Azərbaycan Respublikası adından HÖKM Qəbələ şəhəri İş № 1(025)-17/2021 31.03.2021 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Abbas Baba oğlunun sədrliyi, məhkəmə iclas katibi Qafarlı Yelmar Elman oğlunun katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikasının Baş X2 Müdafiəsi İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru vəzifəsini icra edən kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Qəbələ rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə xx.xx.1983-cü ildə Qəbələ rayonu Qaradeyin kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, Qəbələ rayonu Qaradeyin kəndində pasport qeydiyyatında olan və yaşayan, barəsində xx xxxxxx 2021-ci il tarixdə “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinin materiallarına açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs mərhum babası X1 qalma və sonucuya məxsus olmuş Qəbələ rayonu Qaradeyin kəndində yerləşən həyətdəki hazırda mövcud olmayan tövlənin dam hissəsindən təxminən 2010-2011-ci illərdə tapdığı, 1958-ci ildə keçmiş SSRİ-də İjevsk silah zavodunda istehsal edilmiş, “C4662” N-li, üst lüləsi yivli olmaqla 5,6 mm kalibrli, alt lüləsi hamar (yivsiz) olmaqla 28 mm kalibrli, texniki cəhətdən saz və atəşə yararlı, odlu silah hesab edilən «ИЖ-56-3 Belka» modelli qoşalüləli ov tüfəngini qanunsuz olaraq əldə edib daşımaqla və ya gəzdirməklə yaşadığı evdə saxlayarkən, arvadı Şahid1 onunla arasında yaranmış ailə mübahisəsi zəminində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin “102 xidməti” zəng mərkəzi sisteminə evdə ərinə məxsus sənədsiz tüfəngin olması barədə verdiyi məlumat əsasında rayon polis şöbəsinin əməkdaşları tərəfindən aparılan araşdırma zamanı xx.xx.2020ci il tarixdə saat 20:30 radələrində həmin odlu silah hesab edilən tüfəng onun Qəbələ rayonu Qaradeyin kəndində yerləşən fərdi yaşayış evinin yataq otağında divara yerləşdirilmiş taxta şkafın içərisində qanunsuz olaraq saxladığı yerdən özünün təqdim etməsi ilə aşkar edilərək götürülmüşdür. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin (CPM) 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə protokollarını, ekspertiza rəylərini və digər sənədləri sübut növü kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi vardır, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Azərbaycan Respublikası CM-nin 228.1-ci maddəsi ilə tövsif olunmuşdur. Belə ki, məhkəmə iclasında ifadə verərkən Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilərək göstərdi ki, 2010 və ya 2011-ci il tarixdə o, hazırda Qaradeyin kəndində “dərəlik” deyilən ərazidə yerləşən 1993-cü ildə vəfat etmiş babası Şərif Niftalıyevdən qalma həyətin içərisindəki köhnə tövlə binasının damında otun altından iki ədəd tüfəng tapmışdır. Həmin həyətdə hazırda heç kim qalmır, içərisində olan tikililər uçub tökülüb, hətta tüfəngi tapdığı tövlə də uçub tökülüb, yerində ancaq kərpic divarları qalmışdır. O, uşaqlıqdan bilirmiş ki, babasında iki ədəd tüfəng olub, özü həmin tüfəngləri görmüş, lakin sonradan həmin tüfəngləri hara qoyması və ya kiməsə verməsi barədə bilmirmiş. Onun uşaqlıqdan tüfəngə həvəsi var imiş və bir neçə dəfə gedib babasından qalma həyətdə köhnə tikililəri axtarırmış ki, bəlkə tüfəngi hardansa tapar. Günlərin birində yay vaxtı imiş, babasından qalma həyətə gedib köhnə olan və əksər yerləri uçulub tökülmüş mal tövləsinin damına çıxıb otun altında olan taxta yeşiklərin içərisindən bir ədəd təklüləli, 16 kalibrli, əksər adamlarda olan yivsiz ov tüfəngi və bir ədəd Belka markalı qoşalüləli tüfəngi tapmışdır. Həmin tüfənglərdən Belka markalı tüfəngin üst lüləsi yivli, alt lüləsi isə yivsiz olmaqla hər ikisi atəş açmaq üçün yararlı imiş. O, tüfəngləri tapdıqdan sonra üstünün tozunu silib tapdığı vəziyyətdə gətirib əvvəlcə evdə damına qoymuş, bu barədə onunla birlikdə yaşayan valideynlərinə, eləcə də həyat yoldaşına deməmişdir. Sonra həmin tüfəngləri gətirib evində öz yataq otağında divarın içərisinə bitişik hazırlanmış iki qapılı taxta şkafda sökülü vəziyyətdə saxlayırmış, həmin şkafın qapısını qıfılla kilidli vəziyyətdə saxlayırmış ki, azyaşlı uşaqları və ya digər ailə üzvüləri açıb götürə bilməsin. Şkafın açarı da həmişə özün də olurmuş. Tüfəngləri saxlamaqda məqsədi o imiş ki, həyətinə gəlib ev heyvanlarına hücum edə biləcək yırtıcı çöl heyvanlarını zərərsizləşdirsin. Artıq sonradan atası, anası və həyat yoldaşı Səmayə də tüfənglərdən xəbər tutmuşlar. Onlara deyirmiş ki, tüfəngləri yaxın günlərdə sənədləşdirəcək. O, ən çox təklüləli tüfəngdən və qoşalüləli tüfəngin hamar lüləsindən istifadə edirmiş. Hətta müxtəlif vaxtlarda ovçular mağazasından qoşalüləli tüfəngin 28 kalibirli yivsiz lüləsi üçün bir neçə ədəd patron da alıb kəmərə düzüb tüfənglərin yanında saxlayırmış. Tüfəngin yivli lüləsindən istifadə etməmişdir. Həmin lülə üçün nəzərdə tutulmuş güllələr satışda olmurmuş, ümumiyyətlə axtarmamış və almağa cəhd etməmişdir. Sonuncu dəfə 16 ədəd dolu patronu, 4 ədəd isə boş gilizi qalmışdır. Son zamanlar həyat yoldaşı Səmayə ilə aralarındakı münasibətlər pozulmuş, belə ki, Səmayənin ona xəyanət etdiyini aşkara çıxardıqları üçün o evdən çıxıb getmiş, hazırda da boşanma ilə bağlı məhkəmədə işə baxılır. Səmayə evdən çıxıb getdiyi gün, yəni xx.xx.2020-ci il tarixdə onda qanunsuz tüfənglərin olması barədə polisə məlumat vermişdir. Ünvanına gələn polis əməkdaşları ilə Hacıallı kəndində rastlaşmışdır. Polis əməkdaşları ona demişlər ki, həyat yoldaşı Səmayə 102 xidmətinə zəng vurub onu döyməsi, tüfənglə hədələməsi, hətta evində 2 ədəd sənədsiz tüfəng və güllə olması barədə məlumat verib. Polis əməkdaşları ondan sənədsiz tüfənginin olub-olmadığını soruşduqda səmimi etiraf edərək bildirmiş ki, evdə iki ədəd tüfəng və tüfəngə aid patronlar saxlayır. Lakin, arvadı Səmayənin onu döyməsi və tüfənglə hədələməsi barədə verdiyi məlumatın yalan olduğunu bildirmişdir. Polis əməkdaşları həmin tüfəngləri və patronları təqdim etməyini təklif etdikdə razılaşmış və polis əməkdaşları onunla birlikdə Qaradeyin kəndinə yaşadığı evə getmişlər. O, həmin iki ədəd sənədsiz tüfəngi və kəmərə düzülü olan patronları evdə saxladığı şkafdan götürüb polis əməkdaşlarına təqdim etmişdir. Bundan sonra hər iki tüfəng və patronlar ondan götürülərək bu barədə akt yazılmışdır.Hal-hazırda həyat yoldaşı ilə boşanma ərəfəsindədir və birgə nikahlarından doğulmuş uşaqları onun himayəsindədir. Belə ki, həyat yoldaşı uşaqları onun himayəsinə qoyaraq qaçmış və özü fəhlə işləyərək çətinliklə uşaqlarına baxır. Həmçinin İİİ qrup əlildir. Sonda Təqsirləndirilən şəxs törətdiyi əməldən çox peşiman olduğunu bildirdi və məhkəmədən ona yüngül cəza təyin edilməsini xahiş etdi. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 228.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsiri aşağıda qeyd edilənlərlə sübuta yetirilir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, Qəbələ rayonu Qaradeyin kənd sakini, həm də əmisi oğlu Təqsirləndirilən şəxs ilə evlənmiş, birgə nikahlarından iki oğlan uşaqları dünyaya gəlmişdir. Rasimləevləndikdən təxminən 3-4 il sonra sonuncu haradansa evə iki ədəd tüfəng gətirib yataq otağındakı şkafa qoymuşdur. Həmin tüfənglərdən biri təklüləli, biri isə qoşalüləli imiş. Rasimin özünün deməsinə görə tüfənglər vəfat etmiş babasından qalma olmuş və tüfəngləri babasının yaşadığı köhnə həyətdəki tövlədən tapmışdır. Bilirmiş ki, tüfənglərin heç birinin sənədi yoxdur, bu barədə Rasim özü deyirmiş. Rasim tüfənglərdən ova gedəndə, həm də həyətlərinə gələn vəhşi quşları və heyvanları atanda istifadə edirmiş. Rasim onun həyat yoldaşı olduğuna görə evlərində ona məxsus sənədsiz silah olması barədə dövlət orqanlarına məlumat vermirmiş. Lakin, son zamanlar Rasimlə və qaynanası ilə münasibətləri pisləşdiyindən və tez-tez mübahisələri olduğuna görə əsəbləşərək xx.xx.2020-ci il tarixdə polisə bu barədə məlumat vermiş və polis əməkdaşları həmin gün onların evinə gedib həmin iki ədəd tüfəngi və patronları götürmüşlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, xx.xx.2020ci il tarixdə şöbənin əməliyyat-istintaq qrupunun tərkibində olarkən axşam saatlarında rayonun Qaradeyin kənd sakini Şahid1 AR DİN-in 102 xidmətinə əri Təqsirləndirilən şəxs tərəfindən döyülməsi, ərinin onu tüfənglə hədələməsi və evlərində ərinə məxsus qanunsuz tüfəng və patronların olması barədə verdiyi məlumat əsasında əməliyyat istintaq qrupunun digər üzvüləri olan təhqiqatçı Tural Mehdizadə və növbətçi hissənin sürücüsü ilə birlikdə Qaradeyin kəndinə yollanmışlar. Yolda gedərkən Rasimlə telefon əlaqəsi saxlandıqda Hacıallı kəndində olduğunu bildirmişdir. Hacıalılı kəndində Rasimlə qarşılaşıb ona bildirmişlər ki, arvadı 102 xidmətinə onu döyməsi, tüfənglə hədələməsi, eləcə də evlərində ərinə məxsus qanunsuz tüfəngin və güllələrin olması barədə məlumat verib. Rasim arvadını döymədiyini, onu hədələmədiyini, lakin yaşadığı evdə həqiqətən də iki ədəd ov tüfəngi saxladığını, həmin tüfənglərin sənədsiz olduğunu bildirmişdir. Rasimə qanunsuz olaraq saxladığı həmin tüfəngləri təqdim etməsi təklif olunduqda bununla razılaşmış və birlikdə onun Qaradeyin kəndində yaşadığı ünvana getmişlər. Rasim evin yataq otağına daxil olub, orada divara bitişik taxta şkafdan sökülü vəziyyətdə iki ədəd tüfəng və kəmərə düzülü vəziyyətdə bir neçə ədəd tüfəng patronları təqdim etmişdir. Tüfənglərdən biri təklüləli, digər isə qoşalüləli imiş. Tüfənglərə baxış keçirilərkən müəyyən olunmuş ki, qoşalüləli tüfəngin üst lüləsi yivlidir.Təhqiqatçı tərəfindən həmin tüfənglər və patronlar götürülərək qablaşdırılmış və bu barədə akt tərtib edilmişdir. Aktın doğruluğu Təqsirləndirilən şəxs özü, eləcə də əməliyyat-istintaq qrupunun üzvüləri tərəfindən imzalanmışdır. Məhkəmədə şahid qismində dindirilmiş Şahid6 Şahid5 ilə eyni məzmunlu ifadə verərək onun göstərdiklərini təsdiq etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs onun doğma oğludur və birlikdə yaşayırlar. Rasim 2006-cı ildə öz əmisiqızı Şahid1 ilə ailə qurmuş və birgə nikahlarından iki oğlan uşaqları dünyaya gəlmişdir. X6rdaşı oğlu Şirinlə xəyanət etdiyini aşkar etdikləri üçün evlərində mübahisə yaranmış və Səmayə xx xxxxxxxx 2020-ci il tarixdə çıxıb atası evinə getmişdir. Bundan sonra Rasim də boşanma ilə bağlı məhkəməyə müraciət etmiş və hazırda iş məhkəmədədir. Səmayə evdən çıxıb gedən gün acıqla Rasimin evdə iki ədəd sənədsiz tüfəng saxlaması barədə polisə məlumat vermiş və həmin gün polis əməkdaşları onların evlərinə gəlmişlər. Rasimdən sənədsiz silahının olub-olmamasını soruşanda Rasim həqiqətən iki ədəd sənədsiz tüfənginin olduğunu deyib, həmin silahları və onlara aid patronları yataq otağındakı şkafdan götürüb polis işçilərinə təqdim etmiş və həmin silah Rasimdən götürülmüşdür. Bundan sonra Rasimə silah saxladığına görə cinayət işi açılmışdır. Rasimin saxladığı silahları o da görmüşdür, onlardan biri təklüləli, biri isə qoşalülə imiş. Lakin, yivli və ya yivsiz olduğunu bilməmişdir, çünki tüfəngdən başı çıxmır, zənn etmişdir ki, əksər adamlarda olan ov tüfəngindəndir. Onu da bilirmiş ki, həmin tüfənglər əvvəl Rasimin babası Şərifin olmuş, babası 20-30 il bundan əvvəl vəfat etmiş, təxminən 10 il əvvəl isə Rasim həmin tüfəngləri babasının həyətindəki köhnə tövlənin damından tapıb evində şkafda sökülü vəziyyətdə saxlamışdır. Rasim həmin tüfənglərdən həyətlərinə gəlib toyuq-cücə aparmaq istəyən yırtıcı quşları və heyvanları atmaqda istifadə etmişdir. O özü bir neçə dəfə Rasimə demişdir ki, silahları ya aparıb dövlətə təhvil versin, ya da qanuni sənədləşdirsin. Rasim isə hər dəfə deyirmiş ki, vaxtı yoxdu, gələcəkdə silahları öz adına sənədləşdirəcəkdir. Rasim onun doğma oğlu olduğuna görə onun qanunsuz silah saxlaması barədə dövlət orqanlarına məlumat verməmişdir, qorxurmuş ki, oğlunu məsuliyyətə cəlb edərlər. Məhkəmədə şahid qismində dindirilmiş Şahid4 və Şahid3 digər Şahid2 ilə eyni məzmunlu ifadə verərək onun göstərdiklərini təsdiq etmişdirlər. Məhkəmə təqsirləndirilən şəxsi və şahidləri dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, Təqsirləndirilən şəxs cinayət əməlini törətmişdir və onun təqsiri, özünün etirafedici ifadəsi, şahid ifadələri və aşağıda göstərilən digər sübutlarla təsdiq edilir. Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzindən təqdim edilmiş məhkəmə ballistik ekspertizasının xx xxxxxxx 2020-ci il tarixli, 3/1168 saylı rəyində qeyd edilmişdir ki, tədqiqata təqdim edilmiş və şərti olaraq “2” rəqəmi ilə işarələnmiş silah 1958-ci ildə İjevs silah zovodunda istehsal edilmiş, patronluğunun uzunluğu 70 mm olan, xarici çaxmaqlı “C4662” N-li, üst lüləsi yivli olmaqla 5,6 mm kalibrli, alt lüləsi hamar(yivsiz) 28 mm kalibrli, “ИЖ-56-3” «Belka” modelli, kombinə edilmiş ov tüfəngidir, odlu silahdır, üzərində və detallarında onun təyinatını dəyişdirən hər hansı əlavə və dəyişiklik edilməmişdir, zavod işarələrinin üzərində əlavə və dəyişiklik edilməmişdir, saz vəziyyətdədir və hər iki lülədən atəş açmaq üçün yararlıdır. Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunan Azərbaycan Respublikası DİN-in Kriminalistik Tədqiqatlar İdarəsinin məhkəmə ballistik ekspertizasının xx.xx.2020-ci il tarixli, 20/467 saylı rəyində aşağıdakılar qeyd edilmişdir ki, tədqiqata təqdim edilmiş C-4662 N-li silah, keçmiş SSRİ dövlətində 1958-ci ildə İjevs silah zavodunda istehsal olunmuş 28mm və 5.6 mm kalibrli İj-56-3 (Belka-3) modelli çaxmaqlı, kombinə edilmiş hamar və yivli qoşa lüləli ov tüvəngidir, odlu silahdır, texniki cəhətdən sazdır və atəş üçün yararlıdır. Cinayət işinin materialların əlavə edilmiş xx.xx.2020-ci il tarixdə Qəbələ rayon polis şöbəsindən daxil olmuş raportdan görünür ki, Qəbələ rayonu Qaradeyin kənd sakini Təqsirləndirilən şəxs adına Qəbələ rayon polis şöbəsində odlu silah qeydiyyatda alınmamışdır. Cinayət işinin materiallarında olan xx.xx.2020-ci il tarixli “baxış keçirilməsi haqqında” protokoldan, protokola əlavə edilmiş fotocədvəldən və video görüntüdən görünür ki, təhqiqatçı Tural Mehdizadə tərəfindən xx.xx.2020-ci il tarixdə Təqsirləndirilən şəxs yaşadığı evdən sonuncunun təqdim etməsi ilə aşkar edilərək götürülmüş iki ədəd tüfəngə, eləcə də 16 ədəd dolu patronlara və 4 ədəd boş gilizlərə Təqsirləndirilən şəxs və Şahid1 iştirakları ilə baxış keçirilmişdir. Baxışda iştirak edən Şahid1 və Təqsirləndirilən şəxs həmin tüfənglərin və patronların Təqsirləndirilən şəxs yaşadığı evdən götürülmüş və sonuncu tərəfindən qanunsuz saxlanılmış tüfənglər və patronlar olduğunu bildirmişdirlər. Baxış zamanı Təqsirləndirilən şəxs götürülmüş silahlardan qoşalüləli ov tüfənginin C-4662 nömrəli, alt lüləsinin yivsiz və 28 kalibrli, üst lüləsinin isə yivli olduğu, ikinci tüfəngin Toz markalı, 3305 D nömrəli, təklüləli və 16 kalibrli olduğu, 16 ədəd patronun dolu və 28 kalibrli olduğu, 4 ədəd gilizin isə boş vəziyyətdə və 28 kalibrli olduğu müəyyən edilmişdir. Həmin silahların və patronların əlamətləri, eləcə də kalibr ölçülərinin təhqiqatçının mülahizəsinə görə müəyyən edildiyi nəzərə alınmışdır. Baxış keçirildikdən sonra həmin silahlar, patronlar və gilizlər yenidən ağ rəngli kisəyə qoyulmaqla qablaşdırılmış, üzəri möhürlənmiş və sonda baxış keçirilməsinə dair protokol tərtib edilərək doğruluğu iştirakçılar tərəfindən imzalanmışdır. İş materiallarında olan xx xxxxxx 2021-ci il tarixli “Cinayət işi üzrə sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, xx.xx.2020-ci il tarixdə Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş C4662” N-li, üst lüləsi yivli olmaqla 5,6 mm kalibrli, alt lüləsi hamar(yivsiz) 28 kalibrli, “ИЖ-56-3” «Belka” modelli, kombinə edilmiş və odlu silah hesab edilən ov tüfəngi cinayət işi üzrə maddi sübut kimi qəbul edilməklə saxlanılması üçün Qəbələ rayon polis şöbəsinin maddi sübutları saxlama yerinə təhvil verilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi “Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyi” X12 Qəbələ Rayon Mərkəzi Xəstəxanasının xx xxxxxx 2021-ci il tarixli, 3/31 nömrəli məktubunda göstərilmişdir ki, Qəbələ rayon Qaradeyin kənd sakiniTəqsirləndirilən şəxs Qəbələ RMX PHŞ-ən Poliklinika şöbəsinin “narkoloji və ya ruhi əsəb” kabinetində qeydiyyatda deyil. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası DİN-nin BƏSİİ-nin verdiyi cinayət işi üzrə yoxlamaya dair tələbnamədən aydın olur ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarına əlavə edilmiş Qəbələ rayon İcra Hakimiyyəti Başçısının Qaradeyin kənd İnzibati Ərazi Dairəsi tərəfindən verilmiş xasiyyətnamələrdən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə edilir. İş materiallarına əlavə edilmiş Qəbələ rayon İcra Hakimiyyəti Başçısının Qaradeyin kənd İnzibati Ərazi Dairəsi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli, 01 nömrəli arayışdan görünür ki, Təqsirləndirilən şəxs ailə tərkibi atası Şahid4, anası Şahid2, azyaşlı övladları 2007-ci ildə anadan olmuş X8, 2008-ci ildə anadan olmuş X4 ibarətdir. Ailədə Təqsirləndirilən şəxs başqa gəlir gətirən yoxdur. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu X12in 14 saylı regional ərazi filialından verilmiş xx xxxxxx 2021-ci il tarixli arayışdan görünür ki, Qəbələ rayonu Qaradeyin kənd sakini Təqsirləndirilən şəxs İİİ qrup əlil kimi 110 (bir yüz on) manat müavinət alır. Beləliklə, məhkəmə iclasında tədqiq edilmiş sübutlara məcmu halında qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs mərhum babası X1 qalma və sonucuya məxsus olmuş Qəbələ rayonu Qaradeyin kəndində yerləşən həyətdəki hazırda mövcud olmayan tövlənin dam hissəsindən təxminən 2010-2011-ci illərdə tapdığı, 1958-ci ildə keçmiş SSRİ-də İjevsk silah zavodunda istehsal edilmiş, “C4662” N-li, üst lüləsi yivli olmaqla 5,6 mm kalibrli, alt lüləsi hamar (yivsiz) olmaqla 28 mm kalibrli, texniki cəhətdən saz və atəşə yararlı, odlu silah hesab edilən «ИЖ-56-3 Belka» modelli qoşalüləli ov tüfəngini qanunsuz olaraq əldə edib daşımaqla və ya gəzdirməklə yaşadığı evdə saxlamaqda təqsirli olması baxış protokolu, ekspert rəyləri, şahid ifadələri və iş üzrə olan maddi sübut ilə də tam sübuta yetirilir. Məhkəmə hesab edir ki, istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-in 228.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1, 229.1, 230, 231 və 232.1-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair» xx xxxx 2010-cu il tarixli qərarında göstərilmişdir ki, «odlu silah» anlayışı Azərbaycan Respublikasının 2004-cü il 10 sentyabr tarixli, 750-İİQ nömrəli Qanunla qoşulduğu Birləşmiş Millətlər Təşkilatının Transmilli mütəşəkkil cinayətkarlığa qarşı Konvensiyasını tamamlayan «Odlu silahların, onların hissələrinin və komponentlərinin, habelə döyüş sursatının qanunsuz hazırlanmasına və dövriyyəsinə qarşı» Protokolunda göstərilmişdir. Həmin Protokolun 3-cü maddəsinin “a” bəndinə əsasən «odlu silah» dedikdə, əntiq odlu silahlar və ya onların modelləri istisna olmaqla, atəş açan, atəş açmaq üçün nəzərdə tutulan və ya asanlıqla atəş açmaq üçün vasitəyə çevrilə bilən hər hansı daşına bilən lüləli odlu silah, güllə və ya partlayıcı reaktiv mərmi başa düşülür. “Xidməti və mülki silah haqqında” Qanun və digər müvafiq qanunvericilik aktları ilə müəyyən olunmuş qaydaların pozulması isə məsuliyyətin yaranmasına səbəb olur. Belə ki, qeyd olunan Qanun xidməti və mülki silahın yalnız dövriyyəsi ilə bağlı hüquqi münasibətləri tənzimləyir, odlu silahla qanunsuz hərəkərlərə görə məsuliyyət isə digər qanunlar, o cümlədən cinayət məsuliyyəti cinayət qanunu ilə müəyyən edilir. Belə məsuliyyətin növlərindən biri kimi CM-in 228-ci maddəsi çıxış edir. Həmin maddəyə əsasən “qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə” cinayət əməlini təşkil edir. » Beləliklə də, Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən, məhkəmə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarmağı məqsədəmüvafiq hesab edir. Məhkəmə Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs himayəsində iki azyaşlı uşağının olmasını, İİİ qrup əlil olmasını, törətdiyi əməli etiraf edərək peşiman olmasını, yaşayış yerindən müsbət xarakterizə olunmasını cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cəzasını ağırlaşdıran hallar müəyyən etmədi. Məhkəmə cəza məsələsini müzakirə edərkən, Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən halları, cəzasını ağırlaşdıran halların olmamasını, onun ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasını, törətdiyi əməli etiraf edərək peşiman olmasını, yaşayış yerindən müsbət xarakterizə olunmasını nəzərə alaraq hesab edir ki, ona təyin olunan cəza ədalətli olmaqla yanaşı, törətdiyi cinayətin xarakterinə, ictimai təhlükəlilik dərəcəsinə, həmin cinayətin törədilməsi halına, onun özünün şəxsiyyətinə tam uyğun olmalıdır. Məhkəmə hesab edir ki, cəzanın məqsədləri Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nın 228.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin olunduğu təqdirdə təmin edilə bilər. Belə ki, Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən, «cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır». Həmin Məcəllənin 58.3-cü maddəsinə görə, «cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır». “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2003-cü il tarixli, 4 nömrəli Qərarında nəzərdə tutulur ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. İnsan hüquqları üzrə Avropa Məhkəməsi öz Qərarlarında dəfələrlə göstərmiş və Milli məhkəmələrə tövsiyə etmişdir ki, şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması üçün əsaslar olduqda məhkəmələr həmin şəxsin barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza növlərinin tətbiq edilməsinə üstünlük verməlidirlər. Cinayət törətmiş şəxsin cəmiyyətdən təcrid edilməsi yalnız bunun üçün möhkəm əsaslar olduqda və bu açıq-aşkar ictimai maraqlar baxımından zəruri olduqda tətbiq edilə bilər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə görə, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 228.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin etməyi qanuni, əsaslı və ədalətli hesab edir. Məhkəmə həmçinin qeyd edir ki, Azərbaycan Respublikası CM-nın 52-1 maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə həmin maddədə qeyd olunan vəzifələr qoyulmalıdır. Belə ki, Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını yaşayış yeri üzrə çəkməli, üzərinə cəza çəkdiyi müddətdə saat 23:00-dan növbəti gün saat 06:00-dək yaşayış yerini tərk etməmək, cəza çəkdiyi müddətdə Qəbələ rayonu ərazisini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Təqsirləndirilən şəxs cəzasının icrasına nəzarəti yaşadığı yer üzrə Qəbələ rayon icra və probasiya şöbəsi həyata keçirməlidir. Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının çəkilmə müddətinin başlanğıcı yaşadığı yer üzrə Qəbələ rayon icra və probasiya şöbəsində qeydə alındığı vaxtdan hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə maddi sübut hesab edilən Təqsirləndirilən şəxs götürülüb Azərbaycan Respublikası DİN-in Qəbələ rayon Polis şöbəsinin maddi sübutların saxlanc yerinə təhvil verilmiş bir ədəd C4662” N-li, “ИЖ-56-3” «Belka” modelli, qoşa lüləli oldu silah hesab edilən tüfəng Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə təhvil verilməlidir. Bundan başqa, iş üzrə məhkəmə məsrəfləri olan ekspertiza tədqiqatlarının dəyəri, cəmi 64,0 (altmış dörd) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilməlidir. «Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında» xx xxxx 2012-ci il tarixli Azərbaycan Respublikası Qanununun 99-1.2-ci maddəsinə görə məhkəmə, hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli olan əmlakın olub-olmaması məsələsini həll etməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.1 və 99-1.1.1-ci maddəsinə əsasən məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) Xüsusi müsadirə olunan əmlak hesab olunur. Məhkəmə xüsusi müsadirə ilə bağlı məsələni müzakirə edərək hesab edir ki, iş üzrə belə bir əmlak olmadığından təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə ilə bağlı müddəa tətbiq edilməməlidir. İş üzrə mülki iddia yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin44.1; 344-347; 349; 351-353, 356, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinsin və ona 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilsin. Təqsirləndirilən şəxs ona təyin edilmiş 02 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzasını yaşayış yeri üzrə çəksin. Üzərinə cəza çəkdiyi müddətdə saat 23:00-dan növbəti gün saat 06:00-dək yaşayış yerini tərk etməmək, cəza çəkdiyi müddətdə Qəbələ rayonu ərazisini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs cəzasının icrasına nəzarəti yaşadığı yer üzrə Qəbələ rayon İcra və probasiya şöbəsi həyata keçirsin. Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının çəkilmə müddətinin başlanğıcı icra və probasiya şöbəsində qeydə alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut hesab edilən Təqsirləndirilən şəxs götürülüb Azərbaycan Respublikası DİN-in Qəbələ rayon Polis şöbəsinin maddi sübutların saxlanc yerinə təhvil verilmiş bir ədəd “C4662” N-li, “ИЖ-56-3” «Belka” modelli, qoşa lüləli odlu silah hesab edilən tüfəng Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə təhvil verilsin. İş üzrə məhkəmə məsrəfi olan 64,0 (altmış dörd) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilsin. (büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu 3, X3, kod 210005, VOEN **********, müxbir hesab AZE41 NABZ********************, SFİFTBİK: CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi, VÖEN **********, hesab AZ34CTRE********************). İş üzrə mülki iddia yoxdur. Hökmdən 20 gün müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya apellyasiya protesti verilmədiyi halda hökm yuxarıda göstərilən müddət başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Abbas Əliyev
Məhkəmə qərarları › İş №1(025)-17/2021
Qəbələ Rayon Məhkəməsi Hökm — İş №1(025)-17/2021
31.03.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver