Azərbaycan Respublikası adından HÖKM Qəbələ şəhəri İş № 1(025)-2/2022 24.01.2022 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Abbas Baba oğlunun sədrliyi, məhkəmə iclas katibi Qafarlı Yelmar Elman oğlunun katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikasının Baş X5 Müdafiəsi İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxsin hüquqi varisi X15, təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs və müdafiəçisi Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə xx.xx.1987-ci ildə Yardımlı rayonu, Daşkənd kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, evli, məhkumluğu olmayan, fərdi əməklə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olan, Bakı şəhəri Xətai rayonu Dənizçi küşəsi 15/4v ünvanında yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinin materiallarına açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 22.08.2021-ci il tarixdə saat 15 radələrində Qəbələ şəhəri Heydər Əliyev prospektində idarə etmə hüququ olmaqla, ayıq vəziyyətdə, etibaramə olmadan X1 məxsus sonuncunun öz razılığı ilə idarə etmək üçün ona verdiyi Lexus LS460 sedan minik markalı ** CK *** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərək Qəbələ rayon Laza kəndi istiqamətindən Qəbələ şəhərinin mərkəzi istiqamətinə yolun sağ hərəkət zolağı ilə 50-60 km/saat sürətlə hərəkətdə olarkən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 37-ci maddəsinin 1-ci hissəsinin 11-ci bəndinin və 50-ci maddəsinin 1-ci hissəsinin tələblərini pozaraq, yəni yol hərəkətinin ən müdafiəsiz iştirakçılarından sayılan uşaqların təhlükəsiz hərəkətini təmin etmək və hərəkət üçün təhlükə yarandığını gördükdə, nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməli olduğu halda və bununla da hadisənin qarşısını almağa texniki imkanı olmasına baxmayaraq, göstərilən tələblərə riayət etməməklə, yuxarıda qeyd olunan yol hərəkəti qaydalarını pozaraq, Heydər Əliyev prospektinin “Osman” adlanan ərzaq mağazasının qarşısından keçən hissəsində 2010-cu il təvvəllüdlü X2 ondan qarşı tərəfdə sağdan sola doğru piyada yolu keçməyə başladığını və bununla da hərəkət üçün təhlükə yarandığını görmüş, lakin həmin andan piyadanın əvvəlcə 3 metr məsafə qət edərək 2-3 saniyə yolda dayandıqdan sonra yenidən hərəkətini davam etdirməklə ümumilikdə 6 metr məsafə qət edərək vurulma yerinə çatana kimi piyada ilə arasında kifayət qədər məsafə olmasına baxmayaraq, hərəkəti üçün bu cür təhlükənin yarandığı andan avtomobilin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görmədiyindən yolun mərkəzi hissəsində idarə etdiyi avtomobilin ön tərəfi ilə azyaşlı X13 vurması nəticəsində ehtiyyatsızlığından sonuncunun hadisə zamanı aldığı qapalı kəllə beyin travması, baş beyin toxumasının əzilməsi, baş beyinin qişalarına və toxumasına qansızma, başın yumuşaq toxumasının əzilməsi, sağ kürək sümüyünün, sol bazu sümüyünün aşağı 1/3-nin, sol əlin 5-ci daraq sümüyünün və çanaqda sol oturaq sümüyünün sınığı, sağ kürək nahiyyəsinin, sol bazudirsək oynağının bayır tərəfinin, sağ əlin üst səthinin və sol budun bayır yuxarı oynağı yaxın hissəsinin qançırı kimi dərəcəsinə görə canlı şəxslərdə həyat üçün təhlükəli olan sağlamlığına Ağır zərər vurmanın əlamətlərinə aid bədən xəsarətlərindən 02.09.2021-ci il tarixdə Bakı şəhəri X27 ölməsinə səbəb olmuşdur. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin (CPM) 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə protokollarını, digər sənədləri sübut növü kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi vardır, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə tövsif olunmuşdur. Belə ki, məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, Bakı şəhəri Xətai rayonu Dənizçi məhəlləsi 15 ünvanında yaşayır və Yardımlı rayonunda daimi pasport qeydiyyatındadır. Qəbələ şəhər sakini X13 baş vermiş məlum hadisədən sonra tanımış, Fatimə Hüseynova ilə əvvəlcədən heç bir düşmənçilik və ədavəti olmamışdır. 21.08.2021-ci il tarixdə tanışı Şahid1 ilə birlikdə şəxsi işi ilə əlaqədar, eləcədə istirahət etmək məqsədi ilə Bakı şəhərindən X1 məxsus sonuncunun ona idarə etmək üçün öz razılığı ilə vermiş olduğu etibarnamə olmadan idarə etdiyi Lexsus LS460 minik markalı ** CK *** dövlət nömrə nişanlı minik avtomobili ilə Qəbələ rayonuna gəlmişlər. Qəbələ şəhərində bir gün qaldıqdan sonra 22.08.2021-ci il tarixdə saat təxminən 15 radələrində Bakı şəhərinə getmək üçün idarə etdiyi Lexsus LS460 minik markalı ** CK *** dövlət nömrə nişanlı avtomobillə Qəbələ şəhəri Heydər Əliyev küçəsi ilə “Kanat” əyləncə mərkəzi istiqamətindən Qəbələ şəhərinin mərkəzi istiqamətinə hərəkətə başlamış, avtomobili yolun sağ hərəkət zolağı ilə saatda təxminən 50-60 km sürətlə idarə etmişdir. Həmin vaxt tanışı Şahid1 isə avtomobilin ön sağ oturacağında sərnişin qismində əyləşmişdir. Qəbələ rayon polis şöbəsinə çatmağa təxminən 200-250 metr məsafə qalmış qoşa mağazaların “Osman” adlı ərzaq mağazasının qarşısında təxminən 15-16 metr məsafədən üzü Qəbələ şəhərinin mərkəzinə doğru yolun sağ kənarında yola tərəf 1 metr olan ağac və həmin ağacdan 2-3 metr aralıda bir neçə uşağın dayandıqlarını əvvəlcədən görmüş, hərəkətini davam etdirdiyi zaman uşaqların dayandığı yerdə olan ağaclara 1 metr məsafə qalmış gözlənilmədən Fatimə Hüseynovanın iti qaçışla yolun sağ tərəfindən soluna tərəf keçdiyini görərək idarə etdiyi avtomobilin tormuzunu basıb sükanı sağa tərəf çəkmişdir. Fatimə idarə etdiyi avtomobili görüb yolda 2-3 saniyə dayandıqdan sonra yenidən hərəkətini davam etdirməklə yolun soluna tərəf qaçmışdır. O, piyadanı vurmamaq məqsədi ilə sükanı yolun soluna tərəf çəkmişdir. Hadisənin qarşısını almaq qeyri mümkün olduğu üçün Fatiməni idarə etdiyi avtomobilin ön tanınma nömrə nişanının sağ küç hissəsi ilə vurmuş, Fatimə zərbənin təsirindən yolu ayıran ağ rəngli düzünə nüşanlama xəttin üzərinə düşmüşdür. Hadisədən sonra idarə etdiyi avtomobili saxlayıb Fatiməni yerdən götürərək avtomobilinə qoyub onu Qəbələ rayon X11 həkimə gətirmiş, həkimlər tərəfindən Fatiməyə ilk tibbi yardım göstərildikdən sonra həkimlər Fatiməni Bakı şəhərinə aparmasını məsləhət bildikləri üçün onu Bakı şəhəri X31 aparmışdır. X24 Tibb Mərkəzində 10 gün qaldıqdan sonra 02.09.2021-ci il tarixdə orada ölmüşdür. Hazırda zərərçəkmişin hüquqi varisi ilə barışmışdır. Zərərçəkmiş şəxsin hüquqi varisinin ondan heç bir şikayət və tələbi yoxdur. Təqsirləndirilən şəxs himayəsində azyaşlı uşaqlarının olmasını və əməlindən peşman olmasını bildirərək məhkəmədən ona yüngül cəza verilməsini xahiş etdi. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi aşağıdakı qeyd edilənlərlə sübuta yetirilir. Məhkəmə iclasında zərərçəkmiş şəxsin hüquqi varisi qismində tanınmış X23 izahatında göstərdi ki, ünvan 4 ünvanında yaşayır və daimi pasport qeydiyyatındadır, mərhum Fatimə Hüseynova doğma qızıdır. X40 2010-cu il təvəllüdlü olmaqla orta məktəbin 5-ci sinfində oxuyurmuş. 2013-cü ildə arvadı Günay Hüseynovadan boşanaraq ayrıldıqdan sonra birgə ailəliklərdən olan qızı Fatimə Hüseynova və oğlu Şahid2 onun himayəsinə verilmişdir. 22.08.2021-ci il tarixdə saat təxminən 15:15 radələrində yaşadığı evdə olarkən 2008-ci il təvəllüdlü oğlu Şahid2 ağlaya-ağlaya yaşadıqları evə gələrək Qəbələ şəhəri Heydər Əliyev prospektində “Osman” adlı ərzaq mağazasının qarşısında qızı Fatimə Hüseynovanı avtomobil vurduğunu bildirmiş, oğlu Elcandan hadisə barədə xəbəri alaraq hadisə yerinə gəlmiş, hadisə yerində ona məlum olmuşdur ki, qızı Fatiməni vuran avtomobilin sürücüsü Fatiməni xəstəxanaya aparmış, sonra Qəbələ rayon X11 gəlmiş və qızı Fatimə Hüseynovaya həkimlər tərəfindən ilk tibbi yardım göstərdiklərini görmüşdür. Orada ona qızı Fatiməni Bakı şəhər sakini sonradan adı məlum olan Təqsirləndirilən şəxs idarə etdiyi Lexsus 460 minik markalı ** CK *** dövlət qeydiyyat nişanlı avtomobillə vurduğu məlum olmuşdur. Qəbələ rayon X8 həkimlər tərəfindən qızı Fatiməyə bir neçə saat ərzində ilkin tibbi yardım göstərilərək səhhəti ağır olduğundan onu sürücü Təqsirləndirilən şəxs “Bakı şəhəri X31” aparmış, qızı Fatimə Hüseynova həmin xəstəxanada 11 gün qalaraq həkim nəzarətində olmasına baxmayaraq onun həyatını xilas etmək mümkün olmamış və qızı 02.09.2021-ci il tarixdə vəfat etmişdir. 24.01.2022-ci il tarixdə keçirilən məhkəmə iclasında zərərçəkmiş şəxsin hüquqi varisi qismində tanınmış X23 məhkəməyə ərizə təqdim edərək, təqsirləndirilən şəxs tərəfindən uşağının müalicə və dəfn xərclərinin tam olaraq qarşılamaqla ona dəymiş ziyanın ödənildiyini, təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbinin olmadığını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Bakı şəhəri Xətai rayonu Dənizçi məhəlləsi 15/4 ünvanında yaşayır. 21.08.2021-ci il tarixdə tanışı Təqsirləndirilən şəxs ilə Bakı şəhərindən Rəvanın idarə etdiyi Lexsus 460 markalı ** CK *** dövlət nömrə nişanlı minik avtomobili ilə Qəbələ rayonuna gəlmişlər. Qəbələ şəhərində bir gün qaldıqdan sonra 22.08.2021-ci il tarixdə saat təxminən 15 radələrində Təqsirləndirilən şəxs idarə etdiyi Lexsus 460 ** CK *** dövlət nömrə nişanlı minik avtomobili ilə Qəbələ şəhəri Heydər Əliyev prospekti ilə hərəkətdə olaraq Bakı şəhərinə yola çıxmışlar. Həmin vaxt o, avtomobilin ön sağ oturacağında sərnişin qismində əyləşmiş, Təqsirləndirilən şəxs ilə ikisi avtomobilin içərsində qutab yeyə-yeyə söhbət edərkən Qəbələ rayon polis şöbəsinə çatmağa təxminən 200-250 metr məsafə qalmış qoşa mağazaların qarşısında üzü Qəbələ şəhərinin mərkəzinə doğru yolun sağ kənarından təxminən 10-11 yaşlarında bir qız uşağının, yəni Fatimənin iti qaçışla qaçaraq yolun sağından soluna tərəf keçdiyini görmüşdür. Həmin vaxtı Rəvan idarə etdiyi avtomobil ilə Fatiməni vurmamaq üçün idarə etdiyi avtomobilin əyləncini basaraq sükanı yolun sağına tərəf çəkmişdir. Fatimə Hüseynova yolun sağ kənarından yola doğru 3-4 metr daxil olub Rəvanın idarə etdiyi avtomobili görüb təxminən 2-3 saniyəlik dayanmış, sürücü Rəvan elə başa düşmüş ki, piyada ona yol verir bunun üçün hərəkətini davam etdirdikdə Fatimə yenidən hərəkətə başlayıb iti qaçışla yolun soluna tərəf qaçmağa başlamışdır. Rəvan hadisədən yayınmaq üçün avtomobilin sükanını yolun sağına tərəf çəkib hadisənin qarşısını ala bilməyərək idarə etdiyi avtomobilin ön tərəfi ilə hər iki yolu ayıran düz üfüqü nişanlama xətinin üzərində piyadanı vurmuş və yolun sol tərəfinə yıxılmışdır. Rəvan avtomobili saxlayıb Fatiməni avtomobilə qoyaraq onu Qəbələ X11 gətirmiş, daha sonra Bakı şəhərinə aparmış, göstərilən tibbi yardımlara baxmayaraq Fatimə Hüseynova almış olduğu bədən xəsarətlərindən 02.09.2021-ci il tarixdə vəfat etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid5 Firdun oğlu ifadəsində göstərmişdir ki, ünvan 7 ünvanında yaşayır. Qəbələ RPŞ-nin DYPB-in inspektoru vəzifəsində işləyir. 22.08.2021-ci il tarixdə saat 16:08 radələrində Qəbələ rayon X7 Qəbələ şəhər sakini X13 Qəbələ şəhəri ərazisində avtomobil vuraraq xəsarət alması ilə bağlı şöbənin Növbətçi Hissəsinə daxil olmuş məlumat əsasında hadisə yerinə getmişdir. Hadisə Qəbələ şəhəri Heydər Əliyev prospekti “Osman” market adlı ərzaq mağazasının qarşısında baş vermiş, hadisə yerinə getdikdən sonra ona məlum olmuş ki, Bakı şəhər sakini Təqsirləndirilən şəxs idarə etdiyi Lexus LS 460 sedan minik markalı ** CK *** dövlət qeydiyyat nişanlı avtomobillə Qəbələ rayon Laza kəndi istiqamətindən Qəbələ şəhərinin mərkəzi istiqamətinə hərəkətdə olarkən həmin vaxtı yolun sağından soluna tərəf yolu keçmək istəyən Fatimə Hüseynovanı idarə etdiyi avtomobil ilə ehtiyyatsızlıqdan vurmuşdur. Baş vermiş hadisə ilə bağlı sürücü Təqsirləndirilən şəxs iştirakı ilə müstəntiq tərəfindən baxış keçirilərkən həmin baxışda iştirtak etmiş, baxış zamanı piyadanın hadisədən əvvəlki hərəkət istiqaməti yolun sağ tərəfindən soluna doğru düz istiqamətdə, yolun hərəkət hissəsi düz, örtüyün növü asfalt beton və örtüyün vəziyyəti quru olmuş, yol örtüyünün ümumi eni 12.50 m hərəkət zolaqlarının sayı 2, piyadanın vurulduğu hərəkət zolağının eni isə 6 m təşkil etmişdir. Hərəkət hissədə əks istiqamətli hərəkət zolaqlarını bir birlərindən ayıran ağ rəngli düz xətt var, hərəkət hissəyə sağdan və soldan üzəri köbə daşları ilə döşənmiş piyada səkisi birləşir, ətrafda hər iki tərəfdə mağazalar, şəhər tipli tikililər və yaşayış evləri yerləşir. Qəbələ şəhərinin mərkəzi istiqamətində hadisə baş vermiş yerdə sağ hərəkət zolağında 02 ədəd düz şəkilli piyadanın vurulduğu yerə istiqamətlənmiş asvalt səth üzərində səthi tormuz izləri vardır ki, həmin tormuz izlərinin arasındakı məsafə 1.60 m təşkil etmişdir. Sürücünün deməsinə görə həmin səthi tormuz izləri onun tərəfindən idarə etdiyi Lexsus 460 minik markalı ** CK *** dövlət qeydiyyat nişanlı avtomobilə aid olmuş, avtomobilin sağ təkərlərinə aid tormuz izinin uzunluğu 6.60 m, həmin tormuz izinin başlandığı yerdən yolun sağındakı səkiyədək 4.10 m məsafə, tormuz izinin qurtardığı yerdən yolun sağında olan səkiyə kimi 3.90 m məsafə, avtomobilin sol təkərlərinə aid tormuz izinin başlandığı yerdən hərəkət zolaqlarını bir birindən ayıran asvalt səth üzərində olan düzünə nişanlanmış üfiqi xəttə qədər 0.30 m, tormuz izinin qurtardığı yerdən üfüqü xəttə qədər 0.40 m, sol tərəfdəki tormuz izindən piyadanın vurulduğu yerə qədər 3.80 m məsafə təşkil etmiş, piyadanın vurulma yeri Qəbələ şəhərinin mərkəzi istiqamətində yolun sağ tərəfindən sol tərəfinə doğru 6 m məsafədə əks istiqamətli hərəkət zolaqlarını bir birlərindən ayıran ağ rəngli düz xəttin üzərində baş vermişdir. Piyadanın piyada səkisindən hərəkətə başlayaraq yolun sağından soluna doğru vurulduğu yerə qədər 6.70 m məsafə qət etdiyi müəyyən edilmiş, sürücü Təqsirləndirilən şəxs hadisə yerində şifahi şəkildə 22.08.2021-ci il tarixdə idarə etdiyi Lexsus 460 minik markalı ** CK *** dövlət qeydiyyat nişanlı avtomobil ilə hərəkətdə olaraq ön sağ oturacaqda sərnişin qismində əyləşən tanışı Şahid1 ilə söhbət edib qutab yeyə-yeyə hərəkətdə olarkən qoşa mağazalar deyilən yerin qarşısına çatarkən, həmin vaxtı 15.30 m məsafədən piyada səkisinin üzərində azyaşlı Fatimə Hüseyovanın yolun sağ kənarında dayandığını əvvəlcədən görmüşdür. İdarə etdiyi avtomobil ona çatmağa az məsafə qalmış bu zaman Fatimə qaçaraq yolun sağ kənarından sol kənarına keçərkən onu vurmamaq üçün idarə etdiyi avtomobilin əyləcini basaraq sükanı yolun sağına tərəf çəkmiş, piyada Fatimə Hüseynova yola daxil olduqdan sonra iti qaçışla təxminən 3 metr qarşıya getdikdən sonra təxminən 2-3 saniyəlik müddətdə yolda dayandığından ona yol verdiyini zənn etmiş, buna görə o, idarə etdiyi avtomobillə hərəkətini davam etdirərkən piyada yenidən yolun soluna tərəf qaçmağa davam etmiş, o isə hadisədən yayınmaq üçün idarə etdiyi avtomobilin sükanını yolun soluna tərəf çəksə də, əks istiqamətli hərəkət zolaqlarını bir-birindən ayıran ağ rəngli düz xəttin üzərində Fatimə Hüseynovanı idarə etdiyi avtomobilin ön sağ tərəfi ilə vurduğunu bildirmişdir. Baxış zamanı baxış keçirilməsi haqqında protokol tərtib edilmiş, hadisə yerinin sxemi tərtib edilmiş, həmçinin foto şəkillər çəkilmiş, tərəfindən baxış protokoluna və hadisə yerinin sxeminə imza edilmişdir. Məhkəmə iclasında qanuni nümayəndəsinin iştirakı ilə şahid qismində dindirilmiş Şahid2 Fazil oğlu ifadəsində göstərmişdir ki, ünvan 4 ünvanında yaşayır və daimi pasport qeydiyyatındadır. X4 doğma bacısıdır, bacısı Fatimə Hüseyova 2010-cu il təvəllüdlü olmaqla Qəbələ şəhər Vahid Qəhrəmanov adına tam orta məktəbin 5-ci sinfində oxumuşdur. X34 ilə atası Vüsal Hüseynov boşanaraq ayrıldıqları üçün bacısı Fatimə ilə atası Vüsalın himayəsinə verilmişlər. 22.08.2021-ci il tarixdə saat təxminən 15:15 radələrində bacısı Fatimə Hüseynova ilə yaşadıqları evdən çıxaraq qonşuları Rahilin oğlu Tunar və Rahimin qızı Nazilə ilə birlikdə Qəbələ şəhəri Heydər Əliyev prospektində yerləşən Akif adlı şəxsin mağazasına gəlmişlər. Onunla Tunar öndə, bacısı Fatimə ilə Nazilə isə arxada olmuşlar, Tunar ilə yolun sağ tərəfindən sol tərəfinə keçməklə Akifin mağazasına daxil olmuşlar. Mağazaya daxil olan kimi bayırdan yol tərəfdə avtomobilə məxsus tormuz və tapbıltı səsi gəldiyini eşidərək mağazadan bayıra çıxmış, bayıra çıxarkən yolun ortasında Qəbələ şəhərinin mərkəzi istiqamətinə doğru qara rəngli markasını və dövlət nömrə nişanını bilmədiyi minik avtomobili dayanıqlı, bacısı Fatimə isə yolun sol kənarında əks istiqamətli yolda yerə uzanmış vəziyyətdə görmüşdür. Bir kişi ilə qadın Fatimənin üzünə su vurmaqla sonra yerdən durquzub həmin avtomobilə qoyaraq Qəbələ şəhərinin mərkəzi istiqamətinə aparmışlar, başa düşmüş ki, bacısı Fatiməni avtomobil vurmuşdur. Buna görə evlərinə gəlib hadisə barəsində atası Vüsal Hüseynova məlumat vermiş, sonradan bilmiş ki, bacısı Fatimə onun arxasınca yolu keçib mağazaya gəlmək istəyərkən sürücü Təqsirləndirilən şəxs idarə etdiyi avtomobil ilə onu vuurmuş, hadisədən 11 gün sonra bacısı Fatimə aldığı bədən xəsarətlərindən ölmüşdür. Məhkəmə iclasında qanuni nümayəndəsinin iştirakı ilə şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, ünvan 9 ünvanında yaşayır və daimi pasport qeydiyyatındadır. ünvan 10i sinfində oxuyur, X4 qonşusudur, həmyaşlı olduqları üçün hər gün bir yerdə olurlarmış. 22.08.2021-ci il tarixdə saat təxminən 15:15 radələrində mərhum Fatimə Hüseynova qardaşı Şahid2 və qonşuları Şahid4 ilə birlikdə yaşadıqları evdən təxminən 150- 200 metr uzaqlıqda yerləşən Akif adlı şəxsin mağazasına getmişlər, mağazaya getməkdə məqsədləri Fatimə və qardaşı Elcan yazı yazmaq üçün qələm və dəftər almaq olmuşdur. Mağaza Qəbələ şəhərinin mərkəzinə doğru yolun sol tərəfində yerləşir, mağazaya çataraq Elcan ilə Tunar yolun sağ tərəfindən sol tərəfinə asvalt yolu keçib mağazanın içərsinə daxil olmuşlar. Fatimə ilə piyada səkisinin üzərində yolun sağ tərəfində dayanmışlar, Fatimə qardaşı Elcanın arxasınca mağazaya gedəcəyini deyərək yolu keçmək üçün yolun sağından soluna tərəf qaçmış, həmin vaxtı Laza kəndi istiqamətindən şəhər mərkəzi istiqamətinə avtomobilin gəldiyini görüb 2-3 saniyəlik yolda dayanıb sonradan yolu keçmək üçün hərəkətə başlamışdır. Avtomobilin sürücüsü təxminən 30-35 yaşlarında olan kişi cinsli şəxs Fatiməni idarə etdiyi avtomobil ilə vurmuşdur. Fatimə zərbənin təsirindən asvalt səht üzərinə yolun soluna tərəf yıxılmış, hadisəni görərək orada dayanmayıb qorxduğu üçün ağlaya-ağlaya yaşadığı evə gəlib ailə üzvlərinə Fatiməni avtomobil vurmasını bildirmişdir. Hadisə nəticəsində Fatimə bir neçə gün sonra ölmüşdür. Məhkəmə iclasında qanuni nümayəndəsinin iştirakı ilə şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, ünvan 11 ünvanında yaşayır Qəbələ şəhər 1 saylı tam orta məktəbin 2-ci sinfində oxuyur, X4 qonşusudur. 22.08.2021-ci il tarixdə saat təxminən 15:15 radələri mərhum Fatimə Hüseynova, qardaşı Şahid2 və qonşusu Şahid3 ilə birlikdə Akif adlı şəxsin mağazasına getmişlər. Mağazaya getməkdə məqsəd Fatimə və qardaşı Elcan mağazadan yazı yazmaq üçün qələm və dəftər almaq imiş. Mağaza Qəbələ şəhərinin mərkəzinə doğru yolun sol tərəfində yerləşir, Elcan ilə öndə gedərək yolu keçib mağazaya daxil olmuşlar. Fatimə və Nazilə isə yolun kənarında dayanmışlar, mağazaya daxil olan kimi bayırdan yol tərəfdə avtomobilə məxsus tormuz və tapbıltı səsi gəldiyini eşidərək mağazadan bayıra çıxmışdır. Bayıra çıxarkən görmüşdür ki, yolun ortasında Qəbələ şəhərinin mərkəzi istiqamətinə doğru minik avtomobili dayanıqlı, Fatimə isə yolun sol kənarında əks istiqamətli yolda yerə uzanmış vəziyyətdə olmuşdur. Bir kişi ilə qadın Fatimənin üzünə su vurmaqla sonra yerdən durquzub həmin avtomobilə qoyaraq Qəbələ şəhərinin mərkəzi istiqamətinə aparmışlar. Başa düşmüş ki, Fatiməni avtomobil vurmuşdur, buna görə evlərinə gəlib hadisə barəsində ailə üzvlərinə məlumat vermişdir. Sonradan bilmiş ki, Fatiməni yolu keçib mağazaya gəlmək istəyərkən sürücü Təqsirləndirilən şəxs idarə etdiyi avtomobil ilə onu vurmuş, hadisədən bir neçə gün sonra Fatimə aldığı bədən xəsarətlərindən ölmüşdür. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında elan olunmaqla tədqiq olunmuş AR Ədliyyə Nazirliyinin Məhkəmə yol nəqliyyat ekspertizasının 05 noyabr 2021-ci il tarixli 8/2543 nömrəli rəyində aşağıdakılar göstərilmişdir: 1.Lexus LS 460 minik markalı ** CK *** dövlət nömrə nişanlı minik avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddələrin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. 2.Sürücü Təqsirləndirilən şəxs ifadəsində göstərdiyi kimi, piyada hərəkət hissəsinə daxil olan anda piyada ilə avtomobil arasında 15 metr məsafənin olması real deyildir. 3.Möcud şəraitdə hadisə yerində Lexus LS 460 markalı avtomobildən qalmış 6,6 metr uzunluğunda tormuz izinə uyğun hərəkət surəti 38 km/saatdır. Lakin tormuz izinin sonunda Lexsus LS 460 markalı avtomobilin dayanmaması nəzərə alınmaqla avtomobilin hadisədən əvvəlki real hərəkət surəti 38 km saatdan artıq olmuşdur. 4.Mövcud metodikanın tələblərinə əsasən piyada məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasının tədqiqat obyekti olmadığından və onun hərəkətləri xüsusi texniki bilik tələb etmədiyindən yolnəqliyyat hadisələri ekspertizasının səlahiyyətlərinə aid deyildir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında elan olunmaqla tədqiq olunmuş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Elmi Təcrübi və X25 rayon şöbəsinin verdiyi 25.09.2021-ci il tarixli 25 nömrəli rəyində göstərilmişdir ki, X4nın meyitində qapalı kəllə beyin travması, baş beyin toxumasının əzilməsi, baş beyinin qişalarına və toxumasına qansızma, başın yumuşaq toxumasının əzilməsi, sağ kürək sümüyünün, sol bazu sümüyünün aşağı 1/3-nin, sol əlin 5-ci daraq sümüyünün və çanaqda sol oturaq sümüyünün sınığı, sağ kürək nahiyyəsinin, sol bazu-dirsək oynağının bayır tərəfinin, sağ əlin üst səthinin və sol budun bayır yuxarı oynağı yaxın hissəsinin qançırı kimi xəsarətləri vardır. Həmin xəsarətlər küt alətin (əşyaların) təsirindən 22 avqust 2021-ci il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi zamanı piyada törənməsi bildirilmişdir. X2 ölümünə səbəb baş beyin toxumasının ağır dərəcəli əzilməsi, baş beyin qişalarına qansızma olmuşdur və hadisə vaxtı aldığı bədən xəsarətləri ilə birbaşa səbəbli əlaqəsi vardır. X2 meyidində aşkar edilən xəsarətlər küt alətin (əşyaların) təsirindən 22.08.2021-ci il tarixdə baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində törənməsinə uyğun gəlir.Dərəcəsinə görə həmin xəsarətlər canlı şəxslərdə həyat üçün təhlükəli olan sağlamlığa Ağır zərər vurmanın əlamətlərinə aid olduğu göstərilmişdir. Məhkəmədə ekspert rəyləri tədqiq edilərkən müəyyən edildi ki, ekspert rəyləri işin müəyyən edilmiş hallarına uyğun gəldiyindən və digər sübutlarla təsdiq edildiyindən sübut kimi qəbul edilməlidir. Cinayət işi materiallarına əlavə edilmiş Təhlükəsizlik şəhər 8.2 saylı görüntü kamerasının yaddaşındakı gürüntüdən çəkilməklə götürülmüş fotoşəkillərdən görünür ki, piyada X9 ölümü ilə nəticələnmiş yol-nəqliyyat hadisəsinin baş verdiyi 22.08.2021-ci il tarixdə Lexus LS 460 minik markalı ** CK *** dövlət nömrə nişanlı minik avtomobilini Təqsirləndirilən şəxs idarə etmişdir. Cinayət işi materiallarına əlavə edilmiş Qəbələ RPŞ-nin DYPB-in rəisi polis mayoru Aydın Heydərovun 27.09.2021-ci il tarixli raportundan görünür ki, sürücü Təqsirləndirilən şəxs adına AR-sı DİN-in Baş Dövlət Yol Polisi İdarəsinin Mərkəzi Məlumat Bazasında AD 208449 saylı BC kateqoriyalı sürücülük vəsiqəsi qeydə alınmış, ona məxsus sürücülük vəsiqəsində heç bir məhdudiyyət olmamış və sürücülük vəsiqəsi 25.06.2029-cu il tarixədək qüvvədə olmuşdur. Cinayət işi materiallarına əlavə edilmiş Qəbələ RPŞ-nin DYPB-in rəisi polis mayoru Aydın Heydərovun 27.09.2021-ci il tarixli raportundan görünür ki, sürücü Təqsirləndirilən şəxs yol nəqliyyat hadisəsi törətmiş olduğu yer yaşayış zonası hesab edilməklə maksimum sürət həddi 50 km/saatdır. Cinayət işi materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Tibbi Ekspertiza və X19” X41n 10.09.2021-ci il tarixli 2619/K saylı məhkəməkimiyəvi rəyindən görünür ki, Təqsirləndirilən şəxs ayıq vəziyyətdə olduğu müəyyən edilmişdir. Cinayət işi materiallarına əlavə edilmiş sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə haqqında 198 nömrəli protokoldan görünür ki, sürücü Təqsirləndirilən şəxs hadisə baş verən tarixdə, yəni 22.08.2021-ci il tarixdə ayıq vəziyyətdə olmuşdur. Cinayət işi materiallarına əlavə edilmiş AR Səhiyyə Nazirliyi “Respublika Psixiatriya Xəstəxanası” X41 xəstəxanasından alınmış məktuba əsasən Təqsirləndirilən şəxs göstərilən xəstəxanada müalicə olunmadığı göstərilmişdir. İş materillarına əlavə edilmiş Azərbaycan Respublikası DİN-nin BƏSİİ-nin verdiyi tələbnamədən və Nərimanov RPİ-nin İŞ-in 05 avqust 2021-ci il tarixli qərarının surətindən görünür ki, Nərimanov RPİ-nin İŞ-də Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsi ilə istintaqı aparılmış ********* saylı cinayət işi üzrə cinayət təqibinə xitam verilərək Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilmişdir. İş materillarına əlavə edilmiş Azərbaycan Respublikası DİN-nin BƏSİİ-nin verdiyi tələbnamədən və Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-440/2014 nömrəli, 16 iyul 2014cü tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2, 29, 178.3.2, 320.1 və 66.3-cü maddələri ilə təqsirli bilinərək, 07 il 06 ay azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, həmin cəza 02 il sınaq müddəti verilməklə şərti hesab edilmiş, 21.10.2016-cı ildə cəza müddəti bitdiyindən qeydiyyatdan çıxarılmışdır. Cinayət işinin materiallarına əlavə edilmiş Təqsirləndirilən şəxs adına verilmiş AD seriyalı, 208449 nömrəli sürücülük vəsiqəsindən görünür ki, ona 25.06.2019-cu il tarixdə 10 il müddətə qüvvədə olan «BC» kateqoriyali sürücülük vəsiqəsi verilmişdir. Həmin vəsiqanin etibarlılıq müddəti 25.06.2029-cu il tarixədək müəyyən olunmuşdur. İş materiallarına əlavə edilmiş AZ seriyalı, BA 101196 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, “Lexus LS460” minik markalı, 99-C-132 dövlət qeydiyyat nişanlı avtomobil X1 məxsusdur. İş materiallarına əlavə edilmiş 02.07.2021-ci il tarixdə verilmiş etibarnamənin surətindən görünür ki, X3 “Lexus LS460” minik markalı, 99-C-132 dövlət qeydiyyat nişanlı avtomobili 16.05.2029-ci il tarixə kimi idarə etməyi X14 etibar etmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Bakı şəhəri Xətai Rayonu Mənzil Kommunal Təsərrüfatı Birliyi 2 saylı Mənzil Kommunal İstismar Sahəsi tərəfindən verilmiş 31 avqust 2021-ci il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Xətai rayonunun 2 saylı MKİS-in ərazisində yerləşən Dənizçi küçəsində 15/4v nömrəli evdə qeydiyyatsız yaşayır. Beləliklə, məhkəmə və məhkəməyədək araşdırma zamanı toplanmış sübutlara məcmu halında qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs yol hərəkəti qaydalarını pozaraq ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olan yol nəqliyyat hadisəsi törətməsi özünün qismən etirafedici ifadəsi ilə yanaşı, şahidlərin ifadələri, ekspert rəyləri, hadisə yerinə baxış protokolu və digər sübutlarla tam sübuta yetirilir. Məhkəmə hesab edir ki, istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Belə ki, Azərbaycan Respublikası CM-in 263.2-ci maddəsinə əsasən, bu Məcəllənin 263.1-ci maddəsində nəzərdə tutulan əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda üç ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə iki ildən altı ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin İ hissəsinə əsasən Sürücü hərəkətin intensivliyini, nəqliyyat vasitəsinin, yükün xüsusiyyətlərini və vəziyyətini, yol və meteoroloji şərati, xüsusən hərəkət istiqamətində görmə şəraitini nəzərə almaqla, nəqliyyat vasitəsini müəyyən olunmuş sürət məhdudiyyətindən çox olmayan sürətlə sürməlidir. Sürücü hərəkət üçün təhlükə yarandığını gördükdə, nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməlidir. “Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 15 noyabr 2013-cü il tarixli 5 nömrəli Qərarının 1-ci bəndində qeyd edilir ki, yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması ilə bağlı cinayətlərin geniş yayılması hərəkət təhlükəsizliyinin təmin edilməsini və yol-nəqliyyat hadisələrinin qarşısının alınması üçün təşkilati və təsiredici hüquqi tədbirlərin həyata keçirilməsini zəruri edir. Bununla bağlı məhkəmələrin diqqəti yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması cinayətlərinə dair işlərə obyektiv və keyfiyyətli baxılmasına, işin bütün hallarının tam və hərtərəfli araşdırılmasına, o cümlədən yol hərəkəti qaydalarını pozmuş şəxsin hadisədən bilavasitə əvvəl vəziyyətinin, psixoloji və sağlamlıq durumunun müəyyən edilməsinə, cinayətlərin törədilməsinə səbəb olmuş və şərait yaratmış halların aşkar edilməsinə, cinayət işləri üzrə qanuni, əsaslı və ədalətli qərarların qəbul edilməsinə yönəldilsin. Həmin Qərarın 21-ci bəndində qeyd edilir ki, yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasında təqsirləndirilən şəxslərə cəza təyin edilərkən məhkəmələr nəzərə almalıdırlar ki, cinayətin ağır nəticələrə səbəb olması CM-nin 263.2, 263.3, 263-1.3, 263-1.4, 351.2 və 351.3-cü maddələrinin dispozisiyasında cinayət tərkibinin zəruri elementi kimi nəzərdə tutulduğundan həmin nəticələrin mövcudluğu özü-özlüyündə CM-nin 61.1.2-ci maddəsinə istinad edilməklə cəzanı ağırlaşdıran hal hesab edilə bilməz. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş daha ciddi cəza növü və həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza cəzanın məqsədlərini təmin edə bilmir. Odur ki, məhkəmələr tərəfindən bu kateqoriyadan olan işlər üzrə işin cəzaya təsir edə biləcək bütün halları, o cümlədən təqsirləndirilən şəxsin əvvəllər yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar və ya hərəkət təhlükəsizliyi və nəqliyyat vasitələrinin istismarı qaydaları əleyhinə olan cinayətlər törədib-törətməməsi, buna görə onun inzibati məsuliyyətə cəlb edilməmiş sayılıb-sayılmaması və ya məhkumluğunun ödənilib-ödənilməməsi, inzibati və ya cinayət mühakimə icraatı qaydasında nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum edilib-edilməməsi, digər tərəfdən isə yol-nəqliyyat hadisəsinin baş verməsində zərərçəkmişin və ya yol hərəkətinin digər iştirakçılarının qarşılıqlı təqsirinin mövcudluğu, təqsirləndirilən şəxsin hadisədən sonrakı davranışı, onun hadisə yerindən qaçmayaraq zərərçəkmişə tibbi və ya digər yardım göstərməsi, yol-nəqliyyat hadisəsi nəticəsində zərər çəkmiş şəxsin təqsirkarın yaxın qohumu olması, təqsirləndirilən şəxsin özünün də hadisə nəticəsində xəsarət alması, onun tərəfindən maddi və mənəvi zərərin ödənilməsi və bu kimi sair hallar araşdırılmalı və cəza təyini zamanı nəzərə alınmalıdır. Beləliklə də, Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən, məhkəmə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarmağı məqsədəmüvafiq hesab edir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən hesab edir ki, aşağıdakılar nəzərə alınmalıdır. İşdə olan zərərçəkmiş şəxsin hüquqi varisi X23 tərərfindən istintaq zamanı verilmiş və notarial qaydada təsdiq edilmiş ərizədən, o cümlədən məhkəmə zamanı məhkəməyə təqdim edilmiş ərizədən görünür ki, onun təqsirləndirilən şəxsə qarşı şikayət və tələbi yoxdur. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Bakı şəhəri Xətai Rayonu Mənzil Kommunal Təsərrüfatı Birliyi 2 saylı Mənzil Kommunal İstismar Sahəsi tərəfindən verilmiş 01 sentyabr 2021-ci il tarixli, 62 nömrəli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə edilir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Bakı şəhəri Xətai Rayonu Mənzil Kommunal Təsərrüfatı Birliyi 2 saylı Mənzil Kommunal İstismar Sahəsi tərəfindən verilmiş 31 avqust 2021-ci il tarixli, 32 nömrəli arayışdan görünür ki, Təqsirləndirilən şəxs ailə tərkibi atası X20, anası X17, arvadı X21, oğlu 2013-cü il təvəllüdlü X29, qızı 2016-ci il təvəllüdlü X22 və oğlu 2019-cu il təvəllüdlü X10 ibarətdir. Məhkəmə Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs törətdiyi əməli qismən etiraf edərək peşiman olmasını, zərərçəkmiş şəxsin hüquqi varisinin ona qarşı şikayət və tələbinin olmamasını, onunla barışıq əldə etməsini, zərərçəkmiş şəxsin sonadək bütün müalicə xərclərini və dəfn xərclərini ödəməsini, yaşayış yerindən müsbət xarakterizə olunmasını, himayəsində üç azyaşlı övladının olmasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-in 61-ci maddəsinə əsasən cəzanı ağırlaşdıran hallar yoxdur. Azərbaycan Respublikası CM-in 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yünşülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 nömrəli Qərarında nəzərdə tutulur ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Azərbaycan Respublikası CM-nin 60.1. maddəsinə əsasən, bu Məcəllənin 59.1.8, 59.1.10—59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Məhkəmə yuxarıda göstərilənlərə əsasən, hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən halları, cəzasını ağırlaşdıran halların olmamasını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri, həmçinin Azərbaycan Respublikası CM-nin 60.1.-ci maddəsinin tələbləri nəzərə alınmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 263.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini məqsədəuyğun sayır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikası CM-in 41.2-ci maddəsində deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cinayət törətmiş şəxsin fərdi xüsusiyyətlərinə, törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsinə və xarakterinə mütənasibdir və hazırkı halda həmin cəza, cəzanın məqsədini təmin edir. Azərbaycan Respublikası CM-nin 56.1.1 və 56.1.2-ci maddələrinə əsasən, azadlıqdan məhrum etmə növündə cəzanın ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq olmayan müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün-məntəqə tipli cəzaçəkmə müəssisələrində; qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün-ümumi rejimli cəza çəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Eyni zamanda məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsinin sanksiyasının göstərişinə əsasən, Təqsirləndirilən şəxs nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməlidir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin onun təqsirli bilindiyi 263.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə növündə əsas cəza, nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilmə növündə əlavə cəza təyin olunmalı, onun barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə CPM-in 346.1.19-cu maddəsinin tələbləri baxımından iş üzrə maddi sübutlar məsələsini həll edərkən, maddi sübut qismində tanınmış “Lexsus 460 minik” markalı **-CK-*** dövlət qeydiyyat nişanlı avtomobilin sahibnə qaytarılmasını nəzərə alır. İş üzrə 100 manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilməlidir. «Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında» 07 mart 2012-ci il tarixli Azərbaycan Respublikası Qanununun 99-1.2-ci maddəsinə görə məhkəmə, hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli olan əmlakın olub-olmaması məsələsini həll etməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.1 və 99-1.1.1-ci maddəsinə əsasən məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) Xüsusi müsadirə olunan əmlak hesab olunur. Məhkəmə xüsusi müsadirə ilə bağlı məsələni müzakirə edərək hesab edir ki, iş üzrə belə bir əmlak olmadığından təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə ilə bağlı müddəa tətbiq edilməməlidir. İş üzrə mülki iddia yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 44.1; 344-347; 349; 351-353, 356, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirli bilinsin və ona 01 (bir) il 06 (altı) ay müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, 03 (üç) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin, cəzaçəkmə müddətinin əvvəli məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata düşdüyü vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut qismində tanınmış “Lexsus 460 minik” markalı **-CK-*** dövlət qeydiyyat nişanlı avtomobilin sahibinə qaytarılması nəzərə alınsın. İş üzrə məhkəmə məsrəfi olan 100 (bir yüz) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilsin. (büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu 3, X12, kod 210005, VOEN **********, müxbir hesab AZE 41 NABZ********************, SFİFTBİK: CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi, VOEN **********, hesab AZ34CTRE********************). İş üzrə mülki iddia yoxdur. Hökm elan olunduğundan 20 (iyirmi) gün müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökm apellyasiya şikayəti və ya protesti verilmədikdə, həmin müddət başa çatdıqdan sonra qüvvəyə minir. Sədrlik edən: Abbas Əliyev
Məhkəmə qərarları › İş №1(025)-2/2022
Qəbələ Rayon Məhkəməsi Hökm — İş №1(025)-2/2022
24.01.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver