Azərbaycan Respublikası adından HÖKM Qəbələ şəhəri İş № 1(025)-16/2023 19.07.2023 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Abbas Baba oğlunun sədrliyi, məhkəmə iclas katibi Qafarlı Yelmar Elman oğlunun katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikasının Baş X5 Müdafiəsi İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İİ dərəcəli hüquqşunas Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs1 və onun müdafiəçisi fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi4, Təqsirləndirilən şəxs2 və onun müdafiəçisi Qəbələ rayon Vəkil Bürosunun vəkili Müdafiəçi1, Təqsirləndirilən şəxs4 və onun müdafiəçisi Qəbələ rayon Vəkil Bürosunun vəkili Müdafiəçi2, Təqsirləndirilən şəxs3 və onun müdafiəçisi Qəbələ rayon Vəkil Bürosunun vəkili X1 iştirakları ilə xx.xx.1985-ci il tarixdə Rusiya Federasiyası Tümen vilayətində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, işsiz, Qəbələ rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 185.2.3 və 234.1-ci maddələri ilə təqsirli bilinib, 02 il 11 ay 16 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Qəbələ Rayon Məhkəməsinin 24 fevral 2023-cü il tarixli 7(025)-10/2023 nömrəli qərarı ilə Qəbələ Rayon Məhkəməsinin 1(025)-18/2022 nömrəli, 06 iyul 2022-ci il tarixli hökmü ilə təyin edilmiş 02 (iki) il 11 (on bir) ay 16 (on altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş 02 il 05 ay 17 gün hissəsi azadlıqdan məhrumetmə cəzası ilə əvəz edilməklə 01 (bir) il 02 (iki) ay 23 (iyirmi üç) gün müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilmiş, cəzasını çəkib qurtarmayan, Qəbələ rayonu Vəndam qəsəbəsində qeydiyyatda olan və yaşayan, barəsində Qəbələ rayon məhkəməsinin 13 fevral 2023-cü il tarixli qərarı ilə 03 (üç) ay müddətinə "xxxx" növündə qətimkan tədbiri seçilmiş və hazırda X9 saxlanılan Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə, xx.xx.1976-cı il tarixdə Qəbələ rayonunda anadan olmuş, AR vətəndaşı, evli, orta təhsilli, fərdi sahibkarlıqla məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan, barəsində Qəbələ rayon məhkəməsinin 24 fevral 2023-cü il tarixli qərarı ilə 02 (iki) ay 20 (iyirmi) gün müddətinə "xxxx" növündə qətimkan tədbiri seçilmiş və hazırda X9 saxlanılan Təqsirləndirilən şəxs2 oğlunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1 və 234.2-ci maddələri ilə, xx.xx.1993-cü il tarixdə Qəbələ şəhərində anadan olmuş, azərbaycanlı, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, işsiz, Qəbələ şəhəri Musabəyov küçəsi ev 12 ünvanında qeydiyyatda olan və yaşayan, barəsində 13 fevral 2023-cü il tarixli qərar ilə “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə, xx.xx.1990-cı ildə Gədəbəy rayon Gərgan kəndində anadan olmuş, azərbaycanlı, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, işsiz, Qəbələ şəhəri H.Aslanov küçəsi ev 6 ünvanında qeydiyyatda olan və yaşayan, barəsində 13 fevral 2023-cü il tarixli qərar ilə “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs4 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işinin materiallarına açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs1 Qəbələ rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 185.2.3 və 234.1-ci maddələri ilə təqsirli bilinib, 02 il 11 ay 16 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilməsinə baxmayaraq bundan nəticə çıxarıb islah olunmaq əvəzinə cəzasını çəkib qurtarmadığı halda 2022-ci ilin yay aylarında istintaqa dəqiq məlum olmayan tarixdə Qəbələ rayonu Nohurqışlaq- Vəndam yolunun sol kənarında yerləşən dağlıq və dağətəyi ərazidən yabanı halda bitmiş çətənə kollarından yığıb qurutmaqla kustar üsulla hazırlayaraq satış məqsədi ilə şəxsi istehlak miqdarından artıq miqdarda, yəni təmiz çəkisi 472,07 qram olan bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananı qanunsuz olaraq əldə edib 445 qram hissəsini Qəbələ rayonunun Vəndam qəsəbəsindəki yaşayış sahəsində yerləşən toyuq hinində saxlamış, təmiz çəkisi 27,07 qram hissəsini ayrı-ayrı sellofan və kağız bükümlərdə üzərində saxlayıb daşıdıqdan sonra, onlardan 01 ədəd göy rəngli kağız bükümdə 0,58 qram olan hissəsini aralarından olan dostluq münasibətlərindən irəli gələrək hər hansı maddi və sair maraq müqabili olmadan 2023-cü ilin fevral ayında istintaqa məlum olmayan tarixdə və yerdə tanışı Təqsirləndirilən şəxs3 vermiş, 01 ədəd ağ rəngli şəffaf sellofan torbaya bükülü vəziyyətdə 9,05 qram olan hissəsini xx.xx.2023-cü il tarixdə təxminən saat 15 radələrində Qəbələ şəhəri, Heydər Əliyev prospektində “Qəbələ” ticarət mərkəzinin qarşısında tanışı Təqsirləndirilən şəxs3 öz aralarında 110 (bir yüz on) manat pul vəsaiti dəyərində qiymətləndirib pulun əvəzində gələcəkdə sonuncunun ona məxsus avtomobili təmir etdirməkdə maddi köməklik göstərəcəyi kimi sair maddi maraq müqabilində razılaşıb qanunsuz satmış, 01 ədəd kağız bükümdə təmiz çəkisi 7,39 qram olan hissəsini 2022-ci ilin yay aylarından etibarən xx.xx.2023-cü il tarixədək olan müddət ərzində istintaqa dəqiq məlum olmayan tarixdə və yerdə tanışı Təqsirləndirilən şəxs4 hər hansı maddi və sair maraq müqabili olmadan sonuncu ilə arasında olan dostluq münasibətlərindən irəli gələrək istifadə etmək üçün vermiş, ümumi təmiz çəkisi 10,05 qram olan hissəsini isə satış məqsədi ilə ayrı-ayrı 15 ədəd kağız bükümlərdə üzərində daşımaqla saxlayarkən daxil olmuş əməliyyat məlumatı əsasında Qəbələ rayon polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Qəbələ şəhəri Heydər Əliyev prospektində Qəbələ ticarət mərkəzinin qarşısında tanışı Təqsirləndirilən şəxs4 ilə birlikdə sonuncunun idarə etdiyi VAZ2107 markalı, **-FM-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə saxlanılıb Qəbələ rayon polis şöbəsinin inzibati binasına gətirilib, 11 fevral 2023-cü il tarixdə saat 16:21 dəqiqədən başlayaraq üzərinə şübhəli şəxs qismində videoçəkilişdən istifadə edilməklə şəxsi axtarış keçirilən zaman həmin yuxarıda qeyd edilən ayrı-ayrı 15 ədəd kağız bükümlərdə təmiz çəkiləri 0,61 qram, 0,77 qram, 0,61 qram, 0,51 qram, 0,61 qram, 0,69 qram, 0,74 qram, 0,74 qram, 0,67 qram, 0,79 qram, 0,61 qram, 0,65 qram, 0,75 qram, 0,64 qram, 0,66 qram olmaqla ümumi təmiz çəkisi, 10,05 qram olan narkotik vasitə qurudulmuş marixuana əynində olan yaşıl rəngli gödəkcənin sağ yan cibindən aşkar edilib götürülmüş, bundan başqa onun ətrafında keçirilən əməliyyat və istintaq tədbirlərinin davamı olaraq özünün xx.xx.2023-cü il tarixli ərizəsi əsasında həmin tarixdə saat 19:48 dəqiqədən başlayaraq onun Qəbələ rayonunun Vəndam qəsəbəsində yerləşən fərdi yaşayış sahəsinə baxış keçirilən zamanı onun yuxarıda qeyd edilən mənbədən satış məqsədi ilə əldə edib yaşayış sahəsində saxladığı təmiz çəkisi 445 qram təşkil edən və Təqsirləndirilən şəxs3 verdiyi və satdığı, tanışı Təqsirləndirilən şəxs4 verdiyi və Qəbələ rayon polis şöbəsində üzərinə şəxsi axtarış və götürmə aparılan zaman aşkar edilərək götürülmüş narkotik vasitəqurudulmuş marixuanalarla tərkibinə görə eynilik təşkil edən narkotik vasitə-qurudulmuş marixuana Qəbələ rayonunun Vəndam qəsəbəsində yaşadığı həyətyanı sahədə yerləşən toyuq hinindən sellofan torbanın içərisinə bükülü vəziyyətdə aşkar edilərək götürülmüşdür. Bununla da, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının CM-nin 234.2ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Təqsirləndirilən şəxs2 satış məqsədi ilə istintaqa məlum olmayan tarixdə və mənbədən qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda, yəni ümumi təmiz çəkisi 1,956 qram kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamini, eyni zamanda 2023-cü ilin fevral ayının əvvəllərində istintaqa məlum olmayan tarixdə və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda, yəni ümumi təmiz çəkisi 17,52 qram təşkil edən bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə(kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananı əldə edib özündə saxladıqdan sonra həmin psixotrop maddə olan metanfetaminin 1,518 qram hissəsini 2023-cü ilin yanvar-fervral aylarında istintaqa dəqiq məlum olmayan tarixdə və saatda Qəbələ şəhəri, N.Nərimanov küçəsi ərazisində yerləşən işlətdiyi metal qəbul etmə məntəqəsində 30 (otuz) manat pul vəsaiti müqabilində tanışı Qəbələ şəhər sakini Təqsirləndirilən şəxs3 qanunsuz olaraq satmış, daha sonra yuxarıda qeyd edilən qanunsuz olaraq özünün istehlakı üçün əldə etdiyi narkotik vasitə qurudulmuş marixunanın 9,91 qram çəkidə olan hissəsini daşıyaraq üzərində saxlayarkən, daxil olmuş əməliyyat məlumatı əsasında Şəki Şəhər-Rayon Polis Şöbəsinin Sarıca PB-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Şəki rayonu, Çayqaraqoyunlu kəndində idarə etdiyi “VAZ2106” markalı, ** BJ *** dövlət qeydiyyat nişanlı avtomobili ilə saxlanılıb Şəki rayonu, Turan qəsəbəsində yerləşən Şəki Şəhər-Rayon Polis Şöbəsinin X33 inzibati binasına gətirilib, 11 fevral 2023-cü il tarixdə saat 00:55 dəqiqədən başlayaraq üzərinə videoçəkilişdən istifadə edilməklə şəxsi axtarış keçirilən zaman əynindəki qara rəngli gödəkcənin sağ yan cibindən ayrı-ayrılıqda təmiz çəkiləri 4,80 qram və 5,11 qram olmaqla 02 ədəd kibrit qutusunda aşkar olunaraq götürülmüş, həmin cinayət əməlinə görə Şəki şəhər rayon polis şöbəsində istintaq edilən ********* nömrəli cinayət işi üzrə Azərbaycan Respublikası cinayət məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə barəsində “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri seçilməsinə baxmayaraq, bundan nəticə çıxararaq islah olunmaq əvəzinə bu cür qanunsuz əməllərini davam etdirərək yuxarıda qeyd edildiyi kimi istintaqa məlum olmayan tarixdə və mənbədən satış məqsədi ilə qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda əldə etməklə istintaqa məlum olmayan yerdə saxladığı və Təqsirləndirilən şəxs3 satdığı psixotrop maddə metanfetaminlə eyni tərkibli olan metanfetaminin 0,438 qram çəkidə olan hissəsini, eyni zamanda satış məqsədi olmadan öz şəxsi istehlakı üçün qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda əldə etdiyi 17,52 qram çəkidə olan narkotik vasitə qurudulmuş marixuananın 1.04 qram hisəsini üzərində daşıyaraq saxlayarkən Qəbələ rayon polis şöbəsinin əməkdaşları tərəfindən 22 fevral 2023-cü il tarixdə saat 19 radələrində keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Qəbələ şəhəri, N.Nərimanov küçəsində yerləşən işlətdiyi metal qəbulu məntəqəsinin qarşısında saxlanılaraq rayon polis şöbəsinə gətirilib, üzərinə saat 19:45 dəqiqədən başlayaraq videoçəkilişdən istifadə edilməklə şəxsi axtarış və götürmə aparılan zaman 0,438 qram çəkidə psixotrop maddə metanfetamin əynində olan üst gödəkcəsinin sol yan cibindən bir ədəd sellofan bükümdə, narkotik vasitə-qurudulmuş marixuana isə ayrı-ayrılıqda təmiz çəkiləri müvafiq olaraq bir bükümdə 0,35 qram, bir bükümdə 0,38 qram, bir bükümdə isə 0,31 qram və Şəki Şəhər-Rayon Polis Şöbəsinin X37 əməkdaşları tərəfindən üzərindən aşkar olunaraq götürülmüş narkotik vasitə qurudulmuş marixuanalarla tərkiblərinə görə eynilik təşkil edən ümumilikdə təmiz çəkisi 1,04 qram olmaqla üç ədəd kağız bükümdə əynində olan üst gödəkcəsinin sol iç cibindən aşkar edilərək götürülmüşdür. Bundan başqa Təqsirləndirilən şəxs2 ətrafında keçirilən əməliyyat və istintaq tədbirlərinin davamı olaraq Qəbələ rayon məhkəməsinin qərarı əsasında xx.xx.2023-cü il tarixdə saat 09:30-dan başlayaraq onun Qəbələ şəhəri, N.Nərimanov küçəsində yerləşən işlətdiyi metal qəbul etmə məntəqəsinə və saat 10:14-dən başlayaraq ünvan 3 ünvanında yerləşən yaşayış sahəsinə və yaşadığı evə baxış keçirilən zamanı onun yuxarıda qeyd edilən, yəni 2023-cü ilin fevral ayının əvvəllərində istintaqa məlum olmayan tarixdə və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda əldə edərək saxladığı 17,52 qram çəkidə bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə(kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananın özünün şəxsi istehlakı üçün saxladığı üç ədəd kağız bükümlərdə ayrı-ayrılıqda təmiz çəkiləri müvafiq olaraq bir bükümdə 0,44 qram, bir bükümdə 0,39 qram, bir bükümdə 0,38 qram olmaqla Qəbələ RPŞ-nin əməkdaşları tərəfindən xx.xx.2023-cü il tarixdə üzərindən aşkar edilmiş narkotik vasitə qurudulmuş marixuanalar ilə, eləcə də xx.xx.2023-cü il tarixdə Şəki Şəhər-Rayon Polis Şöbəsinin X33 əməkdaşları tərəfindən üzərindən aşkar edilmiş narkotik vasitə qurudulmuş marixuanalar ilə tərkibinə görə eynilik təşkil edən ümumilikdə təmiz çəkisi 1,21 qram hissəsi məntəqənin içərisindəki stolun alt hissəsində gizlətdiyi yerdən, 01 ədəd kağız bükümdə olmaqla üzərindən, metal qəbul etmə məntəqəsindən və eləcə də xx.xx.2023-cü il tarixdə Şəki Şəhər-Rayon Polis Şöbəsinin X33 əməkdaşları tərəfindən üzərindən aşkar edilərək götürülmüş narkotik vasitə-qurudulmuş marixuanalarla tərkiblərinə görə eynilik təşkil edən təmiz çəkisi 5,36 qram olan hissəsi isə yaşadığı evin girişində sol tərəfdə yerləşən ayaqqabı rəfinin içərisindəki qutudan gizlətdiyi yerdən özünün təqdim etməsi ilə aşkar edilərək götürülmüşdür. Bununla da, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının CM-nin 234.1 və 234.2ci maddələrində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Təqsirləndirilən şəxs4 satış məqsədi olmadan 2022-ci ilin yay aylarından etibarən xx.xx.2023-cü il tarixədək olan müddət ərzində istintaqa dəqiq məlum olmayan tarixdə və yerdə özü istifadə etmək üçün şəxsi istehlak miqdarından artıq miqdarda, yəni təmiz çəkisi 7,39 qram olan bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə(kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananı tanışı Təqsirləndirilən şəxs1 aralarından olan dostluq münasibətlərindən irəli gələrək hər hansı maddi və sair maraq müqabili olmadan götürüb qanunsuz olaraq əldə edərək idarə etdiyi VAZ- 2107 markalı, **-FM-*** dövlət qeydiyyat nişanlı avtomobildə daşımaqla saxlayarkən daxil olmuş əməliyyat məlumatı əsasında Qəbələ rayon polis şöbəsi əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Qəbələ şəhəri Heydər Əliyev prospektində həmin idarə etdiyi avtomobildə olarkən yanında olan və narkotik vasitə-qurudulmuş marixunanı əldə etdiyi tanışı Təqsirləndirilən şəxs1 ilə birlikdə saxlanılaraq Qəbələ rayon polis şöbəsinin inzibati binasına gətirilib, orada 11 fevral 2023-cü il tarixdə saat 21:20 dəqiqədən başlayaraq şübhəli şəxs qismində videoçəkilişdən istifadə edilməklə üzərinə və VAZ 2107 markalı, **-FM- *** dövlət qeydiyyat nişanlı avtomobilinə baxış keçirilən zaman avtomobilin sürücü oturacağının alt hissəsindən onun yuxarıda qeyd edildiyi kimi tanışı Təqsirləndirilən şəxs1 götürməklə əldə etdiyi 01 ədəd kağız bükümdə təmiz çəkisi 7,39 qram olan narkotik vasitəqurudulmuş marixuana aşkarlanaraq götürülmüşdür. Bununla da, Təqsirləndirilən şəxs4 Azərbaycan Respublikasının CM-nin 234.1ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Təqsirləndirilən şəxs3 2023-cü ilin yanvar-fevral aylarında istintaqa dəqiq məlum olmayan tarixdə və saatda Qəbələ şəhər sakini Təqsirləndirilən şəxs2 Qəbələ şəhəri Nəriman Nərimanov küçəsində yerləşən sonuncunun işlətdiyi metal qəbulu məntəqəsinin qarşısında şəxsi istehlak miqdarından artıq miqdarda, yəni təmiz çəkisi 1,518 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamini 30(otuz) manat pul vəsaiti müqabilində alıb satış məqsədi olmadan əldə edərək üzərində saxlamaqla daşımış, bundan başqa təkrarən o, 2023-cü ilin fevral ayının əvvəllərində istintaqa məlum olmayan tarixdə və yerdə təmiz çəkisi 0,58 qram narkotik vasitə olan qurudulmuş marixuananı Qəbələ rayon Vəndam qəsəbə sakini Təqsirləndirilən şəxs1 aralarında olan dostluq münasibətlərindən irəli gələrək hər hansı maddi və sair maraq müqabili olmadan götürüb qanunsuz olaraq əldə edərək satış məqsədi olmadan əldə edib üzərində saxlamaqla daşımış, həmçinin 11 fevral 2023-cü il tarixdə saat 15 radələrində Qəbələ şəhəri Heydər Əliyev prospektində “Qəbələ” ticarət mərkəzinin qarşısında Qəbələ rayon Vəndam qəsəbə sakini Təqsirləndirilən şəxs1 şəxsi istehlak miqdarından artıq miqdarda, yəni təmiz çəkisi 9,05 qram narkotik vasitə olan qurudulmuş marixuananı 110 (bir yüz on) manat pul vəsaiti dəyərində qiymətləndirib pulun əvəzində gələcəkdə sonuncuya məxsus avtomobilin təmir etdirilməsinə maddi köməklik göstərəcəyi kimi sair maddi maraq müqabilində razılaşıb alaraq satış məqsədi olmadan əldə edib üzərində saxlamaqla daşımış, bundan sonra o, narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinərək 11 fevral 2023cü il tarixdə saat 15 radələrində Qəbələ rayon polis şöbəsi əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Qəbələ şəhəri Heydər Əliyev prospektində saxlanılaraq rayon polis şöbəsinə gətirilib şübhəli şəxs qismində tutulmaqla üzərinə saat 15:30 dəqiqədən başlayaraq videoçəkilişdən istifadə edilməklə şəxsi axtarış və götürmə aparılan zaman onun yuxarıda qeyd edilən Təqsirləndirilən şəxs2 30 manat pul vəsaiti müqabilində alaraq əldə etdiyi bir ədəd ağ rəngli sellafon bükümdə təmiz çəkisi 1,518 qram olmaqla şəxsi istehlak miqdarından artıq miqdarda kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamin və Təqsirləndirilən şəxs1 əldə etdiyi 01 ədəd ağ rəngli şəffaf sellofan torbaya bükülü vəziyyətdə təmiz çəkisi 9,05 qram və bir ədəd göy rəngli kağız bükümdə təmiz çəkisi 0,58 qram, ümumi təmiz çəkisi isə 9,63 qram olmaqla şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə olan qurudulmuş marixuana əynində olan qırmızı rəngli üst gödəkçəsinin sağ yan cibindən aşkarlanaraq götürülmüşdür. Həmçinin əməliyyat axtarış və istintaq tədbirlərinin davamı olaraq xx.xx.2023-cü il tarixdə saat 18:25 radələrində Qəbələ rayon polis şöbəsinin əməkdaşları tərəfindən onun ünvan 4 ünvanında yerləşən yaşadığı evə Qəbələ rayon məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarına əsasən baxış keçirilən zaman onun 2022-ci ilin yay aylarında istintaqa dəqiq məlum olmayan tarixdə Qəbələ rayonu Bayramkoxalı kəndinin yaxınlığındakı çayın kənarından yabanı halda bitmiş çətənə kollarından yığıb satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib kustar üsulla hazırlayaraq yaşadığı evdə ağ-qara zolaq şəkilli rəngi olan sellofan torbaya keçirilmiş digər 01 ədəd qara rəngli sellofan torbaya bükülü vəziyyətdə saxladığı təmiz çəkisi 435 qram narkotik vasitə olan qurudulmuş marixuana yaşadığı evdə özünə məxsus yataq otağındakı çarpayının alt hissəsindən aşkarlanaraq götürülmüşdür. Bununla da, Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikasının CM-nin 234.1ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin (CPM) 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə protokollarını və digər sənədləri sübut növü kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs4 və Təqsirləndirilən şəxs3 hər birinin əməlində cinayət tərkibi vardır, Təqsirləndirilən şəxs1 törətmiş olduğu cinayət əməli düzgün olaraq Azərbaycan Respublikasının CM-nin 234.2ci maddəsi ilə, Təqsirləndirilən şəxs2 törətmiş olduğu cinayət əməli düzgün olaraq Azərbaycan Respublikasının CM-nin 234.1 və 234.2-ci maddələri ilə, Təqsirləndirilən şəxs4 törətmiş olduğu cinayət əməli düzgün olaraq Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsi ilə, Təqsirləndirilən şəxs3 törətmiş olduğu cinayət əməli isə düzgün olaraq Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsi ilə tövsif olunmuşdur. Belə ki, məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs1 özünü Azərbaycan Respublikasının CM-nin 234.2-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, 11 fevral 2023-cü il tarixdə günorta saatlarında əvvəllər tanıdığı Qəbələ şəhər sakini Təqsirləndirilən şəxs4 onu yaşadığı Qəbələ rayon Vəndam qəsəbəsində yerləşən evindən özünə məxsus Vaz2107 markalı avtomobili ilə götürüb Qəbələ şəhər ərazisində yerləşən ASAN xidmət mərkəzi istiqamətində yerləşən lizinqdən götürüb sürmə etibarnaməsi ilə idarə etdiyi Opel markalı, 99 ** 345 dövlət qeydiyyat nişanlı minik avtomobilinin ustada vəziyyətinə baxmaq üçün getmişlər. Çünki avtomobili Qəbələ şəhərində ASAN xidmət mərkəzinin yaxınlığında yerləşən Vüsal adlı ustanın sexində imiş. Vüsalın sexinə getdikdə Vüsal orada olmadığı üçün Tural ona demiş ki, Qəbələ şəhərinin mərkəzinə gedib bir yerdə çay içib sonra geri qayıdarlar. Belə olub Təqsirləndirilən şəxs4 avtomobili ilə Qəbələ şəhərinin mərkəzinə Qəbələ Ticarət Mərkəzinin yanına gəlmişlər. Bu zaman yanına əvvəllər tanıdığı Qəbələ şəhər sakini Təqsirləndirilən şəxs3 gəlmişdir. Ərəstun Təqsirləndirilən şəxs4 avtomobilində oturub oturmadığını xatırlamır. Ərəstunu telefonla zəng edərək ora çağırmış ki, usta ilə danışsın ki, avtomobilini təmir etdirsin, eləcə də özü də təmirə köməklik etsin. Belə ki, tutulmazdan iki-üç gün qabaq Ərəstunla Qəbələ şəhərinin mərkəzində saat təxminən 22 radələrində görüşmüşlər və birlikdə avtomobilini idarə edərək İsmayıllı rayonuna yol kənarında təbiətin qoynunda çörək yemək üçün getmişlər. İsmayıllı rayonu ilə Qəbələ rayonunun aralığında yol kənarında meşəlik sahədə avtomobili saxlamışlar. Avtomobildən yerə düşmüşlər. Meşəlik sahəyə getməzdən qabaq Vəndam qəsəbəsində yerləşən lakin xatırlamadığı mağazadan aldığı kolbasa və çörəyi avtomobilinin kapot hissəsinin üstündə yemişlər. Həmin vaxt yaxınlıqda olan işləməyən restoranın içərisində yeyib içən digər üzdən tanıdığı lakin adlarını bilmədiyi şəxsləri görmüşdür. Onlarla təsadüfən rastlaşmışdır. Həmin şəxslərə yaxınlaşmış və onların nəşə çəkdiklərini görmüş və onlardan nəşə istəmiş ki, ona da çəkmək üçün versinlər. Çünki həmin şəxslərlə bir-birilərini sifətdən tanıyırmışlar, onlar onun Qəbələdən olduğunu bilirmişlər. Onlar da etiraz etmədən hər hansı maraq müqabili olmadan pay kimi təxminən 10-15 qram çəkidə bir ağ rəngli kağız bükümdə nəşə, yəni marixuananı ona vermişlər. Bunu Təqsirləndirilən şəxs3 da görmüşdür. Oradaca həmin marixuanadan bir-iki dəfə istifadə etmişdir. Lakin, Ərəstuna verməmiş, o narkotik vasitə çəkməmişdir. Çünki maşını o sürməli imiş. Daha sonra isə Qəbələ rayonuna geri qayıtmışlar. Geri qayıdan zaman da avtomobilini Təqsirləndirilən şəxs3 idarə etmiş, çünkü özü içkili imiş, həm də qeyd etdiyi kimi İsmayıllıda nəşə çəkmişdir. Spirtli içkini isə həmin gün İsmayıllıya getməmişdən təxminən 1 saat əvvəl Qəbələ şəhərində içmişdir. Geri qayıdan zaman artıq saat 23 radələri olarmış ki, İsmayıllı rayon ərazisindən üzü Qəbələ şəhərinə gedən istiqamətdə hərəkətdə olarkən yol buzlu olduğu üçün Təqsirləndirilən şəxs3 avtomobil üzərində idarəetməni itirmiş və avtomobil yoldan çıxaraq yolun kənarında olan çay daşlarının topasına dəymişdir. Bu zaman avtomobil lizinqlə ona məxsus olduğu üçün yol polis əməkdaşı gəlməsini lüzum görməmiş və avtomobili də tanımadığı evakuatorla gətirib təmir etdirmək üçün Qəbələ şəhərində yerləşən yuxarıda qeyd etdiyi əvvəllər tanıdığı Vüsal adlı şəxsin sexinə düşürmüşlər. Sonradan isə avtomobil lizinqlə olduğu üçün həmin avtomobilin sahibi Eyyub adlı şəxs gəlib Opel markalı, 99-**-345 dövlət qeydiyyat nişanlı minik avtomobilini Bakı şəhərinə o, tutulduqdan sonra aparmışdır. Eyyub adlı şəxsin telefon nömrəsini bilmir. Beləliklə, Ərəstun onun zəngi əsasında Qəbələ şəhərində Qəbələ ticarət mərkəzinin yanına gəlmiş, birlikdə avtomobilinin təmiri ilə bağlı söhbət etmişlər. Belə ki, Təqsirləndirilən şəxs3 özü avtomobili təmir etmək üçün usta tapmalı imiş. Bir qədər söhbət etdikdən sonra isə Ərəstun Osmalı işinin olduğunu bildirib onların yanından harasa getmişdir. O, təxminən onların yanında 1-2 dəqiqə dayanmışdır. Həmin vaxt yuxarıda qeyd etdiyi formada İsmayıllı rayon ərazisində tanımadığı şəxs tərəfindən ona pay verilən təxminən 10-15 qram çəkidə olan nəşə, yəni marixuana onun üzərində bütöv bükümdə imiş. Bu zaman isə onların yanına Qəbələ şəhəri H.Əliyev prospekti ünvanında yerləşən Qəbələ Ticarət Mərkəzinin qarşısında polis əməkdaşları Təqsirləndirilən şəxs4 avtomobilinə yaxınlaşmış və bildirmişlər ki, narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəlidirlər. Buna görə də onları Qəbələ RPŞ-nə dəvət etmişlər. Qəbələ RPŞ-də təhqiqatçının xidməti otağına gəlmişlər. Orada təhqiqatçı ona bildirmiş ki, o, narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğu üçün şübhəli şəxs qismində tutulmuşdur. Şəxsi axtarış zamanı ilk olaraq ona üzərində narkotik maddə olub-olmaması soruşulmuş və varsa könüllü təqdim etməyi təklif edilmiş, üzərində narkotik maddə olduğunu bildirmiş və daha sonra şəxsi axtarışa başlanılmışdır. Həmin üzərində 1 büküm narkotik vasitə olmuşdur. Digər bükümləri onun üzərinə qoymuşlar. Bununla da üzərinə baxış aparılması başa çatdırılmışdır. Bundan sonra isə ona Ceyhun adlı polis əməkdaşı bildirmiş ki, evinə də marixuana qoymalıdır. O isə bildirmiş ki, evinə qoymasınlar, avtomobilinə qoysunlar. Lakin təzyiqlər nəticəsində razı olmuş ki, yaşadığı Qəbələ rayon Vəndam qəsəbəsində yerləşən həyətyanı sahəsinə marixuana qoyulsun. Onlara demiş ki, heç olmasa evə yox, həyətdə olan hinə qoysunlar. Bundan sonra həyətinə baxışa getmişlər. Həyətində yerləşən hindən yarım kiloqrama yaxın narkotik vasitə aşkar edilmişdir. Baxışda təzyiqlərdən qorxduğu üçün etiraf etmiş ki, həmin marixuananı dağlıq ərazidən yığaraq əldə etmişdir. Hal-hazırda isə bildirir ki, yaşadığı həyətin hinindən aşkar edilmiş marixuana da ona məxsus deyildir. Həmin marixuananı də onun həyətinin hininə polis əməkdaşları qoymuşlar. Marixuana çəkən şəxsdir, lakin satışı ilə məşğul olmamışdır. Təqsirləndirilən şəxs3 və ya qeyri şəxsə, eləcə də Təqsirləndirilən şəxs4 marixuana satmamışdır. Avtomobilinin Təqsirləndirilən şəxs3 tərəfindən təmir etdirilməsi ilə bağlı sonuncu ilə arasında razılaşma olmuşdur ki, Təqsirləndirilən şəxs3 özü həmin avtomobili vurub əzdiyinə görə təmir etdirməyi öz üzərinə götürür. Üzərindən aşkar edilmiş 15 bükümdə və yaşayış sahəsində yerləşən toyuq hinindən aşkar edilmiş narkotik vasitə-qurudulmuş marixuananın özünə məxsus olması ilə bağlı etiraf edici ifadələr verməsinə səbəb Qəbələ RPŞ-də təzyiq altında olması, 11 fevral 2023-cü il tarixdə Qəbələ RPŞ-nin rəis müavini Ceyhun müəllim vurmuş ki, ya külli miqdarda narkotik vasitə onun üzərinə qoyulacaq, ya narkotik vasitəni aldığı şəxsi bildirəcək, ya da narkotik vasitəni boynuna götürəcək ki, evindən və üzərindən aşkar edilən marixuanalar ona məxsusdur. Həmçinin ona demişlər ki, Ərəstuna narkotik vasitə satdığını bildirsin. Lakin halhazırda etiraf edir ki, bunlar tamamilə yalandır. Üzərinə şəxsi axtarış və götürmə keçirilən zaman, eləcə də yaşadığı həyətə baxış keçirilən zaman yanında müdafiəçisi olduğu halda belə baxışdan əvvəl onu döyəcəklərini bildirdikləri üçün və qorxduğu üçün müdafiəçisinə də bu barədə heç nə bildirməmişdir. Bir bükümdə təxminən 10-15 qram çəkidə olan marixuananı 11 fevral 2023-cü il tarixdən təxminən 2-3 gün əvvəl İsmayıllı rayon ərazisində meşəlik sahədə tanımadığı şəxs ona pay vermişdir. Üzərindən və evindən aşkar edilmiş marixuananı yığdığı yeri Qəbələ rayonu Nohurqışlaq-Vəndam yolunda yerləşən dağlıq sahəni göstərməsinə baxmayaraq ona bu cür bildirdikləri üçün həmin yeri gstərmişdir. Təqsirləndirilən şəxs4 və Təqsirləndirilən şəxs3 marixuana verməmiş, eləcə də satmamışdır. Üzərinə şəxsi axtarış və götürmə istintaq hərəkəti keçirilən zaman, eləcə də həyətinə və evinə baxış keçirilən zaman təzyiq göstərilmişdir. 12 fevral 2023-cü il tarixdə təqsirləndirilən şəxs qismində cəlb olunan zaman ifadəsi alınarkən də Ceyhun müəllim və Elçin müəllim ona səsini çıxartmamasını, əks halda külli miqdarda narkotik vasitəni üzərinə qoyacaqlarını bildirdikləri üçün yuxarıda göstərdiyi xüsusatları bildirməmişdir. Tutulmamışdan ik-üç gün əvvəl Təqsirləndirilən şəxs3 ilə birlikdə İsmayıllı rayonunda olarkən tanımadığı şəxsdən bir bükümdə təxminən 10-15 qram narkotik vasitə-marixuana götürməsinə baxmayaraq, həmin marixuanadan özü istifadə etmişdir. Təqsirləndirilən şəxs3 istifadə etdiyini görməmişdir. Eləcə də ona həmin marixuanadan verməmiş, hamısı özündə qalmışdır və 11 fevral 2023-cü il tarixdə tutularkən üzərinə baxış zamanı aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs3 ona məxsus avtomobili ondan narkotik vasitə alması müqabilində deyil, vurub ziyan yetirdiyi üçün təmir etməli imiş. Göstərilənləri nəzərə alaraq onun əməlinin CM-nin 234.2-ci maddəsindən CM-nin 234.1-ci maddəsinə tövsüf edilməsini və himayəsində azyaşlı uşaqlarının və xəstə yoldaşının olmasını nəzərə alaraq yüngül cəza verilməsini xahiş edir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs2 özünü Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsi ilə təqsirli, 234.2-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, ünvan 8 ünvanında ailə üzvləri ilə birlikdə yaşayır. 11 fevral 2023-cü il tarixdən 3 gün əvvəl günorta saatlarında idarə etdiyi VAZ2106 markalı, ** BJ *** dövlət qeydiyyat nişanlı avtomobil ilə Qəbələ şəhərində yerləşən yaşadığı evdən çıxaraq özü tək avtomobili təmir etdirmək üçün İsmayıllı rayonuna getmişdir. İsmayıllı şəhərində əvvəllər də maşınını təmir edən usta var. Onun yanına gedirmiş. Şəhərə çatdıqda həmin ustanın işlədiyi sexə çatmışdır. Həmin sex İsmayıllı şəhərində “Azpetrol” yanacaq doldurma məntəqəsinin yaxınlığında yerləşir. Bir qədər vaxt sonra usta onun maşınını təmir etməyə başlamış, o isə kənarda dayanmışdır. Təxminən yarım saat sonra burnuna narkotik qoxusu gəlmişdir. Uzun müddətdir narkotik vasitə istifadə etdiyi üçün həmin qoxunun narkotik qoxusu olduğunu anlamış və ətrafa baxmışdır. Sexdən biraz aralıda bir nəfər tanımadığı şəxsin siqaret çəkdiyini görmüşdür. Ona yaxınlaşdıqda qoxu daha da artırmış. Həmin şəxsin yanına çatdıqda görmüş ki, o, siqaret yox, narkotik olan marixuana çəkir. Onunla salamlaşmış, bir qədər söhbət etmişlər, o, adının Elşən olduğunu demişdir. Daha sonra ona da narkotik verməsini xahiş etmişdir. O, bir neçə saniyə üzünə baxmışdır. Onu əmin etmiş ki, heç kim heç nə bilməyəcək. Daha sonra yenidən xahiş etmiş ki, ona 2 qutu narkotik versin. Bu zaman həmin şəxs ona gözləməsini demiş və ondan uzaqlaşaraq markasını və nömrəsini xatırlamadığı avtomobilə əyləşib şəhər istiqamətində getmiş və təxminən 20 dəqiqə sonra onun yanına gəlib maşından düşərək üzərində iki kibrit qutusu narkotik olduğunu demişdir. Narkotikin qiymətini danışmağa başlamışlar. O, narkotiki 60 manata satdığını desə də, üstündə 40 manat pul olduğu üçün aralarındakı razılığa əsasən həmin iki kibrit qutusu narkotiki ümumilikdə 40 manata ondan almışdır. Ondan telefon nömrəsini istəmiş və yaşadığı ünvanı soruşmuş, lakin o, telefon işlətmədiyini demiş və yaşadığı ünvan barədə məlumat verməmişdir. Kibrit qutularının ağzını yarıya kimi açıb içərilərinə baxdıqda yaşıl rəngli marixuana olduğunu görmüşdür. Daha sonra kibrit qutularını cibinə qoymuşdur. Bir qədər sonra usta maşınının təmir işlərini yekunlaşdırmışdır. Maşına əyləşib Qəbələ şəhərinə yaşadığı evə getmişdir. Həmin gün axşam saatlarında yaşadığı evdə kibrit qutusunun içərisindəki narkotikdən iki dəfə istifadə etmişdir. Qalan narkotiki yenidən cibinə qoymuşdur. Təxminən 10 gün bundan əvvəl “Tik-tok” sosial şəbəkəsi vasitəsilə Zeynəb adlı qadınla tanış olmuş və telefon vasitəsilə danışırmışlar. O, Şəki rayonu, Turan qəsəbəsində petrolun yaxınlığında yaşadığını demişdir. Zeynəblə istifadəsində olan ***-***-**-** saylı mobil nömrədən onun istifadəsində olan ***-***-**-** saylı mobil nömrəyə zəng etməklə əlaqə saxlayırmış. 10 fevral 2023-cü il tarixdə günorta saatlarında Zeynəblə əlaqə saxlamış və onunla görüşmək istədiyini demişdir. O, razı olmuşdur. Qərara gəlmişlər ki, Zeynəbi yaşadığı kənddən götürsün və birlikdə Qəbələ şəhərinə qayıdıb orada istirahət etsinlər. Zeynəbi əvvəllər görməmişdir. Onun narkotik vasitə istifadə edib-etməməsi barədə məlumatı yoxdur. Telefon danışıqları zamanı narkotik barədə heç nə danışmamışlar. Şəki rayonuna gələrkən üzərində narkotik olması barədə Zeynəbin məlumatı yox imiş. Ona görə də həmin gün axşam saatlarında idarə etdiyi VAZ-2106 markalı, ** BJ *** dövlət nömrə nişanlı avtomobilə əyləşib Qəbələ şəhərindən çıxıb Şəki rayonu, Turan qəsəbəsi istiqamətində getmişdir. Evdən çıxarkən İsmayıllı rayonundan aldığı iki kibrit qutusu narkotiki də cibinə qoymuş ki, istirahətdə olarkən istifadə etsin. Həmin vaxt maşında özü tək imiş. Rayonun Çayqaraqoyunlu kəndi ərazisində olarkən maşın nasazlandığı üçün saxlamış və maşından düşüb motor hissəsinə baxmışdır. Həmin vaxt polis əməkdaşları ona yaxınlaşıb özlərini təqdim edərək üzərində narkotik vasitə olduğuna dair məlumat olmasına görə Polis Bölməsinə dəvət etmişlər. Bundan sonra etiraz etməmiş və onlarla birlikdə Polis Bölməsinə gəlmişdir. Polis Bölməsinə gəldikdən sonra onu təhqiqatçının otağına aparmışlar. Həmin vaxt təhqiqatçı özünü təqdim edib üzərində narkotik vasitə olmasına görə şübhələr olduğunu deyib CM-nin 234.1-ci maddəsi ilə şübhəli şəxs qismində tutub, hüquq və vəzifələrini izah etmişdir və üzərinə şəxsi axtarışın keçiriləcəyini demişdir. Bundan sonra videoçəkiliş ilə üzərinə şəxsi axtarış keçirilmişdir. Həmin vaxt təhqiqatçı ona üzərində olan əşyaları təqdim etməyi demiş və əynində olan qara rəngli gödəkcənin sağ yan cibindən içərisində narkotik olan 02 ədəd kibrit qutusunu çıxarıb masanın üzərinə qoymuşdur. Daha sonra həmin əşyaları təqdim etməyi xahiş etdikdə üzərindən aşkar edilmiş əşyaları, içərisində narkotik vasitə olan iki ədəd kibrit qutusunu təqdim etmiş və onu ifadəsində göstərdiyi kimi İsmayıllı rayonunda tanımadığı şəxsdən 40 manata aldığını, istifadə etmək məqsədilə üzərində saxladığını bildirmişdir. Bundan sonra idarə etdiyi VAZ 2106 markalı, ** BJ *** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilmiş və hər hansı qanunla qadağan edilmiş əşya aşkar edilməmişdir. Daha sonra isə videoçəkiliş yekunlaşdırılmış və təhqiqatçı tərəfindən nümayiş etdirilmişdir. Bundan sonra bu barədə protokol tərtib edilmiş və tərəfindən imzalanmışdır. Bundan sonra 12 fevral 2023-cü il tarixdə Şəki ŞRPŞ-nin MSY-dən azad edilmiş və barəsində həmin tarixdə polisin nəzarəti altına vermə növündə qətimkan tədbiri seçilmişdir. Bundan sonra 22 fevral 2023-cü il tarixdə saat təxminən 19 radələrində işlədiyi ünvan 9 ünvanında yerləşən evinin qarşısındakı metal qəbul etmə yerini açan zaman onu Qəbələ RPŞ-nin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyəsində şübhəli bilindiyi üçün saxlayaraq idarə etdiyi VAZ2106 markalı, ** BJ *** dövlət qeydiyyat nişanlı avtomobil ilə birlikdə Qəbələ RPŞ-nə gətirmişlər. Narkotik vasitələrin qanunsuz dövriyəsində və satışında şübhəli olduğu üçün AR CM-nin 234.2-ci maddəsi ilə tutulmuş və üzərinə müstəntiq tərəfindən şəxsi axtarış keçirilmişdir. Axtarış keçirilən zaman ona üzərində hər hansı bir narkotik vasitə və psixotrop maddə olub-olmadığı soruşulmuşdur. O da istifadə etmək üçün əvvəlcədən üzərinə qoyduğu və bir qədər istifadə etdikdən sonra yerdə qalan üstündə olan göy rəngli uzunqol üst gödəkcənin sol iç cibindən 3 ədəd bükümdə nəşəni çıxararaq təqdim etmişdir. Daha sonra ona üzərində əlavə hər hansı bir qanunsuz vasitənin olub-olmadığı soruşulduqda bildirmiş ki, üzərində əlavə heç nə yoxdur. Lakin, üzərinə axtarış keçirilən zaman üst gödəkcəsinin sol yan cibindən bir ədəd sellofan bükümdə kristal maddələr, eləcə də üst gödəkcəsinin iç sağ cibindən falqa aşkar edilmişdir. Həmin kristal maddə və falqa ona məxsus deyildir. Buna görə də axtarış keçirilən zaman ucadan nalayiq ifadələr işlətmişdir. Eləcə də üzərindən 3 ədəd alışqan, bir qutu siqaret və 101 manat pul əskinazı aşkar edilmişdir. Həmin 101 manatı evdən götürmüş, həmin pulu narkotik vasitələrin satışından əldə etməmişdir. Metal alqı-satıqısı ilə qazanmışdır. Bundan sonra isə üzərindən aşkar edilmiş 3 ədəd bükümdə nəşə və bir ədəd sellofan bükümdə kristal maddə və falqa qablaşdırılmış və möhürlənmişdir. Həmin kristal maddələrdən xəbəri yoxdur. Bundan sonra isə idarə etdiyi VAZ2106 markalı, ** BJ *** dövlət nömrə nişanlı avtomobilinə baxış keçirilmiş, lakin heç bir narkotik vasitə, eləcə də qanunsuz vasitə aşkar edilməmişdir. Lakin avtomobilinin qoltuqaltı nahiyyəsindən bir ədəd tərəzi aşkar edilərək götürülmüş ki, həmin tərəzini qızıl alveri ilə məşğul olan zaman istifadə etmişdir. Həmin tərəzi ilə narkotik vasitə və psixotrop maddə çəkməmişdir. Bundan sonra isə, xx.xx.2023-cü il tarixdə səhər saat 10 radələrində Qəbələ şəhəri, N.Nərimanov küçəsi ünvanında yerləşən metal qəbul etmə məntəqəsinə onun razılığı və Məhkəmə qərarı əsasında baxış keçirilmiş, həmin məntəqəyə baxış keçirilən zaman ondan həmin məntəqədə narkotik vasitə və ya psixotrop maddə olub-olmadığı soruşulduqda məntəqədə bükümlərdə narkotik vasitə olduğunu bildirmiş və içəriyə daxil olaraq stolun alt hissəsinə gizlətdiyi arabir istifadə etmək üçün orada saxladığı 3 bükümdə nəşəni, yəni marixuananın yerini göstərmişdir. Həmin bükümlər 01 ədəd kağız zərfə qoyulmaqla qablaşdırılmışdır. Bundan başqa həmin tarixdə saat 10-11 radələrində yaşadığı ünvan 3 ünvanında yerləşən həyətyanı sahəyə, eləcə də evə onun öz razılığı və Məhkəmə qərarı əsasında baxış keçirilmişdir. Əvvəlcə ondan soruşulmuş ki, həmin evdə və ya həyətyanı sahəsində narkotik vasitə və ya psixotrop maddə olub-olmadığı soruşulduqda o da həmin evdə bir böyük bükümdə nəşə-marixuana olduğunu bildirmiş və əvvəlcə həyətə baxış keçirilmiş, həyətdə hər hansı bir qanunsuz əşya aşkar edilməmişdir. Daha sonra isə həyətdə yerləşən iki mərtəbəli evinin giriş hissəsindən solda yerləşən ayaqqabı daxılının ən üst rəfində dörd künc qutunun içərisində gizlətdiyi, eləcə də arabir istifadə etmək üçün orada saxladığı bir bükümdə nəşəni, yəni marixuananın yerini göstərmişdir. Həmin qutunu isə müstəntiqə təqdim etmişdir. Qutunun içərisindən həmçinin bir ədəd elektron tərəzi, eləcə də bir ədəd falqa da aşkar edilmişdir. Həmin içərisində marixuana olan büküm, elektron tərəzi və bir ədəd falqa 3 ədəd kağız zərfə qoyulmaqla qablaşdırılmış, protokol tərtib olunmuş və onun, eləcə də vəkili, həmçinin iştirakçılar tərəfindən imzalanmışdır. Təqsirləndirilən şəxs2 daha sonra ifadəsində bildirmişdir ki, Təqsirləndirilən şəxs3 yalan deyir, ona metamfetamin satmamışdır. Hadisədən 2 ay qabaq Ərəstunu görməmişdir. İşlədiyi obyektdə, yəni ünvan 11 ünvanında yerləşən metal qəbul etmə yerində 2-3 büküm, yaşadığı evin giriş hissəsində isə ayaqqabı şkafının üstündə 3- 4 qram narkotik vasitə marixuana var imiş, əlavə heç bir yerdə narkotik vasitə yox imiş, həmin narkotik vasitələri də təqdim etmişdir. Üzərindən, işlədiyi yerdən və evindən aşkar edilmiş marixuanaları İsmayıllı rayonundan tanımadığı Həmin şəxsi əvvəllər tanımırmış, onu ilk dəfə görürmüş və həmin vaxtdan sonra da görməmişdir. Heç kimə narkotik vasitə satmamışdır. Etdiyi əmələ görə peşmandır. Ona məxsus Vaz2106 markalı ** BJ *** d.q.n-lı avtomobilə, eləcə də evinə baxış keçirilən zaman aşkar edilmiş elektron tərəzilərin üzərində çətənə bitkisinin hissəcikləri və psixotrop maddə hissəcikləri olması, lakin ifadəsində həmin tərəziləri qızıl çəkmək üçün istifadə etdiyini bildirməsi ilə bağlı isə bildirir ki, ola bilsin ki, istifadə edən zaman cibində, avtomobildən, eləcə də qutuda birlikdə olan zaman marixuananın hissəcikləri tərəzinin üzərinə düşə bilər. Lakin, həmin tərəzilər ilə heç bir narkotik vasitə çəkməmişdir. Həmin tərəzinin üzərindən psixotrop maddə hissəciklərinin aşkar edilməsi bağlı heç nə deyə bilmir. Ona məxsus ünvan 3 ünvanındakı eviniə baxış keçirilən zaman aşkar edilmiş falqanın üzərində cüzi miqdarda psixotrop maddə hissəcikləri aşkar edilməsi bağlı da heç nə deyə bilmir. Həmin falqadan istifadə edərək psixotrop maddə istifadə etməmişdir. Narkotik vasitəmarixuanaları öz istifadəsi üçün əldə etmiş, 30 ildir ki, marixuana çəkir. Üzərinə şəxsi axtarış aparılan zaman gödəkcəsinin sol yan cibindən aşkar edilmiş metamfetaminin ona məxsus olmamışdır. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs4 özünü Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, Gədəbəy rayonu Gərgan kəndində anadan olaraq hal-hazırda Qəbələ şəhəri H.Aslanov küçəsi ev 6 ünvanında yaşayır. 11 fevral 2023-cü il tarixdə Qəbələ şəhərinin mərkəzi küçəsində Qəbələ Ticarət Mərkəzinin yaxınlığında idarə etdiyi VAZ 2107 markalı, **- FM-*** dövlət nömrə nişanlı avtomobilində yanında Təqsirləndirilən şəxs1 da olmaqla oturmuşdur. Həmin vaxt Qəbələ rayon polis şöbəsinin əməkdaşları onlara yaxınlaşmışlar, ona və Samitə narkotik maddələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirərək üzərinə və idarə etdiyi avtomobilə axtarış keçirilməsi üçün Qəbələ rayon polis şöbəsinə dəvət etmişlər və könüllü razılıq əsasında idarə etdiyi avtomobili ilə Qəbələ RPŞ-nə gəlmişdir. Qəbələ RPŞ-də üzərinə şəxsi axtarış keçirilən zamanı üzərindən narkotik tərkibli maddə aşkar edilməmiş, lakin şalvarının və üst gödəkcəsinin cibləri kəsilərək təhqiqatçı tərəfindən götürülmüş və qablaşdırılmışdır. Bundan sonra idarə etdiyi nəqliyyat vasitəsinə baxış keçirilən zaman avtomobilinin ön sürücü oturacağının alt hissəsindən ona məxsus olmayan narkotik maddə olan marixuana aşkar edilmişdir. Həmin narkotik vasitəni ora polis əməkdaşları qoymuşlar. Belə ki, əslində hadisə vaxtı onun üzərində narkotik vasitə olsa da, polis şöbəsinə gedənə qədər onu tullamışdır. Lakin avtomobilində olan narkotik vasitədən xəbəri yoxdur. Təxminən 10 ildən artıq müddətdir ki, narkotik maddədən istifadə edir. Hal-hazırda isə narkotik vasitədən istifadəni dayandırmışdır. Təqsirləndirilən şəxs1 avtomobilində Təqsirləndirilən şəxs3 narkotik vasitə verdiyini görməmişdir. Heç kimə narkotik vasitə satmamışdır. Avtomobilindən aşkar edilmiş narkotik vasit-marixuana ilə Təqsirləndirilən şəxs1 üzərindən və yaşadığı Qəbələ rayon Vəndam qəsəbəsində yerləşən həyətyanı sahəsindəki hindən aşkar edilmiş narkotik vasitmarixuanaların məhkəmə bioloji ekspertizasının 12 fevral 2023-cü il tarixli, 17/169 saylı rəyi ilə eyni tərkibli olmasının müəyyən edilməsi ilə bağlı heç nə deyə bilmir. Məhkəmədən ədalətli qərar qəbul edilməsini xahiş edir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs3 özünü Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsi ilə qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, ünvan 13 ünvanda yaşayır. 11 fevral 2023-cü il tarixdə Qəbələ şəhər sakini Təqsirləndirilən şəxs4 idarə etdiyi VAZ 2107 markalı avtomobilə günarta saatlarında Bum yolu adlanan yerdə yəni H.Əliyev propekti ərazisində oturmuşdur. Belə ki, Samitlə əvvələcədən telefonla danışaraq onunla görüşəcəklərini planlaşdırmışdır. Samit ona bildirmiş ki, həmin küçəyə gəlsin, həmin küçədə olarkən qara rəngli VAZ2107 markalı avtomobil saxlamış, Samit həmin avtomobildə ön sağ oturacaqdan ona səslənərək maşına oturmasını bildirmiş, həmin avtomobilin sağ arxa oturacağında oturmuş, həmin vaxt ona məlum olmuş ki, sükan arxasında olan şəxs Turaldır, Turalı əvvəlcədən Qəbələ şəhər sakini kimi tanımışdır. Daha sonra siqaret almaq üçün mağazaya getmişdir. Bu vaxt polis əməkdaşları Turalın idarə etdiyi avtomobilə yaxınlaşmışlar. Daha sonra yaşadığı ünvana getdiyi zaman Qəbələ Ticarət Mərkəzinin qarşısında ona Qəbələ rayon polis şöbəsinin əməkdaşları yaxınlaşmışlar və ona narkotik maddələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirərək üzərinə axtarış keçirilməli olduğunu bildirərək rayon polis şöbəsinə dəvət etmişlər və o da könüllü razılığı əsasında polis əməkdaşları ilə birgə Qəbələ RPŞ-yə gəlmişdir. Qəbələ RPŞ-yə gəldiyi zaman üzərindəki qırmızı rəngli qış gödəkçəsinin sağ yan cibindən iri bükümdə olan narkotik maddə olan marixuananı, balaca bükümdə narkotik maddə olan marixuananı və el arasında patı kimi tanınan maddəni könüllü təqdim edərək polis əməkdaşlarına vermişdir. Yaşayış evindən tapılan narkotik vasitə ona məxsus deyildir. O, ya Samitdən, ya da Pərvizdən heç vaxt pul müqabilində narkotik vasitə almamışdır. Polis şöbəsində Qəbələ rayon Polis şöbəsinin rəis müavini Ceyhun adlı şəxs ona təzyiqlər edərək ya külli miqdarda narkotik vasitə ilə onu həbs edəcəklərini, ya da Pərviz və Samitin üzünə durmağı tələb etmişdir. Həmçinin şöbədə ona işgəncələr verilmişdir. Zəif biri olduğundan, işgəncələrə dözmədiyindən yalandan Samitdən və Pərvizdən narkotik vasitə aldığını bildirmişdir. Əslində isə belə bir hal olmamışdır. Onu polis şöbəsində döymələri barədə prokurorluğa müraciət etsə də, müraciəti cavabsız qalmışdır. Həmçinin əgər onun evində narkotik vasitə var idisə, niyə Samitdən narkotik vasitə almalı idi. Bütün bu hallar onu göstərir ki, bütün bu olanlar polisin oyunudur. Göstərilənləri nəzərə alaraq barəsində ədalətli qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid12 ifadəsində bildirmişdir ki, hazırda Qəbələ rayon E.Kərimov küçəsində yerləşən nömrəsiz evdə yaşayır. ünvan 15 ünvanında Qəbələ ASAN xidmət mərkəzinin yaxınlığında yerləşən avtomobil təmiri sexi vardır. Həmin avtomobil təmiri sexinə 2023-cü ilin fevral ayının əvvəllərində Təqsirləndirilən şəxs1 tutulmazdan təxminən 4 gün əvvəl gecə saatlarında ona Təqsirləndirilən şəxs1 zəng edərək avtomobili vurduğunu, evakuatorla onun sexinə gətirdiklərini, evakuatorun da pulunu verməyini, həmin avtomobili onun təmir edəcəyini bildirmişdir. Gecə saat 03 radələrində həmin avtomobili sexinin qarşısına düşürmüşlər. Sonradan isə avtomobilin təmir edilməsi üçün onun yanına heç kim gəlməmişdir. Avtomobil onun seximə gətirilən zaman yerdə qar var imiş. Avtomobili onun sexinə düşürdükdən sonra Ərəstunu Qəbələ şəhərinin mərkəzində görmüş və ondan soruşmuş ki, avtomobilin təmirinə pul lazımdır. Təqsirləndirilən şəxs3 isə ona bildirmiş ki, pul axtarır. Pul olduqda gəlib təmir etdirəcək. Lakin həmin avtomobilin təmir edilməsi ilə bağlı ona heç kim pul vermədiyi üçün o da, həmin avtomobili təmir etməmişdir. Bundan sonra isə Təqsirləndirilən şəxs1 tutulduqdan sonrakı günlərdə dəqiq xatırlamadığı tarixdə səhər saatlarında sexi açan zaman görmüş ki, həmin avtomobil sexin qarşısında yoxdur. Ona sonradan məlum olmuş ki, həmin avtomobil lizinqlə olduğundan Bakı şəhərindən sahibi gəlib aparıbdır. O, Təqsirləndirilən şəxs2 metal alan şəxs kimi də danışır. Pərvizdən narkotik vasitə almamışdır. Qəbələ rayon Polis şöbəsində izahatı özləri yazmışlar və ona qol çəkdirmişlər. İzahatda nə yazılmasından xəbəri yoxdur. Pərvizdən narkotik vasitə almamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid11 ifadəsində bildirmişdir ki, ünvan 17 ünvanında qeydiyyatdadır və orada ailəsi ilə birlikdə yaşayır. Qəbələ şəhər sakini Təqsirləndirilən şəxs2 metal alan şəxs kimi tanıyır. Təqsirləndirilən şəxs2 metal, dəmir, mis sataraq pul almışdır. İstintaqda onun adından necə ifadə yazılmasından xəbəri yoxdur. Ərəstun isə onun sinif yoldaşı olmuşdur və onunla münasibəti yaxşı olmuşdur. Ərəstundan da heç vaxt narkotik vasitə almamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid10 ifadəsində bildirmişdir ki, Qəbələ rayon Zirik kəndində qeydiyyatdadır və orada ailəsi ilə birlikdə yaşayır. O, Pərvizdən narkotik vasitə almamışdır. Polisdə necə ifadə verməsini xatırlamır. Pərvizə müxtəlif vaxtlarda dəmir, köhnə kondisoner və s. satmışdır. Lakin narkotik vasitə almamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid8 ifadəsində bildirmişdir ki, mart ayının 16-sı Qəbələ rayon məhkəməsi tərəfindən tutulmuşdur. Martın 15-i isə onu Qəbələ rayon Polis şöbəsindən çağırıb təsir altında izahat alıblar. O, Pərvizi yalnız metal alan şəxs kimi tanımışdır. Özü isə maşın ustası olduğundan Pərviz avtomobilini onun yanına gətirmişdir tez-tez. 2022-ci ilinin dekabr ayının əvvəllərində qeyri rəsmi işlədiyi Qəbələ şəhəri ərazisində yerləşən Uğur adlı servisdə Təqsirləndirilən şəxs2 məxsus ** BJ *** dövlət qeydiyyat nişanlı avtomobilin arxa stop, qabaq işıqlarını və digər yerlərini 20 manat pul müqabilində təmir etmişdir. Lakin həmin gün Pərviz ona işinin müqabilində verməli olduğu 20 manatdan 10 manatını vermiş, yerdə qalan 10 manatını isə sonra verəcəyini bildirmişdir. Həmçinin onda çoxlu dəmir, mis və s. metallar olduğundan Pərvizə satmışdır. Belə olub Təqsirləndirilən şəxs2la münasibətləri yaranmış və onların arasında olan telenfon danışıqları da həmin məsələlərlə bağlı olmuşdur. 22 dekabr 2022-ci il tarixdə Pərvizdən borclu olduğu pulu istəmişdir. Təqsirləndirilən şəxs2 narkotik vasitə almamışdır. Belə ki, o özü də əvvəllər narkotik vasitə istifadəçisi olduğundan bununla bağlı polis şöbəsində ona təzyiqlər olmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid9 ifadəsində bildirmişdir ki, ünvan 19 ünvanında qeydiyyatdadır və orada ailəsi ilə birlikdə yaşayır. Onun narkotik istifadəçi olduğunu Qəbələ rayon Polis şöbəsində də bilirlər. Hətta əvvəllər narkotik vasitədən istifadəyə görə məhkumluqları da olmuşdur. Xaraktercə zəif biri olduğundan polis əməkdaşları onun zəifliyindən istifadə edərək belə bir izahat almışlar. O, Təqsirləndirilən şəxs2 narkotik vasitə almamışdır. Ümumiyyətlə Təqsirləndirilən şəxs2 narkotik vasitə satmasından xəbəri yoxdur. Təqsirləndirilən şəxs2 akmulyator satmışdır. Bu məqsədlə ona zənglər etmişdir. Məhkəmə hesab edir ki, şahidlər Şahid12, Şahid11, Şahid10, Şahid8 və Şahid9 ibtidai istintaqda verdiyi ifadələr sərbəst ifadələrdir, həmin ifadələri hər hansı fiziki və ya psixi təsir altında verməmişdir, ona görə də həmin ifadələrin mötəbərliyini şübhə altına alan hallar müəyyən edilmədiyinə görə sübut növü kimi qəbul edilməli və məhkəmə istintaqında təqdiq olunan bütün sübutların məcmusu ilə birlikdə qiymətləndirilməlidir. Onların məhkəmə zamanı verdiyi ifadələrə isə məhkəmə tənqidi yanaşır və əsaslı hesab etmir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində bildirmişdir ki, 11 fevral 2023-cü il tarixdə saat təxminən 15 radələrində Qəbələ RPŞ-nin əməkdaşları ilə birlikdə daxil olmuş əməliyyat məlumatı əsasında Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs4 narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli bildiyikləri üçün Qəbələ şəhəri ərazisində saxlayaraq Qəbələ RPŞ-yə gətirib təhqiqatçıya təhvil vermişlər. Eləcə də Təqsirləndirilən şəxs4 məxsus VAZ2107 markalı, ** FM *** dövlət qeydiyyat nişanlı avtomobili Qəbələ RPŞ-nə gətirmişlər. Bundan sonra isə Qəbələ RPŞ-nin inzibati binasının 1-ci mərtəbəsində yerləşən təhqiqatçı Tural Mehdizadənin xidməti otağına gəlmiş, onunla birlikdə həmin otaqda təhqiqatçı Tural Mehdizadə, digər əməliyyat müvəkkilləri Şahid7, Şahid6, əlavə olaraq isə müdafiəçi Səfəralı Süleymanov orada imiş. Əvvəlcə Təqsirləndirilən şəxs3 və müdafiəçisinə hüquq və vəzifələri izah edilmiş, sonra müdafiəçisinin iştirakı ilə Təqsirləndirilən şəxs3 üzərinə təhqiqatçı tərəfindən şəxsi axtarış aparılmazdan əvvəl Təqsirləndirilən şəxs3 üzərində narkotik vasitə olub-olmaması sorğu edilmişdir. Təqsirləndirilən şəxs3 üzərində hər hansı qanunsuz vasitə olan narkotik vasitənin olub-olmadığı soruşulduqda, Təqsirləndirilən şəxs3 üzərində olan əşyaları könüllü surətdə təqdim etməsi təklif edildikdə o, könüllü şəkildə üzərində narkotik maddə olduğunu etiraf edərək əynində olan qırmızı rəngli üst gödəkçəsinin sağ yan cibində saxladığı bir ədəd ağ rəngli şəffaf sellofan torbaya bükülü vəziyyətdə olan və içərisindəkinin narkotik maddə olduğunu bildirdiyi bükümü təqdim etmiş, daha sonra həmin cibindən bir ədəd də göy rəngli kağız bükümdə olan təbii ot (nəyşə) olduğunu bildirdiyi bükümü və bir ədəd də ağ sellafon torbaya bükülü vəziyyətdə patı olduğunu bildirdiyi bükümü təqdim etmiş və üzərində başqa narkotik tərkibli maddə və psixotrop maddənin olmadığını bildirmişdir. Daha sonra Təqsirləndirilən şəxs3 üst gödəkçəsinin sol yan cibinə baxış keçirilmiş və həmin cibindən “Rothmans” markalı siqaret paçkası aşkar edilmiş, daha sonra Təqsirləndirilən şəxs3 əynində olan qara rəngli cins şalvarın sol yan cibinə baxış keçirilmiş və həmin cibindən pul aşkar edilmiş, daha sonra şalvarın arxa sağ və sol ciblərinə, eləcə də sağ yan cibinə baxış keçirilmiş və həmin ciblərin boş vəziyyətdə olması müəyyən edilmişdir. Daha sonra üst gödəkcəsindən müəyyən sənədlər və narkotik maddəni istifadə edərkən doldurmaq məqsədi ilə istifadə etdiyi 4 ədəd rzla və 1 ədəd falqa aşkar edilmişdir. Təqsirləndirilən şəxs3 falqadan üzərinə patı kimi tanınan psixotrop maddəni tökərək əridib istifadə etdiyini bildirmiş, patı kimi tanınan və özünün təqdim etdiyi narkotik maddəni iki həftə əvvəl Qəbələ şəhər sakini Pərviz adlı şəxsdən aldığını, digər 2 ədəd bükülü vəziyyətdə olan nəyşələri isə Qəbələ rayon Vəndam qəsəbə sakini Samit adlı şəxsdən 110 manata aldığını, lakin ödənişi hələ etmədiyini, əvvəllər də Samit adlı şəxsdən nəyşə aldığını bildirmişdir. Təqsirləndirilən şəxs3 üst gödəkçəsinin cibində saxladığı qurudulmuş marixuanaya bənzər yaşıl kütlə elektron tərəzidə çəkilmiş və çəkisinin təxminən 11 qram təşkil etdiyi müəyyən edilmiş, digər göy rəngli kağız bükümdə olan narkotik vasitə elektron tərəzidə çəkilmiş və çəkisinin 1 qrama yaxın təşkil etdiyi müəyyən edilmiş və ağ sellofan torbaya bükülü vəziyyətdə olan Təqsirləndirilən şəxs3 patı olduğunu bildirdiyi ağ rəngli kristal formasında olan narkotik vasitə isə elektron tərəzidə çəkilərək çəkisinin təxminən 1,5 qram təşkil etdiyi müəyyən edilmişdir. Daha sonra Təqsirləndirilən şəxs3 təqdim etdiyi narkotik vasitələr ayrı-ayrılıqda kağız zərflərin içərisinə qoyulmaqla qablaşdırılıb, üzəri möhürlənmiş və zərflərin üzərinə müvafiq qeydlər aparılmışdır. Zərflərin üzəri iştirakçılar tərəfindən imzalanmışdır. Şəxsi axtarış və götürmə zamanı tərəfindən mobil telefondan istifadə edilməklə video və fotoçəkiliş aparılmışdır. Bundan sonra baxış başa çatmışdır. Daha sonra isə həmin otaqda əlavə digər bir vəkilin iştirakı ilə Təqsirləndirilən şəxs1 üzərinə baxış keçirilməyə başlanmışdır. Təqsirləndirilən şəxs1 hüquq və vəzifələri izah edilmiş və baxış başlanmışdır. Belə ki, baxış keçirilən zaman Təqsirləndirilən şəxs1 üzərində narkotik maddə olub-olmaması soruşulmuş və varsa könüllü təqdim etməsi təklif edilmiş, lakin Təqsirləndirilən şəxs1 üzərində narkotik maddə olmamasını bildirmiş və daha sonra şəxsi axtarışa başlanılmışdır. İlk olaraq Təqsirləndirilən şəxs1 əynində olan yaşıl rəngli gödəkçənin sağ yan cibinə baxış keçirilmiş və həmin cibindən pul əskinazları, kağız bükümdə içərisindəkilərin Təqsirləndirilən şəxs1 marixuana olduğunu və özünün istifadə etdiyini bildirdiyi vasitələr aşkar edilmiş, həmin bükümlər təhqiqatçı tərəfindən sayılmış və sayının 15 ədəd olması müəyyən edilmiş, üst gödəkçəsinin digər cibinə baxış keçirilən zamanı siqaret paçkası və 6 ədəd nəşəni çəkərkən doldurmaq üçün istifadə etdiyi 6 ədəd sarı rəngli rızla kimi bilinən vasitə aşkar edilmiş, Təqsirləndirilən şəxs1 əynində olan cins şalvarın cibindən pul əskinazları aşkar edilmiş, Təqsirləndirilən şəxs1 üzərindən (üst gödəkçəsinin sağ yan cibindən) aşkar edilən narkotik maddələrin yabanı olduğunu və onları tapdığını, ayrı-ayrı bükümlərə doldurmaqda məqsədinin rahat formada çəkməsi olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs1 Qəbələ şəhər sakini Təqsirləndirilən şəxs3 ilə aralarında narkotik maddənin alqı-satqısı barədə aralarında razılığın olduğunu, lakin Ərəstunun hələ ona pul ödəmədiyini, əvvəllər Ərəstuna narkotik maddə satmadığını bildirmişdir. Şəxsi axtarış və götürmə zamanı Təqsirləndirilən şəxs1 üst gödəkçəsinin cibindən aşkar edilmiş 15 ədəd kağız parçasına bükülmüş vəziyyətdə olan qurudulmuş marixuanaya bənzər kütlələr elektron tərəzidə çəkildə və çəkilərinin 0,7 qram-1 qram arası olmaqla, ümumilikdə isə 13-14 qram təşkil etməsi müəyyən edilmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs1 əynindəki üst gödəkçəsinin cibindən aşkar edilən kağız bükümlərdəki qurudulmuş marixuanaya bənzər kütlələr, eləcə də digər əşyalar ayrı-ayrılıqda kağız zərflərin içərisinə qoyulmaqla qablaşdırılıb, üzəri möhürlənmiş və zərflərin üzərinə müvafiq qeydlər aparılmışdır. Zərflərin üzəri Təqsirləndirilən şəxs1 imza ataraq heç bir etirazının olmadığını, fərdi yaşayış evinə və həyətinə də baxış keçirilməsinə etirazının olmadığını bildirmişdir. Bununla da Təqsirləndirilən şəxs1 üzərinə şəxsi axtarış və götürmə aparılması istintaq hərəkəti başa çatdırılmışdır. Şəxsi axtarış və götürmə zamanı tərəfindən mobil telefondan istifadə edilməklə video və fotoçəkiliş aparılmışdır. Bundan sonra 11 fevral 2023-cü il tarixdə Qəbələ şəhəri Musabəyov küçəsində yerləşən Təqsirləndirilən şəxs3 yaşadığı həyətyanı sahəyə və evə təhqiqatçı tərəfindən baxış keçirilmişdir. Həmin baxışda o da iştirak etmişdir. Təqsirləndirilən şəxs3 yaşadığı həyətin giriş darvazası yaşıl rəngli olmaqla Təqsirləndirilən şəxs3 bildirmiş ki, həmin həyətdə yerləşən evdə narkotik vasitə-marixuana vardır ki, onu polisə təqdim edə bilər. Daha sonra həyətə daxil olmuşlar, ardınca isə həyətdə yerləşən birmərtəbəli evə daxil olmuşlar. Evin içərisindəki otaqların birini Təqsirləndirilən şəxs3 özündə olan açarla açmış və otaqa daxil olmuşdur. Daha sonra isə həmin otaqda yerləşən çarpayının altında gizlətdiyi qara rəngli sellofan torbaya bükülü vəziyyətdə olan özünün marixuana adlandırdığı vasitəni təqdim etmişdir. Həmin sellofan torba açıldıqda içərisində içiçə keçirilmiş iki ədəd qara rəngli sellofan torba çıxmış ki, həmin torbanın da içərisində Təqsirləndirilən şəxs3 nəşə adlandırdığı qanunsuz vasitə aşkar edilmiş və həmin narkotik vasitə elektron tərəzidə çəkildikdə müəyyən edilmiş ki, çəkisi 400-500 qram aralığındadır. Yaşayış evində əlavə hər hansı bir qanunsuz vasitə aşkar edilməmişdir. Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs3 həmin narkotik vasitəni haradan əldə etdiyi soruşulduqda o, bildirmiş ki, Bayramkoxa kəndi ərazisindən yabanı halda bitmiş nəşədən yığmışdır. Marixuanaya bənzər kütlə göy rəngli sellofan zərfin içərisinə qoyulmaqla qablaşdırılıb, üzəri möhürlənmiş və üzərinə müvafiq qeydlər aparılmışdır. Üzəri Təqsirləndirilən şəxs3 tərəfindən imzalanaraq heç bir etirazının olmadığını bildirmişdir. Bununla da Təqsirləndirilən şəxs3 məxsus həyətyanı sahəyə və evinə baxış başa çatdırılmışdır. Şəxsi axtarış və götürmə zamanı tərəfindən mobil telefondan istifadə edilməklə video və fotoçəkiliş aparılmışdır. Bundan sonra 11 fevral 2023-cü il tarixdə Qəbələ rayon Vəndam qəsəbəsində yerləşən Təqsirləndirilən şəxs1 yaşadığı həyətyanı sahəyə və evə təhqiqatçı tərəfindən baxış keçirilmişdir. Həmin baxışda o da iştirak etmişdir. Təqsirləndirilən şəxs1 yaşadığı həyətə və ya evə baxış keçirilməsinə heç bir etirazının olmadığını bildirmişdi. Daha sonra həyətə daxil olmuşlar, ardınca isə həyətdə yerləşən evə daxil olmuşlar. Evdə axtarış aparmışlar. Lakin heç bir qanunsuz vasitə aşkar edilməmişdir. Daha sonra həmin evin yaxınlığında yerləşən Samitin deməsinə görə kirayə verdiyi evə baxış keçirilmişdir. Həmin evdə də heç bir qanunsuz vasitə aşkar edilməmişdir. Daha sonra həyətyanı sahədə yerləşən Samitin toyuq hini adlandırdığı tikilinin içərisində yerdə qoyulmuş kərpicin üzərində göy rəngli sellofan torbaya bükülmüş Təqsirləndirilən şəxs1 sonradan deməsinə görə tərkibində narkotik maddələr olan qurudulmuş marixuana aşkar edilmişdir. Təqsirləndirilən şəxs1 həmin kütləni iyləyərək marixuana olduğunu bildirmiş və dağlıq ərazidən yığaraq əldə etdiyini demişdir. Həmin aşkar edilmiş marixuananı toplamaqda məqsədinin istifadə etmək olduğunu qeyd etmişdir. Həmin büküm tərəzidə çəkildikdə çəkisinin 400-500 qram arada olduğu müəyyən edilmişdir. Marixuanaya bənzər kütlə göy rəngli sellofan zərfin içərisinə qoyulmaqla qablaşdırılıb, üzəri möhürlənmiş və üzərinə müvafiq qeydlər aparılmışdır. Üzəri Təqsirləndirilən şəxs1 tərəfindən imzalanaraq heç bir etirazının olmadığını bildirmişdir. Bununla da Təqsirləndirilən şəxs1 məxsus həyətyanı sahəyə və evinə baxış başa çatdırılmışdır. Baxış zamanı tərəfindən mobil telefondan istifadə edilməklə video və fotoçəkiliş aparılmışdır. Bundan sonra baxış başa çatmışdır. Baxış zamanı Təqsirləndirilən şəxs1 bildirmiş ki, həmin marixuananı dağlıq ərazidə görüb yığmış ki, sonradan istifadə edər. Bundan sonra isə Qəbələ RPŞ-nin inzibati binasında təhqiqatçı Tural Mehdizadənin otağında əlavə digər bir vəkilin iştirakı ilə Təqsirləndirilən şəxs4 üzərinə baxış keçirilməyə başlanmışdır. Təqsirləndirilən şəxs4 hüquq və vəzifələri izah edilmiş və baxış başlanmışdır. Belə ki, şəxsi axtarış zamanı ilk olaraq Təqsirləndirilən şəxs4 şəxsi axtarış və götürmədə iştirak edən şəxslərə hər hansısa etirazının olub-olmaması soruşulmuş və sonuncu heç bir etirazının olmadığını söyləmiş, daha sonra Təqsirləndirilən şəxs4 üzərində narkotik maddə varsa könüllü şəkildə təqdim etməsi təklif edilmiş və o, üzərində narkotik maddə olmadığını bildirmişdir. Şəxsi axtarış və götürmədə şübhəli şəxs Təqsirləndirilən şəxs4 əynində olan qara rəngli üst gödəkçənin və şalvarın ciblərinə baxış keçirilmiş və hər bir cibin boş olması müəyyən edilmişdir. Şalvarın cibindən isə pul aşkar edilmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs4 üst gödəkçəsinin və şalvarının ciblərindən nümunələr götürülmüş və həmin nümunələr, eləcə də pul əskinazı ayrı-ayrılıqda kağız zərflərin içərisinə qoyulmaqla qablaşdırılıb, üzəri möhürlənmiş və zərflərin üzərinə müvafiq qeydlər aparılmışdır. Təqsirləndirilən şəxs4 heç bir etiraz etmədən zərfin üzərinə imza atmış və daha sonra ona sual verilərkən narkotik maddələrdən (marixuana) istifadə etdiyini, narkotik maddələrdən 10 il müddətdir ki, istifadə etdiyini və təxminən 3-4 ay müddətdir ki azaltdığını və uzaq olmaq istədiyini, narkotik maddəni tütünlə qarışdırıb çəkdiyini, lakin heç kimə narkotik maddə satmadığını, belə ki, əvvəllər CMnin 234.2-ci maddəsinə əsasən məhkum edildiyini, sonuncu dəfə xx.xx.2023-cü il tarixdə marixuanadan istifadə etdiyini bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs4 məxsus VAZ2107 markalı **-FM-*** dövlət qeydiyyat nişanlı avtomobilə Qəbələ RPŞ-nin İnzibati ərazisində baxış keçirilmişdir. Həmin baxışda da iştirak etmişdir. Təqsirləndirilən şəxs4 məxsus VAZ2107 markalı **-FM-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilməsinə heç bir etirazının olmadığını bildirmişdir. Təqsirləndirilən şəxs4 məxsus avtomobilə baxış keçirilən zaman avtomobilin sürücü oturacağının alt hissəsindən ağ rəngli kağız bükümdə narkotik vasitəyə bənzər maddə aşkar edilmiş, Təqsirləndirilən şəxs4 bildirmiş ki, həmin narkotik vasitə marixuanadır və özünə məxsus olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs4 bildirmiş ki, həmin narkotik vasitə olan marixuanadan bu gün səhər istifadə edibdir və əməlindən peşmandır. Həmin narkotik vasitə elektron tərəzidə çəkilmiş və çəkisinin təxminən 12 qram olduğu müəyyən edilmişdir. Bununla da Təqsirləndirilən şəxs4 məxsus avtomobilə baxış başa çatdırılmışdır. Baxış zamanı tərəfindən mobil telefondan istifadə edilməklə video və fotoçəkiliş aparılmışdır. Bundan sonra isə 22 fevral 2023-cü il tarixdə saat təxminən 19-20 radələrində Qəbələ RPŞ-nin inzibati binasının 2-ci mərtəbəsində yerləşən müstəntiq İlkin Göyçəlinin xidməti otağına gəlmiş, onunla birlikdə həmin otaqda müstəntiq İlkin Göyçəli, digər əməliyyat müvəkkilləri Babək Mustafazadə, Şahid5, həmçinin Qəbələ RPŞ-nin PPXB-nin əməkdaşları Şahid3 və Şahid4, əlavə olaraq isə müdafiəçi Firidun Osmanov var imiş. Əvvəlcə Təqsirləndirilən şəxs2 və müdafdiəçisinə hüquq və vəzifələri izah edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs2 üzərinə şəxsi axtarış keçirilən zaman əvvəlcə ona əgər üzərində narkotik vasitə, digər cinayət xarakterli və ya digər hər hansı əşyaları könüllü surətdə təqdim etmək təklif edilmişdir. Təqsirləndirilən şəxs2 üzərində yalnız nəşə adlandırdığı narkotik vasitə olduğunu, əlavə olaraq digər cinayət xarakterli əşya olmadığını bildirərək üst gödəkcəsinin iç cibindən üç ədəd kağız bükümdə nəşə adlandırdığı yaşıl rəngli kütləni təqdim etmişdir. Həmin kağız büküm açılaraq içərisinə baxıldıqda orada yaşıl rəngli, qurudulmuş formada olan, narkotik vasitə-qurudulmuş marixuanaya oxşa bitki kütləsinin olduğu müşahidə olunmuşdur. Bundan sonra Təqsirləndirilən şəxs2 üzərində əlavə hər hansı qanunsuz vasitə olub-olmadığı soruşulduqda o, bildirmiş ki, üzərində əlavə hər hansı bir narkotik vasitə və ya psixotrop maddə yoxdur. Buna görə də Təqsirləndirilən şəxs2 üzərinə şəxsi axtarış keçirilən zaman Təqsirləndirilən şəxs2 üzərində olan üst gödəkcənin sağ yan cibindən alışqan və tum olduğu, sol yan cibində isə bir ədəd sellofan bükümdə metamfetaminə bənzər kristal kütlə olduğu aşkar edilmiş, həmçinin Təqsirləndirilən şəxs2 üzərində olan üst gödəkcənin sağ iç cibindən isə bir ədəd falqa aşkar edilmişdir. Təqsirləndirilən şəxs2 həmin kristal kütlənin və falqanın nə olduğu soruşulduqda Təqsirləndirilən şəxs2 həmin kristal kütləsindən və falqadan xəbəri olmadığını bildirmiş və həmin kristal kütlə və falqanı onun cibinə müstəntiq tərəfindən qoyulduğunu iddia etmişdir. Bundan başqa Təqsirləndirilən şəxs2 əynindəki şalvarın cibinə şəxsi axtarış aparılan zaman oradan 100 manat civarında pul əskinazı aşkar edilmişdir. Təqsirləndirilən şəxs2 üzərindən, yəni üst gödəkcəsinin sol iç cibindən 03 ədəd kağız bükümlərdə aşkar edilərək götürülmüş narkotik vasitə-qurudulmuş marixuanaya oxşar bitki kütlələri ayrı-ayrılıqda 01 ədəd kağız zərfin içərisinə qoyulmaqla, sol yan cibindən bir ədəd sellofan bükümdə aşkar edilərək götürülmüş psixotrop maddə-metamfetaminə oxşar kristal kütlə 01 ədəd kağız zərfin içərisinə qoyulmaqla, eləcə də üst gödəkcəsinin sağ iç cibindən aşkar edilərək götürülmüş bir ədəd falqa 01 ədəd kağız zərfin içərisinə qoyulmaqla qablaşdırılıb, üzəri möhürlənmiş və zərflərin üzərinə müvafiq qeydlər aparılmışdır. Zərflərin üzəri imzalanması üçün şübhəli şəxsə, müdafiəçisinə və digər iştirakçılara təqdim edilmişdir. Təqsirləndirilən şəxs2 üzərindən aşkar edilən psixotrop maddə-metamfetaminə oxşar kristal kütlədən və falqadan xəbərinin olmadığını, həmin psixotrop maddə-metamfetaminə oxşar kristal kütləni və falqanı onun cibinə polis əməkdaşının, yəni müstəntiqin qoyduğunu bildirmiş və bunu əsas gətirərək 03 ədəd kağız bükümlərdə aşkar edilərək götürülmüş narkotik vasitəqurudulmuş marixuanaya oxşar bitki kütlələrinin qablaşdırıldığı 01 ədəd kağız zərfin üzərini imzalasa da, sol yan cibindən bir ədəd sellofan bükümdə aşkar edilərək götürülmüş psixotrop maddə-metamfetaminə oxşar kristal kütlənin və falqanın qablaşdırıldığı zərfin üzərini imzalamaqdan imtina etmişdir. Lakin digər iştirakçılar zərfin üzərini imzalamışlar. Təqsirləndirilən şəxs2 izah olunmuş ki, onun bütün qeydləri nəzərə alınmaqla o, ciblərinə polis əməkdaşı, yəni müstəntiq tərəfindən psixotrop maddə-metamfetaminə oxşar kristal kütlə və falqa qoyulması barədə göstərdiyi xüsusatlar iş üzrə istintaqın gedişində araşdırılaraq bütün hallara hüquqi qiymət veriləcəkdir. Bununla da şübhəli şəxs Təqsirləndirilən şəxs2 üzərinə şəxsi axtarış və götürmə aparılması istintaq hərəkəti başa çatdırılmışdır. Şəxsi axtarış və götürmə zamanı “REDMİ” markalı mobil telefondan istifadə edilməklə tərəfindən video və foto çəkilişlər aparılmışdır. Bundan sonra həmin gün saat 21 radələrində Təqsirləndirilən şəxs2 idarə etdiyi VAZ2106 markalı, **-BJ-*** dövlət qeydiyyat nişanlı avtomobilinə müstəntiq tərəfindən baxış keçirilmişdir. Baxış zamanı hər hansı bir qanunsuz vasitə aşkar edilməsə də, avtomobilin salon hissəsindən bir ədəd elektron tərəzi aşkar edilmişdir. Təqsirləndirilən şəxs2 deməsinə görə həmin tərəzini qızıl çəkən zaman istifadə etmişdir. Həmin tərəzi müstəntiq tərəfindən zərfə qoyulmaqla qablaşdırılmışdır. Bununla da şübhəli şəxs Təqsirləndirilən şəxs2 avtomobilinə baxış aparılması istintaq hərəkəti başa çatdırılmışdır. Baxış zamanı “REDMİ” markalı mobil telefondan istifadə edilməklə tərəfindən video və foto çəkilişlər aparılmışdır. Bundan sonra 23 fevral 2023-cü il tarixdə saat təxminən 10 radələrində Qəbələ şəhəri, N.Nərimanov küçəsi ünvanında yerləşən Təqsirləndirilən şəxs2 işlədiyi metal qəbul etmə məntəqəsinə müstəntiq tərəfindən baxış keçirilmişdir. Həmin baxışda o da iştirak etmişdir. Təqsirləndirilən şəxs2 işlədiyi metal qəbul etmə məntəqəsinə baxış keçirilməsinə heç bir etirazının olmadığını bildirmişdir. Daha sonra həmin metal qəbul etmə məntəqəsi Təqsirləndirilən şəxs2 tərəfindən özündə olan açarla açılmış və məntəqəyə daxil olmuşlar. Təqsirləndirilən şəxs2 həmin məntəqədə hər hansı bir qanunsuz vasitə olub-olmadığı soruşulduqda o, bildirmiş ki, məntəqədə narkotik vasitə vardır. Daha sonra Təqsirləndirilən şəxs2 həmin məntəqədən girişdən solda yerləşən stolun alt hissəsində gizlətdiyi 3 bükümdə narkotik vasitəni təqdim etmişdir. Həmin məntəqədən əlavə olaraq hər hansı bir vasitə aşkar edilməmişdir. Marixuanaya bənzər kütlələr zərfin içərisinə qoyulmaqla qablaşdırılıb, üzəri möhürlənmiş və üzərinə müvafiq qeydlər aparılmışdır. Üzəri Təqsirləndirilən şəxs2 tərəfindən imzalanaraq heç bir etirazının olmadığını bildirmişdir. Bununla da Təqsirləndirilən şəxs2 məxsus metal qəbul etmə məntəqəsinə baxış başa çatdırılmışdır. Baxış zamanı tərəfindən mobil telefondan istifadə edilməklə video və fotoçəkiliş aparılmışdır. Baxış zamanı Təqsirləndirilən şəxs2 bildirmiş ki, həmin marixuanaları İsmayıllı rayon ərazisindən naməlum şəraitdə tanımadığı adamdan almışdır.Bundan sonra 23 fevral 2023-cü il tarixdə saat təxminən 10 radələrində Qəbələ şəhəri, N.Nərimanov küçəsi ünvanında yerləşən Təqsirləndirilən şəxs2 məxsus yaşadığı həyətyanı sahəyə və evə baxış keçirilmişdir. Təqsirləndirilən şəxs2 evinə baxış keçirilməsinə heç bir etirazının olmadığını bildirmişdir. Daha sonra həmin evin giriş qapısı Təqsirləndirilən şəxs2 tərəfindən özündə olan açarla açılmış və həyətə, ardınca isə evə daxil olmuşlar. Təqsirləndirilən şəxs2 həmin evdə hər hansı bir qanunsuz vasitə olub-olmadığı soruşulduqda o, bildirmiş ki, evdə bir büküm nəşə vardır. Daha sonra Təqsirləndirilən şəxs2 həmin evin girişinin sol hissəsində yerləşən ayaqqabı rəfinin içərisindəki qutunun içərisində gizlətdiyi bir böyük bükümdə narkotik vasitəni təqdim etmişdir. Həmin evdən əlavə olaraq sadəcə elektron tərəzi və bir ədəd falqa aşkar edilmişdir. Marixuanaya bənzər kütlə, elektron tərəzi və falqa ayrı-ayrı zərflərin içərisinə qoyulmaqla qablaşdırılıb, üzərləri möhürlənmiş və üzərlərinə müvafiq qeydlər aparılmışdır. Üzəri Təqsirləndirilən şəxs2 tərəfindən imzalanaraq heç bir etirazının olmadığını bildirmişdir. Bununla da Təqsirləndirilən şəxs2 məxsus evə baxış başa çatdırılmışdır. Baxış zamanı tərəfindən mobil telefondan istifadə edilməklə video və fotoçəkiliş aparılmışdır. Baxış zamanı Təqsirləndirilən şəxs2 bildirmiş ki, həmin marixuananı da İsmayıllı rayon ərazisindən naməlum şəraitdə tanımadığı adamdan almışdır. Həmin şəxslərə polislər və ya qeyri kimsə tərəfindən heç bir təzyiq edilməmiş, sərbəst olaraq baxışda iştirak edirmişlər, eləcə də narkotik vasitələrin və psixotrop maddənin özlərinə məxsus olduğunu etiraf edirmişlər. Sadəcə olaraq Təqsirləndirilən şəxs2 üzərinə axtarış keçirilən zaman psixotrop maddənin özünə məxsus olmadığını bildirmişdir. Təqsirləndirilən şəxs4 avtomobilinə baxış keçirilən zaman avtomobilinə narkotik vasitənin polis əməkdaşları tərəfindən qoyulduğunu görməmiş, həmçinin Təqsirləndirilən şəxs4 də etiraf etmiş ki, həmin narkotik vasitə özünə məxsus olmaqla həmin günün səhər saatlarında istifadə də etmişdir. Belə ki, həmin gün üç nəfər şəxs şübhəli şəxs qismində tutulmuş və üzərlərinə, eləcə də Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs1 evinə baxış keçirildikdən sonra Təqsirləndirilən şəxs4 avtomobilinə baxış keçirilmişdir. Həmin müddət ərzində onun avtomobilinin qapıları bağlı olmuşdur. Həmin avtomobilə heç kim yaxınlaşmamışdır. Təqsirləndirilən şəxs2 üzərinə şəxsi axtarış keçirilən zaman üzərinə psixotrop maddənin polis əməkdaşları tərəfindən qoyulduğunu görməmiş, həmçinin Qəbələ RPŞ-nin CAB-də olan əməliyyat məlumatlarına əsasən bildirir ki, Təqsirləndirilən şəxs2 psixotrop maddədən həm istifadə edir, həm də satışı ilə məşğul olur. Təqsirləndirilən şəxs1 14 aprel 2023-cü il tarixdə yeni məzmunda yenidən ittiham elan edilərkən tərəfindən ona təzyiq göstərilməsi və onun üzərinə küllli miqdarda narkotik vasitə qoyulacağı barədə hədələməsi, eləcə də ona narkotik vasitəni yığdığı yeri Qəbələ rayon Nohurqışlaq-Vəndam yolunun sol hissəsindəki yeri göstərməsini bildirməsi, eləcə də Qəbələ RPŞ-nin rəis müavini Ceyhun Qurbanov adlı polis əməkdaşı Təqsirləndirilən şəxs1 vurması kimi sonuncunun ifadəsində göstərdiyi xüsusatlar Təqsirləndirilən şəxs1 məsuliyyətdən yaxa qurtarmaq üçün verdiyi özünün müdafiəsi üçün gətirdiyi xususatlardır. Təqsirləndirilən şəxs1la bu mövzuda söhbət etməmişdir. Bunlar tamamilə yalandır. Təqsirləndirilən şəxs1 heç kim heç bir fiziki zor tətbiq etməmişdir. Eləcə də ona heç kim təzyiq göstərməmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid6 və Şahid7 digər Şahid1 ilə eyni məzmunlu ifadə verərək onun göstərdiklərini təsdiq etmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində bildirmişdir ki, 23 fevral 2023-cü il tarixdə saat təxminən 10 radələrində Qəbələ şəhəri, N.Nərimanov küçəsi ünvanında yerləşən Təqsirləndirilən şəxs2 işlədiyi metal qəbul etmə məntəqəsinə müstəntiq tərəfindən baxış keçirilmişdir. Həmin baxışda o da iştirak etmişdir. Təqsirləndirilən şəxs2 işlədiyi metal qəbul etmə məntəqəsinə baxış keçirilməsinə heç bir etirazının olmadığını bildirmişdir. Daha sonra həmin metal qəbul etmə məntəqəsi Təqsirləndirilən şəxs2 tərəfindən özündə olan açarla açılmış və məntəqəyə daxil olmuşlar. Təqsirləndirilən şəxs2 həmin məntəqədə hər hansı bir qanunsuz vasitə olub-olmadığı soruşulduqda o, bildirdi ki, məntəqədə narkotik vasitə vardır. Daha sonra Təqsirləndirilən şəxs2 həmin məntəqədən girişdən solda yerləşən stolun alt hissəsində gizlətdiyi 3 bükümdə narkotik vasitəni təqdim etmişdir. Müstəntiq həmin yerə təkrar baxış keçirmiş, lakin heç nə aşkar edilməmişdir. Həmin məntəqədən əlavə olaraq hər hansı bir vasitə aşkar edilməmişdir. Marixuanaya bənzər kütlələr zərfin içərisinə qoyulmaqla qablaşdırılmış, üzəri möhürlənmiş və üzərinə müvafiq qeydlər aparılmışdır. Üzəri Təqsirləndirilən şəxs2 tərəfindən imzalanaraq heç bir etirazının olmadığını bildirmişdir. Bununla da Təqsirləndirilən şəxs2 məxsus metal qəbul etmə məntəqəsinə baxış başa çatdırılmışdır. Baxış zamanı tərəfindən mobil telefondan istifadə edilməklə video və fotoçəkiliş aparılmışdır. Baxış zamanı Təqsirləndirilən şəxs2 bildirmiş ki, həmin marixuanalar İsmayıllı rayon ərazisindən naməlum şəraitdə tanımadığı adamdan almışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində bildirmişdir ki, 22 fevral 2023-cü il tarixdə saat təxminən 19-20 radələrində Qəbələ RPŞ-nin inzibati binasının 2-ci mərtəbəsində yerləşən müstəntiq İlkin Göyçəlinin xidməti otağına gəlmiş, onunla birlikdə həmin otaqda müstəntiq İlkin Göyçəli, əməliyyat müvəkkilləri Babək Mustafazadə, Şahid5, həmçinin Qəbələ RPŞ-nin PPXB-nin əməkdaşı Şahid4 və baş əməliyyat müvəkkili Şahid1, əlavə olaraq isə müdafiəçi Firidun Osmanov orada olmuşdur. Əvvəlcə Təqsirləndirilən şəxs2 və müdafdiəçisinə hüquq və vəzifələri izah edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs2 üzərinə şəxsi axtarış keçirilən zaman əvvəlcə ona əgər üzərində narkotik vasitə, digər cinayət xarakterli və ya digər hər hansı əşyaları könüllü surətdə təqdim etmək təklif edilmişdir. Təqsirləndirilən şəxs2 üzərində yalnız nəşə adlandırdığı narkotik vasitə olduğunu, əlavə olaraq digər cinayət xarakterli əşya olmadığını bildirərək üst gödəkcəsinin iç cibindən üç ədəd kağız bükümdə nəşə adlandırdığı yaşıl rəngli kütləni təqdim etmişdir. Həmin kağız büküm açılaraq içərisinə baxıldıqda orada yaşıl rəngli, qurudulmuş formada olan, narkotik vasitə-qurudulmuş marixuanaya oxşa bitki kütləsinin olduğu müşahidə olunmuşdur. Bundan sonra Təqsirləndirilən şəxs2 üzərində əlavə hər hansı qanunsuz vasitə olub-olmadığı soruşulduqda o, bildirmiş ki, üzərində əlavə hər hansı bir narkotik vasitə və ya psixotrop maddə yoxdur. Buna görə də Təqsirləndirilən şəxs2 üzərinə şəxsi axtarış keçirilən zaman Təqsirləndirilən şəxs2 üzərində olan üst gödəkcənin sağ yan cibindən alışqan və tum olduğu, sol yan cibində isə bir ədəd sellofan bükümdə metamfetaminə bənzər kristal kütlə olduğu aşkar edilmiş, həmçinin Təqsirləndirilən şəxs2 üzərində olan üst gödəkcənin sağ iç cibindən isə bir ədəd falqa aşkar edilmişdir. Təqsirləndirilən şəxs2 həmin kristal kütlənin və falqanın nə olduğu soruşulduqda Təqsirləndirilən şəxs2 həmin kristal kütləsindən və falqadan xəbəri olmadığını bildirmiş və həmin kristal kütlə və falqanı onun cibinə müstəntiq tərəfindən qoyulduğunu iddia etmişdir. Bundan başqa Təqsirləndirilən şəxs2 əynindəki şalvarın cibinə şəxsi axtarış aparılan zaman oradan 100 manat civarında pul əskinazı aşkar edilmişdir. Təqsirləndirilən şəxs2 üzərindən, yəni üst gödəkcəsinin sol iç cibindən 03 ədəd kağız bükümlərdə aşkar edilərək götürülmüş narkotik vasitə-qurudulmuş marixuanaya oxşar bitki kütlələri ayrı-ayrılıqda 01 ədəd kağız zərfin içərisinə qoyulmaqla, sol yan cibindən bir ədəd sellofan bükümdə aşkar edilərək götürülmüş psixotrop maddə-metamfetaminə oxşar kristal kütlə 01 ədəd kağız zərfin içərisinə qoyulmaqla, eləcə də üst gödəkcəsinin sağ iç cibindən aşkar edilərək götürülmüş bir ədəd falqa 01 ədəd kağız zərfin içərisinə qoyulmaqla qablaşdırılıb, üzəri möhürlənmiş və zərflərin üzərinə müvafiq qeydlər aparılmışdır. Zərflərin üzəri imzalanması üçün şübhəli şəxsə, müdafiəçisinə və digər iştirakçılara təqdim edilmişdir. Təqsirləndirilən şəxs2 üzərindən aşkar edilən psixotrop maddəmetamfetaminə oxşar kristal kütlədən və falqadan xəbərinin olmadığını, həmin psixotrop maddə-metamfetaminə oxşar kristal kütləni və falqanı onun cibinə polis əməkdaşının, yəni onun qoyduğunu bildirmiş və bunu əsas gətirərək 03 ədəd kağız bükümlərdə aşkar edilərək götürülmüş narkotik vasitə-qurudulmuş marixuanaya oxşar bitki kütlələrinin qablaşdırıldığı 01 ədəd kağız zərfin üzərinə imzalasa da, sol yan cibindən bir ədəd sellofan bükümdə aşkar edilərək götürülmüş psixotrop maddə-metamfetaminə oxşar kristal kütlənin və falqanın qablaşdırıldığı zərfin üzərini imzalamaqdan imtina etmişdir. Lakin digər iştirakçılar zərfin üzərini imzaladılar. Təqsirləndirilən şəxs2 izah olundu ki, onun bütün qeydləri nəzərə alınmaqla o, ciblərinə polis əməkdaşı, yəni müstəntiq tərəfindən psixotrop maddə-metamfetaminə oxşar kristal kütlə və falqa qoyulması barədə göstərdiyi xüsusatlar iş üzrə istintaqın gedişində araşdırılaraq bütün hallara hüquqi qiymət veriləcəkdir. Bununla da şübhəli şəxs Təqsirləndirilən şəxs2 üzərinə şəxsi axtarış və götürmə aparılması istintaq hərəkəti başa çatdırılmışdır. Şəxsi axtarış və götürmə zamanı “REDMİ” markalı mobil telefondan istifadə edilməklə baş əməliyyat müvəkkili Şahid1 tərəfindən video və foto çəkilişlər aparılmışdır. Bundan sonra həmin gün saat 21 radələrində Təqsirləndirilən şəxs2 idarə etdiyi VAZ2106 markalı, **-BJ-*** dövlət qeydiyyat nişanlı avtomobilinə müstəntiq tərəfindən baxış keçirilmişdir. Baxış zamanı hər hansı bir qanunsuz vasitə aşkar edilməsə də, avtomobilin salon hissəsindən bir ədəd elektron tərəzi aşkar edilmişdir. Pəriz Əzimovun deməsinə görə həmin tərəzini qızıl çəkən zaman istifadə etmişdir. Həmin tərəzi müstəntiq tərəfindən zərfə qoyulmaqla qablaşdırılmışdır. Bununla da şübhəli şəxs Təqsirləndirilən şəxs2 avtomobilinə baxış aparılması istintaq hərəkəti başa çatdırılmışdır. Baxış zamanı “REDMİ” markalı mobil telefondan istifadə edilməklə baş əməliyyat müvəkkili Şahid1 tərəfindən video və foto çəkilişlər aparılmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində bildirmişdir ki, 11 fevral 2023-cü il tarixdə saat təxminən 15 radələrində Qəbələ RPŞ-nin əməkdaşları ilə birlikdə daxil olmuş əməliyyat məlumatı əsasında Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs4 Qəbələ şəhəri 28 may küçəsi ərazisində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli bildiyikləri üçün Qəbələ şəhəri ərazisində saxlayaraq Qəbələ RPŞ-yə gətirib təhqiqatçıya təhvil vermişlər. Eləcə də Təqsirləndirilən şəxs4 məxsus VAZ2107 markalı, ** FM *** dövlət qeydiyyat nişanlı avtomobili Qəbələ RPŞ-nə gətirmişlər. O, sadəcə olaraq Təqsirləndirilən şəxs4 üzərinə şəxsi axtarış və götürmə aparılan zaman, eləcə də Təqsirləndirilən şəxs4 məxsus avtomobilə baxış keçirilən zaman iştirak etmişdir. Belə ki, Qəbələ RPŞ-nin inzibati binasında təhqiqatçı Tural Mehdizadənin otağında əlavə digər bir vəkilin iştirakı ilə Təqsirləndirilən şəxs4 üzərinə baxış keçirilməyə başlanmışdır. Təqsirləndirilən şəxs4 hüquq və vəzifələri izah edilmiş və baxış başlanmışdır. Belə ki, şəxsi axtarış zamanı ilk olaraq Təqsirləndirilən şəxs4 şəxsi axtarış və götürmədə iştirak edən şəxslərə hər hansısa etirazının var olub-olmaması soruşulmuş və sonuncu heç bir etirazının olmadığını söyləmiş, daha sonra Təqsirləndirilən şəxs4 üzərində narkotik maddə varsa könüllü şəkildə təqdim etməsi təklif edilmiş və o üzərində narkotik maddə olmadığını bildirmişdir. Şəxsi axtarış və götürmədə şübhəli şəxs Təqsirləndirilən şəxs4 əynində olan qara rəngli üst gödəkçənin və şalvarın ciblərinə baxış keçirilmiş və hər bir cibin boş olması müəyyən edilmiş, şalvarın cibindən isə pul aşkar edilmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs4 üst gödəkçəsinin və şalvarının ciblərindən nümunələr götürülmüş və həmin nümunələr, eləcə də pul əskinazı ayrı-ayrılıqda kağız zərflərin içərisinə qoyulmaqla qablaşdırılıb, üzəri möhürlənmiş və zərflərin üzərinə müvafiq qeydlər aparılmışdır. Təqsirləndirilən şəxs4 heç bir etiraz etmədən zərfin üzərinə imza atmış və daha sonra ona sual verilərkən narkotik maddələrdən (marixuana) istifadə etdiyini, narkotik maddələrdən 10 il müddətdir istifadə etdiyini və təxminən 3-4 ay müddətdir ki azaltdığını və uzaq olmaq istədiyini, narkotik maddəni tütünlə qarışdırıb çəkdiyini, lakin heç kimə narkotik maddə satmadığını, belə ki əvvəllər CM-nin 234.2-ci maddəsinə əsasən məhkum edildiyini, sonuncu dəfə xx.xx.2023-cü il tarixdə marixuanadan istifadə etdiyini bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs4 məxsus VAZ2107 markalı **-FM-*** dövlət qeydiyyat nişanlı avtomobilə Qəbələ RPŞ-nin İnzibati ərazisində baxış keçirilmişdir. Həmin baxışda o da iştirak etmişdir. Təqsirləndirilən şəxs4 VAZ2107 markalı **-FM-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilməsinə heç bir etirazının olmadığını bildirmişdir. Təqsirləndirilən şəxs4 məxsus avtomobilə baxış keçirilən zaman avtomobilin sürücü oturacağının alt hissəsindən ağ rəngli kağız bükümdə narkotik vasitəyə bənzər maddə aşkar edilmiş, Təqsirləndirilən şəxs4 bildirmiş ki, həmin narkotik vasitə marixuanadır və özünə məxsus olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs4 həmin narkotik vasitə olan marixuanadan həmin gün səhər istifadə etdiyini bildirmişdir. Həmin narkotik vasitə elektron tərəzidə çəkilmiş və çəkisinin təxminən 12 qram olduğu müəyyən edilmişdir. Bununla da Təqsirləndirilən şəxs4 məxsus avtomobilə baxış başa çatdırılmışdır. Baxış zamanı tərəfindən mobil telefondan istifadə edilməklə video və fotoçəkiliş aparılmışdır. Bundan sonra baxış başa çatmışdır. Bundan sonra isə 22 fevral 2023-cü il tarixdə saat təxminən 19-20 radələrində Qəbələ RPŞ-nin inzibati binasının 2-ci mərtəbəsində yerləşən müstəntiq İlkin Göyçəlinin xidməti otağına gəlmiş, onunla birlikdə həmin otaqda müstəntiq İlkin Göyçəli, digər əməliyyat müvəkkilləri Babək Mustafazadə, Şahid5, həmçinin Qəbələ RPŞ-nin PPXB-nin əməkdaşı Şahid3 və baş əməliyyat müvəkkili Şahid1, əlavə olaraq isə müdafiəçi Firidun Osmanov orada olmuşdur. Əvvəlcə Təqsirləndirilən şəxs2 və müdafiəçisinə hüquq və vəzifələri izah edilmişdur. Bundan sonra Təqsirləndirilən şəxs2 üzərinə şəxsi axtarış keçirilən zaman əvvəlcə ona əgər üzərində narkotik vasitə, digər cinayət xarakterli və ya digər hər hansı əşyaları könüllü surətdə təqdim etmək təklif edilmişdir. Təqsirləndirilən şəxs2 üzərində yalnız nəşə adlandırdığı narkotik vasitə olduğunu, əlavə olaraq digər cinayət xarakterli əşya olmadığını bildirərək üst gödəkcəsinin iç cibindən üç ədəd kağız bükümdə nəşə adlandırdığı yaşıl rəngli kütləni təqdim etmişdir. Həmin kağız büküm açılaraq içərisinə baxıldıqda orada yaşıl rəngli, qurudulmuş formada olan, narkotik vasitə-qurudulmuş marixuanaya oxşa bitki kütləsinin olduğu müşahidə olunmuşdur. Bundan sonra Təqsirləndirilən şəxs2 üzərində əlavə hər hansı qanunsuz vasitə olub-olmadığı soruşulduqda o, bildirmiş ki, üzərində əlavə hər hansı bir narkotik vasitə və ya psixotrop maddə yoxdur. Buna görə də Təqsirləndirilən şəxs2 üzərinə şəxsi axtarış keçirilən zaman Təqsirləndirilən şəxs2 üzərində olan üst gödəkcənin sağ yan cibindən alışqan və tum olduğu, sol yan cibində isə bir ədəd sellofan bükümdə metamfetaminə bənzər kristal kütlə olduğu aşkar edilmiş, həmçinin Təqsirləndirilən şəxs2 üzərində olan üst gödəkcənin sağ iç cibindən isə bir ədəd falqa aşkar edilmişdir. Təqsirləndirilən şəxs2 həmin kristal kütlənin və falqanın nə olduğu soruşulduqda Təqsirləndirilən şəxs2 həmin kristal kütləsindən və falqadan xəbəri olmadığını bildirmiş və həmin kristal kütlə və falqanı onun cibinə müstəntiq tərəfindən qoyulduğunu iddia emişdir. Bundan başqa Təqsirləndirilən şəxs2 əynindəki şalvarın cibinə şəxsi axtarış aparılan zaman oradan 100 manat civarında pul əskinazı aşkar edilmişdir. Təqsirləndirilən şəxs2 üzərindən, yəni üst gödəkcəsinin sol iç cibindən 03 ədəd kağız bükümlərdə aşkar edilərək götürülmüş narkotik vasitə-qurudulmuş marixuanaya oxşar bitki kütlələri ayrı-ayrılıqda 01 ədəd kağız zərfin içərisinə qoyulmaqla, sol yan cibindən bir ədəd sellofan bükümdə aşkar edilərək götürülmüş psixotrop maddəmetamfetaminə oxşar kristal kütlə 01 ədəd kağız zərfin içərisinə qoyulmaqla, eləcə də üst gödəkcəsinin sağ iç cibindən aşkar edilərək götürülmüş bir ədəd falqa 01 ədəd kağız zərfin içərisinə qoyulmaqla qablaşdırılıb, üzəri möhürlənmiş və zərflərin üzərinə müvafiq qeydlər aparılmışdır. Zərflərin üzəri imzalanması üçün şübhəli şəxsə, müdafiəçisinə və digər iştirakçılara təqdim edilmişdir. Təqsirləndirilən şəxs2 üzərindən aşkar edilən psixotrop maddəmetamfetaminə oxşar kristal kütlədən və falqadan xəbərinin olmadığını, həmin psixotrop maddə-metamfetaminə oxşar kristal kütləni və falqanı onun cibinə polis əməkdaşının, yəni onun qoyduğunu bildirmiş və bunu əsas gətirərək 03 ədəd kağız bükümlərdə aşkar edilərək götürülmüş narkotik vasitə-qurudulmuş marixuanaya oxşar bitki kütlələrinin qablaşdırıldığı 01 ədəd kağız zərfin üzərinə imzalasa da, sol yan cibindən bir ədəd sellofan bükümdə aşkar edilərək götürülmüş psixotrop maddə-metamfetaminə oxşar kristal kütlənin və falqanın qablaşdırıldığı zərfin üzərini imzalamaqdan imtina etmişdir. Lakin digər iştirakçılar zərfin üzərini imzalamışlar. Təqsirləndirilən şəxs2 izah olunmuş ki, onun bütün qeydləri nəzərə alınmaqla o, ciblərinə polis əməkdaşı, yəni müstəntiq tərəfimdən psixotrop maddə-metamfetaminə oxşar kristal kütlə və falqa qoyulması barədə göstərdiyi xüsusatlar iş üzrə istintaqın gedişində araşdırılaraq bütün hallara hüquqi qiymət veriləcəkdir. Bununla da şübhəli şəxs Təqsirləndirilən şəxs2 üzərinə şəxsi axtarış və götürmə aparılması istintaq hərəkəti başa çatdırılmışdır. Şəxsi axtarış və götürmə zamanı “REDMİ” markalı mobil telefondan istifadə edilməklə baş əməliyyat müvəkkili Şahid1 tərəfindən video və foto çəkilişlər aparılmışdır. Bundan sonra həmin gün saat 21 radələrində Təqsirləndirilən şəxs2 idarə etdiyi VAZ2106 markalı, **-BJ-*** dövlət qeydiyyat nişanlı avtomobilinə müstəntiq tərəfindən baxış keçirilmişdir. Baxış zamanı hər hansı bir qanunsuz vasitə aşkar edilməsə də, avtomobilin salon hissəsindən bir ədəd elektron tərəzi aşkar edilmişdir. Pəriz Əzimovun deməsinə görə həmin tərəzini qızıl çəkən zaman istifadə etmişdir. Həmin tərəzi müstəntiq tərəfindən zərfə qoyulmaqla qablaşdırılmışdır. Bununla da şübhəli şəxs Təqsirləndirilən şəxs2 avtomobilinə baxış aparılması istintaq hərəkəti başa çatdırılmışdır. Baxış zamanı “REDMİ” markalı mobil telefondan istifadə edilməklə baş əməliyyat müvəkkili Şahid1 tərəfindən video və foto çəkilişlər aparılmışdır. Bundan sonra 23 fevral 2023-cü il tarixdə saat təxminən 10 radələrində Qəbələ şəhəri, N.Nərimanov küçəsi ünvanında yerləşən Təqsirləndirilən şəxs2 işlədiyi metal qəbul etmə məntəqəsinə müstəntiq tərəfindən baxış keçirilmişdir. Həmin baxışda o da iştirak etmişdir. Təqsirləndirilən şəxs2 işlədiyi metal qəbul etmə məntəqəsinə baxış keçirilməsinə heç bir etirazının olmadığını bildirmişdir. Daha sonra həmin metal qəbul etmə məntəqəsi Təqsirləndirilən şəxs2 tərəfindən özündə olan açarla açılmış və məntəqəyə daxil olmuşlar. Təqsirləndirilən şəxs2 həmin məntəqədə hər hansı bir qanunsuz vasitə olub-olmadığı soruşulduqda o bildmiş ki, məntəqədə narkotik vasitə vardır. Daha sonra Təqsirləndirilən şəxs2 həmin məntəqədən girişdən solda vyerləşən stolun alt hissəsində gizlətdiyi 3 bükümdə narkotik vasitəni təqdim etmişdir. Həmin məntəqədən əlavə olaraq hər hansı bir vasitə aşkar edilməmişdir. Marixuanaya bənzər kütlələr zərfin içərisinə qoyulmaqla qablaşdırılıb, üzəri möhürlənmiş və üzərinə müvafiq qeydlər aparılmışdır. Üzəri Təqsirləndirilən şəxs2 tərəfindən imzalanaraq heç bir etirazının olmadığını bildirmişdir. Bununla da Təqsirləndirilən şəxs2 məxsus metal qəbul etmə məntəqəsinə baxış başa çatdırılmışdır. Məhkəmədə şahid qismində dindirilmiş Şahid5 digər Şahid4 ilə eyni məzmunlu ifadə verərək onun göstərdiklərini təsdiq etmişdir. Məhkəmə iclasında əlavə şahid qismində dindirilmiş X8 ifadəsində bildirmişdir ki, Qəbələ rayon Vəndam qəsəbəsində qeydiyyatdadır və orada ailəsi ilə birlikdə yaşayır. Təqsirləndirilən şəxs1 onun əridir. 16 ildir ki, evlidirlər, evli olduqları müddət ərzində əri Təqsirləndirilən şəxs1 narkotik vasitə hesab edilən marixuanadan istifadə etmişdir. Lakin Samit narkotik vasitədən istifadə etdiyinə görə və əvvəllər də məhkumluq həyatı yaşadığına görə polislər tərəfindən ona qarşı tez-tez böhtanlar atılmaqdadır. Üzərində narkotik vasitə olmasın Samit özü də etiraf etmişdir. Lakin evlərinə keçirilmiş baxışla razı deyildir və onların hinlərində narkotik vasitə olmamışdır. Belə ki, Qəbələ rayon Polis şöbəsinin əməkdaşları onların evlərində baxışı gündüz etmək əvəzinə axsam saatlarında gəlmişlər. Xeyli sayda polis əməkdaşları həyətlərinə daxil olaraq evdə axtarışa başlamışlar. Lakin axtarışı üzdən edərək özlərinin hinə qoyduğu narkotik vasitəni guya oradan tapmışlar. Qəbələ rayon Polis şöbəsinin rəis müavini Ceyhun adlı şəxsin göstərişi ilə narkotik vasitə hinə qoyulmuşdur. Nədənsə evlərdə axtarış 5-10 dəqiqə davam eləmiş, hətta həyətdəki köhnə evin 2-ci mərtəbəsinə ümumiyyətlə baxış keçirilməmişdir. Bu da onu göstərir ki, əvvəldən özlərinin qoyduğu narkotik vasitəsini tez bir zamanda hindən çıxartmışlar. Həmçinin həyat yoldaşı Samit Qəbələ rayon Polis şöbəsində dəfələrdə döyülmüşdür. Bununla bağlı Qəbələ rayon prokurorluğuna şikayət etsə də, araşdırılma aparılmamışdır. Ceyhun adlı polis müavini onu Polis şöbəsindən qovaraq çıxartmışdır. Nəticədə əsassız olaraq Təqsirləndirilən şəxs1 CM-nin 234.2-ci maddəsi ilə cinayət işi açılmışdır. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının CM-nin 234.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının CM-nin 234.1 və 234.2-ci maddələrində nəzərdə tutulmuş cinayət əməlini, Təqsirləndirilən şəxs4 Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini və Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmələri onların ibtidai istintaq zamanı verdikləri ifadələrlə, şahidlərin ifadəsi, iş materialları və aşağıda göstərilən digər sübutlarlada təsdiq edilir. Belə ki, Təqsirləndirilən şəxs1 ibtidai istintaq zamanı 12 fevral 2023-cü il tarixdə verdiyi ifadəsində ona elan olunmuş ittiham üzrə özünü AR CM-nin 234.2-ci maddəsi ilə təqsirli bilmiş və göstərmişdir ki, Qəbələ rayonu Vəndam qəsəbəsində anadan olaraq həmin ünvanda yaşayır. 11 fevral 2023-cü il tarixdə Qəbələ şəhər mərkəzində olduğu zaman ona Qəbələ rayon polis şöbəsinin əməkdaşları yaxınlaşaraq narkotik maddələrin qanunsuz dövriyyəsinə şübhəli olduğunu bildirərək üzərinə axtarış keçirilməsi üçün Qəbələ rayon polis şöbəsinə dəvət etmişlər və o da könüllü razılıq əsasında Qəbələ RPŞ-nə gəlmişdir. Qəbələ RPŞ-də üzərinə axtarış keçirilən zamanı üzərindəki tünd yaşıl rəngli qış gödəkçəsinin sağ yan cibindən aşkar edilən kağız bükümdəki maddələr marixuanadır və həmin bükümlərin içərisindəki narkotik maddə olan marixuananı siqaret kötüyünün içərisini boşaldaraq doldurub, eləcə də ayrıca rızla adı ilə bilinən kağıza dolduraraq çəkir. Narkotik maddələrdən təxminən 3 ay müddətdir ki, istifadə edir, hətta narkotik maddələrdən istifadədən imtina etmək məqsədi ilə müalicə də olmuşdur. Təqsirləndirilən şəxs3 Qəbələ şəhər sakini Təqsirləndirilən şəxs4 idarə etdiyi VAZ 2107 markalı avtomobildə olduqları zaman 2 kibrit qutusu narkotik maddə olan marixuana vermiş və əvəzində Təqsirləndirilən şəxs3 onun avtomobilinin təmirinə maddi köməklik edəcəkmiş. Əvvəllər isə narkotik maddə alqı-satqısını icra etməmişdir. Fərdi yaşayış həyətinə baxış keçirilən zamanı toyuq evindən aşkar edilmiş göy rəngli sellofan torbaya yerləşdirilmiş ağ rəngli sellofan torbadakı büküm özünə məxsusdur, içərisindəki qurudulmuş narkotik maddə olan marixuanadır və həmin marixuananı dağlıq ərazidən yığmışdır. Özü həmin narkotik maddədən istifadə edir. Üzərindəki qış gödəkçəsinin sağ yan cibindən aşkar edilən narkotik maddə olan marixuana kütlələri ayrı-ayrı standart bükümlərə qablaşdırmanı həmin formada ona görə etmiş ki, fərdi istifadəsi üçün asan olsun. Həmin narkotik vasitəni Vəndam qəsəbəsi ərazisində yerləşən dağlıq ərazilərdən yığaraq əldə etmişdir. Narkotik vasitəni satmaq üçün əldə etməmiş, heç kimdən narkotik vasitə almamışdır. Etdiyi əməldən peşmandır, gələcəkdə bu cür hallara yol verməyəcəyinə söz verir. Göründüyü kimi Təqsirləndirilən şəxs1 ibtidai istintaq zamanı şübhəli və təqsirləndirilən şəxs qismində verdiyi ifadələr məhkəmə baxışında elan edilərək tədqiq edilmişdir. Həmin ifadələrdən gürünür ki, Təqsirləndirilən şəxs1 qeyd olunan narkotik vasitələrin ona aid olduğunu, həmin narkotik vasitələri Vəndam qəsəbəsi ərazisində yerləşən dağlıq ərazilərdən yığdığını, həmçinin Təqsirləndirilən şəxs3 Qəbələ şəhər sakini Təqsirləndirilən şəxs4 idarə etdiyi VAZ 2107 markalı avtomobildə olduqları zaman 2 kibrit qutusu narkotik maddə olan marixuananı avtomobilinin təmirinə maddi köməklik etməsi müqabilində verdiyini bildirmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 ibtidai istintaqda verdiyi ifadələr sərbəst ifadələrdir, həmin ifadələri hər hansı fiziki və ya psixi təsir altında verməmişdir, ona görə də həmin ifadələrin mötəbərliyini şübhə altına alan hallar müəyyən edilmədiyinə görə sübut növü kimi qəbul edilməli və məhkəmə istintaqında təqdiq olunan bütün sübutların məcmusu ilə birlikdə qiymətləndirilməlidir. Eyni zamanda işdə olan Qəbələ Rayon Məhkəməsinin 4(025)-2/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs1 barəsində "xxxx" qətimkan tədbirinin seçilməsinə dair prokurorun təqdimatına baxıldığı zaman məhkəmə baxışında o, özünün təqsirli olduğunu qismən etiraf etmiş və polis əməkdaşları tərəfindən işgəncələrə məruz qalmadığını bildirmişdir. Bundan əlavə Təqsirləndirilən şəxs3 ibtidai istintaq zamanı 11 fevral 2023-cü il tarixdə, 12 fevral 2023-cü il tarixdə və 14 aprel 2023-cü il tarixdə verdiyi ifadələrində ona elan olunmuş ittiham üzrə özünü AR CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilmiş və göstərmişdir ki, 11 fevral 2023-cü il tarixdə əvvəlcədən tanıdığı Təqsirləndirilən şəxs1 günorta saatlarında ona zəng edərək Qəbələ şəhəri, Heydər Əliyev propekti ünvanında yerləşən Qəbələ Ticarət Mərkəzinin qarşısına çağırmışdır. Samitin dediyi ünvana çatdıqda Qəbələ şəhər sakini Təqsirləndirilən şəxs4 idarə etdiyi VAZ 2107 markalı avtomobilin ön sağ oturacağında Təqsirləndirilən şəxs1 əyləşdiyini görmüşdür. Samit ona səslənərək maşına oturmasını bildirmiş, həmin avtomobilin sağ arxa oturacağında oturmuş, həmin vaxt ona məlum olmuş ki, sükan arxasında olan şəxs Turaldır, Turalı əvvəlcədən Qəbələ şəhər sakini kimi tanımışdır. Samitlə söhbət edərək nəşə istəmiş, Samit ona bildirmiş ki, bir iri bükümdə olan nəşəni cəmi 110 manat pula satır, o da həmin iri bükümdə olan nəşəni almaq istədiyini bildirmiş, lakin Samitə bildirmiş ki, əvəzində onun avtomobilinin 110 manatlıq hissəsini təmir etdirəcək və təmirinə köməklik edəcək. Bu mövzuda söhbət etdikdən sonra Samit ona həmin iri kağız bükümdə olan nəşəni vermiş, Samitə bildirmiş ki, pulunu iki-üç gün ərzində verəcək, ya da onun avtomobilini təmirinə köməklik edəcək. Belə ki, tutulmazdan 2-3 gün əvvəl ona Təqsirləndirilən şəxs1 zəng edərək İsmayıllı rayonu ərazisində restoranda olduğunu, içkili olduğunu bildirib onu İsmayıllı rayonu ilə Qəbələ rayonunun arasında olan adını xatırlamadığı restoranların birinə çağırmış ki, onun avtomobilini idarə edib Qəbələ şəhərinə gətirsin. Belə olub həmin gün saat təxminən 21 radələrində Qəbələ şəhərindən tək şəkildə taksi ilə Təqsirləndirilən şəxs1 dediyi ünvana getmişdir. Ora çatdıqda Samitin lizinlqlə günü 25 manat pul müqabilində sürmə etibarnaməsi ilə idarə etdiyi Opel markalı dövlət nömrə nişanını xatırlamadığı avtomobilin qabaq sağ sərinişin oturağında əyləşdiyini görmüşdür. Hiss olunurmuş ki, Təqsirləndirilən şəxs1 sərxoş vəziyyətdədir. Belə olub həmin Opel markalı avtomobilin sürücü oturacağında oturmuş və birlikdə Qəbələ şəhəri istiqamətində hərəkət etməyə başlamışlar. Yol qar və buzla örtülü vəziyyətdə imiş. Təxminən 1 kilometr məsafə qət etmiş ki, yol buzlu olduğundan avtomobil sürüşərək yoldan çıxmış və yolun kənarında olan qum topasına çırpılmışdır. Həmin vaxt Samit bildirmiş ki, avtomobil özünə məxsus olduğundan və hər hansı bir əmlaka maddi ziyan yetirmədiyindən yol polis əməkdaşının gəlməsinə lüzum yoxdur. Həmin yerə heç bir yol patrul əməkdaşı da gəlməmişdir. Avtomobili də tanımadığı evakuatorla gətirib təmir etdirmək üçün Qəbələ şəhərində yerləşən əvvəllər tanıdığı Vüsal adlı şəxsin sexinə düşürmüşlər. Sonradan isə eşitdiyinə görə avtomobil lizinqlə olduğu üçün həmin avtomobilin sahibi tanımadığı şəxs gəlib Opel markalı, 99-**-345 dövlət qeydiyyat nişanlı minik avtomobilini Bakı şəhərinə tutulduqdan sonra aparmışdır. Beləliklə Samitin ona satdığı yuxarıda qeyd etdiyi kimi iri bükümdə olan nəşəni götürüb əynində olan qırmızı rəngli gödəkçənin sağ cibinə qoyub maşından düşmüşdür. Daha sonra yaşadığı ünvana getdiyi zaman Qəbələ Ticarət Mərkəzinin qarşısında ona Qəbələ rayon polis şöbəsinin əməkdaşları yaxınlaşmışlar və onun narkotik maddələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirərək üzərinə axtarış keçirilməli olduğunu bildirərək rayon polis şöbəsinə dəvət etmişlər və o da könüllü razılığı əsasında polis əməkdaşları ilə birgə Qəbələ RPŞ-yə gəlmişdir. Qəbələ RPŞ-yə gəldiyi zaman üzərindəki qırmızı rəngli qış gödəkçəsinin sağ yan cibindən Vəndam qəsəbə sakini Təqsirləndirilən şəxs1 110 manata razılaşaraq aldığı iri bükümdə olan narkotik maddə olan marixuananı, həmçinin 3- 4 gün qabaq Samitdən xatırlamadığı yerdə və tarixdə tanışlıq münasibətlərindən irəli gələrək heç bir maraq olmadan götürdüyü balaca bükümdə narkotik maddə olan marixuananı və təxminən 1 ay əvvəl Qəbələ şəhər sakini Pərviz adlı şəxsdən 30 manat pul müqabilində aldığı el arasında patı kimi tanınan psixotrop maddə, metamfetamin polis əməkdaşları tərəfindən aşkar edilərək götürülmüşdür. Bu dəfəki alqı-satqıdan əvvəllər də Vəndam qəsəbə sakini Samitdən bir ədəd kibrit qutusu həcmində narkotik maddəni iki dəfə 40 və 50 manat dəyərində almışdır. Pərviz adlı şəxsdən də bu dəfəki alqı-satqıdan əvvəllər də 2 dəfə hər dəfəsində 30 manat ödəməklə patı adı ilə tanınan psixotrop maddə-metamfetamin almışdır. Narkotik maddədən yetkinlik yaşına çatdığı zamandan bu günə kimi davamlı olaraq istifadə etmişdir. Patı kimi tanınan psixotrop maddəni falqada əridərək, narkotik maddə olan marixuananı isə rızlaya və siqaret kötüyünə dolduraraq çəkir. Daha sonra polis əməkdaşlarının iştirakı ilə yaşadığı evə baxış keçirilən zaman yataq otağında yerləşən yatağının alt hissəsində saxladığı marixuananı polis əməkdaşlarına könüllü şəkildə təqdim etmişdir. Həmin narkotik maddəni yay aylarında Bayramkoxa kəndində yerləşən kanalın üzərindən yığmışdır. Həmin ərazini də təqdim etmişdir. Yaşayış evində saxladığı narkotik maddə olan marixuananın təsir etmə dərəcəsi zəif olduğuna görə məcburiyyət qarşısında qalaraq Samitdən yüksək dozası olan narkotik maddə marixuananı almışdır. Ona heç kim heç bir fiziki zor tətbiq etməmişdir. 11 fevral 2023-cü il tarixli şübhəli şəxs qismində dindirilən zaman, eləcə də 12 fevral 2023-cü il tarixdə təqsirləndirilən şəxs qismində dindirilən zaman verdiyi ifadələrdə Təqsirləndirilən şəxs1 da 110 manat pul dəyərində Təqsirləndirilən şəxs1 avtomobilini təmir etmək müqabilində ondan iki bükümdə narkotik vasitə, yəni marixuana almasını üzə çıxartmadığı üçün avtomobil məsələsi barədə heç nə deməmişdir. Reallıqda 11 fevral 2023-cü il tarixdə Samitdən bir iri bükümdə nəşəni onun lizinqlə idarə etdiyi avtomobilin 110 manatlıq hissəsini təmir etmək üçün almışdır. Lakin üzləşmə zamanı Samit özü də bu məsələni onun üzünə dediyi üçün artıq düzgün ifadə vermişdir. Belə ki, Təqsirləndirilən şəxs1 avtomobilinin sürüşərək qum topasına dəyməsi nəticəsində Samitin avtomobilinə təxminən 1000 manatdan çox maddi ziyan dəymişdir. O isə onun avtomobilini təmir etdirəcəyinə söz vermişdir. 11 fevral 2023-cü il tarixdə də Təqsirləndirilən şəxs1 avtomobilini təmir etdirəcəyi üçün, eləcə də təmirinə köməklik edəcəyi üçün 110 manatlıq narkotik vasitə-yəni marixuananı Samitdən almışdır. 11 fevral 2023-cü il tarixdə şəxsi axtarış və götürmə istintaq hərəkəti keçirilən zaman üzərindən iri bükümdə olan çəkisi 9,05 qram olan qurudulmuş marixuananı o, 11 fevral 2023-cü il tarixdə Təqsirləndirilən şəxs1 110 manat pul müqabilində sonuncuya məxsus avtomobili təmir edəcəyi üçün Qəbələ şəhəri H.Əliyev prospekti ünvanında yerləşən Qəbələ Ticarət Mərkəzinin qarşısında Təqsirləndirilən şəxs4 avtomobilində almışdır. Digər bükümdə 0,58 qram olan narkotik vasitə-qurudulmuş marixuana isə onun cibində var imiş, lakin az qaldığı və bir dəfəlik istifadə üçün çatacağı üçün həmin gün Samitdən əlavə quruldulmuş marixuana almışdır. Həmin 0,58 qram çəkidə olan marixuananı isə Təqsirləndirilən şəxs1 tutulmazdan 3-4 gün əvvəl tam xatırlamadığı yerdə və tarixdə Samitdən istədiyi üçün Samit ona hər hansı bir maraq olmadan vermişdir. Samit ona marixuananı kibrit qutularında deyil, bir iri bükümdə satmışdır. Həmin büküm də onun üzərinə 11 fevral 2023-cü il tarixdə şəxsi axtarış keçirilən zaman aşkar edilərək götürülmüşdür. Samit ona həm 11 fevral 2023-cü il tarixdə, həm də əvvəlki tarixlərdə dəqiq xatırlamadığı tarixdə və yerdə marixuana satmışdır. 11 fevral 2023-cü il tarixdə satdığı həmin bir iri büküm onun üzərinə 11 fevral 2023-cü il tarixdə şəxsi axtarış keçirilən zaman aşkar edilərək götürülmüşdür. 11 fevral 2023-cü il tarixdə ona Təqsirləndirilən şəxs1 Təqsirləndirilən şəxs4 avtomobilinin içərisində bir iri bükümdə marixuana satan zaman Təqsirləndirilən şəxs4 bundan xəbəri olmamış, əvvəlki ifadələrində işinin yüngülləşəcəyini düşünərək Təqsirləndirilən şəxs4 də aralarında olan alqı-satqını gördüyünü bildirmişdir. Təqsirləndirilən şəxs1 hər hansı bir şəxs tərəfindən fiziki zor tətbiq edildiyinin, eləcə də ona hər hansı bir təzyiq edildiyinin şahidi olmamışdır. Göründüyü kimi Təqsirləndirilən şəxs3 ibtidai istintaq zamanı şübhəli və təqsirləndirilən şəxs qismində verdiyi ifadələr məhkəmə baxışında elan edilərək tədqiq edilmişdir. Həmin ifadələrdən gürünür ki, Təqsirləndirilən şəxs3 qeyd olunan narkotik vasitələrin ona aid olduğunu, Samitdən narkotik vasitə olan marixuana aldığını, Təqsirləndirilən şəxs2 isə həm marixuana, həm də metamfetamin aldğını bildirmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs3 ibtidai istintaqda verdiyi ifadələr sərbəst ifadələrdir, həmin ifadələri hər hansı fiziki və ya psixi təsir altında verməmişdir, ona görə də həmin ifadələrin mötəbərliyini şübhə altına alan hallar müəyyən edilmədiyinə görə sübut növü kimi qəbul edilməli və məhkəmə istintaqında təqdiq olunan bütün sübutların məcmusu ilə birlikdə qiymətləndirilməlidir. Eyni zamanda işdə olan Qəbələ Rayon Məhkəməsinin 4(025)-4/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs3 barəsində "xxxx" qətimkan tədbirinin seçilməsinə dair prokurorun təqdimatına baxıldığı zaman məhkəmə baxışında o, özünün təqsirli olduğunu etiraf etmiş və polis əməkdaşları tərəfindən işgəncələrə məruz qalmadığını bildirmişdir. Bundan əlavə Təqsirləndirilən şəxs4 ibtidai istintaq zamanı 12 fevral 2023-cü il tarixdə və 14 aprel 2023-cü il tarixdə verdiyi ifadələrində ona elan olunmuş ittiham üzrə özünü AR CMnin 234.1-ci maddəsi ilə təqsirli bilmiş və göstərmişdir ki, Gədəbəy rayonu Gərgan kəndində anadan olaraq hal-hazırda Qəbələ şəhəri H.Aslanov küçəsi ev 6 ünvanında yaşayır. 11 fevral 2023-cü il tarixdə Qəbələ şəhərinin mərkəzi küçəsində Qəbələ Ticarət Mərkəzinin yaxınlığında idarə etdiyi VAZ 2107 markalı, **-FM-*** dövlət nömrə nişanlı avtomobilində yanında Təqsirləndirilən şəxs1 da olmaqla oturmuşdur. Həmin vaxt Qəbələ rayon polis şöbəsinin əməkdaşları onlara yaxınlaşmışlar, ona və Samitə narkotik maddələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirərək üzərinə və idarə etdiyi avtomobilə axtarış keçirilməsi üçün Qəbələ rayon polis şöbəsinə dəvət etmişlər və könüllü razılıq əsasında idarə etdiyi avtomobili ilə Qəbələ RPŞ-nə gəlmişdir. Qəbələ RPŞ-də üzərinə şəxsi axtarış keçirilən zamanı üzərindən narkotik tərkibli maddə aşkar edilməmiş, lakin şalvarının və üst gödəkcəsinin cibləri kəsilərək təhqiqatçı tərəfindən götürülmüş və qablaşdırılmışdır. Bundan sonra idarə etdiyi nəqliyyat vasitəsinə baxış keçirilən zaman avtomobilinin ön sürücü oturacağının alt hissəsindən əvvəlcədən kağıza bükərək qoyduğu ona məxsus narkotik maddə olan marixuana aşkar edilmişdir. Həmin narkotik maddə ona məxsusdur, baxış zamanı bildirmiş ki, həmin narkotik vasitə-marixuanadan səhər saatlarında istifadə etmişdir. Təxminən 10 ildən artıq müddətdir ki, narkotik maddədən istifadə edir və narkotik maddə aludəçisidir. Hətta 2016-cı il tarixdə narkotik maddə satışına görə məhkum da olunmuşdur. Narkotik maddədən uzun müddətdir ki, istifadə etsə də satışını həyata keçirmir. Avtomobilindən aşkar edilmiş narkotik vasitə-marixuananı Həmzəlli çayının yaxınlığında yerləşən meşəlik sahədən yığaraq əldə etmişdir. Narkotik vasitə istifadəçisi olduğu üçün həmin narkotik vasitə-marixuananı istifadə etmək məqsədi ilə əldə etmişdir. Təqsirləndirilən şəxs1 avtomobilində Təqsirləndirilən şəxs3 narkotik vasitə verdiyini görməmişdir. Heç kimə narkotik vasitə satmamışdır. Avtomobilindən aşkar edilmiş narkotik vasitələri Təqsirləndirilən şəxs1 almamışdır. Etdiyi əməldən peşmaçılıq çəkir. Gələcəkdə bu cür hallara yol verməyəcəyinə söz verir. Avtomobilindən aşkar edilmiş narkotik vasit-marixuana ilə Təqsirləndirilən şəxs1 üzərindən və yaşadığı Qəbələ rayon Vəndam qəsəbəsində yerləşən həyətyanı sahəsindəki hindən aşkar edilmiş narkotik vasitmarixuanaların məhkəmə bioloji ekspertizasının 12 fevral 2023-cü il tarixli, 17/169 saylı rəyi ilə eyni tərkibli olmasının müəyyən edilməsi ilə bağlı heç nə deyə bilmir. Göründüyü kimi Təqsirləndirilən şəxs4 ibtidai istintaq zamanı şübhəli və təqsirləndirilən şəxs qismində verdiyi ifadələr məhkəmə baxışında elan edilərək tədqiq edilmişdir. Həmin ifadələrdən gürünür ki, Təqsirləndirilən şəxs4 qeyd olunan narkotik vasitələrin ona aid olduğunu, həmin narkotik vasitələri Həmzəlli çayının yaxınlığında yerləşən meşəlik sahədən yığaraq əldə etdiyini bildirmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs4 ibtidai istintaqda verdiyi ifadələr sərbəst ifadələrdir, həmin ifadələri hər hansı fiziki və ya psixi təsir altında verməmişdir, ona görə də həmin ifadələrin mötəbərliyini şübhə altına alan hallar müəyyən edilmədiyinə görə sübut növü kimi qəbul edilməli və məhkəmə istintaqında təqdiq olunan bütün sübutların məcmusu ilə birlikdə qiymətləndirilməlidir. Eyni zamanda işdə olan Qəbələ Rayon Məhkəməsinin 4(025)-3/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs4 barəsində "xxxx" qətimkan tədbirinin seçilməsinə dair prokurorun təqdimatına baxıldığı zaman polis əməkdaşları tərəfindən işgəncələrə məruz qalmadığını bildirmişdir. İşdə olan və məhkəmə baxışında tədqiq edilmiş Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 arasında olan xx.xx.2023-cü il tarixli “Üzləşdirmə Protokol”undan görünür ki, ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 ifadələri arasında əhəmiyyətli ziddiyyətlər olduğundan onlar arasında üzləşdirmə istintaq hərəkəti keçirilmişdir. Qeyd olunan üzləşdirmə zamanı Təqsirləndirilən şəxs2 Təqsirləndirilən şəxs3 üzünə qarşı Təqsirləndirilən şəxs3 tanıdığını, nə Ərəstuna, nə də qeyri şəxsə narkotik vasitə və ya psixotrop maddə satmadığını, təxminən 2 aydan çox müddət qabaq birlikdə olduqlarını, Ərəstunu 2 aydan çoxdur ki, görmədiyini, Təqsirləndirilən şəxs3 onun işlədiyi metal qəbul etmə məntəqəsindəki stolunun üzərinə 20-30 manat pul qoyması, onun da Ərəstuna metamfetamin verməsi ilə bağlı hadisə olubsa da xatırlamadığını, əslində isə belə bir hadisənin olmadığını, Ərəstuna metamfetamin vermədiyini, üzərində metamfetamin olmadığını, eləcə də Ərəstuna metamfetamin satmadığını, Ərəstun özü köməklik kimi kasıb olduğu üçün stolunun üzərinə pul qoyubsa da xatırlamadığını, birlikdə narkotik vasitə istifadə etdiklərini, narkotik vasitəyə düçar olduqlarını, birlikdə sonuncu dəfə Ağdaş şəhərinə onun avtomobili ilə narkotik vasitə almaq üçün də getdiklərini bildirmişdir. Belə ki, Ərəstun ona demiş ki, Ağdaşda bir xanım var, o, metamfetamin satır. Ərəstuna pulunun olmadığını bildirmişdir. Ayın tarixini xatırlamasa da, saat 21 radələri olarmış ki, Ağdaşda tanımadığı şəxs onun avtomobilinə əyləşmiş, Ərəstun ona 20 manat pul vermək istəmiş ki, gedib metamfetamin alıb gəlsin. Lakin ona imkan verməmiş ki, pulu atar. Həmin gün də metamfetamin almamış Qəbələyə geri qayıtdıqlarını bildirmişdir. Təqsirləndirilən şəxs3 isə bunu inkar edərək Təqsirləndirilən şəxs2la dəfələrlə narkotik vasitə, eləcə də psixotrop maddə istifadə etdiklərini, eləcə də Pərvizdən təxminən 1 ay əvvəl yaşadığı Qəbələ şəhəri N.Nərimanov küçəsində yerləşən metal qəbul etmə məntəqəsində psixotrop maddəni 20-30 manat pul müqabilində aldığını, birlikdə əvvəllər dəfələrlə birlikdə narkotik vasitə və psixotrop maddə istifadə etdiklərini, eləcə də üzərindən 11 fevral 2023-cü il tarixdə aşkar edilmiş psixotrop maddə-metamfetamini Təqsirləndirilən şəxs2 aldığını, həmin psixotrop maddəni Təqsirləndirilən şəxs2 işlədiyi Qəbələ şəhəri N.Nərimanov küçəsində yerləşən metal qəbul etmə yerində aldığını, onun stolunun üzərinə 20-30 manat pul atdığını, Pərviz də ona həmin metamfetamini verdiyini, 11 fevral 2023-cü il tarixdə həyəcanlı olduğu üçün həmin psixotrop maddəni iki həftə əvvəl aldığını bildirdiyini, lakin reallıqda təxminən 1 ay əvvəl aldığını, Təqsirləndirilən şəxs2 əvvəllər psixotrop maddə və ya narkotik vasitə almadığını, bu cür halın bir dəfə baş verdiyini, əvvəllər də Pərvizdən xahiş etmiş ki, aldığı yerdən ona da alsın, o da gətərib ona versin, çünki narkotik qəbul edənlərin bir-biri ilə əlaqədə olduğunu bildirmişdir. İşdə olan və məhkəmə baxışında tədqiq edilmiş Təqsirləndirilən şəxs2 və Şahid8 arasında olan xx.xx.2023-cü il tarixli “Üzləşdirmə Protokol”undan görünür ki, ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs2 və Şahid8 ifadələri arasında əhəmiyyətli ziddiyyətlər olduğundan onlar arasında üzləşdirmə istintaq hərəkəti keçirilmişdir. Qeyd olunan üzləşdirmə zamanı Təqsirləndirilən şəxs2 Şahid8 üzünə qarşı ona marixuana satmadığını və vermədiyini, birlikdə də istifadə etmədiklərini, Şahid8 yalan dediyini bildirmişdir. Şahid8 isə bunu inkar edərək onu narkotik vasitə və psixotrop maddə satan, eləcə də istifadə edən şəxs kimi tanıdığını, 2022-ci ilinin dekabr ayının əvvəllərində qeyri rəsmi işlədiyi Qəbələ şəhəri ərazisində yerləşən Uğur adlı servisdə ona məxsus ** BJ *** dövlət qeydiyyat nişanlı avtomobilin arxa stop, qabaq işıqlarını və digər yerlərini 20 manat pul müqabilində təmir etdiyini, lakin həmin gün Pərviz ona işinin müqabilində verməli olduğu 20 manatdan 10 manatını verdiyini, yerdə qalan 10 manatını isə sonra verəcəyini bildirdiyini, 22 dekabr 2022-ci il tarixdə Pərvizə zəng edərək ona borclu olduğu 10 manat pulun müqabilində nəşə, yəni narkotik vasitə olan marixuana verməyini bildirdiyini, Pərvizin də onunla razılaşdığını və Qəbələ rayon Nohurqışlaq kəndi ərazisində yerləşən “Leyla Təndir” adlı obyektik qarşısında öz avtomobilində ona bir büküm nəşə, yəni marixuana verdiyini bildirmişdir. İşdə olan və məhkəmə baxışında tədqiq edilmiş Təqsirləndirilən şəxs2 və Şahid9 arasında olan xx.xx.2023-cü il tarixli “Üzləşdirmə Protokol”undan görünür ki, ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs2 və Şahid9 ifadələri arasında əhəmiyyətli ziddiyyətlər olduğundan onlar arasında üzləşdirmə istintaq hərəkəti keçirilmişdir. Qeyd olunan üzləşdirmə zamanı Təqsirləndirilən şəxs2 Eldəniz Nəzibovun üzünə qarşı Eldəniz Nəzibovu tanısa da, ona marixuana satmadığını bildirmişdir. Eldəniz Nəzibov isə bunu inkar edərək Təqsirləndirilən şəxs2 təxminən 15 il əvvəldəndir ki, tanıdığını, Pərvizdən indiyə kimi ümumilikdə iki dəfə narkotik vasitə olan nəşə, yəni marixuana alaraq istifadə etdiyini, ona yaşadığı evin yaxınlığında yerləşən iş yerində 10 manat pul müqabilində narkotik vasitə olan nəşə, yəni marixuana satdığını, Təqsirləndirilən şəxs2 bir dəfə istifadə üçün narkotik vasitə olan marixuananı 10 manat müqabilində satdığının ona məlum olduğunu bildirmişdir. İşdə olan və məhkəmə baxışında tədqiq edilmiş Təqsirləndirilən şəxs2 və Şahid11 arasında olan xx.xx.2023-cü il tarixli “Üzləşdirmə Protokol”undan görünür ki, ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs2 və Şahid11 ifadələri arasında əhəmiyyətli ziddiyyətlər olduğundan onlar arasında üzləşdirmə istintaq hərəkəti keçirilmişdir. Qeyd olunan üzləşdirmə zamanı Təqsirləndirilən şəxs2 Şahid11 üzünə qarşı Şahid11 tanısa da ona marixuana və ya psixotrop maddə satmadığını, birlikdə də istifadə etmədiklərini, Rüfətin yalan dediyini bildirmişdir. Şahid11 isə bunu inkar edərək Təqsirləndirilən şəxs2 narkotik vasitə və psixotrop maddə satan şəxs kimi tanıdığını, eləcə də həmin maddələrdən istifadə edən şəxs kimi tanıdığını, 2023-cü ilin yanvar ayında dəqiq xatırlamadığı tarixlərdə Təqsirləndirilən şəxs2 işlədiyi metal qəbul etmə yerinə gedərək həmin məntəqənin içərisində Təqsirləndirilən şəxs2 2-3 dəfə el arasında patı adlanan psixotrop maddə-metamfetamini hər dəfəsində bir bükümünə 10 manat pul verməklə alaraq gətirib Təqsirləndirilən şəxs3 verdiyini, çünkü patını almağı ondan Ərəstunun xahiş etdiyini, belə ki, həmin ərəfələrdə Pərvizin Ərəstunu yanına qoymadığını, lakin sonradan Ərəstunla barışdığını eşitdiyini, yəni Təqsirləndirilən şəxs3 şəxsən özü gəlib ondan patı aldığını, eləcə də iki dəfə yanvar ayında dəqiq xatırlamadığı tarixlərdə onun işlədiyi yerdə hər dəfəsində bir büküm olmaqla, ümumilikdə iki büküm narkotik vasitəni 20 manat pul müqabilində aldığını bildirmişdir. İşdə olan və məhkəmə baxışında tədqiq edilmiş Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 arasında olan xx.xx.2023-cü il tarixli “Üzləşdirmə Protokol”undan görünür ki, ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 ifadələri arasında əhəmiyyətli ziddiyyətlər olduğundan onlar arasında üzləşdirmə istintaq hərəkəti keçirilmişdir. Qeyd olunan üzləşdirmə zamanı Təqsirləndirilən şəxs1 Təqsirləndirilən şəxs3 üzünə qarşı ona Qəbələ şəhər sakini Təqsirləndirilən şəxs4 idarə etdiyi VAZ 2107 markalı avtomobildə olduqları zaman 2 kibrit qutusu narkotik maddə olan marixuana verdiyini və əvəzində Təqsirləndirilən şəxs3 onun avtomobilini təmirinə maddi köməklik edəcəyini, lakin əvvəllər də bir neçə dəfə birlikdə narkotik vasitə, nəşə, yəni marixuana istifadə etdiklərini bildirmişdir. Təqsirləndirilən şəxs3 isə 11 fevral 2023-cü il tarixdə 110 manata Təqsirləndirilən şəxs1 avtomobilini təmir edəcəyinə dair razılaşaraq iri bükümdə narkotik maddə olan nəşəni, yəni marixuana aldığını, həmin marixuana da üzərinə axtarış keçirilən zaman polis əməkdaşları tərəfindən götürüldüyünü, konret olaraq Samitə 110 manat pul vermədiyini, lakin 110 manat pul müqabilində avtomobilini təmir edəcəyini, bunun müqabilində Samitin ona nəşə verdiyini, lakin əvvəllər də bir neçə dəfə birlikdə narkotik vasitə, nəşə, yəni marixuana istifadə etdiklərini bildirmişdir. İşdə olan və məhkəmə baxışında tədqiq edilmiş 11 fevral 2023-ci il tarixli “şəxsi axtarış və götürmə” barədə protokoldan, həmin protokola əlavə edilmiş fotocədvəldən və video görüntüdən görünür ki, həmin tarixdə AR CM-nin 234.1-ci maddəsi ilə şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs3 üzərinə şəxsi axtarış və götürmə aparılmışdır. İstintaq hərəkət keçirilən zaman şübhəli şəxs Təqsirləndirilən şəxs3 üstündə, paltarında va paltarlarının ciblərində, əşyalarında və bədənində ola biləcək əşyaları təqdim etməsi təklif edildi. Təqsirləndirilən şəxs3 özü könüllü şəkildə üzərində narkotik maddə olduğunu etiraf edərək əynində olan qırmızı rəngli üst gödəkcəsinin sağ yan cibində saxladığı bir ədəd ağ rəngli şəffaf sellofan torbaya bükülü vəziyyətdə olan və içərisindəkinin narkotik maddə olduğunu bildirdiyi bükümü təqdim etmiş, daha sonra həmin cibindən bir ədəd də göy rəngli kağız bükümdə olan təbii ot (nəşə) olduğunu bildirdiyi bükümü və bir ədəd də ağ sellafon torbaya bükülü vəziyyətdə patı olduğunu bildirdiyi bükümü təqdim etmiş və üzərində başqa narkotik tərkibli maddənin olmadığını bildirmişdir. Daha sonra Təqsirləndirilən şəxs3 üst gödəkçəsinin sol yan cibinə baxış keçirilmiş və həmin cibindən bir ədəd kibrit, bir qutu istifadə edilməmiş “Rothmans” markalı siqaret və bir qutu isə istifadə edilmiş “Rothmans” markalı siqaret qutusu aşkar edilmiş, daha sonra Təqsirləndirilən şəxs3 əynində olan qara rəngli cins şalvarın sol yan cibinə baxış keçirilmiş və həmin cibindən 13 ədəd 5-lik (B16755451, B23451437, A58178699, A71180313, A60381413, A69604036, B20049809, A74016281, A82395623, A14564331, B02647552, A25973746, B13651130 nömrəli), 4 ədəd 10-luq (A31705727, A04076440, A29868527 və A34820503 nömrəli), 1 ədəd A00033816 nömrəli 20 manatlıq pul əskinazı və 10 qəpik dəmir pul aşkar edilmiş, daha sonra şalvarın arxa sağ və sol ciblərinə, eləcə də sağ yan cibinə baxış keçirilmiş və həmin ciblərin boş vəziyyətdə olması müəyyən edilmişdir. Daha sonra üst gödəkcənin sol iç cibinə baxış keçirilmiş və həmin cibdən qara rəngli pul qabının içərisində olan 1 ədəd “BAKİKART”, 1 ədəd “TOYOTA PRİUS” ehtiyyat hissələri vizit kartı, 1 ədəd KHUR SİDE Restaurant vizit kartı, 1 ədəd Riva Hotelə aid vizit kartı, özünə məxsus sürücülük vəsiqəsi və şəxsiyyət vəsiqəsi, 1 ədəd özünə aid Fiziki şəxsin uçotu haqqında Şəhadətnamə, 1 ədəd deməsinə görə etibarsız olan Nəqliyyat vasitələrindən istifadə edilməsi haqqında etibarnamə və narkotik maddəni istifadə edərkən doldurmaq məqsədi ilə istifadə etdiyi 4 ədəd sarı rəngli rza və 1 ədəd gümüşü rəngli falqa aşkar edilmiş, Təqsirləndirilən şəxs3 falqadan üzərinə patı kimi tanınan psixotrop maddəni tökərək əridib istifadə etdiyini bildirmişdir. Patı kimi tanınan və özünün təqdim etdiyi psixotrop maddəni iki həftə əvvəl Qəbələ şəhər sakini Pərviz adlı şəxsdən aldığını, digər 2 ədəd kağız və sellofan torbaya bükülü vəziyyətdə olan nəşələri isə Qəbələ rayon Vəndam qəsəbə sakini Samit adlı şəxsdən 110 manata aldığını, lakin ödənişi hələ etmədiyini, əvvəllər də Samit adlı şəxsdən nəşə aldığını bildirmişdir. Şübhəli şəxs Təqsirləndirilən şəxs3 üst gödəkçəsinin sağ yan cibində saxladığı və özünün təqdim etdiyi ağ rəngli sellofan torbaya bükülü vəziyyətdə olan qurudulmuş marixuanaya bənzər, spesifik və kəskin iyə malik yaşıl kütlə elektron tərəzidə çəkildi və çəkisinin 11.0 qram təşkil etdiyi müəyyən edildi, digər göy rəngli kağız bükümdə olan narkotik vasitə elektron tərəzidə çəkildə və çəkisinin 0.8 qram təşkil etdiyi müəyyən edilmiş və ağ sellofon torbaya bükülü vəziyyətdə olan Təqsirləndirilən şəxs3 patı olduğunu bildirdiyi ağ rəngli kristal formasında olan narkotik vasitə isə elektron tərəzidə çəkilərək çəkisinin 1.9 qram təşkil etdiyi müəyyən edilmişdir. Daha sonra Təqsirləndirilən şəxs3 təqdim etdiyi narkotik vasitələr ayrı-ayrılıqda kağız zərflərin içərisinə qoyulmaqla qablaşdırılıb, üzəri DİN-in zərflər üçün nəzərdə tutulmuş “103” nömrəli möhürü ilə möhürlənmiş və zərflərin üzərinə müvafiq qeydlər aparılmışdır. Zərflərin üzəri imzalanması üçün şübhəli şəxsə, müdafiçəsinə və digər iştirakçılara təqdim edilmiş, şübhəli şəxs Təqsirləndirilən şəxs3 zərfin üzərinə imza ataraq heç bir etirazının olmadığını bildirmişdir. Bununla da şübhəli şəxs Təqsirləndirilən şəxs3 üzərinə şəxsi axtarış və götürmə aparılması istintaq hərəkəti başa çatdırılmişdır. Şəxsi axtarış və götürmə zamanı mobil telefondan istifadə edilməklə video və fotoçəkiliş aparılmışdır. İşdə olan və məhkəmə baxışında tədqiq edilmiş xx.xx.2023-cü il tarixli Təqsirləndirilən şəxs1 üzərinə “şəxsi axtarış, götürmə və baxış” aparılarkən tərtib edilmiş protokoldan, həmin protokola əlavə edilmiş foto və video görüntülərdən görünür ki, Qəbələ rayonu Vəndam qəsəbəsində yaşayan Təqsirləndirilən şəxs1 satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satmaqla Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə bilavasitə şübhəli olduğundan və həmin əməli törətməsində şübhələnməyə əsas verən dəlillər olduğundan Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsinə əsasən şübhəli bilinərək tutulmuş Təqsirləndirilən şəxs1 narkotik vasitələri və psixotrop maddələri əldə edib saxlamaqla daşıması ehtimalı olduğundan onun üzərinə müdafiəçinin iştirakçıların iştirakları ilə şöbənin inzibati binasında şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı ilk olaraq şübhəli şəxs Təqsirləndirilən şəxs1 üzərində narkotik maddə olub-olmaması soruşulmuş və varsa könüllü təqdim etməsi təklif edilmişdir. Təqsirləndirilən şəxs1 üzərində narkotik maddə olmamasını bildirmiş və daha sonra şəxsi axtarışa başlanılmışdır. İlk olaraq Təqsirləndirilən şəxs1 əynində olan yaşıl rəngli gödəkçənin sağ yan cibinə baxış keçirilmiş və həmin cibindən 2 ədəd 20-lik (A75544400 və A78849164 nömrəli) və 1 ədəd A96215959 nömrəli 5-lik pul əskinazı, kağız bükümdə içərisindəkilərin Təqsirləndirilən şəxs1 marixuana olduğunu və özünün istifadə etdiyini bildirdiyi vasitələr aşkar edilmiş, həmin bükümlər sayılmış və sayının 15 ədəd olması müəyyən edilmişdir. Üst gödəkçəsinin sol yan cibinə baxış keçirilən zamanı bir ədəd “Rothmans” markalı istifadə edilmiş siqaret qutusu və 6 ədəd nəyşəni çəkərkən doldurmaq üçün istifadə etdiyi 6 ədəd sarı rəngli rızla kimi bilinən vasitə aşkar edilmiş, üst gödəkcəsinin sağ və sol yuxarı cibləri boş vəziyyətdədir, üst gödəkçəsinin sol iç cibinə baxış keçirilən zamanı oradan bir ədəd kimə məxsus olması bilinməyən Kapital Banka aid Birkart aşkar edilmiş, Təqsirləndirilən şəxs1 əynində olan cins şalvarın sağ yan cibinə baxış keçirildi və boş olması müəyyən edildi, şalvarının sol yan cibindən 6 ədəd 1 manatlıq (F96073984, B09587178, F79191995, A95552435, B16004648 və A70592750 nömrəli) və 7 ədəd 5 manatlıq (A22908380, A89156363, B23951474, B23951475, B06451339, A79178711 və A65381765 nömrəli) pul əskinazları aşkar edildi, şalvarın arxa sağ və sol cibləri boş vəziyyətdədir, Təqsirləndirilən şəxs1 üzərindən (üst gödəkçəsinin sağ yan cibindən) aşkar edilən narkotik maddələrin yabanı olduğunu və onları tapdığını, ayrı-ayrı bükümlərə doldurmaqda məqsədinin rahat formada çəkməsi olduğunu bildirmişdir. Şübhəli şəxs Təqsirləndirilən şəxs1 Qəbələ şəhər sakini Təqsirləndirilən şəxs3 ilə aralarında narkotik maddənin alqı-satqısı barədə aralarında razılığın olduğunu, lakin Ərəstunun hələ ona pul ödəmədiyini, əvvəllər Ərəstuna narkotik maddə satmadığını bildirmişdir. Şəxsi axtarış və götürmə zamanı şübhəli şəxs Təqsirləndirilən şəxs1 üst gödəkçəsinin sağ yan cibindən aşkar edilmiş 15 ədəd kağız parçasına bükülmüş vəziyyətdə olan qurudulmuş marixuanaya bənzər kütlələr elektron tərəzidə çəkildə çəkilərinin 1.0 qram, 0.8 qram, 1.0 qram, 0.9 qram, .1.0 qram, 1.0 qram, 0.9 qram, 0.9 qram, 0.7 qram, 0.9 qram, 0.9 qram, 0.9 qram, 0.8 qram, 1.0 qram və 0.9 qram, ümumilikdə isə 13.6 qram təşkil etməsi tərəfimizdən müəyyən edilmişdir. Şəxsi axtarış zamanı şübhəli şəxs Təqsirləndirilən şəxs1 əynindəki üst gödəkçəsinin sağ yan cibindən aşkar edilən kağız bükümlərdəki qurudulmuş marixuanaya bənzər kütlələr, eləcə də digər əşyalar (siqaret qutusu, rızla və pul əskinazları) ayrı-ayrılıqda kağız zərflərin içərisinə qoyulmaqla qablaşdırılıb, üzəri DİN-in zərflər üçün nəzərdə tutulmuş “103” nömrəli möhürü ilə möhürlənmiş və zərflərin üzərinə müvafiq qeydlər aparılmışdır. Zərflərin üzəri imzalanması üçün şübhəli şəxsə, müdafiçəsinə və digər iştirakçılara təqdim edilmiş, şübhəli şəxs Təqsirləndirilən şəxs1 zərfin üzərinə imza ataraq heç bir etirazının olmadığını, fərdi yaşayış evinə və həyətinə də baxış keçirilməsinə etirazının olmadığını bildirmişdir. Bununla da şübhəli şəxs Təqsirləndirilən şəxs1 üzərinə şəxsi axtarış və götürmə aparılması istintaq hərəkəti başa çatdırılmışdır. Şəxsi axtarış və götürmə zamanı mobil telefondan istifadə edilməklə video və fotoçəkiliş aparılmışdır. İşdə olan və məhkəmə baxışında tədqiq edilmiş xx.xx.2023-cü il tarixli Təqsirləndirilən şəxs3 yaşadığı Qəbələ şəhəri Musabəyov küçəsi ev 12 ünvanında yerləşən evə və həyətyanı sahəyə baş təhqiqatçı Tural Mehdizadə tərəfindən baxış aparılarkən tərtib edilmiş protokoldan, həmin protokola əlavə edilmiş foto və video görüntülərdən görünür ki, xx.xx.2023-cü il tarixdə saat 18:25 radələrində ünvan 27 ünvanında yerləşən Təqsirləndirilən şəxs3 məxsus yaşayış həyətində və yaşayış evində əməliyyat-axtarış tədbirlərinə dair Qəbələ rayon məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı əsasında baxış keçirilmişdir. Baxış zamanı vətəndaş Təqsirləndirilən şəxs3 özünün narkotik maddə qəbul etdiyini bildirərək könüllü şəkildə yaşadığı evin yataq otağına daxil olaraq çarpayının altında gizlətdiyi ağ-qara zolaqlı torbaya bükülmüş iç-içə keçirilmiş 2 ədəd qara sellofan torbaya bükülü vəziyyətdə olan deməsi görə narkotik vasitə olan marixuananı təqdim etmiş, həmin narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər kütlə elektron tərəzidə çəkilmiş və kütlənin çəkisinin sellofan torba ilə birlikdə 443 qram təşkil etdiyi müəyyən edilmişdir. Daha sonra həmin büküm qablaşdırılaraq üzəri DİN-in 103 nömrəli möhürü ilə möhürlənmişdir. Bununla da şübhəli şəxs Təqsirləndirilən şəxs3 yaşadığı evə baxış aparılması istintaq hərəkəti başa çatdırılmışdır. Baxış zamanı mobil telefondan istifadə edilməklə video və fotoçəkiliş aparılmışdır. İşdə olan və məhkəmə baxışında tədqiq edilmiş xx.xx.2023-cü il tarixli Təqsirləndirilən şəxs1 yaşadığı Qəbələ rayon Vəndam qəsəbəsində yerləşən evə və həyətyanı sahəyə baş təhqiqatçı Tural Mehdizadə tərəfindən baxış aparılarkən tərtib edilmiş protokoldan, həmin protokola əlavə edilmiş foto və video görüntülərdən görünür ki, xx.xx.2023-cü il tarixdə saat 19:48 radələrində Qəbələ rayon Vəndam qəsəbəsində yerləşən Təqsirləndirilən şəxs1 məxsus yaşayış həyətində və yaşayış evində Təqsirləndirilən şəxs1 xx.xx.2023-cü il tarixli ərizəsi əsasında baxış keçirilmişdir. Baxış keçirilməzdən qabaq iştirakçılar Təqsirləndirilən şəxs1 təqdim edilmiş və sonuncu heç bir etirazının olmadığını bildirmişdir. Baxış zamanı vətəndaş Təqsirləndirilən şəxs1 yaşadığı evdə narkotik vasitə olmadığını və həmin işlə məşğul olmadığını bildirmiş, daha sonra baxış keçirilən zaman Təqsirləndirilən şəxs1 məxsus həyətyanı sahədə yerləşən özünün toyuq evi olduğunu bildirdiyi tikilinin daxilində yerdə qoyulmuş kərpicin üzərində göy rəngli sellofan torbaya bükülmüş ağ rəngli sellofan torbanın daxilində Təqsirləndirilən şəxs1 sonradan deməsinə görə tərkibində narkotik maddə olan kütlə aşkar edilmiş və kütlənin çəkisinin sellofan torba ilə bilrikdə 451 qram təşkil etdiyi müəyyən edilmişdir. Daha sonra aşkar edilmiş narkotik vasitə-qurudulmuş marixuanaya bənzər kütlə qablaşdırılaraq üzəri DİN-in 103 nömrəli möhürlə möhürlənmişdir. Bununla da şübhəli şəxs Təqsirləndirilən şəxs1 yaşadığı evə və həyətyanı sahəyə baxış aparılması istintaq hərəkəti başa çatdırılmışdır. Baxış zamanı mobil telefondan istifadə edilməklə video və fotoçəkiliş aparılmışdır. İşdə olan və məhkəmə baxışında tədqiq edilmiş xx.xx.2023-cü il tarixdə Təqsirləndirilən şəxs4 üzərinə və Təqsirləndirilən şəxs4 məxsus VAZ2107 markalı, **-FM-*** dövlət qeydiyyat nişanlı avtomobilə baş təhqiqatçı Tural Mehdizadə tərəfindən şəxsi axtarış, götürmə və baxış aparılarkən tərtib edilmiş protokoldan, həmin protokola əlavə edilmiş foto və video görüntülərdən görünür ki, ünvan 28 ünvanda yaşayan Təqsirləndirilən şəxs4 satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama və üzərində daşımaqla Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə bilavasitə şübhəli olduğundan və həmin əməli törətməsində şübhələnməyə əsas verən dəlillər olduğundan Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinə əsasən şübhəli bilinərək şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs4 narkotik vasitələri və psixotrop maddələri əldə edib saxlamaqla daşıması ehtimalı olduğundan onun üzərinə müdafiəçinin və iştirakçıların iştirakları ilə şöbənin inzibati binasında şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı ilk olaraq Təqsirləndirilən şəxs4 şəxsi axtarış və götürmədə iştirak edən şəxslərə hər hansısa etirazının olub-olmaması soruşulmuş və sonuncu heç bir etirazının olmadığını söyləmiş, daha sonra Təqsirləndirilən şəxs4 üzərində narkotik maddə varsa könüllü şəkildə təqdim etməsi təklif edilmiş və o, üzərində narkotik maddə olmadığını bildirmişdir. Şəxsi axtarış və götürmədə şübhəli şəxs Təqsirləndirilən şəxs4 əynində olan qara rəngli üst gödəkçənin və şalvarın sol ciblərinə baxış keçirilmiş və hər bir cibin boş olması müəyyən edilmişdir. Şalvarın sağ cibindən isə 2 ədəd 20 qəpik olmaqla ümumilikdə 40 qəpik dəmir pul aşkar edilmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs4 üst gödəkçəsinin və şalvarının ciblərindən nümunələr götürülmüş və həmin nümunələr, eləcə də 40 qəpik pul əskinazı ayrı-ayrılıqda kağız zərflərin içərisinə qoyulmaqla qablaşdırılıb, üzəri DİN-in zərflər üçün nəzərdə tutulmuş “103” nömrəli möhürü ilə möhürlənmiş və zərflərin üzərinə müvafiq qeydlər aparılmışdır. Zərflərin üzəri imzalanması üçün şübhəli şəxsə, müdafiçəsinə və digər iştirakçılara təqdim edilmiş, şübhəli şəxs Təqsirləndirilən şəxs4 heç bir etiraz etmədən zərfin üzərinə imza atmış və daha sonra ona sual verilərkən narkotik maddələrdən (marixuana) istifadə etdiyini, narkotik maddələrdən 10 il müddətdir istifadə etdiyini və təxminən 3-4 ay müddətdir ki azaltdığını və uzaq olmaq istədiyini, narkotik maddəni tütünlə qarışdırıb çəkdiyini, lakin heç kimə narkotik maddə satmadığını, belə ki, əvvəllər CMnin 234.2-ci maddəsinə əsasən məhkum edildiyini, sonuncu dəfə xx.xx.2023-cü il tarixdə marixuanadan istifadə etdiyini bildirmişdir. Bununla da şübhəli şəxs Təqsirləndirilən şəxs4 üzərinə şəxsi axtarış və götürmə aparılması istintaq hərəkəti başa çatdırılmışdır. Şəxsi axtarış və götürmə aparılan zaman Təqsirləndirilən şəxs4 idarə etdiyi nəqliyyat vasitəsində narkotik vasitə və ya psixotrop maddə olub-olmadığı soruşulduqda, o bildirmiş ki, avtomobilində heç bir qanunsuz vasitə yoxdur və avtomobilinə baxış keçirilməsinə heç bir etirazı yoxdur. Daha sonra Təqsirləndirilən şəxs4 idarə etdiyi Vaz2107 markalı, **-FM-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs4 məxsus avtomobilin sürücü oturacağının alt hissəsindən qurudulmuş marixuanaya bənzər, spesifik və kəskin iyə malik kütlə aşkar edilmişdir. Həmin kütlə elektron tərəzidə çəkilərək çəkisinin 12,6 qram təşkil etdiyi müəyyən edilmişdir. Daha sonra Təqsirləndirilən şəxs4 idarə etdiyi avtomobildən aşkar edilmiş qurudulmuş marixuanaya bənzər, spesifik və kəskin iyə malik kütlə kağız zərfin içərisinə qoyulmaqla qablaşdırılıb, üzəri DİN-in zərflər üçün nəzərdə tutulmuş “103” nömrəli möhürü ilə möhürlənmiş və zərflərin üzərinə müvafiq qeydlər aparılmışdır. Zərflərin üzəri imzalanması üçün şübhəli şəxsə, müdafiçəsinə və digər iştirakçılara təqdim edilmiş, şübhəli şəxs Təqsirləndirilən şəxs4 heç bir etiraz etmədən zərfin üzərinə imza atmışdır. Şəxsi axtarış və götürmə zamanı mobil telefondan istifadə edilməklə video və fotoçəkiliş aparılmışdır. İşdə olan və məhkəmə baxışında tədqiq edilmiş 11 fevral 2023-ci il tarixli Şəki ŞRPŞ-nin TB-nin təhqiqatçı polis kapitanı Ülvi Nəzirli tərəfindən tərtib edilmiş şəxsi axtarış aparılması və maddi sübutun götürülməsi barədə protokoldan, həmin protokola əlavə edilmiş video görüntüdən görünür ki, həmin tarixdə AR CM-nin 234.1-ci maddəsi ilə şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs2 üzərinə Şəki rayon Turan qəsəbəsində yerləşən Şəki Şəhər- Rayon Polis Şöbəsinin X33 inzibati binasında şəxsi axtarış və götürmə aparılmışdır. İstintaq hərəkət keçirilən zaman şübhəli şəxs Təqsirləndirilən şəxs2 üstündə, paltarında va paltarlarının ciblərində, əşyalarında ve bədənində ola biləcək əşyaları təqdim etməsi təklif edildi. Təqsirləndirilən şəxs2 əynindəki qara rəngli gödəkcənin sağ yan cibindən 02 ədəd kibrit qutusunu, 01 ədəd açari, sol yan cibindən 01 ədəd mobil telefonu, iç hissəyə geyinmiş olduğu gödəkcənin sol yan cibindən 01 ədəd siqareti, 01 ədəd alışqanı, üzərində olan qara rəngli şalvarın sağ yan cibindən kağız pul əskinazlarını, sol yan cibindən isə əl dəsmalını çıxararaq masanın üzərinə qoydu. Təqsirləndirilən şəxs2 başqa üzərində hər hansı bir təqdim etmədiyi əşya olub-olmaması barədə sual edildikdə "xeyir" deyərək cavab verdi. Bundan sonra Təqsirləndirilən şəxs2 üzərində şəxsi axtarəşa başlanıldı. Təqsirləndirilən şəxs2 əllərini qaldırması təklif edildi va o, her iki əlini yuxarı qaldırdıqdan sonra Təqsirləndirilən şəxs2 əynindəki şalvarın bel nahiyyəsində, şalvarının sağ va sol yan ciblərinə axtarış aparıldı. Davamında isə üzərində olan qara rəngli gödəkcənin sol ve sağ yan ciblərində, iç ciblərində eyni zamanda alt hissəyə geyinmiş olduğu gödəkcənin sol və sağ yan ciblərində, iç ciblərində axtarış aparıldı. Lakin heçnə aşkar edilmədi. Bundan sonra Təqsirləndirilən şəxs2 ayaqlarındakı ayaqqabını və corablarını çıxartması təklif edildi və o, corablarını, ayaqqabısını çıxartdı, silkələdi, lakin heç nə aşkar edilmədi. Təqsirləndirilən şəxs2 corablarını geyinməsi bildirildiyindən o, corablarını ayaqlarına geyindi. Eyni zamanda Təqsirləndirilən şəxs2 corablarını da geyinərək üstbaşını səliqəyə saldı. Bundan sonra Təqsirləndirilən şəxs2 üzərindən aşkar edilmiş əsyaları bir-bir təqdim etməsi təklif olundu. Təqsirləndirilən şəxs2 stolun üstünə qoyduğu 02 ədəd kibrit qutusunu göstərərək "marixuana" narkotik vasitəsinin olduğunu bildirdi. Həmin kibrit qutularının içərisi açıdı və içərisində narkotik vasitəyə bənzər yaşıl rəngli kütlənin olduğu müəyyən edildi. Təqsirləndirilən şəxs2 təqdim etdiyi narkotik vasitəyə bənzər kütlələrin hansı şəraitdə əldə etməsi ilə bağlı sual-cavab edildikdə o, xx.xx.2023-cü il tarixdə tanımadığı şəxsdən İsmayıllı rayonu ərazisində ümumilikdə 40 manat müqabilində aldığını, 30 ildir ki, narkotik istifadə etdiyini, özü istifadə etmək üçün üzərində saxladığını bildirmişdir. Bundan sonra narkotik vasitəyə bənzər yaşıl rəngli kütlələrin çəkisinin və növünün müəyyən edilməsi məqsədi ilə ekspertiza tadqiqatına göndərilməsi üçün zərfə qoyularaq qablaşdırılacağı və möhürlənərək götürüləcəyi bildirildi. Əvvalcə zərfin içərisi iştirakçılara göstərildi və həmin zərfin içərisinin boş olduğu müəyyən edildi. Bundan sonra həmin içərisində narkotik vasitəyə bənzər yaşıl rəngli kütlə olan 02 ədəd kibrit qutusu zərfə qoyuldu, zərfin ağzı Şəki ŞRPŞ-nin zərflər üçün nəzərdə tutulmuş 53 nömrəli möhürü ilə möhürləndi və hər bir iştirakçı tərəfindən həmin zərfin üzəri imzalandı. Bundan sonra "Samsung" markal, mobil telefonu göstərərək, özünün istifadə etdiyi mobil telefon olduğunu bildirdi. Davamında həmin mobil telefon iş üçün əhəmiyyət daşıdığından zərfə daxil edildi. Zərfin ağzı Şaki ŞRPŞ-nin zərflər üçün nəzərdə tutulmuş 53 nömrəli möhürü ilə möhürləndi va hər bir iştirakçı tərəfindən həmin zərfin üzəri imzalandı.Davamında isə içərisində 12 ədəd siqaret dənəsi olan "West" marklı siqaret qutusunu göstərərək, siqaret olduğunu, bir ədəd alışqanı göstərərək alışqan olduğunu, 01 ədəd əl dəsmalını göstərərək əl dəsmalı olduğunu, üzərində A 19090360 rəqəmləri həkk olunmuş 10 manatıq, üzərində B 19655596 rəqəmləri həkk olunmuş 5 manatlıq, üzərində C33532868 rəqəmlər həkk olunmuş 5 manatıq və üzərində A 00356830 rəqəmləri həkk olunmuş 5 manatlıq pul əskinazlarını göstərərək pul olduğunu bildirdi. Davamında isə açarı göstərərək, ona məxsus Vaz 2106 markalı ** BJ *** dövlət qeydiyyat nişanlı avtomobilin açarı olduğunu, avtomobilin PB-nin həyətində olduğunu, avtomobil ile birlikdə gətirildiyini bildirdi. Buna görə də videoçəkiliş dayandırılmadan Şəki ŞRPŞ-nin Sarıca PB-nin həyətində olan Vaz 2106 markalı ** BJ *** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirildi. Baxış zamanı avtomobilin ön və arxa oturacaq hissəsinə, motorxanasına və arxa saxlanc hissəsinə nəzər yetirildi. Bir sıra məişət əşyaları aşkar olunsa da har-hansı maddi sübut əhəmiyyətli əşya müəyyən edilmədi. Təqsirləndirilən şəxs2 üzərində aşkar olunmuş bir ədəd siqaret, pul əskinazları, avtomobil açarı, əl dəsmalı və bir ədəd alışqan onun özünə qaytarıldı. Bundan sonra videoçəkiliş hər bir iştirakçıya nümayiş etdirilib protokol tərtib edilməsi üçün dayandırıldı.Videoçəkiliş hər bir iştirakçıya nümayiş etdirildi. Şəxsi axtarış və götürmə zamanı şübhəli şəxs, onun müdafiəçisi və digər iştirakçılar tərəfindən heç bir şikayət daxil olmadı və vasatət qaldırılmadı. Şəxsi axtarış zamanı "Sony" markalı videokameradan istifadə edilmişdir. İşdə olan və məhkəmə baxışında tədqiq edilmiş xx.xx.2023-cü il tarixdə Təqsirləndirilən şəxs2 üzərinə şəxsi axtarış və götürmə aparılarkən tərtib edilmiş protokoldan, həmin protokola əlavə edilmiş foto və video görüntülərdən görünür ki, Təqsirləndirilən şəxs2 üzərinə şəxsi axtarış keçirilən zaman əvvəlcə ona əgər üzərində narkotik vasitə, digər cinayət xarakterli və ya digər hər hansı əşyaları könüllü surətdə təqdim etmək təklif edilmişdir. Təqsirləndirilən şəxs2 üzərində yalnız nəşə adlandırdığı narkotik vasitə olduğunu, əlavə olaraq digər cinayət xarakterli əşya olmadığını bildirərək üst gödəkcəsinin sol iç cibindən üç ədəd kağız bükümdə nəşə adlandırdığı marixuanaya bənzər kəskin iyə malik yaşıl rəngli kütləni təqdim etmişdir. Həmin kağız büküm açılaraq içərisinə baxıldıqda orada yaşıl rəngli, qurudulmuş formada olan, kəskin və spesifik iyə malik, narkotik vasitə-qurudulmuş marixuanaya oxşar bitki kütləsinin olduğu müşahidə olunmuşdur. Bundan sonra Təqsirləndirilən şəxs2 üzərində əlavə hər hansı qanunsuz vasitə olub-olmadığı soruşulduqda o, bildirmiş ki, üzərində əlavə hər hansı bir narkotik vasitə və ya psixotrop maddə yoxdur. Buna görə də tərəfimdən şübhəli şəxs Təqsirləndirilən şəxs2 üzərinə şəxsi axtarış keçirilən zaman Təqsirləndirilən şəxs2 üzərində olan üst gödəkcənin sağ yan cibindən alışqan və tum olduğu, sol yan cibində isə bir ədəd sellofan bükümdə metamfetaminə bənzər kristal kütlə olduğu aşkar edilmiş, həmçinin Təqsirləndirilən şəxs2 üzərində olan üst gödəkcənin sağ iç cibindən isə bir dədə falqaya bənzər material aşkar edilmişdir. Təqsirləndirilən şəxs2 həmin kristal kütlənin və falqanın nə olduğu soruşulduqda Təqsirləndirilən şəxs2 həmin kristal kütlədən və falqadan xəbəri olmadığını bildirmiş və həmin kristal kütlə və falqanı onun cibinə mənim tərəfimdən qoyulduğunu iddia etmişdir. Bundan başqa Təqsirləndirilən şəxs2 əynindəki şalvarın qabaq sağ cibinə şəxsi axtarış aparılan zaman oradan 101 manat pul əskinazı aşkar edilmişdir. Həmin cibin yuxarısında olan kiçik ölçülü cibdən isə bir ədəd alışqan aşkar edilmişdir. Şəxsi axtarış davam edərkən şübhəli şəxs Təqsirləndirilən şəxs2 üzərindən aşkar edilmiş kristal kütlə və falqadan xəbərinin olmadığını, onu şərləmək üçün polis əməkdaşının, yəni mənim onun üzərinə qoyduğumu iddia edib, “nalayiq ifadələr işlətmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs2 üzərindən başqa hər hansı bir narkotik vasitəyə oxşar maddə, bitki kütləsi, digər cinayət xarakterli predmet aşkar edilməmişdir. Təqsirləndirilən şəxs2 üzərindən, yəni üst gödəkcəsinin sol iç cibindən 03 ədəd kağız bükümlərdə aşkar edilərək götürülmüş narkotik vasitə-qurudulmuş marixuanaya oxşar bitki kütlələri ayrı-ayrılıqda 01 ədəd kağız zərfin içərisinə qoyulmaqla, sol yan cibindən bir ədəd sellofan bükümdə aşkar edilərək götürülmüş psixotrop maddə-metamfetaminə oxşar kristal kütlə 01 ədəd kağız zərfin içərisinə qoyulmaqla, eləcə də üst gödəkcəsinin sağ iç cibindən aşkar edilərək götürülmüş bir ədəd falqa 01 ədəd kağız zərfin içərisinə qoyulmaqla qablaşdırılıb, üzəri DİN-in zərflər üçün nəzərdə tutulmuş “103” nömrəli möhürü ilə möhürlənmiş və zərflərin üzərinə müvafiq qeydlər aparılmışdır. Zərflərin üzəri imzalanması üçün şübhəli şəxsə, müdafiəçisinə və digər iştirakçılara təqdim edilmişdir. Təqsirləndirilən şəxs2 üzərindən aşkar edilən psixotrop maddə-metamfetaminə oxşar kristal kütlədən və falqadan xəbərinin olmadığını, həmin psixotrop maddəmetamfetaminə oxşar kristal kütləni və falqanı onun cibinə polis əməkdaşının, yəni mənim qoyduğumu bildirmiş və bunu əsas gətirərək 03 ədəd kağız bükümlərdə aşkar edilərək götürülmüş narkotik vasitə-qurudulmuş marixuanaya oxşar bitki kütlələrinin qablaşdırıldığı 01 ədəd kağız zərfin üzərinə imzalasa da, sol yan cibindən bir ədəd sellofan bükümdə aşkar edilərək götürülmüş psixotrop maddə-metamfetaminə oxşar kristal kütlənin və falqanın qablaşdırıldığı zərfin üzərini imzalamaqdan imtina etmişdir. Lakin digər iştirakçılar zərfin üzərini imzalamışlar. Təqsirləndirilən şəxs2 izah olunmuş ki, onun bütün qeydləri nəzərə alınmaqla o, ciblərinə polis əməkdaşı, yəni mənim tərəfimdən psixotrop maddə-metamfetaminə oxşar kristal kütlə və falqa qoyulması barədə göstərdiyi xüsusatlar iş üzrə istintaqın gedişində araşdırılaraq bütün hallara hüquqi qiymət veriləcəkdir. Bununla da şübhəli şəxs Təqsirləndirilən şəxs2 üzərinə şəxsi axtarış və götürmə aparılması istintaq hərəkəti başa çatdırılmışdır. Şəxsi axtarış və götürmə zamanı “REDMİ” markalı mobil telefonlardan istifadə edilməklə video və foto çəkilişlər aparılmışdır. İşdə olan və məhkəmə baxışında tədqiq edilmiş xx.xx.2023-cü il tarixdə Təqsirləndirilən şəxs2 məxsus VAZ2106 markalı, **-BJ-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış aparılarkən tərtib edilmiş protokoldan, həmin protokola əlavə edilmiş foto və video görüntülərdən görünür ki, həmin tarixdə saat 20:57 radələrində Təqsirləndirilən şəxs2 məxsus VAZ2106 markalı, **-BJ-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilmişdir. Baxış zamanı əvvəlcə Təqsirləndirilən şəxs2 avtomobilində hər hansı bir qanunsuz vasitə olubolmaması soruşulmuş, sonuncu avtomobilində heç bir qanunsuz vasitə olmadığını bildirmiş, buna görə də ardıcıllıqla qeyd edilən avtomobilin qabaq salon, yəni sürücü hissəsinə baxış keçirilmiş, həmin vaxt avtomobilin qoltuqaltı hissəsindən 01 ədəd elektron tərəzi aşkar edilmiş, Təqsirləndirilən şəxs2 bildirmiş ki, elektron tərəzi özünə məxsusdur və qızıl alveri ilə məşğul olan zaman istifadə etmişdir. Daha sonra ardıcıllıqla avtomobilin arxa salon, yük və qabaq sağ sərinişin oturacaq hissələrinə, eləcə də avtomobilin motor hissələrinə baxış keçirilmiş, lakin hər hansı bir cinayət xarakterli alət, qanunsuz vasitə aşkar edilməmişdir. Aşkar edilmiş 01 ədəd elektron tərəzi 01 ədəd kağız zərfin içərisinə qoyulmaqla qablaşdırılıb, üzəri DİN-in zərflər üçün nəzərdə tutulmuş “103” nömrəli möhürü ilə möhürlənmiş və zərflərin üzərinə müvafiq qeydlər aparılmışdır. İşdə olan və məhkəmə baxışında tədqiq edilmiş xx.xx.2023-cü il tarixdə Təqsirləndirilən şəxs2 işlədiyi Qəbələ şəhəri, Nərimanov küçəsində yerləşən metal qəbul etmə məntəqəsinə baxış aparılarkən tərtib edilmiş protokoldan, həmin protokola əlavə edilmiş foto və video görüntülərdən görünür ki, həmin tarixdə saat 09:30 radələrində Təqsirləndirilən şəxs2 işlədiyi Qəbələ şəhəri, Nərimanov küçəsində yerləşən metal qəbul etmə məntəqəsinə baxış keçirilmişdir. Baxış zamanı əvvəlcə Təqsirləndirilən şəxs2 Qəbələ şəhəri, Nərimanov küçəsi ünvanında yerləşən metal qəbul etmə məntəqəsində hər hansı bir qanunsuz vasitə olubolmaması soruşulmuş, sonuncu həmin məntəqədə 1-2 bükümdə narkotik vasitə olduğunu bildirmiş və özündə olan açarla məntəqənin qapısını açaraq içəriyə daxil olmuş, girişdən solda yerləşən stolun altında gizlətdiyi 3 ədəd kağız bükümdə nəşə adlandırdığı bükümləri gizlətdiyi yerdən çıxararaq həmin stolun üzərinə qoymuşdur. Həmin bükümlər açılaraq içərisinə baxıldıqda hər üç bükümün içərisində yaşıl rəngli kəskin iyə malik bitki mənşəli marixuanaya bənzər kütlələrin olduğu müəyyən edilmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs2 həmin bükümlərdə olan narkotik vasitəyə bənzər kütlələri İsmayıllı rayon ərazisində naməlum şəraitdə tanımadığı şəxsdən qutu şəklində alaraq sonradan istifadə etmək üçün bükümlərə yığdığını bildirmişdir. Beləliklə Təqsirləndirilən şəxs2 tərəfindən təqdim edilmiş 3 ədəd bükümdəki kütlələr 01 ədəd kağız zərfin içərisinə qoyulmaqla qablaşdırılıb, üzəri DİN-in zərflər üçün nəzərdə tutulmuş “103” nömrəli möhürü ilə möhürlənmiş və zərflərin üzərinə müvafiq qeydlər aparılmışdır. İşdə olan və məhkəmə baxışında tədqiq edilmiş xx.xx.2023-cü il tarixdə Təqsirləndirilən şəxs2 məxsus ünvan 3 ünvanında yerləşən evə və həyətyanı sahəyə baxış aparılarkən tərtib edilmiş protokoldan, həmin protokola əlavə edilmiş foto və video görüntülərdən görünür ki, həmin tarixdə saat 10:14 radələrindən başlayaraq Təqsirləndirilən şəxs2 yaşadığı ünvan 29 ünvanında yerləşən yaşayış sahəsinə, eləcə də yaşayış evinə baxış keçirilmişdir. Baxış zamanı əvvəlcə Təqsirləndirilən şəxs2 ünvan 8 ünvanında yerləşən yaşayış sahəsində, eləcə də yaşayış evində hər hansı bir qanunsuz vasitə olub-olmaması soruşulmuş, sonuncu həmin evdə 1 bükümdə nəşə olduğunu bildirmiş və özündə olan açarla həyətyanı sahənin giriş qapısını açaraq içəriyə daxil olmuş, həyətyanı sahəyə baxış keçirilən zaman hər hansı bir qanunsuz vasitə aşkar edilməmişdir. Daha sonra həmin həyətdə yerləşən 2 mərtəbəli evin giriş qapısına yaxınlaşdıqda Təqsirləndirilən şəxs2 girişdən solda yerləşən ayaqqabı daxılının qapısını açaraq ən üst rəfdə bir büküm nəyşə olduğunu bildirmiş və həmin rəfdən 1 ədəd dördkünc göy rəngli qutunu təqdim edərək bildirmiş ki, nəyşə həmin qutunun içərisindədir. Həmin qutunun içərisindən 1 ədəd böyük bükümdə yaşıl kütlə olduğu və 1 ədəd falqa olduğu, eləcə də 1 ədəd elektron tərəzi olduğu aşkar edilmişdir. Təqsirləndirilən şəxs2 elektron tərəzi ilə qızıl çəkdiyini, falqa ilə nəşəni çəkmək üçün istifadə etdiyini bildirmişdir. Aşkar edilmiş bükümün içərisinə baxıldıqda bükümün içərisində yaşıl rəngli kəskin iyə malik marixuanaya bənzər kütlənin olduğu müəyyən edilmişdir. Beləliklə aşkar edilmiş 01 ədəd büküm, elektron tərəzi və bir ədəd falqa ayrı-ayrılıqda kağız zərflərin içərisinə qoyulmaqla qablaşdırılıb, üzəri DİN-in zərflər üçün nəzərdə tutulmuş “103” nömrəli möhürü ilə möhürlənmiş və zərflərin üzərinə müvafiq qeydlər aparılmışdır. Daha sonra Təqsirləndirilən şəxs2 məxsus evə daxil olmaqla həmin evə də baxış keçirilmiş, baxış zamanı hər hansı bir qanunsuz vasitə aşkar edilməsə də, evin qonaq otağındakı stolun üzərindəki gül qabının içərisindən Təqsirləndirilən şəxs2 məxsus şəxsiyyət vəsiqəsi, sürücülk vəsiqəsi və VAZ2106 markalı, **-BJ-*** nömrə nişanlı avtomobilə dair etibarnamə də aşkar edilərək tərəfimdən götürülmüşdür. İşdə olan və məhkəmə baxışında tədqiq edilmiş Təqsirləndirilən şəxs3 ifadəsinin yerində yoxlanılması haqqında tərtib edilmiş protokoldan və həmin protokola əlavə edilmiş foto cədvəldən görünür ki, həmin tarixdə saat 11:00 radələrindən başlayaraq Təqsirləndirilən şəxs3 ifadəsi yerində yoxlanılmışdır. Qeyd olunan istintaq hərəkəti zamanı iş üzrə Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası CPM-də göstərilən hüquq və vəzifələri izah edilmiş, daha sonra sonuncuya ifadəsində göstərdiyi xüsusatları əyani şəkildə yerində göstərməsi təklif edilmiş, Təqsirləndirilən şəxs3 ona edilmiş təkliflə razılaşmış və 2023-cü ilin yanvar-fevral aylarında dəqiq xatırlamadığı tarixdə Təqsirləndirilən şəxs2 30 manat pul müqabilində patı, yəni metamfetamin aldığı yeri, yəni Qəbələ şəhəri Nərimanov küçəsində yerləşən Təqsirləndirilən şəxs2 məxsus metal qəbul etmə məntəqəsinin yerləşdiyi küçəni və məntəqənin giriş qapısını göstərərək bildirmişdir ki, 2023-cü ilin yanvar-fevral aylarında dəqiq xatırlamadığı tarixdə Təqsirləndirilən şəxs2 30 manat pul vəsaiti müqabilində bir büküm psixotrop maddə, yəni el arasında patı adı ilə tanınan metamfetamin almışdır. Bundan sonra Təqsirləndirilən şəxs3 Qəbələ şəhəri, H.Əliyev prospketi ərazisində yerləşən Qəbələ ticarət mərkəzinin qarşısını göstərərək bildirmiş ki, xx.xx.2023-cü il tarixdə günorta saatlarında Təqsirləndirilən şəxs1 110 manat pul müqabilində razılaşmaqla sonuncudan marixuana almış, həmin marixuana və metamfetamin isə polis əməkdaşları tərəfindən Qəbələ RPŞ-də üzərində axtarış keçirilərkən ondan götürülmüşdür. İşdə olan və məhkəmə baxışında tədqiq edilmiş xx.xx.2023-cü il tarixdə Təqsirləndirilən şəxs1 ifadəsinin yerində yoxlanılması haqqında tərtib edilmiş protokoldan və həmin protokola əlavə edilmiş fotocədvəldən görünür ki, həmin tarixdə saat 11:10 radələrindən başlayaraq Təqsirləndirilən şəxs1 ifadəsi yerində yoxlanılmışdır. Qeyd olunan istintaq hərəkəti zamanı iş üzrə Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CPM-də göstərilən hüquq və vəzifələri izah edilmiş, daha sonra sonuncuya ifadəsində göstərdiyi xüsusatları, əsasən də üzərindən və yaşadığı evin həyətyanı sahəsindəki hindən aşkar edilmiş narkotik vasitə-qurudulmuş marixuanaları əldə etdiyi yer ilə bağlı ifadəsində göstərdiyi xüsusatları əyani şəkildə yerində göstərməsi təklif edilmiş, Təqsirləndirilən şəxs1 ona edilmiş təkliflə razılaşmışdır. Bundan sonra Təqsirləndirilən şəxs1 haraya getmək lazım olduğu soruşulmuş, o bildirmiş ki, Qəbələ rayon Nohurqışlaq kəndi ərazisində üzü Vəndam qəsəbəsi istiqamətində olun yolun sol hissəsində Nohurgöl istirahət mərkəzinə çatmamış yolun sol hissəsində yerləşən dağlıq və dağətəyi əraziyə getmək lazımdır. İstintaq hərəkəti iştirakçıları Təqsirləndirilən şəxs1 göstərdiyi marşrut üzrə hərəkət etmiş və Qəbələ rayon Nohurqışlaq kəndi ərazisinə çatdıqda Təqsirləndirilən şəxs1 bildirmiş ki, sola dönmək lazımdır. Belə olub sola dönərək meşəlik və kol-koslu ərazi ilə təxminən 300-400 metr irəlilədikdən sonra Təqsirləndirilən şəxs1 bildirmiş ki, avtomobili saxlanılsın. Təqsirləndirilən şəxs1 təklifi ilə istintaq hərəkəti iştirakçıları avtomobildən düşmüşlər. Təqsirləndirilən şəxs1 Qəbələ rayon Nohurqışlaq-Vəndam yolunun sol hərəkət hissəsində yerləşən dağlıq və dağətəyi ərazini göstərərək bildirmiş ki, həmin ərazidən 2022-ci ilin yay aylarında yabanı halda bitmiş narkotik vasitə-marixuana yığaraq Qəbələ rayon Vəndam qəsəbəsində yerləşən evinin həyətindəki hinində saxlamış, həmçinin həmin marixuanadan tanışı Təqsirləndirilən şəxs3 avtomobilini təmir etməsi üçün 110 manatlıq miqdarda satmışdır. Daha sonra Təqsirləndirilən şəxs1 yabanı halda narkotik vasitəmarixuananı yığdığı dağətəyi ərazinin yaxınlığında olan su arxını göstərərək bildirmiş ki, həqiqətən də həmin ərazidə yabanı halda marixuananın bitməsi üçün münbit şərait vardır. Daha sonra Təqsirləndirilən şəxs1 həmin yabanı halda bitmiş marixuananı yığmaq üçün gəldiyi yolu, həmin əraziyə getmək üçün asfalt örtüklü yoldan daxil olmaq üçün istifadə etdiyi daşlı-çınqıllı yolu təqdim etmişdir. Bununla da istintaq hərəkəti başa çatdırılmış, Təqsirləndirilən şəxs1 ifadəsi yerində yoxlanılan zaman hər hansı bir şikayət və ya vəsatət daxil olmamışdır. İşdə olan və məhkəmə baxışında tədqiq edilmiş X45 İnkişaf Mərkəzi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli rəydən görünür ki, 20 mart 2023-cü il tarixdə Qəbələ rayon Nohurqışlaq kəndində Nohurqışlaq-Vəndam yolunun sol hərəkət hissəsində yerləşən dağlıq sahənin dəğ ətəyi hissəsinin kənarlarında yabanı halda narkotik tərkibli bitkilərin yetişməsi üçün münbit torpaq sahəsi olub-olmamasını təftiş edilmişdir. Baxış zamanı məlum olmuşdur ki, həmin ərazidə arxların kənarında boş sahələrdə narkotik mənşəli çətənə bitkisi bitə bilər. Yabanı tərkibli narkotik mənşəli bitkilərin yetişməsi üçün həmin ərazidə onlara hər hansı bir aqrotexniki qulluq göstərilməsi halı müşahidə edilməmişdir. İşdə olan və məhkəmə baxışında tədqiq edilmiş xx.xx.2023-cü il tarixdə Təqsirləndirilən şəxs3 ifadəsinin yerində yoxlanılması haqqında tərtib edilmiş protokoldan və həmin protokola əlavə edilmiş fotocədvəldən görünür ki, həmin tarixdə saat 10:00 radələrindən başlayaraq Təqsirləndirilən şəxs3 evindən aşkar edilərək götürülmüş narkotik vasitə-qurudulmuş marixuananı əldə etdiyi yerin müəyyən edilməsi məqsədi ilə sonuncunun ifadəsi yerində yoxlanılmışdır. Qeyd olunan istintaq hərəkəti zamanı iş üzrə Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası CPM-də göstərilən hüquq və vəzifələri izah edilmiş, daha sonra sonuncuya xx.xx.2023-cü il tarixdə ünvan 30 ünvanında yerləşən evindən aşkar edilərək götürülmüş narkotik vasitə-qurudulmuş marixuananı əldə etdiyi yer ilə bağlı ifadəsində göstərdiyi xüsusatları əyani şəkildə yerində göstərməsi təklif edilmiş, Təqsirləndirilən şəxs3 ona edilmiş təkliflə razılaşmış və bundan ötrü Qəbələ rayon Bayramkoxalı kəndinə getmək lazım olduğunu bildirmişdir. Belə olub istintaq hərəkətinin iştirakçıları ilə birlikdə avtomobil ilə Qəbələ rayon Bayramkoxalı kəndi istiqamətində gedilmiş, Qəbələ rayon Bayramkoxalı kəndinin giriş hissəsinə çatdıqda Təqsirləndirilən şəxs3 avtomobili saxlamağı bildirmişdir. Avtomobildən düşərək yolun sol tərəfi istiqamətində yerləşən daşlı-çınqıllı yol ilə su kanalının üzəri ilə getdikdə Təqsirləndirilən şəxs3 bildirmiş ki, evindən aşkar edilmiş narkotik vasitəqurudulmuş marixuananı həmin kanalın üzərindən 2022-ci ilin yay aylarında yabanı halda bitmiş çətənə kollarından yığaraq əldə etmişdir. Bundan sonra Təqsirləndirilən şəxs3 ifadəsində uyğun şəkildə ardıcıllıqla Qəbələ rayon Bayramkoxalı kəndinin giriş hissəsini, həmin kənddə yerləşən su kanalını, su kanalının kənarındakı qurudulmuş marixuananı yığdığı yeri ifadəsinə uyğun şəkildə göstərmişdir. İşdə olan və məhkəmə baxışında tədqiq edilmiş X45 İnkişaf Mərkəzi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli rəydən görünür ki, 05 aprel 2023-cü il tarixdə Qəbələ rayon Bayramkoxa kəndində əkin sahəsinin kənarlarında yabanı halda narkotik tərkibli bitkilərin yetişməsi üçün münbit torpaq sahəsi olub-olmamasını təftiş edilmiş, baxış zamanı məlum olmuşdur ki, həmin ərazidə arxların kənarında boş sahələrdə narkotik mənşəli çətənə bitkisi bitə bilər. Yabanı tərkibli narkotik mənşəli bitkilərin yetişməsi üçün həmin ərazidə onlara hər hansı bir aqrotexniki qulluq göstərilməsi halı müşahidə edilməmişdir. İşdə olan və məhkəmə baxışında tədqiq edilmiş 03 aprel 2023-cü il tarixli “CD diskdəki məlumatlara baxış keçirilməsi haqqında” protokoldan görünür ki, məlumatlara baxış keçirilən zaman ***-***-**-** saylı mobil nömrənin abunəçisi və istifadəçisi Təqsirləndirilən şəxs2 yaxın mobil əlaqələrinin, yəni onun istifadəsində olan nömrə ilə mütəmadi olaraq əlaqə saxlayan şəxslərin Şahid11 məxsus ***-***-**-** saylı, Şahid10 məxsus ***-***-**-** saylı, Şahid9 məxsus ***-***-**-** saylı, Şahid8 məxsus ***-***-**-** saylı, Şahid12 məxsus ***-***-**-** saylı mobil nömrələrin istifadəçilərinin olduğu müəyyən edilmişdir. Bununla yanaşı CD diskdə olan məlumatlara baxış keçirilərkən iş üzrə mühüm əhəmiyyət kəsb edən Şahid12 tərəfindən Təqsirləndirilən şəxs2 yazılmış “Muşduluq ismayılı kanalında vuruldu get al indi ala bilersen”, eləcə də digər şəxsiyyəti istintaqa məlum olmayan şəxslər tərəfindən isə “Manim pulumu yada mall gondar gondarmirsansa kisi deyilsan nir vermi, Daş götürmək olar 20 manatlıq, Nofarda orada olub axsam flrlatduz 20q patlya onuda vermadun .sani pesman edacam, Maniim mallm ya pulum noldu camahata das satlrsuz Allaha and iciram lazlmll adamlarla danlsmlsam mandan sizin yerinizi adres gozlayir pisdik etmak isdamiram, Perviz qaqa cox super weydi deyir 6-7 saat kayfdan kayfa duwursen getdi getirmeye” kimi mesaj mətinlərinə rast gəlinmişdir. İşdə olan və məhkəmə baxışında tədqiq edilmiş məhkəmə-bioloji ekspertizasının xx.xx.2023-cü il tarixli 17/169 saylı rəyində aşağıdakılar göstərilmişdir: - Tədqiqata təqdim edilmiş, üzərində “sellofan torbada büküm. İştirakçılar. 1) Şübhəli şəxs/imza/X46 o. 2) Vəkil/imza/Süleymanov Səfəralı B.O. İştirakçılar 3) Şahid6 o. /imza/...” sözləri, adlar və imzalar yazılmış zərfin içərisindəki 01(bir) ədəd ağ rəngli sellofan bükümdə, təmiz çəkisi – 9,05 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixiuanadır. - Tədqiqata təqdim edilmiş, üzərində “mavi rəngli kağız büküm. İştirakçılar. 1) Vəkil/imza/S.Süleymanov Şübhəli ş. 2/imza/ Təqsirləndirilən şəxs3. İştirakçılar 3) /imza/ Şahid7..” sözləri, adlar və imzalar yazılmış zərfin içərisindəki 01(bir) ədəd kağız bükümdə, təmiz çəkisi – 0,58 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - qurudulmuş marixiuanadır. - Tədqiqata təqdim edilmiş, üzərində “sellofan torbada metamfetaminə bənzər kütlə. İştirakçılar. Şübhəli şəxs 1)/imza/ Təqsirləndirilən şəxs3. Vəkil 2) /imza/S.Süleymanov İştirakçılar 3) /imza/ Şahid7...” sözləri, adlar və imzalar yazılmış zərfin içərisindəki 01(bir) ədəd sellofan bükümdə, təmiz çəkisi – 1,518 qram olan maddə kustar üsulla hazırlanmış psixotrop maddə - metamfetamindir. - Tədqiqata təqdim edilmiş, üzərinə yapışdırılmış vərəqədə “marixuanaya bənzər kütlə. İştirakçılar. Şübhəli şəxs 1)/imza/ Təqsirləndirilən şəxs3. Vəkil 2) /imza/S.Süleymanov İştirakçılar 3) /imza/ Şahid7...” sözləri, adlar və imzalar yazılmış göy rəngli sellofan torbanın içərisində ağ-qara zolaqlı torbaya bükülmüş iç-içə keçirilmiş 01(bir) ədəd qara rəngli sellofan torbada, təmiz çəkisi – 435 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - qurudulmuş marixiuanadır. - Tədqiqata təqdim edilmiş, 01 ədəd ağ rəngli sellofan bükümdə, təmiz çəkisi 9,05 qram olan qurudulmuş marixuana və 01 ədəd kağız bükümdə, təmiz çəkisi 0,58 qram olan qurudulmuş marixuana tərkiblərinə görə eynidirlər. - Tədqiqata təqdim edilmiş, ağ-qara zolaqlı torbaya bükülmüş, iç-içə keçirilmiş 01 ədəd qara rəngli sellofan torbada, təmiz çəkisi 435 qram olan qurudulmuş marixuana digər 01 ədəd ağ rəngli sellofan bükümdə, təmiz çəkisi 9,05 qram və 01 ədəd kağız bükümdə, təmiz çəkisi 0,58 qram olan qurudulmuş marixuanalardan tərkibinə görə fərqlənir. -Tədqiqata təqdim edilmiş, üzərində “15 ədəd kağız bükümdə narkotik maddəyə bənzər kütlələr. İştirakçılar. Şübhəli şəxs 1) /imza/ Təqsirləndirilən şəxs1. 2) Vəkil /imza/Müdafiəçi1 İştirakçılar 3) /imza/ Şahid7...” sözləri, adlar və imzalar yazılmış zərfin içərisindəki 15 ədəd kağız bükümlərdə ayrı-ayrılıqda təmiz çəkiləri, 0,61 qram, 0,77 qram, 0,61 qram, 0,51 qram, 0,61 qram, 0,69 qram, 0,74 qram,0,74 qram, 0,67 qram, 0,79 qram, 0,61 qram, 0,65 qram, 0,75 qram, 0,64 qram, 0,66 qram olmaqla ümumi təmiz çəkisi, 10,05 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə-qurudulmuş marixiuanalardır. - Tədqiqata təqdim edilmiş, üzərinə yapışdırılmış vərəqədə “İştirakçılar. Şübhəli şəxs 1) /imza/ Təqsirləndirilən şəxs1. 2)Vəkil /imza/ Müdafiəçi1. İştirakçılar 3) /imza/ Şahid7...” sözləri, adlar və imzalar yazılmış göy rəngli sellofan torbanın içərisində 01 ədəd ağ rəngli sellofan torbada, təmiz çəkisi – 445 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - qurudulmuş marixiuanadır. - Tədqiqata təqdim edilmiş, 15 ədəd kağız bükümlərdə, təmiz çəkisi 10,05 qram olan qurudulmuş marixuanalar və 01 ədəd sellofan torbada, təmiz çəkisi 445 qram olan qurudulmuş marixuana tərkiblərinə görə eynidirlər. - Tədqiqata təqdim edilmiş, üzərində “ciblərdən götürülən nümunələr. İştirakçılar. Şübhəli şəxs 1) /imza/ Təqsirləndirilən şəxs4... 2)Vəkil /imza/ Firidun Osmanov. İştirakçılar 3) /imza/ Şahid7...” sözləri, adlar və imzalar yazılmış zərfin içərisindəki 04 ədəd qara rəngli parça materialından ibarət olan cib içliklərinin kəsiklərinin 01 ədədinin üzərində olan cüzi miqdarda bitki hissəcikləri əkilib-becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkisinin hissəcikləridir. Həmin çətənə bitkisinin hissəcikləri cüzi miqdarda olduğundan təmiz çəkisini müəyyən etmək olmadı. - Tədqiqata təqdim edilmiş, üzərində “marixuanaya bənzər kütlə. İştirakçılar. 1) Şübhəli ş. /imza/ Təqsirləndirilən şəxs4... Vəkil 2) /imza/Müdafiəçi2 İştirakçılar 3) /imza/ Şahid7...” sözləri, adlar və imzalar yazılmış zərfin içərisindəki 01(bir) ədəd kağız bükümdə, təmiz çəkisi – 7,39 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - qurudulmuş marixiuanadır. - Tədqiqata təqdim edilmiş, 01 ədəd cib içliyi kəsiyindən aşkar edilmiş çətənə (kannabis) bitkisinin hissəcikləri cüzi miqdarda olduğuna görə həmin hissəciklərlə təqdim edilmiş 01 ədəd kağız bükümdə, təmiz çəkisi 7,39 qram olan qurudulmuş marixuananın müqayisəli(eynilik) tədqiqatını aparmaq mümkün olmadı. - Tədqiqata təqdim edilmiş, üzərində “4 ədəd rızla 1 ədəd falqa. İştirakçılar. 1) Şübhəli ş. /imza/ Təqsirləndirilən şəxs3. Vəkil 2) /imza/S.Süleymanov İştirakçılar 3) /imza/ Şahid7...” sözləri, adlar və imzalar yazılmış zərfin içərisindəki: - 01 (bir) ədəd gümüşü rəngli falqanın üzərində olan cüzi miqdarda maddə hissəcikləri psixotrop maddə metamfetamin hissəcikləridir. Həmin metamfetamin hissəcikləri cüzi miqdarda olduğuna görə təmiz çəkisi müəyyən etmək mümkün olmadı, - 04 ədəd qəhvəyi rəngli kağız parçalarının üzərində narkotik vasitə və ya psixotrop maddə hissəcikləri yoxdur. - Tədqiqata təqdim edilmiş, 01 ədəd gümüşü rəngli falqanın üzərində olan metamfetamin hissəcikləri cüzi miqdarda olduğuna görə həmin obyektlə 01 ədəd sellofan bükümdəki metamfetaminin müqayisəli (eynilik) tədqiqatını aparmaq mümkün olmadı. Tədqiqata təqdim edilmiş, üzərində “6 ədəd rızla. İştirakçılar. 1) Şübhəli şəxs. /imza/ Təqsirləndirilən şəxs1. Vəkil 2) /imza/Müdafiəçi1 İştirakçılar 3) /imza/ Şahid7...” sözləri, adlar və imzalar yazılmış zərfin içərisindəki 06 ədəd qəhvəyi rəngli kağız parçalarının üzərində narkotik vasitə və ya psixotrop maddə hissəcikləri yoxdur. Tədqiqata təqdim edilmiş, 01 ədəd ağ rəngli sellofan bükümdə, təmiz çəkisi 9,05 qram, 01 ədəd kağız bükümdə, təmiz çəkisi 0,58 qram, 15 ədəd kağız bükümlərdə, ümumi təmiz çəkisi 10,05 qram, 01 ədəd ağ rəngli sellofan torbada, təmiz çəkisi 445 qram, 01 ədəd kağız bükümdə, təmiz çəkisi 7,39 qram olan qurudulmuş marixuanalar tərkiblərinə görə eynidirlər. Tədqiqata təqdim edilmiş, ağ-qara zolaqlı torbaya bükülmüş iç-içə keçirilmiş 01 ədəd qara rəngli sellofan torbada, təmiz çəkisi 435 qram olan qurudulmuş marixuana digər qurudulmuş marixuanalardan tərkibinə görə fərqlənir. İşdə olan və məhkəmə baxışında tədqiq edilmiş məhkəmə-bioloji ekspertizasının xx.xx.2023-cü il tarixli 17/164 saylı rəyində aşağıdakılar göstərilmişdir: - Tədqiqata təqdim edilmiş, üzərində “Şübhəli şəxs Təqsirləndirilən şəxs2 üzərindən aşkar olunmuş maddi sübut.” sözləri, adlar və imzalar yazılmış zərfin içərisindəki 02(iki) ədəd kibrit qutusunda, ayrı-ayrılıqda təmiz çəkiləri – 4,80 qram və 5,11 qram, ümumi təmiz çəkisi – 9,91 qram olan bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə(kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə- qurudulmuş marixuanalardır. - Tədqiqata təqdim olunmuş ümumilikdə 02 ədəd kibrit qutusunda olan qurudulmuş marixuanalar tərkiblərinə görə eyni tərkiblidirlər. İşdə olan və məhkəmə baxışında tədqiq edilmiş məhkəmə-bioloji ekspertizasının xx.xx.2023-cü il tarixli 17/206 saylı rəyində aşağıdakılar göstərilmişdir: Tədqiqata təqdim edilmiş, üzərində "1. Şübhəli şəxs Təqsirləndirilən şəxs2./imza/ 2. Müdafiəçi2/ imza/ 3.İştirakçılar 4. Şahid5.imza/ Üzərindən aşkar edilmiş 3 ədəd kağız bükümdə marixuanaya bənzər kütlə.." sözləri, imzalar və adlar yazılmış zərfin içərisindəki 03(üç) ədəd kağız bükümlərdə, ayrı-ayrılıqda təmiz çəkiləri - 0,35qr., 0,38qr., 0,31qr, ümumi təmiz çəkisi - 1,04 qram olan bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanalardır. Tədqiqata təqdim edilmiş, üzərində "1. Şübhəli şəxs Təqsirləndirilən şəxs2./imza/ 2. Müdafiəçi2 /imza/ 3. İştirakçılar 4.Kenan İsmayıllı.imza/ Təqsirləndirilən şəxs2 üzərindən aşkar edilmiş 01 ədəd sellofan torbada metamfetaminə bənzər kristal maddə.."sözləri, imzalar və adlar yazılmış zərfin içərisindəki 01(bir) ədəd sellofan bükümdə, təmiz çəkisi 0,438 qram olan maddə kustar üsulla hazırlanmış psixotrop maddə - metamfetamindir. Tədqiqata təqdim edilmiş, üzərində "1. Şübhəli şəxs Təqsirləndirilən şəxs2./imza/ 2. Müdafiəçi2 /imza/ 3.İştirakçılar 4. Şahid5.imza/ metal qəbul etmə yerindən aşkar edilmiş 3 ədəd büküm.." sözləri, imzalar və adlar yazılmış zərfin içərisindəki 03(üç) ədəd kağız bükümlərdə, ayrı-ayrılıqda təmiz çəkiləri - 0,44qr., 0,39qr., 0,38qr, ümumi təmiz çəkisi - 1,21 qram olan bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə-qurudulmuş marixuanalardır. Tədqiqata təqdim edilmiş, üzərində "1. Şübhəli şəxs Təqsirləndirilən şəxs2./imza/ 2. Müdafiəçi2 /imza/ 3. İştirakçılar 4.Kenan İsmayıllı.imza/ Evindən aşkar edilmiş 1 ədəd kağız büküm." sözləri, imzalar və adlar yazılmış zərfin içərisindəki sellofana bükülmüş 01(bir) ədəd kağız bükümdə, təmiz çəkisi - 5,36 qram olan bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitəqurudulmuş marixuanadır. Tədqiqata təqdim edilmiş, üzərində "1. Şübhəli şəxs Təqsirləndirilən şəxs2./imza/ 2. Müdafiəçi2 /imza/ 3. İştirakçılar 4.Kenan İsmayıllı.imza / Üzərindən aşkar edilmiş 3 ədəd kağız bükümdə marixuanaya bənzər kütlə.." sözləri, imzalar və adlar yazılmış zərfin içərisindəki 03(üç) ədəd kağız bükümlərdə, ayrı-ayrılıqda təmiz çəkiləri - 0,35qr., 0,38qr., 0,31qr, ümumi təmiz çəkisi - 1,04 qram qurudulmuş marixuanalar tərkiblərinə görə eynidirler. Tədqiqata təqdim edilmiş, ümumilikdə 06(altı) ədəd kağız bükümlərdə və sellofana bükülmüş 01(bir) ədəd kağız bükümdə olan qurudulmuş marixuanalar tərkiblərinə görə eynidirlər. Tədqiqata təqdim edilmiş, üzərində "1. Şübhəli şəxs Təqsirləndirilən şəxs2./imza/ 2. Müdafiəçi2 /imza/ 3. İştirakçılar 4.Kenan İsmayıllı.imza/ Təqsirləndirilən şəxs2 üzərindən aşkar edilmiş 01 ədəd sellofan torbada metamfetaminə bənzər kristal maddə.."sözləri, imzalar və adlar yazılmış zərfin içərisindəki 01(bir) ədəd sellofan bükümdə olan metamfetamin ilə üzərində "Ekspert rəyi.N:17/169. Verildiyi tarix: 12 fevral 2023-cü il. Qəbələ RPŞ. HK-1/173. 01(bir) ədəd sellofan bükümdə metamfetamin. X38 oglu Ekspert./imza/ Hafiz Rəşidov," sözləri yazılmış 01(bir) ədəd MEM-e məxsus zərfin içərisindəki 01(bir) ədəd selofan bükümdə olan metamfetamin xarici əlamətlərinə və kimyəvi tərkib kompanentlərinə görə eynidirlər. Tədqiqata təqdim edilmiş, üzərində "Təqsirləndirilən şəxs2 üzərindən aşkar edilmiş falqa.."sözləri, imzalar və adlar yazılmış zərfin içərisindəki 01(bir) ədəd gümüşü falqanın üzərində narkotik vasitə və ya psixotrop maddə hissəcikləri yoxdur. Tədqiqata təqdim edilmiş, üzərində "Təqsirləndirilən şəxs2 məxsus VAZ2106 markalı **- BJ-*** d.q.n-lı avtomobildən aşkar edilmiş tərəzi.." sözləri, imzalar və adlar yazılmış 01(bir) ədəd zərfin içərisindəki 01(bir) ədəd gümüşü rəngli elektron tərəzinin üzərində əkilibbecərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkisinin hissəcikləri və psixotrop maddə metamfetamin hissəcikləri vardır. Həmin çətənə bitkisinin hissəcikləri və metamfetamin hissəcikləri cüzi miqdarda olduqlarına görə təmiz çəkilərini müəyyən etmək mümkün olmadı. Tədqiqata təqdim edilmiş, üzərində "1. Şübheli şəxs Təqsirləndirilən şəxs2./imza/ 2. Müdafiəçi2 /imza/ 3.İştirakçılar 4.Şahid5.imza/ Evdən aşkar edilmiş 1 ədəd falqa..." sözləri, imzalar və adlar yazılmış zərfin içərisindəki 01(bir) ədəd gümüşü falqanın üzərində psixotrop maddə metamfetamin hissəcikləri vardır. Həmin metamfetamin hissəcikləri cüzi miqdarda olduqlarına görə təmiz çəkisini müəyyən etmək mümkün olmadı. Tədqiqata təqdim edilmiş, üzərində "1. Şübheli şəxs Təqsirləndirilən şəxs2,/imza/ 2. Müdafiəçi2 /imza/ .Şahid5, imza/ Evindən aşkar edilmiş 1 ədəd elektron tərəzi."sözləri, imzalar və adlar yazılmış zərfin içərisindəki 01(bir) ədəd gümüşü rəngli elektron tərəzinin üzərində əkilib-becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkisinin hissəcikləri və psixotrop maddə metamfetamin hissəcikləri vardır. Həmin çətənə bitkisinin hissəcikləri və metamfetamin hissəcikləri cüzi miqdarda olduqlarına görə təmiz çəkilərini müəyyən etmək mümkün olmadı. Tədqiqata təqdim edilmiş, 02 (iki) ədəd elektron tərəzinin üzərindən aşkar edilmiş çətənə (kannabis) bitkisinin hissəcikləri cüzi miqdarda olduqlarına görə həmin hissəciklərlə təqdim edilmiş qurudulmuş marixuanaların müqayisəli (eynilik) tedqiqatını aparmaq mümkün olmadı. Tədqiqata təqdim edilmiş, 02 (iki) ədəd elektron tərəzinin və 01 (bir) ədəd gümüşü falqanın üzərindən aşkar edilmiş metamfetamin hissəcikləri cüzi miqdarda olduqlarına görə həmin hissəciklərlə təqdim edilmiş metamfetaminin müqayisəli (eynilik) tədqiqatını aparmaq mümkün olmadı. İşdə olan və məhkəmə baxışında tədqiq edilmiş məhkəmə-bioloji ekspertizasının xx.xx.2023-cü il tarixli 17/280 saylı rəyində aşağıdakılar göstərilmişdir: a) Tədqiqata təqdim olunmuş, üzərində "Ekspert rəyi. N:17/206. Verildiyi tarix: 23 fevral 2023-cü il. Qəbələ RPŞ. Cinayət işi N: 2********. 01(bir) ədəd bükümdə qurudulmuş marixuana. Təqsirləndirilən şəxs2 oğ. (evindən aşk. ed.) Ekspert./imza/ Hafiz Rəşidov" sözləri yazılmış MEM-ə məxsus zərfin içərisindəki sellofana bükülmüş 01(bir) ədəd kağız bükümdə, təmiz çəkisi 5,34 qram (ilkin tədqiqat zamanı təmiz çəkisi 5,36qram) olan qurudulmuş marixuana ilə üzərində "Ekspert rəyi.N:17/164. Verildiyi tarix: 11 fevral 2023-cü il. Şeki ŞRPŞ. HK-1/28. 02 (iki) ədəd kibrit qutusunda qurudulmuş marixuanalar.Təqsirləndirilən şəxs2 oğ. Ekspert./imza/ Ə.Əsədullayev." sözləri yazılmış MEM-ə məxsus zərfin içərisindəki 02 (iki) ədəd kibrit qutusunda, ayrı-ayrılıqda təmiz çəkiləri 4,75 qram və 5,06 qram (ilkin tədqiqat zamanı ayrı-ayrılıqda təmiz çəkiləri 4,80 qram və 5,11qram) olan qurudulmuş marixuanalar tərkiblərinə görə eynidirlər. b) Tədqiqata təqdim olunmuş, üzərində "Ekspert rəyi.N:17/206. Verildiyi tarix: 23 fevral 2023-cü il. Qebele RPŞ. Cinayət işi N: 2********. 01(bir) ədəd bükümdə qurudulmuş marixuana. Təqsirləndirilən şəxs2 oğ. (evindən aşk. ed.) Ekspert./imza/ Hafiz Rəşidov.sözləri yazılmış MEM-ə məxsus zərfin içərisindəki sellofana bükülmüş 01(bir) ədəd kağız bükümdə, təmiz çəkisi 5,34qram (ilkin tədqiqat zamanı təmiz çəkisi 5,36qram) olan qurudulmuş marixuana ilə uzərində "Ekspert rəyi.N:17/169 Verildiyi tarix: 12 fevral 2023-cü il. Qəbələ RPŞ. HK-1/173. 01(bir) ədəd sellofan torbada qurudulmuş marixuana.X30. Ekspert./imza/ Hafiz Rəşidov" sözləri yazılmış 01(bir) ədəd MEM-e maxsus kagiz torbanin içərisində göy rəngli sellofan torbadakı ag-qara zolaqlı torbaya bükülmüş iç-içə keçirilmiş 01(bir) ədəd qara rengli sellofan torbada, təmiz çəkisi 434,95 qram (ilkin tədqiqat zamanı təmiz çəkisi 435qram) olan qurudulmuş marixuana tərkiblərinə görə fərqlidirlər. c) Tədqiqata təqdim olunmuş, üzərində "Ekspert rəyi.N:17/206. Verildiyi tarix: 23 fevral 2023-cü il. Qebele RPŞ. Cinayət işi N: 2********. 01(bir) ədəd bükümdə qurudulmuş marixuana. Təqsirləndirilən şəxs2 oğ. (evindən aşk. ed.) Ekspert./imza/ Hafiz Rəşidov.sözləri yazılmış MEM-ə məxsus zərfin içərisindəki sellofana bükülmüş 01(bir) ədəd kağız bükümdə, təmiz çəkisi 5,34qram (ilkin tədqiqat zamanı təmiz çəkisi 5,36qram) olan qurudulmuş marixuana ilə uzərində "Ekspert rəyi.N:17/169 Verildiyi tarix: 12 fevral 2023-cü il. Qəbələ RPŞ. HK-1/173. 01(bir) ədəd sellofan torbada qurudulmuş marixuana. Təqsirləndirilən şəxs1 oğ. Ekspert /imza/ Hafiz Rəşidov." sözləri yazılmış MEM-ə məxsus kağız torbanın içərisində 01(bir) ədəd göy rəngli sellofan torbadakı 01(bir) ədəd ağ rəngli sellofan torbada, təmiz çəkisi 444,95 qram (ilkin tedqiqat zamanı təmiz çəkisi 445 qram) olan qurudulmuş marixuana tərkiblərinə görə fərqlidirlər. d) Tədqiqata təqdim olunmuş, üzərində "Ekspert rəyi.N:17/164. Verildiyi tarix: 11 fevral 2023-cü il. Şəki ŞRPŞ. HK-1/28. 02 (iki) ədəd kibrit qutusunda qurudulmuş marixuanalar. Təqsirləndirilən şəxs2 oğ. Ekspert./imza/ Ə. Əsədullayev." sözləri yazılmış MEM-ə məxsus zərfin içərisindəki 02(iki) ədəd kibrit qutusunda, ayrı-ayrılıqda təmiz çəkiləri 4,75 qram ve 5,06 qram (ilkin tədqiqat zamanı ayrı-ayrılıqda təmiz çəkiləri 4,80qram və 5,11qram) olan qurudulmuş marixuanalar, üzərində "Ekspert rəyi.N:17/169 Verildiyi tarix: 12 fevral 2023-cü il. Qəbələ RPŞ. HK-1/173. 01(bir) ədəd sellofan torbada qurudulmuş marixuana.X30. Ekspert./imza/ Hafiz Rəşidov" sözləri yazılmış 01(bir) ədəd MEM-ə məxsus kağız torbanın içərisində göy rəngli sellofan torbadakı ağ-qara zolaqll torbaya bükülmüş iç-içə keçirilmiş 01(bir) ədəd qara rəngli sellofan torbada, təmiz çəkisi 434,95qram (ilkin tədqiqat zamanı təmiz çəkisi 435qram) olan qurudulmuş marixuana və "Ekspert rəyi.N:17/169 Verildiyi tarix: 12 fevral 2023-cü il. Qəbələ RPŞ. HK-1/173. 01(bir) ədəd sellofan torbada qurudulmuş marixuana. Təqsirləndirilən şəxs1 oğ. Ekspert /imza/ Hafiz Rəşidov." sözləri yazılmış MEM-ə məxsus kağız torbanın içərisində 01(bir) ədəd göy rəngli sellofan torbadakı 01(bir) ədəd ağ rəngli sellofan torbada, təmiz çəkisi 444,95 qram (ilkin tedqiqat zamanı təmiz çəkisi 445 qram) olan qurudulmuş marixuana tərkiblərinə görə fərqlidirlər. Cinayət işinin materiallarından müəyyən olunur ki, Şəki ŞRPŞ-nin Təhqiqat Bölməsinin təhqiqatçısı, polis kapitanı X36 tərəfindən 11 fevral 2023-cü il tarixdə Təqsirləndirilən şəxs2 barəsində Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə cinayət işi başlanılmışdır. Cinayət işinin materiallarından müəyyən olunur ki, Şəki ŞRPŞ-nin İstintaq Bölməsinin müstəntiqi, polis mayoru X14 06 mart 2023-cü il tarixli “cinayət işinin aidiyyəti üzrə göndərilməsi haqqında” qərara əsasən Təqsirləndirilən şəxs2 barəsində Şəki ŞRPŞ-nin İstintaq Bölməsində Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsi ilə ibtidadi istintaqı aparılan ********* №-li cinayət işi Qəbələ RPŞ-nin İstintaq Bölməsinə göndərilmişdir. Cinayət işinin materiallarından müəyyən olunur ki, Qəbələ RPŞ-nin İB-nin müstəntiqi, polis baş leytenantı X20 xx.xx.2023-cü il tarixli “cinayət işinin icraata qəbul edilməsi haqqında” qərarına əsasən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə istintaq edilən ********* saylı cinayət işi icraatına qəbul edilmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixli 27 nömrəli “sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə protokolu”ndan görünür ki, hadisə baş verən tarixdə, yəni xx.xx.2023-cü il tarixdə Təqsirləndirilən şəxs3 yüngül dərəcədə narkotik maddə (THC, AMP, MET) sərxoşluğu olmuşdur. Cinayət işinin materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixli 28 nömrəli “sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə protokolu”ndan görünür ki, hadisə baş verən tarixdə, yəni xx.xx.2023-cü il tarixdə Təqsirləndirilən şəxs1 yüngül dərəcədə narkotik maddə (THC, AMP, MET) sərxoşluğu olmuşdur. Cinayət işinin materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixli 29 nömrəli “sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə protokolu”ndan görünür ki, hadisə baş verən tarixdə, yəni xx.xx.2023-cü il tarixdə Təqsirləndirilən şəxs4 yüngül dərəcədə narkotik maddə (THC, MET) sərxoşluğu olmuşdur. Cinayət işinin materiallarına əlavə edilmiş İNVİTRO X7 verilmiş xx.xx.2023-cü il tarixli müayinə protokolundan görünür ki, Təqsirləndirilən şəxs2 sidik analizində marixuana, metadon və amphetamin aşkar edilmişdir. Cinayət işi üzrə təyin edilmiş məhkəmə-narkoloji ekspertizasının 20 fevral 2023-cü il tarixli 304 saylı rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs2 narkotik vasitə olan kannabinoidlərdən istifadə etmə halları olub, narkomaniya xəstəliyindən əzab çəkmir, narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı yoxdur, narkoloji kabinetdə profilaktiki qeydiyyata alınması məsləhət görülür. Cinayət işi üzrə təyin edilmiş məhkəmə-narkoloji ekspertizasının 06 aprel 2023-cü il tarixli 581 saylı rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs3 narkotik vasitə olan kannabinoiddən, psixotrop maddə olan metamfetamindən sui-istifadə etmə nəticəsində narkomaniya xəstəliyindən əzab çəkir, narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var, narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. Cinayət işi üzrə təyin edilmiş məhkəmə-narkoloji ekspertizasının 06 aprel 2023-cü il tarixli 582 saylı rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs4 narkotik vasitə olan marixuanadan sui-istifadə etmə nəticəsində narkomaniya xəstəliyindən əzab çəkir, narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var, narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. Cinayət işi üzrə təyin edilmiş məhkəmə-narkoloji ekspertizasının 06 aprel 2023-cü il tarixli 583 saylı rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs1 narkotik vasitə olan marixuanadan sui-istifadə nəticəsində narkomaniya xəstəliyindən əzab çəkir, narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var, narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin materiallarına əlavə edilmiş Azərbaycan Respublikası DİN-nin BƏSİİ-nin verdiyi tələbnamədən, Qəbələ Rayon Məhkəməsinin 31 iyul 2015-ci il tarixli 1(025)-35/2015 nömrəli hökmünün surətindən, Qəbələ Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 1(025)- 26/2020 nömrəli hökmündən, Qəbələ Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 7(025)- 21/2022 nömrəli qərarından görünür ki, Əzimov X27 rayon məhkəməsinin xx.xx.2015-ci il tarixli hökmü ilə AR CM-nin 178.2.1 və 178.2.4-cü maddəsi ilə təqsirli bilinərək, 1200 manat məbləğində cərimə cəzasına, Qəbələ rayon məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmü ilə AR CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək, 08 ay 26 gün müddətinə azadlıqdan məhrum etmə növündə cəzaya məhkum edilmiş, Şəki Apaleyasiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarı ilə xx.xx.2020-ci il tarixli hökm dəyişdirilərək qəti olaraq 01 il 08 ay 22 gün azadlığın məhdudlaşdırılması cəzası saxlanılmış, Qəbələ rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarına əsasən cəzanın çəkilməmiş hissəsindən azad edilərək üzərindən məhkumluq götürülmüş və məhkumluğu ödənilmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş Azərbaycan Respublikası DİN-nin BƏSİİ-nin verdiyi tələbnamədən, Qəbələ Rayon Məhkəməsinin 21 iyun 2018-ci il tarixli 1(025)-19/2018 saylı hökmünün surətindən, Qəbələ Rayon Məhkəməsinin 06 iyul 2022-ci il tarixli 1(025)- 18/2022 saylı hökmündən görünür ki, Təqsirləndirilən şəxs1 Qəbələ Rayon məhkəməsinin xx.xx.2012-ci il tarixli hökmü ilə AR CM-nin 127.2.3-cü maddəsi ilə təqsirli bilinərək, 06 ay azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, həmin cəzasının sonu ilə xx.xx.2012-ci il tarixdə azad olunmuş, eləcə də Qəbələ rayon məhkəməsinin xx.xx.2014-cü il tarixli hökmü ilə AR CM-nin 127.1-ci maddəsi ilə təqsirli bilinərək, 01 il müddətinə azadlıqdan məhrum etmə növündə cəzaya məhkum edilmiş, Şəki rayon məhkəməsinin xx.xx.2015-ci il tarixli qərarı ilə 01 ay 26 gün vaxtından əvvəl şərti azad olunmuş, Qəbələ rayon məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmü ilə AR CM-nin 180.1 və 234.1-ci maddələri ilə təqsirli bilinərək, 01 il 06 ay müddətinə azadlıqdan məhrum etmə növündə cəzaya məhkum edilmiş, Şəki rayon məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarı ilə 06 ay 02 gün vaxtından əvvəl şərti azad olunmuş, Qəbələ rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə AR CM-nin 185.2.3 və 234.1-ci maddələri ilə təqsirli bilinərək, 02 il 11 ay azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Qəbələ Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 7(025)-10/2023 nömrəli qərarına əsasən məhkum Təqsirləndirilən şəxs1 Qəbələ Rayon Məhkəməsinin 1(025)-18/2022 nömrəli, 06 iyul 2022-ci il tarixli hökmü ilə təyin edilmiş 02 (iki) il 11 (on bir) ay 16 (on altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş 02 il 05 ay 17 gün hissəsinin 02 günü azadlıqdan məhrumetmə cəzasının 1 gününə bərabər tutulmaqla azadlıqdan məhrumetmə cəzası ilə əvəz edilməsi və Təqsirləndirilən şəxs1 01 (bir) il 02 (iki) ay 23 (iyirmi üç) gün müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilməsi, Təqsirləndirilən şəxs1 cəzasını, cəzaçəkmənin əvvəli 24 fevral 2023-cü il tarixindən hesablanması qərara alınmış və Sabit Abdurahmanovun məhkumluğu ödənilməmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş Azərbaycan Respublikası DİN-nin BƏSİİ-nin verdiyi tələbnamədən, Qəbələ Rayon Məhkəməsinin 31 iyul 2015-ci il tarixli 1(025)-35/2015 nömrəli hökmünün surətindən, Qəbələ Rayon Məhkəməsinin 20 iyul 2016-ci il tarixli 1(025)- 32/2016 saylı hökmünün surətindən görünür ki, Alıyev X28 rayon məhkəməsinin xx.xx.2015-ci il tarixli hökmü ilə AR CM-nin 178.2.1 və 178.2.4-cü maddələri ilə təqsirli bilinərək, 1000 manat cərimə cəzasına məhkum edilmiş, eləcə də Qəbələ rayon məhkəməsinin xx.xx.2016-cı il tarixli hökmü ilə AR CM-nin 234.2-ci maddəsi ilə təqsirli bilinərək, 03 il 06 ay müddətinə azadlıqdan məhrum etmə növündə cəzaya məhkum edilmiş, xx.xx.2019-cu il tarixdə cəza müddəti başa çatdığından azad edilmiş və məhkumluğu ödənilmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş Təqsirləndirilən şəxs3 barəsindəki Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən daxil olmuş tələbnamədən, Qəbələ Rayon Məhkəməsinin 01 fevral 2017-ci il tarixli 1(025)-06/2017 saylı hökmünün surətindən, Qəbələ Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 7(025)-38/2021 nömrəli qərarından, Qəbələ Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 7(025)-41/2022 nömrəli qərarından, Qəbələ Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 7(025)-38/2021 nömrəli qərarından, Qəbələ Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 7(025)-1/2023 nömrəli qərarından görünür ki, Qəbələ Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli hökmü ilə AR CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək 3.000 manat cərimə cəzasına, Qaradağ Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmü ilə AR CM-in 185.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 05 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması və 2450 manat cərimə cəzasına məhkum edilmiş, Qəbələ Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarı ilə AR Milli Məclisinin xx.xx.2021-ci il tarixli amnistiya qərarının 2.5 və 7-ci bəndinə əsasən 04.03.202-ci il tarixli hökümlə təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş hissəsindən azad edilərək üzərindən məhkumluğu götürülmüş, Qəbələ Rayon Məhkəməsinin 7(025)-41/2022 saylı, 23 avqust 2022-ci il tarixli qərarı ilə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 1(002)- 49/2020 saylı, xx.xx.2020-ci il tarixli hökmü ilə ona təyin edilmiş 2450 manat cərimə cəzasının ödənilməmiş qalan 2350 (iki min üç yüz əlli) manat cərimə növündə cəzası 300 (üç yüz saat) müddətinə ictimai işlər növündə cəza ilə əvəz edillmiş, Qəbələ Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 7(025)-1/2023 nömrəli qərarı ilə təyin olunmuş 300 (üç yüz) saat ictimai işlər cəzası 2 (iki) ay 15 (on beş) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası ilə əvəz edilmişdir. İş materiallarına əlavə edilmiş məhkəmənin sorğusuna cavab olaraq Qəbələ rayon İcra və probasiya şöbəsi tərəfindən verilmiş 05 iyun 2023-cü il tarixli məktubda göstərilmişdir ki, məhkum Təqsirləndirilən şəxs3 cəza müddəti bitdiyi üçün xx.xx.2023-cü il tarixdə qeydiyyatdan çıxarılmışdır. Cinayət işinin materiallarına əlavə edilmiş Qəbələ Rayon İcra Hakimiyyəti Başçısının Vəndam qəsəbə İnzibati Ərazi Dairəsi tərəfindən verilmiş 20 fevral 2023-cü il tarixli, 260 nömrəli arayışdan görünür ki, Təqsirləndirilən şəxs1 ailə tərkibi atası X6, anası X10, arvadı X8, oğlu 2009-cu il təvəllüdlü X15 və qızı 2017-ci il təvəllüdlü X3 ibarətdir. Cinayət işinin materiallarına əlavə edilmiş Qəbələ Rayon İcra Hakimiyyəti Başçısının Qəbələ Şəhər İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş 13 aprel 2023-cü il tarixli, 5-59/12-2-76/2023 nömrəli arayışdan görünür ki, Təqsirləndirilən şəxs2 ailə tərkibi anası X17, həyat yoldaşı X26, qızları X22 və X16 ibarətdir. Cinayət işinin materiallarına əlavə edilmiş Qəbələ Rayon İcra Hakimiyyəti Başçısının Qəbələ Şəhər İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş 14 fevral 2023-cü il tarixli, 465 nömrəli arayışdan görünür ki, Təqsirləndirilən şəxs3 ailə tərkibi atası X31, anası X18 və oğlu 2017-ci il təvəllüdlü X11 ibarətdir. Cinayət işinin materiallarına əlavə edilmiş Qəbələ Rayon İcra Hakimiyyəti Başçısının Vəndam qəsəbə İnzibati Ərazi Dairəsi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs1 yaşayış yeri üzrə müsbət xarakterizə edilir. Cinayət işinin materiallarına əlavə edilmiş Qəbələ Rayon İcra Hakimiyyəti Başçısının Qəbələ Şəhər İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş 13 aprel 2023-cü il tarixli, 5-59/12-2-75/2023 nömrəli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs2 yaşayış yeri üzrə müsbət xarakterizə edilir. Cinayət işinin materiallarına əlavə edilmiş Qəbələ Rayon İcra Hakimiyyəti Başçısının Qəbələ Şəhər İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş 13 aprel 2023-cü il tarixli, 5-59/12-2-79/2023 nömrəli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs4 yaşayış yeri üzrə müsbət xarakterizə edilir. Cinayət işinin materiallarına əlavə edilmiş Qəbələ Rayon İcra Hakimiyyəti Başçısının Qəbələ Şəhər İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş 17 fevral 2023-cü il tarixli, 500 nömrəli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs3 yaşayış yeri üzrə müsbət xarakterizə edilir. Məhkəmə, məhkəmə istintaqı zamanı tədqiq edilmiş sübutların məcmusuna tam, hərtərəfli və obyektiv qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının CM-nin 234.2-ci maddəsi ilə, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının CM-nin 234.1 və 234.2-ci maddələri, Təqsirləndirilən şəxs4 Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsi ilə, Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməllərini törətmələri tam sübuta yetirilir. Məhkəmə hesab edir ki, istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs1 cinayət əməli Azərbaycan Respublikasının CM-nin 234.2-ci maddəsi ilə, Təqsirləndirilən şəxs2 cinayət əməli Azərbaycan Respublikasının CM-nin 234.1 və 234.2-ci maddələri, Təqsirləndirilən şəxs4 cinayət əməli Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsi ilə, Təqsirləndirilən şəxs3 cinayət əməli isə Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir və onlar həmin maddə ilə təqsirli bilinib cəzalanmalıdır. Belə ki, “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli 2 saylı qərarının 4-cü bəndində göstərilmişdir ki, «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi anlayışının şərhi “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının Qanunun 1.0.9-cu maddəsində verilmişdir. Qanunun həmin maddəsinin mənasına görə, o cümlədən narkotik vasitələrin satın alınması, başqa əmlakla və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə qəbul edilməsi, tapılmış narkotik vasitənin mənimsənilməsi, yabanı çətənə bitkisinin, xaş-xaşın və ya onların müəyyən hissələrinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahələrindən tərkibində narkotik vasitələr olan bitkilərin yığılması hərəkətləri də başa düşülməlidir.» Həmin Qərarın 8-ci və 9-cu maddələrində məhkəmələrə izah edilir ki, “Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır.” Həmin qərarın 13-cü bəndində qeyd edilmişdir ki, şəxs narkotik vasitəni və ya psixotrop maddəni satış məqsədilə əldə edir və özündə saxlayırsa, belə maddə bir şəxsə və ya bir çox şəxsə satıla bilər. Əgər qeyd edilən maddə və ya onun bir hissəsi eyni vaxtda, yaxud da müxtəlif vaxtlarda iki və ya daha çox şəxsə satılarsa, belə satma həmin maddələrin satış məqsədi ilə əldə edilib saxlanılması hərəkətləri ilə birlikdə vahid niyyətlə əhatə olunduğundan təkrar satma kimi deyil, belə maddənin satış məqsədi ilə əldə edilməsi (saxlanılması) və satılması əməli kimi (bir əməl) qiymətləndirilməli və satış məqsədi ilə əldə olunmuş narkotik vasitə, psixotrop maddənin miqdarından asılı olaraq CM-in 234.2 və ya 234.4.3-cü maddəsi ilə tövsif edilməlidir. Azərbaycan Respublikasının 28 iyun 2005-ci il Qanunu ilə təsdiq edilmiş “şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına habelə onların külli miqdarına görə” 1-ci siyahının 12-ci bəndinə görə narkotik vasitə hesab edilən qurudulmuş marixuananın şəxsi istehlak miqdarından artıq miqdarının yuxarı həddi 5 qram təşkil edir. Azərbaycan Respublikasının “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” 28 iyun 2005-ci il tarixli qanununa əsasən, psixotrop maddə-metamfetaminin çəkisi 2 qramdan yuxarı olduqda külli miqdar hesab edilir. Cəza təyin edilərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinin tələbinə əsasən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarların şəxsiyyətləri, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxslərin islah olunmasına və onların ailələrinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. “Məhkəmə Hökmü Haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 №-li qərarının, 45-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu zaman hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməli, seçilən cəzanın və ya digər cinayət-hüquqi xarakterli tədbirin təqsirləndirilən şəxsin islah olunması, ailəsinin həyat şəraitinə təsiri baxımından məqsədəuyğun olması izah edilməlidir. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2003-cü il 25 iyun tarixli, 4 saylı qərarının 1-ci bəndində göstərilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. İnsan hüquqları üzrə Avropa Məhkəməsi öz Qərarlarında dəfələrlə göstərmiş və Milli məhkəmələrə tövsiyə etmişdir ki, şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması üçün əsaslar olduqda məhkəmələr həmin şəxsin barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza növlərinin tətbiq edilməsinə üstünlük verməlidirlər. Cinayət törətmiş şəxsin cəmiyyətdən təcrid edilməsi yalnız bunun üçün möhkəm əsaslar olduqda və bu açıq-aşkar ictimai maraqlar baxımından zəruri olduqda tətbiq edilə bilər. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinin tələbinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə görə, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Beləliklə də, Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən, məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs4 və Təqsirləndirilən şəxs3 barələrində ittiham hökmü çıxarmağı məqsədə müvafiq hesab edir. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə ilə istinad edilən cinayət əməlini təqsirli olaraq törətməsi onun ifadəsinin yerində yoxlanılması istintaq hərəkəti, iş üzrə dindirilmiş şahid ifadələri ilə, iş üzrə keçirilmiş kompleks əməliyyat-axtarış fəaliyyətinin materialları, iş üzrə təyin edilmiş məhkəmə bioloji ekspertizasının 12 fevral 2023cü il tarixli, 17/169 N-li rəylə, xüsusən də iş üzrə digər Təqsirləndirilən şəxs3 şübhəli və təqsirləndirilən şəxs qismində olan ifadələri, Təqsirləndirilən şəxs1 Təqsirləndirilən şəxs3 ilə üzləşdirmə protokolu, məhkəmə narkoloji ekspertizanın 06 aprel 2023-cü il tarixli 583 saylı rəyi ilə təsdiq edilir. Bununla yanaşı Təqsirləndirilən şəxs1 barəsində "xxxx" növündə qətimkan tədbirinin seçilməsi ilə bağlı vəsatətə və təqdimata Qəbələ rayon məhkəməsi tərəfindən baxılan zaman Təqsirləndirilən şəxs1 məhkəmə iclas zamanı bildirmişdir ki, özünü qismən təqsirli bilir, Təqsirləndirilən şəxs3 narkotik vasitəni pul müqabilində deyil, avtomobilini təmir etmək əvəzində vermiş, üzərində gəzdirdiyi narkotik vasitəni özünə istifadə üçün saxlamışdır. Təqsirləndirilən şəxs3 isə istintaq zamanı həm şübhəli şəxs kimi, həm də təqsirləndirilən şəxs kimi ifadəsində, eyni zamanda Təqsirləndirilən şəxs1 ilə üzləşən zaman iri bükümdə olan nəşəni Təqsirləndirilən şəxs1 110 manata aldığını qeyd etmişdir. Əskinə iş materiallarında olan CD diskə köçürülmüş vidogürüntülərə baxan zaman müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs3 heç bir təzyiq olmadan iri bükümdə olan nəşəni Təqsirləndirilən şəxs1 pul qarşılığında aldığını Təqsirləndirilən şəxs1 üzünə qarşı söyləmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 özünü AR CM-nin 234.2-ci maddəsi ilə təqsirli bilməməsi, ona edilmiş ittihamın əsassız olması, heç kimə narkotik vasitə satmaması, həyatyanı torpaq sahəsində yerləşən hindən aşkar edilmiş narkotik vasitəni oraya polis əməkdaşlarının qoyması barədə qeydləri özünün müdafiəsi üçün gətirdiyi dəlillər hesab edilməlidir. Eyni zamanda məhkəmə qeyd edir ki, Qəbələ rayon məhkəməsi tərəfindən Təqsirləndirilən şəxs1 barəsində həbs qətimkan tədbirinin seçilməsi məsələsinə baxılarkən Təqsirləndirilən şəxs1 polis şöbəsində ona işgəncə verilməsi barədə heç bir məlumat verməmiş, əksinə olaraq Təqsirləndirilən şəxs3 iri bükümdə olan nəşəni avtomobilin təmirinə kömək məqsədilə verdiyini etiraf etmişdir. Lakin onun “Təqsirləndirilən şəxs3 iri bükümdə olan nəşəni avtomobilin təmirinə kömək məqsədilə verdiyi” barədə qeydləri həqiqətə uyğun olmamaqla real gerçəkliyi əks etdirməməsi nəzərə alınmaqla özünü müdafiə xarakterli hesab edilməlidir. Bundan əlavə məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 onun Qəbələ rayon polis şöbəsinin əməkdaşları tərəfindən döyülməsi və üzərinə narkotik vasitə qoyulması barədə qeydlərinin öz təsdiqini tapmaması nəzərə alınmalı və onun bu cür qeydləri özünü müdafiə xarakterli hesab edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs1 barəsində cəza məsələsini müzakirə edərkən Azərbaycan Respublikası CM-nin 58-ci maddəsinin tələblərinə uyğun olaraq, onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, habelə şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs1 himayəsində iki azyaşlı uşağının olmasını cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 əməlində cəzasını ağırlaşdıran hallar müəyyən etmədi. Məhkəmə Təqsirləndirilən şəxs1 cəza təyin edərkən Azərbaycan Respublikası CM-nin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, müsbət xarakterizə edilməklə şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halları, ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm onun özü, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə növündə cəza təyin etməyi qanuni, əsaslı və ədalətli hesab edir. Belə ki, Qəbələ Rayon Məhkəməsinin 06 iyul 2022-ci il tarixli 1(025)-18/2022 saylı hökmündən görünür ki, Təqsirləndirilən şəxs1 Qəbələ rayon məhkəməsinin xx.xx.2012-ci il tarixli hökmü ilə AR CM-nin 127.2.3-cü maddəsi ilə təqsirli bilinərək, 06 ay azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, həmin cəzasının sonu ilə xx.xx.2012-ci il tarixdə azad olunmuş, eləcə də Qəbələ rayon məhkəməsinin xx.xx.2014-cü il tarixli hökmü ilə AR CM-nin 127.1-ci maddəsi ilə təqsirli bilinərək, 01 il müddətinə azadlıqdan məhrum etmə növündə cəzaya məhkum edilmiş, Şəki rayon məhkəməsinin xx.xx.2015-ci il tarixli qərarı ilə 01 ay 26 gün vaxtından əvvəl şərti azad olunmuş, Qəbələ rayon məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmü ilə AR CM-nin 180.1 və 234.1-ci maddələri ilə təqsirli bilinərək, 01 il 06 ay müddətinə azadlıqdan məhrum etmə növündə cəzaya məhkum edilmiş, Şəki rayon məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarı ilə 06 ay 02 gün vaxtından əvvəl şərti azad olunmuş, Qəbələ rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə AR CM-nin 185.2.3 və 234.1-ci maddələri ilə təqsirli bilinərək, 02 il 11 ay azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Qəbələ Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 7(025)-10/2023 nömrəli qərarına əsasən məhkum Təqsirləndirilən şəxs1 Qəbələ Rayon Məhkəməsinin 1(025)-18/2022 nömrəli, 06 iyul 2022-ci il tarixli hökmü ilə təyin edilmiş 02 (iki) il 11 (on bir) ay 16 (on altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş 02 il 05 ay 17 gün hissəsinin 02 günü azadlıqdan məhrumetmə cəzasının 1 gününə bərabər tutulmaqla azadlıqdan məhrumetmə cəzası ilə əvəz edilməsi və Təqsirləndirilən şəxs1 01 (bir) il 02 (iki) ay 23 (iyirmi üç) gün müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilməsi, Təqsirləndirilən şəxs1 cəzasını, cəzaçəkmənin əvvəli 24 fevral 2023-cü il tarixindən hesablanması qərara alınmışdır. Göründüyü kimi Təqsirləndirilən şəxs1 əvvəllər müxtəlif cinayət əməllərinə görə məhkum olunmuş, o cümlədən narkotik vasitələrdən istifadəyə görə həm azadlıqdan məhrumetmə cəzasına, sonuncu dəfə isə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuş, lakin həmin cəzadan lazımi nəticə çıxarmamış, yenidən cinayət törətmişdir. Bu hal onun şəxsiyyətini mənfi xarakterizə edən haldır və ona təyin olunmuş azadlığın məhdudlaşdırılması cəzasının məqsədini, yəni məhkumun islah edilməsini, həm özünün, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınmasını təmin edə bilməmişdir. Bütün bu hallar Təqsirləndirilən şəxs1 çətin islah olunan şəxs olduğuna dəlalət edir. Həmçinin məhkəmə təqsirləndirilən şəxsin məhkumluğunun olmasına diqqət yetirir, onun azadlıqdan məhrum edilmədən islah oluna bilməməsi qənaətinə gəlir. Nəticədə Təqsirləndirilən şəxs1 məhkumluğunun ödənilmədən, təyin olunmuş cəzanı çəkib qutarmadan yenidən cinayət törətməsi onun şəxsiyyətinin yüksək ictimai təhlükəliliyinə dəlalət edir ki, bu baxımdan onun barəsində daha sərt cəza tətbiq olunmalıdır. Məhkəmə qeyd edir ki, iş materiallarında olan Qəbələ Rayon Məhkəməsinin xx.xx.2023cü il tarixli 7(025)-10/2023 nömrəli qərarından görünür ki, məhkum Təqsirləndirilən şəxs1 Qəbələ Rayon Məhkəməsinin 1(025)-18/2022 nömrəli, 06 iyul 2022-ci il tarixli hökmü ilə təyin edilmiş 02 (iki) il 11 (on bir) ay 16 (on altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş 02 il 05 ay 17 gün hissəsinin 02 günü azadlıqdan məhrumetmə cəzasının 1 gününə bərabər tutulmaqla azadlıqdan məhrumetmə cəzası ilə əvəz edilməsi və Təqsirləndirilən şəxs1 01 (bir) il 02 (iki) ay 23 (iyirmi üç) gün müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilməsi, Təqsirləndirilən şəxs1 cəzasını, cəzaçəkmənin əvvəli 24 fevral 2023-cü il tarixindən hesablanması qərara alınmışdır. Bu səbəbdən məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən Qəbələ Rayon Məhkəməsinin 24 fevral 2023-cü il tarixli 7(025)- 10/2023 nömrəli qərarı ilə Təqsirləndirilən şəxs1 təyin edilmiş azadlıqdan məhrumetmə cəzasının çəkilməmiş hissəsi hazırki hökmlə ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasına qismən birləşdirilməklə, ona qəti cəzası təyin edilməlidir. Həmçinin iş materiallarından göründüyü kimi, Təqsirləndirilən şəxs1 barəsində Qəbələ Rayon Məhkəməsinin qərarı ilə 3 ay həddində "xxxx" qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli 11 fevral 2023-cü il tarixdən hesablanmışdır. Lakin Qəbələ Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 7(025)-10/2023 nömrəli qərarına əsasən məhkum Təqsirləndirilən şəxs1 Qəbələ Rayon Məhkəməsinin 1(025)-18/2022 nömrəli, 06 iyul 2022-ci il tarixli hökmü ilə təyin edilmiş 02 (iki) il 11 (on bir) ay 16 (on altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş 02 il 05 ay 17 gün hissəsinin 02 günü azadlıqdan məhrumetmə cəzasının 1 gününə bərabər tutulmaqla azadlıqdan məhrumetmə cəzası ilə əvəz edilməsi və Təqsirləndirilən şəxs1 01 (bir) il 02 (iki) ay 23 (iyirmi üç) gün müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilməsi, Təqsirləndirilən şəxs1 cəzasını, cəzaçəkmənin əvvəli 24 fevral 2023-cü il tarixindən hesablanması qərara alınmışdır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2003-cü il 25 iyun tarixli, 4 saylı qərarının 17-ci bəndində göstərilmişdir ki, CM-nin 66.5 və 67-ci maddələrinə əsasən təyin olunmuş qəti cəzanın çəkilmə müddəti sonuncu iş üzrə məhkəməyə qədər qətimkan tədbiri və ya tutma qaydasında həbsdə olma müddəti də nəzərə alınmaqla axırıncı hökmün çıxarıldığı gündən hesablanır. Bu səbəbdən məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs1 11 fevral 2023-cü il tarixdən 24 fevral 2023-ci il tarixədək həbsdə saxlanıldığı 13 gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılmaqla, üzərində qəti cəzası saxlanılmaqla, cəzaçəkmənin əvvəli 19 iyul 2023cü il tarixindən hesablanmalıdır. Azərbaycan Respublikası CM-nin 56.1.1 və 56.1.2-ci maddələrinə əsasən, azadlıqdan məhrum etmə növündə cəzanın ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq olmayan müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün-məntəqə tipli cəzaçəkmə müəssisələrində; qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün-ümumi rejimli cəza çəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs1 hazırki hökmlə təyin ediləcək cəzasını Azərbaycan Respublikası CM-nın 56.1.2-ci maddəsinə əsasən ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Bundan başqa, “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayətişləri üzrə məhkəmə təcrübəsi haqqında”Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli 2 saylı «Qərarın» 26-cı bəndində qeyd olunur ki, «məhkəmələr narkomaniya xəstəliyinə düçar olmuş təqsirli şəxslər barəsində cəza təyin edərkən onların cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi qaydada müalicə olunması məsələsini həll etməlidirlər (belə müalicənin tətbiq edilməli olubolmaması barədə müvafiq ekspertiza rəyi alınmalıdır). Bu halda məcburi müalicənin müddəti məhkəmələr tərəfindən hökmdə göstərilməməlidir. Narkomaniyadan məcburi müalicənin belə şəxslərə zərərli təsir göstərməsi həkim rəyində qeyd olunduğu halda və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 09 fevral 2006-cı il tarixli 39 №-li qərarının 3-cü bəndində nəzərdə tutulan digər hallarda məhkəmə hökmdə Cinayət Məcəlləsinin 93.1.4-cü maddəsinin tətbiq edilməməsinin səbəblərini əsaslandırmalı, belə şəxslərin ərazi narkoloji dispanserində qeydiyyata götürülməsi təmin edilməlidir». İbtidai istintaq zamanı təyin edilmiş və məhkəmə istintaqı zamanı tədqiq edilmiş məhkəmə-narkoloji dispanserin rəyindən göründüyü kimi, Təqsirləndirilən şəxs1 narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Beləliklə məhkəmə belə qənaətə gəlir ki, cəza çəkdiyi müddətdə Təqsirləndirilən şəxs1 narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 234.1 və 234.2-ci maddələri ilə istinad edilən cinayət əməlini təqsirli olaraq törətməsi Təqsirləndirilən şəxs2 şübhəli və təqsirləndirilən şəxs qismində ilkin ifadələri, iş üzrə digər Təqsirləndirilən şəxs3 ifadəsi, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 arasında olan xx.xx.2023-cü il tarixli “Üzləşdirmə Protokol”u, Təqsirləndirilən şəxs2 və Şahid11 arasında olan xx.xx.2023-cü il tarixli “Üzləşdirmə Protokol”u, Təqsirləndirilən şəxs2 və Şahid9 arasında olan xx.xx.2023-cü il tarixli “Üzləşdirmə Protokol”u, Təqsirləndirilən şəxs2 və Şahid8 arasında olan xx.xx.2023-cü il tarixli “Üzləşdirmə Protokol”u, iş üzrə keçirilmiş kompleks əməliyyat-axtarış fəaliyyətinin materialları, Təqsirləndirilən şəxs2 üzərinə və yaşadığı ünvan 31 ünvanında yerləşən evinə, həmçinin işlədiyi metal qəbul etmə məntəqəsinə keçirilmiş şəxsi axtarış, götürmə və baxış istintaq hərəkətləri, aşkar edilərək götürülmüş maddi sübutlar və cinayət işinin materiallarına əlavə edilmiş digər sənədlərlə, eləcə də Təqsirləndirilən şəxs2 üzərindən aşkar edilmiş metamfetaminin 11 fevral 2023-cü il tarixdə iş üzrə digər Təqsirləndirilən şəxs3 üzərinə şəxsi axtarış və götürmə keçirilən zaman aşkar edilmiş metamfetaminlə eynilik təşkil etməsi barədə məhkəmə bioloji ekspertizanın 23 fevral 2023-cü il tarixli, 17/206 nömrəli rəyi ilə və istintaq zamanı əldə edilmiş digər mötəbər sübutlarla təsdiq edilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 Eyaz oğlunun CM-nin 234.2-ci maddəsi ilə özünü təqsirli bilməməsi, ona həmin maddə ilə edilmiş ittihamın əsassız olması, heç kimə narkotik vasitə satmaması barədə qeydləri özünün müdafiəsi üçün gətirdiyi dəlillər hesab edilməlidir. Belə ki, Təqsirləndirilən şəxs2 və Şahid11 arasında olan xx.xx.2023-cü il tarixli “Üzləşdirmə Protokol”undan görünür ki, Şahid11 Təqsirləndirilən şəxs2 2-3 dəfə el arasında patı adlanan psixotrop maddə-metamfetamini hər dəfəsində bir bükümünə 10 manat pul verməklə alaraq gətirib Təqsirləndirilən şəxs3 verdiyini, Təqsirləndirilən şəxs2 və Şahid9 arasında olan xx.xx.2023-cü il tarixli “Üzləşdirmə Protokol”undan görünür ki, Şahid9 Pərvizdən indiyə kimi ümumilikdə iki dəfə narkotik vasitə olan nəşə, yəni marixuana alaraq istifadə etdiyini, Təqsirləndirilən şəxs2 və Şahid8 arasında olan xx.xx.2023-cü il tarixli “Üzləşdirmə Protokol”undan görünür ki, Şahid8 Pərvizə zəng edərək ona borclu olduğu 10 manat pulun müqabilində nəşə, yəni narkotik vasitə olan marixuana verməyini bildirdiyini, Pərvizin də onunla razılaşdığını, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 arasında olan xx.xx.2023-cü il tarixli “Üzləşdirmə Protokol”undan görünür ki, Təqsirləndirilən şəxs3 Təqsirləndirilən şəxs2la dəfələrlə narkotik vasitə, eləcə də psixotrop maddə istifadə etdiklərini, eləcə də Pərvizdən təxminən 1 ay əvvəl yaşadığı Qəbələ şəhəri N.Nərimanov küçəsində yerləşən metal qəbul etmə məntəqəsində psixotrop maddəni 20-30 manat pul müqabilində aldığını qeyd etmişdir. Eyni zamanda 03 aprel 2023-cü il tarixli CD diskdə məlumatlara baxış keçirilən zaman ***-***-**-** saylı mobil nömrənin abunəçisi və istifadəçisi Təqsirləndirilən şəxs2 yaxın mobil əlaqələrinin, yəni onun istifadəsində olan nömrə ilə mütəmadi olaraq əlaqə saxlayan şəxslərin Şahid11 məxsus ***-***-**-** saylı, Şahid10 məxsus ***-***-**-** saylı, Şahid9 məxsus ***-***-**-** saylı, Şahid8 məxsus ***-***-**-** saylı, Şahid12 məxsus ***-***-**- ** saylı mobil nömrələrin istifadəçilərinin olduğu müəyyən edilmişdir. Bununla yanaşı CD diskdə olan məlumatlara baxış keçirilərkən iş üzrə mühüm əhəmiyyət kəsb edən Şahid12 tərəfindən Təqsirləndirilən şəxs2 yazılmış “Muşduluq ismayılı kanalında vuruldu get al indi ala bilersen”, eləcə də digər şəxsiyyəti istintaqa məlum olmayan şəxslər tərəfindən isə “Manim pulumu yada mall gondar gondarmirsansa kisi deyilsan nir vermi, Daş götürmək olar 20 manatlıq, Nofarda orada olub axsam flrlatduz 20q patlya onuda vermadun .sani pesman edacam, Maniim mallm ya pulum noldu camahata das satlrsuz Allaha and iciram lazlmll adamlarla danlsmlsam mandan sizin yerinizi adres gozlayir pisdik etmak isdamiram, Perviz qaqa cox super weydi deyir 6-7 saat kayfdan kayfa duwursen getdi getirmeye” kimi mesaj mətinlərinə rast gəlinmişdir. Göstərilən bu hallar da Təqsirləndirilən şəxs2 CM-nin 234.2-ci maddəsi ilə təqsirli olmasını sübuta yetirir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 Eyaz oğlunun üzərindən aşkar edilmiş psixotrop maddə olan metamfetamini onun ciblərinə polis əməkdaşlarının qoyması barədə qeydləri özünün müdafiəsi üçün gətirdiyi dəlillər hesab edilməlidir. Belə ki, Təqsirləndirilən şəxs3 üzərinə şəxsi axtarış və götürmə keçirilən zaman aşkar edilmiş metamfetaminlə eynilik təşkil etməsi barədə məhkəmə bioloji ekspertizanın 23 fevral 2023-cü il tarixli, 17/206 nömrəli rəyi ilə Təqsirləndirilən şəxs2 dedikləri təkzib olunur. Eyni zamanda Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 arasında olan xx.xx.2023-cü il tarixli “Üzləşdirmə Protokol”undan görünür ki, Təqsirləndirilən şəxs3 Pərvizdən təxminən 1 ay əvvəl yaşadığı Qəbələ şəhəri N.Nərimanov küçəsində yerləşən metal qəbul etmə məntəqəsində psixotrop maddə olan metamfetamini 20-30 manat pul müqabilində aldığını qeyd etmişdir. Məhkəmə Təqsirləndirilən şəxs2 barəsində cəza məsələsini müzakirə edərkən Azərbaycan Respublikası CM-nin 58-ci maddəsinin tələblərinə uyğun olaraq, onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, habelə şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Azərbaycan Respublikası CM-nin 59-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs2 əməlində cəzasını yüngülləşdirən hallar müəyyən etmədi. Azərbaycan Respublikası CM-nin 61.1.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs2 məsuliyyətini ağırlaşdıran hal AR CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan cinayəti təkrar törətməsidir. Cinayət işinin materiallarından görünür ki, iş üzrə AR CM-nin 234.1 və 234.2-ci maddəsi ilə Təqsirləndirilən şəxs2 üzərindən xx.xx.2023-cü il tarixdə Şəki Şəhər-Rayon Polis Şöbəsinin X33 əməkdaşları tərəfindən narkotik vasitə-qurudulmuş marixuanalar aşkar edilərək götürüldükdən sonra o, təkrar olaraq narkotik vasitə-qurudulmuş marixuanaları xx.xx.2023-cü il tarixdə üzərindən, xx.xx.2023-cü il tarixdə isə işlətdiyi Qəbələ şəhəri N.Nərimanov küçəsində yerləşən metal qəbul etmə məntəqəsindən və yaşadığı N.Nərimanov küçəsi ev 5 ünvanında yerləşən evindən narkotik vasitə-qurudulmuş marixuanalar aşkar edilərək götürülmüşdür. Bununla da Təqsirləndirilən şəxs2 AR CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini təkrar törətməsi onun məsuliyyətini ağırlaşdıran hal olması nəzərə alınmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs2 cəza təyin edərkən Azərbaycan Respublikası CM-nin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, müsbət xarakterizə edilməklə şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halları, ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm onun özü, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-in 234.1 və 234.2-ci maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə növündə cəza təyin etməyi qanuni, əsaslı və ədalətli hesab edir. Belə ki, Əzimov X27 rayon məhkəməsinin xx.xx.2015-ci il tarixli hökmü ilə AR CM-nin 178.2.1 və 178.2.4-cü maddəsi ilə təqsirli bilinərək, 1200 manat məbləğində cərimə cəzasına, Qəbələ rayon məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmü ilə AR CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək, 08 ay 26 gün müddətinə azadlıqdan məhrum etmə növündə cəzaya məhkum edilmiş, Şəki Apaleyasiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarı ilə xx.xx.2020-ci il tarixli hökm dəyişdirilərək qəti olaraq 01 il 08 ay 22 gün azadlığın məhdudlaşdırılması cəzası saxlanılmış, Qəbələ rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarına əsasən cəzanın çəkilməmiş hissəsindən azad edilərək üzərindən məhkumluq götürülmüş və məhkumluğu ödənilmişdir. Onun barəsində 11 fevral 2023-cü il tarixdə Şəki ŞRPŞ-də CM-nin 234.1-ci maddəsi ilə cinayət işi başlanılmış, 06 mart 2023-cü il tarixdə “cinayət işi aidiyyəti üzrə göndərilməsi haqqında” qərar qəbul edilərək, Qəbələ RPŞ-nin İstintaq Bölməsinə göndərilmişdir. Göründüyü kimi Təqsirləndirilən şəxs2 əvvəllər müxtəlif cinayət əməllərinə görə məhkum olunmuş, o cümlədən narkotik vasitələrdən istifadəyə görə həm azadlıqdan məhrumetmə cəzasına, sonra isə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuş, lakin həmin cəzadan lazımi nəticə çıxarmamış, yenidən cinayət törətmişdir. Bu hal onun şəxsiyyətini mənfi xarakterizə edən haldır və ona təyin olunmuş azadlığın məhdudlaşdırılması cəzasının məqsədini, yəni məhkumun islah edilməsini, həm özünün, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınmasını təmin edə bilməmişdir. Bütün bu hallar Təqsirləndirilən şəxs2 çətin islah olunan şəxs olduğuna dəlalət edir. Həmçinin məhkəmə təqsirləndirilən şəxsin məhkumluğunun olmasına diqqət yetirir, onun azadlıqdan məhrum edilmədən islah oluna bilməməsi qənaətinə gəlir. Nəticədə Təqsirləndirilən şəxs2 barəsində CM-nin 234.1-ci maddəsi ilə cinayət işi başlamasına baxmayaraq təkrarən cinayət törətməsi onun şəxsiyyətinin yüksək ictimai təhlükəliliyinə dəlalət edir ki, bu baxımdan onun barəsində daha sərt cəza tətbiq olunmalıdır. Bununla yanaşı, məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nın 234.1 və 234.2-ci maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə növündə cəza təyin etməyi və Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən, təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs2 azadlıqdan məhrumetmə növündə qəti cəza təyin edilməsini ədalətli, məqsədə uyğun və onun islah olunması, həm də cəzanın məqsədlərinə nail olunması baxımından yetərli hesab edir. Eyni zamanda məhkəmə qeyd edir ki, iş materiallarında olan 11 fevral 2023-cü il tarixli “şübhəli şəxsin tutulması haqqında” protokoldan göründüyü kimi, Təqsirləndirilən şəxs2 11 fevral 2023-cü il tarixdə saat 00:10-da şübhəli şəxs qismində tutulmuş, 12 fevral 2023-cü il tarixdə barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilməklə həmin gun saat 13:30-da saxlandığı MSY-dən azad edilmişdir. Ona görə də onun həbsdə saxlanıldığı 02 (iki) gün müddət Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə hesablamaqla təyin olunan azadlıqdan məhrumetmə cəzasından çıxılmalıdır. İş materiallarından göründüyü kimi, Təqsirləndirilən şəxs2 barəsində Qəbələ Rayon Məhkəməsinin qərarı ilə 3 ay həddində "xxxx" qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli 23 fevral 2023-cü il tarixdən hesablanmışdır. Odur ki, Təqsirləndirilən şəxs2 təyin ediləcək cəzanın əvvəli 23 fevral 2023-cü il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası CM-nin 56.1.1 və 56.1.2-ci maddələrinə əsasən, azadlıqdan məhrum etmə növündə cəzanın ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq olmayan müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün-məntəqə tipli cəzaçəkmə müəssisələrində; qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün-ümumi rejimli cəza çəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs2 hazırki hökmlə təyin ediləcək cəzasını Azərbaycan Respublikası CM-nın 56.1.2-ci maddəsinə əsasən ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Məhkəmə istintaqında tədqiq olunmuş ibtidai istintaq zamanı təyin edilmiş narkoloji Dispanserinin rəyindən göründüyü kimi, Təqsirləndirilən şəxs2 narkoloji kabinetdə profilaktik qeydiyyata alınması məsləhət görülür. Beləliklə məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs2 ərazi narkoloji kabinetdə profilaktik qeydiyyata alınmalıdır. Təqsirləndirilən şəxs4 Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə ilə istinad edilən cinayət əməlini təqsirli olaraq törətməsi onun istintaq dövründə videoçəkiliş aparılmaqla verdiyi ifadələri ilə tam sübuta yetirilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs4 özünü AR CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilməməsi, ona edilmiş ittihamın əsassız olması, avtomobilindən aşkar edilmiş narkotik vasitəni oraya polis əməkdaşlarının qoyması barədə qeydləri özünün müdafiəsi üçün gətirdiyi dəlillər hesab edilməlidir. Eyni zamanda məhkəmə qeyd edir ki, Qəbələ rayon məhkəməsi tərəfindən Təqsirləndirilən şəxs4 barəsində həbs qətimkan tədbirinin seçilməsi məsələsinə baxılarkən, həm də məhkəmə araşdırması zamanı ifadəsində Turalı Alıyev polisin ona heç bir fiziki təsir etmədiyini, ümumiyyətlə edə bilməyəcəyini bildirmiş, həmin sözlər videogörüntüyə alınmışdır. Lakin polis tərəfindən ona heç bir fiziki təsir və ya işgəncə olmadığı təqdirdə, istintaq zamanı özünü CM-nin 234.1-ci maddəsi ilə hansı səbəbdən təqsirli bilməsini izah edə bilməmişdir. Əksinə olaraq məhkəmə zamanı ifadəsində üzərində də narkotik vasitə olduğunu, polis şöbəsinə gedərkən həmin narkotik vasitəni çölə atdığını bildirmişdir. Bu səbəbdən hesab edir ki, Turalı Alıyevin avtomobilinə narkotik vasitəni polislərin qoyulması barədə qeydlərinin öz təsdiqini tapmaması nəzərə alınmalı və onun bu cür qeydləri özünü müdafiə xarakterli hesab edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs4 barəsində cəza məsələsini müzakirə edərkən Azərbaycan Respublikası CM-nin 58-ci maddəsinin tələblərinə uyğun olaraq, onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, habelə şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Azərbaycan Respublikası CM-nin 59-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs4 əməlində cəzasını yüngülləşdirən hallar müəyyən etmədi. Məhkəmə Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs4 əməlində cəzasını ağırlaşdıran hallar müəyyən etmədi. Məhkəmə Təqsirləndirilən şəxs4 cəza təyin edərkən Azərbaycan Respublikası CM-nin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, müsbət xarakterizə edilməklə şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halları, ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm onun özü, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs4 Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə növündə cəza təyin etməyi qanuni, əsaslı və ədalətli hesab edir. Belə ki, Alıyev X28 rayon məhkəməsinin xx.xx.2015-ci il tarixli hökmü ilə AR CM-nin 178.2.1 və 178.2.4-cü maddələri ilə təqsirli bilinərək, 1000 manat cərimə cəzasına məhkum edilmiş, eləcə də Qəbələ rayon məhkəməsinin xx.xx.2016-cı il tarixli hökmü ilə AR CM-nin 234.2-ci maddəsi ilə təqsirli bilinərək, 03 il 06 ay müddətinə azadlıqdan məhrum etmə növündə cəzaya məhkum edilmişdir. Göründüyü kimi təqsirləndirilən şəxs əvvəllər narkotik vasitələrin dövriyyəsi ilə bağlı azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş, lakin həmin cəzadan lazımi nəticə çıxarmamış, yenidən cinayət törətmişdir. Bu hal onun şəxsiyyətini mənfi xarakterizə edən haldır və ona təyin olunmuş cəzalar cəzasının məqsədini, yəni məhkumun islah edilməsini, həm özünün, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınmasını təmin edə bilməmişdir. Bütün bu hallar Turalı Alıyevin çətin islah olunan şəxs olduğuna dəlalət edir. Bununla yanaşı, məhkəmə qeyd edir ki, iş materiallarında olan 11 fevral 2023-cü il tarixli protokoldan göründüyü kimi, Təqsirləndirilən şəxs4 11 fevral 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, 13 fevral 2023-cü il tarixdə isə məhkəmə zalından həbsdən azad edilmişdir. Ona görə də onun həbsdə saxlanıldığı 02 (iki) gün müddət Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə hesablamaqla təyin olunan azadlıqdan məhrumetmə cəzasından çıxılmalıdır. Məhkəmə hazırki hökmlə Təqsirləndirilən şəxs4 azadlıqdan məhrumetmə növündə cəza təyin ediləcəyini nəzərə alaraq hesab edir ki, onun barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri dəyişdirilərək həbs qətimkan tədbiri seçilməli, o, məhkəmə iclas zalından dərhal həbsə alınmalıdır. Odur ki, Təqsirləndirilən şəxs4 hökmlə təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzasının əvvəli 19 iyul 2023-cü il tarixdən hesablanmalı, onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası CM-nin 56.1.1 və 56.1.2-ci maddələrinə əsasən, azadlıqdan məhrum etmə növündə cəzanın ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq olmayan müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün-məntəqə tipli cəzaçəkmə müəssisələrində; qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün-ümumi rejimli cəza çəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs4 hazırki hökmlə təyin ediləcək cəzasını Azərbaycan Respublikası CM-nın 56.1.2-ci maddəsinə əsasən ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Bundan başqa, “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayətişləri üzrə məhkəmə təcrübəsi haqqında”Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli 2 saylı «Qərarın» 26-cı bəndində qeyd olunur ki, «məhkəmələr narkomaniya xəstəliyinə düçar olmuş təqsirli şəxslər barəsində cəza təyin edərkən onların cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi qaydada müalicə olunması məsələsini həll etməlidirlər (belə müalicənin tətbiq edilməli olubolmaması barədə müvafiq ekspertiza rəyi alınmalıdır). Bu halda məcburi müalicənin müddəti məhkəmələr tərəfindən hökmdə göstərilməməlidir. Narkomaniyadan məcburi müalicənin belə şəxslərə zərərli təsir göstərməsi həkim rəyində qeyd olunduğu halda və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 09 fevral 2006-cı il tarixli 39 №-li qərarının 3-cü bəndində nəzərdə tutulan digər hallarda məhkəmə hökmdə Cinayət Məcəlləsinin 93.1.4-cü maddəsinin tətbiq edilməməsinin səbəblərini əsaslandırmalı, belə şəxslərin ərazi narkoloji dispanserində qeydiyyata götürülməsi təmin edilməlidir». İbtidai istintaq zamanı təyin edilmiş və məhkəmə istintaqı zamanı tədqiq edilmiş məhkəmə-narkoloji dispanserin rəyindən göründüyü kimi, Təqsirləndirilən şəxs4 narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Beləliklə məhkəmə belə qənaətə gəlir ki, cəza çəkdiyi müddətdə Təqsirləndirilən şəxs4 narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə ilə istinad edilən cinayət əməlini təqsirli olaraq törətməsi onun istintaq dövründə videoçəkiliş aparılmaqla verdiyi ifadələri ilə tam sübuta yetirilir. Həmçinin Təqsirləndirilən şəxs3 barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı vəsatətə və təqdimata Qəbələ rayon məhkəməsi tərəfindən baxılan zaman Təqsirləndirilən şəxs3 iclas zamanı bildirmişdir ki, özünü təqsirli bilir və istintaqa səmimi ifadələr vermişdir. O, polis tərəfindən ona işgəncə verilməsi barədə heç bir məlumat verməmişdir. Əksinə olaraq Təqsirləndirilən şəxs3 ibtidai istintaq zamanı şübhəli və təqsirləndirilən şəxs qismində verdiyi ifadələrdə qeyd olunan narkotik vasitələrin ona aid olduğunu, Samitdən narkotik vasitə olan marixuana aldığını, Təqsirləndirilən şəxs2 isə həm marixuana, həm də metamfetamin aldğını bildirmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs3 özünü AR CM-nin 234.2-ci maddəsi ilə qismən təqsirli bilməsi, evindən aşkar edilmiş narkotik vasitəni oraya polis əməkdaşlarının qoyması barədə qeydləri özünün müdafiəsi üçün gətirdiyi dəlillər hesab edilməlidir. Bundan əlavə məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs3 onun Qəbələ rayon polis şöbəsinin əməkdaşları tərəfindən döyülməsi, ondan məcburən izahatların alınması, yaşadığı evə narkotik vasitə qoyulması barədə qeydlərinin öz təsdiqini tapmaması nəzərə alınmalı və onun bu cür qeydləri özünü müdafiə xarakterli hesab edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs3 barəsində cəza məsələsini müzakirə edərkən Azərbaycan Respublikası CM-nin 58-ci maddəsinin tələblərinə uyğun olaraq, onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, habelə şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs3 himayəsində bir azyaşlı uşağının olmasını cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs3 əməlində cəzasını ağırlaşdıran hallar müəyyən etmədi. Məhkəmə Təqsirləndirilən şəxs3 cəza təyin edərkən Azərbaycan Respublikası CM-nin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, müsbət xarakterizə edilməklə şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halları, ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm onun özü, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə növündə cəza təyin etməyi qanuni, əsaslı və ədalətli hesab edir. Belə ki, Təqsirləndirilən şəxs3 Qəbələ Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli hökmü ilə AR CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək 3.000 manat cərimə cəzasına, Qaradağ Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmü ilə AR CM-nin 185.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 05 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması və 2450 manat cərimə cəzasına məhkum edilmiş, Qəbələ Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarı ilə AR Milli Məclisinin xx.xx.2021-ci il tarixli amnistiya qərarının 2.5 və 7-ci bəndinə əsasən 04.03.202-ci il tarixli hökümlə təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş hissəsindən azad edilərək üzərindən məhkumluğu götürülmüş, Qəbələ Rayon Məhkəməsinin 7(025)-41/2022 saylı, 23 avqust 2022ci il tarixli qərarı ilə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 1(002)- 49/2020 saylı, xx.xx.2020-ci il tarixli hökmü ilə ona təyin edilmiş 2450 manat cərimə cəzasının ödənilməmiş qalan 2350 (iki min üç yüz əlli) manat cərimə növündə cəzası 300 (üç yüz saat) müddətinə ictimai işlər növündə cəza ilə əvəz edillmiş, Qəbələ Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 7(025)-1/2023 nömrəli qərarı ilə təyin olunmuş 300 (üç yüz) saat ictimai işlər cəzası 2 (iki) ay 15 (on beş) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası ilə əvəz edilmişdir. Göründüyü kimi Təqsirləndirilən şəxs3 əvvəllər də cinayət əməlləri olmuş və buna görə ona cəza təyin edilmişdir. Lakin o, həmin cəzalardan lazımi nəticə çıxarmamış, yenidən cinayət törətmişdir. Bu hal onun şəxsiyyətini mənfi xarakterizə edən haldır və ona təyin olunmuş cəzalar cəzasının məqsədini, yəni məhkumun islah edilməsini, həm özünün, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınmasını təmin edə bilməmişdir. Bütün bu hallar Təqsirləndirilən şəxs3 çətin islah olunan şəxs olduğuna dəlalət edir. Bununla yanaşı, məhkəmə qeyd edir ki, iş materiallarında olan 11 fevral 2023-cü il tarixli protokoldan göründüyü kimi, Təqsirləndirilən şəxs3 11 fevral 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, 13 fevral 2023-cü il tarixdə isə məhkəmə zalından həbsdən azad edilmişdir. Ona görə də onun həbsdə saxlanıldığı 02 (iki) gün müddət Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə hesablamaqla təyin olunan azadlıqdan məhrumetmə cəzasından çıxılmalıdır. Məhkəmə hazırki hökmlə Təqsirləndirilən şəxs3 azadlıqdan məhrumetmə növündə cəza təyin ediləcəyini nəzərə alaraq hesab edir ki, onun barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri dəyişdirilərək həbs qətimkan tədbiri seçilməli, o, məhkəmə iclas zalından dərhal həbsə alınmalıdır. Odur ki, Təqsirləndirilən şəxs3 hökmlə təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzasının əvvəli 19 iyul 2023-cü il tarixdən hesablanmalı, onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası CM-nin 56.1.1 və 56.1.2-ci maddələrinə əsasən, azadlıqdan məhrum etmə növündə cəzanın ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq olmayan müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün-məntəqə tipli cəzaçəkmə müəssisələrində; qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün-ümumi rejimli cəza çəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs3 hazırki hökmlə təyin ediləcək cəzasını Azərbaycan Respublikası CM-nın 56.1.2-ci maddəsinə əsasən ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Bundan başqa, “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayətişləri üzrə məhkəmə təcrübəsi haqqında”Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli 2 saylı «Qərarın» 26-cı bəndində qeyd olunur ki, «məhkəmələr narkomaniya xəstəliyinə düçar olmuş təqsirli şəxslər barəsində cəza təyin edərkən onların cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi qaydada müalicə olunması məsələsini həll etməlidirlər (belə müalicənin tətbiq edilməli olubolmaması barədə müvafiq ekspertiza rəyi alınmalıdır). Bu halda məcburi müalicənin müddəti məhkəmələr tərəfindən hökmdə göstərilməməlidir. Narkomaniyadan məcburi müalicənin belə şəxslərə zərərli təsir göstərməsi həkim rəyində qeyd olunduğu halda və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 09 fevral 2006-cı il tarixli 39 №-li qərarının 3-cü bəndində nəzərdə tutulan digər hallarda məhkəmə hökmdə Cinayət Məcəlləsinin 93.1.4-cü maddəsinin tətbiq edilməməsinin səbəblərini əsaslandırmalı, belə şəxslərin ərazi narkoloji dispanserində qeydiyyata götürülməsi təmin edilməlidir». İbtidai istintaq zamanı təyin edilmiş və məhkəmə istintaqı zamanı tədqiq edilmiş məhkəmə-narkoloji dispanserin rəyindən göründüyü kimi, Təqsirləndirilən şəxs3 narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Beləliklə məhkəmə belə qənaətə gəlir ki, cəza çəkdiyi müddətdə Təqsirləndirilən şəxs3 narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. İş üzrə məhkəmə məsrəfi olan 286,34 (iki yüz səksən altı manat otuz dörd qəpik) manat məbləğində ekspertiza xərci təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs4 və Təqsirləndirilən şəxs3 müştərək qaydada tutularaq dövlət büdcəsinə ödənilməlidir. Məhkəmə CPM-in 346.1.19-cu maddəsinin tələbləri baxımından iş üzrə maddi sübutlar məsələsini həll edərkən, iş üzrə maddi sübut kimi tanınmış və Qəbələ rayon Polis şöbəsində saxlanılan xx.xx.2023-cü il tarixli 17/169 saylı rəyinə əsasən təqdim edilmiş metamfetaminin ümumi təmiz çəkisi 1,518 qram olmuş, 0,050 qramı tədqiqata sərf edildikdən sonra 1,468 qram qalan hissəsi, həmçinin təqdim edilmiş marixuanaların ümumi təmiz çəkisi 907,07 qram olmuş, ümumilikdə 1,00 qramı tədqiqata sərf edildikdən sonra 906,07 qram qalmış hissəsi, məhkəməbioloji ekspertizasının xx.xx.2023-cü il tarixli 17/164 saylı rəyinə əsasən təqdim edilmiş marixuananın ümumi təmiz çəkisi 9,91 qram olmuş, 0,10 qramı tədqiqata sərf edildikdən sonra 9,81 qram qalmış hissəsi, məhkəmə-bioloji ekspertizasının xx.xx.2023-cü il tarixli 17/206 saylı rəyinə əsasən təqdim edilmiş metamfetaminin ümumi təmiz çəkisi 0,438 qram olmuş, 0,050 qramı tədqiqata sərf edildikdən sonra 0,388 qram qalmış hissəsi, təqdim edilmiş metamfetaminin ümumi təmiz çəkisi 1,468 qram olmuş, 0,050 qramı tədqiqata sərf edildikdən sonra 1,418 qram qalmış hissəsi, həmçinin təqdim edilmiş marixuanaların ümumi təmiz çəkisi 7,61 qram olmuş, ümumilikdə 0,14 qramı tədqiqata sərf edildikdən sonra 7,47 qram qalmış hissəsi, məhkəmə-bioloji ekspertizasının xx.xx.2023-cü il tarixli 17/280 saylı rəyinə əsasən təqdim edilmiş marixuananın təmiz çəkisi 5,34 qram olmuş, 0,02 qramı tədqiqata sərf edildikdən sonra 5,32 qram qalmış hissəsi, həmçinin təqdim edilmiş marixuanaların ümumi təmiz çəkisi 9,81 qram olmuş, ümumilikdə 0,04 qramı tədqiqata sərf edildikdən sonra 9,77 qram qalmış hissəsi, eləcə də təqdim edilmiş marixuanaların ümumi təmiz çəkisi 444,5 qram olmuş, ümumilikdə 0,05 qramı tədqiqata sərf edildikdən sonra 444,8 qram qalmış hissəsi, eləcə də 04 ədəd cib içliklərinin kəsikləri, 04 ədəd qəhvəyi rəngli kağız parçaları, 01(bir) ədəd gümüşü rəngli falqa, 06 ədəd qəhvəyi rəngli kağız parçalar hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə görə məhkəmə, hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli olan əmlakın olub-olmaması məsələsini həll etməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.1 və 99-1.1.1-ci maddəsinə əsasən məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunan əmlak hesab olunur. Məhkəmə xüsusi müsadirə ilə bağlı məsələni müzakirə edərək hesab edir ki, iş üzrə belə bir əmlak olmadığından təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə ilə bağlı müddəa tətbiq edilməməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs3 məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Qəbələ rayon vəkil bürosunun vəkili X2 dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli 31 nömrəli qərarının 1-ci bəndinə əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Vəkil tərəfindən dövlət hesabına göstərilən hüquqi yardım barədə hesabatdan görünür ki, Qəbələ rayon Vəkil Bürosunun vəkili X4 Təqsirləndirilən şəxs3 məhkəmə baxışı dövründə hüquqlarını 16 saat müddətində müdafiə etmişdir. Odur ki, Təqsirləndirilən şəxs3 göstərilmiş 16 saat hüquqi xidmətə görə vəkil X2 96 manat məbləğində pul dövlət büdcəsindən Qəbələ rayon Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 44.1; 344-347; 349; 351-353, 356, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinsin və ona 04 (dörd) il müddətinə azadlıqdan məhrumetmə növündə cəza təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən Qəbələ Rayon Məhkəməsinin 24 fevral 2023-cü il tarixli 7(025)-10/2023 nömrəli qərarı ilə Təqsirləndirilən şəxs1 təyin edilmiş 01 (bir) il 02 (iki) ay 23 (iyirmi üç) gün müddətinə azadlıqdan məhrumetmə cəzasının çəkilməmiş 09 (doqquz) ay 28 (iyirmi səkkiz) gün hissəsi hazırki hökmlə ona təyin edilmiş 04 (dörd) il müddətinə azadlıqdan məhrum etmə cəzasına qismən birləşdirilməklə, ona qəti olaraq 04 (dörd) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs1 11 fevral 2023-cü il tarixdən 24 fevral 2023-ci il tarixədək həbsdə saxlanıldığı 13 gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılmaqla, üzərində qəti olaraq 04 (dörd) il 05 (beş) ay 17 (on yeddi) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs1 hökmlə təyin olunmuş cəzasını, cəzaçəkmənin əvvəli 19 iyul 2023cü il tarixindən hesablanmaqla, ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs1 cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1 və 234.2ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin və Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə 01 (bir) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına, Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə 04 (dörd) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs2 qəti olaraq 04 (dörd) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs2 Şəki rayon Polis şöbəsində 11 fevral 2023-cü il tarixdə saat 00:10dan 12 fevral 2023-ci il saat 13:30-dək həbsdə saxlanıldığı 02 gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılmaqla, üzərində qəti olaraq 04 (dörd) il 05 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs2 hökmlə təyin olunmuş cəzasını, cəzaçəkmənin əvvəli 22 fevral 2023-cü il tarixindən hesablanmaqla, ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs2 ərazi Narkoloji kabinetdə profilaktik qeydiyyata alınsın. Təqsirləndirilən şəxs4 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinsin və ona 09 (doqquz) ay müddətinə azadlıqdan məhrumetmə növündə cəza təyin edilsin. Təqsirləndirilən şəxs4 11 fevral 2023-cü il tarixdən 13 fevral 2023-ci il tarixədək həbsdə saxlanıldığı 02 gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılmaqla, üzərində qəti olaraq 08 (səkkiz) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs4 barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri dəyişdirilərək, "xxxx" qətimkan tədbiri ilə əvəz edilsin və o, məhkəmə iclas zalında dərhal həbsə alınsın. Təqsirləndirilən şəxs4 hökmlə təyin olunmuş cəzasını, cəzaçəkmənin əvvəli 19 iyul 2023cü il tarixindən hesablanmaqla, ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs4 barəsində seçilmiş "xxxx" qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs4 cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinsin və ona 01 (bir) il 06 (altı) ay müddətinə azadlıqdan məhrumetmə növündə cəza təyin edilsin. Təqsirləndirilən şəxs3 11 fevral 2023-cü il tarixdən 13 fevral 2023-ci il tarixədək həbsdə saxlanıldığı 02 gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılmaqla, üzərində qəti olaraq 01 (bir) il 05 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs3 barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri dəyişdirilərək, "xxxx" qətimkan tədbiri ilə əvəz edilsin və o, məhkəmə iclas zalında dərhal həbsə alınsın. Təqsirləndirilən şəxs3 hökmlə təyin olunmuş cəzasını, cəzaçəkmənin əvvəli 19 iyul 2023cü il tarixindən hesablanmaqla, ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs3 barəsində seçilmiş "xxxx" qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs3 cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə məhkəmə məsrəfi olan 286,34 (iki yüz səksən altı manat otuz dörd qəpik) manat məbləğində ekspertiza xərci təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs4 və Təqsirləndirilən şəxs3 müştərək qaydada tutularaq dövlət büdcəsinə ödənilsin. (büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu 3, X13, kod 210005, VOEN **********, müxbir hesab AZE41 NABZ********************, SFİFTBİK: CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi, VÖEN **********, hesab AZ34CTRE********************). İş üzrə maddi sübut kimi tanınmış və Qəbələ rayon Polis şöbəsində saxlanılan xx.xx.2023-cü il tarixli 17/169 saylı rəyinə əsasən təqdim edilmiş metamfetaminin ümumi təmiz çəkisi 1,518 qram olmuş, 0,050 qramı tədqiqata sərf edildikdən sonra 1,468 qram qalan hissəsi, həmçinin təqdim edilmiş marixuanaların ümumi təmiz çəkisi 907,07 qram olmuş, ümumilikdə 1,00 qramı tədqiqata sərf edildikdən sonra 906,07 qram qalmış hissəsi, məhkəməbioloji ekspertizasının xx.xx.2023-cü il tarixli 17/164 saylı rəyinə əsasən təqdim edilmiş marixuananın ümumi təmiz çəkisi 9,91 qram olmuş, 0,10 qramı tədqiqata sərf edildikdən sonra 9,81 qram qalmış hissəsi, məhkəmə-bioloji ekspertizasının xx.xx.2023-cü il tarixli 17/206 saylı rəyinə əsasən təqdim edilmiş metamfetaminin ümumi təmiz çəkisi 0,438 qram olmuş, 0,050 qramı tədqiqata sərf edildikdən sonra 0,388 qram qalmış hissəsi, təqdim edilmiş metamfetaminin ümumi təmiz çəkisi 1,468 qram olmuş, 0,050 qramı tədqiqata sərf edildikdən sonra 1,418 qram qalmış hissəsi, həmçinin təqdim edilmiş marixuanaların ümumi təmiz çəkisi 7,61 qram olmuş, ümumilikdə 0,14 qramı tədqiqata sərf edildikdən sonra 7,47 qram qalmış hissəsi, məhkəmə-bioloji ekspertizasının xx.xx.2023-cü il tarixli 17/280 saylı rəyinə əsasən təqdim edilmiş marixuananın təmiz çəkisi 5,34 qram olmuş, 0,02 qramı tədqiqata sərf edildikdən sonra 5,32 qram qalmış hissəsi, həmçinin təqdim edilmiş marixuanaların ümumi təmiz çəkisi 9,81 qram olmuş, ümumilikdə 0,04 qramı tədqiqata sərf edildikdən sonra 9,77 qram qalmış hissəsi, eləcə də təqdim edilmiş marixuanaların ümumi təmiz çəkisi 444,5 qram olmuş, ümumilikdə 0,05 qramı tədqiqata sərf edildikdən sonra 444,8 qram qalmış hissəsi, eləcə də 04 ədəd cib içliklərinin kəsikləri, 04 ədəd qəhvəyi rəngli kağız parçaları, 01(bir) ədəd gümüşü rəngli falqa, 06 ədəd qəhvəyi rəngli kağız parçalar hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. İş üzrə mülki iddia yoxdur. Təqsirləndirilən şəxs3 göstərilmiş 16 saat hüquqi xidmətə görə vəkil X2 96 manat məbləğində pul dövlət büdcəsindən Qəbələ rayon Vəkil Bürosunun hesabına köçürülsün. Hökm elan olunduğundan 20 (iyirmi) gün müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. (Həbsdə olan təqsirləndirilən şəxs aldığı vaxtdan 20 gün müddətinə). Hökm apellyasiya şikayəti və ya protesti verilmədikdə, həmin müddət başa çatdıqdan sonra qüvvəyə minir. Sədrlik edən: Abbas Əliyev
Məhkəmə qərarları › İş №1(025)-16/2023
Qəbələ Rayon Məhkəməsi Hökm — İş №1(025)-16/2023
19.07.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver