Azərbaycan Respublikası adından HÖKM Qəbələ şəhəri İş № 1(025)-19/2020 08.07.2020 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim İsayev Elman Bəhruz oğlunun sədrliyi, məhkəmə iclasının katibi Quliyeva Günay Ələstun qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Şəki şöbəsinin birinci instansiya məhkəmələri üzrə prokuroru vəzifəsinin icrası həvalə edilmiş kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçi – fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi, təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1987-ci ildə Qəbələ şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş - Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən, satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda, yəni xalis çəkisi 53.23 qram narkotik vasitə olan qurudulmuş marixuananı əldə edib saxlamaqla üzərində gəzdirərkən, 02.03.2020-ci il tarixdə saat 21 radələrində Qəbələ şəhəri Heydər Əliyev prospektində “Kəhran” adlanan istirahət mərkəzinin yaxınlığında Qəbələ rayon polis şöbəsinin əməkdaşları tərəfindən saxlanılaraq üzərinə baxış keçirilən zaman əynində olan gödəkçənin sol döş cibindən bir ədəd sellofan torbada aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs məhkəmə iclasında ona Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, təxminən 1 ay əvvəl Rusiya Federasiyasından özünə məxsus ** XE *** dövlət nömrə nişanlı yük avtomobili ilə tikinti materialları gətirərək Qəbələ rayonundan keçməklə Ağdaş rayonuna aparırmış. Qəbələ rayon ərazisində olarkən Qəbələ Beynəlxalaq hava yolunda Çarxana kəndinin ərazisində yolun kənarında dövlət nömrə nişanını bilmədiyi, eləcə də sürücüsünü tanımadığı tır tipli yük avtomobilinin təkərinin partladığını görüb sürücüyə kömək etmək məqsədi ilə idarə etdiyi avtomobili saxlayıb yerə düşmüşdür. Həmin yük avtomobilinin nömrə nişanından İran İslam Respublikasına aid olduğunu görmüşdür. Sürücüsü Azərbaycan dilində danışa bilirmiş. Həmin şəxsin adı yadında qalmasa da ona İran vətəndaşı olduğunu demişdir. Həmin sürücüyə kömək edərək maşının təkərini düzəltmişlər. Onunla söhbət edən zamanı ondan özü üçün narkotik vasitə olan marixuana olub-olmamasını soruşmuşdur. İranlı avtomobilində marixuana olduğunu bildirərək ona ağ sellofon bükümdə marixuananı pay kimi vermişdir. Bundan sonra o avtomobilinə minərək oradan üzü Qəbələ şəhəri istiqamətinə getmişdir. Həmin vaxtdan sonra həmin şəxslə heç bir əlaqəsi olmamışdır. Marixuanadan bir neçə dəfə özü üçün çəkmiş, qalanını isə sellofan torbada ailə üzvlərindən heç kimin xəbəri olmadan üzərində gəzdirmişdir. 02.03.2020-ci il tarixdə sinif yoldaşı olan Nətavan adlı qadınla zəngləşib görüşmüşlər. Onunla yaxın əlaqəsi olmuş bir neçə dəfə onunla görüşüb bir yerdə gəzib çay içmişlər. Qeyd edilən tarixdə Nətavanın idarə etdiyi Vaz 21 074 markalı ** KJ *** dövlət nömrə nişanlı minik avtomobili ilə Qəbələ şəhərinin yuxarısına getmişlər. Saat 22 radələri olarmış ki, Nətavanın idarə etdiyi avtomobillə Qəbələ şəhərinin yuxarı hissəsin “Kəhran” adlanan restoranın qarşısından keçib bir qədər qarşıya gedib dayanmışlar. Çünki orada təmiz havada gəzişmək istəmişlər. Nətavan maşında olan itini götürüb maşından düşüb bir qədər uzaqlaşmış, özü isə həmin vaxt telefonda internetə girib maraqlı nəyəsə baxırmış. Bu vaxt Qəbələ RPŞ-nin bir neçə əməkdaşı ona yaxınlaşıb onun üzərində narkotik vasitə marixuana olması barədə məlumat daxil olduğunu və bununla əlaqədar şübhəli olduğundan üzərinə baxış keçirilməli olduğu izah edilmişdir. Həmin yerdə üzərinə müstəntiq tərəfindən baxış keçirilməyə başlamışdır. Hətta onun özünə əvvəlcədən elan edilməklə video və foto çəkilişdən istifadə olunmuşdur. Üzərində narkotik vasitə olan marixuana olduğunu etiraf edərək həmin narkotik vasitəni gödəkçəsinin içəri döş cibindən bükülü olduğu sellofan torbada çıxarıb polis əməkdaşlarına təqdim etmişdir. Həmin yer ətrafdakıların diqqətini cəlb etdiyindən utandığı üçün xahiş etmiş ki, onu Qəbələ RPŞ-nə aparıb üzərinə baxışı orada davam etdirsinlər. Polis əməkdaşları ondan üzərində olan narkotik vasitədən Nətavanın məlumatlı olub-olmaması barədə soruşanda bildirmiş ki, Natəvanın həmin narkotikadan xəbəri yoxdur. Həqiqətən də Nətavanın onun üzərində olan narkotikdən xəbərinin olmadığını bildirmişdir. Polis əməkdaşlarından baxışı şöbədə davam etdirmələrini xahiş etdiyi üçün onu xidməti avtomobilə mindirib Qəbələ rayon polis şöbəsinə gətirmişlər. Hələ saxlanıldığı yerdə olarkən polis əməkdaşlarının təklifi ilə onlara təqdim etdiyi narkotik vasitə marixuananı sellofan torba ilə birlikdə qaytarıb həminki cibinə qoymuşdur. Sonra polis əməkdaşlarının müşayiəti ilə Qəbələ rayon polis şöbəsinə gəlmişdir. Polis şöbəsində narkotik vasitənin qanunsuz saxlanılmasında və üzərində gəzdirməsində şübhəli bilindiyi üçün AR CM-nin 234.1-ci maddəsi ilə tutulmuş, ona vəkil təyin olunmuş, hüquq və vəzifələri izah edilmiş, bütün hüquq və vəzifələri ona aydın olmuşdur. Bundan sonra müdafiəçisinin, hal şahidlərinin və digər polis əməkdaşlarının iştirakı ilə, eləcə də video çəkilişdən istifadə olunmaqla üzərinə yenidən baxış keçirilmişdir. Baxış zamanı o, iranlıdan əldə edib bir qədərini istifadə etdikdən sonra qalmış və üzərində gəzdirdiyi, eləcə də bir neçə dəqiqə öncə Qəbələ şəhərində saxlanarkən polis əməkdaşlarına təqdim etdiyi narkotik vasitə olan qurudulmuş marixuananı bükülü olduğu sellofan torba ilə birlikdə yenidən gödəkçəsinin sol içəri döş cibindən çıxarıb stolun üzərinə qoymaqla polis əməkdaşlarına təqdim etmişdir. Bir daha orada narkotik vasitəni özünə istifadə etmək məqsədi ilə əldə edib saxladığını və gəzdirdiyini bildirmişdir. Təqdim etdiyi narkotik vasitə marixuana bükülü olduğu sellofan torba ilə birlikdə elektron tərəzidə çəkildikdə 55.6 qram olduğu müəyyən edilmişdir. Bundan sonra həmin narkotik vasitə müstəntiq tərəfindən içərisi boş olan kağız zərfə qoyulub qablaşdırılmış və üzəri möhürlənmiş, daha sonra onun özü, müdafiəçisi, iki hal şahidi və baxışda iştirak edən polis əməkdaşları tərəfindən zərfin üzəri imzalanmışdır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi onun özünün etirafedici ifadəsindən başqa, şahidlərin ifadələri, ekspert rəyləri, həmçinin cinayət işinin digər materialları ilə tam sübuta yetirilir. Belə ki, məhkəmə iclasında Şahid2 ifadəsində göstərmişdir ki, şöbə əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Qəbələ şəhər sakini, Təqsirləndirilən şəxs narkotik vasitə olan qurudulmuş marixuananı qanunsuz olaraq əldə edib üzərində gəzdirməsi və həmin marixuanadan istifadə etməsi barədə məlumat daxil olmuşdur. Belə ki, 2 mart 2020-ci il tarixdə saat 20 radələrində məlumat alınmış ki, Təqsirləndirilən şəxs tanışı, Qəbələ şəhər sakini Natəvan adlı qadınla birlikdə sonuncunun idarə etdiyi vaz-2107 markalı avtomobildə Qəbələ şəhərində Heydər Əliyev prospekti ilə üzü Laza kəndi istiqamətinə gedirlər və Rəfailin üzərində qurudulmuş marixuana var. Bu barədə şöbə rəhbərliyinə raportla məruzə edildikdən sonra cinayət axtarış bölməsinin rəisi Şahid1, bölmənin baş əməliyyat müvəkkili Elçin İsmayılov, post-patrul xidmətinin polis nəfəri Şahid6, yol patrul xidmətinin əməkdaşı, polis nəfəri Şahid3 və şöbənin istintaq bölməsinin müstəntiqi Emil Niyazov birlikdə saat 21 radələrində Qəbələ şəhəri Heydər Əliyev prospekti ilə Laza istiqamətinə yollanmışlar. “Kəhran” adlanan restoranın qarşısından keçib bir qədər qarşıya getdikdə görmüşlər ki, vaz-2107 markalı, ** KJ *** dövlət qeydiyyat nişanlı avtomobil üzü Laza kəndi istiqamətinə yolun kənarında dayanıb. Avtomobilin sürücüsü Natəvan adlı qadın kənarda itlə gəzirmiş. Şübhəli olan Təqsirləndirilən şəxs isə avtomobildə sağ qabaq oturacaqda əyləşibmiş. Avtomobildə başqa heç kim yox imiş. Onlar Təqsirləndirilən şəxs yaxınlaşıb, onun narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu, yəni üzərində narkotik vasitə gəzdirməsi barədə əməliyyat məlumatının alındığını izah edərək bununla əlaqədar üzərinə baxış keçirilməli olduğunu izah etmişlər. Obyektivliyin təmin olunması üçün əvvəlcədən Təqsirləndirilən şəxs özünə elan edilməklə video və foto çəkilişdən istifadə olunmuşdur. Təqsirləndirilən şəxs soruşulduqda o, üzərində həqiqətən də narkotik vasitə qurudulmuş marixuananın olduğunu bildirmiş, həmin narkotik vasitəni könüllü olaraq təqdim etməsi təklif edildikdə Təqsirləndirilən şəxs bununla razılaşıb, əynində olan gödəkçənin sol döş hissəsinin içəri tərəfinə əlini salaraq oradan şəffaf rəngli sellofan torbanın içərisinə bükülmüş kütləni çıxarıb yerə qoymuş və ağzını açıb içərisində olan narkotik vasitə qurudulmuş marixuanaya oxşar bitki kütləsini təqdim edərək özünə məxsus qurudulmuş marixuana olduğunu, özünə istifadə etmək üçün saxladığını və gəzdiridiyini bildirmişdir. Həmin kütlə yaşıl rəngli olmaqla kəskin iyə malik imiş, aydın şəkildə görünürmüş ki, qurudulmuş marixuanadır. Baxışa davam edərkən Təqsirləndirilən şəxs bildirmiş ki, küçədə insanların içərisində üzərinə baxış keçirilməsi onun yaşadığı rayonda nüfuzuna xələl gətirə bilər. Buna görə də xahiş etmiş ki, üzərinə baxış keçirilməsi polis şöbəsində davam etdirilsin. Təqsirləndirilən şəxs xahişi nəzərə alınaraq baxışın davamının polis şöbəsinin inzibati binasında keçirilməsinə qərar verilmişdir. Bundan sonra edilmiş təkliflə Təqsirləndirilən şəxs üzərindən çıxarıb təqdim etdiyi sellofan bükülüdə olan narkotik vasitə qurudulmuş marixuanaya oxşar bitki kütləsini yenidən həmin cibinə qoymuş və polis əməkdaşlarının müşayəti ilə polis şöbəsinə gəlmişdir. Daha sonra polis şöbəsində müstəntiq tərəfindən Rəfailə müdafiəçi təyin edilmiş, həmin müdafiəçinin, könüllü razılıq əsasında iki hal şahidinin və polis əməkdaşlarının iştirakı ilə şöbənin inzibati binasında Təqsirləndirilən şəxs üzərinə yenidən baxış keçirilmişdir. Polis şöbəsində keçirilən baxış zamanı da Təqsirləndirilən şəxs əvvəlcədən xəbərdarlıq edilməklə video və foto çəkilişdən istifadə olunmuşdur. Polis şöbəsində baxış zamanı Təqsirləndirilən şəxs yenə də, küçədə saxlanıldığı yerdə təqdim etdiyi sellofan bükülüdə olan narkotik vasitə qurudulmuş marixuanaya oxşar yaşıl rəngli bitki kütləsini gödəkçəsinin sinə hissəsində sol içəri cibindən cıxarın stolun üzərinə qoymuş və sellofan torbanı açmışdır. Sellofan torbanın içərisində bir neçə dəqiqə əvvəl Rəfaili Qəbələ şəhərində Kəhran restoranın qarşısında saxladıqları yerdə üzərindən çıxarıb təqdim etdiyi qurudulmuş marixuanaya oxşar bitki kütləsi var imiş. Təqsirləndirilən şəxs bir daha bildirmiş ki, həmin bitki kütləsi narkotik vasitə qurudulmuş marixuanadır, özünə məxsusdur və özünə istifadə etmək üçün saxlayaraq üzərində gəzdirir. Təqsirləndirilən şəxs təqdim etdiyi qurudulmuş marixuanaya oxşar bitki kütləsi bükülü olduğu sellofan torba ilə birlikdə birlikdə elektron tərəzidə çəkildikdə 55.6 qram olmuşdur. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş qurudulmuş marixuanaya oxşar bitki kütləsi müstəntiq tərəfindən götürülərək içərisi boş olan kağız zərfə qoyulmaqla qablaşdırılmış və üzərinə möhür vurulmuşdur. Zərfin üzəri Təqsirləndirilən şəxs, baxışda iştirak edən onun müdafiəçisi, iki hal şahidi, baxışda iştirak edən polis əməkdaşları tərəfindən imzalanmışdır. Eləcə də, Təqsirləndirilən şəxs üzərinə Qəbələ şəhərində küçədə baxış keçirilərkən və Qəbələ rayon polis şöbəsinin inzibati binasında baxış keçirilməsi barədə müstəntiq tərəfindən protokollar tərtib edilmiş, protokollar Təqsirləndirilən şəxs və baxışlarda iştirak edən yuxarıda adları çəkilən şəxslərə ucadan oxunmuş və protokolun doğruluğu həmin şəxslər tərəfindən imzalarla təsdiq edilmişdir. Məhkəmə iclasında şahidlər Şahid1, Şahid6 və Şahid3 Şahid2 ifadəsinə uyğun eyni məzmunlu ifadə vermişlər. Məhkəmə iclasında Şahid7 Nüsrət oğlu ifadəsində göstərmişdir ki, 02 mart 2020-ci il tarixdə Təqsirləndirilən şəxs üzərinə Qəbələ rayon polis şöbəsinin inzibati binasında müstəntiq Emil Niyazov tərəfindən baxış keçirilərkən könüllü razılığı əsasında hal şahidi qismində iştirak etmişdir. Ondan başqa baxışda Təqsirləndirilən şəxs vəkili və bir neçə polis əməkdaşı iştirak etmiş, həm də video çəkiliş aparılmışdır. Baxış keçirilən zaman polis əməkdaşları Rəfailə üzərində narkotik vasitə olub-olmadığını, əgər varsa, könüllü təqdim etməsini təklif etmişlər. Rəfail də əynində olan gödəkçənin sol döş içəri tərəfindən ağ rəngli sellofan torbada yaşıl rəngli, quru halda və özünün deməsinə görə narkotik vasitə marixuana olan maddəni çıxarıb stolun üzərinə qoyaraq bildirmiş ki, özünə məxsusdur, narkotik vasitələrdən istifadə edəndir, həmin narkotiki də özünə istifadə etmək üçün üzərində gəzdirir. Rəfailin üzərindən çıxan narkotik sellofan torba ilə birlikdə elektron tərəziyə qoyulub çəkilmiş və 55-56 qram olmuşdur. Həmin vaxt tərəziyə baxaraq çəkini görmüşdir. Narkotik polis əməkdaşları tərəfindən içərisi boş olan kağız zərfə qoyulmuş, zərfin üzərinə möhür vurulmuş, zərfin üzərini baxışda iştirak edən şəxslər imzalamışdır. Rəfail özü də zərfin üzərinə imza çəkmişdir. Bütün qeyd olunanlar həmin vaxt çəkilmiş video görüntü də əksini tapmışdır. Sonda baxış keçirilməsi barədə müstəntiq tərəfindən protokol yazılıb orada olan şəxslərə, eləcə də ona oxunmuş və protokolun doğruluğunu imzalarla təsdiq etmişlər. Bununla da Rəfailin üzərinə baxış keçirilməsi sona çatmışdır. Məhkəmə iclasında Şahid5 Əlövsət qızı ifadəsində göstərmişdir ki, Qəbələ şəhər sakini Təqsirləndirilən şəxs onun sinif yoldaşıdır və aralarında dostluq münasibətləri var. Boş vaxtları olanda hərdən Rəfaillə zəngləşib görüşərək birlikdə çay içərək və ya gəzərək vaxt keçirmişlər. 02 mart 2020-ci il tarixdə yenə də Rəfaillə zəngləşib görüşmüş və birlikdə ona məxsus vaz-2107 markalı ** KJ *** dövlət qeydiyyat nişanlı avtomobillə Qəbələ şəhərində gəzişməyə başlamışlar. O, avtomobili idarə etmiş, Rəfail isə sağ qabaq oturacaqda əyləşmişdir. Təmiz hava qəbul etmək, həm də onun itini gəzdirmək üçün saat 21 və ya 22 radələrində Qəbələ şəhərinin yuxarısına tərəf qalxmışlar. “Kəhran” adlanan restoranın qarşısından üzü kanata tərəf bir neçə metr gedib avtomobili yolun kənarında saxlamış və itini götürüb yerə düşüb gəzişməyə başlamışdır. Rəfail isə maşında oturub telefonla danışmışdır. Bundan bir neçə dəqiqə sonra avtomobilin yanına polis əməkdaşları gəlmiş və avtomobilə yaxınlaşmışlar. Həmin vaxt o, avtomobildən bir qədər aralıda idi. Onlar Rəfailə yaxınlaşıb özlərini təqdim etmişlər. Polis əməkdaşları Rəfailə bildirmişlər ki, onun üzərində narkotik vasitə olmasından şübhələnirlər və buna görə üzərinə baxış keçirməlidirlər. Bu vaxt Rəfail özü könüllü olaraq əynində olan gödəkçənin cibindən sellofan torbanın içərisində nəsə çıxarıb təqdim etmiş və bildirmiş ki, narkotik vasitə marixuanadır. Daha sonra Rəfail xahiş etmiş ki, onu polis şöbəsinə aparıb araşdırmanı orada davam etdirsinlər. Polis əməkdaşları onun Rəfailin üzərində narkotik vasitə olmasından xəbərdar olub-olmadığını soruşanda bildirmiş ki, xəbəri olmayıb. Həqiqətən də Rəfailin üzərində narkotik olmasından xəbəri yox imiş, ümumiyyətlə, onun narkotik istifadəçisi olmasını bilmirdi. Rəfail özü də orada polis əməkdaşlarına bildirmiş ki, onun üzərində narkotik olmasından xəbəri olmayıb, bu işlə heç bir əlaqəsi yoxdur. Rəfail polis əməkdaşlarından onun üzərinə baxışın polis şöbəsində davam etdirilməsini xahiş etdiyi üçün onu polis şöbəsinə aparmışlar. Rəfail polis şöbəsinə gedərkən polislərə təqdim etdiyi sellofan torbadakı narkotiki yenidən cibinə qoymuşdur. Polis əməkdaşları elə oradaca onunla şifahi söhbət edib, lazım olduqda polis şöbəsinə dəvət edəcəklərini bildirib getmişlər. Bundan sonra o da öz evinə getmişdir. Sonradan eşitmişdir ki, üstündən narkotik vasitə çıxdığına görə polis əməkdaşları Rəfaili tutub barəsində cinayət işi açıblar. İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 03 mart 2020-ci il tarixli, 150 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “/İmza/ Təqsirləndirilən şəxs. Müdafiəçi /İmza/ Osmanov...” sözləri yazılmış zərfin içərisindəki 01 (bir) ədəd şəffaf sellofan torbada, təmiz çəkisi - 53,23 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Ekspertiza tədqiqatından sonra 53,18 qram qurudulmuş marixuana qalmışdır. İşdə olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə Şəhəri Səhiyyə İdarəsinin Rayonlararası x1 x3 Ekspert Komissiyasının 19 mart 2020-ci il tarixli, 199 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir.Narkotik vasitə olan kannabinoidlərdən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir.Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var.Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. İşdə olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və x2 25.03.2020-ci il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Beləliklə, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, Təqsirləndirilən şəxs özünün istintaq və ilkin məhkəmə baxışı zamanı verdiyi etirafedici ifadəsi, ekspert rəyləri, şahidlərin məhkəmə iclasında və ibtidai istintaq zamanı verdikləri ifadələri, digər iş materialları ilə onun satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitə olan qurudulmuş marixuananı şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib saxlama və daşıma cinayətin törətməsi tamamilə sübuta yetirildi. Onun əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə tövsif edilmişdir və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxsna cəza təyin edərkən, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs ilk dəfə olaraq cinayətin törədilməsini, əməlini könüllü etiraf edərək səmimi peşimançılıq hissi keçirməsini, himayəsində bir azyaşlı uşağı təkbaşına böyüdən şəxs olmasını, yaşadığı yer üzrə müsbət xarakterizə olunduğunu cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə iclasında Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hal müəyyən edilmədi. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən həbsdə olduğu müddət, yəni 02 (iki) gün həbsdə saxlamanın müddəti də nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinin tələbinə görə hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə üç gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Göstərilənləri nəzərə alaraq, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs 02 mart 2020-ci il tarixdən 04 mart 2020-ci il tarixədək həbsdə olduğu müddət, yəni 02 (iki) gün həbsdə saxlamanın müddəti ona təyin ediləcək azadlığın məhdudlaşdırılması cəzasından bir günə iki gün hesabı ilə çıxılmalıdır. Təqsirləndirilən şəxs yaşadığı yeri axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Qəbələ rayon ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirməlidir. Üzərinə kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi qoyulmalıdır. Qəbələ Rayon Polis Şöbəsində saxlanılan iş üzrə maddi sübut, keçirilmiş ekspertiza tədqiqatından sonra qalmış 53,18qramqurudulmuş marixuanahökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş üzrə aparılmış məhkəmə ekspertizasının dəyəri 35 (otuz beş) manat 97 (doxsan yeddi) qəpik Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Dövlət Büdcəsinə keçirilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197- 198, 344-349, 351-353, 356-358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsininin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, 01 (bir) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs həbsdə olduğu 02 (iki) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən bir günə iki gün hesablanmaqla 04 (dörd) gün ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və üzərində qəti olaraq 01 (bir) il 05 (beş) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəza çəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə İcra və probasiya şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs yaşadığı yeri axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Qəbələ rayon ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirsin. Təqsirləndirilən şəxs üzərinə kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2 və 93-1-ci maddələrinə əsasən Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilsin və narkoloji kabinetdə qeydiyyata götürülsün. Müalicə müəssisəsində olduğu müddətdə müəssisənin yerləşdiyi yer Təqsirləndirilən şəxs yaşayış yeri hesab olunsun və həmin dövrdə cəzanın icrasına nəzarəti müalicə müəssisəsinin yerləşdiyi yer üzrə İcra və probasiya şöbəsi həyata keçirsin. Qəbələ Rayon Polis Şöbəsində saxlanılan iş üzrə maddi sübut, keçirilmiş ekspertiza tədqiqatından sonra qalmış 53,18qramqurudulmuş marixuanahökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə aparılmış məhkəmə ekspertizasının dəyəri 35 (otuz beş) manat 97 (doxsan yeddi) qəpik Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Dövlət Büdcəsinə keçirilsin. Hökmdən, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Sədrlik edən Elman İsayev
Məhkəmə qərarları › İş №1(025)-19/2020
Qəbələ Rayon Məhkəməsi Hökm — İş №1(025)-19/2020
08.07.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver