Azərbaycan Respublikası adından HÖKM Qəbələ şəhəri İş № 1(025)-16/2024 01.07.2024 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Abbas Baba oğlunun sədrliyi, məhkəmə iclas katibi X17 katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikasının Baş X3 Müdafiəsi İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İİ dərəcəli hüquqşunas Dövlət ittihamçısı, zərərçəkmiş şəxs Qəbələ rayonu Hacıalılı bələdiyyəsinin nümayəndəsi (sədri) – Zərərçəkmiş şəxs1, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Qəbələ rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə xx.xx.1974-cü il tarixdə Qəbələ rayon Qəmərvan kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, “DOST MMC-“də fəhlə işləyən, Qəbələ rayon Çarxana kəndində qeydiyyatda olan və yaşayan, xx.xx.2024cü il tarixdə barəsində “başqa yerə getməmək barədə iltizam” növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 188.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinin materiallarına açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs elan edilmiş ittihama əsasən Təqsirləndirilən şəxs kənd təsərrüfatı təyinatlı torpaqlara münasibətdə torpaq üzərində mülkiyyət, istifadə və ya icarə hüququnu pozmaqla özbaşına becərmə, tikinti, quraşdırma işləri aparma cinayətini törətmişdir. Belə ki, o, 2018-ci ilin yaz aylarında istintaqa dəqiq məlum olmayan tarixdə Qəbələ rayon Çarxana kəndində yerləşən, döngə nöqtələrinin koordinatları 1.X=727726.41; Y=4524694.77; 2. X=727717.47, Y=4524683.03; 3.X=727719.08, Y=4524674.47; 4.X=727738.38, Y=4524664.61; 5.X=727748.63, Y=4524661.09; 6.X=727753.52; Y=4524661.78; 7.X=727766.26, Y=4524666.84; 8.X=727784.7, Y=4524665.64; 9.X=727812.61, Y=4524700.47; 10.X=727777.38 Y=4524738.66; 11.X=727772.94, Y=4524741.64; 12.X=727765.92, Y=4524743.81; 13.X=727762.91, Y=4524743.38; 14.X=727739.77, Y=4524713.03; 15.X=727770.31; Y=4524675.7; 16.X=727753.36; Y=4524661.83; olmaqla Hacıalılı bələdiyyəsinə məxsus kənd təsərrüfatı təyinatlı, uqodiyası kolluq sahəsi olan 3600 kvadratmetr və ona bitişik döngə nöqtələrinin koordinatları 1.X-727739.77, Y-4524713.03; 2.X=727770.31; Y=4524675.7; 3.X=727753.36; Y=4524661.8; 4.727726.41; Y=4524694.77; 5.X=727738.69; Y=4524711.52; olmaqla 1000 kvadrat metr kənd təsərrüfatı təyinatlı, uqodiyası kolluq sahəsi olan dövlət mülkiyyətinə aid ümumilikdə 4600 kvadratmetr torpaq sahəsinin ətrafına qanunla müəyyən edilmiş mülkiyyət, istifadə və ya icarə hüququ olmadan ağac dirəklər basdırıb tikanlı məftillə təxminən 1,5 metr hündürlükdə özbaşına çəpərə alıb vahid niyyətlə əhatə olunmuş qəsdlə tutmuş, 2022-ci ilin sentyabr ayı ərzində torpaq sahəsinin qanunsuz tutulmasından və tikintinin qanunsuz olmasından məlumatsız olan həmkəndlisi Şahid1 həmin torpaq sahəsinin Hacıalılı bələdiyyəsinə məxsus hissəsinin içərisində qanunla müəyyən edilmiş mülkiyyət, istifadə və ya icarə hüququ olmadan döngə nöqtələrinin koordinatları 1.X=727751.1573, Y=4524727.6437; 2.X=727764.4733, Y=4524744.2251; 3.X=727773.1196, Y=4524741.7795; 4.X=727777.5106, Y=4524701.8155; 5.X=727813.3855, Y=4524701.4169; 6.X=727800.6490, Y=4524685.72.07 olmaqla 100,0 kvadratmetr torpaq sahəsində sement-beton bünövrə üzərində 11 cərgə mişar daşı ilə təqribən 2 metr hündürlükdə fərdi yaşayış evi tikdirməklə özbaşına tikinti işləri aparmış, eləcə də 2023-cü ilin payız aylarında istintaqa dəqiq məlum olmayan tarixdə və şəxsə torpaq sahəsini şumlatmaqla özbaşına becərmişdir. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 188.3-cü maddəsi ilə ittiham olunaraq məhkəməyə verilmişdir. Məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona elan edilmiş Cinayət Məcəlləsinin 188.3-cü maddəsi ilə irəli sürülmüş ittihamda özünü təqsirli bilməyərək, özünü Cinayət Məcəlləsinin 188.2-ci maddəsi ilə təqsirli bilərək ifadəsində göstərdi ki, birinci Qarabağ müharibəsi qazisi, ikinci qrup əlildir, sağ ayağından yaralanmışdır. Hazırda “DOST MMC”-də fəhlə işləyir. Yaşadığı Çarxana kəndində 2005-ci ilə kimi özünə məxsus təxminən 12 sot torpaq sahəsi varmış ki, səhhətində olan problemlərə görə pul lazım olmuş və həmin torpağı satmış, torpaq sahəsi və evi olmadığı üçün Çarxana kəndində atasına məxsus evdə yaşayır. Buna görə 2018-ci ilin yazında, dəqiq ayını, gününü bilmədiyi tarixdə hazırda yaşadığı evindən təxminən 80-100 metr məsafədə yerləşən kənarları açıq vəziyyətdə olan təxminən 40-45 sot torpaq sahəsinin kənarlarına ağac dirəklər basdırıb 4 cərgə tikanlı məftillə təxminən 1,5 metr hündürlükdə çəpərlə 4 bir tərəfini bağlamış, dəmir barmaqlı bir dənə darvaza qoymuşdur. Niyyəti maddi imkanı olduğu halda həmin torpaq sahəsində yaşayış evi tikmək olmuşdur. Ancaq maddi imkanı olmadığı üçün bir neçə il torpaq sahəsi həmin vəziyyətdə qalmışdır. 2022-ci ilin sentyabr ayında dəqiq xatırlamadığı tarixində torpaq sahəsinə mişar daşları (kubik) tökərək orada 100 kv metr sahədə 4 otaqlı ev tikmək qərarına gəlmiş bu barədə qonşusu hörgü ustası Şahid1 məlumat vermiş, ondan evinin tikinti işləri aparmasını xahiş etmişdir. Qüdrətə buna görə pul verəcəkmiş. Qüdrətlə divarların hörgüsünə görə ümumilikdə 450 manata razılaşmışlar. Elə həmin vaxtdan, yəni 2022-ci ilin sentyabr ayında dəqiq xatırlamadığı günündən etibarən təxminən 20 gün ərzində Qüdrət tutduğu torpaq sahəsinin içərisində torpaqda bünovrə qazmaqla 10 metr x 10 metr yəni, 100 kv metr sahədə kubik daşları ilə 4 otaqlı ev üçün divarlar hörmüşdür. Divarlar iki qat 11 cərgə kubik daşı hündürlükdədir. Evin 4 tərəfini hörüb bağlatmış, lakin, maddi imkanı olmadığı üçün bundan sonrakı tikinti işlərini davam etdirə bilməmişdir. 2023-cü ilin payızından isə polis əməkdaşları tutduğu torpaq sahəsinin, tikinti apardığı torpağın ona aid olmadığını, tikintinin isə qanunsuz olmasına görə Qəbələ rayon polis şöbəsində araşdırmalara başlamışlar. Ərazinin sahə rəisi tikintinin qanunsuz olması barədə məlumat vermişdir. Hazırda tikinti işləri aparmır, torpaq sahəsi elə baxış zamanı görünən fotoşəkillərdəki kimi qalmışdır. Tikdiyi evin üzərini örtməmiş, ancaq divarlar qalmışdır. Kənarlarını bağlayaraq tikinti işləri apardığı torpaq sahəsinin ona məxsus olmadığını, həmin yer şəxsi mülkiyyət deyil, dövlət və bələdiyyə torpaqlarına aid olmasını əvvəlcədən bilmişdir. Torpaq sahəsini tutmazdan, tikintidən əvvəl bu barədə kənd bələdiyyəsinə, ərazi nümayəndəsinə, yaxud digər dövlət orqanlarına hər hansı bir məlumat verməmiş, icazə almamışdır. Təqsirləndirilən şəxs sonda bildirdi ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, onun ev tikdiyi torpaq sahəsi kənd təsərrüfatı təyinatlı deyildir. Bu səbəbdən özünü CM-nin 188.2-ci maddəsi ilə təqsirli bildiyini, əməlindən səmimi peşmançılıq çəkməsini, İİ qrup müharibə əlili olmasını bildirib, məhkəmədən ona azadlıqdan məhrum etmə ilə əlaqədar olmayan cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş Qəbələ rayon Hacıalılı bələdiyyəsinin nümayəndəsi Zərərçəkmiş şəxs1 vermiş olduğu ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs əvvəllər tanımamış, heç bir ədavəti yoxdur. 19 sentyabr 2022-ci il tarixdən Hacıalılı kənd bələdiyyəsinin sədri vəzifəsində işləyir. Bələdiyyəyə Hacıalılı, Çarxana, Şəfili və Şamlı kəndlərinin əraziləri daxildir. 2023-cü ilin sentyabr ayında Çarxana kəndində ərazidə gəzən zaman yol kənarında kənarları çəpərlə, məftillə bağlanmış təxminən 40-45 sot torpaq sahəsi, həmin torpaq sahəsinini içərisində isə mişar daşlarından hörülmüş yarımçıq tikili aşkar etmişdir. Həmin torpaq sahəsinin kənarlarının Çarxana kənd sakini Təqsirləndirilən şəxs tərəfindən tutulması və içərisindəki tikilinin də onun tərəfindən aparıldığını müəyyən etmiş, ona torpaq sahəsinin bələdiyyə mülkiyyətinə aid olması və tikintinin qanunsuz aparılmasını dedikdə həmin şəxs torpaq sahəsinin özünün xərc çəkərək təmizlədiyini, buna görə də torpaq sahəsini boşaltmayacağını, rəsmi qaydada sənədləşdirəcəyini demiş, buna görə bu barədə Qəbələ rayon polis şöbəsinə məktubla müraciət etmişdir. Təqsirləndirilən şəxs tikinti işləri aparması və ya torpaq sahəsini hasarlaması üçün bələdiyyə orqanı tərəfindən şifahi və ya yazılı formada heç bir icazə verilməmişdir. Ümumiyyətlə bu barədə heç bir yazılı və ya şifahi müraciəti olmamışdır. Təqsirləndirilən şəxs qanunsuz tutduğu torpaq sahəsini dəqiq olaraq ölçmədiyindən tərəfindən Qəbələ rayon polis şöbəsinə göndərilmiş və cinayət işi materiallarına əlavə edilmiş 12 sentyabr 2023-cü il tarixli məktubda, eləcə də 09 sentyabr 2023-cü il tarixli ilkin təhqiqat izahatına bələdiyyəsinə məxsus 0,12 ha torpaq sahəsinin kənarlarının çəpərləndiyini qeyd etmişdir. Cinayət işinə əlavə edilmiş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 9 saylı Qəbələ Ərazi İdarəsindən daxil olmuş 21 noyabr 2023-cü il tarixli 3- 21-3-42/2-6104/2023 nömrəli və 14 fevral 2024-cü il tarixli 3-21-3-42/2-967/2024 nömrəli məktublarla tanış olmuş, heç bir etirazı yoxdur. Bələdiyyə mülkiyyətinə məxsus 3600 kvadratmetr torpaq sahəsi Təqsirləndirilən şəxs tərəfindən qanunsuz, özbaşına tutulmaqla tikinti işləri aparılması nəticəsində bələdiyyəyə ziyan dəymişdir. Həmin sahəyə özü baxış keçirmiş, bələdiyyədə olan məlumatlar əsasında Təqsirləndirilən şəxs tərəfindən qanunsuz tutulmuş və özbaşına tikinti işləri aparılmış torpaq sahəsinin (TEKUİS) kateqoriyası yaşayış məntəqələri torpaqları, uqodiyası şərti yararsız ümumi istifadədə olan bələdiyyə mülkiyyəti torpağıdır. Məhkəmədən Təqsirləndirilən şəxs yüngül cəza verilməsini xahiş edir. Zərərçəkmiş şəxs Qəbələ rayonu İcra hakimiyyətinin nümayəndəsi Zərərçəkmiş şəxs2 məhkəmə iclasında iştirak etməmiş, məhkəməyə teleqram göndərərək, üzürlü səbəbdən məhkəmə iclasında iştirak etmədiyini, məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Əvvəlki məhkəmə iclaslarında Qəbələ rayon İcra Hakimiyyətinin nümayəndəsi qismində tanınaraq dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs əvvəllər tanımamış, heç bir ədavəti yoxdur. 2010-cu ildən Qəbələ RİH başçısı aparatının Memarlıq və Tikinti şöbəsinin böyük məsləhətçisi vəzifəsində işləyir. Onun Qəbələ rayon Çarxana kəndində dövlət mülkiyyətinə aid torpaq sahəsini qanunsuz olaraq torpaq zəbt edərək özbaşına tikinti işləri aparması barədə heç bir məlumatı olmamış, bu barədə polisdə araşdırma aparılan zaman xəbərdar olmuşdur. Təqsirləndirilən şəxs tikinti işləri aparması və ya torpaq sahəsinin hasarlaması üçün rayon icra hakimiyyəti tərəfindən şifahi və ya yazılı formada heç bir icazə verilməmiş, ümumiyyətlə bu barədə heç bir yazılı və ya şifahi müraciəti olmamışdır. Cinayət işinə əlavə edilmiş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 9 saylı Qəbələ Ərazi İdarəsindən daxil olmuş 21 noyabr 2023-cü il tarixli 3-21-3-42/2-6104/2023 nömrəli və 14 fevral 2024-cü il tarixli 3-21-3-42/2-967/2024 nömrəli məktublarla tanış olmuş, heç bir etirazı yoxdur. Belə ki, qeyd olunduğu kimi dövlət mülkiyyətinə məxsus kənd təsərrüfat təyinatlı 1000 kvadratmetr torpaq sahəsi Təqsirləndirilən şəxs tərəfindən qanunsuz tutulmuş, nəticədə RİH-nə ziyan dəymişdir. Təqsirləndirilən şəxs tərəfindən qanunsuz tutulmuş torpaq sahəsi dövlət mülkiyyətinə aid kənd təsərrüfat təyinatlı torpaq sahəsidir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində bildirmişdir ki, ev ustası işləyir, sifariş olduqda pulu müqabilində ev tikintisi işləri görür. Təqsirləndirilən şəxs həmkəndlisidir, onunla normal münasibətləri vardır. Baratın hazırda yaşadığı evinə yaxın, üzbəüz asfalt yoldan digər hissədə təxminən 40-45 sot torpaq sahəsi vardır ki, həmin torpaq sahəsinin kənarlarını uzun müddətdir ki, tikanlı məftillə bağlamışdır. Ancaq nə zaman bağladığını xatırlamır. Təxminən 2022-ci ilin sentyabr ayında dəqiq xatırlamadığı vaxtda Barat ona həmin qeyd etdiyi torpaq sahəsində ev tikmək istədiyini deyərək ondan usta işləri görməyini xahiş etmişdir. Razı olmuş, ancaq pulu barədə nəsə danışmamışlar. Söhbət zamanı Barat ona torpaq sahəsinin özünə məxsus, tikintiyə icazəli olduğunu bildirmişdir. Elə həmin vaxtdan, yəni 2022-ci ilin sentyabr ayında dəqiq xatırlamadığı günündən etibarən təxminən 20 gün ərzində Baratın təqdim etdiyi həmin torpaq sahəsində torpaqda bünövrə qazmaqla 10 metr x 10 metr yəni, 100 kv metr sahədə kubik daşları ilə 4 otaqlı ev üçün divarlar hörmüşdür. Divarlar iki qat 11 cərgə kubik daşı hündürlükdədir. Evin 4 tərəfini hörüb bağlamışdır. Lakin, Baratın maddi imkanı olmadığı üçün bundan sonrakı tikinti işlərini davam etdirə bilməmiş, təxminən 1 il sonra evi tikdiyi yerin sənədləri olmadığı üçün həmin tikiliyə görə polisdə araşdırma getdiyini eşitmiş, Baratın təqdim etdiyi torpaq sahəsində tikinti işlərinə başlayan zaman torpaq sahəsinin Baratın sözlərinə görə sənədli olduğunu bilmişdir. Divar, hörgü işləri aparan zaman tək olmuş, ancaq Barat yanında olmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində bildirmişdir ki, Təqsirləndirilən şəxs əvvəllər tanımamış, heç bir ədavəti yoxdur. Qəbələ rayon polis şöbəsindən işlədiyi idarəyə daxil olmuş məktub əsasında rayonun Çarxana kəndində Təqsirləndirilən şəxs tərəfindən mülkiyyətinə aid olmayan torpaq sahəsində mülkiyyət, istifadə və icarə hüququ olmadan tikinti apardığı sahəyə keçirilən baxışda iştirak etmişdir. Belə ki, Çarxana kəndində asfalt yolun kənarında mişar daşlarından yarımçıq tikili varmış. Həmin tikilinin olduğu torpaq sahəsinin kənarları çəpərlə, məftillə hər bir tərəfdən hasarlanmışdır. Baxışda Təqsirləndirilən şəxs da iştirak edirmiş. Şifahi söhbət zamanı Təqsirləndirilən şəxs tikintinin ona aid olduğunu, torpaq sahəsinin kənarlarını da özünün bağladığını, ancaq tutduğu torpaq sahəsinə və tikintiyə görə hər hansı bir sənədinin olmadığını bildirmişdir. Tərəfindən “Trimble R8” (GPS) aparatı vasitəsi ilə ölçmə işləri aparılmış, tikintinin, tutduğu torpaq sahəsinin koordinatları götürülmüş, iş yerinə qayıtmış, məlumatlar elektron baza ilə yoxlanılmış, müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs tərəfidən qanunla müəyyən edilmiş mülkiyyət, istifadə və ya icarə hüququ olmadan Qəbələ rayon Çarxana kənd İnzibati Ərazi Dairəsində özbaşına tutduğu torpaq sahəsinin ümumi sahəsi 4.600 kv.metr təşkil edir. Torpaq sahəsi Çarxana kəndi ərazisində aparılmış torpaq islahatına dair yerquruluşu xəritəsinə (DWG) əsasən kateqoriyası kənd təsərrüfat təyinatlı torpaqlara, uqodiyası kolluq, X7 X11(TEKUİS) əsasən kateqoriyası yaşayış məntəqələri torpaqlarıdır, uqodiyası şərti yararsız ümumi istifadədə olan, 3600 kv.metr hissəsi Hacıalılı bələdiyyəsinin mülkiyyətinə, 1000 kv.metr hissəsi Dövlət mülkiyyətinə aid ərazidə yerləşir. 100 kv.metr yarımçıq tikinti yerləşən torpaq sahəsi isə mülkiyyət növü bələdiyyə, kateqoriyası torpaq islahatına dair kompleks yerquruluşu xəritəsinə görə “kənd təsərrüfatı təyinatlı”, X7 X11(TEKUİS) görə “yaşayış məntəqələrinin torpaqları”na aid ümumi istifadədə olan ərazidə yerləşir.Daha sonra həmin məlumatları məktuba qeydə alaraq rayon polis şöbəsinə məlumat göndərmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş X19 ifadəsində bildirdi ki, 1996-cı ildə ölkədə torpaq islahatı aparılan zaman həmin torpaq sahəsi kənd təsərrüfatı təyinatlı torpaq sahəsi olmuşdur. Lakin ölçü işləri zamanı torpaqların elektron uçot informasiya sistemi hazır imiş. Həmin sistemdə sözügedən torpaq sahəsinin kateqoriyası yaşayış məntəqələri torpaqları, uqodiyası şərti yararsız ümumi istifadədə olan, mülkiyyət növü bələdiyyədir. Həmin torpaq sahəsinin 1000 kv metri dövlət mülkiyyətidir. Həmçinin hal-hazırda X7 X16 (TEKUİS) qüvvədədir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş Qəbələ RPŞ-nin TB-nin təhqiqatçısı Fərid Nizamlı tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli “baxış keçirilməsi haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs Hacıalılı bələdiyyəsinə və dövlət mülkiyyətinə məxsus torpaq sahəsinin kənarlarını qanunsuz çəpərləyib bağladığı və qanunsuz tikinti işləri apardığı yerə baxış keçirilmişdir. Baxış Təqsirləndirilən şəxs iştirakı ilə aparılmış və o, qanunsuz hasarladığı torpaq sahəsini və apardığı tikinti işlərinin təqdim etmişdir. Torpaq sahəsinin kənarları hər tərəfdən tikanlı məftillə tam bağlanmışdır. Mişar daşları (kubik) ilə qanunsuz tikilmiş evin ümumi sahəsi 100 kv.metr təşkil edir. Evin üzəri açıq vəziyyətdədir, örtülməmişdir. Baxış keçirilən zaman Təqsirləndirilən şəxs tərəfindən kənarları qanunsuz çəpərlənmiş torpaq sahəsinin 40-45 sot olduğu müəyyən edilmişdir. İş materiallarından görünür ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 9 saylı Qəbələ Ərazi İdarəsindən daxil olmuş 21 noyabr 2023-cü il tarixli, 3-21-3-42/2-6104/2023 nömrəli məktuba əsasən həmin İdarənin mütəxəssisi tərəfindən Çarxana kəndində yerləşən əraziyə baxış keçirilmiş və GPS aləti vasitəsi ilə ölçü işləri aparılmışdır. Kameral qaydada Mərkəzin elektron məlumat bazasına əsasən araşdırma zamanı məlum olmuşdur ki, vətəndaş Təqsirləndirilən şəxs tərəfindən qanunsuz tikinti aparılmış torpaq sahəsinin mülkiyyət növü bələdiyyə, kateqoriyası torpaq islahatına dair kompleks yerquruluşu xəritəsinə görə “kənd təsərrüfat təyinatlı”, X5 X11 (TEKUİS) görə “yaşayış məntəqələrinin torpaqları” na aid “ümumi istifadədə olan “ ərazi olduğu müəyyən olunmuşdur. Aparılmış tikintinin koordinatları aşağıdakı kimidir: 1.X- 727751.1573, Y-4524727.6437; 2.X-727764.4733, Y-4524744.2251; 3.X-727773.1196, Y- 4524741.7795; 4.X-727777.5106, Y-4524701.8155; 5.X-727813.3855, Y-4524701.4169; 6.X-727800.6490, Y-4524685.72.07. İş materiallarından görünür ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 9 saylı Qəbələ Ərazi İdarəsindən daxil olmuş 14 fevral 2024-cü il tarixli, 3-21-3-42/2-967/2024 nömrəli məktuba əsasən Təqsirləndirilən şəxs tərəfindən Çarxana kəndində qanunsuz tutularaq tikinti işləri aparılmış torpaq sahəsinə xx.xx.2024-cü il tarixdə idarənin mütəxəssisi tərəfindən baxış keçirilmişdir.Mərkəzin elektron məlumat bazasına əsasən araşdırma zamanı məlum olmuşdur ki, məktubda qeyd edilmiş torpaq sahəsi Qəbələ rayon Çarxana kənd İnzibati Ərazi Dairəsinin sərhədləri daxilində yerləşir, faktiki naturada ölçülmüş 4600 kvadratmetr torpaq sahəsi Çarxana kəndi ərazisində aparılmış torpaq islahatına dair yerquruluşu xəritəsinə(DWG)əsasən kateqoriyası kənd təsərrüfatı təyinatlı, uqodiyası kolluq, X8 X11(TEKUİS) əsasən, kateqoriyası yaşayış məntəqələri torpaqları, uqodiyası şərti yararsız ümumi istifadədə olan, 3600 kvadratmetr hissəsi Hacıalılı bələdiyyəsinin mülkiyyətinə, 1000 kvadratmetr hissəsi dövlət mülkiyyətinə aid ərazidə yerləşir.Kənarları çəpərlənmiş torpaq sahəsinin koordinatları aşağıdakı kimidir: 1.X-727777.38 Y-4524738.66; 2.X-727812.61, Y-4524700.47; 3.X-727784.7, Y- 4524665.64; 4.X-727766.26, Y-4524666.84; 5.X-727784.63, Y-4524661.09; 6.X- 727738.38, Y-4524664.61; 7.X-727719.08, Y-4524674.47; 8.X-727717.47, Y-4524683.03; 9.X-727739.77, Y-4524713.03; 10.X-727762.91, Y-4524743.38; 11.X-727765.92, Y- 4524743.81; 12.X-727772.94, Y-4524741.64 İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 9 saylı Qəbələ Ərazi İdarəsinin 08 aprel 2024-cü il tarixli, 3-21-3-42/2-2477/2024 nömrəli məktubundan və həmin məktuba əlavə edilmiş mütəxəssis rəyindən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən Çarxana kəndində qanunsuz tutularaq tikinti işləri aparılmış torpaq sahəsinə xx.xx.2024-cü il tarixdə idarənin mütəxəssisi tərəfindən baxış keçirilmişdir.Mərkəzin elektron məlumat bazasına əsasən araşdırma zamanı məlum olmuşdur ki, məktubda qeyd edilmiş torpaq sahəsi Qəbələ rayon Çarxana kənd İnzibati Ərazi Dairəsinin sərhədləri daxilində yerləşir, faktiki naturada ölçülmüş 4600 kvadratmetr torpaq sahəsi Çarxana kəndi ərazisində aparılmış torpaq islahatına dair yerquruluşu xəritəsinə(DWG)əsasən kateqoriyası kənd təsərrüfatı təyinatlı, uqodiyası kolluq, X8 X11(TEKUİS) əsasən, kateqoriyası yaşayış məntəqələri torpaqları, uqodiyası şərti yararsız ümumi istifadədə olan, 3600 kvadratmetr hissəsi Hacıalılı bələdiyyəsinin mülkiyyətinə, 1000 kvadratmetr hissəsi dövlət mülkiyyətinə aid ərazidə yerləşir. 1000 kvadratmetr dövlət mülkiyyətinə aid torpaq sahəsinin döngə nöqtələrinin koordinatları aşağıdakı kimidir: 1.X-727739.77, Y-4524713.03; 2.X=727770.31; Y=4524675.7; 3.X=727753.36; Y=4524661.8; 4.727726.41; Y=4524694.77; 5.X=727738.69; Y=4524711.52; 3600 kvadratmetr bələdiyyə mülkiyyətinə aid torpaq sahəsinin döngə nöqtələrinin koordinatları aşağıdakı kimidir: 1.X=727726.41; Y=4524694.77; 2. X=727717.47, Y=4524683.03; 3.X=727719.08, Y=4524674.47; 4.X=727738.38, Y=4524664.61; 5.X=727748.63, Y=4524661.09; 6.X=727753.52; Y=4524661.78; 7.X=727766.26, Y=4524666.84; 8.X=727784.7, Y=4524665.64; 9.X=727812.61, Y=4524700.47; 10.X=727777.38 Y=4524738.66; 11.X=727772.94, Y=4524741.64; 12.X=727765.92, Y=4524743.81; 13.X=727762.91, Y=4524743.38; 14.X=727739.77, Y=4524713.03; 15.X=727770.31; Y=4524675.7; 16.X=727753.36; Y=4524661.83; İş materiallarında olan Azərbaycan Respublikası İcbari Tibbi Sığorta Üzrə X22 Ərazi Bölmələrini İdarəetmə Birliyi “Qəbələ Rayon Mərkəzi Xəstəxanası” X18 daxil olmuş 13 noyabr 2023-cü il tarixli 18-1-52/2-1731/2023-cü nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs Qəbələ RMX PHŞ-in polikilinika şöbəsinin “narkoloji və ya ruhi əsəb” kabinetində qeydiyyatda deyildir. İş materillarına əlavə edilmiş Azərbaycan Respublikası DİN-nin BƏSİİ-nin verdiyi tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu olmayan şəxsdir. İş materiallarında olan Ə №002094 “Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və X23 Birliyi” vəsiqəsinin surətindən görünür ki, Təqsirləndirilən şəxs İİ qrup müharibə əlilidir. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu 1 saylı X1 xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar orqanizmin funksiyalarının 61-80 faiz pozulması səbəbinə görə 358,72 manat məbləğində əmək pensiyası alır. İş materiallarında olan Qəbələ Rayon İcra Hakimiyyəti Qəbələ Rayon İcra Hakimiyyəti Çarxana kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 5- 59-49/2-37/2024 nömrəli, 26 fevral 2024-cü il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs ailə tərkibi arvadı X13, uşaqları xx.xx.2005-ci il təvəllüdlü X20, xx.xx.2007-ci il təvəllüdlü X21 və xx.xx.2011-ci il təvəllüdlü X14 ibarətdir. İş materiallarında olan Qəbələ Rayon İcra Hakimiyyəti Qəbələ Rayon İcra Hakimiyyəti Çarxana kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə edilir. Məhkəmə hesab edir ki, istintaq orqanı əldə edilmiş sübutlara və işin faktiki hallarına düzgün hüquqi qiymət verməyərək təqsirləndirilən şəxsin əməlini düzgün tövsif etməmişdir. Belə ki, məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin (CPM) 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə protokollarını, digər sənədləri sübut növü kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi olsa da, istintaq orqanı işin faktiki hallarını düzgün müəyyən etməmiş və Təqsirləndirilən şəxs əməlini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 188.3-cü maddəsi ilə tövsif edərkən səhvə yol vermişdir. Belə ki, Azərbaycan Respublikası CM-nın 188.3-cü maddəsi kənd təsərrüfatı təyinatlı torpaqlara münasibətdə torpaq üzərində mülkiyyət, istifadə və ya icarə hüququnu pozmaqla özbaşına tikinti, quraşdırma işləri aparma törədilən cinayət əməlinə görə məsuliyyəti nəzərdə tutur. Həmin normanı tətbiq edərkən, təqsirkarın hərəkətlərini xarakterizə edən maddənin dispozisiyasında göstərilən əlamətlərin mövcudluğu mütləqdir. Təqsirləndirilən şəxs verilmiş ittihama görə o, 2018-ci ilin yaz aylarında istintaqa dəqiq məlum olmayan tarixdə Qəbələ rayon Çarxana kəndində yerləşən, döngə nöqtələrinin koordinatları 1.X=727726.41; Y=4524694.77; 2. X=727717.47, Y=4524683.03; 3.X=727719.08, Y=4524674.47; 4.X=727738.38, Y=4524664.61; 5.X=727748.63, Y=4524661.09; 6.X=727753.52; Y=4524661.78; 7.X=727766.26, Y=4524666.84; 8.X=727784.7, Y=4524665.64; 9.X=727812.61, Y=4524700.47; 10.X=727777.38 Y=4524738.66; 11.X=727772.94, Y=4524741.64; 12.X=727765.92, Y=4524743.81; 13.X=727762.91, Y=4524743.38; 14.X=727739.77, Y=4524713.03; 15.X=727770.31; Y=4524675.7; 16.X=727753.36; Y=4524661.83; olmaqla Hacıalılı bələdiyyəsinə məxsus kənd təsərrüfatı təyinatlı, uqodiyası kolluq sahəsi olan 3600 kvadratmetr və ona bitişik döngə nöqtələrinin koordinatları 1.X-727739.77, Y-4524713.03; 2.X=727770.31; Y=4524675.7; 3.X=727753.36; Y=4524661.8; 4.727726.41; Y=4524694.77; 5.X=727738.69; Y=4524711.52; olmaqla 1000 kvadrat metr kənd təsərrüfatı təyinatlı, uqodiyası kolluq sahəsi olan dövlət mülkiyyətinə aid ümumilikdə 4600 kvadratmetr torpaq sahəsinin ətrafına qanunla müəyyən edilmiş mülkiyyət, istifadə və ya icarə hüququ olmadan ağac dirəklər basdırıb tikanlı məftillə təxminən 1,5 metr hündürlükdə özbaşına çəpərə alıb vahid niyyətlə əhatə olunmuş qəsdlə tutmuş, 2022-ci ilin sentyabr ayı ərzində torpaq sahəsinin qanunsuz tutulmasından və tikintinin qanunsuz olmasından məlumatsız olan həmkəndlisi Şahid1 həmin torpaq sahəsinin Hacıalılı bələdiyyəsinə məxsus hissəsinin içərisində qanunla müəyyən edilmiş mülkiyyət, istifadə və ya icarə hüququ olmadan döngə nöqtələrinin koordinatları 1.X=727751.1573, Y=4524727.6437; 2.X=727764.4733, Y=4524744.2251; 3.X=727773.1196, Y=4524741.7795; 4.X=727777.5106, Y=4524701.8155; 5.X=727813.3855, Y=4524701.4169; 6.X=727800.6490, Y=4524685.72.07 olmaqla 100,0 kvadratmetr torpaq sahəsində sement-beton bünövrə üzərində 11 cərgə mişar daşı ilə təqribən 2 metr hündürlükdə fərdi yaşayış evi tikdirməklə özbaşına tikinti işləri aparmış, eləcə də 2023-cü ilin payız aylarında istintaqa dəqiq məlum olmayan tarixdə və şəxsə torpaq sahəsini şumlatmaqla özbaşına becərmiş, nəticədə kənd təsərrüfatı təyinatlı torpaqlara münasibətdə torpaq üzərində mülkiyyət, istifadə və ya icarə hüququnu pozmaqla özbaşına becərmə, tikinti, quraşdırma işləri aparma cinayətini törətmişdir. İlk növbədə məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası CM-in 188.3-cü maddəsi ilə məsuliyyət kənd təsərrüfatı təyinatlı torpaqlara münasibətdə torpaq üzərində mülkiyyət, istifadə və ya icarə hüququnu pozmaqla özbaşına tikinti, quraşdırma işləri aparan zaman yaranır. Göründüyü kimi CM-nin 188.3-cü maddəsi ilə məsuliyyətin yaranması üçün Qanunla müəyyən edilmiş mülkiyyət, istifadə və ya icarə hüququ olmadan torpaq sahəsini özbaşına hasarlama, becərmə və ya dəyişdirmə, yaxud həmin torpaq sahəsini başqa üsullarla özbaşına tutma və Qanunla müəyyən edilmiş mülkiyyət, istifadə və ya icarə hüququ olmadan torpaq sahəsi üzərində özbaşına tikinti və ya quraşdırma işlərini aparma kənd təsərrüfatı təyinatlı torpaqlara münasibətdə törədildikdə yaranır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 9 saylı Qəbələ Ərazi İdarəsinin mütəxəssis rəylərində göstərilmişdir ki, mərkəzin elektron məlumat bazasına əsasən araşdırma zamanı məlum olmuşdur ki, məktubda qeyd edilmiş torpaq sahəsi Qəbələ rayon Çarxana kənd İnzibati Ərazi Dairəsinin sərhədləri daxilində yerləşir, faktiki naturada ölçülmüş 4600 kvadratmetr torpaq sahəsi Çarxana kəndi ərazisində aparılmış torpaq islahatına dair yerquruluşu xəritəsinə (DWG) əsasən kateqoriyası kənd təsərrüfatı təyinatlı, uqodiyası kolluq, X5 X11 (TEKUİS) əsasən, kateqoriyası yaşayış məntəqələri torpaqları, uqodiyası şərti yararsız ümumi istifadədə olan, 3600 kvadratmetr hissəsi Hacıalılı bələdiyyəsinin mülkiyyətinə, 1000 kvadratmetr hissəsi dövlət mülkiyyətinə aid ərazidə yerləşir. Eyni zamanda məhkəmə iclasında şahid qismində dindirilmiş X19 mübahisəli torpaq sahəsinin kateqoriyasının hal-hazırda yaşayış məntəqələri torpaqları, uqodiyası şərti yararsız ümumi istifadədə olan, mülkiyyət növü bələdiyyə olduğunu, hal-hazırda X7 X10 (TEKUİS) qüvvədə olduğunu qeyd etmişdir. Beləliklə məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs kənd təsərrüfatı təyinatlı torpaqlara münasibətdə deyil, “yaşayış məntəqələri torpaqları, uqodiyası şərti yararsız ümumi istifadədə olan” torpaq üzərində mülkiyyət, istifadə və ya icarə hüququnu pozmaqla özbaşına becərmə, tikinti, quraşdırma işləri aparma cinayətini törətmişdir. Belə olduğu təqdirdə isə Təqsirləndirilən şəxs əməlinin CM-nin 188.3-cü maddəsi ilə tövsif edilməsi qanunsuz və əsassız olmuşdur. Həmçinin iş materiallarında olan “cinayət işinin tövsif edilməsi haqqında” 22 aprel 2024-cü il tarixli qərarından görünür ki, müstəntiq Loğman Abdulxalıqov hansı əsasla X7 X10 (TEKUİS) yox, torpaq islahatına dair yerquruluşu xəritəsini (DWG) əsas götürməsini əsaslandırmamışdır. Məhkəmə iclasında araşdırılan sübutlara qiymət verərək məhkəmə belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsin əməlində qanunla müəyyən edilmiş mülkiyyət, istifadə və ya icarə hüququ olmadan torpaq sahəsi üzərində özbaşına tikinti və ya quraşdırma işləri aparma cinayətinin əlamətləri vardır və onun əməli Azərbaycan Respublikası CM-in 188.2ci maddəsinə tövsif edilməli, həmin maddə ilə məsuliyyət daşımalıdır. Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsinin 2-ci hissəsinə görə şəxsin təqsirli olmasına şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. Konstitusiyanın 60-cı maddəsində isə qeyd olunur ki, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. İnsan Hüquqlarının və X12 Haqqında Konvensiyanın 6-cı maddəsinin (“Ədalətli məhkəmə araşdırması hüququ”) 1-ci hissəsində göstərilir ki, hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Azərbaycan Respublikası CPM-nin 1.3-cü maddəsində qeyd olunur ki, Azərbaycan Respublikasının cinayət-prosessual qanunvericiliyi qanunçuluğun, insan və vətəndaş hüquq və azadlıqlarına hörmətin bərqərar olmasına imkan yaradır. Həmin Məcəllənin 12.1-ci maddəsində isə qeyd göstərilir ki, cinayət prosesini həyata keçirən orqanlar cinayət prosesində iştirak edən bütün şəxslərin Konstitusiya ilə təsbit edilmiş insan və vətəndaş hüquq və azadlıqlarına riayət olunmasını təmin etməlidirlər. Azərbaycan Respublikası CPM-nin 146.1-ci maddəsinə görə, cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Həmin Məcəllənin 126.3-cü maddəsinə əsasən, şübhəli, təqsirləndirilən, zərər çəkmiş şəxsin və ya şahidlərin cinayət prosesini həyata keçirən orqana özgənin sözlərindən verdikləri məlumatlar sübut növü kimi istifadə edilə bilməz. Həmin Məcəllənin 138.2-ci maddəsinə görə təqsirləndirilən şəxsin cinayət məsuliyyətinə cəlb olunması əsaslarını və onun təqsirli olub-olmamasını sübutetmə vəzifəsi ittihamçının üzərinə düşür. Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayəthüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif CM-də müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını,cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində CM-in əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm, həmçinin yuxarıda göstərilən konstitusion prinsiplərin pozulmasına gətirib çıxara bilər.» İnsan Hüquqları üzrə Avropa Məhkəməsi "Hüseyn və başqaları Azərbaycana qarşı" iş üzrə 26 iyul 2011-ci il tarixli Qərarında qeyd edir ki, “ədalətli və çəkişmə xarakterli məhkəmə araşdırması anlayışı prinsipcə onu nəzərdə tutur ki, başqa cür qərara gəlmək üçün əsaslı səbəblər yoxdursa, məhkəmə ittiham tərəfinin təqdim etdiyi, şahidin məhkəməyə qədər dindirmə protokolunda qeydə alınmış ifadəsindən daha çox, məhkəmə iclasında verdiyi ifadəyə əhəmiyyət verməlidir. Digər səbəblərlə yanaşı, bunun səbəbi ondan ibarətdir ki, məhkəməyə qədər dindirmə ilk növbədə ittiham tərəfinin məhkəmədə öz mövqeyini müdafiə etmək məqsədi ilə məhkəmə araşdırması üçün məlumat toplaması prosesidir. Məhkəmə tərəfindən həyata keçirilən məhkəmə araşdırmasının vəzifəsi isə faktiki olaraq təqdim edilmiş bütün sübutların ədalətli qiymətləndirilməsindən sonra təqsirləndirilən şəxsin təqsiri məsələsini dəlillərin məhkəmədə birbaşa yoxlanılması əsasında müəyyən etməkdir.” Məhkəmə belə nəticəyə gəlir ki, məhkəmə istintaqı zamanı müəyyən edilən və yuxarıda təsvir olunan hallarla Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 188.3-cü maddəsinin dispozisiyasında nəzərdə tutulan, tövsifedici əlamətlərin mövcud olmamasına baxmayaraq, istintaq orqanı işin faktiki hallarına düzgün hüquqi qiymət vermədən, şəxsi mülahizələrə və ehtimallara əsaslanaraq, Təqsirləndirilən şəxs əməlini əsassız və qanunsuz olaraq, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 188.3-cü maddəsi ilə tövsif etmişdir. Azərbaycan Respublikası CPM-in 145.1-ci maddəsində göstərilir ki, hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Həmin Məcəllənin 145.3-cü maddəsinin tələbinə görə ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Həmin Məcəllənin 318.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir. «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan Hüquqlarının və X6 haqqında» X2 və İnsan Hüquqları Üzrə Arvopa Məhkəməsinin Presedentlərinin tətbiqi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 30 mart 2006-cı il tarixli 5 saylı qərarının 10-cu maddəsində göstərilir ki, hüququn aliliyi və insan hüquqlarına hörmət X4 3-cü maddəsində nəzərdə tutulan əsas dəyərlərdəndir. Azərbaycan Respublikası CPM-in 142-ci maddəsində nəzərdə tutulan preyudisiya halları istisna olmaqla, məhkəmələr üçün heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur və onlar işin faktiki hallarını məhz məhkəmə baxışı zamanı araşdırdığı sübutlar əsasında müəyyən etməli, qərarlarının qanuniliyi və əsaslılığını təmin etməlidir. Azərbaycan Respublikası CPM-in 349.5 və 349.5.1-ci maddələrinin tələbinə görə, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda, məhkəmənin hökmü əsaslı hesab edilir. Həmin Məcəllənin 351.2-ci maddəsinin tələbinə görə məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsinin tələbinə görə, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətərinin mövcud olduğu əməlin törədilməsi cinayət məsuliyyətini yaradır. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs əməlini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 188.3-cü maddəsindən, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 188.2-ci maddəsinə tövsif etməyi qanuni və əsaslı sayır. Məhkəmə istintaqı zamanı müəyyən edilir ki, 2018-ci ilin yaz aylarında istintaqa dəqiq məlum olmayan tarixdə Qəbələ rayon Çarxana kəndində yerləşən, döngə nöqtələrinin koordinatları 1.X=727726.41; Y=4524694.77; 2. X=727717.47, Y=4524683.03; 3.X=727719.08, Y=4524674.47; 4.X=727738.38, Y=4524664.61; 5.X=727748.63, Y=4524661.09; 6.X=727753.52; Y=4524661.78; 7.X=727766.26, Y=4524666.84; 8.X=727784.7, Y=4524665.64; 9.X=727812.61, Y=4524700.47; 10.X=727777.38 Y=4524738.66; 11.X=727772.94, Y=4524741.64; 12.X=727765.92, Y=4524743.81; 13.X=727762.91, Y=4524743.38; 14.X=727739.77, Y=4524713.03; 15.X=727770.31; Y=4524675.7; 16.X=727753.36; Y=4524661.83; olmaqla kateqoriyası yaşayış məntəqələri torpaqları, uqodiyası şərti yararsız ümumi istifadədə olan, 3600 kvadratmetr hissəsi Hacıalılı bələdiyyəsinin mülkiyyətinə, 1000 kvadratmetr hissəsi dövlət mülkiyyətinə aid ərazidə döngə nöqtələrinin koordinatları 1.X-727739.77, Y-4524713.03; 2.X=727770.31; Y=4524675.7; 3.X=727753.36; Y=4524661.8; 4.727726.41; Y=4524694.77; 5.X=727738.69; Y=4524711.52; olmaqla 1000 kvadrat metr kənd təsərrüfatı təyinatlı, uqodiyası kolluq sahəsi olan dövlət mülkiyyətinə aid ümumilikdə 4600 kvadratmetr torpaq sahəsinin ətrafına qanunla müəyyən edilmiş mülkiyyət, istifadə və ya icarə hüququ olmadan ağac dirəklər basdırıb tikanlı məftillə təxminən 1,5 metr hündürlükdə özbaşına çəpərə alıb vahid niyyətlə əhatə olunmuş qəsdlə tutmuş, 2022-ci ilin sentyabr ayı ərzində torpaq sahəsinin qanunsuz tutulmasından və tikintinin qanunsuz olmasından məlumatsız olan həmkəndlisi Şahid1 həmin torpaq sahəsinin Hacıalılı bələdiyyəsinə məxsus hissəsinin içərisində qanunla müəyyən edilmiş mülkiyyət, istifadə və ya icarə hüququ olmadan döngə nöqtələrinin koordinatları 1.X=727751.1573, Y=4524727.6437; 2.X=727764.4733, Y=4524744.2251; 3.X=727773.1196, Y=4524741.7795; 4.X=727777.5106, Y=4524701.8155; 5.X=727813.3855, Y=4524701.4169; 6.X=727800.6490, Y=4524685.72.07 olmaqla 100,0 kvadratmetr torpaq sahəsində sement-beton bünövrə üzərində 11 cərgə mişar daşı ilə təqribən 2 metr hündürlükdə fərdi yaşayış evi tikdirməklə özbaşına tikinti işləri aparmış, eləcə də 2023-cü ilin payız aylarında istintaqa dəqiq məlum olmayan tarixdə və şəxsə torpaq sahəsini şumlatmaqla özbaşına becərmişdir. Beləliklə, məhkəmə qanunçuluq, qanun qarşısında bərabərlik, ədalət prinsiplərinə əsaslanaraq, məhkəmə iclasında əldə edilən və qiymətləndirilən mötəbər sübutlara məcmu halda hüquqi qiymət verərək və Azərbaycan Respublikası CPM-in 318.1-ci maddəsinə əsaslanaraq hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-in 188.3-cü maddəsindən həmin Məcəllənin 188.2-ci maddəsinə tövsif edilməlidir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 188.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi təqsirləndirilən şəxsin etirafı, zərər çəkmiş şəxslərin nümayəndələrinin, şahidlərin ifadələri, mütəxəssis rəyi ilə tam sübuta yetirilir. Beləliklə, Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən, məhkəmə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarmağı məqsədəmüvafiq hesab edir. Cəza təyin edilərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinin tələbinə əsasən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarların şəxsiyyətləri, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxslərin islah olunmasına və onların ailələrinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. “Məhkəmə Hökmü Haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 №-li qərarının, 45-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu zaman hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməli, seçilən cəzanın və ya digər cinayət-hüquqi xarakterli tədbirin təqsirləndirilən şəxsin islah olunması, ailəsinin həyat şəraitinə təsiri baxımından məqsədəuyğun olması izah edilməlidir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2003-cü il 25 iyun tarixli, 4 saylı qərarının 1-ci bəndində göstərilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamının 13.3 v. 13.4-cü bəndlərində məhkəmələrə tövsiyyə edilmişdir ki, cəzanın növü və həddi müəyyən edilərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyi əsas tutulmalı, cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirilməlidir. Sərəncamın 8-ci bəndində isə tövsiyyə edilmişdir ki, məhkəmələr tərəfindən cəzanın məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza tədbirlərinin tətbiqi genişləndirilsin. “Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi barədə” 11 iyun 2004-cü il tarixli 688-İİQD saylı Azərbaycan Respublikası Qanununun 3-cü hissəsinin 9-cu bəndinin və 4-cü hissəsinin 7-ci bəndinin Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin 9-cu hissəsinə uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 yanvar 2005-ci il tarixli Qərarında qeyd olunur ki, istənilən məhkəmə aktının qanuni və əsaslı hesab olunması üçün mütləq şərtlərdən biri onun ədalətli olmasıdır, çünki, ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər,ədalətin bərqərar edildiyi də aydın görünməlidir. İnsan hüquqları üzrə Avropa Məhkəməsi öz Qərarlarında dəfələrlə göstərmiş və milli məhkəmələrə tövsiyə etmişdir ki, şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması üçün əsaslar olduqda məhkəmələr həmin şəxsin barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza növlərinin tətbiq edilməsinə üstünlük verməlidirlər. Cinayət törətmiş şəxsin cəmiyyətdən təcrid edilməsi yalnız bunun üçün möhkəm əsaslar olduqda və bu açıq-aşkar ictimai maraqlar baxımından zəruri olduqda tətbiq edilə bilər. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinin tələbinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə görə, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Beləliklə də, Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən, məhkəmə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarmağı məqsədə müvafiq hesab edir. Məhkəmə Təqsirləndirilən şəxs barəsində cəza məsələsini müzakirə edərkən Azərbaycan Respublikası CM-nin 58-ci maddəsinin tələblərinə uyğun olaraq, onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, habelə şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs əməlindən peşman olaraq səmimi peşmançılıq çəkməsini, İ Qarabağ müharibəsi əlili olmasını, himayəsində 1 azyaşlı uşağının olmasını cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmədə Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycağn Respublikası CMnin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, müsbət xarakterizə edilməklə şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halları, cəzanı ağırlaşdıran halların olmamasını, habelə təyin olunan cəzanın həm onun özü, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 188.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin etməyi qanuni, əsaslı və ədalətli hesab edir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən CM-nin 58.1-ci maddəsinin (törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir) tələblərini rəhbər tutaraq hesab edir ki, təqsirləndirilən şəxsin şəxsiyyəti (əməlindən peşman olmasını, İ Qarabağ müharibəsi əlili olmasını, yaşayış yerində müsbət xarakterizə olunmasını, himayəsində azyaşlı uşağının olmasını), cinayət xarakteri və ictimai təhlükəlilik dərəcəsi, cinayətin məqsəd və motivi, təyin olunacaq cəzanın onun islah olunmasına təsiri nəzərə alınmaqla CM-nin 188.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması cəzasının təyin olunması məqsədə müvafiqdir. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən CM-in 41.2-ci maddəsində deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Hazırkı halda, məhkəmə hesab edir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs təyin edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edəcəkdir. Məhkəmə həmçinin qeyd edir ki, Azərbaycan Respublikası CM-nın 52-1 maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə həmin maddədə qeyd olunan vəzifələr qoyulmalıdır. Belə ki, Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını yaşayış yeri üzrə çəkməli, üzərinə cəza çəkdiyi müddətdə saat 23:00-dan növbəti gün saat 06:00-dək yaşayış yerini tərk etməmək, cəza çəkdiyi müddətdə Qəbələ rayonu ərazisini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Təqsirləndirilən şəxs cəzasının icrasına nəzarəti yaşadığı yer üzrə Qəbələ rayon İcra və probasiya şöbəsi həyata keçirməlidir. Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının çəkilməsi yaşadığı yer üzrə Qəbələ rayon icra və probasiya şöbəsində qeydə alındığı vaxtdan hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqıda iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə görə məhkəmə, hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli olan əmlakın olub-olmaması məsələsini həll etməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.1 və 99-1.1.1-ci maddəsinə əsasən məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunan əmlak hesab olunur. Məhkəmə xüsusi müsadirə ilə bağlı məsələni müzakirə edərək hesab edir ki, iş üzrə belə bir əmlak olmadığından təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə ilə bağlı müddəa tətbiq edilməməlidir. İş üzrə maddi sübut, mülki iddia və məhkəmə xərcləri yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 44.1; 344-347; 349; 351-353, 356, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 188.3-cü maddəsindən həmin Məcəllənin 188.2-ci maddəsinə tövsif edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 188.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinsin və ona 03 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilsin. Təqsirləndirilən şəxs ona təyin edilmiş qəti olaraq 03 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzasını yaşayış yeri üzrə çəksin. Üzərinə cəza çəkdiyi müddətdə saat 23:00-dan növbəti gün saat 06:00-dək yaşayış yerini tərk etməmək, cəza çəkdiyi müddətdə Qəbələ rayonu ərazisini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs cəzasının icrasına nəzarəti yaşadığı yer üzrə Qəbələ rayon İcra və probasiya şöbəsi həyata keçirsin. Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının çəkilmə müddətinin başlanğıcı icra və probasiya şöbəsində qeydə alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut, mülki iddia və məhkəmə xərcləri yoxdur. Hökm elan olunduğundan 20 (iyirmi) gün müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökm apellyasiya şikayəti və ya protesti verilmədikdə, həmin müddət başa çatdıqdan sonra qüvvəyə minir. Sədrlik edən: Abbas Əliyev
Məhkəmə qərarları › İş №1(025)-16/2024
Qəbələ Rayon Məhkəməsi Hökm — İş №1(025)-16/2024
01.07.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver