Azərbaycan Respublikası adından HÖKM Qəbələ şəhəri İş № 1(025)-17/2024 21.08.2024 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Abbas Baba oğlunun sədrliyi, məhkəmə iclas katibi Əbdürəhimova Fəridə Arif qızının katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikasının Baş X1 Müdafiəsi İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İİ dərəcəli hüquqşunas Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Bakı şəhəri 20 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə xx.xx.1994-cü il tarixdə Qəbələ şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, X16 Xidmət Mərkəzində İT mütəxəssisi işləmiş, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan, hazırda ƏN-nin Penitensiar Xidmətinin ünvan 2üəssisəsində saxlanılan Təqsirləndirilən şəxs oğlunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinin materiallarına açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs istintaqa dəqiq məlum olmayan tarixdə və mənbədən satış məqsədi ilə təmiz çəkisi 2,02 qram olan bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananı qanunsuz olaraq əldə edib 1,72 qram hissəsini özündə saxlamış, 01 ədəd ağ rəngli damalı kağıza bükülü vəziyyətdə 0,30 qram olan hissəsini isə xx.xx.2024-cü il tarixdə saat 20 radələrində Qəbələ şəhəri Həzi Aslanov küçəsində “Baron” adlı restoranın qarşısında tanışı Şahid1 10 (on) manat pul vəsaiti müqabilində pulu sonuncu tərəfindən öz kart hesabına köçürtməklə satmış, bundan sonra Qəbələ rayon polis şöbəsi əməkdaşları tərəfindən xx.xx.2024-cü il tarixdə saat 20:30 radələrində keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində əvvəlcə Şahid1 narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinməklə Qəbələ şəhəri ərazisində saxlanılıb rayon polis şöbəsinə gətirilməklə şöbənin inzibati binasında şübhəli şəxs qismində üzərinə şəxsi axtarış aparılan zaman həmin ondan aldığı 0,30 qram çəkidə narkotik vasitə-qurudulmuş marixuana Şahid1 əynində olan qara rəngli qış gödəkcəsinin sol iç cibindən 01 ədəd ağ rəngli damalı kağız bükümdə aşkar edilərək götürülmüş, bununla yanaşı həmin tarixdə saat 23 radələrində Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsində, o cümlədən narkotik vasitəni Şahid1 satmaqda şübhəli bilinməklə Qəbələ şəhəri H.Aslanov küçəsində saxlanılıb rayon polis şöbəsinə gətirilməklə şöbənin inzibati binasında şübhəli şəxs qismində üzərinə şəxsi axtarış aparılarkən onun satış məqsədi ilə qanunsuz olaraq əldə etdiyi və 0.30 qram hissəsini Şahid1 satdıqdan sonra üzərində gəzdirdiyi narkotik vasitə qurudulmuş marixuananın ümumi təmiz çəkisi 1.72 qram olan hissəsi bir ədəd kağız bükümdə 0,52 qram və bir ədəd sellofan bükümdə 1,20 qram olmaqla əynində olan gödəkçənin sağ yan cibindən aşkarlanaraq götürülmüşdür. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 234.2ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin (CPM) 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə protokollarını və digər sənədləri sübut növü kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi vardır, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli isə düzgün olaraq Azərbaycan Respublikasının CM-nin 234.2-ci maddəsi ilə tövsif olunmuşdur. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 234.2-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, 7 yanvar 2024-cü il tarixində qeyri-iş günü olmuş və o, Tağı ilə 5 mərtəbəli binaların qarşısında təsadüfən rastlaşmışdır. O, Emil marketin qarşısı ilə üzü yuxarı gedirmiş. Tağı dekabrın 24-də qardaşı Manafın toy günü ondan 30 manat borc pul almışdır. Tağı pulu da ondan ərk edib almışdır. Belə ki, toydan qabaq evdə ola bilmədiyi üçün evin təmir işlərində Tağı təmənnasız onlara kömək etmişdir. Onun özünün maddi vəziyyəti pis olduğu, təmir işlərinə həddən çox xərc çıxdığına görə ayın 7-si günü Tağıdan borcunu istəmək məcburiyyətində qalmışdır. Hətta ayın 4-ü, 5-i də bununla bağlı Tağıya zənglər etmişdir. O da maddi vəziyyətinin aşağı olduğunu, ödəyəcəyini demişdir. Dekabrın 27-si kreditinin son günü imiş. Bazar gününə düşdüyü üçün fikirləşmiş ki, onsuz da həmin gün bank işləmir və kreditini ödəyə bilməyəcəkdir. Tağıya demiş ki, heç olmasa səhərə kimi həll elə, krediti sabah keçirsin. Kreditin məbləği 230 manatdır. O da həll edəcəyini deyib ona söz vermiş və sağollaşmışlar. Səhəri gün o işdə olanda, saat 10:00-11:00 radələrində Tağıya yenə pulu ödəməsi ilə bağlı zəng vurmuşdur. ASAN Xidmətdə iş saatı 17:00-da bitsə də, həmin gün işlə bağlı problem olduğuna görə o, hardasa 7, 8-ə işləmişə kimi işdə qalmışdır. İşdən çıxdıqdan sonra iş yoldaşı ilə Karvan Hotelin aşağısında çayçıda oturub yaranan problemlə bağlı məsləhələşmişlər. Yarım saat, 40 dəqiqəlik söhbətdən sonra yolda, Musiqi məktəbinin aşağısında təsadüfən Tağı ilə rastlaşmışdır. Tağının sözlərinə görə onda narkotik vasitənin olduğunu bilib və buna görə də görüş təyin etmişlər. Lakin bununla bağlı aralarında nə telefon danışığı, nə də mesajlaşma olmuşdur. Əksinə, mesajlardan görünür ki, o narkotik vasitənin axtarışında olmuşdur. Hətta o, orda mesajlarda qeyd etmişdir ki, birini tapsalar özləri istifadə edərlər, birini də axşam yatmazdan əvvəl az miqdarını özü üçün istifadə edəcəkdir. Tağını görəndə onun telefonları sönülü imiş. Telefonlarından biri işləmir. Digəri də 15 %-dən artıq batereya saxlamır. Tağını görəndə pulu vurmusanmı deyəndə soruşmuş, o isə bir azını vurduğunu, qalanını da həll edəcəyini bildirmişdir. O, Tağıya demiş ki, pulun qalanını da həll et. Onsuz kredit bu gün gecikməyə düşübdür. Qeyri-iş saatı olduğu üçün bu gün vursa da, o sabahki tarixdən hesablanacaq. O da yaxşı demişdir. Gedəndə kefinin olmadığnı bildirmişdir. O, nə üçün deyə soruşanda olan pulunu onun kartına vurduğunu, narkotik vasitə almaq üçün pulunun qalmadığını demişdir. O da öz zənnincə yaxşılıq etdiyini düşünərək, öz üzərimdə olan narkotik vasitədən az miqdarda Tağıya vermişdir. İttiham aktında narkotik vasitənin bükülü vəziyyətdə olduğu qeyd olunub. Halbuki o, narkotik vasitəni əlinin içərisinə açıq vəziyyətdə qoymuşdur. Həmçinin 10 manata 0,3 qram narkotik vasitə alınması məntiqə uyğun deyil. Bundan sonra o, rayon mərkəzində dostları ilə görüşdükdən sonra evə qayıdarkən əməliyyatçı Asif tərəfindən saxlanılmışdır. Üzərimdə narkotik vasitənin olub-olmamasını soruşanda olduğunu demişdir. Lakin narkotik vasitənin satışı ilə təqsirləndirildiyini bilmirmiş. Çünki heç kimə narkotik vasitə satmamışdır. Bundan başqa “10 manat müqabilində o narkotik vasitəni satmışam” sözləri ifadə edilən sənədi Tural müəllim ona qol çəkdirmiş ki, bu sənin 2 günlük saxlanılmağın üçündür. Sənin işin hələ istintaqa gedəcək, araşdırılacaq. O da qol çəkmişdir. Həmçinin onun kart məlumatlarına baxılan zaman da narkotik vasitə satışı ilə bağlı hər hansı şübhəli məqam ortaya çıxmamışdır. Bu da ittiham aktında öz əksini tapmışdır. Üzləşmə zamanı video-çəkiliş aparılarkən o, əvvəlki vəkili, Tağı müəllim, müstəntiq və videonu çəkən şəxs olmuşdur. Tağı ilk ifadəsində narkotik vasitəni pul qarşılığında almadığını, onun narkotik vasitə satan olmadığını tam sərbəst ifadəsi ilə bildirmişdir. Bundan sonra üzləşmə bitmiş, vəkili onunla sağollaşıb getmiş, Şahid1 da əməliyyatçı çölə çıxarmışdır. Bundan 6-7 dəqiqə sonra Şahid1 yenidən otağa salınmış, vəkilini zəng edib yenidən çağırmışlar, Şahid1 1-ci ifadəsinin əksinə ifadə vermişdir. İkinci dəfə videonu çəkən də başqa polis əməkdaşı imiş. Bu da polis şöbəsinin kolidorunda olan kameralarda öz əksini tapıb. İkinci video çəkiliş zamanı o, işarə etmiş ki, müdaxilə etməsinlər, onlar məhkəmə zalında video görüntüyə baxan zaman da görünür ki, bu video görüntü də öz əksini tapıb. Tağı üzləşmə zamanı ikinci dəfə video çəkilən zaman suallara tam cavab vermir, gah başı ilə cavab verir, gah qısa hə cavabı verir. Ancaq videonun sonunda qeyd eləyir ki, Rəsul narkotik vasitə satan deyil. İttiham aktında elə yazıblar ki, guya o, ancaq yaxın adamlara, ondan istəyənlərə satır. Lakin o, işinə problem olmasın, ictimaiyyətə yayılmasın deyə təklikdə istifadə etmişdir. O, təklikdə istifadə edirdisə, satışı ilə necə məşğul ola bilərdi ki? Mətn mesajlarında guya yazılıb ki, qapının qarşısındadır. Əgər belə bir mesaj varsa, niyə narkotik vasitənin satışını evdən aralıda həyata keçirsin? Əgər o, onun satanı olsaydı üzərində dənələnmiş vəziyyətdə olardı. Təqsirləndirilən şəxs məhkəmədən barəsində ədalətli hökm çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində bildirmişdir ki, Qəbələ rayon Polis şöbəsinin inzibati binasında 1 №li xidməti otağında vəkilin, hal şahidlərinin iştirakı ilə təqsirləndirilən şəxsin üzərinə baxış keçirilmişdir. Üzərində narkotik tərkibli maddə aşkarlanıb. Bundan sonra video çəkiliş aparılaraq qablaşdırılıb, 103 saylı möhürlə möhürləndikdən sonra ekspertizaya təqdim olunub. Şəxs öz ifadəsində üzərində olan narkotik vasitənin bir qismini Şahid1 adlı şəxsə satdığını bildirmişdir. Özünün də uzun müddət narkotik vasitədən istifadə etdiyini bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində bildirmişdir ki, Təqsirləndirilən şəxs çoxdan tanıyır. Ailəli gediş-gəlişləri vardır. Onu hədələyirlər, lakin onu hədələyən polisin adın, soyadını bilmir. Hansı otaqda hədələdiklərini də bilmir. Ancaq onu Polis şöbəsinə ҫох çağırıblar. Ona nəyəsə qol çəkdiriblər. O, oxumağı, yazmağı bilmir. Nəyə qol çəkdirdiklərini də bilmir. Rəsulun qardaşının toyunda Rəsuldan 30 manat borc pul almışdır. 10 manat pulu var idi, Rəsula dəfələrlə zəng vurmuş ki, kartını at 10 manat pulu göndərsin. Qalan 20 manatı da olanda verəcəkdir. Hadisədən 2-3 gün qabaq da Rəsul özü ona zəng vurmuşdur ki, pulu nə vaxt verəcəksən. O da Rəsula demişdir ki, 10 manat pulu var, 20 manatı da olanda verəcəkdir. Pulu göndərən gün dəfələrlə zəng vurmuş, cavab verməmiş, sonra özü ona zəng vurmuşdur. Pulu göndərmiş, bundan 2-3 saat keçəndən sonra rayonun mərkəzində rastlaşmışlar. Rəsuldan istifadə etmək üçün narkotik olub-olmamasını soruşmuşdur. O da cibindən bir çəkməklik çıxarıb ovcuna qoymuşdur. Bu “Tabakstore” deyilən mağazanın qabağında olmuşdur. O gedəndən biraz sonra polis əməkdaşları onu tutmuşlar. Sonra onu döymüşlər, qulaqları şişmişdir. Ona demişlər ki, hardan almısan, o da demiş ki, Rəsuldan istifadə etmək üçün götürmüşdür. Pul ilə alıb-almadığını soruşanda pulsuz aldığını demişdir. Bir müddət keçdikdən sonra onu Polis şöbəsinə çağırmışlar, nəyəsə qol çəkmişlər. Bundan bir müddət də keçdikdən sonra onu çağırıb demişlər ki, deməlisən ki, narkotiki Rəsuldan pul ilə almısan. Onu hədələmişlər. Onun da körpə uşaqları var deyə qorxmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində bildirmişdir ki, 08 yanvar 2024-cü il tarixdə saat təxminən 20:30 radələrində Qəbələ şəhəri, Həzi Aslanov küçəsində Qəbələ rayon Laza kəndində qeydiyyatda olmaqla yaşayan Şahid1 narkotik vasitə istifadə etməsi, üzərində narkotik vasitə gəzdirməsi barədə daxil olmuş əməliyyat məlumatı əsasında o və Qəbələ RPŞ-nin CAB-ın əməliyyat müvəkkili Şahid2 Qəbələ şəhəri Həzi Aslanov küçəsinə getmişlər. Şahid1 həmin küçədə piyada şəkildə hərəkət etdiyini görmüşlər və ona yaxınlaşıb özlərini təqdim etmişlər. Onun narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirib, ondan üzərində narkotik vasitə olub-olmadığını şifahi sorğu etmişlər. Bu zaman Şahid1 üzərində narkotik vasitələr olduğunu bildirmiş, lakin həmin yer ictimai yer olduğundan və şəxsi nüfuzuna xələl gəlməməsi üçün narkotik vasitəni polis əməkdaşlarına Qəbələ rayon polis şöbəsində təqdim etmək istədiyini bildirib üzərinə baxışın Qəbələ rayon polis şöbəsində aparılmasını xahiş etmişdir. Belə olub həmin şəxsi Qəbələ RPŞ-yə gətirərək təhqiqatçıya təhvil vermişlər. Yol gələn zaman Şahid1 bildirmiş ki, üzərində olan narkotik vasitəni tanışı Rəsul adlı şəxsdən 10 manata almışdır. Bundan sonra Şahid1 üzərinə təhqiqatçı tərəfindən baxış keçirilmiş və Tağı üzərində olan qış gödəkcəsinin cibindən bir ədəd kağız bükümdə narkotik vasitə olduğunu deyib təqdim etmişdir. Həmin kağız bükümdə olan narkotik vasitə elektron tərəzidə çəkilmişdir. Daha sonra isə qablaşdırılmaqlıa götürülmüşdür. Baxış zamanı da Şahid1 bildirmiş ki, narkotik vasitəni Təqsirləndirilən şəxs adlı şəxsdən 10 manat pul vəsaiti müqabilində almışdır. Bundan sonra isə keçirilmiş təxirəsalınmaz əməliyyat axtarış tədbirləri nəticəsində narkotik vasitəni Şahid1 satmaqda, eləcə də üzərində gəzdirməkdə şübhəli bilinən Təqsirləndirilən şəxs Qəbələ şəhəri Həzi Aslanov küçəsində Vəndam dayanacağı adlanan ərazidə olması barədə məlumat əldə edib, həmin yerə getmişlər. Orada Təqsirləndirilən şəxs piyada şəkildə hərəkət etdiyini görmüşlər və ona yaxınlaşıb özlərini təqdim etmişlər. Onun narkotik vasitələrin qanunsuz dövriyyəsində, eləcə də narkotik vasitəni Şahid1 satmaqda şübhəli olduğunu bildirib, ondan üzərində narkotik vasitə olubolmadığını şifahi sorğu etmişlər. Bu zaman Təqsirləndirilən şəxs üzərində narkotik vasitələr olduğunu bildirmiş, lakin həmin yer ictimai yer olduğundan və şəxsi nüfuzuna xələl gəlməməsi üçün narkotik vasitəni polis əməkdaşlarına Qəbələ rayon polis şöbəsində təqdim etmək istədiyini bildirib üzərinə baxışın Qəbələ rayon polis şöbəsində aparılmasını xahiş etmişdir. Belə olub həmin şəxsi Qəbələ RPŞ-yə gətirərək təhqiqatçıya təhvil vermişlər. Bundan sonra Təqsirləndirilən şəxs üzərinə təhqiqatçı tərəfindən baxış keçirilmiş və onun üzərində olan qış gödəkcəsinin sağ və sol ciblərindən ümumilikdə iki ədəd sellofan bükümlərdə narkotik vasitəni təqdim etmişdir. Həmin sellofan bükümlərdə olan narkotik vasitələr elektron tərəzidə çəkilmişdir. Daha sonra isə qablaşdırılmaqla götürülmüşdür. Bundan sonra isə Təqsirləndirilən şəxs yaşadığı evə və həyətyanı sahəyə baxış keçirilmiş, lakin hər hansı bir qanunsuz vasitə aşkar edilməmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid2 digər Şahid3 ilə eyni məzmunlu ifadə verərək onun göstərdiklərini təsdiq etmişdir. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 234.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmələri şahidlərin ifadəsi, iş materialları və aşağıda göstərilən digər sübutlarlada təsdiq edilir. Belə ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı 09 yanvar 2024-cü il tarixdə şübhəli şəxs qismində verdiyi ifadəsində ona elan olunmuş ittiham üzrə özünü AR CM-nin 234.2-ci maddəsi ilə təqsirli bilmiş və göstərmişdir ki, ünvan 3 ünvanda qeydiyyatda olmaqla yaşayır. Təxminən bir ilə yaxındır ki, narkotik vasitədən istifadə edir və narkotik vasitəni ona adını bilmədiyi tanışı vermişdir. Şahid1 Qəbələ rayon Laza kənd sakinidir və Tağını təxminən 3 il müddətdir ki, tanıyır və tanışlığı həmyerli olaraq yaranmışdır. Şahid1 narkotik vasitə olan qurudulmuş marixuananı 08 yanvar 2024-cü il tarixdə satmış və Tağı ona məxsus Kapital Banka aid Cashback Black kartına 10 manat pul yükləmişdir. Hansı ki, həmin kartın üzərindəki rəqəmlər silinmişdir və rəqəmlər görünmür. Əvvəllər Şahid1 narkotik vasitənin satışını həyata keçirməmişdir. Göründüyü kimi Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı şübhəli şəxs qismində verdiyi ifadə məhkəmə baxışında elan edilərək tədqiq edilmişdir. Həmin ifadələrdən gürünür ki, Təqsirləndirilən şəxs qeyd olunan narkotik vasitələrin ona aid olduğunu, həmin narkotik vasitələri adını bilmədiyi tanışından aldığını, narkotik vasitəni Şahid1 satdığını etiraf etmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ibtidai istintaqda şübhəli şəxs qismində verdiyi ifadə sərbəst ifadədədir, həmin ifadə hər hansı fiziki və ya psixi təsir altında verməmişdir, ona görə də həmin ifadənin mötəbərliyini şübhə altına alan hallar müəyyən edilmədiyinə görə sübut növü kimi qəbul edilməli və məhkəmə istintaqında təqdiq olunan bütün sübutların məcmusu ilə birlikdə qiymətləndirilməlidir. Eyni zamanda işdə olan Qəbələ Rayon Məhkəməsinin 4(025)-5/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində «həbs» qətimkan tədbirinin seçilməsinə dair prokurorun təqdimatına baxıldığı zaman məhkəmə baxışında o, özünün təqsirli olduğunu etiraf etmiş, istintaqa səmimi ifadələr verməsinin və əməlindən peşman olmasının nəzərə alınmasını xahiş etmişdir. Həmçinin məhkəmə zamanı polis əməkdaşları tərəfindən işgəncələrə məruz qalmadığını bildirmişdir. Bundan əlavə Şahid1 xx.xx.2024-cü il tarixdə şahid qismində dindirilərkən əvvəlki ifadələrini təsdiq edərək əlavə olaraq ifadəsində bildirmişdir ki, ilkin ifadəsində də, sonrakı ifadələrində də, eləcə də Təqsirləndirilən şəxsla üzləşdirilən zaman da bildirmiş ki, Təqsirləndirilən şəxs 10 manat pul vəsaiti müqabilində bir büküm narkotik vasitə almışdır. Ona Təqsirləndirilən şəxs tanımadığı tanışları və qohumları yaxınlaşaraq bildirmişlər ki, Rəsuldan 10 manat pul vəsaiti müqabilində narkotik vasitə aldığını bildirməsin. Ona tanımadığı şəxslər bildirmişlər ki, ifadəsini dəyişərək Rəsuldan narkotik vasitəni pulsuz aldığını bildirsin. Lakin ifadəsini dəyişmək istəmir. Belə ki, hadisəni olduğu kimi bildirmişdir. Bir daha qeyd etmiş ki, Təqsirləndirilən şəxs ona 10 manat qarşılığında narkotik vasitə-qurudulmuş marixuana satmışdır. Rəsulun narkotik vasitə satdığını bilir. Lakin Rəsul bariqə kimi, yəni hamıya narkotik vasitə satan deyil. O, tək-tək tanıdığı şəxslərə, öz yaxınlarına, bir sözlə ondan narkotik vasitə istəyən şəxslərə narkotik vasitə-qurudulmuş marixuana satır. xx.xx.2024-cü il tarixdə Rəsulla arasında olan danışıqlar və zənglər Rəsuldan narkotik vasitə almaqla bağlı olmuş və nəticədə Rəsulun ona verdiyi kart hesabına 10 manat pul vəsaitini Milli-Ön ödəmə terminalından köçürmüşdür. Buna görə də aralarında olan telefon danışıqları xx.xx.2024-cü il saat 18:54 radələrinə kimi olmuşdur. Məhkəmə qeyd edir ki, Şahid1 məhkəmə zamanı ibtidai istintaqda verdiyi ifadəyə uyğun olmayan ifadələr verərək Təqsirləndirilən şəxs narkotik vasitə almadığını qeyd etsə də, ibtidai istintaq zamanı verdiyi ifadələrdə, həmçinin Təqsirləndirilən şəxsla üzləşən zaman, eyni zamanda Şahid1 barəsində məhkəmə tərəfindən inzibati materiala baxan zaman narkotik vasitəni Təqsirləndirilən şəxs 10 manat qarşılığında aldığını etiraf etmişdir. Bu səbəbdən məhkəmə Şahid1 məhkəmə zamanı verdiyi ifadələrə tənqidi yanaşır və hesab edir ki, təqsirləndirilən şəxsin ailə üzvlərinin təsiri nəticəsində ifadəsini dəyişmişdir. İşdə olan və məhkəmə baxışında tədqiq edilmiş 08 yanvar 2024-cü il tarixli “şəxsi axtarış və götürmə” aparılması haqqında qərar və protokoldan, həmin protokola əlavə edilmiş fotocədvəl və video görüntüdən görünür ki, həmin tarixdə AR CM-nin 234.1-ci maddəsi ilə şübhəli şəxs qismində tutulmuş Şahid1 üzərinə şəxsi axtarış və götürmə aparılmışdır. Şəxsi axtarış zamanı ilk olaraq şübhəli şəxs Şahid1 üzərində narkotik tərkibli maddənin olubolmaması və varsa əgər təqdim etməsi təklif edilmiş və Şahid1 üzərində narkotik maddənin olduğunu bildirərək üzərindəki qara rəngli qış gödəkçəsinin sol iç cibində saxlayaraq daşıdığı bir ədəd ağ rəngli damalı kağıza bükülü vəziyyətdə olan bükümü təqdim edərək içərisindəkinin narkotik vasitə olan marixuana olduğunu, həmin kütləni Qəbələ şəhər sakini Rəsul adlı şəxsdən sonuncuya məxsus kart hesabına 10 (on) manat göndərdikdən sonra həmin qiymətə aldığını, əvvəllər də təxminən 8 ay əvvəl Rəsul adlı şəxsdən 2 dəfə narkotik maddə aldığını, lakin həmin dəfələrdə ödəniş etmədiyini, narkotik maddədən təxminən 2 il müddətdir ki, istifadə etdiyini, lakin istifadəni mütəmadi olaraq deyil, narkotik maddə tapdığı hallarda etdiyini bildirmişdir. Daha sonra şübhəli şəxsin üzərinə baxış keçirilmiş və baxış zamanı Şahid1 üzərindəki qış gödəkçəsinin sol iç cibindən 01 paçka “ELİTE ROLL” markalı rızla aşkar edilmiş, hansı ki, şübhəli şəxs həmin rızladan narkotik maddəni çəkərkən doldurmaq məqsədi ilə istifadə etdiyini bildirmişdir. Daha sonra şübhəli şəxsin üst gödəkçəsinin sol yan cibindən 01 ədəd istifadə edilmiş tibbi bint aşkar edilmiş, gödəkçənin sağ yan cibi boş vəziyyətdə olmuş, şalvarın sol yan cibindən 1 ədəd 1 manatlıq (A********) pul əskinazı, şalvarın sağ yan cibindən isə 01 ədəd HONOR markalı mobil telefon, 2 ədəd 5 manatlıq (A59518875 və ********) pul əskinazları aşkar edilmiş, şalvarın arxa sağ və sol cibləri isə boş vəziyyətdə olmuşdur. Baxış zamanı şübhəli şəxs Şahid1 üzərindəki qara rəngli qış gödəkçəsinin sol iç cibindən aşkar edilən özünün narkotik vasitə olan marixuana olduğunu bildirdiyi yaşıl rəngli, xüsusi spesifik iyə malik kütlə 01 ədəd sayda zərfdə qablaşdırılıb, üzəri DİN-in zərflər üçün nəzərdə tutulmuş “103” nömrəli möhürü ilə möhürlənmiş və zərfdə müvafiq qeydlər aparılmış, daha sonra isə imzalanması üçün şübhəli şəxsə, müdafiçəsinə və digər iştirakçılara təqdim edilmiş, şübhəli şəxs Şahid1, eləcə də istintaq hərəkətinin digər iştirakçıları zərfin üzərinə imza ataraq heç bir etirazlarının olmadığını bildirmişlər. Bununla da şübhəli şəxs Şahid1 üzərinə şəxsi axtarış və götürmə aparılması istintaq hərəkəti başa çatdırılmışdır. Şəxsi axtarış və götürmə zamanı mobil telefondan istifadə edilməklə video və fotoçəkiliş aparılmışdır. İşdə olan və məhkəmə baxışında tədqiq edilmiş 08 yanvar 2024-cü il tarixli “şəxsi axtarış və götürmə” aparılması haqqında qərar və protokoldan, həmin protokola əlavə edilmiş fotocədvəl və video görüntüdən görünür ki, həmin tarixdə AR CM-nin 234.2-ci maddəsi ilə şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə aparılmışdır. Şəxsi axtarış zamanı ilk olaraq şübhəli şəxs Təqsirləndirilən şəxs üzərində narkotik tərkibli maddənin olub-olmaması, əgər varsa təqdim etməsi təklif edilmiş və Təqsirləndirilən şəxs üzərində narkotik maddənin olduğunu bildirərək əynindəki cins materialından olan gödəkçəsinin sağ sinə cibində saxlayaraq daşıdığı bir ədəd sellofan materialına bənzər siqaret formalı kağıza bükülü vəziyyətdə olan kütləni təqdim edərək içərisindəkinin narkotik vasitə olduğunu, lakin adını bilmədiyini, daha sonra gödəkçəsinin sol sinə cibində saxlayaraq daşıdığı bir ədəd ağ rəngli sellafon torbaya bükülü vəziyyətdə olan kütləni təqdim edərək içərisindəkinin nəşə olduğunu bildirmişdir. Daha sonra şübhəli şəxsin üzərindəki gödəkçənin sol yan cibinə baxış keçirilən zamanı oradan bir ədəd ağ rəngli təsbeh və 1 qutu istifadə edilmiş “Vinston” markalı siqaret, gödəkçənin sağ yan cibindən 01 ədəd “Redmi” markalı mobil telefon, gödəkçəsinin sol sinə cibindən iki ədəd "xxxx" a aid kart (5239 1517 7448 7139 nömrəli və nömrəsiz) aşkar edilmiş, gödəkçənin sağ sinə cibi boş vəziyyətdə olmuş, şalvarın sağ yan cibindən 01 ədəd ağ rəngli “Samsung” markalı telefon aşkar edilmiş, şalvarın sol yan cibi boş vəziyyətdə olmuş, şalvarın arxa sol cibindən 01 ədəd 1 manatlıq (A06537147 nömrəli) pul əskinazı və ağ rəngli boş damalı kağız aşkar edilərək götürülmüşdür. Şalvarın arxa sağ cibi isə boş vəziyyətdə olmuşdur. Şübhəli şəxs Təqsirləndirilən şəxs az müddətdir ki, narkotik maddələrdən istifadə etdiyini bildirmişdir. Baxış zamanı şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindəki cins materialından olan gödəkçəsinin sağ sinə cibində saxlayaraq daşıdığı bir ədəd sellofan materialına bənzər siqaret formalı kağıza bükülü vəziyyətdə olan kütlə elektron tərəzidə çəkilmiş və çəkisi 0.0435 qram və üzərindəki gödəkçəsinin sol sinə cibində saxlayaraq daşıdığı bir ədəd ağ rəngli sellafon torbaya bükülü vəziyyətdə olan kütlə də elektron tərəzidə çəkilmiş, çəkisi 0,0655 qram təşkil etdiyi müəyyən edilmişdir. Yekunda şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən aşkar edilən özünün narkotik vasitə olan nəşə olduğunu bildirdiyi yaşıl rəngli, xüsusi spesifik iyə malik kütlələr 02 ədəd sayda zərfdə qablaşdırılıb, üzəri DİN-in zərflər üçün nəzərdə tutulmuş “103” nömrəli möhürü ilə möhürlənmiş və zərfə müvafiq qeydlər aparılmış, daha sonra isə imzalanması üçün şübhəli şəxsə, müdafiçəsinə və digər iştirakçılara təqdim edilmiş, şübhəli şəxs Təqsirləndirilən şəxs, eləcə də istintaq hərəkətinin digər iştirakçıları zərfin üzərinə imza ataraq heç bir etirazlarının olmadığını bildirmişlər. Bununla da şübhəli şəxs Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə aparılması istintaq hərəkəti başa çatdırılmışdır. Şəxsi axtarış və götürmə zamanı mobil telefondan istifadə edilməklə video və fotoçəkiliş aparılmışdır. İşdə olan və məhkəmə baxışında tədqiq edilmiş 10 yanvar 2024-cü il tarixli “Samsung” markalı və “Redmi 10” markalı mobil telefonlara baxışın keçirilməsi haqqında” protokoldan və həmin protokola əlavə edilmiş fotocədvəldən görünür ki, həmin tarixdə icraatımda olan ********* nömrəli cinayət işi üzrə “Samsung” markalı və “Redmi 10” markalı mobil telefonlara tərəfimdən baxış keçirilmişdir. Baxışın keçirilməsinin əsas məqsədi Təqsirləndirilən şəxs istifadəsində olan “Samsung” markalı və “Redmi 10” markalı mobil telefonlarda iş üçün əhəmiyyət kəsb edən halların olub-olmadığını müəyyən etməkdən ibarət olmuşdur. “Samsung” markalı mobil telefona baxış keçirilən zaman telefonun içərisində mesaj bölməsinə daxil olduqda Təqsirləndirilən şəxs istifadəsində olan mobil nömrəyə Kapital Bank ASC-dən 4169- 7388-0185-0136 saylı kart hesabına xx.xx.2024-cü il tarixdə saat 18:57 radələrində 10 manat məbləğində pul vəsaitinin köçürülməsi barədə bildirişin gəldiyi müəyyən edilmişdir. Baxışda iştirak edən Təqsirləndirilən şəxs bildirmiş ki, həmin 4169-7388-0185-0136 saylı kart hesabı onun özünə məxsusdur və öz adına açılmış Cashback bonus kartıdır. Həmin 10 manat pul vəsaiti isə Şahid1 tərəfindən onun kart hesabına köçürülmüşdür. Bununla yanaşı “Redmi 10” markalı mobil telefona baxış keçirilən zaman telefonun içərisində “Birbank” proqramına daxil olduqda Təqsirləndirilən şəxs istifadəsində olan 4169-7388-0185-0136 saylı kart hesabına xx.xx.2024-cü il tarixdə saat 18:57 radələrində 10 manat məbləğində pul vəsaitinin köçürülməsi barədə bildirişin gəldiyi müəyyən edilmişdir. Baxışda iştirak edən Təqsirləndirilən şəxs bildirmiş ki, həmin 4169-7388-0185-0136 saylı kart hesabı onun özünə məxsusdur və öz adına açılmış Cashback bonus kartıdır. Həmin 10 manat pul vəsaiti isə Şahid1 tərəfindən onun kart hesabına köçürülmüşdür. Köçürülmə barədə də ona “Birbank” proqramı vasitəsi ilə qəbz göndərilmişdir. Odur ki, müvafiq baxışın keçirilməsi zamanı fotoşəkillər çəkilmiş və bu barədə tərəfimdən protokol tərtib edilmişdir. İşdə olan və məhkəmə baxışında tədqiq edilmiş xx.xx.2024-cü il tarixli Təqsirləndirilən şəxs “ifadəsinin yerində yoxlanılması haqqında” tərtib edilmiş protokoldan və həmin protokola əlavə edilmiş fotocədvəldən görünür ki, həmin tarixdə saat 11:00 radələrindən başlayaraq Təqsirləndirilən şəxs ifadəsi yerində yoxlanılmışdır. Qeyd olunan istintaq hərəkəti zamanı iş üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CPM-də göstərilən hüquq və vəzifələri izah edilmiş, daha sonra sonuncuya ifadəsində göstərdiyi xüsusatları əyani şəkildə yerində göstərməsi təklif edilmiş, Təqsirləndirilən şəxs ona edilmiş təkliflə razılaşmış və bundan ötrü Qəbələ şəhəri Həzi Aslanov küçəsinə getmək lazım olduğunu bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs göstərdiyi marşrut üzrə Qəbələ şəhəri Həzi Aslanov küçəsinə çatdıqda Təqsirləndirilən şəxs bildirmiş ki, avtomobili saxlamaq lazımdır. Ardınca Təqsirləndirilən şəxs Şahid1 bir büküm narkotik vasitə-qurudulmuş marixuana verdiyi yeri əyani şəkildə göstərərək bildirmişdir ki, xx.xx.2024-cü il tarixdə saat 20 radələrində Şahid1la həmin yerdə görüşmüş, Şahid1 kartına pulu vurub-vurmadığını soruşmuş, Şahid1 ona kartına 10 manat pul vurduğunu bildirmiş, Tağı ondan istifadə etmək üçün narkotik vasitə-qurudulmuş marixuana istəmiş, o da Tağıya bir büküm narkotik vasitə-qurudulmuş marixuananı vermişdir. Bundan sonra isə həmin küçədə piyada hərəkətdə olan zaman saat 22-23 radələrində polis əməkdaşları ona yaxınlaşaraq narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirərək Qəbələ RPŞ-nə gətirmişlər. İşdə olan və məhkəmə baxışında tədqiq edilmiş xx.xx.2024-cü il tarixli Şahid1 “ifadəsinin yerində yoxlanılması haqqında” tərtib edilmiş protokoldan və həmin protokola əlavə edilmiş fotocədvəldən görünür ki, həmin tarixdə saat 11:00 radələrindən başlayaraq Şahid1 ifadəsi yerində yoxlanılmışdır. Qeyd olunan istintaq hərəkəti zamanı iş üzrə şahid qismində dindirilmiş Şahid1 Azərbaycan Respublikası CPM-də göstərilən hüquq və vəzifələri izah edilmiş, daha sonra sonuncuya ifadəsində göstərdiyi xüsusatları əyani şəkildə yerində göstərməsi təklif edilmiş, Şahid1 ona edilmiş təkliflə razılaşmış və bundan ötrü Qəbələ şəhəri Həzi Aslanov küçəsinə getmək lazım olduğunu bildirmişdir. Bundan sonra Şahid1 göstərdiyi marşrut üzrə Qəbələ şəhəri Həzi Aslanov küçəsinə çatdıqda Şahid1 bildirmiş ki, avtomobili saxlamaq lazımdır. Ardınca Şahid1 Təqsirləndirilən şəxs bir büküm narkotik vasitə-qurudulmuş marixuananı aldığı yeri əyani şəkildə göstərərək bildirmişdir ki, xx.xx.2024-cü il tarixdə göstərdiyi ünvanda Təqsirləndirilən şəxs bir büküm narkotik vasitə-qurudulmuş marixuananı 10 manat pul vəsaiti müqabilində almışdır. Lakin pulu Rəsula əlbəəl deyil, əvvəlcədən Təqsirləndirilən şəxs kart hesabına köçürtmüşdür. İfadənin yerində yoxlanılması zamanı Şahid1 bildirmiş ki, əvvəllər də bir neçə dəfə Təqsirləndirilən şəxs narkotik vasitə-qurudulmuş marixuana almışdır. İşdə olan və məhkəmə baxışında tədqiq edilmiş 02 mart 2024-cü il tarixli “Honor” markalı mobil telefona baxışın keçirilməsi haqqında” protokoldan və həmin protokola əlavə edilmiş fotocədvəldən görünür ki, həmin tarixdə ********* nömrəli cinayət işi üzrə Şahid1 məxsus olan “Honor” markalı mobil telefona tərəfimdən baxış keçirilmişdir. Baxışın keçirilməsinin əsas məqsədi Təqsirləndirilən şəxs ifadəsində Şahid1la xx.xx.2024-cü il tarixdə təsadüfən rastlaşdığını bildirdiyi üçün onun həqiqətən də Şahid1la təsadüfən rastlaşması faktının real olub-olmamasının, eləcə də Təqsirləndirilən şəxsla Şahid1 arasında telefon danışıqlarının olub-olmamasının müəyyən edilməsi, həmçinin Şahid1 istifadəsində olan “Honor” markalı mobil telefonda iş üçün əhəmiyyət kəsb edən halları müəyyən edib qeyd olunan cinayət hadisəsində əhəmiyyət kəsb edib-etmədiyini müəyyən etməkdən ibarətdir. “Honor” markalı mobil telefona baxış keçirilən zaman telefonun içərisində zənglər bölməsinə daxil olduqda ***- ***-**-** saylı mobil nömrənin “Resul lezgi” adı ilə kontaklar siyahısına salındığı, 08 yanvar 2024-cü il tarixdə saat 10:56, 11:46, 13:07, 13:08, 15:10, 17:16, 17:17, 18:05, 18:12, 18:15, 18:37, 18:45 və 18:54 dəqiqələrdə “Resul lezgi” adlı ***-***-**-** saylı mobil nömrə ilə telefon zənglərinin və danışıqların olduğu müəyyən edilmişdir. Odur ki, müvafiq baxışın keçirilməsi zamanı fotoşəkillər çəkilmiş və bu barədə protokol tərtib edilmişdir. İşdə olan və məhkəmə baxışında tədqiq edilmiş məhkəmə-bioloji ekspertizasının xx.xx.2024-cü il tarixli 17/30 saylı rəyində aşağıdakılar göstərilmişdir: - Tədqiqata təqdim edilmiş, üzərində “İştirakçılar. Şübhəli şəxs Şahid1...” yazıları, digər adlar və imzalar olan 01(bir) ədəd zərfin içərisindəki 01(bir) ədəd kağız bükümdə, təmiz çəkisi- 0,30 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə(kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - qurudulmuş marixuanadır. Bununla yanaşı məhkəmə-bioloji ekspertizasının xx.xx.2024-cü il tarixli 17/30 saylı rəyindən görünür ki, təqdim edilmiş Şahid1 aşkar edilərək götürülmüş marixuananın ümumi təmiz çəkisi 0,30 qram olmuş, 0,02 qramı tədqiqata sərf edildikdən sonra 0,28 qram qalmışdır. İşdə olan və məhkəmə baxışında tədqiq edilmiş məhkəmə-bioloji ekspertizasının xx.xx.2024-cü il tarixli 17/31 saylı rəyində aşağıdakılar göstərilmişdir: - Tədqiqata təqdim edilmiş, üzərində “İştirakçılar. Şübhəli şəxs Təqsirləndirilən şəxs...” yazıları, digər adlar və imzalar olan 01(bir) ədəd zərfin içərisindəki 01(bir) ədəd şəffaf bükümdə, təmiz çəkisi- 1,20 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə(kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə-qurudulmuş marixuanadır. - Tədqiqata təqdim edilmiş, üzərində “İştirakçılar. Şübhəli şəxs Təqsirləndirilən şəxs...” yazıları, digər adlar və imzalar olan 01(bir) ədəd zərfin içərisindəki 01(bir) ədəd siqaret formasında bükülmüş kağız bükümdə, təmiz çəkisi- 0,52 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə(kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə-qurudulmuş marixuanadır. Həmin bükümün içərisində təmiz çəkisi 0,41 qram olan bitki mənşəli kütlə narkotik vasitələrə aid deyil. - Tədqiqata təqdim edilmiş Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş qurudulmuş marixuanalar ilə Şahid1 üzərindən aşkar edilmiş qurudulmuş marixuana tərkiblərinə görə eynidirlər. Bununla yanaşı məhkəmə-bioloji ekspertizasının xx.xx.2024-cü il tarixli 17/31 saylı rəyindən görünür ki, təqdim edilmiş Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş marixuanaların ümumi təmiz çəkisi 1,72 qram olmuş, 0,04 qramı tədqiqata sərf edildikdən sonra 1,68 qram qalmışdır. Eləcə də həmin ekspertiza zamanı eyniləşdirmə aparılan zaman Şahid1 üzərindən aşkar edilərək götürülmüş ümumi təmiz çəkisi 0,30 qram olmuş, 0,02 qramı tədqiqata sərf edildikdən sonra 0,28 qram qalmış marixuananın 0,02 qramı tədqiqata sərf edildikdən sonra 0,26 qram hissəsi qalmışdır. Eləcə də narkotik vasitələrə aid olmayan təqdim edilmiş Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş kütlənin ümumi təmiz çəkisi 0,41 qram olmuş, 0,02 qramı tədqiqata sərf edildikdən sonra 0,39 qram qalmışdır. İşdə olan və məhkəmə baxışında tədqiq edilmiş Qəbələ Rayon Məhkəməsinin 10 yanvar 2024-cü il tarixli 3(025)-8/2024 saylı qərarından görünür ki, məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şahid1 özünü Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsi ilə təqsirli bilərək izahatında göstərmişdir ki, 0, 08 yanvar 2024-cü il tarixdə saat təqribən 20:30 radələrində Qəbələ şəhəri H.Aslanov küçəsində yerləşən “Karvan Hotel” adlı otelin qarşısında yaşadığı ünvana getdiyi zaman davranışları yanından keçən polis əməkdaşlarında şübhə yaratmış və bu səbəbdən polis əməkdaşları yaxınlaşaraq ondan kim olduğunu və hara getdiyini, eyni zamanda üzərində narkotik tərkibli maddə olub-olmadığını soruşmuşlar. Bu zaman həyəcanlı olduğuna görə cavab olaraq üzərində narkotik tərkibli maddə olduğunu, lakin ətrafda onu tanıyan şəxslərin ola biləcəyinə görə üzərinə şəxsi axtarış keçirilməsini Qəbələ rayon polis şöbəsində aparılmasını xahiş etmiş və bu səbəbdən polis əməkdaşları onu polis şöbəsinə gətirmişlər. O, təxminən bir neçə il müddətdir ki, narkotik tərkibli maddələrdən istifadə edir və sonuncu dəfə narkotik tərkibli maddə olan qurudulmuş marixuananı Rəsul adlı Qəbələ şəhər sakinindən 10 manat kart hesabına göndərmək şərti ilə almışdır. Üzərinə şəxsi axtarış keçirilən zaman üzərindən aşkar edilərək götürülmüş narkotik maddəni Rəsuldan almışdır. O, əvvəllər də Rəsul adlı şəxsdən bir neçə dəfə narkotik maddə əldə etmişdir. Törətdiyi əməldən peşmandır, himayəsində azyaşlı uşaqlar vardır və ailəsini dolandıran yeganə şəxs odur. Həmçinin ibtidai istintaqa da səmimi ifadələr vermişdir. Cinayət işinin materiallarından görünür ki, Qəbələ Rayon Məhkəməsinin 17 yanvar 2024cü il tarixli “telefon və digər qurğularla aparılan danışıqların, rabitə və digər texniki vasitələrlə ötürülən məlumatların ələ keçirilməsi” haqqında qərarına əsasən "xxxx" MMC vasitəsi ilə iş üzrə Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** saylı mobil nömrəsindən xx.xx.2023cü il tarixdən xx.xx.2024-cü il tarixədək daxil olan və çıxan zənglərin siyahısına, mesajların məzmununa, daxil olan və çıxan zənglərin anten dairələrinə və abunəçilərə dair əldə edilərək məktubla Qəbələ rayon polis şöbəsinə göndərilmiş və 1 (bir) ədəd CD formatlı diskə yerləşdirilmiş məlumatlara 05 mart 2024-cü il tarixdə müstəntiq baxış keçirilmişdir. Baxışın keçirilməsinin əsas məqsədi Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı mobil nömrə ilə intensiv şəkildə əlaqə saxlanılan nömrələri müəyyən edib, həmin nömrələrin istifadəçilərinin qeyd olunan cinayətin törədilməsində əlaqələrinin olub-olmamasını müəyyən etməkdən ibarətdir. Məlumatlara baxış keçirilən zaman ***-***-**-** saylı mobil nömrənin abunəçisi və istifadəçisi Təqsirləndirilən şəxs yaxın mobil əlaqələrinin, yəni onun istifadəsində olan nömrə ilə mütəmadi olaraq əlaqə saxlayan şəxslərin Şahid1 məxsus ***-***-**-** saylı mobil nömrələrin istifadəçisinin olduğu müəyyən edilmişdir. Bununla yanaşı CD diskdə olan məlumatlara baxış keçirilərkən iş üzrə mühüm əhəmiyyət kəsb edən ***-***-**-** saylı mobil nömrənin abunəçisi və istifadəçisi Təqsirləndirilən şəxs Şahid1 məxsus ***-***-**-** saylı mobil nömrə ilə “Abi 5deqe gozle eynmi geynim cole cixim evde ona zeng vura bilmirem, Abi men evdeyem 20deqeye cixiram pul hardadi? onu gotrum verim sonra gorusek. Sende calis tez cixda, Stxa zeng vurmade da mende ozum yigmadim yaqinki evdedi diye yigmadi, Stxa danisdim indi menle birlikde 4 neferik. Biri bize bes etmez yeqin ki stxa. Men sizin qoymaginiza arxayin olub olara rahat soz vermisdim e yoxsa sene de demisdim da ki birini ozumuz hell ederik deye. Sizin qoydugunuzu bildim deye bulara rahat soz verdim yadi., halliyam, Qapinin agzindayam, Stxa atdime kodu bankaların qabagindayam, Dixi bes agdasda yer bilirsen? Hec kim bilmesin, Ordaki yaxsi sey deyil meslehet deyil ”kimi mesaj mətinlərinə rast gəlinmişdir. İşdə olan və məhkəmə baxışında tədqiq edilmiş xx.xx.2024-cü il tarixli “maddi sübutun tanınması və saxlanca verilməsi haqqında” qərardan görünür ki, Şahid1 aşkar edilərək götürülmüş ümumi təmiz çəkisi 0,30 qram olmuş, hər iki ekspertiza zamanı ümumilikdə 0,04 qramı tədqiqata sərf edildikdən sonra 0,26 qram qalmış marixuana, eləcə də Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş ümumi təmiz çəkisi 1,72 qram olmuş, ümumilikdə 0,04 qramı tədqiqata sərf edildikdən sonra 1,68 qram qalmış narkotik vasitə-qurudulmuş marixuana və Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş ümumi təmiz çəkisi 0,41 qram olmuş, ümumilikdə 0,02 qramı tədqiqata sərf edildikdən sonra 0,39 qram qalmış narkotik vasitələrə aid olmayan kütlə, eləcə də Şahid1 üzərindən aşkar edilmiş 1 ədəd “ELİTE ROLL” markalı rızla, həmçinin Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş və narkotik vasitəni Şahid1 satan zaman pul köçürülməsi edilmiş 02 ədəd "xxxx" ASC-yə məxsus olan bank kartları və 01 ədəd Samsung markalı, 01 ədəd isə Redmi markalı mobil telefonlar iş üzrə sübut əhəmiyyəti kəsb etdiyi üçün maddi sübut kimi tanınmış və Qəbələ RPŞ-nin maddi sübutların saxlama yerinə təhvil verilmişdir. İşdə olan və məhkəmə baxışında tədqiq edilmiş məhkəmə-narkoloji ekspertizasının 23 fevral 2024-cü il tarixli, 321 saylı rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs narkotik vasitə olan kannobinoidlərdən epizodik istifadə etmə halları olub, narkomaniya xəstəliyindən əzab çəkmir, narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı yoxdur. Narkoloji kabinetdə profilaktiki qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin materiallarına əlavə edilmiş Qəbələ RMX PHŞ-dən daxil olmuş xx.xx.2024cü il tarixli, 18-1-52/2-199/2024 saylı məktubdan görünür ki, Təqsirləndirilən şəxs RMX-nın PHŞ-nin poliklinika şöbəsinin psixiatriya və narkoloji kabinetlərində qeydiyyatda deyildir. Cinayət işinin materiallarına əlavə edilmiş Azərbaycan Respublikası DİN-nin BƏSİİ-nin verdiyi tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu olmayan şəxsdir. Cinayət işinin materiallarına əlavə edilmiş Qəbələ rayon İcra Hakimiyyəti Başçısının Qəbələ şəhər İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş 05 fevral 2024-cü il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə edilir. Cinayət işinin materiallarına əlavə edilmiş Qəbələ rayon İcra Hakimiyyəti Başçısının Qəbələ şəhər İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 5-59-12/2-3xx/xx/2024 nömrəli arayışdan görünür ki, Təqsirləndirilən şəxs ailə tərkibi atası 1968-ci il təvəllüdlü X5, anası 1975-ci il təvəllüdlü X6, qardaşı 1995-ci il təvəllüdlü X7, babası 1933-cü il təvəllüdlü X4 və qardaşının yoldaşı 2002-ci il təvəllüdlü X2 ibarətdir. Məhkəmə, məhkəmə istintaqı zamanı tədqiq edilmiş sübutların məcmusuna tam, hərtərəfli və obyektiv qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməsi tam sübuta yetirilir. Məhkəmə hesab edir ki, istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə düzgün tövsif edilmişdir və o, həmin maddə ilə təqsirli bilinib cəzalanmalıdır. Belə ki, “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli 2 saylı qərarının 4-cü bəndində göstərilmişdir ki, «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi anlayışının şərhi “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının Qanunun 1.0.9-cu maddəsində verilmişdir. Qanunun həmin maddəsinin mənasına görə, o cümlədən narkotik vasitələrin satın alınması, başqa əmlakla və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə qəbul edilməsi, tapılmış narkotik vasitənin mənimsənilməsi, yabanı çətənə bitkisinin, xaş-xaşın və ya onların müəyyən hissələrinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahələrindən tərkibində narkotik vasitələr olan bitkilərin yığılması hərəkətləri də başa düşülməlidir.» Həmin Qərarın 8-ci və 9-cu maddələrində məhkəmələrə izah edilir ki, “Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır.” Həmin qərarın 13-cü bəndində qeyd edilmişdir ki, şəxs narkotik vasitəni və ya psixotrop maddəni satış məqsədilə əldə edir və özündə saxlayırsa, belə maddə bir şəxsə və ya bir çox şəxsə satıla bilər. Əgər qeyd edilən maddə və ya onun bir hissəsi eyni vaxtda, yaxud da müxtəlif vaxtlarda iki və ya daha çox şəxsə satılarsa, belə satma həmin maddələrin satış məqsədi ilə əldə edilib saxlanılması hərəkətləri ilə birlikdə vahid niyyətlə əhatə olunduğundan təkrar satma kimi deyil, belə maddənin satış məqsədi ilə əldə edilməsi (saxlanılması) və satılması əməli kimi (bir əməl) qiymətləndirilməli və satış məqsədi ilə əldə olunmuş narkotik vasitə, psixotrop maddənin miqdarından asılı olaraq CM-in 234.2 və ya 234.4.3-cü maddəsi ilə tövsif edilməlidir. Cəza təyin edilərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinin tələbinə əsasən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2003-cü il 25 iyun tarixli, 4 saylı qərarının 1-ci bəndində göstərilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. İnsan hüquqları üzrə Avropa Məhkəməsi öz Qərarlarında dəfələrlə göstərmiş və Milli məhkəmələrə tövsiyə etmişdir ki, şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması üçün əsaslar olduqda məhkəmələr həmin şəxsin barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza növlərinin tətbiq edilməsinə üstünlük verməlidirlər. Cinayət törətmiş şəxsin cəmiyyətdən təcrid edilməsi yalnız bunun üçün möhkəm əsaslar olduqda və bu açıq-aşkar ictimai maraqlar baxımından zəruri olduqda tətbiq edilə bilər. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinin tələbinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə görə, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. “Məhkəmə Hökmü Haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 №-li qərarının, 45-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu zaman hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməli, seçilən cəzanın və ya digər cinayət-hüquqi xarakterli tədbirin təqsirləndirilən şəxsin islah olunması, ailəsinin həyat şəraitinə təsiri baxımından məqsədəuyğun olması izah edilməlidir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 nömrəli Qərarında nəzərdə tutulur ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Beləliklə də, Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən, məhkəmə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarmağı məqsədə müvafiq hesab edir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə istinad edilən cinayət əməlini təqsirli olaraq törətməsi Təqsirləndirilən şəxs ona istinad edilən cinayət əməlini törətməsi iş üzrə Təqsirləndirilən şəxs şübhəli şəxs qismində ilkin ifadəsi, iş üzrə keçirilmiş kompleks əməliyyat-axtarış fəaliyyətinin materialları, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə istintaq hərəkətləri keçirlən zaman tərtib edilmiş protokol və həmin protokola əlavə edilmiş videogörüntü ilə, aşkar edilərək götürülmüş maddi sübutlar, iş üzrə şahid qismində dindirilmiş Şahid1 ifadəsi, məhkəmə bioloji ekspertizalarının 09 yanvar 2024cü il tarixli 17/30 və 17/31 saylı ekspert rəyləri, məhkəmə narkoloji ekspertizasının 321 saylı rəyi, Şahid1 barəsində olan Qəbələ Rayon Məhkəməsinin 10 yanvar 2024-cü il tarixli 3(025)- 5/2024 və 10 yanvar 2024-cü il tarixli 3(025)-8/2024 və saylı qərarları, Şahid1 istifadəsində olan “Honor” markalı mobil telefona, Təqsirləndirilən şəxs istifadəsində olan “Samsung” markalı və “Redmi 10” markalı mobil telefonlara baxış keçirilməsinə dair tərtib edilmiş protokollar, həmin protokollara əlavə edilmiş fotocədvəllər və cinayət işinin materiallarına əlavə edilmiş digər sənədlərlə təsdiq edilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs “əsassız olaraq tutulması”, özünü CM-nin 234.2-ci maddəsi ilə təqsirli bilməməsi, heç kimə narkotik vasitə satmaması barədə qeydləri özünün müdafiəsi üçün gətirdiyi dəlillər hesab edilməlidir. Bundan əlavə məhkəmə o halı da nəzərə alır ki, məhkəmə iclaslarında Təqsirləndirilən şəxs və müdafiəçisi Müdafiəçi2 Təqsirləndirilən şəxs AR CM-nin 234.2-ci maddəsi ilə elan edilmiş ittihamın əsassız olduğunu, elan edilmiş ittihamla razı olmadıqlarını, belə ki, ittihamın ehtimallara əsaslandığını, heç bir əsaslı sübutun mövcud olmadığını bildirərək, iş üzrə Təqsirləndirilən şəxs barəsində cinayət təqibinə bəraətverici əsaslarla xitam verilməsini xahiş etmişdirlər. Bunun əsası kimi isə Şahid1 Təqsirləndirilən şəxs borc aldığını, Tağı Məmmədov tərəfindən Təqsirləndirilən şəxs kart hesabına göndərilmiş 10 manat pulun həmin borc ilə əlaqələndirməyə çalışmışlar. Bununla bağlı sübut kimi isə Təqsirləndirilən şəxs qardaşının toyunda hədiyyə kimi yazılmış pulların qeydiyyatını aparan dəftəri təqdim etmişlər. Həmin dəftərə baxış keçirlən zaman isə Şahid1 70 manat toya pul yazdığı müəyyən olunmuş və müdafiə tərəfinin fikirləri öz təqdim etdikləri sübutlarla təkzib olunnmuşdur. Toyda çəkilmiş şəklin isə ümumiyyətlə deyilən tarixə, yəni 24 dekabr tarixinə aidiyyatı olmaması, şəklin 09 dekabr tarixində olan başqa bir toyda çəkilməsi müəyyən olunmuşdur. Bu səbəbdən də məhkəmə təqsirləndirlən şəxsin verdiyi ifadə və təqdim etdiyi sübutlara tənqidi yanaşır. Həmçinin məhkəmə qeyd edir ki, “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 iyun 2024-cü il tarixli, 8 nömrəli qərarının 8-ci bəndində göstərilmişdir ki, Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması əməlinə Qanunun 1.0.11-ci maddəsində “miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlər” şəklində izah verilmişdir. Məhkəmələrə izah edilsin ki, Qanunun həmin maddəsində “digər şəxsi maraq” dedikdə, şəxsin özünün və ya yaxınlarının maddi xarakterli müəyyən öhdəliklərdən azad olunmasına nail olunması, qeyriəmlak xarakterli mənfəət əldə etmə və yaxud şəxsi narkotik vasitələrin, psixotrop maddələrin yayılmasına yönələn qanunsuz əməllər törətməyə sövq edən sair maraq başa düşülür. Narkotik vasitələri əldə edən üçün vasitəçilik edib narkotik vasitə almış şəxsin bunu edərkən özünün də narkotiki istehlak etmək məqsədi olması halı şəxsi maraq kimi qiymətləndirilə bilməz. Şəxsin bəxşiş şəklində narkotik vasitələri və ya psixotrop maddələri başqasına verməsi də onların qanunsuz yayılmasına yönələn (başqası tərəfindən qanunsuz olaraq əldə edilməsini təmin edən) ictimai zərərli maraqla şərtləndirildiyindən, belə motivasiya Qanunun 1.0.11-ci maddəsində nəzərdə tutulmuş “digər şəxsi maraq”, törədilmiş əməl isə narkotik vasitənin və ya psixotrop maddənin satılması kimi qiymətləndirilməlidir. Ali Məhkəmənin sözügedən plenum qərarından göründüyü kimi Şəxsin bəxşiş şəklində narkotik vasitələri və ya psixotrop maddələri başqasına verməsi də narkotik vasitənin və ya psixotrop maddənin satılması kimi qiymətləndirilməlidir. Hazırkı cinayət işi üzrə Təqsirləndirilən şəxs istər ibtidai istintaqda, istərsə də məhkəmə zamanı Şahid1 narkotik vasitəni satmasına baxmayaraq, bəxşiş şəklində verdiyini etiraf etmişdir. Məhkəmə Təqsirləndirilən şəxs barəsində cəza məsələsini müzakirə edərkən Azərbaycan Respublikası CM-nin 58-ci maddəsinin tələblərinə uyğun olaraq, onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, habelə şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmədə Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal müəyyən edilməmişdir. Məhkəmədə Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası CM-nin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, müsbət xarakterizə edilməklə şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halların və ağırlaşdıran halların olmamasını, habelə təyin olunan cəzanın həm onun özü, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə növündə cəza təyin etməyi qanuni, əsaslı və ədalətli hesab edir. İş materiallarından göründüyü kimi, Təqsirləndirilən şəxs barəsində Qəbələ Rayon Məhkəməsinin qərarı ilə 3 ay həddində «həbs» qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli 08 yanvar 2024-cü il tarixdən hesablanmışdır. Odur ki, Təqsirləndirilən şəxs təyin ediləcək cəzanın əvvəli 08 yanvar 2024-cü il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası CM-nin 56.1.1 və 56.1.2-ci maddələrinə əsasən, azadlıqdan məhrum etmə növündə cəzanın ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq olmayan müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün-məntəqə tipli cəzaçəkmə müəssisələrində; qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün-ümumi rejimli cəza çəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs hazırki hökmlə təyin ediləcək cəzasını Azərbaycan Respublikası CM-nın 56.1.2-ci maddəsinə əsasən ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Məhkəmə istintaqında tədqiq olunmuş ibtidai istintaq zamanı təyin edilmiş narkoloji Dispanserinin rəyindən göründüyü kimi, Təqsirləndirilən şəxs narkoloji kabinetdə profilaktik qeydiyyata alınması məsləhət görülür. Beləliklə məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs ərazi narkoloji kabinetdə profilaktik qeydiyyata alınmalıdır. İş üzrə məhkəmə məsrəfləri olan ekspertiza tədqiqatlarının dəyəri cəmi 34,55 (otuz dörd manat əlli beş qəpik) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilməlidir. Məhkəmə CPM-in 346.1.19-cu maddəsinin tələbləri baxımından iş üzrə maddi sübutlar məsələsini həll edərkən, iş üzrə maddi sübut kimi tanınmış və Qəbələ rayon Polis şöbəsində saxlanılan Şahid1 aşkar edilərək götürülmüş ümumi təmiz çəkisi 0,30 qram olmuş, hər iki ekspertiza zamanı ümumilikdə 0,04 qramı tədqiqata sərf edildikdən sonra 0,26 qram qalmış marixuana, eləcə də Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş ümumi təmiz çəkisi 1,72 qram olmuş, ümumilikdə 0,04 qramı tədqiqata sərf edildikdən sonra 1,68 qram qalmış narkotik vasitə-qurudulmuş marixuana və Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş ümumi təmiz çəkisi 0,41 qram olmuş, ümumilikdə 0,02 qramı tədqiqata sərf edildikdən sonra 0,39 qram qalmış narkotik vasitələrə aid olmayan kütlənin, eləcə də Şahid1 üzərindən aşkar edilmiş 1 ədəd “ELİTE ROLL” markalı rızla hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilməlidir. Həmçinin iş üzrə maddi sübut hesab edilən və Qəbələ rayon Polis şöbəsində saxlanılan Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş və narkotik vasitəni Şahid1 satan zaman pul köçürülməsi edilmiş 02 ədəd "xxxx" ASC-yə məxsus olan bank kartları və 01 ədəd Samsung markalı telefon hökm qanuni qüvvəsini aldıqdan və təqsirləndirilən şəxs cəzasını çəkib qutardıqdan sonra Təqsirləndirilən şəxs, 01 ədəd isə “Redmi” markalı mobil telefon isə hökm öz qanuni qüvvəsini aldıqdan sonra Şahid1 geri qaytarılmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə görə məhkəmə, hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli olan əmlakın olub-olmaması məsələsini həll etməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.1 və 99-1.1.1-ci maddəsinə əsasən məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) Xüsusi müsadirə olunan əmlak hesab olunur. Məhkəmə xüsusi müsadirə ilə bağlı məsələni müzakirə edərək hesab edir ki, iş üzrə belə bir əmlak olmadığından təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə ilə bağlı müddəa tətbiq edilməməlidir. İş üzrə mülki iddia yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 44.1; 344-347; 349; 351-353, 356, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinsin və ona 04 (dörd) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə növündə cəza təyin edilsin. Təqsirləndirilən şəxs hökmlə təyin olunmuş cəzasını, cəzaçəkmənin əvvəli 08 yanvar 2024-cü il tarixindən hesablanmaqla, ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs ərazi Narkoloji kabinetdə profilaktik qeydiyyata alınsın. İş üzrə məhkəmə məsrəfi olan 34,55 (otuz dörd manat əlli beş qəpik) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilsin. (büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu 3, X3, kod 210005, VOEN **********, müxbir hesab AZE41 NABZ********************, SFİFTBİK: CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi, VÖEN **********, hesab AZ34CTRE********************). İş üzrə maddi sübut kimi tanınmış və Qəbələ rayon Polis şöbəsində saxlanılan Şahid1 aşkar edilərək götürülmüş ümumi təmiz çəkisi 0,30 qram olmuş, hər iki ekspertiza zamanı ümumilikdə 0,04 qramı tədqiqata sərf edildikdən sonra 0,26 qram qalmış marixuana, eləcə də Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş ümumi təmiz çəkisi 1,72 qram olmuş, ümumilikdə 0,04 qramı tədqiqata sərf edildikdən sonra 1,68 qram qalmış narkotik vasitəqurudulmuş marixuana və Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş ümumi təmiz çəkisi 0,41 qram olmuş, ümumilikdə 0,02 qramı tədqiqata sərf edildikdən sonra 0,39 qram qalmış narkotik vasitələrə aid olmayan kütlənin, eləcə də Şahid1 üzərindən aşkar edilmiş 1 ədəd “ELİTE ROLL” markalı rızla hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. İş üzrə maddi sübut hesab edilən və Qəbələ rayon Polis şöbəsində saxlanılan Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş və narkotik vasitəni Şahid1 satan zaman pul köçürülməsi edilmiş 02 ədəd "xxxx" ASC-yə məxsus olan bank kartları və 01 ədəd Samsung markalı telefon hökm qanuni qüvvəsini aldıqdan və təqsirləndirilən şəxs cəzasını çəkib qutardıqdan sonra Təqsirləndirilən şəxs, 01 ədəd isə “Redmi” markalı mobil telefon isə hökm öz qanuni qüvvəsini aldıqdan sonra Şahid1 geri qaytarılsın. İş üzrə mülki iddia yoxdur. Hökm elan olunduğundan 20 (iyirmi) gün müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. (Həbsdə olan təqsirləndirilən şəxs aldığı vaxtdan 20 gün müddətinə). Hökm apellyasiya şikayəti və ya protesti verilmədikdə, həmin müddət başa çatdıqdan sonra qüvvəyə minir. Sədrlik edən: Abbas Əliyev
Məhkəmə qərarları › İş №1(025)-17/2024
Qəbələ Rayon Məhkəməsi Hökm — İş №1(025)-17/2024
21.08.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver