Məhkəmə qərarları › İş №1(025)-17/2023

Qəbələ Rayon Məhkəməsi Hökm — İş №1(025)-17/2023

31.05.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Qəbələ şəhəri İş № 1(025)-17/2023 31.05.2023 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Abbas Baba oğlunun sədrliyi, məhkəmə iclas katibi Qafarlı Yelmar Elman oğlunun katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikasının Baş X8 Müdafiəsi İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İİİ dərəcəli hüquqşunas Dövlət ittihamçısı, təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs və müdafiəçisi Qəbələ rayon Vəkil Bürosunun vəkili X2 iştirakları ilə xx.xx.1982-ci il tarixdə Qəbələ şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işsiz, ünvan 1 ünvanda yaşayan, “barəsində başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinin materiallarına açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə saat 22 radələrində nəqliyyat vasitələrini idarə etmək hüququ olmaqla ayıq vəziyyətdə etibarnamə əsasında idarə etdiyi qardaşı X1 olan “QAZ 3110 minik” markalı, ** BL *** dövlət qeydiyyat nişanlı avtomobillə Qəbələ-Küsnət-Laza yerli əhəmiyyətli avtomobil yolunun 11+600 kilometrliyində üzü Qəbələ şəhəri istiqamətində yolun 10-12 faiz mailli enişli və 30 m radiuslu döngəli hissəsində 30-40 km/saat sürətlə hərəkətdə olarkən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərini pozaraq, yəni yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalı, hərəkət zamanı diqqətini daim dəyişən yol şəraitindən və avtomobilin idarə etməsindən ayırmamalı, avtomobilin öz hərəkət zolağında dayanıqlı hərəkətini təmin edə biləcəyi sürətlə idarə etməli, avtomobilin idarə olunması ilə əlaqədar hərəkətləri (tormozlama, manevr və sair) vaxtında yerinə yetirməli olduğu halda, həmin Qanununun 36.1.3-cü maddəsinin yuxarıda göstərilən tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmasına baxmayaraq, sadalanan yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozaraq, yəni texniki cəhətdən saz vəziyyətdə olan “QAZ 3110 minik” markalı, ** BL *** dövlət qeydiyyat nişanlı avtomobili qeyd olunan yol şəraitində idarə edərkən yol hərəkəti üçün təhlükəsiz şərait yaratmamış, hərəkət zamanı diqqətini daim dəyişən yol şəraitindən və avtomobili idarə etməsindən ayırmaqla avtomobilin yolun hərəkət hissəsi ilə dayanıqlı hərəkətini təmin edə bilməmiş, avtomobili yol şəraitinə uyğun sürətlə hərəkət etdirməməklə həmin maddənin tələblərini kobudcasına pozması səbəbindən nəqliyyat vasitəsi hərəkət hissəsindən sol tərəfə çıxıb təkər maneələrə dəyərək yolun sol tərəfində olan dərəyə aşmış, nəticədə, ehtiyatsızlığından həmin avtomobilin qabaq sağ sərnişin oturacağında olan sərnişin, zərərçəkmiş xx.xx.1964-cü il təvəllüdlü X13 ağır dərəcəli travmatik şok, sağ bud sümüyünün yuxarı boyun hissədən yerini dəyişən qapalı sınığı, sağ diz oynağının çıxığı, çanaqda sağ qalça sümüyünün, hər iki oma qalça birləşməsinin sınığı, qalça birləşməsinin aralanması, alının sağ qaşaltı və qaşüstü hissəsinin, alının orta bir qədər sol tərəfinin əzilmiş-cırılmış yaraları, alının, burunun, sol diz oynağının içəri və aşağı səthinin, sol baldırın ön yuxarı 1/3-nin, sağ baldırın ön səthinin, hər iki əlin üst səthinin sıyrıqları, sağ qalça-bud çanaq oynağı nahiyyəsinin, sağ diz oynağının içəri səthinin, sol budun bayır orta 1/3-nin qançırı kimi dərəcəsinə görə canlı şəxslərdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vuran xəsarətlərdən hadisə yerində ölməsinə səbəb olan yol nəqliyyat hadisəsi cinayətini törətmişdir. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin (CPM) 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə protokollarını, digər sənədləri sübut növü kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi vardır, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə tövsif olunmuşdur. Belə ki, məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərdi ki, xx.xx.2022-ci il tarixdə saat təxminən 21-22 radələrində qonşusu X20 ilə küçədə söhbət edən zaman Maarif Xasıyev ona içkili olduğunu və havasını dəyişmək istədiyini, buna görə də Qəbələ rayon Laza kəndinə getmək istədiyini bildirmişdir. Belə olub qardaşı X1 olan QAZ3110 minik markalı, **-BL-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə qonşusu mərhum X20 ilə birlikdə istirahət etmək, eləcə də hava dəyişmək məqsədi ilə Qəbələ rayon Laza kəndi ərazisinə getmişlər. Çünkü həmin kənd dağlıq ərazidə yerləşdiyi üçün oranın təmiz havası vardır. İdarə etdiyi avtomobil ilə Qəbələ rayon Laza kəndi ərazisində yerləşən “Laza” adlı lövhəni də keçərək avtomobili ilə dağlıq və döngəli yol ilə Laza kəndinə getmişlər. Kəndin giriş hissəsində avtomobilini saxlamış və hər ikisi avtomobildən yerə düşmüşlər. Təxminən 30 dəqiqə müddət ərzində həmin dağlıq ərazidə dayanaraq söhbət etmişlər və hava almışlar. Daha sonra isə yenidən hər ikisi avtomobilə əyləşərək avtomobili dağlıq və enişli yol ilə saatda təxminən 30-40 km saat sürətlə üzü aşağı yol ilə hərəkət etdirməyə başlamışdır. Həmin vaxt yol duman imiş. Avtomobili idarə edən zaman az-az tormozdan istifadə edirmiş ki, avtomobili sürətlənməsin, belə ki, həmin yol döngəli olmaqla bərabər enişli imiş. Bu zaman avtomobilinin təkərləri asfalt örtüklü yolun sol hərəkət hissəsində olan çınqılların üzərinə çıxması səbəbindən sürüşərək 8-9 metr məsafə qət etdikdən sonra yolun sol ehtiyat hissəsində, daha dəqiq isə yolun sol asfalt qurtaracağında əvvəlcədən düzülmüş təkər maneələrə dəymiş, ardınca isə avtomobili dərəyə istiqamətlənərək dərəyə aşmışdır. Bir neçə dəfə beli üstdə fırlandıqdan sonra idarə etdiyi avtomobil dərədə olan böyük həcmli daşa dəyərək dayanmışdır. Həmin vaxt dərhal avtomobildən sürünərək düşməyə çalışmış və avtomobilin özü tərəfindən qapısını güclə açaraq yerə düşmüşdür. Həmin vaxt avtomobilinin ön sərnişin oturacağında oturmuş X20 isə onun ardınca sürücü tərəfdən qapıdan yerə düşüb uzanmışdır. Çünki özü tərəfdən qapı, yəni avtomobilin qabaq sağ sərnişin oturacağının qapısı deformasiyaya uğradığı üçün açılmamışdır. Əvvəlcə öz mobil telefonunu, daha sonra isə Maarifin mobil telefonunu axtarmış ki, onlara kömək edilməsi üçün tanışlara zəng etsin. Lakin hər ikisinin telefonları avtomobilin dərəyə aşması nəticəsində üzərlərindən düşüb itdiyi üçün tapa bilməmişdir. Daha sonra isə kömək çağırmaq üçün sürünərək dərədən çıxmaq istəmiş, bu minvalla dərədən avtomobilin aşdığı istiqamətdə olan dağlıq yol ilə iki-üç dəfə təxminən 5-10 metr məsafə çıxmış, lakin həmin an ağrıdığı və üzərində xəsarətlər olduğu üçün tam olaraq dırmaşa bilməmişdir. Sonuncu dəfə isə həmin dağlıq yol ilə dırmaşan zaman yenidən sürüşüb dərəlikdə avtomobilinin yanında olan daşa baş nahiyyəsi dəymiş, nəticədə huşunu itirmiş və səhər saatlarında hava açıldıqdan sonra ayılmış və görmüş ki, qonşusu Maarif Xasıyev avtomobilin sürücü tərəfdən qapısının yaxınlığında uzanıqlı vəziyyətdədir və ölmüşdür. Özü də ayıldıqdan sonra yenə də çalışmış ki, dərədən dırmaşaraq yola çıxsın. Lakin yenə də başara bilməmişdir. Elə bu zaman isə hadisə yerinə X37 işçiləri, eləcə də polis əməıkdaşları gələrək onu Qəbələ RMX-ya aparmışlar. Qəbələ RMX-da müayinə, müalicə olduqdan və isindikdən sonra xatırlamış ki, bu cür hadisəyə səbəb olmuşdur. Hadisədən sonra Maarif Xasıyevin ailə üzvlərinə maddi və mənəvi dəstək olmuş, mərhum Maarif Xasıyevin hüquqi varisi olan oğlu Raqif Xasıyevlə barışıq əldə etmişdir. Təqsirləndirilən şəxs əməlindən peşman olduğunu bildirməklə, himayəsində azyaşlı uşaqlarının olmasını, Maarif Xasıyevin hüquqi varisi ilə barışıq əldə etməsini nəzərə alaraq məhkəmədən ona yüngül cəza verilməsini xahiş etdi. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi özünün etirafedici ifadəsi ilə yanaşı aşağıdakı sübütlarla öz təsdiqini tapır. 17 may 2023-cü il keçirilən məhkəmə iclasında zərərçəkmiş şəxsin hüquqi varisi X23 ifadəsində göstərmişdir ki, mərhum X20 onun atasıdır. Atası Maarif sağlığında, yəni təxminən 2-3 ildir ki, təqaüd alırmış. Atası Maarifin öldüyünü ona ailə üzvləri zəng edərək məlumat verdikdən sonra məlumatı olmuşdur. Həmin vaxt Bakı şəhərində iş yerində imiş. Məlumat aldıqdan sonra dərhal Qəbələ rayonuna gəlmişdir. Onu 26 dekabr 2022-ci il tarixdə aparıb yaşadıqları Qəbələ rayon Dızaxlı kəndində dəfn etmişlər. Ona sonradan məlum olmuş ki, atası Maarif xx.xx.2022-ci il tarixdə saat 20 radələrində yaşadığı evdən çıxmış, qonşusu Təqsirləndirilən şəxsla küçədə söhbət etmişlər, saat 22 radələrinə kimi də həmin küçədə olmuşlar. Bundan sonra isə Laza kəndinə gedərək orada Məhranın idarə etdiyi avtomobil ilə dərəyə aşmışlar və atası da orada vəfat etmişdir. Təqsirləndirilən şəxs hər hansı bir şikayət və tələbi yoxdur. xx.xx.2023-cü il tarixdə keçirilən məhkəmə iclasında zərərçəkmiş şəxsin hüquqi varisi X23 məhkəməyə ərizə təqdim edərək, Təqsirləndirilən şəxs qarşı şikayət və tələbinin olmadığını bildirmiş, sonuncuya yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, xx.xx.2022-ci il tarixdə saat 09 radələrində yaşadığı evdən çıxaraq Qəbələ şəhərinə gedirmiş. Həmin vaxt görmüş ki, kəndin çıxışında enişli yolda üzü Qəbələ şəhəri istiqamətində olan yolun sol hissəsində düzülmüş təkərlərin dağınıq vəziyyətdədir. Həmin təkərlərin yanına yaxınlaşmışdır. Bu zaman görmüş ki, ağ rəngli QAZ3110 markalı, **-BL-*** dövlət qeydiyyat nişanlı minik avtomobili dərəyə aşmışdır. Dərhal dərəyə çətinliklə düşmüşdür. Avtomobilin yanına yaxınlaşdıqda görmüş ki, avtomobil dərəyə aşması nəticəsində deformasiyaya uğramışdır. Eləcə də avtomobilin sol hissəsində yerdə bir nəfər meyitin olduğunu, həmçinin avtomobilin qabağında əvvəlcədən tanıdığı Təqsirləndirilən şəxs xəsarət almış vəziyyətdə oturaraq zarıdığını görmüşdür. Bu səbəblə kənd icra nümayəndəsi Şahid5 zəng edərək məlumat vermişdir. Daha sonra hadisə yerinə X37 xidmətinin və Qəbələ RPŞ-nin əməkdaşları gələrək mərhum Maarif Xasıyevin meyitini hadisə yerində götürmüşlər, Təqsirləndirilən şəxs isə Qəbələ RMX-ya polis əməkdaşlarının köməkliyi ilə aparmışlar. Daha sonra isə hadisə yerinə gələn polis əməkdaşları tərəfindən hadisə yeri müayinə olunmuşdur. Həmin vaxt polis əməkdaşlarının ölçmə işləri aparan zaman orada imiş. Polis əməkdaşları onun, eləcə də Şahid6 və Şahid5 iştirakı ilə hadisə yerinə baxış keçirmişlər. Baxış keçirilən zaman müəyyən olunmuş ki, QAZ 3110 markalı avtomobil üzü Qəbələ şəhəri istiqamətində olan yolun sol hissəsində yerləşən dərəyə aşaraq təxminən 40-50 metr məsafə getdikdən sonra dərədə yerləşən böyük ölçülü daşa dəyərək dayanmışdır. Daha sonra isə hadisə yerinin müayinə olunması ilə bağlı protokol yazılmış, sxem tərtib edilmiş və hadisə yerinin foto şəkilləri çəkilmişdir. Tərtib edilmiş protokol və sxem onun və baxışda iştirak edən hal şahidləri, eləcə də digər iştirak edən şəxslər tərəfindən imzalanmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid6 Cəmaləddin oğlu ifadəsində göstərmişdir ki, Qəbələ şəhər sakinləri mərhum X20 və Təqsirləndirilən şəxs Ağalı oğlu ilə heç bir qohumluq əlaqəsi yoxdur. xx.xx.2022-ci il tarixdə saat 09 radələrində ona kəndçiləri Xəqani zəng edərək bildirmiş ki, dərəyə maşın aşmışdır. O, Laza kəndi ərazisində yerləşən dağın yaxınlığında olan zaman asfalt örtüklü yolun sol kənarında dərədə "QAZ 3110" minik markalı, ** BL *** dövlət qeydiyyat nişanlı avtomobilin dərəyə aşaraq dayandığını və ətrafına kənar şəxslərin toplaşdığını görmüşdür. O, avtomobilin yanına yaxınlaşan zaman görmüş ki, avtomobilin yaxınlığında bir nəfər adı sonradan ona məlum olan Maarif Xasıyev adlı şəxs avtomobilin yaxınlığında uzanıqlı şəkildə ölmüş vəziyyətdədir. Avtomobilin ön hissəsində yerdə isə Təqsirləndirilən şəxs adlı şəxs isə oturmuş və xəsarət almış vəziyyətdədir. Həmin vaxt ona məlum olmuş ki, Maarif Xasıyev avtomobilin dərəyə aşması nəticəsində xəsarət alaraq ölmüş, Təqsirləndirilən şəxs isə avtomobilin dərəyə aşması nəticəsində xəsarət almışdır. Daha sonra hadisə yerinə X37 xidmətinin və Qəbələ RPŞ-nin əməkdaşları gələrək Maarif Xasıyevin meyitini hadisə yerində götürmüşlər, Təqsirləndirilən şəxs isə Qəbələ RMX-ya aparmışlar. Daha sonra isə hadisə yerinə gələn polis əməkdaşları tərəfindən hadisə yeri müayinə olunmuşdur. O, həmin vaxt polis əməkdaşlarının ölçmə işləri aparan zaman orada imiş. Polis əməkdaşları onun, eləcə də kənd İcra Nümayəndəsi Şahid5, eləcə də avtomobilin dərədə aşmış vəziyyətdə görən Şahid4 iştirakı ilə hadisə yerinə baxış keçirmişlər. Baxış keçirilən zaman müəyyən olunmuşdur ki, QAZ 3110 markalı avtomobil üzü Qəbələ şəhəri istiqamətində olan yolun sol hissəsində yerləşən dərəyə aşaraq təxminən 40-50 metr məsafə getdikdən sonra böyük ölçülü daşa dəyərək dayanmışdır. Daha sonra isə hadisə yerinin müayinə olunması ilə bağlı protokol yazılmış, sxem tərtib edilmiş və hadisə yerinin foto şəkilləri çəkilmişdir. Tərtib edilmiş protokol və sxem onun və baxışda iştirak edən digər hal şahidi, eləcə də digər iştirak edən şəxslər tərəfindən imzalanmışdır. Məhkəmədə şahid qismində dindirilmiş Şahid5 Şahid6 Cəmaləddin oğlu ilə eyni məzmunlu ifadə verərək onun göstərdiklərini təsdiq etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, 26 dekabr 2022-ci il tarixdə saat təxminən 09 radələrində Qəbələ RPŞ-nin DYPB-nin inspektoru Şahid2la birlikdə Qəbələ şəhərində xidmətdə imiş. Bu zaman şöbənin növbətçi hissəsindən zəng edən məsul növbətçi ona Qəbələ rayon Laza kəndi ərazisində yol nəqliyyat hadisəsinin baş verməsini bildirib xəsarət alanların olduğunu demişdir. Dərhal xidmətdə olduğu yol patrul xidməti əməkdaşı Şahid2la birlikdə xidməti avtomobillə həmin yerə getmişdir. Hadisə yeri Qəbələ-Küsnət-Laza yerli əhəmiyyətli avtomobil yolunun dağlıq və sərt döngəsində baş vermişdir. Belə ki, yolun Qəbələ şəhəri istiqamətə hərəkət hissəsinin sol tərəfində olan dərəyə QAZ 3110 minik markalı, **-BL-*** dövllət qeydiyyat nişanlı avtomobil aşaraq deformasiyaya uğramış vəziyyətdə dayanmışdır. QAZ 3110 minik markalı avtomobilin aşdığı dərəyə çox çətinliklə özü də düşmüşdür. Avtomobilin dərəyə aşması nəticəsində yararsız hala düşdüyünü, bir nəfər adı sonradan ona məlum olan Təqsirləndirilən şəxs xəsarət almış vəziyyətdə avtomobilin qarşısında yerdə oturmuş vəziyyətdə olduğunu, eləcə də avtomobilin sol tərəfində yerdə bir nəfər şəxsin, adı sonradan ona məlum olan Maarif Xasıyevin ölmüş və yerdə uzanıqlı vəziyyətdə olduğunu görmüşdür. Daha sonra hadisə yerində 103 TTY işçiləri gəlmişlər və Təqsirləndirilən şəxs Qəbələ RMX-ya aparmışlar, mərhum Maarif Xasıyevi isə müayinə olunması üçün Qəbələ rayon PAB-a aparmışlar. Həmin vaxt görmüş ki, avtomobil əzildiyindən avtomobilin qabaq sağ sərnişin oturacağı hissəsində olan qapısı açılmır. Bundan sonra oraya gəlmiş müstəntiq tərəfindən hadisə yerinə baxış keçirilməyə başlanılmışdır. Baxışda o, Püsal Pirmuradov, Qəbələ RPŞ-nin İB-nin rəisi Tural Hüseynov və iki nəfər də tanımadığı hal şahidi iştirak edirmişlər. Onlara müstəniq tərəfindən hüquq və vizəfələri baxış keçirilməzdən öncə izah edilmişdir. Baxış zamanı müəyyən edilmiş ki, yol nəqliyyat hadisəsi üzrə aşma yeri Qəbələ rayonun Laza kəndi ərazisində üzü Qəbələ şəhəri istiqamətində olan yolda baş vermişdir. Belə ki, avtomobil üzü Qəbələ şəhəri istiqamətində enişli yol ilə hərəkətdə olarkən yoldan çıxaraq üzü Qəbələ şəhəri istiqamətində olan yolun sol hissəsində olan təkər maneələrə dəymiş, daha sonra isə avtomobil dərəyə aşmışdır. Asfalt örtüklü yolun üzərində iki ədəd tormoz izi müəyyən edilmiş ki, həmin izlərin 8-9 metr uzunluğunda olduğu ölçmə nəticəsində müəyyən edilmişdir. Daha sonra avtomobilin yoldan çıxaraq təkər maneələrə dəyərək dərəyə aşdığı yer ölçülmüş və təkər maneələrdən aşdığı yerə kimi məsafənin 47 metr olduğu müəyyən edilmişdir. Baxış zamanı QAZ3110 markalı avtomobilin salonunda və yük yerində yük yox imiş. Bundan əlavə olaraq baxış zamanı digər çoxlu sayda ölçmə işləri aparılmış, ancaq o, həmin ölçüləri xatırlaya bilmir. Daha sonra baxış keçirilməsi başa çatmış, müstəntiq tərəfindən hadisə yerinin sxemi çəkilmiş, baxışın keçirilməsi haqqında protokol tərtib edilmiş, hal şahidlərinə, onlara ucadan oxunaraq doğruluğunu imzaları ilə təsdiq etmişlər, həmçinin müstəntiq tərəfindən hadisə yerinin çoxlu sayda fotoşəkilləri də çəkilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, 26 dekabr 2022-ci il tarixdə saat təxminən 09 radələrində Qəbələ şəhərində xidmətdə imiş. Bu zaman şöbənin PPXB-nin kamandiri ona zəng edərək Qəbələ rayon Laza kəndi ərazisində yol nəqliyyat hadisəsi baş verməsini bildirib xəsarət alanların olduğunu və həmin əraziyə getməli olduğunu tapşırmışdır. Dərhal xidmətdə olduğu post patrul xidməti əməkdaşları ilə birlikdə xidməti avtomobillə həmin yerə getmişdir. Hadisə yeri Qəbələ-Küsnət-Laza yerli əhəmiyyətli avtomobil yolunun dağlıq və sərt döngəsində yerləşir. Belə ki, yolun Qəbələ şəhəri istiqamətində hərəkət hissəsinin sol tərəfində olan dərədə QAZ 3110 minik markalı, **-BL-*** dövlət qeydiyyat nişanlı avtomobil aşaraq deformasiyaya uğramış vəziyyətdə dayanmışdır. QAZ 3110 minik markalı avtomobilin aşdığı dərəyə çox çətinliklə o da düşmüşdür. Avtomobilin dərəyə aşması nəticəsində yararsız hala düşdüyünü, bir nəfər adı sonradan ona məlum olan Təqsirləndirilən şəxs xəsarət almış vəziyyətdə avtomobilin qarşısında yerdə oturmuş vəziyyətdə olduğunu, eləcə də avtomobilin sol tərəfində yerdə bir nəfər şəxsin, adı sonradan ona məlum olan Maarif Xasıyevin ölmüş və yerdə uzanıqlı vəziyyətdə olduğunu görmüşdür. Bundan sonra oraya gəlmiş müstəntiq tərəfindən hadisə yerinə baxış keçirilməyə başlanılmışdır. Daha sonra hadisə yerində 103 TTY işçiləri gəlmişlər və xəsarət almış vəziyyətdə olan Təqsirləndirilən şəxs Qəbələ RMX-ya aparmışlar, mərhum Maarif Xasıyevi isə onun və post patrul xidməti əməkdaşlarının köməyi ilə müayinə olunması üçün Qəbələ rayon PAB-a aparmışlar. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında elan olunmaqla tədqiq olunmuş xx.xx.2022-ci il tarixli “baxış keçirilməsi haqqında” protokoldan görünür ki, hadisə yerinə baxış aydın günəşli hava şəraitində, Qəbələ rayonu Laza kəndi ərazisində üzü Qəbələ şəhəri istiqamətində keçirilmişdir. Hadisənin növü “aşma” olmaqla hadisə yeri YPXB-nin inspektoru Şahid2 tərəfindən təqdim edilmişdir. Yolun hərəkət hissəsi eniş və sağa döngəlidir. Örtüyün növü asfaltbeton olmaqla quru vəziyyətdədir. Asfalt örtüyünün eni 8,30 metr, hərəkət zolaqlarının sayı isə 02-dir. Hərəkət zolaqlarını bir-birindən ağ rəngli düz xətt ayırır. Asfalt örtük üzərində sol hərəkət zolağının yarıdan sola tərəf hissəsi daş və çınqıllı olduğu müəyyən edilmişdir. Hərəkət hissəyə sağdan dağ, soldan torpaq və daşlı-çınqıllı ehtiyyat hissə və həmin ehtiyyat hissədə yolun kənarı ilə düzülmüş rezin təkər maneələr birləşir. Hadisə yerində asfalt örtük üzərində sol hərəkət zolağının yarıdan sola tərəf hissəsində olan daş və çınqılların üzərində Qaz 3110 minik markalı avtomobilin rezin təkərlərə dəyərək aşdığı yerə istiqamətlənən 02 ədəd sürtünmə izi vardır. Həmin sürtünmə izləri ölçüldükdə sağ tərəfdəki iz 8,70 metr, sol tərəfdəki iz isə 9,70 metr olduğu müəyyən edilmişdir. Qaz 3110 minik markalı avtomobilin yolun sol tərəfində olan rezin təkər maneələrə dəyərək dərəyə 47 metr məsafə aşaraq dərənin aşağı hissəsində 4 təkəri torpaq üzərində olmaqla ön hissəsi Qəbələ şəhəri istiqamətində deformasiyaya uğramış və hərəkətsiz vəziyyətdə dayanmışdır. Hərəkətsiz vəziyyətdə dayanmış Qaz 3110 minik markalı avtomobilin arxa sol təkərinin paralelində olan böyük ölçülü daşla arada Maarif Xasıyevin meyitinin olduğu aşkar edilmişdir. Həmçinin avtomobilin ətrafında qan izlərinin olduğu aydın şəkildə müşahidə edilmişdir. Bununla yanaşı hadisə yerinə baxış keçirilən zaman Qəbələ RPŞ-nin Kriminalist tədqiqatlar qrupunun baş inspektor kriminalisti polis kapitanı X15 iştirakı ilə avtomobilin ön şitinin, sağ ön qapısının, avtomobilin sol tərəfində yerdəki daşın üzərindən qan nümaunələri, eləcə də avtomobilin ön sürücü oturacağının və ön sərnişin oturacağının üzlükləri, həmçinin avtomobilin sol tərəfində yerdə olan bir ədəd cins şalvar müvafiq ekspertizaların keçirilməsi məqsədi ilə götürülməklə qablaşdırılmışdır. Baxış zamanı avtomobillin hadisə yerində yerləşməsinə, onun əzilmiş, deformasiyaya uğramış hissələrinə, həmçinin, avtomobilə məxsus müxtəlif boya və qırıntı hissələrinin töküldüyü yerə, eləcə də hadisə yerində olan tormoz izlərinə və təkər maneələrin dərəyə töküldüyü yerə əsasən müəyyən edilmişdir ki, hadisə hərəkətin Qəbələ şəhəri istiqamətdə sol hərəkət zolağında baş vermişdir. Belə ki, hərəkətin Qəbələ şəhəri istiqamətində aşmadan qalma, aşmaya xarakterik izlər aşkar edilmişdir. Hadisə yerində olan aşmış avtomobilin yerləşdiyi vəziyyətdən, aşma yerindən müəyyən olunmuş ki, hadisədən əvvəl QAZ3110 minik markalı avtomobil Qəbələ şəhəri istiqamətində hərəkətdə olmuşdur. Baxış zamanı fotoşəkillər çəkilərək əksi çıxarılıb baxış protokoluna əlavə edilmişdir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında elan olunmaqla tədqiq olunmuş xx.xx.2023-cü il tarixli “ifadənin yerində yoxlanılması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci ildə saat təxminən 22 radələrində Qəbələ-Küsnət-Laza yerli əhəmiyyətli avtomobil yolunun Qəbələ rayon Laza kəndindən keçən hissəsində idarə etdiyi QAZ3110 minik markalı, ** BL *** dövlət qeydiyyat nişanlı avtomobilin dərəyə aşması nəticəsində baş vermiş yol nəqliyyat hadisəsinə dair ifadəsində göstərdiyi xüsusatları yerində dəqiqləşdirməsi təklif edilmiş, Təqsirləndirilən şəxs həmin yol-nəqliyyat hadisəsi ilə əlaqədar ifadəsində göstərdiyi xüsusatları yerində göstərə biləcəyini bildirmiş, ona edilmiş təkliflə razılaşmış, sonra saat 15:10-da Təqsirləndirilən şəxs ifadəsini yerində yoxlamaq üçün avtomobilə əyləşmiş, Təqsirləndirilən şəxs haraya getmək lazım olduğu soruşulduqda, o, Qəbələ rayonu Laza kəndi istiqamətində gedərək dayanmaq lazım olduğunu bildirmiş, istintaq hərəkəti iştirakçıları Təqsirləndirilən şəxs bildirdiyi marşrut üzrə hərəkət etmiş və avtomobil Qəbələ rayon Laza kəndi ərazisinə çatanda Təqsirləndirilən şəxs dayanmağı təklif edib həmin yerin qeyd olunan yol nəqliyyat hadisəsi yeri olduğunu bildirmiş, cinayət işinin materiallarına baxdıqda da Təqsirləndirilən şəxs hadisə yerini düzgün göstərdiyi müəyyən edilmişdir. Təqsirləndirilən şəxs ifadəsində göstərilənləri bir daha təsdiq etdiyini qeyd edərək ilk olaraq Qəbələ rayon Laza kəndinin giriş hissəsini, “Laza” adlı lövhəni, xx.xx.2022-ci il tarixdə idarə etdiyi QAZ3110 minik markalı, ** BL *** dövlət qeydiyyat nişanlı avtomobil ilə dağlıq yol ilə Laza kəndinə qalxdığı yolu, həmin yol ilə geriyə qayıtdığı yolu, avtomobilin sol zolağa istiqamətlənərək həmin zolaqda təkərlərin sürüşdüyü yeri, avtomobilin yolun sol hissəsində olan təkər maneələrə dəydiyi yeri, avtomobilin dərəyə aşdığı yeri, dərədə isə böyük ölçülü daşa dəyib dayandığı yeri, daha sonra avtomobildən yerə düşdüyü hissəni, Maarif Xasıyevin də avtomobildən düşüb uzandığı yeri, daha sonra dərə ilə kömək çağırmaq məqsədi ilə dırmaşdığı yeri, ardınca isə yıxllaraq başının daşa dəydiyi və huşunu itirdiyi yeri ifadəsinə uyğun şəkildə göstərmişdir. QAZ3110 minik markalı, ** BL *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs ifadəsi yerində yoxlanılan zaman verdiyi ifadə ilə istintaq zamanı verdiyi ifadə arasında ziddiyyət müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs ifadəsi yerində yoxlanılan zaman fotoşəkillər çəkilib əksi çıxarılaraq protokola əlavə edilmişdir. İş materiallarına əlavə edilmiş 03 yanvar 2023-cü il tarixli “Maarif Xasıyevə məxsus Redmi markalı mobil telefona baxış keçirilməsi haqqında” protokoldan görünür ki, həmin telefon göy rəngli olmaqla işlək vəziyyətdədir. Telefon kiliddə deyildir. Həmin telefonun zənglər bölməsinə daxil olduqda 25 dekabr 2022-ci il tarixdə saat 19:14 radələrində Mexran adlı(***-***- **-**) saylı mobil nömrənin sahibi ilə 32 saniyə danışıldığı, 25 dekabr 2022-ci il tarixdə saat 21:01 dəqiqədə ev(**********) saylı mobil nömrə ilə 23 saniyə danışıldığı, daha sonra isə EV adlı abonentdən 22:17, 22:32, 23:00, 00:08, 03:09, 04:15, 05:59, 07:18, 07:43, 08:48 dəqiqələrdə zənglərin gəldiyi, lakin heç bir zəngin açılmadığı müəyyən edilmişdir. Baxışda iştirak edən Raqif Xasıyev bildirmiş ki, EV adlı abonent yaşadığı ünvan 2 ünvanında yerləşən ev telefonudur və mərhum Maarif Xasıyevə zəng edən şəxs anası olmuşdur. Bununla da “Redmi” markalı mobil telefona baxış keçirilən zaman müəyyən edilmiş ki, X5 dəfə “EV” adlı abonentlə 21:01 dəqiqədə danışmış, lakin 22:17 radələrində ona edilən zənglərə cavab verəməmişdir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında elan olunmaqla tədqiq olunmuş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 31 mart 2023-cü il tarixli 8/781 nömrəli ekspert rəyindən görünür ki, istintaq tərəfindən təqdim olunan məlumatlara əsasən QAZ3110 minik markalı, ** BL *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında elan olunmaqla tədqiq olunmuş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 24 yanvar 2023cü il tarixli 6/27 nömrəli məhkəmə-lifli materialların tədqiqi üzrə ekspertizası rəyindən görünür ki, tədqiqata təqdim edilmiş Təqsirləndirilən şəxs, X13 geyim paltarlarının və “QAZ3110 minik” markalı, ** BL *** dövlət qeydiyyat nişanlı avtomobilin üzlüklərinin üzərində kənar lif mikrohissəcikləri vardır. Həmin kənar lif mikrohissəcikləri arasında avtomobilin sürücü oturacağının üzlüyünün üzərindən aşkar edilmiş tünd göy rəngli pambıq liflər cinsi əlamətlərinə görə Təqsirləndirilən şəxs şalvarının tərkib liflərinə uyğun gəlilər. Avtomobilin sərnişin üzlüyünün üzərindən aşkar edilmiş qara rəngli poliester kimyəvi liflər cinsi əlamətlərinə görə Maarif Xasıyevin şalvarının tərkib liflərinə uyğun gəlirlər. Təqsirləndirilən şəxs və M.Xasıyevin şalvarlarının üzərlərindən aşkar edilmiş qara-boz rəngli poliamid kimyəvi liflər cinsi əlamətlərinə avtomobilin üzlüklərinin tərkib liflərinə uyğun gəlirlər. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında elan olunmaqla tədqiq olunmuş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Kriminalistik Tədqiqatlar İdarəsinin 26 yanvar 2023-cü il tarixli 23/51R nömrəli rəyindən görünür ki, təqdim edilmiş üzərində “sağ ön qapı” qeydləri olan 02 ədəd tampon, üzərində “sol ön şüşə(qapı)” qeydləri olan 01 ədəd tampon, üzərində “sükan önü şit” qeydləri olan 01 ədəd tampon, üzərində “1 n-li qan gölməçəsi” qeydləri olan 01 ədəd tampon və üzərində “3 N-li qan gölməçəsi” qeydləri olan 01 ədəd tampon vasitəsilə götürülmüş qanabənzər ləkələr insan mənşəli qan nümunələridir. Təqdim edilmiş üzərində “sağ ön qapı” qeydləri olan 02 ədəd tampon, üzərində “1 n-li qan gölməçəsi” qeydləri olan 01 ədəd tampon və üzərində “3 N-li qan gölməçəsi” qeydləri olan 01 ədəd tampon vasitəsilə götürülmüş qan nümunələri Təqsirləndirilən şəxs məxsusdur. Üzərində “sol ön şüşə(qapı)” qeydləri olan 01 ədəd tampon və üzərində “sükan önü şit” qeydləri olan 02 ədəd pambıq tamponda həm Təqsirləndirilən şəxs, həm də X16 məxsus qan nümunələri mövcuddur. Cinayət işinin materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Elmi Təcrübi və X25 rayon şöbəsinin verdiyi xx.xx.2023-cü il tarixli 38 nömrəli meyitin ekspertizasının rəyində göstərilmişdir ki, X4 meyitində ağır dərəcəli travmatik şok, sağ bud sümüyünün yuxarı boyun hissədən yerini dəyişən qapalı sınığı, sağ diz oynağının çıxığı, çanaqda sağ qalça sümüyünün, hər iki oma qalça birləşməsinin sınığı, qalça birləşməsinin aralanması, alının sağ qaşaltı və qaşüstü hissəsinin, alının orta bir qədər sol tərəfinin əzilmiş-cırılmış yaraları, alının, burunun, sol diz oynağının içəri və aşağı səthinin, sol baldırın ön yuxarı 1/3-nin, sağ baldırın ön səthinin, hər iki əlin üst səthinin sıyrıqları, sağ qalça-bud çanaq oynağı nahiyyəsinin, sağ diz oynağının içəri səthinin, sol budun bayır orta 1/3-nin qançırı kimi xəsarəti vardır. Həmin xəsarətlər yuxarıda göstərilən tarixdə və şəraitdə, yəni 25 dekabr 2022-ci il tarixdə baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində törənə bilər. X4 ölümünə səbəb ağır dərəcəli travmatik şok olmuşdur. Onun ölümü ilə 25 dekabr 2022-ci il tarixdə aldığı ağır bədən xəsarətləri ilə birbaşa səbəbli əlaqəsi vardır. X4 bədəni üzərində aşkar edilən xəsarətlər küt alətin(əşyaların) təsirindən törənmişlər. Ağırlıq dərəcəsinə görə ağır ölümlə nəticələnən və həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmanın əlamətlərinə aiddir. X4 ölümünün baş vermə müddəti inkişaf etmiş ilkin meyit əlamətlərinin inkişaf səviyyəsinə görə meyitin müayinə olunan vaxtdan, yəni 26 dekabr 2022-ci il saat 09:52-dən 10-12 saat əvvəl baş verməsinə uyğun gəlir. Cinayət işinin materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Elmi Təcrübi və X25 rayon şöbəsinin verdiyi xx.xx.2023-cü il tarixli 02 nömrəli “canlı şəxsin ekspertizası” rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs bədəni üzərində başın sol təpə, sol gicgah nahiyyəsinin əzilmiş-cırılmış yaraları, sol çiyinin bayır tərəfinin, sol dizin bayır səthinin, sol baldırın bayır aşağı 1/3-nin qançırı, çanağın sol qalça darağı nahiyyəsinin, sol diz oynağının bayır yuxarı hissəsinin, sağ iç, sol bayır və iç topuq nahiyyələrinin sıyrıqları kimi xəsarəti vardır. Qeyd olunan xəsarət küt alətin (əşyaların)təsirindən müayinə olunanın göstərdiyi tarixdə və şəraitdə, yəni 25 dekabr 2022-ci ildə törənə bilər. Həmin xəsarətlər dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmanın əlamətlərinə aiddir. Cinayət işinin istintaq materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Tibbi Ekspertiza və X18” X38in 24 yanvar 2023-cü il tarixli, 4878/K nömrəli məhkəmə-kimyəvi rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs götürülmüş qan nümunəsində metil, etil, propil, butil, amil spirtləribarbitur turşusu törəmələri, alkaloidlər(həmçinin tiryək qrupu), fenotiazin, pirazalon, 1,4 benzodiazepin törəmələri, salisilatlar və kannabinoid(çətənə bitkisindən alınan və təbii mənşəli narkotik vasitə hesab edilən) aşkar edilməmişdir. Məhkəmədə ekspert rəyləri tədqiq edilərkən müəyyən edildi ki, ekspert rəyləri işin müəyyən edilmiş hallarına uyğun gəldiyindən və digər sübutlarla təsdiq edildiyindən sübut kimi qəbul edilməlidir. Cinayət işi materiallarına əlavə edilmiş sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə haqqında 186 nömrəli protokolda göstərilmişdir ki, Təqsirləndirilən şəxs yol nəqliyyat hadisəsi baş verən zaman ayıq olduğu müəyyən edilmişdir. Cinayət işi materiallarına əlavə edilmiş Qəbələ RPŞ-nin DYPB-in rəisi polis mayoru Aydın Heydərovun 17 aprel 2023-cü il tarixli arayışında göstərilmişdir ki, xx.xx.2022-ci il tarixdə Qəbələ-Küsnət-Laza yerli əhəmiyyətli avtomobil yolunun Qəbələ rayon Laza kəndindən keçən hissəsində dağlıq və dağətəyi ərazidə baş vermiş yol nəqliyyat hadisəsi ilə əlaqədar sürücü Təqsirləndirilən şəxs adına Azərbaycan Respublikası DİN-in Baş Dövlət Yol Polisi İdarəsinin Mərkəzi Məlumat Bazasında xx.xx.2030-cu il tarixədək etibarlılıq müddəti olan “BC” kateqoriyalı, AF 230218 nömrəli sürücülük vəsiqəsi qeydə alınmış, həmçinin Təqsirləndirilən şəxs sürücülük hüququ məhdudlaşdırılmamışdır. Son bir il ərzində Təqsirləndirilən şəxs yol hərəkəti qanunvericiliyinin tələblərini pozduğuna görə barəsində inzibati xəta haqqında protokol tərtib edilməmişdir. Eləcə də QAZ3110 minik markalı **-BL-*** dövlət qeydiyyat nişanlı avtomobilin X34 adlı Qəbələ rayon Nic qəsəbə sakinin adına rəsmiləşdirildiyi, X34 tərəfindən xx.xx.2022-ci il tarixdə qeyd edilən avtomobilin X21 “Nəqliyyat vasitələrinə sərəncam verilməsi haqqında” etibarnamə verildiyi və xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixədək X27 tərəfindən Təqsirləndirilən şəxs “Nəqliyyat vasitələrindən istifadə edilməsi haqqında” etibarnamə verildiyi müəyyən edilmişdir. Cinayət işi materiallarına əlavə edilmiş Azərbaycan Respublikası İcbari Tibbi Sığorta Üzrə Dövlət Agentliyi “Tibbi ərazi X11” X38 Qəbələ Rayon Mərkəzi Xəstəxanasının 24 yanvar 2023-cü il tarixli PHŞ-6-52/2-105/2023 nömrəli məktubunda Təqsirləndirilən şəxs və mərhum X7 RMX PHŞ-in poliklinika şöbəsinin “narkoloji və ya ruhi əsəb” kabinetində qeydiyyatda olmadıqları göstərilmişdir. Cinayət işi materiallarına əlavə edilmiş Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi "xxxx" MMC-dən daxil olmuş 03 mart 2023-cü il tarixli 11-1/2-xx-xx/2023 nömrəli məktubda göstərilmişdir ki, xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixə keçən gecə Qəbələ-Küsnət- Laza yerli əhəmiyyətli avtomobil yolunun 11+600 km-də baş vermiş yol nəqliyyat hadisəsi yerinə baxış keçirilmiş, həmin ərazinin dağlıq ərazi və hesabi sürət 30 km/saat olduğu nəzərə alınaraq həmin yolun yol döngəsinin əyrisinin radiusu (r=30 m), əyrinin uzunluğu (Ə=150 m), əyrinin dönmə bucağı (a=286 dərəcə), maillik isə 10-12 faiz olduğu müəyyən edilmişdir. Cinayət işi materiallarına əlavə edilmiş X39 MMC avtomobil təmiri sexindən təqdim edilmiş 30 yanvar 2023-cü il tarixli arayışdan görünür ki, QAZ3110 minik markalı, ** BL *** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilmiş, baxış zamanı avtomobilin tormoz, sükan, digər idaretmə mexanizmlərində hər hansı bir nasazlıq aşkar edilməmişdir və avtomobil hadisədən əvvəl texniki cəhətdən tam saz vəziyyətdə olduğu müəyyən edilmişdir. Cinayət işinə əlavə edilmiş 14 aprel 2023-cü il tarixli “əşyanın maddi sübut kimi tanınması və qaytarılması haqqında” qərardan görünür ki, cinayət işi üçün mühüm əhəmiyyət kəsb etdiyindən yol nəqliyyat hadisəsinin iştirakçısı olmuş QAZ3110 minik markalı, ** BL *** dövlət qeydiyyat nişanlı minik avtomobilinin sahibi Təqsirləndirilən şəxs xahişi ilə ona qaytarılmışdır. İş materiallarına əlavə edilmiş AD618718 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, 2001-ci buraxılış ili olan “QAZ 3110” minik markalı **- BL-*** dövlət qeydiyyat nişanlı avtomobil X29 məxsusdur. İş materiallarına əlavə edilmiş AF seriyalı 230218 nömrəli xx.xx.2020-ci il tarixdə verilmiş və xx.xx.2030-cu il tarixə kimi qüvvədə olan sürücülük vəsiqəsinə əsasən Təqsirləndirilən şəxs «BC» kateqoriyalı nəqliyyat vasitələrini idarə etmək hüququ mövcuddur. İş materiallarına əlavə edilmiş xx.xx.2022-ci il tarixdə verilmiş etibarnamənin surətindən görünür ki, X34 “QAZ 3110” minik markalı **-BL-*** dövlət qeydiyyat nişanlı avtomobili xx.xx.2023-cü il tarixə kimi idarə etməyi X21 etibar etmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2022-ci il tarixdə verilmiş etibarnamənin surətindən görünür ki, X34 “QAZ 3110” minik markalı **-BL-*** dövlət qeydiyyat nişanlı avtomobili xx.xx.2023-cü il tarixə kimi idarə etməyi Təqsirləndirilən şəxs etibar etmişdir. İş materillarına əlavə edilmiş Qəbələ Rayon İcra Hakimiyyəti Başçısının Qəbələ Şəhər İnzibati Ərazi X19 tərəfindən verilmiş 17 yanvar 2023-cü il tarixli, 522 nömrəli arayışdan görünür ki, Təqsirləndirilən şəxs ailə tərkibi həyat yoldaşı X14, oğlu 2020-ci il təvəllüdlü X24 və qızı 2021-ci il təvəllüdlü X9 ibarətdir. İş materillarına əlavə edilmiş Qəbələ Rayon İcra Hakimiyyəti Başçısının Qəbələ Şəhər İnzibati Ərazi X19 tərəfindən verilmiş 17 yanvar 2023-cü il tarixli, 221 nömrəli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə edilir. Beləliklə, məhkəmə və məhkəməyədək araşdırma zamanı toplanmış sübutlara məcmu halında qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs yol hərəkəti qaydalarını pozaraq ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olan yol nəqliyyat hadisəsi törətməsi özünün etirafedici ifadəsi ilə yanaşı, şahidlərin ifadələri, ekspert rəyləri, hadisə yerinə baxış keçirilməsinə dair protokol və digər sübutlarla tam sübuta yetirilir. Məhkəmə hesab edir ki, istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Belə ki, Azərbaycan Respublikası CM-in 263.2-ci maddəsinə əsasən, bu Məcəllənin 263.1-ci maddəsində nəzərdə tutulan əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda üç ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə iki ildən altı ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinə əsasən yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalıdırlar. “Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 15 noyabr 2013-cü il tarixli 5 nömrəli Qərarının 1-ci bəndində qeyd edilir ki, yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması ilə bağlı cinayətlərin geniş yayılması hərəkət təhlükəsizliyinin təmin edilməsini və yol-nəqliyyat hadisələrinin qarşısının alınması üçün təşkilati və təsiredici hüquqi tədbirlərin həyata keçirilməsini zəruri edir. Bununla bağlı məhkəmələrin diqqəti yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması cinayətlərinə dair işlərə obyektiv və keyfiyyətli baxılmasına, işin bütün hallarının tam və hərtərəfli araşdırılmasına, o cümlədən yol hərəkəti qaydalarını pozmuş şəxsin hadisədən bilavasitə əvvəl vəziyyətinin, psixoloji və sağlamlıq durumunun müəyyən edilməsinə, cinayətlərin törədilməsinə səbəb olmuş və şərait yaratmış halların aşkar edilməsinə, cinayət işləri üzrə qanuni, əsaslı və ədalətli qərarların qəbul edilməsinə yönəldilsin. Həmin Qərarın 21-ci bəndində qeyd edilir ki, yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasında təqsirləndirilən şəxslərə cəza təyin edilərkən məhkəmələr nəzərə almalıdırlar ki, cinayətin ağır nəticələrə səbəb olması CM-nin 263.2, 263.3, 263-1.3, 263-1.4, 351.2 və 351.3-cü maddələrinin dispozisiyasında cinayət tərkibinin zəruri elementi kimi nəzərdə tutulduğundan həmin nəticələrin mövcudluğu özü-özlüyündə CM-nin 61.1.2-ci maddəsinə istinad edilməklə cəzanı ağırlaşdıran hal hesab edilə bilməz. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş daha ciddi cəza növü və həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza cəzanın məqsədlərini təmin edə bilmir. Odur ki, məhkəmələr tərəfindən bu kateqoriyadan olan işlər üzrə işin cəzaya təsir edə biləcək bütün halları, o cümlədən təqsirləndirilən şəxsin əvvəllər yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar və ya hərəkət təhlükəsizliyi və nəqliyyat vasitələrinin istismarı qaydaları əleyhinə olan cinayətlər törədib-törətməməsi, buna görə onun inzibati məsuliyyətə cəlb edilməmiş sayılıb-sayılmaması və ya məhkumluğunun ödənilib-ödənilməməsi, inzibati və ya cinayət mühakimə icraatı qaydasında nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum edilib-edilməməsi, digər tərəfdən isə yol-nəqliyyat hadisəsinin baş verməsində zərərçəkmişin və ya yol hərəkətinin digər iştirakçılarının qarşılıqlı təqsirinin mövcudluğu, təqsirləndirilən şəxsin hadisədən sonrakı davranışı, onun hadisə yerindən qaçmayaraq zərərçəkmişə tibbi və ya digər yardım göstərməsi, yol-nəqliyyat hadisəsi nəticəsində zərər çəkmiş şəxsin təqsirkarın yaxın qohumu olması, təqsirləndirilən şəxsin özünün də hadisə nəticəsində xəsarət alması, onun tərəfindən maddi və mənəvi zərərin ödənilməsi və bu kimi sair hallar araşdırılmalı və cəza təyini zamanı nəzərə alınmalıdır. Beləliklə də, Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən, məhkəmə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarmağı məqsədəmüvafiq hesab edir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən hesab edir ki, aşağıdakılar nəzərə alınmalıdır. İşdə olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ-nin verdiyi tələbnamədən aydın olur ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İşdə olan zərərçəkmiş şəxsin hüquqi varisi X23 tərəfindən məhkəməyə təqdim edilmiş ərizədən görünür ki, onun təqsirləndirilən şəxsə qarşı şikayət və tələbi yoxdur, sonuncuya yüngül cəza verilməsini xahiş etmişdir. İşdə olan Qəbələ Rayon İcra Hakimiyyəti Başçısının Qəbələ Şəhər İnzibati Ərazi X19 tərəfindən verilmiş 17 yanvar 2023-cü il tarixli, 522 nömrəli arayışdan görünür ki, Təqsirləndirilən şəxs ailə tərkibi həyat yoldaşı X14, oğlu 2020-ci il təvəllüdlü X24 və qızı 2021ci il təvəllüdlü X9 ibarətdir. İşdə olan Qəbələ Rayon İcra Hakimiyyəti Başçısının Qəbələ Şəhər İnzibati Ərazi X19 tərəfindən verilmiş 17 yanvar 2023-cü il tarixli, 221 nömrəli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə edilir. Məhkəmə Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs hadisələrin təsadüfi axarı zəminində ilk dəfə olaraq ehtiyatsızlıqdan az ağır cinayət törətməsini, törətdiyi əməli etiraf edərək peşman olmasını, zərərçəkmiş şəxsin hüquqi varisinin ona qarşı şikayət və tələbinin olmamasını, onunla barışıq əldə etməsini, himayəsində iki azyaşlı övladlarının olmasını və yaşayış yerindən müsbət xarakterizə olunmasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-in 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran halların olmadığını müəyyən edir. Azərbaycan Respublikası CM-in 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yünşülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. “Məhkəmə Hökmü Haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 №-li qərarının, 45-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu zaman hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməli, seçilən cəzanın və ya digər cinayət-hüquqi xarakterli tədbirin təqsirləndirilən şəxsin islah olunması, ailəsinin həyat şəraitinə təsiri baxımından məqsədəuyğun olması izah edilməlidir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 nömrəli Qərarında nəzərdə tutulur ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Azərbaycan Respublikası CM-nin 60.1-ci maddəsinə əsasən, bu Məcəllənin 59.1.8, 59.1.10—59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Məhkəmə yuxarıda göstərilənlərə əsasən, hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən halları, cəzasını ağırlaşdıran halların olmamasını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri, həmçinin Azərbaycan Respublikası CM-nin 60.1-ci maddəsinin tələbləri nəzərə alınmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 263.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini məqsədəuyğun sayır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikası CM-in 41.2-ci maddəsində deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cinayət törətmiş şəxsin fərdi xüsusiyyətlərinə, törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsinə və xarakterinə mütənasibdir və hazırkı halda həmin cəza, cəzanın məqsədini təmin edir. Azərbaycan Respublikası CM-nin 56.1.1 və 56.1.2-ci maddələrinə əsasən, azadlıqdan məhrum etmə növündə cəzanın ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq olmayan müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün-məntəqə tipli cəzaçəkmə müəssisələrində; qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün-ümumi rejimli cəza çəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Eyni zamanda məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsinin sanksiyasının göstərişinə əsasən, Təqsirləndirilən şəxs nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməlidir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin onun təqsirli bilindiyi 263.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə növündə əsas cəza, nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilmə növündə əlavə cəza təyin olunmalı, onun barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə CPM-in 346.1.19-cu maddəsinin tələbləri baxımından iş üzrə maddi sübutlar məsələsini həll edərkən, maddi sübut qismində tanınmış “QAZ 3110 minik” markalı, ** BL *** dövlət qeydiyyat nişanlı avtomobilin sahibinə qaytarılmasını nəzərə alır. İş üzrə maddi sübut kimi tanınmış və Qəbələ rayon Polis şöbəsində saxlanılan Təqsirləndirilən şəxs əynində olmuş bir ədəd şalvar, bir ədəd köynək və X4 hadisə zamanı əynində olmuş bir ədəd şalvar, bir ədəd köynək, eləcə də “QAZ 3110 minik” markalı, ** BL *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücü oturacağının üzlüyü və həmin avtomobilin qabaq sərnişin oturacağının üzlüyü, eləcə də hadisə yerinə baxış zamanı Təqsirləndirilən şəxs məxsus QAZ3110 minik markalı, ** BL *** dövlət qeydiyyat nişanlı avtomobilin ön sağ qapısı üzərindən götürülmüş 02 ədəd, ön sol qapı şüşəsi üzərindən götürülmüş 01 ədəd, sükanın önündən şit üzərindən götürülmüş 01 ədəd nümunə, avtomobilin solunda yerdən götürülmüş 01 ədəd, avtomobilin sağında yerdən götürülmüş 01 ədəd olmaqla, ümumilikdə 05 ədəd qan nümunləri hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilməlidir. İş üzrə 199 manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə görə məhkəmə, hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli olan əmlakın olub-olmaması məsələsini həll etməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.1 və 99-1.1.1-ci maddəsinə əsasən məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunan əmlak hesab olunur. Məhkəmə xüsusi müsadirə ilə bağlı məsələni müzakirə edərək hesab edir ki, iş üzrə belə bir əmlak olmadığından təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə ilə bağlı müddəa tətbiq edilməməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Qəbələ rayon vəkil bürosunun vəkili X3 dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli 31 nömrəli qərarının 1-ci bəndinə əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Vəkil tərəfindən dövlət hesabına göstərilən hüquqi yardım barədə hesabatdan görünür ki, Qəbələ rayon Vəkil Bürosunun vəkili X6 Təqsirləndirilən şəxs məhkəmə baxışı dövründə hüquqlarını 9 saat müddətində müdafiə etmişdir. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş 9 saat hüquqi xidmətə görə vəkil X3 54 manat məbləğində pul dövlət büdcəsindən Qəbələ rayon Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 44.1; 344-347; 349; 351-353, 356, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirli bilinsin və ona 01 (bir) il 06 (altı) ay müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin, cəzaçəkmə müddətinin əvvəli məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata düşdüyü vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut qismində tanınmış “QAZ 3110 minik” markalı, ** BL *** dövlət qeydiyyat nişanlı avtomobilin sahibinə qaytarılması nəzərə alınsın. İş üzrə maddi sübut kimi tanınmış və Qəbələ rayon Polis şöbəsində saxlanılan Təqsirləndirilən şəxs əynində olmuş bir ədəd şalvar, bir ədəd köynək və X4 hadisə zamanı əynində olmuş bir ədəd şalvar, bir ədəd köynək, eləcə də “QAZ 3110 minik” markalı, ** BL *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücü oturacağının üzlüyü və həmin avtomobilin qabaq sərnişin oturacağının üzlüyü, eləcə də hadisə yerinə baxış zamanı Təqsirləndirilən şəxs məxsus QAZ3110 minik markalı, ** BL *** dövlət qeydiyyat nişanlı avtomobilin ön sağ qapısı üzərindən götürülmüş 02 ədəd, ön sol qapı şüşəsi üzərindən götürülmüş 01 ədəd, sükanın önündən şit üzərindən götürülmüş 01 ədəd nümunə, avtomobilin solunda yerdən götürülmüş 01 ədəd, avtomobilin sağında yerdən götürülmüş 01 ədəd olmaqla, ümumilikdə 05 ədəd qan nümunləri hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. İş üzrə məhkəmə məsrəfi olan 199 (bir yüz doxsan doqquz) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilsin. (büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu 3, X12, kod 210005, VOEN **********, müxbir hesab AZE 41 NABZ********************, SFİFTBİK: CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi, VOEN **********, hesab AZ34CTRE********************). İş üzrə mülki iddia yoxdur. Təqsirləndirilən şəxs göstərilmiş 9 saat hüquqi xidmətə görə vəkil X3 54 manat məbləğində pul dövlət büdcəsindən Qəbələ rayon Vəkil Bürosunun hesabına köçürülsün. Hökm elan olunduğundan 20 (iyirmi) gün müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsilə Şəki Apelyasiya məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökm apellyasiya şikayəti və ya protesti verilmədikdə, həmin müddət başa çatdıqdan sonra qüvvəyə minir. Sədrlik edən: Abbas Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar