Azərbaycan Respublikası adından HÖKM Qəbələ şəhəri İş № 1(025)-20/2020 19.08.2020 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim İsayev Elman Bəhruz oğlunun sədrliyi, məhkəmə iclasının katibi Quliyeva Günay Ələstun qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət X1 rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru vəzifəsini icra edən kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçi – Qəbələ rayon Vəkil Bürosunun vəkili Müdafiəçi, təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1978-ci ildə Qəbələ şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan və ünvan 2 ünvanında yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş - Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs 2020-ci ilin yanvar ayının sonlarında gecə saatlarında qonşusu Zərərçəkmiş şəxs Qəbələ şəhəri, İ.B.Qutqaşınlı küçəsində yerləşən həyətinə hasarın üzərindən tullanaraq qanunsuz daxil olmaqla sonuncunun həyətindəki nərdivanla evin ikinci mərtəbəsinin açıq pəncərəsindən evə qanunsuz daxil olub birinci mərtəbədə pilləkənin altında olan anbardan dəyəri 30 manat olan üzərində “Angle Grinder BQ 115 M” yazıları olan 01 ədəd laqondanı, dəyəri 25 manat olan üzərində “İHTEPCKON” yazıları olan 01 ədəd orta ölçülü dreli, dəyəri 20 manat olan 01 ədəd vintaçanı və vintaçanın 03 ədəd başlığını, birinci mərtəbədə qapıları açıq yataq otağından dəyəri 25 manat olan üzərində “X3 HD” və “SuperMax SM 9999 FT” yazıları olan 01 ədəd peyk qəbuledicisini, ikinci mərtəbədə qapıları açıq yataq otağından dəyəri 25 manat olan üzərində “X3 HD” və “SuperMax SM 9999 FT” yazıları olan 01 ədəd peyk qəbuledicisini gizli yolla talayaraq zərərçəkmişə 125 manat maddi ziyanvurmaqla oğurluq cinayətini törətmişdir. Bundan başqa, o, təkrarən, xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixə keçən gecə saat 01 radələrində qonşusu Zərərçəkmiş şəxs Qəbələ şəhəri, İ.B.Qutqaşınlı küçəsində yerləşən həyətinə hasarın üzərindən tullanaraq qanunsuz daxil olmaqla sonuncunun həyətindəki nərdivanla evinin ikinci mərtəbəsinin açıq pəncərəsindən evə qanunsuz daxil olub birinci mərtəbədə qapıları açıq yataq otağından 230 manat dəyərində 82 diaqonallı 01 ədəd “Samsung” markalı, LE32D450G1W model televizoru, ikinci mərtəbədə qapıları açıq yataq otağından 230 manat dəyərində 82 diaqonallı 01 ədəd “Samsung” markalı, LA32B350F1 model televizoru gizli yolla talayaraq zərərçəkmişə 460 manat, ümumilikdə 585 manat maddi ziyanvurmaqla oğurluq cinayətini törətmişdir. Təqsirləndirilən şəxs məhkəmə iclasında ona Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-cü maddələri ilə elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, 2020-ci ilin yanvar ayının sonlarında qonşusu Şəfahətin evinin onun bağı tərəf olan tərəfdən ikinci mərtəbənin plastik pəncərəsinin açıq vəziyyətdə olmasını görüb Şəfahət evdə olmadığı üçün onun evinə girərək oradan qiymətli ev əşyalarından oğurlayıb satıb pul əldə etməyi düşünmüşdir.Dəqiq tarixini xatırlamadığı gündə saat 01 radələrində oğurluq etmək məqsədi ilə öz yaşayış evinin həyəti tərəfdən hasarın üzərinə dırmaşaraq çıxmış və oradan tullanıb Şəfahətin həyətinə düşmüş, həyətə düşdükdə evin səkisinin üzərində təxminən ikinci mərtəbəyə çatacaq qədər 6-7 metr uzunluqda taxta nərdivan görmüş, həmin nərdivanı qaldırıb onu evin açıq pəncərəsi tərəfdən söykəmiş, nərdivanla evə tərəf qalxıb açıq pəncərədən ikinci mərtəbəyə daxil olmuş, ev həmin vaxt qaranlıq imiş, özündəki işıqlı alışqanı yandırıb evləri gəzərək qiymətli əşya axtarmış, birinci mərtəbəyə düşdükdə evin içərisindəki ikinci mərtəbəyə qalxmaq üçün olan pilləkənin altındakı anbar formasında olan balaca otağı görmüş, həmin otağın taxtadan olan qapısı örtülü imiş, lakin kilidli deyilmiş.Həmin qapını açıb içəri işıq saldıqda içəridə yerdə 1 ədəd laqonda, 1 ədəd drel, 1 ədəd vintaçan və onun 3 ədəd başlığını görmüşdür. Həmin əşyaların hamısını orada olan boş ağ rəngli kisəyə yığmış, sonra birinci mərtəbədə pilləkəndən sağda olan qapısı açıq otağa daxil olmuş və otaqdakı televizor altlığının üzərindəki televizorun altındakı 01 ədəd qara rəngli qəbuledicini də götürüb onu da həmin kisəyə salmış, bundan sonra ikinci mərtəbəyə qalxmış, orada soldakı birinci otağın qapısı da açıq olduğundan daxil olduqda stolun üzərindəki televizorun altındakı qəbuledicini də oğurlayıb onu da həmin kisəyə salmışdır. Evin əsas giriş qapısı kilidli olduğundan ikinci mərtəbəyə otağa daxil olduğu yerə gəlmiş və kisənin içərisindəki oğurladığı əşyalarla birgə yerə tullamış, özü də nərdivanla yerə düşmüş, sonra kisəni götürüb hasara tərəf gəlib oradan kisəni həyətinə tərəf tullamış, özü də hasardan aşıb həyətinə daxil olmuş, kisəni həyətinə gətirib evdə saxlamışdır. Səhəri gün oğurladığı əşyaları avtomobil təmiri sexinə aparmağa başlamış, yolda qəbuledicilərin oğurluq olmasından şübhələnəcəyindən qorxub onların hər ikisini Qəbələ şəhərində yol kənarına kanalın içərisinə atmışdır. Avtomobil təmiri sexində bibisi oğlu Şahid2 həmin əşyaların özünə məxsus olduğunu və pul lazım olduğundan satmaq istədiyini demiş, Qəşəm də tanımadığı Şirin adlı şəxsi çağırmış, ona satlıq əşyalar olduğunu demiş, Şirin əşyalara baxmış, 01 ədəd dreli və 01 ədəd vintaçanı, həmçinin onun 03 ədəd başlığını cəmi 25 manata razılaşaraq Şirinə satmışdır. Həmin gün Qəbələ şəhərində “kənd başı” deyilən yerdə yerləşən Elçin adlı şəxsin işlətdiyi kafeyə gəlmiş, tez-tez onun işlətdiyi “Çinar” adlı restoranda yemək yediyi üçün tanıdığı Elçinlə görüşüb ona yalandan özünə məxsus olan bir ədəd dəmirkəsən laqondanın olduğunu və onu satmaq istədiyini demiş, oğurladığı 01 ədəd laqondanı 25 manata Elçinlə razılaşaraq ona satmış, həmin gün əldə etdiyi və ümumilikdə 50 manat təşkil edən pulu gün ərzində spirtli içki olan arağa,həmçinin yeməyə xərcləyib qurtarmışdır.xx xxxxxx 2020-ci il tarixdə yenə də maddi imkanı olmadığı üçün Şəfahətin evinə daxil olaraq təkrar oğurluq edərək pul əldə etmək və həmin pulu da spirtli içkiyə xərcləmək qərarına gəlmişdir. Gecə saat 01 radələrində Şəfahətin evinin həyətinə öz həyəti tərəfdən hasarın üzərinə çıxıb daxil olmuş, əvvəlki kimi nərdivanı evin ikinci mərtəbəsinə açıq pəncərə tərəfdən söykəyib ikinci mərtəbəyə daxil olmuş, oradan birinci mərtəbəyə düşmüş, birinci mərtəbədə pilləkəndən sağdakı açıq otağa daxil olduqda orada televizor altlığının üzərində olan 01 ədəd televizoru görmüş və həmin televizoru qucağına götürüb onu ikinci mərtəbəyə gətirmiş, ikinci mərtəbədə soldakı otağın da açıq qapsınıdan daxil olduqda orada olan digər televizoru da oğurlamaq qərarına gəlmiş və hər iki televizoru evdə olan ağ rəngli pastellərə bağlayıb onları ikinci mərtəbənin balkonundan yerə aşağı sallayıb yerə qoymuş, özü də nərdivanla yerə düşmüş, nərdivanı götürdüyü kimi öz yerinə qoyaraq televizorları da pastellərlə birgə çiyninə alıb onları həyətinə gətirib gizlətmiş, səhəri gün televizorları piyada Qəbələ şəhərinə “Maralın kruqu” kimi deyilən yerə gətirmiş ki, orada televizorları evindən kənar bir yerdə satsın ki, görən olmasın.Yolda dostu Rəşada zəng edərək ona “2 ədəd televizorum var ki, onları satmaq istəyirəm” demiş, Rəşada televizorların oğurluq olmasını deməmiş, Rəşad ona tanışı, əvvəllər tanıdığı və birgə Nabranda istirahət mərkəzində restoranda işlədiyi Ayazın televizor aldığını demiş, ona satmasını istəmiş, az sonra Rəşad Ayazla birgə gəlmiş, elə həmin yerdə televizorları Ayazla razılaşıb hər ikisini 200 manata ona satmış, Ayaza da müalicəsi üçün pul lazım olduğunu demiş, televizorların özünə məxsus olduğunu bildirmiş, onlardan ayrılıb əldə etdiyi 200 manatı da ancaq spirtli içki olan araq və ərzaq alaraq evdə araq içmişdir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməsi onun özünün etirafedici ifadəsindən başqa, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, ekspert rəyi, həmçinin cinayət işinin digər materialları ilə tam sübuta yetirilir. Belə ki, məhkəmə iclasında Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, xx xxxxxx 2020ci il tarixdə Qəbələ şəhərindəki evə xəbər bilməyə gəlmiş, həyət qapısından keçib evə daxil olduqda evdə olan əşyaların bir çoxunun dağınıq vəziyyətdə görmüş, evə kimsənin daxil olduğunu hiss etmiş, evdə otaqları yoxlamağa başlamış, birinci mərtəbədə pilləkənin altındakı anbar kimi saxladığı otağa daxil olduqda həmin otaqda özünə məxsus olan 01 ədəd laqonda, 01 ədəd drel, 01 ədəd vintaçan və ona məxsus olan 3 ədəd başlığı aşkar etməmiş, bundan sonra birinci mərtəbədə pilləkəndən sağdakı yataq otağını yoxladıqda orada olan 01 ədəd Samsung markalı 82 diaqonallı televizor və televizor altlığında “Supermax” markalı qəbuledici də aşkar etməmişdir. Daha sonra ikinci mərtəbəyə qalxmış və orada pilləkəndən soldakı yataq otağına daxil olmuş, otağı yoxladıqda 01 ədəd Samsung markalı, 82 diaqonallı televizor və ona məxsus olan “Supermax” markalı qəbuledicini də aşkar etməyərək oğurlandığını bilmişdir.Bundan sonra Qəbələ RPŞ-nə yaxınlaşaraq bu barədə ərizə ilə müraciət etmiş, istintaq zamanı həmin əşyaları Təqsirləndirilən şəxs tərəfindən oğurlandığını öyrənmişdir. Sonda isə Təqsirləndirilən şəxs tərəfindən dəymiş ziyanın ödənilməsini və ona qarşı heç bir şikayət və tələbin olmadığını bildirmişdir. Məhkəmə iclasında Şahid1 ifadəsində göstərmişdir ki,təxminən 2020-ci ilin yanvar ayının sonlarında iş yerində, yəni çilingər işlədiyi Qəbələ şəhərində yerləşən “Uğur” avtomobil təmiri sexində olan zaman sexin kafesinin aşpazı Qəşəm adlı şəxslə söhbət zamanı, yanında olan qohumu Zahiri ona təqdim edərək Zahirə təcili 30 manat pul lazım olduğunu, buna görə də özünə məxsus olan 1 ədəd vintaçan, vintaçanın 3 ədəd başlığı, həmçinin 1 ədəd orta ölçülü drelini satmaq istədiyini bildirmişdir.Belə ki Qəşəm Zahirin Bakıya işləməyə getdiyini demiş, Zahir də Qəşəm deyənləri təsdiq etmiş, Bakıya iş üçün getdiyindən özünə məxsus əşyaları satmaq istədiyini bildirmiş və ona qeyd etdiyi əşyaları alıb-almadığını soruşmuş, drel və vintaçanın lazım olduğunu söyləmiş, belə olub Qəşəm və Zahir həmin malları gətirmək üçün getmişlər.Az sonra Qəşəm təkcə onun yanına qayıtmış, o torbada 1 ədəd drel və 1 ədəd vintaçan və vintaçana məxsus olan 3 ədəd başlığı gətirmişdir. Həmin əşyaları Qəşəmə 20 manat verməklə ondan götürmüşdir. Məhkəmə iclasında Şahid2 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs dayısıoğludur.Qəbələ şəhərində yerləşən “Uğur” avtomobil təmiri sexinin kafesində aşpaz işləyir, Şirin isə həmin sexdə çilingər işləyir.Təxminən 2020-ci ilin yanvar ayının sonlarında Zahir onunla rastlaşdıqda ona təcili pul lazım olduğunu, Bakı şəhərinə iş üçün getmək istədiyini, lakin yol pulu olmadığından özünə məxsus olan 1 ədəd dreli, 1 ədəd vintaçanı və vintaçana məxsus olan 3 ədəd başlığı satmaq istədiyini söyləmişdir. İş yerində sexdə bu barədə Şirinə bildirmiş, Şirin də həmin əşyaları almaq istədiyini demiş, Zahir həmin əşyaları 25 manata Şirinə satmaq üçün razılaşmış, Şirin də 25 manat pul verərək həmin əşyaları almışdır.Təxminən 2020-ci ilin fevral ayının sonlarında Zahirin həmin əşyaları qonşusunun evindən oğurladığını bilmişdir. Məhkəmə iclasında Şahid3 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs orta məktəbdən tanıyır. xx xxxxxx 2020-ci il tarixdə saat 11:30 radələrində Qəbələ şəhərində Qaraçay adlanan yerdə “Uğur” adlı avtomobil təmiri sexininyeməkxanasında idi.Bu zaman oraya polis əməkdaşları gəlmiş, ona yaxınlaşaraq özlərini Qəbələ rayon polis şöbəsinin əməkdaşları olduğunu deyərək təqdim etmişlər. Ondan yeməkxananın həyətində keçiriləcək “əşyanın könüllü təqdim edilməsi və götürülməsi” istintaq hərəkətlərində hal şahidi qismində iştirak etməyini xahiş etmişlər, könüllü olaraq razı olmuş, polis əməkdaşları ondan Təqsirləndirilən şəxs təqdim edərək onu tanıyıb tanımadığını və hər hansı bir qohumluq əlaqəsinin olub-olmadığını soruşmuş, polislərə Təqsirləndirilən şəxs tanıdığını, onunla qohumluğunun olmadığını bildirmiş, sonra hal şahidi kimi hüquq və vəzifələri izah edilmiş, daha sonra istintaq hərəkəti başlamış, sexdə işləyən Şirin adlı şəxs həmin vaxt yeməkxananın həyətində Təqsirləndirilən şəxs ümumilikdə 20 manata aldığını bildirdiyi 01 ədəd dreli, 01 ədəd vintaçanı və vintaçana məxsus 03 ədəd başlığı həmin yeməxananın həyətində istintaqa təqdim etmiş, istintaq hərəkəti keçirilən zaman iştirak edən Təqsirləndirilən şəxs həqiqətən də 2020-ci ilin yanvar ayının sonlarında qonşusu Şəfahət adlı şəxsin evinə qanunsuz olaraq daxil olub oğurladığı 01 ədəd dreli, 01 ədəd vintaçanı və ona məxsus 03 ədəd başlığı Şirinə satdığını bildirmiş, həmin əşyaları göstərərək oğurladığı əşyaların həmin əşyalar olduğunu demiş, istintaq hərəkəti zamanı polislər tərəfindən fotoşəkillər çəkilmiş, həmin əşyaları qablaşdıraraq götürmüşlər, bu barədə protokol tərtib edilərək ucadan oxunmuş, digər hal şahidi Səbri, iştirak edən Təqsirləndirilən şəxs və Şirin tərəfindən imzalanmışdır. Məhkəmə iclasında Şahid5 ifadəsində göstərmişdir ki, 2020-ci ilin fevral ayının sonlarında saat 10 radələrində tanışı Ayazla birgə işlə bağlı Nic qəsəbəsində olan zaman Zahir Rəşada zəng etmiş, telefonla danışandan sonra Ayaza Zahirin ona satlıq 2 ədəd televizor vardır ki, xəstə olduğu üçün evinin televizorlarını satıb müalicə almaq istədiyini dediyini bildirmiş, Ayaz həmin televizorlara baxıb bəyənsə televizorları alıb yeni tikdiyi evinə yerləşdirmək qərarına gəlmiş, Zahirlə əlaqə saxlamış, televizorlara baxmaq üçün onun dediyi yerə, yəni Qəbələ şəhərinin yuxarı hissəsində “Maralın kruqu” deyilən bir ara yolda Zahirlə görüşmüş, Zahirin yanında 2 ədəd Samsung plazma markalı təxminən 82 markalı televizor varmış.Zahirlə televizorların qiyməti barədə danışdıqda hər ikisinin 200 manat olduğunu demiş, beləliklə, elə oradaca Ayaz Zahirə 200 manat pul verib həmin televizorların hər ikisini almış, idarə etdiyi avtomobilə yeləşdirib onu evinə gətirmişdir. İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxxx 2020-ci il tarixli, 9/267 saylı rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilmiş və təqdim edilməyən malların(təqdim edilməyən mallar nəzəri qaydada) istifadədə olması nəzərə alınmaqla 2020-ci ilin yanvar-fevral aylarına olan bazar qiyməti ilə ümumi dəyəri 585.00 manat müyyən olunur. İşdə olan Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və X2 tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxsəvvəllər məhkum olunmamışdır. Beləliklə, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, Təqsirləndirilən şəxsözünün ibtidai istintaq və ilkin məhkəmə baxışı zamanı verdiyi etirafedici ifadələri, zərərçəkmiş şəxsin və şahidlərin ibtidai istintaqzamanı və ilkin məhkəmə baxışı zamanı verdikləri ifadələri, ekspert rəyi, digər iş materialları ilə onun təkrarən, saxlanc yerinə qanunsuz daxil olub özgə əmlakını gizli yolla talayaraq oğurluq cinayətin törətməsi tamamilə sübuta yetirildi. Onun əməli ibtidai istintaqorqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-cü maddələri ilə tövsif edilmişdir və o, həmin maddələrinin sanksiyası həddində cəzalandırılmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən, Azərbaycan Respublikası CM-nin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs ilk dəfə olaraq cinayətin törədilməsini, əməlini könüllü etiraf edərək səmimi peşimançılıq hissi keçirməsini, ailəli olmaqla himayəsində iki azyaşlı uşağın olmasını, yaşadığı yer üzrə müsbət xarakterizə olunduğunu, zərərçəkmiş şəxsin dəymiş maddi ziyanı ödəməsini və ona qarşı heç bir şikayət və tələbin olmamasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə iclasında Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hal müəyyən edilmədi. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun xx xxxx 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinə əsasən, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla, daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası CMnin 177.2.2 və 177.2.3-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Təqsirləndirilən şəxs yaşadığı ünvan 2 ünvanını axşam saat 23:00-dan səhər saat 07:00dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Qəbələ rayon ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirməlidir. Təqsirləndirilən şəxs üzərinə kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi qoyulmalıdır. İş üzrə maddi sübut olan iki ədəd televizor, bir ədəd drel, bir ədəd laqonda, bir ədəd vintaçan və üç ədəd başlıq zərərçəkmiş şəxsin sərəncamında saxlanılmış hesab edilməlidir. İş üzrə aparılmış məhkəmə ekspertizasının dəyəri 50 (əlli) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Dövlət Büdcəsinə keçirilməlidir. İş üzrə mülki iddia olmamışdır. Məhkəmə müsadirə ilə bağlı məsələni araşdırır və hazırkı cinayət işi üzrə müsadirə olunmalı olan əmlak aşkar edilmədiyindən xüsusi müsadirə ilə bağlı tədbirin tətbiq olunmasını məqsədə müvafiq hesab etmir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197- 198, 344-349, 351-353, 356-358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsininin 177.2.2 və 177.2.3cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, 02 (iki) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəza çəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin müvafiq icra qurumuna həvalə edilsin. Təqsirləndirilən şəxs yaşadığı ünvan 2 ünvanını axşam saat 23:00-dan səhər saat 07:00dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Qəbələ rayon ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirsin. Təqsirləndirilən şəxs üzərinə kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut olan iki ədəd televizor, bir ədəd drel, bir ədəd laqonda, bir ədəd vintaçan və üç ədəd başlıq zərərçəkmiş şəxsin sərəncamında saxlanılmış hesab edilsin. İş üzrə aparılmış məhkəmə ekspertizasının dəyəri 50 (əlli) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Dövlət Büdcəsinə keçirilsin. Hökmdən, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Sədrlik edən Elman İsayev
Məhkəmə qərarları › İş №1(025)-20/2020
Qəbələ Rayon Məhkəməsi Hökm — İş №1(025)-20/2020
19.08.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver