Məhkəmə qərarları › İş №1(025)-19/2022

Qəbələ Rayon Məhkəməsi Hökm — İş №1(025)-19/2022

06.07.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Qəbələ şəhəri İş № 1(025)-19/2022 06.07.2022 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Abbas Baba oğlunun sədrliyi, məhkəmə iclas katibi Qafarlı Yelmar Elman oğlunun katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikasının Baş X1 Müdafiəsi İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, zərərçəkmiş şəxs – Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Qəbələ rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə xx.xx.1982-ci ildə Qəbələ şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işsiz, İİ qrup əlil, hazırda məhkumluğu olmayan Qəbələ rayon Zarağan kəndində qeydiyyatda olan və yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 186.2.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinin materiallarına açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs onunla birlikdə yaşayan atası Zərərçəkmiş şəxs ilə sonuncunun özünə məxsus “Ford Transit” mikroavtobus markalı, **-BG-*** dövlət qeydiyyat nişanlı avtomobili istifadə etmək üçün ona vermədiyini əsas gətirib 22 noyabr 2021-ci il tarixdə saat 19 radələrində yaşadığı Qəbələ rayon Zarağan kəndi ərazisində yerləşən fərdi yaşayış evində sözlü mübahisə etdikdən sonra atasına məxsus həmin avtomobili yandıraraq məhv etmək və zədələməklə ondan qisas almaq niyyəti ilə 23 noyabr 2021-ci il tarixə keçən gecə saat 03 radələrində orta dərəcədə alkoqol sərxoş vəziyyətdə yaşadıqları həyətin giriş qapısının qarşısında dayanmış vəziyyətdə olan atası Zərərçəkmiş şəxs məxsus yuxarıda qeyd edilən “Ford Transit” mikroavtobus markalı, **-BG-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə neft məhsulu olan benzin tökərək alışqanla yandırıb tamamilə yararsız vəziyyətə salmaqla, Zərərçəkmiş şəxs 12000 (on iki min) manat dəyərində xeyli miqdarda əmlakı qəsdən məhv etmişdir. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 186.2.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin (CPM) 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə protokollarını və digər sənədləri sübut növü kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi vardır, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli düzgün olaraq Azərbaycan Respublikasının CM-nin 186.2.2-ci maddəsi ilə tövsif olunmuşdur. Belə ki, məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 186.2.2-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, xx.xx.2021-ci il tarixdə saat təxminən 19 radələrində yaşadığı evdə spirtli içki içdikdən sonra onunla birlikdə yaşayan atası ilə sözlü mübahisə etmişdir. Belə ki, atası Səhraba idarə etdiyi X4 markalı, ** BG *** dövlət qeydiyyat nişanlı avtomobili kənar şəxslərə verməməli olduğunu, həmin avtomobili onun özünə sürmək üçün verməsini bildirmişdir. Atası Zərərçəkmiş şəxs həmin avtomobillə sərnişin daşıyaraq qazanc əldə edirmiş, Zərərçəkmiş şəxs kimi həmin avtobusla sərnişin daşıyaraq qazanc əldə etmək üçün atasından sözü gedən mikroavtobusu istəmişdir. Həmin vaxt atası Səhrab avtomobili ona verməyəcəyini bildirmiş, belə olub aralarında təxminən 5 dəqiqə müddət sözlü mübahisə baş vermişdir. Daha sonra evdən çıxıb kafeyə getmiş, orada pivə içkisi içmiş, daha sonra saat 23 radələrində yaşadığı Zarağan kəndi ərazisində yerləşən evinə gəlmiş, əsəbi halda evdə uzanaraq televizora baxmışdır. xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixə keçən gecə saat təxminən 03 radələrində ayağa qalxmış, əsəbləşdiyi üçün qeyd edilən atası Zərərçəkmiş şəxs məxsus X4 markalı, ** BG *** dövlət qeydiyyat nişanlı avtomobili yandırmaq qərarına gəlmişdir. Buna görə də yaşadığı evin padvalına daxil olaraq orada olan motorlu mişar üçün istifadə edilən 2 litrlik benzin butulkasını əlinə götürmüş, benzin butulkası yarısı dolu vəziyyətdə imiş. Daha sonra həyətyanı sahənin giriş qapısının qarşısına yola tərəf çıxmış, atası Səhraba məxsus X4 markalı, ** BG *** dövlət qeydiyyat nişanlı avtomobil qapısının qarşısında, çöl tərəfdə imiş. Avtomobilin sürücü tərəfdən qapısını açmış və əlindəki benzin butulkasının qapağını açaraq avtobosun içərisinə, əsasən də qabaq sol tərəfdən salon hissəyə tökmüşdür. Daha sonra siqaret yandırmaq üçün istifadə etdiyi alışqan vasitəsi ilə avtobusun salon hissəsini yandırmış və yanğın getdikcə sürətlənərək arxa salon hissəyə də yayılmışdır. Mikroavtobusun yandığını evdən anası Şahid1, eləcə də atası Zərərçəkmiş şəxs, arvadı Şahid2 evin pəncərəsindən baxan zaman görmüşlər. Onlar pəncərədən baxaraq qışqıran zaman ondan avtobusu kimin yandırdığını soruşmuşlar. O da avtobusu özünün yandırdığını bildirmişdir. Daha sonra hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin işçiləri gəlmiş və yandırdığı avtobusu söndürmüşlər. Bundan bir neçə dəqiqə sonra polis əməkdaşları onun ünvanına gələrək avtobusu yandırıb-yandırmadığını soruşanda etdiyi əməli səmimi olaraq etiraf etmişdir. Bundan sonra polis əməkdaşları onu Qəbələ rayon polis şöbəsinə gətirərək sərxoşluğunu yoxlamışlar və izahatını almışlar. İzahatında atası Səhrabın avtomobilini qəsdən yandırdığını etiraf etmişdir. Mikroavtobusu yandıran zaman yanında kimsə olmadığından görən şəxslər olmamışdır. Lakin, sonradan yanğını görüb anası Şayilə, arvadı Gülşad, atası Səhrab və oğlu Dəmirxan onun yanına gəlmişlər. Həmin avtomobili tək yandırmış, bu işdə ona heç kim köməklik etməmiş və ya onunla əlbir olmamışdır. Atası Zərərçəkmiş şəxs məxsus X4 markalı, ** BG *** dövlət qeydiyyat nişanlı avtomobili yandıran zaman istifadə etdiyi alışqanı siqaret yandıran zaman istifadə edirmiş və onun üzərində olurmuş, alışqanla mikroavtobusu yandırdıqdan sonra alışqanı və benzin butulkasını da avtobusun içərisinə atmışdır. Təqsirləndirilən şəxs hazırda əməlindən səmimi peşmançılıq çəkdiyini, zərərçəkmiş şəxsin onun atası olduğunu, atasının ondan şikayət və tələbinin olmadığını, onunla barışıq əldə etdiyini, İİ qrup əlil olaraq talassemiya xəstəsi olduğunu və himayəsində 3 yetkinlik yaşına çatmayan uşağının olmasını nəzərə alaraq məhkəmədən ona yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş Zərərçəkmiş şəxs vermiş olduğu ifadəsində göstərdi ki, xx.xx.2021-ci il tarixdə saat təxminən 19 radələrində evə gəlmişdir. Həmin gün oğlu Təqsirləndirilən şəxs spirtli içki qəbul etmişdir. Evdə olan zaman oğlu Zöhrab onunla sözlü mabahisə etməyə başlamış, belə ki, oğlu Zöhrab ondan özünə məxsus olan X4 markalı, ** BG *** dövlət qeydiyyat nişanlı avtomobili istəmişdir. Avtomobili Təqsirləndirilən şəxs içkili şəkildə idarə etməməsi üçün ona verməmişdir. Həmin gün saat təxminən 23 radələrində yatılı olan vaxt gecə saat 03 radələrində nəvəsi Dəmirxan onu yuxudan oyadaraq atası Təqsirləndirilən şəxs onun avtomobilini yandırdığını bildirmişdir. Dərhal yuxudan duraraq avtomobilin yanına getmiş, bu zaman görmüş ki, avtomobili yanır və oğlu Təqsirləndirilən şəxs da avtomobilin yanında dayanaraq isinirmiş. Dərhal DİN-in “102” xidmətinə, eləcə də FHN-nin qaynar xəttinə zəng edərək bu barədə məlumat vermişdir. Həmin vaxt avtomobilin yanında oğlu Zöhrab, nəvəsi Dəmirxan var imiş. Eləcə də gəlini Şahid2 da pəncərədən avtomobilin yandığını görmüşdür. Daha sonra hadisə yerinə FHN-nin yanğınsöndürən avtomobili, eləcə də polis əməkdaşları gəlmişlər. Ona məxsus X4 markalı, ** BG *** dövlət qeydiyyat nişanlı avtomobilin yanması nəticəsində ona ümumilikdə 12 000 manat maddi ziyan dəymişdir. Ona məxsus X4 markalı, ** BG *** dövlət qeydiyyat nişanlı avtomobili təxminən 6 il əvvəl Qəbələ rayon sakinindən almış, həmin avtomobilin alınmasında oğlu Təqsirləndirilən şəxs maliyyə vəsaiti sərf etməmişdir. Eləcə də oğluna həmin avtomobillə bağlı etibarnamə verməmiş, avtomobil özünə məxsus olmuşdur. Zərərçəkmiş şəxs xx.xx.2022-ci il tarixdə məhkəməyə ərizə təqdim edərək, Təqsirləndirilən şəxs onun doğma oğlu olduğunu, hazırda oğlu və sonuncunun ailəsi ilə bir evdə yaşadığını, oğlu ilə barışdığını, ona dəymiş ziyanla bağlı şikayət və tələbinin olmadığını qeyd edərək Təqsirləndirilən şəxs həbslə bağlı olmayan cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində bildirdi ki, xx.xx.2021-ci il tarixdə əri Təqsirləndirilən şəxs yaşadıqları Qəbələ rayon Zarağan kəndi ərazisində yerləşən evdə spirtli içki içmiş, daha sonra qayınatası Zərərçəkmiş şəxsla sözlü mübahisə etmişdir. Əri Təqsirləndirilən şəxs qayınatası Zərərçəkmiş şəxs məxsus X4 markalı, ** BG *** dövlət qeydiyyat nişanlı avtomobili kənar şəxslərə deyil, onun özünə verməli olduğunu bildirmiş, həmin avtomobili sürmək üçün Zərərçəkmiş şəxs istəmişdir. Belə olub onların arasında saat təxminən 19 radələrində sözlü mübahisə baş vermişdir. Onların arasındakı mübahisə təxminən 5 dəqiqə çəkmişdir. Daha sonra əri Zöhrab evdən çıxaraq kafeyə getmişdir. Saat təxminən 23 radələrində Təqsirləndirilən şəxs evə qayıdaraq evin 1-ci mərtəbəsində divanda uzanaraq televizora baxmışdır. xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixə keçən gecə saat 03 radələrində isə o, yuxulu olan zaman yoldan yanğın səslərinin gəldiyini eşitmiş, pəncərədən yola baxmış, bu zaman həyətin giriş qapısının qarşısında, yol tərəfdə qayınatası Zərərçəkmiş şəxs məxsus X4 markalı, ** BG *** dövlət qeydiyyat nişanlı avtomobilin yandığını, eləcə də əri Zöhrabın həmin yanan avtomobilin yaxınlığında dayandığını görmüşdür. Sonradan əri Zöhrab etiraf etmiş ki, həmin avtomobili qəsdən üzərinə benzin töküb alışqanla yandırmışdır. Daha sonra hadisə yerinə FHN-nin işçiləri, ardınca isə polis əməkdaşları gəlmişlər. Hadisə vaxtı övladı Şahid3 yanığının videoçəkilişini telefonu ilə aparmışdır. Məhkəmədə şahid qismində dindirilmiş Şahid3 və Şahid1 Şahid2 ilə eyni məzmunlu ifadə verərək onun göstərdiklərini təsdiq etmişlər. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 186.2.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi özünün etirafı ilə yanaşı, zərərçəkmiş şəxsin və şahidlərin ifadəsi, iş materialları və aşağıda göstərilən digər sübutlarlada təsdiq edilir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş xx.xx.2021-ci il tarixli “ Hadisə yerinə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, həmin tarixdə Qəbələ rayon polis şöbəsinin təhqiqat bölməsinin təhqiqatçısı, polis baş leytenantı X5 tərəfindən yandırılmış avtomobilə baxış keçirilmiş və müəyyən edilmişdir ki, yanğın hadisəsinin baş verdiyi yer Qəbələ rayon Zarağan kəndi ərazisində Zərərçəkmiş şəxs məxsus yaşayış sahəsinin qarşısıdır. Baxış keçirilən obyekt Zərərçəkmiş şəxs məxsus X4 markalı, ** BG *** dövlət qeydiyyat nişanlı avtomobildir. Baxış zamanı Zərərçəkmiş şəxs qeyd edilən nəqliyyat vasitəsinin özünə məxsus olduğunu, xx.xx.2021-ci il tarixdə həmin avtomobilin oğlu Təqsirləndirilən şəxs tərəfindən yandırıldığını, sonuncunun avtomobilin üzərinə benzin tökərək yandırdığını bildirmişdir. Təqsirləndirilən şəxs həmin avtomobili yandırdığını nəvəsi Şahid3 görmüşdür. İş materiallarında olan və məhkəmə baxışında Şahid3 istintaqa təqdim etdiyi videogörüntüyə baxış keçirilərək müəyyən edilmişdir ki, videogörüntü mobil telefon vasitəsi ilə vətəndaşın özü tərəfindən qeydə alınaraq CD diskə köçürülmüşdür. İçərisində “WhatsApp Video 2021-11-24 at 17.17.19” adlı fayl vardır ki, həmin fayla daxil olduqda videogörüntünün ümumilikdə 16 saniyə olduğu aşkar şəkildə görsənir. Həmin videogörüntünün 10-cu saniyəsində Təqsirləndirilən şəxs avtomobilin yaxınlığında gəzdiyi, avtomobilin əsasən qabaq hissəsindən yandığı, eləcə də avtomobilin həqiqətən də Təqsirləndirilən şəxs yaşadığı evin giriş qapısının qarşısında yerləşdiyi müəyyən edilmişdir. Baxış zamanı iştirak edən Şahid3 təqdim etdiyi videogörüntüdə avtomobilin yaxınlığında gəzən şəxsin həqiqətən də atası Təqsirləndirilən şəxs olduğunu, eləcə də Zərərçəkmiş şəxs məxsus X4 markalı, ** BG *** dövlət qeydiyyat nişanlı avtomobili atası Təqsirləndirilən şəxs yandırdığını bildirmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş 05 mart 2022-ci il tarixli “ifadənin yerində yoxlanılması haqqında” protokoldan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs ifadəsinin yerində yoxlanılması istintaq hərəkəti keçirilmişdir. Həmin istintaq hərəkətinin keçirilməsi zamanı Təqsirləndirilən şəxs əyani şəkildə xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixə keçən gecə saat 03 radələrində yandırdığı Zərərçəkmiş şəxs məxsus X4 markalı, ** BG *** dövlət qeydiyyat nişanlı avtomobili, avtomobili yandırmağa başladığı yeri, neft məhsulu olan benzin tökdüyü yeri göstərmiş və həmin avtomobili xx.xx.2021-ci il tarixdə Qəbələ rayon Zarağan kəndi ərazisində yerləşən yaşadığı evin giriş qapısının qarşısında özünün tək şəkildə yandırdığını bildirmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş 13 yanvar 2022-ci il tarixli “Məhkəmə əmtəəşünaslıq ekspertizası”nın 9/9503 nömrəli rəyindən görünür ki, Respublikada yerləşən avtobazarlarda, internet saytlarında mövcud olan qiymətlərdən, eləcə də Mərkəzdə olan məlumatlardan istifadə edilməklə qərarda göstərilən 1993-cü il buraxılışlı, tünd qırmızı rəngli, mühərrikinin həcmi 2500 sm3 olan, X4 markalı, ** BG *** dövlət qeydiyyat nişanlı avtomobilin normal vəziyyətdə 2021-ci ilin noyabr ayına olan orta bazar qiyməti nəzəri qaydada təxminən 12000,0 (on iki min) manat müəyyən edilmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş 31 yanvar 2022-ci il tarixli “məhkəmə yanğın texniki ekspertizası”nın 10/7275 nömrəli rəyindən görünür ki, Qəbələ rayon Zarağan kəndində yaşayan Zərərçəkmiş şəxs məxsus X4 markalı, ** BG *** dövlət qeydiyyat nişanlı avtomobildə baş vermiş yanğının mənbəyi, avtomobilin salon hissəsində, döşəmə səviyyəsində olmuş və yanğın yüksələn xətt istiqamətində inkişaf edərək avtomobilin digər hissələrinə yayılmışdır. İş materiallarında olan məlumatları və qərarın təsviri hissəsində göstərilmiş hadisəsnin baş vermə şəraitini nəzərə aldıqda belə nəticəyə gəlmək olar ki, yanğın, kənardan gətirilmiş alışdırma vasitəsinin təsiri nəticəsində baş verməsi üçün xarakterikdir. Cinayət işinə əlavə edilmiş xx.xx.2022-ci il tarixli “əşyanın maddi sübut kimi tanınması və sahibinə qaytarılması haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs tərəfindən yandırılaraq yararsız vəziyyətə salınmış X4 markalı, ** BG *** dövlət qeydiyyat nişanlı avtomobil maddi sübut kimi tanınmaqla mülkiyyətçisi Zərərçəkmiş şəxs xahişini nəzərə alaraq ona geri qaytarılmışdır. Cinayət işinə əlavə edilmiş xx.xx.2022-ci il tarixli Qəbələ RPŞ-nin DYPB-nin rəisi, polis mayoru Aydın Heydərovun arayışından görünür ki, X4 markalı, ** BG *** dövlət qeydiyyat nişanlı avtomobil Zərərçəkmiş şəxs məxsus olmaqla, həmin avtomobilə Təqsirləndirilən şəxs adına AR DİN-in Baş Dövlət Yol Polisi İdarəsinin Mərkəzi Məlumat Bazasında heç bir etibarnamə qeydə alınmamışdır. Cinayət işinin materialların əlavə edilmiş FHN-nin DYNX-nin Şimal-Qərb regional X8 İdarəsindən göndərilmiş materiallardan görünür ki, Zərərçəkmiş şəxs məxsus X4 markalı, ** BG *** dövlət qeydiyyat nişanlı avtomobil Təqsirləndirilən şəxs tərəfindən sərxoş vəziyyətdə qəsdən yandırılmış, Zərərçəkmiş şəxs isə oğlu Təqsirləndirilən şəxs məsuliyyətə cəlb olunmasını xahiş etmiş və toplanmış material araşdırılması üçün aidiyyəti üzrə Qəbələ RPŞ-yə göndərilmişdir. Cinayət işinə əlavə edilmiş xx.xx.2021-ci il tarixli 313 nömrəli “sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə protokolu”ndan görünür ki, hadisə baş verən tarixdə, yəni xx.xx.2021-ci il tarixdə Təqsirləndirilən şəxs orta dərəcə alkoqol sərxoş olmuşdur. Cinayət işinə əlavə edilmiş Azərbaycan Respublikası İcbari Tibbi Sığorta Üzrə X9 Ərazi Bölmələrini İdarəetmə Birliyi “Qəbələ Rayon Mərkəzi Xəstəxanası” X10 daxil olmuş xx.xx.2022-ci il tarixli 414 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs Qəbələ RMXnın polikilinika şöbəsinin narkoloji və psixiatrik kabinetlərində qeydiyyatda deyildir. Cinayət işinə əlavə edilmiş Azərbaycan Respublikası DİN-nin BƏSİİ-nin verdiyi cinayət işi üzrə yoxlamaya dair tələbnamədən və Qəbələ rayon məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmünün surətinə əsasən müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs Qəbələ rayon məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.2 və 127.2.3-cü maddələri ilə təqsirli bilinərək, 01 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsinə əsasən 01 (bir) il sınaq müddəti ilə şərti olaraq tətbiq edilmiş, sınaq müddəti xx.xx.2021-ci il tarixdə başa çatmaqla qeydiyyatdan çıxarılmışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.3.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs məhkumluğu ödənilmişdir. İş materiallarında olan Qəbələ rayon İcra və probasiya şöbəsinin 06 iyul 2022-ci il tarixli, 3774/10 nömrəli məktubdan görünür ki, Qəbələ Rayon Məhkəməsinin 1(025)-17/2020 saylı, xx.xx.2020-ci il tarixli hökmünə əsasən şərti məhkum edilmiş Təqsirləndirilən şəxs cəza müddəti başa çatdığı üçün xx.xx.2021-ci il tarixdə qeydiyyatdan çıxarılmışdır. İş materiallarında olan Qəbələ rayon İcra Hakimiyyətinin Başçısının Zarağan kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 01 iyun 2022-ci il tarixli, 258 nömrəli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə edilir. İş materiallarında olan Qəbələ rayon İcra Hakimiyyətini başçısının Zarağan kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 01 iyun 2022-ci il tarixli, 259 nömrəli arayışdan görünür ki, Təqsirləndirilən şəxs ailə tərkibi həyat yoldaşı xx.xx.1985-ci il təvəllüdlü Şahid2, qızları xx.xx.2006-cı il təvəllüdlü X6 və X7, oğlanları xx.xx.2008-ci il təvəllüdlü Şahid3 qızından ibarətdir. İş materiallarında olan Dövlət Sosial Müdafiə Fondu Qəbələ rayon şöbəsi tərəfindən verilmiş 018138 nömrəli vəsiqəsinin surətindən görünür ki, Təqsirləndirilən şəxs ömürlük İİ qrup əlildir. İş materiallarında olan 21 nömrəli “Xəstəlik haqqında Şəhadətnamə”nin surətindən görünür ki, Təqsirləndirilən şəxs talassemiya xəstəliyindən əziyyət çəkir. Beləliklə, məhkəmə və məhkəməyədək araşdırma zamanı toplanmış sübutlara məcmu halında qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs özgənin əmlakını yandırmaqla zərərçəkmiş şəxsə xeyli miqdarda ziyan vuraraq əmlakı qəsdən məhv etmə cinayətini törətməsi özünün etirafedici ifadəsi ilə yanaşı, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, habelə digər sübutlarla tam təsdiqini tapır. Məhkəmə hesab edir ki, istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 186.2.2-ci maddəsi ilə düzgün tövsif edilmişdir və o, həmin maddə ilə təqsirli bilinib cəzalanmalıdır. Cəza təyin edilərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinin tələbinə əsasən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarların şəxsiyyətləri, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxslərin islah olunmasına və onların ailələrinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. “Məhkəmə Hökmü Haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 №-li qərarının, 45-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu zaman hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməli, seçilən cəzanın və ya digər cinayət-hüquqi xarakterli tədbirin təqsirləndirilən şəxsin islah olunması, ailəsinin həyat şəraitinə təsiri baxımından məqsədəuyğun olması izah edilməlidir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2003-cü il 25 iyun tarixli, 4 saylı qərarının 1-ci bəndində göstərilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. İnsan hüquqları üzrə Avropa Məhkəməsi öz Qərarlarında dəfələrlə göstərmiş və milli məhkəmələrə tövsiyə etmişdir ki, şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması üçün əsaslar olduqda məhkəmələr həmin şəxsin barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza növlərinin tətbiq edilməsinə üstünlük verməlidirlər. Cinayət törətmiş şəxsin cəmiyyətdən təcrid edilməsi yalnız bunun üçün möhkəm əsaslar olduqda və bu açıq-aşkar ictimai maraqlar baxımından zəruri olduqda tətbiq edilə bilər. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinin tələbinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə görə, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Beləliklə də, Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən, məhkəmə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarmağı məqsədə müvafiq hesab edir. Məhkəmə Təqsirləndirilən şəxs barəsində cəza məsələsini müzakirə edərkən Azərbaycan Respublikası CM-nin 58-ci maddəsinin tələblərinə uyğun olaraq, onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, habelə şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsə vurulmuş ziyanı aradan qaldırmaqla onunla barışıq əldə etməsini, himayəsində 3 yetkinlik yaşına çatmayan uşağının olmasını və ömürlük İİ qrup əlil olmaqla talassemiya xəstəliyindən əziyyət çəkməsini cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hal müəyyən etmədi. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası CM-nin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, müsbət xarakterizə edilməklə şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halları, cəzanı ağırlaşdıran halların olmamasını, habelə təyin olunan cəzanın həm onun özü, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 186.2.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə növündə cəza təyin etməyi və həmin Məcəllənin 70-ci maddəsinə əsasən təyin olunan cəzanın şərti olaraq tətbiq edilməsini ədalətli, məqsədə uyğun və onun islah olunması, həm də cəzanın məqsədlərinə nail olunması baxımından yetərli hesab edir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cinayət törətmiş şəxsin fərdi xüsusiyyətlərinə, törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsinə və xarakterinə mütənasibdir və hazırkı halda həmin cəza, cəzanın məqsədini təmin edir. Məhkəmə, Təqsirləndirilən şəxs əməllində yüngülləşdirici halların olmasını, cəzanı ağırlaşdıran halların olmamasını, törətdiyi əməli könüllü etiraf edib səmimi peşimançılıq hissi keçirməsini, zərərçəkmiş şəxslə barışıq əldə etməsini, himayəsində üç yetkinlik yaşına çatmayan uşağının olmasını, ömürlük İİ qrup əlil olmaqla talassemiya xəstəliyindən əziyyət çəkməsini, yaşadığı yer üzrə müsbət xarakterizə olunmasını nəzərə alaraq, onun cəza çəkmədən islah olunmasını mümkün sayır və hesab edir ki, barəsində Azərbaycan Respublikası CM-nin 70-ci maddəsi tətbiq olunaraq, azadlıqdan məhrum etmə növündə təyin olunacaq cəza şərti olaraq tətbiq edilməli, barəsində sınaq müddəti müəyyən olunmalı və üzərinə yaşadığı yeri axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Qəbələ rayon ərazisini tərk etməmək, İcra və Probasiya şöbəsinə məlumat vermədən daimi yaşayış yerini dəyişməmək, həmin orqanın çağırışlarına vaxtında gəlmək, özünün davranışı ilə islah olunmasını sübut etmək və ictimai faydalı əməklə məşğul olmaq vəzifələri qoyulmalıdır. Sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə mindiyi tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Təqsirləndirilən şəxs cəzasının icrasına nəzarəti yaşadığı yer üzrə Qəbələ rayon icra və probasiya şöbəsi həyata keçirməlidir. Məhkəmə CPM-in 346.1.19-cu maddəsinin tələbləri baxımından iş üzrə maddi sübutlar məsələsini həll edərkən, iş üzrə maddi sübut kimi tanınmış “Ford Transit” Mikroavtobus markalı, **-BG-*** dövlət qeydiyyat nişanlı avtomobilin sahibinə qaytarılmasını nəzərə almalıdır. İş üzrə ekspertiza xərci 155 manat Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə görə məhkəmə, hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli olan əmlakın olub-olmaması məsələsini həll etməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.1 və 99-1.1.1-ci maddəsinə əsasən məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) Xüsusi müsadirə olunan əmlak hesab olunur. Məhkəmə xüsusi müsadirə ilə bağlı məsələni müzakirə edərək hesab edir ki, iş üzrə belə bir əmlak olmadığından təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə ilə bağlı müddəa tətbiq edilməməlidir. İş üzrə mülki iddia yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 44.1; 344-347; 349; 351-353, 356, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 186.2.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 03 (üç) il 06 (altı) ay müddətinə azadlıqdan məhrumetmə növündə cəza təyin edilsin. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq edilsin və ona təyin edilmiş 03 (üç) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası 02 (iki) il sınaq müddəti müəyyən olunmaqla şərti hesab edilsin. Sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə mindiyi gündən hesablansın. Təqsirləndirilən şəxs üzərində nəzarətin həyata keçirilməsi yaşayış yeri üzrə Qəbələ rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə yaşadığı yeri axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Qəbələ rayon ərazisini tərk etməmək, İcra və Probasiya şöbəsinə məlumat vermədən daimi yaşayış yerini dəyişməmək, həmin orqanın çağırışlarına vaxtında gəlmək, özünün davranışı ilə islah olunmasını sübut etmək və ictimai faydalı əməklə məşğul olmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut qismində tanınmış “Ford Transit” Mikroavtobus markalı, **-BG-*** dövlət qeydiyyat nişanlı avtomobilin sahibinə qaytarılması nəzərə alınsın. İş üzrə məhkəmə xərci 155 (bir yüz əlli beş) manat Təqsirləndirilən şəxs alınaraq Dövlət büdcəsinə keçirilsin. (büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu 3, X2, kod 210005, VÖEN **********, müxbir hesab AZE41NABZ********************, SFİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi, VÖEN **********, hesab AZ34CTRE********************). İş üzrə mülki iddia yoxdur. Hökm elan olunduğundan 20 (iyirmi) gün müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökm apellyasiya şikayəti və ya protesti verilmədikdə, həmin müddət başa çatdıqdan sonra qüvvəyə minir. Sədrlik edən: Abbas Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar