Məhkəmə qərarları › İş №1(025)-2/2025

Qəbələ Rayon Məhkəməsi Qərar — İş №1(025)-2/2025

13.01.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Qəbələ şəhəri İş № 1(025)-2/2025 13.01.2025 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Abbas Baba oğlunun sədrliyi, məhkəmə iclas katibi Əbdürəhimova Fəridə Arif qızının katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikasının Baş X1 Müdafiəsi İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İİ dərəcəli hüquqşunas Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Qəbələ rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə xx.xx.2006-cı il tarixdə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işsiz, Zəngilan rayonunun Şayıflı kəndində qeydiyyatda olmaqla ünvan 1 ünvanında yaşayan, barəsində hazırkı cinayət işi üzrə “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri seçilmiş, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli 4(060)- 378/2024 nömrəli qərarı ilə isə barəsində 4 (dörd) ay qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə saat 14 radələrində Qəbələ rayonunun Bum qəsəbəsi ərazisində X2 yaşadığı evin həyətinin qarşısındakı su artezianının yaxınlığında Zərərçəkmiş şəxs 3-4 ay əvvəl onun bibisioğlu Şahid verdiyi gümüş üzüyü, eləcə də hadisədən bir neçə gün əvvəl borca verdiyi 40 (qırx) manat pulu ona qısa vaxt ərzində qaytarmasını tələb etməsinin düzgün hərəkət olmadığını Şahidla birlikdə onunla görüşüb irad tutduqda Zərərçəkmiş şəxs ünvanına söyüş söydüyü üçün aralarında mübahisə yaranmış və həmin mübahisə zamanı o, yumuruğu ilə əvvəlcə Zərərçəkmiş şəxs burun nahiyəsindən qəsdən bir dəfə zərbə vurmuş, bundan sonra Zərərçəkmiş şəxs onun ünvanına söyüş söydüyü üçün onun üzərinə gedib yenidən yumruğu ilə sifət nahiyəsinə vurub yerə yıxmış və yerdə yıxılı vəziyyətdə təpiyi ilə bir neçə dəfə bədənin müxtəlif nahiyələrinə zərbələr vurmuş, nəticədə Zərərçəkmiş şəxs travmatik burun qanaxması, burun və burun ətrafının yumuşaq toxumalarının əzilməsi və burun tipli tənəfüsün pozulması ilə müşayət olunan burun sümüyünün yerini dəyişən sınığı, sağ göz ətrafının gözün buynuz qişasına qansızma ilə müşayət olunan hematoması, üst dodağın sol tərəfində selikli qişaya qansızma, sol gözün alt hissəsinin, başın sol ənsə-təpə nahiyəsinin və sol saidin ön orta 1/3-nin qançırı ilə müşayiət olunan, həyatı üçün təhlükəli olmayan və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan, lakin sağlamlığın uzun müddətdə pozulmasına səbəb olmuş qəsdən sağlamlığa Az ağır zərər vuran bədən xəsarətləri yetirmişdir. Bununla da, Təqsirləndirilən şəxs öz hərəkətləri ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin (CPM) 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə protokollarını və digər sənədləri sübut növü kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi vardır, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Azərbaycan Respublikası CM-nin 127.1-ci maddəsi ilə tövsif olunmuşdur. Belə ki, məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, Zəngilan rayonunun Şayıflı kəndində pasport qeydiyyatındadır, lakin məcburi köçkün kimi müvəqqəti olaraq Sumqayıt şəhərində yaşayır. 2024-cü ilin iyun ayının sonlarında Qəbələ rayonunun Bum qəsəbəsində yaşayan nənəsi Rənagilə bir neçəgünlük qonaq gəlmişdir. 29 iyun 2024-cü il tarixdə saat təxminən 14 radələri olarmış, dayısıoğlu Şahid ilə birlikdə nənəsi Rənagildə olarkən həmin vaxtı qəsəbə sakini Zərərçəkmiş şəxs Sənana zəng vuraraq ona hadisədən 3-4 ay öncə vermiş olduğu gümüşdən olan üzüyünü və eləcə də hadisədən bir gün öncə borca verdiyi 40 (qırx) manat pulu istəmişdir. Sənan Kənana 10 dəqiqəlik işi olduğunu, onunla görüşüb üzüyü və pulu qaytaracağını bildirdikdə Kənan Sənana az bir vaxt verdiyini, tez bir zamanda üzüyünü və borclu olduğu 40 (qırx) manat pulu gətrib verməsini demişdir. Bundan təxminən 10-15 dəqiqə sonra dayısıoğlu Şahid ilə birlikdə piyada Zərərçəkmiş şəxs yaşadığı ev istiqamətinə getmişlər ki, Sənan Kənan ilə görüşüb üzüyü və pulu ona qaytarıb versin. Evdən çıxarkən Sənan Kənana zəng vuraraq “mən sizin ev tərəfə gəlirəm səndə evdən çıx mənə qarşı gəl görüşüb üzüyünü və pulunu qaytarıb verim” sözlərini demişdir. Sənan ilə təxminən 100-150 metr irəliyə gəlmişlər ki, yolda qəsəbə sakini Hikmətə məxsus yaşayış evinin həyətinin giriş qapısından yol tərəfdə Zərərçəkmiş şəxs ilə qarşılaşmışlar. Dayısıoğlu Şahid üzüyü Kənana qaytarıb verərək ona üzüyü və borclu olduğu pulu vaxt qoyaraq istəməkdə düzgün iş görmədiyini bildirib pulu öz payına verməyəcəyini deyib söyüş söymüşdür.Həmin vaxtı Sənanın sözlərini təsdiqləyərək Kənana Sənanın düz dediyini bildirmişdir. Bu məsələ üstündə Zərərçəkmiş şəxs ilə aralarında sözlü mübahisələri yaranaraq Kənan onlara kəndin aşağı istiqamətinə gedərək orada söhbət etməyi demişdir. Buna görə birlikdə qəsəbə sakini Əfqan adlı şəxsin yaşadığı həyətin giriş qapısı ilə üzbə-üz yol tərəfdəki su artezianının yanına gəlib orada söhbət etməyə başlamışlar. Söhbət zamanı Kənan ilə aralarında münaqişə baş verərək nəlayiq ifadə işlətdiyindən onun üzərinə gedib yumuruğu ilə sifətinə bir dəfə zərbə vurmuşdur. Zərbədən sonra Kənan arxaya tərəf gedib əlini sifətinə tutaraq yerdə oturmuş və sifətindən qan axmağa başlamışdır. Bunu görüb Sənan ilə Kənanın sifətindən axan qanı yuyub təmizləmək üçün su artezianının yanına gedib su axtarsalarda tapa bilməmişlər. Həmin vaxtı yoldan keçən Bum qəsəbə sakini Murad Əzəmmədov onları görərək hadisə yerinə yaxınlaşmışdır. Murad Kənanın üst-başının qanlı vəziyyətdə olduğunu görərək qanı yuyub təmizləmək üçün su gətirmək məqsədi ilə oradan getmişdir. Murad oradan gedən kimi Kənan “məni vuran sən idin” deyib ünvanına təkrar söyüş söydüyü üçün yenidən Zərərçəkmiş şəxs üzərinə gedib yumuruğu ilə onun gözünün alt nahiyyəsinə bir zərbə vurmuşdur. Zərbənin təsirindən Kənan yerə yıxılaraq onu yerdə uzanmış vəziyyətdə bir neçə təpik zərbəsi vurmağa başlamışdır. Bunu görən dayısıoğlu Şahid araya girməklə onu Kənandan ayıraraq sakitləşdirmişdir. Bundan sonra Kənandan ayrılıb Sənan ilə birlikdə nənəsi Rənanın evinə gəlmişlər. Hadisədən təxminən yarım saat sonra 103 Təcili Tibbi yardımın avtomobili gələrək Zərərçəkmiş şəxs Qəbələ şəhəri istiqamətinə xəstəxanaya apardığını görmüşdür. O, törətdiyi cinayət əməlindən səmimi peşmançılıq hissləri keçirir. О, Zərərçəkmiş şəxsla barışmışdır. Ona görə də, onun cinayət məsuliyyətindən azad edilməsini və barəsində olan cinayət işi üzrə icraata xitam verilməsini məhkəmədən xahiş edir. İş üzrə Təqsirləndirilən şəxs məhkəməyə ərizə verərək zərərçəkmiş şəxslə barışdığı və ona dəymiş ziyanı ödədiyi üçün onun barəsində olan cinayət işinin materialına xitam verilməsini xahiş etdi. Məhkəmədə dindirilən Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, Qəbələ rayonunun Bum qəsəbəsində yaşayır və orada daimi pasport qeydiyyatındadır. 2024-cü ilin fevral ayında dost münasibətində olan həmkəndlisi Şahid ilə bir yerdə olarkən Sənan barmağında gümüşdən olan üzüyünü görüb xoşu gəldiyi üçün ondan xahiş edərək bildirmiş ki, üzüyü taxmaq üçün müvəqqəti ona versin, daha sonra üzüyü geri qaytarıb özünə verəcəkdir. Buna görə gümüşdən olan üzüyünü Sənana vermişdir. 25 iyun 2024-cü il tarixdə Şahid ondan özü üçün 3-4 günə kimi, yəni 28 iyun 2024-cü il tarixdə qaytarıb vermək şərti ilə 40 (qırx) manat borca pul istədiyi üçün Sənana 40 (qırx) manat borca pul vermişdir. Sənan ona verdiyi sözə əməl etməyib 28 iyun 2024-cü il tarixdə aldığı pulu qaytarıb vermədiyi üçün 29 iyun 2024-cü il tarixdə saat təxminən 14 radələrində Sənana zəng vuraraq görüşüb üzüyünü qaytarmasını və eləcə də borca aldığı 40 (qırx) manat pulu verməsini bildirmişdir. Sənan ona işinin olduğunu, 15-20 dəqiqədən sonra ona zəng vuraraq onunla görüşüb üzüyünü və pulunu qaytarıb verəcəyini dediyi üçün Sənana şəxsi işinin olduğunu, onu gözləyə bilmədiyini tez bir zamanda onunla görüşməsini demişdir. Təxminən 15-20 dəqiqə sonra Şahid ona zəng vurub piyada onun yaşadığı evə tərəf gəldiyini, onun qarşısına çıxmasını bildirmişdir. Buna görə evlərindən çıxıb piyada yol ilə Sənana tərəf gəlməyə başlamışdır. Yolda həmkəndlisi Hikmətin yaşadığı həyətin qapısının qarşısında Sənan ilə qarşılaşmışdır. Həmin vaxtı Sənan tək olmamış, yanında Sumqayıt şəhərindən Bum qəsəbəsinə nənəsi Rənagilə qonaq gələn bibisioğlu Təqsirləndirilən şəxs olmuşdur. Sənan ona gümüşdən olan üzüyünü qaytarıb verərək üzüyü və borclu olduğu 40 (qırx) manat pulu vaxt qoyub istəməkdə düzgün iş görmədiyini əsas gətirib pulu öz payına verməyəcəyini bildirib söyüş söymüşdür. Həmin vaxtı Sənanın yanında olan bibisioğlu Eltun Sənanın sözlərini təsdiqləyib Sənana üzüyü və pulu qaytarıb verməkdə vaxt qoymasında düzgün iş görmədiyini bildirmişdir. Bu məsələ üstündə Eltun ilə aralarında sözlü mübahisələri yaranmışdır. Mübahisə yeri kəndin içərsində olduğundan onları kimsənin görə biləcəyini əsas gətirib birlikdə piyada həmkəndlisi Əfqan Məmmədovun yaşadığı həyətin qarşısına su artezianının yanına gəlmişlər. Həmin yerdə aralarında yaranmış mübahisə zamanı Eltun ilə bir-birinin ünvanına nalayiq ifadə işlətdiklərindən Eltun üzərinə gələrək yumuruğu ilə sifət nahiyyəsinə bir zərbə vurmuşdur. Zərbənin təsirindən burnundan qan açıldığı üçün arxaya tərəf gedib əli ilə sifətini tutaraq yerə oturmuşdur. Üst-başı qana bulaşdığından bunu görən Sənan ilə Eltun onu su artezianının yanına gətirərək üst başını qandan yuyub təmizləmək istəsələrdə artezianda su olmadığından sifətini və üst başını qandan təmizləyə bilməmişlər. Həmin vaxtı yol ilə yanlarından keçən Murad Əzəmmədov onları görüb hadisə yerinə yaxınlaşmışdır. Murad Eltunun onu vuraraq xəsarət yetirib üzərinin qanlı vəziyyətdə olduğunu görüb qanı yuyub təmizləmək üçün su gətirməyə getmişdir. Bundan sonra Eltuna “məni nə səbəbə vuraraq xəsarət yetirmisən” sözlərini deyib ünvanına söyüş söyüb üzərinə getdikdə su artezianının qarşısında ikinci dəfə Eltun yumuruğu ilə sağ gözünün alt nahiyyəsinə yumuruğu ilə bir zərbə, daha sonra isə yerə yıxaraq bədəninin müxtəlif nahiyyələrinə təpik zərbələri vurmağa başlamışdır. Yanlarında olan Sənan araya girməklə Eltunu tutub ondan ayıraraq sakitləşdirib birlikdə çıxıb getmişlər. Az sonra olduğu yerə Murad su gətirərək üst-başını qandan yuyub təmizləmişdir. Eltun onu döyüb xəsarət yetirdiyi üçün aldığı xəsarətlərlə bağlı həmin tarixdə Qəbələ RMX-na həkimə müraciət etmişdir. Zərərçəkmiş şəxs məhkəməyə ərizə verərək, Təqsirləndirilən şəxs ilə barışdığını, ona dəymiş ziyanın ödənildiyini, sonuncuya qarşı heç bir şikayəti və tələbi olmadığını bildirdi və Təqsirləndirilən şəxs təqsirləndirilməsinə dair cinayət işinə xitam verilməsini xahiş etdi. Məhkəmə təqsirləndirilən və zərərçəkmiş şəxsi dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə müəyyən edilmiş cinayət əməlini törətmişdir və onun təqsiri, özünün etirafedici ifadəsi ilə yanaşı ekspert rəyi, istintaq protokolları və aşağıda göstərilən digər sübutlarla da təsdiq edilir. İşdə olan məhkəmə-tibbi ekspertizasının 23 iyul 2024-cü il tarixli 320 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində travmatik burun qanaxması, burun və burun ətrafının yumuşaq toxumalarının əzilməsi və burun tipli tənəfüsün pozulması ilə müşayət olunan burun sümüyünün yerini dəyişən sınığı, sağ göz ətrafının gözün buynuz qişasına qansızma ilə müşayət olunan hematoması, üst dodağın sol tərəfində selikli qişaya qansızma, sol gözün alt hissəsinin, başın sol ənsə-təpə nahiyəsinin və sol saidin ön orta 1/3-nin qançırı kimi xəsarətlər vardır ki, həmin xəsarətlər hadisənin baş vermə tarixinə, yəni 29 iyun 2024-cü il tarixə uyğun gəlməklə dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aiddir. İşdə olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə Şəhər Səhiyyə İdarəsi Rayonlararası Psixonevroloji Dispanserinin təqdim etdiyi 12 dekabr 2024-cü il tarixli 927 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən, o, öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, hərəkətlərini ölçüb-biçmək və onları idarə etmək iqtidarında olmuşdur, yəni anlaqlı olmuşdur. Elton Babayevin əməli Azərbaycan Respublikası CM-nin 21.1-ci maddəsinin təsiri altına düşmür və onun hal-hazırda tibbi xarakterli məcburi tədbirlərin tətbiqinə ehtiyacı yoxdur. İşdə olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ-nin verdiyi cinayət işi üzrə yoxlamaya dair tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamış və cinayət məsuliyyətinə cəlb edilməmişdir İşdə olan Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli 4(060)-378/2024 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə barəsində həbsetmənin əvvəli xx.xx.2024-cü il tarixdən hesablanmaqla 04 (dörd) ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Məhkəmə iclasında tədqiq edilmiş mötəbər sübutlara müəyyən edildi ki, Təqsirləndirilən şəxsAzərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Onun törətdiyi cinayət əməli istintaq orqanı tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Məhkəmə, təqsirləndirilən şəxs, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışmasını nəzərə alaraq, onun cinayət məsuliyyətindən azad olunması və iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini məqsədəuyğun hesab edir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 300.1 və 300.1.7-ci maddəsinə əsasən hakim məhkəmənin hazırlıq iclasında cinayət işi və ya məhkəməyədək sadələşdirilmiş icraatın materialları üzrə icraata xitam verilməsi barədə qərar qəbul edir. AzərbaycanRespublikasıCinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Məhkəmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsnin 127.1-ci maddəsində nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışmasını və ona dəymiş ziyanı tamamilə ödəməsini nəzərə alıb hesab edir ki, Təqsirləndirilən şəxscinayət məsuliyyətindən azad edilməlidir. Azərbaycan Respublikası CPM-nin 39.1.11-ci maddəsinə əsasən cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir): Azərbaycan Respublikası CPM-nin 43.1.2-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı Məcəllənin 39.1.4, 39.1.6-39.1.11-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda çıxarılır. Odur ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsi tətbiq edilməklə, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməli, onun Azərbaycan Respublikası Cinayət Məcəlləsnin 127.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata xitam verilməlidir. Həmçinin məhkəmə hesab edir ki, hazırkı cinayət işi üzrə Təqsirləndirilən şəxs barəsində seçilmiş “Polisin nəzarəti altına vermə” qətimkan tədbiri ləğv edilməli, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli 4(060)-378/2024 nömrəli qərarı ilə Təqsirləndirilən şəxs barəsində 04 (dörd) ay müddətinə həbs qətimkan tədbiri seçilməsi nəzərə alınmalıdır. İş üzrə mülki iddia, məhkəmə məsrəfi və maddi sübut yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nın 43, 300.1.7, 347, 356, 384- 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsi tətbiq edilməklə, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsnin 127.1-cimaddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata xitam verilsin. Təqsirləndirilən şəxs barəsində hazırkı cinayət işi üzrə seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ləğv edilsin, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli 4(060)-378/2024 nömrəli qərarı ilə Təqsirləndirilən şəxs barəsində 04 (dörd) ay müddətinə həbs qətimkan tədbiri seçilməsi nəzərə alınsın. Qərar elan olunduğu andan 20 (iyirmi) gün müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Qərar apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədiyi halda, elan olunduğu andan 20 (iyirmi) gün keçdikdə qüvvəyə minir. Hakim: Abbas Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar