Məhkəmə qərarları › İş №1(025)-18/2023

Qəbələ Rayon Məhkəməsi Hökm — İş №1(025)-18/2023

31.05.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Qəbələ şəhəri İş № 1(025)-18/2023 31.05.2023 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim İsayev Elman Bəhruz oğlunun sədrliyi, məhkəmə iclasının katibi Tahirova Ləman Kamran qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X2 Müdafiəsi İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İİİ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, zərərçəkmiş şəxsin nümayəndəsi – Zərərçəkmiş şəxs, müdafiəçi – Qəbələ rayon Vəkil Bürosunun vəkili X1 və təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1965-ci ildə Qəbələ rayonu, Çuxur Qəbələ kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, Qəbələ Rayon Məhkəməsinin 1(025)- 11/2022 nömrəli 08 iyun 2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirli bilinib, qəti olaraq 02 (iki) il 11 (on bir) ay 26 (iyirmi altı) gün azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Qəbələ Rayon Məhkəməsinin 7(025)-18/2023 nömrəli 25 aprel 2023-cü il tarixli qərarı ilə həmin cəzanın çəkilməmiş hissəsi 01 (bir) il 01 (bir) ay 11 (on bir) gün müddətinə azadlıqdan məhrum etmə cəzası ilə əvəz edilmiş, Qəbələ rayonu, Çuxur ünvan 1 ünvanında yaşayan, həbsdə olmaqla Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin X3 cəza çəkən - Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3, 29,177.2.2 və 29,177.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs özgənin əmlakını qanunsuz, əvəzsiz və gizli yolla talamaq məqsədilə 06 yanvar 2023-cü il tarixdə saat 15:30 radələrində “X6” törəmə şirkəti olan “X7 Managemant” MMC-nin icarəyə götürdüyü Gilan MMC-nin mülkiyyətində olan Qəbələ rayonunun Zarağan kəndi ərazisində Zarağan-2 qaçqın şəhərciyi istiqamətinə gedən yolun sol tərəfində yerləşən Gilan Hotelin (Qəbələ Futbol akademiyasının yataqxanası) ərazisindəki və həmin vaxt fəaliyyət göstərməyən restoranının qarşısına gələrək, restoranın birbaşa giriş qapısı bağlı olduğu üçün əvvəlcə kənarları hasarlanmış vəziyyətdə olan hotelin açıq vəziyyətdə olan giriş qapısından qanunsuz olaraq otelin həyətinə, daha sonra oradan otellə restoran arasındakı açıq yerdən restoranın ərazisinə qanunsuz daxil olaraq restoranın giriş qapısından sol tərəfdə yerləşən müştərilərə xidmət etmək üçün nəzərdə tutulmuş ayrı-ayrı kabinetlərdən nömrəsiz kabinetə yerləşdirilmiş 01 ədəd işlək vəziyyətdə, 40 kv/metr həcmində və 2015-ci il istehsalı olan “Orvica” markalı kondisionerin kabinetin bayır tərəfinə quraşdırılmış 50 (əlli) AZN dəyərində radiatorunu və həmin kabinet ilə üzbə-üz yerləşən digər nömrəsiz kabinetə yerləşdirilmiş 01 ədəd işlək vəziyyətdə, 40 kv/metr həcmində və 2017-ci il istehsalı olan “York” markalı kondisionerin kabinetin bayır tərəfinə quraşdırılmış 60 (altmış) AZN dəyərində radiatorunu söküb oradan gizli yolla aparıb həmin gün kimliyi istintaqa məlum olmayan və radiatorların oğurluq olmasından məlumatlı olmayan şəxsə əlvan metal kimi 22 (iyirmi iki) AZN pul vəsaiti müqabilində sataraq əldə etdiyi gəliri öz şəxsi ehtiyaclarına sərf etmiş, bununla da zərərçəkmiş hüquqi şəxs “X6” törəmə şirkəti olan “X7 Managemant” MMC-nin icarəyə götürdüyü Gilan MMCnin mülkiyyətində olan Gilan Hotelin (Qəbələ Futbol akademiyasının yataqxanası) ərazisində yerləşən restorana məxsus 110 (bir yüz on) AZN dəyərində əmlakı gizli yolla talayaraq oğurluq cinayətini törətmişdir. Bundan başqa, o, təkrarən özgənin əmlakını qanunsuz, əvəzsiz və gizli yolla talamaq məqsədilə 07 yanvar 2023-cü il tarixdə saat 10 radələrində “X6” törəmə şirkəti olan “X7 Managemant” MMC-nin icarəyə götürdüyü Gilan MMC-nin mülkiyyətində olan Qəbələ rayonunun Zarağan kəndi ərazisində Zarağan-2 qaçqın şəhərciyi istiqamətinə gedən yolun sol tərəfində yerləşən Gilan Hotelin (Qəbələ Futbol akademiyasının yataqxanası) ərazisindəki və həmin vaxt fəaliyyət göstərməyən restoranının qarşısına gələrək, restoranın birbaşa giriş qapısı bağlı olduğu üçün əvvəlcə kənarları hasarlanmış vəziyyətdə olan otelin açıq vəziyyətdə olan giriş qapısından qanunsuz olaraq otelin həyətinə, daha sonra oradan otellə restoran arasındakı açıq yerdən restoranın ərazisinə qanunsuz daxil olaraq giriş qapısı ilə üzbə-üz yerləşən müştərilərə xidmət etmək üçün nəzərdə tutulmuş zalın bayır tərəfinə quraşdırılmış 01 ədəd işlək vəziyyətdə 100 kv həcmində 2017-ci il istehsalı olan “Panasonic” markalı kondisionerin 70 (yetmiş) AZN dəyərində radiatorunu sökərək, bundan başqa restoranın mətbəxinin giriş qapısını əli ilə basaraq fiziki güc tətbiq et açıb oradan qanunsuz zala daxil olaraq zala bitişik mətbəxdən 01 ədəd işlək vəziyyətdə böyük həcmli qiyməti 250 (iki yüz əlli) AZN dəyərində olan elektirik ət çəkən maşını, 01 ədəd işlək vəziyyətdə kiçik həcmli qiyməti 40 (qırx) AZN dəyərində olan “Fontam” markalı elektirik ət çəkən maşını, 01 ədəd işlək vəziyyətdə olan qiyməti 30 (otuz) manat dəyərində olan “Kama” markalı 0,37 kv-lıq su nasosunu və 01 ədəd işlək vəziyyətdə Samsung markalı soyuducunun 120 (yüz iyirmi) AZN dəyərində mühərrikini kəsib çıxararaq zərərçəkmiş hüquqi şəxs “X6” törəmə şirkəti olan “X7 Managemant” MMC-nin icarəyə götürdüyü Gilan MMC-nin mülkiyyətində olan Gilan Hotelin (Qəbələ Futbol akademiyasının yataqxanası) ərazisində yerləşən restorana aid ümumilikdə 510 (beş yüz on) AZN dəyərində əmlakı gizli yolla talamaq istəyərkən hadisə yerində MMC-nin mühafizəçisi Şahid1 tərəfindən yaxalanmış, bununla da planlaşdırdığı oğurluğu öz iradəsindən asılı olmayan səbəbdən başa çatdıra bilməyərək oğurluq cinayətini törətməyə cəhd etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3, 29,177.2.2 və 29,177.2.3-cü maddələri üzrə elan edilmiş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, rəsmi iş yeri olmadığından və spirtli içkiyə meyli olduğu üçün pula ehtiyacı olurmuş, buna görə də qərara gəlmiş ki, haradansa oğurluq etsin. Bu məqsədlə xx.xx.2023-cü il tarixdə saat 15:30 radələrində yaşadığı evdən özünə aid vintaçan və boş kisə götürüb yaşadığı Qaradok adlanan keçmiş hərbi şəhərcikdən tək çıxaraq piyada oradan təxminən 400-500 metr aralıda Zarağan-2 qaçqın şəhərciyinə gedəndə yolun sol tərəfində yerləşən X6 futbolçularının qaldığı Zarağan kəndi ərazisində yerləşən Gilan adlı Hotelin ərazisində olan restoranının qarşısına gəlmişdir. Həmin vaxt qeyd olunan restoran işləmirmiş və restoran əvvəllər işlədiyi vaxtı orada bir neçə dəfə çay içərkən kondisioner və digər avadanlıqlar görmüşdür. Restoranın qarşısına gəldikdən sonra restoranın giriş qapısı bağlı olduğu üçün oradan içəriyə daxil ola bilməyəcəyini görüb ətrafa nəzər salıb onu heç kimin görmədiyinə əmin olduqdan sonra Hotelin həyətinə gizlin daxil olaraq oradan keçməklə restoranın həyətinə daxil olmuşdur. Bundan sonra restoranın giriş qapısından içəriyə daxil olduqda sol tərəfdə taxtadan hazırlanmış müştərilər üçün nəzərdə tutulmuş üzbə-üz olan kabinetlərin bayır tərəfinə quraşdırılmış 02 ədəd markasını bilmədiyi kondisioneri söküb içərisinin mis hissələrini oğurladıqdan sonra özü ilə gətirdiyi kisəyə yığıb gizlin oradan çıxıb magistral yolun kənarına çıxmış ki, yoldan keçən avtomobillərin birinə minib oğurladığı kondisionerlərin mis hissələrini Qəbələ şəhərinə gətirərək oradakı metal qəbulu məntəqələrinin birinə satsın. Həmin vaxtı sürücüsünü və dövlət nömrə nişanını bilmədiyi ağ rəngli Vaz 21011 markalı avtomobilin köhnə əlvan və qara metal ilə yüklənmiş vəziyyətdə hərəkət etdiyini görmüşdür. Bilmiş ki, həmin şəxs metal alandır, buna görə əl ilə işarə edib həmin avtomobilin sürücüsünü saxlatmışdır. Oğurladığı misi həmin şəxsə özününki kimi təqdim etmişdir. Həmin misin çəkisi 2 kq 400 qram eləmiş ki, kisə qarışıq ümumilikdə 22 manata satıb pulunu öz şəxsi ehtiyaclarına xərcləmişdir. xx.xx.2023-cü il tarixdə təkrar həmin yerdən oğurluq etmək qərarına gələrək saat təxminən 10 radələrində yaşadığı evdən özünə aid vitaçanı götürərək piyada tək yenə də həmin yerə gəlmişdir. Restoranın giriş qapısı bağlı olduğu üçün oradan restoranın içərsinə daxil ola bilməyəcəyini görərək ətrafa nəzər salıb onu heç kimin görmədiyinə əmin olduqdan sonra Gilan adlı Hotelin giriş qapısından həyətinə daxil olub həyətdən keçməklə restoranın ərazisinə daxil olmuşdur. Əvvəlcə həyət ilə üzbə-üz yerləşən restoranın mətbəxinə plastik materialdan olan ağ rəngli giriş qapısını əli ilə fiziki güc tətbiq etməklə qapının arxasına qoyulmuş ağacdan olan maneəni yıxıb qapını açaraq restoranın mətbəxinə daxil olmuşdur. Mətbəxə daxil olduqdan sonra orada olan 02 ədəd biri böyük, digəri kiçik olan ətçəkən maşınları, 01 ədəd su nasosunu götürərək oğurlamaq məqsədi ilə kənara qoymuş, ardınca mətbəxdə olan soyuducunun arxa tərəfindən alt hissəsindən mühərrikini sökmək istəsə də çətin vəziyyətdə olduğu üçün sökə bilməmişdir. Bundan sonra mətbəxdən çıxıb restoranın giriş qapısından içəriyə daxil olarkən sağ tərəfdəki müştərilər üçün nəzərdə tutulmuş dəhlizin bayır tərəfində olan 01 ədəd markasını bilmədiyi kondisionerin olduğu yerə gedib onu sökərkən həmin vaxtı bir nəfər kişi cinsli Hotelin mühafizəçisinin ona yaxınlaşaraq restorandan oğurluq etmək istədiyini gördüyü üçün həmin gün oradan oğurluq edə bilməmişdir. Restorandan oğurluq etmək istədiyi üçün Hotelin işçiləri hadisə barəsində polisə məlumat verdikləri üçün az keçmiş hadisə yerinə polis əməkdaşları gəlib barəsində araşdırma aparılması üçün onu polis şöbəsinə aparmışlar. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3, 29,177.2.2 və 29,177.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməsi onun özünün etirafedici ifadəsindən başqa, zərərçəkmiş şəxsin nümayəndəsinin və şahidlərin ifadələri, ekspert rəyləri, həmçinin cinayət işinin digər materialları ilə tam sübuta yetirilir. Belə ki, məhkəmə iclasında zərərçəkmiş şəxsin nümayəndəsi Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, “X8” MMC-nin nəqliyyat və mühafizə departamentlərinin rəhbəri vəzifəsində işləyir. “X6” törəmə şirkəti olan “X7 Managemant” MMC Gilan MMC-nin mülkiyyətində olan Qəbələ rayonunun Zarağan kəndi ərazisində yerləşən Gilan Hoteli (Qəbələ Futbol akademiyasının yataqxanası) icarəyə götürmüşdür. xx.xx.2023-cü il tarixdə axşam saat 21:30 radələrində Gilan Hotelin (Qəbələ Futbol akademiyasının yataqxanasının) mühafizəçisi Şahid2 ona zəng vuraraq Qəbələ rayonunun Zarağan kəndi ərazisində yerləşən Gilan Hotelin (Qəbələ Futbol akademiyasının yataqxanası) restoranından naməlum şəxs və ya şəxslərin 02 ədəd kondisionerinin sökülərək hissələrini oğurlanması barədə məlumat vermişdir. Məlumatın ertəsi günü, yəni xx.xx.2023-cü il tarixdə saat 09 radələrində restorana gəlib baxarkən naməlum şəxsin(lərin) restorana giriş qapısından restoranın həyətinə daxil olduqda sol tərəfdə müştərilər üçün nəzərdə tutulmuş kabinetin bayır tərəfində olan 01 ədəd işlək vəziyyətdə 40 kv həcmində 2015-ci il istehsalı olan Orvica markalı kondisioneri və həmin kabinet ilə üzbə-üz yerləşən digər kabinetin bayır tərəfində olan 01 ədəd işlək vəziyyətdə 40 kv həcmində 2017-ci il istehsalı olan York markalı kondisioneri söküb içərsinin mis hissəsini oğurlandığını görmüşdür. Restorandan oğurluq hadisəsini kimin törətməsi mövzusunda işçiləri yığıb söhbət etdikdən sonra saat 10:30 radələrində mühafizəçi Şahid1 ona restoranın içərsindən bir nəfər şəxsin oğurluq etmək istəyərkən tərəfindən yaxalandığını bildirmişdir. Məlumat əsasında restorana getdikdə həmin şəxsin sonradan tanıdığı Elman adlı şəxs olduğunu görmüşdür. Belə ki, Elman adlı şəxs giriş qapısından restorana daxil olduqda sağ tərəfdən müştərilər üçün nəzərdə tutulmuş zalın bayır tərəfinə quraşdırılmış 01 ədəd işlək vəziyyətdə 100 kv həcmində 2017-ci il istehsalı olan Panasonic markalı kondisioneri söküb içərsinin mis hissəsini, bundan başqa restoranın mətbəxinin giriş qapısını açıb oradan mətbəxə daxil olaraq mətbəxdə olan 01 ədəd işlək vəziyyətdə böyük həcmli ət çəkən maşını, 01 ədəd işlək vəziyyətdə kiçik həcmli ət çəkən maşını, 01 ədəd işlək vəziyyətdə su nasosunu və işlək vəziyyətdə Samsung markalı soyuducunun mühərrikini (matorunu) kəsib oğurlamaq istəyərkən Şahid1 tərəfindən saxlanıldığı üçün Elman adlı şəxs həmin yuxarıda adları qeyd olunan əşyaları oğurlaya bilməmişdir. Elman hadisə yerində saxlanılarkən etiraf etmiş ki, restorana məxsus yuxarıda adları qeyd olunan 02 ədəd York və Orvica markalı kondisionerlərin içərsinin hissələrini xx.xx.2022-ci il tarixdə söküb oğurlayaraq satdığını bildirmişdir. Bundan sonra hadisə barəsində zəng vuraraq Qəbələ RPŞ-nə məlumat vermiş, az keçmiş Qəbələ RPŞ-nin bir neçə əməkdaşı hadisə yerinə gəlib Təqsirləndirilən şəxs özləri ilə polis şöbəsinə aparmışlar. Bundan sonra hadisə barəsində rayon polis şöbəsinə rəsmi ərizə ilə müraciət etmişdir. Dəymiş ziyandan bəzi əşyalar qaytarılsa da, məbləğin tam ödənilməsini tələb edir. Məhkəmə iclasında Şahid1 Şəkəralı oğlu ifadəsində göstərmişdir ki, xx.xx.2023-cü il tarixdə saat 22 radələrində yaşadığı evdə olarkən “X8” MMC-nin nəqliyyat və mühafizə departamentlərinin rəhbəri Zərərçəkmiş şəxs ona mobil telefon ilə zəng vurub “X6” törəmə şirkəti olan “X7 Managemant” MMC-nin icarəyə götürdüyü Gilan MMC-nin mülkiyyətində olan Qəbələ rayonunun Zarağan kəndi ərazisində yerləşən Gilan Hotelin ərazisində yerləşən restoranından oğurluq baş veridiyini və səhər oraya gəlməsini bildirmişdir. xx.xx.2023-cü il tarixdə saat təxminən 10 radələrində oğurluğun baş verdiyi yerə gəlmişdir. Zərərçəkmiş şəxs işçiləri bir yerə yığıb oğurluğu etmiş şəxsin kimliyini müəyyən etmək mövzusunda söhbət etdikdən sonra oğurluğun haradan və nə oğurlanmasını müəyyən etmək üçün Hotelin restoranının həyətinə daxil olmuşdur. Həmin vaxtı bir nəfər şəxsin sonradan adı ona məlum olan Təqsirləndirilən şəxs restorana giriş qapısı ilə üzbə-üz yerləşən restoranın müştərilər üçün nəzərdə tutulmuş zalının bayır tərəfinə yerdən quraşdırılmış Panasonic markalı kondisioneri söküb içərsinin mis hissələrini oğurlamaq istədiyini görmüşdür. Elman onu görərək heç bir yana qaçmamış və Elmana yaxınlaşıb bu barədə Zərərçəkmiş şəxs zəng vurub olduqları yerə çağırmışdır Az keçmiş Zərərçəkmiş şəxs hadisə yerinə gəlmişdir. Təqsirləndirilən şəxs orada etiraf etmiş ki, xx.xx.2023-cü il tarixdə Hotelin restoranından York və Ovrica markalı kondisionerləri söküb içərsinin mis materialından olan hissələrini satmışdır. Buna görə Zərərçəkmiş şəxs hadisə barəsində Qəbələ RPŞ-nə zəng vuraraq məlumat vermiş, az keçmiş Qəbələ RPŞ-nin əməkdaşları hadisə yerinə gələrək Təqsirləndirilən şəxs polis şöbəsinə aparmışlar. Məhkəmə iclasında Şahid2 ifadəsində göstərmişdir ki, xx.xx.2023-cü il tarixdə Qəbələ rayonunun Zarağan kəndi ərazisində yerləşən Gilan Hoteldə 24 saat ərzində xidmətdə olmuşdur. Saat 22 radələrində Gilan Hotelin ərazisini gəzib nəzarət edərkən həmin vaxtı Hotelə bitişik restoranında olan York və Ovrika markalı kondisionerlərin sökülərək mis hissələrinin oğurlandığını görmüş və bu barədə MMC-nin nəqliyyat və mühafizə departamentlərinin rəhbəri Zərərçəkmiş şəxs məlumat vermişdir. Hadisənin ertəsi gün xx.xx.2023-cü il tarixdə saat 09 radələrində növbəsini təhvil verərək oğurluqla əlaqədar evinə getməmiş işdə olmuşdur. Belə ki, rəhbərləri Zərərçəkmiş şəxs işçiləri bir araya yığıb restorandan oğurluq etmiş şəxs və ya şəxsləri müəyyən etməyi tapşırmışdır. Həmin gün saat təxminən 10 radələrində Gilan Hotelin mühafizəçisi Şahid1 təsadüfən oğurluq hadisəsinin baş verdiyi yerə gedib baxarkən həmin vaxtı orada bir nəfər şəxsin oğurluq edərkən tərəfindən yaxalanması barədə Zərərçəkmiş şəxs zəng vurub məlumat verdiyi üçün hadisə yerinə gedərkən Şahid1 bir nəfər şəxsi sonradan adı ona məlum olan Elman adlı şəxsi restoranın müştərilər üçün nəzərdə tutulmuş kabinetinin bayır tərəfində olan Panasonic markalı kondisioneri söküb içərsinin mis hissələrini oğurlayarkən saxladığını görmüşdür. Təqsirləndirilən şəxs orada etiraf etmiş ki, xx.xx.2023-cü il tarixdə Hotelin restoranından iki ədəd kondisionerləri söküb içərisinin mis hissələrini satmışdır. Buna görə Zərərçəkmiş şəxs hadisə barəsində Qəbələ RPŞ-nə zəng vurub məlumat vermiş, az keçmiş Qəbələ RPŞ-nin əməkdaşları hadisə yerinə gələrək Təqsirləndirilən şəxs polis şöbəsinə aparmışlar. Bundan başqa Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə Hotelin restoranının mətbəxindən 01 ədəd böyük, 01 ədəd kiçik həcimli elektirik ət çəkən maşınlar, 01 ədəd su nasosu və eləcə də Samsung markalı soyuducunu söküb mis hissələrini oğurlamaq istəmişdir. Lakin, Təqsirləndirilən şəxs Şahid1 tərəfindən saxlnıldığı üçün o, həmin gün Gilan Hotelin restoranından ikinci dəfə oğurluq edə bilməmişdir Məhkəmə iclasında Şahid4 ifadəsində göstərmişdir ki, xx.xx.2023-cü il tarixdə saat təxminən 12 radələrində şöbənin CAB-nin baş əməliyyat müvəkkili Elçin İsmayılov ona zəng vuraraq Qəbələ rayonunun Zarağan kəndi ərazisində yerləşən X6 futbolçularının qaldıqları Gilan adlı Hotelin restoranına getməsini bildirmişdir. Təxminən 5-10 dəqiqə ərzində həmin yerə getmişdir. Oraya gedəndə görmüş ki, “Qaradok” adlanan keçmiş hərbi şəhərcikdə yaşayan əvvəlcədən tanıdığı Təqsirləndirilən şəxs X6 mühafizəçiləri restoranının ərazisində oğurluq edərkən saxlayıblar. Təqsirləndirilən şəxs orada etiraf edərək xx.xx.2023-cü il tarixdə Bakı restoranına qanunsuz daxil olub oradan 2 ədəd kondisionerlərin mühərriklərini söküb içərisinin mis hissələrini tanımadığı şəxsə satdığını bildirmişdir. xx.xx.2023-cü il tarixdə isə yenidən restorona gələrək oraya qanunsuz daxil olub oradan oğurluq etmək istəyərkən idman klubunun mühafizəçisi tərəfindən yaxalanmışdır. Bundan sonra Təqsirləndirilən şəxs barəsində araşadırma aparılması üçün şöbənin CAB-in əməliyyat müvəkkili polis baş leytenantı Şahid3 ilə birlikdə Qəbələ RPŞ-nə gətirmişlər. İşdə olan Azərbaycan Respublikası DİN-nin Kriminalistik Təhqiqatlar İdarəsinin xx.xx.2023-cü il tarixli 3-13-1112-705-2023 nömrəli məktubunda görünür ki, Gilan Hotelin restoranından oğurluq və oğurluğa cəhd hadisəsinin baş verdiyi yerdən kondisionerlərin pərlərinin üzərindən götürülmüş əl-barmaq izlərindən 01 ədədinin Təqsirləndirilən şəxs sol əlinin şəhadət barmağının əksi ilə eynilik təşkil etmişdir. İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 23 fevral 2023-cü il tarixli, 9/736 saylı və 26 aprel 2023-cü il tarixli 9/2372 saylı məhkəmə-əmtəəşünaslıq ekspertizasının rəylərindən görünür ki, böyük həcmli elektirik ət çəkən maşının 250 manat, “Fotam” markalı elektirik ət çəkən maşının 40 manat, “Kama” markalı 0,37 kv-lıq su nasosunun 30 manat, işlək vəziyyətdə, 40 kv metr həcmində, 2015ci il istehsalı olan “Orvica” markalı kondisionerin radiatorunun 50 manat, işlək vəziyyətdə 40 kv metr həcmində, 2017-ci il istehsalı olan “York” markalı kondisionerin radiatorunun 60 manat, işlək vəziyyətdə 100 kv metr həcmində, 2017-ci il istehsalı olan “Panasonic” markalı kondisionerin radiatorunun 70 manat, işlək vəziyyətdə 2018-ci il istehsalı olan “Samsung” markalı soyuducunun (mühərrikinin) kompressorunun 120 manat olduğu müəyyən edilmişdir. İşdə olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin xx.xx.2019-cu il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə təqsirli bilinib, barəsində Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsi tədbiq edilməklə 02 (iki) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmişdir. İşdə olan Qəbələ Rayon Məhkəməsinin 1(025)-11/2022 nömrəli 08 iyun 2022-ci il tarixli hökmün surətindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsininin 177.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, 03 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, həbsdə olduğu 02 (iki) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən bir günə iki gün hesablanmaqla 04 (dörd) gün ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılaraq, üzərində qəti olaraq 02 (iki) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmışdır. İşdə olan Qəbələ Rayon Məhkəməsinin 7(025)-18/2023 nömrəli 25 aprel 2023-cü il tarixli qərarın surətindən görünür ki, Qəbələ rayon İcra və probasiya şöbəsinin təqdimatı təmin edilmiş, məhkum Təqsirləndirilən şəxs Qəbələ Rayon Məhkəməsinin 1(025)-11/2022 nömrəli 08 iyun 2022-ci il tarixli hökmü ilə təyin edilmiş 02 (iki) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş 02 (iki) il 02 (iki) ay 23 (iyirmi üç) gün hissəsinin iki günü azadlıqdan məhrum etmə cəzasının bir gününə bərabər tutulmaqla azadlıqdan məhrum etmə cəzası ilə əvəz edilmiş, Təqsirləndirilən şəxs 01 (bir) il 01 (bir) ay 11 (on bir) gün müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Məhkum Təqsirləndirilən şəxs dərhal məhkəmə iclas zalından həbs edilmiş, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəza çəkmə müddətinin əvvəli 25 aprel 2023-cü il tarixdən hesablanması qərara alınmışdır. İşdə olan Qəbələ Rayon Məhkəməsinin 7(025)-18/2023 nömrəli 26 may 2023-cü il tarixli qərarın icrası barədə göstərişin surətindən görünür ki, Qəbələ Rayon Məhkəməsinin Təqsirləndirilən şəxs barəsində olan 7(025)-18/2023 nömrəli 26 may 2023-cü il tarixli qərar 26 may 2023-cü il tarixdə qanuni qüvvəyə minmiş və icra edilməsi üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin X5 göndərilmişdir. Beləliklə, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, təqsirləndirilən şəxsin özünün istintaq və ilkin məhkəmə baxışı zamanı verdiyi etirafedici ifadələri, zərərçəkmiş şəxsin nümayəndəsinin və şahidlərin məhkəmə iclasında və ibtidai istintaq zamanı verdikləri ifadələri, ekspert rəyləri, digər iş materialları ilə onun yaşayış sahəsinə və binaya qanunsuz daxil olub gizli yolla özgə əmlakını talayaraq oğurluq cinayətini, eləcə də təkrarən yaşayış sahəsinə və binaya qanunsuz olaraq daxil olmaqla oğurluq cinayətini törətməyə cəhd etmə cinayətini törətməsi tamamilə sübuta yetirildi. Onun əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3, 29,177.2.2 və 29,177.2.3-cü maddələri ilə tövsif edilmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs əməlini könüllü etiraf edərək səmimi peşimançılıq hissi keçirməsini yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə iclasında Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hal müəyyən edilmədi. Azərbaycan Respublikası CM-nin 18.4.4-cü maddəsinə əsasən residivin müəyyən edilməsi zamanı azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətlərə görə məhkumluqlar nəzərə alınmır. Məhkəmə hesab edir ki, cinayət törətməyə görə əvvəllər azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuş Təqsirləndirilən şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaratmır. Məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxsə məhkəmə hökmü ilə təyin edilmiş və daha sonra məhkəmə qərarı ilə əvəz edilmiş 01 (bir) il 01 (bir) ay 11 (on bir) gün müddətinə azadlıqdan məhrum etmə cəzası üzrə onun çəkilməmiş 01 (bir) il 07 (yeddi) gün azadlıqdan məhrum etmə cəzası vardır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə müvafiq olaraq hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası CMnin 177.2.3, 29,177.2.2 və 29,177.2.3-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş və Həmin Məcəllənin 67.1-ci maddəsinin tələbləri nəzərə alınmaqla azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun ibtidai istintaq zamanı tutulub saxlandığı 02 (iki) gün müddəti də nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinin tələbinə görə hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən 07 yanvar 2023-cü il tarixdən 09 yanvar 2023-cü il tarixədək hazırkı iş üzrə tutulub saxlandığı müddəti nəzərə alınmaqla Təqsirləndirilən şəxs hazırda təyin edilmiş cəzadan çıxılmaqla üzərində qəti cəza təyin edilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxs cəza çəkmə müddətinin əvvəli hökm elan edildiyi gündən, yəni 31 may 2023-cü il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Təqsirləndirilən şəxs barəsində Qəbələ Rayon Məhkəməsinin 25 aprel 2023-cü il tarixli 7(025)-18/2023 saylı qərarı əsasında azadlıqdan məhrum etmə cəzası təyin edilməsi və sonuncunun faktiki olaraq cəza çəkərək hazırda X3 saxlanılması nəzərə alınmalıdır. İş üzrə maddi sübut olan “Ovrica”, “York” və “Panasonic” markalı kondisionerlərin mühərrikləri, üst qapaqları, vintiliytorları, soyuducu hissələri, digər qırıntıları, “Samsung” markalı soyuducu, bir ədəd böyük həcmli elektirik ət çəkən maşın, bir ədəd kiçik həcmli Fontam markalı elektirik ət çəkən maşın və bir ədəd Kama markalı su nasosu zərərçəkmiş şəxsin nümayəndəsi Zərərçəkmiş şəxs sərəncamında saxlanılmış hesab edilməlidir. İş üzrə mülki iddia olmamışdır. İş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının dəyəri 100 (bir yüz) manat Təqsirləndirilən şəxs alınıb Azərbaycan Respublikası Dövlət Büdcəsinə keçirilməlidir. Məhkəmə müsadirə ilə bağlı məsələni araşdırır və hazırkı cinayət işi üzrə müsadirə olunmalı olan əmlak aşkar edilmədiyindən xüsusi müsadrə ilə bağlı tədbirin tətbiq olunmasını məqsədə müvafiq hesab etmir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197-198, 344-349, 351-353, 356-358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3, 29,177.2.2 və 29,177.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs Qəbələ Rayon Məhkəməsinin 1(025)-11/2022 nömrəli 08 iyun 2022-ci il tarixli hökmü ilə təyin edilmiş 02 (iki) il 11 (on bir) ay 26 (iyirmi altı) gün azadlığın məhdudlaşdırılması cəzası, Qəbələ Rayon Məhkəməsinin 7(025)-18/2023 nömrəli 25 aprel 2023-cü il tarixli qərarı ilə əvəz edilmiş azadlıqdan məhrum etmə cəzanın çəkilməmiş hissəsi 01 (bir) il 07 (yeddi) gün hazırki hökmlə təyin edilmiş cəzaya qismən birləşdirilsin və Təqsirləndirilən şəxs qəti olaraq 03 (üç) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı 02 (iki) gün tutulub saxlamanın müddəti Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən təyin olunmuş azadlıqdan məhrum etmə müddətindən çıxılmaqla üzərində qəti olaraq 03 (üç) il 05 (beş) ay 28 (iyirmi səkkiz) gün azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəza çəkmə müddətinin əvvəli 31 may 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs barəsində Qəbələ Rayon Məhkəməsinin 25 aprel 2023-cü il tarixli 7(025)-18/2023 saylı qərarı əsasında azadlıqdan məhrum etmə cəzası təyin edilməsi və sonuncunun faktiki olaraq cəza çəkərək hazırda X3 saxlanılması nəzərə alınsın. İş üzrə maddi sübut olan “Ovrica”, “York” və “Panasonic” markalı kondisionerlərin mühərrikləri, üst qapaqları, vintiliytorları, soyuducu hissələri, digər qırıntıları, “Samsung” markalı soyuducu, bir ədəd böyük həcmli elektirik ət çəkən maşın, bir ədəd kiçik həcmli Fontam markalı elektirik ət çəkən maşın və bir ədəd Kama markalı su nasosu zərərçəkmiş şəxsin nümayəndəsi Zərərçəkmiş şəxs sərəncamında saxlanılmış hesab edilsin. İş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının dəyəri 100 (bir yüz) manat Təqsirləndirilən şəxs alınıb Azərbaycan Respublikası Dövlət Büdcəsinə keçirilsin. Hökmdən, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Sədrlik edən Elman İsayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar