Azərbaycan Respublikası adından HÖKM Qəbələ şəhəri İş № 1(025)-17/2025 14.07.2025 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Abbas Baba oğlunun sədrliyi, məhkəmə iclas katibi Əbdürəhimova Fəridə Arif qızının katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikasının Baş X1 Müdafiəsi İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İİ dərəcəli hüquqşunas Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Qəbələ rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə xx.xx.1975-ci il tarixdə Qəbələ rayon Qəmərvan kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işsiz, Qəbələ rayon Soltannuxa kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, barəsində xx.xx.2025-ci il tarixli qərarla “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan xx.xx.2025-ci ilin tarixdə saat 20 radələrində Bakı şəhəri Yasamal rayonu ərazisində yerləşən “Şamaxinka” adlanan ərazidəki zibil qutusunun yaxınlığından taparaq qanunsuz olaraq əldə edib saxladığı xaş-xaş bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan tiryəkin bir hissəsini şəxsi istehlakı üçün istifadə etdikdən sonra qalmış 33,848 qram olmaqla xeyli miqdar hissəsini bir ədəd kiçik sellofan paketdə üzərində gəzdirərkən xx.xx.2025-ci il tarixdə saat 09:33 radələrində bu barədə daxil olmuş əməliyyat məlumatı əsasında keçirilmiş təxirə salınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində o, Qəbələ rayon polis şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinərək Qəbələ şəhəri ərazisində yerləşən “Zərifə Əliyeva” adına olan parkda piyada hərəkətdə olarkən saxlanılıb əməliyyat tədbirinin keçirilməsinə müvəkkil edilmiş əməkdaşlar tərəfindən saxlanıldığı yerdə videoçəkiliş aparılmaqla üzərinə baxış keçirilən zaman yuxarıda qeyd edilən mənbədən satış məqsədi olmadan qanunsuz olaraq əldə edərək üzərində gəzdirdiyi ümumi təmiz çəkisi 33,848 qram olmaqla xeyli miqdarda xaş-xaş bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə-tiryək 01 (bir) ədəd kiçik sellofan paketdə əynində olan qara rəngli cins şalvarın sağ yan cibindən aşkarlanaraq götürülmüşdür. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin (CPM) 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə protokollarını, ekspertiza rəylərini və digər sənədləri sübut növü kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi vardır, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə tövsif olunmuşdur. Belə ki, məhkəmə iclasında ifadə verərkən Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilərək göstərdi ki, əvvəllər oğurluq etdiyinə görə AR CM-in 177.2.3-cü maddəsinə əsasən məhkum edilmişdir. Narkotik vasitə aludəçisi deyildir. 2025-ci ilin mart ayının 16-sı Bakı şəhərinə bacanağının qızının toyuna getmişdir. Toy Əhmədli qəsəbəsində “Leyla” şadlıq sarayında keçirilmişdir. Toydan çıxaraq evə gəlmək üçün saat 20 radələrində “Şamaxinka” adlanan yerə gəlmiş, həmin yerdə zibil qutusunun yanında siqaret çəkən zaman qutunun yanında sellofan büküm görmüş, həmin bükümü götürmüş və içərisinə baxmış, bükümün içərisində ayrı-ayrı bərk halda qara rəngli maddə olduğunu görmüşdür. Televizorda və “tik-tok” sosial şəbəkəsindən gördüyü üçün həmin maddələrin tiryək olduğunu başa düşmüşdür. Əvvəllər eşitmiş ki, tiryəkin mədəyə xeyri var. Buna görə də həmin maddələri götürərək cibinə qoymuş və özü ilə birlikdə evə gətirmişdir. Mədəsi ağrıdığı üçün istifadə etmək məqsədilə özündə saxlamışdır. Bu barədə heç kimə məlumat verməmişdir. Həmin bükümləri mütəmadi olaraq üzərində gəzdirirmiş. Çünkü həmin maddənin qanunsuz olmasını bilirmiş və evdə də heçkimin bilməməsi üçün üzərində gəzdirirmiş. xx.xx.2025-ci il tarixdə səhər evdən çıxaraq Qəbələ şəhərinə iş üçün gəlmişdir. Qəbələ şəhərində Zərifə Əliyeva adına parka kafeyə çay içməyə getmişdir. Parkda olan zaman polis əməkdaşları ona yaxınlaşmışlar, narkotik vasitə gəzdirməyində şübhəli olduğunu bildirmişlər, o da həqiqətən narkotik vasitə gəzdirdiyini bildirmiş və əynindəki şalvarın sağ yan cibində saxladığı içərisində narkotik vasitə olan sellofan bükümü təqdim etmişdir. Həmin narkotik vasitələri polis əməkdaşları elektron tərəzidə çəkmişlər, çəkisi təxminən 35 qram olmuş, daha sonra qablaşdıraraq götürmüşlər. Daha sonra onu polis şöbəsinə gətirmişlər. Həmin narkotik vasitədən heç kimə verməmiş və ya satmamışdır. Həmin narkotik vasitədən təxminən 3-4 dəfə istifadə etmişdir. Üzərindən aşkar edilmiş narkotik vasitə-tiryəkdən başqa yerdə saxladığı narkotik vasitə yoxdur. Narkotik vasitə olan tiryəki satış məqsədi ilə əldə etməmiş və başqa şəxslərə satmamış, yalnız özü istifadə etmişdir. Həmin narkotik vasitə-tiryəki az-az udmaqla istifadə edirmiş. Mədəsinin ağrılarını sakitləşdirirmiş. Etdiyi əmələ görə peşmandır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, Qəbələ RPŞ-nin əməkdaşları tərəfindən 24 aprel 2025-ci il tarixdə keçirilmiş təxirə salınmaz əməliyyataxtarış tədbirləri nəticəsində Qəbələ rayon Soltannuxa kənd sakini Təqsirləndirilən şəxs narkotik vasitə qəbulunda və narkotik vasitəni satış məqsədi olmadan üzərində daşımasında şübhəli olması barədə məlumat əldə etmişlər və saat 09:33 radələrində əməliyyat müvəkkili Şahid2la və Qəbələ RPŞ-nin PPXB-nün sabiq polis nəfəri Rəhim Məmmədcanovla birlikdə rayonun Zərifə Əliyeva adına olan parka getmişlər. Həmin parkda Təqsirləndirilən şəxs piyada hərəkət etdiyini görmüşlər, ona yaxınlaşaraq özlərini təqdim etmişlər və ona narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirmişlər. Təqsirləndirilən şəxs özünü şübhəli aparmış və bildirmiş ki, üzərində narkotik vasitə vardır. Adı qeyd edilən şəxsin saxlanıldığı yerdə insanlar sıx şəkildə toplaşdığı üçün həmin ərazidən bir qədər kənarda üstünün yoxlanılmasına başlanmışdır. Təqsirləndirilən şəxs üstünün yoxlanılmasından qabaq ona üzərində olması ehtimal edilən narkotik vasitələri verməsi təklif edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs əynində olan qara rəngli cins şalvarın sağ yan cibindən 1 ədəd sellofan bükümdə güclü təsiredici narkotik vasitə tiryəkə bənzər bərk kütləni təqdim etmişdir. Həmin sellofan bükümün içərisində kəskin spesifik iyə malik olan narkotik vasitə-tiryəkə bənzər kütlələr aşkar edilmişdir. Bundan sonra sellofan büküm elektron tərəzidə çəkilib qablaşdırılmışdır. Təqsirləndirilən şəxs sorğu-sual edilmiş ki, üzərindən aşkar edilmiş narkotik vasitə-tiryək olduğunu bildirdiyi kütləni haradan əldə etmişdir?. O isə bildirmiş ki, həmin narkotiki Bakı şəhəri ərazisində zibil qutusunun yaxınlığından taparaq əldə etmişdir. Təqsirləndirilən şəxs bildirmiş ki, internet vasitəsilə araşdırarkən həmin tapdığı narkotik vasitənin tiryək olduğunu müəyyən etmiş və mədəsi xəstə olduğu üçün tiryəkdən az-az qırıb udmaqla istifadə etmişdir. Qeyd edilən bütün hərəkətlər Rəhim Məmmədcanov tərəfindən mobil telefonla video və foto çəkiliş aparılmaqla qeydə alınmışdır. Daha sonra Təqsirləndirilən şəxs Qəbələ RPŞ-nə gətirilib təhqiqatçıya təhvil verilmişdir. Bundan sonra təhqiqatçı tərəfindən həmin kütləyə Təqsirləndirilən şəxs iştirakı ilə baxış keçirilmişdir. Məhkəmədə şahid qismində Şahid2 Şahid1 ilə eyni məzmunlu ifadə verərək onun göstərdiklərini təsdiq etmişlər. İşdə olan və məhkəmə iclasında tədqiq olunan 24 aprel 2025-ci il tarixli Qəbələ RPŞ-nin CAB-ın əməliyyat müvəkkili polis leytenantı Şahid1 tərəfindən tərtib edilmiş əməliyyat-axtarış tədbirinin keçirilməsinə və şübhəli şəxsin üstünün yoxlanılmasına dair protokoldan, həmin protokola əlavə edilmiş foto və video görüntüdən görünür ki, həmin tarixdə barəsində əməliyyat-axtarış tədbiri keçirilən və üstü yoxlanılan şəxs Təqsirləndirilən şəxs üstünün yoxlanılması aparılmışdır. Həmin protokoldan, video və foto görüntülərdən görünür ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Qəbələ RPŞ-nə Təqsirləndirilən şəxs qanunsuz olaraq güclü təsiredici narkotik vasitələri satış məqsədi olmadan əldə edərək üzərində saxlaması, daşıması barədə daxil olmuş məlumat əsasında həyata keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı Təqsirləndirilən şəxs 24 aprel 2025-ci il tarixdə, saat 09:33 dəqiqədə Qəbələ şəhəri ərazisində yerləşən Zərifə Əliyeva adına olan parkda saxlanılmışdır. Təqsirləndirilən şəxs hüquq və vəzifələri, o cümlədən tutulan andan müdafiəçiyə malik olmaq hüququ izah olunmuşdur. Həmin şəxsin saxlanılan zaman paltarlarında, əşyalarında və ya bədənində narkotik vasitənin, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaların və ya sənədlərin olmasını ehtimal etməyə kifayət qədər əsaslar olduğundan saxlanıldığı yerdə insanların sıx toplaşması səbəbindən Təqsirləndirilən şəxs üstünü həmin yerə yoxlamaq mümkün olmadığı üçün təxminən bir qədər aralıda yoxlamağa başlanılmışdır. Üstünü yoxlama və götürmə aparılmasından əvvəl Təqsirləndirilən şəxs paltarlarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri və psixotrop maddələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri verməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan qara rəngli cins şalvarın sağ yan cibindən bir ədəd ağ sellofan bükümdə qara rəngli, güclü təsiredici narkotik vasitə-tiryəkə bənzər kütləni təqdim etmişdir. Daha sonra bir ədəd ağ sellofan bükümdə qara rəngli, güclü təsiredici narkotik vasitətiryəkə bənzər kütlə elektron tərəzidə çəkilmiş və qablaşdırma ilə birlikdə çəkisinin 35.05 qram olduğu müəyyən edilmişdir. Sonra qeyd edilən kütlə kağız zərfə qoyulmaqla qablaşdırılmış, üzəri DİN-in 103 nömrəli möhürü ilə möhürlənərək götürülmüş, zərflərin üzəri saxlanılan şəxs və iştirakçılar tərəfindən imzalanmışdır. Təqsirləndirilən şəxs verilən suallara cavab olaraq üzərindən aşkar edilmiş kütlənin narkotik vasitə-tiryək olduğunu, həmin tiryəki Bakı şəhəri ərazisindən zibil qutusunun yaxınlığından taparaq saxladığını, internet vasitəsilə araşdırarkən həmin tapdığının narkotik vasitə-tiryək olduğunu bildiyini, özünün mədəsi xəstə olduğuna görə həmin narkotik vasitədən az-az qıraraq udma yolu ilə qəbul etdiyini, üzərindən aşkar edilmiş narkotik vasitədən başqa narkotik vasitə olmadığını bildirmişdir. Üstünü yoxlama Qəbələ şəhəri Zərifə Əliyeva adına olan parkda keçirilmiş, üstü yoxlama zamanı Qəbələ RPŞ-nin PPXB-nün sabiq polis nəfəri, polis baş serjantı Rəhim Məmmədcanov tərəfindən “Samsung A25” markalı mobil telefonla video çəkiliş aparılmışdır. Protokolu yerində tərtib etmək üçün şərait olmaması səbəbindən Qəbələ RPŞ-nin İnzibati Binasında tərtib edilmişdir. Tərtib edilmiş protokol iştirakçılara ucadan oxunmuş, onlara protokola daxil edilməli olan qeydlər etmək hüququ və protokolu olduğu kimi və ya qeydlərlə birlikdə imzalamaq vəzifəsi izah olunmuşdur. İştirakçılar tərəfindən şikayət, təklif və protokola qeydlər daxil olmamışdır. Protokola əməliyyataxtarış tədbirinin keçirilməsi zamanı çəkilmiş video görüntünü özündə əks etdirən 01 ədəd DVD disk əlavə edilmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq olunan 24 aprel 2025-ci il tarixli Qəbələ RPŞ-nin TB-nin təhqiqatçısı Cavidan Əhmədli tərəfindən tərtib edilmiş “əməliyyat-axtarış tədbirini keçirməyə müvəkkil edilmiş şəxs tərəfindən təqdim edilən əşyalara baxış keçirilməsi və onların götürülməsi barədə” protokoldan, həmin protokola əlavə edilmiş fotocədvəl və video görüntüdən görünür ki, həmin tarixdə AR CM-nin 234.1-ci maddəsi ilə şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs iştirakı ilə əməliyyat-axtarış tədbirini keçirməyə müvəkkil edilmiş şəxs tərəfindən təqdim edilən əşyalara (predmetlərə) baxış keçirilmişdir. Aşkar edilmiş maddi sübutlar 01 ədəd zərfdə qablaşdırılmış formada təqdim edilmiş, həmin əşyalara və Təqsirləndirilən şəxs üzərinə onun könüllü razılığı əsasında ardıcıllıqla baxış keçirilmişdir. Baxış zamanı 01 ədəd zərfin içərisində 01 ədəd sellofan bükümə yığılmış narkotik vasitə olan bərk halda tiryəkə bənzər kütlələr aşkar edilmiş, həmin kütləinin çəkisi elektron tərəzidə çəkilmiş, sellofan bükümlə birlikdə çəkisinin 35,18 qram olduğu müəyyən edilmişdir. Həmin maddi sübut yenidən qablaşdırılaraq götürülmüşdür. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış zamanı sonuncunun üzərində cinayət xarakterli hər hansı əşya aşkar edilməmişdir. Bununla da əməliyyat-axtarış tədbirini keçirməyə müvəkkil edilmiş şəxs tərəfindən təqdim edilən əşyalara baxış keçirilməsi və götürmə aparılması istintaq hərəkəti başa çatdırılmış, baxış və götürmə zamanı mobil telefondan istifadə edilməklə video və fotoçəkiliş aparılmışdır. İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası mərkəzinin X9 təqdim etdiyi xx.xx.2025-ci il tarixli, 17/302 nömrəli rəyindən görünür ki: - Tədqiqata təqdim edilmiş, üzərində “Şübhəli şəxs/imza/ Təqsirləndirilən şəxs. Müdafiəçi /imza/ Müdafiəçi. /imza/ Şahid1... ” sözləri, adlar və imzalar yazılmış zərfin içərisindəki 01(bir) ədəd kiçik sellofan paketdə, təmiz çəkisi- 33,848 qram olan maddə xaş-xaş bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə-tiryəkdir. - Tiryək 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr siyahısı”na daxildir. - Bununla yanaşı məhkəmə-bioloji ekspertizasının xx.xx.2025-ci il tarixli 17/302 saylı rəyindən görünür ki, təqdim edilmiş Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş tiryəkin təmiz çəkisi 33,848 qram olmuş, 0,100 qramı tədqiqata sərf edildikdən sonra 33,748 qram qalmışdır. Cinayət işi materiallarına əlavə edilmiş məhkəmə-narkoloji ekspertizasının 31 may 2025ci il tarixli 882 saylı rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs narkotik vasitə olan tiryəkdən epizodik istifadə etmə halları olub, narkomaniya xəstəliyindən əzab çəkmir, narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı yoxdur. Narkoloji kabinetdə profilaktiki qeydiyyata alınması məsləhət görülür. Cinayət işi materiallarına əlavə edilmiş xx.xx.2025-ci il tarixli “maddi sübutun tanınması və saxlanca verilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş təmiz çəkisi 33,848 qram olmuş, 0,100 qramı tədqiqata sərf edildikdən sonra 33,748 qram qalmış tiryək sübut əhəmiyyəti kəsb etdiyindən ********* nömrəli cinayət işi üzrə maddi sübut kimi tanınmaqla saxlanması üçün Qəbələ RPŞ-nin maddi sübutların saxlama yerinə təhvil verilmişdir. Cinayət işi materiallarına əlavə edilmiş Qəbələ RMX PHŞ-dən daxil olmuş xx.xx.2025-ci il tarixli, 18-1-52/2-1160/2025 saylı məktubdan görünür ki, Təqsirləndirilən şəxs RMX-nın PHŞnin poliklinika şöbəsinin psixiatriya və narkoloji kabinetlərində qeydiyyatda deyildir. Cinayət işi materiallarına əlavə edilmiş tələbnaməyə, məhkəmə hökümlərinin surətlərinə və Qəbələ rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş 3-16-35-58/2-33071/2025 saylı məktuba əsasən müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs Zərdab rayon Məhkəməsinin xx.xx.2008-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirli bilinərək 03 il azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Şirvan Apellyasiya Məhkəməsinin xx.xx.2009-cu il tarixli qərarı ilə xx.xx.2008-ci il tarixli hökm dəyişdirilərək Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsinə əsasən 1500 manat cərimə cəzası təyin olunmuş və Qəbələ rayon İcra və Probasiya Şöbəsində probasiya qeydiyyatında olmamaqla məhkumluğu ödənilmişdir. Eyni zamanda Təqsirləndirilən şəxs barəsində xx.xx.2017-ci il tarixdə Qəbələ rayon Polis şöbəsində CM-nin 177.1-ci maddəsi ilə cinayət işi başlanılmış, AR CPM-nin 40.2.2-ci maddəsinə əsasən isə cinayət işinə xitam verilmişdir. Cinayət işi materiallarına əlavə edilmiş Zərdab Rayon Məhkəməsinin 07 oktyabr 2008-ci il tarixli 1(003)-59/2008 nömrəli hökmündən görünür ki, Təqsirləndirilən şəxs AR CM-nin 177.2.3-cü maddəsi ilə nəzərdə tutulan cinayəti etməkdə təqsirli bilinərək 3 (üç) il müddətinə azadlıqdan məhrum olunma cəzasına məhkum edilmişdir. Cinayət işi materiallarına əlavə edilmiş Şirvan Apellyasiya Məhkəməsinin 15 aprel 2009cu il tarixli 1(106)-94/2009 nömrəli qərarıdan görünür ki, apellyasiya şikayəti qismən təmin edilmiş, iş üzrə Zərdab rayon məhkəməsinin 07 oktyabr 2008-ci il tarixli hökmü dəyişdirilmiş, məhkum Təqsirləndirilən şəxs AR CM-nin 179.2.3-cü maddəsi ilə 3500 (üç min beş yüz) manat miqdarda cərimə cəzası təyin edilmişdir. AR CM-nin 69.4-cü maddəsinə əsasən onun 07 oktyabr 2008-ci il tarixdən həbsdə saxlanılmasını nəzərə alaraq ona təyin edilmiş 3500 (üç min beş yüz) manat miqdarında cərimə cəzası yüngülləşdirilərək üzərində 1500 (bir min beş yüz) manat miqdarında cərimə cəzası saxlanılmışdır. Cinayət işi materiallarına əlavə edilmiş Qəbələ Rayon İcra Hakimiyyəti başçısının Soltannuxa kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə edilir. Cinayət işi materiallarına əlavə edilmiş Qəbələ Rayon İcra Hakimiyyəti başçısının Soltannuxa kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 12may 2025-ci il tarixli, 5-59-37/2-201/2025 nömrəli arayışdan görünür ki, Təqsirləndirilən şəxs ailə tərkibi həyat yoldaşı X5, uşaqları 2004-ci il təvəllüdlü X6, 2006-ci il təvəllüdlü X7 və 2016-ci il təvəllüdlü X2 ibarətdir. Beləliklə, məhkəmə və məhkəməyədək araşdırma zamanı toplanmış sübutlara məcmu halında qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitəni əldə edib saxlamaqla üzərində daşımasında təqsirli olması özünün etirafedici ifadəsi ilə yanaşı, şahid ifadələri, ekspert rəyləri, işdə olan ifadələrin yerində yoxlanılması protokolu, digər istintaq hərəkəti protokolları və maddi sübutla tam sübuta yetirilir. Məhkəmə hesab edir ki, istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Belə ki, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 28 iyun 2008-ci il tarixli Qanununun 21-ci maddəsinə əsasən, «narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak üçün nəzərdə tutulan miqdarı şəxsi istehlak üçün mümkün, hər bir narkotik vasitənin və ya psixotrop maddənin ayrıayrılıqda birdəfəlik istehlakı həcminə əsasən müəyyən edilir. Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıları Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilir». Azərbaycan Respublikasının 28 iyun 2005-ci il Qanunu ilə təsdiq edilmiş “şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına habelə onların külli miqdarına görə” 1-ci siyahının 35-ci bəndinə görə narkotik vasitə hesab edilən tiryəkin şəxsi istehlak miqdarından artıq miqdarının yuxarı həddi 0,5 qram təşkil edir. Cinayət işinin materiallarından göründüyü kimi iş üzrə Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitə tiryəkin xalis çəkisi cəmi 33,848qram təşkil etmişdir ki, qeyd olunan siyahıya əsasən, həmin miqdar Təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edir. Beləliklə də, Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən, məhkəmə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarmağı məqsədəmüvafiq hesab edir. Məhkəmə Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs himayəsində bir azyaşlı uşağının olmasını, əməlindən səmini peşman olmasını cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cəzasını ağırlaşdıran hal müəyyən etmədi. Məhkəmə Təqsirləndirilən şəxs məhz hansı növ cəzanın təyin edilməsi məsələsinə baxarkən təqsirləndirilən şəxs tərəfindən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini səciyyələndirən halları, törətdiyi cinayət əməlində cəzanı yüngülləşdirən halın olmasını, cəzasını ağırlaşdıran halların olmamasını, habelə təqsirləndirilən şəxsə cəza təyin edilməsinin onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri imkanlarını, həm də cinayət qanunvericiliyinin qeyd edilən maddələrinin tələblərini rəhbər tutaraq hesab edir ki, ona ittiham edildiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrumetmə növündə cəzasının təyin edilməsi əsaslı və ədalətlidir. Belə ki, Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən, «cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır». Həmin Məcəllənin 58.3-cü maddəsinə görə, «cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır». Qeyd olunan hüquq normalarının və qərarın mənasına görə, cəza sosial ədalətin bərpası, məhkumların islah edilməsi və cinayətlərin qarşısının alınması məqsədlərinə xidmət edir. Sosial ədalətin bərpası zərəçəkmiş şəxslərə münasibətdə onun cinayət nəticəsində pozulmuş hüquqlarının və qanuni mənafelərinin mühafizəsi yolu ilə həyata keçirilir. Bu zaman cəza vurulmuş zərərin ödənilməsi imkanını və onun mümkün həddini, məhkumun məhrumiyyətlərini, həmçinin hüquq və azadlıqlarının məhdudlaşdırılmasının cinayət nəticəsində zərərçəkmiş şəxsə vurulmuş zərərlə uyğunluğunu təmin etməlidir. Cəza tətbiq etməklə məhkumun islah edilməsi, müəyyən məhdudiyyətlər tətbiq edilməsi yolu ilə onun yeni cinayət törətməsi imkanlarının aradan qaldırılması, onda qorxu yaradılması və s. fiziki və psixoloji amillər xüsusi xəbərdarlıq mexanizminin elementləri kimi çıxış edir. Cəzanın xüsusi xəbərdarlıq məqsədinə o vaxt nail olunur ki, məhkum yeni cinayət törətmir. Cəzanın ümumi xəbərdarlıq məqsədi konkret şəxsə, yəni cinayət törətmiş şəxsə cəza təyin etməklə cəmiyyətin cinayətə meyilli üzvlərinə təsir göstərməklə onları cinayətdən çəkindirməyi nəzərdə tutur. Yeni cinayətlərin qarşısının alınması cəzanın tətbiq edilmədiyi şəxslərə qarşı yönəlir. Bu zaman cəza hər hansı şəxs tərəfindən törədiləcək cinayətə dövlətin adekvat reaksiyası kimi qalır və profilaktik xarakter daşımaqla, çəkindirici rol oynayır. Bu səbəbdən də, məhkəmə qeyd edir ki, cinayət mühakimə icraatını həyata keçirən məhkəmə tərəfindən qəbul edilən qərar cinayət qanunu ilə mühafizə olunan ictimai münasibətlərin qorunması sahəsində dövlətin ictimai təsir gücüdür və qanunçuluğun təcəssümüdür. Cinayətin törədilməsi sübut edildikdə, onun ardınca məqsədəuyğun cəzanın təyin edilməsi gəlməlidir. Bu, güclü çəkindirici təsirə malik olar. Əksinə, yüngül cəzaların təyin edilməsi yalnız cəzasızlıq mühiti yarada bilər. Həmçinin, ümumilikdə götürdükdə narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı olan cinayətin ictimai təhlükəliliyi ondan ibarətdir ki, narkomaniya ümumbəşəri bəlaya çevrilərək fiziki mənada ayrı-ayrı xalqların genofonduna, cəmiyyətin mənəvi və əxlaqi dəyərlərinə sarsıdıcı zərbələr vurur, qarşısının alınması külli miqdarada xərclər bahasına böyük çətinliklər yaradır. Məhz buna görə də X3 1961-ci il “Narkotik vasitələr haqqında” Vahid Konvensiyası, 1971-ci il “Psixotrop maddələr haqqında” və 1988-ci il “Narkotik vasitələr və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə mübarizə haqqında” Konvensiyalarda narkotik vasitələrin, güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsi beynəlxalq cinayət hesab edilmiş, konvensiyalara qoşulmuş bütün dövlətlərin narkotik vasitələrin, güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsi ilə mübarizə üçün ciddi tədbirlərin görülməsi zəruri hesab edilmişdir. Azərbaycan Respublikası bu konvensiyalara qoşulmaqla bu qəbildən olan cinayətkarlıqla mübarizədə üzərinə mühüm vəzifələr götürmüşdür. “Məhkəmə Hökmü Haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 №-li qərarının, 45-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu zaman hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməli, seçilən cəzanın və ya digər cinayət-hüquqi xarakterli tədbirin təqsirləndirilən şəxsin islah olunması, ailəsinin həyat şəraitinə təsiri baxımından məqsədəuyğun olması izah edilməlidir. İnsan hüquqları üzrə Avropa Məhkəməsi öz Qərarlarında dəfələrlə göstərmiş və Milli məhkəmələrə tövsiyə etmişdir ki, şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması üçün əsaslar olduqda məhkəmələr həmin şəxsin barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza növlərinin tətbiq edilməsinə üstünlük verməlidirlər. Cinayət törətmiş şəxsin cəmiyyətdən təcrid edilməsi yalnız bunun üçün möhkəm əsaslar olduqda və bu açıq-aşkar ictimai maraqlar baxımından zəruri olduqda tətbiq edilə bilər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə görə, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə növündə cəza təyin etməyi qanuni, əsaslı və ədalətli hesab edir. Belə ki, Təqsirləndirilən şəxs Zərdab rayon məhkəməsinin xx.xx.2008-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə təqsirli bilinərək 03 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Şirvan Apellyasiya Məhkəməsinin 15 aprel 2009-cu il tarixli 1(106)-94/2009 nömrəli qərarı ilə üzərində 1500 (bir min beş yüz) manat miqdarında cərimə cəzası saxlanılmışdır. Bundan əlavə Təqsirləndirilən şəxs barəsində xx.xx.2017-ci il tarixdə Qəbələ rayon Polis şöbəsində CM-nin 177.1-ci maddəsi ilə cinayət işi başlanılmış, AR CPM-nin 40.2.2-ci maddəsinə əsasən isə cinayət işinə xitam verilmişdir. Göründüyü kimi Təqsirləndirilən şəxs əvvəllər də başqa cinayət törətdiyinə görə məhkum olunmuşdur. Məhkumluğu ödənilsə də, cəzadan lazımi nəticə çıxarmamış, yenidən cinayətlər törətmişdir. Bu hal onun şəxsiyyətini mənfi xarakterizə edən haldır və ona təyin olunmuş azadlıqdan məhrumetmə ilə əlaqədar olmayan cəzanın məqsədini, yəni məhkumun islah edilməsini, həm özünün, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınmasını təmin edə bilməmişdir. Bütün bu hallar Təqsirləndirilən şəxs çətin islah olunan şəxs olduğuna dəlalət edir. Məhkəmə həm də gəldiyi qənaətdə ona görə israrlıdır ki, narkotik vasitələrin qanunsuz dövriyəsinə qarşı bütün dünyada ciddi mübarizə aparıldığı bir dövrdə və bəşəriyyət üçün “ağ ölüm” kimi bir bəlaya çevrilmiş bu qəbilədən olan cinayətləri törətmiş təqsirləndirilən şəxs barəsində təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının kifayət qədər əsaslar olmadan yüngülləşdirilməsini əsaslı və ədalətli hesab etmək olmaz. İş materiallarında olan 24 aprel 2025-ci il tarixli “şübhəli şəxsin tutulması” protokoldan göründüyü kimi, Təqsirləndirilən şəxs 24 aprel 2025-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, tutmanın əvvəli isə 24 aprel 2025-ci il saat 11:06-dan hesablanmış, 26 aprel 2025-ci il tarixdə barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. Ona görə də onun həbsdə saxlanıldığı 02 (iki) gün müddət Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə hesablamaqla təyin olunan azadlıqdan məhrumetmə cəzasından çıxılmalıdır. Məhkəmə hazırki hökmlə Təqsirləndirilən şəxs azadlıqdan məhrumetmə növündə cəza təyin ediləcəyini nəzərə alaraq hesab edir ki, onun barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri dəyişdirilərək həbs qətimkan tədbiri seçilməli, o, məhkəmə iclas zalından dərhal həbsə alınmalıdır. Odur ki, Təqsirləndirilən şəxs hökmlə təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzasının əvvəli 14 iyul 2025-ci il tarixdən hesablanmalı, onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası CM-nin 56.1.1 və 56.1.2-ci maddələrinə əsasən, azadlıqdan məhrum etmə növündə cəzanın ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq olmayan müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün-məntəqə tipli cəzaçəkmə müəssisələrində; qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün-ümumi rejimli cəza çəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs hazırki hökmlə təyin ediləcək cəzasını Azərbaycan Respublikası CM-nın 56.1.2-ci maddəsinə əsasən ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Bundan başqa, “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayətişləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli 2 saylı «Qərarın» 26-cı bəndində qeyd olunur ki, «məhkəmələr narkomaniya xəstəliyinə düçar olmuş təqsirli şəxslər barəsində cəza təyin edərkən onların cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi qaydada müalicə olunması məsələsini həll etməlidirlər (belə müalicənin tətbiq edilməli olubolmaması barədə müvafiq ekspertiza rəyi alınmalıdır). Bu halda məcburi müalicənin müddəti məhkəmələr tərəfindən hökmdə göstərilməməlidir. Narkomaniyadan məcburi müalicənin belə şəxslərə zərərli təsir göstərməsi həkim rəyində qeyd olunduğu halda və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 09 fevral 2006-cı il tarixli 39 №-li qərarının 3-cü bəndində nəzərdə tutulan digər hallarda məhkəmə hökmdə Cinayət Məcəlləsinin 93.1.4-cü maddəsinin tətbiq edilməməsinin səbəblərini əsaslandırmalı, belə şəxslərin ərazi narkoloji dispanserində qeydiyyata götürülməsi təmin edilməlidir». Məhkəmə istintaqında tədqiq olunmuş ibtidai istintaq zamanı təyin edilmiş narkoloji Dispanserinin rəyindən göründüyü kimi, Təqsirləndirilən şəxs narkoloji kabinetdə profilaktik qeydiyyata alınması məsləhət görülür. Beləliklə məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs ərazi narkoloji kabinetdə profilaktik qeydiyyata alınmalıdır. Təqsirləndirilən şəxs aşkar edilib götürülmüş, iş üzrə maddi sübut kimi tanınmış və Qəbələ rayon Polis şöbəsində saxlanılan bioloji ekspertizadan sonra qalmış 33,748 qram narkotik vasitə tiryək hökm öz qanuni qüvvəsini aldıqdan sonra məhv edilməlidir. Bundan başqa, iş üzrə məhkəmə məsrəfləri olan ekspertiza tədqiqatlarının dəyəri cəmi 71,94 (yetmiş bir manat doxsan dörd qəpik) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə görə məhkəmə, hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli olan əmlakın olub-olmaması məsələsini həll etməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.1 və 99-1.1.1-ci maddəsinə əsasən məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunan əmlak hesab olunur. Məhkəmə xüsusi müsadirə ilə bağlı məsələni müzakirə edərək hesab edir ki, iş üzrə belə bir əmlak olmadığından təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə ilə bağlı müddəa tətbiq edilməməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Qəbələ rayon vəkil bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli 31 nömrəli qərarının 1-ci bəndinə əsasən vəkilin sərf etdiyi hər saat üçün 11 manat miqdarında əmək haqqı ödənilməlidir. Vəkil tərəfindən dövlət hesabına göstərilən hüquqi yardım barədə hesabatdan görünür ki, Qəbələ rayon Vəkil Bürosunun vəkili Müdafiəçi Təqsirləndirilən şəxs məhkəmə baxışı dövründə hüquqlarını 6 saat müddətində müdafiə etmişdir. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş 6 saat hüquqi xidmətə görə vəkil Müdafiəçi 66 manat məbləğində pul dövlət büdcəsindən Qəbələ rayon Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 44.1; 344-347; 349; 351-353, 356, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinsin və ona 01 (bir) il 03 (üç) ay müddətinə azadlıqdan məhrumetmə növündə cəza təyin edilsin. Təqsirləndirilən şəxs 24 aprel 2025-ci il tarixdən 26 aprel 2025-ci il tarixədək həbsdə saxlanıldığı 02 gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılmaqla, üzərində qəti olaraq 01 (bir) il 02 (iki) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs hökmlə təyin olunmuş cəzasını, cəzaçəkmənin əvvəli 14 iyul 2025ci il tarixindən hesablanmaqla, ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri dəyişdirilərək, “həbs” qətimkan tədbiri ilə əvəz edilsin və o, məhkəmə iclas zalında dərhal həbsə alınsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs ərazi Narkoloji kabinetdə profilaktik qeydiyyata alınsın. İş üzrə məhkəmə məsrəfi olan 71,94 (yetmiş bir manat doxsan dörd qəpik) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilsin. (büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu 3, X4, kod 210005, VOEN **********, müxbir hesab AZE 41 NABZ********************, SFİFTBİK: CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi, VOEN **********, hesab AZ34CTRE********************). İş üzrə maddi sübut kimi tanınmış və Qəbələ rayon Polis şöbəsində saxlanılan bioloji ekspertizadan sonra qalmış 33,748 qram narkotikvasitə olan tiryək hökm öz qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. İş üzrə mülki iddia yoxdur. Təqsirləndirilən şəxs göstərilmiş 6 saat hüquqi xidmətə görə vəkil Müdafiəçi 66 manat məbləğində pul dövlət büdcəsindən Qəbələ rayon Vəkil Bürosunun hesabına köçürülsün. Hökm elan olunduğundan 20 (iyirmi) gün müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. (Həbsdə olan təqsirləndirilən şəxs aldığı vaxtdan 20 gün müddətinə). Hökm apellyasiya şikayəti və ya protesti verilmədikdə, həmin müddət başa çatdıqdan sonra qüvvəyə minir. Sədrlik edən: Abbas Əliyev
Məhkəmə qərarları › İş №1(025)-17/2025
Qəbələ Rayon Məhkəməsi Hökm — İş №1(025)-17/2025
14.07.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver