Məhkəmə qərarları › İş №1(025)-19/2024

Qəbələ Rayon Məhkəməsi Hökm — İş №1(025)-19/2024

03.07.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Qəbələ şəhəri İş № 1(025)-19/2024 03.07.2024 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Qəbələ Rayon Məhkəməsi Qənbərov Ülvi Oktay oğlunun sədrliyi, Tahirova Ləman Kamran qızının katibliyi, Dövlət ittihamçısı Zərərçəkmiş şəxs və müdafiəçi X1 iştirakı ilə, xx.xx.1952-ci il tarixdə Oğuz rayonu Dəymədağlı kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, təqaüdçü, Oğuz rayon Dəymədağlı kəndində yaşayan və barəsində “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri seçilmiş tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nın 263-1.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs ondan ötrü məhkəməyə verilmişdir ki, o, 24 dekabr 2023-cü il tarixdə saat 10 radələrində yerli əhəmiyyətli Qəbələ rayon Zarağan-Mirzəbəyli-Nic yolunun Qəbələ rayon Nic qəsəbəsinin mərkəzindən keçən hissəsində nəqliyyat vasitələrini idarə etmək hüququ olmadan faktiki istifadəsində olan idarə etdiyi Vaz-212100 minik markalı, **-GF-*** dövlət qeydiyyat nişanlı avtomobillə rayonun Mirzəbəyli kəndi istiqamətdə saatda təxminən 30-40 km/saat sürətlə hərəkətdə olarkən “X6” Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinin 4-cü hissəsinin və 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin yəni, Azərbaycan Respublikası ərazisindəki yollarda nəqliyyat vasitələrini idarəetmə hüququ verən sürücülük vəsiqəsi əsasında idarə etməli, diqqətini daim dəyişən yol şəraitindən və avtomobilin idarə olunmasından ayırmamalı, yol şəraitini nəzərə alaraq avtomobili hərəkətin təhlükəsizliyini təmin edə biləcəyi sürətlə idarə etməli, yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına zərər vurmamalı olduğu halda nəqliyyat vasitəsini idarəetmə hüququ verən sürücülük vəsiqəsi olmadan idarə etməklə adı çəkilən Qanunun 36.1.3-cü maddəsinin yuxarıda göstərilən tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmasına baxmayaraq sadalanan yol hərəkəti qaydalarına əməl etməyərək yəni, yol hərəkəti üçün təhlükəsiz şərait yaratmamış, hərəkət zamanı diqqətini daim dəyişən yol şəraitindən və avtomobilin idarə etməsindən ayırmaqla avtomobilin öz hərəkət zolağında dayanıqlı hərəkətini təmin etməmiş, avtomobili yol şəraitinə uyğun sürətlə hərəkət etdirməməklə həmin maddənin tələblərini kobudcasına pozması səbəbindən idarə etdiyi nəqliyyat vasitəsi fırlanaraq əks istiqamətli yola, yəni, hərəkətin Nic qəsəbəsinin mərkəzi istiqamətinə gedən hərəkət hissəsinə çıxaraq ön tərəfi həmin hərəkətin hissəsinin kənarındakı kanala düşmüş, nəticədə ehtiyatsızlığından avtomobildə ön sərnişin oturacağında sərnişin qismində olan arvadı Zərərçəkmiş şəxs sağ bud sümüyünün boynunun burmalardan keçən qapalı yerini dəyişən sınığı kimi dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurulması ilə nəticələnən yol nəqliyyat hadisəsi cinayətini törətmişdir. İş üzrə Təqsirləndirilən şəxs ona qarşı Azərbaycan Respublikası CM-nın 263-1.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, 24 dekabr 2023-cü il tarixdə saat 10-00 radələrində Təqsirləndirilən şəxs məxsus olan Vaz-212100 minik markalı, **-GF-*** dövlət nömrə nişanlı avtomobili etibarnamə əsasında idarə edərək arvadı Zərərçəkmiş şəxs və həmkəndlisi Şahid1 ilə birlikdə həftə bazarında yeni il bayramı üçün bazarlıq etmək məqsədilə yaşadığı Oğuz rayon Dəymədağlı kəndindən Qəbələ rayonu Nic qəsəbəsinə getmiş və Nic qəsəbəsindən Qəbələ rayonu Mirzəbəyli kəndi istiqamətdə təxminən 30 km/saat sürətlə hərəkət etmişdir. Zərərçəkmiş şəxs avtomobilin qabaq oturacağında, Şahid1 isə arxa oturacaqda əyləşmişdir. Həmin vaxt yolun asfalt örtüyü sürüşkən olduğu üçün idarə etdiyi avtomobil qəflətən öz hərəkət yolunda sürüşərək fırlanmağa başlamış və yolun əks zolağa çıxaraq əks istiqamətli yol zolağının sol tərəfindəki səkiyə çıxıb qabaq hissəsi su kanalına düşərək dayanmışdır. Hadisə zamanı özü və arvadı xəsarət aldığı üçün hadisə yerinə gələn tanımadığı bir nəfərin avtomobili ilə Qəbələ rayon mərkəzi xəstəxanasına aparılmışlar. Təqsirləndirilən şəxs daha sonra ifadəsində Zərərçəkmiş şəxs ilə bir yerdə yaşadığını, onun sağalması üçün hər cür qayğı və səylərini əsirgəmədiyini və zəruri qulluq göstərdiyini bildirərək əməlindən peşmançılıq çəkdiyini ifadə etmişdir. İş üzrə Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, 4 dekabr 2023-cü il tarixdə saat 10-00 radələrində o, əri Təqsirləndirilən şəxs idarə etdiyi Vaz-212100 minik markalı, **-GF-*** dövlət nömrə nişanlı avtomobillə həftə bazarında yeni il bayramı üçün bazarlıq etmək məqsədilə yaşadığı Oğuz rayon Dəymədağlı kəndindən Qəbələ rayonu Nic qəsəbəsinə getmişdir. Həmin vaxt avtomobildə onlardan başqa həmkəndlisi Şahid1 da olmuş və avtomobilin arxa oturacağında əyləşmişdir. Nic qəsəbəsindən Qəbələ rayonu Mirzəbəyli kəndi istiqamətdə hərəkətdə olarkən avtomobil təxminən 30 km/saat sürətlə hərəkət etmiş və qəfildən öz hərəkət yolunda sürüşərək fırlanmağa başlamış və yolun əks zolağa çıxaraq əks istiqamətli yol zolağının sol tərəfindəki səkiyə çıxıb qabaq hissəsi su kanalına düşərək dayanmışdır. Hadisə zamanı o və Qərib xəsarət aldığı üçün hadisə yerinə gələn tanımadığı bir nəfərin avtomobili ilə Qəbələ rayon mərkəzi xəstəxanasına aparılmışlar. Zərərçəkmiş şəxs daha sonra ifadəsində göstərmişdir ki, göstərilən tibbi yardımlarla yanaşı Təqsirləndirilən şəxs qayğı və səyləri nəticəsində X5 tam şəkildə sağalmışdır və heç bir şikayəti yoxdur. İş üzrə Şahid1 ifadəsində göstərmişdir ki, 24 dekabr 2023-cü il tarixdə saat təxminən 10-00 radələrində Təqsirləndirilən şəxs idarə etdiyi 212100 markalı, ** GF *** dövlət qeydiyyat nişanlı avtomobildə yaşadığı Oğuz rayon Dəymədağlı kəndindən Qəbələ rayonu Nic qəsəbə bazarına getmişdir. Həmin vaxt o, avtomobilin arxa oturacağında, Qəribin arvadı Zərərçəkmiş şəxs isə qabaq oturacaqda əyləşmişdir. Nic qəsəbəsindən Qəbələ rayonu Mirzəbəyli kəndi istiqamətdə hərəkətdə olarkən avtomobil təxminən 30 km/saat sürətlə hərəkət etmiş və qəfildən öz hərəkət yolunda sürüşərək fırlanmağa başlamış və yolun əks zolağa çıxaraq əks istiqamətli yol zolağının sol tərəfindəki səkiyə çıxıb qabaq hissəsi su kanalına düşərək dayanmışdır. Hadisə zamanı o və Qərib xəsarət aldığı üçün hadisə yerinə gələn tanımadığı bir nəfərin avtomobili ilə Qəbələ rayon mərkəzi xəstəxanasına aparılmışlar. İş üzrə Şahid2 ifadəsində göstərmişdir ki, o, Qəbələ RPŞ-nin DYPB-nin YPX-nin yol patrul xidməti inspektoru vəzifəsində işləyir. 24 dekabr 2023-cü il tarixdə, saat təxminən 11-00 radələrində Qəbələ rayonu Nic qəsəbə mərkəzi yaxınlığında xəsarətlə nəticələnən yol nəqliyyat hadisəsi baş verməsi barədə daxil olmuş məlumat əsasında yol patrul xidmətinin digər əməkdaşı Şahid3lə birlikdə həmin yerə getmişlər. Hadisə yerində qabaq hissəsi zədələnmiş vəziyyətdə olan Vaz 212100 markalı, ** GF *** dövlət qeydiyyat nişanlı avtomobil ön tərəfi Nic qəsəbəsinin mərkəzi istiqamətdə yolun sağından keçən kanala tərəf, arxa tərəfi isə asfalt yola tərəf dayanmış vəziyyətdə aşkar edilmişdir. Avtomobilin ətrafında çoxlu sayda adamlar olmuş, onlardan hadisə nəticəsində xəsarət almış bir nəfər qadın və sürücü kişinin xəstəxanaya aparıldığını öyrənmişdir. Az müddət keçəndən sonra hadisə yerinə müstəntiq gəlmiş, onun, Şahid3, tanımadığı iki nəfər hal şahidlərinin iştirakı ilə hadisə yerinə baxış keçirilmiş, ölçmə işləri aparılmış və fotoşəkillər çəkilmişdir. Müstəntiq tərəfindən hadisə yerinin sxemi və hadisə yerinə baxış keçirilməsi haqqında protokol tərtib edilmiş və onlar tərəfindən imzalamışlar. İş üzrə şahid Qəbələ RPŞ-nin DYPB-nin YPX-nin yol patrul xidməti inspektoru Şahid3 ifadəsində Şahid2 göstərdiyi xüsusatları eyni ilə təsdiq etmişdir. İşdə olan 24 dekabr 2023-cü il tarixli “Yol nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi haqqında” protokola əsasən yol nəqliyyat hadisəsi Qəbələ rayonu Nic qəsəbəsinin mərkəzində, Qəbələ rayonu Mirzəbəyli kəndi istiqamətdə baş vermiş, hadisə yerində yol asfalt örtüklü olmaqla yaş və hamar olmuşdur. Asfalt yolun hərəkət hissəsi üfüqi və düz, eni 10,0 metr, 02 hərəkət zolaqlı, hər bir hərəkət hissəsinin eni 5,0 metr, yolun sol tərəfində səki-yol çiyni, sağ tərəfiində tikililər vardır. Hərəkət hissədə nəqliyyat axınını ayıran uzununa hesablama xətti vardır və hərəkət özü-özünə tənzimlənir. Hadisə yeri 50 km/saat yol nişanı zonasındadır və elektrik işığı ilə işıqlandırılır. Hadisə yerində qabaq hissəsi zədələnmiş vəziyyətdə olan Vaz 212100 markalı, ** GF *** dövlət qeydiyyat nişanlı avtomobil ön tərəfi Nic qəsəbəsinin mərkəzi istiqamətdə yolun sağından keçən kanala tərəf, arxa tərəfi isə asfalt yola tərəf dayanmışdır. Avtomobilin arxa hissəsindən asfaltın ortasına düz xəttə kimi məsafə 4,70 metr təşkil edir. Hadisə yerində nəqliyyat vasitəsinin sınmış və ya itmiş hissələri, eləcə də tormoz izləri olmamışdır. (c.i. səh: 7-11; fotocədvəl-sxem, səh:12-19) İşdə olan AR SN MTEPAB PHŞ Qəbələ rayon şöbəsi tərəfindən verilmiş xx.xx.2024-cü tarixli 84 nömrəli rəydə göstərilmişdir ki,.Zərərçəkmiş şəxs bədəni üzərində aşkar edilmiş xəsarətlər-sağ bud sümüyünün boyunun burmalardan keçən qapalı yerini dəyişən sınığı küt alətin(əşyaların) təsirindən əmələ gəlmişdir. Həmin xəsarətlər 24 dekabr 2023-cü il tarixdə baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində törənə bilər və dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aiddir. ( c.i.səh:50-51) İşdə olan AR ƏN MEM tərəfindən verilmiş 05 mart 2024-cü il tarixli 8/ nömrəli ekspert rəyində göstərilmişdir ki, istintaq tərəfindən təqdim olunmuş məlumatlara əsasən Vaz-212100 minik markalı, ** GF *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “X6” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur; Sürücü Təqsirləndirilən şəxs avtomobili sürücülük vəsiqəsi olmadan idarə etdiyindən onun hərəkətlərində “X6” Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinin 4-cü hissəsinin tələblərinə uyğunsuzluq olmuşdur.( c.i.səh:35-36) İşdə olan AR DİN-in BDYPİ-nin Şəki Regional Qİ və TB şöbəsindən verilmiş 28 dekabr 2023-cü il tarixli 3-13-16-6/2-659/2023 nömrəli məlumata əsasən Təqsirləndirilən şəxs mərkəzləşdirilmiş kompüter bazasına əsasən sürücülük vəsiqəsi almamışdır. (c.i.səh:29) İşdə olan AA 314363 nömrəli Nəqliyyat vasitəsinin Qeydiyyat şəhadətnaməsinin surətinə əsasən Vaz 212100 markalı, 10 GF192 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi xx.xx.2020-ci il tarixdə X2 adına qeydiyyata alınmışdır. ( c.i.səh:22) İşdə olan xx.xx.2011-ci il tarixli ƏN 533879 nömrəli Etibarnamənin surətinə əsasən Vaz 212100 markalı, ** GF *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi üzərində sərəncam verməklə idarə olunmaq səlahiyyətləri ilə otuz il müddətinə X3 verilmişdir.( c.i.səh:23) AR CPM-nin 139.0.4-cü maddəsinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. Həmin Məcəllənin 145.2-ci maddəsinə əsasən hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmuyunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirir. Həmin Məcəllənin 338.1.2-ci maddəsinin tələblərinə görə məhkəmə hökm çıxartdıqda yalnız məhkəmə istintaqı zamanı baxılmış sübutlara istinad etməlidir. Məhkəmə tədqiq olunmuş sübutlara qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263-1.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Onun əməli ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif olunmuşdur. Ona görə də o, Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddəsi ilə təqsirli bilinib Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla cəzlanmalıdır. AR CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza ədalətin bərpası, məhkumun islah edilməsi və məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışıq əldə etməsi və əməlindən səmimi peşmançılıq çəkməsi onun cəzanı yüngülləşdirən hallardır. İşdə olan AR DİN BƏSİİ tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli məlumata əsasən Təqsirləndirilən şəxs məhkum olunmamışdır.( c.i.səh: 75) İş üzrə cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. İşdə olan Oğuz RİHB-nin Sincan İƏD üzrə İN tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli 5-68-12/2- 63/2024 saylı arayışa əsasən Təqsirləndirilən şəxs evlidir və arvadı Zərərçəkmiş şəxs ilə birlikdə Oğuz rayon Dəymədağlı kəndində yaşayır. ( c.i.səh:41) İşdə olan Oğuz RİHB-nin Sincan İƏD üzrə İN tərəfindən verilmiş xasiyyətnamədə Təqsirləndirilən şəxs müsbət xarakterizə olunmuşdur. ( c.i.səh:42) «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarının 1-ci bəndinə əsasən məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanunun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidir. Məhkəmə törədilmiş cinayətin xarakterini nəzərə alınaraq hesab edir ki, Təqsirləndirilən şəxs CM-nın müvafiq maddəsinin sanksiyasında nəzərdə tutulan nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə azadlıqdan məhrumetmə cəzasına məhkum edilməli, eyni zamanda cinayətin ictimai təhlükəlilik dərəcəsi və cəzasını yüngülləşdirən hallar nəzərə alınaraq AR CM-nın 70.1ci maddəsinə əsasən təyin olunan azadlıqdan məhrumetmə cəzasının şərti olaraq tətbiq edilməsi məqsədəmüvafiq hesab edilməlidir. Qeyd olunanlara əsasən Azərbaycan Respublikası CPM-nin 345-347, 349, 351-353 və 383-385ci maddələrini rəhbər tutaraqq H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263-1.1-ci maddəsində nəzərdə tutulan cinayəti törətməkdə təqsirli bilinib 1(bir) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 1 (bir) il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nın 70-ci maddəsi tətbiq olunaraq Təqsirləndirilən şəxs təyin olunan 1 (bir) il müddətə azadlıqdan məhrumetmə cəzası 1 (bir) il sınaq müddəti ilə şərti olaraq tətbiq edilsin. Sınaq müddəti ərzində Təqsirləndirilən şəxs üzərinə onun davranışı üzərində nəzarəti həyata keçirən orqana məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsi qoyulsun. Sınaq müddəti ərzində Təqsirləndirilən şəxs üzərinə qoyulan vəzifəni mütəmadi və ya qərəzli olaraq yerinə yetirməkdən boyun qaçırtmazsa, yaxud başqa cinayət törətməzsə ona təyin olunan 1 ( bir) il müddətə azadlıqdan məhrumetmə cəzası icra olunmasın. Təqsirləndirilən şəxs təyin olunan 1 (bir) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə cəzası real icra olunsun. Sınaq müddətinin və nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə cəzasının çəkilməsinin əvvəli hökm qanuni qüvvəsini aldığı gündən hesablansın. Barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək öz qüvvəsində saxlansın. İş üzrə maddi sübut, Qəbələ şəhəri, Z.Əliyeva küçəsində yerləşən "xxxx" MMC-nin həyətindəki duracaqda saxlanılan Vaz 212100 Minik markalı, ** GF *** dövlət nömrə nişanlı avtomobil X3 təhvil verilsin. İş üzrə ekspertiza xərcini təşkil edən 85,0 manat pul Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinə keçirilsin. Hökmün icrasına nəzarət Oğuz rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Hökmdən 20 (iyirmi) gün müddətində Qəbələ rayon Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasına apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hakim: Ülvi Qənbərov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar