Azərbaycan Respublikası adından HÖKM Qəbələ şəhəri İş № 1(025)-18/2022 06.07.2022 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Abbas Baba oğlunun sədrliyi, məhkəmə iclas katibi Qafarlı Yelmar Elman oğlunun katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikasının Baş X4 Müdafiəsi İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Qəbələ rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə xx.xx.1985-ci il tarixdə Rusiya Federasiyası Tümen Vilayətində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, fərdi əməklə məşğul olan, Qəbələ rayon Vəndam qəsəbəsində yaşayış yeri üzrə qeydiyyatda olan, barəsində Qəbələ rayon Məhkəməsinin 01 aprel 2022-ci il tarixli qərarı ilə 03 (üç) ay müddətinə “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 185.2.3 və 234.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixə keçən gecə saat 03 radələrində narkotik vasitənin təsirindən yaranmış sərxoş vəziyyətdə Qəbələ rayonunun Vəndam qəsəbəsi ərazisində həmin qəsəbənin sakini əvvəllər tanıdığı həmkəndlisi Zərərçəkmiş şəxs faktiki olaraq sahibliyində və istifadəsində olan “Vaz 21013” markalı, **-CZ- *** dövlət qeydiyyat nişanlı avtomobilə əvvəlcə sərnişin qismində əyləşib, daha sonra həmin avtomobili talama məqsədi olmadan sonuncuya həyat üçün təhlükəli olmayan zor tətbiq etməklə, yəni onun qolundan tutub dartaraq fiziki zor göstərib ona sol saidin içəri aşağı 1/3-nin sıyrığı kimi sağlamlığa zərər vurmayan xəsarət yetirərək zorla avtomobilin sükanından yerə düşürüb, bundan sonra özü sükan arxasına əyləşib Zərərçəkmiş şəxs iradəsinə zidd formada qanunsuz olaraq ələ keçirərək idarə edib Qəbələ şəhər ərazisinə qaçırmış və həmin tarixdə gecə saat 04 radələrində Qəbələ şəhəri Həzi Aslanov küçəsinin Zərifə Əliyeva adına parkın qarşısından keçən hissəsində qeyd olunan avtomobillə hərəkətdə olarkən rayon polis şöbəsinin post-patrul xidmətinin əməkdaşları tərəfindən saxlanılmışdır. Eyni zamanda həmin faktla bağlı 31 mart 2022-ci il tarixdə gecə saat 04 radələrində Təqsirləndirilən şəxs Qəbələ RPŞ-nin əməkdaşları tərəfindən saxlanılaraq rayon polis şöbəsinə gətirilib şübhəli şəxs qismində tutularaq üzərinə şəxsi axtarış və götürmə aparılarkən onun istintaqa məlum olmayan mənbədən və tarixdə satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib saxlayaraq üzərində daşıdığı ağ sellofon bükümdə təmiz çəkisi 1.703 qram təşkil edən kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamin əynindəki qara rəngli gödəkçəsinin sağ yan cibindən aşkar edilərək götürülmüşdür. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Cinayət Məcəlləsinin 185.2.3 və 234.1-ci maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətmişdir. Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin (CPM) 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə protokollarını, ekspertiza rəylərini və digər sənədləri sübut növü kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi vardır, onun törətmiş olduğu cinayət əməlləri düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 185.2.3 və 234.1-ci maddələri ilə tövsif olunmuşdur. Belə ki, məhkəmə iclasında ifadə verərkən iş üzrə Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilərək göstərdi ki, Qəbələ rayon Vəndam qəsəbəsində yaşayır və orada daimi pasport qeydiyyatındadır. xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixinə keçən gecə saat təxminən 01 radələrində tanımadığı şəxsin idarə etdiyi avtomobili ilə Qəbələ şəhərinin mərkəzindən Vəndam qəsəbəsinin mərkəzinə gəlmişdir. Vəndam qəsəbəsində yerləşən “Xəzər İnşaat” tikinti materiallarının satışı mağazasının qarşısında həmkəndlisi Zərərçəkmiş şəxs idarə etdiyi göy rəngli “Vaz 21013” markalı **-CZ-*** dövlət qeydiyyat nişanlı avtomobilin hərəkətdə olduğunu görüb taksi sürücüsünə bildirmişdir ki, işarə edərək Zərərçəkmiş şəxs idarə etdiyi avtomobili saxlatsın. Avtomobilin sürücüsü idarə etdiyi avtomobilin işıqları ilə Qaçayın idarə etdiyi avtomobilə bir neçə dəfə işarə etməklə onun idarə etdiyi avtomobili saxlatmışdır. Gəldiyi taksi sürücüsünə yol pulunu verdikdən sonra həmin taksi sürcüsü oradan getmişdir. Sonra Qaçayın idarə etdiyi avtomobilə yaxınlaşıb avtomobilin ön sağ oturacağına əyləşmiş, avtomobildə başqa kimsə olmamışdır. Qaçaya onu yaşadığı ünvana aparmasını bildirmiş, Qaçay ona heç bir söz demədən idarə etdiyi avtomobillə yaşadığı Qəbələ rayon Vəndam qəsəbəsindəki evinin qapısının qarşısına gətirmişdir. Həyətinin giriş qapısının qarşısına çatdıqdan sonra evlərinə alınası lazım olan şeylər olduğuna görə Qəbələ şəhərinə qayıtmalı olmuş və Qaçaya bildirmişdir ki, avtomobili ilə onu Qəbələ şəhərinə aparsın. Qaçay onun sərxoş olduğunu görüb gec olduğundan yaşadığı evə getməli olduğunu bildirsə də avtomobilindən yerə düşməmişdir. Sonra Qaçay onu Qəbələ şəhərinə aparmağa razı olmuşdur. Qaçay avtomobilini işə salıb avtomobilini geri çevirib təxminən 500 metr aralandıqdan sonra avtomobil sürmək yadına düşdüyündən avtomobili idarə etmək üçün Qaçaydan avtomobili saxlamasını bildirmişdir. Lakin, Qaçay avtomobili saxlamadığına görə onun üzərinə ucadan qışqırdığı üçün Qaçay idarə etdiyi avtomobili saxlayıb avtomobilin sükanı arxasından yerə düşüb qaçmışdır. Bunu görərək Qaçayı səsləyib çağırmış ki, geri qayıdaraq avtomobilini aparsın. Lakin Qaçay geri qayıtmamışdır. Bundan sonra Qaçayın avtomobilinin sükanı arxasına əyləşərək avtomobili işə salıb idarə etməklə Qəbələ şəhərinin mərkəzinə qədər gəlmişdir. Şəhər mərkəzində Qaçaya məxsus avtomobillə hərəkətdə olduğu zaman arxadan təxminən 400-500 metr aralıqdan polis əməkdaşlarının xidməti avtomobillə yanıbkeçən sayrışan işıqları işlək vəziyyətdə ön işıqları “marqat” etməklə ondan avtomobili saxlamağını tələb etdikləri üçün avtomobili saxlamışdır. Polis əməkdaşları ona Zərərçəkmiş şəxs idarə etdiyi avtomobili qaçırdığı üçün barəsində sonuncunun etdiyi şikayət əsasında rayon polis şöbəsinə getməli olduğunu bildirmiş, o, etiraz etməyərək şöbəyə gəlmişdir. Həmin vaxtı narkotik vasitə qəbul etdiyi üçün onda şübhə yarandığından rayon polis şöbəsinə müdafiəçi və hal şahidləri dəvət edilərək polis əməkdaşları tərəfindən üzərinə öz razılığı ilə baxış keçirilmişdir. Baxış zamanı əynindəki gödəkcənin cibindən üzərində gəzdirdiyi və özü üçün istifadə etdiyi narkotik vasitə olan metamfetamin aşkar edilərək götürülmüş və elektron tərəzidə çəkildikdə ümumi çəkisi 1.8 qram olduğu müəyyən edilmişdir. Həmin narkotik vasitə ona məxsus olmuş və həmin narkotik vasitəni bir neçə gün əvvəl Vəndam qəsəbəsi ərazisindən tapmışdır. Polis əməkdaşları tərəfindən Qəbələ şəhəri ərazisində saxlanılarkən, eləcə də polis şöbəsinə gətirilərək üzərinə baxış keçirilən zaman polis əməkdaları tərəfindən heç bir təzyiqə və fiziki zora məruz qalmamışdır. Zərərçəkmiş şəxs qolundan tutub dartaraq avtomobildən yerə düşürməmiş və ona məxsus avtomobili talama məqsədi olmadan qaçırmış, avtomobili qaçırarkən avtomobilə maddi ziyan vurmamış, heç kimə narkotik vasitə satmamış, eləcə də digər formada heç kimə narkotik vasitə verməmişdir. Təqsirləndirilən şəxs ifadəsində 31 mart 2022-ci il tarixdə polis əməkdaşları tərəfindən üzərində şəxsi axtarış aparıldığı zaman aşkar edilmiş metamfetaminin özünə məxsus olmaması, həmin maddənin polis əməkdaşlarının onun cibinə qoyması barədə əsəbləşərək bildirdiyini, həqiqətdə isə onun üzərindən aşkar edilmiş metamfetaminin özünə məxsus olduğunu qeyd etmişdir. Sonda Təqsirləndirilən şəxs törətdiyi əməldən peşman olduğunu, zərərçəkmiş şəxslə barışıq əldə etdiyini, himayəsində 2 azyaşlı uşağının olmasını, həyat yoldaşının İİİ qrup əlil olaraq heç bir yerdə işləməməsini və ailəsini dolandıra biləcək yeganə şəxs olmasını nəzərə alaraq məhkəmədən ona həbslə bağlı olmayan cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş Zərərçəkmiş şəxs vermiş olduğu ifadəsində göstərdi ki, Qəbələ rayon Vəndam qəsəbəsində yaşayır və orada daimi pasport qeydiyyatındadır. 31 mart 2022-ci il tarixdə saat təxminən 01 radələrində idarə etdiyi özünə məxsus Vaz 21011 markalı, **-CZ-*** dövlət qeydiyyat nömrəli avtomobillə yaşadığı ev istiqamətdə hərəkətdə imiş. Magistral yoldan yaşadığı ev istiqamətinə gedən ara küçəyə döndüyü zaman arxadan ağ rəngli sürücüsünü, eləcə də dövlət nömrə nişanını tanımadığı avtomobilin sürücüsünün idarə etdiyi avtomobilin işıq işarələri ilə avtomobilini saxlamağını işarə etmişdir. Bu səbəbdən idarə etdiyi avtomobili saxlayaraq yan pəncərəni aşağıya salmış və görmüş ki, onu saxladan avtomobilin marakası Assamant markalı avtomobildir. Avtomobili idarə edən şəxsi tanımasa da, yanında əyləşən şəxsin həmkəndlisi Təqsirləndirilən şəxs olduğunu görmüşdür. Təqsirləndirilən şəxs həmin avtomobildən yerə düşərək ona tərəf gəlib avtomobilin ön sağ qapısını açıb avtomobilinə əyləşib onu evlərinə aparmağını tələb etmişdir. Samitin zahiri görüşündən, eləcə də danışığından sərxoş olduğu hiss olunmuşdur. Samitin təklifini qəbul edərək onu yaşadığı ünvana, həyətinin qiriş qapısının qarşısına gətirmişdir. Samit avtomobildən yerə düşməyərək, əksinə təxminən iki ay bundan əvvəl Vəndam qəsəbəsinin bazar yerində dayandığı zaman onu İsmayıllı rayonuna aparmamağını söz salaraq mübahisə yaratmışdır. Belə ki, təxminən iki ay bundan qabaq Samit ondan onu İsmayıllı rayonuna aparmaq tələbinə yox cavabı verdiyinə görə təhqir edərək ona siqaret almağını tələb etmişdir. Samitə gec olduğunu yaşadığı evə getməli olduğunu bildirsə də, o yenə də israr edərək onu Qəbələ şəhərinə aparmağını tələb etdiyi üçün məcburiyyət qarşısında qalaraq Samiti rayon mərkəzinə gətirmək qərarına gələrək geri qayıdıb asfalt yola çatmağa az məsafə qalmış Samit ona avtomobili yaxşı idarə etmədiyini və bundan xoşu gəlməyərək avtomobili saxlamağını tələb etmişdir. O, idarə etdiyi avtomobili saxladıqdan sonra Samit avtomobildən yerə düşərək sükan tərəfə gəlib qapını açıb sol qolundan tutub sıxmaqla ona fiziki zor tətbiq edib avtomobildən yerə düşürtmüşdür. Hətta istəmiş ki, açarla avtomobilin qapısını bağlasın, lakin Samit buna mane olaraq əli ilə çiyin nahiyyəsindən tutaraq dartıb maneə olmuşdur. Bundan sonra Samit avtomobili işə salaraq Qəbələ şəhəri istiqamətinə getmiş, çarəsiz qalaraq bu barədə AR DİN-nin 102 xidmətinə zəng vuraraq məlumat vermişdir. Təqsirləndirilən şəxs ona fiziki zor tətbiq edib avtomobildən yerə dartıb salması nəticəsində sol qolundan xəsarət almış, Təqsirləndirilən şəxs tərəfindən ona məxsus avtomobilə heç bir maddi ziyan vurulmamışdır. Samit ona fiziki zor tətbiq edib ona məxsus avtomobili əlindən alaraq Qəbələ şəhəri istiqamətinə gedərkən orada ancaq ikisi olmuşdur. xx.xx.2022-ci il tarixdə keçirilən məhkəmə iclasında Zərərçəkmiş şəxs məhkəməyə ərizə təqdim edərək, təqsirləndirilən şəxsin özünün, ailə üzvlərinin və yaxın qohumlarının ondan dəfələrlə üzr istəməsini, təqsirləndirilən şəxsin onunla qonşu olmasını və himayəsində 2 azyaşlı uşağının olmasını nəzərə alaraq təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbinin olmadığını bildirmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 bildirdi ki, Qəbələ rayon Topbağ kəndində yaşayır və orada daimi pasport qeydiyyatındadır. Qəbələ RPŞ-nin PPXB-ün polis nəfəri işləyir. Təqsirləndirilən şəxs baş vermiş məlum hadisədən sonra tanımış, əvvəllər və hazırda onunla heç bir düşmənçilik və ədavəti olmamışdır. xx.xx.2022-ci il tarixdə şöbənin PPXB-ün polis nəfəri Azad Baxışlı ilə birlikdə Qəbələ şəhəri ərazisində xidmətdə olmuşlar. Saat təxminən 03:24 radələrində şöbənin Növbətçi Hissəsindən efir vasitəsi ilə Vaz 21011 markalı ** CZ *** dövlət nömrə nişanlı minik avtomobilinin qaçırılması barədə məlumat verilərək həmin avtomobili şəhər ərazisində gördükdə saxlamaqları bildirilmişdir. Qəbələ şəhəri Həzi Aslanov küçəsində hərkətdə olduqları zaman qarşıda həmin göy rəngli vaz 21011 markalı ** VZ *** dövlət nömrə nişanlı avtomobilin hərəkət etdiyini görüb təxminən 400-500 metr aralıqdan sürücüyə ön işıqları “marqat” etməklə saxla işarəsi vermiş və sürücü avtomobili saxlamışdır. Həmin vaxt 21011 markalı ** VZ *** dövlət nömrə nişanlı avtomobil ilə onların avtomobilləri arasında təxminən 400-500 metr məsafə olmuş və onlarin xidmət etdiyi polis avtomobilində sayrışan işıqlar yanılı vəziyyətdə olmuşdur. Xidməti avtomobildən düşüb həmin avtomobilə yaxınlaşdıqda sürücü sonradan adını bildiyi Təqsirləndirilən şəxs avtomobildən yerə düşmüş və məlum olmuş ki, avtomobil ona məxsus deyil. Həmin vaxtı Təqsirləndirilən şəxs ağzının kənarları köpüklü vəziyyətdə olmuş, zahiri görünüşündən, gözlərində hiss olunacaq dərəcədə qızartılar olmuş ki, açıq aşkar şübhələr yaranmış ki, o, narkotik vasitədən istifadə edibdir. Bundan sonra Təqsirləndirilən şəxs saxladıqları yerə Qəbələ rayon polis şöbəsindən əlavə polis əməkdaşları gələrək onu rayon polis şöbəsinə gətirib təhvil verib bu barədə tərəfindən şöbə rəhbərliyinə raportla məruzə edilmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid2 ifadə verərək göstərdi ki, Qəbələ şəhəri Zərifə Əliyeva küçəsində yaşayır. Təqsirləndirilən şəxs baş vermiş məlum hadisədən sonra tanımış, əvvəllər və hazırda onunla heç bir düşmənçilik və ədavəti olmamışdır. xx.xx.2022-ci il tarixdə saat təxminən 06:30 radələrində Qəbələ rayon polis şöbəsinin inzibati binasında Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə keçirilərkən həmin baxışda iştirak etmişdir. Polis əməkdaşlarının Təqsirləndirilən şəxs üzərində narkotik vasitə olması şübhəli olduğundan ona hüquq və vəzifələri izah edilməklə müdafiəçinin iştirakı ilə üzərinə baxış keçirilmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs əyinində olan üzəri qara rəngli gödəkcənin sağ yan cibindan ağ sellofan büküm çıxmışdır. Həmin büküm açılarkən orada bilmiş ki, bükümün içərsində olan narkotik vasitə hesab edilən patı deyilən metamfetamindir. Həmin narkotik vasitə olan metafetamin elektron tərəzidə çəkildikdə ümumi çəkisi 1.8 qram olduğu müəyyən edilmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 01 ədəd bükümdəki psixotrop maddə olan metafetamin polis əməkdaşları tərəfindən götürülməklə qablaşdırılıbo, orada olan polis əməkdaşları, həmçinin Təqsirləndirilən şəxs və müdafiəçisitərəfindən imzalanmışdır. Baxış zamanı baxışı qeyd etdiyi ardıcıllıqla əks etdirən video görüntü və fotoşəkillər çəkilmiş, bundan sonra baxış başa çatmışdır. Təqsirləndirilən şəxs üzərinə baxış zamanı polis əməkdaşları tərəfindən Samitə qarşı hər hansı bir fiziki zor tətbiq edilməmişdir. Soltan Gəncimov ifadəsində əlavə olaraq qeyd etmişdir ki, polis əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs üzərinə psixotrop maddə metamfetaminin qoyulmasının şahidi olmamış, onun üzərinə baxış keçirilərkən psixotrop maddə Samitin üzərindən aşkar edilmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid3 digər Şahid2 ilə eyni məzmunlu ifadə verərək onun göstərdiklərini təsdiq etmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid4 bildirdi ki, Qəbələ rayon Vəndam qəsəbəsində müvəqqəti yaşayır, lakin NMR-sı Culfa rayonunda daimi pasport qeydiyyatındadır. Hal-hazırda Qəbələ RPŞ-nin Narkotiklərlə mübarizə qrupunun əməliyyat müvəkkili vəzifəsində işləyir. Təqsirləndirilən şəxs baş vermiş məlum hadisədən sonra tanımış, əvvəllər və hazırda onunla heç bir düşmənçilik və ədavəti olmamışdır. xx.xx.2022-ci il tarixdə şöbənin əməliyyat istintaq qrupunun üzvü olarkən Qəbələ rayon Vəndam qəsəbə sakini Zərərçəkmiş şəxs ona məxsus avtomobilin qaçırılması barədə AR DİN-nin 102 xidmətinə məlumat vermişdir. Həmin məlumat əsasında Zərərçəkmiş şəxs məxsus avtomobili qaçıran həmkəndlisi Təqsirləndirilən şəxs Qəbələ şəhəri ərazisində şöbənin PPXB-ün şəhər ərazisində xidmət aparan əməkdaşları tərəfindən saxlanılmışdır. Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən rayon polis şöbəsinin inzibati binasına gətirilmişdir. Həmin vaxtı Samitin zahiri görünüşündən onun narkotik vasitənin təsiri altında olması şübhəli olduğundan üzərinə baxış keçirilməli olduğu bildirilmişdir. Polis şöbəsinə 2 nəfər hal şahidi, eləcə də müdafiəçi Rəşid Qəribov dəvət edilərək Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah edilərək üzərinə baxış keçirilmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs əynindəki üzəri sürüşkən formada qara rəngli gödəkcənin sağ yan cibindən 01 ədəd ağ sellofan torbaya bükülmüş vəziyyətdə pisxatrop maddə olan metafetamin aşkar edilkərək götürülmüşdür. Həmin psixotrop maddə olan metafetamin elektron tərəzidə çəkildikdə ümumi çəkisi 1.8 qram olduğu müəyyən edilmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 01 ədəd bükümdəki psixotrop maddə olan metafetamin iş üçün maddi sübut əhəmiyyəti kəsb etdiyindən təhqiqatçı Tural Mehdizadə tərəfindən götürülərək üzəri DİN-in “103” saylı möhürü ilə möhürlənmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilməklə götürülmüş narkotik vasitə qablaşdırıldıqdan sonra hal şahidləri, polis əməkdaşları, həmçinin Təqsirləndirilən şəxs və müdafiəçisiRəşid Qəribov tərəfindən imzalanmışdır. Baxış zamanı protokola əlavə edilməsi üçün video görüntü və foto şəkillər çəkilmişdir. Təqsirləndirilən şəxs üzərinə baxış zamanı polis əməkdaşları tərəfindən Samitə qarşı hər hansı bir fiziki zor tətbiq edilməmişdir. Şahid qismində dindirilmiş Şahid4 əlavə olaraq onu da qeyd etmişdir ki, polis əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs üzərinə psixotrop maddə olan metafetamin qoyulmamış, onun üzərinə baxış keçirilərkən həmin psixotrop maddəSamitin üzərindən aşkar edilmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid5 bildirdi ki, ünvan 1 ünvanında yaşayır və orada daimi pasport qeydiyyatındadır. Hal-hazırda Qəbələ RPŞ-nin PPXB-ün polis nəfəri vəzifəsində işləyir. Təqsirləndirilən şəxs baş vermiş məlum hadisədən sonra tanımış, əvvəllər və hazırda onunla heç bir düşmənçilik və ədavəti olmamışdır. xx.xx.2022-ci il tarixdə yaşadığı evdə olarkən Qəbələ RPŞ-nin məsul növbətçisi polis kapitanı Faiq Seyidov şöbənin Növbətçi Hissəsinin mobil telefonu ilə istifadəsində olan mobil telefona zəng vuraraq Qəbələ rayon Vəndam qəsəbəsi ərazisindən avtomobil qaçırılması barədə məlumat vermişdir. Almış olduğu məlumat əsasında dərhal Qəbələ rayon polis şöbəsinə gəlmişdir. Polis şöbəsinə gəldikdən sonra məlum olmuş ki, Vəndam qəsəbə sakini Təqsirləndirilən şəxs həmkəndlisi Zərərçəkmiş şəxs məxsus vaz 21011 markalı ** CZ *** dövlət nömrə nişanlı minik avtomobilini qaçıraraq Qəbələ şəhəri ərazisinə gəlmiş və Zərərçəkmiş şəxs AR DİN-nin 102 xidmətinə zəng vuraraq vermiş olduğu məlumat əsasında Təqsirləndirilən şəxs idarə etdiyi avtomobil ilə Qəbələ şəhəri ərazisində xidmət aparan şöbənin PPXB-ün polis əməkdaşları tərəfindən saxlanılmışdır. O, həmin yerə getmiş, Samitin zahiri görünüşündən onun narkotik vasitənin təsiri altında olmasına şübhə olduğu və üzərinə baxış keçirilməli olduğu bildirilərək onu Qəbələ RPŞ-yə gətirmişlər. Polis şöbəsinə 2 nəfər hal şahidi, eləcə də müdafiəçi Rəşid Qəribov dəvət edilərək Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah edilərək üzərinə baxış keçirilmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs əynindəki üzəri sürüşkən formada qara rəngli gödəkcənin sağ cibindən 01 ədəd ağ sellofan torbaya bükülmüş vəziyyətdə pisxotrop maddə olan metafetamin aşkar edilmişdir. Həmin narkotik vasitə olan metafetamin elektron tərəzidə çəkildikdə ümumi çəkisi 1.8 qram olduğu müəyyən edilmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 01 ədəd bükümdəki psixotrop maddə olan metafetamin iş üçün maddi sübut əhəmiyyəti kəsb etdiyindən təhqiqatçı Tural Mehdizadə tərəfindən götürülərək üzəri DİN-in “103” saylı möhürü ilə möhürlənmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilməklə götürülmüş narkotik vasitə qablaşdırıldıqdan sonra hal şahidləri, orada olan polis əməkdaşları, həmçinin Təqsirləndirilən şəxs və müdafiəçisiRəşid Qəribov tərəfindən imzalanmışdır. Baxış zamanı ardıcıllıqla əks etdirən video görüntü və fotoşəkillər çəkildikdən sonra baxış sona çatmışdır. Təqsirləndirilən şəxs üzərinə baxış zamanı polis əməkdaşları tərəfindən Samitə qarşı hər hansı bir fiziki zor tətbiq edilməmişdir. Şahid5 əlavə olaraq qeyd etmişdir ki, polis əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs üzərinə psixotrop maddə olan metafetamin qoyulmamış, belə ki, onun üzərinə baxış keçirilərkən həmin psixotrop maddə Samitin üzərindən aşkar edilmişdir. Məhkəmə təqsirləndirilən şəxsi, zərərçəkmiş şəxsi və şahidləri dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, Təqsirləndirilən şəxs qeyd olunan cinayət əməlini törətmişdir və onun təqsiri, özünün etirafedici ifadəsi, şahid ifadələri və aşağıda göstərilən digər sübutlarla təsdiq edilir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq olunan Qəbələ RPŞ-nin TB-in baş təhiqatçısı, polis kapitanı Tural Mehdizadə tərəfindən tərtib edilmiş 31 mart 2022-ci il tarixli “şəxsi axtarış və götürmə haqqında” protokolundan görünür ki, həmin tarixdə Qəbələ rayon Vəndam qəsəbə sakini Təqsirləndirilən şəxs həyat üçün təhlükəli olmayan zor tətbiq etməklə və ya belə zor tətbiq etmə hədəsi ilə həmkəndlisi Zərərçəkmiş şəxs məxsus Vaz 21013 markalı, **-CZ-*** dövlət qeydiyyat nişanlı avtomobili talama məqsədi olmadan qanunsuz ələ keçirdiyinə (qaçırdığına) görə o, təhqiqatçı Tural Mehdizadə tərəfindən Azərbaycan Respublikası CM-nin 185.2.3-cü maddəsi ilə şübhəli şəxs qismində tutulmuş, eyni zamanda Təqsirləndirilən şəxs narkotik vasitələri və psixotrop maddələri əldə edib saxlamaqla daşıması ehtimalı olduğundan onun üzərinə hal şahidlərinin, müdafiəçinin və polis əməkdaşlarının iştirakları ilə şöbənin inzibati binasında xidməti otağında şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynində olan qara rəngli üst gödəkçəsinin sağ yan cibindən ağ rəngli sellafon torbada psixotrop maddə olan metamfetaminə bənzər maddə aşkar edilmiş, həmin ağ rəngli sellafon torbaya bükülü vəziyyətdə olan ağ rəngli psixotrop maddə olan metafetamin “Tanita” markalı tərəzidə çəkilməklə çəkisi 1.8 qram təşkil etmişdir. Həmin pisxatrop maddə olan metamfetamin torba ilə birgə zərfə qoyulub qablaşdırılmaqla, maddi sübut əhəmiyyəti daşıdığından götürülmüşdür. Baxış istintaq hərəkətinin gedişatının fotoşəkilləri və videogörüntüsü çəkilərək, fotoşəkillərin əksi çıxarılıb video görüntü isə CD diskə köçürülməklə işə əlavə edilmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq olunan Sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə haqqında 57 nömrəli protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə narkotik vasitənin təsirindən yaranmış yüngül dərəcədə sərxoş olması müəyyən edilmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq olunan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası mərkəzinin X12 təqdim etdiyi 31 mart 2022-ci il tarixli 17/293 nömrəli rəyində göstərilmişdir ki: -Tədqiqata təqdim edilmiş, üzərində “şübhəli şəxs 1)imza Təqsirləndirilən şəxs. Vəkil 2)İmza R.Qəribov. Hal şahidləri sözləri və imzalar yazılmış zərfin içərsindəki 01 (bir) əsəs sellofan bükümdə təmiz çəkisi-1,703 qram olan maddə kustar üsulla hazırlanmış psixortop maddə- metafetamindir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq olunan 03 aprel 2022-ci il tarixli “maddi sübutun tanınması və saxlanması haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş, ümumilikdə təmiz çəkisi - 1,703 qram olmuş, tədqiqatlara sərf edilmiş 0,050 qram hissə çıxıldıqdan sonra qalmış 1.653 qram psixotrop maddə olan metafetamin maddi sübut kimi tanınaraq saxlanması üçün Qəbələ RPŞ-nin maddi sübutların saxlama yerinə təhvil verilmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq olunan Qəbələ RPŞ-nin TB-in baş təhiqatçısı polis kapitanı Tural Mehdizadə tərəfindən tərtib edilmiş 31 mart 2022-ci il tarixli baxış keçirilməsi haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs məxsus qaçırdığı avtomobilə baxış keçirilərək müəyyən edilmişdir ki, həmin avtomobil Rusiya istehsalı olan, 1985-ci il buraxılışlı vaz 21013 markalı, göy rəngli, ** CZ *** dövlət nömrə nişanlı, tipi sedan, ban nömrəsi XTA 210130 Q 4640412, kütləsi 1200 sm, mühərrik nömrəsi isə 2***-******* nömrəli minik avtomobilidir, avtomobildə hər hansı bir sınan və zədələnən hissəyə rast gəlinmədiyi göstərilmişdir. Baxış zamanı baxış protokolu tərtib olunmuş fotoşəkilləri və video görüntüsü çəkilərək həmin fotoşəkillərin əksləri çıxarılmaqla, video görüntü isə CD diskə köçürülməklə protokola əlavə edilmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq olunan 11 aprel 2022-ci il tarixli “maddi sübutun tanınması və sahibinə qaytarılması haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs qaçırdığı Zərərçəkmiş şəxs məxsus Vaz 21013 markalı, **-CZ-*** dövlət qeydiyyat nişanlı avtomobil iş üzrə maddi sübut kimi tanınmış və sahibi Zərərçəkmiş şəxs xahişi nəzərə alaraq ona qaytarılmışdır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq olunan xx.xx.2022-ci il tarixli zərərçəkmiş şəxsin ifadəsinin yerində yoxlanılması haqqında protokoldan və protokola əlavə edilmiş foto cədvəldən görünür ki, həmin tarixdə iş üzrə Zərərçəkmiş şəxs ifadəsinin yerində yoxlanılması istintaq hərəkəti keçirilərkən o, ifadəsində göstərdiyi xüsusatları bir daha təsdiq edərək, xx.xx.2022-ci il tarixdə həmkəndlisi Təqsirləndirilən şəxs sərxoş vəziyyətdə Qəbələ rayon Vəndam qəsəbəsi ərazisində magistral yoldan təxminən 400-500 irəlidə ara yolda idarə etdiyi Vaz 21013 markalı, **-CZ-*** dövlət qeydiyyat nişanlı avtomobilə əvvəlcə sərnişin qismində əyləşdiyini, daha sonra ona qarşı fiziki zor tətbiq edərək zorla avtomobilin sükanından yerə düşürdükdən sonra özü sükan arxasına əyləşib avtomobili qanunsuz olaraq ələ keçirərək idarə edib Qəbələ şəhəri istiqamətinə getdiyini bildirmiş və qeyd olunanları hadisə yerində əyani şəkildə ardıcılllıqla göstərmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq olunan xx.xx.2022-ci il tarixli təqsirləndirilən şəxsin ifadəsinin yerində yoxlanılması haqqında protokoldan və protokola əlavə edilmiş foto cədvəldən görünür ki, həmin tarixdə iş üzrə Təqsirləndirilən şəxs ifadəsinin yerində yoxlanılması istintaq hərəkəti keçirilərkən o, ifadəsində göstərdiyi xüsusatları bir daha təsdiq edərək xx.xx.2022-ci il tarixdə Qəbələ rayon Vəndam qəsəbəsi ərazisində magistral yolun kənarında “Xəzər İnşaat” adlı tikinti materialları satışı mağazasından təxminən 350-400 metr şimala doğru məsafədə həmkəndlisi Zərərçəkmiş şəxs məxsus Vaz 21013 markalı, **-CZ-*** dövlət qeydiyyat nişanlı avtomobili onun razılığı olmadan ələ keçirərək idarə etdiyi yeri, bundan sonra Qəbələ rayon Vəndam qəsəbəsinin mərkəzində zibil tullantılarının atıldığı yeri təqdim edərək üzərindən aşkar edilmiş psixatrop maddə olan metamfetamini tapdığı kimi göstərmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq olunan xx.xx.2022-ci il tarixli təqsirləndirilən şəxsin ifadəsinin yerində yoxlanılması haqqında protokoldan və protokola əlavə edilmiş foto cədvəldən görünür ki, həmin tarixdə iş üzrə Təqsirləndirilən şəxs ifadəsinin yerində yoxlanılması istintaq hərəkəti keçirilərkən o, ifadəsində göstərdiyi xüsusatları bir daha təsdiq etmiş və xx.xx.2022-ci il tarixdə Qəbələ rayon Vəndam qəsəbəsi ərazisindən Zərərçəkmiş şəxs məxsus Vaz 21013 markalı, **-CZ-*** dövlət qeydiyyat nişanlı avtomobili onun razılığı olmadan idarə etməklə Qəbələ şəhərinə gəldiyi və həmin avtomobillə hərəkətdə olarkən polis əməkdaşları tərəfindən saxlanıldığı yeri göstərdikdə məlum olmuşdur ki, həmin yer Qəbələ şəhəri Həzi Aslanov küçəsinin Zərifə Əliyeva adına parkın qarşısından keçən hissəsidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq olunan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X8 X15 Qəbələ rayon şöbəsindən daxil olmuş 04 aprel 2022-ci il tarixli 140nömrəli canlı şəxsin ekspertizası rəyindəngörünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində sol saidin içəri aşağı 1/3-nin sıyrığı kimi xəsarət vardır ki, həmin xəsarət küt alətin (əşyaların) təsirində müayinə olanın yuxarıda göstərdiyi tarixdəvə şəraitdə, yəni 31 mart 2022-ci ildə törənməsinə uyğun gəlir və qeyd olunan xəsarətlər dərəcəsinə görə sağlamlığa zərər vurmayan bədən xəsarətlərinə aid olduğu bildirilmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq olunan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə Şəhəri Səhiyyə İdarəsinin Rayonlararası Narkoloji Dispanserinin təqdim etdiyi 16 may 2022-ci il tarixli 656 nömrəli rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs psixotrop maddə olan metafetamindən epizodik istifadə etmə halları olub, onun narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı yoxdur və narkoloji kabinetdə profilaktik qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan və məhkəmə iclasında tədqiq olunan xx.xx.2022-ci il tarixli təqsirləndirilən şəxsin ifadəsinin yerində yoxlanılması haqqında protokoldan və protokola əlavə edilmiş foto cədvəldən görünür ki, həmin tarixdə iş üzrə Təqsirləndirilən şəxs ifadəsinin yerində yoxlanılması istintaq hərəkəti keçirilərkən o, ifadəsində göstərdiyi xüsusatları bir daha təsdiq etmiş və xx.xx.2022-ci il tarixdə Qəbələ rayon Vəndam qəsəbəsi ərazisindən Zərərçəkmiş şəxs məxsus Vaz 21013 markalı, **-CZ-*** dövlət qeydiyyat nişanlı avtomobili onun razılığı olmadan idarə etməklə Qəbələ şəhərinə gəldiyi və həmin avtomobillə hərəkətdə olarkən polis əməkdaşları tərəfindən saxlanıldığı yeri göstərdikdə məlum olmuşdur ki, həmin yer Qəbələ şəhəri Həzi Aslanov küçəsinin Zərifə Əliyeva adına parkın qarşısından keçən hissəsidir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası DİN-nin BƏSİİ-nin verdiyi cinayət işi üzrə yoxlamaya dair tələbnamədən və Qəbələ rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmünün surətindən görünür ki, Təqsirləndirilən şəxs Qəbələ rayon məhkəməsinin həmin tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.1 və 234.1-ci maddələri ilə təqsirli bilinib, 01 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, o, həmin cəzadan Şəki rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarı ilə 06 ay 02 gün vaxtından əvvəl şərti azad edilməklə xx.xx.2019-cu il tarixdə cəza müddəti başa çatdığı üçün qetdiyyatdan çıxarılmışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.3.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs məhkumluğu ödənilmişdir. İş materiallarına əlavə edilmiş Qəbələ rayon İcra Hakimiyyəti Başçısının Vəndam qəsəbə İnzibati Ərazi Dairəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, 559 nömrəli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə edilir. İş materiallarına əlavə edilmiş Qəbələ rayon İcra Hakimiyyəti Başçısının Qəbələ rayon Vəndam qəsəbə İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, 560 nömrəli arayışdan görünür ki, Təqsirləndirilən şəxs ailə tərkibi həyat yoldaşı X2, uşaqları xx.xx.2009-cu il təvəllüdlü X5 və xx.xx.2017-ci il təvəllüdlü X3 ibarətdir. İş materiallarında olan Qəbələ rayon İcra Hakimiyyəti Başçısının Qəbələ rayon Vəndam qəsəbə İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, 546 nömrəli arayışdan görünür ki, Qəbələ rayonu Vəndam qəsəbə sakini X1 rayonu Vəndam qəsəbəsində yaşayır və heç bir yerdə işləmir. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu X15inin 1 saylı Şəki-Zaqatala Regional filialından verilmiş 13 may 2022-ci il tarixli, **********9 nömrəli arayışda göstərilmişdir ki, X6 ömürlük İİİ (üçüncü) dərəcə əlilliyə görə 120 (bir yüz iyirmi) manat sosial müavinət alır. Beləliklə, məhkəmə və məhkəməyədək araşdırma zamanı toplanmış sübutlara məcmu halında qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq psixotrop maddəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama və daşıması, eyni zamanda Zərərçəkmiş şəxsməxsus “Vaz 21013” markalı, **- CZ-*** qeydiyyat nişanlıavtomobili Təqsirləndirilən şəxs tərəfindən talama məqsədi olmadan qaçırılması cinayətini törətməkdə təqsirli olması özünün etirafedici ifadəsi, ekspert rəyləri, zərərçəkmiş şəxsin və şahid ifadələri, işdə olan baxış protokolları və iş üzrə olan maddi sübut ilə də tam subuta yetirilir. Məhkəmə hesab edir ki, istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-in 185.2.3 və 234.1-ci maddələri ilə düzgün tövsif edilmişdir. Belə ki, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 28 iyun 2008-ci il tarixli Qanununun 21-ci maddəsinə əsasən, «narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak üçün nəzərdə tutulan miqdarı şəxsi istehlak üçün mümkün, hər bir narkotik vasitənin və ya psixotrop maddənin ayrıayrılıqda birdəfəlik istehlakı həcminə əsasən müəyyən edilir. Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıları Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilir». Azərbaycan Respublikasının 28 iyun 2005-ci il Qanunu ilə təsdiq edilmiş “şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına habelə onların külli miqdarına görə” 1-ci siyahının 12-ci bəndinə görə psixotrop maddə hesab edilən metafetaminin şəxsi istehlak miqdarından artıq miqdarının yuxarı həddi 0,15 qram təşkil edir. Cinayət işinin materiallarından göründüyü kimi iş üzrə Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş psixotrop maddə metanfetaminin xalis çəkisi cəmi 1,703 qram təşkil etmişdir ki, qeyd olunan siyahıya əsasən, həmin miqdar Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edir. Bundan əlavə Təqsirləndirilən şəxs başqa şəxsin mülkiyyətində olan nəqliyyat vasitəsini buna heç bir hüququ olmadan, qanunsuz olaraq ələ keçirmiş və bununla da həmin avtomobilin mülkiyyətçisinə məxsus istifadə və sahiblik hüququnu pozan hərəkətlər etmişdir. Bu hallar da Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 185.2.3-cü maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edir. Beləliklə də, Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən, məhkəmə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarmağı məqsədəmüvafiq hesab edir. Məhkəmə Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs himayəsində iki azyaşlıv uşağınınvolmasını, zərərçəkmiş şəxsin ona qarşı şikayət və tələbinin olmamasını, onunla barışıq əldə etməsini cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cəzasını ağırlaşdıran hallar müəyyən etmədi. Məhkəmə cəza məsələsini müzakirə edərkən, cəzanın sosial ədalətin bərpası və məhkumun islah olunması məqsədi ilə tətbiq olunmasını, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs şəxsiyyətini, əməlini səmimi etiraf etməklə peşiman olmasını, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, himayəsindəikiazyaşlıuşağınınolmasını, zərərçəkmişşəxsin onaqarşışikayət və tələbinin olmamasını, onunla barışıq əldə etməsini, əməlində cəzasını ağırlaşdıran halların olmamasını nəzərə alaraq hesab edir ki, ona təyin olunan cəza ədalətli olmaqla yanaşı, törətdiyi cinayətin xarakterinə, ictimai təhlükəlilik dərəcəsinə, həmin cinayətin törədilməsi halına, onun özünün şəxsiyyətinə tam uyğun olmalıdır. Məhkəmə hesab edir ki, cəzanın məqsədləri Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nın 185.2.3 və 234.1-ci maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin olunduğu təqdirdə təmin edilə bilər. Belə ki, Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən, «cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır». Həmin Məcəllənin 58.3-cü maddəsinə görə, «cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır». “Məhkəmə Hökmü Haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 №-li qərarının, 45-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu zaman hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməli, seçilən cəzanın və ya digər cinayət-hüquqi xarakterli tədbirin təqsirləndirilən şəxsin islah olunması, ailəsinin həyat şəraitinə təsiri baxımından məqsədəuyğun olması izah edilməlidir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 nömrəli Qərarında nəzərdə tutulur ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. İnsan hüquqları üzrə Avropa Məhkəməsi öz Qərarlarında dəfələrlə göstərmiş və Milli məhkəmələrə tövsiyə etmişdir ki, şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması üçün əsaslar olduqda məhkəmələr həmin şəxsin barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza növlərinin tətbiq edilməsinə üstünlük verməlidirlər. Cinayət törətmiş şəxsin cəmiyyətdən təcrid edilməsi yalnız bunun üçün möhkəm əsaslar olduqda və bu açıq-aşkar ictimai maraqlar baxımından zəruri olduqda tətbiq edilə bilər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə görə, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nın 185.2.3 və 234.1-ci maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin etməyi və Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən, təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması növündə qəti cəza təyin edilməsini ədalətli, məqsədə uyğun və onun islah olunması, həm də cəzanın məqsədlərinə nail olunması baxımından yetərli hesab edir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin onun təqsirli bilindiyi 185.2.3 və 234.1-ci maddələrinin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması növündə cəza təyin olunmalı, Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən, təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması növündə qəti cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun 31 mart 2022-ci il tarixdən 06 iyul 2022-ci il tarixədək həbsdə olduğu 03 (üç) ay 07 (yeddi) gün müddəti də cəza təyin edərkən nəzərə alır. İş materiallarında olan “Şübhəli şəxsin tutulması haqqında” 31 mart 2022-ci il tarixli protokoldan müəyyən edilir ki, Təqsirləndirilən şəxs 31 mart 2022-ci il tarixdə saat 05:30-da cinayət törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan Qəbələ Rayon Məhkəməsinin 01 aprel 2022-ci il tarixli 4(025)- 12/2022 nömrəli qərarından müəyyən edilir ki, Təqsirləndirilən şəxs barəsində 03 (üç) ay müddətində “həbs” qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinin tələbinə görə hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Göstərilənləri nəzərə alaraq, məhkəmə hesab edir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs tutulub saxlandığı və həbsdə olduğu ümumilikdə 03 (üç) ay 07 (yeddi) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən həbsdə saxlamanın bir gün müddətinin azadlığın məhdudlaşdırılması növündə cəzanın iki gününə hesablanmaqla ona təyin ediləcək azadlığın məhdudlaşdırılması cəzasından çıxılmalıdır. Məhkəmə həmçinin qeyd edir ki, Azərbaycan Respublikası CM-nın 52-1 maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə həmin maddədə qeyd olunan vəzifələr qoyulmalıdır. Belə ki, Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını yaşayış yeri üzrə çəkməli, üzərinə cəza çəkdiyi müddətdə saat 23:00-dan növbəti gün saat 06:00-dək yaşayış yerini tərk etməmək, cəza çəkdiyi müddətdə Qəbələ rayonu ərazisini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Təqsirləndirilən şəxs cəzasının icrasına nəzarəti yaşadığı yer üzrə Qəbələ rayon İcra və probasiya şöbəsi həyata keçirməlidir. Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının çəkilmə müddətinin başlanğıcı yaşadığı yer üzrə Qəbələ rayon İcra və probasiya şöbəsində qeydə alındığı vaxtdan hesablanmalıdır. Məhkəmə istintaqında tədqiq olunmuş ibtidai istintaq zamanı təyin edilmiş narkoloji Dispanserinin rəyindən göründüyü kimi, Təqsirləndirilən şəxs narkoloji kabinetdə profilaktik qeydiyyata alınması məsləhət görülür. Beləliklə məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs ərazi narkoloji kabinetdə profilaktik qeydiyyata alınmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri dəyişdirilərək barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilməli və o, məhkəmə zalında dərhal azad edilməli, Təqsirləndirilən şəxs haqqında seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə CPM-in 346.1.19-cu maddəsinin tələbləri baxımından iş üzrə maddi sübutlar məsələsini həll edərkən, maddi sübut qismində tanınmış “Vaz 21013” minik markalı **-CZ-*** dövlət qeydiyyat nişanlı avtomobilin sahibnə qaytarılmasını nəzərə alır. Məhkəmə istintaqında tədqiq olunmuş iş materiallarından görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilib götürülmüş 1,703 qram psixotrop maddə olan metafetamin maddi sübut kimi tanınmış və tədqiqatlardan sonra qalıq çəkisi 1,653 qram olan həmin psixotrop maddə olan metafetamin hökm öz qanuni qüvvəsini aldıqdan sonra məhv edilməlidir. Bundan başqa, iş üzrə məhkəmə məsrəfləri olan ekspertiza tədqiqatlarının dəyəri cəmi 71,94 (yetmiş bir manat doxsan dörd qəpik) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə görə məhkəmə, hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli olan əmlakın olub-olmaması məsələsini həll etməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.1 və 99-1.1.1-ci maddəsinə əsasən məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) Xüsusi müsadirə olunan əmlak hesab olunur. Məhkəmə xüsusi müsadirə ilə bağlı məsələni müzakirə edərək hesab edir ki, iş üzrə belə bir əmlak olmadığından təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə ilə bağlı müddəa tətbiq edilməməlidir. İş üzrə mülki iddia yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin44.1; 344-347; 349; 351-353, 356, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 185.2.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinsin və ona 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinsin və ona 02 (iki) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə ona qəti olaraq 03 (üç) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilsin. Təqsirləndirilən şəxs tutulub saxlandığı və həbsdə olduğu ümumilikdə 03 (üç) ay 07 (yeddi) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən həbsdə saxlamanın bir gün müddətinin azadlığın məhdudlaşdırılması növündə cəzanın iki gününə hesablanmaqla 06 (altı) ay 14 (on dörd) gün müddət ona təyin edilmiş 03 (üç) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasından çıxılaraq üzərində qəti olaraq olaraq 02 (iki) il 11 (on bir) ay 16 (on altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs ona təyin edilmiş qəti olaraq 02 (iki) il 11 (on bir) ay 16 (on altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasını yaşayış yeri üzrə çəksin. Üzərinə cəza çəkdiyi müddətdə saat 23:00-dan növbəti gün saat 06:00-dək yaşayış yerini tərk etməmək, cəza çəkdiyi müddətdə Qəbələ rayonu ərazisini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının çəkilmə müddətinin başlanğıcı probasiya şöbəsində qeydə alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs cəzasının icrasına nəzarəti yaşadığı yer üzrə Qəbələ rayon İcra və probasiya şöbəsi həyata keçirsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri dəyişdirilərək barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilsin və o, məhkəmə zalında dərhal azad edilsin. Təqsirləndirilən şəxs haqqında seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs ərazi Narkoloji kabinetdə profilaktik qeydiyyata alınsın. İş üzrə maddi sübut qismində tanınmış “Vaz 21013” minik markalı **-CZ-*** dövlət qeydiyyat nişanlı avtomobilin sahibinə qaytarılması nəzərə alınsın. İş üzrə maddi sübut kimi tanınmış və Qəbələ Rayon Polis Şöbəsində saxlanılan qalıq çəkisi 1,653 qram olan psixotrop maddə olan metafetamin hökm öz qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. İş üzrə məhkəmə məsrəfi olan 71,94 (yetmiş bir manat doxsan dörd qəpik) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilsin. (büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu 3, X7, kod 210005, VOEN **********, müxbir hesab AZE 41 NABZ********************, SFİFTBİK: CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi, VOEN **********, hesab AZ34CTRE********************). İş üzrə mülki iddia yoxdur. Hökm elan olunduğundan 20 (iyirmi) gün müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökm apellyasiya şikayəti və ya protesti verilmədikdə, həmin müddət başa çatdıqdan sonra qüvvəyə minir. Sədrlik edən: Abbas Əliyev
Məhkəmə qərarları › İş №1(025)-18/2022
Qəbələ Rayon Məhkəməsi Hökm — İş №1(025)-18/2022
06.07.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver