Məhkəmə qərarları › İş №1(025)-20/2021

Qəbələ Rayon Məhkəməsi Hökm — İş №1(025)-20/2021

07.04.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Qəbələ şəhəri İş № 1(025)-20/2021 07.04.2021 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Abbas Baba oğlunun sədrliyi, məhkəmə iclas katibi Qafarlı Yelmar Elman oğlunun katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikasının Baş X2 Müdafiəsi İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru vəzifəsini icra edən kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, zərərçəkmiş şəxslər – Zərərçəkmiş şəxs1 və X5, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Qəbələ rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə xx.xx.1995-ci ildə Qəbələ rayonu Aydınqışlaq kəndində anadan olmuş, AR vətəndaşı, subay, məhkum olunmayan, işsiz, Qəbələ rayonu Aydınqışlaq kəndində qeydiyyatda olan və yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinin materiallarına açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs xx.xx.2020-ci il tarixdə saat 01:30 radələrində, Qəbələ rayonu Aydınqışlaq kəndində yerləşən həmkəndliləri Zərərçəkmiş şəxs1 və X5 icarəyə götürüb şərikli işlətdikləri “Ülvi” adlı ərzaq mağazanın giriş qapısının sol tərəfində yerləşən nəfəsliyin yarı vəziyyətdə qırılmış şüşə aynasını yerindən çıxararaq arxasına qoyulmuş taxta parçasını əli ilə itələyib yerə yıxmaqla oradan qanunsuz içəriyə daxil olub mağazanın içərsindəki qapısı açıq vəziyyətdə olan dəmir seyfin içərsindən 4353 manat və eləcədə kassadan 168 manat olmaqla 4525 manat nəğd pul və vitirinin üzərindən 29.60 manat dəyərində 8 qutu “Sobranie” markalı siqaretləri oğurlamaqla ümumilikdə zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Anar Hüseynova cəmi 4554.60 manat maddi ziyan vurmuşdur. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 177.2.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin (CPM) 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə protokollarını və digər sənədləri sübut növü kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi vardır, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli düzgün olaraq Azərbaycan Respublikasının CM-nin 177.2.3-cü maddəsi ilə tövsif olunmuşdur. Belə ki, məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 177.2.3-cü maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, Qəbələ rayonu Aydınqışlaq kəndində yaşayır və daimi orada pasport qeydiyyatındadır. Qəbələ rayonu Aydınqışlaq kəndində Zarağan-Ağdaş magistral yolunun Ağdaş şəhəri istiqamətindən üzü Qəbələ şəhəri istiqamətinə doğru magistral yoldan təxminən 50-60 metr yolun sağ kənarında həmkəndliləri Zərərçəkmiş şəxs1 və X5 şəriyinə işlətdikləri “Ülvi” adlı ərzaq mağazası vardır. Zərərçəkmiş şəxs1 və Anar Hüseynov ilə heç bir düşmənçilik və ədavəti olmamış, onlarla münasibəti yaxşı olmuşdur. 2019-cu ilin yanvar ayında Bakı şəhəri Xətai rayonunun Əhmədli qəsəbəsindəki “Qəbələ” adlı restoranında ofsiant işləyirmiş, aylıq maaşı 450 manat təşkil edirmiş. Həmin ərəfədə həmkəndlisi Anar Hüseynov işlədiyi kafeyə gələrək onu görüb Zərərçəkmiş şəxs1 ilə birlikdə şəriyinə işlətdikləri Qəbələ rayonu Aydınqışlaq kəndindəki “Ülvi” adlı mağazada satıcı işləməyi təklif etmişdir. Anar Hüseynovun təklifi ilə razılaşıb işlədiyi kafedən çıxaraq yaşadığı Qəbələ rayonu Aydınqışlaq kəndinə gəlmişdir. Adı çəkilən mağaza satış üzrə kompüter sisteminə keçdiyi üçün bir neçə ay gözləməli olaraq 2019-cu ilin may ayından Adil və Anarın şəriyinə işlətdikləri ərzaq mağazasında satıcı kimi işləməyə başlamışdır. Hər ayın sonunda Adil və Anar ona 300 manat pul verirlərmiş. Mağazada 8 ay işlədikdən sonra səhhətində yaranmış narahatçılıqla bağlı mağazada işləməkdən imtina edərək 2019-cu ilin dekabr ayında işdən çıxaraq bir müddət müalicə olunub sağaldıqdan sonra iş tapa bilməmişdir. xx.xx.2020-ci il tarixdə işləmək məqsədi ilə Bakı şəhərinə getmiş, bir neçə gün Bakı şəhərində gəzib iş tapa bilməyərək maddi durumu çətin olduğundan və pula ehtiyacı olduğuna görə yaşadığı Qəbələ rayonu Aydınqışlaq kəndinə gedərək Zərərçəkmiş şəxs1 və Anar Hüseynovun işlətdikləri mağazadan oğurluq etmək qərarına gəlmişdir. xx.xx.2020-ci il tarixdə Bakı şəhəri Şamaxinka adlanan yerdən tikinti materiallarının satışı mağazasından 3 manat 50 qəpik pul verməklə 1 ədəd çəkic, 70 qəpiyə isə 1 ədəd əlcək alaraq oradan Qəbələ rayonuna gələn tanımadığı taksilərin birinə minməklə saat təxminən 22 radələrində Qəbələ rayonu Zarağan kəndinə gəlib çatmışdır. Zarağan kəndində gəldiyi avtomobildən düşərək piyada yaşadığı Aydınqışlaq kəndi ərazisində gəzib dolaşmış ki, vaxt keçsin və onu heç kim görməsin, sonra gedib Adil və Anarın şəriyinə işlətdikləri mağazaya qanunsuz daxil olub oradan oğurluq etsin, bir neçə saat keçdikdən sonra xx.xx.2020-ci il tarixdə saat təxminən 01:30 radələrində tək piyada Adil və Anarın şəriyinə işlətdikləri ərzaq mağazasının qarşısına gəlmişdir. Ətrafa nəzər salaraq Adilin və Anarın şəriyinə işlətdikləri ərzaq mağazasının, eləcədə ətrafda olan digər mağazaların bağlı olduğunu, heç kimin olmadığına əmin olduqdan sonra ilk öncə mağazanın dəmirdən hazırlanmış giriş qapısının üzərindəki qıfılı özü ilə götürdüyü çəkiclə bir neçə zərbə vuraraq sındırıb içəri girmək istəsə də, lakin qıfılı sındıra bilməmişdir. Niyyəti ancaq oradan oğurluq etmək olduğu üçün içəriyə daxil olmaq məqsədi ilə mağazanın ətrafına nəzər salıb baxdıqda giriş qapısının sol tərəfində yerdən şüşənin yarsının sındığını və buna görə arxasına taxta dik qoyulduğunu görmüşdür. Həmin yerə yaxınlaşıb sınmış şüşəni dartıb yerindən çıxarmaqla arxasına söykənmiş diki itələyib yerə yıxaraq həmin yerdən mağazanın içərsinə daxil olmuş, ilk öncə mağazanın içərsindəki giriş qapısı ilə üzbəüz baş tərəfdə yerdə olan dəmir seyfə yaxınlaşmışdır. Seyfin qapısı açıq vəziyyətdə olmuş, içərsində şəffav rəgli bir neçə torbaya bükülmüş vəziyyətdə 1 manatlıq, 5 manatlıq, 10 manatlıq, 20 manatlıq, 50 manatlıq və 100 manatlıq pul əskinazlarından ibarət pulları, ardınca isə mağazanın giriş qapısından sağ kənarında yerləşən kassasına yaxınlaşaraq oradan əlavə olaraq məbləğini bilmədiyi sayda kağız pullar, bundan əlavə kassanın yuxarısında yerləşən vitrinin üzərindən 8 ədəd göy rəngli nazik Sobranie adlı siqaret qutularını oğurlamaqla oğurladığı pulları və siqaretləri ciblərinə yığaraq xəlvəti mağazadan çıxıb piyada evlərinə tərəf gəlmişdir. Ailə üzvlərinin xəbəri olmadan həyətə daxil olub oğurluqda istifadə etdiyi çəkici və əlcəkləri həyətlərindəki ayaq yoluna tullamış, sonra gələrək həyətlərində atası Absəddin Səfərəliyevə məxsus vaz 2106 ** VJ *** dövlət nömrə nişanlı minik avtomobilinə daxil olub avtomobildə oğurladığı pulları saymışdır. Seyifdən və kassadan oğurladığı pulların ümumilikdə sayı 4525 manat olmuş, atası Absəddinə məxsus avtomobildə oturub gözləmiş ki, bir neçə saat keçsin, səhərə yaxın yenidən Bakı şəhərinə qayıdıb getsin. Atası Absəddinin avtomobilində təxminən 2-3 saat oturduqdan sonra saat təxminən 05:30 radələrində hava tam işıqlaşmamış maşından düşüb ailə üzvlərinin xəbəri olmadan yola çıxıb piyada tək Zarağan-Ağdaş magistral yolunun Aydınqışlaq kəndi ərazisindən keçən hissəsinə asfalt yolun kənarına gəlib maşın gözləmişdir. Təxminən 5-10 dəqiqə sonra yoldan keçən Opel markalı dövlət nömrə nişanı yadında qalmayan və sürcüsünü tanımadığı yoldan keçən avtomobilə minərək Bakı şəhərinə gəlmiş, oğurladığı siqaretləri özü üçün çəkmiş, pullardan isə Bakı şəhəri Yasamal rayonunda mobil telefonlların satışı mağazalarının birindən 250 manat dəyərində nəğd şəkildə Samsung A10 markalı mobil telefon, 16 manat dəyərində sadə şəkildə qol bağı almışdır. Hal-hazırda həmin mobil telefonu Bakı şəhərində tanımadığı şəxsə satmış, qolbağını isə itirmiş, pulları isə işləmədiyi üçün öz şəxsi tələbatına və əyləncəsinə xərcləmişdir. Hal-hazırda Adil və Anara məxsus mağazadan oğurlamış olduğu puldan bir manatda olsa qalmamış, beləki həmin pulun hamısını xərcləyib qutarmışdır. Oğurluq hadisəsini özü tək etmiş, oğurluqda onunla kimsə iştirak etməmiş, ilk dəfə imişki belə bir oğurluq hadisəsni törətmişdir. Zərərçəkmiş şəxs1 və Anar Hüseynovun şəriyinə işlətdikləri ərzaq mağazasına Adilin və Anarın razılığı və xəbəri olmadan qanunsuz daxil olmuşdur. Törətdiyi əməldən peşmandır. Təqsirləndirilən şəxs həmçinin, hazırda əməlindən səmimi peşmançılıq çəkdiyini, zərərçəkmiş şəxslərə dəymiş ziyanı ödədiyini, zərərçəkmiş şəxslərin heç bir şikayət və tələblərinin olmadığını və bir daha belə hallara yol verməyəcəyini bildirib, məhkəmədən ona azadlıqdan məhrum etmə ilə əlaqədar olmayan cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş Zərərçəkmiş şəxs1 vermiş olduğu ifadəsində göstərdi ki, ailəsi ilə birlikdə Qəbələ rayonu Aydınqışlaq kəndində yaşayır və daimi pasport qeydiyyatındadır. xx.xx.2020-ci il tarixdə Qəbələ RPŞ-yə ərizə ilə müraciət edərək Qəbələ rayon Aydınqışlaq kəndində yerləşən həmkəndlisi X9 ilə şərikli işlətdikləri “Ülvi” adlı ərzaq mağazasından oğurluq olması barədə müraciət etmişdir. Həmin vaxtlar şəriki Anar Hüseynov 2-ci “Qarabağ” müharibəsinin başlaması ilə əlaqədar döyüşlərdə iştirak etmək üçün hərbi xitmətdə olmuş, Anar döyüşlərdə iştirak edərək müharibə başa çatdığı üçün qayıdaraq gəlmiş və hal-hazırda birlikdə mağazanı işlətməklə məşğuldurlar. Həmçinin mağazada Şahid adlı digər həmkəndlisi satıcı işləyir, mağazanı səhər saat 08 radələrində açmaqla gün ərzində fəaliyyət göstərərk axşam saat təxminən 22:30 radələrində isə bağlayır. xx.xx.2020-ci il tarixdə səhər saat təxminən 08 radələrində mağazaya gəlib mağazanı açmış, satıcı işləyən Xəqani işə gəlmədiyi üçün özü təkcə işləmiş, axşam saat 22 radələrində isə satıcı Xəqani mağazaya gəlmiş, mağazanı Xəqaniyə təhvil verərək yaşadığı evə gəlmiş və axşam saat təxminən 22:30 radələrində Xəqani mağzanın giriş qapısını qıfıl ilə bağlayaraq yaşadığı ünvana getmişdir. xx.xx.2020-ci il tarixdə səhər saat təxminən 07:40 radələrində Xəqani ona zəng edərək mağazanın qarşısında olduğunu, mağazadan oğurluq olduğunu bildirərərk idarə etdiyi vaz 2106 markalı ** BL *** dövlət nömrə nişanlı minik avtomobil ilə yaşadığı ünvana gələrək mağazaya gətirmişdir. Mağazaya çataraq baxan zaman mağazanın giriş qapısının sol tərəfindəki yerdən əvvəlcədən qırıq vəziyyətdə olan şüşədən içəri daxil olunduğunu, qapının kilidinin üzərində çəkiclə vurulmaqla yetirilmiş izələr olduğunu görmüş, üzərində gəzdirdiyi açar ilə qıfılı açmaqla qapıdan mağazanın içərsinə girdikdə mağazanın içərisinin dağınıq vəziyyətdə olduğunu, içəriyə nəzər saldıqda giriş qapısı ilə üzbə-üz piştaxtanın arxasındakı yerdə olan dəmir seyfə baxdıqda oradan 4357 manat nəğd pulun, eləcədə giriş qapısından sağ tərəfdə yerləşən kassaya baxdıqda oradan 168 manat nəğd şəkildə pulun və eləcə əlavə olaraq piştaxtanın üzərində olan 8 qutu ümumilikdə 29,60 manat dəyərində olan “Sobranie” markalı siqaretlərin naməlum şəxs və ya şəxslər tərəfindən oğurlandığını müəyyən edərək bu barədə polisə məlumat vermişdir. Şikayət ərizəsi əsasında Qəbələ RPŞ-də Anar Hüseynov ilə şərikinə işlətdikləri mağazadan oğurluq hadisəsinin baş verməsi ilə bağlı cinayət işi başlanılaraq istintaqı aparılmış və istintaq zamanı müəyyən edilmişdir ki, mağazadan oğurluq hadisəsini həmkəndlisi Təqsirləndirilən şəxs törətmişdir. Belə ki, həmkəndlisi Təqsirləndirilən şəxs həmin mağazada 2019-cu ilin may ayından dekabr ayına kimi satıcı kimi işləməklə sonradan işdən çıxmış, Təqsirləndirilən şəxs tərəfindən törədilmiş oğurluq hadisəsi nəticəsində ümumilikdə 4554 manat 60 qəpik maddi ziyan vurulmuşdur. Zərərçəkmiş şəxs1 məhkəməyə ərizə təqdim edərək, onlara dəymiş ziyanın tam olaraq ödənildiyini, təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbinin olmadığını bildirmişdir. Məhkəmə iclasında zərərçəkmiş X9 vermiş olduğu ifadəsində göstərdi ki, Qəbələ rayonu Aydınqışlaq kəndində yaşayır və daimi pasport qeydiyyatındadır. Təqsirləndirilən şəxs həmkəndlisidir, onunla heç bir düşmənçilik və ədavəti yoxdur, yaşadığı və qeydiyyatda oladuğu Qəbələ rayonu Aydınqışlaq kəndində “Ülvi” adlı ərzaq mallarının satışı mağazası vardır ki, həmin mağazanı 2016-cı il tarixdən həmkəndlisi Zərərçəkmiş şəxs1 ilə birlikdə Məzahir Qəribovdan icarəyə götürüb şərikinə işlədirlər. xx.xx.2020-ci il tarixdə Səfərbəylik yolu ilə 2-ci Qarabağ müharibəsinin başlanması ilə bağlı döyüşlərdə iştirak etmək üçün hərbi xidmətə getmiş, döyüşlərdə iştirak edərək müharibə başa çatdığı üçün qayıdaraq gəlmiş, hərbi xidmətdə olarkən şəriki Zərərçəkmiş şəxs1 xx.xx.2020-ci il tarixdə mobil telefonda danışaraq ona xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixinə keçən gecə şərikinə işlətdikləri mağazaya naməlum şəxs və ya şəxslərin qanunsuz daxil olaraq oradan 4525 manat nəğd pul və 29.60 qəpik dəyərində 8 qutu siqaret oğurlandığını və hadisə barəsində Qəbələ RPŞ-yə rəsmi qaydada müraciət etdiyini və bununla bağlı polis şöbəsində araşdırma aparıldığını bildirmişdir. Müharibə başa çatdıqdan sonra xx.xx.2020-ci il tarixdə təxris olunaraq yaşadığı Qəbələ rayonu Aydınqışlaq kəndinə evinə gəlmiş, Qəbələ rayon polis şöbəsində oğurluqla bağlı İstintaq araşdırması zamanı müəyyən edilmişdir ki, mağazadan oğurluq hadisəsini həmkəndlisi Təqsirləndirilən şəxs törətmiş, belə ki, həmkəndlisi Təqsirləndirilən şəxs həmin mağazada bir neçə ay 2019-cu ilin may ayından dekabr ayına kimi satıcı işləməklə sonradan işdən çıxmış, oğurluq hadisəsi nəticəsində ümumilikdə 4554 manat 60 qəpik maddi ziyan vurulmuşdur. Zərərçəkmiş şəxs X9 məhkəməyə ərizə təqdim edərək, onlara dəymiş ziyanın tam olaraq ödənildiyini, təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbinin olmadığını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid ifadəsində bildirdi ki, Qəbələ rayonu Aydınqışlaq kəndində yaşayır və daimi pasport qeydiyyatındadır. Təqsirləndirilən şəxs ilə həmkəndlidir və onunla heç bir düşmənçilik və ədavəti yoxdur, hal-hazırda həmkəndliləri Zərərçəkmiş şəxs1 və X5 şərikinə işlətdikləri Qəbələ rayonu Aydınqışlaq kəndində yerləşən ərzaq mağazasında satıcı kimi işləməklə onlara köməklik edir. Həmin mağazada 2019-cu ilin dekabr ayından işləyir, mağaza hər gündəlik saat 08 radələrindən axşam 22:30 radələrinə kimi fəaliyyət göstərir, xx.xx.2020-ci il tarixdə gün ərzində şəxsi işi olduğu üçün işə getməmiş, mağazanı Zərərçəkmiş şəxs1 açmaqla mağazada gün ərzində özü işləmiş, həmin günün axşamı saat təxminən 22 radələrində mağazaya gələrək Zərərçəkmiş şəxs1 mağazanı ona təhvil verib evlərinə getmişdir. Təxminən yarım saata kimi mağazada dayandıqdan sonra saat təxminən 22:30 radələrində mağazanı bağlayıb evlərinə gəlmiş, ertəsi gün, yəni xx.xx.2020-ci il tarixdə səhər saat təxminən 07:40 radələrində mağazanı açmaq üçün oraya gəlib qapıya yaxınlaşaraq açar ilə qapının qıfılını açmaq istəyərkən qıfıla müdaxilə olunaraq qıfılın üzərində əziklər olduğunu, lakin qıfılın açılmadığını görmüşdür. Eləcədə giriş qapısından sağ tərəfdən yerdən bir az sınmış şüşənin sındırılaraq arxasındakı taxtanı yerə yıxılmaqla içəriyə daxil olunduğunu görərək bu barədə zəng vuraraq Adilə məlumat vermişdir. Adil ondan avtomobili ilə onlara gələrək onu mağazaya gətirməsini xahiş etmiş, idarə etdiyi vaz 2106 markalı ** BL *** dövlət nömrə nişanlı minik avtomobil ilə Adilin yaşadığı ünvana gedərək Adili mağazaya gətirmişdir. Adil mağazaya gələrkən içəri daxil olduqda həqiqətən mağazanın içərisinin dağınıq vəziyyətdə olduğunu, içəriyə nəzər saldıqda giriş qapısı ilə üzbəüz piştaxtanın arxasındakı yerdə olan dəmir seyfə baxdıqda oradan 4357 manat nəğd pulun, eləcədə giriş qapısından sağ tərəfdə yerləşən kassaya baxdıqda oradan 168 manat nəğd şəkildə pulun və eləcə əlavə olaraq piştaxtanın üzərində olan 8 qutu ümumilikdə 29,60 manat dəyərində olan “Sobranie” markalı siqaretlərin naməlum şəxs və ya şəxslər tərəfindən oğurlandığını müəyyən edərək bu barədə polisə məlumat vermişdir. Polis şöbəsində aparılan araşdırma zamanı Zərərçəkmiş şəxs1 və Anar Hüseynovun şərikli işlətdikləri mağazadan oğurluq hadisəsini həmkəndlisi bir müddət həmin mağazada satıcı qismində işləyərək hazırda işdən çıxmış Təqsirləndirilən şəxs tərəfindən törədildiyi ona məlum olmuşdur. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 177.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi özünün etirafı ilə yanaşı, zərərçəkmiş şəxslərin və şahidin ifadəsi, iş materialları və aşağıda göstərilən digər sübutlarlada təsdiq edilir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş xx.xx.2021-ci il tarixli təqsirləndirilən şəxsin ifadəsinin yerində yoxlanılması haqqında protokoldan görünür ki, iş üzrə keçirilmiş ifadələrin yerində yoxlanılması istintaq hərəkəti zamanı Təqsirləndirilən şəxs tərəfindən törətmiş olduğu oğurluq cinayətini etiraf etməklə xx.xx.2020-ci il tarixdə gecə saatlarında Zərərçəkmiş şəxs1 və X5 şəriyinə işlətdikləri “Ülvi” adlı ərzaq mallarının satışı mağazasından 4525 manat nəğd pul və 29.60 manat dəyərində 8 paket “Sobranie” markalı siqaretlər oğurladığını hadisə yerində də, əyani şəkildə göstərmişdir. İstintaq hərəkəti zamanı istintaqın gedişatı ilə bağlı fotoşəkillər çəkilərək əksi çıxarılıb, protokola əlavə edilmişdir. Məhkəmə iclasında cinayət işinin istintaq materiallarına əlavə edilmiş oğurluq hadisəsinin baş verdiyi “Ülvi” adlı ərzaq mallarının satışı mağazasının daxilində yerləşdirilmiş müşahidə kamerasından götürülməklə 01 ədəd CD diskə köçürülmüş görüntülərə baxış keçirilərkən müəyyən olunur ki, həqiqətən Təqsirləndirilən şəxs xx.xx.2020-ci il tarixdə saat 01:30 radələrində Zərərçəkmiş şəxs1 və X5 şəriki ilə işlətdikləri ərzaq mağazasına qanunsuz daxil olaraq oradan oğurluq edir. İş materiallarında olan Qəbələ rayonu Mərkəzi xəstəxanasının xx.xx.2021-ci il tarixli 3/161 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs “narkoloji və ruhi əsəb” kabinetində qeydiyyatda deyildir. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ-nin verdiyi tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu olmayan şəxsdir. İş materiallarında olan Qəbələ Rayon İcra Hakimiyyətinin Aydınqışlaq kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə edilir. İş materiallarında olan Qəbələ Rayon İcra Hakimiyyətinin Aydınqışlaq kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xx xxxxxx 2021-ci il tarixli, 21 nömrəli arayışdan görünür ki, Təqsirləndirilən şəxs Qəbələ rayonu Aydınqışlaq kəndində qeydiyyatda olmaqla həmin kənddə yaşayır. Ailə tərkibi atası X4, anası Səfərəliyeva Hicran Seyid qızı, qardaşları X3 və X1 ibarətdir. Beləliklə, məhkəmə və məhkəməyədək araşdırma zamanı toplanmış sübutlara məcmu halında qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs saxlanc yerinə qanunsuz daxil olub, gizli yolla özgə əmlakını talayaraq oğurluq cinayətini törətməsi özünün etirafedici ifadəsi ilə yanaşı, zərərçəkmiş şəxslərin və şahidin ifadələri, habelə digər sübutlarla tam təsdiqini tapır. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” xx xxxx 2005-ci il tarixli qərarında qeyd olunur ki, mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da, onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanmasını (oğurluq) kimi tövsif edilməlidir. Təqsirkar şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi, sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan oğurluq cinayəti başa çatmış hesab edilir”. Bundan başqa, Plenumun həmin Qərarında göstərilir ki, “mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da, onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanmasını (oğurluq) kimi tövsif edilməlidir. Təqsirkar şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi, sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan oğurluq cinayəti başa çatmış hesab edilir. Talanmış əmlakı qiyməti müəyyən edilərkən, cinayət törədilən vaxt həmin əmlakın faktiki dəyəri əsas götürülməlidir». Məhkəmə hesab edir ki, istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə düzgün tövsif edilmişdir və o, həmin maddə ilə təqsirli bilinib cəzalanmalıdır. Cəza təyin edilərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinin tələbinə əsasən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarların şəxsiyyətləri, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxslərin islah olunmasına və onların ailələrinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. “Məhkəmə Hökmü Haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun xx xxxxxx 1996-cı il tarixli 4 №-li qərarının, 13-cü bəndində qeyd olunmuşdur ki, «məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin etmək hallarına yol verməməlidir». “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2003-cü il 25 iyun tarixli, 4 saylı qərarının 1-ci bəndində göstərilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. İnsan hüquqları üzrə Avropa Məhkəməsi öz Qərarlarında dəfələrlə göstərmiş və milli məhkəmələrə tövsiyə etmişdir ki, şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması üçün əsaslar olduqda məhkəmələr həmin şəxsin barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza növlərinin tətbiq edilməsinə üstünlük verməlidirlər. Cinayət törətmiş şəxsin cəmiyyətdən təcrid edilməsi yalnız bunun üçün möhkəm əsaslar olduqda və bu açıq-aşkar ictimai maraqlar baxımından zəruri olduqda tətbiq edilə bilər. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinin tələbinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə görə, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Beləliklə də, Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən, məhkəmə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarmağı məqsədə müvafiq hesab edir. Məhkəmə Təqsirləndirilən şəxs barəsində cəza məsələsini müzakirə edərkən Azərbaycan Respublikası CM-nin 58-ci maddəsinin tələblərinə uyğun olaraq, onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, habelə şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslərlə barışıq əldə etməsini və dəymiş ziyanı tamamilə aradan qaldırmasını cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmədə Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası CM-nin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, müsbət xarakterizə edilməklə şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halları, cəzanı ağırlaşdıran halların olmamasını, habelə təyin olunan cəzanın həm onun özü, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin etməyi qanuni, əsaslı və ədalətli hesab edir. Məhkəmə həmçinin qeyd edir ki, Azərbaycan Respublikası CM-nın 52-1 maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə həmin maddədə qeyd olunan vəzifələr qoyulmalıdır. Belə ki, Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını yaşayış yeri üzrə çəkməli, üzərinə cəza çəkdiyi müddətdə saat 23:00-dan növbəti gün saat 06:00-dək yaşayış yerini tərk etməmək, cəza çəkdiyi müddətdə Qəbələ rayonu ərazisini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Təqsirləndirilən şəxs cəzasının icrasına nəzarəti yaşadığı yer üzrə Qəbələ rayon İcra və probasiya şöbəsi həyata keçirməlidir. Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının çəkilmə müddətinin başlanğıcı yaşadığı yer üzrə Qəbələ rayon İcra və probasiya şöbəsində qeydə alındığı vaxtdan hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan xx xxxxxx 2021-ci il tarixli qərardan göründüyü kimi, Təqsirləndirilən şəxs xx xxxxxx 2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, tutmanın əvvəli isə xx xxxxxx 2021-ci il saat 18:00-dan hesablanmış, xx xxxxxx 2021-ci il tarixdə barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilməklə saxlandığı MSY-dən azad edilmişdir. Ona görə də onun həbsdə saxlanıldığı iki gün müddət Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən həbsdə saxlama müddətinin bir günü azadlığın məhdudlaşdırılması növündə cəzanın iki gününə hesablamaqla təyin olunan azadlığın məhdudlaşdırılması cəzasından çıxılmalıdır. Məhkəmə CPM-in 346.1.19-cu maddəsinin tələbləri baxımından iş üzrə maddi sübutlar məsələsini həll edərkən, maddi sübut qismində tanınmış hadisə yerinin görüntülərini əks etdirən bir ədəd “CD” disk cinayət işinin materiallarında saxlanılmalıdır. “Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında” xx xxxx 2012-ci il tarixli Azərbaycan Respublikası Qanununun 99-1.2-ci maddəsinə görə məhkəmə, hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli olan əmlakın olub-olmaması məsələsini həll etməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.1 və 99-1.1.1-ci maddəsinə əsasən məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) Xüsusi müsadirə olunan əmlak hesab olunur. Məhkəmə xüsusi müsadirə ilə bağlı məsələni müzakirə edərək hesab edir ki, iş üzrə belə bir əmlak olmadığından təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə ilə bağlı müddəa tətbiq edilməməlidir. İş üzrə mülki iddia və məhkəmə xərcləri yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 44.1; 344-347; 349; 351-353, 356, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinsin və ona 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilsin. Təqsirləndirilən şəxs oğlunun xx xxxxxx 2021-ci il tarixdən xx xxxxxx 2021-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən həbsdə saxlamanın bir günün azadlığın məhdudlaşdırılması cəzasının iki gününə hesablanmaqla ona təyin edilmiş 02 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzasından çıxılaraq üzərində qəti olaraq 01 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs ona təyin edilmiş qəti olaraq 01 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasını yaşayış yeri üzrə çəksin. Üzərinə cəza çəkdiyi müddətdə saat 23:00-dan növbəti gün saat 06:00-dək yaşayış yerini tərk etməmək, cəza çəkdiyi müddətdə Qəbələ rayonu ərazisini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının çəkilmə müddətinin başlanğıcı icra və probasiya şöbəsində qeydə alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs cəzasının icrasına nəzarəti yaşadığı yer üzrə Qəbələ rayon İcra və probasiya şöbəsi həyata keçirsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış hadisə yerinin görüntülərini əks etdirən bir ədəd “CD” disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə mülki iddia və məhkəmə xərcləri yoxdur. Hökm elan olunduğundan 20 (iyirmi) gün müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökm apellyasiya şikayəti və ya protesti verilmədikdə, həmin müddət başa çatdıqdan sonra qüvvəyə minir. Sədrlik edən: Abbas Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar