Məhkəmə qərarları › İş №1(025)-16/2022

Qəbələ Rayon Məhkəməsi Hökm — İş №1(025)-16/2022

22.06.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Qəbələ şəhəri İş № 1(025)-16/2022 22.06.2022 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim İsayev Elman Bəhruz oğlunun sədrliyi, məhkəmə iclasının katibi Tahirova Ləman Kamran qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçilər – Qəbələ rayon Vəkil Bürosunun vəkilləri Müdafiəçi2 və Müdafiəçi1, təqsirləndirilən şəxslər – Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 iştirakları ilə, xx.xx.1995-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ali təhsilli, subay, işləməyən, əvvəllər məhkum olunmuş, ünvan 1 ünvanında qeydiyyatda olan, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin X4 həbsdə olan – Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə və xx.xx.1994-cü ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, işləməyən, məhkumluğu olmayan, ünvan 2 ünvanında qeydiyyatda olan və ünvan 3 ünvanında yaşayan, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin X4 həbsdə olan – Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Təqsirləndirilən şəxs1 satış məqsədi olmadan qanunsuz olaraq istintaqa məlum olmayan tarixdə və mənbədən şəxsi istehlak miqdarından artıq miqdarda olmaqla, yəni ümumi təmiz çəkisi 1,187 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin, ümumi təmiz çəkisi 0,854 qram kustar üsulla hazırlanmış narkotik vasitə tiryək və ümumi təmiz çəkisi 0,841 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin əldə edib üzərində daşıyaraq saxlamış, həmin narkotik vasitə olan heroinin 0,874 qram hissəsini bir ədəd salfetka bükümdə heç bir qazanc əldə etmədən, hər hansı maddi və ya sair maraq olmadan və mənfəət güdmədən 07 mart 2022-ci il tarixdə saat 12 radələrində Qəbələ rayonunun Nic qəsəbəsində yerləşən “Kötüklü” adlı oteldə onunla birlikdə müştəri qismində qalan tanışı Bakı şəhər sakini Təqsirləndirilən şəxs2 istifadə etmək üçün sonuncunun xahişi ilə verdikdən sonra həmin tarixdə saat 14 radələrində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinərək Qəbələ rayon polis şöbəsinin əməkdaşları tərəfindən həmin oteldə qaldıqları 3 nömrəli otaqda saxlanılıb üzərinə şəxsi axtarış və götürmə aparılan zaman satış məqsədi olmadan üzərində saxladığı yuxarıda qeyd olunan narkotik vasitə heroinin özündə qalan təmiz çəkisi 0,313 qram təkil edən hissəsi 01 ədəd ağ rəngli salfetka bükümdə əyinindəki boz rəngli cins şalvarın sol yan cibindən, təmiz çəkisi 0,841 qram psixotrop maddə olan metamfetamin 01 ədəd ağ rəngli salfetka və selafon bükümdə, həmçinin təmiz çəkisi 0,854 qram narkotik vasitə olan tiryək bir ədəd ağ rəngli salfetka bükümdə şalvarının sağ yan cibindən aşkarlanaraq götürülmüşdür. Təqsirləndirilən şəxs2 narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinərək 07 mart 2022-ci il tarixdə saat 15 radələrində Qəbələ rayon polis şöbəsinin əməkdaşları tərəfindən rayonun Nic qəsəbəsində yerləşən “Kötüklü” adlı oteldə müştəri qismində qaldığı 3 nömrəli otaqda saxlanılıb, orada üzərinə şəxsi axtarış və götürmə aparılan zaman onun həmin tarixdə qeyd olunan oteldə onunla birlikdə müştəri qismində qalan tanışı, Bakı şəhər sakini Təqsirləndirilən şəxs1 hər hansı maddi və ya sair maraq olmadan öz istifadəsi üçün götürməklə satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib bir qismini istifadə etdikdən sonra üzərində saxladığı bir ədəd ağ rəngli salfetka bükümdə olmaqla ümumi təmiz çəkisi 0,874 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə-heroin əynindəki cins şalvarın arxa sol cibindən aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs1 məhkəmə iclasında ona Azərbaycan Respublikası CM-nin 234.1ci maddəsi ilə elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, təxminən 1 ildir ki, müxtəlif növ narkotik vasitə istifadə edir. Təqsirləndirilən şəxs2 ilə bir məhəllədə yaşayır, həmçinin Təqsirləndirilən şəxs2la dostdur, Nəriman narkotik vasitə istifadəçisidir. Hərdən birlikdə narkotik vasitə istifadə edirlər. xx.xx.2022-ci il tarixdə axşamtərəfi qonşusu Nəriman ilə birlikdə tanımadığı taksi ilə Qəbələ rayonuna istirahət etmək məqsədi ilə gəlmişlər. Qəbələ rayonunda Nic qəsəbəsindəki “Kötüklü” adlanan oteldə bir gecəliyi 25 manata otaq sifariş etmiş və hər ikisi sifariş etdiyi 3 nömrəli otaqda gecələmişlər. Səhər saat təxminən 12 radələrində ilk olaraq özü, daha sonra Nəriman yuxudan qalxmış, cibində salfetka bükümdə olan əvvəllər Xətai rayonunda yerləşən radiozavodun yaxınlığından tapdığı narkotik vasitələrdən heroini özü ilə gətirdiyi gümüşü kağızda (falqalar) hazırlayaraq çəkmiş, dostu Nəriman da onun narkotik vasitə istifadə etdiyini görərək ondan narkotik vasitə istəmiş, çünkü Nəriman özü narkotik vasitə istifadəçisi imiş. Nərimana da hazırladığı heroindən heç bir maraq olmadan Nəriman ondan istədiyi üçün vermiş, Təqsirləndirilən şəxs2 da istifadə etmişdir. Sonra Nəriman ondan bir neçə çəkimlik heroin istəmiş, ona özündə olan heroindən salfetkada ayıraraq bir neçə çəkimlik vermiş, o da həmin salfetka bükümü şalvarının arxa sol cibinə qoymuşdur. Sonra stolun üzərinə qoyduğu narkotik vasitələri yenidən salfetkaya bükərək əynindəki şalvarın sol və sağ yan ciblərinə qoymuşdur. Saat təxminən 13 radələrindən sonra qaldıqları otağa polis əməkdaşları gəlmiş və üzərlərində narkotik vasitə olduğunu bildirmişlər. Həqiqətən üzərlərində narkotik vasitə olduğunu demiş və ərizə ilə müraciət etmişlər ki, üzərlərinə otelin otağında baxış keçirilsin. Hal şahidlərinin və müdafiəçilərin iştirakı ilə üzərlərinə baxış keçirilmiş, ilk olaraq o, ciblərindəki metanfetamini, heroini, tiryəki və göy rəngli elektron tərəzini təqdim etmiş, həmin narkotik vasitələr polis əməkdaşlarına məxsus elektron tərəzidə çəkilmiş, heroinin salfetka bükümlə birlikdə çəkisi 1.4 qram, metanfetamin salfetka bükümlə birlikdə 1.4 qram, tiryək isə 0,9 qram təşkil etmiş, lakin ona məhkəmə bioloji ekspertizanın rəyinə əsasən məlumdur ki, üzərindən aşkar edilərək götürülmüş narkotik vasitə olan heroinin təmiz çəkisi 0,313 qram, psixotrop maddə metamfetaminin təmiz çəkisi 0,841 qram və tiryəkin təmiz çəkisi 0,854 qramdır. Üzərindən aşkar edilərək götürülmüş narkotik vasitə və psixotrop maddələr qablaşdırılaraq götürülmüşdür. Həmçinin narkotik vasitəni qəbul edən zaman istifadə etdiyi gümüşü rəngli kağızlar (falqalar), bir ədəd 5 manatlıq, bir ədəd 1 manatlıq əsginaslar, eləcə də elektron tərəzi götürülərək qablaşdırılmışdır. Üzərindən aşkar edilərək götürülmüş narkotik vasitə və psixotrop maddələri təxminən 2-3 ay əvvəl Bakı şəhəri Xətai rayonu ərazisində yerləşən radio zavodun yaxınlığındakı yolun kənarından tapmış, həmin maddələri satmaq üçün deyil, öz istifadəsi üçün üzərində saxlamış, üzərindən aşkar edilmiş tərəzini narkotik vasitəni istifadə edən zaman miqdarı artıq olmasın deyə həmin tərəzidə çəkdikdən sonra istifadə etmişdir. Etdiyi əmələ görə peşmanşılıq çəkir, gələcəkdə bu cür hallara yol verməyəcəyinə söz vermişdir. Təqsirləndirilən şəxs2 məhkəmə iclasında ona Azərbaycan Respublikası CM-nin 234.1ci maddəsi ilə elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, təxminən 2-3 ildir ki, narkotik vasitə olan heroin və narkotik tərkibli travmodal dərmanı istifadə edir. Təqsirləndirilən şəxs1 onun tanışıdır və bir məhəllədə yaşayırlar. xx.xx.2022-ci il tarixdə axşamtərəfi Təqsirləndirilən şəxs1 həyətinin qapısının yanında görmüş, o, bir ildir evdəsən, gəl gedək Qəbələyə istirahət edək, hər şey mənlikdir demiş, Təqsirləndirilən şəxs1la razılaşmışdır. Onunla taksi ilə Qəbələ rayonuna gəlmişlər. Elvin Qəbələ rayon Nic qəsəbəsində adını bilmədiyi oteldə otaq sifariş etmiş, gecəni orada qalmışlar. xx.xx.2022-ci il tarixdə səhər saat təxminən 12 radələrində yuxudan qalxmışlar, Təqsirləndirilən şəxs1 cibindən salfetka bükümdə kakos adlandırdığı heroini, tiryəki və patı adlandırdığı metanfetamini çıxararaq stolun üzərinə qoymuş və gümüşü rəngli kağızdan falqalar hazırlamış, özü istədiyi üçün Elvindən xahiş etmiş ki, narkotik vasitədən ona da istifadə etməsi üçün versin. Belə olub heroindən bir qədər götürərək falqada çəkmişdir. Elvin də onunla birlikdə heroindən falqada çəkmişdir. Elvinin heroinindən bir qədər salfetkada götürərək əynindəki şalvarının sol arxa cibinə qoymuş ki, sonra yenidən istifadə etsin. Elvin də stolun üzərinə qoyduğu narkotik vasitələri yenidən salfetkaya bükərək öz cibinə qoymuşdur. Saat təxminən 13 radələrindən sonra qaldıqları otağa polis əməkdaşları gəlmişlər və üzərlərində narkotik vasitə olduğunu bildirmişlər. Həqiqətən üzərlərində narkotik vasitə olduğunu demiş və ərizə ilə müraciət etmişlər ki, üzərlərinə otelin otağında baxış keçirilsin. Hal şahidlərinin və müdafiəçilərin iştirakı ilə üzərlərinə baxış keçirilmiş, ilk olaraq Elvin ciblərindəki, metanfetamini, heroini, tiryəki və göy rəngli elektron tərəzini təqdim etmiş, həmin narkotik vasitələr elektron tərəzidə çəkilmiş, Təqsirləndirilən şəxs1 üzərindən aşkar edilmiş psixotrop maddə çəkildikdə 1,4 qram olduğu, digər narkotik vasitə heroin çəkildikdə təxminən 1.4 qram olduğu, digər qara rəngli narkotik vasitə isə çəkildikdə 0,9 qram olduğu müəyyən edilmiş və həmin maddələr qablaşdırılaraq götürülmüşdür. Həmçinin narkotik vasitəni qəbul edən zaman istifadə etdikləri gümüşü rəngli kağızlar, (falqalar), bir ədəd 5 manatlıq, bir ədəd 1 manatlıq əsginaslar götürülərək qablaşdırılmışdır. Daha sonra onun üzərinə vəkilinin iştirakı ilə baxış keçirilən zaman əynindəki cins şalvarın sol arxa cibindən ağ rəngli salfetkada olan heroini polis əməkdaşlarına təqdim etmişdir. Həmin narkotik vasitəni elektron tərəzidə çəkmişlər və çəkisi salfetka ilə birlikdə 2.2 qram təşkil etmişdir. Həmin narkotik vasitə də qablaşdırılaraq götürülmüşdür. Lakin ona bioloji ekspertizanın rəyinə əsasən məlumdur ki, üzərindən aşkar edilərək götürülmüş narkotik vasitə heroinin ümumi təmiz çəkisi 0,874 qram təşkil etmişdir. Həmin narkotik vasitəni Elvinin narkotik vasitəsinin üzərindən götürərək öz üzərində saxlamış, Təqsirləndirilən şəxs1 narkotik vasitə istəyib alan zaman ona pul verməmiş, narkotik vasitəni satmaq üçün deyil, öz istifadəsi üçün əldə etmiş, Təqsirləndirilən şəxs1 narkotik vasitəni və psixotrop maddəni haradan əldə etməsi barədə məlumatı yoxdur. Əvvəllər narkotik vasitə satmamış, sadəcə narkotik vasitə çəkəndir. Ona Təqsirləndirilən şəxs1 narkotik vasitə istifadə etməsi üçün təklif etməmiş, o, narkotik vasitə istifadə edən şəxs olduğundan özü Elvindən narkotik vasitə istəmişdir. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi onların özlərinin etirafedici ifadələrindən başqa, şahidlərin ifadələri, ekspert rəyləri, həmçinin cinayət işinin digər materialları ilə tam sübuta yetirilir. Belə ki, məhkəmə iclasında Şahid4 ifadəsində göstərmişdir ki, 07 mart 2022-ci il tarixdə saat 13:30 radələrində Qəbələ rayon Nic qəsəbəsi ərazisində yerləşən “Kötüklü” adlı oteldə iki nəfər şəxsin narkotik vasitə istifadə etməsi, üzərlərində narkotik vasitə olması barədə məlumat daxil olmuşdur. Həmin gün digəq polis əməkdaşları ilə birlikdə Qəbələ rayon Nic qəsəbəsi ərazisində yerləşən “Kötüklü” adlı otelə getmişlər. Həmin şəxslərin otelin 3 nömrəli otağında qaldıqlarını öyrənmişlər. Belə olub həmin otağa tərəf getmişlər. Təqsirləndirilən şəxs1 üzərinə təhqiqatçı tərəfindən şəxsi axtarış aparılmazdan əvvəl Təqsirləndirilən şəxs1 üzərində narkotik vasitə olub-olmaması sorğu edilmişdir. Təqsirləndirilən şəxs1 üzərində hər hansı qanunsuz vasitə olan narkotik vasitənin olub-olmadığı soruşulduqda və ona üzərində olan əşyaları könüllü surətdə təqdim etməsi təklif edildikdə o, əyinindəki boz rəngli şalvarın sol yan cibindən bir ədəd ağ rəngli salfetkanın içərisində olan ağ rəngli sellofan parçasının içərisində psixotrop maddə metamfetamin olduğunu bildirmiş, əlini sol yan cibinə salaraq həmin cibindən safetkanı çıxararaq önündəki yatağın üzərinə qoymuş və özünə məxsus olduğunu bildirmişdir. Eləcə də Təqsirləndirilən şəxs1 sağ yan cibindən bir ədəd ağ rəngli salfetkanın içərisində narkotik vasitə heroin olduğunu bildirmiş və əlini sağ yan cibinə salaraq həmin cibindən safetkanı çıxararaq önündəki yatağın üzərinə qoyaraq polis əməkdaşlarına təqdim etmişdir. Daha sonra Təqsirləndirilən şəxs1 üzərində başqa əşya və ya narkotik vasitə olub-olmaması soruşulduqda o, arxa sol cibindən telefonu çıxardaraq yatağın üzərinə qoymuş, daha sonra Təqsirləndirilən şəxs1 şalvarının arxa sağ cibindən elektron tərəzi çıxararaq polis əməkdaşlarına təqdim etmiş, ardınca isə Təqsirləndirilən şəxs1 əynindəki boz rəngli cins şalvarın sağ kiçik cibindən ağ kağız bükümü təqdim edərək özünün istifadə etdiyini bildirmiş və həmin kağız bükümü də polis əməkdaşlarına təqdim etmişdir. Təqsirləndirilən şəxs1 həmin vaxt bütün narkotik vasitələri öz istifadəsi üçün olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs1 cibindən çıxararaq təqdim etdiyi narkotik vasitələr elektron tərəzidə çəkilmiş, Təqsirləndirilən şəxs1 üzərindən aşkar edilmiş psixotrop maddə olan metamfetamin çəkildikdə 1,4 qram olduğu, digər narkotik vasitə heroin çəkildikdə təxminən 1.4 qram olduğu, digər qara rəngli narkotik vasitə isə çəkildikdə 0,9 qram olduğu müəyyən edilmişdir. Bundan sonra içərisində narkotik vasitəyə bənzər ağ rəngli kütlə olan 03 ədəd bükümlər zərfə qoyularaq möhürlənmiş, qablaşdırılmış, üzəri o, hal şahidləri, polis əməkdaşları və vəkil tərəfindən imzalanmışdır. Daha sonra Təqsirləndirilən şəxs1 qaldığı otağa baxış keçirilən zaman otaqda yerləşən televizorun alt hissəsində yerləşən şkafın siyirməsindən müxtəlif gümüşü rəngli kağızlar, eləcə də boruşəkilli 5 manatlıq və 1 manatlıq pul əskinazları aşkar edilmişdir. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs1 bildirmiş ki, həmin boruşəkilli pul əskinazlarını narkotik vasitəni istifadə edərkən işlətmişdir. Həmin əşyalar da, yəni pul əskinazları, gümüşü rəngli kağızlar, tərəzi təhqiqatçı tərəfindən götürülmüş və baxış protokolu tərtib edilərək ucadan oxunmuş, yenə də o, hal şahidləri, polis əməkdaşları, həmçinin Təqsirləndirilən şəxs1 və onun vəkili tərəfindən imzalanmışdır. Baxış zamanı baxışı qeyd etdiyi ardıcıllıqla əks etdirən fotoşəkillər çəkilmiş, həmçinin baxışın əvvəlindən sonuna kimi videoçəkiliş aparılmışdır. Bundan sonra baxış başa çatmışdır. Daha sonra isə həmin otaqda əlavə digər bir vəkilin iştirakı ilə Təqsirləndirilən şəxs2 üzərinə baxış keçirilməyə başlanmışdır. Nəriman Hüseyinova hüquq və vəzifələri izah edilmiş və baxış başlanmışdır. Belə ki, baxış keçirilən zaman Təqsirləndirilən şəxs2 əynində göy rəngli cins şalvar, qara rəngli qış gödəkcəsi, qış gödəkcəsinin altında isə qara rəngli uzunqol köynək var imiş. X6 tərəfindən Təqsirləndirilən şəxs2 üzərində hər hansı qanunsuz vasitə olan narkotik vasitənin olubolmadığı soruşularaq Təqsirləndirilən şəxs2 üzərində olan əşyaları könüllü surətdə təqdim etməsi təklif edildikdə o, əynindəki göy rəngli cins şalvarın arxa sol cibindən bir ədəd ağ rəngli salfetkanı qarşısında olan yatağın üzərinə qoymuşdur. Təqsirləndirilən şəxs2 arxa sol cibindən çıxararaq təqdim etdiyi narkotik vasitə elektron tərəzidə çəkilmiş, Təqsirləndirilən şəxs2 üzərindən aşkar edilmiş narkotik vasitə salfetka ilə birlikdə çəkildikdə 2,2 qram olduğu müəyyən edilmişdir. Bundan sonra içərisində narkotik vasitəyə bənzər ağ rəngli kütlə olan 01 ədəd salfetka zərfə qoyularaq möhürlənmiş, qablaşdırılmış, üzəri o, digər hal şahidləri Teymur tərəfindən imzalanmışdır. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs2 bildirmiş ki, həmin narkotik vasitəni satan deyil və özü istifadə edəndir. Həmçinin Təqsirləndirilən şəxs1la birlikdə istifadə etmişdir. Təhqiqatçı tərəfindən baxış protokolu tərtib edilərək ucadan oxunmuş, hal şahidləri, polis əməkdaşları, həmçinin Təqsirləndirilən şəxs2 və onun vəkili tərəfindən imzalanmışdır. Baxış zamanı baxışı qeyd etdiyi ardıcıllıqla əks etdirən fotoşəkillər çəkilmiş, həmçinin baxışın əvvəlindən sonuna kimi videoçəkiliş aparılmışdır. Bundan sonra baxış başa çatmışdır. Baxış zamanı Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 polislər və ya qeyri kimsə tərəfindən heç bir təzyiq edilməmiş, özləri sərbəst olaraq baxışda iştirak etmiş, eləcə də narkotik vasitələrin özlərinə məxsus olduğunu etiraf etmişdirlər. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 üzərinə və qaldığı otaqa baxış keçirilən zaman üzərinə və ya otağa narkotik vasitənin polis əməkdaşları tərəfindən qoyulduğunu görməmişdir. Məhkəmə iclasında şahidlər Şahid5 və X5 Şahid4 ifadəsinə uyğun eyni məzmunlu ifadə vermişlər. Məhkəmə iclasında Şahid3 ifadəsində göstərmişdir ki, hazırda Qəbələ rayon Mıxlıqovaq kəndində yaşayır və icarəyə götürdüyü Qəbələ rayon Nic qəsəbəsi ərazisində yerləşən “Kötüklü” adlanan oteli işlədir. Belə ki, həmin Qəbələ rayon Nic qəsəbəsi ərazisində yerləşən “Kötüklü” adlı oteli 2022-ci ilin 24 yanvar tarixindən etibarən işlədir. 06 mart 2022-ci il tarixdən 07 mart 2022-ci il tarixə keçən saat təxminən 00:30 radələrində işlətdiyi otelə iki nəfər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 adlı Bakı şəhər sakinləri gələrək oteldə gecələmişlər. 07 mart 2022-ci il tarixdə isə həmin iki nəfər şəxsi polis əməkdaşları narkotik vasitə istifadə etdikləri üçün saxlamışlar. Həmin iki nəfər şəxsin narkotik vasitə istifadə etdiyini və ya satdıqlarını görməmişdir. Həmin şəxslərin narkotik vasitə istifadə etmələri və üzərlərində saxlamaları barədə məlumatı olmamışdır. Məhkəmə iclasında Şahid1 ifadəsində göstərmişdir ki, 07 mart 2022-ci il tarixdə saat təqribən 14 radələrində polis əməkdaşları ona yaxınlaşaraq ondan Qəbələ rayon Nic qəsəbəsi ərazisində yerləşən “Kötüklü” adlı oteldə narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən bir nəfər vətəndaşın üzərinə baxış keçiriləcəyini və həmin baxışda onun hal şahidi qismində iştirak etməsi üçün dəvət etdikdə könüllü olaraq baxışın keçirilməsində hal şahidi qismində iştiraka razı olaraq polis əməkdaşları ilə birgə “Kötüklü” adlı otelə gəlmişdir. Orada polis əməkdaşlarından əlavə vəkil, həmçinin mülki geyimdə olan altı nəfər də şəxs var imiş, həmin şəxsləri tanımırmış, polis əməkdaşları onlardan birini ona təqdim edərək həmin şəxsin Təqsirləndirilən şəxs1 olduğunu, onun narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğu demişlər və baxış başlanmışdır. Belə ki, baxış keçirilən zaman polis əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs1 üzərində hər hansı qanunsuz vasitə olan narkotik vasitənin olub-olmadığı soruşulduqda və Təqsirləndirilən şəxs1 üzərində olan əşyaları könüllü surətdə təqdim etməsi təklif edildikdə o, əynindəki boz rəngli şalvarın sol yan cibindən bir ədəd ağ rəngli salfetkanın içərisində olan ağ rəngli sellofan parçasının içərisində psixotrop maddə metamfetamin olduğunu bildirmiş, əlini sol yan cibinə salaraq həmin cibindən safetkanı çıxararaq önündəki yatağın üzərinə qoymuş və özünə məxsus olduğunu bildirmişdir. Eləcə də Təqsirləndirilən şəxs1 sağ yan cibindən bir ədəd ağ rəngli salfetkanın içərisində narkotik vasitə heroin olduğunu bildirmiş və əlini sağ yan cibinə salaraq həmin cibindən safetkanı çıxararaq önündəki yatağın üzərinə qoyaraq polis əməkdaşlarına təqdim etmişdir. Daha sonra Təqsirləndirilən şəxs1 üzərində başqa əşya və ya narkotik vasitə olub-olmaması soruşulduqda o, arxa sol cibindən telefonu çıxararaq yatağın üzərinə qoymuş, daha sonra Təqsirləndirilən şəxs1 şalvarının arxa sağ cibindən elektron tərəzi çıxararaq polis əməkdaşlarına təqdim etmişdir. Ardınca isə Təqsirləndirilən şəxs1 əynindəki boz rəngli cins şalvarın sağ kiçik cibindən ağ kağız bükümü təqdim edərək özünün istifadə etdiyini bildirmiş və həmin kağız bükümü də polis əməkdaşlarına təqdim etmişdir. Təqsirləndirilən şəxs1 həmin vaxt bütün narkotik vasitələri öz istifadəsi üçün olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs1 cibindən çıxararaq təqdim etdiyi narkotik vasitələr elektron tərəzidə çəkilmiş, Təqsirləndirilən şəxs1 üzərindən aşkar edilmiş psixotrop maddə çəkildikdə 1,4 qram olduğu, digər narkotik vasitə heroin çəkildikdə təxminən 1.4 qram olduğu, digər qara rəngli narkotik vasitə isə çəkildikdə 0,9 qram olduğu müəyyən edilmişdir. Bundan sonra içərisində narkotik vasitəyə bənzər ağ rəngli kütlə olan 03 ədəd bükümlər zərfə qoyularaq möhürlənmiş, qablaşdırılmış, üzəri o, digər hal şahidi Şahmar tərəfindən imzalanmışdır. Daha sonra Təqsirləndirilən şəxs1 qaldığı otağa baxış keçirilən zaman otaqda yerləşən televizorun alt hissəsində yerləşən şkafın siyirməsindən müxtəlif gümüşü rəngli kağızlar, eləcə də boruşəkilli 5 manatlıq və 1 manatlıq pul əskinazları aşkar edilmişdir. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs1 bildirmiş ki, həmin boruşəkilli pul əskinazlarını narkotik vasitəni istifadə edərkən işlətmişdir. Həmin əşyalar da, yəni pul əskinazları, gümüşü rəngli kağızlar, tərəzi polis əməkdaşları tərəfindən götürülmüş və təhqiqatçı tərəfindən baxış protokolu tərtib edilərək ucadan oxunmuş, yenə də o, digər hal şahidi Şahmar, polis əməkdaşları, həmçinin Təqsirləndirilən şəxs1 və onun vəkili tərəfindən imzalanmışdır. Baxış zamanı baxışı qeyd etdiyi ardıcıllıqla əks etdirən fotoşəkillər çəkilmiş, həmçinin baxışın əvvəlindən sonuna kimi videoçəkiliş aparılmışdır. Bundan sonra baxış başa çatmışdır. Daha sonra isə həmin otaqda polis əməkdaşlarından əlavə digər bir vəkilin, həmçinin mülki geyimdə olan polis əməkdaşlarının iştirakı ilə Təqsirləndirilən şəxs2 üzərinə baxış keçirilməyə başlanmışdır. Baxış keçirilən zaman polis əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs2 üzərində hər hansı qanunsuz vasitə olan narkotik vasitənin olubolmadığı soruşularaq Təqsirləndirilən şəxs2 üzərində olan əşyaları könüllü surətdə təqdim etməsi təklif edildikdə o, əynindəki göy rəngli cins şalvarın arxa sol cibindən bir ədəd ağ rəngli salfetkanı qarşısında olan yatağın üzərinə qoymuş, Təqsirləndirilən şəxs2 arxa sol cibindən çıxararaq təqdim etdiyi narkotik vasitə elektron tərəzidə çəkilmiş, Təqsirləndirilən şəxs2 üzərindən aşkar edilmiş narkotik vasitə salfetka ilə birlikdə çəkildikdə 2,2 qram olduğu müəyyən edilmişdir. Bundan sonra içərisində narkotik vasitəyə bənzər ağ rəngli kütlə olan 01 ədəd salfetka zərfə qoyularaq möhürlənmiş, qablaşdırılmış, üzəri o, digər hal şahidi Şahid2 tərəfindən imzalanmışdır. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs2 bildirmiş ki, həmin narkotik vasitəni satan deyil və özü istifadə edir. Həmçinin Təqsirləndirilən şəxs1la birlikdə istifadə etmişdir. Təhqiqatçı tərəfindən baxış protokolu tərtib edilərək ucadan oxunmuş, yenə də o, digər hal şahidi Şahid2, polis əməkdaşları, həmçinin Təqsirləndirilən şəxs2 və onun vəkili tərəfindən imzalanmışdır. Baxış zamanı baxışı qeyd etdiyi ardıcıllığı əks etdirən fotoşəkillər çəkilmiş, həmçinin baxışın əvvəlindən sonuna kimi videoçəkiliş aparılmışdır. Bundan sonra baxış başa çatmışdır. Baxış zamanı Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 polislər və ya qeyri kimsə tərəfindən heç bir təzyiq edilməmiş, onlar özü sərbəst olaraq baxışda iştirak etmişlər, eləcə də narkotik vasitələrin özlərinə məxsus olduğunu etiraf etmişlər. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 üzərinə və qaldığı otaqa baxış keçirilən zaman üzərinə və ya otağa narkotik vasitənin polis əməkdaşları tərəfindən qoyulduğunu görməmiş, əksinə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 özləri etiraf etmiş ki, üzərlərindən aşkar edilmiş narkotik vasitə və psixotrop maddələr onun özünə məxsusdur və özünün istifadə etməsi üçündür. Məhkəmə iclasında Şahid2 Şahid1 ifadəsinə uyğun eyni məzmunlu ifadə vermişdir. İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X8 Bölməsinin 07 mart 2022-ci il tarixli, 17/214 saylı ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Təqsirləndirilən şəxs1” oğlu və Təqsirləndirilən şəxs2 sözləri və imzalar yazılmış zərfin içərisindəki 01(bir) ədəd gümüşü-ağ rəngli salfet kağız bükümdə, təmiz çəkisi – 0,313 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir, digər salfet kağızına bükülmüş 01 ədəd ağ rəngli sellofan bükümdə, təmiz çəkisi – 0,841 qram olan maddə kustar üsulla hazırlanmış psixotrop maddə-metamfetamindir, açıq şəkildə, təmiz çəkisi – 0,854 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə - tiryəkdir. Tədqiqata təqdim edilmiş, üzərində “1/imza/ Təqsirləndirilən şəxs1.. 2/imza/ Təqsirləndirilən şəxs2..... 3/imza/ Müdafiəçi1.....” sözləri yazılmış zərfin içərisindəki 06 ədəd gümüşü falqalardan və 1 manatlıq pul əskinasından hazırlanmış 01 ədəd boruşəkilli bükülüdən aşkar edilmiş cüzi miqdarda olan maddə hissəcikləri- heroin hissəcikləridir. Həmin heroin hissəcikləri cüzi miqdarda olduğuna görə təmiz çəkisini müəyyən etmək mümkün olmadı. 5 manatlıq pul əskinasından hazırlanmış 01 ədəd boruşəkilli bükülüdən aşkar edilmiş cüzi miqdarda olan maddə hissəcikləri – metamfetamin hissəcikləridir. Həmin metamfetamin hissəcikləri cüzi miqdarda olduğuna görə təmiz çəkisini müəyyən etmək mümkün olmadı. Tədqiqata təqdim edilmiş “1/imza/ Təqsirləndirilən şəxs1.. 2/imza/ Təqsirləndirilən şəxs2..... 3/imza/ Müdafiəçi1.....” sözləri və imzalar yazılmış zərfin içərisindəki 01 ədəd elektron tərəzinin üzərindən aşkar edilmiş cüzi miqdarda olan maddə hissəcikləri – heroin hissəcikləridir. Həmin heroin hissəcikləri cüzi miqdarda olduğuna görə təmiz çəkisini müəyyən etmək mümkün olmadı. Tədqiqata təqdim edilmiş, 06 ədəd gümüşü falqalardan, 01 ədəd elektron tərəzidən və 1 manatlıq pul əskinasından hazırlanmış 01 ədəd boruşəkilli bükülüdən aşkar edilmiş heroin hissəcikləri cüzi miqdarda olduqlarına görə həmin obyektlərlə salfet kağızına bükülmüş 01 ədəd gümüşü-ağ rəngli kağız bükümdə olan heroinin müqayisəli tədqiqatını aparmaq mümkün olmadı. Tədqiqata təqdim edilmiş 5 manatlıq pul əskinasından hazırlanmış 01 ədəd boruşəkilli bükülüdən aşkar edilmiş metamfetaminin hissəcikləri cüzi miqdarda olduqlarına görə həmin obyektlə salfet kağızına bükülmüş 01 ədəd sellofan bükümdə olan metamfetaminin tədqiqatını aparmaq mümkün olmadı. Ekspertiza tədqiqatından sonra 0,263 qram heroin, 0,791 qram metamfetamin və 0,754 qram tiryək qalmışdır. İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X8 Bölməsinin 07 mart 2022-ci il tarixli, 17/215 saylı ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “1./imza/ Təqsirləndirilən şəxs2... 2./imza/ Müdafiəçi2...” sözləri və imzalar yazılmış zərfin içərisindəki 01(bir) ədəd salfet kağız bükümdə, təmiz çəkisi – 0,874 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Tədqiqata təqdim edilmiş “1/imza/ Təqsirləndirilən şəxs2.. 2/imza/ Müdafiəçi2.....” sözləri və imzalar yazılmış 01 ədəd zərfin içərisindəki 01 ədəd salfet kağızı bükümündə olan heroin ilə üzərində “1) Təqsirləndirilən şəxs1 /imza/.. 2) Təqsirləndirilən şəxs2 /imza/...” sözləri və imzalar yazılmış 01 ədəd zərfin içərisidəki salfet kağızına bükülmüş 01 ədəd gümüşü-ağ rəngli kağız bükümdə olan heroin tərkiblərinə görə eynidirlər. Tədqiqata təqdim edilmiş, 06 ədəd gümüşü falqalardan, 01 ədəd elektron tərəzidən və 1 manatlıq pul əskinasından hazırlanmış 01 ədəd boruşəkilli bükülüdən aşkar edilmiş heroin hissəcikləri cüzi miqdarda olduqlarına görə həmin obyektlərlə salfet kağızına bükülmüş 01 ədəd gümüşü-ağ rəngli kağız bükümdə və 01 ədəd salfet kağızında olan heroinlərin müqayisəli tədqiqatını aparmaq mümkün olmadı. Ekspertiza tədqiqatından sonra 0,824 qram heroin və 0,213 qram heroin qalmışdır. İşdə olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə Şəhəri X2 Məcburi X3 Komissiyasının 11 aprel 2022-ci il tarixli, 458 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs1 narkotik vasitə olan heroindən epizodik istifadə etmə halları olub. Narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı yoxdur. Narkoloji kabinetdə profilaktiki qeydiyyata alınması məsləhət görülür. İşdə olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə Şəhəri X2 Məcburi X3 Komissiyasının 11 aprel 2022-ci il tarixli, 457 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs2 narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan heroindən sui-istifadə nəticəsində narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. “Şübhəli şəxsin tutulması haqqında” 07 mart 2022-ci il tarixli protokoldan müəyyən edilir ki, Təqsirləndirilən şəxs1 07 mart 2022-ci il tarixdə saat 14:00-da cinayət törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. Qəbələ Rayon Məhkəməsinin 09 mart 2022-ci il tarixli 4(025)-08/2022 nömrəli qərarından müəyyən edilir ki, Təqsirləndirilən şəxs1 barəsində 03 (üç) ay həddində “həbs” qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəli 07 mart 2022-ci il tarixdən hesablanmışdır. “Şübhəli şəxsin tutulması haqqında” 07 mart 2022-ci il tarixli protokoldan müəyyən edilir ki, Təqsirləndirilən şəxs2 07 mart 2022-ci il tarixdə saat 15:00-da cinayət törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. Qəbələ Rayon Məhkəməsinin 09 mart 2022-ci il tarixli 4(025)-07/2022 nömrəli qərarından müəyyən edilir ki, Təqsirləndirilən şəxs2 barəsində 03 (üç) ay həddində “həbs” qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəli 07 mart 2022-ci il tarixdən hesablanmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin xx.xx.2022-ci il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs1 Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2019-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 126.1-ci maddəsi ilə təqsirli bilinib, barəsində CM-nin 62 və 69.3-cü maddələri tədbiq edilməklə, ona qəti olaraq 11 ay 28 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. xx.xx.2020-ci ildə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin qərarı ilə 03 ay 20 gün vaxtından əvvəl şərti azad edilmişdir. xx.xx.2020-ci ildə cəza müddəti başa çatdığından şöbənin qeydiyyatından çıxarılmışdır. İşdə olan Bakı Ağır Cinayətlər Məhkəməsinin 03 dekabr 2019-cu il tarixli 1(101)- 1035/2019 saylı hökmünün surətindən görünür ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 126.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, barəsində CM-nin 62-ci maddəsi tədbiq olunmaqla 1 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən şübhəli şəxs kimi həbsdə saxlanıldığı 2 (iki) gün təyin olunmuş cəzadan çıxılaraq, üzərində qəti olaraq 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddət azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. İşdə olan Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 06 mart 2020-ci il tarixli 7(008)- 134/2020 saylı qərarının surətindən görünür ki, Təqsirləndirilən şəxs1 Bakı Ağır Cinayətlər Məhkəməsinin 03 dekabr 2019-cu il tarixli 1(101)-1035/2019 saylı hökmü ilə Azərbaycan Respublikası CM-nin 126.1-ci maddəsi ilə təqsirli bilinərək təyin olunmuş 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş qalan 03 (üç) ay 20 (iyirmi) gün hissəsini çəkməkdən şərti olaraq vaxtından əvvəl azad edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin xx.xx.2022-ci il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs2 məhkumluğu yoxdur. Cinayət işinin materiallarında olan müstəntiqin “sübütların qiymətləndirilməsi haqqında” 12 may 2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs1 əməlində Azərbaycan Respublikası CM-nin 234.2-ci və 236-cı maddələrinin tərkibi olmadığından, eləcə də təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əməllərində Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələrinin tərkibi olmadığından həmin maddələrlə cinayət təqibinin başlanması rədd edilmişdir. Beləliklə, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 törətdiyi cinayət əməli məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 özlərinin istintaq və ilkin məhkəmə baxışı zamanı verdikləri etirafedici ifadələri, ekspert rəyləri, şahidlərin məhkəmə iclasında və ibtidai istintaq zamanı verdikləri ifadələri, digər iş materialları ilə onların satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib üstündə saxlayaraq cinayətin törətməsi tamamilə sübuta yetirildi. Onların əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə tövsif edilmişdir və onlar həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Məhkəmə, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cəza təyin edərkən, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs1 cəza təyin edərkən əməlini könüllü etiraf edərək səmimi peşimançılıq hissi keçirməsini, yaşadığı yer üzrə müsbət xrakterizə olunmasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş Təqsirləndirilən şəxs1 tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Məhkəmə cinayətin residivini və cinayətin qabaqcadan əlbir olmuş bir qrup şəxs tərəfindən törədilməsini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61.1.1 və 61.1.3-cü maddələrinə əsasən cəzanı ağırlaşdıran hallar hesab edir. Azərbaycan Respublikası CM-nin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş və Həmin Məcəllənin 65.2-ci maddənin tələbləri nəzərə alınmaqla azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxs1 cəzaçəkmə müddətinin əvvəli 07 mart 2022-ci il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Məhkəmə Təqsirləndirilən şəxs2 cəza təyin edərkən əməlini könüllü etiraf edərək səmimi peşimançılıq hissi keçirməsini, yaşadığı yer üzrə müsbət xrakterizə olunmasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə cinayətin qabaqcadan əlbir olmuş bir qrup şəxs tərəfindən törədilməsini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61.1.3-cü maddəsinə əsasən cəzanı ağırlaşdıran hal hesab edir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxs2 cəzaçəkmə müddətinin əvvəli 07 mart 2022-ci il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Qəbələ Rayon Polis Şöbəsində saxlanılan iş üzrə maddi sübut, keçirilmiş ekspertiza tədqiqatından sonra qalmış 0,213 qram heroin, 0,791 qram metamfetamin, 0,754 qram tiryək, 0,824 qram heroin, altı ədəd gümüşü falqalardan, bir ədəd 1 manatlıq və bir ədəd 5 manatlıq pul əskinasından hazırlanmış, cəmi səkkiz ədəd boruşəkilli bükülülər və bir ədəd elektron tərəzi hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş üzrə aparılmış məhkəmə ekspertizasının dəyəri 143 (bir yüz qırx üç) manat 94 (doxsan dörd) qəpik Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müştərək qaydada tutularaq Azərbaycan Respublikası Dövlət Büdcəsinə keçirilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197-198, 344-349, 351-353, 356-358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, 01 (bir) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını ciddi rejimli Cəzaçəkmə Müəssisəsində çəksin. Cəza çəkmə müddətinin əvvəli 07 mart 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, 01 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını ümumi rejimli Cəzaçəkmə Müəssisəsində çəksin. Cəza çəkmə müddətinin əvvəli 07 mart 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2 və 93-1-ci maddələrinə əsasən Təqsirləndirilən şəxs2 cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilsin. Qəbələ Rayon Polis Şöbəsində saxlanılan iş üzrə maddi sübut, keçirilmiş ekspertiza tədqiqatından sonra qalmış 0,213 qram heroin, 0,791 qram metamfetamin, 0,754 qram tiryək, 0,824 qram heroin, altı ədəd gümüşü falqalardan, bir ədəd 1 manatlıq və bir ədəd 5 manatlıq pul əskinasından hazırlanmış, cəmi səkkiz ədəd boruşəkilli bükülülər və bir ədəd elektron tərəzi hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə aparılmış məhkəmə ekspertizasının dəyəri 143 (bir yüz qırx üç) manat 94 (doxsan dörd) qəpik Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müştərək qaydada tutularaq Azərbaycan Respublikası Dövlət Büdcəsinə keçirilsin. Hökmdən, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hakim Elman İsayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar