Azərbaycan Respublikası adından HÖKM Qəbələ şəhəri İş № 1(025)-17/2022 22.06.2022 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim İsayev Elman Bəhruz oğlunun sədrliyi, məhkəmə iclasının katibi Tahirova Ləman Kamran qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X2 Müdafiəsi İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, zərərçəkmiş şəxsin hüquqi varisi X6, müdafiəçi – Qəbələ rayon Vəkil Bürosunun vəkili Müdafiəçi və təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1998-ci ildə Ağdaş rayonu, Qarağan- Sədi kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, əvvəllər məhkum olunmamış, Ağdaş rayonu, Qarağan Sədi kəndində qeydiyyatda olan və yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş - Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə saat 09:30 radələrində nəqliyyat vasitələrini idarə etmək hüququ olmaqla özünə məxsus idarə etdiyi Vaz 21063 minik markalı, ** BJ *** dövlət qeydiyyat nişanlı avtomobillə Ağdaş-Zarağan yolunun Qəbələ rayon Soltan Nuxa kəndinin mərkəzindən keçən 40-cı kilometrliyində üzü Qəbələ şəhəri istiqamətində yolun sağ hərəkət zolağı ilə saatda 90km/saat sürətlə hərəkətdə olarkən “X14” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin, 50-ci maddəsinin 2-ci hissəsinin 1-ci bəndinə əsasən, yəni, hərəkət üçün təhlükə yarandığını gördükdə nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməli, yaşayış məntəqələri daxilində nəqliyyat vasitəsini saatda 60 kilometrdən çox olmayan sürətlə idarə etməli olduğu halda, eləcə də adı çəkilən qanunun 50-ci maddəsinin 1-ci hissəsinin yuxarıda göstərilən tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmasına baxmayaraq, sadalanan yol hərəkəti qaydalarını pozaraq, yəni, hərəkət üçün təhlükə yarandığını gördükdə nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməmiş, nəqliyyat vasitəsini yaşayış məntəqəsi daxilində saatda 60 kilometrdən çox, yəni, 90 km/saat sürətlə idarə etmiş, nəticədə Qəbələ şəhəri istiqamətində yolun solundan sağına tərəf piyada 6 metr məsafə qət etmiş Qəbələ rayon Soltan Nuxa kənd sakini xx.xx.1938-ci il təvəllüdlü X4 avtomobilinin ön sağ hissəsi ilə vurmuş, nəticədə ehtiyatsızlığından sonuncunun baş beyinin qişalarına və toxumasına qansızma, sağ böyrək ətrafı toxumaya qansızma, sol qamış və incik sümüklərinin açıq qəlpəli yerini dəyişən sınıqları, sağ qasıq sümüyünün sınığı, burun sümüyünün sınığı, travmatik şok, başın yumuşaq toxumasına qansızma, sağ göz ətrafının qançırı, sağ gözün üst qapağın və sağ gözün bayır tərəfinin, sol baldırın ön orta və bayır aşağı 1/3-nin əzilmiş-cırılmış yaraları, alının, burunun, üzün, üst dodağın, alt çənənin, sol baldırın orta və içəri aşağı 1/3-nin, sağ budun bayır yuxarı 1/3-nin, sağ diz oynağının ön aşağı hissəsinin, sol baldırın ön orta, içəri 1/3-nin sıyrıqları kimi canlı şəxslərdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurulması ilə nəticələnən aldığı bədən xəsarətlərindən xx.xx.2022-ci il tarixdə saat 10:35 radələrində Qəbələ rayon diaqnostika mərkəzində ölməsinə səbəb olan yol nəqliyyat hadisəsi cinayətini törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi üzrə elan edilmiş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, 07 fevral 2022-ci il tarixdə səhər erkən saatlarında qeyd etdiyi avtomobilini idarə edərək Ağdaş-Zarağan magistral yolu ilə Qəbələ şəhərinə gəlirmiş. Qəbələ şəhərinə gəlməkdə məqsədi telefon mağazalarına baxaraq işlənmiş mobil telefonları alaraq aparıb Ağdaş şəhərində satmaq olmuşdur.Avtomobilində başqa kimsə olmamışdır. Həmin gün saat təxminən 09:30 radələrində Qəbələ rayon Soltannuxa kəndindəki iki hərəkət istiqamətli yolun sağ hərəkət zolağı ilə təxminən 90 km/saat sürətlə Qəbələ şəhərinin mərkəzi istiqamətdə hərəkətdə imiş.Soltannuxa kəndindin mərkəzinə yaxınlaşan zaman düz yolda yolun Qəbələ şəhəri istiqamətdə solundan sağına tərəf üç nəfər piyada qaçaraq yolun sağ tərəfinə keçmişlər.Onlardan arxada isə yaşlı bir kişi piyada adi, asta yeriş addımları ilə o da yolun solundan sağına tərəf keçməyə başlamışdır.Həmin kişi piyadanı yolun ortasındakı işıq dirəkləri olan səkidən düşməyə başlayarkən görmüşdür.Yaşlı kişi asfalt yola köndələn təxminən asfaltın ortası ilə 5-6 metr yolun solundan sağına doğru addımlayaraq yolun ortasına çatmış, sağa baxaraq avtomobilinin onun üzərinə gəldiyini görərək dayanmışdır.Piyadanın dayanmasına görə onu vurmamaq üçün dərhal əyləci basmış, əyləci basaraq avtomobilini sola, yəni Qəbələ şəhəri istiqamətdə səki tərəfə istiqamətləndirməyə başlamışdır.Avtomobili tormozda həmin istiqamətdə hərəkət etmişdir. Bu zaman həmin kişi piyada geri qayıtmaq üçün yarım özünün soluna çevrilmiş, geri qayıtmaq istəmiş, lakin geriyə addım atmağa macal tapmamış, çevrilmiş vəziyyətdə olan zaman avtomobilinin qabaq sağ tərəfi piyadanın sağ yan tərəfindən zərbə ilə vurmuş, piyada avtomobilin kapotunun üzərinə qalxaraq bir qədər irəli gedərək asfaltın ortasında yerə düşmüş, orada qalmışdır, avtomobili isə piyadanın solunda səkinin dibində dayanmışdır.Yerə düşmüş, piyadaya yaxınlaşmış, piyadanın sifəti qan içində imiş. Piyadanın düşdüyü yer də qan ləkələri olmuşdur. Oraya camahat toplaşmış, özü və orada olan şəxslər təcili tibbi yardıma zəng edərək məlumat vermiş. oradan yol ötən tanımadığı bir avtomobil ilə həmin kişi piyadanı bir avtomobilə yerləşdirib xəstəxanaya yola salmış, hadisə yerində dayanaraq polis əməkdaşlarının gəlməyini gözləmişdir. Qısa zamanda polis əməkdaşları hadisə yerinə gəlmiş, hadisə yeri polis əməkdaşları tərəfindən orada olan 2 nəfər tanımadığı hal şahidlərinin iştirakı ilə müayinə olunmuş, hadisə yerinə baxış keçirilmiş, hadisə yerinin sxemi, fotoları çəkilmiş, tərtib edilmiş sxem, həmçinin, baxış protokolu ilə tanış olaraq imzalamışdır. Orada olan hal şahidləri, həmçinin, iştirak edən polis əməkdaşları da imzalamışlar. Daha sonra xəstəxanaya getmiş, xəstəxanada həkim vasitəsi ilə sərxoşluğunun müayinəsi məqsədi ilə qan nümunəsi götürülmüş, xəstəxanada ehyitatsızlıqdan vurduğu piyada, sonradan tanıdığı Qəbələ rayon Soltannuxa kənd sakini X3 aldığı ağır bədən xəsarətlərindən həmin gün saat təxminən 11-12 radələrində Qəbələ rayon xəstəxanasında ölməsini bilmişdir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi onun özünün etirafedici ifadəsi ilə yanaşı zərərçəkmiş şəxsin hüquqi varisinin və şahidlərin ifadələri, ekspert rəyləri, həmçinin cinayət işinin digər materialları ilə tam sübuta yetirilir. Belə ki, məhkəmə iclasında zərərçəkmiş şəxsin hüquqi varisi X8 ifadəsində göstərmişdir ki, X7 onun atasıdır. Atası onunla deyil, digər oğlu Abutalıbla birgə yaşayırmış. Heç bir yerdə işləməmiş, pensiyaçı omuşdur. 07 fevral 2022-ci il tarixdə səhər saat 10 radələrində evdə olmuşdur. Bu zaman qardaşı Abutalıb ona ataları İsmayılı yaşadıqları kənddə piyada yolu keçən zaman bir avtomobilin vuraraq xəsarət yetirdiyini, Qəbələ rayon diaqnostika məkəzinə aparıldığını eşitmiş, dərhal xəstəxanaya getmiş, orada həkimlər atasının ağır bədən xəsarətləri aldığını bildirmişlər. Həmçinin, xəstəxanada atasını vurmuş avtomobilin Ağdaş rayon Qarağan Sədi kənd sakini Təqsirləndirilən şəxs idarə etdiyi Vaz 2106 markalı avtomobil olduğunu öyrənmişdir. Atasına həkimlər tərəfindən zəruri tibbi yardım göstərilsə də ağır xəsarətlər aldığı üçün həyatını xilas etmək mümkün olmamış, həmin gün saat 11 radələrində atası xəstəxanada vəfat etmişdir. Bundan sonra atasının meyiti ekspert həkim tərəfindən müayinə edilmiş, həmin tarixdə atasının meyitini yaşadıqları Soltan Nuxa kəndində dəfn etmişlər. O, Təqsirləndirilən şəxs ilə barışdığını, ona qarşı şikayət və tələbinin olmadığını bildirmiş, bununla bağlı xx.xx.2022-ci il tarixdə məhkəməyə ərizə ilə müraciət etmişdir. Məhkəmə iclasında Şahid2 Firudun oğlu ifadəsində göstərmişdir ki, 07 fevral 2022-ci il tarixdə saat 09:30-10 radələri aralığında yol patrul inspektoru Şahid3la birgə xidmətdə olan zaman rayon polis şöbəsinin növbətçi hissəsindən Ağdaş-Zarağan yolunun rayonun Soltan Nuxa kəndinin mərkəzindən keçən hissəsində piyadanın vurulması ilə nəticələnən yol nəqliyyat hadisəsinin baş verməsi barədə məlumat daxil olmuşdur.Dərhal həmin əraziyə getmişlər.Hadisə yerinə çatdıqda artıq vurulmuş piyada orada olmamış, ətrafda olan şəxslər həmin piyadanın Soltan Nuxa kənd sakini X3 olduğunu, onun xəstəxanaya aparıldığını bildirmişlər.Hadisə yerində, yəni, yolun asfalt örtüyünü üzərində üzü Qəbələ şəhəri istiqamətdə ağ rəngli bir Vaz 21063 minik markalı, ** BJ *** dövlət qeydiyyat nişanlı avtomobil, yanında isə özünü həmin avtomobilin sürücüsü olduğunu bildirən bir nəfər oğlan varmış.Həmin şəxs özünü Təqsirləndirilən şəxs olduğunu deyərək hadisə zamanı avtomobilin sürücüsü olduğunu demişdir.Hadisə yerinə qısa zamanda müstəntiq gəlmiş, orada olan tanımadığı iki nəfər hal şahidinin, həmçinin sürücü Təqsirləndirilən şəxs iştirakı ilə hadisə yerinə baxış başlanmış, hadisə yeri sürücü Təqsirləndirilən şəxs tərəfindən təqdim edilmişdir.Baxış Ağdaş-Zarağan yolunun Qəbələ rayon Soltan Nuxa kəndindən keçən hissəsində üzü Qəbələ şəhəri istiqamətində aparılmışdır.Müəyyən edilmişdir ki, yol nəqliyyat hadisəsi Ağdaş-Zarağan yolunun Qəbələ rayon Soltan Nuxa kəndindən keçən 40-cı kilometrliyində, Qəbələ şəhəri istiqamətinə nəqliyyat axınının nəzərdə tutulan hərəkət hissəsində baş vermişdir.Sürücü Təqsirləndirilən şəxs piyadanın Qəbələ şəhəri istiqamətdə yolun solundan sağına tərəf adi yeriş addımları ilə keçdiyini bildirmiş, piyadanın vurulduğu yerin Qəbələ şəhəri istiqamətdə sağdan birinci hərəkət zolağında olduğu müəyyən edilmişdir.Metrə ilə ölçmə işləri aparan zaman piyadanın vurulma yeri Qəbələ şəhəri istiqamətində yolun solundan sağına tərəf 7 metr təşkil etdiyi, piyadanın vurulduğu yerə kimi 6 metr məsafə qət etməsi müəyyən edilmişdir.Hadisə yerində uzunluğunu 10 metrdən, digəri isə 20 metrdən yuxarı tormoz izləri varmış.Hadisənin üzərindən uzun vaxt keçdiyi üçün həmin məsafələri tam xatırlamamışdır. Bundan başqa müstəntiq tərəfindən digər çoxlu sayda ölçmə işləri də aparılmış, ancaq həmin məsafələri tam xatırlaya bilməmişdir.Həmçinin, baxış zamanı piyadanın vurulduğu avtomobilin ön sağ tərəfində zədələr aşkar edilmişdir. Hadisə yerinə baxış zamanı müstəntiq tərəfindən fotoşəkillər, hadisə yerinin sxemi çəkilmiş, baxış keçirilməsi haqqında protokol tərtib edilərək oxunmuş, sürücü Təqsirləndirilən şəxs, özü, digər yol patrul inspektoru, həmçinin, hal şahidləri tərəfindən imzalanmışdır. Məhkəmə iclasında Şahid3 Şahid2 Firudun oğlu ifadəsinə uyğun eyni məzmunlu ifadə vermişdir. İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X13 Bölməsinin 27 fevral 2022-ci il tarixli 17/161 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, Vaz 21063 minik markalı, ** BJ *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücü oturacağının üzlüyünün səthi üzərində və Təqsirləndirilən şəxs məxsus 01 ədəd şalvarın, 01 ədəd qış gödəkçəsinin səthləri üzərində kənar lif mikrohissəcikləri vardır. Tərkib və kənar lif mikrohissəciklərinin növü və rəngi rəyin 1 nömrəli cədvəlində göstərilmişdir. Tədqiqata təqdim edilmiş, Vaz 21063 minik markalı, ** BJ *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücü oturacağının üzlüyünün səthi üzərindən tapılmış göy rəngli təbii pambıq lifləri cinsi əlamətlərinə görə Təqsirləndirilən şəxs məxsus 01 ədəd şalvarın tərkib liflərinə uyğun gəlirlər. Tədqiqata təqdim edilmiş Təqsirləndirilən şəxs məxsus 01 ədəd qış gödəkçəsinin səthi üzərindən tapılmış qəhvəyimtil-qara rəngli matira olunmuş kimyəvi liflər cinsi əlamətlərinə görə Vaz 21063 minik markalı, ** BJ *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücü oturacağının üzlüyünün tərkib liflərinə uyğun gəlirlər. İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 18 mart 2022-ci il tarixli 8/570 saylı rəyindən görünür ki, istintaq tərəfindən təqdim olunmuş məlumatlara əsasən Vaz 21063 minik markalı, ** BJ *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “X14” Azərbaycan Respublikası Qanununun 50ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Sürücü Təqsirləndirilən şəxs avtomobili yaşayış məntəqəsində maksimum icazə verilən 60 km/saat sürətdən artıq sürətlə yəni, 90 km/saat sürətlə idarə etdiyindən onun hərəkətlərində “X14” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 2-ci hissəsinin 1-ci bəndinin tələblərinə uyğunsuzluq olmuşdur. İşdə olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya ETT Birliyinin 02 mart 2022-ci il tarixli 04 saylı rəyindən görünür ki, X3 meyitində baş beyinin qişalarına və toxumasına qansızma, sağ böyrək ətrafı toxumaya qansızma, sol qamış və incik sümüklərinin açıq qəlpəli yerini dəyişən sınıqları, sağ qasıq sümüyünün sınığı, burun sümüyünün sınığı, travmatik şok, başın yumuşaq toxumasına qansızma, sağ göz ətrafının qançırı, sağ gözün üst qapağın və sağ gözün bayır tərəfinin, sol baldırın ön orta və bayır aşağı 1/3-nin əzilmiş-cırılmış yaraları, alının, burunun, üzün, üst dodağın, alt çənənin, sol baldırın orta və içəri aşağı 1/3-nin, sağ budun bayır yuxarı 1/3-nin, sağ diz oynağının ön aşağı hissəsinin, sol baldırın ön orta, içəri 1/3-nin sıyrıqları kimi xəsarətləri vardır. X3 bədəni üzərində aşkar edilən xəsarətlər qərarda göstərilən tarixdə və şəraitdə yəni, 07 fevral 2022-ci ildə baş verən yol-nəqliyyat hadisəsi nəticəsində piyadada törənə bilər. X1 bədəni üzərində aşkar edilən xəsarətlər küt alətin (əşyaların) təsirindən törənmişlər. Dərəcəsinə görə həmin xəsarətlər canlı şəxslərdə həyat üçün təhlükəli olan sağlamlığa AĞİR zərər vurmanın əlamətlərinə aiddir. X1 ölümünə səbəb almış olduğu ağır xəsarətlərlə əlaqədar törənən tarvmatik şok olmuşdur və hadisə vaxtı aldığı həmin xəsarətlərlə ölümü arasında birbaşa səbəbli əlaqə vardır. X1 meyitindən götürülmüş qanda və sidikdə aparılmış məhkəmə kimya tədqiqatları nəticəsində spirtli içki, narkotik, psixotrop və güclü təsir edici maddələr aşkar edilməmişdir. İşdə olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Tibbi Ekspertiza və X9” Hüquqi Şəxsinin 21 fevral 2022-ci il tarixli 529/K saylı məhkəmə-kimyəvi rəyindən görünür ki, Təqsirləndirilən şəxs götürülmüş qan nümunəsində metil, etil, propil, butil, amil spirtləri, barbitur turşusu törəmələri, alkoloidlər(həmçnin tiryək qrupu), fenotiazin, pirazalon, 1,4 benzodiazepin törəmələri, salisilatlar və kannabinoid(çətənə bitkisindən alınan və təbii mənşəli narkotik vasitə hesab edilən) aşkar edilməmişdir. İşdə olan Qəbələ RPŞ-nin DYPB-nin rəisi Aydın Heydərovun təqdim etdiyi 15 fevral 2022-ci il tarixli raportuna əsasən Ağdaş-Zarağan yolunun Qəbələ rayon Soltan Nuxa kəndindən keçən 40-cı kilometrliyində maksimum sürət həddi 60 km/saat həddində müəyyən edilmişdir.Təqsirləndirilən şəxs adına X5 “BC” kateqoriyalı AE235779 saylı(xx.xx.2019xx.xx.2029) sürücülük vəsiqəsi qeydə alınmışdır. Sürücülük hüququ məhdudlaşdırılmamışdır. Yol hərəkəti qanunvericiliyinin tələblərini pozduğuna görə barəsində inzibati xəta haqqında protokol tərtib edilməmişdir. İşdə olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Beləliklə, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, ekspert rəyləri, Təqsirləndirilən şəxs özünün etirafedici ifadəsi, zərərçəkmiş şəxsin hüquqi varisinin və şahidlərin ifadələri, digər iş materialları ilə Təqsirləndirilən şəxs idarə etdiyi avtomobillə yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozaraq ehtiyatsızlığından zərərçəkmiş şəxsin ölümünə səbəb olan cinayətin törətməsi tamamilə sübuta yetirildi. Onun əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə tövsif edilmişdir və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs əməlində hadisələrin təsadüfi axarı zəminində ilk dəfə olaraq az ağır cinayət törətməsini, törətdiyi əməli könüllü etiraf edib səmimi peşimançılıq hissi keçirməsini, zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışıq əldə etməsini, ona qarşı şikayət və tələbinin olmamasını, “İİ Qarabağ” müharibəsi iştirakçısı olmaqla hərbi əməliyyatlar zamanı xəsarət almasını, eləcə də Azərbaycan Respublikası Prezidentinin 24 iyun 2021-ci il tarixli, 2720 nömrəli Sərəncamı ilə “Suqovuşanın azad olunmasına görə” medalı ilə təltif edilməsini, yaşadığı yer üzrə müsbət xarakterizə olunduğunu cəzasını yüngülləşdirən hallar kimi nəzər alır. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, azadlıqdan məhrum etmə cəzası təyin olunmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməlidir. Cəza çəkmə müddətinin əvvəli məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydə alındığı gündən hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 156 (bir yüz əlli altı) manat 94 (doxsan dörd) qəpik Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Dövlət Büdcəsinə ödənilməlidir. Qəbələ Rayon Polis Şöbəsində saxlanılan iş üzrə maddi sübut olan bir ədəd qara rəngli qış gödəkçəsi, bir ədəd cins materialdan olan qara rəngli şalvar və bir ədəd çexol hökm qanuni qüvvəyə mindikdən sonra sahibi Təqsirləndirilən şəxs qaytarılmalı, Vaz 21063 minik markalı ** BJ *** dövlət qeydiyyat nişanlı avtomobil isə sahibinin sərəncamında saxlanılmış hesab edilməlidir. İş üzrə mülki iddia olmamışdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197-198, 344-349, 351-353, 356-358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, 01 (bir) il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, 02 (iki) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin. Cəza çəkmə müddətinin əvvəli məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydə alındığı gündən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Aparılmış ekspertiza tədqiqatının dəyəri 156 (bir yüz əlli altı) manat 94 (doxsan dörd) qəpik Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Dövlət Büdcəsinə ödənilsin. Qəbələ Rayon Polis Şöbəsində saxlanılan iş üzrə maddi sübut olan bir ədəd qara rəngli qış gödəkçəsi, bir ədəd cins materialdan olan qara rəngli şalvar və bir ədəd çexol hökm qanuni qüvvəyə mindikdən sonra sahibi Təqsirləndirilən şəxs qaytarılsın, Vaz 21063 minik markalı ** BJ *** dövlət qeydiyyat nişanlı avtomobil isə sahibinin sərəncamında saxlanılmış hesab edilsin. Hökmdən, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hakim Elman İsayev
Məhkəmə qərarları › İş №1(025)-17/2022
Qəbələ Rayon Məhkəməsi Hökm — İş №1(025)-17/2022
22.06.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver