Məhkəmə qərarları › İş №1(025)-2/2024

Qəbələ Rayon Məhkəməsi Hökm — İş №1(025)-2/2024

31.01.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Qəbələ şəhəri İş № 1(025)-2/2024 31.01.2024 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Abbas Baba oğlunun sədrliyi, məhkəmə iclas katibi Qafarlı Yelmar Elman oğlunun katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikasının Baş X1 Müdafiəsi İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İİ dərəcəli hüquqşunas Dövlət ittihamçısı, zərərçəkmiş şəxsin nümayəndəsi – Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Qəbələ rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə xx.xx.1988-ci il tarixdə Qəbələ rayon Bayramkoxalı kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, Azərbaycan Respublikası, Daxili İşlər Nazirliyi Baş Mühafizə İdarəsi, MMX üzrə mühafizəçi işləyən, Qəbələ rayon Bayramkoxalı kəndində qeydiyyatda olan və yaşayan, 11 dekabr 2023-cü il tarixdə barəsində “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 188.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinin materiallarına açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 10 mart 2023-cü il tarixdən etibarən 2023-cü ilin may ayının ortalarına, istintaqa dəqiq məlum olmayan tarixə kimi Qəbələ rayon Bayramkoxalı kəndində yerləşən, döngə nöqtələrinin koordinatları 1.X-733849.7179 Y-********.310; 2.X-733858.5089, Y-4518158.1283; 3.X-733858.4750, Y-4518119;7530; 4.X-733855.5380, Y-4518116.0070; 5.X-733851.7940, Y-4518111.6520; 6.X-733844.6869, Y-4518117.7121; 7.X-733831.8393, Y- 4518128.6670; 8.X-733833.4428, Y-4518130.5834; 9.X-733826.6623, Y-4518136.2926;10.X- 733833.5628,Y-4518144.5948; olmaqla Bayramkoxalı bələdiyyəsinə məxsus kənd təsərrüfatı təyinatlı, uqodiyası örüş sahəsi olan 0,10 ha torpaq sahəsinin ətrafını qanunla müəyyən edilmiş mülkiyyət, istifadə və ya icarə hüququ olmadan sement-beton bünövrə üzərində 12 və 8 cərgə mişar daşı ilə 2 metr hündürlükdə özbaşına hasara alıb tutmuş, eləcə də həmin torpaq sahəsinin içərisində qanunla müəyyən edilmiş mülkiyyət, istifadə və ya icarə hüququ olmadan Qəbələ rayon Bayramkoxalı kəndində yerləşən, döngə nöqtələrinin koordinatları 1.X-733838; Y-4518136; olmaqla Bayramkoxalı bələdiyyəsinə məxsus kənd təsərrüfatı təyinatlı, uqodiyası örüş sahəsi olan 200,0 kv.metr torpaq sahəsində sement-beton bünövrə üzərində 12 cərgə mişar daşı ilə 2 metr hündürlükdə fərdi yaşayış evi və təsərrüfat məqsədi ilə tövlə tikmək üçün 9 cərgə mişar daşı ilə 1,80 metr hündürlükdə özbaşına tikinti işləri aparmışdır. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 188.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin (CPM) 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə protokollarını və digər sənədləri sübut növü kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi vardır, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli düzgün olaraq Azərbaycan Respublikasının CM-nin 188.3-cü maddəsi ilə tövsif olunmuşdur. Belə ki, məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 188.3-cü maddəsi ilə elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, yaşadığı ev kənddə “Dəmiraparan” çayının kənarında yerləşdiyindən qəzalı vəziyyətdədir. Evindən təqribən 100- 150 metr qərb tərəfdə bələdiyyə mülkiyyətinə aid üçbucaq formalı təqribən 0,10 ha (10 sot) torpaq sahəsi vardır. Həmin torpaq sahəsinin kənarlarını 4-5 il əvvəl kollu çəpərlə bağlayaraq orada qoyun-quzuya baxırmış. Amma torpaq sahəsinə dair heç bir sənədi, icarə müqaviləsi olmamış, istifadəyə görə vergi ödənişi etməmişdir. Həmin torpaq sahəsi üçbucaq formalıdır, iki tərəfdən 30 metr, bir tərəfdən isə 38 metrdir. 30 metr olan tərəflərdən qonşuları Şahid1 və Şahid2dur. Onlarin istifadəsində olan torpaq sahəsi və evləri ilə həmin hissələr ilə qonşudur, çəpərləri eynidir. 38 metr olan hissədən isə yol yerinin kənarıdır. Yuxarıda qeyd etdiyi səbəblərə görə təxminən 2022-ci ilin təxminən yay aylarında dəqiq xatırlamadığı gündə həmin torpaq sahəsinin kənarlarını mişar daşları ilə bağlayıb içərisində ev və təsərrüfatı üçün tövlə tikmək qərarına gəlmişdir. Bu barədə kənd bələdiyyə sədri Zərərçəkmiş şəxs yazılı şəkildə ərizə ilə müraciət etmişdir. Tahir isə ona yazılı şəkildə cavab verməmiş, şifahi olaraq kənddə “narahat olma, yazıb hazırlayarıq” deyə bildirmişdir. Ərizəsində həmin qeyd etdiyi torpaq sahəsini istəmiş ki, adına sənədləşdirilsin və orada tikinti işləri aparsın. Həmin vaxtdan etibarən bir müddət keçsə də bələdiyyə sədri Tahir torpaq sahəsini adına sənədləşdirməmiş, ancaq ona həmin vaxtlar istədiyi torpaq sahəsinin örüş sahəsi olduğunu, “sənədləşdirərik” deyərək onu arxayın etmişdir. Torpaq sahəsinin sənədləşdirilməsinin mümkün olmamağı barədə nəsə deməmişdir. Zərərçəkmiş şəxs həmin torpaq sahəsinin adına sənədləşdirilməsi üçün pul və sair maddi nemət verməmiş, eləcə də verəcəyi barədə hər hansı vəd verməmişdir. Tahirdən torpaq barədə soruşduqda şifahi olaraq hər dəfə deyirdi “sənədləşdirərik, sən tik” deyə ona cavab verirmiş. Buna görə də 2023-cü ilin mart ayının 10-dan etibarədən həmin torpaq sahəsinin kənarlarındakı ağac çəpərləri sökmüş, kənarlarını mişar daşı olan kubiklə bağlamağa başlamış, eləcə də içərisində kubik daşları ilə 9 metr x 11 metr ölçüdə ev, həmçinin, 10 metr x 5 metr ölçüdə tövlə tikintisinə başlamışdır. Tikinti işlərini tək etmiş, həm usta, həm də fəhlə kimi çalışmış, kimsə ona kömək etməmişdir. Torpaq sahəsinin iki tərəf 30 metr olan hissəsini 12 ədəd kubik daşı hündürlükdə, 38 metr olan hissəsini isə 8 ədəd kubik daşı hündürlükdə çəkərək bağlamış,hasarlamışdır. Eləcə də 4 metr enində bir ədəd darvaza üçün yer saxlamış, ancaq darvaza qoymamışdır. Tövləni 9 ədəd kubik hündürlükdə, evi isə 12 ədəd kubik hündürlükdə tikmişdir. Həm tövlənin, həm də evin dörd birtərəfini mişar daşları ilə çəkərək bağlamış, ancaq nə tövlənin, nə də evin üstünü bağlamamışdır. xx.xx.2023-cü il tarixdə isə Əmlak Məsələləri Dövlət Xidmətinin Qəbələ ərazi şöbəsinin əməkdaşı Şahid3 tikinti apardığı yerə gəlmiş, ondan torpaq sahəsinə dair sənəd soruşmuş, heç bir sənədi olmadığını demiş, hətta Cavidana “mən bələdiyyədən dəfələrlə sənəd istəsəm də sənəd verməmişdir” deyə bildirmişdir. Orada akt tərtib edilmiş, aktı imzalamış, Şahid3 çıxıb getmişdir. Bundan sonra da tikintini davam etdirmiş, yuxarıda göstərdiyi işləri xx.xx.2023-cü il tarixdən 2023-cü ilin may ayının ortalarına kimi hamısını görüb başa çatdırmışdır. Təxminən 2023-cü ilin may ayının ortalarında ona rayon icra hakimiyyətindən tikintini dayandırmaq barədə xəbərdarlıq edilmiş, bundan sonra tikintini dayandırmışdır. Bələdiyyə ona tikinti işləri aparmaması üçün heç bir şifahi və ya yazılı xəbərdarlıq etməmişdir. Tikinti işləri aparmazadan əvvəl torpaq sahəsinin özünün və yaxınlarının, həmçinin, xüsusi mülkiyyətə aid torpaq sahəsi olmadığını bələdiyyə mülkiyyətinə aid olduğunu bilmiş, tikinti aparmazadan əvvəl bu barədə bələdiyyə sərdi Zərərçəkmiş şəxs məlumat vermişdir. Zərərçəkmiş şəxs “sənədləşdirərik, sən tik” deyə cavab vermişdir. Lakin buna baxmayaraq sözügedən torpaq sahəsini mülkiyyətinə keçirmək bütün orqanlara özü və atası müraciətlər etmiş, təəssüf ki, heç bir nəticəsi olmamışdır. O, ümumiyyətlə sözügedən torpaq sahəsinin kənd təsərrüfatlı təyinatlı torpaq olması ilə razılaşsa da, uqodiyasının örüş sahəsi olması ilə bağlı razılaşmamaqdadır. Çünki onda olan xəritə məlumatlarında tikinti apardığı torpaq sahəsinin uqodiyası “örüş sahəsi” kimi göstərilməmişdir. Yeni xəritədə hansı səbəbdən tikinti apardığı torpaq sahəsinin uqodiyasının örüş sahəsi kimi göstərilməsindən məlumatsızdır. O və ailə üzvləri qəzalı vəziyyətdə olan evdə yaşamaqdadırlar. Bu səbəbdən yeni fərdi yaşayış evi inşa etməyə başlamışdır. Düşünür ki, dövlət orqanları onun ailə vəziyyətini, evinin qəzalı vəziyyətdə olmasını nəzərə almamış, sözügedən torpaq sahəsinin onun mülkiyyətinə keçirilməsinə köməklik göstərməmişlər. Məhkəmədən barəsində ədalətli qərar qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş Qəbələ rayon Bayramkoxalı bələdiyyəsinin nümayəndəsi Zərərçəkmiş şəxs vermiş olduğu ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs həmkəndlisidir, onunla heç bir ədavəti yoxdur. Soyadları eyni olsa da, qohum deyillər. Bir ildən artıqdır ki, Bayramkoxa kənd bələdiyyəsinin sədri vəzifəsində işləyir. Səbuhinin yaşadığı kənddə evi vardır ki, həmin ev və torpaq sahəsi çay kənarında yerləşdiyindən qəzalı vəziyyətə düşmək təhlükəsi vardır. Buna görə də, 2022-ci ilin təxminən iyul-avqust ayında Səbuhi ev tikmək üçün ondan torpaq sahəsi istəmiş, təxminən 4-5 ildir ki, kənarlarını çəpərlədiyi 10 sot olan evindən 150-200 metr məsafədə yerləşən torpaq sahəsini adına sənədləşdirmək və tikinti tikinti aparmaq istədiyini bildirmiş, yazılı ərizə ilə müraciət etmişdir. Bu məqsədlə həmin torpaq sahəsini Qəbələ regional reyestr idarəsinin əməkdaşları tərəfindən mülkiyyət növünü yoxlatdıqda həmin torpaq sahəsinin bələdiyyə mülkiyyətinə aid olsa da ümumi istifadəli örüş sahəsi olduğunu müəyyən etmişdir. Səbuhiyə şifahi olaraq bu barədə bildirmiş, ona həmin torpaq sahəsini özəlləşdirməyin mümkün olmadığını izah etmişdir. Səbuhi isə “mən daşımı, kübikimi danışmışam, tikmək istəyirəm” deyə cavab vermişdir. Səbuhiyə icazə verməmiş, ona şifahi olaraq heç bir tikinti işləri aparmaması barədə xəbərdarlıq etmişdir. Səbuhi problem olacağı halda yoluna qoyacağını demişdir. Sonradan 2023-cü ilin mart ayından etibarən Səbuhinin həmin torpaq sahəsinin kənarlarındakı çəpəri söküb kubik daşları ilə hasarladığını, eləcə də kubik daşlarından həmin torpaq sahəsində ev və tövlə tikintisi apardığını görmüş, Səbuhiyə tikintini dayandırması üçün xəbərdarlıq etməmişdir. Sonradan 2023-cü ilin aparel ayında reyestr əməkdaşları Səbuhinin qanunsuz hasarlamaqla tikinti apardığı torpaq sahəsini aktlaşdırmış, həmin akta imza etmişdir. Səbuhi hasarladığı və tikinti apardığı torpaq sahəsinə görə bələdiyyə ilə müqavilə bağlamamış, vergi və sair ödəniş etməmişdir. Tikintidən əvvəl Səbuhinin tikinti aparmaq istəməsi niyyətini bildiyindən tikinti aparmaması üçün ona bu barədə şifahi xəbərdarlıq etmiş, ancaq tikinti aparan zaman yazılı və ya şifahi xəbərdarlıq etməmişdir. Səbuhi həmkəndlisi olduğundan onun bələdiyyə mülkiyyətinə aid torpaq sahəsini qanunsuz hasarlaması, eləcə də qanunsuz tikinti işləri aparmağına görə hüquq mühafizə orqanlarına müraciət etməmiş, məlumat verməmiş, ona “sənədləşdirərik sən tik” deməmişdir. Səbuhinin özünü kənddə tez-tez gördüyü üçün onun torpaq istəməsi barədə yazılı ərizəsinə şifahi cavab vermiş, yazılı cavab verməyə ehtiyac bilməmişdir. xx.xx.2023-cü il tarixdə keçirilən məhkəmə iclasında zərərçəkmiş Qəbələ rayon Bayramkoxalı bələdiyyəsinin nümayəndəsi Zərərçəkmiş şəxs məhkəməyə ərizə təqdim edərək, Təqsirləndirilən şəxs ilə barışdığını, təqsirləndirilən şəxsdən heç bir şikayət və tələbinin olmadığını qeyd etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində bildirdi ki, Təqsirləndirilən şəxs həmkəndlisi, həm də uzaq qohumudur, onunla və ailəsi ilə heç bir ədavəti yoxdur.Yaşadığı Bayramkoxalı kəndində həyətinə bitişik təxminən 60 sot torpaq sahəsi vardır. Həmin torpaq sahəsi 30 ildən çoxdur ki, istifadəsindədir. Belə ki, torpaq sahəsinin kənarlarını çəpərlərlə bağlayaraq içərisindəki yabanı bitmiş otlardan biçərək mal-qarası üçün istifadə edir. Torpaq sahəsinə bitişik Səbuhinin istifadəsində olan təxminən 10 sot torpaq sahəsi vardır. Əvvəllər torpaq sahəsinin kənarı çəpərlə bağlı imiş, 1 ilə yaxın müddət olar ki, Səbuhi həmin torpaq sahəsinin kənarlarını kubik daşı ilə bağlayaraq içərisində ev və tövlə tikintisinə başlamış,divarlarını tikib qurtarmış, üstünü örtməmişdir. Səbuhinin tikinti apardığı torpaq sahəsinin bələdiyyə mülkiyyətinə aid olmasını bilsə də, bu barədə aralarında heç bir söhbət olmamışdır. Onun bu barədə müvafiq sənədlərinin olub-olmadığından məlumatsızdır, sonradan Səbuhi barədə polis şöbəsində araşdırma aparıldığını bilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 Şahavat oğlu ifadəsində bildirdi ki, Təqsirləndirilən şəxs tanıyır, onunla normal münasibətləri vardır. Heç bir ədavəti yoxdur. 1993cü ildə Ağdam rayonu işğal olunan zaman Qəbələ rayonuna köçmüş, həmin vaxtlardan Qəbələ rayon Bayramkoxalı kəndində dövlət yaşayış üçün torpaq sahəsi ayırmış, ev tikmiş, lakin hələlik həmin torpaq sahəsinə çıxarış verilməmişdir. Yaşayış yerimin sahəsi təxminən 60 sota yaxındır. 30 ildir ki, istifadəsindədir. Torpaq sahəsinə bitişik Səbuhinin istifadəsində olan təxminən 10 sot torpaq sahəsi vardır. Əvvəllər torpaq sahəsinin kənarı çəpərlə bağlı olmuş, bir ilə yaxın müddət olar ki, Səbuhi həmin toraq sahəsinin kənarlarını kubik daşı ilə bağlayaraq içərisində ev və tövlə tikintisinə başlamış, divarlarını tikib qurtarmış, üstünü örtməmişdir. Ancaq tikintini başqa şəxslərin deyil, Səbuhinin özünü tikinti işləri aparmasının şahidi olmuşdur. Səbuhinin tikinti apardığı torpaq sahəsinin bələdiyyə mülkiyyətinə aid olmasını bilsə də, bu barədə aralarında heç bir söhbət olmamışdır. Onun bu barədə müvafiq sənədlərinin olubolmadığından məlumatsızdır. Sonradan Səbuhi barədə polis şöbəsində araşdırma aparıldığını bilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində bildirdi ki, o AR ƏMDXnin Qəbələ ərazi şöbəsində məsləhətçi müfəttiş vəzifəsində işləyir, Təqsirləndirilən şəxs əvvəllər tanımamış, heç bir ədavəti yoxdur. 11 aprel 2023-cü il tarixdə Qəbələ rayon Bayramkoxalı kəndində həmin kəndin bələdiyyə sədri vəzifəsində işləyən Zərərçəkmiş şəxslə birgə xidməti reyd zamanı bələdiyyə mülkiyyətinə aid torpaq sahəsində mülkiyyət, istifadə və icarə hüququ olmadan tikinti aparılmasında şübhələr olan bir tikinti aşkar etmiş, orada olan vətəndaş Təqsirləndirilən şəxs tikintinin ona məxsus olduğunu bildirmişdir. Ondan tikinti apardığı torpaq sahəsinə görə hər hansı sənədinin olub-olmadığı şifahi sorğu edilmiş, Təqsirləndirilən şəxs tikiniti apardığı torpaq sahəsinə görə heç bir sənədinin və icazəsinin olmadığını bildirmişdir. Belə ki, Təqsirləndirilən şəxs həmin sözügedən torpaq sahəsində tövlə və fərdi yaşayış evi tikmişr, ancaq kubik daşları ilə divarlarını hörmüş, üzərini isə bağlamamış, həmçinin, torpaq sahəsinin kənarlarını kubik daşları ilə hasarlamışdır. Tərəfindən GPS aləti ilə tikinitinin koordinatları götürülmüş, baza ilə elektron qaydada yoxlanıldıqda tikinti aparılmış torpaq sahəsinin bələdiyyə mülkiyyətinə aid olmaqla kənd təsərrüfatı təyinatlı, uqodiyası örüş olan 200 kv. metr sahəni əhatə etdiyi müəyyən edilmişdir. Bələdiyyə sədri Zərərçəkmiş şəxs də Təqsirləndirilən şəxs tikintini qanunsuz apardığını, icazəsinin olmadığını bildirmişdir. Bu barədə tərəfindən akt tərtib edilmiş, tərtib edilmiş akt bələdiyyə sədri Zərərçəkmiş şəxs və vətəndaş Təqsirləndirilən şəxs tərəfindən imzalanmışdır. Təqsirləndirilən şəxs tikintinin qanunsuz olması, eləcə də qanunvericiliyin tələbləri izah edilmiş, şifahi formada ona tikintini dayandırmalı olduğu xəbərdar edilmişdir. Həmçinin məhkəmə zamanı proses iştirakçılarının suallarına cavab olaraq bildirmişdir ki, sözügedən torpaq sahəsinin, yəni kənd təsərrüfatı təyinatlı, uqodiyası “örüş sahəsi” olan torpaq sahəsinin təyinatının dəyişdirilməsi yalnız Nazirlər Kabinetinin səlahiyyətində olan məsələdir. X8 məhkəməyə təqdim etdiyi “DBJ” xəritəsində, həm də yeni xəritədə də sözügüdən torpaq sahəsinin təyinatı “kənd təsərrüfatı təyinatlı”, uqodiyası isə “örüş sahəsi” kimi göstərilmişdir. Məhkəmə iclasında əlavə şahid qismində dindirilmiş X9 izahatında göstərmişdir ki, o, Təqsirləndirilən şəxs atasıdır. 2019-cu ildə bələdiyyə sədri onlara torpaq sahəsi vermişdir. Lakin həmin torpaq sahəsinin təyinatı sonradan dəyişilmişdir. Sənədləşmə işləri üçün bütün dövlət orqanlarına müraciət etmişlər. Lakin nəticəsi olmamışdır. Tikinti materialları bahalaşdığı üçün tez evi inşa etməyə başlamışlar. Kənddə nəsə tikilən zaman hamının xəbəri olmaqdadır. Lakin ev tikilməyə başlayandan sonra İcra Hakimiyyətindən məktub gələrək tikintinin dayandırılması bildirilmişdir. Bələdiyyə sədri onların tikinti tikməsinə icazə vermişdir. Oğlunun 3 uşağı var və ümumilikdə ailə üzvləri 8 nəfərdir. Onların da evə ehtiyacı vardır, lakin dövlət tərəfindən onlara ev verilməmişdir. Həmçinin torpaq sahəsinin adlarına keçirilməsində onlara hər hansısa köməklik edilməmişdir. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 188.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi zərərçəkmiş şəxsin nümayəndəsinin və şahidlərin ifadəsi, iş materialları və aşağıda göstərilən digər sübutlarlada təsdiq edilir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş xx.xx.2023-cü il tarixli “baxış keçirilməsi haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs Bayramkoxalı bələdiyyəsinə məxsus torpaq sahəsinin kənarlarını qanunsuz hasarladığı və qanunsuz tikinti işləri apardığı yerə baxış keçirilmişdir. X15 iştirakı ilə aparılmış və o, mişar daşları ilə qanunsuz hasarladığı torpaq sahəsini və tikinti işləri apardığı evi, tövləni təqdim etmişdir. Torpaq sahəsinin kənarları hər tərəfdən mişar daşları ilə tam bağlanmışdır. Qanunsuz tikilmiş ev və tövlənin ümumi sahəsi 200 kv.metr təşkil edir. Ev və tövlənin üzəri açıq vəziyyətdədir, örtülməmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 9 saylı Qəbələ Ərazi İdarəsindən daxil olmuş 24 avqust 2023-cü il tarixli, 3-21-3-42/2-3997/2023 nömrəli məktuba əsasən həmin İdarənin mütəxəssisləri tərəfindən Bayramkoxalı kəndində yerləşən əraziyə baxış keçirilmiş və GPS aləti vasitəsi ilə ölçü işləri aparılmışdır.Kameral qaydada Mərkəzin elektron məlumat bazasına əsasən araşdırma zamanı məlum olmuşdur ki, vətəndaş Təqsirləndirilən şəxs tərəfindən kənarları hasarlanmış və tikinti işləri aparılan 0,10 hektar torpaq sahəsi “Kənd təsərrüfat təyinatlı torpaqlar” kateqoriyasına aid uqodiyası örüş olmaqla Bayramkoxalı bələdiyyəsinin mülkiyyətindədir. Sözügedən torpaq sahəsində iki ədəd yarımçıq tikili inşa edilmişdir. Hasarlanmış torpaq sahəsinin koordinatları aşağıdakı kimidir: 1.X-733849.7179 Y- ********.310; 2.X-733858.5089, Y-4518158.1283; 3.X-733858.4750, Y-4518119;7530; 4.X- 733855.5380, Y-4518116.0070; 5.X-733851.7940, Y-4518111.6520; 6.X-733844.6869, Y- 4518117.7121; 7.X-733831.8393, Y-4518128.6670; 8.X-733833.4428, Y-4518130.5834; 9.X- 733826.6623, Y-4518136.2926;10.X-733833.5628, Y-4518144.5948; Təqsirləndirilən şəxs tərəfindən qanunsuz tikinti işləri aparılmış torpaq sahəsi 200,0 kv.metr təşkil edir,həmin torpaq sahəsi “Kənd təsərrüfat təyinatlı torpaqlar” kateqoriyasına aid uqodiyası örüş olmaqla Bayramkoxalı bələdiyyəsinin mülkiyyətindədir. Qanunsuz tikintinin koordinatları aşağıdakı kimidir: 1.X-733838; Y-4518136; İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş Təqsirləndirilən şəxs tərəfindən Qəbələ rayon Bayramkoxalı bələdiyyəsinin sədri Zərərçəkmiş şəxs ünvanlanmış xx.xx.2023-cü il tarixli ərizədən görünür ki, o, şəxsi yaşamaq üçün həyətyanı torpağının olmadığı üçün ona həyətyanı torpaq verilməsini xahiş etmişdir. Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 9 saylı Qəbələ Ərazi İdarəsi tərəfindən məhkəmə təqdim edilmiş və iş materiallarına əlavə edilmiş 31 yanvar 2024-cü il tarixli, 3-21-3-42/2-688/2024 nömrəli məktubda göstərilmişdir ki, Təqsirləndirilən şəxs tərəfindən kənarları hasarlanmış və tikinti işləri aparılan 0,10 hektar torpaq sahəsi, Bayrankoxalı kəndində aparılmış torpaq islahatına dair yerquruluşu xəritəsinə (DVG) əsasən kənd təsərrüfatı təyinatlı uqodiyası kollu örüş, X2 X5 (TEKUİS) əsasən kənd təsərrüfatı təyinatlı uqodiyası örüş olan ərazidə yerləşir. Torpaq sahəsinin koordinatları aşağıdakı kimidir: 1.X-733849.7179 Y-********.310; 2.X-733858.5089, Y-4518158.1283; 3.X-733858.4750, Y-4518119;7530; 4.X-733855.5380, Y-4518116.0070; 5.X-733851.7940, Y-4518111.6520; 6.X-733844.6869, Y-4518117.7121; 7.X-733831.8393, Y- 4518128.6670; 8.X-733833.4428, Y-4518130.5834; 9.X-733826.6623, Y-4518136.2926;10.X- 733833.5628, Y-4518144.5948; İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş Azərbaycan Respublikası İcbari Tibbi Sığorta Üzrə X13 Ərazi Bölmələrini İdarəetmə Birliyi “Qəbələ Rayon Mərkəzi Xəstəxanası” X12 daxil olmuş 07 sentyabr 2023-cü il tarixli 18-1-52/2-1349/2023-cü nömrəli məktuba əsasən Təqsirləndirilən şəxs və zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi qismində tanınmış İsayev X11 RMX PHŞ-in polikilinika şöbəsinin “narkoloji və ya ruhi əsəb” kabinetində qeydiyyatda deyildir. İş materillarına əlavə edilmiş Azərbaycan Respublikası DİN-nin BƏSİİ-nin verdiyi tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu olmayan şəxsdir. İş materiallarında olan 11 dekabr 2023-cü il tarixli qərardan göründüyü kimi, Təqsirləndirilən şəxs 11 dekabr 2023-cü il tarixdə tutulmuş, tutmanın əvvəli isə 11 dekabr 2023-cü il saat 09:40-dan hesablanmış, 11 dekabr 2023-cü il tarixdə barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilməklə həmin gun saat 11:30-da saxlandığı MSYdən azad edilmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş xx.xx.2023-cü il tarixli “sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, Qəbələ rayon Bayramkoxalı bələdiyyəsinin sədri Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs bələdiyyə mülkiyyətinə məxsus torpaq sahəsini qanunsuz tutmasına, orada tikinti işləri aparmasına icazə verməsi, kimi xüsusatlar təsdiqini tapmadığı nəzərə alınsın, Bayramkoxalı bələdiyyəsinin sədri Zərərçəkmiş şəxs əməllərinə hüquqi qiymət verilməsi məqsədi ilə barəsində material ayrılaraq aidiyyəti üzrə Qəbələ rayon prokurorluğuna göndərilməsi qərara alınmışdır. İş materiallarında olan zərəçəkmiş şəxs Qəbələ rayon Bayramkoxalı bələdiyyəsinin nümayəndəsi Zərərçəkmiş şəxs tərəfindən məhkəməyə təqdim edilmiş xx.xx.2024-cü il tarixli ərizədən görünür ki, sonuncu təqsirləndirilən şəxslə barışdığını, heç bir şikayət və tələbinin olmadığını bildirmişdir. İş materiallarında olan Qəbələ Rayon İcra Hakimiyyəti Qəbələ Rayon İcra Hakimiyyəti Bayramkoxalı kənd İnzibati Ərazi Dairəsi tərəfindən verilmiş 175 nömrəli, 19 sentyabr 2023-cü il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs ailə tərkibi arvadı X6, uşaqları xx.xx.2013cü il təvəllüdlü X7, xx.xx.2015-ci il təvəllüdlü X10 və xx.xx.2016-cı il təvəllüdlü X3 ibarətdir. İş materiallarında olan Qəbələ Rayon İcra Hakimiyyəti Bayramkoxalı kənd İnzibati Ərazi Dairəsi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə edilir. Beləliklə, məhkəmə və məhkəməyədək araşdırma zamanı toplanmış sübutlara məcmu halında qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs kənd təsərrüfatı təyinatlı torpaqlara münasibətdə torpaq üzərində mülkiyyət, istifadə və ya icarə hüququnu pozmaqla özbaşına tikinti, quraşdırma işləri aparma cinayətini törətməsi zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, habelə digər sübutlarla tam təsdiqini tapır. Məhkəmə hesab edir ki, istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 188.3-cü maddəsi ilə düzgün tövsif edilmişdir və o, həmin maddə ilə təqsirli bilinib cəzalanmalıdır. Məhkəmə iş üzrə Təqsirləndirilən şəxs məhkəmə iclasında verdiyi ifadəsinə tənqidi yanaşır, hesab edir ki, onun bu məzmunda ifadə verməsi, özünü müdafiə etmək, məsuliyyətdən yayınmaq məqsədi daşıyır, onun ifadəsi iş üzrə şahidlərin ifadələri və işin məhkəmə iclasında araşdırılmış digər materialları ilə təkzib edilərək yuxarıda qeyd olunan cinayəti törətməsi tam olaraq sübuta yetirilir. Belə ki, Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı fərdi yaşayış evi inşa etdiyi torpaq sahəsinin kənd təsərrüfatı təyinatlı olması ilə razılaşmış, sadəcə həmin torpaq sahəsinin uqodiyasının “kollu örüş” olması ilə razılaşmamışdır. Halbuki CM-nin 188.3-cü maddəsinin tərkibinin yaranması üçün qanunla müəyyən edilmiş mülkiyyət, istifadə və ya icarə hüququ olmadan torpaq sahəsini özbaşına hasarlama, becərmə və ya dəyişdirmə, yaxud həmin torpaq sahəsini başqa üsullarla özbaşına tutma əməllərinin kənd təsərrüfatı təyinatlı torpaqlara münasibətdə törədildilməsi kifayətdir. Göründüyü kimi qanunvercilik CM-nin 188.3-cü maddəsi ilə məsuliyyətinin yaranması üçün yalnız torpaq sahəsinin təyinatının kənd təsərrüfatlı təyinatlı olması ilə kifayətlənmiş, torpaq sahəsinin uqodiyası ilə bağlı isə məsuliyyətin yaranması üçün tərkib müəyyən etməmişdir. Bundan əlavə də Təqsirləndirilən şəxs fərdi yaşayış evi inşa etdiyi torpaq sahəsinin uqodiyasının fərqli olması barədə məhkəməyə hər hansı sübut təqdim etməmişdir. Əksinə məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs tərəfindən kənarları hasarlanmış və tikinti işləri aparılan 0,10 hektar torpaq sahəsi, Bayrankoxalı kəndində aparılmış torpaq islahatına dair yerquruluşu xəritəsinə (DVG) əsasən kənd təsərrüfatı təyinatlı uqodiyası kollu örüş, X2 X5 (TEKUİS) əsasən kənd təsərrüfatı təyinatlı uqodiyası örüş olan ərazidə yerləşir. Beləliklə də, şahidlərin ibtidai istintaq zamanı və məhkəmə baxışı zamanı verdikləri ifadələri, digər iş materialları ilə Təqsirləndirilən şəxs kənd təsərrüfatı təyinatlı torpaqlara münasibətdə torpaq üzərində mülkiyyət, istifadə və ya icarə hüququnu pozma cinayətin törətməsini tamamilə sübuta yetirilir. Cinayət qanunvericiliyinə əsasən, şəxs tərəfindən törədilmiş əməldə Cinayət Məcəlləsi ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətləri mövcuddursa, cinayət başa çatmış hesab olunur. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmə prosesində verdiyi ifadəsini özünü müdafiə xarakterli və həqiqətə uyğun olmayan, cinayət məsuliyyətlərini və cəzalarını yüngülləşdirmək niyyətilə verilən ifadə kimi qiymətləndirir. Cəza təyin edilərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinin tələbinə əsasən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarların şəxsiyyətləri, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxslərin islah olunmasına və onların ailələrinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. “Məhkəmə Hökmü Haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 №-li qərarının, 45-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu zaman hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməli, seçilən cəzanın və ya digər cinayət-hüquqi xarakterli tədbirin təqsirləndirilən şəxsin islah olunması, ailəsinin həyat şəraitinə təsiri baxımından məqsədəuyğun olması izah edilməlidir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2003-cü il 25 iyun tarixli, 4 saylı qərarının 1-ci bəndində göstərilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamının 13.3 v. 13.4-cü bəndlərində məhkəmələrə tövsiyyə edilmişdir ki, cəzanın növü və həddi müəyyən edilərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyi əsas tutulmalı, cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirilməlidir. Sərəncamın 8-ci bəndində isə tövsiyyə edilmişdir ki, məhkəmələr tərəfindən cəzanın məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza tədbirlərinin tətbiqi genişləndirilsin. “Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi barədə” 11 iyun 2004-cü il tarixli 688-İİQD saylı Azərbaycan Respublikası Qanununun 3-cü hissəsinin 9-cu bəndinin və 4-cü hissəsinin 7-ci bəndinin Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin 9-cu hissəsinə uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 yanvar 2005-ci il tarixli Qərarında qeyd olunur ki, istənilən məhkəmə aktının qanuni və əsaslı hesab olunması üçün mütləq şərtlərdən biri onun ədalətli olmasıdır, çünki, ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər,ədalətin bərqərar edildiyi də aydın görünməlidir. İnsan hüquqları üzrə Avropa Məhkəməsi öz Qərarlarında dəfələrlə göstərmiş və milli məhkəmələrə tövsiyə etmişdir ki, şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması üçün əsaslar olduqda məhkəmələr həmin şəxsin barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza növlərinin tətbiq edilməsinə üstünlük verməlidirlər. Cinayət törətmiş şəxsin cəmiyyətdən təcrid edilməsi yalnız bunun üçün möhkəm əsaslar olduqda və bu açıq-aşkar ictimai maraqlar baxımından zəruri olduqda tətbiq edilə bilər. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinin tələbinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə görə, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Beləliklə də, Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən, məhkəmə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarmağı məqsədə müvafiq hesab edir. Məhkəmə Təqsirləndirilən şəxs barəsində cəza məsələsini müzakirə edərkən Azərbaycan Respublikası CM-nin 58-ci maddəsinin tələblərinə uyğun olaraq, onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, habelə şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışıq əldə etməsini, zərərçəkmiş şəxsin şikayəti olmamasını, himayəsində 3 azyaşlı uşağının olmasını cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmədə Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycağn Respublikası CM-nin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, müsbət xarakterizə edilməklə şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halları, cəzanı ağırlaşdıran halların olmamasını, habelə təyin olunan cəzanın həm onun özü, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 188.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin etməyi qanuni, əsaslı və ədalətli hesab edir. Belə ki, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışıq əldə etmiş, zərərçəkmiş şəxs təqsirləndirilən şəxsi bağışlamış, onunla barışmış, ona qarşı heç bir şikayət və tələbi yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən CM-nin 58.1-ci maddəsinin (törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir) tələblərini rəhbər tutaraq hesab edir ki, təqsirləndirilən şəxsin şəxsiyyəti (zərərçəkmiş şəxslə barışıq əldə etməsini, həmin şəxsin şikayətinin, iddiasının və tələbinin olmamasını, yaşayış yerindəm müsbət xarakterizə olunmasını, himayəsində azyaşlı uşaqlarının olmasını), cinayət xarakteri və ictimai təhlükəlilik dərəcəsi, cinayətin məqsəd və motivi, təyin olunacaq cəzanın onun islah olunmasına təsiri nəzərə alınmaqla CM-nin 188.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması cəzasının təyin olunması məqsədə müvafiqdir. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən CM-in 41.2-ci maddəsində deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Hazırkı halda, məhkəmə hesab edir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs təyin edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edəcəkdir. Məhkəmə həmçinin qeyd edir ki, Azərbaycan Respublikası CM-nın 52-1 maddəsinə əsasən X4 üzərinə həmin maddədə qeyd olunan vəzifələr qoyulmalıdır. Belə ki, Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını yaşayış yeri üzrə çəkməli, üzərinə cəza çəkdiyi müddətdə saat 23:00-dan növbəti gün saat 06:00-dək yaşayış yerini tərk etməmək, cəza çəkdiyi müddətdə Qəbələ rayonu ərazisini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Təqsirləndirilən şəxs cəzasının icrasına nəzarəti yaşadığı yer üzrə Qəbələ rayon İcra və probasiya şöbəsi həyata keçirməlidir. Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının çəkilməsi yaşadığı yer üzrə Qəbələ rayon icra və probasiya şöbəsində qeydə alındığı vaxtdan hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan 16 noyabr 2023-cü il tarixli qərardan göründüyü kimi, Təqsirləndirilən şəxs 16 noyabr 2023-cü il tarixdə tutulmuş, tutmanın əvvəli isə 16 noyabr 2023-cü il saat 09:40-dan hesablanmış, 16 noyabr 2023-cü il tarixdə barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilməklə həmin gün saat 11:30-da saxlandığı MSYdən azad edilmişdir. Ona görə də onun həbsdə saxlanıldığı bir gün müddət Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən həbsdə saxlama müddətinin bir günü azadlığın məhdudlaşdırılması növündə cəzanın iki gününə hesablamaqla təyin olunan azadlığın məhdudlaşdırılması cəzasından çıxılmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə görə məhkəmə, hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli olan əmlakın olub-olmaması məsələsini həll etməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.1 və 99-1.1.1-ci maddəsinə əsasən məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunan əmlak hesab olunur. Məhkəmə xüsusi müsadirə ilə bağlı məsələni müzakirə edərək hesab edir ki, iş üzrə belə bir əmlak olmadığından təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə ilə bağlı müddəa tətbiq edilməməlidir. İş üzrə maddi sübut, mülki iddia və məhkəmə xərcləri yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 44.1; 344-347; 349; 351-353, 356, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 188.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinsin və ona 03 (üç) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilsin. Təqsirləndirilən şəxs oğlunun tutulub saxlandığı 01 (bir) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən həbsdə saxlamanın bir günün azadlığın məhdudlaşdırılması cəzasının iki gününə hesablanmaqla ona təyin edilmiş 03 (üç) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasından çıxılaraq üzərində qəti olaraq 03 (üç) il 05 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs ona təyin edilmiş qəti olaraq 03 (üç) il 05 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasını yaşayış yeri üzrə çəksin. Üzərinə cəza çəkdiyi müddətdə saat 23:00-dan növbəti gün saat 06:00-dək yaşayış yerini tərk etməmək, cəza çəkdiyi müddətdə Qəbələ rayonunun ərazisini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs cəzasının icrasına nəzarəti yaşadığı yer üzrə Qəbələ rayon İcra və probasiya şöbəsi həyata keçirsin. Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının çəkilmə müddətinin başlanğıcı icra və probasiya şöbəsində qeydə alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut, mülki iddia və məhkəmə xərcləri yoxdur. Hökm elan olunduğundan 20 (iyirmi) gün müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökm apellyasiya şikayəti və ya protesti verilmədikdə, həmin müddət başa çatdıqdan sonra qüvvəyə minir. Sədrlik edən: Abbas Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar