Məhkəmə qərarları › İş №1(025)-19/2025

Qəbələ Rayon Məhkəməsi Hökm — İş №1(025)-19/2025

25.08.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Qəbələ şəhəri İş № 1(025)-19/2025 25.08.2025 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Abbas Baba oğlunun sədrliyi, məhkəmə iclas katibi Əbdürəhimova Fəridə Arif qızının katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikasının Baş X2 Müdafiəsi İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İİ dərəcəli hüquqşunas Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Qəbələ rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə xx.xx.1967-ci ildə Qəbələ rayon, Topbağ kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, işsiz, Qəbələ rayon, Topbağ kəndində qeydiyyatda olmaqla yaşayan, xx.xx.2025-ci il tarixdə barəsində “həbs” növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs tamah niyyətlə etibardan sui-istifadə etmə və aldatma yolu ilə vahid niyyətlə əhatə olunan qəsdlə özgənin əmlakını əvəzsiz və qanunsuz ələ keçirmək niyyəti ilə tanışı Zərərçəkmiş şəxs ilə aralarında olan tanışlıq münasibətlərinə görə yaranmış etibardan sui-istifadə edib ona guya vəzifəli tanışlarının olduğunu bildirib torpaqla bağlı məsələsini 3000(üç min) manat müqabilində onun xeyrinə həll edilməsinə köməklik göstərəcəyi barədə yalan vəd verərək bu barədə uydurduğu yalana inandırmaqla məsələnin həlli üçün həmin vəzifəli tanışına vermək adı ilə aldadıb 2024-cü ilin dekabar ayının sonlarından istintaqa məlum olmayan tarixdən müxtəlif vaxtlarda və müxtəlif məbləğlərdə sonuncu dəfə 12 mart 2025-ci il tarixdə Qəbələ rayon Hacıalılı kəndində zərərçəkmişin yaşadığı fərdi yaşayış evində 300 manat olmaqla ümumilikdə 3000 (üç min) manat pulunu əlbəəl ələ keçirib öz şəxsi ehtiyaclarına sərf edərək vədinə əməl etməmiş, bununla da Zərərçəkmiş şəxs məxsus pul vəsaitini vahid niyyətlə əhatə olunan qəsdlə ələ keçirərək 3000 (üç min) manat maddi ziyan vurmaqla dələduzluq cinayət əməlini törətmişdir. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin (CPM) 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə protokollarını, ekspertiza rəylərini və digər sənədləri sübut növü kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi vardır, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə tövsif olunmuşdur. Belə ki, məhkəmə iclasında ifadə verərkən Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilərək göstərdi ki, Qəbələ rayon Hacıalılı kənd sakini Zərərçəkmiş şəxs 2024-cü ilin dekabr ayında dəqiq xatırlamadığı tarixdə Qəbələ rayon Hacıalılı kəndində çayxanada təsadüfən tanımışdır. Belə ki, Ərziman özü ona yaxınlaşaraq tanış olmuş və ondan məhkəmədə torpaqla bağlı mübahisəsinin olduğunu, həmin mübahisə ilə bağlı köməklik etməyini istəmişdir. Söhbət zamanı yaşadığı kənddə torpaq sahəsi olduğunu, lakin adına sənədləşdirə bilmədiyini, bunula bağlı məhkəmələrdə işlərinin olduğunu bildirmişdir. Ancaq nə üçün ona müraciət etdiyini, onu kimin istiqamətləndirdiyini bilməmişdir. Ərziman ona müraciət edəndə ondan pul ala biləcəyini düşünmüş, yalandan adını çəkmədiyi yüksək vəzifəli tanışlarının olduğunu deyərək bu işi 3000 (üç min)manata görə biləcəyini demişdir. Əslində həmin rəqəmi eləcə özündən demiş, niyyəti isə Ərzimanın üç min manat pulunu ələ keçirmək olmuşdur. Ərzimana isə həmin pulu guya hansısa vəzifəli tanışlarına verəcəyini, bu işi 2-3 ay ərzində görəcəyini demişdir. Ərziman razı olmuş, ancaq topa pulunun olmadığını bildirərək həmin pulu hissə-hissə verəcəyini demişdir. Ərzimanla razılaşmış, həmin vaxtdan etibarən Ərziman ona Qəbələ rayon Hacıalılı kəndində hissə-hissə olmaqla ümumilikdə 3000 (üç min) manat pul vermişdir. Belə ki, birinci dəfə 2024-cü ilin dekabr ayında dəqiq xatırlamadığı gündə Hacıalılı kəndinin mərkəzində 400 (dörd yüz) manat pul vermiş, bundan sonra bir neçə dəfə də həmin kənddə müxtəlif məbləğlərdə, sonuncu dəfə 300 (üç yüz) manat pulu 2025-ci ilin mart ayında Hacıalılı kəndində yaşadığı evdə vermişdir. Ərzimanı inandırmaq üçün onun arvadının adına sənədləşəcək torpaq sahəsinə görə şəxsiyyət vəsiqəsinin surətini də götürmüşdür. Lakin, Ərzimandan aldığı həmin pulu heç kimə vermədən öz ehtiyaclarına xərcləyib qurtarmış, verdiyi vədə əməl etməmişdir. Bundan sonra Ərziman bir neçə dəfə pulunu istəsə də xərclədiyi üçün geri qaytara bilməmişdir. Ərzimandan pulları hissə-hissə olmaqla adına torpağı sənədləşdirmək adı ilə almış, hər dəfə sənədləşməyə pul lazım olduğunu deyərək pul istəmiş, guya pulları kimlərəsə verirmiş. Yəni, əvvəlcədən danışdıqları 3000 (üç min) manatı hiss-hissə verəcəyi üçün hər dəfə ondan pulu başqa adlarla deyil, eyni adla, yəni torpağı sənədləşdirəcəyi adı ilə almışdır. Ərzimandan aldığı pulu müxtəlif yerlərdə öz şəxsi ehtiyaclarına xərcləyib qurtarmışdır. Ərzimandan aldığı puldan verdiyi vədə əməl etmək məqsədi ilə heç bir vəzifəli və ya vəzifəsi olmayan şəxsə verməmiş, ümumiyyətlə belə bir tanışı olmamışdır. Ərzimanı inandırıb onun pulunu ələ keçirmək üçün özündən bu məzmunda uydurma etmiş, verdiyi vədə əməl etmək üçün hər hansı bir hərəkətlər etməmişdir. Ərzimandan pulların hamısını əlbəəl nəğd formada almışdır. Eyni zamanda Ərzimanlı söhbətində ümumiyyətlə məhkəmə sözündən istifadə etməmişdir. Polis şöbəsidə onun izahatında necə yazılmasından xəbəri yoxdur və yalnız qol çəkmişdir. Təqsirləndirilən şəxs həmçinin, hazırda əməlindən səmimi peşmançılıq çəkdiyini və bir daha belə hallara yol verməyəcəyini bildirib, məhkəmədən ona yüngül cəza təyin edilməsini xahiş etdi. İş üzrə Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, yaşadığı Qəbələ rayon Hacıalılı kəndində istifadəsində adlarına sənədləşdirə bilmədikləri 11 sot torpaq sahəsi vardır. Torpaq mübahisələri Barat Dadaşovla olmuşdur. Təqsirləndirilən şəxs təxminən 2024-cü ilin dekabr ayında yaşadığı kənddə çayxanada təsadüfən tanımışdır. Onunla söhbət zamanı Hacıalılı kəndində istifadəsində olan 11 sot torpaq sahəsini ailələrinin adına sənədləşdirə bilmədiyini demişdir. Ramiz isə ona tanışlarının olduğunu, işlərini həll edə, torpağı ailəsinin adına sənədləşdirə biləcəyini demişdir. Ramizin danışığına inanmışdır. Ramiz buna görə vəzifəli tanışlarına 3000 manat pul verməli olduğunu demişdir. Ramiz bu kimi sözlərlə onu tam olaraq özünə inandırmışdır. Ancaq topa şəkildə pulu olmadığı üçün Ramizə pulu hissə-hissə verə biləcəyini bildirmiş, Ramiz razılaşmışdır. Beləliklə, elə həmin vaxt təxminən 2024-cü ilin dekabr ayında dəqiq xatırlamadığı gündə Ramizin istəməsi ilə ona Qəbələ rayon Hacıalılı kəndində “Ulduz” marketin yanında 400 manat pulu nəğd şəkildə vermişdir. Ramiz torpağı kimin adına sənədləşdirəcəyini soruşub bu barədə şəxsiyyət vəsiqəsi istəmiş, torpağı həyat yoldaşı Şahid1 adına sənədləşdirmək istədiyini bildirib onun şəxsiyyət vəsiqəsinin ksero surətini Ramizə vermişdir. Ramiz təxminən 2 ay ərzində sənədləri hazırlayacağını bildirmişdir. Bundan sonra hiss-hissə müxtəlif vaxtlarda, yəni 12 mart 2025-ci il tarixədək olan müddətlərdə dəqiq xatırlamadığı günlərdə yaşadığı Hacıalılı kəndində, eləcə də öz yaşadığı evdə Ramizə ümumilikdə nəğd şəkildə əlbəəl 2700 manat pul vermişdir. Ramiz hər dəfə pulları aldıqda iş görəcək vəzifəli tanışlarına verəcəyini, sənədləşmə işlərinin getdiyini deyirmiş. Pulları həmişə nəğd şəkildə Ramizə verirmiş. Sonuncu dəfə 12 mart 2025-ci il tarixdə isə Ramiz onlarda qonaq olduğu zaman sənədləşmə işlərinin yekunu üçün 300 manatı istəmişdir. Yaşadığı evdə Ramizə əlbəəl nəğd şəkildə 300 manat pul vermişdir. Bununla da Ramizə cəmi 3000 manat pul vermişdir. Evdə artıq Ramizin onu aldatmasından şübhələnmiş, buna görə də arvadı Dürdanə xəlvət olaraq gələcəkdə sübut kimi qalması üçün Ramizin fotoşəklini çəkmişdir. Bundan başqa Dürdanə Ramizlə bu iş barədə telefonla danışdıqda gələcəkdə Ramzin onu aldatması halında sübut olması üçün onun səsini də telefona yazmışdır. Sonradan Ramiz tərəfindən aldadıldığını başa düşüb pulunu geri istədikdə Ramiz yenə də bəhanələr gətirib pulu geri qaytarmaqdan yayınmışdır. Buna görə bu barədə polis şöbəsinə ərizə ilə müraciət etmişdir. Zərərçəkmiş şəxs ona verilən əlavə suallara cavab olaraq bildirmişdir ki, Ramizə hissə-hissə verdiyi ümumilikdə 3000 manat pul ona məxsus olmuşdur. Ramiz ona vəzifəli tanışlarının olduğunu desə də adlarını çəkməmişdir, bu barədə ona sual verməmiş, eləcə də həmin şəxsləri görməmişdir. Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyan ödənilməmişdir. Ona görə də Təqsirləndirilən şəxs şikayətçidir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X6 ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs əri, Şahid2 isə qızıdır. Qəbələ rayon Hacıalılı kəndində istifadəsində adlarına sənədləşdirə bilmədikləri 11 sot torpaq sahəsi vardır. Bu barədə işləri məhkəmədə olmuşdur. Təxminən 2024-cü ilin dekabr ayında əri Ərziman Ramiz adlı tanışı olduğunu, həmin şəxsin ona torpaq sahəsinin sənədləşdirilməsində köməklik edəcəyini demişdir. Ərziman Ramizin ona məhkəmədə tanışları olduğunu, onlara verilməsi üçün 3000 manat pul lazım olduğunu, pulu Ramizə hissə-hissə verəcəyi barədə razılaşdıqlarını demişdir. Beləliklə, əri Ərziman həmin vaxtdan etibarən hiss-hissə olmaqla Ramizə ümumilikdə 3000 manat pul vermişdir. Ramiz torpağı onun adına sənədləşdirəcəyinə görə şəxsiyyət vəsiqəsinin surətini götürmüşdür. Sonuncu dəfə 12 mart 2025-ci il tarixədə Ramiz onların evində qonaq imiş.Həmin vaxt sonuncu 300 manatı əri Ərziman evdə Ramizə əlbəəl vermişdir. Həmin vaxt Ramizin onları aldadacağından şübhələnib evdə onun fotoşəklini çəkmişdir. Bundan sonra Ramiz müxtəlif bəhanələr gətirərək vaxtı uzatmağa, verdiyi vədə əməl etməməyə başladığını görmüşlər. Ondan pulu geri istədikdə isə yenə də müxtəlif bəhanələr gətirməyə başlamış, pulu geri qaytarmamışdır. Hətta onunla mobil telefonda danışan zaman Ramizin səsini yazmışdır. Ramiz ona vəzifəli tanışlarının olduğunu desə də adlarını çəkməmişdir, bu barədə ona sual verməmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid2 şahid X6 ilə eyni məzmunlu ifadə verərək onun göstərdiklərini təsdiq etmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq olunan Qəbələ RPŞ-nin TB-nin təhqiqatçısı, polis kapitanı Toğrul Aslanlı tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli “baxış keçirilməsi haqqında” protokoldan görünür ki, Şahid1 ilə aralarında baş tutan və telefon danışığı qeydə alınmış 02 ədəd səs yazısına baxış keçirilmişdir. Səs yazısına baxış zamanı müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs torpağı onun adına sənədləşdirəcəyinə vəd edərək məbləğini qeyd etmədiyi miqdarda pul aldığını bildirir. İşdə olan və məhkəmə iclasında tədqiq olunan Qəbələ rayon məhkəməsindən daxil olmuş 23 iyun 2025-ci il tarixli məktuba əlavə edilmiş xx.xx.2024-cü il tarixli qətnamədən görünür ki, Qəbələ rayonu, Hacıalılı Bələdiyyəsinin 05 may 2006-cı il tarixli, 03 nömrəli qərarı ilə X1 Qəbələ rayonu, Hacıalılı kəndində yerləşən 0,09 ha torpaq sahəsinin sənədləşdirilməsi üçün ƏMDK-nın yanında DƏDRX-nın 16 saylı Ərazi idarəsinin mütəxəssisləri tərəfindən ölçü və digər işlərin aparılmasına maneə törədilməsi cavabdehlər Qəbələ rayonu, Hacıalılı kənd sakinləri Zərərçəkmiş şəxs və Şahid1 qadağan edilmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq olunan Şəki İnzibati Məhkəməsindən daxil olmuş 20 iyun 2025-ci il tarixli məktuba əlavə edilmiş xx.xx.2023-cü il tarixli qərardaddan görünür ki, iddiaçı Şahid1 cavabdeh Qəbələ rayon Hacıalılı Bələdiyyəsinə qarşı “Qəbələ rayonu Hacıalılı Bələdiyyəsinin xx.xx.2006-cı il tarixli 03 saylı qərarının ləğv edilməsi barədə qərar qəbul edilməsi” tələbinə dair iddiası mümkün sayılmamışdır. İşdə olan Azərbaycan Respublikası İcbari Tibbi Sığorta Üzrə X13 Ərazi Bölmələrini İdarəetmə Birliyi “Qəbələ Rayon Mərkəzi Xəstəxanası” X11 daxil olmuş 02 iyun 2025-ci il tarixli 18-1-52/2-1394/2025-ci nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs Qəbələ RMX PHŞ-in polikilinika şöbəsinin “narkoloji və ya ruhi əsəb” kabinetində qeydiyyatda deyildir. Cinayət işi materiallarına əlavə edilmiş Qəbələ Rayon Məhkəməsinin xx.xx.2012-ci il tarixli 1(025)-32/2012 nömrəli hökmündən görünür ki, Təqsirləndirilən şəxs AR CM-nin 178.2.2-ci maddəsi ilə təqsirli bilinib 3000 (üç min) manat cərimə cəzasına məhkum edilmişdir. Cinayət işi materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Şəki Rayon Məhkəməsinin 1(075)-52/2015 nömrəli hökmündən görünür ki, Təqsirləndirilən şəxs AR CMnin 178.2.4-cü maddəsi ilə təqsirli bilinərək 4 (dörd) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Cinayət işi materiallarına əlavə edilmiş Bakı şəhəri Suraxanı Məhkəməsinin 22 iyul 2016cı il tarixli 7(010)-386/2016 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs əməli AR CMnin 178.2.4-cü maddəsindən AR CM-nin 178.1-ci maddəsinə tövsif edilmiş, Şəki Rayon Məhkəmədinin 15 iyul 2015-ci il tarixli hökmü ilə təyin edilmiş 4 (dörd) il müddətinə azadlıqdan məhrum etmə cəzası azaldılaraq onun üzərində 2 (iki) il müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılmışdır. Cinayət işi materiallarına əlavə edilmiş Qəbələ Rayon Məhkəməsinin 03 noyabr 2017-ci il tarixli 7(025)-23/2017 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs Şəki Rayon Məhkəməsinin 1(075)-52/2015 saylı, 15 iyul 2015-ci il tarixli hökmü ilə təyin olunmuş 300 (üç min) manat məbləğində cərimə cəzası qazancından dövlət nəfinə 15 (on beş) faiz məbləğində pul tutulmaqla 01 (bir) il 06 (altı) ay müddətinə islah işləri cəzası ilə əvəz olunmuşdur. Cinayət işi materiallarına əlavə edilmiş Oğuz Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 1(054)-3/2023 nömrəli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 04 (dörd) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi hökm edilmişdir. Cinayət işi materiallarına əlavə edilmiş Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən daxil olmuş Təqsirləndirilən şəxs barəsində olan xx.xx.2025-ci il tarixli tələbnamədən görünür ki, xx.xx.2012-ci ildə Qəbələ Rayon Məhkəməsinin hökmü ilə Azərbaycan Respublikası CM-nin 178.2.2-ci maddəsi ilə təqsirli bilinərək 3000 manat cərimə cəzasına, Şəki rayon məhkəməsinin xx.xx.2015-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə təqsirli bilinərək 04 il azadlıqdan məhrumetmə cəzasına və 3000 manat cərimə cəzasına məhkum edilmişdir. Bakı şəhəri, Suraxanı Rayon Məhkəməsinin xx.xx.2026-cı il tarixli qərarı ilə onun barəsində olan hökm üzrə Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi CM-nin 178.1-ci maddəsinə tövsif edilmiş, üzərində qəti olaraq 2 il müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır.Həmin məhkəmənin xx.xx.2016-cı il tarixli qərarı ilə o, 5 ay 07 gün vaxtından əvvəl şərti azad edilmişdir. Qəbələ Rayon Məhkəməsinin xx.xx.2021-cil tarixli qərarı ilə Təqsirləndirilən şəxs ittiham hökmünün icrası müddətinin keçməsi iləəlaqədar qazancından dövlət nəfinə 15% tutulmaqla 01 il 06 ay müddətə islahişləri cəzasını çəkməkdən azad edilmiş, Şəki Apelyasiya Məhkəməsinin xx.xx.2021-cil tarixli qərarı ilə xx.xx.2021-cil tarixli qərar ləğv edilmiş, Təqsirləndirilən şəxs xx.xx.2017-cil tarixli qərarı ilə ona təyin edilmiş cəzanı çəkməkdən azad edilməsi barədə ərizəsi təmin edilməmişdir. Təqsirləndirilən şəxs xx.xx.2021-ci il tarixdə Balakən RPŞ tərəfindən Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə məsuliyyətə cəlb edilmiş, həmin tarixdə CPM-nin 40.3-cü maddəsinə əsasən cinayət işinin icraatına xitam verilmişdir. QəbələRayon Məhkəməsinin xx.xx.2021-cil tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində “Azərbaycan Respublikası Cinayət Məcəlləsinə dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının xx.xx.2017ci il tarixli Qanunu tətbiq edilməklə o, qazancından dövlət nəfinə 15% tutulmaqla 01 il 06 ay müddətə islah işləri cəzasından azad edilmişdir.Təqsirləndirilən şəxs Oğuz Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə təqsirli bilinərək 04 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, xx.xx.2023-cü ildə cəzasının sonu ilə azad edilmişdir. Cinayət işi materiallarına əlavə edilmiş Qəbələ Rayon İcra Hakimiyyəti başçısının Topbağ kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə edilir. Cinayət işi materiallarına əlavə edilmiş Qəbələ Rayon İcra Hakimiyyəti başçısının Topbağ kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş 03 iyun 2025-ci il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs ailə tərkibi arvadı X3, oğlu X10, gəlini X8 və X4 ibarətdir. Məhkəmə, məhkəmə istintaqı zamanı tədqiq edilmiş sübutların məcmusuna tam, hərtərəfli və obyektiv qiymət verərək belə nəticəyə gəlir ki, iş üzrə Təqsirləndirilən şəxs tamah məqsədi ilə etibardan sui-istifadə etməklə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirərək dələduzluq cinayətini törətmişdir və onun Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməsi tam sübuta yetirilir. Məhkəmə hesab edir ki, istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-in 178.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 11 iyun 2015-ci il tarixli Qərarında qeyd edilir ki, törədilmiş əməl o halda Cinayət Məcəlləsinin 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə hesab edilir ki, şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakının əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə, yaxud da əmlak hüquqlarının əldə edilməsinə yönəlmiş olsun (1-ci bənd); dələduzluq cinayətinin üsulu kimi aldatma dedikdə, özgə əmlakını (əmlak hüququnu) ələ keçirmək niyyətində olan şəxs tərəfindən bilə-bilə yalan, həqiqətə uyğun olmayan məlumatların verilməsi və ya həqiqi məlumatların gizlədilməsi, yaxud da əmlakın ələ keçirilməsinə yönəlmiş qəsdən törədilən başqa hərəkətlərin edilməsi (məsələn, əqdin predmeti olan saxta əşyaların və ya saxta sənədlərin təqdim edilməsi, onların əldə edilməsi, malların alınması zamanı aldadıcı üsullardan istifadə edilməsi və ya hesablaşma görüntüsünün yaradılması və sair) başa düşülür (2-ci bənd); dələduzluğun üsulu kimi etibardan sui-istifadə etmə dedikdə, əmlakı ələ keçirmək və ya əmlaka olan hüququ əldə etmək məqsədi güdən şəxs tərəfindən əmlakın mülkiyyətçisi, bu əmlaka sahiblik edən və ya sərəncam vermək hüququ olan şəxslə yaranmış etibarlı münasibətlərdən istifadə olunması başa düşülür (3-cü bənd); dələduzluq cinayəti özgənin əmlakının (əmlaka olan hüququnun) təqsirkarın və ya üçüncü şəxslərin sahibliyinə keçdiyi və onların bu əmlaka (əmlaka olan hüquqa) dair istədikləri kimi sərəncam vermək və ya onlardan istifadə etmək imkanının yarandığı andan başa çatmış hesab edilir (4-cü bənd). Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə cəza təyin edilməlidir. Cəza təyin edilərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinin tələbinə əsasən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Qeyd olunan hüquq normalarının və qərarın mənasına görə, cəza sosial ədalətin bərpası, məhkumların islah edilməsi və cinayətlərin qarşısının alınması məqsədlərinə xidmət edir. Sosial ədalətin bərpası zərəçəkmiş şəxslərə münasibətdə onun cinayət nəticəsində pozulmuş hüquqlarının və qanuni mənafelərinin mühafizəsi yolu ilə həyata keçirilir. Bu zaman cəza vurulmuş zərərin ödənilməsi imkanını və onun mümkün həddini, məhkumun məhrumiyyətlərini, həmçinin hüquq və azadlıqlarının məhdudlaşdırılmasının cinayət nəticəsində zərərçəkmiş şəxsə vurulmuş zərərlə uyğunluğunu təmin etməlidir. Cəza tətbiq etməklə məhkumun islah edilməsi, müəyyən məhdudiyyətlər tətbiq edilməsi yolu ilə onun yeni cinayət törətməsi imkanlarının aradan qaldırılması, onda qorxu yaradılması və s. fiziki və psixoloji amillər xüsusi xəbərdarlıq mexanizminin elementləri kimi çıxış edir. Cəzanın xüsusi xəbərdarlıq məqsədinə o vaxt nail olunur ki, məhkum yeni cinayət törətmir. Cəzanın ümumi xəbərdarlıq məqsədi konkret şəxsə, yəni cinayət törətmiş şəxsə cəza təyin etməklə cəmiyyətin cinayətə meyilli üzvlərinə təsir göstərməklə onları cinayətdən çəkindirməyi nəzərdə tutur. Yeni cinayətlərin qarşısının alınması cəzanın tətbiq edilmədiyi şəxslərə qarşı yönəlir. Bu zaman cəza hər hansı şəxs tərəfindən törədiləcək cinayətə dövlətin adekvat reaksiyası kimi qalır və profilaktik xarakter daşımaqla, çəkindirici rol oynayır. Bu səbəbdən də, məhkəmə qeyd edir ki, cinayət mühakimə icraatını həyata keçirən məhkəmə tərəfindən qəbul edilən qərar cinayət qanunu ilə mühafizə olunan ictimai münasibətlərin qorunması sahəsində dövlətin ictimai təsir gücüdür və qanunçuluğun təcəssümüdür. Cinayətin törədilməsi sübut edildikdə, onun ardınca məqsədəuyğun cəzanın təyin edilməsi gəlməlidir. Bu, güclü çəkindirici təsirə malik olar. Əksinə, yüngül cəzaların təyin edilməsi yalnız cəzasızlıq mühiti yarada bilər. “Məhkəmə Hökmü Haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 №-li qərarının, 45-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu zaman hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməli, seçilən cəzanın və ya digər cinayət-hüquqi xarakterli tədbirin təqsirləndirilən şəxsin islah olunması, ailəsinin həyat şəraitinə təsiri baxımından məqsədəuyğun olması izah edilməlidir. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2003-cü il 25 iyun tarixli, 4 saylı qərarının 1-ci bəndində göstərilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. İnsan hüquqları üzrə Avropa Məhkəməsi öz Qərarlarında dəfələrlə göstərmiş və Milli məhkəmələrə tövsiyə etmişdir ki, şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması üçün əsaslar olduqda məhkəmələr həmin şəxsin barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza növlərinin tətbiq edilməsinə üstünlük verməlidirlər. Cinayət törətmiş şəxsin cəmiyyətdən təcrid edilməsi yalnız bunun üçün möhkəm əsaslar olduqda və bu açıq-aşkar ictimai maraqlar baxımından zəruri olduqda tətbiq edilə bilər. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinin tələbinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə görə, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən hesab edir ki, aşağıdakılar nəzərə alınmalıdır. İşdə olan Təqsirləndirilən şəxs barəsində olan xx.xx.2025-ci il tarixli tələbnamədən görünür ki,xx.xx.2012-ci ildə Qəbələ Rayon Məhkəməsinin hökmü ilə Azərbaycan Respublikası CM-nin 178.2.2-ci maddəsi ilə təqsirli bilinərək 3000 manat cərimə cəzasına, Şəki rayon məhkəməsinin xx.xx.2015-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə təqsirli bilinərək 04 il azadlıqdan məhrumetmə cəzasına və 3000 manat cərimə cəzasına məhkum edilmişdir. Bakı şəhəri, Suraxanı Rayon Məhkəməsinin xx.xx.2026cı il tarixli qərarı ilə onun barəsində olan hökm üzrə Azərbaycan Respublikası CM-nin 178.2.4cü maddəsi CM-nin 178.1-ci maddəsinə tövsif edilmiş, üzərində qəti olaraq 2 il müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır.Həmin məhkəmənin xx.xx.2016-cı iıl tarixli qərarı ilə o, 5 ay 07 gün vaxtından əvvəl şərti azad edilmişdir. Qəbələ Rayon Məhkəməsinin xx.xx.2021-cil tarixli qərarı ilə Təqsirləndirilən şəxs ittiham hökmünün icrası müddətinin keçməsi ilə əlaqədar qazancından dövlət nəfinə 15% tutulmaqla 01 il 06 ay müddətə islah işləri cəzasını çəkməkdən azad edilmiş, Şəki Apelyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarı ilə xx.xx.2021-cil tarixli qərar ləğv edilmiş, Təqsirləndirilən şəxs xx.xx.2017-cil tarixli qərarı ilə ona təyin edilmiş cəzanı çəkməkdən azad edilməsi barədə ərizəsi təmin edilməmişdir. Təqsirləndirilən şəxs xx.xx.2021-cil tarixdə Balakən RPŞ tərəfindən Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə məsuliyyətə cəlb edilmiş, həmin tarixdə CPM-nin 40.3-cü maddəsinə əsasən cinayət işinin icraatına xitam verilmişdir.Qəbələ Rayon Məhkəməsinin xx.xx.2021-cil tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində “Azərbaycan Respublikası Cinayət Məcəlləsinə dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının xx.xx.2017-ci il tarixli Qanunu tətbiq edilməklə o, qazancından dövlət nəfinə 15% tutulmaqla 01 il 06 ay müddətə islah işləri cəzasından azad edilmişdir. Təqsirləndirilən şəxs Oğuz Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə təqsirli bilinərək 04 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, xx.xx.2023-cü ildə cəzasının sonu ilə azad edilmişdir. Məhkəmə Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cəzasını yüngülləşdirən hal müəyyən etmədi. Məhkəmə Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cəzasını ağırlaşdıran hal müəyyən etmədi. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası CM-nin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, müsbət xarakterizə edilməklə şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halların olmamasını, habelə təyin olunan cəzanın həm onun özü, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs məhz hansı növ cəzanın təyin edilməsi məsələsinə baxarkən təqsirləndirilən şəxs tərəfindən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini səciyyələndirən halları, törətdiyi cinayət əməlində cəzanı yüngülləşdirən halların və cəzanı ağırlaşdıran halların olmamasını, zərərçəkmiş şəxsə dəymiş ziyanın ödənilməməsini, zərərçəkmiş şəxsin şikayətinin olmasını, habelə təqsirləndirilən şəxsə cəza təyin edilməsinin onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri imkanlarını, həm də cinayət qanunvericiliyinin qeyd edilən maddələrinin tələblərini rəhbər tutaraq hesab edir ki, ona ittiham edildiyi maddələrin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrumetmə növündə cəzasının təyin edilməsi əsaslı və ədalətlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməllərinə görə təqsirləndirildiyi maddələrin sanksiyasında cərimə, islah işləri, ictima işlər, azadlığın məhdudlaşdırılması və azadlıqdan məhrum etmə cəzaları nəzərdə tutulduğu halda ona azadlıqdan məhrum etmə ilə əlaqədar olmayan cəzaların təyin edilməsi sosial ədalətin bərpasına, onun islah edilməsinə, həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınmasına xidmət edə bilməz. Məhkəmənin bu mövqeyi həm də ondan irəli gəlir ki, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışıq əldə etməmiş, zərərçəkmiş şəxsə dəymiş ziyanı ödəməmişdir. Həmçinin məhkəmə araşdırması Təqsirləndirilən şəxs məhkəmə hazırlıq iclasına gəlmədiyindən məhkəmənin xx.xx.2025-ci il tarixli qərarı ilə onun "məcburi gətirilməsi" barədə qərar qəbul edilmiş, lakin buna baxmayaraq xx.xx.2025-ci il tarixə təyin edilmiş məhkəmə hazırlıq iclasına onu gətirmək mümkün olmamışdır. Məhkəmənin xx.xx.2025-ci il tarixli qərarı ilə isə Təqsirləndirilən şəxs barəsində axtarış elan edilmiş, eyni zamanda barəsində seçilmiş "başqa yerə getməmək haqqında iltizam" qətimkan tədbiri "həbs" qətimkan tədbiri ilə əvəz edilmişdir. Məhkəmə araşdırması zamanı Qəbələ rayon Polis şöbəsindən daxil olmuş 31 iyul 2025-ci il tarixli məktubdan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə keçirilmiş əməliyyataxtarış tədbirləri nəticəsində tutulmuşdur. Göründüyü kimi Təqsirləndirilən şəxs istintaq dövründə özünü təqsirli bilsə də, zərərçəkmiş şəxsə dəymiş ziyanın ödənilməsi üçün heç bir addım atmamış, əksinə məhkəmə istintaqından yayınmağa çalışmışdır. Belə olan halda, Təqsirləndirilən şəxs ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulan daha yüngül cəza ilə cəzalandırılması qanunilik və ədalətlilik baxımından düzgün hesab edilə bilməz. “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamının 13.3 v. 13.4-cü bəndlərində məhkəmələrə tövsiyyə edilmişdir ki, cəzanın növü və həddi müəyyən edilərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyi əsas tutulmalı, cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirilməlidir. Sərəncamın 8-ci bəndində isə tövsiyyə edilmişdir ki, məhkəmələr tərəfindən cəzanın məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza tədbirlərinin tətbiqi genişləndirilsin. “Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi barədə” 11 iyun 2004-cü il tarixli 688-İİQD saylı Azərbaycan Respublikası Qanununun 3-cü hissəsinin 9-cu bəndinin və 4-cü hissəsinin 7-ci bəndinin Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin 9-cu hissəsinə uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 yanvar 2005-ci il tarixli Qərarında qeyd olunur ki, istənilən məhkəmə aktının qanuni və əsaslı hesab olunması üçün mütləq şərtlərdən biri onun ədalətli olmasıdır, çünki, ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər,ədalətin bərqərar edildiyi də aydın görünməlidir. Məhkəmə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 178.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə növündə cəza təyin etməyi qanuni, əsaslı və ədalətli hesab edir. Belə ki, Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən daxil olmuş Təqsirləndirilən şəxs barəsində olan xx.xx.2025-ci il tarixli tələbnamədən görünür ki,xx.xx.2012-ci ildə Qəbələ Rayon Məhkəməsinin hökmü ilə Azərbaycan Respublikası CM-nin 178.2.2-ci maddəsi ilə təqsirli bilinərək 3000 manat cərimə cəzasına, Şəki rayon məhkəməsinin xx.xx.2015-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə təqsirli bilinərək 04 il azadlıqdan məhrumetmə cəzasına və 3000 manat cərimə cəzasına məhkum edilmişdir. Bakı şəhəri, Suraxanı Rayon Məhkəməsinin xx.xx.2026-cı il tarixli qərarı ilə onun barəsində olan hökm üzrə Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi CM-nin 178.1-ci maddəsinə tövsif edilmiş, üzərində qəti olaraq 2 il müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır.Həmin məhkəmənin xx.xx.2016-cı iıl tarixli qərarı ilə o, 5 ay 07 gün vaxtından əvvəl şərti azad edilmişdir. Qəbələ Rayon Məhkəməsinin xx.xx.2021-cil tarixli qərarı ilə Təqsirləndirilən şəxs ittiham hökmünün icrası müddətinin keçməsi ilə əlaqədar qazancından dövlət nəfinə 15% tutulmaqla 01 il 06 ay müddətə islah işləri cəzasını çəkməkdən azad edilmiş, Şəki Apelyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarı ilə xx.xx.2021-cil tarixli qərar ləğv edilmiş, Təqsirləndirilən şəxs xx.xx.2017-cil tarixli qərarı ilə ona təyin edilmiş cəzanı çəkməkdən azad edilməsi barədə ərizəsi təmin edilməmişdir. Təqsirləndirilən şəxs xx.xx.2021-cil tarixdə Balakən RPŞ tərəfindən Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə məsuliyyətə cəlb edilmiş, həmin tarixdə CPM-nin 40.3-cü maddəsinə əsasən cinayət işinin icraatına xitam verilmişdir. Qəbələ Rayon Məhkəməsinin xx.xx.2021-cil tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində “Azərbaycan Respublikası Cinayət Məcəlləsinə dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının xx.xx.2017-ci il tarixli Qanunu tətbiq edilməklə o, qazancından dövlət nəfinə 15% tutulmaqla 01 il 06 ay müddətə islah işləri cəzasından azad edilmişdir. Təqsirləndirilən şəxs Oğuz Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə təqsirli bilinərək 04 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, xx.xx.2023-cü ildə cəzasının sonu ilə azad edilmişdir. Göründüyü kimi təqsirləndirilən şəxs əvvəllər də mülkiyyət əleyhinə olan (dələduzluq) cinayət törətdiyinə görə bir dəfə barəsində olan cinayət işinə xitam verilmiş, bir neçə dəfə isə məhkum olunmuş, lakin ona təyin edilən cəzadan lazımi nəticə çıxarmamışdır. Bu hal onun şəxsiyyətini mənfi xarakterizə edən haldır və ona təyin olunmuş cərimə cəzasının məqsədini, yəni məhkumun islah edilməsini, həm özünün, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınmasını təmin edə bilməmişdir. Bütün bu hallar Təqsirləndirilən şəxs çətin islah olunan şəxs olduğuna dəlalət edir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən ona hansı növ cəzanın təyin olunması məsələsinə baxaraq, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, əməlini etiraf etməklə əməlindən peşiman olmasını, əvvəllər dəfələrlə məhkum olunmasını, Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamındakı tövsiyyələri, hazırkı məhkəmə təcrübəsini, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, Cinayət Məcəlləsinin 178.1-ci maddəsinin sanksiyaların azadlıqdan məhrum etmə cəzasının nəzərdə tutulmasını, eyni zamanda Təqsirləndirilən şəxs təqsirləndirildiyi CM-in 178.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan digər cəzaların təyin edilməsinin cəzanın məqsədlərini təmin edə bilməyəcəyini, onun islah olunması üçün cəmiyyətdən təcrid edilməsinin zəruri olmasını nəzərə alaraq təqsirləndirilən şəxs təqsirli bilindiyi maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə növündə cəza təyin edilməsini qanuni, əsaslı və ədalətli hesab edir. Məhkəmə hesab edir ki, cəzanın məqsədləri Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nın 178.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin olunduğu təqdirdə təmin edilə bilər. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan əsas cəza cinayət törətmiş şəxsin fərdi xüsusiyyətlərinə, törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsinə və xarakterinə mütənasibdir və hazırkı halda həmin cəza, cəzanın məqsədini təmin edir. Məhkəmə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nın 178.1-cimaddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsini ədalətli, məqsədə uyğun və onun islah olunması, həm də cəzanın məqsədlərinə nail olunması baxımından yetərli hesab edir. Bununla yanaşı, məhkəmə qeyd edir ki, 12 iyun 2025-ci il tarixli protokoldan və 12 iyun 2025-ci il tarixli qərardan göründüyü kimi, Təqsirləndirilən şəxs 12 iyun 2025-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, tutmanın əvvəli həmin gün saat 19:35-dən hesablanmış, 14 iyun 2025-ci il tarixdə saat 17:20-də Qəbələ RPŞ-nin MSY-dən azad edilmiş və barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. Ona görə də onun həbsdə saxlanıldığı ümumilikdə 02 (iki) gün müddət Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə hesablamaqla təyin olunan azadlıqdan məhrumetmə cəzasından çıxılmalıdır. İş materiallarından göründüyü kimi məhkəmə araşdırması Təqsirləndirilən şəxs məhkəmə hazırlıq iclasına gəlmədiyindən məhkəmənin xx.xx.2025-ci il tarixli qərarı ilə onun "məcburi gətirilməsi" barədə qərar qəbul edilmiş, lakin buna baxmayaraq xx.xx.2025-ci il tarixə təyin edilmiş məhkəmə hazırlıq iclasına gətirilməsi mümkün olmamışdır. Məhkəmənin xx.xx.2025-ci il tarixli qərarı ilə isə Təqsirləndirilən şəxs barəsində axtarış elan edilmiş, eyni zamanda barəsində seçilmiş "başqa yerə getməmək haqqında iltizam" qətimkan tədbiri "həbs" qətimkan tədbiri ilə əvəz edilmişdir. Məhkəmə araşdırması zamanı Qəbələ rayon Polis şöbəsindən daxil olmuş 31 iyul 2025-ci il tarixli məktubdan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində tutulmuşdur. Odur ki, Təqsirləndirilən şəxs təyin ediləcək cəzanın əvvəli 31 iyul 2025-ci il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası CM-nin 56.1.1 və 56.1.2-ci maddələrinə əsasən, azadlıqdan məhrum etmə növündə cəzanın ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq olmayan müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün-məntəqə tipli cəzaçəkmə müəssisələrində; qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün-ümumi rejimli cəza çəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs hazırki hökmlə təyin ediləcək cəzasını Azərbaycan Respublikası CM-nın 56.1.2-ci maddəsinə əsasən ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə görə məhkəmə, hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli olan əmlakın olub-olmaması məsələsini həll etməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.1 və 99-1.1.1-ci maddəsinə əsasən məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunan əmlak hesab olunur. Məhkəmə xüsusi müsadirə ilə bağlı məsələni müzakirə edərək hesab edir ki, iş üzrə belə bir əmlak olmadığından təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə ilə bağlı müddəa tətbiq edilməməlidir. İş üzrə maddi sübut, mülki iddia və məhkəmə xərcləri yoxdur. Yuxarıda göstərilənlərəəsasən və Azərbaycan Respublikası CPM-nin 44.1; 344-347; 349; 351-353, 356, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinsin və ona 06 (altı) ay müddətinə azadlıqdan məhrumetmə növündə cəza təyin edilsin. Təqsirləndirilən şəxs 12 iyun 2025-ci il tarixdən 14 iyun 2025-ci il tarixədək həbsdə saxlanıldığı 02 gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılmaqla, üzərində qəti olaraq 05 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs hökmlə təyin olunmuş cəzasını, cəza çəkmənin əvvəli 31 iyul 2025ci il tarixindən hesablanmaqla, ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut, mülki iddia və məhkəmə xərcləri yoxdur. Hökm elan olunduğundan 20 (iyirmi) gün müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. (Həbsdə olan təqsirləndirilən şəxs aldığı vaxtdan 20 gün müddətinə). Hökm apellyasiya şikayəti və ya protesti verilmədikdə, həmin müddət başa çatdıqdan sonra qüvvəyə minir. Sədrlik edən: Abbas Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar