar olduqda və bu açıq-aşkar ictimai maraqlar baxımından zəruri olduqda tətbiq edilə bilər. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinin tələbinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Qeyd olunan maddi hüquq normalarının məna və mahiyyətinə görə, cinayət məsuliyyətinin diferensasiyası, cinayətlərin xarakterinə görə dəyərləndirilməsi baş verir. Cinayət qanunu ədalətlilik prinsipinə söykənərək, müxtəlif xarakterli ictimai münasibətləri cəmiyyətin həyatında oynadığı roluna görə müxtəlif dərəcədə dəyərləndirir. Bundan asılı olaraq cinayətlərə görə məsuliyyət müəyyən edən normaların daxil olduqları fəsillərin CMin sistemində yeri bu normaların funksional fəaliyyətinə sosial ədalət baxımından verilən qiymətlə müəyyən edilir. Cinayət hüququnun prinsipi kimi tətbiq edilən ədalətlilik özünün fərqləndirici meyarı ilə cinayət sayılan əməllə başqa hüquq pozuntuları arasında “sərhədi” müəyyən edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə görə, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Beləliklə də, Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən, məhkəmə təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarmağı məqsədə müvafiq hesab edir. Məhkəmə Təqsirləndirilən şəxs barəsində cəza məsələsini müzakirə edərkən Azərbaycan Respublikası CM-nin 58-ci maddəsinin tələblərinə uyğun olaraq, onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, zərərçəkmiş şəxslərə dəymiş ziyanın ödənilməsini, habelə şəxsiyyətini, cəzanı yüngülləşdirən halları və cəzanı ağırlaşdıran halların olmamasını nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin etməyi qanuni, əsaslı və ədalətli hesab edir. Məhkəmə Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs əməlində zərərçəkmiş şəxslərə vurulmuş ziyanı tamamilə ödəməsini və onlarla barışıq əldə etməsini cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cəzasını ağırlaşdıran hal müəyyən etmədi. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası CM-nin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, müsbət xarakterizə edilməklə şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halları, ağırlaşdıran halların olmamasını, habelə təyin olunan cəzanın həm onun özü, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Belə ki, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslərə dəymiş ziyanı ödəmiş, zərərçəkmiş şəxslərlə barışıq əldə etmiş, zərərçəkmiş şəxslər Təqsirləndirilən şəxs bağışlamış, ona qarşı heç bir şikayət və tələbləri yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən CM-nin 58.1-ci maddəsinin (törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir) tələblərini rəhbər tutaraq hesab edir ki, Təqsirləndirilən şəxs şəxsiyyəti (zərərçəkmiş şəxslərlə barışıq əldə etməsini, həmin şəxslərin şikayətinin, iddiasının və tələbinin olmamasını), cinayət xarakteri və ictimai təhlükəlilik dərəcəsi, cinayətin məqsəd və motivi, təyin olunacaq cəzanın onun islah olunmasına təsiri nəzərə alınmaqla CM-nin 177.2.2 və 177.2.3-cü maddələrinin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması cəzasının təyin olunması məqsədə müvafiqdir. Məhkəmə həmçinin qeyd edir ki, Azərbaycan Respublikası CM-nın 52-1 maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə həmin maddədə qeyd olunan vəzifələr qoyulmalıdır. Bununla yanaşı, məhkəmə qeyd edir ki, 17 dekabr 2024-cü il tarixli protokoldan və 17 dekabr 2024-cü il tarixli qərardan göründüyü kimi, Təqsirləndirilən şəxs 17 dekabr 2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, tutmanın əvvəli həmin gün saat 20:00-dan hesablanmış, 19 dekabr 2024-cü il tarixdə təqsirləndirilən şəxs qsimində cəlb edilməklə barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş və həmin gün saat 18:00-da Qəbələ RPŞ-nin MSY-dən azad edilmişdir. Eyni zamanda 26 mart 2025-ci il tarixli “Qətimkan tədbirinin şərtlərini pozan təqsirləndirilən şəxsin tutulması haqqında” protokoldan göründüyü kimi Təqsirləndirilən şəxs 26 mart 2025-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, tutmanın əvvəli həmin gün saat 10:45-dən hesablanmış, 26 mart 2025-ci il tarixdə “təqsirləndirilən şəxsin azad edilməsi və barəsində seçilmiş qətimkan tədbirinin qüvvədə saxlanılması haqqında” qərara əsasən “polisin nəzarəti altına vermə” qətimkan tədbiri qüvvədə saxlanılmış və həmin gün saat 11:40-da Qəbələ RPŞ-nin MSY-dən azad edilmişdir. Ona görə də onun həbsdə saxlanıldığı 03 (üç) gün müddət Azırbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən həbsdə saxlama müddətinin bir günü azadlığın məhdudlaşdırılması növündə cəzanın iki gününə hesablamaqla ona təyin olunan azadlığın məhdudlaşdırılması cəzasından çıxılmalıdır. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını yaşadığı yer üzrə çəkməli, üzərinə cəza çəkdiyi müddətdə saat 22:00-dan növbəti gün saat 07:00-dək yaşayış yerini tərk etməmək, cəza çəkdiyi müddətdə Qəbələ rayonu ərazisini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Təqsirləndirilən şəxs cəzasının icrasına nəzarəti Qəbələ rayon İcra və probasiya şöbəsi həyata keçirməlidir. Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının çəkilmə müddətinin başlanğıcı icra və probasiya şöbəsində qeydə alındığı vaxtdan hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə CPM-in 346.1.19-cu maddəsinin tələbləri baxımından iş üzrə maddi sübutlar məsələsini həll edərkən, maddi sübut qismində tanınmış zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 məxsus 32 baş, Zərərçəkmiş şəxs2 Xand oğluna məxsus 14 baş hind quşundan qalmış 12 baş hind quşunun zərərçəkmiş şəxslərə təhvil verilməsini nəzərə alır. İş üzrə məhkəmə məsrəfləri olan ekspertiza tədqiqatlarının dəyəri cəmi 50 (əlli) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs qaydada tutularaq dövlət büdcəsinə ödənilməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə görə məhkəmə, hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli olan əmlakın olub-olmaması məsələsini həll etməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.1 və 99-1.1.1-ci maddəsinə əsasən məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunan əmlak hesab olunur. Məhkəmə xüsusi müsadirə ilə bağlı məsələni müzakirə edərək hesab edir ki, iş üzrə belə bir əmlak olmadığından təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə ilə bağlı müddəa tətbiq edilməməlidir. İş üzrə mülki iddia yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 44.1; 344-347; 349; 351-353, 356, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1-ci maddəsi ümumi ittihamdan xaric edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 02 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs 17 dekabr 2024-cü il tarixdən 19 dekabr 2024-cü il tarixədək həbsdə saxlanıldığı 02 gün, 26 mart 2025-ci il tarixdə həbsdə saxlanıldığı 01 gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılmaqla, üzərində qəti olaraq 01 (bir) il 11 (on bir) ay 24 (iyirmi dörd) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs üzərində qəti olaraq saxlanılmış 01 (bir) il 11 (on bir) ay 24 (iyirmi dörd) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasını yaşayış yeri üzrə çəksin. Üzərinə cəza çəkdiyi müddətdə saat 22:00-dan növbəti gün saat 07:00-dək yaşayış yerini tərk etməmək, cəza çəkdiyi müddətdə Qəbələ rayonu ərazisini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs cəzasının icrasına nəzarəti Qəbələ rayon İcra və probasiya idarəsi həyata keçirsin. Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının çəkilmə müddətinin başlanğıcı icra və probasiya şöbəsində qeydə alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə məhkəmə məsrəfi olan 50 (əlli) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilsin. (büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu 3, X2, kod 210005, VOEN **********, müxbir hesab AZE41 NABZ********************, SFİFTBİK: CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi, VÖEN **********, hesab AZ34CTRE********************). İş üzrə maddi sübut qismində tanınmış zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 məxsus 32 baş, Zərərçəkmiş şəxs2 Xand oğluna məxsus 14 baş hind quşundan qalmış 12 baş hind quşunun zərərçəkmiş şəxslərə təhvil verilməsi nəzərə alınsın. İş üzrə mülki iddia yoxdur. Hökm elan olunduğundan 20 (iyirmi) gün müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökm apellyasiya şikayəti və ya protesti verilmədikdə, həmin müddət başa çatdıqdan sonra qüvvəyə minir. Sədrlik edən: Abbas Əliyev
Məhkəmə qərarları › İş №1(025)-15/2025
Qəbələ Rayon Məhkəməsi Hökm — İş №1(025)-15/2025
11.06.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver